#Article 1: İnternet (1498 words)


İnternet ( — daxili və  — arasında;  — şəbəkə) — TCP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış komputer şəbəkələrinin qlobal sistemi, şəbəkəsi. Bu qlobal şəbəkəyə bir birilə optik, elektron, wifi və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. İnternet sözü ilk dəfə olaraq 1990-cı ildə işlədilib. 1994-cü ildə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb.

Müasir dövrdə İnterneti aşağıdakı kimi xarakterizə etmək olar:

Bu tarix İnternetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur. Artıq 1971-ci ildə 15 müxtəlif obyektlərdə olan kompüterləri vahid şəbəkədə birləşdirmək mümkün olmuşdu. Bu sistemin adı ilk illər ARPANET olmuşdu. 1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən program yaradıldı. İlk dəfə olaraq @ işarəsi elektron poçt ünvanlarında işlədilməyə başlandı və 1980-ci ildə bu işarə Beynalxalq standart kimi təsdiqləndi. 1973-1974-cü illərdə TCP/İP protokolu meydana çıxdı. TCP/İP protokolları ARPANET-in əsas qurucularından olan Robert Ken və Vindon Serf tərəfindən təklif olunub. TCP/İP protokolu 2 rabitə protokolundan ibarətdir: ötürməyə nəzarət protokolu () – verilənlərin ötürülməsinə nəzarət edən protokol və internet protokolu (). 1980-ci ildə DNS yaradıldı. 1985-ci ildə ABŞ milli elm fonduna məxsus NSFNET – Milli elm fondu şəbəkəsi yaradıldı. Həmin ildə ilk dəfə olaraq 56 kb/saniyə sürətilə informasiya ötürülməsinin üsulu tapıldı. Növbəti ildə isə informasiya ötürülməsi üçün 1,5 Mb sürət əldə edildi. Lakin ilk illərdə bu sürəti qlobal olaraq hər yerdə deyil, yalnız laboratoriya daxilində tətbiq etmək olurdu.

Şəbəkə vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən hamı eyni vaxtda istifadə edə bilməsi üçün 1989-1990-cı illərdə www sistemi yaradıldı. Tim Berners-Li hiper mətnli sənədlər texnologiyasını yaratdı. Ser titulu qazanan Tim Berners-Li 2004-cü ildə 15 il öncəki kəşfinə görə Beynalxalq Fond tərəfindən milyon avro məbləğində pul mükafatı qazanıb. İnternetin qloballaşması 1988-1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və 1992-ci ildə Böyük Britaniya və Latviya NSFNET vasitəsilə internetə qoşuldular. Azərbaycanda isə İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır.

Verilənlərin (informasiyanın) İnternetdən çağırılmasının bir çox üsulları vardır. İnternet xidmətləri adlanan bu üsullar aşağıdakılardır: WWW (World Wide Web) – ümumdünya hörümçək toru adlanıb, Internet vasitəsilə ötürülən sənədlərdən ibarətdir. E-mail və ya Elektron poçt (Electronic Mail) – elektron poçt ünvanı İnternet şəbəkəsinə daxil olmuş insanların bir-biri ilə əlaqə saxlamaqlarına şərait yaradır. FTP (File Transfer Protocol) – faylları ötürmə protokoludur. Burada faylların bir kompyüterdən digərinə otürülməsi reqlamentləşdirilir. Telekonferensiyalar (NetMeeting) – Microsoft NetMeeting proqramı vasitəsilə həyata keçirilir. Bu proqram uzaq məsafədə səs və video əlaqələrin təşkili, eləcə də İnternet vasitəsilə görüş və konferensiyaların keçirilməsi üçün nəzərdə tutulmuşdur. Abonentlər arasındakı əlaqə xidmətinə aşağıdakılar daxildir: Telnet (uzaq məsafəyə müraciət) – ciddi mətn sistemidir. Onun köməyi ilə şəbəkəyə birləşdirilmiş istənilən kompyüterə daxil olmaq olar. WAİS (Wide Area Information Server) – qlobal informasiya serveridir. Bu proqram mətn sənədləri kolleksiyasını indeksləşdirir. Bu zaman mətni təşkil edən sözlərin indeks siyahısı yaradılır. WAİS axtarış serverində axtarış zamanı proqram təminatı axtardığınız açar sözünə uyğun bütün sənədləri seçir. WAİS Internetin digər əlavələrinə nisbətən daha populyardır. Usenet – kompüterlə diskussiya sistemidir. Usenetdə qeyddən keçmiş hər kəs Internetdə yerləşən hər hansı mövzu ətrafında minlərlə diskussiya qruplarına qoşula bilər. Hər bir qrupun içərisində müəyyən vaxt intervalında yüzlərlə xəbər (məqalə) yerləşir. Usenet xidmətini telekonfrans və ya elektron elanlar lövhəsi də adlandırırlar. Bu xidmət elektron poçta çox bənzəyir. IRC xidmət növü IRC server şəbəkəsi vasitəsilə insanlar arasında ünsiyyəti təmin edir. Ünsiyyət mətn formasında həyata keçirilir. ICQ xidməti 1996-cı ildə 4 İsrail mütəxəssisinin yaratdığı ICQ proqramı ilə fəaliyyətə başlamışdır və o bu gün ən geniş istifadə olunan elektron ünsiyyət vasitələrindən biridir. ICQ proqramı istifadəçilərə real vaxtda başqa istifadəçilərlə ünsiyyət aparmağa imkan verir. İnternet Phone və ya İP telefoniya xidmət növü səs vasitəsilə rabitəni təmin edir. Bu xidmət növü beynəlxalq telefon rabitəsinə görə rahat olduğundan beynəlxalq danışıq vasitəsi kimi son illər geniş istifadə olunmaqdadır.

İnternet protokolu – ünvan – dörd hissədən ibarət rəqəmlər kombinasiyası, məsələn 213.172.90.59 İnternetdə kompyüteri tanıdır (identifikasiya edir).

İnternet-marketinq – məqsədə çatmaq aləti kimi İnternetdən istifadə olunan marketinq fəaliyyətinin əsas istiqaməti. İnternet reklamı, şəbəkə vasitəsilə birbaşa satış, direct e-mail. PR tədbirləri (İnternetdəki İnternet-konfranslarda iştirak, relizelərin göndərilməsi və i. a.) və s.

İnternet istifadəçilərin məlumatın saxlanması, paylaşması və rahat əldə olunması istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə bilərik.

İnternetin əsas xidmətləri Elektron poçt ( e-mail ), Telekonfranslar və nəhayət WWW - informasiya-sorğu verilənlər bazaları, hökumət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.

 

Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə İnternet adlanır. İnternet bütün dünya üzrə müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.

Müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə bir ünsiyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol - TCP/IP (Transmission Control Protocol / Internet Protocol) - verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur.

İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (modulyator- demodulyator) deyilir.

Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir. İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 255.255.100.123 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.

Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur.
Məsələn, www.elm.az
Burada www(world wide web) elm domen .az isə birinci səviyyəli domendir. İnternetdə altdomenlər (subdomain) də mövcuddur. Məsələn en.wikipedia.org ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS - domain name service) tərəfindən yerinə yetirilir.

Göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur: 

Məsələn: www.azercell.com ; www.wikipedia.org. Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var.

Birinci səviyyəli coğrafi domenlərə nümunələr:

 
Məsələn: www.google.com

İnformasiyanın texniki vasitələrin köməyi ilə nəqli, saxlanması və işlənməsi zamanı, o, ikilik kod da, yəni sıfırlar və birlərin ardıcıllığı kimi təsvir edilir. İnformasiyanın ən kiçik ölçü vahidi bitdir. 1 bit - bir ikilik movqeyin daşıdığı informasiyanın miqdarıdır. 8 bit bir bayta bərabərdir.

İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə və ya saniyədə impulsla (bod (boud)) ölçülür. yrryr

Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 million kitaba bərabərdir.
Brauzer və ya Veb səyyah - Sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brauzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter - müştəri kimi, uzaqda yerləşən kompüter isə server kimi çıxış edir.

Siz istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı (brauzer) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram, öz növbəsində, bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə On-line iş rejimi deyilir (On-line).

Çoxfunksiyalı bir proqram kimi brauzer avtonom rejimdə - İnternetə qoşulmadan - HTML- sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu rejim Off-line iş rejimi adlanır.

Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brauzerlər mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud Mozilla şirkətinin Firefox proqramların seçir.

Ümumdünya Torunun (WWW) əsasını lazımi sənədlərin ünvanlarını göstərən əlaqələr sistemi təşkil edir. Əlaqənin yaradılması texnologiyalarından asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır. URL( universal ünvangöstəricisi ) sənədin adı ilə birgə ona çatma protokolunu da göstərir.

İstinada, yəni URL-ünvana müraciət etdikdə, sorğunun yerinə yetirilməsi 4 mərhələyə bölünür: 

Birinci mərhələdə Web-müştəri serverlə əlaqə yaradmağa çalışır. Qoşulduqdan sonra, müştəri verilmiş protokola əsasən serverə axtarılan obyekt barəsində sorğu göndərir.
Server sorğuya cavab tapan kimi bu cavabı müştəriyə ötürür. Bundan sonra əlaqə kəsilir və brauzer alınmış sənədləri əks etdirir. Bu prosses HTTP-nin - hipermətnin köçürülməsi protokolunun əsasını təşkil edir.

Klaviaturada Enter düyməsini basın. Göstərilmiş ünvana əsasən Web-səhifə axtarılan zaman pəncərənin aşağısında yerləşən məlumat sətrində yüklənən səhifənin IP-ünvanı, sənədin adı və sair göstərilir.
İstəsəniz, F11 düyməsini basmaqla səhifəni bütün ekran boyu aça bilərsiniz.

URL -ünvanlarala yanaşı əlaqə və ya hiperəlaqələrdən də istifadə olunur. Bu istinadlar adətən rəngli mətn, işarə, rəsm şəklində olur, çərçivəyə də alına bilər.

Səhifənin sol tərəfindəki mətnə diqqət yetirin. Şəkil və ya mətnin hiperistinad olub olmadığını yoxlamaq üçün mausun göstəricisini onun üzərinə gətirin. hiperistinadın üzərinə gətirildikdə göstərici görünüşünü dəyişərək, məsələn, əl şəklini ala bilər. Məlumat sətrində bu zaman istinadın URL-ünvanı göstərilir.

İstinaddan istifadə etmək üçün onun üzərində mausun düyməsini bir dəfə basmaq kifayətdir. Bu zaman istinadın işarə etdiyi Web-səhifənin axtarışı başlanır.

Web-səhifə demək olar ki bütün hallarda bir neçə əlaqəli HTML-sənəddən ibarət olur. Hiperəlaqələrlə və eləcə də vahid mövzu, müəllif və sairlə biri birinə bağlı olan bir qrup Web-səhifəyə Sayt (Site) deyilir.

İnformasiya resurslarına İnternetin istifadəçilərinin girişinin azadlığı dövlət sərhədləriylə və ya milli domenlərlə məhdudlaşdırılmır, amma dil sərhədləri mövcuddur. İngilis dili internetdə əsas üstünlüyə malik olan dildir. İkinci ən populyar dil çin dili, üçüncü isə ispan dilidir. Dil internetin dövlətlər, regionlar və birinci səviyyəli domenlərə görə bölünmə yanaşı tez-tez istifadə edilən bölünmə əlamətlərindən biridir.




#Article 2: Tarix (522 words)


Tarix — mənbələr üzrə insanın meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir.

Tarix- özü bir fəlsəfədir. Tarix anlayışı üç müxtəlif səviyyədə və mənada istifadə olunur. Birincisi, sosial-tarixi proses – ictimai inkişaf kimi; ikincisi, ictimai-siyasi hadisələrin xronoloji ardıcıllıqla təsviri kimi və nəhayət, üçüncüsü, bu prosesin insan tərəfindən bütöv bir fenomen kimi dərk olunması mənasında – “Tarix fəlsəfəsi” kimi.Tarix fəlsəfəsi insan qəlbi və şüuruna yaxın olan problemlərə bilavasitə toxunur (onun əsas maraq və mənafelərinin tarixdə özünə uyğun necə yer tapması, onların keçmişini və gələcək taleyini müəyyən etmək kimi vəzifənin öhdəsindən gəlmək və s.). insanların maraq və mənafeləri çox rəngarəngdir, bəzən antoqonist xarakter daşıyan; ona görədə tarix fəlsəfəsi müxtəlif dünyagörüşlərin və sosial-siyasi proqramların toqquşma meydanına çevrilir.

Abbasqulu ağa Bakıxanov XIX əsrin I yarısının görkəmli maarifpərvəri, yazıçısı, şairi olmuşdur. O, Azərbaycan tarixşünaslığının banisi, Azərbaycan və Dağıstan tarixinə dair xronoloji ardıcıllığı əsas tutan zəngin və rəngarəng mənbəşünaslıq bazasına malik olan ilk müntəzəm tədqiqat əsərinin müəllifidir. Abbasqulu ağa Bakıxanovun Gülüstani-İrəm əsərinə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf etmirik. A. Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla Gülüstani-İrəm əsərini yazmışdır. Bakıxanov tarix elminin əvəzi olmayan tərbiyə və əxlaq məktəbi olduğunu qeyd edərək yazırdı: Bu elm insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlərindən hesab edib demək olar: tarix hökmsüz və zülmsüz elə bir hökmdardır ki, bütün adəm övladı onun əmrlərinə boyun əyməkdədir... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yolların anladır.A.Bakıxanov göstərirdi ki, vətən tarixini bilmək insanlarda milli təfəkkürün inkişafına vətənpərvərlik hislərinin tərbiyə edilməsinə, dostu düşməndən ayırmağa, millət üçün, vətən üçün faydalı və zərərli olanları fərqləndirməyə imkan verir.

Tarixin dövrləşməsi şərtidir, rahatlıq, anlaşılmaq və anlatmaq üçündür. Tarix bəşəriyyətin həyat yolu olaraq arasıkəsilməzdir, dövrləşmə isə tarixi müəyyən əlamətlərə görə aralıqlara, zaman intervallarına bölməkdir.  Dövrləşmə daha qədimlərdən, daha keçmişdən yaxın zamanlara uzanan yolun döngələrini göstərir  (bu döngələr mühüm görünsələr və vacib olsalar da, əsasən tarixçinin təhlil süzgəcindən keçib gələn kəşfdir, yəni subyektivdir).

Müxtəlif xalqların, mədəniyyətlərin tarixi fərqli olduğuna görə fərqli dövrləşməyə məruz qalmalıdır. Biri üçün aydınlaşdırıcı mahiyyət daşıyan dövrləşmə digərinə görə mənasız ola bilər. F. Petrarca tərəfindən daxil edilən Renessans kəlməsi sonralar bütün Avropaya aid edildi, avropalaşdırıldı. Bu, Çin və ya İslam şərqinin tarixinə xas olan dövrləşmə deyil. Əsasən İtaliya üçün uyğun olan Renessans anlayışı və onun üzərində qurulan dövrləşmə Şimali Avropa üçün belə fərqlidir və o qədər də uyğun görünmür (hansı yenidənoyanma, yenidəncanlanma, nəyin oyanması, nəyin bərpası?).  Qaranlıq Çağ termini də F. Petrarca `nın (1304-1463) kəşfidir (1330-larda), Antik dövrdən sonrakı dövrü Qaranlıq Çağı bildirir. Avropalıların Qaranlıq çağı İslamın ən parlaq çağı ilə az qala üst-üstə düşür.

Orta çağ (Middle Ages) terminini 15-ci əsr İtalyan humanisti Flavio Biondi 1392-1463) daxil etdi. Tarixi antik, orta çağ və cağdaş dövr kimi üç hissəyə ayırmaq da həmin dövrdə baş verdi, bunu (1369-1444) Leonardo Da Vinçiyə aid edirlər. “Middle Ages” əvəzinə “Medieval” sözü də işlənilir.

və s.

və s.




#Article 3: Dağlıq Qarabağ (5055 words)


Dağlıq Qarabağ — Azərbaycan Respublikasının qərb bölgəsidir.

Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada ərazisi 4,4 min km², yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinə Əsgəran rayonu, keçmiş Ağdərə rayonu, Xocavənd rayonu, Şuşa rayonu və vilayət tabeli Xankəndi şəhəri daxil idi. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olmuşdur.

Dağlıq Qarabağın əhalisini 19-cu əsrin əvvəllərinə qədər azərbaycanlılar təşkil etmişdir. 1820-ci ildən başlayaraq ermənilər Azərbaycana, xüsusilə bu bölgəyə kütləvi şəkildə köçürülmüşdür. Ermənidilli mənbələrdə bölgənin adı Arsax kimi işlənir. Amma maraqlı olan odur ki, bu sözün də kökü Azərbaycana, türklərə gedib çıxır. Sözün ilkin forması Ərsak olmuşdur ki, bu ad da o ərazidə yaşayan sak tayfalarının igidləri, ərlərinin şərəfinə verilib. Ermənilər sadəcə sözü özlərinə uyğunlaşdırıb saxtalaşdırmışlar.

Qarabağın adı Azərbaycan dilindəki qara və bağ sözlərindən əmələ gəlmişdir. Bu ada artıq VII əsr mənbələrində rast gəlinir. Azərbaycan dilində (həmçinin başqa türk dillərində) qaranın rəngdən başqa sıx, qalın, böyük, tünd və başqa mənaları da vardır. Bu baxımdan, Qarabağ termini qara bağ, yəni böyük bağ, sıx bağ, qalın bağ, səfalı bağ və s. mənalar kəsb edir.

Qarabağ qədim  yaşayış məskənlərindən biridir. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. 1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı – azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl yaşadığı güman olunur. Eneolit (e.ə. VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə.IV minilliyin sonu – I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi. Son tunc və ilk dəmir dövrü (e.ə.XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır. Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı, etno-siyasi proseslər də davam etmişdir. Azərbaycanın cənubunda qüdrətli Manna dövləti (e.ə. IX-VI əsrlər) meydana gəlmişdir. Makedoniyalı İsgəndər (e.ə.356-323) Əhəməni dövlətini dağıtdıqdan sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoymuşdur. Onun ölümü ilə imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yaranmışdır. E.ə. IV əsrdə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik olmuşdur və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. Atropatena ilə eyni zamanda yaranmış Albaniya dövləti təxminən e.ə. IV – e. VIII əsrlərdə mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyük rol oynamışdır. Albaniya sərhədlərini genişləndirərək bütün Qarabağ ərazisini əhatə etmiş və bu vilayəti öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apararaq, bəzi istisnalarla buna nail ola bilmişdir. Qarabağ tarixi-etnoqrafik əyalət kimi əvvəlcə Qafqaz Albaniyası dövlətinin tərkibinə daxil olmuşdur.

Qarabağın tarixində əsas dəyişikliklər VII əsrdə Ərəb xilafətinin işğalları və bunun nəticəsində Albaniya dövlətinin aradan qaldırılması ilə baş vermişdir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnik baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrdə Ərəb xilafətinin Azərbaycanla bağlı yeritdiyi siyasət nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüyünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərmişdir: Albaniyanın tarixi Arsax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlanılmışdır. Ərəb xilafəti parçalandıqdan sonra Albaniyanın həmin ərazisində Sünik və Arsax-Xaçın knyazlıqları yaranmışdır. XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağılmış, buradakı hakim sülalə 1166-cı ildən knyaz Qriqorun və Smbatın ölümü ilə hakimiyyəti itirmişdir. XII əsrin sonu – XIII əsrin əvvəllərində Arsax ərazisində təşəkkül tapan Xaçın knyazlığı tarixçi-alim İ.A.Orbelinin sözləri ilə desək qədim Albaniyanın bir hissəsi idi. Beləliklə, tamamilə təbiidir ki, Ərəb xilafəti dağılarkən onun ərazisində dirçələn yerli dövlətlər içərisində heç bir erməni dövləti olmamışdır. Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə (1231-1239) Qarabağ digər Azərbaycan torpaqları kimi Ali monqol xaqanlığının (1239-1256), sonra isə Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha əhatəlidir və daha yaxşı öyrənilmişdir. Həmin dövrdə Qara və bağ söz birləşməsi – Qarabağ, artıq, konkret coğrafi əraziyə şamil edilməyə başlanır. XV əsrdə Qarabağ Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində idi. Lakin Qaraqoyunlular dövründə Qarabağın sonrakı tarixində özünü göstərəcək bir hadisə baş verdi. XV əsrdə keçmiş alban hakimi Həsən Cəlalın nəsli (Cəlalilər) Qaraqoyunlu Cahan şahdan məlik titulu aldı. Sonralar Cəlalilər nəslinin mülkü beş alban feodal knyazlıqları – məliklərinə (Gülüstan, Çiləbörd, Xaçın, Vərəndə, Dizaq) parçalandı.

Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə başlandı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı. Bununla, Azərbaycan Səfəvi dövləti regionun Osmanlı imperiyasından sonra ikinci ən qüdrətli dövlətinə çevrildi. Belə olduğu halda o dövrdə ermənilərin hər hansı etnik-siyasi üstünlüyü mümkün olan məsələ deyildi. Əksinə, həmin dövrdə Azərbaycanın etnik və siyasi sərhədləri daha aydın şəkil alır. Səfəvilər Azərbaycanda 4 bəylərbəylik yaradır ki, onlardan biri də Qarabağ və ya Gəncə bəylərbəyliyi idi. Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydanına çevrildi.

Sonuncu Səfəvi hökmdarı III Abbası devirərək hakimiyyətə gələn Nadir şah Əfşar (1736-1747) onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyliyinin türk-müsəlman əhalisinə qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümü ilə onun dövləti parçalandı, Azərbaycanda yerli dövlətlər – xanlıqlar yarandı. Başqa sözlə, Azərbaycan, xanlıqların timsalında özünün dövlət müstəqilliyini növbəti dəfə bərpa etdi. Keçmiş Gəncə-Qarabağ əyalətinin ərazisində iki Azərbaycan xanlığı – Gəncə və Qarabağ xanlıqları yarandı. Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli xan Cavanşir idi. Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların – məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Pənahəli xanın varisi İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada – Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə xristian dövləti, daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. XVIII əsrin sonları – XIX əsrin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu. İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı R.D.Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu.

Səfəvilər dövləti – Qarabağ tarixi – etnoqrafik əyalətinin ərazisini əhatə edən mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyini yaratdı. Görünür, ayrı – ayrı dövrlərdə Azərbaycanın dövlət və inzibati əyalət sərhədləri dəyişsə də özünəməxsus maddi, təsərrüfat və mənəvi mədəniyyəti ilə xarakterizə olunan Qarabağ bir etnoqrafik əyalət kimi öz inkişafını – fasiləsiz olaraq davam etdirmişdir.

XVII əsrin sonundan XVIII əsrin ortalarınadək Azərbaycanın feodal dövlətlərə – xanlıqlara parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ xanlığı və Gəncə xanlığı yarandı. XVIII əsrin ikinci yarısında müstəqil Qarabağ xanlığı feodal dövlətinin yaranması onun öz müstəqilliyini qorumaq üçün həyata keçirdiyi iqtisadi, siyasi və mədəni tədbirlər Qarabağ tarixi – etnoqrafik əyalətinin sosial – iqtisadi həyatında hərtərəfli yüksəlişə, tərəqqiyə səbəb olmuşdu. Xanlıq cənub–şərqdən Kür–Araz çayları qovşağı, cənubdan Araz çayı qərbdən Qarabağ dağları adlanan Köşbək, Salvartı və Ərikli dağları ilə Göyçə gölünə qədər uzanmış, şimaldan Koran–Kür sayı ilə sərhədlənmişdi.

Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Dəmirçi – Aslanlı, Künara, Bərgüşad, Bahabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbird, Xırdapara Dizax, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərənd, Dizax və Açantürk. On iki mahalın əhalisi bir neçə kənd istisna olmaqla, bütünlükdə azərbaycanlılardan ibarət idi. Dizax, Vərənd, Çiləbörd, Xaçın, Talış məlikliyi Xəmsə adlanırdı. Bunların əhalisinin bir hissəsi xristian idi.

Ermənilərin regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma Böyük Ermənistan əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda ermənilərin müvəqqəti işğal etdikləri Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi.

Ruslar əsrlər öncə bölgədə erməni dövlətinin qurulmasını planlamışdı.19 may 1783-də Knyaz G. A. Potyomkin II. Katerina'ya yazdığı məktubda:

XVIII yüzilin sonları – XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi. İbrahim xan Rusiya qoşunlarının komandanı R.D.Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir. 1846-cı il inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe oldu. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək burada daha üç qəza – Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati-ərazi bölgüsü xüsusi məqsədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı. Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikcə, bu torpaqlarda möhkəmlənmək üçün həm də əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsi ilə təsdiq olunurdu. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ ərazisi idi.Bu antlaşma ilə 84.000 erməni qarabağ və ətraf rayonlara köçürülmüşdür. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, yəni cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 1825-1826 tarixləri arasında 18.000,1828-dən sonra 50.000, Osmanlı imperiyasından isə 84 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı. Bu köçlər nəticəsində Çar I Nikolay İrəvan və Naxçıvan xanlığı torpaqlarında bir erməni bölgəsi qurdu.

XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. Rus qafqazşünası N.Şavrov yazırdı (1911): Zaqafqaziyadakı 1,3 mln erməninin 1 mln-dan çoxu gəlmədir. Bunlara baxmayaraq 1832-ci ildə Qarabağın %64,4-ü Azərbaycan türkü,%34,8-i erməni idi. Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində – onlarla eyni dindən olan yerli əhalinin (qriqorianlaşmış və erməniləşmiş albanların) yaşadığı ərazidə məskunlaşdırılması daha geniş hal almışdı. Aparılan siyasət nəticəsindədə, XX əsrin ortalarından başlayaraq ermənilər sayca Dağlıq Qarabağda üstünlük təşkil etməyə başladılar. 1990-cı ildə əhalisi 192,000-ə çatmışdı. Əhali tərkibi ermənilərdən (76%), azərbaycanlılar*dan (23%), kürdlər*dən, ruslardan ibarət idi. Mərkəzi Xankəndi, başqa böyük şəhəri isə Şuşadır.

Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma Böyük Ermənistan əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda ermənilərin müvəqqəti işğal etdikləri Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi. Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan Kitabi-Dədə Qorqud dastanı da sübut edir. Dədə Qorqud dastanı VI-VII əsrlərdə Qarabağ da daxil olmaqla bütün Azərbaycan torpaqlarında, o cümlədən, ermənilərin indi Sevan adlandırdıqları Göyçə gölü hövzəsində yayılmışdı.

XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. Rus qafqazşünası N.Şavrov məhz buna görə yazırdı ki (1911), Zaqafqaziyadakı 1,3 mln erməninin 1 mln-dan çoxu gəlmədir. Bütün bunlara baxmayaraq, 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yenə də təxminən 51 %-i azərbaycanlı, 46 %-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə – Y.M., K.Ş.) idi. Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində – onlarla eyni dindən olan yerli əhalinin (qriqorianlaşmış və erməniləşmiş albanların) yaşadığı ərazidə məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin etmək məqsədi ilə edilirdi və strateji niyyət daşıyırdı.

Beləliklə, çar Rusiyasının bütövlükdə Şimali Azərbaycanda, o cümlədən Qarabağda inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdığı ermənilər kütləvi surətdə bu torpaqlara köçüb gəldilər və çox keçmədən Azərbaycan torpaqlarında Böyük Ermənistan ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli – azərbaycanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi.

Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı. 1905-1906-cı illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik Böyük Ermənistan dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq, azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə Rusiyada bölşeviklərin hakimiyyəti ələ alması ilə (1917, oktyabr) Zaqafqaziyada yaranan anarxiya şəraitində – uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımının yeni, daha dəhşətli dövrünü başladılar. 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbaycanı əhatə edən yeni kütləvi soyqırımları Azərbaycan xalqına çox ağır zərbə vurdu.

Lakin 1918-ci iln mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Təbiidir ki, başqa Şimali Azərbaycan torpaqları kimi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ da Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə daxil idi. Lakin bu zaman yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddianı rədd etdi. Bununla da, ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşov Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci il noyabrın 18-də İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi:

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda öz suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə – Azərbaycana xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin varlığını təhlükə altında qoydu. Beləliklə, 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasından gələn XI Qırmızı Ordunun süngüləri ilə devrildi, şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla, Qarabağ ətrafındakı hadisələrin yeni mərhələsi başlandı.

ÜİK(b)P MK-nın Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli iclasında “...Dağlıq Qarabağın Azərbaycan SSR hüdudlarında saxlanması, inzibati mərkəzi Şuşa şəhərində olmaqla ona geniş muxtariyyət verilməsi...”-nə qərar verilib.

Dağlıq Qarabağa muxtariyyət verilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında S.Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi Dağlıq Qarabağa muxtariyyət verilməsinə dair 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdırılmasında da inzibati-amirlik üsullarına əl atdı. Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi. Bütün bunlara baxmayaraq, Moskva tərəfindən Azərbaycana təzyiq yenə davam etdirildi. Dekabrın 22-də Zaqfederasiyanın İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi.

SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi. İyunun 1-də Azərbaycan Kommunist (bolşevkilər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu.

Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Özü də bu addım həmin hissədə – Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq atılmışdı. 1920-1923-cü illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. İndiyədək Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsindən bəhs edilərkən, demək olar ki, onun ərazisinin inzibati bölgüsü tarixinin ən mühüm hadisələrinə lazımi diqqət yetirilməmişdir. Təhlil göstərir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd güdən volyuntarist yanaşma əsasında formalaşdırılıb, yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirmək yolu ilə təşkil olunub. Yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına köçürülüb gətirilmiş ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq hiyləsinin anatomiyası çox aydın görünür. Ermənilər vaxtı ilə köçüb gəldikləri Qərbi Azərbaycanda – İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda da bu hiyləni işlətmək niyyətindədirlər.

Dağlıq Qarabağın bir tərəfdən, Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbaycan torpaqları ilə tarixi bağlılıq ənənələrini davam etdirməsi, digər tərəfdən, Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı, bu diyarın sovet hakimiyyəti illlərində sosial-siyasi və iqtisadi inkişafı üçün müstəsna şərait yaratdı. Lakin 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoymuş erməni ideoloqları və onların himayəçiləri bunu açıq-aşkar inkar etməyə başladılar. Lakin faktlar faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması Vilayət Statistika İdarəsinin Xankəndidə nəşr etdirdiyi statistik məcmuələrdə əksini tapmışdır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni siyasətçilərinin susduqları dövrdə yazıçılar, şairlər və başqa zümrədən olanlar separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu, siyasətçilər onları qabağa verdilər. Hətta, 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin imzaladığı petisiya Moskvaya təqdim edilmiş, lakin bu iddialar təmin edilməmişdir.

Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. 1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandlırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva qarşısında mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxarmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də Azərbaycan SSRİ-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum – Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu.

Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin qurulmasına yol açan muxtar vilayət 1923-cü ilin iyulunda yaradılır. Azərbaycan Sovet Sosialist Resublikası adından 1923-cü il iyulun 7-də verilmiş dekretdə DQMV-nin yaradılması belə əsaslandırılır: Keçmiş Rusiya imperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi.

Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus mütləqiyyətinin məhvedici siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqaziyanın inqilabi fəhlə kütlələri onların sərmayəsinin zülmünə qarşı öz hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vorontsov-Daşkovların əli ilə tarixən bir-biri ilə doğma olmuş iki xalqın – ermənilər və müsəlmanların arasında ədavət toxumu səpildi.

Bu özünü Zaqafqaziya milli azlıqlar üzərində ağalığı ön plana çəkən bir ovuc milli şovinistlərin – müsavatçıların, daşnakların və menşeviklərin, Qərb kapitalı nökərlərinin rəhbər rolu ələ keçirdikləri üç müstəqil dövlətə parçalananda özünü bütün çılpaqlığı ilə bir daha göstərdi. Bu dövlətlərin mövcud olduqları qısa müddət ərzində Qarabağ dağlarında və Zaqafqaziyanın digər hissələrində əməkçi kəndlilərin qanı az tökülmədi.

Hansı formada təzahür etməsindən asılı olmayaraq milli zülmün və qeyri-bərabərliyin məhv edilməsi, milli ədavətin və nifrətin zəhmətkeşlərin beynəlmiləl həmrəyliyi, vahid dövlət ittifaqında xalqların qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi fəhlə-kəndli inqilabının və sovet hakimiyyətinin əsas vəzifələrindən biridir.

Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekretinə görə, Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəz Xankəndi olmaqla muxtar vilayət yaradılır, İcraiyyə Komitəsi və yerli sovetlər vilayətin idarə orqanları müəyyən olunur. Vilayətin əsasnaməsinin işlənib hazırlanması və inzibati vahidlərin faktik olaraq muxtar vilayətə verilməsi, habelə muxtar vilayətin sərhədlərinin müəyyənləşdirilməsi üçün dağlıq və düzən Qarabağ, Kürdüstan və Azərbaycan SSR mərkəzi hakimiyyətinin nümayəndələrindən ibarət qarışıq komissiya yaradılır.

Sovet hakimiyyətinin sonrakı illərində DQMV-nin hüdudları və səlahiyyətlərinin genişləndirilməsi prosesi gedir, bölgədə ermənilərin say və mövqe üstünlüyü təmin olunur. 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında qanun qəbul edir. Bu qanunla DQMV-nin səlahiyyətləri daha da artırılır.

Muxtar vilayətin bütün tarixi ərzində zaman-zaman separatçı şüarlar – Ermənistana birləşmək tələbləri irəli sürən ermənilər sonuncu dəfə 1988-ci ilin fevralında ayağa qalxırlar. Fevralın 13-də vilayətdə Ermənistanla birləşmək şüarıyla mitinqlər dalğası başlayır. Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası SSRİ Ali Soveti qarşısında bölgənin Ermənistana birləşdirilməsi xahişiylə vəsatət qaldırır.

Azərbaycan torpaqlarına 1988-ci il boyunca davam edən təcavüzün ardınca SSRİ Ali Soveti Dağlıq Qarabağda birbaşa Moskvanın tabeçiliyi altında çalışan Xüsusi İdarəetmə Komitəsi yaradır. 1989-cu ilin sonunda bu komitə ləğv edilərək Bakıya tabe olan Respublika Təşkilat Komitəsiylə əvəzlənir. Həmin ilin dekabrında Ermənistan parlamenti Dağlıq Qarabağın bu respublikaya birləşdirilməsi haqda qərar qəbul edir.

Noyabrın 26-da Azərbaycan parlamenti DQMV-ni milli ərazi qurumu kimi ləğv edir, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşmüş sayır.

Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq, Stepanakert Xankəndi, Mardakert Ağdərə, Martuni Xocavənd adlandırılır.

Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilir.

Hazırda keçmiş DQMV və onun ətrafında daha 7 rayon tam və ya qismən erməni işğalındadır.

Dağlıq Qarabağ probleminin kökləri qədimə, daha doğrusu 18-ci əsrə qədər uzanır. Çünki ermənilər Qarabağda məqsədyönlü fəaliyyəti nəticəsində  yaylası və Anadoludan köçürülərək məskunlaşdırılmışlar. Tədricən çoxalan ermənilər ərazi iddiası ilə də çıxış etdilər.

Hələ Qarabağ xanlığı dövründə onlar separatçı fəaliyyət göstərərək xanlığa xarici qüvvələrin yürüşlərini təşkil edirdilər. Qarabağ xanlığı Rusiya tərəfindən işğal olunduqdan sonra buraya, həmçinin İrəvan, Naxçıvan ərazilərinə ermənilərin köçürülməsi intensivləşdi. Hətta Türkmənçay müqaviləsinə bu prosesi rəsmiləşdirən bəndlər də daxil edildi.

İyirminci əsrin əvvəllərindən isə ermənilər Qarabağ, İrəvan və Naxçıvan torpaqlarına real iddialarla cıxış etdilər və İran və Rusiyadan güclü dəstək gördülər. 1918-ci ildə bu məqsədlə Azərbaycanın hər yerində soyqırım törədildi. Məqsəd Dənizdən Dənizə Böyük Ermənistan yaratmaq idi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra qədim türk-Azərbaycan torpağı İrəvanın ermənilərə güzəştə gedilməsi ilə zahirən hər şey düzəldi. Sovetlər dövründə Zəngəzur və Göyçə də ermənilərə verildi. Beləliklə Rusiya və İran nəinki öz məqsədinə çataraq Türkiyə və Azərbaycanı ayırdı, həmçinin Naxçıvanı da Azərbaycandan qopardı. Sovet dönəmində dəfələrlə Qarabağı ermənilərə verməyə çalışsalar da, alınmamışdı. Sovetlər dağılana yaxın artıq ermənilər Qarabağda silahlandırılmışdı və 1988-ci ildən aktiv əməliyyatlara başladılar. Əməliyyatlar 1994-cü ildə atəşkəslə dayandırıldı və Qarabağ ermənilər tərəfindən işğal edildi.

Dağlıq Qarabağ faydalı qazıntılarla və mineral sularla çox zəngindir. Burada qızıl, gümüş, mis, əlvan metallar, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və s. faydalı qazıntılara rast gəlmək olar. 
Qondarma Dağlıq Qarabağ Milli Statistika Komitəsinin rəsmi məlumatına əsaslansaq görərik ki, Qondarma Qarabağda 2001-2006-cı illərdə 3%-lik inflyasiyanın qarşısında Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 11-13% artmışdır. ÜDM isə 2007-ci ildə 232,10 mln ABŞ dollar olmuşdur. Bu göstərici 2006-cı il ilə müqayisədə 8,8% artmışdır. Adambaşına isə bu göstərici 1489,5 ABŞ dollar təşkil edib.

Bu illər ərzində məhsul istehsalı 3,9%, sənaye məhsulları 5,8%, kənd təsərrüfatı məhsullarının istehsalı isə 5,4% artmışdır. Özəl sektorda ÜDM 63,5% təşkil etmişdir. Bunun da 32%-i kiçik və orta sahibkarlığın payına düşür.

Qarabağa xarici yardımlar əsasən ABŞ tərəfindən edilir. Belə ki, ABŞ konqresi tərəfindən qondarma Dağlıq Qarabağa 1998-2006-cı illərdə edilən humanitar yardımın həcmi 3 mln ABŞ dolları olmuşdur. 2007-2008-ci illərdə bu göstərici 5 mln ABŞ dolları, 2009-cu ildə isə 8 mln ABŞ dolları təşkil etmişdir. Bununla yanaşı yalnız 2008-ci ildə Qarabağda 64 xeyriyyə proqramı həyata keçirilmişdir ki, bu proqramların da ümumi dəyəri 13 mln ABŞ dolları həcmində olmuşdur.

Qondarma Dağlıq Qarabağa ayrılan investisiyalar əsasən erməni diasporunun üzvləri tərəfindən ayrılır. İnvestisiyaları qondarma Dağlıq Qarabağ hökuməti əsasən regionun iqtisadi inkişafa yönəldir. İnvestisiyaların əsasən Su Elektrik Stansiyaları, üzümçülük, kənd təsərrüfatı məhsullarının istehsalı, təbii ehtiyatların mənimsənilməsi, turizm və informasiya texnologiyalarına ayrılır. Hazırda iqtisadiyyatın müxtəlif sahələrinə 100 mln ABŞ dolları dəyərində investisiya qoyulmuşdur ki, bu da iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir.

Onu da nəzərinizə çatdırım ki, Ermənistanda və Dağlıq Qarabağda eyni bank sistemi və eyni pul vahidi fəaliyyət göstərir. Hər ikisi eyni gömrük sisteminə malikdir. Lakin Dağlıq Qarabağdan idxal və ixrac olunan məhsullar birbaşa xəzinəyə daxil olmur. Son illər Ermənistan bankları kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı kredit vermə siyasəti həyata keçirir və öz ipoteka bazarını genişləndirir.

Dağlıq Qarabağda mövcud olan banklar köhnə bank sistemi ilə yəni, “VTB Armeniya” bankı fəaliyyət göstərir. Bununla yanaşı Western Union və Money Gram pul köçürmələri də fəaliyyətdədir.

Aqrar sahə Dağlıq Qarabağda tarixən inkişaf etmiş və ixtisaslaşmış sahələrdən hesab olunur. Hazırda aqrar sektor ÜDM-in 15,7%-ni verir. 1994-1995-ci illərdə kolxoz və sovxozlar ləğv edildi və kənd təsərrüfatı kooperativləri yaradıldı. 1998-1999-cu illərdə isə torpaqlar kəndlilər arasında paylandı və hər adambaşı 0,6 ha torpaq sahəsi ayrıldı. Hazırda Dağlıq Qarabağda 15 min fermer qeydiyyata alınmışdır. Kəndlilər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Torpaq vergisi isə il ərzində 3-10 ABŞ dolları arasında dəyişir. 2001-ci ildən isə vergi sistemində gəlirdən alınan vergi 32%-dən 5%-ə endirilmişdir (qeyd edək ki, Azərbaycanda bu göstərici 24%, Ermənistanda isə 25%-dir). Kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələr isə Əlavə Dəyər Vergisindən azad olunmuşlar.

Qondarma Dağlıq Qarabağda əsasən şərab və araq istehsalına üstünlük verilir. Araqlar əsasən buğda və meyvələrdən, çaxır və şərablar isə tut, ərik və üzümdən hazırlanır. Ən böyük müəssisələri isə “Qarabağ Gold” və “Arsax Algo” QSC-dir. Bu müəssisələr tərəfindən istehsal olunan məhsulun yalnız 15%-i daxili tələbat üçün istifadə olunur. Yerdə qalan 85% Ermənistana, Rusiyaya, Ukraynaya və ABŞ-a göndərilir. Qeyd edim ki, 2009-2012-ci illərdə qondarma Dağlıq Qarabağda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı plan hazırlanmışdır. Əsas məqsəd isə regionda buğda istehsalının artırılmasına nail olmaqdır.

Dağlıq Qarabağda fəaliyyət göstərən müəssisələr içərisində ən böyüyü dağ-mədən sənayesidir. Son illər dünya bazarında qızılın qiyməti surətlə artmaqdadır. Mütəxəssislər ehtimal edir ki, belə gedərsə, qızılın 1 unsiyası (33 qram) 1500 dolları keçəcək. Hazırda dünya bazarında qızılın unsiyası 1200 dollara yaxındır.

Azərbaycanın əsas qızıl ehtiyatları olan ərazilər Kəlbəcər və Zəngilan rayonları işğal altındadır. Qeyd edək ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırda Azərbaycanın altı qızıl yatağının (Gədəbəy, Qoşa, Kəlbəcər, Ordubad bloku) işlənməsi ilə bağlı “R.V.İnvestment” şirkəti ilə saziş bağlamışdır. 
 
Xatırladaq ki, hazırda ləğv edilmiş “Azərqızıl” Dovlət Şirkəti və ABŞ-ın “R.V.İnvestment” şirkəti 1997-ci ildə 25 illiyə, 51+49 nisbətində saziş imzalayıb. Bu sazişdə Azərbaycanın ehtiyatları 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis olan yataqlarının işlənməsini nəzərdə tuturdu. Sazişə əsasən, ABŞ tərəfi layihəyə 500 milyon dollara yaxın sərmayə yatırmalı, bunun 30-40 milyon dollarını kəşfiyyat işlərinə yönəltməli idi.

Ermənistan Azərbaycanın işğal edilmiş əraziləri də daxil olmaqla yeni-yeni yataqlardan qiymətli metalı hasil etməyə çalışır. Hazırda Ermənistanda köhnə qızıl yataqları bərpa edilir, yeni yataqlar işə salınır. İrəvandan cənubda yerləşən Ararat dağlarındakı qızıl yataqlarının hasil edilməsi Rusiya şirkətinə həvalə edilib. Rusiyanın “Madneuli” şirkəti Ermənistanın əsas qızıl yataqlarına nəzarəti ələ alıb. Lakin bu şirkətin nəzarətinə verilən Zod qızıl yatağı mübahisəlidir. Zod qızıl yatağının bir hissəsi Kəlbəcər rayonu ərazində yerləşir. Məlumatlara görə, ermənilər qanunsuz olaraq işğal edilmiş Kəlbəcər ərazisində də qızıl hasil edirlər. Azərbaycan tərəfi Zod yatağının “Madneuli” şirkəti tərəfindən alınmasına rəsmi etiraz edib. Yataqdan qızıl emalı üçün istifadə edilən sianid turşusu isə ətraf çaylara axıdılır. Bu da regionun ekoloji durumuna mənfi təsir edir.
Bununla yanaşı “Beyz Metls” zənginləşdirici mis kombinatı da fəaliyyət göstərir. Kombinat 150 min ton polimetal filizin dağdan çıxarılması və istismarı məqsədilə yaradılmışdır. Burada son 4 ildə planlaşdırılandan da artıq 320 min ton polimetal filizi çıxarılmışdır. Gələcəkdə isə ildə buradan 400 min ton çıxarılması planlaşdırılır. Polimetal-filiz saflaşdırıldıqdan sonra qızıl halına salınır və Avropa bazarına göndərilir. Kombinatın hazırda 1200 işçisi var.

Qondarma Dağlıq Qarabağın elektrik enerjisinin təminatının əsasını Sərsəng SES verir. Lakin bu ümumi tələbatın yalnız 45%-ni ödəyir. Qalan hissə isə Ermənistandan gəlir. Bu baxımdan yeni proqramın qəbul olunması gözlənilir. Proqrama əsasən 25 yeni SES-nin tikintisi nəzərdə tutulur.

İqtisadiyyatın ən gəlirli sahələrdən biri hesab olunan turizm sferasının inkişaf etdirilməsi də nəzərdə tutulur. Bu məqsədlə turizm industriyasına 2007-ci ildə 655 min ABŞ dolları, 2008-ci ildə 2 mln 857 min ABŞ dolları vəsait ayrılmışdır. Erməni diasporu əsasən İsveçrənin “Sirkap Armeniya” şirkətinin köməyi ilə 1,5 mln ABŞ dolları dəyərində bir necə mehmanxana və otel tikdirmişdir. Hazırda Dağlıq Qarabağda 20 müstəqil otel, Xankəndində isə 10 mehmanxana fəaliyyət göstərir. Regionda “Stepanakertur” və “Asapar” turizm şirkətləri fəaliyyət göstərir. Bura gələn turistlərin əksəriyyəti ABŞ, Fransa, Kanada, Rusiya, Almaniya dövlətlərdəndir. Bununla yanaşı Böyük Britaniya, Avstriya, Suriya, Yaponiya, İsrail və digər dövlətlərdən də turist axını olur.

Dağlıq Qarabağdan əsasən ixrac edilən məhsullar: qızıl, mis, şərab, araq, konserv məhsulları və xalçalardır. Bu məhsullar əsasən ABŞ-a, Avropa dövlətlərinə və Rusiyaya ixrac olunur.

Qarabağ özünün maddi və mənəvi mədəniyyətinin bütün komponentləri ilə tamamilə Azərbaycan xalqına məxsus idi. Qarabağ xalçası, Qarabağ geyim növləri, əltikmə işləri nəinki, Azərbaycanda, hətta bütün Şərq ölkələrində tanınmışdı və yüksək qiymətləndirilirdi. Qarabağda özünəməxsus çəki və ölçü vahidi mövcud idi. Kənd təsərrüfatında yüksək ənənəvi əkinçilik və suvarma mədəniyyəti yaranmışdı.

Mənəvi mədəniyyətinin ən mühüm sahələrində də tarixən Qarabağ spesifik xüsusiyyətlərə malik olmuşdur. Hələ XVII – XVIII əsrlərdə Azərbaycan ədəbi dilində ahəng qanunu məhz Qarabağ dialektinin təsiri ilə ardıcıllaşır. Qarabağ şairlərini birləşdirən Məclisi-üns və Məclisi-fəramuşan öz üslubu ilə seçilirdi. Qarabağ musiqi məktəbi isə hətta bütün Şərqdə məşhur idi. Qarabağın baş şəhəri olan Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur.

A.Harutyunovun məktub-layihəsindəki dəlilləri alt-üst edən M.C.Bağırov bildirir ki, əgər ermənilərin əsas götürdükləri səbəbə görə Yuxarı Qarabağın Ermənistana verilməsi məqbul sayılırsa, nə olar, qoy DQMV-nin Şuşa rayonu istisna olunmaqla ərazisi Ermənistana verilsin. Ancaq bir şərtlə. Elə bu arqumentə-amilə əsaslanaraq azərbaycanlıların yaşadığı Vedi, Qarabağlar və Yeğeqnadzor rayonları Naxçıvana birləşdirilsin, habelə, vaxtilə Gürcüstana və Dağıstana verilən Azərbaycan torpaqları geri qaytarılsın.

Dağlıq Qarabağ Muxtar Vilayəti

Dağlıq Qarabağ bölgəsi ətrafındakı digər rayonlar və onların işğal tarixi 

Təcavüzün qurbanları

Dağıntılar və zərərlər

Ümumi zərər 60 milyard ABŞ dolları qədər təxmin edilir.

Qarabağ bizimdir qarabağ Azərbaycandır!

Aparılan məqsədyönlü siyasət nəticəsində beynəlxalq aləmdə Dağlıq Qarabağ məsələsi daim diqqət mərkəzində saxlanılır. Problem barəsində xarici müstəqil tədqiqatçılar seminarlar keçirir, dövri mətbuatda çıxış edir və kitablar buraxırlar. Son obyektiv tədqiqat əsəri Moskva Dövlət Universitetinin tarix fakültəsinin 2011-ci ilin yanvarında buraxdığı От Майендорфа до Астаны: принципиальные аспекты армяно-азербайджанского нагорно-карабахского конфликта (Mayendorfdan Astanaya: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin prinsipial aspektləri) kitabıdır.

Dağlıq Qarabağın təbiəti çox zəngindir.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Qarabağ haqqında həqiqi faktlar (The series of The true facts about Garabagh) seriyasından kitablar:




#Article 4: Hüquq (1122 words)


Hüquq — pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.

Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. 

Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür.

Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin  müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir. Hüququn əsas əlaməti onun normalarının məcburi xarakter daşımasıdır. Pozitiv hüquq məktəbinə görə, hüquq ilə yazılı qanunvericilik demək olar ki eyni mənaya gəlir. Hüququn mənbəyini dövlət iradəsi ilə qoyulan qanunlar təşkil edir.

Fəlsəfi hüquq məktəbi — hansısa sosial normanın hüquq norması olub-olmaması onun hüququn prinsiplərinə uyğunluğu baxımından müəyyən edilir. Təbii hüquq nəzəriyyəsinə görə isə insanın təbii hüquqlarına zidd olan normalar hüquq normaları kimi qəbul edilmir. 

Fəlsəfi hüquq nəzəriyyəsinə görə hüquq obyektiv xarakter daşıyır və dövlətin iradəsinin təzahürü deyildir.

Təbii-hüquq məktəbi — hüquq həmişə mövcud olmuşdur. Hüquq öz mənbəyini ya Tanrıda, ya da təbiətdə tapır. John Stuart Millin ifadə etdiyi kimi, necə ki Allah insanı yaradanda ona qulaq və burun veribsə, o insana eyni zamanda insan olduğundan irəli gələn hüquqlar da bəxş edib. Bura azadlıq, yaşamaq, mülkiyyət, bərabərlik və s. hüquqlar aiddir. 

Psixoloji nəzəriyyə — hüquq insanların psixoloji keyfiyyətlərinə, istəklərinə, hisslərinə uyğun yaranır. Hər bir dövlətin qanunları orada yaşayan insanların psixologiyasından asılıdır və onların tələbatlarına uyğun qəbul edilir. 

Tarixi hüquq məktəbi — hüquq da tarixdə olan hər bir şey kimi daima baş varən hadisələrə insanların təlabatlarına uyğun olaraq dəyişir. Grotius tərəfindən irəli sürülən və von Savigny tərəfindən dəstəklənən bu məktəbə görə, bir cəmiyyətdə hüquq, o cəmiyyətdə adət-ənənənin inkişafı ilə bir yerdə inkişaf edir və ona uyğunlaşır. Cəmiyyətin, insanların həyatı dəyişdikcə hüquq da dəyişir. Bu məktəb Fransız Mülki Məcəlləsinin Alman hüquq məktəbinə gətirilməsinə qarşı çıxmışdır.

Normativ nəzəriyyə — hüququ dövlət müəyyən edir və hüquq normalarının dəyişməsi dövlətdən asılıdır. 

Marksist nəzəriyyə — hüquq dövlətlə bağlıdır və sosial–iqtisadi faktorlara uyğun olaraq müəyyən edilir.

Hüququn mənbələri — hüquq normalarının yaranmasına və müəyyən forma almasına səbəb olan mənbələrdir.
  

hüquqi adətlər — hüququn ilkin və ən qədim mənbəyidir. Hüquqi adətlər ictimai münasibətlərin tənzimlənməsi üçün sosial, iqtisadi, mənəvi, dini, siyasi və.s faktorların təsiri ilə formalaşır. Sonradan demək olar ki, bütün hüquqi adətləri hüquq normaları şəklinə salınır. Müasir dövrdə bəzi dövlətlərdə əsasən mülki hüquq sahəsində hüquqi adətlər praktikada tətbiq edilir.

normativ hüquqi akt – tənzimlənməsi  Konstitusiya ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;

normativ müqavilə — konkret subyektlər arasında bağlanan və məcburi xarakterli normaları müəyyən edən, qarşılıqlı münasibətlərin tənzimlənməsində istifadə edilən müqavilələrdir. Normativ müqavilələr həm beynəlxalq (beynəlxalq müqavilələr) və həmçinin ölkədaxili ola bilər. Buna misal olaraq, Rusiya Federasiyasında Federasiya ilə Federasiya subyektləri (Tatarıstan və.s) arasında bağlanan müqavilələri göstərmək olar. 

hüquq presedenti (məhkəmə və inzibati presedent) — hüququn məhkəmələr və inzibati orqanlar tərəfindən tətbiqi zamanı təşəkkül tapmış və qəbul edilmiş qaydalardır. Yəni konkret bir məhkəmənin hansısa məsələni həlletmə qaydası nümunə kimi götürülməklə digər məhkəmələr tərəfindən də tətbiq olunur.

dini normalar — dini kitablar və dini təlimlər tərəfindən ilahi əsaslarla müəyyən edilən normalardır.

hüquqi doktrina — görkəmli elm xadimlərinin, hüquqşünas alimlərin, elmi müəssisələrin ictimai münasibətlərin tənzimlənməsi ilə bağlı, hüquqi məsələlər  barədə bildirdikləri fikirlər, elmi əsərləridir. Bir qayda olaraq hüquqi doktrina dövlətin icazəsi və təsdiqi olduqdan sonra normalaşdırılmaqla praktikada tətbiq edilir.

Hüququn prinsipləri — hüquqi tənzimləmə zamanı rəhbər tutulan əsas ideyalardır.  

Hüquqi prinsplərin növləri :

Ümumi prinsiplər — hüququn bütün sahələrinə aiddir.  

Sahələrarası prinsiplər — bir neçə hüquq sahəsinə aid olur.  Məsələn, məhkəmənin aşkarlığı, məhkəmə qərarlarından yuxarı məhkəməyə şikayət vermək hüququ həm cinayət-prosessual, həmçinin mülki prosessual hüquqa aiddir. 

Sahəvi prinsiplər — konkter bir hüquq sahəsinə aid olan prinsiplərdir. Məsələn əmək müqaviləsinin bağlanmasının sərbəstliyi və.s

Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır.  

Hüquq normalarının aşağıdakı əlamətləri var:

Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur:

Hipotez (əgər...) — hüquq normasında icra edilməli olan şərti göstərir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilisə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi. Təqsirlizlik prezumsiyası və.s

Dispozisiya (o zaman...) — konkret hərəkətin edilməsi və ya edilməməsinin qaydası göstərilir. Məsələn, ərizə ilə dövlət orqanına müraciət edilməsinin qaydası. 

Dispozisiyanın aşağıdakı növləri var:

Sanksiya  (əks halda...) — Hüquq normasının tələblərinin pozulmasına görə məsuliyyət tədbirlərini nəzərdə tutur. 

Həmişə bütün hüquq normalarda hər üç element olmur. Məsələn, Konstitusiyanın normalarda yalnız hipoteza və dispozisiya olur.

Hüquqi qüvvəsinə görə — konstitusiya normaları, qanun normaları və.s 

Hüququn sahələrinə görə — mülki hüquq normaları, cinayət hüquq normaları, əmək hüquq normaları və.s  

İcra edilməsi tələbinə görə

Davranışın xarakterinə görə — Səlahiyyətverici, qadağanedici, vəzifə müəyyənedici;

Tətbiq edildiyi subyektlərin dairəsinə görə — ümumi və ya müəyyən ərazi, müəyyən kateqoriya şəxslər üçün tətbiqi nəzərdə tutulmuş normalar. 

Qüvvədə olma müddətinə görə — müddətsiz və müvvəqəti normalar.

Hüququn realizəsi hüquq normalarında müəyyən edilən məqsədə çatmaq üçün normanın tələblərinin yerinə yetirilməsidir. 
 

Hüququn tətbiqi — Dövlətin səlahiyyət verilmiş qurumları vasitəsi ilə hüquq normalarının tələblərini yerinə yetirməsi, realizə etməsidir. 

Hüququn tətbiqinin əsas məqsədi qanunçuluğun təmin edilməsidir. Hüququn tətbiqi aşağıdakı mərhələlərlə həyata keçirilir:

Hüquqi tətbiqi aktlar — hüququn tətbiqi prosesində konkret hüquqi iş üzrə səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilən aktdır. 

Hüquq normalarının təfsiri — hüquq normalarının gerçək mahiyyətinin aşkar edilməsinə, maraqlanan şəxslərə izah edilməsinə  yönəlmiş əqli fəaliyyətdir.

Təfsir hüquq normalarının tətbiqinin ən vacib elementlərindən biridir. 

Təfsirin üsulları hüquq normalarının mahiyyətinin izah edilməsi prosesində istifadə edilən xüsusi üsul, qayda və metodların məcmusudur. 

Təfsirin nəticələrinin hüquqi qüvvəsi nəzərə alınmaqla iki növü var: 

Rəsmi təfsir — səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər tərəfindən edilən təfsir.

Rəsmi təfsirin aşağıdakı növləri var:

Qeyri-rəsmi təfsir — konkret şəxslər və ya təşkilatlar tərəfindən məsləhət xarakteri ilə edilən informasiya xarakteri daşıyan təfsir.

Qeyri-rəsmi təfsirin aşağıdakı növləri var:

Hüquq sistemi — hüquq norma, institutlarını, hüquq sahələrini özündə birləşdirən vahid sistemdir. 

Hüquq sistemi özündə üç əsas elementi birləşdirir:

Hüququn konkret sahəyə bölünməsi iki meyar əsasına həyata keçirilir — hüquqi tənzimləmə predmeti və metod. Hüquqi tənzimləmə predmetini ictimai münasibətlər, metodu isə tənzimləmə zamanı istifadə edən üsul və vasitələr təşkil edir.

Əsasən iki metod fərqləndirilir — imperativ və dispozitiv.

Dispozitiv metodda subyekt üçün davranış qaydası müəyyən edilsə də, digər hərəkət imkanları da tanınır. Bu metod mülki, əmək, ailə hüququna aiddir. 
İmperativ metodda isə subyektin davranışı dəqiq tənzimlənir. Əgər subyekt buna əməl etmirsə sanksiya tətbiq edilməsi nəzərdə tutulur. Bu metod cinayət hüququ üçün xarakterikdir. 

Müasir hüquq sistemində hüququn elmlərinin təsnifatı

Fransız alimi Rene David hüquq ədəbiyyatında aşağıdakı hüquq sistemlərini fərqləndirmişdir:




#Article 5: Ermənistan (1424 words)


Ermənistan ( - Hayastan) və ya rəsmi adı ilə Ermənistan Respublikası () — Cənubi Qafqazda dövlət. Ermənistan dənizə çıxışı olmayan ölkədir və ərazisinin əksər hissəsini dağlar tutur. Şimalda Gürcüstan, şərq və cənub-qərbdə Azərbaycan, cənubda İran, qərbdə isə Türkiyə ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri İrəvan şəhəri, ümumi sahəsi 29,743 kvadrat kilometrdir. Azərbaycana qarşı işğalçı siyasətinə görə Pakistan İslam Respublikası tərəfindən rəsmi olaraq tanınmır.

Ermənilər öz ölkələrini Հայաստան(Hayastan), bəzən də Հայք(Hayk') adlandırsalar da, dünya dillərində Ermənistan ifadəsi bir-biri ilə oxşarlıq təşkil edir.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü Anatoli Petroviç Novoseltsev və Z. İ. Yampolski hesab edir ki, erkən orta əsrlərdə indiki Ermənistanın böyük hissəsi Qafqaz Albaniyasına aid olmuşdur.

Bəzi tədqiqatçılar Uti və Artsak vilayətlərini II Tiqranın işğal sahələri sayırlar. Yunan və Roma mənbələri isə sübut edir ki, II Tiqran alban torpaqlarını işğal etməmişdir. II Tiqran Ermənistanın Şərq və Qərb hissələrini birləşdirib, vaxtilə Ermənistanın olan 70 vahəni parfiyalılardan almışdır. C.Markvarta görə isə həmin vahələr I Artaşesin işğal etdiyi Atropatenanın Şimal – Qərb torpaqları idi. II Tiqran Lukull və Pompey tərəfindən məğlub ediləndən sonra onun dövləti dağıldı. E.ə. 66 – cı ildə bağlanmış müqaviləyə görə, II Tiqran vaxtilə ələ keçirdiyi torpaqlardan imtina elədi. Yalnız Şimali Mesopotomiya və Korduena Ermənistanın hakimiyyəti altında qaldı. Əgər Artsak və Utinin vaxtilə II Tiqran tərəfindən işğal olunduğunu fərz edilsə belə, məğlubiyyətdən sonra başqa torpaqlar kimi, həmin yerlər də Ermənistandan ayrılmışdır. Bununla da Arsaq və Utinin II Tiqran tərəfindən zəbt olunması mülahizəsinin əsassızlığı üzə çıxır.

İrəvan xanlığı – 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır ilini əhatə etmişdir. 1828-ci ildə Rusiya İmperiyası ilə Qacar Şahənşahlığı arasında imzalanmış Türkmənçay müqaviləsinə əsəsən Rusiyanın tərkibinə daxil edilmışdir.

  

Ermənilərin İran və Türkiyədən indiki Ermənistan ərazisinə kütləvi surətdə köçürülməsi ilə paralel olaraq Erməni vilayətinə daxil edilən İrəvan əyalətinin Qırxbulaq, Zəngibasar, Körpübasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Səədli, Talın, Seyidli-Ağsaqqallı, Sərdarabad, Gərnibasar, Abaran, Dərəçiçək, Göyçə (bir hissəsi) mahallarının, Naxçıvan əyalətinin Əlincəçay, Məvazixatun, Xok, Naxçıvan, Dərələyəz mahallarının, Ordubad dairəsinin Ordubad, Əylis, Dəstə, Biləv və Çənnəp mahalları türklərinin əksəriyyəti əsasən Türkiyə və İrana köçməyə məcbur olmuşlar. Azərbaycan türklərinin deportasiyası

Alman diplomatı Bernsdorf bu mənzərəni belə təsvir etmişdi: Türkiyə ermənilərə ancaq Sevan(Göyçə-müəllif) gölünü saxlayıb, hansı ki, çimə bilərlər, ancaq çıxmağa və özlərini qurutmağa yer qalmayıb. Batum müqaviləsinə əsasən Ermənistan Respublikasının ərazisi Birinci Dünya müharibəsinə qədər ermənilərin İrəvan quberniyasında kompakt yaşadıqları ərazilərə məhdudlaşırdı.

N.N.Şavrov Rusiyanın Zaqafqaziyadakı müstəmləkəçilik siyasəti haqqında yazır: Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq... 1826-28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi. Onları həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında yerləşdirdik, onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət torpağı ayrılmış, 2 milyon rubldan artıq məbləğdə müsəlmanlardan xüsusi mülkiyyət torpaqları satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ, Xanlar və Şəmkir rayonları nəzərdə tutulur – müəllif.) və Göyçə gölünün sahili həmin ermənilərlə məskunlaşdırılmışdı. Nəzərə almaq lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır.

Ermənilərin indiki Ermənistan ərazisinə axını 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra bir daha güclənmişdi. 90-cı illərdə Türkiyədə baş verən erməni üsyanları nəticəsində 400 minə yaxın erməni yenə də Qafqaza köçüb gəlmişdi.
N.Şavrov qeyd edir ki, 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan 1300000 ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılmışdı.

Daha sonralar, Sovet hakimiyyəti illərində xarici ölkələrdə yaşayan 100 mindən artıq erməni Ermənistana köçüb gəlmişdi.

Ermənistan Cənubi Qafqaz ölkələri qrupuna aid olmaqla Gürcüstan, Azərbaycan, Türkiyə və İran ilə sərhədə malikdir. Ermənistan Respublikasının coğrafi mövqeyinin əsas xüsusiyyəti onun dənizə çıxışa malik olmaması ilə əlaqədardır. Ermənistan Rusiya ilə sərhədə malik deyil, bu da onun iqtisadi inkişafına mənfi təsir edir. Rusiya ilə nəqliyyat əlaqələri avtomobil magistralları vasitəsilə həyata keçirilir. Dəmiryol əlaqəsi isə Azərbaycan və Abxaziya ilə olan blokadaya görə dayandırılıb. Son dövrlərdə Ermənistan məhsullarının idxal və ixracında Gürcüstana aid Poti limanından və İranla nəqliyyat-kommunikasiya əlaqələrindən aktiv istifadə edir. Ermənistan dağlıq ölkədir. O, Ermənistan yaylasının şimal-şərqində dağarası çökəklikdə yerləşir. Relyefi mürəkkəbdir. Burada dağlar, yaylalar, akkumlyativ düzənliklər, çay dərələri və gölətrafı çökəkliklər mövcuddur. Ölkənin əsas hissəsi Zaqafqaziya vulkanik yaylasında yerləşməklə, Kiçik Qafqaz (Bazum, Pəmbək-Sevan) və Zəngəzur, eyni zamanda Vardenis və Geyəm dağları ilə əhatələnib. Geyəm və Sevan silsilələri arasında çökəklik yerləşir. Araqats Cənubi Qafqazda ən böyük vulkanik massivdir. Ən yüksək nöqtəsi Şimal dağıdır (4090 m). Həmçinin burada Qapıcıq (3904 m), Vardenis (3522 m) və Əjdaak (3597 m) zirvələri vardır. Ermənistanın şimal-qərbində Şirak düzənliyi, cənub-qərbində isə Ararat tektonik enməsi yerləşir. Ərazinin orta hündürlüyü burada dəniz səviyyəsindən 900 m təşkil edir. Ermənistan ərazisinin 90%-i dəniz səviyyəsindən 1000 m-dən çox hündürlükdə yerləşir. Orta hündürlük isə 1800-m-dir. Ən az yüksəklik Debed və Araz çayları hövzəsindədir (380 m). Ərazidə düzənlik sahə azdır. Vorotan, Voxçi, Araz çay hövzələrində yaşayış məntəqələrinin çoxu 30° meyillikdə yerləşir ki, bu da şəhər nəqliyyatının təşkili və inkişafında çətinlik törədir. Geoloji quruluşuna görə Ermənistan Alp geosinklinal qurşağında yerləşir. Ölkənin bütün ərazisi Rixter şkalası üzrə 7-9 ballıq seysmik zonaya aiddir. Ermənistan ərazisində XX əsrdə - 1926, 1931 və 1988-ci (Spitak şəhərində) illərdə güclü dağıntılı zəlzələ baş vermişdir.

Sovet dönəmində Ermənistan inkişaf etmiş sənayeyə malik bir respublika idi. Kimya, maşınqayırma, elektronika, yeyinti sənayesi və toxuculuq bu ölkədə çox yüksək dərəcədə inkişaf etmişdi. Lakin bu sənaye sahələrinin əksəriyyəti xaricdən gələn xammaldan asılı idi. Kənd təsərrüfatı həm işçi sayına görə, həm də istehsal miqdarına görə iqtisadiyyatda 20%-lik həcmə malik idi. Sovet İmperiyasının dağılması nəticəsində Ermənistanda çalışan bir çox müəssisələr öz fəaliyyətini dayandırdı, onlar hissələrə bölünərək metal parçaları kimi satıldılar. Nəticədə kənd təsərrüfatı ilə məşğul olan əhalinin miqdarı 40%-ə, kənd təsərrüfatı məhsullarının ÜDM-də payı isə 30%-ə qalxdı. Bundan başqa Qarabağ Müharibəsi nəticəsində ölkə iqtisadiyyatına ağır zərbə dəydi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparması qonşu Azərbaycan və Türkiyənin Ermənistanla olan sərhədlərini bağlaması ilə nəticələndi. Bundan başqa qonşu Gürcüstanın da Ermənistana gedən mallara yüksək tranzit haqqı tətbiq etməsi (Gürcüstan Ermənistana gedən mallar üçün Azərbaycana gedən mallara tətbiq etdiyi tranzit haqqından iki dəfə yüksək vergi tətbiq edir) etməsi də Ermənistan iqtisadiyyatında olan tənəzzülü dərinləşdirirdi. Digər tərəfdən Ermənistan özünün ən yaxın iqtisadi tərəfdaşı olan Rusiya ilə yerüstü əlaqəyə malik deyildi. Gürcüstanla Rusiya arasındakı münasibətlərin gərginləşməsi nəticəsində Rusiyanın Gürcüstanla olan sərhədini 2006-cı ildə bağlaması da Ermənistanın blokada vəziyyətini daha da dərinləşdirdi. Bununla belə Ermənistan rəhbərliyi iqtisadiyyatda olan çətinliklərdən çıxış yolu kimi ölkədəki sənaye müəssisələrini Rusiyaya təhvil verməklə həll etməyə çalışırdı. Rusiya isə bunun qarşılığında Ermənistanın dövlət borcunun bir hissəsini ləğv edirdi. Rusiyanın idarəçiliyinə verilmiş iri sənaye müəssisələri Metsamor Atom Elektrik Stansiyası, Ermənistan Dəmir Yolları Konserni, Razdan İstilik Elektrik Stansiyası, İrəvanda yerləşən (fəaliyyətdə olmayan) Mars Elekronika və Robot Zavodu, Ermənistanın qazpaylayıcı şəbəkəsi olan ArmRosQazprom şirkəti və digər sənaye müəssisələridir. Lakin 2008-ci ildə dünyada baş vermiş iqtisadi böhran Ermənistan iqtisadiyyatında qəfil tənəzzül yaratdı. ÜDM 2009-cu ildə 15% azaldı. Həmin ildə Ermənistan ÜDM azalmasına görə dünyada ikinci yeri tutmuşdu. Ölkədəki bir çox müəssisələr işini dayandırdı, fəaliyyətdə olan müəssisələr isə ziyanla işləməkdə idi. Buna görə də Rusiya Ermənistanın ziyanla işləyən sənaye müəssisələrini borc əvəzində əldə etmək təkliflərindən imtina etdi. Nəticədə ölkədəki bir çox sənaye müəssisələri iflas etməyə başladı. 2010-cu ildə Ermənistandakı ən böyük kimya zavodu olan Nairit borclara görə öz fəaliyyətini dayandırdı. 2011-ci ildə dünyadakı nüfuzlu Forbes jurnalı Ermənistanı dünyada ən pis iqtisadiyyata malik ölkələr siyahısında ikinci yerdə göstərdi.

Ermənistan iqtisadiyyatı çox böyük ölçüdə xaricdəki ermənilərin ölkəyə göndərdiyi yardımlardan və investisiyalardan asılıdır. ABŞ, Avropa Birliyi, Rusiya hökumətləri, eləcə erməni diasporu hər il Ermənistana yüz milyonlarla dollar yardım edirlər. Təkcə ABŞ dövləti Ermənistana müstəqillik qazandıqdan sonra indiyə kimi 2 milyard ABŞ dolları dəyərində yardım edib.

Ermənistan təbii ehtiyatlardan filizlərlə nisbətən zəngin ölkədir. Ölkədə qurğuşun, qızıl, mis, molibden və sink ehtiyatları var. Ölkədə istehsal olunan elektrik enerjisinin böyük hissəsi Metsamor Atom Elektrik Stansiyasında istehsal olunur (təxminən 40%).

Azərbaycan – Ermənistan Respublikası 1991-ci ildən başlayaraq 1994-cü ilə qədər Azərbaycana məxsus Dağlıq Qarabağ və ətrafı vilayətləri işğal etmişdir. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində soyqırım törətmişdir. Hal-hazırda Azərbaycanla müharibə şəraitindədir. İşğalçılıq siyasəti nəticəsində regional layihələrdən kənarda qalıb.

Ermənistan Respublikası Milli Statistika Xidmətinin 1 iyul 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən Ermənistanın de-yuri əhalisi 3 milyon 9 min 8 yüz nəfərdir.

Ermənistan Respublikası birmillətli ölkədir. Burada əhalinin 98.1%-ni ermənilər, 1.2%-ni kürdlər (müsəlman və yezidi), 0.4%-ni ruslar və qalan 0.3%-ni isə assuriyalılar, yunanlar (Qafqaz yunanları), yəhudilər, gürcülər və s. təşkil edir.

Ermənistan Respublikasının Konstitusiyasının I fəsil, XII maddəsinə əsasən Ermənistan Respublikasının dövlət dili erməni dilidir. 12-21 oktyabr, 2011-ci ildə aparılmış siyahıyaalınmaya əsasən Ermənistan Respublikasının 3.018.854 nəfər olan de-yuri əhalisinin 2.956.615 nəfəri və ya 97.94%-i erməni dilində danışır. 2019-cu il 1 iyul siyahıyaalmasına əsasən əhalisi 2.000.138 nəfərdir.

Əhalinin əksəriyyəti Erməni Qriqorian Kilsəsi üzvüdür.




#Article 6: Coğrafiya (2212 words)


Coğrafiya (, yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.

İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.

Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir, lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.

Coğrafi biliklərin inkişafı və Yer kürəsinin öyrənilməsi 4 əsas dövrə bölünür. 

İnsanlar qədim dövrlərdən başlayaraq ətraf əraziləri, onların təbii-coğrafi şəraitini, təbiətdə baş verən hadisələri öyrənməyə cəhd etmişlər. Eyni zamanda yaxın ərazilərdə yaşayan tayfa və xalqları tanımaq, onların yaşadığı əraziləri bilmək insanlara daha çox qida toplaması yerlərini müəyyən etmək və tayfalararası toqquşmalardan uzaq olmaq üçün lazım idi. İnsanların sayının artaması, müxtəlif ərazilərdə yaşayan tayfaların birliklərinin yaranması dövlətlərin formalaşması ilə nəticələndi. Şumer, Misir, Yunanıstan, Roma, Çin və Hindistanda dövlətlərin yaranması daha uzaq ərazilərin öyrənməyə maraq artırdı.

Mesopotamiya ilkin coğrafi təsəvvürlərin və biliklərin yarandığı ərazilərdən biridir. Dəclə və Fərat çayları arasında məskunlaşan, şumerlər adlanan xalqlar tarix boyu bir neçə dövlət qurmuşdur. Şumerlərin e.ə XXV əsrə aid gil lövhələr üzərində olan yazıları dövrümüzə qədər gəlib çatmışdır. Bu lövhələrdə balıq pulcuqlarına oxşar simvollarla Livan dağları, mərkəzdə paralel xətlərlə şumerlər üçün mühüm cəhət təyini obyekti olan Fərat çayının orta axarı, Zaqros dağları çəkilir. Dörd cəhətin olması fikri şumerlərə məxsusdur.

İndiki İran ərazisində qədim dövrlərdə mövcud olmuş Əhəmənilər imperiyası böyük gücə malik idi. Böyük II Kirin hakimiyyəti dövründə (e.ə 558-e.ə 530) İran, Midiya, Lidiya, Kiçik Asiyada olan yunan şəhərləri, Mesopotomiya, o cümlədən Babilistan, Mərkəzi Asiyanın çox hissəsi, Qafqaz onun tabeliyində olmuşdur. I Dara dövründə (e.ə 522-e.ə 486) farslar Pamir yaylası (qədim fars dilində Pa-i-maxr-Günəş allahı olan Mitra damı), Fərqanə vadisi, Amudərya çayının yuxarı axarı, Hind çayının sağ sahillərindəki əraziləri tanıyırdılar. I Daranın dövründə olan yürüşlər və zəfər qazandıqları ölkələr haqqında məşhur Bisutun yazıları qalmışdır. Farsların məlumatları əsasında Heradot yazır: Xəzər daxili su hövzəsidir, heç bir dənizlə əlaqəli deyildir. Onun uzunluğu avarlı gəmidə 15 günlük, eni ən geniş yerdə 8 günlük yoldur..Bizim eranın III əsrində məsafə ölçən alət icad olunur; yüngül arabacığın təkəri və barabanı dişli ötürücü ilə birləşdirilirdi. Hər li (576 m) barabana vurmaqla qeyd olunurdu. Bu icadın köməyi ilə Çində ipək parça üzərində 18 səhifədən ibarət böyük regional atlas düzəldilmişdir ki, bir adam onun səhifəsini güclə çevirə bilirdi.

Qədim Yunanıstanda və Qədim Roma b.e.ə. I minillikdən eramızın V əsrinə qədər yüksək inkişaf səviyyəsində olmuşdur. Eyni zamanda indiyə qədər gəlib çatan mənbələr göstərir ki, digər elmlərlə yanaşı burada Coğrafiya da yüksək inkişaf etmişdir.

B.e.ə XVI-XV əsrlərdə Aralıq və Qara dənizləri birləşdirən Hellesnont (Dardanel) və Bosfor boğazları artıq yunanalara məlum idi. Yunanlar-axeylilər az vaxtda Krit adası da daxil olmaqla ətrafda olan Rodos, Kipr, Evbeya adaları və digər sahilboyu əraziləri öz əsarətlərinə aldılar.

B.e.ə. VIII-V əsrlərdə yunanlar Aralıq dənizinin bütün sahillərinə yayıldılar. Milet şəhərindən olan dənizçilər Nil çayının mənsəbində olarkən onun yunan hərfi deltaya (Δ) oxşadığını nəzərə alaraq bu ərazini Delta adlandırdılar. Yunanlar Qara dənizinin şimal sahillərində və dənizin Qafqaz dağları ilə olan sahillərində 50-dən çox məntəqənin əsasını qoymuşdular.

Qədim Yunanıstanda təbiətşünaslığın əsasını Miletli Fales (b.e.ə. VII əsrin sonu-VI əsrin ortaları) qoymuşdur. O, üfüq, üfüqün cəhətləri terminini ilk dəfə işlətmiş və o vaxtdan coğrafiya xəritələri cəhətlərə əsasən tərtib olunur. İlk belə xəritənin tərtib edilməsi (b.e.ə. 550 il) Falesin şagirdi Aneksimandrın adı ilə bağlıdır. O, Dünyanın xəritəsi və Qlobus traktatlarını yazmışdır. Miletli coğrafiyaçılar qitələr terminindən istifadə edərək Asiya və Avropanı ayırmağa başladılar. Aneksimandrın müasiri olan Miletli Hekatey Liviyanı (Afrika) da əlavə qitə kimi ayırmışdır. Hekatey dünyanın yunanalara məlum olan hissəsinin bizə gəlib çatan ilk xəritəsini tərtib etmişdir.

Yerin kürə şəklində olmasını Stargirdən olan məşhur filosof Aristotel və Knidadan olan astronom Evdoks (b.e.ə. IV əsr) sübut etmişdir. Şimaldan cənuba gedərkən ulduzların biri görünür, digəri üfüqdən gözdən itir. Bunu Yer səthinin əyri olması ilə izah etmək olar. Gəmilər açıq okeanda uzaqlaşdıqca üfüqdə əvvəlcə onların gövdələri, sonra isə tədricən dor ağacları gözdən itir. Aristotel ona diqqət yetirmişdir ki, Ay tutulan zaman Yerin kölgəsi onun üzərində dairəvi görünür, dağlara qalxdıqca üfüqdə görünən ərazilər genişlənir. Coğrafiya terminini ilk dəfə Eratosfen (e.ə. 276-194-cu illər) işlətmişdir. Eratosfeni çox vaxt Coğrafiyanın atası adlandırırlar. Alim özünün Coğrafi qeydlər kitabında Yerin təsvirini vermiş və məlum olan ərazilərin xəritəsini tərtib etmişdir. O Yerin kürə şəklində olması ideyasını qəbul edərək Misirin İsgəndəriyyə şəhərində ölçmə işləri aparmışdır. Eratosfen Yerin radiusunun 6310 km, 1°-lik meredian qövsünün 110 km olduğunu təyin etmişdir. Enliklərin dərəcələrlə hesablanmasını ilk dəfə Hipparx (b.e.ə 160-125) aparmışdır. O, ilk dəfə meridianı 180 dərcəyə bölmüş, xəritədə dərəcə şəbəkəsi çəkmiş, Yerin məskunlaşma hissəsində 12 iqlim, yəni enlik zonası ayırmışdır.

Antik coğrafiyanın ən mühüm ideyalarından biri Dünya okeanının vahidliyi haqqındadır. Bu fikiri ilk dəfə Aristotel söyləmiş, sonra Eratosfen tərəfindən inkişaf etdirilmişdir. O, deyirdi ki, əgər Atlantik okeanının geniş suları mane olmasa, eyni paralel üzrə İberiyadan (Priney yarımadası) Hindistana üzüb keçmək olar. Bu dövrdə Cənubda olan torpaq sahələri Terra Australis İncognita (Naməlum Cənub Torpaqları) adlanmış və 1,5 min ilə yaxın sirr olaraq qalmışdır.

Qədim Romada bir neçə iri həcimli Coğrafiya kitabları yazılmışdır. Bu kitablar hazırda da öz əhəmiyyətini saxlayırlar. Bu kitablardan birinin müəllifi olan Strabon (b.e.ə. 63-b.e 24) iki eranın qovşağında yaşamışdır.

Strabon varlı və məşhur ailədən idi, yaxşı təhsil almışdı. Kiçik Asiyada yerləşən Amasiyadan olan Strabonun Coğrafiya əsəri 17 kitabdan ibarətdir. Coğrafiya ilə yanaşı Tarixi qeydlər kimi fundamental əsərlər yaratmışdır. İkinci əsər dövrümüzə gəlib çatmamışdır. Kitabda Strabon o dövrdə məlum olan bütün ölkələr, onların tarixi, əhalisi, təsərrüfatı haqqında digər mənbələrdə olmayan məlumatlar verir.

Strabonun bu kitabında ilk dəfə Azərbaycanın təbiəti, təsərrüfatı və əhalisi haqqında yazılı məlumat verilir.

Eramızın II əsrində Misirdə İsgəndəriyyə şəhərində yaşamış yunan alimi Klavdi Ptolemey (90-160) öz dövrü üçün fundamental əsər sayılan Coğrafiya kitabını yazmışdır. Kitab bir çox əsrlər boyu, yəni İntibah dövrünə qədər ölkələr və regionlar haqqında zəngin məlumat mənbəyi kimi istifadə etmişdir. Kitab 8 hissədən ibarətdir. Ptolemey həm də Dünya xəritəsini tərtib etmişdir. Eratosfen və Ptolomeyin xəritələrində oxşarlıq odur ki, onların hər ikisində eyni quru ərazilər -Yeni və Köhnə Dünya – Cənubi Avropa, Ön Asiya və Şimali Afrika təsvir olunmuşdur. Fərqli cəhət odur ki, Eratosfenin xəritəsindən fərqli olaraq Ptolomeyin xəritəsində meridian və paralellər çəkilmiş, yerin kürəviliyi nəzərə alınmışdır. XV əsrə qədər  Ptolomeyin xəritəsindən istifadə olunmuşdur. Ptolomeyin xəritəsində dünyanın bir neçə ölkələrdən ibarət olduğu görünür.

On səkkizinci əsrin ortası və on doqquzuncu əsrin birinci yarısında Avropanın bir sıra ölkələrində sənaye inqilabı baş verir, kapitalizm sürətlə inkişaf edir və onun texniki bazası möhkəmlənir. Bu dövrdə, xüsusilə İngiltərə xeyli güclənir və öz rəqiblərini sıxışdıraraq dünyanın ən böyük müstəmləkəçi dövlətinə çevrilir.

Ceyms Kuk (1728–1779) görkəmli ingilis dəniz səyyahı olub, dünya səyyahları arasında adı Kolumb və Magellandan sonra üçüncü çəkilir. Ceyms Kuk ilk dəfə həm Arktika və həm də Antarktidada olmuş, ilk dəfə cənub qütb dairəsini kəsib keçmiş, onun gəmiləri üç dəfə Yer kürəsini dolanmış və altı dəfə ekvatoru kəsmişdir. Kukun apardığı coğrafi kəşflərin siyahısını tutmağın özü çox vaxt tələb edərdi. Böyük ingilis səyyahı Avstraliyanın bütün şərq sahillərini, Yeni Kaledoniyanı, Havay, Cənubi Georgiya, Yeni Zelandiya və s. adaları kəşf edib. Faktiki olaraq Kuk ilk dəfə Okeaniyanı dünyaya tanıdanlardan olmuşdur.

Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir.

XIX əsrin sonuna yaxın Yerin qütblərini kəşf etmək uğrunda mübarizə özünün kulminasiya nöqtəsinə çatır. Özü də bu yarışda ön plana elmi maraqlardan daha çox yox, milli və şəxsi nüfuzlar çəkilmişdir. Amerikalı Robert Piri (1856–1920) həyatının 23 ilini Şimal qütbünün öyrənilməsinə həsr etmişdir. Bir neçə ciddi cəhətlərdən sonra Robert Piri nəhayət, 1909-cu ildə tarixdə ilk dəfə olaraq Şimal qütbündə olur.

Cənub qütbünə isə kimin tez çatacağı uğrunda gedən mübarizə faciə ilə nəticələnir. Norveçli Raul Amundsenin başçılıq etdiyi ekspedisiya itlər qoşulmuş xizəklərlə 1911-ci ilin dekabrında Cənub qütbünə çatır, orada məktub və çadır qoyub geri dönür. At qoşqu heyvanları qoşulmuş xizəklə yola düşən ingilis Robert Skotun (1868–1912) ekspedisiyası bir aydan sonra gəlib cənub qütbünə çatır və burada Norveç bayrağını görür. İngilislər gecikdiklərinə görə mənəvi cəhətdən dərin sarsıntı keçirirlər və geri qayıdarkən yolda həlak olurlar.

Beləliklə, qütblərin kəşfi uğrunda gedən böyük epopeya başa çatır, lakin həmin dövrdə onların elmi cəhətdən öyrənilməsi hələ aparılmırdı. Yalnız sonralar yeni texniki avadanlıqlarla təchiz olunan ekspedisiyalar Arktika və Antarktikanın əsaslı öyrənilməsinə başlayırlar.

XIX əsrdə elmin, texnikanın coşğun inkişafı öz təsirini coğrafiyaya da göstərdi. Bu dövrdə yeni coğrafiyanın əsaslarını qoyan – Aleksandr Humbolt, Karl Ritter, İohan Tünen, K. İ. Arsenyev və s. kimi görkəmli alimləri misal göstərmək olar.

XIX əsrin yeni coğrafiyasının böyük tədqiqatçısı, səyyah, təbiətşünas, geoloq müqayisəli fiziki coğrafiyanın, landşaftşünaslığın banisi Aleksandr Humbolt (1769–1859) olmuşdur. O, coğrafiya elminə Cənubi və Şimali Amerika, Mərkəzi Asiya, Ural, Altay ölkəsi və dünyanın başqa rayonlarına səyahət etməklə dərin elmi müşahidələr aparmaqla gəlmişdir. Həyata keçirdiyi iri elmi ekspedisiyalarda çoxlu məlumatlar toplamış, yol qeydləri aparmış və sonra bu məlumatları sintez edərək qiymətli elmi əsərlər yazmışdır. Onun qələmindən 600-dən artıq coğrafiyanın müxtəlif sahələrini əhatə edən qiymətli əsərlər çıxmışdır. Bu əsərlərin çoxu sanballı monoqrafiyalar və elmi kitablardır. Amerikanın təbiətinə aid 30 cildlik, Mərkəzi Asiyaya aid 3 cildlik, Yerin təbiəti və insan problemlərinə aid 4 cildlik əsərlər nəşr etdirmişdir.

Klassik coğrafiyanın ikinci böyük nümayəndəsi A.Humboltun müasiri Karl Ritter (1779–1859) olmuşdur. Müqayisəli coğrafiyanın tərəfdarı olan Karl Ritter dərin bilikli, geniş dünyagörüşlü alim idi. Almaniyada Berlin universitetinin ilk coğrafiya kafedrasını təşkil etmiş və onun professoru olmuşdur. Onun dərin mənalı, maraqlı mühazirələrini bir çox görkəmli alimlər – isveçrəli A.Qyuye, fransız Elize Reklü, rus Pyotr Semyenov-Tyanşanski və b. dinləmişlər. A.Humboltdan fərqli olaraq, Ritter səyahət etməmişdi. O, kabinet alimi idi. Buna baxmayaraq o, zəngin coğrafi və fəlsəfi ədəbiyyatdan istifadə edərək, çoxlu əsərlər yazmışdır. Bu əsərlər sırasında 19 cildlik «Təbiətə və insan tarixinə aid yerşünaslıq və ya ümumi müqayisəli coğrafiya» adlı əsəri də var. Əsər böyük həcmli olsa da, oradakı mülahizələr Afrikaya və Avropanın bir hissəsinə aid materiallar üzərində qurulmuşdur. Ritterin nəzəri coğrafi görüşləri müqayisəli yerşünaslıq ideyası bu kitabda öz əksini tapmışdır.

Klassik coğrafiyanın görkəmli nümayəndələrindən biri də alman mülkədarı, ilk sahə modelinin yaradıcısı İohann Tünen (1783–1850) olmuşdur. O, kənd təsərrüfatı istehsalının yerləşdirilməsinin optimal modelinə yaxın ilk sxem tərtib etmiş, «Təcrid olunmuş dövlət» (1826) kitabında bu modelləşdirmə ideyasının izahını vermişdir. O, kənd təsərrüfatının yerləşdirilməsinə təsir edən 3 amili – 1) istehsalın xarakterini, 2) torpaqların münbitliyini və bitkilərin xüsusiyyətlərini, 3) bazar qiymətləri ilə müqayisədə nəqliyyat xərclərini əsas götürmüşdür.

Qədim Azərbaycanın təbiəti, sərvətləri, xalqları, ümumiyyətlə, coğrafiyası haqqında Herodotun, Strabonun, Plininin, Plutarxın, Ptolomeyin əsərlərində geniş məlumatlar vardır. XIV əsrin axırı – XV əsrin birinci yarısında yaşamış Azərbaycan coğrafiyaçısı  və tarixçisi Əbdürrəşid Bakuvinin  coğrafiyaya dair  fikirləri maraq doğurur. O, 1404-cü ildə yazdığı “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” adlı əsərində Bakının neft  quyuları haqqında zəngin məlumat verir. Bakuvi Yer kürəsini yeddi iqlimə bölmüş, hər iqlimdə yerləşən ölkələr, şəhərlər, dənizlər, adalar haqqında məlumat vermişdir. Bakuvi Azərbaycanı 4-cü və 5-ci iqlimə daxil edir.

Hacı Zeynalabdin Şirvani (1780–1837) ömrünün 40 ilini səyahətdə keçirmişdir. Yazdığı “Cənnət bağı səyahətləri” , “Səyahət bağı” əsərlərində Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinin coğrafiyası, etnoqrafiyası, görkəmli şəxsləri, abidələri haqqında qiymətli məlumatlar vermişdir. Onun coğrafi adların mənşəyi haqqında çoxlu mülahizələri vardır.
Abbasqulu ağa Bakıxanov (1794–1846) coğrafiya sahəsində də xidmətləri vardır. O, səyahət etdiyi ölkələrin geniş coğrafi ölkələrin geniş coğrafi təsvirini vermiş, “Qəribə kəşflər” əsərini Amerika qitəsinin kəşf olunmasına – ümumiyyətlə, Amerikanın coğrafi təsvirinə həsr etmişdir.

İsmayıl Qutqaşınlı (1806–1861). Məkkə səfərini əks etdirən “Səfərnamə” adlı əsəri coğrafiya baxımdan qiymətlidir.
Görkəmli maarifçi, təbiətşünas alım Həsən bəy Zərdabinin (1842–1907) Azərbaycanda coğrafi fikrin inkişaf etdirilməsində böyük rolu olmuşdur.

Qafur Rəşad Mirzəzadə (1884–1943) Azərbaycanın görkəmli coğrafiyaçıdır. O, Azərbaycanda coğrafiya tədrisi metodikasının əsasını qoymuş, Azərbaycanda ilk dəfə Azərbaycan dilində coğrafiya dərsliyi yazmışdır. Onun “Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”, “Azərbaycan coğrafiyası”, “Coğrafiya terminləri lüğəti”, “Ümumi fiziki coğrafiya” adlı əsərləri respublikamızda coğrafiya elminin inkişafı üçün qiymətli töhfələrdir.

Məhəmmədhəsən Baharlı (1896–1943) Azərbaycanda coğrafiya elminin inkişafında misilsiz rol oynamışdır. M. Baharlının Azərbaycan coğrafiyasına gətirdiyi ən böyük töhfə “Azərbaycan” kitabıdır. Bu kitab 1921-ci ildə Azərbaycan və rus dillərində çap olunmuşdur.
Respublikamızda coğrafiya məktəbi olmadığı üçün kadrlar Rusiyanın müxtəlif şəhərlərində yetişdirilir. Azərbaycanda Respublikası Elmlər Akademiyasının Coğrafiya İnstitutu yarandıqdan sonra respublikamızda coğrafiya elmi sürətlə inkişaf etmişdir.

Hazırda coğrafiyanın əsas vəzifəsi coğrafi proqnozlar verməkdir. Coğrafi proqnozlar əvvəlki tədqiqatların nəticələrinə əsaslanaraq gələcəkdə (yaxın zamanda) baş verəcək coğrafi hadisələrin düzgün olaraq göstərilməsidir. Coğrafiya təbii ehtiyatlardan istifadə edilməsi və onların mühafizə yollarını müəyyənləşdirir.

Müasir coğrafiya elmi üç əsas sahədən ibarətdir:

Coğrafiyanın tədqiqat sahəsi, coğrafi mühitdə baş verən ümumi qanunauyğunları, tərkibini, onun inkişaf dinamikasını və ərazi üzrə
differensiasiyasını öyrənməkdən ibarətdir. Coğrafiyanın tədqiqat metodları bunlardır:

Göstərilən metodlarla yanaşı, bütün fiziki – coğrafi tədqiqatlar üç mərhələdə aparılır:

Coğrafiya ilə yanaşı bir çox elimlər Yer kürəsini öyrənir. Buraya geologiya, geofizika, geokimya, biologiya və s.daxildir. Bundan başqa coğrafiyanın yuxarıda göstərilən sahələri ayrı-ayrılıqda bir çox elmlərlə sıx əlaqəlidir. Coğrafiyaya ən yaxın elm sahəsi geologiyadır. Fiziki coğrafiyanın fizika, kimya, astronomiya və riyaziyyatla müxtəlif mövzularda bağlılığı var. Coğrafiyanın ekologiya və biologiya ilə ortaq sahələri var. Məsələn bitkilərin və heyvanların yayılmasını öyrənən elm sahəsi var: Biocoğrafiya. Buraya zoocoğrafiya və bitki coğrafiyası sahələri daxildir. Ekologiya elmi zatən hər bir sahədə coğrafiya ilə sıx bağlantıya malikdir.

İqtisadi və sosial coğrafiya ilk növbədə iqtisadiyyat və sosiologiya elmləri ilə əlaqəlidir. Bundan başqa ictimai elmlərdən tarix,toponimika, politologiya (siyası elm), etnologiya iqtisadi və sosial coğrafiya ilə əlaqəlidir.

Zaman keçdikcə coğrafiya elminin sferasından bir-çox müstəqil elmlər meydana gəldi:




#Article 7: Dil (1782 words)


Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem.

O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir.

Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir.

Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili 

Azərbaycan Respublikasının dövlət dili, onun əhalisinin əsas ünsiyyət vasitəsidir.

Azərbaycan dili eləcə də İran İslam Respublikasında yaşayan 30 milyon azərbaycanlının ana dilidir. Bu dildən vaxtilə İraqa köçmüş 200 minə yaxın insan da ana dili kimi istifadə edir. Onlar özlərini kərkük və ya türkman adlandırır və əksəriyyəti Kərkük vilayətində yaşayır.

ABŞ-da, xüsusən Qərbi Avropa ölkələrində (daha çox Almaniya, Danimarka, Hollandiya, Norveç, Fransa) xeyli azərbaycanlı yaşayır. Çoxu İrandan işləmək üçün gedənlərdir. Türkiyədə də azərbaycanlılar çoxdur. Onlar 1920 ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan və İkinci dünya müharibəsindən sonra gedənlər və onların nəsilləridir. 20-ci əsrin 90-cı illərindən başlayaraq Rusiyaya gedən və indi orada qalıb yaşayan azərbaycanlılar daha çoxdur. Beləliklə, dünyada hazırda Azərbaycan dilində danışan 50 mln.-dan çox adam yaşayır.

Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dili qrupunun oğuz yarımqrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə türk dilləri arealının cənub-qərb qolunu təşkil edir.

Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir.

Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çoxdur. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə 13 əsrdən başlayır.

Azərbaycan ədəbi dilinin 800 ilə yaxın inkişaf tarixi iki böyük dövrə – əski və yeni dövrlərə bölünür. Əski dövr 13–17 əsrləri, yeni dövr isə 17-ci əsrdən sonrakı mərhələni əhatə edir.

Azərbaycan ədəbi dilinin işlənildiyi areal öz miqyası ilə fərqlənir. Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil rolunu oynamışdır. Həmin dövrün ədəbi dili yeni dövr Azərbaycan dilindən öz ekstralinqvistik (dilxarici) və linqvistik (dildaxili) xüsusiyyətləri ilə də seçilir.

Əski dövr Azərbaycan dilinin leksik tərkibi ərəb və fars sözlərinin çoxluğu ilə fərqlənir. O dövrün dil üslubları, xüsusən aparıcı janr olan poeziya ədəbi dilə külli miqdarda alınma sözlərin gəlməsinə səbəb olmuşdu. İkinci dövrdə isə realist şeir məktəbinin, realizm ədəbi metodunun yaranması və formalaşması alınma sözləri ədəbi dildən sıxışdırıb çıxardı.

Digər tərəfdən, əski Azərbaycan ədəbi dilinin Osmanlı dili ilə müştərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliyini tamamilə itirmişdi. Bu, türk ədəbi dilləri sahəsində ayrılma (diferensiasiya) hadisəsinin tam başa çatmasının nəticəsi idi.

Dövrlər arasındakı fərqlər fonetik səviyyədə də güclüdür. Belə ki, yeni dövr Azərbaycan ədəbi dili eyni zamanda fonem tərkibinin sabitləşməsi ilə də səciyyələnir. Birinci dövrə xas olan o//a sait, h//q//x samit müvaziliyi artıq birincilərin (o və h) qələbəsi ilə nəticələnir.

Oxşar vəziyyət qrammatika sahəsində də özünü göstərir. İsmin birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin -yi,-yı, -yu,-yü//-ni,-nı,-nu,-nü müvaziliyi ikinci dövrdə artıq aradan çıxır. Felin -isər qəti gələcək zaman şəkilçisi öz vəzifəsini tamamilə -acaq//-əcək şəkilçisinə verir.

Əski dövr Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelinə uyğun olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq [eşq təriqinin (yolunun) tərki], daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Digər sintaktik fərq kimi, birinci dövrdə, əsasən, budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə daha çox feli sifət tərkiblərinin işləndiyini görmək olar.

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir. Əski dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir: 1) ədəbi dilin təşəkkül mərhələsi (13–14 əsrlər); 2) klassik şeir dili mərhələsi (15–17 əsrlər).

Azərbaycan dilinin bu dövrü üç mərhələni əhatə edir: 1) ədəbi dilin xəlqiləşməsi mərhələsi (18-ci əsr); 2) milli dilin yaranması və inkişafı mərhələsi (19–20 əsrin 1-ci rübü); 3) müasir mərhələ (20-ci əsrin 1-ci rübündən sonra).

Azərbaycan dili böyük inkişaf yoluna özünün ikinci inkişaf mərhələsində (milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində) çıxmışdır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılmağa, qəzet və jurnallar nəşr olunmağa başlamış, bəzi rəsmi sənədlər tərtib edilmiş, elmi araşdırmalar aparılmışdır. O dövrdə Azərbaycana gələn əcnəbilər, o cümlədən ruslar və almanlar da ona maraq göstərmiş, bəziləri bu dili öyrənməyə çalışmışlar (rus şairləri M.Y. Lermontov, A.A.Bestujev-Marlinski, alman şərqşünası F.Bodenştedt). Orta əsrlərdə əski Azərbaycan dilinə aid sərf-nəhv (qrammatika) kitabları və lüğətlər olsa da, elmi əsərlər və dərsliklər 19 əsrdən etibarən yazılmağa başlamışdır. Mirzə Kazım bəyin rusca yazdığı “Türk-tatar dilinin ümumi qrammatikası” (1839) əsəri məşhurdur. M.Vəzirovun, L.Budaqovun, Q.Makarovun, N.Nərimanovun, M.D.Məmmədovun, S.M.Qənizadənin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun ikicildlik lüğəti də (“Sravnitelğnıy slovarğ tureüko-tatarskix əzıkov”, 1869–1871) var. M.Əfşarın Azərbaycan dilinə aid “Fənni-sərfi-türki” (“Türk dilinin qrammatikası”, 1869) adlı dəyərli əsəri isə azərbaycancadır.

Ədəbi dili xalq dili ilə eyniləşdirmək meyli. Bu, özünün bariz əksini “Molla Nəsrəddin” jurnalının yazılarında, C.Məmmədquluzadə, Ə.Haqverdiyev kimi yazıçıların əsərlərində tapmışdır;
Daha çox Osmanlı (türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu, “Füyuzat” və “Həyat” kimi bir çox jurnal və qəzetlərin, Ə.Hüseynzadə kimi maarifpərvər yazıçıların dilində özünü göstərir. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi;
Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Heç bir dialekt təsirini qəbul etməyən bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 30-cu illərədək davam etdi.
Yeni dövr Azərbaycan ədəbi dilinin müasir mərhələsində mühüm hadisələrdən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu alması oldu.

Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi Azərbaycan Xalq Cümhuriyyəti (1918–20) hökumətinin diqqət mərkəzində olmuşdur. 1918-ci il 27 iyun tarixli qərarı ilə Cümhuriyyət hökuməti o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Hökumət qeyri millətlərdən olan Azərbaycan vətəndaşlarının dövlət dilini öyrənmələri üçün tədbirlər görür, bu məqsədlə kurslar təşkil edirdi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan (1920) sonra da dil siyasəti mühüm əhəmiyyət kəsb etmişdir. Şimali Azərbaycanın 1991 ilə kimi SSRİ-nin tərkibində olmasına baxmayaraq, Azərbaycan dilinin orta məktəblərdə tədrisinin əsryarımlıq, universitet və institutlarda tədrisinin isə 88 illik tarixi var.

Azərbaycan dili, onun tarixi, dialektləri geniş surətdə tədqiq edilmiş, bu sahədə Azərbaycan dilində yüzlərlə əsər çap edilmişdir. Qədim yunan ədəbiyyatı və fəlsəfəsindən tutmuş bu günədək mövcud olan bədii və elmi əsərlərin Azərbaycan dilinə tərcümə edilməsi ilə yaaşı, riyaziyyat, fizika, kimya, təbabət və s.-yə aid dərsliklər də başqa dillərdən Azərbaycan dilinə çevrilmişdir. Hazırda Azərbaycan dilində orijinal dərsliklərin nəşri başa çatmışdır.

Azərbaycan dili dövlət dili kimi Azərbaycan SSR Konstitusiyasında (1978) təsbit olunmuşdur.

Müstəqil Azərbaycan Respublikasının ümumxalq referendumunda qəbul edilmiş (1995) yeni Konstitusiyasında dövlət dilinin məhz Azərbaycan dili kimi yer alması Heydər Əliyevin adı ilə bağlıdır.

Müasir Azərbaycan dilinin özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu vardır. Əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, ö) və arxa sıra (ı, u, a, o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz (i saiti ilə başlayan işıq, ildırım kimi bir neçə söz istisnadır); eyni zamanda dilortası samitlərin (g, k) arxa sıra, dilarxası samitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkün deyil (alınma sözlər istisnadır). Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Uzun saitlərə və samitinə aid ayrıca hərflər yoxdur. Azərbaycan dilində 9 qısa (i, ü, e, ö, ə, a, o, u, ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u:) sait vardır. Uzun saitlər çox az hallarda, yalnız alınma sözlərdə işlənir. Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişir: . Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.

Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir. İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 zamanı (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir. Fellər subyekt, obyekt və hərəkətə münasibətinə görə 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlımüştərək, icbar) işlənir.

Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin təyin etdiyi sözdən qabaqda gəlir.

Sözdüzəltmədə, əsasən, morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança, otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, günəmuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir. Müasir Azərbaycan əlifbası latın qrafikasına əsaslanır.

İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii və elmi üslub. Ədəbi dilin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir. Ölkənin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına səbəb olmuşdur. Bu proses ədəbi dilin bütün üslublarında aydın müşahidə edilir.

Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir: 1) şərq qrupu (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu (Gəncə, Qazax, Qarabağ dialektləri və ayrım şivəsi); 3) şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu (Naxçıvan, Ordubad dialektləri).

Azərbaycanda yaşayan azsaylı xalqların dilləri İran dilləri və iber-Qafqaz dilləri qruplarına daxil olan dillərdəndir. Onlardan biri İran dillərinin şimalqərb yarımqrupuna daxil olan talış dili, digəri isə həmin qrupun cənub-qərb yarımqrupuna mənsub olan tat dilidir. Azərbaycan kürdlərinin dili də İran dilləri qrupuna aiddir. Azərbaycanda fəaliyyət sahəsi yalnız bir-iki yaşayış məntəqəsi ilə, hətta bir kəndlə məhdudlaşan buduq, xınalıq, qrız, udi, ingiloy kimi dillər də var. Onların hamısı iber-Qafqaz dilləri qruplarına daxildir.

Azərbaycanda yaşayan azsaylı xalqların hamısının dilləri tədqiq olunmuş və öyrənilmişdir.

Dil sənayesi bir-biri ilə bu və ya digər dərəcədə bağlı olan müxtəlif intellektual xidmət
sahələrini özündə birləşdirir. Bu xidmətlərin hər birinin spesifik xüsusiyyətləri olsa da, onları
birləşdirən bir əsas ümumi cəhət var ki, bu da insan faktorunun həlledici rola malik olmasıdır. Yəni
bu sahələrin hər birində göstərilən xidmətlərin keyfiyyəti, ilk növbədə, hansısa dili mükəmməl
bilən mütəxəssislərdən asılıdır. Eyni zamanda, bu xidmət seqmentləri arasında bır sıra qarşılıqlı
əlaqə və asılılıq mövcuddur. Belə ki, biri digərinin fəaliyyətini təmin edir, yaxud stimullaşdırır.
Məsələn, dil sənayesinin təhsil seqmenti digər seqmentlər üçün kadr hazırlığını həyata keçirir.
Təhsil seqmentinin keyfiyyəti isə dil sənayesi üzrə elmi-tədqiqatların səviyyəsindən asılıdır.
Tərcümə fəaliyyəti isə elmi-tədqiqat və təhsil seqmentləri üçün zəruri kontentin əlyetərliliyini
təmin edir.

 




#Article 8: Yunan dilləri (138 words)


Yunan dilləri — Hind-Avropa dil qrupunun bir qolu. Əsas üzvü yunan dilidir. Eyni zamanda, yunan qrupu qədimdən bəri ən yaxşı öyrənilmişdir. Hal-hazırda qrupun əsas funksiyası, dil funksiyalarının tam dəsti ilə uzun və mürəkkəb bir tarixi olan Yunanıstanın dilidir. Yunan qrupu
alban və erməni ilə yaxınlaşır, həm də hər biri bir dil ilə təmsil olunur. Eyni zamanda əvvəllər başqa yunan dilləri və çox təcrid edilmiş dialektlər var idi ki, onlar ya ölən, ya da assimilyasiya nəticəsində tükənmə şəraitindədirlər.

Qrupun tərkibi daim dəyişir. Qədim dövrlərdə yunan qrupu üç şöbəyə bölünüb:

Attik dialekti  əsasında qədim yunan dili Koine formalaşdırılmışdır. Bir çox dəyişikliklərdən sonra Koine orta əsrli yunan dilinə çevrildi. XV əsrdə orta əsr yunan dili əsasında Yeni Yunan dili, Pontiv dili və Kapadok dili quruldu. Dorian dili əsasında, italyan-rumen dili, tsakon dialekti, maniot dialekti meydana gəlmişdir. 

Attik dialektinə əsasən, koine vasitəsilə: 




#Article 9: Fars dili (165 words)


Fars dili () — Hind-Avropa dillərinin İran dil qrupuna daxil olan dil.

Fars dili ən qədim dillərdən biridir. Bu dil Hind-Avropa dil ailəsinin İran dilləri qrupuna daxildir. İran İslam Respublikası, Əfqanıstan, Tacikistan kimi ölkələrdə rəsmi dil sayılır. (Fars dili tacik və Əfqanıstandakı dəri dilləri ilə həddindən artıq çox bənzərliyə malikdir. Ortaq leksika ilə asanlıqla başa düşülür). Eyni zamanda Özbəkistan‚ Türkmənistan və Pakistanda da bu dildə danışan etnik qruplar vardır. Ana dili kimi 70 milyondan çox‚ ikinci dil kimi isə təxmini 53 milyon insan tərəfindən istifadə olunur.

Əsrlər boyu Yaxın Şərqdə çox güclü olmuşdur. Qafqaz və Anadolu türkcələrinə böyük təsir göstərmiş, saray dili olmuşdur. Məsələn, N.Gəncəvi, Xəqani, Nəsimi, Füzuli farsca əsərlər yazıb. Fars dili ərəbcəyə daha az təsir göstərmişdir.

Farsca Osmanlı və Səfəvi dövlətlərində dövlət dili olaraq istifadə olunub.

İslamdan əvvəl pəhləvi əlifbasından istifadə olunurdu. Sonra ərəb əlifbasına ərəbcədə olmayan 4 hərf əlavə olunaraq ərəb əlifbası əsasında tərtib olundu. Hal-hazırda İran və Əfqanıstanda bu əlifbadan istifadə olunur. Taciklər farsdilli olsalar da, Tacikistanda kiril əlifbasından istifadə olunur.




#Article 10: Antropologiya (225 words)


Antropologiya  ( — insan;  — elm)  —  insan haqqında elmdir. Təbiət elmlərindəndir. İnsanın yaranması və inkişafı, insan irqlərinin yaranması və insanın fiziki quruluşunun normal dəyişmələri haqqında elmdir. 

Qərbdə bu elmə insanın təbii tarixindən əlavə, həmçinin etnoqrafiya və arxeologiyanı da aid edirlər. İnsanın əmələ gəlməsində ictimai amillər daha çox rol oynadığında antroplogiya humanitar elmlərədə sıx əlaqədardır. Antropologiya insanın morfologiyası, antropogenez və irqşünaslıq kimi əsas bölmələrdən ibarətdir.

Antropologiya yunan sözləri olan ánthropos (insan) və lógos (söz, elm) sözlərindən əmələ gələn düzəltmə sözdür. Bu gün bu sözü istənilən digər bir formaya salmaqla biz ya fransız, ya ingilis, ya da digər bir dilin sözünü işlətmiş olarıq.

İnsan morfologiyası somatologiyaya və merologiyaya bölünür.

Somatologiya insan orqanizmin fərdi dəyişkənliyinin qanuna uyğunluqlarını, rüşeym inkişafının ilk mərhələsindən qocalığa qədər insanın yaş xüsusiyyətlərini, müxtəlif bioloji və sosioloji amillərin insanın bədən qurluşuna təsiri, insanın konstitusiyasını öyrənir.

Merologiya insan orqanizminin ayrı-ayrı hissələrinin dəyişkənliyini tədqiq edir. Nəticədə insanın başqa canlılarla qohumluq əlaqələrini və onun heyvanlar aləmində yeri müəyyən olunur.

Insanin yaranması hələ qədim zamanlardan insanları maraqlandıran əsas məsələlərdəndir. Qədim Şərqdə insanın yaranmasını dinlə əlaqələndirilir. Antik dövrdə iki nöqteyi-nəzər olmuşdur. 1.Atomistlər-insanın formalaşmasını canlı aləmin son nəticəsi kimi qəbul edirdilər. 2.İdealistlər-insanın mövcudluğunu fövqəltəbii qüvvələrlə bağlayırdılar. İntibah dövründə insanın mövcudluğu ilə bağlı yeni mülahizələr yarandı. 18-ci əsrdə Karl Linney “Təbiətin sistematikası” adlı əsərində insanı primatlar dəstəsinə aid etmişdi. 18-ci əsrin sonu 19-cu əsrin əvvəllərində Jan Batist Lamark təkamül nəzəriyyəsini irəli sürdü.




#Article 11: Din (616 words)


Din –  üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütünü və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir düşüncə, sistemidir.

Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. Sivilizasiyalar toqquşmasının hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.

Din dünya gerçəkliyini dərk etməyə aparan yoldur. Dinin yolu böyük, cığırları çoxdur. Dünya əhalisi müxtəlif dinlərə etiqad edir. Bu dinlərin bəzilərinin öz peyğəmbəri, öz ənənələri, müqəddəs kitabları var.

Dinlər yalnız bir ölkə, bir xalqın yaşadığı ərazidə deyil, müxtəlif ölkələrdə yayılmışdır.

Azərbaycan demokratik ölkədir. Ölkəmizdə İslam dini ilə yanaşı, müxtəlif dinlərə etiqad edən insanlar da yaşayırlar.

Qədim İpək yolunun üzərində yerləşən və Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olmuşdur. Belə bir şəraitin mövcud olmasında Azərbaycanın tarixi inkişafı, coğrafi mövqeyi, əhalisinin tərkibi və s. səbəblər böyük rol oynamışdır.
Azərbaycanda tarixən şamanlıq, zərdüştlük kimi çoxallahlı dinlərlə yanaşı, islam, xristianlıq və yəhudilik kimi təkallahlı dinlər də olmuşdur. Azərbaycanda dini dözümlülüyün tərbiyə edilməsində islamın böyük rolu olmuşdur.

Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur. Dinləri səmavi və qeyri-səmavi olmaqla iki qrupa ayırırlar. Səmavi dinlər, adından bəlli olduğu kimi, Allah tərəfindən mələklər vasitəsilə peyğəmbərlərə göndərilən vəhy mənbəyidir. Bunlara haqq dinlər də deyilir. Bir sözlə, xristianlıq, yəhudilik və İslam dini haqq dinləridir.
İslam dininə görə ilk insan Həzrəti Adəm eyni zamanda ilk peyğəmbərdir. Hz Adəmdən Hz İsaya qədər bütün peyğəmbərlər insanlara Allahın birliyini və ona necə ibadət ediləcəyini təbliğ etmişlər. Mənbələrə görə, səmavi dinlərdən yəhudilik Hz Musa, xristianlıq isə Hz İsa tərəfindən insanlara çatdırılmışdır.

Hazırda dünya əhalisinin təqribən 1,2 milyardı islam dininə etiqad edir, islam dini səmavi dinlərin sonuncusu hesab olunur və Allah tərəfindən göndərilən peyğəmbərləri və kitabları təsdiq edir, islam sülh, barışıq, bərabərlik və yardımlaşma dinidir.

Qeyri-səmavi dinlər isə Allah tərəfindən göndərilməyib, insanlar arasında təşəkkül tapan dinlərdir. Bunlara misal olaraq, buddizm, zərdüştlük və şintoizmi göstərmək olar. Müasir dövrdə Yaponiya, Çin, Hindistan, Tailand buddizmin yayıldığı ölkələr sayılır. Zərdüştlük bir vaxtlar Azərbaycan, iran, Orta Asiya və Hindistanda geniş yayılmış bir din olmuşdur. Şintoizm köklü yapon dinidir və bu günədək beləcə qalmaqdadır.

Hüquq cəmiyyətdə nizam təsis edən və cəzasını ictimayyiyə vicdanının reaksiyasında və bu reaksiya əks etdirən dövlətin maddi icbari qüvvəsində tapan qaydalar nizamnaməsidir. Yılmaz Günəşə görə hüqüq cəmiyyətdə fərd və fərd cəmiyyət əlaqəsini bir başa təsir edən bir dəyərdir hüquq fərd və cəmiyyət baxmindan insanların hərəkət və davranışlarnı idarə edən dəyərlərdir. Hüququn din ilə əlaqəsi qanun və nizam fikirindən qaynaqlanır hüquq varlğın ümumi nizam və insanın buna tabe olan Əqli Səlim nöktələrindən din ilə birləşdirən amil ağıldır. 

İslam təbiəti və təbiət qanunlarını bir nümunə və əksər hallarda bir ölçü olaraq götürmüşdür, çünki onlar da Allahın adətdir, ancaq insan daha yuxarıda olduğu üçün təbiəti və təbiət qanunlarını İlahiləşdirə bilməz onlara əsir ola bilməz onları bir-birinə istifadə edə bilməsi də bunu göstətir. İslam hüququnun hədədfi, fərd, cəmiyyət mənfəətlərini qarışdırmadan tarazlıq içində qorumaq haqqın yerini tutmasını ədalətin həyata keçməsini təmin etməkdir.

Dünyada təxminən 124 dindən çox din var.Amma ən məşhur dinlər bunlardır:

 




#Article 12: İslam (6154 words)


 İslam (, əl-'islām) — monoteist dinlərdən biri.

İslam yeganə Allaha () itaət etmək deməkdir.

İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır.

İslam dinini qəbul edənlər müsəlman adlanırlar.

Müsəlmanlar, Allahın buyurduqlarını və İslamın müqəddəs kitabı Qurandan və İslamın peyğəmbəri Məhəmmədin etdiklərini sünnə öyrənib, özlərinə örnək götürürlər.

Müsəlmanlar hər gün 5 vaxt namaz qılmalı, Ramazan ayının orucunu tutmalı və müstəti olanlar (yəni maddi və fiziki imkanı olanlar) ömürlərində heç olmasa bir dəfə Həcc ziyarətinə getməlidirlər. Bundan başqa müsəlman islami vergiləri — xums və zəkat, eləcə də fitrə zəkatı verməlidir. Ümumiyyətlə, İslam qanunları tələb edir ki, hər bir müsəlman böyük günahları tərk eləsin.

İslam dünyanın ən geniş yayılmış ikinci böyük dini Dünyada təqribən 1 milyard 720 milyona yaxın müsəlman yaşayır. 
Müsəlmanların təxminən 13%i ən böyük müsəlman ölkəsi olan İndoneziyada yaşayır , 25% Cənubi Asiyada , 20% Yaxın Şərqdə , 2% Orta Asiyada , 4% Cənub-şərqi Asiya ölkələrində və 15% Afrikada. İslam – üç dünya dinindən biridir. İslam icmaları 120-dən çox ölkədə var. Onlar 1,2-1,5 milyard insanı birləşdirir. 35 ölkənin əhalisinin çoxu müsəlmandır. İslam 28 ölkənin rəsmi dinidir.

İslam 5 dayağa söykənir: İslam dini rəmzinin birinci və ən mühüm müddəası olan və «La İlahə İlləllah va Muhammədər Rasullulah» («Allahdan başqa İlahi yoxdur, Məhəmməd onun rəsuludur») sözü ilə ifadə olunan şəhadət; müsəlmanın gündə 5 dəfə dua etməsini nəzərdə tutan salavat-ı zikr(farsca namaz); zəkat – ehtiyacı olan müsəlmanların nəfinə vergi, sədəqə;  ramazan ayı ərzində tutulan oruc; Məkkənin ziyarəti – hər bir müsəlmanın həyatında heç olmasa bir dəfə yerinə yetirməli olduğu  həcc. 

İslam tarixinin təşəkkülü, Quranın nazil olması və hədislərin tərtibinin yanında, müxtəlif  İslam elmlərinin yazılışı ilə birlikdə başlayır. Həqiqətən müsəlmanlar, tarix elminin ilk qurucuları olmamaqla birlikdə, fikri tərəfdən tarixçiliyin liderlərindəndirlər. İslam tarixi, Mədəniyyət tarixi, Dinlər və Məzhəblər tarixi, Təfsir tarixi, Düşüncə tarixi və Sənət tarixi kimi tarix elmləri vasitəsilə tarixçiliyin inkişafında və təkmilləşməsində mühüm rol oynadılar.

İslam Peyğəmbəri Hz.Muhamməd (s.ə.a.s), Miladi 570 və ya 571-ci ildə, o vaxtlar “Ümmül-Qura (kəndlərin beşiyi) deyə adlandırılan Məkkədə doğuldu. Məkkə əlbəttə Allahın yerüzündəki mələklərinin paytaxtı, inananların dəstə-dəstə ziyarətə gəldikləri, həcc etdikləri Allahın Beytinin, müsəlmanların qibləgahının yerləşdiyi yer olması səbəbi ilə belə adlandırılmışdır.

Miladi tarixlə 610-cu ildə Məkkədə, oxumağı əmredən və kəlamı tərifləyən ilk  vəhylə “İslam Çağrısı”, Hz.Muhamməd (s.ə.a.s) in Peyğəmbərliyi dövrü başlandı. Məhəmməd peyğəmbər Məkkə şəhərində məskunlaşan Qüreyş qəbiləsinin Bəni-Haşim (Haşimoğulları) qoluna mənsub olmuşdur. Hər tərəfdən cahilliyə qarşı olan İslam Çağrısı yer üzərində ən böyük inqilabdır. İslam inqilabın qaynağı olan Quran, ancaq İslam əqaid və ibadət əsaslarını ortaya qoymaqla qalmadı, ümumi olaraq bəşər tarixindən dəlillər gətirdi; bu doğrulama və şahidləndirmə hadisəsində yaradılış, dinlər, hökmdarlar, nəbilər və əvvəlki qövmlərin qissələri, bir-biriləri ilə olan əlaqələri yer aldı. Quran təməldə İslam təlimindən bəhs edərkən, əvvəlki millətlərin və hökmdarların inanc, əxlaq, sosyal və ekonomik vəziyyətləri haqqında məlumat verdi, daha sonra araşdırmasını kainatın əhvalı ilə doğurdan əlaqəli olaraq müxtəlif insan qruplarının öz ölkələrindəki vəziyyətləri üzərində sıxlaşdırdı. Əslində Quran, tarixdə insanoğlunun yaşadığı hadisələri təqdim edərkən insana dünya həyatını yaşama tərzini öyrədir, yaxşı və pisdən birini seçməklə baş-başa buraxır. İlk müsəlmanlar bunlar olmuşdur: Məhəmməd peyğəmbərin həyat yoldaşı Xədicə binti Xüveylid, əmisi oğlu Əli ibn Əbu Talib və yaxın dostu Əbu Bəkr ibn Əbu Qühafə.

Xüsusən Əbu Cəhl ləqəbli Əmr ibn Hişam, peyğəmbərin öz əmisi olan Əbu Ləhəb ləqəbli Əbdülüzza ibn Əbdülmüttəlib kimi Məkkənin nüfuzlu şəxsləri İslama böyük kin və nifrət bəsləyərək yeni dini boğmağa çalışmışlar.

Quranın insanlığa təqdim etdiyi ilahi çağrışın surə və ayələrindəki təməl həqiqətlərdən biri “tarix hadisəsi”dir. Bu hadisələr Quranda dəyişik şəkillər alır və böyük bir davamlılıq içərisində gəzər və insan qruplarının irəliləyişi parelellik göstərir. Bütün bunlarda insanın dəyişkənliyi və aldığı müxtəlif rəftarlar gözün qabağına gətirilir. Bu tərəfləri ilə tarixi hadisələr Quranın əhəmiyyətli hissəsini düzəldir. Quranın istənilən surəsində mütləq bir tarixi hadisə izah edilir. Tarixi hadisələr isə, müxtəlif düşüncə axınları və rejimləri üçün təcrübə tarlası və onların güclərini sübut etdikləri, zəifliklərini göstərdikləri bir meydandır.

Quranın bu tarix anlayışı, əsas etibarı ilə, insan təbiətinin dərinləşmənin başa düşülməsi üçün qurulmuşdur. Bu baxımından Quranda təqdim edilən tarix görünüşü həyatın həqiqətləri ilə uyğun haldadır. Yəni Quranın tarix anlayışı, insanın tarixdəki fərdi və ictimai xüsusiyyətinin üzərinə qurumuşdur.

Eyni şəkildə Quran, insanlığın qədim dövlərinə aid çoxlu hadisələrdən söhbət gedir və geniş məlumat verir. Beləliklə Quran, bir tərəfdən insana tarixi öyrədir və bir tərəfdəndə hadisələrdən ibrət alınmasını saxlayır. Quranda zikredilən tarixi hadisələri səbəb və nəticələri ilə birlikdə başa düşmək və onlara hökm edən “İlahi Sünnəti” kəşfetmək insandan istənilən ən əhəmiyyətli xüsus olmaqdadır.

Ona görə də bu səbəblərdəndir ki, Qurani-Kərim, İslamın və onun tarixinin təməl qaynağıdır; üzərində geniş olaraq durmaq, onun məzmununu yaxşı bilmək həm insanlıq tarixini həm də İslam tarxini asanlıqla başa düşməyinizi təmin edəcəkdir.

İslamın ilk təmsilçilərinin tarix elminin inkşafı üçün göstərdikləri səy nəticəsində bu elmin müsəlmanlar arasında ən yaxşı şəkildə bilməyə kömək etdi. İlk müsəlmanlar, həyatın hər tərəfi ilə bağlı məsələlərdə tarix azuqəsini toplamağa çalışdılar; o dövrün dövlət adamları və tanınmış insanları haqqında məlumat əldə etdilər. Rəvayətlərin və onlara dayanan hadisələrin mütləq görən şahidlərinə istinad etməsini istədilər. Tarix elminə qərbdə və şərqdə çox əhəmiyyət verirdilər. Nəticədə tarix elmi, ilk müsəlmanların köməyi ilə, həqiqətlərin qaynağı olduğu kimi, bu yeni tarix metodu da müsəlmanların tarixi hadisələri araşdırma və öyrətmə metodu oldu.

Beləliklə müsəlmanlar, Hz.Peyğəmbər dövründən etibarən tarixə əhəmiyyət verdilər. Tarix elmi zamanla inkişaf etdi və uyğunlaşdı. Hz.Peyğəmbərin sözlərini, fellərini və haqqında bildiklərini əshab ayrı-ayrı səhifələrdə tədvin etdilər, bilib topladıqlarını öyrətdilər. Nəticədə İslam elmlərinin tədvin, təsnif və tərtibi hadisəsi başladı. Müsəlmanlar çox sağlam təməllər üzərində dinlərin əsaslarını aşkar etdilər. İslamın pozulmadan və dəyişmədən bu günə qədər gəlməsinə nail oldular. Aralarında çıxan fikir ayrılığlarını Kitab və Sünnət işığında həll etdilər. Dini vəsiqələr ən sağlam vəsiqələr olduğundan, gərək din gərəksə İslamın ilk illərində meydana gələn hadisələr, İslamın və Müsəlman xalqının ilk günləri bu dini-tarixi vəsiqələr üzərində tərəfsiz olmağı ilə ortaya qoyulmağa çalışıldı.

Bir tərəfdən səhabələr Hz.Peyğəmbərdən eşitdikləri və bildikləri hədisləri səhifələr və ya kitabcıqlar tədvin etdilər. Mustafa Əl-Uzma, açığca hədis tədvinində olduğları bilinən səhabələrin sayının ən az 50 olduğunu bildirirkən, Bəlazuriyə çatan bir xəbərə görə isə səhabələr içərisində oxuyan-yazanların ancaq 17 adam olduğu deyilir. Hammamın rəvayət etdiyi Əbu Hüreyrə səhifəsi, Ənəs ibn Malik səhifəsi də belədir. Sad ibn Ubadə, Cabir ibn Abdullah da hədis səhifəsinə sahibdirlər. Ancaq, Hz.Peyğəmbərin sağlığında hədis tədvin edən Amr ibn Hazm Əl-Ənsari, Ənəs ibn Malik, Abdullah ibn Amr ibn As kimi səhabələr hədisləri bölümlərə ayırmadılar. Hz.Peyğəmbərin danışdığı zamana və illərə görə təsnif etmədilər.

İslam tarixçiliyinin təşəkkülündə, Siyər, Məğazi, Təbaqat və Təracim növündən İslam tarixi qaynaqlarının da hədis tədvinin payı çox böyükdür. Eyni şəkildə ravilərin və xəbərlərə əsas təşkil edən rəvayətlərin “Kutubu-Sittə” və digər əhəmiyyətli hədis kitablarının köməyi böyük oldu. Hədis rəvayətləri mətn və sənət tərəfindən araşdırılmasına, ravilərin vəziyyətini izah etməyə əhəmiyyət vermələri ilk İslam tarixi verilənlərinin, Siyər və Məğazi kitablarının sağlam və inanılan təməllərə dayanmasına kömək oldu.

İslamın, Quranın açıqlaması mövzusunda “Sünnət” bu şəkildə zəbt edildi. Hədis məlumatlarının inanılacaq rəvayətlərlə araşdırıran Sünnət, Quranı da təvatür yolu ilə biməyimizi başa saldı, yəni rəvayətçilik kitabullahın təməllərindən biri oldu. Hədis kitabları, İslam tarixinin qaynağları arasında, Qurandan sonra, 2-ci sıra da yer aldı.
 
Tarixi qaynaqlar, hansı növdən olursa olsun, şifahi və ya yazılı bəzi maddələrdən hazırlanır. Tarixə aid məlumatları verən bu maddələrə tarixin qaynağı deyilir. Tarixlə, yeni mövzuların  və insanların çoxlu yaşayış şəkilləri və davranışlarımıza görə yaşadığımız zamanla qalan müşahidələrimizə dayanan az bir bölümü kənarında, Ümumiyyətlə başqalarının bildirdiklərinə dayanır. Yenədə keçmişdəki hadisələri yazılı və şifahi olaraq öyrənirik. Başqa bir sözlə, başlanğıcdan bu tərəfə yazılı olaraq deyilən xəbərlər, kitabələr, şəcərələr, təqvimlər və hal tərcümələri, səyahətnamələr tarixin yazılı qaynağını; özünün və ya başqalarının başından keçənləri mənzum və ya mənsur hekayələr tərzində nəqledənlərin rəvayətləri, tanınmış şəxslərin ağızdan-ağıza keçən qissələri, dastanları, lətifələr və fıkraları da şifahi tarix qaynaqlarını əmələ gətirir.

Tarixi tədqiq etməyin ən əhəmiyyətli tərəflərindən birisi bu yazılı və şifahi qaynaqların ən yaxşı şəkildə dəyərləndirilməsidir, ilk əvvəl qaynaq seçimi, sonra fikir bildirmək və dəyərləndirmə, daha sonra da əldə edilən bilikləri qarşlılaşdırılması və doğruluğlarının araşdırılması lazımdır. Ancaq belə bir metod təqib edildiyi təqdirdə tarixin qaynaqları, xurafələrdən və tarix elmi də xurafəçiliydən və təhrifçiliydən qurtula biləcəyi kimi, tarixçiliydə obyektivlik təməl ilki də qurulmuş olacaqdır.

Tarix çalışmalarının çoxlu səbəblərə tərəf olduğunu daha əvvəl bildirmişdik; araşdırmaq marağı və bilmə istəyi ilə tarix çalışması edildiyi kimi, hər millətin və dövlətin siyasi, idari və əsgər tarixini, maddə və məna sahəsində göstərdiyi iləriləyişlər ya da hər hansı bir millətin milli tarixini, ictimai, iqtisadi və mədəniyyət dəyərlərini əsil tərəfləri ilə ortaya qoymaq və yeni yerlərə tanışdırmaq vəzifəsi ilə də tarix yazılır. Bununla birlikdə, imperalist və ya ideolojik əməllərlə, siyasi nüfuz və idari hakimiyyət vəzifəsiylə ya da saxta tarixçilik etmək üçün tarix yazanlar da vardır. Bu vəziyyətdə, yazılış vəzifə və ya ölkəsinə bağlı olaraq tarixin materialı deyişiklik göstərir.

Lakin tarixi araşdıran, həqiqətdə, incələmə və araşdırmasını, öz politik və milli eyilimlərinin, ideolojik yarqılarının kənarında saxlayan, tarixçiliy adına tarix yazan bir insandır.

İslam dünyasında tarix yazıçılığının inkişafında Rəsuli-Əkrəmin həyatını ələ alan siyər və məğazi çalışmalarının istisnai bir yeri vardır. Bunlar arasında Said b. Sad b. Ubadə əl-Həzrəci, Səhl b. Əbu Həsmə əl-Ənsari, Said b. Müsəyyəb, Ubeydullah b. Kab əl-Ənsari və Şabi kimi yazılı səhifələrdəki xəbərləri daha sonraki qaynaqlarda yer alan adamlar tapılmaqdadır. Bu vəziyyətdə başda bibisi Hz. Aişə olmaq üzərə bəzi səhabələrdən aldığı hədisleri rəvayət edən Ürvə b. Zübeyr ilə çoxlu qaynaqlardan topladığı hədis və xəbərləri bir yerə gətirən İbn Şihab əz-Zühri, zamanımıza fərqli qaynaqlar içərisində çatan İslam tarixçiliyinin ilk nümunələri olan bu mətinləri, üslubunun sağlamlığı yanında uzaq bir şəkildə qələmə almaq surəti ilə siyər ve məğazi yazıçılığını yeni bir səhifəyə intiqal etdirmişlərdi. Musa b. Uqbənin Kitabul-Məğazisi günümüze bütünlüklə intiqal etməmiş olmaqla birlikdə xəbərləri bəzi qaynaqlardan toplanmaq sürəti ilə, Mamer b. Raşidin əl-Məğazin-nəbəviyyəsi, Əbdürrəzzaq əs-Sənaninin əl-Muṣənnəfi içərisinde zamanımıza çatmış və müstəqil olaraq da çıxmışdır. Zührinin üçüncü tələbəsi İbn İshaqın Siyəri tarix yazıçılığında böyük izlər buraxmışdır. İbn Sad, başında siyər mövzusunun yer aldığı Kitabuṭ-Ṭəbəqatı ilə bu sahənin ana qaynaqlarının tamamlandığı bilinməkdədir.
 
İbn Sad 160 (777) ilində Bəsrədə doğuldu. Babası və ya dədəsi Hz. Abbas ailəsinin âzatlısı olduğu üçün Mövla Bəni Haşim deyə və ya Qureyşi nisbəsiylə tanınırdı. Bəzı qaynaqlarda Qüreyşin Bəni Zöhrə qoluna mənsubiyyətindən ötrü Zöhri də deyilməkdə, ancaq belə bir nisbətin ümumiyyətlə ailəsinin Beni Haşimin mövlası olduğunun bilinməsindən sonra zikredilmesi doğruluğunu şüpheye salmışdı.

İbn Sadın ən məşhur əsəri Kitabuṭ-Ṭabaqatil-kəbiridir. Qaynaqlarda əṭ-Ṭabəqatul-kəbir adı ilə da başa düşülən əsərin ilk nəşri bu adla Ərəb və İslam dünyasında geniş bir şəkildə istifadə edilən İhsan Abbas nəşri isə əṭ-Ṭabaqatul-kubra adı ilə düzəlmişdir. İbn Sadın, tabaqat kitablarının birincisi və zamanımıza intikal edənlərin ən köhnəsi olan bu əsəri, əsas itibariyle siyər-məğazi və tabakat ana bölümlərindən meydana gəlməktədir.
 
Mövzusu doğrudan doğruya Rəsul-i Əkrəmi başa salmaq olan və onun bəzi tərəfindən ələ alan elm qolları hədis, siyər və məğazi, şəmail və dəlail olaraq sıralanır. Bunlardan Hz. Peyğəmbərin bəşər tərəfini məsələ eliyən, yaşayışını və şəxsi həyatını başa salan elm mövzusuna şəmail adı verilmişdir. Muhaddis Tirmizî (ö. 279/892) ilk dəfə şəmail termini bu mənada istifadə edərək Kitabüş-Şəmail adlı əsərini yazmış, bir çox alim bu kitabın şərhlərini etmək surəti ilə mövzusunda ətrafında geniş bir ədəbiyyatının yaranmasını və başqa əsərlərin yazılmasını kömək etmişdilər.
Əvvəllər vacib bir mərkəz olan Mədinənin hədis və siyərə, Misirin ənsab və əyyama, Şamın Əməvi tarixinə təmayülü olduğu, Yəmənin bölgə tarixi yanında İsrailiyat rəvayətlərinə ağırlıq verdiyi, digər vacib iki mərkəzdən Kufənin Əməvilərə qarşı rəvayətləri və anlayışı əvvələ çıxardığı, Bəsrə alimlərinin Mədinə və Yəməndəki inkişafdan təsirlənən muhəddislərin anlayışına daha yaxın tapıldığı və Əməvilərə qarşı daha mülayim rəftar edildiyi qəbul edilməkdədir.

İbnün-Nedim, tarix sahəsində əsər verən yaxud ravi sifəti ilə katkılarda tapılan pek çox müəllif adı çəkməkdədir. Bunlardan ən məşhur olanlarıyla əsərləri günümüzə çatan tarixçilərdən bəziləri bunlardır: Əməvi dövrü tarixçisi olaraq bilinen Avanə b. Hakəm, ikisi də zamanımıza intiqal etməyən əsərlərindən biri olan Kitabüt-Tarîxinde dörd xəlifə dövründə və Əbdülməlik b. Mərvan dövrünün sonuna qədər Əməvi tarixini yazmışdır. Digər əsəri Sirətu Müaviyə və Bəni Üməyyə, İslam dünyasında bir xəlifə və xanədana dair qələmə alınmış ilk kitab olması baxımından vacibdir.

Kufədə doğuldu. Həyatı haqqında məlumat yoxdur. Böyük dədəsi Mihnef b. Süleym sahabi olub Hz. Peyğəmbərdən hədis rəvayət etmiş və Sıffînde Hz. Əlinin tərəfində döyüşmüşdür. Əbu Mihnəf Lut b. Yəhya da Əməvi tarixçisi deyə məşhurdur. Kufədə yaşadığı başa düşülən Əbu Mihnəfin Hz. Əli və Əhl-i beyt taraftarı olduğu, riddə savaşları, Suriya ve Iraqın fəthi, Cəməl, Sıffîn savaşları və Xaricilər başda olmaq üzrə otuz üç risalə və ya kitab yazdığı kaydedilmektedir. Bu əsərlərdən Maḳtelü’l-Ḥüseyn ile Aḫbârü’l-Ümeviyyîn günümüze çatmışdır. Hulefâ-yi Râşidîn dönemi tarixçisi olaraq büyük şöhrətə çatan Seyf b. Ömərin Kitâbü’r-Riddə vəl-futuḥ ilə Kitabül-Cəməl və mesîru ʿAişe ve ʿƏlî adlı kitablarında qəbiləsi Temîm eksenli, çox ayrıntılı və zengin rəvayətlər tapılmaqdadır. Əsərin son zamanlarda əskik bir nüsxəsi tapılmış və Taberînin tarihindeki rəvayətlərlə qarşılaşdırılaraq bərabərcə göstərilmişdir.

Hz. Əli taraftarlarından olan Nasr b. Müzahimin eserlerinden sadəcə Kitâbü Ṣıffîn şerḥu qazati emiril-müʾminîn bu güne çatmışdır. Üslûbu daha çok şeir, lətifə və hitabelerin yer aldığı qissə yazarlarınınkine bənzəyən Nasr’ın digər eserleri Hücr b. Adî’nin öldürülmesi, Cemel Vak‘ası, Nehrevân Savaşı ve Kerbelâ’da Hz. Hüseyin’in şəhid edilmesi kimi mövzularla bağlıdır.

Doğulduğu yer ve tarixi haqqında fərqli rəvayətlər tapılmaqdadır. Bazı qaynaqlarda 213 (828) ilində Kûfe’de (İbnü’n-Nedîm, s. 115), bəzilərəndə isə yenə eyni tarixdə Bağdat’da (Hatîb, X, 170) dünyaya gəldiyi qeyd olunmaqdadır. Bu qaynaqların ən köhnəsi olan İbnü’n-Nedîm’in verdiği məlumat diqqət alınaraq Kûfedə doğulduğu olduğu deyilə bilər. İbn Quteybe, dedesinin adına nisbetle Kutebî, babasının Mervli olması sebebiyle Mervî nisbeleriyle de xatırlanır. Ailesinin Merv’den Irak’a göç edip Kûfe’ye yerleştiği başa düşülməkdədir. Bundan hareketle Fars, hatta Türk əsilli olabileceği ileri sürülmüştür. Öz ifadesinden, atalarının Müslümanlığı qəbul etmesinden sonra dedesi ve babasının Ərəbləşmiş olduğu başa düşülməkdədir.ʿUyûnü’l-aḫbâr adlı eserinde babasından zaman-zaman nakillerde bulunması onun mədəniyyətli bir aile ətrafında yetiştiğini göstermektedir.

İbn Kuteybe’nin mədəniyyət zenginliğini ortaya qoyan kitap bir mukaddime ve on bölümden ibarətdir. Müellif eserde devlet adamlarında tapılması lazım olan özelliklerle savaş, seyyidlik, ilim, zühd, dostluq və qadın kimi çok növlü mövzuları inceleyerek köhnə Arap mədəniyyətini bir özetini edər. Brockelmann, əsərin ilk dört bölümünü (Kitâbü’s-Sulṭân [1900], Kitâbü’l-Ḥarb [1903], Kitâbü’s-Süʿdüd [1906], Kitâbü’ṭ-Ṭabâʾiʿ [1908]) Weimar ve Strasburg’da nəşr etmişdir. Əsərin tamamını Ahmed Zekî el-Adevî yayımlamış (Kahire 1343-1348/1925-1930; I-IV, 1963), elmi neşrini ise Yûsuf Ali Tavîl gerçekleştirmiştir (I-IV, Beyrut 1986). ʿUyûnü’l-aḫbâr’ın “el-Arab ve’l-Furûse” bölümü Min Kitâb ʿUyûni’l-aḫbâr: el-ʿArab ve’l-Furûse adıyla yayımlanmıştır (Dımaşk 1977). Josef Horovitz, ʿUyûnü’l-aḫbâr’ı İngilizce’ye çevirmiştir (IC, IV [1930], s. 171-198, 331-362, 487-530; V [1931], s. 1-27, 194-224).

İslâm’dan əvvəl Ərəblar Ərəbistan, qonşu bölgə ve ölkələr hakkında bazı məlumatlara sahib idi. Göyüzünə ve ulduzlara dair günlük gözləntilərinə dayanan tecrübeleri vardı. Səfərlərdə, takvim düzenlemelerinde ve hava durumu təxminlərdə bu məlumatlardan faydalanıyorlardı. İslâm coğrafyacılığının temelleri II. (VIII.) əsrdə Abbasilər zamanında Yunan, İran ve Hind astronomi-coğrafya çalışmalarının yardımıyla atılmıştı. IX-X. yüzyıllarda yetişen müslüman coğrafyacılar tarih açısından böyük önem daşıyan eserler yazmıştır. Bağdad’ta Halife Məmunun himayesinde çalışan müslüman astronomi bilginleri ve riyaziyyatçılar “es-Sûretü’l-Me’mûniyye” adını verdikleri bir dünya haritası düzəltmişdi. Bunun yanında Muhammed b. Mûsâ el-Hârizmî tarafından düzəldilən dünya haritası da günümüze çatmamışdır. İbn Serâbiyûn (Sührâb) 902-945 yılları arasında Kitâbü ʿAcâʾibi’l-eḳālîmi’s-sebʿa’yı qələmə almış, Ya‘kūb b. İshak el-Kindî kimi filosoflar fizikî coğrafyanın inkişafına kömək olmuştur. Kindî’ye bu mövzuda bir çox risâle atfedilmiş, öğrencisi İbnü’t-Tayyib es-Serahsî de coğrafyaya dair eserler yazmıştır. IX. yüzyılın ortalarında Irak’ta önemli  coğrafyacılar yetişmiştir. Bilinen dünyayı ilk tarif eden coğrafyacı olması dolayısıyla kendisine “İslâm coğrafyasının babası” unvanı verilen İbn Hurdâzbih Kitâbü’l-Mesâlik ve’l-memâlik’i kaleme almış, Kitâbü’t-Tebaṣṣur bi’t-ticâre adlı eseriyle Câhiz dönemin diğer coğrafyacılarıdır. III. (X.) yüzyılın ilk yarısında Horasan’da yetişen, Ṣuverü’l-eḳālîm adıyla bilinen coğrafya kitabının müellifi Ebû Zeyd el-Belhî’nin öncülük ettiği, sadece İslâm ülkelerinin coğrafyasını inceleyen bir anlayış ortaya çıkmıştır.

Eserleri dövrümüzə çatan İslâm coğrafyacılarının en vacib ilk temsilcisidir. Büyük babası Abbâsîler’in ilk döneminde İslâmiyet’i kabul eden bir Mecûsî’dir; babası ise Halife Me’mûn zamanında (813-833) Təbərisdan valisi idi. Muhtemelen Xorasanda doğmuş olan İbn Hurdâzbih Bağdat’ta büyüdü ve eğitim gördü; ayrıca İshak el-Mevsılî’den mûsiki dersleri aldı. Önce Cibal eyaletinin posta ve istihbarat müdürlüğüne, daha sonra aynı teşkilâtın Bağdat ve Sâmerrâ’daki başkanlığına getirildi. Ancak bu vəzifələrə ne zaman tayin edildiği ve ne kadar görev yaptığı bilinmemektedir.

İbn Hurdâzbih’in kendisine İslâm coğrafyacılarının babası unvanını kazandıran en önemli çalışmasıdır. Eserin girişinde müellif, Batlamyus’un kitabını (Geographia) yabancı bir dilden (muhtemelen Süryânîce veya Grekçe) Arapça’ya tercüme ettiğini söyler; ancak bu tercüme günümüze çatmamışdır. Kitâbü’l-Mesâlik coğrafya yazıcılığında, İraq bölgesinin hilâfet merkezi olması esasına göre düzenlenen ve Irak ekolü kitapları adıyla bilinen eserlerin ilkidir. Verilen bilgilerin büyük kısmı kara ve deniz yollarına hasredilmiş, bu yolların dört yönde gelişmesi izlenerek Hindistan ve Çin gibi ülkeler tanıtılmıştır. İbn Hurdâzbih’in qaynaq olarak Sasani döneminden qalma kayıtları kullandığı bilinmektedir. Posta ve haberleşme müdürlüğü yapmasından dolayı herhalde bu gibi kayıtlara çatmaqda güçlük çekmemiştir; ayrıca bazı seyyahların özel notlarına bakabildiğinden eserini güvenilir kaynakların ışığında kaleme almıştır. Bütünlüklə İran tesirinde kaldığı görülen İbn Hurdâzbih eserinde kullandığı metodolojide, məlumatların tasnifinde ve nihayet coğrafî terimlerin istifadə edilməsində daima Fars mədəniyyətinin izlerini göstərməkdədir. Eski İranlılar dünyayı, Îranşehr merkezde olmak üzere “kişver” adı verilen ve her birinde çeşitli ülkeler bulunan yedi hâkimiyet bölgesine ayırmışlardır. İbn Hurdâzbih de eserinde bölge tariflerine, onlar gibi “dil-i Îranşehr” (İran’ın kalbi) dediği Sevâd’la (Irak) başlamaktadır. Müellif kitabı 232 (846-47) yılı civarında yazmış, daha sonra özetleyerek 272’den (885) önce tekrar kaleme almıştır. Ḥudûdü’l-ʿâlem’in yazarı ve Muhammed b. Ahmed el-Ceyhânî gibi coğrafyacılar başta olmak üzere birçok âlim tarafından qaynaq olarak istifadə edilən eserin günümüze çatan şekli, Fransızca tercümesiyle ilk defa Kudâme b. Ca‘fer’in Kitâbü’l-Ḫarâc’ının bir bölümü ile birlikte Bibliotheca geographorum arabicorum serisinin VI. cildi olarak Michael Jan de Goeje (Leiden 1889, 1967) ve daha sonra Muhammed Mahzûm tarafından (Beyrut 1988) neşredilmiş, Fuat Sezgin de Goeje neşrini esas alarak tıpkıbasımını yapmıştır (bk. bibl.); Hüseyin  Karaçanlu ise kitabı Farsça’ya çevirmiştir (Tahran 1370). 2. Kitâbü’l-Lehv ve’l-melâhî. İslâm öncesi Fars şiiri ve mûsikisi tarihiyle ilgili önemli bir risâle olup İran’da ve diğer birçok yerde kullanılan ud, tanbur, ney, zurna vb. çalgılar, mûsiki terimleri ve makamlarla (çehâr perde) mûsikiye dair diğer konuları ihtiva etmektedir.

Taḳvîmü’l-büldân adıyla da anılır.   Bu esere ait tek yazma nüsxənin Nəcəfdə (Mektebetü’l-hakîm elâmme, nr. 632) tapıldığı kəşf olunmuşdur (Resâʾilü Ebi’l-Ḥasan el-ʿÂmirî..., s. 165). Kitabın adı Belhî’ye aid əsərlərin siyahısında geçməməkdədir. Ancaq Makdisî’nin Ahsenü’t-tekasîm fî marifeti’l-ekalîm’i kimi klasiklərdəki kayıtların bir sıra müasir araştırmalar baxımından da bu əsərin Belhî’ye aidiyeti mövzusunda şübhə yoktur.

İslam tarixində bioqrafiya yazımının xüsusilə Hz. Peyğəmbərin, səhabə, tabiun və sonrakı nəsillərin, hədisləri nəql edən ravi həyatını kəşf etmək istəyi ilə orijinal bir növ olaraq ortaya çıxdığı qəbul edilməkdədir. İbn Sad Kitabu't-Ṭabaḳāti'l-Kəbirin (ET-Tabakətü'lKübra) bioqrafiya sahəsindəki işlərin ilk nümunəsidir. Rəsuli-Əkrəmin hədislərini nəql edən ravi həyatına dair III. (IX.) Əsrdən etibarən ricâlü'l-hədis kitabları müəllif edilməyə başlanmışdır. Zamanla çoxlu sahələrdə məşhur olmuş adamlarla əlaqədar çox sayda bioqrafiya kitabı müəllif edilmişdir. III. (IX.) Əsrin ortalarından etibarən şairlərə aid bioqrafiya əsərləri yazılmışdır. İbn Kuteybə eş-Şi'r vəs-şu'arâ' adlı əsərində başlanğıcdan III. (IX.) Əsrin ortalarına qədər gələn şairlərin bioqrafiyasını yazmış və şeirlərindən nümunələr vermişdir. Bunun yanında Cahiz Kitâbü'l-Buḫalâ'sında simiclik ilə məşhur kəslərdən, əl-Bursa vəl-'urcân vəl-'umyân vəl-Hula adlı kitabında üzrlü və xəstəlikli olan məşhur simalardan bəhs edir.

kitabını təhlil edərək, bu, cəmiyyətdə satirik bir sinifdir və xüsusilə də ərəblər digər xalqları satiriz edirlər. Cemiyet'in hayatını inceleyen ve ayrıca değerli bir kaynak olan bir değerli kaynağ olan, ilk önce G. von Vloten tarafından yayınlanan ve daha sonra farklı insanlar tarafından yayımlanan bir eserdir.

Bu baxımdan tarixi əhəmiyyətli olan bir qaynaq ədəbiyyat tarixinin yazıldığı tarixdir. Cahizmekin əl-Beyan və bölt-tebyîni bölgənin və tarixin qeydlərini ehtiva edir. Cahizkin et-Tâc fî aylââiyəl-mülûk adlı əsərində sməvilər və Abbasîde əyləncə və musiqi ilə əlaqədar gömrük və tətbiqlər haqqında üçüncü fəsil çox dəyərlidir. Ebü.-Ferec əl-İsfahânî əl-Eġānîekinin, içməvi dövrü və Abbaslı ilk müsəlman musiqiçiləri və bəstəkarlar, musiqiləri və kompozisiyalarını yaşadılar. Klassik dövrəb ədəbiyyatının dörd əsas mənbəyindən biri hesab olunan Müberred və əl-Kamilin ən məşhur işi, dövrün tarixi ilə əlaqədar əhəmiyyətli məlumatları ehtiva edir.

O, Zilhicce 210 (826 mart) Basrada doğulub. Yemendən .Zd qəbiləsi Kvartet yuxarı Hicazda yerləşir. Atası Bəsrədə bir məmur idi. Müqəddəs Nümayəndəliyində olan Mübərrəd em ləqəbin, xbû Osman əl-Məzinî'nin inbû'la cursorlarını ürəklərinə vermək üçün sərin sərin cavabların verilməsi səbəbiylə mozinî verən Sən müberridsin'n şəklindəki sözü ancaq bu sözü çəkə bilməz, özünü çəkə və məktəbi mənsubları xəyanət etmək üçün iy şəklində çevrilir. Bu mövzuda digər rəvayətlər də var.

(verb-lasi və l-literary-naḥv ve't-taurif). Müberred'in ən məşhur əsəri olub Cahizin əl-Bəyan vət-tebyîn'i, İbn Kuteybe'nin Ədəbül-kâtib'i və Əbu Əli əl-Kālî'nin əl-Emâlî'siyle birlikdə klassik ərəb ədəbiyyatının dörd əsas işi təşkil edir. İslam mədəniyyətində inkişaf edən şəhər həyatının bir təzahürü olaraq ictimai əlaqələrdə zəriflik şəklindəki ədəb telakkisinin ən üst səviyyədə ifadəsi Cahizin əsərlərində görüldüyü kimi, Ərəb dilinin bütün incəliklərinə bələd olma formasındakı ədəb telakkisinin əks olunması da onun şagirdləri olan İbn Kuteybə ilə Müberred'in əsərlərində görülür. Cahiz kimi oxucunun marağını canlı tutmaq üçün ciddi mövzuların arasına əyləndirici hekayə, xəbər və şeirləri ustalıqla yerləşdirdiyi, zaman zaman dil və ədəbiyyat mövzularından ayrılaraq fiqh, təfsir və kəlam məsələlərinə daldığı görülür. Hâricîler'in maraqlı şeir, xütbə, söz və xəbərlərinə dair verdiyi möhkəm məlumatlar əsərdə geniş yer işğal edər (III, 1077-1360). Osman Rəşər (Oskar Rescher) tərcümə və tərcümə Alman dili. Həmin bölmə Əl-Kamil-Bababi -avavik adından çıxarılıb. Əbu Qa'fər-nehhas və Əhfəş əs-sağ enr'in işi haqqında eleştirilerinin olduğu kaydedilir. Ali b. Hamza el-Basrî əl-Qamil, lugat, şeir və 109 tarixli istehlakçının tarixi tənqidi ilə bağlı etdiyi tənqidləri yönəldir, lakin bəziləri uğursuz göründilər. Müaviyə-Nehrevânî, müəllifi və əsərini yüksək qiymətləndirdiyinə baxmayaraq, Kamilin xəbər və hekayələrinin əksəriyyəti müharibə olmadığı və bu səbəbdən seçilmiş ad üçün uyğun olmadığını söylədi. Əl-Kamil haqqında şərhlər, şeirlərin izahı, ümumiləşdirilməsi, yenidən təşkili və imitasiya şəklində bir çox işlər aparılmışdır. Bu iş ilk olaraq Wilhelm Wright tərəfindən nəşr olundu və sonradan çox sayda nəşrdə dərc edildi.

İslam tarixində səyahət yazma tarixində bir yerə sahibdir. Ərəb ədəbiyyatında daha çox rihle, Fars ədəbiyyatında sefernâme adı verilən Səyahətnamə İslamın ilk dövrlərindən etibarən qələmə alınmağa başlanmışdır. Günümüzə bəzi hissələri intiqal edən ilk Səyahətnamə tabiinlər Mekhûl b. Əbu Müslim (d. 112/730). Süleyman ət-tacir 237 (851-52)-ci ildə Çin, Hindistan və Malayziya seyahatiyle əlaqədar Aḫbâru'ṣ-sin vəl-Hind adlı bir əsər qələmə almış, Əbu Zeyd əs-Sîrâfî buna bir zeyil yazmışdır. Əhməd b. Hənbəlin Seyahatnamesinde (rihle) oğlu Abdullah əz-Zevâ'id'inde uzun bir bölüm ayırmışdır. Əbu Xatim ər-Razi də bir Səyahətnamə qələmə almış, oğlu İbn Əbu Hatim atasının əsərinə əl-Çerhi vət-ta'dîl'inde iki bölüm ayırmışdır. Abbasi Xəlifəsi Müqtədir-Billâh 309'da (921) İdil Bolqar Xanlığına İbn Fadlan başçılığında bir heyət göndərmiş, İbn Fadlan bu səfəri izah edən bir Səyahətnamə (Risalətin İbn fadla) qələmə almışdır. Seyahatnamesinde gördüyü ölkələr, xalqlar və qəbilələr haqqında etnoqrafik və antropoloji məlumatlar vermişdir. Müəllifin şəxsi Müşahidələrini dayanması səbəbiylə əsər o dövrün siyasi və mədəni tarixi üçün zəngin və orijinal bir qaynaq sayılır. Dövlət rəhbərliyinin əsas prinsipləri, dövlət başkanından tapılması lazım olan xüsusiyyətləri, dövlət rəhbərliyində diqqət edilməsi istənən xüsuslar vb.ni mövzu alan Siyasətnamə növündəki əsərlər dövlətlərin tarixinə işıq tutan əhəmiyyətli qaynaqlardır.

Onun həyatı barədə kifayət qədər məlumat yoxdur. Özü, Abbasidin Misirdə olan Tolunoğulları'nın Məhəmməd b. O, Süleymanın hökmdar qul olduğunu bildirir. İslamı qəbul edən müsəlman və Abbasid Xəlifə-Billah, xalqı İslamı öyrədirən insanlar və məscidlər və qala İdil (Etil) Bolqarıstan hökmdarı Xan Xan gönderilen heyette bulunmuş ve heyet başkanı olmadığı halde halifenin özünə görə 4000 dinarrı vəzifəsi və hədiyyələri verildi və hökmdarı şəxsən vermiş və lazımi şərhlər vermişdi. İbn Fədlanın heyətdə ən bilikli və qabiliyyətli bir şəxs olduğu aydın olur. Əslində, onun vəzifələri arasında digər komitə üzvlərinin dini üzvləri ona müraciət etdilər və xalifənin ona tapşırıqları və idarəçilərin və müəllimlərin Bolqarıstan ərazisinə göndərilməsinə nəzarət edildiyi öyrənildi. Yüksək dini və ədəbi mədəniyyətə və gözəl bir üsluba sahib bir adamdır. İslamı yaymaq üçün mənəvi, dini, dürüst, pak və arzusu ilə dolu bir adamdır.

Yaranmasından etibarən keçirdiyi mərhələləri öz olaraq təqdim etdiyimiz İslam tarixi, ümumi insanlıq tarixi içərisində əhəmiyyətli bir yer tutar və onun ən böyük qollarından birini təşkil edir. Çünki ümumi tarixin min beş yüz illik hissəsində müsəlmanların idarəsinin və İslam mədəniyyətinin damğası vardır; İslam, bu müddətdə insanlığa əhəmiyyətli yeniliklər gətirdi.
Ayrıca, Quran və Hədis, ümumi və xüsusi tarix kimi həm ilahi, həm də be şeri qaynaqlı İslam tarixi, insanlığın keçmişi, maddi və mənəvi təkamülü, dini və əxlaqi quruluşu ilə ictimai və iqtisadi vəziyyəti mövzularında səmimi və etibarlı məlumatlar verir. Bu bakımda'n bəzi İslam tarixi kitabları, hər nə qədər təhlil, müqayisə və tənqidi məhrum olsalar da, Qurana, hədislərə, hadisələri görənlərə və onlara sənədlə olaraq rəvayət edənlərə dayanan yazılı və şifahi Vesikalı, râbıtalı və etibarlı əsərlərdir. Ən əhəmiyyətli istiqamətlərindən bir başqasıda, rəvayətləri və hadisələri olduğu kimi tarix araştııcısının hər hansı bir əlavə və ya çıxarma etməsinə icazə vermədən əsl vəziyyətiylə bizə qədər ulaştırmasıdır. İslam tarixi, başdan günümüzə qədər, bir-birindən dəyərlidir bədəninə on minlərlə kitab gətirildi. Hər dövrdə İslam tarixi yenidən yazılmışdır. Bu Vəziyyət bizə yenidən danışmaqla eyni ola bilər. Ancaq İslam Tarixin hər bir dövründə yeni nəsillər tərəfindən yenidən qiymətləndirilir və Bu baxımdan, yeni araşdırmalar və tədqiqatlar həyata keçirilir və hadisələr müxtəlif anlarda yeni anlayış və metodlarla müayinə edilir. Bu inkişaf və inkişaf tarixi (İslam) İnkişafın mərhələlərini və inkişaf tarixini ümumi və buruq şəkildə görmək imkanı əldə etmək üçün ümumi masa və düzgünlüyünün düzgünlüyünü təhrif etməyən, lakin qeyri-dəqiqliklə qiymətləndirmək lazımdır. Bunun üçün ilk növbədə ardıcıl tarix metodu və ardıcıl tarix metoduna sahib olmaq lazımdır. Bundan əlavə, tarixin bilikləri təhlil, tənqid və müqayisə prinsiplərinə uyğun tərtib və toplanmalıdır.
XVII İslam dünyası. əsr, tarixi və elmi yetkinlik ayağıdır elmi və texnoloji qurumlarla uyğunlaşa bilməyən təşkilatlar və təşkilatlar yenilemezler bir çöküntü (inhitat) dövrünə girişi, sivilizasiya yolunda lazım olan irəliləməyi edə bilmərəm ', fikıl və Hind irəliləməyə ayaq .uyduramayışı, elmi həqiqətlərə sebepsiz yere sırt çevirişi, tenkid ve tahlile dayalı bilimsel eserler vücuda getiremeyi Batının ilmen, fikren ve fiilen dünyada egemenliği ele geçirmesine ve Müslüman Toplumu güdümüne almasına, onlara yönelik hücuma uğrayaraq, varlığına səbəb oldu. İslam ölkələrinin mədəniyyət, ideya və siyasətlə bağlı suverenliyini təmin etdiyini təmin etdi. Əslində, İslam aləmində, xüsusən də son dövrlərdə yaşanmış tarixi faktlar İslam mənbələri tərəfindən araşdırılmamış və görməmişdir; rici əldə edildi. Bu günün tarixçəsi mövzu və üsul baxımından yeni təməllərə əsaslanır klassik tarixşünaslıqdan ayrıldığı bilinir. Bundan əlavə, bəzi tarixi hadisələrin təkrarlanması hadisələrin anlayışı, davamlı impuls, xəbərdarlıq və rəhbərlik hadisələri, bəzi hökmdarların və həyat hekayələri və ya əfsanələrin komandirlərinin bilikləri ilə deyil. Bu səbəblədir ki tarixçi, yalnız klassik tarixi sənədləri və rəsmi vestkalan də gil, hər cür vesikayı Xatirələr dəftərləri, muharrerât, sicil, Salnamə və sənət əsərlərinə gələnə qədər hər növ yazılı və şifahi sənədləri istifadə etməli, müasir məlumatlar və metodlar qiymətləndirilməlidir. Ayrıca, tarixçi, tarixindən sözettiyi cəmiyyətin fiziki və ruhi quruluşunu, tarixi və coğrafi vəziyyətini, siyasi gücünü və təsir edən, ictimai və iqtisadi sistemini, tarım, ticarət, elm və mədəniyyət vəziyyətlərını açıkçÀ ələ almalıdır. Cəmiyyətin ictimai quruluş sı və buna istiqamət verən faktorlar İslam Tarihcisiriin üzərində dayanacaqğı bir başqa mövzudur.

Hz.Məhəmmədin vəfatından sonra baş verən Dörd Xəlifə Dövrü, İslam dininin Ərəb
yarımadasının sərhədlərini aşaraq genişləndiyi dövrdür. Parlaq qələbələrin əldə edildiyi və
müsəlmanların əmin-amanlıq və rifah içində bir həyat davam etdirdikləri bu dövr, Peyğəmbərimizin
müjdə verdiyi Qızıl Əsrin keçmişdəki gözəl bir nümunəsidir.

Bu dövrdə İslam Dövlətinin sərhədləri qərbdə Trablusgarp, şərqdə və şimalda Qafqaza qədər
genişləndirilmiş; Beləliklə, Ərəb yarımadası xaricinə daşan İslam, Asiya və Afrikadakı müxtəlif
millətlərlə mənimsənilib. Qurulacaq olan yeni İslam dövlətlərinin siyasi və hüquqi əsasları da bu
dövrdə atılmışdır. Sıra ilə xəlifə olan Həzrəti Əbu Bəkr, Həzrəti Ömər, Həzrəti Osman və Həzrəti Əli,
Peyğəmbərimizin yolunu tutmuş, Quran əxlaqının hakim olduğu ədalətli nizamı daha geniş bir
coğrafiyaya yayaraq davam etdirmişlər. Bu səbəblə Dörd Xəlifə Dövrü, Doğru Yolda Gedən Yetkin
Xəlifələr Dövrü mənasına gələn Cildi Rəşidin Dövrü adlandırılır. Xəlifələr seçki ilə başa gətirildikləri
üçün həmin dövr Respublika Dövrü kimi də xarakterizə oluna.

Həzrət Peyğəmbərdən (s.a.s) sonra gələn ilk dörd xəlifənin xilafət müddətləri, Səadət Asrının ikinci
dövrünü təşkil edir. Islam hüquqşünaslarının böyük əksəriyyəti bu dövrdəki tətbiqlərə, alınan
qərarlara böyük əhəmiyyət verir və bunları Islam hüququnun mənbələri arasında görürlər. Çünki
onların əməlləri Həzrət Peyğəmbərə zaman etibarilə ən yaxın olmaq, onun təhsilindən keçmiş olmaq,
vəhy daxilinə şahidi olmaq, sünnəti yaxından tanımaq kimi fərqləndirici xüsusiyyətlər səbəbindən
əhəmiyyət daşıyır, başqalarının fikir və düşüncələrinə görə üstünlük kəsb edirlər. Haqqında aşkar
bəyanlar olmayan məsələlərdə Raşid Xəlifələrin tətbiq etmələri olduqca qiymətlidir. Bunun səbəbi
isə, onların, həm veliyyü olaraq möminlərin özlərinə itaət etməklə borclu olmaları; Həm də İslamın
özünü ən yaxşı dərk etmiş olmalarıdır. Bununla bağlı veriləcək nümunələr çoxdur. Məsələ, Həzrət Əbu
Bəkrin zəkat verməyənlərlə bağlı olaraq aldığı qərarlar, Həzrət Ömərin (r.a) İraq torpaqları ilə bağlı
fikirləri və bunları ətrafındakılarla də dəlilləri ilə birlikdə açıqlayıb qəbul etdirməsi, Həzrət Əlinin (r.a),
Xaricilərlə müharibə ilə bağlı mövqeləri öz mövqelərində olduqca əhəmiyyətlidirlər.

Çünki bütün bunlarla ilk dəfə qarşılaşırdı və bunların Isla-ması bir həll etmələri lazım idi. Yenə Həzrət
Peyğəmbərin vəfatından (s.a.s) dərhal sonra onun yerinə keçəcək dövlət başçısını müəyyənləşdirmək
məsələsi ortaya çıxdı. Həzrəti Əbu Bəkir sonra gələn digər üç xəlifə də fərqli şəkillərdə təsdiq olunub.
Onlar ilə bağlı vəziyyətlər Islam hüququnda dövlət başçısının başa keçid yollarının fərqli ola biləcəyi
fikrini müəyyən etdi. Bu məsələdə qəti və açıq bir hökmün bulunmayış-ı, bu təbii nəticə
doğurmuşdur. Bu isə İslamın, hər əsrdə hər bir cəmiyyət üçün tətbiq oluna olmasının sübutları
sırasındadır.

Həzrət Əbu Bəkrin (r.a) Səhabələr arasındakı yeri son dərəcə yüksəkdi. Səhabələrin özləri də
aralarında ən fəzilətli insanın Həzrət Əbu Bəkr olduğunu müxtəlif vasitələrlə ifadə etmişlər. Ibn Ömər
(r.a), Həzrəti Peyğəmbər (s.a.s) zamanında Həzrət Əbu Bəkri bütün sahabilerden üstün gördüklərini
ifadə edir (Buxari, Fedailu Ashabi, 4). Bunda da onun Peyğəmbərə olan yaxınlığı, Islam üçün etmiş
olduğu fədakarlıqlar və üstün məziyyətləri rol oynamışdır.

Həzrət Əbu Bəkrin üstünlüyünü ortaya qoyan bir çox hədis təsbit etmək mümkündür.
Əshabi-kəhf Qalmayım, Peyğəmbərin Həzrət Əbu Bəkr qarşı işarə edilən davranışı və onun
haqqındakı sözlərini onun xəlifə olması lazım olduğuna dair ən azından- bir işarə kimi qəbul
etmişdilər. Bunda da hər baxımdan əlbəttə ki, haqlı idilər. Çünki Peyğəmbərin xəlifəsi olmaq üçün
lazım olan hər cür keyfiyyətlər, ilk növbədə onda toplaşırdı. Müsəlmanlar üçün ondan daha xeyirli bir
xəlifə namizədi olmazdı. Rasülullah belə buyurmuşdu; Siz bu əmirlik (prezident) məqamında
insanların ən yaxşılarını, əmir olmamışdan əvvəl əmr olmağı o qədər də pis görən və onu arzu
etməyən adamlar taparsınız Həzrəti Əbu Bəkir də xəlifə
olduqdan sonra: Əmirliyi heç vaxt düşünmədiyini, Allahdan onu istəmədiyini mənbələrinin birində
hazır olanlara açıq söyləmişdir.
Rasulullah-ın vəfatından dərhal sonra Ensar, Saideoğulları Sakifesi deyilən yerdə toplanmış və Sa b.
Ubade xəlifə seçmək istəmişdilər. Ancaq bu məsələdə onlar arasında da fikir ayrılığı var idi. Bu barədə
mübahisələrin davam etdiyi zaman Həzrəti Ömər və Əbu Namaza yanaşı gəlmiş olan Həzrəti Əbu
Bəkir söz alaraq, Qur anda Ensar qədər muhacirün-dən da təriflə bəhs edildiyini ifadə etdi. Ancaq bu
işdə Ərəblərin həmin başqalarına itaət etməyəcəklərini danışıb və bu səbəblə Əbu Namaza ilə Ömər
birinə bəy edilməsini istədi, ikisi də bu təklifi rədd etdilər və bu işə Həzrət Əbu Bəkrin seçilməsi lazım
olduğunu bildirdilər. Başda Bəşir b. Sa, Əbu Namaza və Həzrət Ömər (r.a) olmaq üzrə hazır olanların
hamısı ona bəy etdilər. O anda bəy etməyən Sa b. Ubade və hazır olmayan Həzrət Əli ilə digər bəzi
Haşimilər sonralar bir-bir bəy etdilər. Beləliklə, Həzrət Əbu Bəkr fasilələrlə üç dəfə minbərə çıxıb hər
gün bu vəzifəni qəbul etmədiyini bildirdi və yerinə başqa birini seçmələrini müsəlmanlardan istədisə
də, onlar özünün şəxsində israr etdilər. Beləliklə, Həzrət Əbu Bəkrin (r.a) xilafəti dəqiqləşmiş oldu.
(Ibn Sa Asare, III, 178 və b; Ibni daha, Beyrut,1400/1980; 220 və b; Ibn Kuteybə həmin I, 7-20;

Həzrət Osmanın (r.a) seçki özündən əvvəlki iki xəlifənin də seçkilərindən fərqli bir şəkildə olmuşdur.
Hz.Ömer-in sui-qəsd nəticəsində xəsarət almasından sonra, ətrafındakılar ondan yerinə bir xəlifə
namizədi göstermeseni istədilər. O da: Əgər istihlaf etməyəcək olsam, məndən daha xeyirli olan
(Rasulullah) də istihlafı tərk etmişdi. Edəcək olsam, məndən xeyirli olan (Ebu Bəkir) də istihlaf
etmişdi deyə cavablandırıb. Bundan sonra: Bu işə, Rasulullah-ın özlərindən razı olaraq ayrıldığı bu altı
nəfərdən daha layiq kim tapa bilmirəm deyərək onların adlarını beləcə sadalamışdır: Əli, Osman,
Zübeyr, Talha, Sa b. Əbi Vakkas, Əbdürrəhman b. Avf (r. Anhum.)

Bu altı nəfərdən öz aralarından xəlifə seçmələri üçün onlara üç günlük bir müddət tanıyıb. Həmçinin
danışıqlarına iştirak etmək, ancaq səs verməmək şərtilə, köməkçin yaşlarını; Həzrət Həsəni, Abdullah b.Abbası və öz oğlu Abdullahı da aralarına almalarını istədi.
Rəsulullah-ın vəfatından dərhal sonra Ensar, Səideoğulları Səkifəsi deyilən yerdə toplanmış və Sa b.
Ubadə xəlifə seçmək istəmişdilər. Ancaq bu məsələdə onlar arasında da fikir ayrılığı var idi. Bu barədə
mübahisələrin davam etdiyi zaman Həzrəti Ömər və Əbu Namaza yanaşı gəlmiş olan Həzrəti Əbu
Bəkir söz alaraq, Qur anda Ensar qədər muhacirün-dən da təriflə bəhs edildiyini ifadə etdi. Ancaq bu
işdə ərəblərin həmin başqalarına itaət etməyəcəklərini danışıb və bu səbəblə Əbu Namaza ilə Ömər
birinə bəy edilməsini istədi, ikisi də bu təklifi rədd etdilər və bu işə Həzrət Əbu Bəkrin seçilməsi lazım
olduğunu bildirdilər. Başda Bəşir b. Sa, Əbu Namaza və Həzrət Ömər (r.a) olmaq üzrə hazır olanların
hamısı ona bəy etdilər. O anda bəy etməyən Sa b. Ubade və hazır olmayan Həzrət Əli ilə digər bəzi
Haşimilər sonralar bir-bir bəy etdilər.

Həzrəti Əbu Bəkir (r.a) . vəfatı ilə nəticələnən xəstəliyi zamanı müsəlmanlar özündən sonrakı xəlifə
namizədini müəyyən etmək istəmişdilər. Həzrəti Əbu Bəkir, işi Ensar və Mühacirlərin irəli gələnləri ilə
məsləhətləş etmiş, onların, qatılığından çəkinməklə yanaşı Həzrəti Ömər (r.a) başqasını bu məqama
layiq görmədiklərini anlamışdı. Özü də eyni fikri bölüşürdü. Həzrət Osmanlı İmperiya (r.a) çağırtdırıb
bu məsələ yazı ilə sənədləşdirmək istəyib. Bəzi mənbələrdə kiçik namizədinin addım qoymadan
huşunu itirdiyi və Həzrət Osmanın müsəlmanların münaqişəni qarşısını almaq məqsədilə Həzrət
Ömərin adını yazdığı bildirilir. Yuxusu keçdikdən sonra yazdığını oxusun Həzrət Osmandan istəyən
Həzrəti Əbu Bəkr, Həzrəti Ömərin adının oxumasından məmnun olmuş və bu hərəkətini tərifləmişdir.
Həzrət Əbu Bəkr, Həzrət Ömər istihlaf etmədən əvvəl də müsəlmanlara, özləri üçün bir xəlifə
namizədi təyin etməsini istəyib istəmədiklərini soruşduqda, onlar bu məsələdə vəziyyəti ən yaxşı
özünün istifadə edəcəyini bildirərək ondan namizəd müəyyən etməsini istəmişdilər. Həzrəti Əbu Bəkir
də onlara Həzrəti Ömər tövsiyə etmiş idi.

Həzrəti Əbu Bəkir, bu tövsiyəsini yan ilə də təsdiqlədikdən sonra, xalqın toplanmasını əmr etdi və
onlara bu sözləri dedi:

Sizin\ başınıza keçəcək, sizə namaz kıldır-acaq, düşməninizlə döyüşəcək birinin varlığı labüddür.
Arzu etsəniz, yığılır, arzuladığımızı seçir, başınıza gətirərsiniz. Tanış fikrimi sizin üçün açıqlayıram.
Allaha and olsun ki, sizin haqqınızda xeyirdən başqa bir şey istəmirəm.

Xalq özünə bir namizəd müəyyən etməsini istədi.Bundan sonra Həzrət Ebü Bəkir, yazmış olduğu məktubu onlara göndərib, orada adı yazılı olan adama
bəy edib etməyəcəklərini soruşdu. Onlar da məktubda adı yazılı olanın Ömər (r.a) olduğunu
bildirdiklərini açıqlayaraq bəy aparıblar. Bundan sonra Islam Dövlətinin digər bölgələri də vali və ya
nümayəndələri vasitəsilə bəy aparıblar.

Dövlət idarəsindəki təcrübələri Həzrəti Əbu Bəkir bu işi Həzrət Ömər başqasının uğur ilə
aparmayacağını anlamışdı. İrəli gələn müsəlmanlar da eyni qənaəti bölüşürdülər. Bununla yanaşı
onun fikirlərindən istifadə etməyi də etinasızlıq etmək istəmədilər. Amma hər şeyə baxmayaraq
Həzrət Ebü Bəkrin namizəd göstərməsi onlar üçün bağlayıcı deyildi. Səhabə bəy edib etmir azad idilər.

İslam hüquqşünasları bu hadisədən, vəzifəsi sona çatan, ya da vəfat etmək üzrə olan dövlət
başçısının, müsəlmanlara ondan sonrakı namizədi göstərəcəyi nəticəni çıxarmışlar

Həzrət Əli (ə.s) 656-661-ci illər arasında, İslam tarixinin ən çaxnaşmalı dövründə xəlifə olmuşur. Bu dövr həmçinin İlk Fitnə ilə də üst-üstə düşmüşdü.

Osmanın öldürülməsi o demək idi ki, üsyançılar yeni xəlifə seçməlidirlər. Bu, çox çətinliklərlə üzləşdi, belə ki, üsyançılar bir neçə qrupdan ibarət idilər: Mühacirlər, Ənsar, Misirlilər, Kufəlilər və Bəsrəlilər. Xəlifəlik üçün 3 namizəd var idi: Əli, Təlhə və Zübeyr. Üsyançılar ilk Əlinin yanına gəldilər və təklif etdilər ki, xəlifə olmağı qəbul etsin. Muhəmmədin səhabələrindən bəziləri bu təklifi qəbul etmək üçün Əlini razı salmağa çalışdılar. [81][82][83] Lakin o təklifi qəbul etmədi və 1-ci şəxs olmaq əvəzinə məsləhətçi ola biləcəyini bildirdi.

Təlhə, Zübeyr və digər səhabələr də xəlifəlik təkliflərinə mənfi cavab verdilər. Beləliklə, üsyançılar Mədinə əhalisinə xəbərdarlıq etdilər ki, 1 gün ərzində xəlifə seçsinlər, əks təqdirdə ciddi təbbirlər görəcəklər. Bu çıxılmaz vəziyyəti yoluna qoymaq üçün müsəlmanlar 18 iyun 656-cı il tarixdə xəlifə seçmək üçün Peyğəmbər məscidində toplandılar. Əli əvvəlcə təklifi sadəcə olaraq ona görə qəbul etmədi ki, onun ən güclü tərəfdarları üsyançılar idi. Ancaq Mədinə əhalisi ilə birlikdə Muhəmmədin bəzi görkəmli səhabələri də təkid etdikdən sonra sonunda razılaşdı. Əbu Mixnəfin rəvayətinə görə, Əliyə ilk beyət edən məşhur səhabə Təlhə idi. Lakin digər rəvayətlər əksini iddia edir ki, onlar beyət etməyə məcbur edildilər. Həmçinin, bir müddət sonra Təlhə və Zübeyr könülsüz olaraq beyət etdiklərini iddia etdilər.  Buna baxmayaraq, Əli onların iddialarını rədd etdi və israrl bildirdi ki, onlar könüllü şəkildə onu xəlifə kimi tanıyıblar. (yaxud, onlar könüllü çəkildə beyət ediblər).   Vilfred Meydlanq hesab edir ki, güc insanları beyətə məcbur etməmiş və onlar məsciddə hər kəsin gözü qarşısında beyət etmişdilər.  

Mədinə əhalisinin böyük əksəriyyəti və üsyançıların çox hissəsi beyət etsələr də, bəzi mühüm şəxslər yaxud qəbilələr beyət etmədilər. Əməvilər, Osmanın qohumları ya Levanta (məşriqə) qaçdılar, ya da evlərində oturdular. Daha sonra isə Əlinin xilafətinin qanuniliyinə etiraz etdilər. Səd ibn Əbi Vəqqas orada yox idi, Abdullah İbn Ömər isə beyət etməkdən çəkindi. Lakin hər ikisi ona qarşı çıxmayacaqlarına dair Əlini inandırdılar.

VII əsrin əvvəllərində gedən ərəb fəthləri nəticəsində xilafətin tərkibinə erkən feodal münasibətlərinə keçmiş ölkələr daxil oldu. Fateh ərəblər bu münasibətlərin təsiri altına düşdüklərinə görə İslam ideologiyasında dəyişiklik meydana gəldi. Yeni feodal quruluşu öz əksini sünnədə tapdı, bu da İslamın inkişafında yeni mərhələ açdı. Sünnə IX sərdə kodeks halına salınandan sonra İslamın mühüm kitablarından biri oldu. Feodal xilafətində mürəkkəb sosial və siyasi vəziyyəti əks etdirən sünnə praktiki olaraq böyük əhəmiyyətə malik oldu.

Kəndli, yoxsul və bədəvilərin anti-feodal hərəkatları öz ideoloji ifadəsinin müxtəlif müsəlman təriqətlərinin nəzəriyyələrində tapmışdır. İslamda VII əsrin ortalarında ictimai bərabərsizlik uğrunda amansız mübarizə aparan birinci təriqət xaricilər idi.

İslamın VII-VIII əslərdə xilafətdə yayılması xristianlıq, iudaizm, zərdüştlük və əsasən maniliyin müqaviməti ilə rastlaşdı. Xeyli kobud antropomorfizmin və btidai determinizmin (təqdir haqqında nəzəriyyə halında) tərəfdarları olan erkən İslamın vaizləri və ilk çağlarda İslam həqiqətlərinin heç bir əsaslandırmaya ehtiyacı olmadığını hesab edənlər başqa dinlərin tərəfdarları ilə toqquşmalarda aciz qalırdılar. Feodal ideologiyası olan İslamın müdafiəsi üçün yaranan toqquşmalarda, VII əsrin ortalarında mötəzililər çıxış edirdilər. Qədim yunan və Ellinis fəlsəfəsi və onun dialektikası ilə tanış olan, İslamda ədalətli ortodokslarla mübarizə aparan mötəzililər müsəlman ilahiyyətinin – kəlamın əsasını yaratdılar. Kəlamın banisi görkəmli mötəzili, ortodokslarla güzəştin tərəfdarı, sonralar onları tərəfinə keçmiş və onlara güclü təsir etmiş Əşəri (873-935) hesab olunur.

İslam öz növbəsində bir neçə təriqətlərə bölünür. Onlardan ən böyukləri sünni və şiə təriqətləridir.

Feodal müsəlman cəmiyyətinin inkişafı feodal-hüquqşunaslığın fiqhinin hazırlanmasını tələb etdi. Sünnilərdə fiqhin əsasları və ya kökləri kimi, Quran və sünnə ilə birlikdə icma və qiyas qəbul edildi. VII və IX əsrlərdə müsəlman hüququnun qaydaları işlənib hazırlandı. Sünnülər bu məsələlərdə dörd məzhəbə – hənəfilərə, malikilərə, şafilərə, hənbəlilərə bölündülər.

IX-XI əsrlərdə feodal münasibətlərinin inkişafı dövründə islamın mistik-asketik istiqaməti – sufilik inkişaf etdi.




#Article 13: Ədəbiyyat (301 words)


Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir.

Ədəbiyyat iki yolla yaranıb, inkişaf edir: şifahi və yazılı. Yazılı ədəbiyyat ilə şifahi ədəbiyyat arasındakı fərqlər:

Həm yazılı həm də şifahi ədəbiyyat üç ədəbi növə bölünür:

Bu bölgünü ilk dəfə verən, nəzəri cəhətdən əsaslandıraraq təsnif edən antik dövrün ən böyük filosofu və nəzəriyyəçisi Aristotel (384-322) olmuşdur. 

Lirik növ əsasən nəzmlə verilir. Burada duyğuların, psixoloji ovqatın emosional ifadəsi və tərənnüm anlayışı əsas yer tutur. Bu növə xalq nəğmələri, bayatılar, aşıq şeirləri, qəzəllər, qəsidələr, müxəmməslər, mürəbbelər və s. janrlar daxildir . Lirik növə aid həmin janrların əsas obrazı lirik qəhrəmandır.Lirik əsərləri fərqləndirən xüsusiyyətlərdən biri də nitqin, ifadənin ekspressiv funksiyasıdır. Lirikada müəllifin –şair sənətkarın həyata münasibəti emosional şəkildə verilir. 

Epik sözü epos sözündən götürülüb, söz, hekayə, mahnı deməkdir. Epos sözü ədəbiyyatımızda dastan sözünü də əvəz edə bilir (Koroğlu eposu). Epik növ təhkiyə, nağıl etmək yolu ilə yazılır. Epik növün janrları yazıçıya həyat hadisələrini oxucuya hərtərəfli çatdırmağa imkan yaradır. Epik növ əsasən nəsr şəklində olur. Bu növdə həyat hadisələri ətraflı təsvir edilir. Süjet xətti geniş və çoxşaxəlidir. Epik növdə təhkiyə və təsvir əsas yer tutur. Bu növə xalq nağılları, dastanlar, hekayələr, povestlər, romanlar, poemalar, oçerklər, novellalar daxildir.

Dramatik növ həm nəzmlə, həm də nəsrlə verilir. Bu növdə yazılan əsərlər səhnədə oynanılmaq, tamaşaçılar qarşısında ifa edilmək üçündür. Dramatik növdə əyani göstərmə əsas yer tutur. Buraya xalq oyunları, meydan tamaşaları, faciələr, pyeslər, komediyalar daxildir.Dram əsərləri əsasən səhnədə tamaşaya qoyulmaq üçün yazıldığından, o, digər ədəbi növlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Dram əsərlərində müəllif epik-lirik təsvirlərdən, hadisələr, obrazlar haqqında mühakimə yürütmək imkanlarından məhrumdur. Müəllif öz fikrini, ideyasını obrazların nitqi vasitəsi ilə verir. Bu tipli əsərlərdə obrazların nitqi özünü iki şəkildə göstərir: monoloq, dialoq. Monoloq qəhrəmanın özünün özü ilə, dialoq isə digər iştirakçılarla danışmasına deyilir.

Ədəbiyyatın özünəməxsus qanunauyğunluqları var. Bu qanunauyğunluqları, prinsipləri öyrənən elmə ədəbiyyatşünaslıq deyilir.




#Article 14: Türkiyə (8014 words)


Türkiyə () və ya rəsmi adı ilə Türkiyə Respublikası () — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan, İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.

Əhalinin təqribən 70–80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir. Rəsmi dil türk dilidir. Türk dili ilə yanaşı kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillər də danışılır.

Müasir Türkiyə ərazisi paleolit dövründən etibarən müxtəlif xalqlar tərəfindən məskunlaşma mərkəzinə çevrilmişdir. Aysorlar, yunanlar, frigiyalılar, uratular bu ərazilərin ilk sakinləri hesab olunur. Makedoniyalı İsgəndər bu əraziləri ələ keçirdikdən sonra yunanlaşma prosesi başlamışdır. Bu proses sonralar Roma İmperiyası və Bizans İmperiyası dövründə də davam etmişdir. XI əsrdə Səlcuq türklərinin əraziyə miqrasiyası başlamışdır. 1071-ci ildə səlcuqluların Malazgird döyüşündə Bizansa qalib gəlməsi Türkiyə quruluşunun başlama tarixi kimi simvolizə edilir. Rum Sultanlığı 1243-cü ildə monqol işğallarına qədər Anadolunu idarə etmiş, həmin tarixdən sonra isə müxtəlif Anadolu bəyliklərinə parçalanmışdır. XIII əsrin sonlarından etibarən Osmanlı sülaləsi Anadoluda yerləşən kiçik bəylikləri özündən asılı vəziyyətə salmağa başlamış və nəticədə, sərhədləri Cənub-Şərqi Avropa, Qərbi Asiya və Şimali Afrikanın çox hissəsini əhatə edən böyük imperiyaya çevrilmişdir. Osmanlı İmperiyası Sultan Süleyman Qanuninin hakimiyyəti illərində ən qüdrətli dövrünü yaşamışdır. İki əsrdən çox müddət ərzində öz qüdrətini qorumasına baxmayaraq, XIX və XX əsrlərdə Avropada strateji əhəmiyyətli ərazilərin itirilməsi, dövlətin hərbi qüdrətinin zəifləməsinə gətirib çıxardı. 1913-cü ildə baş vermiş dövlət çevrilişindən sonra ölkənin idarə olunması Üç Paşaların əlinə keçdi. Birinci Dünya müharibəsi ərzində Osmanlı İmperiyası İttifaq dövlətlərinə qoşulmağa qərar verdi. Müharibənin başa çatmasından sonra məğlub olan Osmanlı İmperiyası süquta uğradı. İşğalçı qüvvələrə qarşı başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə monarxiyanın ləğv edilməsi və 1923-cü ildə Türkiyə Respublikasının əsasının qoyulması ilə nəticələndi. Atatürk ölkənin ilk prezidenti təyin olundu. Atatürk ölkə başçısı seçildikdən qısa müddət sonra tarixə Atatürk islahatları adı altında tarixə daxil olan bir çox mühüm islahatlar həyata keçirildi.

Türkiyə BMT, NATO, BVF və Dünya Bankının üzvü, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, QDİƏT, İƏT və G-20 kimi təşkilatların qurucu üzvüdür. Türkiyə 1949-cu ildən Avropa Şurası, 1963-cü ildən Avropa İqtisadi Birliyi, 1995-ci ildən Avropa İttifaqı Gömrük Birliyinin üzvüdür. 2005-ci ildən etibarən ölkənin Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlar başlasa da, 2017-ci ildə bu danışıqlar dayandırılıb. Hal-hazırda Türkiyə böyüyən iqtisadiyyatı və diplomatik təşəbbüsləri sayəsində regional güc olaraq qəbul edilir.

Türkiyə sözü iki hissəyə bölünür: Türk etnonimi və sahibkar mənasında istifadə olunan -iyə şəkilçisi. Türk və ya Türük sözlərinə tarixdə ilk dəfə VIII əsrdə Mərkəzi Asiyada dövlət qurmuş Göytürklər tərəfindən Orxon əlifbasının istifadəsi ilə qeydlər aparılan Orxon abidələrində rast gəlinib. Bu sözün müasir dövrdəki halının orjinalı ilk dəfə XII əsrdə italyanlar tərəfindən orta əsr latın dili istifadə edilərək Turchia və ya Turmenia olaraq qeydə alınmışdır. Bunlarla birlikdə, orta əsrin alman səyyahları bölgəni Turkei və ya Tirkenland şəklində, fransızlar isə Turquie şəklində adlandırmışdır.

Yunan dilində eyni mənanı ifadə edən Tourkia adı isə Bizans imperatoru VII Konstantinos tərəfindən De Administrando Imperio kitabında istifadə edilib. Ancaq imperator burada türklər adı altında macarları ifadə etmişdir. Eyni şəkildə, Bizans mənbələri Qara dəniz və Xəzər dənizinin şimalında mövcud olmuş türk dövləti olan Xəzər xaqanlığı üçün də Tourkia (türklərin ölkəsi) ifadəsini işlətmişdir. Osmanlı İmperiyası da müxtəlif dövrlərdə digər ölkələr tərəfindən Türkiyə və ya Türk İmperiyası şəklində adlandırılmışdır.

Bu gün, Türkiyə sərhədləri daxilində yerləşən Anadolu yarımadası, dünyanın ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Müxtəlif Anadolu xalqları bu bölgədə mövcudluluqlarını neolit dövrünün başlanmasına və Böyük İsgəndərin fəthinə qədər qoruyub saxlamışdır. Bu xalqların əksəriyyəti Hind-Avropa dil ailəsinin bir qolu sayılan Anadolu dillərində danışırdılar. Bəzi elm adamları Hind-Avropa dillərinin qədim Anadolu dilləri olan xet və luvidən yarandığı fikrini də irəli sürmüşdür. Frakiyalılar, qırx min il əvvəl, e.ə 6000-ci illərdə neolit dövründə bu bölgədə ilk dəfə maldarlıq və əkinçilik ilə məşğul olan xalq olmuşdur.

Eramızdan əvvəl 10.000-ci ilə aid Göbəklitəpə, ölkənin ən qədim dini abidəsinin yerləşdiyi ərazidir. Tarixinin e.ə 7500 və ya e.ə 5700-cü ilə təsadüf etdiyi Mərkəzi Anadoluda yerləşən Çatalhöyük isə neolit və eneolit dövrünə aid ən böyük məskunlaşma mərkəzidir. Bu tarixi ərazi 2012-ci ilin iyul ayında, neolit dövrünə aid ən yaxşı qorunub saxlanılan məskunlaşma mərkəzi olaraq UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. Qədim Troya şəhəri, neolit dövründə salınmış və dəmir dövrünə qədər əsas məskunlaşma mərkəzi olaraq qalmışdır. Tarixə məlum olan ilk Anadolu sakinləri xatt və hürri tayfaları olmuşdur. Hind-Avropa xalqlarından olmayan bu iki tayfa təxminən e.ə. 2300-cü ildə Mərkəzi və Şərqi Anadoluda məskunlaşmışdır. Hind-Avropa xalqlarından biri olan xetlər isə e.ə 2000–1700-cü illərdə Mərkəzi Asiyaya köç edərək xatt və hürrilərin yerini almışdır. Xetlər bölgədə ilk böyük səltənəti e.ə XIII əsrdə qurmuşdur. Aysorlar e.ə 1950—e.ə 612-ci illərə qədər müasir Türkiyə ərazisinin cənub-şərqindəki əraziləri fəth etmiş və burada məskunlaşmışlar. Bununla yanaşı, Aysor yazıları Urartuluların e.ə IX əsrdə Aysorlar ilə münaqişəli münasibətlərinin olduğunu sübut etmişdir.

E.ə təxminən 1180-ci ildə Xet İmperiyasının süqutundan sonra Hind-Avropa xalqları tərəfindən qurulmuş Frigiya, e.ə VII əsrdə Kimmerlərin hücumlarına qədər Anadoluda hökmranlıq etmişdir. E.ə 714—e.ə 590 illəri arasında bu bölgədə Urartulular da məskunlaşmış, lakin daha sonradan parçalanaraq məhv olmuşlar. Frigiyadan sonra Lidiya, Kariya və Likiya dövlətləri bu bölgədə hökmranlığı ələ keçirmişdir.

Eyollar, ioniyalılar və qədim yunanlar 1200-cü illərdən başlayaraq Anadolu sahillərində məskunlaşmağa başlamışdır. Həmçinin bu dövrdə Milet, Efes, Smirna və Bizantion kimi bir çox vacib şəhərlər salınmışdır. Nəhayət bu şəhərlərdən ən böyüyü olan Meqara, e.ə 657-ci ildə yunan kolonistləri tərəfindən salınmışdır. Həmçinin, Türkiyə, torpaqlarının müasir sərhədlərini ilk dəfə e.ə VI əsrdə, Ortonid satraplığının hökmranlığı dövründə əldə etmişdir.

E.ə. VI—V əsrlərdə, Anadolu torpaqları fars Əhəmənilər dövlətinin hakimiyyəti altında qalmış və bu hökmranlıq e.ə 334-cü il Böyük İskəndərin fəthinə qədər davam etmişdir. İskəndərin dövründə mədəni qaynaşma və səfərbərlik hərəkatı başlamışdır. E.ə 323-cü ildə İsgəndərin ölümündən sonra Mərkəzi Asiya kiçik ellinist krallıqlara bölündü. Bütün bu krallıqlar e.ə I əsrin ortalarında Roma Respublikasının bir hissəsinə çevrildi. İskəndərin fəthi ilə başlayan Yunanıstan hərəkatı Roma dövründə daha da sürətləndi və əvvəlki əsrlərdə mövcud olan Anadolu dilləri və xalq mədəniyyətləri, sürətlə yunan dili və yunan mədəniyyəti ilə əvəz olundu. 324-cü ildə Roma İmperatoru I Konstantin imperiyanın paytaxtını Bizantiona köçürdü və şəhərin adını Nova Roma olaraq dəyişdirdi. 395-ci ildə I Feodosinin ölümündən sonra Roma İmperiyası ikiyə bölündü. Xalq arasında adı Konstantinopol kimi yayılan şəhər Şərqi Roma İmperiyasının paytaxtı oldu. Bizans İmperiyasının böyük bir hissəsi sonrakı illərdə Şərqi Roma İmperiyası olaraq tanındı və müasir Türkiyənin bir çox bölgələrində orta əsrlərin sonlarına qədər mövcudluğunu davam etdirə bildi.

IX əsrdə Səlcuqlular sülaləsinin Qınıq boyundan olan Oğuz türkləri İslam dinini qəbul etdikdən sonra müsəlmanların geniş yayıldığı ərazilərdə — Xəzər dənizi və Aral gölünün şimalında məskunlaşmağa başladılar. X əsrdə Səlcuqlular, əcdadlarının vətənləri olan Orta Asiya bölgəsindən qərbə, fars torpaqlarına köç etməyə başladılar və Böyük Səlcuq İmperiyasını qurdular. XI əsrin ikinci yarısında Səlcuqlular Anadolunun şərq bölgələrinə yürüyüş etməyə başladılar. 1071-ci ildə Sultan Alp Arslanın dövründə Səlcuqlu türkləri və Bizans arasında baş tutmuş Malazgird döyüşünün Səlcuqlu zəfəri ilə nəticələnməsindən sonra Anadolu torpaqlarında türkləşdirmə hərəkatı başladı. Beləliklə, bölgədə geniş yayılmış xristianlıq və yunan dili, tədricən İslam dini və türk dilləri ilə əvəz olunmağa başladı.

Osmanlı İmperiyası torpaqlarının sərhədləri, hərbi gücü və təbii sərvətləri tədricən azaldıqda Balkan yarımadasında yaşayan müsəlmanlar üzləşdikləri işgəncələrə görə Anadoluya köç etməyə başladılar. Eyni şəkildə rusların Qafqaz ərazisini işğal etməsi ilə buradakı müsəlmanlar Anadoluya köç etmək məcburiyyətində qaldı. İmperiyanın son dövründə millətçi üsyanların meydana çıxması ilə millətlər arasında müxtəlif etnik gərginliklər yaşandı və bu etnik gərginliklər erməni problemi kimi adlandırıldı. Sultan II Əbdülhəmidin avtoritar hakimiyyətinə qarşı çıxmaq üçün inkişaf edən Gənc türklər hərəkatı 1908-ci ildə ikinci məşrutiyyətin elan olunması ilə nəticələnmişdir. 5 oktyabr 1908-ci ildə Bolqarıstanda respublikanın elan olunması, 6 oktyabr 1908-ci ildə isə Avstriya-Macarıstanın Bosniyaya birtərəfli şəkildə qoşulması ölkədə xaosu daha da genişləndirdi. Daha sonra baş verən Tripoli və Balkan Döyüşləri çox sayda insan və torpaq itkisi ilə nəticələnmişdir. 23 yanvar 1913-cü ildə Balkan müharibəsi zamanı baş vermiş Bab-ı Ali basqını diktator Üç Paşanın hakimiyyəti ələ keçirməsinə səbəb oldu.

Osmanlı İmperiyası İttifaq dövlətləri ilə birlikdə I Dünya Müharibəsinə girmiş, lakin müharibədən məğlub ayrılmışdır. Müharibə zamanı ermənilərlə etnik gərginliyin artması ilə qüvvəyə minən qaçqın qanunu ilə ermənilər Şərqi Anadolu regionundan Suriyaya köçürülmüşdür. Müxtəlif mənbələrə görə, 300.000–1.000.000 arası erməni köçürülmə nəticəsində həlak olmuşdur. Daha sonralar, bu ölümlər müxtəlif mənbələr tərəfindən erməni soyqırımı kimi mətbuatda əks edilmişdir. Lakin Türkiyə tərəfi bu hadisələrin soyqırım olmadığını, ermənilərin ölkədəki sabitliyi pozduğu və gərginlik yaratdıqları üçün deportasiya olunduğu fikrini müdafiə etmişdir. Ermənilərlə yanaşı, imperiyada müharibə davam edərkən yunanların və aysorların qətlə yetirildiyi iddia edilmişdir. Müharibələrdən sonra imperiya parçalanmış və ərazisində müxtəlif dövlətlər qurulmuşdur. 30 oktyabr 1918-ci ildə Osmanlı İmperiyası, müttəfiq dövlətlər ilə Mudros müqaviləsini imzalanmışdır. 10 avqust 1920-ci ildə imzalanan Sevr müqaviləsi Osmanlı ərazisini Müttəfiq dövlətlər arasında bölüşdürmək üçün nəzərdə tutulmuş, lakin qüvvəyə minməmişdir.

Birinci Dünya Müharibəsinin sonunda imzalanan Mudros müqaviləsindən sonra İstanbul, İzmir və digər Osmanlı torpaqlarının xarici qüvvələr tərəfindən işğalı Türk Milli Hərəkatının ortaya çıxmasına səbəb oldu. 19 may 1919-cu ildə Çanaqqala döyüşünün görkəmli simalarından biri olan Mustafa Kamal Paşa, Samsuna gələrək, Sevr müqaviləsi ilə irəli sürülən şərtləri ləğv etmiş və ölkənin bütün torpaqlarının bütövlüyünü qorumağı hədəfləyən Türkiyə İstiqlaliyyət müharibəsini başlatmışdır. 18 sentyabr 1922-ci ildə ölkədəki bütün düşmən qüvvələr qovulmuş və 1920-ci il aprel ayından etibarən özünü ölkənin qanuni hökuməti elan edən Ankara Hökuməti tərəfindən Osmanlı mirası olan idarəetmə sistemini müasirləşdirilmiş və yeni respublika siyasi sisteminə keçid edilmişdir. 1 noyabr tarixində isə Türkiyə Böyük Millət Məclisi tərəfindən Osmanlı sultanlığı ləğv edilmiş və 623 illik rəsmi monarxiya dövləti olan Osmanlı tarixindən qalmış tozlu səhnələr silinmişdir. 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi, Osmanlı İmperiyasının xələfi olan Türkiyə Respublikasının beynəlxalq mühitdə tanınmasını təmin etmiş və 29 oktyabr 1923-cü ildə paytaxt Ankara olmaqla respublika elan edilmişdir. Lozanna müqaviləsinə əsasən baş tutan Türkiyə-Yunanıstan vətəndaş mübadiləsi ilə Türkiyədə yaşayan 1.1 milyon yunan və Yunanıstanda yaşayan 380 min türk yer dəyişdirmişdir.
Türkiyə Respublikasının qurucusu və ilk prezidenti olan Mustafa Kamal, ölkənin yeni və dünyəvi bir respublikaya çevrilməsini hədəfləyən bir çox islahatlar aparmışdır. 1934-cü ildə çıxan soyad qanunu ilə Atatürk soyadını almışdır. II Dünya Müharibəsində Türkiyə uzun müddət neytrallığını qorumuş, lakin müharibənin son aylarında 23 fevral 1945-ci ildə müttəfiq dövlətlərin tərəfinə keçmişdir. 26 iyun 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olmuşdur. II Dünya Müharibəsindən sonra, Türkiyənin, Yunanıstanda kommunist üsyanların yatırılması və Sovet İttifaqının türk boğazlarında hərbi baza istəməsi kimi qarşılaşdığı çətinliklər ABŞ-ın 1947-ci ildə Trumen doktrinasını elan etməsi ilə nəticələnmişdir.

Türkiyə və Yunanıstanın təhlükəsizliyini təmin etməyi hədəfləyən doktrina, hər iki ölkəni hərbi və iqtisadi dəstək ilə təmin etmişdir. 1948-ci ildə Avropa iqtisadiyyatının yenidən qurulması planına Marşal və OECD daxil edilmişdir. 1961-ci ildə Türkiyə, OECD-nin qurucu üzvü olmuşdur. Koreya müharibəsinə Birləşmiş Millətlər qüvvələri ilə birlikdə qatılan Türkiyə, 1952-ci ildə Sovet İttifaqına qarşı yaradılan NATO təşkilatına qatılmışdır. 15 iyul 1974-cü ildə Kiprdə çevriliş baş vermişdir. Ölkədə EOKA-B fəaliyyətləri, Enozis planları və yaşanan cəmiyyətlərarası qarşıdurma şiddətinin artması, 20 iyul 1974-cü ildə Türkiyənin Kiprə qoşun yeritməsi ilə nəticələnmişdir. Doqquz il sonra, 1961-ci ildə Şimali Kipr Türk Respublikası qurularaq ada ikiyə bölünmüşdür. 1946-cı ildə Türkiyə Respublikasında tək partiyalı dövr sona çatmışdır. Daha sonra, çoxpartiyalı demokratiya dövrü 1960, 1971, 1980 və 1997-ci illərdə dövlət çevrilişləri ilə müvəqqəti olaraq dayandırılmışdır. Həmçinin, 2016-cı ilin iyul ayında uğursuz çevriliş cəhdi baş tutmuşdur. 1980-ci illərdə Türkiyə iqtisadiyyatının liberallaşdırılması ölkədə iqtisadi artıma və siyasi sabitliyə səbəb olmuşdur. 1984-cü ildən bəri PKK, Türkiyə hökümətinə qarşı qiyam və hücum aksiyalarına başlamış, tərəflərin toqquşması nəticəsində rəsmi məlumatlara görə 40 mindən çox insan həyatını itirmişdir. Human Rights Watch məlumatlarına görə, indiyə qədər Türkiyə Silahlı Qüvvələri tərəfindən 3000-dən çox kürd yaşayış məntəqəsi yandırılmış və minlərlə kürd öldürülmüşdür. Həmçinin ölkədə kürdlər tərəfindən qurulan siyasi partiyaların çoxu ləğv edilmişdir. Tərəflər arasında sülh danışıqları 2012-ci ildə başlamış, lakin 2015-ci ildə başa çatmışdır və vəziyyət daha da gərginləşmişdir. Gəzi parkında baş tutan tənzimləmələr səbəbilə 2013-cü ildə başlayan etirazlar hökumət əleyhinə etirazlara çevrildi və bir çox vilayətə qısa müddətdə yayıldı. Lakin, etirazlar hökumət tərəfindən yatırıldı. Ölkədə 2015-ci ilin iyun ayında keçirilən parlament seçkilərindən sonra müxtəlif şəhərlərdə müşahidə olunan silahlı və bombalı hücumlar günü-gündən artaraq yüzlərlə mülki şəxsin ölümünə səbəb olmuşdur.

İcra səlahiyyəti prezident tərəfindən tətbiq olunduqda qanunvericilik səlahiyyəti Türkiyə Böyük Millət Məclisi olan məclis parlamentinə verilir. Məhkəmə orqanları icra və qanunverici orqanlardan azad olmuş, lakin 2007, 2010 və 2017-ci illərdə referendumlarda qüvvəyə minən konstitusiya dəyişiklikləri prezidentə və hakim siyasi partiyaya prokuror təyin etmək və ya vəzifədən azad etmək kimi daha böyük səlahiyyətlərin verilməsilə nəticələnmişdir. Konstitusiya məhkəməsi qanunların və konstitusiya qərarlarının uyğunluğu barədə qərar vermək məsuliyyəti daşıyır. İnzibati iddialar və digər yüksək vəzifəli şəxslər üçün Ali Apelyasiya məhkəməsi fəaliyyət göstərir.

Hər iki cins üçün ümumi seçki hüququ, 1933-cü ildən bəri Türkiyədə tətbiq olunur və 18 yaşına girmiş hər bir Türk vətəndaşı seçki hüququna malikdir. Türkiyədə 85 seçki bölgəsi var və bu seçki bölgələrindən namizəd olan 18 yaş üstü şəxslərdən 600-ü beş il aralıqlarla siyahı üsulu majoritar seçki sistemi yolu ilə millət vəkili seçilir. Konstitusiya məhkəməsi anti-dünyəvi və ya separatist hesab etdiyi siyasi partiyaların dövlət maliyyəsini və ya tamamilə fəaliyyətlərini ləğv etmək hüququna malikdir. Ölkədə 10% seçki həddi tətbiq olunur. 1923-cü ildə respublikanın elan olunmasından bəri ölkənin dünyəviliyi aktual bir mövzuya çevrilmişdir. Türkiyədə islamçılar və Atatürkün islahatlarını dəstəkləyən atatürkçülər, ictimai həyatında dinin uyğun rolu mövzusunda müzakirələr yaşayan iki əleyhdar tərəfdir. Atatürkçülər dünyəvi konstitusiya demokratiyasının və qərbləşdirilmiş dünyəvi həyat tərzinin tərəfdarıdır. İqtisadiyyat, təhsil və digər ictimai xidmətlərə dövlət sərmayesinin tərəfdarıdırlar. 1980-ci illərdən bəri ölkədə gəlir bərabərsizliyinin və sinif ayrıseçkiliyinin artması, nəzəri olaraq səlahiyyət, ictimai həmrəylik və sosial ədalət öhdəliyini dəstəkləyən, lakin praktikada mübahisələrə səbəb olan İslam populizminə səbəb olmuşdur.

Türkiyədə insan haqqları, beynəlxalq mühitdə qınanlımış və müxtəlif müzakirələrin əsas mövzusu olmuşdur. 1998–2008 illəri arasında Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən xüsusilə azad yaşamaq hüququ olmaqla ümumi insan haqları pozuntuları və azadlıq pozuntuları səbəbiylə Türkiyə əleyhinə 1.600 qərar alınmışdır. Kürd, qadın, LGBT hüquqları və mətbuat azadlığı kimi digər məsələlər də böyük mübahisələrə səbəb olmuşdur. Son zamanlarda Türkiyədə qeydə alınan insan haqqları pozuntuları, Avropa Birliyi üzvlüyünə bir maneə olaraq qalmağa davam edir.

Jurnalistləri Müdafiə Komitəsindən verilən məlumata görə, illərdir ölkəni idarə edən AKP hökuməti dünyada mətbuat azadlığı baxımından ən böyük təzyiqlərdən birini tətbiq edir. Ölkədəki bir çox jurnalist ergenekon, balyoz kimi müxtəlif iddialar və 2016-cı ildə baş vermiş çevriliş cəhdindən sonra aparılan təmizlik çərçivəsində terrorizm və dövlət əleyhinə fəaliyyət ittihamları ilə həbs olunmuşdur. Jurnalistlərə qarşı türkçülüyü alçaltmaq və məhkəmə sisteminə təsir göstərmək ittihamları ilə müxtəlif iddialar irəli sürülmüş və hökumətin mətbuatda özünütənzərəni gizlətdiyi iddia edilmişdir. 2013-ci ildə Jurnalistləri Qoruma Komitəsi, Türkiyədə 211 jurnalistin həbs olunduğunu hesabat edərək ölkənin bu rəqəmlə ən çox jurnalist həbs edən ölkə sıralamasında İran, Eritreya və Çini keçərək üst hissələrə yerləşdirdiyini bildirmişdir. Digər tərəfdən Freemuse, doqquz musiqiçinin əsərlərinə görə həbs olunduğunu və musiqiçilərin həbsi baxımından ölkənin Rusiya və Çindən sonra üçüncü sırada olduğunu müəyyən etmişdir. Köhnə ABŞ Dövlət Departamenti spikeri Filip Krouley, Türkiyədə jurnalistlərə qarşı təhdid ehtiva edən meyllər haqqında böyük narahatlıqlarının olduğunu bildirmişdir. Türkiyə, Freedom House tərəfindən Qismən azad sinfində qiymətləndirilmişdir. 2016-cı ilin iyununda Avropa Şurası Parlament Assambleyasının, Türkiyədə Demokratik İdarələrin fəaliyyəti layihəsi çərçivəsində ölkədə araşdırmalar aparılmış və bir çox demokratik təşkilatların fəaliyyəti barədə ciddi şübhələr olduğunu irəli sürmüşdür.

Türkiyə hüquq sisteminin böyük bir hissəsi Avropadan əsinlənmişdir. Öhdəliklər Məcəlləsi və Türkiyə Mülki Məcəlləsi, İsveçrə hüquq sisteminin türk mədəniyyətinə uyğunlaşdırılması ilə hazırlanmışdır. İnzibati Hüquq qaydaları Fransadakı eyniadlı sistemə, Cinayət Məcəlləsi isə İtaliya məhkəmə sisteminə əsaslanmışdır. Türkiyədə güclər ayrılığı prinsipi mənimsənilmişdir. Bu prinsipə uyğun olaraq məhkəmə sistemindən yalnız Türk millətinə fəaliyyət göstərən müstəqil məhkəmələr istifadə edə bilər. Məhkəmələrin müstəqilliyi və quruluşu, hakim və prokurorların səlahiyyət müddəti ərzində təhlükəsizliklərinin təmin edilməsi, hakim və prokurorların vəzifələri, hərbi məhkəmələr və quruluşu, yüksək məhkəmələrin səlahiyyət və vəzifələri Türkiyə Konstitusiyası tərəfindən müəyyən edilir.

Türkiyə Konstitusiyasının 142-ci maddəsinə görə məhkəmələrin quruluşu, vəzifə və səlahiyyətləri sadəcə dövlət tərəfindən idarə oluna bilər. Bu və əlaqədar digər konstitusiya maddələri istiqamətində Türkiyədəki məhkəmə sistemi, mühakimə məhkəmələri, idarə məhkəmələri və hərbi məhkəmələr olmaqla üç əsas başlıq altında toplanır. Hər başlıqda yüksək səviyyəli məhkəmələr və yüksək hökmlər mövcuddur. Ölkədəki inzibati mübahisələrin həlli üçün Mübahisələr Məhkəməsi yaradılmışdır. Türkiyədə hüquq-mühafizə qüvvələri Ümumi Təhlükəsizlik Müdirliyi və Ümumi Jandarma Komandirliyi kimi müxtəlif vahidlərə ayrılmışdır. Bütün bu qüvvələr Türkiyə Respublikası Prezidentinə və ya Daxili İşlər Nazirliyinə bağlı olaraq hərəkət edirlər. Ədliyyə Nazirliyi tərəfindən 1 noyabr 2008-ci ildə açıqlanan hesabata görə, Türkiyə həbsxanalarında məhkumların sayı 100.000 nəfəri keçmiş və bu rəqəm 2000-ci ildəkinə nisbətən iki dəfə çox olmuşdur.

Türkiyə, Birləşmiş Millətlər Təşkilatının (1945), OECD (1961), İslam Əməkdaşlıq Təşkilatı (1969), ATƏT (1973), İƏT (1985), QDİƏT (1992), D-8 (1997) və G-20 (1999) kimi beynəlxalq təşkilatların qurucu üzvlərindən biridir. 1951–1952, 1954–1955, 1961 və 2009–2010-cu illər arasında Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvəqqəti üzvü kimi xidmət etmişdir. Ənənəvi qərb istiqamətlənməsinə uyğun olaraq, Avropa ilə münasibətlər həmişə Türkiyə xarici siyasətinin mərkəzi olmuşdur. 1949-cu ildə Avropa Şurasının üzvü olan ölkə 1963-cü ildə Avropa İqtisadi Birliyi ilə tərəfdaşlıq əlaqələri qurmuşdur. Uzun illər davam edən siyasi danışıqlardan sonra Türkiyə 1987-ci ildə EEC-ə tam üzv olmaq üçün müraciət etmiş, 1992-ci ildə Qərbi Avropa Birliyinin ortaq üzvü olmuş, 1995-ci ildə Avropa Birliyi Gömrük İttifaqına qoşulmuş, 2005-ci ildə isə Avropa Birliyi ilə tam üzvlük danışıqlarına başlamışdır. Türkiyənin Kipr problemində Avropa Birliyi üzvlərinin əksinə Şimali Kipr Türk Respublikasını dəstəkləməsi, Avropa Birliyi ilə əlaqələrini çətinləşdirir və ölkənin birliyə daxil olması üçün üzvlük məlumat prosesində əhəmiyyətli bir maneə olmağa davam edir. Bu gün, Avropa Birliyi üzvlüyü Türkiyə tərəfindən strateji bir hədəf və dövlət siyasəti olaraq qəbul edilir.

Türkiyənin xarici əlaqələrinin bir digər təyin edici ünsürü Amerika Birləşmiş Ştatlarıdır. Sovet İttifaqının meydana gətirdiyi ortaq təhdid səbəbiylə Türkiyə, 1952-ci ildə NATO-ya üzv olmuş və Soyuq müharibə ərzində Vaşinqton hökuməti ilə yaxın ikitərəfli əlaqələr qurmuşdur. Türkiyə, Avropa Birliyi ilə siyasi danışıqlara başlaması kimi əhəmiyyətli mövzular da daxil olmaq üzrə Amerika Birləşmiş Ştatlarının siyasi, iqtisadi və diplomatik dəstəyindən faydalanmışdır. Soyuq müharibədən sonra Türkiyənin geostrateji əhəmiyyəti, Orta Şərq, Qafqaz və Balkan regionlarına yayılmağa başlamışdır.

Türkiyə, 1950-ci ildən bu yana Birləşmiş Millətlər və NATO bünyəsi daxilində beynəlxalq sahədə müxtəlif güclərin qorunmasına köməkçi olmuşdur. Somali və keçmiş Yuqoslaviyada sülh mühitinin qorunub saxlanmasına dəstək vermiş, Birinci Körfəz müharibəsində koalisiya qüvvələrini dəstəkləmişdir. Bundan əlavə, mövcudluğu mübahisəli olsa da, Şimali Kipr Türk Respublikasının ərazisində 36 min ehtiyat əsgərə sahibdir. ABŞ-ın Əfqanıstandakı sabitlik gücü 2001-ci ildən bəri BMT rəsmisi və NATO rəhbərliyi altında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin bir hissəsidir. 2003-cü ildən bəri Türkiyə, Avropa korpusuna əsgər personalı təmin edir və Avropa İttifaqının müharibə qruplarında iştirak edir.

Türkiyə Silahlı Qüvvələri, NATO üzvü ölkələr arasında ABŞ Silahlı Qüvvələrindən sonra gələn ən böyük ikinci hərbi gücdür və 2011 NATO siyahıyaalmasına görə təxmini 495.000 aktiv hərbçiyə sahibdir. Almaniya, Belçika, Niderland və İtaliya ilə birlikdə NATO-nun nüvə paylaşma siyasətinin bir hissəsi olan beş ölkədən biridir. İncirlik Hərbi Hava Bazasında 90 ədəd B61 nüvə bombasına sahibdir və bunların da 40-ı Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən, nüvə qarşıdurması vəziyyətində NATO-dan təsdiq alınması şərti ilə istifadə edilə bilər. Türkiyə Silahlı Qüvvələri üç hissədən ibarətdir: Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri. Daxili təhlükəsizlik və hərbi funksiyaları təmin edən Jandarma və Sahil Mühafizəsi, sülh dövründə Daxili İşlər Nazirliyinə, müharibə dövründə isə Quru və Dəniz hərbi qüvvələrinə bağlıdır. Türkiyə Silahlı Qüvvələrinə əmr və rəhbərlik edən ən yüksək səviyyəli quruluş olan Baş Qərargah rəisi prezident tərəfindən təyin edilir və baş nazir qarşısında cavabdehdir. Nazirlər Şurası, milli təhlükəsizlik və ölkənin müdafiəsi üçün lazımi silahlı qüvvələrin hazırlanması üçün parlament qarşısında cavabdehdir. Lakin müharibə elan etmə, xarici ölkələrə əsgər göndərilməsi və ya xarici ölkə əsgərlərinin Türkiyəyə gətirilməsinə icazə vermə səlahiyyətləri yalnız məclisə aiddir. Sağlamlıq problemi olmayan hər bir Türkiyə vətəndaşı üçün təhsili və iş yerindən asılı olaraq üç həftədən bir ilədək müddətli hərbi xidmət keçməsi məcburidir. Türkiyədə vicdani rədd tətbiqi yoxdur və əsgərlik yerinə digər alternativ təqdim edilmir. Türk Silahlı Qüvvələrinin Albaniyada, İraqda, Qətərdə, və Somalidə xarici hərbi bazaları var.

Forbes jurnalının verdiyi məlumata görə, 2016 Qlobal Sülh İndeksi, Türkiyə, əsasən, qonşuları ilə münasibətləri getdikcə gərginləşdiyinə görə dünyanın 163 ölkə arasında 145-ci yeri tutmuşdur.

Türkiyə, inzibati baxımdan unitar bir quruluşa malikdir və bu vəziyyət Türk ictimai rəhbərliyinə şəkil verən ən əhəmiyyətli faktorlardandır. Dövlətin əsas işləməsindəki üç güc olan qanunvericilik, icra və məhkəmə nəzərə alınaraq, yerli rəhbərliklərin hər hansı bir gücü yoxdur. İl və digər vahidlərin rəhbərliyi mərkəzi hökumətdən sonra gəlir. Yerli hakimiyyət orqanları yalnız hakimiyyətdə olduğu vilayətlərdə xidmət etmək üçün yaradılmışdır. Vilayətlərin başında qubernatorlar, ilçələrin başında isə bələdiyyə başçıları idarəçi olaraq vəzifəlidir. Bələdiyyə başçıları və quberniyayalar isə, mərkəzi hökumət tərəfindən təyin olunan digər yüksək vəzifəli şəxslərdən asılıdır.

Türkiyənin paytaxtı Ankaradır. Ölkənin ən böyük inzibati vahidləri ildir və 81 ildən ibarətdir. Bu illər ilçələrə bölünmüş, cəmi 923 ilçədən ibarətdir. Həmçinin ölkə coğrafi, demoqrafik və iqtisadi şərtlər göz önünə alınaraq 7 coğrafi region və 21 alt regiona ayrılmışdır, lakin bu bölgələr hər hansı bir inzibati quruluşu təmsil etmir.

Türkiyə, torpağı iki qitədə yerləşən Avrasiya ölkəsidir. Ərazisinin 97%-i Asiyada yerləşir və bu hissə Anadolu adlanır. Qalan 3% hissə isə Avropa qitəsində yerləşir və Şərqi Frakiya adlanır. Mərmərə dənizi, Dardanel və Bosfor Anadolu və Şərqi Frakiyanı bir-birindən ayırır. Türkiyə xəritəsi kobud düzbucaqlı formasını xatırladır, 1.600 kilometr uzunluğunda və 800 km genişliyindədir. 36°, 42° şimal paralelləri və 26°, 45° şərq meridianları arasında yerləşir. Göllər ilə birlikdə 783.562 km² ərazini əhatə edir. 755,688 km² Asiya ərazisi, qalan 23.764 km² isə Avropa ərazisini təşkil edir. Bu rəqəmlərlə sahəsinə görə dünyanın 37-ci ən böyük ölkəsidir.

Üç tərəfdən də dənizlə: qərbdən Egey dənizi, şimalda Qara dəniz və cənubda Aralıq dənizi, şimal-qərbdən isə Mərmərə dənizi ilə əhatə olunmuşdur. Türkiyənin Avropadakı hissəsi olan Şərqi Frakiya Yunanıstan və Bolqarıstan ilə, Asiya hissəsi adlanan Anadolu isə Suriya, İraq, İran, Azərbaycan, Ermənistan və Gürcüstan ilə həmsərhəddir. Anadolu dar sahil düzənliyi ilə əhatə olunmuş yüksək mərkəzli platformadır. Şimalda Koroğlu və Şimali Anadolu dağları, cənubda Tavr dağları ilə əhatə olunmuşdur. Türkiyənin şərqinə getdikcə yüksəklik artır və bura Fərat, Dəclə, Araz kimi müxtəlif çayların qaynağıdır. 5,137 metr yüksəkliyindəki Türkiyənin ən yüksək dağı olan Ağrı dağı və ən böyük gölü olan Van gölü də Şərqi Anadoluda yer alır.

Türkiyə, Aralıq dənizi, Şərqi Anadolu, Egey, Cənub-şərqi Anadolu, Mərkəzi Anadolu, Qara dəniz və Mərmərə olmaq üzərə 7 coğrafi regiona bölünmüşdür. Dar bir arx kimi görünən Qara dəniz regionu, Şimali Anadolu boyunca nizamsız olaraq uzanır və ölkənin ümumi ərazisinin altıda birini təşkil edir. Şərqə doğru irəlilənilən zaman düzənlik sahələrin artmasına paralel olaraq hündürlüyün artdığı da görülür. Türkiyə yer formalarının müxtəlifliyi, minlərlə ildir bölgənin ərazisini şəkilləndirən yerin hərəkətliliyinin bir nəticəsidir. Üzərində sönmüş vulkanlar var və zəlzələlər hələ də tez-tez baş verir. Dardanel və Bosfor, ölkədəki qırılma xətlərinin əsas enerji mənbəyidir. Ölkənin şimalında və şərqində zəlzələlərə səbəb olan böyük qırılma xətləri var. 1999-cu ildə Şimali Anadolu qırılma xəttində meydana gələn böyük Mərmərə zəlzələsi minlərlə insanın ölümünə səbəb olmuşdur.

 

Türkiyənin qeyri-adi ekosistemi və yaşayış müxtəlifliyi, ölkədə əhəmiyyətli bir növ müxtəlifliyinin meydana gəlməsinə səbəb olmuşdur. Anadolu torpaqları, əkinçilik üçün istifadə edilməyə başladığı illərdən etibarən bir çox bitkinin vətəni olmuşdur və hal-hazırda bu bitkilər Türkiyədə yaşayan insanlar tərəfindən istifadə edilməkdədir. Türkiyə fauna müxtəlifliyi, flora müxtəlifliyindən belə daha çoxdur. Ümumilikdə bütün Avropa ölkələrində heyvan növlərinin sayının 60.000 olmasına baxmayaraq, bu rəqəm Türkiyədə 80.000-dən çoxdur.

Şimali Anadolu qozası və yarpaq tökən qarışıq meşələri, Türkiyənin şimalındakı Şimali Anadolu dağlarının böyük bir hissəsini örtür və bir ekoloji bölgə meydana gətirir. Bu dağların şərq ucunda Qafqaz qarışıq meşələri var. Bölgə həm də Avrasiya vəhşi təbiətinin vətənidir. Burada şahin, berqut, məzar qartalı, kiçik qartal, Qafqaz tetrası və stenolaz kimi quşu növləri də yaşayır. Şimali Anadolu dağları ilə Qara dəniz arasındakı dar sahil xəttində yer üzərində az miqdarda görülən mülayim-ekvatorial iqlim tipinə və euskin-kolşik yarpaq tökən meşələrə rast gəlinir. Türkiyədə 40 milli park, 189 təbii park, 31 qoruq, 80 vəhşi heyvanların qorunma sahəsi və 109 təbii abidə mövcuddur. Olimpos Bəydağları Milli Parkı, Ağrı Dağı Milli Parkı, İynəada Subasar Meşələri Milli Parkı, Uludağ Milli Parkı Türkiyədəki ən çox ziyarət edilən milli parklardır. Türkiyənin paytaxtı Ankara, eyniadlı Ankara pişiyi, Ankara dovşanı və Ankara keçisi kimi hayvanlarıyla məşhurdur. Ölkənin digər milli simvollarından biri də Van pişiyidir və adını Şərqi Anadoludakı Van ilindən alır. Həmçinin, Türkiyəyə xas Anadolu çoban iti, kanqal, ağsaray malaqlısı və ağbaş kimi it növləri də vardır.

Türkiyədə üç fərqli iqlim tipinə rast gəlinməkdədir. Ümumiyyətlə Egey dənizi və Aralıq dənizi sahillərində görülən Aralıq dənizi iqlimində yay isti və quru, qışı isti və yağışlıdır. Təbii bitki örtüyü makvisdir. Qara dəniz sahillərində görülən dəniz iqlim tipi hər fəsildə yağıntının müşahidə olunmasına təkan verir. Təbii bitki örtüyü isə meşələrdir. Qara dəniz sahilləri, Türkiyənin il ərzində ən yüksək yağış alan tək bölgəsidir və Şərqi Qara dəniz bölməsi illik 2000–2500 millimetr yağıntı alır. Egey dənizi ilə Qara dənizi birləşdirən Mərmərə dənizinin sahillərində keçid iqlim tiplərinə rast gəlinir. Dənizin cənubunda Aralıq dənizi, şimalda Qara dəniz və şimal-qərbdə isə kontinental iqlim müşahidə olunur. Qar yağışı demək olar ki, hər il Mərmərə və Qara dəniz regionlarıdna müşahidə olunsa da, qar yerdə sadəcə bir neçə gün qalır. Qara dəniz və Aralıq dənizindəki sahillərə paralel olaraq dağlar dənizlərdən gələn mülayim hava kütlələrinin daxili hissələrə çatmasına mane olur.

Mərkəzi Anadolu, Şərqi Anadolu və Cənub-Şərqi Anadolu regionlarında, kontinental iqlimə rast gəlinir. İllik və gündəlik temperatur fərqləri bu iqlimdə yüksəkdir. Yay ayları isti və quru, qış ayları isə soyuq və qarlı keçir. Şərq hissələrdə qış ayları olduqca sərtdir. Şərqi Anadoluda havanın temperaturu −30 °C və −40 °C qədər enə bilər və ildə ən az 120 gün qarlı keçir. Qərbdə qış temperaturu orta hesabla 1 °C olaraq müşahidə olunur. Yay ayları ölkə boyu isti və quru olsa da, ümumiyyətlə iyul və avqust ən quraq aylardır. May ayı isə ən çox yağıntının alındığı aydır və gün ərzində temperatur 30°C-dən yuxarı qalxa bilər.

Ünvana əsaslanan əhali qeydiyyat sistemi nəticəsində əldə edilən məlumatlara görə 31 dekabr 2019 etibarilə Türkiyə əhalisi 83 milyon 154 min 997 nəfərdir. Bu rəqəm ilk rəsmi siyahıyaalma edildiyi zaman, 1927-ci ildə 13,6 milyon olmuşdur. 2017-ci ildə bu göstərici 2016-cı ilə nisbətən 995 min çox, ölkənin əhalisinin artım tempi isə 12,4‰ olmuşdur. Əhalinin 92,5%-i il və ilçə mərkəzlərində yaşayır. Türkiyədə hər km² başına ortalama 105 adam düşür. Əhalinin 67,9%-i 15–64 yaş qruplarında, 23,6%-i 0–14 yaş qrupundadır. Əhalinin təqribən 8,5%-i 65 yaş və daha yuxarı yaş qrupunda yer alır. Əhalinin ortalama yaşı 31.4-dür. Türkiyənin ən inkişaf etmiş və ən sıx şəhəri İstanbuldur. Bununla yanaşı, İstanbul Avropanın üçüncü, dünyanın isə ən böyük 34-cü şəhəri statusuna da malikdir. Türkiyə Konstitusiyasının 66-cı maddəsi, Türkiyə Respublikasına vətəndaşlıq əlaqəsi ilə bağlı olan hər kəsi, bir türk olaraq adlandırır. Bu səbəblə, Türkiyədə hüquqi mənada türk sözü, bir etnik mənşəyi ifadə etməkdən çox ölkənin vətəndaşı olan hər kəsi ifadə edir. Ölkənin böyük əksəriyyətinin etnik mənşəyi türkdür. CIA-ya əsasən ölkə əhalisindəki Türklərin nisbəti 70–75%, Kondaya əsasən 76% və konsensusa əsasən 77%-dir. Əhalinin etnik yayılmasına aid bir çox məlumatların olmasına baxmayaraq, Türkiyə tərəfindən açıqlanan rəsmi əhali sayıları etnik mənşəyə aid rəqəmlər vermədiyi üçün rəsmi məlumatlar mövcud deyil. Aparılan siyahıyaalmalara görə Türkiyədə albanlar, azərbaycanlılar, ərəblər, bosniyalılar, çərkəzlər, qaraçılar, gürcülər, həmşinlilər, lazlar, pomaklar, suriyalılar və zazalar daxil olmaqla bir çox etnik qrup yaşasa da, ölkədə rəsmi olaraq tanınan azlıqlar yalnız ermənilər, yunanlar və yəhudilərdir. Lozanna müqaviləsi ilə 3 azlıq rəsmən tanınmışdır.
Türklərdən sonra ölkədə yaşayan ən böyük etnik qrup kürdlərdir. Kürdlərin əhalidə nisbəti CIA hesabatına görə 18%, Kondaya görə 15% və konsensusa görə 14% təşkil edir. Kürdlər ölkənin Türkiyə Kürdüstanı olaraq da bilinən şərq və cənub-şərq hissələrində cəmlənmişdir. Kürd əhalisi Tuncəli, Bingöl, Muş, Ağrı, İğdır, Elazığ, Diyarbakır, Batman, Şırnak, Bitlis, Van, Mardin, Siirt və Hakkari illərində üstünlük təşkil edirlər. Bundan əlavə, Şanlıurfada əhalinin 47%-ni, Qarsda isə əhalinin 20%-ni təşkil edir. İllərdir daxili miqrasiya ilə kürdlər ölkənin mərkəzində və qərbində yerləşən bütün böyük şəhərlərdə məskunlaşmışdır. Xüsusilə İstanbulda 3 milyona yaxın kürd yaşayır və bu, şəhəri dünyanın ən yüksək kürd əhalisi olan şəhərə çevirir. CIA məlumatlarına görə, türklər və kürdlərdən başqa digər azlıqların nisbəti 7–12%-dir. Üç tanınmış azlıqdan başqa hər hansı bir azlıq üçün müəyyən hüquqlar mövcud deyil. Azlıq termini, Türkiyədə həssas bir mövzudur və həssas olmağa davam etməkdədir. Azlıqları qanuni olaraq tanımasa da, dövlət rəsmi TRT kanalına azlıqların danışdığı müxtəlif dillərdə radio və televiziya proqramları hazırlamağa icazə verir. TRT Avaz, Türkiyədə Azərbaycan dilində faəliyyət göstərən dövlət kanallarından biridir.

Türkiyə əhalisinin 2,5%-i immiqrantlardan ibarətdir. 2015-ci ilin dekabr ayına olan məlumata görə, ölkə 2,5 milyon suriyalı qaçqına ev sahibliyi edir və Türkiyə dünyada ən böyük qaçqın əhalisinə məxsus ölkə statusuna malikdir. Suriya Vətəndaş müharibəsindən qaçan bu qaçqınlar, Afət və Təcili Yardım Nazirliyi tərəfindən hazırlanan çadırlarda qonaq edilmiş, bir müddət sonra bir çoxu Türkiyə şəhərlərinə köç edərək normal həyatlarına davam etmişlər. Türkiyənin rəsmi dili, eyni zamanda əhalinin 85%-in ana dili olan türkcədir. Əhalinin təxminən 12%-i kürd dilində ana dili kimi danışır. Ərəb və zaza dillərini ana dili kimi danışanların nisbəti 1%-dən çoxdur. Bununla yanaşı, Türkiyədə abaza, abxaz, çərkəz, qaraçı, laz, zaza dilləri təhlükə altındadır.

Türkiyədə səhiyyə xidmətlərinə Sağlamlıq Nazirliyi tərəfindən hazırlanan mərkəzi bir dövlət sistemi ilə nəzarət edilir. 2003-cü ildə hökumət, səhiyyə xidmətlərinə ayrılan büdcə nisbətini artıran və əhalinin böyük bir hissəsini sağlam hala gətirməyi məqsəd qoyan geniş əhatəli bir səhiyyə islahatı proqramını təqdim etdi. Türkiyə Statistika Təşkilatı, 2012-ci ildə sadəcə səhiyyə xidmətləri sahəsinə 76.3 milyard TL xərcləndiyini açıqladı. Xidmət haqlarının 79,6%-i İctimai Təhlükəsizlik Təşkilatı tərəfindən, qalan 15,4% isə xəstələr tərəfindən ödənilmişdir. 2013 rəqəmlərinə görə Türkiyədə 30.116 səhiyyə qurumu mövcuddur və həkim başına ortalama 573 xəstə düşür. Hər 1000 nəfər əhaliyə isə 2,64 yataq düşür.

Türkiyədə gözlənilən həyat müddəti kişilərdə 71.1 il, qadınlarda 75.2 il olmaqla birlikdə, ümumi əhali ortalamasının gözlənilən həyat müddəti 73.2 ildir. Ölkədə ölümlərə ən çox səbəb olan xəstəliklərdən ilk üçü dövran sistemi xəstəlikləri (39.8%), xərçəng (21.3%) və tənəffüs xəstəlikləridir (9.8%).

Türkiyədə məktəb təhsil pillələri Təhsil Nazirliyinin tabeliyindədir. Dörd illik ibtidai məktəb, dörd illik orta məktəb və dörd illik lisey daxil olmaqla on iki illik təhsil məcburidir. OECD hesabatlarına görə, ölkədə orta məktəbi bitirməmiş 25–34 yaş qrupundakı insanlar gəlirlərinin orta hesabla 80%-ni orta məktəbi bitirən eyni yaş qrupu həmkarlarından alırlar. Ölkənin əsas təhsil səviyyəsi digər OECD ölkələrindən aşağı səviyyədə keçirilir. Türkiyə, Beynəlxalq Tələbə Qiymətləndirmə proqramı hesabatına görə 34-cü sırada yer alır. Yüksək keyfiyyətli liseylərə daxil olmaq, ölkə daxilində keçirilən tələbə yerləşdirmə imtahanlarının balından asılıdır, buna görə də ölkədə repititor yanına gedən şagirdlərin ortalama yaşı 10-a düşmüşdür. Yetkin əhalinin 94,1%-i oxuma-yazma qabiliyyətlərinə malikdir. Türkiyədə kişi əhalinin savadlılıq səviyyəsi 97,9%, qadın əhalinin isə savadlılıq səviyyəsi 90,3% təşkil edir.

Türkiyə rəsmi dini olmayan dünyəvi dövlətdir. Din və vicdan azadlığı ölkə konstitusiyası ilə təmin edilir. Ancaq ölkədə müxtəlif İslam partiyalarının qurulması ilə dinin idarədəki rolu ilə bağlı müzakirələr başladı. Ölkədəki dövlət qurumlarında və məktəblərdə uzun illərdir İslam siyasətinin simvolu sayıldığı üçün hicab taxmaq qadağan olmuşdur. Lakin bu qadağa 2011-ci ildə universitetlərdə, 2013-cü ildə dövlət qurumlarında və 2014-cü ildə ümumtəhsil məktəblərində ləğv edildi. İslam dini Türkiyədə dominant dindir və müxtəlif məlumatlara görə əhalinin 99,8%-i müsəlmandır. Ancaq bu rəqəm hər mənbəyə görə dəyişir və adətən 96,4% olaraq göstərilir. Ortaq təriqət sünni məzhəblərindən olan hənəfilikdir. Ölkədəki ən yüksək dini orqan Dəyanət İşləri üzrə Nazirlikdir və hənəfi məzhəbinin qaydalarına görə dini islahatlar keçirir. Həmçinin nazirlik, ölkədə fəaliyyət göstərən 80 mindən çox məscid və imam üçün məsuliyyət daşıyır. Bundan əlavə, ölkədə şiəlik də yayğındır və alimlər şiələrin sayının 15–20 milyon arasında olduğunu söyləyirlər. 2008-ci ildə köhnə Diyanət İşləri üzrə Dövlət Naziri və Diyanət İşləri Başçısı Mustafa Səid Yazıcıoğlunun Türkiyədə 7 milyon şiə olduğu təxmin edildiyi fikrini irəli sürmüşdür. Aksiyon jurnalının məlumatlarına görə, ölkə əhalisinin 3 milyonu (4.2%) şiə on ikicilərdən ibarətdir. Təsəvvüflə əlaqəli olanlar da var və əhalinin 2%-i heç bir təriqətlə əlaqəsi olmayan müsəlmanlardır. 1914-cü ildə Türkiyənin qeyri-müsəlman əhali nisbəti 19% olmuşdur, 1927-ci ildə bu say 2,5%-ə enmişdir. Bu gün ölkədə yunan katoliklər də daxil olmaqla müxtəlif məzhəblərdən olan 120.000 xristian var və bu rəqəm Türkiyə əhalisinin 0,2%-dən daha azdır. Ölkədə açılmış kilsələrin sayı 236-dır. İstanbul 4 əsrdən bəri Şərqi pravoslav kilsəsinin mərkəzi olmuşdur.

Türkiyədə səfərad mənşəli 26.000 yəhudi yaşayır. E.ə V əsrdən bəri Anadoluda yəhudi icmaları məskunlaşmağa başladıqdan sonra XV əsrin sonlarında İspaniyadan qovulmaqla Osmanlı İmperiyasında ispan və portuqal yəhudilərin məskunlaşmasına icazə verildi. Beləliklə, Anadoluda yəhudi əhalisi artdı. XX əsrdə yəhudilərin ölkədən sürətlə miqrasiyaya baxmayaraq, bu gün də çox az yəhudi əhalisi Türkiyədə yaşayır.

Türkiyə, ÜDM (AQP) sıralamasında 13-cü, ÜDM (nominal) sıralamasında isə 17-ci sırada yer alır. OECD və G-20 kimi əsas iqtisadi təşkilatların təsisçilərindən biridir. 1995-ci ildə fəaliyyətə başlayan Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı, ölkənin idxal və ixracının yüksək dərəcədə artmasına təsir göstərmişdir. Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı, ölkənin xarici ticarət siyasətinin ən əhəmiyyətli təşkilatlarından biridir. 2014-ci ildə Türkiyə ixracatı, əvvəlki ilə nisbətən 4% artım ilə 157,6 milyard dollara çatmışdır. Ən çox məhsul ixrac olunan ölkələr Almaniya, İraq, İngiltərə, İtaliya və Fransa olmuşdur. Bununla birlikdə, eyni ildə 242,2 milyard dollarlıq idxal səbəbilə 84.5 milyard dollarlıq xarici ticarət kəsiri yaranmışdır. Bu göstərici bir il əvvəl 99,8 milyard dollar olmuşdur. 2014-cü ildə ən çox idxalat müvafiq olaraq Çin, Almaniya, Rusiya və ABŞ-dan olmuşdur. Türkiyə nəhəng avtomobil sənayesinə sahibdir.

Türkiyə iqtisadiyyatının digər vacib sahələri arasında bankçılıq, tikinti, məişət texnikası, elektronika, tekstil, neft emalı, neft-kimya məhsulları, qida, dağ-mədən, dəmir-polad və maşınqayırma yer alır. 2013-cü il məlumatlarına görə Türkiyə ÜDM-sinin 8,9%-i kənd təsərrüfatı, 27,3%-i sənaye və 63,8%-i xidmət sahələri olmuşdur. Bu göstəricilərə baxmayaraq, hələ də əhalinin dörddə biri kənd təsərrüfatında çalışır. 2012-ci il hesabatına görə, işləyən əhalinin yalnız 30%-i qadınlardan ibarətdir ki, bu da OECD üzvü ölkələr arasında ən aşağı göstərcidir. Türkiyədəki ən varlı təbəqənin gəliri, ən yoxsul təbəqənin gəlirindən 7.7 qat daha çoxdur. Əhalinin 15%-i yoxsulluq həddində yaşayır.

Birinci Dünya Müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsindən sonra yaranan respublikanın ilk altmışıncı illəri — 1923–1983-cü illər arasında dövlət iqtisadiyyatı pis vəziyyətdə olmuşdur. Özəl sektor, xarici ticarət, xarici valyuta axını və birbaşa xarici investisiyanın miqdarı kimi mövzularda müxtəlif məhdudiyyətlər qoyuldu və büdcə planları elan edildi. Ancaq 1983-cü ilə qədər baş nazir Turqut Özal özəl sektoru ön plana çəkən bir sıra islahatlara başladı.

Dövlət borcunun çox olması ilə yanaşı, keçirilən islahatlar sürətli iqtisadi inkişafa yol açdı, lakin 1994 və 1999-cu illərdə maliyyə böhranları səbəbiylə iqtisadiyyatda düşüşlər yaşandı. 1981–2003-cü illər arasında ölkənin ÜDM-nin illik orta artımı 4% səviyyəsində müəyyən edilmişdir. Maliyyə çatışmazlığı və geniş yayılmış korrupsiya ilə yanaşı, əlavə maliyyə islahatlarının olmaması, yüksək inflyasiya və zəif bank sektoru makroiqtisadi dəyişkənliyin artmasına səbəb oldu. 2001-ci il böhranından sonra dövrün maliyyə naziri Kamal Dərviş tərəfindən tərtib edilmiş islahatların nəticəsi olaraq inflyasiya hədsiz dərəcədə azalmış, investorlar tərəfindən xarici sərmayələr artmış, işsizlik nisbəti kəskin azalmışdır.

Xarici ticarət üzərində dövlət nəzarətini azaldan Türkiyə tədricən iqtisadi tənzimləmə yolu ilə müxtəlif bazarlar açaraq, xalqa məxsus müxtəlif qurumları özəlləşdirməyə başladı. Dövlət borcunun ÜDM-ə nisbəti 2001-ci ildə tənəzzül səviyyəsindən aşağı düşsə də, 2010-cu ilin üçüncü yarısında 46%-ə yüksəldi. 2002–2007-ci illər arasında illik ÜDM artım tempi orta hesabla 6,8% olaraq təyin olunmuşdur. Bu rəqəm Türkiyəni ən sürətli böyüyən iqtisadiyyatlardan birinə çevrildi. Ancaq 2008-ci ildə böyümə 1% yavaşladı və 2009-cu ildə qlobal iqtisadi böhran 5% nisbətində iqtisadiyyatın tənəzzülünə təsir etdi. 2010-cu ildə ölkə iqtisadiyyatının təxminən 8% böyüdüyü hesabat edildi.

İstanbulun üçüncü beynəlxalq — İstanbul Hava Limanı, 150 milyon sərnişinə xidmət etmək imkanına malik dünyanın ən böyük hava limanlarından biridir. 1933-cü ildən bəri Türkiyənin bayraq daşıyıcısı olan Türk Hava Yolları, Skytrax tərəfindən 2011, 2012, 2013, 2014 və 2015-ci illərdə ardıcıl olaraq beş dəfə Avropanın ən yaxşı hava yolu şirkəti seçilmişdir. Dünyanın 126 ölkəsində 435 istiqamət (51 yerli və 384 beynəlxalq) ilə Türk Hava Yolları 2016-cı ilə qədər xidmət etdiyi ölkələrin sayına görə dünyanın ən böyük hava yolları şirkəti seçilmişdir.

Türkiyədə su təchizatı və kanalizasiya sistemi çətinliklərlə xarakterizə olunur. Son onillik ərzində demək olar ki əhalinin hamısı içməli suya sahibdir. Türkiyənin 16 böyük şəhərində avtonom kommunal xidmətlər yaradıldı, xərclərin bərpası artırıldı və bu da xidmət təminatının davamlılığına zəmin yaratdı. 2004-cü ildə kanalizasiya vasitəsilə toplanan çirkab sularının 61%-i təmizləndi. Digər problemlərin həllərinə çirkab suların təmizlənməsini daha da artırmaq, suyun lazımsız istifadəsinin qarşısını almaq və kənd yerlərində adekvat sanitariya imkanlarını genişləndirmək aiddir. Sektorda Avropa standartlarına uyğun olmaq üçün tələb olunan sərmayənin, xüsusən çirkab suların təmizlənməsi, ildə 2 milyard avro səviyyəsində olduğu, mövcud investisiya səviyyəsindən iki qat çox olduğu təxmin edilir.

TÜBİTAK, Türkiyədə elm və texnologiyanı inkişaf etdirən aparıcı agentlikdir. TÜBA, Türkiyədə elmi fəaliyyətini tanıtmaq üçün fəaliyyət göstərən özəl elm cəmiyyətidir. TAEK isə Türkiyənin rəsmi nüvə enerji qurumudur. Qurumun məqsədi nüvə enerjisi sahəsində akademik tədqiqatlar aparmaq, dinc nüvə alətlərinin inkişafına təkan vermək və onları tətbiq etməkdir.

Hərbi texnologiyalar sahəsində araşdırma və inkişaf üçün fəaliyyət göstərən Türkiyənin hökumət şirkətləri arasında Türk Aerokosmik Sənayesi, Aselsan, Havelsan, Roketsan, MKE və digərləri yer alır. Türk Peyk Təşkilatı, İnteqrasiya və Test Mərkəzi, Milli Müdafiə Nazirliyinə məxsus və Türk Aerokosmik Sənayesi tərəfindən idarə olunan bir çox kosmik gəmi istehsalı üzərində araşdırmalar aparılır. Türk Kosmik Sistemi, Türkiyənin peyk yollama qabiliyyətini inkişaf etdirən bir layihədir. Bu layihə kosmik limanların inşası, peyk vasitələrinin inkişafı, eləcə də uzaq yer stansiyalarının qurulması üçün məsuliyyət daşıyır. Türksat, Türkiyədəki yeganə rabitə peyk operatorudur və Türksat seriyalı peykləri idarə edir. Göktürk-1, Göktürk-2 və Göktürk-3, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən idarə olunan kəşfiyyat üçün istifadə olunan Yer araşdırma peykləridir. BILSAT-1 və RASAT, TÜBİTAK Kosmik Texnologiyaları Araşdırma İnstitutu tərəfindən idarə olunan elmi Yer peykləridir. 2015-ci ildə Şimali Karolina Universitetinin türkiyəli professoru Əziz Sancar, hüceyrələrin DNT-ni zədələməsinin qarşısının alınması üçün aparılan araşdırmalara görə Tomas Lindahl və Pol Modriç ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Digər türk alimləri arasında Behçet xəstəliyini kəşf edən həkim Xülusi Bəhçət və Arf dəyişməzini təyin edən riyaziyyatçı Cahit Arf da yer alır.

Türkiyədə turizm sektoru, XXI əsrdə demək olar ki hər il daha da inkişaf edir və iqtisadiyyatın vacib hissələrindən biridir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, hazırda Evim Türkiyə adı altında Türk turizmini təbliğ edir. Türkiyə, son illərdə ən çox xarici qonağı Almaniya və Rusiyadan qəbul etmişdir. Azərbaycan isə bu siyahıda 901,723 turist ilə 10-cu sırada yer almışdır. 2018-ci ildə Türkiyə beynəlxalq turist ziyarətlərinin sayına görə 45,8 milyon xarici turist ilə dünyada 6-cı yeri tutdu.

Türkiyə, İstanbulun tarixi əraziləri, Kapadokiya qayalıqları, Çatalhöyük, , Troya kimi 17 UNESCO ümumdünya irsinə sahibdir. Türkiyədə Dünyanın yeddi möcüzəsindən ikisi, dünyanın ən qədim dini məskunlaşma mərkəzi Göbəklitəpə və bir çox digər irslərə rast gəlmək mümkündür.

Turizmin ən yüksək inkişaf etmiş bölməsi sahil turizmidir. Sahil turizminə dəniz, çimərlik, günəş, biomüxtəliflik və dəniz məhsulları daxildir. Çimərliklərdə və otellərdə su idman növləri, gəmi gəzintiləri, tibbi xidmətlər və restoranlar təşkil edilir. Avropa turistlərinin 63%-i dəniz sahillərinə daha çox üstünlük verir. Türkiyənin cənub və qərb əraziləri — Aralıq dənizi və Egey sahilləri turistlər tərəfindən xidmət və keyfiyyətinə görə ən çox seçilən turistik məkanlardan biridir. İkinci sırada isə Türkiyənin şimal əraziləri — Qara dəniz və Mərmərə dənizinin sahilləri yer alır. Qara dəniz sahillərinin iqlimi sahilyanı turizmin inkişafı üçün uyğun deyil. Qara dəniz sahilyanı ərazilər üçün turizmin qarşısını, yay yağışları səbəbilə nisbi rütubətin 70%-dən çox olması, alır. Aralıq dənizi iqliminin üstünlük təşkil etdiyi Egey və Aralıq dənizi sahillərində, rütubət 70%-dən aşağıdır. Egey və Aralıq dənizi sahillərində hava istiliyi səbəbindən dəniz suları ideal istilikdə olur. Körfəzlərin ölkənin böyük bir hissəsini əhatə etməsi sahil turizminin inkişafına öz töhfəsini verir. Körfəz sahillərində böyük otellər və kurort məskənləri inşa edilmişdir.

Sahil turizminin mühüm meyarlarından biri də mavi bayraq göstəricisidir. 2014-cü ildə Türkiyə dünyada ən çox mavi bayraq çimərliyinə sahib 3-cü ölkə olmuşdur. 2015-ci ildə siyahıda 2-ci sıraya yüksəlmişdir. İspaniya 578 çimərlik ilə 1-ci, Türkiyə 436 çimərlik ilə 2-ci, Yunanıstan isə 395 mavi bayraqlı çimərlik ilə 3-cü sırada yer almışdır.

Türkiyə, Oğuz, Anadolu, Osmanlı və Qərb mədəniyyətləri ilə qarşılıqlı əlaqədə mövcud olan zəngin mədəniyyətə sahibdir. Səlcuqlu və Osmanlı dövründə yaranmış adət və davranış nümunələri də qorunub saxlanılmaqdadır. Nənə və babaların adları adətən nəvələrə verilir. Bir çox bölgədə hər adın bir mənası var. Gündəlik həyatda milli təqvim istifadə olunur. Ancaq mədəni həyat İslamın sivilizasiyası ilə bir-birinə qarışdığından, hicri təqvim adları daim qorunub saxlanılır. Rəcəb, Şaban, Ramazan ən çox qoyulan dini adlardır. Türklər çadır qəsəbələrindən şəhərlərə, taxta evlərdən mənzillərə, kəndlərdən şəhərlərə köçmüşdür. Qərb geyimləri geniş yayılsa da, köhnə geyim mədəniyyəti hələ də davam edir. Qida mədəniyyəti ətdən ibarətdir və bitki, süd, çörək, bal, balıq, yumurta və qatıq əsas qidalardır. Toxuculuq, dülgərlik, dərzilik ən çox görülən sənətlərdir. Çarşılardan marketə, bazarlardan supermarketə qədər gündəlik alış-veriş mədəniyyəti daim inkişaf edir. Ən müasir nəqliyyat vasitələri quru, hava, dəniz və dəmir yolları vasitələridir. Şəhərlərarası inkişaf etmiş avtomobil yolları və dəmir yolları mövcuddur.

Türk rəssamlığı, qərb mədəniyyətindən ilham alaraq XIX əsrin ortalarından başlayaraq fəal inkişaf etmişdir. İlk rəssamlıq dərsləri 1793-cü ildə İstanbul Texniki Universitetində keçirilirdi. XIX əsrin sonlarında, Osman Hamdi Bəy türk rəssamlığına ilk portreti gətirən şəxslərdən olmuşdur. Müasir tendensiyalar arasında impressionizm cərəyanından ən çox təsirlənən rəssamlardan biri də Xəlil Paşa olmuşdur. 1926-cı ildə Avropaya göndərilən gənc türk rəssamlar, Avropada hələ də çox təsirli olan fovizm, kubizm və ekspressionizm kimi müasir cərəyanlardan ilhamlanaraq geri döndülər. Abidin Dino, Camal Tollu, Fikrət Mualla, Fahrelnisə Zeyid, Bedri Rahmi Eyüboğlu və Burhan Doğançayın rəhbərlik etdiyi D qrupu türk rəssamlığında yeni cərəyanların yaranmasına təkan vermişdir. Türk rəssamlığında digər vacib cərəyanlar 1930-cu illərin sonlarında Yenilər qrupu, 1940-cı illərdə Onlar qrupu, 1950-ci illərdə Yeni Dal qrupu və 1960-cı illərin Qara qələm qrupları olmuşdur.

Xalçaçılıq İslam dini yayılmamışdan əvvəl də ənənəvi bir sənət olmuşdur. Uzun illər boyunca davam edən toxunulmuş xalçaçılıq sənətkarlığı müxtəlif mədəni ənənələri özündə cəmləşdirmişdir. Türk xalçalarında Bizans üslublarının izləri aşkar edilmişdir. Orta Asiyadan köç edən türk xalqları, Qafqaz və kürd tayfaları Anadoluya köçərkən öz xalçaçılıq mədəniyyətlərinin Anadolu mədəniyyətləri ilə qarışmasına səbəb olmuşdur. Daha sonradan, İslam dinin yayılması və İslam sənətinin inkişafı türk xalça dizaynına da təsir etmişdir. Türk dilində ebru adlandırılan türk kağız sənətinin ən qədim nümunəsinin şair Arifinin Halnamə əsərinə aid olduğu bildirilir.

Türk ədəbiyyatı türk mədəniyyəti ilə qarşılıqlı əlaqədə formalaşmışdır. İslam və Avropa mədəniyyətlərinin qarşılıqlı əlaqəsi, türk ədəbiyyatına böyük miqdarda təsir etmişdir. Türk ədəbiyyatının Osmanlı dövrünə aid bir çox əsərləri fars və ərəb ədəbiyyatından təsirlənmişdir. Tənzimat islahatları, əvvəllər məlum olmayan qərb janrlarını, ilk növbədə roman və sərbəst şeirlərin yayılmasına səbəb oldu.

Tənzimat dövründəki yazıçıların çoxu eyni janrlarda əsərlər yazmışdır. Şair Namiq Kamal 1876-cı ildə yazılmış İntibah romanını, İbrahim Şinasi isə 1860-cı ildə ilk müasir türk pyesi olan Şairin evliliyi əsərini yazmışdır. Müasir türk ədəbiyyatının köklərinin əsası 1896–1923-cü illər arasında qoyulmuşdur. Türk ədəbiyyatı tarixində 3 mühüm cərəyan: Ədəbiyyat-i Cadidə, Fəcr-i Ati, və Milliy Ədəbiyyat olmuşdur. XX əsr türk poeziyasında ilk radikal addım sərbəst şeir tərzini təqdim edən Nazim Hikmət tərəfindən atılmışdır. Türk poeziyasında başqa bir inqilab 1941-ci ildə Orxan Vəli, Oktay Rüfət və Melih Cevdətin başçılıq etdiyi Garip hərəkatı ilə baş tutmuşdur.

Türk teatrının mənşəyi qədim bütpərəst rituallara və şifahi əfsanələrə əsaslanır. Min illər əvvəl Anadolu sakinlərinin mərasimləri zaman nümayiş edilən rəqslər, musiqi və mahnılar ilk şouların yaranmasına təkan verən elementlərdir. Zamanla qədim rituallar, miflər, əfsanələr və hekayələr teatr şoularına çevrildi. XI əsrdən başlayaraq Səlcuqlu türklərinin ənənələri yerli Anadolu xalqlarının ənənələri ilə qarışdı və müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi yeni pyeslərin yaranmasına yol açdı.

Türk teatrının görkəmli oyunçuları, rejissorları və dramaturqları arasında Muhsin Ərtuğrul, Haldun Taner, Əziz Nesin, Gülriz Sururi, Yıldız Kenter, Müşfik Kenter, Haldun Dormen, Sadri Alışık, Çolpan İlhan, Münir Özkul, Adilə Naşit, Ərol Günaydın, Qəzənfər Özcan, Nicat Uyğur, Gənco Ərkal, Mətin Sərəzli, Nevra Sərəzli, Levent Kırca, Zeki Alasya, Mətin Ağpınar, Müjdat Gәzәn, Fərhan Şənsoy və digərləri aiddir.

Türk musiqisi əsasən türk ünsürlərindən ibarətdir. Orta Asiya xalq musiqisi, Ərəb musiqisi, Yunan musiqisi, Osmanlı musiqisi, Fars musiqisi və Balkan musiqisinin qismən təsiri olmuşdur. Müasir türk musiqilərində isə adətən Avropa və Amerika pop musiqisinin elementlərinə rast gəlinir. Türkiyədəki ənənəvi musiqinin kökləri XI əsrdə Səlcuqlu türklərinin Anadolu və İrana köç etməsinə qədər uzanır. Müasir pop türk musiqisinin böyük hissəsi 1930-cu illərin əvvəllərində, türk bəstəkarları qərbləşməyə səy göstərərkən yaranmışdır.

Türkiyənin müxtəlif bölgələrindən gələn mühacirlərin Türkiyə torpaqlarında məskunlaşması ilə musiqi janrları və musiqi alətlərinin müxtəlifliyi genişləndi. Mühacirlərin musiqi mədəniyyətlərinə əsaslanaraq Türkiyədə yunan, erməni, alban, polyak, azərbaycanlı və yəhudi icmalarının etnik üslublarında yayımlanan pop musiqiləri yayılmağa başladı. Türkiyənin bir çox şəhər və qəsəbələrində bir sıra regional musiqi üslubunda musiqi yazan yerli musiqi səhnələri yaranmağa başladı. Buna baxmayaraq, qərb pop musiqisi 1970–1980-ci illərin sonlarında öz populyarlığını arabesk musiqiyə buraxdı. Lakin, qərb pop musiqisi 1990-cı illərin əvvəllərində yenidən məşhurlaşmağa başladı. Sezən Aksunun dəstəyi ölkədə pop musiqisinin populyarlığının artması, Tarkan və Sərtab Ərənər kimi bir sıra beynəlxalq miqyasda tanınan türk ulduzlarının meydana çıxmasına səbəb oldu. 1990-cı illərin sonu, pop və arabesk janrlarından fərqli olaraq, türk alternativ rok musiqisi, elektron musiqi, hip-hop, rap və rəqs musiqiləri də yaranmış və qısa zamanda ölkədə məşhurluq qazanmışdır.

Türkiyə ərazisində şənliklərdə, məclislərdə, toylarda türk xalq rəqsləri geniş yayılmışdır. Türkiyədə müxtəlif formalarda ifa olunan bir çox müxtəlif xalq rəqsləri var və onlar hər bölgənin mədəni quruluşunu əks etdirir. Ərzurumda Bar, şərq və cənub-şərqdə Halay, Frakiyada Hora, Qara dənizdə Horon, Konya və ətraf ərazilərdə Qaşıq oyunları, Qars və Ardahanda Ləzginka məlum nümunələrdir.

XVIII əsrdən bəri türk memarlığına Avropa üslubları təsir etmişdir. Bu təsirləri əsasən İstanbulun Dolmabağça, Çırağan, Fəriyyə, Bəylərbəyi, Küçüksu, İhlamur və Ulduz saraylarında görmək mümkündür. Türkiyənin qurulduğu ilk illərdə memarlığın inkişafına dəstək verən burjuaziya olmamışdır. Bu səbəblə Osmanlı İmperiyası dövründə elitist məzmunu olan və yalnız saraya bağlı olan memarlar, memarlıqla məşğul ola bilərdi. Bu vəziyyət 1950-ci illərdən bəri dəyişməyə başlasa da, özəl sektorun, memarlığın inkişafı və üstünlük təşkil etməsi xeyli sonra baş vermişdir.

Türk memarlığı, Osmanlı memarlığının ilk dövrü ilə olduqca oxşardır. 1920-ci illərdə ilk milli memarlıq hərəkatı ilə xüsusi inkişaf müşahidə olunmuşdur. 1930–1940-cı illərdə əsasən Almaniya, Avstriya və İsveçrədən bir çox memar dəvət edilmiş və yeni məscidlər, ictimai binalar tikilmişdir. 1940-cı ildə başlayan II Dünya Müharibəsindən sonra xarici aləmdən təcrid olunmuş Türkiyədə memarlıq tənəzzülə uğramış və bu vəziyyət 1950-ci ilə, ikinci milli memarlıq hərəkatına qədər, təsirli olmuşdur. Bu dövr, Türkiyədə tək partiyalı hakimiyyət ilə paralel olaraq bitmişdir.

Türk mətbəxi əsasən Osmanlı mətbəxinin mirasıdır. Türk mətbəxi, Çin və Fransız mətbəxləri ilə birlikdə dünyanın ən zəngin mətbəxlərindən biridir. Türk mətbəxi Mesopotamiya və Balkan mətbəxləri ilə əlaqəli olmuş, İstanbul Osmanlı Sarayı mətbəxi Türk mətbəxinin əhəmiyyətli bir hissəsini təşkil etmişdir. Osmanlı Sarayı mətbəxində müxtəlif növ şorba, salat, ət yeməkləri və desert menyusu mövcud olmuşdur. Saray mətbəxi Bizans İmperiyasından Osmanlı İmperiyasınadək müxtəlif əsrlərin zövqü və təcrübəsi ilə yaradılan elit bir mətbəxdir. O dövrdə xalq mətbəxi sadə olmuşdur. Bu gün Osmanlı Sarayı və xalq mətbxinin qarışığı olan bir Türk mətbəxi meydana gəldi. Həmçinin, Türk mətbəxi regionlara görə də fərqlənir. Qaradəniz mətbəxi, Cənub-qərb mətbəxi, Orta Asiya mətbəxi kimi bir çox region mətbəxləri özlərinə aid çoxsaylı və fərqli yeməklərə sahibdirlər.

Şorbalar xüsusilə qış aylarında türk mətbəxinin əvəzedilməz parçası hesab olunur. Mərcimək şorbası, Ezogəlin şorbası və Tarhana şorbası ən çox istifadə edilən şorbalardır. Ancaq Türk mətbəxindəki şorbalar bununla bitmir. Ətlər, tərəvəzlər ve paxlakimilər şorbaların əsas inqredientləridir. Ət suyu, un, yoqurt və şəhriyə bu ərzaqları şorba halına gətirmək üçün istifadə edilir. İşgəmbə şorbasının alkoqol qəbulu zamanı yaranan baş ağrılarına yaxşı gəldiyi düşünülür. Bundan istifadə edən restoranlar adətən axşam saatlarında işgəmbə şorbasını servisinə başlayırlar.

Türkiyədə ən populyar idman növlərindən biri də futboldur. Futbol liqalarda oynanılır və ən böyüyü Super Liqadır. Liqanın çempionu olmuş komandalardan üçü (Beşiktaş, Fənərbaxça, Qalatasaray) İstanbul komandası, ikisi (Trabzonspor, Bursaspor) Anadolu komandasıdır. Futbol klubları Türkiyə Futbol Federasiyasının tabeliyi altında qruplaşdırılmışdır.

Avropada kubok qazanan ilk və tək Türkiyə futbol komandası olan Qalatasaray, 2000-ci ildə UEFA kuboku və UEFA Superkubokunun qalibi olmuşdur. Türkiyə milli futbol komandası, UEFA Avro 2000 çempionatında 6-cı, 2002 FİFA Dünya Kuboku, 2003 FİFA Konfederasiyalar Kuboku və UEFA Avro 2008 çempionatında 3-cü olmuşdur.

Basketbol, Türkiyədə futboldan sonra ən populyar idman növlərindən biridir. Basketbolun ən böyük liqası Basketbol Super Liqasıdır. Anadolu Efes, Qalatasaray, Fənərbaxça, Beşiktaş kimi komandalar Avroliqa və digər xüsusi turnirlərdə böyük uğurlar qazanmışdır. Bundan əlavə, Anadolu Efes 1996-cı ildə Koraç kubokunu qazanmış və Avropa kubokunu qazanan ilk türk basketbol komandası olmuşdur. 2012-ci ildə FİBA Avroliqası kubokunu qazanan Beşiktaş BK, Avropa kubokunu qazanan ikinci Türkiyə komandası olmuşdur. Türkiyə milli basketbol komandası da bir çox beynəlxalq turnilərdə təqdirəlayiq yer tutmuşdur.

Ənənəvi bir türk idman növü olan güləşin ən əhəmiyyətli qolu olan Kırkpınar yağlı güləşidir. Türklərin e.ə. IV əsrdən bəri güləş idman növünə xüsusi maraqları olduğu məlumdur. Bahar aylarında təbiətin canlanması, evlilik mərasimləri və qələbə şənliklərində güləş yarışları keçirildi. 1996-cı ildə Ənənəvi İdman Federasiyası qurulmuş və yağ güləşi üçün əhəmiyyətli bir addım atılmışdır.

Yüzlərlə televiziya kanalı, minlərlə yerli radio stansiyası, onlarla qəzet, milli kino və genişzolaqlı İnternet istifadəçilərinin sürətli artımı, Türkiyədə inkişaf etmiş mediya sənayesini təşkil edir. Televiziya izləyicilərinin əksəriyyəti TRT dövlət kanalları, Kanal D, Show TV, ATV və Star TV kimi əyləncə kanalları arasında paylanılır. Peyk antenası və kabel televiziyası vasitəsilə yayım Türkiyənin bütün ərazisini əhatə edir. Radio və Televiziya Ali Şurası (RTÜK) telekanalların yayım məzmunlarına nəzarət edən hökumət orqanıdır. Dövriyyəsi ən populyar olan Posta, Hürriyət, Sözcü, Sabah və Habertürk qəzetləridir.

Türk dram filmləri getdikcə Türkiyənin hüdudlarından kənarda da populyarlaşır və həm mənfəət, həm də ictimaiyyətlə əlaqələr baxımından ölkənin ən vacib ixracatlarından biridir. Son 10 ildə Yaxın Şərq televiziya bazarını ələ keçirdikdən sonra, 2016-cı ildə Cənubi və Mərkəzi Amerika ölkələrində də məşhurluq qazanmışdır. Türkiyə bu gün dünyanın ən böyük ikinci teleserial ixracatçısıdır.

Yeşilçam, türk film sənayesinin qədim və əhəmiyyətli filmlərindəndir. Osmanlı İmperiyasında sərgilənən ilk film 1896-cı ildə İstanbulda nümayiş olunan La-Sota vağzalına qatarın gəlməsi olmuşdur. İlk türk istehsalı film isə Ayastеfanоsdakı rus abidəsinin yıхılmаsı olmuşdur. Məşhur türk rejissorları arasında Qızıl Palma Budağı, Qızıl Ayı mükafatlarına layiq görülən Nuri Bilgə Ceylan, Yılmaz Güney və Fərzan Özpətək və digərləri yer alır.

Qanuni müddəalara baxmayaraq, Türkiyədə mediya azadlığı 2010-cu ildən bəri davamlı olaraq pisləşmiş, 15 iyul 2016-cı ildə uğursuz çevriliş cəhdindən sonra bu səviyyə maksimuma çatmışdır. 2016-cı ilin dekabr ayına olan məlumatlara görə, Türkiyədə ən azı 81 jurnalist həbs həbs edilmiş, 100-dən çox xəbər mərkəzi bağlanmışdır. Freedom House Türkiyə mediyasını Qeyri-azad kimi qiymətləndirmişdir. İnternet senzurasına, 29 aprel 2017-ci il və 15 yanvar 2020-ci il arasında davam edən Vikipediya bloklanması da daxildir.




#Article 15: Azərbaycan (6544 words)


Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) . Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir. Azərbaycanın Xəzər dənizi sektorunda həmçinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə sərhədə malikdir.

Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür Dili, Pirallahı, Çilov, Xərə Zirə və Böyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.

Aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu — III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə — bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.

Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. 2017-ci ildə ABŞ-ın Global Firepower araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 2,55 trilyon m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.

Azərbaycan sözünün mənşəyi mövzusunda fərqli tarixi mənbələrlərdən əldə olunmuş müxtəlif məlumatlar var. Bəzi mənbələrə görə, Azərbaycan toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır.

Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir. Ərəb coğrafiyaşünası və səyyahı Yaqut əl-Həməvi yazırdı: Bəziləri güman edir ki, Azər pəhləvi dilində atəş, bayqan isə keşikçi və ya atəş mühafizəçisi deməkdir və beləliklə, söz atəş məbədi və ya atəş mühafizəçisi deməkdir, hansı ki, həqiqətə uyğundur, çünki bu ərazidə atəş məbədləri çox olub.

XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov Azərbaycan sözünün yaranmasını Xürrəmilər hərəkatının məşhur sərkərdəsi Babək ilə əlaqələndirir. Babək Abbasilər xilafətinə qarşı xürrəmilərin üsyanına rəhbərlik etmişdir. Bakıxanov Gülüstani-İrəm əsərində yazırdı: Ehtimala görə, Azərbaycan sözü Azər-Babəqan sözündəndir, hansı ki, ərəblər Azər-Babəcan kimi tələffüz edir və Babəkin atəşi deməkdir. Hər halda, bizə məlum olduğu qədərilə, atəşpərəstlik hal-hazırda Azərbaycan adlandırılan ərazidə zühur edib.

Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7–1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır. Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın Paleolit Arxeoloji Ekspedisiyası tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Hazırda Azərbaycan, Yaxın Şərq və Qafqaz ərazisində mustye mədəniyyətinə aid ən zəngin arxeoloji abidə Tağlar mağarası hesab olunur. Mağara Qarabağın Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.

Mezolit dövrü başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. 2007-ci ildə Qobustan UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Qobustanda Böyükdaş dağının yuxarı terrasında yerləşən petroqliflərdə öküz (tur) təsvirlərin tarixi 15 000 il əvvələ aid edilir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları da öz əksini tapmışdır. Neolit Azərbaycanda er.əv. 7ci minilliyə təsadüf edərək Qobustanın və Həsənlitəpə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır. Er.əv. 6–4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları vəs.) düzəldilməsi təsadüf edir.

Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu — III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Assuriya dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Eramızdan əvvəl I minillikdə — bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər. Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər. Həmin dövrdən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş — monoteist din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş — tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, günəşə, aya, göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında — Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban Həvari kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.

VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans İmperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.

IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı. Ərəb xilafətinin tənəzzülündən sonra — IX əsrin ortalarından başlayaraq Azərbaycanda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. XV–XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlular, Ağqoyunlular, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.

Azərbaycanın dövlət xadimi Uzun Həsənin (1468–1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi Qanunnamə hazırlatmışdı. Hökmdar Quranı azərbaycan dilinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə Kitabi-Diyarbəkriyyə adlı Oğuznamə yazdırmışdı. XV əsrin sonu — XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi olan dövlət xadimi Şah İsmayıl Xətai (1501–1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti — Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736–1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə — xanlıqlara və sultanlıqlara parçalandı.

XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796–1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şah Əfşarın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Çar Rusiyası arasında uzun sürən müharibələr dövrü başlandı.

Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: Şimali Azərbaycan (və ya Rusiya Azərbaycanı) və Cənubi Azərbaycan (və ya İran Azərbaycanı).

Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında — keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə Erməni vilayəti yaradıldı. Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu. Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu Erməni Həvari kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən Çar Rusiyası erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.

Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən Stepan Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı Mart soyqırımını həyata keçirdi. 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakı döyüşündə qələbə çaldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tarixi iki dövrə ayrılır: Birinci dövr — 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlament 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olun-masını öz üzərinə götürmüş və tarixi Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək — cəmi 17 ay davam etmişdir. Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il — 27 aprel 1920-ci il) olmuşdur. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Azərbaycan İkinci dünya müharibəsində böyük dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Üçüncü Reyx Bakı neftini ələ keçirməklə Şərqə — İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Adolf Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85–90 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insan səfərbər edilərək ordu sıralarına yola düşmüş, onların 300 mindən çoxu döyüşlərdə həlak olmuşdur. Müharibənin hələ ilk günlərində respublikada 4 mindən çox oğlan və qız könüllü surətdə cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etmişdi. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi. Müharibədə hətta azərbaycanlılardan ibarət diviziyalar təşkil olunmuşdu. 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və digər milli diviziyalar Simferopolda, Odessada və digər şəhərlərdə vuruşmuşlar. 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində igidlik göstərmişdi. 416-cı diviziya Qafqazdan Berlinədək qəhrəmanlıq yolu keçmişdi. İkinci Dünya müharibəsi zamanı göstərdikləri igidliyə görə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib..

Azərbaycan prezidentli respublikadır və icraedici hakimiyyət prezidentə məxsusdur. Hakimiyyət baş nazirin və digər seçilmiş parlament üzvlərinin əlində cəmlənmişdir və Azərbaycan xalqına suverenlik hüququ verilir. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan prezidenti Kabinet başçısıdır və dövlət nazirlərini müəyyənləşdirir və ya işdən azad edir. 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında keçirilən referendumdan sonra prezident ümumi, bərabər, birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

Azərbaycanın qanunverici orqanı Azərbaycan Respublikasının Milli Məclisidir və Milli Məclis Bakı şəhərində yerləşir. Parlament birpalatalıdır və 125 deputatdan ibarətdir. Milli Məclisdə əsas yerləri Yeni Azərbaycan Partiyası (YAP) və Vətəndaş Həmrəyliyi Partiyası (VHP) tutur. Yeni Azərbaycan Partiyası 1993-cü ildən seçkilərdə daim uğur qazanır. Azərbaycan baş naziri hökumətin əsas başçısıdır və Milli Məclis tərəfindən üzvləri arasından müəyyənləşdirildikdən sonra prezident tərəfindən təyin olunur. Baş nazirin formal olaraq prezident tərəfindən təyin olunmasına baxmayaraq, Azərbaycan konstitusiyası aşkar şəkildə prezidentdən parlament tərəfindən seçilmiş şəxsi bu vəzifəyə təyin etməsini tələb edir.

Azərbaycan Avropa Şurasında böyük şəhər bələdiyyəsi olmayan yeganə dövlətdir.

Azərbaycan Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. Azərbaycan dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalamışdır.

Azərbaycanın Ermənistan ilə Qarabağ münaqişəsi üzərində torpaq mübahisəsi, Azərbaycanın həmçinin Ermənistan ilə XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi məsələsinə görə davam edən konflikti var. Xəzər dənizinin bölünmə prinsipinin razılaşdırılmaması olmadığından, Azərbaycanın İran və Türkmənistanla su sərhəd problemi var. Bununla belə Azərbaycanla Türkmənistan Kəpəz yatağına görə mübahisə edir. Hazırda Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.

Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür. Hər bir inzibati vahid seçilmiş icra hakimiyyəti, qanunverici orqan və inzibati bürokratiya tərəfindən nəzarət olunur.

Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² təşkil edir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3489 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km, Türkiyə ilə 13 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1027 km həmsərhəddir. Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərbi sahilində yerləşir. Azərbaycanın 11,5%-i meşəlik, 1,6%-i su hövzələrindən və 50,0%-i becərilən torpaqlardan ibarətdir. Ölkənin ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır.

Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelağında yerləşən vulkanların 100-dən artığı Qobustandadır. 2007-ci ildə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir. Odlu qövsdəki mövqeyinə görə Azərbaycan zəlzələlərə meyilli ölkədir.

Azərbaycanda hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Respublikanın şimalında yerləşən və şimal-qərbdən cənub-şərqə uzanan Böyük Qafqaz dağları ölkə ərazisinin böyük hissəsini şimaldan gələn soyuq hava kütlələrinin birbaşa təsirindən qoruyur. Bunun da nəticəsində respublikanın əksər düzənlik və dağətəyi ərazilərində subtropik iqlim formalaşır. Ölkənin düzənlik və dağətəyi əraziləri günəş işığının bolluğu ilə fərqlənir. Azərbaycan ərazisində iqlimin formalaşmasına arktik (Kara və Skandinaviya antisiklonları), mülayim enliklərin soyuq kontinental (Sibir antisiklonu) və dəniz (Azor maksimumu), tropik enliklərin isti hava kütlələri (subtropik antisiklon və cənub siklonları), Mərkəzi Asiya üzərində yaranan antisiklon, həmçinin yerli atmosfer prosesləri təsir göstərir.

Azərbaycanın orta qış temperaturu 4 °C, orta yay temperaturu 26 °C təşkil edir. Azərbaycanda ən yüksək temperatur 6 iyul 2000-ci ildə Naxçıvan Muxtar Respublikasında qeydə alınmışdır: 46 °C.

Azərbaycanda 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3%-ini, o cümlədən milli parklar 3,7%-ini təşkil edir.

Azərbaycan təbiətində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü qeydə alınmışdır. Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Azərbaycan Respublikasının Qırmızı kitabına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır. Respublikanın şirin sularında və Xəzər dənizində 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir).

Azərbaycanın ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Azərbaycanda rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Azərbaycanda üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigəvər, şümşad və s. göstərmək olar. Respublikada 240 endemik bitki növü mövcuddur.

Hidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir. Ölkənin hidroqrafik şəbəkəsinin əsasını çaylar təşkil edir. Respublikanın ərazisindən müxtəlif uzunluqda 8359 çay axır. Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır. Uzunluqları 100 km-dən çox olan 24 çay vardır. Respublikanın ərazisindən axan ən böyük çaylar: Kür, Araz, Qanıxçay, Qabırrı, Samurçay, Tərtərçay, Türyançay, Ağstafaçay, Həkəri, Bərgüşad, Sumqayıtçay, Viləşçay və s.

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. 1994-cü ildə imzalanan Əsrin Müqaviləsi ilə başlamış Azərbaycanda sərmayə qoyuluşu, xüsusilə enerji sektoruna xarici sərmayə investisiyaları uğurlu şəkildə inkişaf edir. 2003-cü ildən etibarən isə digər sektorlara istiqamətləndirilmiş yerli və xarici investisiyanın təşviqi məqsədi ilə inkişaf proqramları həyata keçirilməyə başlandı. Azərbaycan 2010-cu ildə istehsal etdiyi 51,509 milyon ABŞ dolları həcmində ÜDM-i ilə dünyanın 188 ölkəsi arasında 71-ci sırada yer almışdır.

Azərbaycan Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının üzvüdür. Azərbaycanın ən tanınmış şirkətlərinə SOCAR, Azərbaycan Hava Yolları, Azərenerji, Azərsu, Azpetrol, Akkord, Azercell, Bakcell, Nar Mobile, Palmali Group və Azərsun Holding aiddir.

Hazırda Azərbaycan xam neft, təbii qaz və neft məhsulları ixrac edən ölkədir. 2015-ci ildə ölkədə ixracın həcmi 46,1 milyon neft ekvivalenti tonu təşkil etmiş, bunun 78,4 faizi xam neftin, 16,5 faizi təbii qazın, 5,0 faizi neft məhsullarının, 0,1 faizi isə elektrik enerjisinin payına düşmüşdür. Təzə ət (mal, toyuq və qoyun əti) Azərbaycanda ən çox istehsal edilən heyvandarlıq məhsulları olmaqla, dəyər ifadəsində həcminə görə ikinci yerdədir. Bununla belə, bu məhsul yerli bazarın tələbatını ödəmir və onun ixracı aşağı səviyyədədir. Ölkədən, əsasən, emal edilmiş və konservləşdirilmiş ət məhsulu ixrac edilir.

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin hər il yayınladığı The World Factbook nəşrinin hesabatlarına əsaslanaraq, 2017-ci il üzrə dünyanın 224 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 78-ci sırada dayanır.

Azərbaycanın idxal etdiyi əsas mallar maşın, avadanlıqlar və onların hissələri, mexanizm və elektrik aparatlarıdır. İdxalda əsas yerlərdən birini qara metallar və onlardan hazırlanan məmulatlar tutur. Rusiya Azərbaycana ən çox mal idxal edən ölkədir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Rusiya Azərbaycanın idxal etdiyi əsas 10 məhsul üzrə aparıcı ixracatçı olub, Azərbaycanda bu məhsullara tələbatın 37 faizini ödəyir. O cümlədən Azərbaycan siqaretin yarıdan çoxunu, bərk buğda və meslinin (buğda və çovdarın qarışığı) 50 faizindən çox hissəsini Rusiyadan idxal edir. Ölkənin idxal etdiyi 10 əsas məhsula olan tələbatının 7 faizini isə, əsasən, regionun digər ölkələri ödəyir. İdxalda əsas ölkələr siyahısında ikinci yeri Türkiyə tutub və ordan Azərbaycana 2015-ci ildə 1 milyard 171 milyon 385,43 min dollarlıq (ümumi idxalda payı 12,70%) mal idxal olunub. Ümumi idxalda 9,19%-lik paya malik olan ABŞ-dan ötən il Azərbaycana 847 milyon 389,38 min dollarlıq mal göndərilib. Azərbaycanda süd emalı müəssisələrinin sayının azlığı ilə yanaşı, sənaye tələbatı üçün təbii süd xammalı istehsalının həcmi də lazımi səviyyədə olmadığına görə, ölkəyə böyük miqdarda süd məhsulları idxal edilir.

Azərbaycandan YUNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısına Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər və Qobustan dövlət tarixi-bədii qoruğu daxil edilib. Azərbaycanın populyar turist məkanlarından Bakı bulvarı, Fəvvarələr meydanı, Atəşgah, Yanardağ, Şəki xan sarayı, Möminə Xatun türbəsi, Heydər Əliyev Mərkəzi, həm də ölkənin ən böyük xizək kurortu olan Şahdağ Turizm Mərkəzini qeyd etmək olar.

Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən Turizm Şurası yaradılıb. Şura turizm sahəsinin inkişafı ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər dövlət qurumları arasında koordinasiya funksiyasını yerinə yetirir. 2016-cı ildən xarici turistlərin Azərbaycanda daha çox alış-veriş etmələrinə müsbət təsir edən Tax free sistemi tətbiq olunur.

Azərbaycanda internet 1993-cü ildən inkişaf etməyə başlamışdır. İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmış, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılmışdır. 1993-cü ildən yüksək səviyyəli milli .az domeninin inzibatçılığı həyata keçirilir.

Azərbaycanda radio yayımına ilk dəfə 1926-cı il noyabrın 6-da, televiziya yayımına isə 1956-cı ilin fevral ayının 14-də başlanılıb. Hazırda ölkədə əhali yaşayan ərazilərin 99,6%-i 10–12 TV proqramdan ibarət açıq paketli rəqəmli TV yayımla əhatə edilib. Bundan başqa, Gəncə, Quba və Lənkəran rayonlarında və ətraf ərazilərdə ödənişli əsaslarla çoxproqramlı rəqəmli TV yayım xidməti də göstərilir.

Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulmuşdur. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılmışdır. 1881-ci il dekabrın 6-da Bakıda Nobel qardaşları cəmiyyəti tərəfindən Azərbaycanda ilk telefon xətti çəkilmişdir. Hazırda Azərbaycanda üç GSM operatoru fəaliyyət göstərir: Azercell, Bakcell və Nar Mobile (Azerfon).

Azərbaycan Milli Aerokosmik Agentliyi (MAKA) Azərbaycanın kosmik agentliyidir. Agentlik kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahələrin elm və istehsal potensialından respublikanın xalq təsərrüfatı və təhlükəsizliyi naminə istifadə edilməsi sahəsində milli siyasəti həyata keçirir. Agentlik 2013-cü il 8 fevral gecəsi kosmosa Azerspace-1 adlı ilk süni peykini buraxıb. Fransa Qvianasında Kuru kosmodromundan reallaşdırılan ucuş gecə saat 01.36 və 02.20 arasında baş verib. Telekommunikasiya peyki olan Azerspace-1 səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə olunur. Azerspace-2 peyki isə 25 sentyabr 2018-ci ildə buraxılıb.

Azərbaycan 1997-ci ildən Avropada yol hərəkətinin ümumi qaydalarını və təhlükəsizlik normalarını müəyyən edən Beynəlxalq Vyana Konvensiyasına qoşulub. Azərbaycanda avtomobil yolları ölkədə mövcud olan bütün yol şəbəkəsini əhatə edir. 2015-ci ilin məlumatına əsasən, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 19 002 kilometr təşkil edir, onun 4 645 kilometri respublika əhəmiyyətli, 14 357 kilometri yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1463-ə yaxın 50 652 poqon metr uzunluğunda körpülər var. Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tərkibində müvafiq olaraq Avtonəqliyyatservis və Yolnəqliyyatservis departamentləri yaradılıb.

Azərbaycanda xidmət göstərən 7 beynəlxalq hava limanı var. Onlardan ən böyüyü Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir və şəhərlə əlaqəsi 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə təmin edilir. AZAL və onun struktur bölməsinə aid olan Buta Airways milli bayraq daşıyıcısının qeydiyyat limanıdır. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər hava limanları Gəncə, Lənkəran, Naxçıvan, Qəbələ və Zaqatala şəhərlərində yerləşir.

Azərbaycanda neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.

Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 849,5 milyard m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir. 2015-ci ildə ölkədə ümumi istehsal həcmi 69,8 milyon neft ekvivalenti tonu olan enerji məhsullarının 87,5 faizini ilkin enerji məhsulları, 9,2 faizini neft emalı məhsulları, 3,3 faizini istilik və elektrik enerjisi təşkil etmişdir. Transformasiya sektorunun proseslərində elektrik və istilik enerjisinin istehsalına sərf olunan yanacaq öz əksini tapmış və onun 92,9 faizini təbii qaz, 7,0 faizini mazut və 0,1 faizini isə dizel yanacağları təşkil etmişdir. Son istehlakın 37,7 faizi ev təsərrüfatlarının, 26,6 faizi nəqliyyatın, 23,1 faizi sənaye və tikintinin, 12,6 faizi isə iqtisadiyyatinin digər sahələrinin payına düşür. Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 1 fevral 2013-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. 2017-ci ildə Bakıda Azəri-Çıraq-Günəşli blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilə imzalanmışdır.

Azərbaycanda milli azlıqlar ölkə əhalisinin 8,4%-ni təşkil edir. Yerli xalqlardan ən çox üstünlük təşkil edənlər ləzgilər, ermənilər, ruslar və talışlar, eləcə də avarlar kimi kiçik etnik qruplardır. Azərbaycanın böyük hissəsi ölkəni multikultural dövlət kimi görür.

Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunmuşlar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışır. Milli azlıqların nümayəndələri Milli Məclisin bəzi daimi komissiyalarının sədri və ya sədr müavini vəzifəsində çalışır.

Demoqrafik quruluşdakı dəyişikliklər bir neçə sosial nəticəyə səbəb olmuşdur. Xüsusən 1991-ci ildən başlayaraq ölkədə miqrasiya saldosu mənfi xarakter daşımışdır, əhali əsasən qastarbayter kimi Rusiyaya emiqrasiya etmişdir. Hazırda Azərbaycanda əsasən daxili miqrasiya mövcuddur. Belə ki, son dövrlərdə əhalinin intensiv olaraq Bakı şəhərində, onun ətrafında və Abşeron yarımadasının digər məntəqələrində cəmlənməsi davam edir. 2000-ci illərdə Azərbaycanda neft hasilatının və ixracatının sıçrayışla artması nəticəsində ölkənin milli gəliri dəfələrlə artmış, buna uyğun olaraq əhalinin gəlirləri də xeyli dərəcədə yüksəlmişdir.

BMT İnkişaf Proqramının (UNDP) hər il nəşr etdiyi İnsan İnkişafı Hesabatı çərçivəsində tərtib edilən İnsan İnkişafı İndeksinintəhlili göstərir ki, Azərbaycan 2011-ci ildə İnsan İnkişafı İndeksinə görə 187 ölkə arasında 91-ci, Həyat Keyfiyyəti İndeksi ilə 111 ölkə arasında 86-cı yerdədir. 2016-cı ildə Mercer Human Resource Consulting beynəlxalq konsaltinq şirkətinin araşdırmasında, nəticəsində məlum olub ki, bahalılığına görə, 214 şəhər arasında Bakı 172-ci yerdədir. 2012-ci ildən fəaliyyət göstərən ASAN xidmət mərkəzləri — dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir.

Azərbaycan konstitusiyasının 48-ci maddəsinə görə Azərbaycanda hər kəs istədiyi dinə etiqad etməkdə sərbəstdir. 2015-ci ilin statistik təxminlərinə görə, Azərbaycanda yaşayan əhalinin 93,4%-i müsəlman, 3,1 %-i xristian, 3 % isə hər hansı bir dinə bağlı deyildir. Yerdə qalan 0,5 %-ə isə digər dinin mənsubları aiddir. Azərbaycanda 28-i qeyri-islam olmaqla 784 dini icma fəaliyyət göstərir.

Müsəlman əhalisinin 85 faizi şiə, 15 faizi isə sünnilərdir.
 Xristianların böyük əksəriyyəti rus pravoslavlarıdır. Xristianlar Bakı və bir sıra digər şəhərlərdə cəm halında yaşayırlar. Ölkənin 20000 nəfərlik yəhudi icmasının böyük hissəsi Bakıda yaşayır. Qubada və başqa ərazilərdə də kiçik icmalar mövcuddur.

Şiələr, sünnilər, rus pravoslavları və yəhudilər ölkənin ənənəvi dini qrupları hesab olunurlar. Lüteranların, roma katoliklərinin, baptistlərin, molokanların, yeddinci günün adventistlərinin və bəhailərin kiçik icmaları ölkədə yüz ildən artıqdır ki mövcuddur. 1991-ci ildə Azərbaycan müstəqillik əldə edildikdən bəri vəhhabi və sələfi müsəlmanlar, əllincilər və digər yevangelist xristianlar, o cümlədən Yehovanın Şahidləri və Hari Krişna kimi hökumətin əcnəbi və ya qeyri-ənənəvi icma kimi hesab etdiyi dini qruplar yaranmışdır.

Azərbaycan Respublikasının rəsmi dövlət dili — Azərbaycan dilidir. Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qoluna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir. Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir.

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir. Dövlət və özəl məktəblərdə dərslər azərbaycan dilində keçirilir, eləcə də, ingilis və rus dili tədris olunur.

Azərbaycanda ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır. Ölkədə 4481 ümumtəhsil məktəbi, 107 peşə ixtisas təhsili müəssisələri, 61 orta ixtisas məktəbi və 53 ali məktəbi fəaliyyət göstərir. Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 99,8 faizdir.

Azərbaycanın ən məşhur universitetləri Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti və ADA Universitetidir. BMT-nin hazırladığı İnsan inkişafı hesabatı 2014-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub.

Azərbaycanda sağlamlıq xidməti milli və yerli hökumətlər tərəfindən təmin edilir. Ödənişli şəxsi tibbi xidmət də təklif olunur. Sığortası olmayan şəxslər işə götürənlər vasitəsilə yerli hökumətlər tərəfindən idarə olunan milli sağlamlıq-sığorta proqramında iştirak edə bilərlər. Xəstələr istədikləri həkimi və ya sağlamlıq müəssisəsini seçməkdə sərbəstdirlər.

Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqlə Qərbi birləşdirən ərazidə yerləşməsi təsir edib. Azərbaycandan YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına muğam, aşıq sənəti, Novruz bayramı, xalça toxuculuğu ənənəvi sənəti, tar ifaçılıq sənəti, Qarabağ atı ilə oynanılan çovqan oyunu, kəlağayı, Lahıc misgərlik sənəti, lavaş bişirmə ənənəsi daxil edilib.

Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. VIII minilliyə təsadüf edir. Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir.

XIII–XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi. XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. Molla Nəsrəddin və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır. Molla Nəsrəddin jurnalının rəssamı Əzim Əzimzadə dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. Müasir satirik qrafikanın inkişafı əsasən Kirpi jurnalının fəaliyyəti ilə bağlıdır.

Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və peşəkar rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ – tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist – rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. Azərbaycan xalçaları 2010-cu ilin noyabr ayında UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına salınmışdır.

Azərbaycan mədəniyyəti ilə Avropa mədəniyyətinin qarşılıqlı təsiri əhəmiyyətli nəticələr doğurmuşdur. Bəhruz Kəngərli Əzim Əzimzadə ilə birlikdə Sovet Azərbaycanının təsviri sənətinin təməllərini atmışdır. XX əsrdə fəaliyyət göstərən məşhur Azərbaycan rəssamları Tahir Salahov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Vidadi Nərimanbəyov, Rasim Babayev, Qəzənfər Xalıqov və Toğrul Nərimanbəyov idi.

Azərbaycan ədəbiyyatının ən qədim nümunələri Zərdüşt peyğəmbərə aid edilən Avesta kitabı və Kitabi-Dədə Qorqud dastanıdır. Orta əsrlər Azərbaycanda ədəbiyyatının inkişafında mühüm rolu İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Qazi Bürhanəddin, Məhəmməd Füzuli və Nizami Gəncəvi oynamışlar. Orta əsrlərin digər parlaq simalarından Molla Vəli Vidadini və Azərbaycan ədəbiyyatında realizmin əsasını qoyan Molla Pənah Vaqifi qeyd etmək olar. Həmin dövrdə Azərbaycan aşıq sənətinin mahir icraçılarına Aşıq Qurbani, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Valeh, Aşıq Ələsgər və s. aşıqları misal çəkmək olar.

XIX əsrdə Azərbaycan ədəbiyyatı Qərb ədəbiyyatına inteqrasiya etməyə başlamışdır. Bu dövrdə Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə kimi şair və yazıçılar yetişdi. XIX əsrin ortalarında Mirzə Fətəli Axundzadə yazdığı 6 komediya (Hekayəti Molla İbrahim-Xəlil Kimyagər, Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat, Dərviş Məstəli Şah Cadükuni Məşhur, Sərgüzəşti-vəziri-xani-Lənkəran, Hekayəti Xırsi-Quldurbasan, Sərgüzəşti Mərdi-Xəsis və Mürafiə vəkillərinin hekayəti) ilə Azərbaycan ədəbiyyatında yeni janrın — dramaturgiyanın əsasını qoyur. O, həmçinin Azərbaycan ədəbi tənqidinin əsasını qoymuş, müsəlman dünyasının Molyeri adlandırılmışdır. 1896-cı ildə Nəcəf bəy Vəzirov ilk Azərbaycan tragediyası olan Müsibəti-Fəxrəddini yazmışdır. Nəriman Nərimanov ilk Azərbaycan tarixi tragediyası olan Nadir şahın müəllifidir. Səkinə Axundzadə Azərbaycan ədəbiyyatında ilk qadın dramatuqdur. XX əsrin əvvəllərində Məhəmməd Hadi, həmçinin Hüseyn Cavid və Abbas Səhhət Azərbaycan ədəbiyyatında romantizmin əsası qoyur. Mirzə Ələkbər Sabir isə Şərqdə Sabir ədəbi məktəbinin əsasını qoyur.

Sovet dövrü Azərbaycanının yazıçılarına Rəsul Rza, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Səməd Vurğun daxildir. Müasir dövr Azərbaycan yazıçıları arasında ən məşhurları kinodramaturq Rüstəm İbrahimbəyov və dedektiv romanların müəllifi Çingiz Abdullayevdir. Ən məşhur Azərbaycan şairlərinə isə Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Baba Pünhan misal göstərilə bilər.

Azərbaycan musiqisi eklektik və çoxşaxəlidir. Azərbaycanın simli musiqi alətlərinə qopuz, çoğur, çəqanə, bərbət, çəng, rud, səntur, tar, kamança, qanun, saz, Şirvan tənburu, nəfəsli musiqi alətlərinə isə tulum, ney, zurna, balaban, tütək daxildir. Azərbaycanın xalq musiqi janrları olan muğam, meyxana və Azərbaycan aşıq yaradıcılığı Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.

Azərbaycan Qərb klassik musiqisi ilə XX əsrdə tanış olmuşdur və bu Azərbaycan klassik musiqisi janrını formalaşmışdır. 1907-ci ildə Leyli və Məcnunu bəstələyən Üzeyir Hacıbəyov Azərbaycan opera sənətinin əsasını qoydu. Bu opera nəinki Azərbaycanda, həmçinin İslam aləmində yazılan ilk opera idi. Azərbaycanda müasir peşəkar balet sənətinin mənşəyi milli opera və operettanın inkişafı ilə əlaqədardır. Ölkədə həm də Azərbaycan cazı, Azərbaycan roku, Azərbaycan hip-hopu kimi müasir musiqi janrları daim inkişaf edir. Azərbaycan pop musiqisi isə 2011-ci ildə Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi Running Scared adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya Mahnı Müsabiqəsinin tarixinə düşmüşdür.

Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (Bibiheybətdə neft fontanı yanğını, Balaxanıda neft fontanı, Şəhər bağında xalq gəzintisi, Qafqaz rəqsi və s.) və bir bədii kinosüjetdən (İlişdin) ibarət idi. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun Neft və milyonlar səltənətində romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun Arşın mal alan operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə özünün ildönümünü bayram etdiyi günlərdə kinematoqrafçılar onu lentə almış, Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə adlı tammetrajlı sənədli film yaratmış və o, həmin ilin iyul ayında ekranlarda geniş nümayiş etdirilmişdir.

SSRİ dağıldığından sonra ilk dövrdə Azərbaycanda baş verən məlum hadisələr, hakimiyyət uğrunda gedən mübarizə, Qarabağ müharibəsi və s. Azərbaycan kinematoqrafını inkişafdan saxladı, hətta tənəzzülə uğratdı. Ancaq 2000-ci illərin sonunda Azərbaycan kinematoqrafı özünü bərpa etməyə başladı, Ovsunçu, Arxada qalmış gələcək, Qala, Sahə, Çölçü, Buta, Dolu, Nabat, Nar bağı kimi filmlər bir sıra dünya kino festivallarında iştirak etmiş və mükafatlar qazanmışdır. Onlardan bəziləri Amerika Kino Akademiyasının təsis etdiyi Oskar mükafatının Ən yaxşı əcnəbi film nominasiyasına namizədliyini irəli sürmüşdür və bir sıra beynəlxalq festivallarda uğur qazanmışdır.

Azərbaycan memarlığı Şərq və Qərb elementlərindən ibarətdir. X–XII yüzillikərdə Azərbaycanda müxtəlif memarlıq məktəbləri yaranmışdır. Bunlar Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron memarlıq məktəbləridir. Bu memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapıb. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif Küseyir oğlu türbəsi və Möminə Xatun türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Naxçıvani yaradıcılığı təşkil edir.

Müasir Azərbaycanda Qız qalası və Şirvanşahlar Sarayı kimi bir çox qədim memarlıq xəzinələri indiyə kimi qorunub qalmışdır. Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə əlaqədar olub. Fabrik, zavod, anbar binaları, liman, körpü, vağzal və s. tikililər Azərbaycanda sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb olmuşdur.

Qarabağ müharibəsi nəticəsində Qarabağ və ətraf ərazilərdə Azərbaycanın külli miqdarda memarlıq abidələri məhv edilmişdir. Müstəqillik qazanandan sonra da, Azərbaycanın ən görkəmli yerlərində müasir memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən Heydər Əliyev Mərkəzi, Bakı Kristal Zalı kimi müasir binalar, Alov qüllələri, SOCAR Tower kimi göydələnlər tikilmişdir.

Azərbaycan mətbəxi — təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Azərbaycan mətbəxi — mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney Azərbaycanı, İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları Borçalı bölgəsində, Dağıstan ərazisində və onun ətrafında yaradılmışdır.

Ənənəvi idman növü olan güləş Azərbaycanın milli idman növü hesab edilir. Azərbaycanın digər ənəvi oyunlarına nərd, çövkən və zorxana daxildir. Ölkədə döyüş sənətləri olan cüdo, karate və boks ilə məşğul olan xeyli insan var. 2015-ci ildə Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etmişdir. 2017-ci ildə Bakı şəhərində 2017 İslam Həmrəyliyi Oyunları keçirilmişdir. 1996-cı ildən Azərbaycan Olimpiya Oyunlarında təmsil olunur və indiyə kimi 7 qızıl, 25 gümüş və 43 bürünc medalı qazanmışdır.

Azərbaycan dünyada şahmat ölkələrindən biri kimi tanınır. Ölkənin kişilər üzrə şahmat yığması üç dəfə Avropa çempionu, qadın yığması isə Avropa çempionatının bürünc medalçısıdır. 2016-cı ildə Bakıda 42-ci Şahmat Olimpiadası keçirilib. 2019-cu ildə qrossmeyster Teymur Rəcəbov Dünya Şahmat Kubokunu qazanıb.

Voleybol hazırda ölkədə ən məşhur idman növlərindən biridir. Azərbaycanın Azərreyl və Lokomotiv Bakı Avropa Qadınlar CEV Çağırış Kubokunun qalibi olmuşlar. Ölkədə digər populyar idman növlərindən futzal, gimnastika və cüdonu qeyd etmək olar.




#Article 16: Sanatruk (153 words)


Sanatruk — 298-338-ci illərdə Paytakaran hökmdarı, bəlkə də Qafqaz Albaniyasının çarı. Erməni qaynaqları onu saysız-hesabsız hunların hökmdarı adlandırır.

Sanatruk Albaniyaya xristianlığı yaymaq üçün göndərilmiş əslən parfiyalı erməni din xadimi Müqəddəs Qriqorisi və onun yerli sakinlərdən xristian dininə cəlb edə bildiyi şəxsləri edam etdirdikdən sonra, alban feodalları ilə birgə 337-ci ildə Erməni çarlığına hücum etmiş və ölkənin paytaxtı Valarşapatı bir il əlində saxlamışdır. Romalıların köməyinə arxalanan ermənilər bir il sonra əks hücuma keçmiş və Sanatruku Erməni çarlığından çıxara bilmişlər. Döyüşlərin birində Sanatruk həlak olmuşdur.

Baxmayaraq ki Musa Kalankatlının təqdim etdiyi Alban Arşakilərinə aid siyahıda  Sanatrukun  adı yoxdur,  bir çox tədqiqatçılara görə Alban Arşakilərinin əsasını məhz o qoymuşdur. F. C. Məmmədova və Z. M. Bünyadova görə Sanatruk Şimal xalqlarının Ermənistana basqını ilə bağlı olan tarixi şəxsiyyətdir. Mənbələrdə onu Sanesan və Sanatruk adlandırırlar. Sanatrukun adı ilk dəfə Maarifçi Qriqorinin nəvəsi Müqəddəs Qriqorisin adı ilə, onun Albaniyada, İberiyada və Maskutlar ölkəsində missioner fəaliyyəti ilə əlaqədar olaraq çəkilir.

 




#Article 17: Erməni terror dəstələri (985 words)


XIX əsrin sonu XX əsrin əvvəllərində ermənilər terror dəstələri yaradaraq Osmanlı Dövlətinin əraziləri hesabına özlərinin dövlətini yaratmaq istəyirdilər. Bu işdə ermənilərə Osmanlı dövlətinin mövcudluğunu istəməyən böyük dövlətlər tərəfindən köməklik edilirdi. Erməni terror dəstələrinin yaradılması və fəaliyyəti haqqında yazılmış ədəbiyyat və faktlarla tanış olmadan öncə türk-erməni, rus-erməni və türk-rus münasibətlərini nəzərdən keçirməyimiz məqsədə uyğundur.

Səlcuq türkləri tərəfindən Anadolu fəth edildikdən sonra ermənilərə geniş hürriyyət, dini inam və ibadətlərində sərbəstlik verildi.

Osmanlı idarəçiliyi dövründə də ermənilərə qarşı münasibət dəyişməmişdir. Sultan Mehmet Fateh İstanbulu fəth etdikdən sonra 1461-ci ildə Bursadakı erməni patriarxı Avakimi bir sıra erməni ailəsi ilə birlikdə İstanbula dəvət etmiş və Samatyadakı Sulmanastır adlanan kilsədə erməni patriarxlığını təsis etdirmişdir. İstanbulda patriarxlıq təsis edildikdən sonra burada böyük bir erməni koloniyası yaradılmışdı. XX əsrin axırlarına yaxın İstanbulda 150 min nəfərə yaxın erməni yaşayırdı. Hətta uzun müddət Ərzurumda rus konsulu olmuş general Mayevski Türkiyədə ermənilərin yaxşı həyat şəraitinə malik olduqlarını etiraf etməli olmuşdur. O yazırdı ki, Türkiyədəki şəhərli ermənilər həmişə kifayət qədər azadlığı, təhlükəsizliyə və firavanlığa malik olmuşlar; kəndli ermənilər, həmişə kifayət qədər ərzaq məhsullarına malik olmuşlar, onların maddi rifah halı Rusiyanın orta hissəsində rus kəndlilərinin maddi rifah səviyyəsindən yüksək olmuşdur.

Ermənilərin Osmanlı dövlətindən ilk ayrılıq hərəkatları 1828-1829-cu illər Osmanlı-Rus müharibəsində ortaya çıxdı. Müharibə zamanı ermənilər Osmanlı qoşunlarının mövqeyi və durumu haqqında Rus ordusuna məlumat verərək Şərqi Anadolunun işğalının asanlaşmasında yardımçı oldular. Ancaq onu qeyd etmək lazımdır ki, erməni-rus əməkdaşlığının taixi Rus çarı I Pyotrun dövrünə təsadüf edir. Rusiyanın XVIII əsrin sonlarından bu günə qədər davam edən cənub siyasəti, Qara dənizdən və Rumelidən irəliləyib boğazları zəbt edərək Aralıq (Ağ) dənizinə çıxmağı, Qafqaza təriqi ilə də İsgəndərun körfəzindən Aralıq dənizinə, Mesopotamiyaya və İrandan irəliləyərək Bəsirdə Hind okeanından qarışmağı nəzərdə tuturdu. Bu siyasətin əsasını qoymuş I Pyotr Cənubi Qafqazı ələ keçirmək üçün və Osmanlı imperiyasına qarşı mübarizədə ermənilərdən istifadə etməyə çalışırdı. I Pyotrdan sonra gələn bütün rus çarları da onun açdığı yolla irəliləyərək ermənilərlə bağlı fəaliyyəti gücləndirmişlər. 1816-cı ildə Moskvada Erməni Şərq Dilləri İnstitutunun yaradılması buna bir daha sübutdur.

Rusiya ilə İngiltərə arasında rəqabət, erməni mövzusunu dövlətlər arası məsələyə çevirdi. Bu vəziyyətdən cəsarətlənən ermənilər təşkilatlanma işlərini sürətləndirməyə və fəaliyyətlərinin miqyasını artırmağa başladılar. Ermənilər tərəfindən ilk cəmiyyət 1860-cı ildə İstanbulda yaradılmışdır. Bu cəmiyyətin adı Xeyirsevər Cəmiyyəti (Benevolent Union) kimi qeyd edilir. Cəmiyyətin əsas məqsədi Kilikyanın müstəqilləşdirilməsi olmuşdur. 1870-ci il ilə 1880-ci illər arasında Vanda Araratlı, Muşta Məktəbsevənlər və Şərq, Ərzurumda Milliyətçi Qadınlar adlı dərnəklər meydana çıxmışdı. Araratlı; Məktəbsevənlər və Şərq cəmiyyətləri daha sonra birləşərək Ermənilərin Birləşmiş Cəmiyyətini qurmuşlar. 1872-ci ildə Vanda yaradılmış Qara Xaç Cəmiyyəti Amerikadakı Clu Clux Clan təşkilatının bənzəri idi. Bu cəmiyyətlərin məqsədi milli mənafelərə nail olmaq, gənclərin silahlandırılması və silahlı üsyanların təşkil edilməsi idi.28 1881-ci ildə Ərzurumda Ana Vətən müdafiəsi (Pashtpon Haireniats) təşkilatı yaradıldı. Bu təşkilat erməniləri silahlandıraraq üsyana hazırlamaq məqsədi güdmüş və Rusiyanın dəstəyi ilə öz fəaliyətini Muş və Vana qədər genişləndirə bilmişdi. Xaçatur Krekçiyan, Karapet Nişkiyan, Haqop İşqalatsiyan, Aleksan Yetelikyon, Hovannes Asturyan və Yeğişe Tursunyan tərəfindən qurulmuş və təşkilat Ərzurum episkopu Osmanyan və İstanbuldakı erməni patriarxı Nerses tərəfindən də dəstəklənmişdir. Cəmiyyət, 1882-ci ildə aralıq ayında, üzvləri həbs olduqdan sonra fəaliyyətini dayandırmalı olmuşdur.

İnqilabçı partiya kimi yaranan ilk təşkilat isə Armenekan partiyası olmuşdur. Partiya Vanda müəllimlik fəaliyyəti ilə məşğul olmuş, sonralar isə Vanda qalması qadağan edilmiş Mıqırdıç Portakalyanın 9 tələbəsi tərəfindən 1885-ci ilin payızında təsis edilmişdir. Partiyanın adı Portakalyan tərəfindən nəşr edilən Armenia qəzetindən götürülmüşdür. Bu cəmiyyət inqilab yolu ilə ermənilərin özünüidarəsinə nail olmağı qarşısına məqsəd qoymuş və faəliyyət göstərdiyi müddətdə çoxlu cinayətlər törətmişdr. Partiyanın proqramı əllə 7-8 nüsxə yazılmış və ilk dəfə İkinci dünya müharibəsindən sonra nəşr edilmişdir. Armenakan məqsədinə çatmaq üçün əhali içərisində geniş millətçi təbliğat aparmağı, hərbi təhsil verməyi, silahlı dəstələr təşkil etməyi, sonra Avropa dövlətlərinin münasibətləri əlverişli olarsa Türkiyə əleyhinə çıxış etməyi lazım bilirdi. Bu partiyanın fəaliyyəti Qafqazdakı Rusiya hakimiyyət orqanları tərəfindən şirnikləndirilirdi. Lakin Armenekan partiyası erməni əhalisinin geniş dairələrini cəlb edə bilmədi və onun fəaliyyəti yalnız Türkiyənin bir neçə Şərq vilayəti ilə məhdudlaşdı.

Daha fəal və daha kütləvi Hnçak və Daşnaksütyun partiyalarının meydana gəlməsi ilə Armenikanın nüfuzu heç dərəcəsinə endi. Hnçak (Zəng) partiyası 1887-ci ildə Cenevrədə Avetis Nazarbekyan və millətçi erməni tələbə mühacirləri tərəfindən təşkil edilmişdir. Avetis Nazarbekyan Armenia qəzetində çox radikal yazılar çap etdirməklə erməni oxucular içərisində rəğbət qazanmışdı. O, 1886-cı ilin yay aylarında nişanlısı və silahdaşı Marian Vardanjan ilə Cenevrəyə gəldi və burada Rusiyadan olan erməni tələbələr Qabriel Kafian, Ruben Hanarad, Nikoli Martinyan və Mkrtıç Manuçaryanla tanış oldu. Elə həmin ilin sonunda partiyanın proqramının əsas müddəalarını hazırladılar. Yuxarıda dediyimiz kimi partiya 1887-ci ilin avqust ayında yaradılsa da, partiyaya Hnçak adı 1890-cı ildə verildi. Bu ad 1887-ci ildə ermənicə çap edilən və partiyanın orqanı olan Hnçak qəzetinin adından götürülmüşdür. Parityanın proqramı 1888-ci ildə Hnçak qəzetinin oktyabr-noyabr sayında çap edilmişdir. Hnçak partiyasının ilk və yaxın hədəfi Türkiyə Ermənistanının siyasi və milli müstəqilliyini əldə etmək daha sonra isə İran və Rusiya Ermənistanını bura birləşdirərək Federativ bir Ermənistan yaratmaq idi. Partiya hər an istifadə etmək üçün xüsusi hazırlanmış dəstələrə malik olmuşdu və çoxlu üsyan və qırğınlara təşkilatçılıq etmişdir. Partiyanın 1910, 1911, 1912, 1913-cü il qərar dəstələri ilə yaxından tanış olduqda məlum olur ki, Şərqi Anadoluda fəaliyyət göstərmiş Orsfan Canq, Qoçnak, Pençak, Badami, Tejehenk, Maro və Parot adlı terror dəstələrinin qurulmasını və idarəsini bu təşkilat həyata keçirmişdir.

I Cahan müharibəsində Rusiya tərəfindən çıxış edərək Osmanlıya qarşı döyüşən Hnçak könüllüləri müsəlman əhalini öldürməklə yanaşı onlara maddi yardım göstərməkdən imtina edən varlı erməniləri də öldürmüşlər.

Bütün bu söylədiyimiz faktlardan çox aydın məlum olur ki, Daşnak da bir terror partiyası idi. Sadəcə olaraq Daşnak öz proqramında Hnçakdan fərqli olaraq Türk-Rus-İran Ermənistanlarının birləşdirilməsini nəzərdə tutmurdu. Yalnız 1919-cu ildə Daşnaktsutyun partiyasının IX konqresində Daşnaklar proqramlarına dəyişiklik edərək Türk və Rus Ermənistanlarının birləşdirilərək müstəqil Ermənistan yaradılması fikrinə gəlmişlər. Hnçak və Daşnaktsutyun partiyaları Türkiyə ermənilərinin silahlanmasında və üsyanların baş verməsində təşkilatçılıq etmişlər. Berlin konqresindən sonra ermənilər arasında silahlanma sürətlənmişdir. İngiltərənin Van Yüzbaşı Claytonun 12 sentyabr 1880-ci il raportunda Rusiya Ermənistanında Türkiyə ermənilərinə silah göndərmək üçün cəmiyyət qurulduğu və silahların paylanılması üçün fəaliyyətlər göstərildiyi bildirilir. Ərzurum konsulu Yüzbaşı Everett 24 noyabr 1880-ci ildə Türkiyə ermənilərinə paylatmaq üçün Rusiyada silah yığıldığı xəbərini söyləyirdi.

Erməni terrorizmi




#Article 18: Manna (14501 words)


Manna (), Minni () və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.

Manna dövləti e.ə. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Prof. Q. Qeybullayev qeyd edir ki, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır.

Mannanın adı və ilk hökmdarı Udakinin adı mixi yazılı mənbələrdə ilk dəfə e.ə. 843-cu ildə III Salmanasar kitabəsində çəkilir. Adətən assurlar Mannanı Manneylər ölkəsi, Mannaş, urartulular isə Manna ölkəsi adlandırırdılar.

S. Qaşqay qeyd edir ki, Manna adı mənşəcə yerli ad idi. Ehtimal edilir ki, bu ad əvvəlcə Urmiyayanı tayfalardan birinə məxsus olmuş, sonralar mannalılar ərazi və tayfaları birləşdirdikdən sonra bu ad butun dovlətə şamil edilmişdir.

III Salmanasarın hakimiyyətinin XVI ilindəki (e.ə. 843) yürüşü təsvir edilərkən məlumat verilirdi ki, car Daxili Zamuada məskənləri tuta-tuta Munna ölkəsinə çatmışdılar. Lakin səlnamədə Manna dövlətinə yürüşdən və ya bac alınmasından heçnə bəhs edilmir. Mümkündür ki, assurlar ya Mannanı istila edə bilməmiş, ya da yalnız Mannanın sərhəddinə kimi irəliləmiş və daha sonra yolunu dəyişərək qonşu Allarabia ölkəsi üzərinə yerimişlər.

E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir. III Salnamasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır: Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını, qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoydum, dağıtdım, od vurub yandırdım

 
S. Qaşqay qeyd edir ki, mənbələrin məlumatlarına əsasən, Manna dövlətinin möhkəmlənməsini və tarixi coğrafiyası müəyyən dərəcədə izləmək mümkün olmuşdur. Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər tayfanın (və ya tayfaların) yaşadığı Mes/s/i (Misi, Misu) ölkəsinin böyük əhəmiyyəti var idi. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə bir çəkilir. Daha sonrakı qaynaqlardan məlum olur ki, bu vilayət Mannanın cənub qurtaracağında idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin Messi hökmdarları onda da özlərini müstəqil aparmağa cəhd etmişlər. Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası Mesunun adını II Aşşurnasirapal e. ə. IX əsrin 80-ci illərində çəkir. Bu ölkəyə sonra III Salmanasar, V Şamşi-Adad, II Adadnerari yürüşlər etmişdilər. Assurların verdiyi məlumata görə, bu vilayətin ərazisi olduqca geniş idi. Manna hökmdarı Ullusunu dövründə Missi əyaləti artıq Mannaya birləşdirilmişdi. Onun sərhədində Sirdakka (Zirdiakka) qalası inşa edilmişdi. Q. A. Melikişvili belə hesab edir ki, Taştəpədəki Urartu kitabəsində adı çəkilən bu Menua tərəfindən işğal edilmiş Meişta şəhəri Missi ərazisində yerləşmişdir və belə güman edir ki, onun əhalisi etnik cəhətdən mannalılarla qohum olmuşdur.

Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti vardı. Allabrianın adı ilk dəfə IX əsrin ortalarında çəkilir. III Salmanasar Allabrianın qala şəhəri Şurdirranı və orada olan var-dövləti ələ keçirməsi haqqında məlumat verir. Hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti haqqında müəyyən fikir söyləməyə imkan verən maraqlı məlumat vardır. Assuriya Allabrianı sonralar özünə tabe etmişdi, hərçənd məlum olduğuna görə, II Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub Urartuya xidmət etməyə razı salmış və İtti onun fitvası ilə Assuriyaya qarşı üsyan qaldırmışdı. Lakin Assuriya əleyhinə koalisiya darmadağın edilmiş, çar İtti isə öz ailəsi ilə birlikdə Suriyadakı Amatiya şəhərinə sürgün edilmişdi. Allabria hökmdarı Belapaliddina dövründə onlar Assuriyaya bac verirdilər. Sonralar çar Ahşeri zamanında və ya hətta bir az əvvəl assurlar tərəfindən istila edilmişdi.

Mannanın şərq sərhədlərində dağlıq diyar adlanan Gizilbunda vilayəti yerləşirdi. Artıq e. ə. IX əsrin son rübündə assurlar bu ölkədə olmuşdular. Gizilbunda hökmdarları arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının hökmdarları bac verərək V Şamşi-Adadı (e. ə. 823–810) rəhmə gətirməyə çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə davam edirdi. Assuriya hökmdarı bunun üstündə ölkəni dağıdıb viran qoydu. O, ətraf məskənlərin əhalisinin daldalandığı möhkəmləndirilmiş şəhər Uraşı işğal etdi, şəhərin küçələrini onun döyüşçülərinin qanına boyadı… 6000 döyüşçünü qırdı, çar Pirişatini 1200 döyüşçüsü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların əmlakını, var-dövlətini, qaramalını, davarını, atlarını, gümüşdən, saf qızıldan və tuncdan qayrılmış saysız-hesabsız əşyalarını qarət etdi. Dağıtdı, viran qoydu, od vurub yandırdı…. III Adadnerarinin (e. ə. 805–782) kitabələrindən birində onun başqa ölkələrlə bərabər Gizilbundanı ta hüdudlarınadək istina etdiyi haqqında məlumat verildiyinə baxmayaraq Gizilbunda öz suverenliyini qoruyub saxlamışdı, hətta II Sarqon, gizilbundalıları öz güclərinə güvənən, başının üstündə hökmranlıq tanımayan adamlar adlandırır. Gizilbundanın ayrı-ayrı hökmdarları bac versələr də, assurlar onları tam itaət altına ala bilməmişdilər.

Zikertu əyaləti müasir Miyanə – Ərdəbil şəhərləri rayonu ilə lokalizə edilir. O, mənbələrdə artıq Mannadan asılı ərazi kimi xatırlanır. II Sarqonun verdiyi məlumata görə Zikertunun başında mannalıların canişini dayanırdı. Bu canişin çox güman ki, Mannadan asılı olan və Manna tərəfindən təsdiqlənən Zikertunun öz hakimi olmuşdur. Zikertu əyalətinin özünün Parda hökmdar şəhəri var idi. Zikertunun adını antik mənbələrdə xatırlanan saqartilərin adı ilə eyniləşdirirlər. Zikertu ola bilər ki, həqiqətən də həmin dövrdə İran tayfaları ilə məskunlaşmışdı. Mixi yazılı mənbələrdə 100–200 il əvvəl adları çəkilən qonşu əyalətlərlə müqayisədə bu əyalətin adı çox-çox sonralar çəkilir. II Sarqon öz hakimiyyətinin 3, 6 və 8-ci illərində (yəni e. ə. 719, 716 və 715-ci illərdə) Manna hökmdarı Azaya qarşı çıxmış Zikertuya hərbi yürüşlər edir. O, ətraf yaşayış məskənləri ilə birlikdə üç möhkəmləndirilmiş şəhəri ələ keçirməsi və paytaxt Pardanı qarət etməsi haqqında məlumat verir. Görünür Zikertu əyaləti Mannaya yenidən II Sarqonun e. ə. 714-cü ildə 8-ci yürüşü zamanı tabe edilmişdir. II Sarqon həmin yürüş zamanı Zikertuya dağıdıcı zərbə endirmiş, onun 13 şəhərini, 84 ətraf yaşayış məntəqələri ilə birlikdə müdafiə divarlı 12 möhkəmləndirilmiş məntəqəsini qarət etmişdi.

Mannanın şərq sərhədlərində ən uzaq əyalət Qızılüzən çayı hövzəsinin aşağı və orta hissəsində yerləşən Andiya əyaləti idi. Andiyanın ilk dəfə adı qoşunları Andiyaya gedib çıxmış və andiyalılardan xərac alan III Salmanasarın hakimiyyətinin sonlarına aid olan kitabələrdə çəkilir. III Adadnerari işğal etdiyi ölkələr arasında Günəşin batdığı böyük dənizədək uzanan Andiyanın da adını qeyd edir. Bu dəniz Xəzər dənizi hesab olunur. Manna dövləti görünür özünün ən qüdrətli dövründə Andiyanı aşşurlulardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdir. Hökmdar Azanın və Ullusunun dövründə andiyalılar digər əyalətlərlə birlikdə öz müstəqilliklərini qaytarmaq məqsədilə mannalılara qarşı çıxdılar. Mənbələrdə Andiyanın hakimi Telusinanın adı çəkilir. Hürricə hesab edilən bu ada, və Hürri-Urartu şəkilçisi vasitəsilə düzəldilmiş Andiya əyalətinin öz adına görə Andiya əhalisini hürridilli etnik qruplara aid edirlər.

Mannaya tabe əyalətlər arasında müasir Marağa rayonu ərazisində yerləşən Uişdiş (aşşurca — Uisdis, Urartuca — Ugisti) əyalətinin də adı çəkilir. Onun da başında Manna canişini dururdu. Uişdiş əyaləti Zikertu və Andiya əyalətləri ilə birlikdə mannalı Azaya qarşı çıxmışdı. Lakin, o, aşşurluların köməyilə yenidən Mannaya tabe edildi. Urmiyanı hövzənin şimali-şərq hissəsində Manna ilə Urartu sərhədləri hüdudunda Subi və Bari əyalətləri yerləşirdi. O, həm də Sanqibutu adlanırdı. Bu əyalətlər vaxtaşırı gah bu, gah da digər tərəfə tabe olurdu. II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu anbarları ilə zəngin olan Tarun və Tarmakis (Təbriz) qalalarının adını çəkir. Mannanın cənubi-şərq torpaqları və ona tabe əyalətlər madayların məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi.

Yazılı mənbələrdə Urmiyayanı hövzə ərazisindən e. ə. III minilliyin ikinci yarısından bəhs olunur. Göstərilən əraziyə aid ən qədim etnik ad kuti adıdır. Mənbələrdə ilk dəfə yad edildikləri dövrdə əsas məşğuliyyətləri maldarlıq olan kutilərdə artıq tayfa ittifaqı təşəkkül tapmışdı. İ. H. Əliyev kuti dilini Qafqaz-hürri dil qrupuna, aid edir. İ. M. Dyakonov belə hesab edir ki, kuti dili, hardasa müəyyən dərəcədə, bütün Zaqroş əyalətinə yayılmış elam dilləri qrupuna yaxın ola bilərdi. Digər tərəfdən o, kuti dilinin mürəkkəb fonetik tərkibə malik olan hürri dili ilə yaxınlığı imkanını da güman edir. Sonrakı dövrün araşdırmaları onu Şərqi Qafqaz dilləri ailəsinə aid etmişdir. Q. A. Melikişvili kuti dilini zaqroş-elam qrupuna aid edir. Akad. M. İsmayılov, Prof. Q. Qeybullayev, Prof. F. Cəlilov və başqaları kutiləri türkdilli heesab edirlər.

Urmiya gölündən cənub-şərqdə yerləşən əyalətlər haqqıpda məlumat verən e. ə. III minilliyin sonlarına aid Akkad mənbələrində lullubum (Lullupum, Luilume, Lullu) tayfasının adı çəkilir. Q. A. Melikişvili lullubu və elam dillərinin qohumluğu iddia etmişdir. O, öz növbəsində zaqroş-elam qrupu dillərini müasir Qafqaz dilləinə yaxın hesab edir, lakin Q. Qeybullayev lulubi etnonim, teonim və toponimlərini tədqiq edərək onların türk dilli ola biləcəkləri ehtimalını irəli sürmüşdür.

Urmiyayanı hövzə əhalisinin etnik cəhətdən formalaşmasında e. ə. III minilliyin sonlarından məlum olan hürrilər mühüm rol oynamışlar. Onlar Mesopotamiyanın şimalından və Suriyadan tutmuş Urmiya gölünədək Ön Asiyanın geniş bir ərazisində yayılmışdılar. Həmin ərazidə, habelə Zaqafqaziyanın və Şimal-Qərbi İranın xeyli hissəsində yayılmış Kür-Araz mədəniyyətini hurrilərin səpələnmələri ilə əlaqələndirirlər. Hürri dilində müxtəlif dövrlərə aid bizə xeyli miqdarda yazılı abidələr gəlib çatmışdır. Son illərdə aparılmış linqvistik tədqiqatlar nəticəsində hürri və ona yaxın olan Urartu dilinin Şimali Qafqaz dillərinın şərq qoluna mənsub olduğunu sübut edən yeni dəlillər əldə edilmişdir.

E. ə. I minilliyin əvvəllərində Urmiya gölündən cənubdakı ərazi Zamua adı ilə tanınmağa başladı. Bu ad lullubi tayfalarından birinə mənsub yerli ad hesab edilir. Sonralar həmin ərazi hissələrində mannalılar yüksəldi. Bu ad altında şübhəsiz ki, ayrı-ayrı qohum tayfalar birləşir. Lakin, xeyli sonralar da, hətta Manna dövləti özünün yüksəliş dövrünə çatdıqda da bu ərazi Lullubu adını saxlamışdı. O, arxaik forma kimi Aşşur hökmdarlarının orakullara müraciətində və ya sinonim kimi özlərinin Urmiyayanı əyalətlərə hərbi yürüşlərini yüksək üslubda təsvir etdikdə işlədilirdi.

İ. M. Dyakonov Manna dövlətinin Diyala çayının yuxarı axarınadək cənub əyalətlərinin əhalisini kuti-lullubi etnik qrupuna, Diyala və Kərxa çaylarının yuxarı axarındakı əhalini isə kassi etnik qrupuna aid edir. Mixi yazılı və antik mənbələrin materiallarını tədqiqata cəlb edən İ. H. Əliyev e. ə. III–I minnlliklərdə Cənubi Azərbaycan ərazisində məskunlaşmış xalqların dil və etnik-mədəni cəhətdən Zaqroş-Elam və hürri etnosları ilə yaxınlığını əsaslandırmağa çalışır.

R. M. Böhmer Manna əhalisini hürri hesab edir. O, Manna dövlətinə aiddiyyatı olan Aşşur və Urartu mətnlərində qeyd edilən şəxs adlarının və coğrafi adların tam siyahısını göstərir. Bu adları təhlil edərək o, belə nəticəyə gəlir ki, onların əksəriyyəti hürrilərə, bəziləri kassilərə, ancaq bir neçəsi isə irandillilərə aiddir.

Q. A. Melikişvili hesab edir ki, şərqə doğru xeyli uzaqlara irəliləmiş hürri ünsürləri Dağlıq Zaqroşda adacıqlar şəklində Zaqroş-Elam dil qrupuna mənsub əhali arasında mövcud idilər. Lakin Manna dövlətinə hürri təsirini hürri etimologiyasının seçildiyi bəzi şəxs adlarına və toponimik adlara görə izləmək mümkündür.

Mannada çoxluq təşkil edən tayfa olan mannalılar ilə bərabər, digər tayfalar, məsələn, sunbilər, taurlalılar, dalilər də vardı. Lakin etnik konsolidasiya nişanələri artıq nəzərə çarpmaqda idi. Məsələn, Manna çarı nəinki Urartu çarının istila etdiyi torpaqları geri almaq qayğısına qalır, həm də …pərən-pərən salınmış mannalıların öz yerinə qaytarılmasına çalışırdı.

Həsənlitəpə qazıntıları zamanı tapılmış müxtəlif bədii sənət əşyaları üzərində insan təsvirləri aşkar edilmişdir. İnsan fiqurlarına naxış vasitəsi kimi qablarda, möhürlərdə və bir tunc dəstəkdə təsadüf olunur. Onların enli burnunun üstü alınla düz birləşmiş, gözləri aralı olmuş; qısa saqqal və çiyinlərədək tökülən uzun saç saxlamışlar. Skelet qalıqlarına əsasən V. Krouford belə nəticəyə gəlir ki, onlar orta boylu (təqribən 165 sm) olmuşlar. T. A. Ratbun daha dəqiq ölçü göstərir: kişilərin orta boyu −168,32 sm, qadınlarınkı – 159,55 sm110.

E. ə. VIII əsrin sonlarına aid Aşşur yazılı mənbələrindən aşşurların gimirrai adlandırdıqları köçəri kimmerlərin axınlarının baş verdiyini bilmək olur; onların, ardınca isə tezliklə mənbələr (e. ə. VII əsrin əvvəli) skiflərin asguzai/isguzai adını çəkir. Herodotun məlumatına görə, kimmerlər Qara dəniz sahili boyunca, Qafqazdan keçərək, skiflər isə Qafqaz dağlarını sağda qoyub Xəzər dənizinin qərb sahili boyunca hərəkət etmişlər. Kimmerlərin və skiflərin Qafqazdan keçərək Cənubi Rus çöllərindən Ön Asiyaya hərəkət yolları barədə Herodotun verdiyi məlumatı arxeoloji dəlillər də təsdiqləyir. Y. İ. Krupnov öz tədqiqat işində bu tayfaların hərəkət yollarını izləyir və belə hesab edir ki, onlar yolun bütün əlverişli keçidlərindən – Meotida Kolxida sahilboyu yolu, Dəryal keçidi ilə hərbi Gürcüstan yolu, Mamison keçidi ilə hərbi Osetin yolu və Dərbənd keçidindən istifadə edərək hərəkət etmişlər. Aşşur hökmdarları da Urartu və Manna hökmdarları kimi kimmer və skiflərdən öz məqsədləri üçün istifadə etməyə səy göstərirdilər; lakin mənbələrin göstərdiyi kimi daha çox düşmənçilik münasibətində olmuşlar. Qimirra ölkəsi Van hökmdarlığından şimali-qərbdə, Kappadokiyanın şərq hissəsində lokalizə edilir. B. B. Piotrovski e. ə. VIII əsrin sonunda kimmerlərin dağıdıcı təsirini və onların urartulular əleyhinə daim hərbi fəaliyyət göstərdiklərini qeyd edir. Onlar Frikiya hökmdarlığını darmadağın edərək İoniya şəhərlərini viran qoyub Aşşur sərhədlərıni təhdid etdilər.

S. Qaşqay qeyd edir ki, Manna ərazisinin etnik xarakteristikasını vermək üçün İrandilli tayfaların İran yaylasına soxulması dövrünü və onların gəlmə yolları məsələsini aydınlaşdırmaq lazımdır. Bu məsələ barədə dünya tarixşünaslığında müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi bu tayfaların Orta Asiyadan çıxmalarını, digərləri isə Qafqazdan keçərək gəldiklərini söyləyirlər. Lakin bütün tarixçilər İrandillilərin sözü gedən ərazidə aborigen olmadıqlarını birmənalı şəkildə qəbul edirlər.

Assur mənbələrindən məlum olan Güney Azərbaycanın Urmiya gölü ətrafı ərazilərində şəxs adlarının təhlilinə əsaslanan E. A. Qrantovski göstərir ki, İrandilli əhali Güney Azərbaycanda ən azı e.ə. IX–VIII əsrlərə qədər yayılmamışdı. Bu nəticə ona İrandilli tayfaların Orta Asiyadan yox, Şimaldan, Qafqazdan keçərək İran yaylasına doğru irəliləmələrini söyləməyə imkan verir.

R. Girşmana görə İrandilli tayfalar İran yaylasına iki yolla daxil olmuşlar: onların Qərb qolu Qafqazdan, Şərq qolu isə Orta Asiyadan gəlmişdir. Urmiyayanı hövzəyə onlar Qafqazdan gəlmişlər. Cənuba doğru irəliləyən qolu müqavimətə rast gələrək Qərbə doğru dönmüşdür. Lakin onların irəliləmələri burada da keçilməz Zaqroş silsiləsi və xeyli inkişaf etmiş yerli mədəniyyətlərin müqaviməti nəticəsində çətin olmuşdur.

E.ə.IX əsrin ortalarından ta Midiya dövlətiın təşəkkülünə kimi Urmiyayanı hövzədə əsas siyasi qüvvə Urmiyayanı hövzənin yerli əhalisini birləşdirən, köçəri tayfaların basqınlarının qarşısını alan və onlardan öz marağı üçün istifadə edən, bəzən də onlarla ittifaqda öz rəqiblərinə güclü zərbələr vuran Manna dövləti idi. Bu ərazidə sonradan Midiya dövləti qurulduqdan sonra və hətta XX əsrin əvvəllərinə qədər bu ərazilərdə İran ünsürü və İran dilləri əhəmiyyətli rol oynamamışdı.

Şəxs adlarının və toponimlərin təhlili Manna dövləti əhalisinin (mannaların) türk mənşəli olduğunu sübut edib. Prof. Qiyasəddin Qeybullayev əsərlərində Manna etnonim, toponim və şəxs adlarının mənalarını açaraq izah edə bilib. İqor Dyakonov Manna dövlətinin Diyala çayının yuxarı axarınadək Cənub əyalətlərinin əhalisini kutilər və lulubilərin, Diyala və Kərxa çaylarının yuxarı axarındakı əhalini isə kassilərin varisləri hesab edir.

 

Assuriya qaynaqlarında Urmiyaboyu ərazisinin Cənub hissəsi uzun müddət Zamua adı altında tanınır. İlk dəfə onun adı II Adadnerari (e. ə. 911–891) yazılarında zəbt etdiyi dövlətlər sırasında çəkilir. Artıq e. ə. IX əsrin əvvəlində burada bütün Zamuanı, yaxud hər halda onun xeyli hissəsini əhatə edən birləşmə əmələ gəlir, onun başında Daqara vilayətinin tayfa başçısı Nur-Adad dururdu. Daqara vilayətn şimal-şərq və şərq ölkələrinin bir növ qapısı idi, buna görə də assurlar onu işğal etməyə xüsusi maraq göstərirdilər. E.ə. 881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasirapal (e. ə. 883–859) məlumat verir ki, zamualılar istilaçıların yolunu kəsmək üçün Babit aşırımında (indiki Dərbəndi Bazian) müdafiə divarı hörmüşlər. Lakin onlar basqının qabağını ala bilməmişlər və II Aşşurnasirapal Daqara ölkəsinin Birutu, Uze və Laqalaqa qalalarını ətraf məskənlərlə birlikdə işğal etmiş, çoxlu qənimət ələ keçirmiş və əsirlər tutub aparmışdı. Assurların Daqaraya tərəfdar olan qonşu vilayətlərə hücum edib, Bara, Bunasi və Larbusa şəhərlərini tutmasından istifadə edərək, Nur-Adad öz mövqelərini möhkəmləndirir. Lakin assurlar yenidən qalib gəlir və bu dəfə Birutu qalasını yandırırlar.

E.ə. 880-ci ildə Zamua əhalisi yenidən yürüş edən II Aşşurnasirapalın qoşunları ilə mübarizə aparırlar. Bu zaman Zamuanın başında artıq Ameka dururdu. Qaynaqlar onu çar adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir. Ameka istilaçılara inadlı müqavimət göstərirdi, lakin məğlubiyyət qarşısında paytaxtı çar şəhəri Zamrini tərk edib qoşunla birlikdə Etini dağlarına çəkildi. II Aşşurnasirapal təqibi davam etdirərək ölkəni viran qoydusa da çarın özünü ələ keçirə bilmədi. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Gorünür, Amekanın ərazisi kifayət qədər geniş idi. Etini və Sabua dağları bir-birindən uzaqda yerləşirdi, çünki Aşşurnasirapal Lallu və Edir çaylarından, Su və Elaniu dağlarından keçməli olmuşdu. Assurlar nəticə etibarilə Amekanı ram edə bilmədilər. Kitabədə Zamuanın paytaxtı Zamrinin, Arazitku, Ammaru, Parsindu, İritu, Suritu qalalarının 150 ətraf məskənlə birlikdə tutulmasından danışılırsa da, Ameka üzərində qəti qələbə çalındığı haqqında məlumat verilmir. Əhali Aziru və Simaki dağlarına çəkilir, Mesu şəhərində yerini möhkəmlədir.

İstehkamlarla möhkəmləndirilmiş Ammali şəhərinin başında duran Araştua assurlara qarşı Ameka ilə birgə çıxış edir. Kitabədə verilən məlumata görə, adları çəkilən şəhər-qalalardan başqa, daha bir neçə şəhər-qala da işğal olunmuşdu. Bunlar sabininin idarə etdiyi Kisirtu şəhəri və onu əhatə edən on məskən, habelə Kirtiaranın idarə etdiyi bareanlıların şəhərləri idi. Ehtimal ki, onlar da Araştuaya tabe idilər, çünki kitabədə bu şəhərlərin qarət edildiyi bildirildikdən sonra deyilir ki, Aşşurnasirapal Araştuanın şəhərlərindən çıxıb getmişdir. Lakin, görünür, Araştua özü ondan xeyli güclü olan Amekadan asılı idi; assurlar yalnız Amekanı çar adlandırırdılar. Amekanın çar şəhərlərində ələ keçirilmiş qənimət başqa şəhərlərdə ələ keçirilən qənimətə nisbətən daha zəngin və daha rəngarəng idi. Assurlar dəfələrlə məlumat verirlər ki, Zamridə onun (Amekanın) əmlakıvə mülkiyyəti, çoxlu mis əşya, vaza, qab-qacaq, mis cam, məcmeyi, qızıl suyuna çəkilmiş sini, onun sarayının sərvətləri, onun topladığı xəzinə ələ keçirilmişdir.

Ameka çarlığında şəhər-qalalardan əlavə, çar şəhəri Zamri olması, ələ keçirilmiş qənimətin təsvirindən və siyahısından görünən yüksək dərəcədə inkişaf etmiş peşəkar sənətlər göstərir ki, Zamua vilayətlərində sinfi cəmiyyət və ilkin dövlət quruluşu əmələ gəlmişdir. II Aşşurnasirapal Zamua zonasında uzun müddət qaldığına görə burada düşərgə salır və Zamua ərazisinin ayrı-ayrı şəhərlərinə vaxtaşırı basqınlar edir. Assurlar Zamuanın zəbt olunmuş hissəsində əyalət yaradır və daimi nəzarət üçün Dur-Aşşur qalasını tikirlər. Onlar ölkənin bu hissəsini sonralar Zamua və ya Mazamua adlandırırlar. Vilayətin qalan hissəsinə isə Daxili Zamua deyilirdi (Zamua sa bitani).

Nikdiaranın adı yenidən V Şamşi-Adadın (e. ə. 823–810-cu illər) kitabəsində Mekdiara formasında çəkilir. Kitabədə Mekdiaranın oğlu Şarsinaya qarşı mübarizədən bəhs olunur. V Şamşi-Adad e. ə. 821–820-ci illərdə apardığı hərbi yürüşlər zamanı Şarsinanın 300 yaşayış məskənini ələ keçirir. E. ə. IX əsrdə Urmiyayanı rayonunun qərbində mühüm bir siyasi qurum çar II Tukulti-Ninurtanın (e. ə. 890–894-cü il) səlnamələrində adı ilk dəfə çəkilən Gilzan dövləti idi.

Aşşurnasirapalın Zamuaya qarşı yürüş etdiyi zaman Gilzan Xubuşkiya və Hartiş ölkələri ilə birlikdə assurlara bac verərək qarətlərin, dağıntının, kütləvi qırğının qarşısını almışlar130. Assuriya hökmdarlarının Gilzan üzərinə çox tez-tez yürüş etmələri bu ölkənin assurlar üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir. Ölkəni çarlar idarə edirdilər. Burada e. ə. IX əsrin birinci yarısında və ortalarında Asu, sonra isə Upu hökmdar idi. Uzun müddət hökmranlıq etmiş Asu e. ə. 856-cı ildə III Salmanasarın pişvazına öz qardaşları və oğulları ilə birlikdə çıxır. Bu, sübut edir ki, Asu artıq tayfa başçısı deyil, suveren irsi hökmdardır. III Salmanasarın Gilzandakı məbədə zəfər sütunu stelasını qoymağına baxmayaraq assurlar elə bu dəfənin özündə də ölkəni qarət etməmiş, bac olaraq davar, qara-mal, at, ikihürgüclü dəvələr, şərab və s. almaqla kifayətlənmişdilər.

IX əsrin axırlarında güclənmiş Urartu dövləti Gilzanı işğal edib öz ərazisinə qatdı. Yuxarıda adı çəkilən qurumlar hələ Aşşur təcavüzünə qarşı dura bilmirdi; məğlubiyyətə uğrayır və ondan asılı vəziyyətə düşürdü. Lakin, onların aşşurlulara qarşı mübarizədə müvəffəqiyyət qazanmaları da mümkün idi — Aşşur mənbələri rəqiblərin qələbələri haqqında heç vaxt məlumat vermir. Bəzi əyalətlərin birgə çıxışları, onların uzunmüddətli müdafiələri e. ə. I minilliyin əvvəllərində Urmiyanı əyalət ərazilərinin birliyini və müstəqil hərbi siyasi mövcudluqları imkanını təmin edən iqtisadi səviyyənin artıq xeyli möhkəm olduğunu göstərir.

Həsənlidən qazıntılar zamanı tapılmış əşyaların tipoloji müqayisəsi, həmçinin radio-karbon təhlil qədim qalada binaların əksəriyyətinin təqribən e. ə. 1000-ci ildə tikildiyini göstərir. Həsənluda aşkar edilmiş şəhər mixi yazılı mənbələrdə adı çəkilən şəhərlərdən hələ heç biri ilə eyniləşdirilmir. Lakin qazıntılar həmin dövrdə göstərilən ərazidə yüksək tikinti texnikasına və sənətkarlıq istehsalına malik olan möhtəşəm şəhər-qalanın mövcudluğunu — bu ərazinin mədəni-iqtisadi cəhətdən xeyli inkişaf etdiyini söyləməyə imkan verir. Arxeoloji tapıntıların, mixi yazılı mənbələrin məlumatları ilə müqayisəsi Urmiyayanı əyalətlərdə erkən dövlət qurumlarının hələ çox əvvəllər təşəkkül tapdığını göstərir.

E.ə. I minilliyin əvvəllərindən yazılı mənbələrin də təsdiq etdiyi kimi indiki Güney Azərbaycan ərazisində mərkəzləşmiş dövlət yaranması prosesi başlayır. Mixi yazılı mənbələrdən bizə müxtəlif tayfaların adları, daha güclü qonşularından asılı vəziyyətə düşüb tədricən qaynayıb – qarışan çoxlu xırda birliklər məlumdur. E.ə. IX əsrdən bu ərazidə Manna hökmdarlığı fərqlənməyə başlayır. Sonralar bu dövlət Güney Azərbaycanın bütün ərazilərini öz tərkibində birləşdirdi, Assuriya və Urartunun işğalçılıq yürüşlərinə qarşı fəal mübarizə apardı.

E.ə. I minilliyin əvvəllərini R. Girşman İran yaylası tarixində qaranlıq dövr adlandırır. E.ə. I minilliyin ilk əsrləri arxeoloji baxımdan müxtəlif mədəniyyətlərə məxsus ünsürlərin qaynayıb – qarışması, keramika və metal məmulatlarının hazırlanmasında yeni cizgilərin meydana çıxması ilə səciyyələnir. Yazılı mənbələrdə bu, əvvəllər burada yaşamış etnik qrupların dillərindən fərqlənən dildə meydana çıxmış şəxs adlarında və etnotoponimik adlarda öz əksini tapmışdır.

Bütün bu dəyişikliklər e.ə. I minilliyin əvvəllərindən bu əraziyə sonrakı yüzilliklərdə əhəmiyyətli rol oynamağa başlamış müxtəlif etnik qrupların – İrandillilərin soxulması ilə əlaqədar idi. Lakin bu hadisələrdən xeyli əvvəl, e.ə. I minilliyin əvvəllərində Urmiyayanı Zaqroş zonasında müxtəlif birləşmələr yaranması burada ilk iri siyasi birləşmənin – Manna dövlətinin meydana gəlməsi üçün zəmin hazırlayır. Manna dövləti Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət hesab edilir.

Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir ərazidə meydana gəlmişdi. Manna e.ə. III – II minilliklərdə bu regionda mövcud olmuş Kuti, Lulubi və kassilərin bilavasitə varisi idi.

III Salmanasarın hökmranlığının on altıncı ilindəki (e. ə. 843-cü il) yürüş təsvir edilərkən məlumat verilirdi ki, çar Daxili Zamuada məskənləri tuta-tuta Manna ölkəsinə çatmışdır. Lakin salnamələrdə Mannanın qarət və işğal edilməsindən, yaxud ondan bac alınmasından bir kəlmə də danışılmır. Görünür, assurlar ya Mannanı istila edə bilməmişdilər, ya da bu ölkənin yalnız sərhədlərinə gedib çatmış, sonra dönüb qonşu Allabrianın üzərinə yerimişdilər. E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir.

III Salnamasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır:

Məğlubiyyətə baxmayaraq Manna təslim olmadı, baç vermədi. Assurlar ancaq qənimət ələ keçirməklə kifayətləndilər. III Salmanasarın dövründən başlayaraq mixi yazılı mənbələrdə ardıcıl olaraq Manna hökmdarlarının adı və onların paytaxtı Zirta şəhərinin (sonralar bu şəhər İzirtu adı ilə qeyd olunur) adı çəkilir.

Hökmdar Udakidən sonra e.ə. 737-ci il yüruşləri ilə əlaqədar III Tiqlatpalasarın və II Sarqonun e.ə. 718-ci ilə aid kitabələrində Manna hökmdarı İranzunun adı çəkilir. Manna özünün ən parlaq çiçəklənmə dövrünə, görünür hökmdar İranzunun sələfləri və onun öz hakimiyyətinin əvvəllərində çatır. İranzunun sələflərinin adları bizə məlum deyildir, belə ki, həmin dövrdə Manna ilə daha çox toqquşan Urartu hökmdarı öz kitabələrində Manna hökmdarlarının adlarını çəkmirlər. Onlar ümumiyyətlə nadir hallarda öz rəqiblərinin adlarını çəkirlər. Lakin həmin dövrdə Mannanın Urartu əleyhinə hücuma keçməsi faktının özü Mannanın gücləndiyini göstərir. Buna Aşşurun Mannada hərbi əməliyyatlar aparmaması da şərait yaradırdı. Aşşur hökmdarı III Tiqlatpalasar artıq Aşşuru xeyli dərəcədə narahat edən madaylarla mübarizə ilə məşğul idi. III Tiqlatpalasarın e.ə. 744 və e.ə. 737-ci illərdə madaylar əleyhinə apardığı hərbi yürüş marşrutlarının İ.M.Dyakonov tərəfindən aparılmış təhlili göstərir ki, bu yürüşlərin yolları Mannanın şərq sərhədləri boyunca keçmiş, lakin onun ərazisinə toxunmamışdır.

Bu Mannanın bir hərbi qüvvə kimi varlığını, eləcə də onun Aşşur ilə dostluq münasibətlərini göstərir. III Tiqlatpalasar həmin dövrdə Urartu ilə də mübarizə aparırdı və bu mübarizədə sonuncunun zəifləməsi nəticəsində Mannanın vəziyyəti yüngülləşdi. Manna dövlətinin böyüklüyü barədə biz II Sarqonun nəzarətindən azad olmağa çalışan asılı əyalətlər və onun tabeçiliyində qalan əyalətlər haqqındakı müfəssəl məlumatına əsasən təsəvvür yarada bilərik. Urartu görünür öz qüvvələri ilə Manna ilə bacara bilməmişdir və ona görə də Mannaya tabe olub müstəqilliyə cəhd göstərən əyalətlər arasında özünə dayaq axtarmışdır. Naxçıvan və Manna ərazilərində aşkar edilmiş arxeoloji materiallarda izlənilən sıx mədəni əlaqələr belə deməyə imkan verir ki, görünür müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir. İranzunun hakimiyyətinin sonunda Manna hökmdarının mövqeyi bir qədər zəifləyir. Zikertu əyaləti ilə birlikdə Şuandaxul və Durdukka şəhərləri də onun əleyhinə çıxır. II Sarqonun köməkliyilə onlar yenidən Mannaya tabe edildilər.

Assur çarı III Tiqlatpalasarın hakimiyyətə gəlməsi Ön Asiyada siyasi vəziyyəti dəyişdirdi. Onun inzibati və hərbi islahatları Assuriya dövlətini möhkəmləndirdi,ordusunu dövlətin işğalçılıq alətinə çevirdi. O, Assuriyanın beynəlxalq nüfuzunu qaldırmaq üçün ənənəvi hərbi yürüşlərə yenidən başladı. E.ə. 743-cü ildə assurların Urartu qoşunlarına ağır zərbə endirməsi ilə Urartu çarlarının Manna üzərinə yürüşləri kəsildi. Sonrakı illərdə Urartu torpaqlarında onlara vurulan yeni zərbələr urartuların bəzi Manna vilayətlərinə göz dikməsinə son qoydu.

Manna hökmdarlarının əl-qolu açıldı. Dövlətin çiçəklənmə çağı başlandı. Manna hökmdarı İranzu yaranmış vəziyyətdən bacarıqla istifadə etdi. O, Assuriyanın Urartunu üstələdiyi bir zamanda assur çarı ilə yaxınlıq yaratdı. Bundan istifadə edib, Urartunun tutduğu Manna vilayətlərini geri aldı. Manna hərbi-iqtisadi vəziyyətinə görə artıq Urartudan çox geri qalmırdı. Tiqlatpalasar e.ə. 737-ci ildə Midiya yürüşü zamanı Mannanın yalnız güney dağlıq hüdudlarından keçmiş, Cağatu düzü və Qızılüzən çayı vadisindəki Manna torpaqlarına enməmişdi. Qaynaqlarda Tiqlatpalasarın işğal etdiyi ölkələr içərisində Mannanın adı çəkilmir. Görünür, Assuriya Urartu ilə savaşda daha bir güclü düşmən qazanmaq istəmirdi. Əksinə, Assuriya ilə Manna Urartuya qarşı birgə mübarizədə təbii müttəfiq sayılırdılar. II Sarqonun yazılarında Tiqlatpalasarın İranzu ilə şəxsi görüşünə işarə edilməsi də bunu göstərir.

İranzunun vaxtında Güney Azərbaycanın demək olar ki, bütün torpaqları onun hakimiyyəti altında idi. Ucqar bölgələr: Karall, Allabria, Andia, Zikertu Mannadan asılı olub, onun canişinləri sayılırdı. İranzu Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe edib, ölkədə canişinlik sistemi yaratdı. Onun vaxtında Mannanın quzey hüdudları Araz çayına, güneydə Parsua və Midiya hüdudlarına çatırdı. Urmiya gölünün günbatarında yerləşən Gilzan vilayəti də Mannaya qatılmışdı. Beləliklə, Manna gələcək Atropatena dövləti hüdudlarında yerləşə bilmiş, qədim Şərqin dörd qüdrətli dövlətindən biri olmuşdu.

İranzunun zamanında Manna dövlətinin güclənməsi bəzi asılı ucqarları narazı salırdı. Onlar Mannadan ayrılmağa çalışırdılar. Mannanın xarici siyasəti ilə bağlı ikitirəlik yaranmışdı. Assuriya ilə yaxınlıq siyasətini müdafiə edən vilayətlər çoxluqda idi. Bu siyasi yönüm Mannanın bütövlüyünü qoruyur, Urartunun Urmiya gölü bölgəsində işğalçılıq istəklərini boşa çıxarırdı. Bu qüvvələrin başında İranzu özü dururdu. O, Assuriyanın hərbi-siyasi qüdrətinə üstünlük verir, onunla müttəfiq münasibətlərini qoruyub saxlıyırdı. Andia, Zikertu, Uişdiş kimi bölgələr isə Urartunun fitnəsinə uyur, onun təhriki ilə birləşməyə çalışırılar. Bu canişinliklərin ayrılma meyilləri Mannanın bütövlüyünü parçalaya bilərdi.

Urartu çarı I Rusa Zikertu canişini Metattini İranzuya qarşı qaldıra bildi. E.ə.719-cu ildən Mannanın Şuandahul və Durdukka şəhərləri Metattinin piyada və atlılarının köməyinə arxalanıb üsyan etdilər. Assur çarı II Sarqon Manna ilə ittifaqı pozmadı. O, İranzunun xahişi ilə işə qarışdı və hakimiyyətinin son illərində zəifləmiş Manna hökmdarının köməyinə qoşun göndərdi. İranzu üsyanı yatıraraq, həmin şəhərləri yenidən özünə tabe edə bildi. Qədim ittifaq ənənəsinə uyğun olaraq, bu şəhərlərin əhalisi tərpənən mülkiyyəti ilə Assuriyaya göndərildi. Bundan başqa, Urartu çarı ilə müqavilə bağlanan Sukka, Bala və Abitikna şəhərlərinin əhalisi Suriyaya köçürüldü.

İranzunun ölümündən (e. ə. 719 və 716-cı illər) sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Atası İranzunun siyasətini davam etdirən və Aşşur tərəfdarı olan böyük oğlu Aza hakimiyyətə keçdi. Lakin o çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, çıxılmaz Uauş dağında (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir:

Azanın ölümündən sonra hakimiyyətə onun qardaşı Ullusunu keçirildi. Aşşurlular, əlbəttə müttəfiq dövlətni itirilməsi ilə razılaşa bilməzdilər və II Sarqon öz hakimiyyətinin VI, VII və VIII illərində Mannanın özünü və ondan ayrılmış əraziləri tabe etmək üçün yürüş edir. II Sarqon sonra Mannanın özünün paytaxtı İzirtunun üzərinə hucuma keçdi, mannalılarla qanlı döyüş təşkil etdi, İzirtu yaxınlığında yerləşən Zibia və Armait qalalarını ələ keçirdi. Görünür həmin qalalar İzirtuya girəcəyi
qoruyurmuşlar. Bu haqqda II Sarqonun Dur – Şarukkin sarayındakı kitabəsində deyilir:

Mannada daxili çətinliklərdən istifadə edən urartulu I Rusa Ullusunun 22 qalasını tutdu və mannalı canişini Dayaukkunu ona qarşı qaldırdı. E. A. Qrantovski müəyyən etmişdir ki, digər canişinlərlə birgə qiyam edən Dayaukku Mannaya tabe olan Missi ölkəsinin hakimi idi. Ullusunu olduqca ağır vəziyyətə düşdü. O, Aşşurun himayəsindən qurtulmaq və Urartu tərəfindən yardım almaq istəyindən əl çəkməli oldu. II Sarqon onu bağışladı, bütün günahlarından keçdi və Manna taxtında saxladı. Həmin dövrdən Ullusunu II Sarqonu müdafiə etdi və Urartu ilə mübarizədə ona yardım göstərdi. Mannalılar Aşşur qoşunlarını taxıl məhsulları, ot-ələf, at, iri və xırdabuynuzlu heyvanlarla təchiz edirdilər. II Sarqonla Ullusunu arasında müqavilə bağlandı. Bu müqaviləyə əsasən sonuncu özündən əvvəlki hökmdarlara nisbətən Aşşurdan müəyyən imtiyazlar aldı. II Sarqon məlumat verir:

II Sarqonla Ullusunu arasında müqavilə bağlandı. Bu müqaviləyə əsasən sonuncu özündən əvvəlki hökmdarlara nisbətən Aşşurdan müəyyən imtiyazlar aldı. II Sarqon məlumat verir: onların ağası, hökmdar Ullusunuya fəxri süfrə açdım, onun taxtını atası İranzununkundan hündur yüksəltdim. Görünür, müqaviləyə əsasən II Sarqon urartulular tərəfindən zəbt edilmiş və öncə Aşşura birləşdirilmiş 22 qala və iki möhkəmləndirilmiş şəhəri Mannaya qaytarmalı olmuşdur. Urmiya gölündən cənubda yerləşən bu qalalar Dayaukkunun tabeliyində idilər. Urartu koalisiyasının məğlubiyyəti ila nəticələnən Uauş dağı yaxınlığındakı döyüşdən sonra II Sarqon Urmiya gölünün şimal sahilləri boyu yürüşünü davam etdirdi. Subi əyalətindəki bir çox qalalar, eləcə də Sanqibutu (Qədim zəngi boyunun yaşadığı vilayət) əyalətindəki zəngin Ulxu (Ulxunun Mərənd vadisində yerləşdiyi güman olunur. Mərənd vadisinin şərq hissəsində Livar kəndi yaxınlığında e. ə. VIII əsrə aid edilən şəhər tipli böyuk Urartu qalası aşkar edilmişdir.) şəhəri Mannaya qaytarıldı.

 
Ullusununun hakimiyyəti dövründə Mannanın vəziyyəti elə möhkəmləndi ki, artıq II Sarqonun varisləri dövründə o Aşşurun üstünlüyünü tanımaqdan imtina etdi və hətta bəzi Aşşur yaşayış məskənlərini ələ keçirə bildi. Aşşur hökmdarı Sinaxxerib (e. ə. 705–681-ci illər) Mannaya hücum etməli oldu. Lakin bu hərbi yürüş görünür o qədər də müvəffəqiyyətli keçməmişdir. Belə ki, Sinaxxerib ancaq əsir ələ keçirməklə kifayətlənməli olmuşdur.

Eyni zamanda Urartu da şərq əyalətlərinə olan iddialarından əl çəkməmişdi. I Rusanın oğlu II Argiştinin dövründə Urartu bu istiqamətdə öz hərbi yürüşlərini yenidən həyata keçirdi. Bunu Savalan dağının cənub yamacındakı qayaüstü iki kitabə də təsdiq edir. Kitabələrdə Arxu əyalətinə hərbi yürüşdən, çaya qədər Uşulu və Buku ölkələrinin işğalından bəhs olunur. Geri qayıdanda urartulular üzərinə xərac qoyulmuş Qirduni, Qituxani, Tuişdu ölkələrini və Rutumni şəhərini zəbt edirlər. Ələ keçirilmiş qalalardan biri Argiştiirdu (Argiştinin canişini) adlandırılır.

Mannanın növbəti hökmdarı Ahşerinin adı Asarxaddonun (e. ə. 680–669-cu illər) məlumatlarından birində çəkilir. Aşşurla mübarizədə Ahşeri Mannalılar ölkəsinın əyalətlərində yerləşən kimmerilərin və skiflərin yardımından istifadə edirdi. Asarxaddon özünü Mannalılar ölkəsinin əhalisini, ram edilməyən kutiləri pərən-pərən salan, onları xilas edə bilməyən müttəfiq-skif İşpakanın qoşununu qılıncdan keçirən kimi qələmə versə də Manna ona tabe olmamışdı.

Aşşur allahının orakuluna verilən sorğularda Asarxaddon addımbaşı soruşur ki, atlar və qoşunla birlikdə aşşur rəisləri Midiya ölkəsindən xərac toplamağa gedəndə mannalılar onun xərac toplayanlarına hücum edəcəklərmi. Ahşerinin hakimiyyəti dövründə Aşşur əleyhinə midiyalılar üsyan qaldırdıqda mannalılar onlarla birlikdə çıxış etdilər. Güman edildiyi kimi Kaştaritinin başçılıq etdiyi madayların birliyi xalq hərəkatı nəticəsində yaranmışdı.

Kaştaritinin, mannalıların və müttəfiq kimmerlərin qoşunları Aşşurla mübarizədə qələbə çaldılar. Orakula sorğularda Kaştaritinin, kimmerlərin və mannalıların birləşmiş qoşunlarının tutmaq istədikləri müxtəlif şəhərlər sadalanır. Sorğulardan birindən görünür ki, Asarxaddon öz düşmənləri ilə danışıqlar aparmaq qərarına gəlir; məqsəd onların birliyini parçalamaq idi. O, madayların və ehtimal ki, mannalıların da yanına qasid göndərir; öz qızını skif hökmdarı Partatuaya ərə verib verməmək məsələsini müzakirə edir. Digər məlumatdan görürük ki, o kimmerləri öz tərəfinə çəkməyə cəhd göstərərək mannalılar əleyhinə çıxmaq qərarına gəlir. Lakin aşşurlular öz qüvvələrinə o qədər də əmin deyildilər. Aşşur hərbi başçılarından biri Asarxaddona müraciətnaməsində məsləhət görür ki, ordunun hamısını birdən Manna ərazisinə yeritməsin, təklif edir ki, hər ehtimala qarşı geri çəkilmək hadisəsi baş verərsə qoşunun sığına bilməsi üçün hərbi əməliyyatlar rayonunda qala tikilsin.

Ahşeri Aşşurbanapalın (e. ə. 669–627-ci illər) daha güclü təzyiqinin sınağından keçməli oldu. Həmin dövrdə Manna, Aşşurdan o qədər də gücsüz deyildi. Əvvəlcə Aşşurbanapal hətta sülh müqaviləsi vasitəsilə Manna tərəfindən zəbt edilmiş Aşşur qalalarının qaytarılmasına cəhd göstərir. Orakula müraciətində Aşşurbanapal soruşur: Xocələrin rəisi Nabuşarrunusur adamlar, atlar və Aşşur hökmdarı Aşşurbanapalın hərbi qüvvələri ilə (birlikdə) mannalıların tutduqları Aşşur qalalarını (qaytarmaq üçün getməyə yığışır); (əgər o getsə), istər xeyirxah sözlə, (dostluq) müqaviləsilə, (istər savaş, döyüş, dava etməklə), istər hər hansı bir insan hiyləhərliyi ilə, nə olur-olsun, bu qalaları o qaytaracaqmı-sənin böyük tanrılığına məlumdur. Lakin Aşşur torpaqları sülh yolu ilə qaytarılmadı. Ahşerinin və Aşşurbanapalın qoşunları arasınla döyüş baş verdi və mannalılar məğlubiyyətə uğradılar. Saysız-hesabsız kiçik yaşayış məskənləri ilə birlikdə səkkiz möhkəmləndirilmiş şəhər Ayuciaş, Paşa (…) Su, Busutu, Aşdiaş, Urkiyamun, Sixua, Naziniri, o cümlədən Urmeyate, Uzbia qalalarını və paytaxt İzirtunu əhatə edən yaşayış məskənləri oda tutuldu və qarət olundu.

Aşşurlular çoxdan onlara mənsub olan, lakin Mannalılar tərəfindən ələ keçirilmiş Allabria əyalətini və Aşşurla qonşuluqda yerləşən digər əraziləri özlərinə qaytardılar. Aşşurbanapal məlumat verir ki, o Ahşerinin əyalətlərini talayıb dağıtdı, onun bütün ölkəsini kiçiltdi, böyük qənimət və hədiyyələrlə sağsalamat Aşşura qayıtdı.

Bu məğlubiyyətdən sonra mannalılar Ahşerinın əleyhinə çıxdılar. Mənbələrin məlumatına görə ölkə əhalisi (nise mati) onun meyidini öz şəhərinin küçəsinə tullayıb cəsədini sürütlədilər. Onun qardaşlarını, ailəsini, nəslini qılıncdan keçirdilər. İ. M. Dyakonov bu üsyanı istismarçılar əleyhinə yönəldilmiş xalq üsyanı hesab edir. İ. H. Əliyev onun səbəbini hökmdar hakimiyyətinin despotik idarəyə çevrilməsində görür. Q. A. Melikişvili güman edir ki, narazılığa Manna hökmdarlarının skiflər və kimmerlərlə iqtifaqa aludəçiliyi və sonuncuların Manna torpaqlarında məskunlaşması səbəb olmuşdur. Bu üsyan Mannanın məğlubiyyətindən dərhal sonra baş vermişdir.

Aşşurbanapalın Ahşerinin bütün nəslinin qılıncdan keçirilməsi barədəki məlumatının əksinə olaraq Ahşeri öz oğlu Ualli ilə əvəz olunmuşdu. Ahşerinin əleyhdarları Aşşurlarla ittifaq tərəfdarları idilər və üsyan da onun köməkliyi olmadan hazırlana bilməzdi. Ahşerinin hətta öz paytaxtı İzirtunu tərk etdikdən sonra da, bir kitabəyə görə İştatti, digərinə görə isə Atran qalasında möhkəmlənərək aşşurlara kəskin müqavimət göstərirdisə Ahşerini öldürən qiyamçılar aşşurlara daha çox kömək göstərmiş oldular. Ahşernnin oğlu Ualli Aşşurun qələbəsini etiraf etdi, aşşurluların iddia etdikləri bütün xəracları ödədilər və əlavə olaraq daha 30 at verdilər. O, oğlu Erisinini və qızını hökmdara girov göndərdi. Buna cavab olaraq Aşşurbanapal Mannaya özünün sülh elçisini göndərir.

Aşşurbanipalın B silindrindəki kitabəsində Uallinin hakimiyyətə gəlməsi haqqında deyilir:

Manna dövlətinin adı çəkilən mixi yazılı mənbələrdə göstərilir ki, o, e. ə. 616-cı ildə Aşşurun Babillə son müharibəsinədək Aşşurun müttəfiqi olaraq qalmaqda idi. Gedd salnaməsi məlumat verir ki, Aşşuru ağır məğlubiyyətə uğradan Babil hökmdarı Nabopalasar (e. ə. 605-ci ildə ölmüşdür) aşşur əyanlarını və onlara köməyə gələn mannalıları əsir aldı. Gedd salnaməsində bu haqqda deyilir:

Aşşuru qəti olaraq tamamilə məğlubiyyətə uğradan madaylar Yaxın Şərqdə rəqabətsiz bir qüdrətli dövlətin əsasını qoydular. Onlar Manna dövlətini çox güman ki, e. ə. 615–610-cu illər arasında özlərinə tabe etmişlər. Lakin hələ bir müddət Midiyadan asılı bir dövlət kimi də olsa Manna öz müstəqilliyini saxlamışdı. Mannanın adı çəkilən sonuncu yazılı mənbə Bibliyadır. İeremiya kitabında Urartu dövləti, Manna və skiflər e. ə. 593-cü ildə madaylarla birlikdə Babil əleyhinə çıxışa çağrılırlar.

Mannada hökmdarlıq təsilatı irsi imiş. Bir-birinin ardınca hökmdarlıq edən Aza və Ullusunu İranzunun oğulları idilər. Aşşur hökmdarı Asarxaddonun müasiri Ahşeridən sonra Mannanı onun oğlu Ualli idarə edirdi.

Dövlətin başında irsi hakimiyyətə malik hökmdar dururdu. Dövlətin ərazisi hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü. Q. A. Melikişvilinin göstərdiyi kimi bu canişinlərın bəziləri hətta irsi hakimiyyətə malik olmuşlar. Mannada hökmdar hakimiyyəti, görünür, qeyri məhdudluğa doğru gedirdi; hər halda onlar sərbəst hakimiyyətə can atmışlar. Məhz bu, hökmdarın və onun yürütdüyü siyasətin tərəfdarları və əleyhdarları arasında daimi mübarizəyə gətirib çıxarmışdır. Manna siyasət kursunu dəyişmək üçün sui-qəsdlər edilir, mövcud hökmdarlar hakimiyyətdən salınır və özlərinə yarayanlar hakimiyyətə gətirilirdi.Sui-qəsdlərin başında çox zaman hökmdarın oğlu və ya qardaşı dururdu. Məsələn, Aşşur tərəfdarı olan Azanı Urartu ilə müttəfiqlikdə olan qardaşı Ullusunu hakimiyyətdən salmışdı. Eyni zamanda II Sarqonun məlumatından görünür ki, Ullusunu özünün böyükləri, ağsaqqalları, məsləhətçiləri, nəslinin nümayəndələri, canişinləri, ölkəsini idarə edən zadəganları, yəni hökmdar hakimiyyətini məhdudlaşdıran ağsaqqallar şurası sayılanlarla birlikdə II Sarqonu qarşılamağa çıxmışdı.

Hökmdar artıq hakimi mütləq idi. II Sarqonun dövrünə aid məlumatdan gördüyümüz kimi Manna hökmdarının tabeliyindən azad olmağa çalışan, onun ölkəsini idarə edən canişinlərin və başçıların sərbəstlik cəhdləri sıxışdırılır və məhdudlaşdırılırdı, onlar artıq özlərinə tabe ərazilərdə elə bir müstəqil hakimiyyətə malik deyildilər.

Yuxarıda göstərilən məlumatla II Sarqon qeyd etmək istəyir ki, Ullusunun özünün bütün qohum-əqrabası və Manna zadəganları ilə onu qarşılaması ona öz hörmət və dostluğunu göstərmək idi. Mətnin ardından məlum olur ki, Ullusunu özunün təhlükəsizliyini təmin etmək üçün hətta girov da götürmür əksinə II Sarqon üçün özünün böyük oğluna hədiyyələr verməyi tapşırır. O, öz hökmdarlığını möhkəmləndirmək üçün Aşşur hökmdarına stella həsr edir.

Q. A. Melikişvilinin fikrincə Manna hökmdar oğullarının aşşurlara girov verilməsi faktı Manna hökmdarlarının da suveren hakimlər olduğunu göstərir. Hökmdar hakimiyyətinin möhkəmlənməsi, onun əyanlar tərəfindən müdafiə olunması, inkişaf etmiş iqtisadiyyat Mannanın Yaxın Şərqin iri dövlətlərındən birinə çevrilməsinə imkan verdi.

Manna əhalisinin dini baxışları haqqında yazılı mənbələrin məlumatı son dərəcə məhduddur, bu qaynaqlarda Urmiya gölü hövzəsinin qədim sakinlərinin sitayiş etdikləri tanrıların adı çəkilmir, məbədlərin adı göstərilmir. Əldə olan bir neçə məlumat belə güman etməyə əsas verir ki, mannalıların şəhərlərində ayrı-ayrı məbədlər varmış və bu məbədlərdə tanrıların heykəlləri qoyulubmuş. II Aşşurnasirapal Zamuada alınan qəniməti sadalayanda zamualı Amekanın paytaxtı Zamridə ələ keçirilən bütlərdən də xəbər verir. II Sarqon deyir ki, mannalılar çar Ullusunu ilə birlikdə Aşşura və öz tanrılarına təşəkkür duası oxumuşlar: Onlar mənim səltənətimə Aşşurun və yaşadıqları ölkənin tanrılarının hüzurunda xeyir-dua vermişlər.

Arxeoloqlar Həsənlidə qazıntı zamanı aşkara çıxarılmış məskənin binalarından birini məbəd hesab edirlər; bu binanın ortasında kərpic meydança vardı, güman ki, gətirilən qurbanları burada yandırırlarmış. Divarlardan birinin dibində pilləkanlı səki aşkar edilmişdir; səkiyə üçayaqlı dəmir çıraq qoyulmuşdu.

Yerli əhalinin dini görüşləri haqqında maddi mədəniyyət abidələri daha çox məlumat verir. Dəfn adətləri, keramika və metal məmulatının, silindrik möhürlərin və digər əşyaların üzərindəki təsvirlər əhalinin mənəvi həyatının xüsusiyyətlərini əks etdirir.

Həsənlidən tapılmış qızıl camın yuxarı registrindəki təsvirlər tanrılara sitayişi və qurbanlar verilməsini xüsusilə parlaq şəkildə nümayiş etdirir. Qatırlar və öküz qoşulmuş üç döyüş arabasını ətəyi uzun, qolu qısa olan saçaqlı paltar geymiş allahlar sürürlər. Onların saçları bellərinə çatır. Tanrılara tərəf iki fiqur gəlir, ehtimal ki, kahinlərdir – biri qədəhdən şərab tökmək mərasimini icra edir, digəri ibadət edirmiş kimi əllərini qabağında tutmuşdur. İki xidmətçi onların ardınca qurbanlıq qoyunlar gətirir. Onlar da tanrılar və kahinlər kimi geyinmişlər, lakin saçları çiyinlərinədək kəsilmişdir.

Bu təsvir kompleksi allahlara şərab nəziri vermək mərasiminin icrasından, havaların məhsul üçün əlverişli olması naminə yalvarış və qurbanlar kəsilməsindən bəhs edən məhsuldarlıq mifləri ilə əlaqələndirilir. Camın üzərində təsvir edilmiş tanrıların baş geyimində qanadlara və buynuzlara bənzər şeylər vardır. Həsənlidə minalı divar üzərində buynuzlu tanrının başının relyefli təsviri aşkar edilmişdir. Qanadların olması bu ərazidə geniş yayılmış hurri ənənəsi sayılır.

Qızıl camın üzərində təsvir edilmiş, öküz qoşulu döyüş arabasını sürən ilk tanrını tufan, hərb tanrısı ilə eyniləşdirmək olar ki, onun da atributu öküzdür. Bu tanrı aşşurluların tanrısı Adada, urartuluların tanrısı Teyşebaya, hurrilərin tanrısı Teşşəba (Teşuba) uyğundur. Qatırlar qoşulmuş döyüş arabalarının sürücüləri Mesopotamiya tanrıları olan Günəş tanrısı Şamaş və Ay ilahəsi Sin ilə tutuşdurulur.Mesopotamiya təsvirlərindən göründüyü kimi, bu tanrılar tez-tez Adad tanrısını müşayiət edirlər. Bunlar üçü birlikdə təbiətin xeyirxah qüvvələrinin təcəssümü olan tanrılar üçlüyünü təşkil edirlər. Adətən mifik rəvayətlərdə xeyirxah qüvvələr şər qüvvələrlə qarşılaşdırılır və şər qüvvələrlə daim mübarizə aparılır.

Qədim əhali vəhşi və ev heyvanlarına fövqəltəbii qüvvələr kimi isnad edir, bəzilərini tanrıların rəmzi, müttəfiqi və ya əksinə, düşməni sayırdılar.

Mesopotamiya və Kiçik Asiya tanrıları ilə yaxınlıq, Urmiya gölü hövzəsinin vilayətləri ilə həmsərhəd ərazilər arasında mövcud olmuş qonşuluq münasibətləri və əlaqələr sayəsində mümkün olmuşdur. Lakin nəzərdən keçirilən ərazidə Aşşur və ya Urartu tanrılarının tam eyni olan tanrı təsvirləri tapılmamışdır. Məlumdur ki, qədim xalqların demək olar ki, hamısında təbiət qüvvələrinə sitayiş geniş yayılmışdı, lakin bu qüvvələr hər dəfə yerli şəraitə və adətlərə müvafiq olaraq təsvir edilirdi.

Nəzərdən keçirilən ərazinin qədim əhalisinin etiqadlarında dirilik ağacına sitayiş böyük yer tuturdu. Bu, Həsənlinin, Mərlikin, Ziviyənin qədim əhalisinin incəsənətində də öz əksini tapmışdır. Sənətkarların hazırladıqları bir çox metal və sümük əşyalarda, möhürlərdə dirilik ağacı və yanlarında ayaq üstə durmuş və yaxud diz çökmüş heyvanlar təsvir olunur. Həsənlidən tapılmış qab parçalarından birində, Mərlikdən tapılmış möhürlərdə ağacın qabağında dayanan dağ keçisinin təsviri vardır.

Mərlikdə aşkara çıxarılmış qədəhin üzərindəki təsvirdə də dirilik ağacının yanında qanadlı öküzlər dayanmışdır. Ziviyədə aşkara çıxarılmış qızıl pektoralın yuxarı registrində stilləşdirilmiş dirilik ağacı, onun yanında qabaq ayaqlarını qaldırmış dağ keçiləri, aşağı registrdə qanadlı öküzlər təsvir edilmişdir.

Dirilik ağacına sitayiş Yaxın Şərqdə geniş yayılmış motivdir. Dirilik ağacı təbiətin ölməsi və dirilməsi ideyasını, qədim əhalinin əhyaya və axirətə inamını təcəssüm etdirirdi. Müvafiq dövrün dəfnləri də buna sübutdur. Ölünü sağlığında nədən istifadə eləmişdisə və o dünyada ömrünü davam etdirmək üçün nə lazımsa hamısı ilə təmin edirdilər. Qəbirlərə silah, bəzək şeyləri, içində yemək-içmək olan çoxlu qab-qacaq qoyulurdu; bəzən qazıntı zamanı bu yemək-içməyin qalıqları tapılır. Qəbirlərə hökmən qoyulan əşyalardan biri də, ehtimal ki, dini mərasimlərdə işlədilən və içərisinə müqəddəs su doldurulan uzunlüləli qablar idi. Mərhumun baş tərəfində qurbanlıq heyvanlar yerləşdirilirdi.

Bu dövrdə əhalinin həyatında at xüsusi yer tuturdu. At, sözsüz, ilahiləşdirilirdi. Mərlik, Kaluraz və Şahtaxtı nekropolundan tapılmış materiallar sübut edir ki, atlar ayrıca qəbirlərdə basdırılırdı.

Əfsanəvi xüsusiyyətlərə malik olduqları güman edilən atların təsvirlərinə sənətkarların qayırdıqları əşyalarda da rast gəlinir. Materiallar göstərir ki, Urmiyaətrafı vilayətlərdə tanrılar panteonu varmış, əhali tanrılara sitayiş edirmiş, məbədlərdə ibadət olunur, qurbanlar kəsilir, dini ayinlər icra edilirmiş.

Həsənlu nekropolu həmin dövrdə qala divarlarından kənarda təpənin şimal yamacında yerləşirdi. Qəbiristanlıq ərazisindən V və VI dövrlərdə uzun bir müddət ərzində istifadə olunmuşdur. Qəbiristan ərazisində ilk qazıntıları 1947-ci ildə M. Rad və A. Hakemi aparmışlar. Sonralar R. Daysonun rəhbərlik etdiyi ekspedisiya artıq sistematik qazıntılar aparmışdır, qazılmış qəbirlər xronoloji baxımdan yaşayış məskəninin təbəqələri ilə ardıcıl olaraq uzlaşır. Qəbirlər göstərir ki, bu qalanın əhalisi dəfn zamanı hansısa müəyyən bir istiqamət tutmamışlar. Ölülər böyrü üstə, bükülü vəziyyətdə birbaşa torpaqda basdırılmışlar.

Kişilər xəncər, nizə, ox ucluqları, qadınlar isə qol və ayaq bilərzikləri, üzüklər, muncuqlar və baş geyimləri ilə birlikdə dəfn olunmuşlar. Bundan əlavə bütün qəbirlərə müxtəlif miqdarda saxsı qablar (güman ki, içinə yemək və içmək qoyulubmuş) dəsti qoyulmuşdur. Bütün qəbirlərdə mütləq uzunlüləli çayndanlarla (həmin çaydan V dövrün içki qablarını əvəz edir). təsadüf edilir. Görünür bu qablar mərasim əhəmiyyəti daşımışlar. Ölülərə heyvan qurban vermişlər. Qəbirlərdə mərhumun başı yanında qoyun sümükləri vardır. Qəbirlərdən birınin divarları çaydaşılardan səylə haşiyələnmişdir. Burada əsas ölü ilə yanaşı daha bir ölü də basdırılmışdır.

R. Dayson belə hesab edir ki, bu, cəmiyyətdə sosial iyerarxiyanın mövcudluğunu əks etdirir. Mərlik qəbirləri ictimai təbəqələşməni daha parlaq əks etdirir. Hökmdar qəbiristanlığı adlandırılan bu qəbiristan öz zənginliklərinə və görünür mövqelərinə görə də bir-birindən xeyli fərqlənən zadəganlara məxsus olmuşdur. Bəzi qəbirlər başqalarına nisbətən müxtəlif avadanlıq və qiymətli əşyalarla daha çox təmin olunmuşdur. Dəfn üçün qazılmış quyuların hamısının divarları gil məhlulu ilə, daşla örtülmüşdür. Dəfn adəti Həsənlu qəbirlərində olduğu kimidir.

E.ə. II minilliyin sonuna məxsus abidələr göstərir ki, mannalılar öz məskənlərini düşmənin əli çatmayan, eyni zamanda asan müdafiə edilən təbii yüksəkliklərdə və strateji cəhətdən əlverişli olan yerlərdə salmağa başlayırlar. E.ə. I minilliyə yaxın bu məskənlər tədricən qalın divarlar arasına alınır və əsl qalalara çevrilir.

Arxeoloji cəhətdən bu proses Həsənlunun V və IV dövrləri arasındakı keçid mərhələsi ilə əyaniləşir. Təpənin başında beşinci dövrə aid orta ölçülü tikili qalığı aşkar edilmişdir. Onun divarları 38×38×16 ölçülü kvadrat formalı çiy kərpiclərdən hörülmüşdür. Ölçülər göstərir ki, kərpiclərin ölçüsü sonrakı yüzilliklər boyu dəyişməmişdir. Bəzən bütöv kərpic sıraları yarım kərpiclərlə tamamlanmışdır. Məhz buna görə də bəzi yerlərdə divarın eni təqribən 60 sm-ə çatmışdır. Bu tikinti texnikasından IV dövrdə də istifadə edilmişdir. Lakin artıq həmin dövrdə tikililər möhkəm divarlarla dövrələnmişdir.

Manna dövlətinin yaşayış məntəqələrinin adını çəkən Aşşur mənbələri onları uzun mübarizədən sonra ələ keçirdikləri (bəzən də onlar buna müvəffəq olmurdular) möhkəmləndirilmiş qala şəhərlərə (alani dannuti) və bu qalaların ətrafında yerləşən yaşayış məskənlərnnə (alani sehruti sa limetisunu) ayırırlar. Urartu məskənləri də ələ keçirilmiş əyalətlərdə qalaların mövcudluğunu qeyd edir və onları alu — adi yaşayış məntəqələri və möhkəmləndirilmiş qalalar E. GAL agununi manu adlandırırlar.

Lakin şəhər-qalaların heç də hamısı yaşayış məntəqələri deyildi. Görünür, onların bəzisi yalnız mühüm strateji məntəqələrdə qərar tutan və daha vacib yaşayış mərkəzlərinin yollarını qoruyan müdafiə qurğuları imiş. Düşməndən müdafiə üçün bu qala-şəhərlərdə müəyyən qədər qoşun saxlanırdı. Habelə mühasirə təhlükəsi yarandıqda mal-qara buraya sürülür, yaxın kəndlərin sakinləri urada daldalanırdılar. Həmin qalalar təpənin başında divarla dövrələnmiş kiçik bir sahədə yerləşirdi. Görünür, Zibia (Uzbia, İzzibiya) da qədimdə bu cür qalalardan idi. Onun xarabaları hündürlüyü 90 metr olan təpədədir. Təpənin çox məhdud bir sahəni tutan, ətrafına çiy kərpicdən hasar çəkilmiş yuxarı hissəsində tikililərin qalıqları vardır.

R.Dayson özü belə güman edir ki, onu əhalinin daimi yaşayış yeri olan şəhər hesab etmək mümkün deyildir. A. Qodar Zibia qalasını indiki Ziviyə kəndi yaxınlığında dəfinə tapılmış yerin yaxınlığındakı təpə ilə lokalizə edir. Aşşur mənbələrində Zibia ilə yanaşı adı çəkilən Armait (Urmeyate) qalası isə ona yaxın, indiki Sahab kəndinin ərazisində lokalizə edilir. A. Qodar 5 km-də yerləşən Qaplantu şəhər yerini İzirtu ilə eyniləşdirir. Lakin İ. M. Dyakonov buna şübhə ilə yanaşır.

Assuriya qaynaqlarına görə Mannanın paytaxtı İzirtu bu qalaların bilavasitə yaxınlığındaymış. Onların adları həmişə birgə çəkilirdi və assurlar İzirtuya Zibia və Armait qalaları dağıdıldıqdan sonra yaxınlaşırdılar.
 
Həsənlu yaxınlığındakı Əqrəbtəpədə də qazıntı zamanı eynilə bu tipdən olan kiçik bir qala aşkar edilmişdir. Bu qalanın da ətrafına qabarıq bürcləri olan hasar çəkilmişdir. Qala iki dəfə yandırılmış, lakin dağıdıldıqdan sonra ilkin plan əsasında bərpa edilmişdir. Ola bilsin, Əqrəbtəpədə qurulmuş istehkam qədimlərdə Həsənlu təpəsində yerləşmiş şəhərin giriş yollarında bir maneə imiş. Düşmənin yaxınlaşdığını xəbər verən xüsusi bürclər də müdafiə məqsədlərinə xidmət edirdi. Əldə olan məlumata görə, Mannanın Saiqibutu vilayətində belə bürclər varmış: Dağ zirvələrində bürclər ucaldılmışdı, tonqal yandırılıb-yandırılmadığına gecə-gündüz göz qoyur və uzaqda olan çoxsaylı düşmən yaxınlaşdıqda xəbər verirdilər.

Giriş yolları müdafiə edilən şəhər-qalalar (alani dannuti) çox böyük bir ərazini əhatə edən və ən əlverişli mövqe tutan məskənlər idi. Bunlar daha ciddi möhkəmləndirilirdi, içqalaları, sarayları, məbədləri və digər memarlıq qurğuları vardı. Şəhər-qalaların bəzisi çar şəhəri (al sərruti) adlanırdı və çarın, əyanların, vilayət rəislərinin yaşayış yeri idi. Bu şəhərlər mədəniyyət, din və sənət mərkəzləri idi. Kiçik qalalar və onların ətrafında olan məskənlər dağıdılanda orada yalnız malqara zəbt edilirdisə, iri şəhərlərdən mal-qara sürülür, anbarların ehtiyatda olan taxıl, gümüş, mis, qızıl, sənətkar əməyinin məhsulları aparılırdı. Assuriya relyeflərində verilmiş bu cür qalaların zahiri görkəmini təsəvvürdə canlandırmağa kömək edir. Manna qalalarının tutma səhnələri Xorasabadda II Sarqon dövrünə aid relyeflərdə təsvir olunmuşdur.

Torpaqqalada Aşşur relyefinin qüllələrinə bənzər qülləciklər təsvir edilmiş, tunc lövhələrdən hazırlanmış üçmərtəbəli binanın modeli tapılmışdır. Karmirblurda da sümükdən kəsilib düzəldilmiş belə bir qülləcik tapılmışdır. Mannanın Uşkaya qalasını II Sarqon belə təsvir edir: Mən güclü silahımın hünərinə bu qalaya qalxdım, onun bol əmlakını qarət edib düşərgəmə daşıtdırdım. Qayaya söykənən bünövrəsini, səkkiz qulac qalınlığında qalanın möhkəm dinarını onun diş-diş olan üst hissəsindən ta hündür özülünədək birnəfəsə söküb yerlə-yeksan etdim. Qalanın içində olan evlərə od vurdum, onların uzun tirlərini yandırdım.

Ən mühüm qalaların müdafiəsini möhkəmlətmək üçün onların ətrafında dövrələmə xəndəklər qazır, torpaq bəndlər qururdular. Tarui və Tarmakisa belə qalalar idi.
 
Həsənlu təpəsində qazıntı zamanı tapılmış şəhər böyük təpəni tuturdu və o təpənin başında binalar tikilmişdi. Təpəni əhatə edən möhkəmləndirilmiş divarın salamat qalmış özülünün qalınlığı 3 metr 20 santimetrdir ki, bu da II Sarqonun kitabəsində deyilən təqribən 8 qulaca uyğun gəlir. Divarların özülü iri daş tavalardan hörülmüşdür. Divarın tamamilə salamat qalmış özülünün hündürlüyü 2 metr 60 santimetrə yaxındır. Qala divarının qalan hissəsi isə kvadrat şəkilli çiy kərpicdən tikilmişdi. Güman edirlər ki, divarların hündürlüyü 10 metrə yaxın ola bilərdi. Qalanın bütün çevrəsi boyunca bir-birindən 30–35 metr aralı, hərəsi 10 kvadratmetr olan on bir ədəd kvadratşəkilli, qabarıq bürc tikilmişdi. Bürclər arasındakı divar 3×0,5 metr ölçülü iki dayaq divarla möhkəmləndirilmişdi. Qalanın mərkəzində onun qalan hissəsindən hündür olan içqala vardı. Binaların arasından yerinə iri daşla döşənmiş küçə keçirdi. Binalar iki və ya üç mərtəbə idi. Yuxarı mərtəbələrə pilləkan vardır.

Binaların kərpic divarları da daş binövrənin üstündə hörülürdü. Kərpiclər 38×38×16 santimetr ölçüdə kvadrat şəkilli çiy kərpiclər idi. Divar bir cərgədə bütöv kərpicdən və bir cərgə yarım kərpicdən hörülürdü, beləliklə qalınlığı təqribən 60 santimetrə çatırdı. Yaşayış binalarının dəhlizi, ona bitişik yan otaqları, pillə suvanmış daş özüllər, üzərində diametri yarım metr olan ağaç sütunlar vardı. Divarların qalıqlarına görə güman edirlər ki, sütunların hündürlüyü 7 metrdən çox imiş. Zalın divarları boyunca çiy kərpicdən tikilib gillə suvanmış skamyalar, zalın ortasında ocaq vardı. Saray kompleksinin ayrı-ayrı otaqlarında divarlara şirələnmiş kərpicdən üz çəkilmişdi. Yerə daş tavalar döşənmişdi148. Qapılar dabanlıqlara söykənən mehvər ətrafında fırlanırdı. II Sarqonun məlumatından məlumdur ki, çar saraylarının üstü sərv ağacından yonulmuş tirlərlə örtülür və bunların xoş ətri otaqları bürüyürdü.
 
Mannaya qonşu olan Allabria vilayətinin III Salmanasarın salnaməsində verilmiş təsviri, otaqlar haqqında müəyyən təsəvvür yaradır: Mən allabrialı Yanziburiaşın möhkəmləndirilmiş Şurdira şəhərini, qızıl qapısını, saray kənizlərini, xeyli mülkiyyətini ələ keçirdim. Buna müvafiq olaraq biz Manna şəhər-qalalarındada saray kənizləri üçün ayrıca zəngin bər-bəzəkli otaqlar olduğunu təsəvvürümüzə gətirə bilərik, xüsusilə də ona görə ki, Həsənlu qalasının sütunlu zala bitişik otaqlarının birindən eyni vaxtda tələf olmuş üzüklü, bilərzikli, dekorativ sancaqlı 44 qadının skeletləri tapılmışdır. Aşkar edilmiş silahdan məlum olur ki, çar əhatəsinin hərbi nümayəndələri üçün sarayda xüsusi otaqlar varmış. Tanrılara ibadət etmək üçün məbədlər tikilirdi. Məbədin baş otağının ortasında kərpic meydança var idi, güman ki, qurbangah imiş. Divarlardan birinin dibində pilləvari alçaq çəki düzəldilmiş və səkiyə üçayaqlı çıraq qoyulmuşdu. Yerə tava döşnmişdi; tavaların altından su axıdan boru keçirdi.

Təsərrüfat ehtiyacları üçün əsas binalara bitişik çoxlu köməkçi otaq tikilirdi: bunların bir qismindən taxıl və şorab saxlanan nəhəng qablar tapılmışdır. Şəhər-qalada əhalini sənətkarlıq məmulatı ilə təmin edən ustalar da yaşayırdı. Ustalara məxsus otaqlardan tökmə üsulu ilə tunc məmulat-balta, bəzək şeyləri və i. a. hazırlamaq üçün birtaylı və ikitaylı qəliblər tapılmışdır. Keramika məmulatını bişirmək və qurutmaq üçün evin qabağında sobalar qurulmuşdu, hazır məmulat evlərin yastı damlarında saxlanırdı. Qalanın ətrafında aşağılarda kiçik məskənlər (alani şihruti) yerləşirdi. Bunların sakinləri əkinçilik və heyvandarlıqla məşğul olur, şəhər-qalanı ərzaqla təchiz edirdilər. Bəzən bir şəhərin ətrafında xeyli məskən olurdu. Adətən mixi yazılarda düşmən şəhərləri üzərində qələbənin təsviri edilərkən yaxşı möhkəmləşdirilmiş şəhər-qalanı və onun ətrafında olan kiçik məskənləri zəbt etdim trafaret bir formuldan istifadə olunur. Bir çox əskənlərin əhalisi düşmənin hücumu zamanı yaxınlıqdakı qalada daldalanır, öz əmlakını buraya daşıyır, mal-qarasını sürüb gətirirdi. Qala mühasirəyə alınanda onun müdafiəsində qoşunlardan başqa, burada daldalanan əhali də iştirak edirdi. Kiçik məskənlər talan edilir və yandırılırdı, möhkəmləndirilmiş şəhər-qalaları isə işğal etmək heç də həmişə mümkün olmurdu, buna görə də onların bəzisi bir neçə dəfə mühasirəyə alınırdı. Lakin inşaat texnikası o qədər mükəmməl idi ki, dağıdılmış qalalar tez bərpa olunur, orada həyat davam edir, müdafiə qaydaya salınırdı.

Manna dövləti ərazisində müxtəlif yaşayış yerlərində arxeoloji qazıntılar aparılmış və müxtəlif qala – şəhərlər aşkarlanmışdır. Bu tipli yaşayış məskənləri ən çox Qərbi Azərbaycanda tədqiq olunmuşdur. Burada Urartu memarlıq cizgiləri ilə səciyyələnən qara vulkan daşından tikilmiş dördbucaqlı tikili olan Siyahtəpə qalası aşkar edilmişdir.

Yaxınlıqda isə Oğluqala adlı qala yerləşir. Urmiya gölünün sağ sahilində Kazımbaşı təpəsindəki xarabalıqda da qala divarlarının qalıqları aşkar edilmişdir. Mərənddən 19 km Şimal – Qərbdə, Livar təpəsində qala divarlarının qalıqları aşkar edilmişdir. Güclü yanğın izləri qalmış evlər yonulmamış daşlardan hörülmüşdür. Küncləri bürclü və geniş meydançalı qala divarlarının bir hissəsi saxlanılmışdır. Qazıntılar nəticəsində çoxlu Urartu keramikası (e.ə. VIII əsrədək) üzə çıxarılmışdır. V.Klayss gümün edir ki, Livar qalasının mövcudluğu Urartu dövründə Mərənd düzənliyinin sıx məskunlaşdığını göstərir və çox güman ki, II Sarqonun yürüş yolu bu vadidən keçmişdir.

Araz çayı vadisində Türkiyə – Azərbaycan – İran sərhədlərinin qovşağında Qala Sərənc adlanan qala aşkar edilmişdir. Müdafiə divarları Qərb tərəfdə yaxın, Şərq tərəfdə isə seyrək yerləşdirilmiş bürclərə malikdir. Uşpu – Nəgadehdən 8 km Şimal – Şərqdə keramika tapıntılarına görə Urartu dövrünə aid edilən istehkamın qalıqları aşkar edilmişdir. İstehkamın divarları yonulmamış sal daşlardan tikilmişdir. İndi bürc çıxıntıları gözə dəymir. Bu tikili çox güman ki, Uşnu vadisindən Urmiya düzənliyinə gedən yol üzərində keşikçi istehkamı olmuşdur.

Uşnudan 15 km Şərqdə çox böyük və dik bir təpədə qalatgah xarabalıqları yerləşir. Bəzi yerlərdə yaxşı yonulmuş sal daşlardan tikilmiş müdafiə divarları qalmışdır. Təpənin ən yüksək nöqtəsindən bütün Uşnu vadisi və Sulduz vadisinin bir hissəsi görünür.Qalatgah tapıntıları Həsənli III dövrünə uyğun gəlir. Keramika Həsənli və Ziviyə tapıntılarında olduğu kimi sadə və üçbucaqlarla cızılıb haşiyələrlə bəzədilmiş oyma oturacaqlı qırmızı və boz monoxrom gil məmulatı ilə təmsil olunur. Bundan əlavə bir neçə zərif, diqqətlə şüyrələnmiş Urartu tipli qırmızı keramika qalıqları da aşkar edilmişdir. Burada ağ daşdan hazırlanmış qaçan heyvan təsvirini stilizə edən Urartu tipli çökük silindrvari möhür də tapılmışdır. Silindrin asmaq üçün ilgəyi də var. Buradan sındırılmış daş blok üzərində Urartu kiitabəsi də aşkarlanmışdır. Mətndə Urartu hökmdarları İşpuini və Menuanın adları çəkilir.

Makudan Cənub – Şərqdə, Ağçay çayı vadisində, Bastam kəndi yaxınlığında böyüklüyünə görə az qala Van qalası və Torpaqqala ilə müqayisə ediləcək qədər möhtəşəm və yaxşı qalmış qala aşkar edilmişdir. Bir qədər əvvəl bu rayondan aşkar edilmiş və hazırda Tehran Arxeolji Muzeyində saxlanılan kitabəsin sayəsində müəyyən edilmişdir ki, qala Urartu hökmdarı II Rusa (e.ə. 685–645) dövründə tikilmişdir. Kitabədə Rusanın kiçik şəhərinin Xaldi tanrısına həsr olunmuş məbədin tikintisi barədə məlumat verilir. Təpənin ətəyində qala ilə eyni dövrdə mövcud olmuş, yaşayş məskəni yerləşirdi. Tikili qalıqları göstərir ki, burada binalar daş bünövrələr üzərində çiy kərpicdən tikilmişdilər. Buradan üzərində silindrvari möhür izi və mixi yazı olan gil bulla tapılmışdır. Yaşayış məskəni də qala ilə eyni vaxtda məhv olmuşdur. V.Klayssa görə qala və yaşayış yerləri təxminən e.ə. 600-cü ildə məhv edilmişdir.

 
Qədim sənətkarlar əsasən, təbii ehtiyatların onlara verdiyi imkanlardan faydalanmışlar. Puluadi əyaləti ilə yaxın qonşuluqda yerləşən Mərlik tapıntıları onların metal məmulatı istehsalında necə bir sənətkarlıq və məharətə nail olduqlarını göstərir. Aşşur hökmdarları göstərilən ərazilərdən metallarla yanaşı, onlardan hazırlanmış əşyaları da ələ keçirir va ya xərac kimi alırdılar. II Aşşurnasirapal Zamualı Amekanın çoxlu əşyalar, mis səhənglər, mis kasalar, mis məcməyilər, onun sarayının xəzinəsini, toplanmış varidatını ələ keçirdiyi barədə məlumat verir. III Salmanasar Gilzandan bac kimi gümüş, qızıl, qurğuşun, həmçinin mis qablar alır. V Şamşi-Adad Gizilbundada gümüş qablar, əla qızıl və mis ələ keçirir.

Həsənlu, Mərlik, Ziviyə və Naxçıvan zonasında aparılmış qazıntılar nəticəsində əldə edilən əşyalar, habelə Cənubi Azərbaycan ərazisindən e.ə. I minilliyin əvvəllərinə aid edilən təsadüfi tapıntılar bu ərazidə yaşamış əhalidə sənətkarlıq istehsalının yüksək səviyyəsi barədə mixi yazılı mənbələrə əsaslanan fikri təsdiqləyir. Bundan əlavə tapılmış əşyaların bəzilərinin qeyri-adi incəliyi və zərifliyi də sənətkarların çox böyük zövqə malik olduqlarını göstərir.

Hələ II Aşşurnasirapal məlumat verirdi ki, öz paytaxtı Kalxuya bu vilayətlərdən sənətkarlar aparırdı. Tapıntılar göstərir ki, sənətkarlar əl çatan bütün material növlərindən istifadə edir, metal, ağac, sümük, gil və daşdan məmulat hazırlayırdılar. Buradan tapılan əşyaların bəzisində Assuriya, Urartu və ya skif sənətlərinin təsiri nəzərə çarpırdı, ayrı-ayrı məmulatlar isə naşı təqliddən başqa bir şey deyildi. Yaxın Şərqin böyük bir hissəsində yayılmış təsvirlərin ümumi mürəkkəb süjetləri var idi.
 
Lakin sənətkarlıq məmulatının əsas qismi mükəmməlliyi və forma rəngarəngliyi ən qədim vaxtlardan burada inkişaf edən yerli sənətin özgünlüyünü göstərir. Oxşarlıq əlamətlər və təqlid ünsürləri müxtəlif vilayətlər və dövlətlər arasında qədimdən mövcud olan qarşılıqlı əlaqənin qanunauyğun nəticəsi idi. Mövcud quru yollarından başqa, Diyala və Xabur çayları kimi su yolları da Assuriya ilə əmtəə mübadiləsinə, şübhəsiz çox kömək edirdi. Yaxın Şərqi Egey sahilləri ilə birləşdirən yollar arasında Azərbaycandan Trabzona, oradan da Qara dənizlə qərbə gedən yollar böyük əhəmiyyətə malik idi. Azərbaycandan Kiçik Asiyanın qərb sahillərinə gedən yol münasib, asan yoldur və bu yolda mədəni mübadilə üçün, hətta təkərli nəqliyyat üçün də elə bir maneə yoxdur. Həsənludakı qədim qalanın ərazisində qazıntı zamanı sənətkar emalatxanası, emalatxanada isə tökmə üsulu ilə tunc dirəkciklər, baltalar hazırlamaq üçün qəliblərin qırıqları, habelə bəzək şeyləri hazırlamaq üçün qəliblər tapılmışdır.

Mannanın metal üzrə sənətkarlarının iş texnikasına birtaylı və ikitaylı açıq qəliblərdə tökmə işləri, naxışvurma, ştamplama və həkkaklıq daxil idi. Kənd təsərrüfatında həm tunc, həm də dəmir toxalardan, dəmir tiyəli oraqlardan istifadə edilirdi. Bunların bir neçə nümunəsi qazıntı zamanı Həsənludan tapılmışdır. Tunc kotan modelləri Mərlik qəbirlərində aşkar edilmişdir. Yuxarıda göstərilən obyektlərin hamısında aşkara çıxarılmış qəbirlərdə, habelə Həsənlu qalasında silah daha çox tapılmışdır.

Döyüş zamanı Həsənlu qalası dağıdılmış, vuruşan tərəflərin silahları onun xarabalıqları altında qalmışdı. Bu silahlar tunc və dəmirdəndi, bəzisi qızıl və gümüşlə zəngin bəzədilmiş, habelə inkrustasiya edilmişdi. Tuncdan və dəmirdən qayrılmış ensiz və yastı ox ucları bu dövr üçün səciyyəvidir.

Bu məntəqələrdə e. ə. VIII əsrin ortalarından Yaxın Şərqdə külli miqdarda meydana çıxan skif tipli ox ucluqlarına ümumiyyətlə təsadüf olunmamışdır. Tiyəsinin yuxarı hissəsində qabarıq aypara təsviri verilmiş xəncərlər Həsənlu qızıl camının üzərində təsvir edilmiş xəncərlərə bənzəyir. Döyülmüş dəmirdən hazırlanan açıq aypara tipli iri xəncərlər və qılınclar da geniş yayılmışdı. Bəzi xəncərlərin qəbzələri məharətlə bəzədilmiş, xəncərlərdən birinin qəbzəsi metal məftillə köbələnmişdi. Sümük və ağacla naxışlanmış qəbzələr də vardır. Bir xəncərin qəbzəsi həndəsi ornamentli zərvərəqlə örtülmüşdü. Üç-üç düzülən, gözləri sümükdən olan doqquz ədəd qabarıq insan başı ilə bəzədilmiş tunc toppuz maraq doğurur.
 
Həsənlu xarabalıqlarında iki tip – şiş və daraqlı döyüşçü dəbilqələri tapılmışdır. Tunc daraqlar tunc papaqlara yaxud toxunma və dəri papaqlara bərkidilirdi. Daraqlı dəbilqələrdən birinin darağında aydın həndəsi rəsm və papağında ilan təsvirləri var idi. Şiş, konusvari dəbilqələr Assuriya qoşunu üçün səciyyəvi idi. E. ə. I minilliyin daraqlı kaska-dəbilqələr qoyan Urartu döyüşçüləri də artıq II Sarduri dövrünə yaxın Assuriya dəbilqələri tipində dəbilqələr qoymağa başlamışdılar. Biri tuncdan, digəri dəmirdən olan iki yanaqlıq da tapılmışdır.

Qədim Həsənlu məskəni çox ehtimal ki, şiş dəbilqəli assurlar və ya urartulular tərəfindən dağıdıla bilərdi, deməli, güman etmək olar ki, daraqlı dəbilqəni yerli əhalinin döyüşçüləri qoyurmuşlar. Bunu ondan da yəqin etmək mümkündür ki, III Salmanasarın Balavat darvazasında daraqlı dəbilqə qoymuş dağ camaatı ilə vuruşan şiş dəbilqəli assurlar göstərilmişdir.

Mərlikdə nadir bir dəbilqə tapılmışdır. Güman edilir ki, bu dəbilqə hər hansı bir çara məxsus ola bilərdi və cah-cəlallı dekorativ görkəminə baxmayaraq ondan əməli surətdə istifadə olunurdu. Dəbilqə özü tuncdan idi, onun üstünə çəkilmiş qızıl və gümüş quramada şərab nəziri vermək ayinini icra edən saqqallı tanrı, əllərini qaldırıb ibadət edən ilahələr və onların başı üzərində qanadlarını açmış quş təsvir edilmişdi. Dəbilqənin arxa tərəfində lələkləri və ya tükdən olan daraqları sancmaq üçün lüləcik var idi. Bu dəbilqənin formasında e. ə. VII əsrin ortalarına aid Assuriya relyefində təsvir edilən Elam döyüşçüsünün başından yerə düşmüş dəbilqəyə oxşarlıq tapırlar.

Döyüşçünün geyiminə dəriyə və ya parçaya bənd etmək üçün deşikləri olan tunc çiyinliklər də daxil idi. Metal məmulat parçalara sancılan xeyli miqdarda müxtəlif qabarıq bəzək şeyləri ilə, həmçinin düymələr, pərçimlər, sancaqlar və i. a. ilə təmsil olunmuşdur. Ştamplama üsulu ilə rəsmlər basılmış tunc və dəmir zolaqlar aşkara çıxarılmışdır. Ehtimal ki, bunlar dəri kəmərlərə bərkidilmiş, bəzən tunc zolaqların pərçimləri dəmirdən, dəmir zolaqların pərçimləri isə tuncdan olurdu. Həsənluda tapılmış qızıl və gümüş məmulat da sənətkarların yüksək məharətinə gözəl misaldır. Yuxarıda adını dəfələrlə çəkdiyimiz qızıl cam, bir də gümüş qədəh xüsusilə maraqlıdır. Qızıl camın üzərində allahlara qurbanvermə mərasimi, miflərdən və ya görünür əhali arasında geniş yayılmış dastandan ayrıayrı səhnələr təsvir edilmişdir.

R.Dayson onun e.ə. IX əsrdən xeyli əvvəl – e.ə. I minilliyin əvvəllərində qayrıldığını qəbul edir. E. Porada bu camı daha əvvəllərə – e. ə. XII – X əsrlərə aid edir. R. Daysonun fikrincə üzərində hürrilər dövrü mesopotamiyalıları və suriyalıları xatırladan təsvirlər olan bu cam göstərilən əyalətlər üçün nadir əşyadır və o, buraya xaricdən gətirilə və yaxud mannalıların hərbi əməliyyatları zamanı ələ keçirilə bilərdi. Lakin digər əyalətlərdə aşkar edilmiş əşyalarla oxşarlığa malik olsa da Həsənlu qızıl camı təsviri üslub cizgilərinə və hazırlanmasının texniki xüsusiyyətlərinə görə hamısından fərqlənir. Həsənlunun özündə aşkar edilmiş tapıntılar və Mərlikdə yüksək sənətkarlıqla hazırlanmış çoxlu miqdarda zərgərlik əşyaları tapıntıların yerli mənşəli olmasını və inkişaf etmiş özünəməxsus zərgərlik sənəti məktəbinin mövcudluğu barədə fikir yürütməyə imkan verir. Gümüş qədəhin üzərində qızılla gümüş qatışığından – elektrondan düzəldilmiş relyefli təsvirlər vardır və bunlar ehtimal ki, qələbə səhnəsini əks etdirir: məğlublar cəng arabasının dalına düşüb gedirlər. Hər iki məmulatdakı təsvirlərdə eyni kompozisiya üsulundan istifadə edilmişdir.

Üzərində qrifonların və qanadlı öküzlərin qorelyef təsvirləri olan Mərlik qızıl qabları maraqlıdır. Qızıl qabların biri xüsusilə seçilir. Onun üzərində dirilik ağacının yanlarında dal ayaqları üstə qalxmış, qanadları olan dörd öküzün başlarının qabarıq təsviri vardır; bu heyvanların 2 santimetr qabağa çıxan relyefli başları ayrılıqda hazırlanmamış, qabın gövdəsi ilə birlikdə döymə üsulu ilə bütöv bir əşya kimi düzəldilmişdir.
 
Eyni bir əşyanı bir neçə metaldan hazırlamaq metodu məharətlə tətbiq edilirdi: Mərlikdə gövdəsi gümüş, lüləsi qızıl qab tapılmışdır. Ziviyə dəfinəsinin əşyaları arasında qızıl işləməli gümüş boşqab vardır. Metal qab tapıntılarından heyvan başı formasında hazırlanmış ritonları qeyd etmək olar. R. Girşmanın qeyd etdiyi kimi heyvan formalı ritonlar Qərbi Asiyada geniş yayılmışdı. Onlara Aşşur, Urartu, İran, mili həm də Manna ərazilərindəki qazıntılarda təsadüf olunur. R. Girşman ritonları üç növə ayırır: heyvan bədənli ritonlar (e.ə. VIII əsrədək), heyvan başlı ritonlar (e.ə. VIII əsrdən başlayaraq və Midiya dövründə) və Əhəmənilər dövrünə aid buynuz ritonlar.

E.ə. I minilliyin əvvəllərinə aid muxtəlif formalı ritonlar daha çox Qərbi İranda yayılmışdır. Həsənlu tapıntıları onların mannalılar arasında da yayıldığını göstərir. Qazıntılar zamanı buzov və at başı formalı pis saxlanılmış ritonlar, həmçinın qoyun başı formalı kiçik mis riton aşkar edilmişdir. Qoyunun gözləri, qaşları və burun pərələrinin üzərindəki zolaqlar Misir mavi pastası ilə bəzədilmişdir. Ritonun çənbəri heyvanın təsviri olan gümüş frizlə tamamlanır. Qoyunun buynuzu da gümüş vərəqlə örtülmüşdür.

Zərgərlik məmulatından mis, tunc, gümüş və qızıl boyunbağılar, sırğalar, bilərziklər, kəmərlər, qızıldan, serdolikdən, balıqqulağından düzəldilmiş çoxlu muncuq vardır. Bu bəzək şeyləri müxtəlif üsullarla: ştamplama, oyma, tökmə, deşmə üsulları ilə hazırlanır, həmçinin, burulmuş tunc və qızıl məftildən istifadə olunurdu.

Həsənluda qadınlar həlak olmuş bir binadan mis üzüklər, uzanmış şirlər formalı dəmir ilgəcli xeyli iri tunc sancaqlar aşkar edilmişdir. Onlardan bəzilərinə mis zəncirlər bərkidilmişdir. Buradan boyunbağının qızıl asmaları da tapılmışdır. R. Dayson onları Aşşurnasirapal dövrü relyeflərinin təsvirləri ilə müqayisə edir. E. O. Negahban Mərlikdən tapılmış yeddi guşəli ulduz təsviri olan relyefli qızıl asmanı da bu təsvirlərlə müqayisə edir.

Mərlik qızıl boyunbağılarından biri eşmə simlərdən hazırlanmış kəpənək formalı bəzəklə növbələşən yumru və uzunvarı formalı muncuqlardan düzəldilmişdir. Həsənludan da eyni ilə belə eşmə simlərdən düzəldilmiş bəzək əşyaları tapılmışdır. R. Girşman onu e. ə. IX–VIII əsrlərə aid edir. Mərlikdən tapılmış açıq ağızlı, dişi qabarıq şir ilə tamamlanmış qızıl bilərzik maraq kəsb edir. Şir başının gözlərinə və qulaqlarına çevrələr və nöqtələr vurulmuşdur. Bu bilərzik eyni tipli ən qədim bilərzikdir. Şir başlıqlı belə bir bilərzik Ziviyədən də tapılmışdır. E. Porada onu e. ə. VIII–VII əsrlərə aid edir. Ziviyədən yerli mannalı sənətkarların məhsulu hesab edilən iki qızıl kəmərin fraqmentləri tapılmışdır. Bütün qızıl lövhəciklərdə onu kəmərin dəri hissəsinə bərkitmək üçün dəliklər vardır. Kəsici alətlə edilən naxış mərasim nümayişində iştirak edən insan qrupu təsvir olunmuşdur.

 
Həm qəbirlərdən, həm də məskənlərdən tapılmış keramika sayca çox, forma və keyfiyyətcə rəngarəngdir – kobud düzəldilmiş mətbəx ləvazimatındən tutmuş müxtəlif təyinatlı incə, zərif məmulatadək cürbəcür əşyalar vardır. Həsənluda qazıntı zamanı aşkar edilmiş sənətkar evi adlandırılan tikilidə metal məmulat hazırlamaq üçün lazım olan alətlərdən başqa, həyətdən keramika bişirmək üçün soba da tapılmışdır. Hazır məmulat həmin evin damında qurudulurmuşdur. Uçulmuş damın üstündən çoxlu keramika qırıntısı tapılmışdır.

Yaxşı bişirilmiş, parıldayan və ya parıldamayan bozumtul-qara və qəhvəyi rəngli monoxrom keramika əvvəlki kimi yenə də dəbdə idi. Bu dövrdə qapalı sobalarda, azaldılmış atmosfer təzyiqi altında keramika bişirmək ənənəsi davam etdirilirdi.
 
Həsənlu keramikasının tədqiqatçısı belə hesab edir ki, saxsı qabların 40%-i yüksək keyfiyyətli qara-boz və ya tamamilə qara rəngli, 60%-i isə kobud hazırlanmış məmulatdan ibarətdir, şirli qablar isə elə bir faiz təşkil etmir. Sadə həndəsi rəsmlərlə bəzədilmiş, uzunlüləli qara, parlaq çaydanlar və ilməkvarı qulpu olan kuzələr o dövr üçün səciyyəvidir. Bu cür qablar-çaydanlar qazıntı zamanı IV Həsənludan, Göytəpədən, habelə Naxçıvan MR-də Qızılvəngdən, Muncuqlutəpədən, Mərdangöldən də tapılmışdır. Bunların lülələri uzunsov, dirsəkli, novşəkillidir, quş dimdiyinə bənzəyir. Bəzisində qulp əvəzinə kiçik bir çıxıntı vardır.

E.ə. I minilliyin əvvəlində Urmiya hövzəsi vilayətlərinin Assuriya ilə qarşılıqlı münasibətlərinin intensiv vaxtında şirli keramikadan hazırlanan əşyalar da meydana gəlir. Məlum olduğu kimi, assurlar bu növ keramika hazırlamaqda hələ Orta Assuriya dövründən kamilləşmişdilər. Həsənludan yerli ustaların əlinin məhsulu olan şirlənmiş boz, sarımtıl-boz və göyümtül-ağ rəngli nadir qablar və divar kaşıları, habelə buhların daha səliqəli hazırlanmış, ola bilsin, kənardan gətirilmiş bir neçə nümunəsi tapılmışdır.

Assuriya çarları basqın etdikləri ərazidən bol qənimət ələ keçirdiklərini, yerli hökmdarlardan hər il bac topladıqlarını bildirirlər. Birdəfəlik bac adətən taxılla alınmırdı, çünki kənd təsərrüfatı məhsulları ehtiyatından yürüşün özündə qoşunu dolandırmaq üçün istifadə olunurdu. Assuriya istilaçılarını mal-qara, metal və metaldan hazırlanan məmulat daha çox maraqlandırırdı. Lakin illik bac olaraq hər il başqa şeylərlə yanaşı taxıl da alınırdı.

Həsənluda aparılan qazıntı işlərinin nəticələri rayonun iqtisadiyyatında əkinçiliyin çox mühum yer tutduğunu söyləməyə imkan verir. Burada iki və altı cərgə arpa, bir neçə növ buğda və darı yetişdirilirdi. Digər tikintilər sırasında burada içərisində müxtəlif kənd təsərrüfatı məhsullarının qalığı olan anbarlar da aşkar edilmişdir.

Əkinçilik qədim əhalinin əsas peşələrindən biri olduğuna görə əkinçilik texnikası yüksək səviyyədə inkişaf etdirilməli idi. Dəmir dövrünə keçdikdən sonra əkinçilik alətləri təkmilləşdirilməyə başlandı. Tarlalar ağac kotanla, dəmir toxa ilə şumlanırdı. Taxıl dəmir oraqla biçilirdi. Həsənluda qazıntı zamanı dəmir toxalar və dəmir oraq tiyələri tapılmışdır. Şəkillərdən göründüyü kimi, təsərrüfatda yüklər iki və ya dördtəkərli arabalarda daşınırdı.

Təsərrüfat haqqında xüsusilə çox məlumatı II Sarqonun e. ə. 714-cü ildə Urartuya qarşı yürüşünün müfəssəl təsvirindən almaq mümkündür. Bu təsvirdə Mannada və onun tabeliyindəki vilayətlərdə arpa ilə dolu anbarların ələ keçirilməsindən, zəngin əkinçilik rayonlarının var-yoxdan çıxarılıb xaraba qoyulmasından danışılır. İstilaçının keçdiyi bütün yol boyunca mannalılar onun qoşununu ərzaqla təmin etməyə məcbur idilər. Məsələn, deyilir ki, Manna çarı Ullusunu Zirdakka qalasında mənim (II Sarqonun) qoşunumu yedirib içirmək üçün anbarlara un və şərab doldurmuşdur. Zikirtu ilə döyüşə hazırlaşanda II Sarqon Mannanın Panziş qalasını möhkəmləndirmişdi: Onun (Ullusununun) qalası Panzişə… yaxınlaşdım. Bu şəhəri daha da möhkəmləndirdim, onun içərisinə yağ, dən, şərab və döyüş ləvazimatını qaldırdım.

Uişdiş və Sanqibutu vilayətində çoxlu taxıl ehtiyatı var idi, görünür, müharibə ehtimalına qarşı və ya qıtlıq illəri üçün yaradılmışdı: onun ölkəni və camaatı dolandırmaq üçün uzun müddət anbarlara vurduğu bərəkətli arpa və buğda ehtlyatını qoşunumun atları, qatırları, dəvələri və ulaqları ilə daşıtdırıb öz düşərgəmdə qalaq-qalaq yığdırdım. Şəhərlərdə belə böyük albarlar olduğunu arxeoloji qazıntılar da sübut edir. Həsənluda qazıntı zamanı tapılmış binalardan biri təsərrüfat məqsədləri üçün istifadə olunurdu. Onun içərisində keramik məmulat, kənd təsərrüfatı məhsullarının: qala ətrafında yetişdirilən buğda, arpa, darı, əncir və üzümün qalıqları var idi.

Suvarma kanalları şəbəkəsi barlı-bəhrəli bağlar və üzümlüklər salmağa imkan verirdi. Bizə məlum olduğuna görə, Urartu çarı I Rusa mannalılardan zəbt etdiyi Sanqibutu vilayətinin Ulxu şəhərinin (müasir Mərənd şəhəri yaxınlığında yerləşirdi) ətrafında kanallar çəkdirmişdi. O, axar suyu aparan kanal qazmış və onu Fərat çayı kimi gur axmağa məcbur etmişdir. Kanaldan saycız-hesabsız arxlar ayırmışdı… zəmiləri həqiqətən suvarırdı. Bu təsvir Tuşpa şəhərinə çəkilmiş Minuanın yaxşı qalmış kanalını xatırladır.

Arxların bəzisi borularla yerin altından çəkilmişdi. Sanqibutu vilayətinin təxmin edildiyi rayonun yaxınlığında Bastam məskənində də uzunluğu 12 kilometrə qədər olan bu cür kanalın qalıqları tapılmışdır. W. Kleiss. Excavation of the Urartian fortress Rusahinili, Bastam, 1969, səh. 20 Güman edilir ki, kanallar çox uzun idi və Sanqibutunin xeyli hissəsinin torpaqlarını suvara bilirdi. Su, ola bilsin, Araz çayının qolu Kotor çayından götürülürdü.

II Sarqon Sanqibutu vilayətinin böyük, qamış kimi sıx bitən ağaclarını, meyvə bağlarını və üzümlüklərini, xüsusilə qeyd edir. Görünür, Mannada üzümçülük də böyük miqyas alıbmış. II Sarqon tənəkləri dağların pöhrəlikləri adlandırır. Burada şərabçılıq inkişaf etmiş sahə idi. Ulxu şəhərini aldıqdan sonra II Sarqon məlumat verir ki, gizli şərab zirzəmilərinə girmiş və onun qonşuları irili-xırdalı tuluqlardan ləzzətli şərabı çay suyunu içən kimi içmişlər. Mannanın digər vilayətlərində də şərab ehtiyatları var idi. Həsənluda qazıntı zamanı aşkara çıxarılan məskəndən bu cür şərab anbarları, onların içərisində isə torpaq döşəməyə basdırılan şərab küpləri tapılmışdı. Urartuda Karmir-blurda torpaq zirzəmiyə dörd çərgə düzülmüş iri çaxır küpləri (karas) olan belə binalar qazılıb aşkar edilmişdir. Bu küplər onun həcmini göstərən mixi yazılara və heroqlif işarələrə malikdir. B. B. Piotrovskinin məlumatına görə onların bəziləri 240 litrə yaxın çaxır tutur. Belə anbarlar Şərqi Anadoluda Altıntəpə yaşayış yerində də aşkar edilmişdir.

 
Manna ərazisində qaramal, davar, at saxlanılması mixi yazılardan bəllidir. Burada köçəri maldarlıq (yaylaq maldarlığı) inkişaf etmişdi. Mal-qara yazda dağlara sürülür, payızda vadilərə gətirilirdi. B.B.Piotrovskinin fikrincə ola bilsin ki, Urartu çarlarının yürüşlərinin vaxtı yaylaq maldarlığı ilə bağlı imiş. Daha çox qənimət ələ keçirmək mümkün olsun deyə, yürüşlər ya mal-qara dağlara sürülənə qədər, ya da dağdan qaytarılandan sonra edilirdi. Bu mülahizənin düzgünlüyünü o da təsdiqləyir ki, Həsənlu ərazisinə yürüş və qədim qalanın dağıdılması yayın sonuna təsadüf etmişdi: buradan üzümlə dolu qablar tapılmış, görünür, şərab çəkmək üçünmüş.

II Sarqon bildirmişdi ki, du'uzu ayı (iyun-iyul aylarına müvafiqdir) qoşun yığmaq və düşərgə salmaq üçün buyurulubdur. Yürüşlərin təsvirinin sonunda adətən çoxlu qaramal və davar aparıldığı haqqında məlumat verilirdi. II Aşşurnasirapal Daqara ölkəsindən və bütün Zamuanın çarlarından bac olaraq at, qaramal və davar tələb edirdi.

III Salmanasar Mannanın adını ilk dəfə çəkəndə buradan saysız-hesabsız qaramal və qoyun ələ keçirdiyini söyləyir. I Argişti Aza vilayəti və Mannada külli miqdarda mal-qara ələ keçirir. O, məlumat verir ki, 2411 baş qaramal, 6140 baş davar, 170 at və 62 dəvə aparmışdır. Aza vilayətində əsasən, əkinçilik və bostançılıq geniş yayıldığına görə, mal-qaranın hesabı bütövlüklə Mannaya aid edilir. I Argiştinin oğlu II Sardurinin kitabəsində bir neçə vilayətdən o cümlədən Puluadidən ələ keçirilən mal-qara sadalanır və sayı göstərilir. Puluadi ölkəsinin payına təkcə bir yürüş zamanı ələ kcçirilən təqribən 1400 baş at, 1200 başdan çox qaramal və 18 min başdan çox davar, 115 baş dəvə düşür.

Düşmən qoşunları hücum edəndə yerli əhali var-yoxunun heç olmazsa bir qismini qarətdən xilas etmək üçün, adətən mal-qarasını dağlara ötürürdü. Assuriya çarları dağlara sürülən mal-qaranı ələ keçirib geriyə, yəni vadilərə qaytardıqlarını tez-tez xəbər verirlər. V Şamşi-Adad Messi vilayətində, Mannanın özündə və başqa vilayətlərdə qaramal, davar, qoşqu atları və dəvələr ələ keçirmişdi.

Sənədlərdə dəvə çox az xatırlanılır. Onlardan yük heyvanı kimi istifadə olunmuşdur. Hökmdar I Rusanın torpaq sədlərin düzəldilməsində və kanalların çəkilməsində dəvələrdən istifadə etməsi bizə məlumdur.

Allahları aparan döyüş arabalarına qatır və öküzlərin qoşulmasını əks etdirən Həsənlu qızıl camındakı təsvirlər onlardan istifadəni göstərir. Tanrıların qabağına qurbanlıq qoyun gətirirdilər. Ölənlərə də qurban kəsirdilər. Qəbirlərdən, adətən keçi və qoyun sümükləri aşkar edilir.

Manna çarlığının vilayətlərində atçılığa çox böyük əhəmiyyət verilirdi. Qafqazda və Ön Asiya vilayətlərində at ən azı e.ə. III minillikdən məlum idi. E.ə. III minilliyin birinci yarısına aid Elam təsərrüfat sənədləri arasında ayğır, madyan və dayçalara aid məlumatlar vardır.

Kassilər dövrünə aid Babil sənədlərində və incəsənətində at xatırlandığına görə onun əhliləşdirilməsini kassilərlə əlaqələndirirlər. Atçılıq tədricən daha geniş yayılır. O, iqtisadiyyat və hərbi işdə aparıcı mövqe tutmağa başlayır, bəzi əyalətlər atçılığın inkişafı üzrə ixtisaslaşır. Mannanın təsərrüfat həyatında atın əhəmiyyətinin güclənməsini köçmə maldarlığın inkişafı ilə bağlayırlar. Malqaranın sayının çoxalması otlaqların genişlənməsini, maldarların get-gedə öz yaşayış məskənlərindən daha da uzaqlaşmasını tələb edirdi. At köç yurdlarını yaşayış məskənləri ilə birləşdirən əsas nəqliyyat vasitəsinə çevrildi.

E.ə. II–I minilliyin ayrıcında və xüsusilə I minilliyin əvvəlində minik atından hərbi məqsədlərlə istifadə edilməsi, süvariliyin yayılması irandilli əhalinin məskunlaşması ilə əlaqədar idi. Görünür, qonşu xalqların süvari qoşunları məhz öz silahlı süvariləri ilə güclü olan irandilli tayfalarla mübarizədə təşəkkül tapmışdı. Atçılıq sürətlə yayılır, iqtisadiyyatda və hərbi işdə getdikcə daha böyük yer tuturdu. Urmiya gölünün şimal-şərq əyalətlərinin təbii şəraiti – təbii otlaqlar olan alp çəmənlikləri və münbit vadilər atçılığın inkişafına imkan yaradırdı. Assuriya qaynaqlarında Urmiyaboyu vilayətlərdən alınan bac sadalanarkən tədricən at birinci göstərilir, bəzi vilayətlərdən bac olaraq ancaq at alınırdı. Mannaya yürüş etmiş çarların demək olar hamısı belə məlumat verirdi: Mannalılardan qoşqu atları bac aldım. Zamuadan, Gilzandan, Messidən, Gizilbundadan Assuriya çarına qoşqu atları göndərirdilər. I Rusa zamanında Urartulular tərəfindən tutulan, lakin Assuriya çarının köməyilə yenidən Mannaya
qaytarılan Manna vilayəti Subinin əhalisi at yetişdirməkdə xüsusilə mahir idi. II Sarqonun kitabəsində bu barədə ətraflı danışılır: Həmin vilayətdə yaşayan adamların bütün Urartuda süvari qoşun üçün at əhliləşdirməkdə tayı-bərabəri yoxdur. Öz geniş ölkəsində, öz çar alayı üçün bəslədiyi və hər il vergi kimi aldığı kiçik dayçaları, Urartu adamlarının Mannalılar ölkəsi adlandırdıqları Subi vilayətinə gətirirdilər, boy-buxununa baxmayınca, minib səyirtməyincə, gərdişə gəlməyi, dövrə vurmağı, dönməyi, döyüş üçün vacib olan bütün vərdişləri öyrətməyincə bu dayçaları yəhərləmirdilər.

Urartu hökmdarı I Rusanın döyüş zamanı minik atlarından istifadə etməsi II Sarqonun: öz qoşununu sıraya düzdü, onları qaçağan minik atlarına mindirdi və silah verdi məlumatından da bəlli olur.

Subi vilayətinin Sanqibutu ilə həmsərhəd zonasında Uşkaya ilə Tarmakisa (indiki Təbriz) qalaları arasında yerləşən Aniaştaniya məskənini II Sarqon ilxılar evi adlandırır.

Gizilbunda vilayəti qəsəbələrin rəisləri Mannanın Zirdiakka qalasına II Sarqona qoşqu atları, sayagəlməz qaramal və davar gətirirdilər. Mannalı Ullusunu da II Sarqona qoşqu ləvazimatı ilə birlikdə qoşqu atları bəxş etmişdi.

Həsənludan tapılan müxtəlif əşyaların üzərindəki rəsmlərdən görünür ki, təkərli nəqliyyat da, atminmə də geniş yayılmışdı. Qızıl və gümüş canların üzərindəki təsvirlər biratlı və ikiatlı arabaların mövcud olduğunu göstərir. Bunların bəzisi çox tutumlu idi: ikiatlı arabada üç adam yerləşirdi. Arabanın dalınca iki döyüşçü yəhərsiz at aparırdı. Archeology, XII, 3, p. 171 Hər iki arabanın təkərlərində Assuriya və Urartu arabalarında olduğu kimi altı dəndənə vardı.

Həsənluda e.ə. IX əsr layından üzərində at və atlı təsviri olan ağac relyef tapılmışdır. Qazıntı zamanı aşkar edilmiş əşyalar arasında at, qoç və buzov başı formasında məharətlə hazırlanmış ritonlar (su içmək üçün qablar) vardır. Buradan kəm və bər-bəzəkli qoşqu şeyləri ilə birlikdə dəfn edilən at da tapılmışdır. At dəfn etmək Naxçıvan ərazisində də geniş yayılmış bir adət idi. Qədim Şahtaxtı qəbiristanının bir çox qəbirlərində çoxlu qab-qacaqla birlikdə at skeletlərinə də rast gəlinir, lakin insan sümüklərinin izləri yoxdur. Mərlik mədəniyyəti daşıyıcılarının dəfn adətlərindən də ata xüsusi münasibət bəslənildiyini, ona hətta müəyyən dərəcədə sitayiş edildiyinn görmək olar. Döyüşçülərin məzarları ilə yanaşı, atlar üçün ayrı-ayrı dəfn kameraları qurulurdu. Bu kameralardan at dişləri və tunc gəmlər tapılmışdır. Kaluraz məhəlləsində ayrı-ayrı at qəbirləri aşkar edilmişdir. Hər bir qəbirdən bütün qoşqu ləvazimatı və bəzək şeyləri ilə birlikdə üç at skeleti çıxmışdır.

Azərbaycan ərazisi coğrafi mövqeyinə görə əsrlər boyunca həm qonşu dövlətlərin, həm də heç şübhəsiz, bir qismi sonradan məskunlaşaraq yerli əhali ilə qaynayıb-qarışan, yeni mədəniyyət gətirən, çox vaxt da burada mövcud olmuş mədəniyyətin varislərinə çevrilən bir çox köçəri tayfa qruplarının mütəmadi təsiri və hücumlarına məruz qalmışdır.

Mixi yazılı mənbələrin məlumatları həmişə, adətən çox yığcam olur; onlarda ancaq öz məğlubiyyət və uğursuzluqlarından heç vaxt söhbət açmayan ayrı-ayrı yadelli hökmdarların zəfər yürüşləri ilə bağlı məlumatlar verilir. Aşşur mixi yazılı materiallar bir çox tədqiqatçılar tərəfindən nəşr və tədqiq edilmişdir. Aşşur hökmdarı II Sarqonun (e. ə. 722–705-ci illər) e. ə. 714-cü ildə Urartuya hərbi səfəri barədə tanrı Aşşura verdiyi hesabatda Manna dövlətində baş vermiş hadisələr haqqında nisbətən ətraflı məlumat vardır. Kitabə F. Tyuro-Danjen tərəfindən nəşr edilmişdir.. Urartu tarixinə dair kitabələrin rus dilinə tərcüməsi və digər materiallarla birlikdə hərtərəfli şərhlər İ. M. Dyakonovun Ассиро-вавилонскии источники по истории Урарту əsərində verilmişdir. Müxtəlif vaxtlarda aşşurşünaslar tərəfindən ayrı-ayrı Aşşur hökmdarlarının qayaüstü kitabələri və məktubları nəşr edilmişdir. Aşşur hökmdarlarının o dövrə aid bütün məlum kitabələrinin toplu nəşrini D. D. Lyükenbil həyata keçirmişdir. Manna və onunla qonşu ölkələr haqqında dərc edilmiş aşağıdakı mətnlər əlavə məlumatlar verir. A. Heydelin A New Hexagonal Prism of Esarhaddon nəşrində Manna əhalisinin, bu qiyamçı qutilərin pərən-pərən salınması haqqında məlumat verilir, kimmerlər və başda İşpakay olmaqla Manna ilə ittifaqa girən (sonralar döyüş zamanı öldürüldü) skiflər xatırlanır. Q. Q. Kameronun The Annals of Salmaneser III, King of Assyria nəşrində isə Daxili Zamuaya hərbi yürüş və adı indi, Həsənlidan tapılmış daş qab üzərindəki kitabədən məlum olan İda torpaqlarındakı şəhərlərin işğalından bəhs olunur. N. V. F. Saqs Zamua və mannalıların adı çəkilən Nimrudan tapılmış məktubları çap etdirmişdir.

Aşşur hökmdarları III Tiqlatpalasarın (e. ə. 744–727-ci illər) və Sarqonun (e. ə. 722–705-ci illər) yeni kitabələri L. Levin (L. D. Levine. Two Neo- Assyrian Stelae from Iran. Royal Ontario Museum. 23, 1972) tərəfindən nəşr olunmuşdur. Birincinin kitabəsində Manna hakimi İranzunun və II Sarqonun kitabələrindən bizə tanış olan Elippi hakimi Taltanın adı çəkilir, onların Namri, Sanqibutu ölkələrinin və bütün dağlıq ölkələrin hakimləri üzərinə qoyulmuş xərac, habelə bütün bu torpaqlarda öz stelalarının qoyulduğu barədə məlumat verilir. Aşşur mənbələrinin xəbərlərini Urartu hökmdarlarının məlumatları tamamlayır. Urartu mətnləri müxtəlif alimlər tərəfindən ayrı-ayrı dövrlərdə aşkar və nəşr edilmişdir. Onlar ümumiləşdirilmiş şəkildə F. V. Köniq tərəfindən çap olunmuşdur (F. W. Konig. Handbuch der chaldischen Inschriften, I–II, Graz, 1955–1957).

Urartu kitabələrinin hamısının tam toplusunu rus dilinə tərcümə, izahlar və biblioqrafiya ilə birlikdə Q. A. Melikişvili Урартские клинообразные надписи əsərində çap etdirmişdir. Q. A. Melikişvili sonralar tapılmış kitabələri Вестник Древней Истории jurnalında (1971-ci il № 3–4); nəşr etdirmişdir. Cənubi Azərbaycan ərazisində tapılmış kitabələr lokalizə üçün mühüm əhəmiyyətyə malikdir. Urartu hökmdarı Minuanın (e. ə. 810–780-ci illər) Urmiya gölünün cənubi-şərq sahilində yerləşən Daştəpə qayasındakı kitabəsində Meişta şəhərinin işğalı və Manna ölkəsinə hərbi yürüş barədə məlumat verilir. Urmiya gölündən cənubda, Uşnu vadisindəki Qalatgah xarabalığında Minua və İşpuininin (e. ə. 810–805-ci illər) birgə hökmdarlıqları dövrünə aid kitabəsi bizə gəlib çatmışdır. Savalan dağının cənub ətəyində, Sərabdan şimali-şərqdə, Təbrizdən Ərdəbilə gedən yolda tapılmış iki kitabə B. S. Varren tərəfindən nəşr edilmişdir. Biri 16, digəri isə 12 sətirdən ibarət olan hər iki kitabə Rusanın oğlu Argiştiyə (e. ə. 714–685-ci illər) məxsusdur. Digər bir qayaüstü Urartu kitabəsi Cənubi Azərbaycanın şimal hissəsində, Vərzəqan inzibati mərkəzi yaxınlığında yerləşən Sekendel yaşayış məskənindən tapılmış və Təbriz universitetinin professoru M. C. Məşkur ərəfindən nəşr edilmişdir. Kitabə Q. A. Melikişvili tərəfindən oxunmuş və çap olunmuşdur (VDİ, 1960, № 3; 1971, № 3). Kitabəlar əsasında hələ II Sardurinin (e. ə. 760–730-cu illər) salnaməsindən məlum olan Puluadi ölkəsini və onun Q. A. Melikişviliyə görə kitabələrin tapıldığı yerin yaxınlığında yerləşən Libliuni hökmdar şəhərini lokalizə etmək mümkündür. Mixi yazılı mənbələrdən bizə hələlik Cənubi Azərbaycan ərazisində məlum olan ən qədim şimal ölkə Puluadidir. O, əvvəllər düşünüldüyü kimi Aşşur və Urartu işğalçılarının gedib çatmadıqları ərazidə yerləşirdi. Urartu mənbələrindəki coğrafi adları lokalizə edən materiallar məşhur rus alimi İ. Dyakonov və Azərbaycan alimi S. Qaşqayın birgə nəşr etdirdikləri əsərdə toplanmışdır.

 
Cənubi Azərbaycan ərazisində arxeoloji qazıntılar son vaxtlaradək çox məhdud miqyasda aparılırdı. Tapıntıları əsasən tunc dövrünə və dəmir dövrünün başlanğıcına aid olan Astara çayı boyunca İran Talışına ekspedisiyadan sonra, 1940-cı ildə E. F. Şmidt qədim yaşayış məskənləri qalıqlarının təyyarədən foto-şəkillərini çəkmişdir.

Boz daşdan yonulmuş, böyürlərində heroqlif işarələri olan heyvan fiqurları Göytəpə üçün səciyyəvidir. T. Berton Braun Göytəpə tapıntılarını Qafqaz və Aralıq dənizi materialları ilə müqayisə edir.

Təbrizdən cənubi-şərqdə yerləşən Yanıqtəpədə arxeoloji qazıntılar aparılır. Lakin bu qazıntılar hələlik çox az material vermişdir. E. ə. I minilliyin əvvəllərinə aid olan tapıntılar Həsənluda Grey Ware Phase (boz gil məmulatları dövrü) dövrunə uyğun gələn boz gil məmulatlarının üstünlük təşkil etdiyini göstərir.

Tehran universitetinin professoru Ə. O. Negahbanın Qızılüzən (Səfidrud) çayının aşağı vadisində yerləşən Mərlik təpəsində apardığı qazıntılar zəngin və çeşidli materiallar verməkdədir. Buradan qəbirlərdəki zəngin dəfn avadanlığına görə Ə. O. Negahbanın hökmdar nəslinə və əyanlara məxsus etdiyi qədim qəbiristan aşkar edilmişdir. Ölülər, sağlıqlarında istifadə etdikləri hər şeylə – içərisinə yemək və su qoyulmuş adi mətbəx avadanlığından tutmuş gözəl ayin qabları və bəzək şeylərinədək, ovçular və döyüşçülər isə hətta silahla təchiz olunmuşlar. Bundan əlavə, Mərlik qəbiristanının bir xüsusiyyəti də atların hər cür əsləhə ilə birlikdə, ayrıca basdırılmasıdır. Görünür, at Mərlikin qədim sakinlərinin həyatında mühüm rol oynamışdır. Mərlikdən aşkar edilən zərgərlik və keramika məmulatı o dövr sənətkarlarının zövq və məharətləri, yüksək sənətkarlıq texnikası haqqında çox şey deyir.

Çoxlu zərif və zəhmət tələb edən bədii işləri özü ilə basdırmağa razı olan bu yerli əyanların lazımınca varlı olduqlarını qeyd etməliyik. Ə. O. Negahban bu qəbirləri e. ə. IX əsrə aid edir; lakin, belə hesab edir ki, onlardan tapılan bəzi əşyalar daha əvvəllər hazırlanmışdır. Mərlik tapıntıları Mitanni və Urartu incəsənəti, həmçinin Talış, Şimali-Qərbi İran, Gilan və Mazandaran əyaləti materialları ilə oxşarlıq aşkara çıxardır. Məhz buna görə də Ə. O. Negahban güman edir ki, bu əyalətlərə ola bilsin ki, siyasi və iqtisadi cəhətdən Mitanni dövlətinin tənəzzülü və Midiya dövlətinin təşəkkülü ərəfəsində yaranmış Mərlik hökmdarlığı başçılıq etmişdir. Bu nəticə çox da konkret deyildir; belə ki, müəllif çox uzun bir zaman fasiləsi — təqribən min il müddət göstərir. Bundan əlavə Mərlik dövləti siyasi ağalıq olmadan da qonşu tayfalarla qarşılıqlı əlaqələr nəticəsində təsir göstərə və təsirə məruz qala bilərdi.

İran arxeoloji cəmiyyəti Əli Hakeminin rəhbərliyi altında Qızılüzən çayı vadisində, Mərlikin yaxınlığında Kaluraz adlı yerdə də qazıntılar aparır. Qazıntılar nəticəsində bünövrəsi daşdan, özü isə ağacdan olan binaların qalıqları aşkara çıxarılmışdır. Bu tikintilərdən bir qədər kənarda nekropol yerləşir. Əli Hakemi, bu mədəniyyətin antik mənbələrə görə Qızılüzən çayı vadisində məskunlaşmış mard tayfalarına məxsus olmasını güman edir. Kaluraz tapıntıları e. ə. I minilliyin ilk əsrlərinə aid edilir.

Ziviyə kəndi sakinləri tərəfindən Saqqız yaxınlığında tapılmış dəfinə xüsusi maraq kəsb edir. R. Girşman hesab edir ki, bu yeri tutan skiflər ona öz adlarını vermiş və Saqqız sözü Saka sözündən törənmişdir. Ziviyə kəndinin adı II Sarqon və Aşşurbanipalın kitabələrində Zibia— İzzibia—Uzbia kimi qeyd edilən Manna qalasının adı ilə müqayisə edilir. R. Daysonun tədqiq etdiyi ərazinin təsvirinə görə, Zibia, görünür əhalinin yaşadığı yer – şəhər yox, daha mühüm yaşayış məskənlərinə gedən yolu kəsən və ancaq qoşun yerləşən adi istehkam məntəqəsi olmuşdur. Ziviyə dəfinəsi əşyaları e. ə. IX–VII əsrlərə aid edilir. Ziviyə dəfinəsi bu əraziyə bir tərəfdən güclü qonşuların (təcavüzünün) gücləndiyi, digər tərəfdən isə yeni köçəri tayfaların daha intensiv axınının başlandığı həmin hərc-mərclik dövrünü özündə əks etdirir. Bütün bunlar təsərrüfat formalarında dəyişikliklərə, əhalinin təsviri sənətində müxtəlif üslubların qarışmasına və paralel mövcudluğuna səbəb oldu.

Kubanyanı və Şimali Qara dənizyanı skif kurqanlarının sənət abidələri ilə müqayisə edilən Ziviya dəfinəsinin skif üslubu qızıl əşyalarını B. B. Piotrovski e. ə. VII əsrin sonuna və VI əsrin əvvəllərinə aid edir. R. B. Barnet Ziviyə dəfinəsini müxtəlif dövrlərdə və ayrı-ayrı üslublarda hazırlanmış əşyalarla birgə dəfn sayır. Bütün bu əşyaların tapıldığı sarkofaqı təsvirlərinə və formasına görə o, e. ə. VII əsrin sonlarına aid edir.

A. Qodar əşyaların əksəriyyətini, R. Girşman isə onların ancaq bir qismini (digərlərini o, aşşurlara və ya skiflərə aid edir) mənşəcə yerli hesab edirlər. A. Qodar ilk, eləcə də sonrakı nəşrlərində güman edir ki, skiflər mannalıların incəsənətini qəbul etmiş və bu dintez sayəsində sonralar Ön Asiya və Orta Rusiyada yayılmış skif heyvani üslubunu yaratmışlar. S. İ. Rudenko özünün Искусство Алтая и Передней Азии (Moskva, 1961) əsərində Ön Asiya incəsənəti (qismən də Ziviyə əşyaları) ilə Altay və Şimali Qara dəniz kurqanlarından tapılmış əşyalarda bəzi ümumi cizgilər aşkara çıxarır.

Lakin o, Ön Asiya incəsənətinin skif tayfaları incəsənətinə təsirinin izahını düzgün saymır. O, eyni zamanda qeyd edir ki, Şimali Qara dənizyanı abidələrində qabarıq əks olunan e. ə. I minilliyin birinci yarısına aid edilən Ön Asiya incəsənəti ünsürləri, xüsusilə də skif heyvani üslubu vaxt ötdükcə, Qara dənizyanı skiflərin Ön Asiya ilə əlaqələri zəiflədikcə tənəzzülə uğrayır və sadələşir. E. ə. V əsrdə Qara dənizyanı skiflərinin incəsənətinə yunan incəsənəti öz təsirini göstərir. Skif incəsənətinin Ön Asiya incəsənətinin təsiri altında yaranması nöqteyi-nəzərini M. İ. Artamonov da müdafiə edir. O, belə hesab edir ki, bu incəsənət nə skif, nə də Midiya mədəniyyəti olmuşdur; bu, gəlmələrin qədim Mesopotamiya bədii irsini mənimsəməyə əsaslanan incəsənətidir.

S. Qaşqay qeyd edir ki, Manna incəsənəti də gəlmə tayfaların incəsənətinə təsir etməliydi, belə ki, onların gəldiyi dövrdə Manna əhalisi oturaq həyat tərzi keçirirdi və yüksək inkişaf etmiş sənətkarlıq istehsalına malik idilər. Bunu Ziviyədən tapılmış əşyalardan başqa daha əvvəlki dövrə aid edilən Həsənlu tapıntıları da göstərir. Bu zonada ən böyük arxeoloji obyekt Urmiya gölünün cənub sahilində, Həsənlu kəndi yaxınlığında yerləşən təpədəki qədim yaşayış məskənidir. Həsənlu təpəsi Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığında yerləşir. Vadiyə giriş çətindir, sanki hər tərəfdən əhatələnmişdir; o qərbdən Zaqroş dağları, cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Ora giriş ancaq qərbdən Kəlyaşin və Rəvanduz aşırımı, şərqdən isə Kadar çayı boyunca mümkündür.

Daha çox zənginliyi və müxtəlifliyi ilə seçilən V və IV dövrlərdir. Keramika məmulatı dibinin formasına görə Button Base Phase adlanan V dövr e. ə. 1200–1000-ci illərə aid edilir. Bu dövrdən başlayaraq Həsənlu təpəsi kiçik binalarla abadlaşdırılır. E. ə. 1100–800-cü illərə aid IV dövr Grey Ware Phase əvvəlki dövrlərdə təsadüf edilməyən xarakterik cizgili, əsasən şüyrələnmiş boz-qara keramika ilə səciyyələnir. Təpənin mərkəzindəki iri tikintilər və kvadrat qülləli qala divarları həmin dövrə aiddir. Bu dövr öz növbəsində tikinti qalıqları ilə izlənilən üç mərhələyə bölünür. Dağıntıdan və ya yanğından sonra binalar qalmış daş və ağac hissələrindən istifadə edilərək yeni memarlıq detalları və əsas plana əlavə tikililər artırmaqla bərpa olunmuşdur.
 
Bu dövrün binalarından bir neçə yazılı əşyalar aşkar edilmişdir R. Daysonun fikrincə IV dövr mədəniyyətinə urartulular tərəfindən qalanın dağıdılması və onun əhali tərəfindən tərk edilməsi ilə son qoyulmuşdur. III dövr Triangle Ware Phase xarabalıqların toxunulmaz halda qaldığı vaxtdan bir müddət keçdikdən sonra meydana gəlmişdir. Bu dövr iki-erkən IIIB (e. ə. 750–600-cü illər) və son IIIA (e. ə. 600–400-cü illər) kəsimi bölünür. Yeni məskunlar təpədəki tikililərdən qismən onları bərpa edərək istifadə etmişlər. Onlar asma üçbucaqlar formasında həndəsi şəkilli səciyyəvi keramika (IIIB dövrü) və açıq sarı rəngli keramika (IIIA dövrü) hazırlamışlar. Sonra hələlik dəqiq müəyyənləşdirilməmiş II dövr Post Triangle Ware Phase və I İslam dövrü gəlir.

Həsənluda qazılmış arxeoloji material Cənubi Azərbaycanın və ümumiyyətlə İran yaylasının qədim tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Həsənlu qazıntıları özündən əvvəlgilərdən burada təkcə yaşayış məskəninə aid nekropolun aşkar edilməsi ilə yox, həm də yaşayış məskəninin özünün demək olar ki, tamamilə qazılması ilə fərqlənir. Bu yüksək elmi səviyyədə sistematik olaraq aparılmış qazıntılardır və onlar bu rayonun ardıcıl mədəni inkişafının dolğun lövhəsini yaradır. Müasir tədqiqat metodları sayəsində buradan əldə edilmiş materialın dəqiq və etibarlı xronoloji şkalasını vermək mümkün olmuşdur.

Həsənlu qazıntıları şəhərsalma, sənətkarlıq istehsalı, incəsənət, təsərrüfat həyatının müxtəlif sahələrinə aid material vermişdir. Onlar yazılı mənbələrin məlumatlarını yeni şəkildə dərk etməyə və bu rayonun tarixini geniş şəkildə işıqlandırmağa imkam yaratmışdır.Həsənlu materialları qonşuluqdakı qədim yaşayış məskənləri və nekropollar yerləşən təpələrdən aşkar edilmiş arxeoloji materiallarla tamamlanır. Həsənlu təpəsi yaxınlığında bir neçə kiçik təpə də qazılmışdır. Onlar Həsənluda qazılmış dövr etibarı ilə müvafiq erkən təbəqələrə nisbətən daha zəngin material vermişdir. Bu dövrlər qazıntı aparılmış təpələrin adı ilə adlandırılmışdır.
 
Həsənludan 1,5 km cənubda yerləşən Hacı Firuz təpəsindəki qazıntılar Həsənlu X dövrünə müvafiq gələn daha qədim dövr (e. ə. VI–V minilliklər) əşyaları vermişdir. Keramika hörmə məmulatının izlərini saxlamışdır. Məhz bu hörmə sayəsində gil lazımi formada bərkiyirdi. Sonra hörmə kənar edilirdi. Qablar bərkidikdən sonra onun üzəri yenidən nazik gil qatı ilə örtülərək bişirilirdi. Qablar bəzən həndəsi şəkillərlə bəzədilirdi. IX və VIII dövrlər müvafiq olaraq Dəlmətəpə və Pişdəlitəpə qazıntıları ilə təmsil edilmişdir. Dəlmətəpə tapıntıları e. ə. V minilliyin sonuna aid edilən və Yaxın Şərqdə həmin dövr mədəniyyətləri arasında nadir sayılan rəngli keramikanı nümayiş etdirir. Həndəsi rəsmli qablar çəhrayı və ya ətrəngi, habelə qəhvəyi və ya qara- qəhvəyi rəngdədir. Həndəsi rəsmlərdən olduqca effektli və çoxsaylı kombinasiyalarda yüksək sənətkarlıq zövqü ilə istifadə edilmişdir.

Pişdəlitəpədə VIII dövr e. ə. IV minilliyin ortalarına aid edilir. Pişdəlitəpə mədəniyyəti ilə Urmiya gölünün şərq sahilindəki Yanıqtəpə mədəniyyəti arasında oxşarlıq tapılır. Buraya qəhvəyi qara rəngli, həndəsi rəsmli sarımtıl rəngli keramika, dəvəgözü və çaxmaqdaşından bıçaqlar, saxsı iy, heyvan heykəlcikləri və s. daxildir.

Bu materialların dövrü və əlaqələri radio-karbon analizinin məlumatlarına, həmçinin İraq, İran və Türkiyədə aşkar edilmiş materiallarla müqayisəyə əsaslanan R. Dayson tərəfindən müəyyənləşdirilmişdir. O. V. Muskarellanın rəhbərliyi altında Həsənludan 25 km qərbdə yerləşən Dinhatəpədə də arxeoloji qazıntılar aparılmışdır. Aşkar edilmiş materiallar uzun bir xronoloji dövrü əhatə edir. Həsənlu IV və V dövrlərinə müvafiq gələn tikili qalıqları, həmçinin Dinha III (e. ə. 1350–1000-ci illər) və Dinha II (e. ə. 1000–800-cü illər) nekropolları e. ə. II minilliyin sonu – e. ə. I minilliyin əvvəlinə aiddir.
 
Divarları üç tərəfdən çiy kərpicdən tikilmiş, şərq tərəfdən isə açıq qoyulmuş Dinha III dövrü qəbirlərində ölülər quyu qəbirlərdə fərdi qaydada basdırılmışdır. Bu dövrdə boz-qara keramika hazırlanmışdır. Qulpsuz, sərbəst növlü çaydanlar, birqulplu küplər, iki dəlikli və qövsvari yapması olan kasalar səciyyəvi əşyalardır. Dinha II dövrünə dulus kürələri, tikili kompleksləri və qəbiristanlıq aiddir. Ölülər divarları çiy kərpic, ya da daşdan tikilmiş qeyri düzkün formalı qəbirlərdə basdırılmışdır. Bu qəbirlərin də divarları üç tərəfdən hörülmüş və iri sal daşla üstü örtülmüşdür. Ondan başqa, daxilində ancaq uşaq sümükləri aşkar edilmiş iri təsərrüfat qablarında dəfn adəti xüsusi əhəmiyyət kəsb edir. Bu dövrdə boz-qara keramikadan istifadə davam edir. Əksər hallarda keçmiş formalar saxlanılsa da, körpücük halqası ilə novu birləşdirilmiş çaydanlar, heyvan başı şəklində düzəldilmiş qulplu qablar kimi yeni formalar, Həsənlu IV dövrü ilə yaxın paralelləri olan tunc və dəmirdən düzəldilmiş bəzəklər və silahlar meydana çıxır.

O. V. Muskarella öz tədqiqatlarında Dinha təpəsinin hər iki dövrünün həm keramika, həm də metal əşyalarının Cənubi Azərbaycan və İranda aşkar edilmiş sinxron abidələrinin materialları ilə əlaqəsini izləmişdir. Həsənludan tapılmış sümük qalıqlarının analizi T. A. Ratbunun tədqiqatında aparılmışdır.

Həsənlu təpəsinin şimal ətəyindəki nekropol ərazisində 1947–1948-ci illərdə müstəqil qazıntılar aparmış M. Rad və A. Hakimi öz tədqiqatlarında səliqəsiz istiqamətli dəfnləri şərh etmişlər. Onlara görə Həsənlunun qədim sakinləri dəfn zamanı günəşi səmt götürmüşlər. Məhz buna görə də, ilin və günün vaxtından asılı olaraq dəfn olunanların başlarının istiqaməti dəyişmişdir. İran alimlərindən A. Hakimi və M. Radın İran arxeoloji hesabatları məcmuəsinin I cildində (Tehran, 1950) çap edilmiş Həsənlu (Sulduz) qazıntılarının təsviri və nəticələri tədqiqatı da Həsənlu qazıntılarına həsr olunmuşdur. Qazıntı aparılmış qəbirlərə əsaslanan müəlliflər belə nəticəyə gəlmişlər ki, Həsənlu dəfn adətləri həmin dövrdə Qərbi Asiyanın digər vilayətlərində mövcud olmuş dəfn adətlərindən fərqlənmir. Sol və ya sağ böyrü üstə bükülü vəziyyətdə olan skeletlərin səmti günəşə doğrudur. Müəlliflər Kalardəşt, Ziviyə və s. tapıntıları ilə də paralellər gətirib metal və sümükdən düzəldilmiş əşyaları, keramika məmulatını təhlil etmiş, Əhəmənilər dövrü incəsənətinin mannalıların və midiyalıların incəsənəti ilə əlaqəsini qeyd etmişlər.
 
Araz çayı vadisində, Türkiyə-Azərbaycan-İran sərhədlərinin qovşağında Qala Sərənc adlanan qala aşkar edilmişdir. Müdafiə divarları qərb tərəfdə yaxın, şərqdə isə seyrək yerləşdirilmiş bürclərə malikdir.

Uşpu-Nəgadehdən 8 km şimali-şərqdə keramika tapıntılarına görə Urartu dövrünə aid edilən istehkamın xarabalığı yerləşir. İstehkamın divarları yonulmamış sal qaya daşlarından hörülmüşdür. İndi bürc çıxıntıları gözə dəymir. Bu tikili çox güman ki, Uşnu vadisindən Urmiya düzənliyinə gedən yol üzərində keşikçi istehkamı olmuşdur.

Uşnudan 15 km şərqdə çox böyük və dik bir təpədə Qalatgah xarabalığı yerləşir. Bəzi yerlərdə yaxşı yonulmuş sal daşlardan tikilmiş müdafiə divarları qalmışdır. Təpənin ən yüksək nöqtəsindən bütün Uşnu vadisi və Sulduz vadisinin bir hissəsi görünür. Qalatgah tapıntıları Həsənlu III dövrünə müvafiq gəlir. Keramika Həsənlu və Ziviyə tapıntılarında olduğu kimi sadə və üçbucaqlarla cızılıb haşiyələrlə bəzədilmiş oyma oturacaqlı qırmızı və boz monoxrom gil məmulatı ilə təmsil olunur. Bundan əlavə bir neçə zərif, diqqətlə şüyrələnmiş Urartu tipli qırmızı keramika qırıqları da aşkar edilmişdir. Buradan ağ daşdan hazırlanmış qaçan heyvan təsvirini stilizə edən Urartu tipli çökük silindrvari möhür də tapılmışdır. Silindrin asmaq üçün ilgəkçiyi vardır. Qalatgahda tapılan nümunə Şimali-Qərbi İranda ilk tapıntıdır. Buradan sındırılmış daş blok üzərində Urartu kitabəsi də aşkar edilmişdir. Mətndə Urartu hökmdarları İşpuini və Minuanın adı çəkilir.

Makudan cənubi-şərqdə, Ağçay çayı vadisində, Bastam kəndi yaxınlığında böyüklüyünə görə az qala Van qalası və Topraqqala ilə müqayisə ediləcək möhtəşəm və yaxşı qalmış qala aşkar edilmişdir. Bir qədər əvvəllər bu rayonda aşkar edilmiş, hazırda Tehran arxeoloji muzeyində saxlanılan kitabənin sayəsində müəyyən edilmişdir ki, qala Urartu hökmdarı II Rusa (təqribən e. ə. 685- e. ə. 615) dövründə tikilmişdir. Kitabədə Rusanın kiçik şəhərinin və Haldi tanrısına həsr olunmuş məbədin tikintisi barədə məlumat verilir. Q. A. Melikişvili. UKN, 280

Urmiya gölü yaxınlığında, Şapur şəhərindən cənubda yerləşən dörd hündür təpədən birində – Həftavantəpədə Ç. Barney tərəfindən qazıntı aparılmışdır. Tədqiqatlar nəticəsində e. ə. III minillikdən başlamış orta əsrlər dövrünədək müddəti əhatə edən yeddi dövr müəyyənləşdirilmişdir. Təbəqələrin ardıcıllığı xırda sapmalar nəzərə alınmasa Həsənlu üçün qəbul edilmiş dövrləşmə ilə uyğun gəlir. Həftavantəpə V dövrü intensiv tikinti fəaliyyətini aşkara çıxarır. Binalardan boz gil məmulatından və özündən əvvəlki ənənələri davam etdirən qırmızı gil məmulatından ibarət keramika tapılmışdır. Onlar iri saxlanc küplərindən, boğazı və ya lüləyi açıq qablardan ibarətdir. Qablar dalğavari xətlər və ya üçbucaqlarla bəzədilmişdir. Əsas tikililər təpəpin başında (Ç. Barney onları Urartu dövrünə aid edir) eləcə də onun altında IV dövr təbəqəsindədir. E. ə. IX–VIII əsrlərə aid edilən bir neçə qəbir sonuncu dövrə məxsusdur. Uzun tunç zəncirlər, muncuqlar və çaydan tipli qablar Həsənlu IV dövrü ilə sıx əlaqələri aşkara çıxarır. Cənubi Azərbaycanın şərq əyalətlərində arxeoloji tədqiqatların toplu icmalını S. Kroll vermişdir. Xronoloji baxımdan onlar müxtəlif tarixi dövrləri əhatə edir.

Ərdəbildən 44 km şimal-qərbdə, Ağqala qalasında və b. yerlərdə ilk dəmir dövrünə aid formaca oxşar keramika aşkar edilmişdir. Manna tarixinə həsr edilmiş ilk tədqiqat S. Belkin əsəridir.




#Article 19: Bəhailik (1830 words)


Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi - Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi - tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi - bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. 
Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir.

Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır  , həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır.  Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921-2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir.

Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur. Son dövrlərin bilinən Peyğəmbərləri 2 soydan gəlmişlər, İbrahim peyğəmbərin soyundan - Musa (peyğəmbər), İsa, Məhəmməd, Hind soyundan - Krişna, Budda, Zərdüşt. Bəhailərin fikrincə bizim dövrün son peyğəmbərləri Bab və Bəhaullahdır. Bəhai inancına görə, hər peyğəmbər mütləq özündən sonrakı peyğəmbər haqqında nəbilik etmiş (xəbər vermiş) və Ən Böyük Xəbər  Bəhaullahın zühuru ilə gerçəkləşmişdir. İnsanlıq təkamülün növbəti mərhələsinə yetişmişdir və indi vacib olan ədalət, sülh və birliyi qlobal səviyyədə təmin etməkdir.

Bəhai sözünün kökü ərəbcədən bəha (BHA) (بهاء), sözündən gəlir və azərbaycan dilində birbaşa hərfi tərcüməsi yoxdur, dilimizdəki bir neçə sözü istifadə edərək bu sözə tərif verə bilərik: cəlal, şərəf, izzət, nur. Bəhai kəlməsi bir sifət olaraq Bəhaullahın ardıcılı mənasına gəlir.

XIX əsrin 40-50-ci illərində İranda yaranmış Bəhai dini dünya dinləri arasında ən son yaranandır. Tam müstəqil dini təlim olmasına baxmayaraq, onu bəzən yalnış olaraq İslam təriqəti və yaxud İslam daxilində reformasiya hərəkatı kimi təqdim edirlər.

XIX əsrin əvvəllərində İran ölkəsinin insanları min il əvvəl qeybə çəkilmiş on ikinci İmam Mehdinin tezliklə zühur edəcəyini gözləyirdilər. İnanırdılar ki, O, əvvəlki görkəmində qayıdacaq, özünü Ali hökmdar elan edəcək, Yerdə zülmün kökünü kəsib, ədaləti bərpa edəcəkdir. Mehdinin yaxın günlərdə zühur etməsinə inam Şeyxi təriqətində daha güclü idi. Təriqətin lideri Şeyx Əhməd Əhsainin nəzərincə, Mehdinin hakimiyyəti mistik xarakterli olacaqdır. Onun şöhrəti dünyəvi deyil, ruhani səciyyə daşıyacaqdır. Onun qələbələri insan qəlblərinin qalalarını fəth etməkdən ibarət olacaqdır. Şeyx Əhməddən sonra onun varisi Seyid Kazım Rəşti müsəlmanlara İlahi Zühurun onun ölümündən dərhal sonra, hicri 1260-cı ildə (yəni 1844-cü il) baş verəcəyini bildirir. Çünki Əlinin (ə.s.) dilindən nəql olunan hədisdə deyilirdi ki, Ağac ilində (60) İlahinin doğru yol göstərən ağacı dünyaya gələcəkdir. Cəfər Sadiq (ə.s.) də Mehdi barədə demişdir: 60-cı illərdə Onun fəaliyyəti üzə çıxacaq və adı tez-tez xatırlanacaq.

Həmin illər Xristian dünyasında da insanlar həyacan içində idi: Asiyada Yozef Volf, İngiltərədə Edvard İrvinq, Pensilvaniyada Uilyam Miller, Almaniyada Leonard Kolber bir-birilərindən xəbərsiz – Tövrat və İncil yazılarının tədqiqi əsasında 1844-cü ildə (hicri 1260) İsa Məsihin ikinci zühurunun baş verəcəyini söyləyirdilər.

U.A. Spayser Müasirlik peyğəmbərliklər işığında kitabında yazırdı: Müqəddəs Yazıların tədqiqatçıları ümumi bir rəyə gəliblər ki, Daniyel Peyğəmbərin bəşəriyyət üçün təyin etdiyi 2300 il sona çatır və orada 1844-cü il Qiyamət Günü kimi göstərilmişdir.

Şeyxi təriqətinin 18 nəfər üzvü Baba iman gətirərək, yeni dinin müjdəsini insanlara çatdırmaq üçün İranın şəhər və kəndlərinə səpələnirlər. Babın, öz görüşünə görə, mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, ədalətə və qardaşlığa, qadınların əsarətdən azad edilməsinə dair alovlu çağırışları İranda Yaxın və Orta Şərqi lərzəyə gətirən babilər hərəkatına səbəb olur. Bir sıra Qərb tədqiqatçılarının fikrinə görə Babın sosial ideyaları öz qabaqçıllığına görə XIX əsr Avropa ictimai fikrini dəfələrlə arxada qoyurdu (bax: Fransa səfirliyinin məmuru L. M. Nikola və Avstriyanın hərbi atteşesi Alfred fon Qumensin əsərləri). Babilər hərəkatının geniş vüsət almasından qorxuya düşmüş şah hökuməti və ruhanilər Babı məhv etmək qərarını verirlər. Bab Təbrizə gətirilir və 1850-ci il 9 iyulda camaat qarşısında edam edilir. 

Bəhailərin Beynəlxalq Birliyi – planetdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumaq, xalqların iqtisadi, sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları – EKOSOS, YUNİSEF, BMT-in Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, YUNİFEM ilə əməkdaşlıq edir. Birlik hər il dünyanın müxtəlif yerlərində təhsil, səhiyyə, ekologiya, insan hüquqları sahəsində minlərlə layihə həyata keçirir. ABŞ, Kanada, Avstraliya və bəzi Avropa, Asiya və Afrika ölkələrində Bəhai İcmaları nüfuzlu dini azlıq sayılırlar.

Allahın birliyi – Allah – mütləq başlanğıc və mütləq ilkin səbəbdir, əzəli varlıq, insan şüuruna sığmayan, Kainatın Öz-özünə var olan və Özü özünə kifayət olan Yaradanı, bu dünyanın məkan və zaman çərçivələrindən azad olan bir Varlıqdır.
 
Dinlərin birliyi – Bu dünyanı yaradarkən, Allah insan nəzərinə tam açıqlana bilməyən bir məqsəd qoymuşdur. Lakin, Öz məqsədlərini həyata keçirmək üçün Allah vaxtaşırı Elçiləri vasitəsi ilə bəşəriyyətə Öz idarə edici prinsiplərini – Vəhyini çatdırır ki, mədəni-tarixi xüsusiyyətlərlə məhdudlaşan insan qavrama qabiliyyəti dairəsində Allahın məqsədinin pərdələrini açsın. Əslində bütün İlahi dinlər eyni İlahi Həqiqəti gətirmişlər, onlar arasında olan fərq isə bəşəriyyətin müxtəlif səviyyə hazırlığında və mədəniyyət ənənələrinin müxtəlifliyindən irəli gəlmişdir. Bəhailər bütün əvvəlki İlahi Zühurları – Musa (peyğəmbər)i, Krişnanı, Buddanı, Zərdüştü, İsanı, Məhəmmədi – və eləcə də onların gətirdiyi Müqəddəs Yazıları qəbul edir və onların hər birinə ehtiramla yanaşırlar. Lakin bəhailər  müxtəlif dinləri eklektik birləşdirmək fikrindən uzaqdırlar. Bəhailər müxtəlif dinlərə eyni İlahi həqiqətin tədrici açılışı kimi baxırlar. Bəhailər eləcə də hesab edir ki, Babın gəlişilə Adəm dövrü və ya Peyğəmbərlik dövrü sona yetmişdir və bu müddət ərzində bəşəriyyət öz inkişafının müəyyən mərhələsinin sonuna çatmışdır, və həmin dövrün sonuncu Peyğəmbəri Məhəmməddir. Bəhaullahın isə gəlişi ilə əvvəlki Yazılarda Qiyamət Günü, Gecəsiz Gündüz kimi qeyd edilən yeni dövr başlanmışdır. Bu dövrdə bəşəriyyət üçün topladığı imkanlarını reallaşdırmaq və bundan sonra müharibə və münaqişələri uşaq xəstəlikləri kimi unudaraq daha da inkişaf etmək və təkmilləşmək təyin olunmuşdur.

Bəşəriyyətin birliyi – Öncə göstərilən imkanları əldə etmək üçün bəşəriyyətin indiki inkişaf mərhələsində onu vahid, harmonik fəaliyyət göstərən organizm kimi birləşdirmək vaxtıdır. Bu məqsədin həyata keçirilmə proqramı, bəhailərin fikrincə, bəşəriyyətə Bəhaullahın Vəhyi vasitəsilə gətirilmişdir. Bəhaullahın əli ilə yazılmış, sonralar Yazıların yeganə səlahiyyətli şərhçisi olan Əbdül-Bəhanın şərh etdiyi Bəhai Dininin Müqəddəs Yazılarında bu İlahi Planın bir çox təfsilatları və idarəedici prinsipləri göstərilmişdir.

Müxtəliflikdə birlik – Bütün insanların anadangəlmə bərabər olmasını qəbul etmək və bütün irqi, milli, sinfi, siyasi, dini, cinsi və s. mövhumatlardan qəti imtina etmək və bununla insanları qarşı-qarşıya duran qruplara ayıran səbəbləri aradan götürmək.

Hüquq və imkan baxımından kişi və qadınların bərabərliyi – Allahın gözündə qadın və kişi bərabər olduğu kimi, dünya həyatında yaradılan şərait də funksional fərqləri nəzərə almaq kişi və qadın arasında eyni olmalıdır.

Mövhumatın, xurafatın, təəssübün bütün formalarından imtina

Dünya sülhü və dünyanın yeni nizama ehtiyacı – Bununla dünyada ümumbəşəri sülh və razılığa nail olmaq və onu qorumaq olar.

Din və elmin ziddiyətdə yox, harmoniyada olması – Bəhai Yazılarına görə elm və din təməldə ziddiyət təşkil etmir. Elmsiz din – mövhumatdan başqa heç bir şey deyildir. Dinsiz elm – bir korluqdur ki, bəşəriyyətin imkanlarını boşa xərcləməklə onu birlik əvəzinə çarpışma vasitələrinin istehsalına və qarşılıqlı tələfat uçurumuna aparır. Din bir yerdə qalmamalıdır, əksinə, elmlə birlikdə və onun qabaqcıl nailiyyətləri ilə harmoniyada inkişaf etməlidir.

Həqiqətin müstəqil axtarışı – hər bir bəhainin haqqı və borcudur. Yalan çoxüzlüdür, həqiqət isə tək və bölünməzdir. Ona görə də insanlar həqiqəti axtarsalar, onlar mütləq birliyə gələcəklər. Bəhai dövrünün gəlişi ilə ruhanilər təbəqəsinin (mollalığın, keşişliyin) bir təsisat kimi ləğv olunması bu prinsiplə əlaqədardır.

Sivilizasiyanın daimi inkişaf prinsipi – Bəşər həyatı Allahın Planına uyğun olaraq sosial-ictimai təkamül prosesindən keçir və Bəhaullahın da dediyi kimi bütün insanlar daim inkişaf edən sivilizasiyanı irəlilətmək üçün yaradılmışlar.

Ümumi icbari təhsil – Ümumi təhsilin vacibliyi və zəruriliyi hər bir insana ayrıca olaraq və ümumilikdə bütün bəşəriyyətə verilən qiymətsiz istedadların və imkanların təzahürünün əsas vasitəsidir. Bəşəriyyəti birləşdirmək məsələsi hər bir insan tərəfindən bəşəri biliklərin toplusuna qovuşmağı və öz imkanlarını və insan hüquqlarını dərk etməyi nəzərdə tutur.

Vahid beynəlxalq köməkçi dilin labüdlüyü – Dünyanın bütün məktəblərində şagirdlərə öz ana dilindən əlavə beynəlxalq səviyyədə qəbul olunmuş köməkçi dilin öyrədilməsi. Beləliklə hər bir insan özünü hara getsə öz vətənində kimi hiss edə bilər.

Siyasətə qarışmamaq prinsipi – Siyasi fəaliyyət hər zaman bir qrupun digər qrupa qarşı mübarizəsini nəzərdə tutur. Ona görə də siyasətə qarışmaq istər-istəməz qarşıdurmaya gətirib çıxarır və birlik işinə mane olur.

İqtisadi problemlərin ruhani həlli – Bütün insanların müəyyən minimum xoş güzarana malik olmağa haqqları var. Əlbəttə, söhbət bərabərləşdirmədən yox, ifrat fərqlərin məhdudlaşdırılmasından gedir.

Azərbaycanda bu hərəkata Babın ən yaxın ardıcılı, azərbaycanlı şairə-qadın Tahirə Qürrətüleyn başçılıq edirdi. Tahirə Babın gətirdiyi yeni qanunlara uyğun olaraq İslam şərqində çadrasını atmış ilk müsəlman qadını idi. Hərəkat yatırılarkən Tahirə Qürrətüleyn öldürülmüşdür.

Zəncanda 1850-ci il babi üsyanı zamanı üsyançılar arasında Zeynəb adlı gənc azərbaycanlı qız da olmuşdur. Tarix elmləri doktoru, professor Zülfəli İbrahimov bu qız haqqında yazmışdır: Son dərəcə şücaətli olduğuna görə zəncanlılar bu qıza Şahnamənin qəhrəmanı Rüstəmin adını vermişdi. Xalq ona Rüstəmə deyirdi. Başqa tədqiqatçı, tarix elmləri doktoru, professor Sabir Gəncəli yazır: Şah qoşunları dəfələrlə hücum edib, Rüstəmənin müdafiə etdiyi istehkamı tutmağa cəhd göstərmişdilərsə də buna müvəffəq ola bilməmişdilər. Rüstəmə döyüşdə deyil, yatdığı yerdə cəsus əliylə öldürülmüşdür.

Həmin vaxtlarda babilik hərəkatı Şimali Azərbaycanda da öz ardıcıllarını tapırdı. Bab öz missiyasını elan etdiyi vaxt onun şagirdlərindən biri Molla Sadıq Vənəndli Ordubadın Vənənd kəndinin və ətraf kəndlərin adamlarını öz ətrafına toplayaraq bu təlimi onlara çatdırır. Qısa vaxt ərzində bütün Naxçıvan və Zəngəzur mahalında on min nəfərə qədər onun tərəfdarı yaranır.  Rus hökuməti general Behbudovu beş min nəfərlik ordu ilə Molla Sadiq Vənəndliyə qarşı göndərir. O zaman artıq həkimiyyətdən salınmış Naxçıvan xanı və onun naibi Şeyxəli bəy də bu təlimin tərəfdarlarından idilər.

XIX əsrin ikinci yarısında Bəhai İcmaları Şimali Azərbaycanın Bakı, Balaxanı, Gəncə, Bərdə, Şəki və digər yerlərində fəaliyyət göstərirdi. Qeyd edək Bakı və Balaxanı İcmaları, ümumiyyətlə, dünyanın ən qədim Bəhai İcmalarından hesab olunurlar. 1860-70-ci illərdə Bakı İcmasının yaradılmasında Azərbaycanın xalq şairi Mikayıl Müşfiqin babası Xızılı Mirzə Əbdülqədir İsmayılzadə böyük rol oynamışdır. Artıq 80-cı illərin əvvəllərində bu icmalarda yüzlərlə insan var idi. Bakı İcmasının arxivində həmin İcmanın adına 1887-ci ildə alınmış Çadrovu küçəsi (indiki Mirzağa Əliyev) 216 nömrəli evin mülkiyyət hüququna dair sənəd vardır.

Bəhai İcmaları Azərbaycanda dini fanatizmi, mövhumat və cəhaləti pisləmiş, maarifçiliyi, uşaqlara, xüsusən də qızlara dünyəvi təhsilin verilməsini, qadınların cəmiyyətdə və ailədə hüquqlarının qorunmasını təbliğ etmiş, dinlər və xalqlar arası dialoq və əməkdaşlığa can atmışlar. İlk dəfə azərbaycanlı qızlara təhsil verilməsində bəhailərin rolu böyük olmuşdur. Bu cür fəaliyyətlər ruhanilərin xoşuna gəlməmiş, nəticədə Bakı, Mərdəkan, Balaxanı, Bərdə və Şamaxıda bəhailərə qarşı ciddi təzyiqlər olmuşdur. Mərdəkan məscidinin axundu İbrahimxəlil biləndə ki, yeganə oğlu Molla Sadiq Bəhai dinini qəbul edib və onun ən fəal təbliğatçısı olub, qəzəblənərək onun ölümünə fətva verir. 1901-ci ildə Bakı qoçuları Molla Sadiqi neft quyusuna ataraq qətlə yetirirlər. Hazırda Molla Sadiqin qəbri Mərdəkan qəbirstanlığındadır.




#Article 20: Naxçıvan Muxtar Respublikası (9600 words)


Naxçıvan Muxtar Respublikası (1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 15 km), cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.

Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44–45 km enində zolaq Araz çayına doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır. 2013-cü ildə Şərur rayonunun 10 kəndi hesabına Kəngərli rayonu yaradılmışdır.

Naxçıvan, Qafqazın cənub-şərq hissəsində yerləşir. Onun ərazisi 38°51'-39°47' ş.e. və 44°46'-46°10' q.u. yerləşir. Ərazinin demək olar ki, 75%-i 1000 m-dən yuxarıda yerləşir.  Şimalda Dərələyəz, şərqdə Zəngəzur sıra dağları uzanır. Ərazinin Araz çayı boyunca uzanan, cənub və cənub-qərb hissəsi – 600–1000 m hündürlüyündə yerləşən, üçüncü və dördüncü dövr çöküntülərindən ibarət düzənlikdir. Üçüncü dövr çöküntüləri, “bedlend” tipli relyefi yaradan və asan dağılmaya məruz qalan, duzlu lay süxurlarıdır.

Araz çayının sol sahilində yerləşən və üst örtüyü qənbər-çınqıl çöküntülərindən ibarət olan maili düzənliklər, qədim akkumulyasiya sahələridir. Onlar müasir tektonik hərəkətlərin təsiri altında ümumdağ qalxma hərəkətinə qoşulublar və gərgin parçalanmaya məruz qalırlar. Cavan tektonik hərəkətlər öz əksini, Naxçıvan ərazisində geniş yayılmış düzəlmə səthlərinin deformasiyasında, terras səviyyələrinin dəyişməsində, onların Arazın müasir çöküntüləri altında qalmasında və s. tapır.

Naxçıvan ərazisi Zaqafqaziyanın qırışıq-qaymalı silsilələri arasında ən hündürüdür və parçalanmış dağlıq relyeflə səciyyələnir. Ərazinin ən alçaq nöqtəsi Araz çayının dərəsidir – 400 m, ən hündür nöqtəsi isə Qapıcıq dağıdır – 3904 m. Ərazinin orta hündürlüyü – 1400 m-dir.Naxçıvan Muxtar Respublikası şimal-qərbdən cənub-şərqə doğru 158 km məsafədə uzanır və ərazisinin forması düzgün olmayan rombu xatırladır. Onun şimaldan cənuba ən geniş yeri 75 km bərabərdir. Respublikanın şimalda ən ucqar nöqtəsi Saraybulaq sıra dağlarının Şərur rayonu ərazisinə daxil olan qolu üzərindəki Kömürlü dağdır. Zəngəzur sıra dağlarının Soyuq dağdan başlayaraq sıldırım yamacla alçalıb Arazın sol sahilində 600 m çatdığı yerdə yerləşən Zerəni dəmir yol dayanacağı isə respublika ərazisinin ən cənub nöqtəsidir. Muxtar respublikanın qərbdən ən ucqar nöqtəsi Sədərək qəsəbəsindən qərbdə, Araz yaxınlığında yerləşən keçmiş Urmiya kəndi, şərqdə isə Zəngəzur sıra dağlarının cənub qollarından olan Zerəni dağının zirvəsidir.

Naxçıvanın ərazisi, ətrafı hündür dağlarla əhatələnmiş “dərəni” xatırladır. Bunun nəticəsi olaraq, Xəzər və Qara dənizlərinin rütubətli hava axınları bura daxil ola bilmirlər. Məhz bu, yerli relyefə təsir edən, quru və sərt-kontinental iqlimin hökm sürməsinin səbəblərindən biridir.

Relyefinin sərt parçalanması, ərazinin qeoloji quruluşundan (paleozoydan başlayaraq, müxtəlif litoloji tərkibli intensiv dislokasiya süxurların geniş yayılması) və müasir iqlim şəraitindən müəyyən olunur. İqlimin təsiri özünü daha çox relyefin parçalanma səviyyəsində, onun müasir morfoskulpturlarında və denudasyon proseslərin intensivliyində biruzə verir.

Naxçıvan MR çayları az suludurlar və bəziləri yayda quruyurlar. Əsas çaylar Arazın sol qollarıdır – Arpaçay, Naxçıvançay, Əlincəçay, Qilənçay, Ordubadçay, Qazançay, Kilitçay və s.

Naxçıvan molibden, travertin, polimetallik filizlər, daş duz, civə, tikinti materialları və s. faydalı qazıntılarla zəngindir. Respublika mineral sularla da zəngindir – Badamlı, Sirab, Vayxır, Darıdaq və s.

Torpaq örtüyü nazikdir və əsasən akkumulyativ relyef formalarının üzərində inkişaf edir. Respublikanın düzən və dağlıq ərazilərinin torpaq örtüyü, əsasən kserofitlərdən təşkil olunur. Meşə, demək olar ki, mövcud deyil.

Naxçıvanın ərazisi 5,5 min km2 təşkil edir. Bundan 1,3 min km2 – düzənliklər, 4,2 min km2 – dağlar tutur. Muxtar Respublikanın paytaxtı – Naxçıvan şəhəridir.

Naxçıvanın cənub və cənub-qərbi, Araz çayı boyunca İran İslam Respublikası və Türkiyə (13 km) ilə, şimal-şərq, şimal və şimal-qərbi, Zəngəzur, Dərələyəz və Saraybulaq sıra dağları boyunca Ermənistan Respublikası (224 km) ilə sərhədlənir.

Naxçıvan MR ilə Ermənistan Respublikasının qərb sərhəddindən Dəhnə və Vəlidağ dağlarının təpəsinə kimi, Arazın İrəvan dərəsinin cənub-şərq hissəsi olan Sədərək maili düzənliyi yayılır. Adı çəkilən təpələrin arasında yerləşən çökəklik “Qurd qapısı” adlanır. “Qurd qapısı”ndan  cənub-şərqə, oroqrafik baxımdan Dərələyəz sıra dağının cənub qurtaracağı olan Qıvraq yüksəkliklərinə kimi, daha geniş olan Şərur maili düzənliyi yayılır. Qıvraq yüksəkliklərindən şərqə, Duzdağın yastı yüksəkliyinin qərb yamaclarına kimi, qərb hissəsi Duzdağla və şərq hissəsi Əlincəçay ilə qapanan, Böyükdüz maili düzənliyi yayılır.

Naxçıvan düzənliyindən şərqdə, Araz çayının sol qollarının gətirmə konusları olan və biri-birindən kiçik təpələrlə ayrılan, bəzi yerlərdə Araz çayına yaxın yerləşən, bir neçə kiçik maili düzənliklər yerləşir. Məsələn, bu düzənliklərdən biri Qaradərə çayının mənsəbində, Yayca kəndinin yanında, başqası – Düylünçayın mənsəbində, lap şərqdə olan ən genişi isə – Ordubad şəhərindən cənubda yerləşir.

Naxçıvan MR-nın ərazisini şərqdən əhatələyən Zəngəzur sıra dağları, meridional istiqamətdə, şimaldan cənuba Qısırdağ dağından Araz çayına kimi, 120 km məsafədə uzanır. Onun orta hündürlüyü 3223 m-dir. Dərələyəz silsiləsi enlilik istiqamətlidir lakin, Naxçıvançayın və Arpaçayın (Qəlinqaya dağının yanında) suayrıcında istiqamətini meridionala dəyişir. Ən qərbdə, İrəvan və Sədərək maili düzənliklərinin qovuşmasında, Araz çayının dərəsinə batan, Saraybulağ sıra dağlarının şərq qurtaracağı yerləşir.1

Naxçıvan Muxtar Respublikasında 7 rayon və şəhər var.

Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. 1995-ci il 12 noyabrda referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və onun statusu bu Konstitusiya ilə müəyyən edilir.

Naxçıvan MR-ın idarəetmə qaydaları,hakimiyyətin bölgüsü və s. mühüm məsələlər Naxçıvan MR-ın Konstitusiyası ilə tənzimlənir.Bu konstitusiya Azərbaycan Respublikasının Konstitusiya Qanunu formasında qəbul edilir.Naxçıvan MR-ın sonuncu konstitusiyası 29.12.1998-ci ildə qəbul edilib.

Naxçıvan MR–də qanunvericilik hakimiyyətini Naxçıvann MR–in parlamenti – Naxçıvan MR Ali Məclisi, icra hakimiyyətini Naxçıvan MR Nazirlər Kabineti, məhkəmə hakimiyyətini muxtar respublikanın məhkəmələri həyata keçirir.

Konstitusiyaya əsasən, Naxçıvan MR Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsidir. O, Ali Məclisdə seçilir. Naxçıvan MR Ali Məclisi 45 deputatdan ibarətdir. Muxtar Respublikanın şəhər və rayon ərazi vahidləri icra hakimiyyətləri tərəfindən idarə edilir. İcra hakimiyyətlərinin başçıları Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur. Naxçıvan MR–də yerli idarəetmə orqanları – bələdiyyələr fəaliyyət göstərir.

Naxçıvan MR ərazisində zəngin maddi mədəniyyət nümunələrinin aşkar olunması burada qədim daş dövründən başlayaraq ardıcıl yaşayış olduğunu, bu mədəniyyətlər arasında qırılmaz varislik əlaqələrinin olduğunu göstərir. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, Naxçıvanda insanlar 500-300 min il bundan əvvəl məskunlaşmışdır.  100 – 35 min il bundan əvvəl Mustye mədəniyyəti dövründə burada ibtidai insanların məskunlaşması davam etmişdir. Batabat yaylağında, Qazma mağarasında, Naxçıvançay və Əlincəçay vadilərində, Ordubad rayonu ərazisindəki Kilit mağarasında, İlandağın Cənub ətəyində və digər abidələrdə daş dövrü mədəniyyətinin izləri aşkar olunmuşdur. Arxeoloji qazıntılar nəticəsində Qazma mağarasından, əsasən, çaxmaqdaşı və obsidiandan hazırlanmış Mustye dövrü əmək alətləri, ovlanmış heyvanların çapılıb doğranmış sümükləri aşkar olunmuşdur. I Kültəpə yaşayış yeri yaxınlığından Aşel mədəniyyəti dövründə hazırlanmış əl çapacağı qeydə alınmışdır.
 
Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, indiki Kültəpə və Sirab kəndlərinin ərazisində Neolit dövrü (e.ə. VII-VI minilliklər) yaşayış məskənləri yerləşir. Naxçıvanda Yeni Neolit abidələri Sədərək, Şorsu, Yeni yol və Uçan Ağılda aşkar olunmuşdur.  Naxçıvanda Neolit mədəniyyəti əsasında mis metalın kəşf olunduğunu Eneolit dövrü mədəniyyəti (e.ə. VI-V minilliklər) inkişaf tapmışdır. I Kültəpənin ən qədim mədəni təbəqəsindən mis-mərgümüş qatışıqlı müxtəlif alətlər və bəzək nümunələri əldə edilmişdir. I Kültəpə yaşayış yerinin Eneolit təbəqəsinin alt qatlarında düzplanlı, orta qatda dairəvi və düzplanlı, son mərhələdə üst qatlarda isə yalnız düzplanlı tikinti qalıqlarına rast gəlinmişdir.

Eneolit dövrü oturaq əkinçi-maldar qəbilələr Naxçıvançay, Arpaçay vadilərində və digər ərazilərdə məskunlaşmışlar. Eneolit dövrü I Kültəpə, Ovçulartəpəsi, Damlama, Xələc yaşayış yerlərində və Sədərəkdə tədqiq edilmişdir. Bu dövrdə Naxçıvanda əsas təsərrüfat sahələri kimi əkinçilik və maldarlıq, eləcə də mütalişləmə, dulusçuluq, daşişləmə, toxuculuq və sair sənət sahələri inkişaf tapmışdı. Arxeoloji materiallar göstərir ki, bütün Eneolit dövrü ərzində Azərbaycan, eləcə də qədim Naxçıvan əhalisi ilə Mesopotamiya arasında əlaqələr olmuşdur.

Tunc dövründə (e.ə. IV – II minilliklər) qədim Naxçıvan qəbilələrinin iqtisadi, ictimai və mədəni həyat tərzində böyük təkamül baş vermişdir. Naxçıvanda da etnik proseslər güclənmiş və iri tayfa ittifaqları yaranmışdır. I və II Kültəpə, Maxta, Ovçulartəpəsi, Daşarx və sair Kür-Araz mədəniyyəti abidələrində aparılmış arxeoloji tədqiqatlar göstərir ki, e.ə. IV minilliyin II yarısı-III minillikdə Naxçıvan qəbilələrinin əkinçilik, maldarlıq mədəniyyəti yeni inkişaf mərhələsinə qədəm qoymuş, texniki tərəqqi yüksəlmiş, əmək alətlərinin çeşidi və keyfiyyəti daha da artmışdır. Bu dövrdə tuncun kəşfi mühüm rol oynamışdır.
 
Yaxın Şərq ölkələri ilə Azərbaycanı, eləcə də bütün Qafqazı əlaqələndirən əsas yolların kəsişdiyi əlverişli mövqedə yerləşən iri tayfa ittifaqları mərkəzləri iqtisadi, mədəni cəhətdən yüksəldi və nəticədə II minilliyin əvvəllərindən Naxçıvanda ilkin şəhər mərkəzləri yarandı.Belə şəhər mərkəzlərindən olan II Kültəpədə, Govurqala, Qarabağlar, Oğlanqala, Plovtəpə, Qazançıda arxeoloji tədqiqatlar aparılmışdır. Tunc dövründə Naxçıvan yüksək incəsənəti ilə Yaxın Şərq dünyasında tanınmışdır. Gəmiqaya təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar (Boyalı Qablar mədəniyyəti), tunc məmulatları və sair Naxçıvanın qədim tayfalarının həyat tərzini, dini – ideoloji və fəlsəfi estetik dünyagörüşünü əks etdirir.

E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Naxçıvan ərazisinin tarixi mürəkkəb ictimai – siyasi hadisələrlə zəngin olmuşdur.  Bu dövrdə Azərbaycan ərazisində Xocalı – Gədəbəy arxeoloji mədəniyyətinin formalaşması prosesi getmişdir. Naxçıvan ərazisində bu mədəniyyətə aid abidələr I Kültəpə, Şahtaxtı, Kolanı, Sarıdərə, Haqqıxlıq, Bəyəhməd, Qarabulaq, Zeyvə və sairləri aşkar edilmişdir. Bu abidələrin tədqiqi Xocalı – Gədəbəy mədəniyyətini yaradan tayfaların qədim dövrdən bu ərazilərdə məskunlaşmış aborigenlərdən ibarət olduğunu göstərmişdir. Bu dövrdə Naxçıvan ərazisi üçün əsas təhlükə qonşuluqda olan Urartu dövləti tərəfindən yaranmışdır. Culfa rayonu ərazisindəki İlandağda e.ə. 820 – 810-cu illərə aid mixi yazılı kitabə aşkar olunmuşdur. Kitabədən məlum olur ki, Urartu çarları İşpuini və onun oğlu Minuanın dövləti birgə idarə etdikləri dövrdə bu əraziyə basqınlar edilmişdir.  İşğalçılara qarşı mübarizə məqsədi ilə regionun qədim yaşayış yerlərində möhtəşəm müdafiə istehkamları (Oğlanqala, Qalacıq, Govurqala və sair) inşa edilmişdir.

E.ə. IX-VI əsrlərdə Naxçıvan ərazisi Azərbaycan ərazisində ilk mərkəzləşmiş dövlət olan Mannanın, daha sonra isə, onun tarixi və mədəni varisi olan Midiyanın tərkibində olmuşdur. Qazıntılar nəticəsində əldə olunmuş materiallar Naxçıvan ərazisinin, həmçinin, Manna mədəniyyətinin təsir dairəsinə daxil olduğunu sübut etmişdir. Midiyanın süqutundan sonra Əhəmənilərin hakimiyyəti altına düşən Naxçıvan, e.ə. IV əsrin sonlarından Atropatenanın, eramızın III əsrindən isə Sasanilər imperiyasının tərkibinə daxil olmuşdur.

Atropatena hökmdarlarının əsas iqamətgahı olan Qazaka şəhəri Naxçıvana yaxın ərazidə - Güney Azərbaycanın Marağa şəhəri yaxınlığında yerləşdiyindən Naxçıvan, Yaxın Şərqin bir sıra şəhərləri ilə iqtisadi və mədəni əlaqələri gücləndirmiş, antik dünya xalqları ilə sıx ticarət əlaqələri yaratmışdı. Bu barədə, qədim yunan, Roma, ərəb, erməni, Suriya müəlliflərinin əsərlərində məlumatlar vardır. Şərur rayonun Püsyan kəndi yaxınlığındakı yaşayış yeri və nekropoldan, Oğlanqala, Qoşatəpə, Babatəpə və s., Babək rayonu ərazisində Meydantəpə, Nurudərəsi abidələrindən antik dövr mədəniyyətinin izləri qeydə alınıb, ilkin tədqiqat işləri aparılmışdır. Naxçıvan nekropollarından əldə edilən saxsı məmulatı, metal, şüşə, bəzək əşyaları, qliptika nümunələri, Şahbuz rayonu ərazisindən tapılan Makedoniyalı İskəndərin adından kəsilmiş gümüş pullar (e.ə. IV əsr) bu bölgədə küp qəbirlərinin e.ə. IV əsrdən gec olmayaraq yayıldığını göstərir.

Naxçıvan bölgəsinin orta əsrlər dövrünün ayrı-ayrı mərhələlərinə aid abidələr öz zənginliyi ilə xüsusilə diqqəti cəlb edir. Əlincəçay vadisindəki Zoğallı abidəsindən tapılmış sütun altlıqları, tunc qrifon, Cavanşirin tunc heykəli (Naxçıvan şəhəri), Batabat yaxınlığındakı Fərhad evi, onun üzərindəki kitabə, yaxınlığından keçən qədim karvan yolu və bir çox abidələrdən aşkar olunmuş materialların müqayisəli təhlili göstərmişdir ki, Naxçıvan orta əsrlərdə Azərbaycanın əsas ticarət mərkəzlərindən biri olmuş, Yaxın Şərq və Qafqazla iqtisadi, mədəni əlaqələrin daha da genişlənməsində önəmli rol oynamışdır.

Midiya dövləti dövründə E. ə. IX-VI əsrlərdə Naxçıvan tanınmış şəhərlərdən biri idi. E. ə. 633-cü ildə Naxçıvan skiflərin hücumuna məruz qalaraq xeyli zərər çəkmişdi. E. ə. VI əsrin ortalarından (e. ə. 550-cii ildə Midiya dövləti tənəzzülə uğradıqdan sonra) e.ə. IV əsrin 30-cu illərinədək Əhəmənilər dövlətinin hakimiyyəti altında olan Naxçıvan IV əsrin sonlarından e. ə. I əsrin 1-ci yarısınadək Atropatenanın (Kiçik Midiyanın) tərkibində olmuşdur. Eramızın əvvəllərində Naxçıvan Albaniyada (Qafqaz) şəhər və vilayət olmuşdur. Qafqaz Albaniyasının Araksena (Arazın orta və aşağı axarı boyunda yerləşirdi) vilayəti Naxçıvan ərazisini də əhatə edirdi. Naxçıvan MR ərazisinin cənub – qərb hissəsi Vaspurakan tarixi vilayətinə daxil edildi. Naxçıvan MR-in qalan ərazisi isə Sünik (mərkəzi müasir Naxçıvan şəhəri) və Qoğtən (mərkəzi müasir Ordubad ərazisi) vilayətlərinin tərkibinə daxil idi. Eyni zamanda Sünikin öz alban mənşəli yerli hakim sülaləsi və kilsəsi də olmuşdur. Naxçıvan IV əsrdən isə Sasanilər İmperiyasının tərkibində olmuşdur. Sasani hökmdarı II Şapur [309–379] yürüşü zamanı (364–367 illər) Naxçıvanı dağıtmış, şəhərdən 18 min ailə əsir aparmışdı. Bəzi vaxtlarda Albaniya Sasanilərin nüfuz dairəsində olduğuna görə Naxçıvan da Sasani canişinləri–mərzbanlar tərəfindən idarə edilmiş, Sasani mərzbanlarının iqamətgahı Dəbildən (Dvin) Naxçıvana köçürülmüşdür. VI əsrin 1-ci yarısından Naxçıvanda Sasanilərə məxsus zərbxana olmuşdur. Bu, Azərbaycanda ən qədim zərbxanalardan biri sayılır. Mehranilər sülaləsinin Qafqaz Albaniyasında yenidən dövlətçiliyi bərpa etməsindən sonra isə Naxçıvan və Qoğtən qəti şəkildə Albaniyanın tərkibinə qatılmışdır.

VII əsrin II yarısından başlamış ərəb istilaları nəticəsində yaranan Xilafətin tərkibinə daxil edilmiş Vaspurakan ərəb mənbələrində Basfurcan adı ilə qeydə alınmışdır. Ərəb istilalarına xüsusi əsər həsr etmiş ərəb tarixçisi əl-Bəlazurinin (IX əsr) məlumatına görə Basfurcan ərəblərin Cənubi Qafqazda tutduqları yerləri özündə birləşdirən yeni ərəb inzibati bölgüsünə daxil edilir. Burada və digər ərəb mənbələrində Nəşavə (Naxçıvan) həmin bölgüyə əsasən, Arran vilayətinə daxil edilən Basfurcanın əsas şəhəri adlandırılır. Bu dövrdə Azərbaycanda yayılmış Xürrəmilər hərəkatı Naxçıvanı da əhatə etmiş, Naxçıvan ərazisi həm xürrəmilərin, həm də əsasən xristian dinli əhali arasında yayılmış Pavlikan hərəkatının əsas dayaq nöqtələrindən biri olmuşdur.

IX əsrdə Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edilir və X əsrin 30-cu illərinədək bu sülalənin hakimiyyəti altında qalır. Sacilər xanədanı süquta uğradıqdan sonra (942) Naxçıvan bir müddət bu sülaləyə sadiq olan Deysəm ibn İbrahimin hakimiyyəti altında qalmışdır. 942–981-ci illərdə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil olmuşdur.  X əsrin sonundan XI əsrin 60-cı illərinə kimi Naxçıvan şəhəri əsasən müasir Naxçıvan MR və qisəmən də Ermənistan (Qərbi Azərbaycan) ərazisini əhatə edən və ərəb mənşəli Əbudüləfilər sülaləsi tərəfindən idarə olunan Naxçıvanşahlıq dövlətinin mərkəzi olmuşdur.

XI əsrin I yarısından Azərbaycan, eyni zamanda Naxçıvan bölgəsi Səlcuqluların başçılıq etdikləri oğuzlar və başqa türk tayfaları tərəfindən ələ keçirilir. 1018-1021-ci illərdə Araz çayını keçən oğuzlar cənub istiqamətindən Arran torpaqlarına yürüş edərək, Naxçıvan, daha sonra isə ermənilərin qədim paytaxt şəhərlərindən olan Dəbil şəhərini ələ keçirirlər.

Atabəylərin xəzinəsi həmişə atabəyin olduğu yerdə saxlanırdı. Əsas dövlət xəzinəsi isə Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu. Şəmsəddin Eldənizin dövründən başlayaraq dövlətin bütün gəlirləri burada toplanırdı. Bu dövrdə Naxçıvan paytaxt kimi xeyli inkişaf edir, şəhərdə qiymətli memarlıq abidələri – qalalar, saray, məscid, hamam və xatirə abidələri inşa edilirdi.

Eldənizlərdən sonra Naxçıvan bir müddət xarəzmşah Məhəmmədin oğlu Cəlal əd-Din Məngburninın nüfuz dairəsində qalır. Həmin dövrdə Naxçıvanın hakimi Məhəmməd Cahan Pəhləvanın Zahidə Xatundan olan qızı Cəlaliyyə Xatun idi.

XIII-XIV əsrlərdə Naxçıvan bölgəsi Azərbaycanda və ümumiyyətlə, Yaxın Şərqdə gedən siyasi – iqtisadi, mədəni proseslərin mərkəzlərindən birinə çevrilir. Hülakülərin, Çobanilərin, Cəlairilərin nüfuz dairələrində olan Naxçıvan bu dövlətlərin siyasi həyatında da yaxından iştirak edir. Əmir Teymurun Azərbaycana yürüşləri və Naxçıvanda ona göstərilən müqavimət bölgənin tarixində mühüm yer tutur.  Dövrün mənbələrindən aydın olur ki, inzibati ərazi baxımından 9 tümənə ayrılan Azərbaycanın bir tüməni olan Naxçıvan bölgəsi dövlətə 10.000 döyüşçü vermək qüdrətində idi. Tarixçi Həmdullah Qəzviniyə görə, Azərbaycanın 27 şəhərindən 5-i Naxçıvan, Ordubad, Azad, Əncan və Makuyə Naxçıvan tüməninə daxil idi və o, geniş ərazini – Araz çayının şimal və cənub tərəflərini əhatə edirdi.

XV əsrdə Naxçıvan ərazisi əvvəlcə Qaraqoyunlu, daha sonra isə Ağqoyunlu dövlətlərinin tərkibində idi. 1501-ci ildə Şərur döyüşündə qızılbaşların Ağqoyunlular üzərində qələbəsindən sonra Naxçıvan Səfəvilərin hakimiyyəti altına keçdi. Səfəvilərin hakimiyyəti dövründə 280 – 300 min km² ərazini əhatə edən tarixi Azərbaycan vilayəti inzibati-ərazi baxımından dörd bəylərbəyliyə bölünmüşdü: Şirvan, Gəncə (Qarabağ), Çuxursəd və Təbriz bəylərbəylikləri. Naxçıvan ərazisindən yalnız Ordubad şəhəri Təbriz bəylərbəyliyinin tərkibinə daxil idi. Naxçıvan MR – in digər əraziləri isə Çuxursəd bəylərbəyliyinin tərkibinə daxil olmuşdur.

Çuxursəd bəylərbəyliyinin mərkəzi İrəvan şəhəri idi. İrəvan, eləcə də Naxçıvan şəhəri qızılbaş ustaclılar tayfasının iqamətgahı olmuşdur. Səfəvi-Osmanlı müharibələri dövründə (XVI-XVII əsrlər) Naxçıvan ərazisi döyüş meydanına çevrildi. Dəfələrlə əldən-ələ keçən Naxçıvan şəhəri isə dağıntılara məruz qaldı. Dövrün hərbi-siyasi hadisələri üzündən Naxçıvan şəhəri əski əzəmətini, Azərbaycanın iqtisadi-siyasi, mədəni həyatındakı rolunu və mövqeyini itirmişdi. Culfa, Ordubad, Əylis kimi mərkəzlərə də xeyli zərər dəymişdi. I Şah Abbasın hakimiyyəti dövründə (1587–1629) isə Naxçıvandan İrana çoxlu əhali sürgün olundu.

XVII-XVIII əsrlərdə Naxçıvan ərazisi ustaclılar tayfasının idarəsinə verilmişdi. Bu tayfanın tərkibinə daxil olan Kəngərlilər Naxçıvanın siyasi və mədəni həyatında aktiv iştirak edirdilər.

XVIII əsrin əvvəllərində Azərbaycana sahib olmaq uğrunda iki türk sülaləsi – Osmanlılar və Səfəvilər arasında mübarizə yenidən gücləndi. 1724-cü ilin sentyabrında osmanlılar Naxçıvan şəhərini, bir neçə gün sonra isə Ordubad şəhərini tutdular. Naxçıvan vilayətinin böyük bir hissəsi yeni təşkil olunmuş Naxçıvan sancağının tərkibinə daxil edildi. Osmanlılar dövründə Naxçıvan sancağı 14 nahiyyəyə bölünmüşdü: Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvazeyi-Xatun, Qarabağ, Qışlağat, Dərəşam, Azadciran, Şorlut, Dərəşürgüt, Sisyan, Dərələyəz. Ordubad ayrıca nahiyyə təşkil etməyərək Azadciran nahiyyəsinə daxil idi.

I Zaqafqaziya Sovetlər Qurultayı (1922, dekabr) Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarında Naxçıvanın muxtariyyət statusunda Azərbaycan SSR – in ayrılmaz tərkib hissəsi olduğunu təsdiq etdi. Azərbaycan MİK Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR – in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında qərar qəbul edərək, onun təsdiq olunmasını Zaqafqaziya MİK – dən xahiş etdi. 1924-cü il, 8 yanvarda Zaqafqaziya MİK – in plenumu Q. Musabəyovun məruzəsini və Azərbaycan MİK – in qərarını müzakirə edərək, Azərbaycan SSR – in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan olunmasını təsdiq etdi. Azərbaycan SSR MİK – in 1924-cü il, 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR – in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi rəsmiləşdirildi.

Naxçıvanın muxtar ərazi ststusunun möhkəmləndirilməsində 18 aprel 1926-cı ildə V Ümumnaxçıvan Sovetlər Qurultayında qəbul olunmuş Naxçıvan MSSR-in birinci Konstitusiyasının, 17 sntyabr, 1937-ci ildə Naxçıvan MSSR-in X fövqəladə Sovetlər Qurultayında qəbul olunmuş Naxçıvan MSSR-in ikinci Konstitusiyasının, 30 may, 1978-ci ildə Naxçıvan MSSR Ali Sovetinin IX çağırış növbədənkənar VIII sessiyasının qəbul etdiyi üçüncü Konstitusiyasının mühüm əhəmiyyəti olmuşdur.

Naxçıvan MSSR SSRİ dövründə sosial-iqtisadi və mədəni inkişaf sahəsində əldə etdiyi nailiyyətlərə görə Lenin ordeninə, Xalqlar Dostluğu və Oktyabr İnqlabı ordenlərinə layiq görülmüşdür.

Hələ 1990-cı ilin yayında seçilmiş Naxçıvan MSSR Ali sovetinin 17 noyabrda keçirilən I sessiyasının qərarı ilə Sovet və Sosialist sözləri Muxtar Rrespublikanın adından çıxarıldı, Ali Sovetin adı dəyişdirilərək Ali Məclis adlandırılması qərara alındı, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul edilmiş üçrəngli bayrağı Naxçıvan MR-in də bayrağı kimi qəbul olundu. Elə həmin vaxtdan H. Əliyevin təşəbbüsü ilə Naxçıvan MR–in ali qanunvericilik orqanı Qarabağda vəziyyət, Bakıda fövqəladə vəziyyətin aradan götürülməsi, habelə, 1990–cı ilin 19–20 yanvar hadisələrinə siyasi qiymət verilməsi haqqında qərarlar qəbul etdi. Muxtar respublika ərazisində kommunist partiyasının fəaliyyətinin dayandırılması, Naxçıvan əhalisinin SSRİ–nin saxlanması barədə referendumda iştirakdan imtina etməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması kimi siyasi aksiyalar həyata keçirildi.

Muxtar respublikanın əhalisi müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsi, Azərbaycanda demokratik dəyərlərin bərqərar olması kimi amallara qovuşmaq üçün Heydər Əliyevin respublika rəhbərliyinə qayıtması uğrunda mübarizənin ön sıralarında getmişdir. 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsini öhdəsinə götürmüşdür. 1992-ci ilin noyabrında isə Azərbaycanın bir çox görkəmli ziyalıları Naxçıvan şəhərinə üz tutur. Naxçıvan şəhərində H. Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu.

Naxçıvan MR Kiçik Qafqazın Cənub–Qərbində yerləşir. Azərbaycan Respublikası ərazisinin geomorfoloji rayonlaşdırılması bölgüsündə Naxçıvan MR–in ərazisi Kiçik Qafqaz geomorfoloji vilayətinin Arazyanı dağlar və Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayətlərinə aid edilir. Arazyanı dağlar yarımvilayəti muxtar respublika ərazisində Dərələyəz və Zəngəzur silsilələrini, Naxçıvan çökəkliyi geomorfoloji yarımvilayəti isə, əsasən, Arazboyu düzənlikləri əhatə edir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 m-dir. Ərazinin üçdə iki hissəsi hündürlüyü 1000 m–dən yuxarı olan dağlıq sahələrdir. Ərazinin üçdə bir hissəsi isə bir-birindən dağ qolları və tirələri ilə ayrılan maili Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Culfa, Yaycı, Kəngərli, Dəstə, Ordubad və s.) tutur. Bu düznliklərin ümumi sahəsi 10 min hektara qədərdir. Arazboyu düznliklərin ən geniş yeri Şərqi Arpaçayın mənsəb hissəsində olub, bu ərazidə bir tərəfdən tektonik çökmənin, digər tərəfdən isə akkumulyasiya prosesinin getməsi nəticəsində yaranmışdır.

 
Muxtar Respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri və onların Araz çayının dərəsinə doğru uzanan və müasir relyefdə orta və alçaq dağlıq yaradan qolları əhatə edir. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsilələrindəndir; ən hündür zirvəsi Qapıcıq dağı (3906 m) eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisindəki ən yüksək zirvəsidir və daimi qar xəttindən 41 m yuxarıda yerləşir. Alt Pliosen yaşlı kiçik intruzivlər və ekstruzivlər silsilənin cənub-qərb yamacında konusvari, gümbəzvari çıxıntılar yaradaraq təkrarolunmaz relyef əmələ gətirir. Hündür zirvələri Yağlıdərə dağı – 3827 m, Qazangöldağ – 3814 m, Sarıdərə dağı – 3754 m, Dəvəboynu dağı – 3560 m və sairdir. Dağ aşırımlarının mütləq hündürlüyü 2346 metrlə (Biçənək aşırımı), 3362 metr (Ayçonqal aşırımı) arasındadır.

Dərələyəz silsiləsi muxtar respublika ərazisinin şimal-qərb hissəsində yerləşir və Zəngəzur silsiləsinə nisbətən alçaqdır (ən uca zirvəsi Küküdağ – 3120 m). Silsilənin Cəhri çayından qərbdəki hissəsi qövs şəklində cənuba doğru uzanaraq alçalır. Burada ən hündür zirvə Keşəltəpə dağıdır (2740 m). Silsilənin muxtar respublika ərazisinə daxil olan hissəsi mürəkkəb oroqrafik quruluşa malikdir. Bu mürəkkəblik relyefdə, xüsusilə Keçəltəpə dağından cənubda daha aydın nəzərə çarpır. Silsilədən Qaranquş, Cəhri, Qaraultəpə, Rəmlər və Buzqov qolları ayrılır. Dərələyəz silsiləsinin Cəhri çayından şimaldakı əsas hissəsi şərqə və cənub – qərbə doğru uzanır. Burada mütləq yüksəklik 2900–3110 m-dir (Sipər dağı – 3117 m, Keçəldağ – 3118 m, Küküdağ 3120 m). Silsilənin suayırıcısı bəzən ensiz, bəzən də geniş və hamardır. Dərələyəz silsiləsinin şimal – şərq qurtaracağı hündürlüyü 3087 m olan adsız zirvənin yaxınlığında Zəngəzur silsiləsi ilə birləşir. Silsilənin cənub – qərb hissəsi isə Cəhri və Naxçıvan çaylarının arası ilə uzanır.

Muxtar respublika ərazisinin şimal-qərb qurtaracağı mürəkkəb oroqrafik quruluşa malikdir. Buradakı dağ zirvələrinin hündürlüyü 2000–2100 m-dən artıq deyildir (Kömürlü – 2064 m, Ardıc – 2034 m, Mehridağ – 1869 m, Qabaqyal – 1824 m); əsasən alçaq və orta dağlıqdan ibarətdir. Respublikanın orta və alçaq dağlıq zonalarında müasir relyefdə tam əksini tapmış Miosen – Alt Pliosen yaşlı qalxmalar (Paradağ, Nurs, Tirkeş) inkişaf etmişdir.

Naxçıvan Muxtar Respublikası ərazisində Yerin müxtəlif yaşlı geoloji qatlarının aydın çıxışları, təkrarolunmaz və cazibədar intruziv süxurların mövcudluğu geoloq və səyyahların diqqətini hələ XVIII əsrdən cəlb etmişdir. Bu, istər Qərbi Avropa, istərsə də Rusiya geoloji ədəbiyyatında Alp qurşağının stratiqrafik məsələlərinin həllində öz əksini tapmışdır. Alp qurşağında bənzəri olduqca az tapılan Naxçıvan lakkolitləri və Culfa dərəsində Paleozoyun ardıcıl qatları dünya şöhrəti qazanmış və bu günədək klassik qiymətini itirməmişdir. Faydalı qazıntı sahələrində (Duzdağ, Darıdağ, Şəkərdərə, Gömür, Quyuludağ, Qızılqaya və s.) mağaraların, quyuların aşkar olunması, ibtidai əmək alətlərinin tapılması Naxçıvan ərazisində hələ qədim vaxtlardan duz, mərgümüş, mis, qızıl, kükürd və sair çıxarıldığını göstərir. Orta əsrlərdə Azərbaycanda elmi-təsviri mineralogiya traktatları – “Cəvahirnamə” yaranmışdır. Ərazidə ilk geoloji tədqiqatlar və mineral sərvətlərin öyrənilməsi XVIII əsrin II yarısından başlamış, planauyğun surətdə, müntəzəm öyrənilməsi isə Naxçıvan MR-in yaranmasından sonrakı dövrə aiddir.

Muxtar respublikanın ərazisi geoloji cəhətdən Kiçik Qafqazın Naxçıvan qırışıqlıq tektonik zonasında yerləşir. Digər tektonik zonalardan fərqli olaraq, geoloji quruluşu ümumi qalınlığı 14 km-ə qədər Kaynozoy, Mezozoy, Paleozoy dövrlərinin çökmə, vulkanogen – çökmə, yerüstü vulkanların püskürmə qatlarından və intruziv, metamorfik komponentlərindən təşkil olunmuşdur. Bunların yer üzərində çıxışları ərazinin 400 milyon illik geoloji tarixini bərpa etməyə imkan vermişdir. Naxçıvan qırışıqlıq zonasının tektonik quruluşunda Hersen qırışıqlığını təmsil edən Şərur-Culfa antiklinoriumu, Alp qırışıqlığında yaranmış Ordubad sinklinoriumu və Naxçıvan çuxuru iştirak edir. Tektonik quruluşunun özülü isə Baykal tektonik siklində (600 milyon il bundan əvvəl) yüksək dərəcədə metamorfizmə uğramış müxtəlif mənşəli və tərkibli (çöküntü, maqmatik və sair) süxur qatları təbəqələrindən, Yer qabığının qranit qatından ibarətdir. Onların yer səthinə yaxın yatımlarında Devon–Trias çöküntülərinn çıxışları sahəsində təsadüf olunur və Dəhnə dayaq quyusunda 331 m dərinlikdə 1414 m-ə qədər kəsiliblər. Dəhnə qalxıntısının Arazın sağ sahilində metamorfik süxurlar Yer səthinə çıxır. Ərazinin dərinlik quruluşunda Yer qabığının qalınlığı 48–54 km olaraq, “qranit” qatı 15–20 km-ə, “bazalt” qatı 20–25 km-ə çatır.

Şərur–Culfa antiklinoriumu terrigen-karbonat və karbonat fasiyası və qalınlığı 3000-3600 metrə çatan Devon, Alt Karbon, Perm və Triasın lay qatları Dərələyəz qitəkənarı açıq dəniz hövzəsinin (400-211 milyon illər arasında) çökmə süxurlarıdır. Dərələyəz dənizi ərazidə uzun sürən kontinental quru paleocoğafi şəraiti əvəz etmişdir. Orta və Üst Karbon dövründə hövzənin geotektonik inkişafını təmsil edən boksit təzahürləri Yer qatının laterit aşınmasının məhsuludur. Dərinlik qırılmalarında yerləşən kvarslı qabro-dolerit kiçik intruziyaları ilə Gümüşlü sink-qurğuşun yatağı və təzahürləri əlaqədardır. Paleozoy və Triasın çökmə süxurlar qatında geniş yayılmış məmulat daşları (çəhrayı dolomit, araqonit) tikinti daşları (qara mərmər, mozaika lövhələri üçün rəngli üzlük daşlar) və şüşə məmulatı (kvarsitlər, kvarsitli qumdaşılar) yerli sənaye üçün əhəmiyyət kəsb edir.

Ordubad sinklinoriumu muxtar respublika ərazisinin şimal və şimal-şərq sahələrini əhatə edərək, kənar sərhədləri qərbdə Culfa–Əznəbürt qırılması, şərqdə isə Zəngəzur silsiləsindən sonra Giryataq qırılması ilə izlənir. Sinklinoriumun müstəqil geotektonik inkişafı Mezotetisin dərya qabıqlı Zəngəzur troqunun Üst Tabaşirdə başlanmasından sonra davam etmişdir. Onun quruluşunda iştirak edən Mezokaynozoy qatları müxtəlif geodinamik şəraiti təmsil edir. Sinklinoriumun qərb kənarındakı Alt Yura yaşlı bazalt vulkanizmi ərazidə riftogen proseslərin başlanğıcından və Zəngəzur dərya qabıqlı dərin hövzənin əmələ gəlməsindən xəbər verirsə, Yura dövrünün aalen – kellovey mərtəbələrinin ardıcıl gilli-qumlu qatları dərin dəryavari hövzəni passiv kontinental ətəyinin çöküntüləridir.

Naxçıvan çuxuru Ordubad sinklinoriumu və Şərur–Culfa antiklinoriumunun üstünü örtür və bu prosesdə qərbə doğru miqrasiya qeyd olunur. Dağarası çuxurun əmələ gəlməsi bir neçə qırılmanın, əsasən, onun şimal-şərq kənarı boyu izlənən Naxçıvan dərinlik qırılmasının Oliqosen və Miosen dövrlərində aktiv fəaliyyəti ilə əlaqədardır. Naxçıvan çuxuru ətrafında baş verən zəlzələlər bu qırılma ilə bağlıdır. Həmin qırılma çöküntü qatlarının qalınlığına nəzarət etməklə bərabər, maqmatik proseslərin fəaliyyət mərkəzi olmuşdur. Oliqosenin ekstruziv avtoplastik kütlələri (Qaracəlal, Qurddağ, Xalxal, Qutandağ, Quyuludağ) qırılma boyu nüfuz etmiş və Miosenin vulkanogen qatı (14,8-15,9 mln. il) Əsədkəf, Kaşırdağ və Qırxlardağ sahələrini əhatə edir. Antropogendə isti mineral bulaqlar gölündə travertinlər əmələ gəlmişdir. Travertinlərdən başqa Naxçıvan çökəkliyinin təbii sərvətlərindən zəngin duz (Duzdağ, Püsyan və Nehrəmdə), Palıqroskit gili (Yurdçu, Kabullu), gips – antihidrit – qaja və teşenit üzlük daşı yataqları və onun şimal-şərq kənarı boyu səpələnmiş filiz (uran, mis, bor) təzahürləri aşkar olunmuşdur. Darıdağ sürmə-mərgümüş yatağı da bu dövrdə əmələ gəlmişdir.

 
Mineral su bulaqlarının rəngarəngliyinə görə Naxçıvan MR  dünyanın ən diqqətəlayiq bölgələrindəndir. Muxtar respublikanın 5,5 min km 2 – lik sahəsində 250–dən artıq mineral su mənbəyi qeydə alınmışdır. Bu bulaqların böyük əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Qaradərə və Əylis çaylarının vadilərində və yaxınlıqlarındadır. Onlar kimyəvi tərkiblərinə görə müxtəlif tipli olub təsərrüfatda, içməli su təchizatında, müalicə məqsədi ilə və sənayedə istifadə edilir. Ərazidə suların təbii formalaşmasında relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti vardır. Naxçıvanın müalicə suları müxtəlif tərkibli və yaşlı çöküntülərdən çıxır və bu onların kimyəvi – balneoloji xassələrini müəyyənləşdirir. Ərazidə ən qədim su daşıyan süxurların yaşı 400 milyon illə 500-700 milyon il arasında dəyişir. Tarixi qaynaqlardan məlum olur ki, həmişə dirilik suyu, şəfa suyu olan bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə Tanrı ocağı deyə inanmışlar.

Naxçıvanın mineral suları ta qədim zamanlardan insanların diqqətini cəlb etmişdir. Naxçıvan MR-də mineral su bulaqlarının və onların formalaşdığı mühitin – geologiyası və tektonikasının öyrənilməsinə 1843-cü ildən başlanılmışdır. Lakin bu sahədə planlı kəşfiyyat işləri XX yüzillikdən aparılmışdır. Müəyyən edilmişdir ki, Naxçıvanda mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Bu suların 98%-i karbon qazlı olub, hidrokarbonat tipli sulara aid edilir. Yer səthinə təbii çıxışları olan mineral su bulaqlarından yüksək hərarətlisi demək olar ki, yoxdur. Mineral suların əksəriyyətinin tempraturu 8 C – 22 C arasındadır. Sirabda və Darıdağda buruq quyularının hərarəti 50 C və daha yuxarı olan sular aşkar edilmişdir. Azərbaycanda olan karbon qazlı suların 35%-i Naxçıvan MR ərazisindədir. Mineral-müalicə su bulaqlarının ion tərkibinin əsas komponentlərini kalsium-ca, qələvilər – Na + K və maqnezium – Mg kationları və hidrokarbonat – HCO3, sulfat  - SO4 və xlor-cl anionları təşkil edir. Muxtar respublikanın mineral su mənbələri gün ərzində yer səthinə 24 milyon litr su axıdır. Əsas mineral su mənbələri ərazi üzrə aşağıdakı şəkildə yerləşmişdir:

Ordubad rayonunda təqribən 1000 km² sahədə 29 mineral su bulağı vardır. Onların tərkibində suların müalicə xassələrini müəyyənləşdirən qələvilər mühüm rol oynayır. Rayonun qələvili – hidrokarbonatlı sularının bir qismi məşhur “Narzan” suyunun tərkibi ilə oxşardır.

Culfa rayonunda 900 km² sahədə 85 mineral su bulağı qeydə alınmışdır; onlardan 42 – si buruq quyuları vasitəsiylə aşkar edilmişdir. Bu sular qiymətli karbonat-mərgümüşlü olub, mieral suların karbonatlı – mərgümüşlü – dəmirli – xlorlu – hidrokarbonatlı – natriumlu tipinə aid edilir. Burada 37 mənbə, o cümlədən, 32 quyu vardır. Darıdağ mineral sular qrupunun debiti üst – üstə 3125783 l/gün, tempreturu 17 – 52 C arasındadır. Mənbələrin bir çoxu qaynayır və fontanla yer üzünə çıxır.

Şahbuz rayonu ərazisindəki çay vadiləri boyu 40 km² sahədə 50–dək mineral su mənbəyi kəşf olunmuşdur. Rayonun mineral bulaqları arasında məşhur Badamlı mineral sular qrupu xüsusi yer tutur. Bu sular, olduqca şəffaf, iysiz və rəngsizdir. İçmək üçün çox dadlıdır. Debiti üst – üstə 2750640 l/gündür. Kimyəvi tərkibinə görə əsasən, karbon turşulu – hidrokarbonatlı – natriumlu – xloridli – kalsiumludur. Badamlının müalicə əhəmiyyəti tədqiq edilmiş və onun qaraciyər və öd kisəsi xəstəliklərində müsbət təsir göstərməsi müəyyənləşdirilmişdir.

Babək rayonunun 1200 km² ərazisi daxilində 50 mineral su – müalicə mənbəyi öyrənilmiş, onların 27-si buruq quyuları vasitəsiylə aşkar olunmuşdur. Rayon ərazisindəki məşhur Sirab mineral sularının debiti 2247265 l/gündür. Temperaturu 16-24 °C-dir. Müalicə əhəmiyyətinə görə Sirab, Qahab, Vayxır, Cəhri və Qızılvəng bulaqları üstündür.

Şərur rayonu mineral su bulaqları baxımından zəngin deyildir. Rayonun 1316 km² ərazisində cəmi 7 mineral su mənbəyi öyrənilmişdir.

 
Muxtar respublikanın iqliminə onun coğrfi mövqeyi - ərazinin hər tərəfdən dağ silsilələri (Koqnur – Alangöz, Zəngəzur və Dərələyəz) ilə əhatə olunması və iri su hövzələrindən (Qara dəniz və Xəzər dənizi) uzaqda yerləşməsi çox təsir göstərir. Ərazinin iqlimi beş tipə ayrılır:

IV və V iqlim tiplərinin hakim olduğu ərazilərdəki günəş radiasiyasının ümumi miqdarı (150 – 160 k/kal sm2
) bütün Cənubi Qafqaz regionu üçün maksimum miqdar hesab edilir.

Ərazidə yüksəklik artdıqca havanın tempraturu azalır. Ən aşağı tempratur yancar ayında müşahidə olunur. Tepratur fevraldan marta doğru artmağa başlayır. Gilançaydan qərbdə tempratur 7,3 – 8,3 C, şərqdə (Ordubad – Bist) 6,7 – 6,8 C təşkil edir. Martdan aprelə doğru artım 7,1 – 7,5 C – yə çatır. Yayda tempratur daha müntəzəm dəyişir. Havanın maksimum tempraturu avqust ayında olur. Sentyabrdan başlayaraq isə tempratur intensiv şəkildə aşağı düşür. Mütləq minimum tempratur – 31C (Dərvişlər), mütləq maksimum tempratur 44C – dir (Culfa). Bu eyni zamanda Azərbaycan respublikası ərazisində ən yüksək və ən alçaq tempraturdur.

Muxtar respublikanın ərazisi, xüsusilə Araz dərəsi böyük su hövzələrindən uzaqda olduğundan buraya rütubətli hava kütlələri daxil olmur, ona görə də Azərbaycanın digər regionları ilə müqayisədə bu ərazi atmosfer yağıntılarının azlığı ilə səciyyələnir. Yağıntının çox hissəsi yaz mövsümündə düşür, iyul, avqust və sentyabr ayları demək olar ki, tamamilə yağıntısız olur. Güclü leysan yağışları çox təsadüfi hallarda baş verir. Əsasən yerli dağ – dərə küləkləri əsir.  Onların istiqamətləri çox vaxt relyef xüsisyyətlərindən asılı olur. Küləyin orta illik surəti 2 – 4 m/san – dir. Küləklər əsasən yayda şərq və cənub – şərq, qışda qərb istiqamətli olur.

Muxtar respublika ərazisinin 1500 m – dən yüksəkdə yerləşən dağlıq hissəsində qar oktyabr – noyabrda düşür və martadək yerdə qalır, 2000 m – dən yüksək yerlərdə isə aprelin axırı, mayın ortalarınadək qalır. Dağlıq hissədə qar örtüyünün qalınlığı 0,2 – 1 m olur. Ərazinin düzənlik hissəsində qar dekabrda yağmağa başlayır və martadək yerdə qalır. Burada qar örtüyünün qalınlığı və davamlığı kənd təsərrüfatı bitkilərinin inkişafında, səth və yeraltı sularının artmasında, torpağın nəmliyinin çoxalmasında mühüm əhəmiyyət kəsb edir.

İllik yağıntı Arazboyu düzənliklərdə 200 – 300 mm, yüksək dağlıq yerlərdə 500 – 800 mm – dir.

Naxçıvan MR hidroqrafik cəhətdən Araz çayı hövzəsinə aiddir. Ərazinin mərkəzi və cənub-şərq hissəsində çaylar başlanğıcını Zəngəzur və Dərələyəz silsilələrindən götürür. Muxtar respublikanın hidroqrafik şəbəkəsi uzun geoloji dövrdə yaranmış və bu müddətdə xeyli dəyişikliyə uğramışdır. Zəngəzur silsiləsinin cənub-qərb yamacında Naxçıvan çökəkliyinə doğru istiqamətlənən qədim çay dərələrinin qalıqları izlənilir.  Zəngəzur silsiləsində - Sağarsuyun yuxarı axarında, Qazangöldağ, Qapıcıq, Gəmiqaya bölgələrində qədim buzlaq relyefi formaları (troq, kar, moren), həmçinin zirvələrdə yayda əriməyən qar kütlələri vardır.  Süni su arxları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə aid edilir. Çayların bir çoxundan suvarmada və su təchizatında istifadə edildiyindən aşağı axarında onların suyu mənsəbə çatmır, tam quruyur.

Muxtar respublika ərazisində ümumi uzunluğu 1,8 min km olan təqribən 400 böyük və kiçik çay var. Bunlardan 334 – nün uzunluğu 5 km – dək, 31 – ki 6 – 10 km, 24 – kü 11 – 25 km, 7 – ki 25 – 50 km, 3 – kü (Naxçıvançay, Əlincəçay, Gilançay) 51 – 100 km, 1 – ki (Şərqi Arpaçay) isə 100 km – dən artıqdır.

Çay şəbəkəsinin inkişafına və dəyişməsinə müxtəlif fiziki-coğrafi amillər – iqlim, relyef, geoloji quruluş, torpaq və bitki örtüyü təsir göstərir. Ərazidə çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Naxçıvançaydan qərbdə son dərəcə zəif, ondan şərqdə, Zəngəzur silsiləsindən axan çaylar isə sıx şəbəkə təşkil edir. Ərazinin şimal – qərbindən cənub – şərqinə doğru dağlar Araza yaxınlaşdığından bu istiqamətdə çayların uzunluğu , sutoplayıcı sahələri və axımları azalır. Dağlıq hissədə çay şəbəkəsi daha çox inkişaf etmişdir ki, bu da yağıntının bol olması ilə əlaqədardır.

Çaylar yeraltı sular və qar-yağış suları ilə qidalanır. Çay hövzələrində əsas rütubət ehtiyatı (35-50 %) qış dövründəki yağıntılar hesabına yaranır. Ərazidən axan çayların əsas xüsusiyyəti onların qidalanmasında yeraltı suların nəzərə çarpacaq dərəcədə (35-45 %) iştirakıdır. Çaylar ilin 6 – 8 ayı ərzində, başlıca olaraq yeraltı sular hesabına qidalanır.

Yazda və yayda daşqınlar olur. Azərbaycan Respublikasında baş verən sellərin 33-35 %-i Naxçıvan MR-in payına düşür. Muxtar respublika çaylarının ehtiyatları həm suvarma, həm də enerji mənbəyi kimi istifadədə böyük əhəmiyyət kəsb edir. Bu çayların ümumi enerji gücü 183,4 min kvt-dır. Onların suyundan isə mənbəyindən başlamış mənsəbinə kimi bütün çaylar boyunca suvarma məqsədi üçün istifadə edilir.

Muxtar respublikanın ərazisi qurq iqlimə malik olduğundan burada göllərin sayı az, sahəsi və həcmi kiçikdir. Əksər göl çalalarının formalaşmasında tektonik hərəkətlərin və bulaqların rolu olmuşdur. Ərazinin təbii gölləri, əsasən, Naxçıvançayın və Gilançayın hövzələrinə aiddir. Qanlıgöl və Salvartı gölləri eyniadlı çayların mənbələrində yerləşir. Naxçıvan MR ərazisində iyirmiyədək göl (əksəriyyətinin sahəsi 10 hektardan azdır) var.

Naxçıvan MR–də bir  neçə su anbarı (Arpaçay, Uzunoba, Nehrəm, Heydər dəryaçası, Qahab, Xok və sair) yaradılmış, suvarma kanalları çəkilmişdir. Araz su qovşağı su anbarının bir hissəsi Naxçıvan MR ərazisindədir. Araz çayı üzərində hidrotexniki kompleksin, su anbarlarının, suvarma sisteminin tikilməsi və geniş miqyaslı meliorasiya-irriqasiya işlərinin görülməsi sayəsində kənd təsərrüfatının suvarma imkanları və təchizatı yaxşıdır.

Naxçıvan MR ərazisində torpaq tipləri, yarımtipləri və sair taksonomik vahidlər relyef xüsusiyyətlərinin, torpaqəmələgətirən proseslərin təsiri altında formalaşmışdır. Müəyyən edilmiş torpaq tipləri fiziki-coğrafi şəraitə uyğun olaraq bir-birindən aydınşəkildə fərqlənməklə bütün səciyyəvi-zonal əlamətlərə malikdirlər. Bölgədə yayılmış dağ və düzən torpaqlarını əsasən ibtidai və torflu dağ-çəmən, çimli dağ-çəmən, bozqır dağ-çəmən, yuyulmuş qəhvəyi dağ-meşə, karbonatlı və qismən bozqırlaşan qəhvəyi dağ-meşə, mədəniləşmiş tünd və aid dağ-şabalıdı, qismən çürüntülü-sulfatlı (əhəngli) və tam inkişaf etməmiş dağ şabalıdı, suvarılan tipik-boz, açıq və ibtidai boz-çəmən, suvarılan sibasar-allüvial-çəmən, tipik və şoranlı şorakətlər tiplərinə bölürlər.

Naxçıvan MR ərazisində dağ-mədən tullantıları ilə pozulmuş torpaqlar, çaqıldaşı çay yataqları, həmçinin çılpaq qayalıqlar və səthə çıxmış gilli süxurların arealları da mövcuddur.

Torpaqların mexaniki tərkibi, yüngül mexaniki tərkibdən (qumsal), ağır mexaniki tərkibə (gilli) qədər dəyişir. Suvarılan tipik boz, açıq və ibtidai boz, çəmən boz, yüksək humuslu boz-çəmən, orta və al humuslu boz-çəmən torpaqları müxtəlif dərəcədə şoranlaşmaya məruz qalmışdır.

Torpaqların eroziyaya uğraması prosesinə görə Naxçıvan MR ərazisi Azərbaycan Respublikasının digər bölgələrindən fərqlənir. Burada minlərlə hektar sahə bitki örtüyündən məhrumdur. Dağlıq ərazilərdə torpaqların şiddətli eroziyası əsasən, bozqır-dağ-meşə, tipik qəhvəyi dağ-meşə, karbonatlı və qismən bozqırlaşan qəhvəyi dağ-meşə, mədəniləşmiş tünd və aid dağ-şabalıdı, açıq dağ-şabalıdı torpaqlarda baş verir.

 
Naxçıvan MR ərazisi zəngin floraya və rəngarəng bitki örtüyünə malikdir. Bu, ilk növbədə burada təbii şəraitin, geoloji və geomorfoloji quruluşun son dərəcə mürəkkəb olması ilə əlaqədardır. Bitki örtüyünün formalaşmasında fiziki amillərdən başqa, antropoloji amillər də müəyyən rol oynamışdır. Muxtar respublikada iqlimin quraqlığı və kontinentallığı ilə əlaqədar bitki örtüyü və onun şaquli və üfüqi zonallığı Azərbaycanın digər rayonlarından kəskin şəkildə fərqlənir. Belə ki, bitki örtükləri eynilik təşkil etdiyi halda, Kür-Araz ovalığında səhralar hündürlüyü 28–350 m arasındakı əraziləri, muxtar respublikada isə 600–700 m-lə 1100 m arasındakı əraziləri əhatə edir. 1100–1200 m-lə 1500 m arasında friqana tipli kserofit bitkiliyi, 1500–1700 m-lə 1900 m arasında dağ-bozqır bitkiliyi, 1900–2350 m-də qarika, yaxud, çəmən-bozqır bitkiliyi, kserofit kollu çəmənliklər, bəzən kiçik meşəliklər (Biçənək meşəliyi), 2350-2400-2500 m-də subalp bitkiliyi, 2400–3000 m və 3500 m hündürlüklərdə isə subalp və xırda boylu Alp çəmənliyi və Alp xalıları geniş ərazilərdə öz müxtəlifliyi ilə fərqlənir.

Muxtar respublikanın florası Azərbaycanın digər botaniki-coğrafi rayonlarına nisbətən zəngindir. Ərazi cəhətdən çox da geniş olmayan buregionda ali bitkilərin 2782 növünə rast gəlinir; onlar da 773 cins və 134 fəsilədə cəmləşmişdir. Bu növlərdən 68-i mədəni halda becərilir. Yabanı bitkilərin 123 fəsiləsi və 697 cinsdi mövcuddur. Floristik bolluğuna görə ərazi 3 regiona bölünür: Arazboyu düzənliklər, orta dağlı və yüksək dağlıq qurşaqları. Ən çox bioloji müxtəliflik orta dağlıq qurşağa mənsubdur. Belə ki, Arazboyu düzənliklərdə 732 növ, orta dağlıqda 1326 növ, yüksək dağlıqda isə 640 növ floraya rast gəlinir.

Muxtar Respublikanın ərazisi təbii şəritinə görə Azərbaycanın digər bölgələrindən kəskin surətdə fərqlənir və bu bölgənin heyanlar aləminin zənginliyində öz əksini tapır. Burada olan heyvanların növ tərkibi və miqdarı Azərbaycan faunasının 60-80 %-ni təşkil edir. Muxtar respublikada endemik və yeni növlər məkən salmışlar; yalnız bu əraziyə xas olan çoxsaylı endemik və relikt, hətta, elm üçün yeni olan heyvan növləri mövcuddur. Belə çoxsaylılıq, ərazidə rast gəlinən bütün hüyvan qruplarında nəzərə çarpır. Buna görə də Naxçıvan MR ərazisi hələ qədimdən bir sıra yerli və xarici alimlərin marağına səbəb olmuşdur. Muxtar respublikanın faunası XIX əsrin II yarısından başlayaraq tədqiq olunur.

Bir sıra xarici və rus alimlərinin Cənubi Qafqazda cücüləri öyrənilməsi ilə əlaqədar apardıqları tədqiqatlar nəticəsində toplanmış materiallarda Naxçıvan bölgəsinə, xüsusilə Ordubad rayonuna daha çox diqqət yetirilir. Sonralar, 1911-ci ildə alman alimi Y. Miller Ordubad rayonunda xeyli kəpənək növü toplamışdır. Bu alimlər bölgədə 117, Azərbaycan alimləri isə əlavə olaraq2 813 kəpənək növü aşkar etmişlər. Bunların da 150 növü yalnız Naxçıvan MR ərazisi üçün səciyyəvidir.

Ərazidə 4 növ qulağagirən, 3 növ yüyrük (1 növü elm üçün yeni), 4 növ dəvədəlləyi, 67 növ düzqanadlı (4 növü elm üçün yeni), və 75 növ cırcırama, 480 növ yarımsərtqanadlı (7 növü endemik) qeydə alınmışdır. Burada yayılmış 2250 böcək növünün 25 növü Cənubi Qafqaz üçün, 51 növü isə Naxçıvan bölgəsi üçün endemikdir. Böcəklər içərisində faydalı sayılan 46 pərəbüzən növündən 39-na Naxçıvan ərazisində rast gəlinir.

Ərazidə kənd təsərrüfatı heyvanları və insanlar arasında bir sıra qorxulu yoluxucu xəstəliklər yayan 42 növ nəm milçəyi qeydə alınmışdır ki, bunlardan da 5 növü elm üçün yeni, 10 növü isə endemikdir.

Muxtar Respublikanın çay və göllərində sümüklü balıqlar sinfinə daxil olan 29 növ balıq aşkara çıxarılmışdır ki, onlar da 4 dəstə, 8 fəsilə və 24 cinsdə cəmləşirlər. Həmin növlərə Kür altağızı, Kür qumlaqçası, Araz xramulyası, Kür şirbiti, Cənubi Qafqaz gümüşçəsi, qaraqaş, şərq qıjovçusu, Cənubi Qafqaz yastıqarını, anqor çılpaqcası, zərtəpər, qızılxallı, həşəm, mursa, çəki, naxa və s. aiddir.

Naxçıvan MR-də amfibiyaların 6 növü: Suriya sarımsaq iyli qurbağası, yaşıl quru qurbağası, göl qurbağası, Cənubi Qafqaz qurbağası və Kiçik Asiya qurbağası; sürünənlərin 19 növü (Xəzər tısbağası, Aralıq dənizi tısbağası, Qafqaz kələzi, yovşanlıq girdəbaşı, zolaqlı kərtənkələ, ştraux, Cənubi Qafqaz kərtənkələsi, koramal, cılız koramal, kor ilan, kiçik yatağan, adi suilanı, İran suilanı, suilanı, xaltalı kontiya, kələz ilan, gürzə və Naxçıvan gürzəsi) qeydə alınmışdır.

Azərbaycan respublikasında qeydə alınmış 366 növ quşun yarıdan çoxuna (218 növ) muxtar respublika ərazisində rast gəlinir. Burada səciyyəvi quşlardan qırmızıbaş alacöhrə, iri zəvzək, oxuyan silvi, dovdaq, bala dovda (cek), çillər, Suriya ağacdələni, səhra muymulu kəkliyi, Xəzər uları, quzuqapan və s. göstərmək olar. Ərazidə məməlilərin 61 növü məlumdur. Bunlar dörd qrupa bölünür: cücülərlə qidalanan məməlilər-adi kirpi, kiçik qonurdiş, su kutoru; yarasalar – böyük nalburun, nalburun, blazaus, uzunqanad yarasa, palazqulaq yarasa, cırtdan yarasa, payız palazqulağı; yırtıcı məməlilər-çaqqal, canavar, tülkü, qonur ayı, çöl donuzu, gəlincik, ağdiş dələ, bəbir, porsuq, qamış pişiyi, manul, vaşaq; cütdırnaq məməlilər-cüyür, bezoar keçisi, muflon; gəmirici məməlilər-meşə süleysini, kiçik rəb dovşanı, qara siçovul, boz siçovul, siçovul, Qafqaz siçanı, meşə siçanı, Asiya dağsiçanı, Vinoqradov qum siçanı, adi korca, dağ korcası, tirəndaz.

Muxtar respublikada yayılan 350 növ onurğalı heyvanlardan 45 növü Naxçıvan MR-in Qırmızı kitabına salınmışdır.

Naxçıvan MR-in əhalisi (99,1 %) Azərbaycan türklərindən ibarətdir. Burada həmçinin ruslar, gürcülər, kürdlər və sair xalqların nümayəndələri də yaşayır. Naxçıvan MR Azərbaycan Respublikasının özünəməxsus demoqrafik inkişaf xüsusiyyətlərinə malik regionlarından biridir.

Muxtar respublikanın 361,2 min əhalisi var (2001, avqust). Əhalinin 96, 2 min nəfəri, yaxud 26,6 %-i şəhər, 265 min nəfəri, yaxud 73,4 %-i isə kənd əhalisidir; 178,1 min nəfəri, yaxud 49,3 %-i kişilərdən, 183,1 min nəfəri, yaxud 50,7 %-i qadınlardan ibarətdir. Naxçıvan MR-in yarandığı 1924-cü ildən keçən dövr ərzində bütünlükdə Azərbaycanda olduğu kimi, burada da əhalinin doğum, ölüm və təbii artım göstəricilərində, həmçinin miqrasiyası prosesində tədricən müəyyən müsbət dəyişikliklər yaranmağa başlamış və bu dəyişikliklər əhalinin artımına zəmin yaratmışdır.

Muxtar respublikanın mövcud olduğu dövrdə əhalinin ən sürətli orta illik artımı bütünlükdə Azərbaycanda əhalinin demoqrafik inkişaf səviyyəsinin ən yüksək göstəriciyə malik olduğu 1960–1970-ci illərə təsadüf etmişdir. 1959–1970-ci illərin əhali siyahıyaalması dövründə Naxçıvan MR-də əhalinin sayı 43 % (Azərbaycan SSR-də 38,4 %) artmışdır. Həmin dövrdə bütünlükdə Azərbaycan SSR-də əhalinin orta illik artım surəti 3,5 % olduğu halda, Naxçıvan MSSR-də 3,9 % təşkil etmişdir. Bu, hər şeydən əvvəl həmin dövrdə muxtar respublikada əhalinin hər 1000 nəfərinə düşən doğum və təbii artım göstəricilərinin Azərbaycan SSR-dən xeyli yüksək olması ilə əlaqədar idi.

Muxtar respublikada 1970–1990-cı illərdə əhalinin sayı 48,6 % artaraq 205,7 min nəfərdən 305,7 min nəfərə, o cümlədən şəhər əhalisi 99,2 % artaraq 51,0 min nəfərdən 101,6 min nəfərə, kənd əhalisi isə 31,9 % artaraq 154,7 min nəfərdən 204,1 min nəfərə çatmışdı. 1990-cı illərin sosial-iqtisadi çətinliklərinə baxmayaraq, bu dövrdə burada əhalinin sayı 15,8 % artaraq 305,7 min nəfərdən 361,2 min nəfərə çatmışdır. Orta sıxlıq 1 km²-də 66 nəfərdir (2001, yanvar).

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı 2013-cü il mayın 1-nə olan statistikaya əsasən 430103 nəfərə çatıb. 2013-cü il mayın 1-nə olan statistikaya əsasən muxtar respublikada əhalinin sayı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 8728 nəfər və ya 2,1% artıb. 2013-cü ilin yanvar-aprel aylarında Naxçıvanda 3500 uşaq anadan olub.

Azərbaycan Respublikasının iqtisadi-coğrafi rayonlaşdırılmasında Naxçıvan MR ərazisi bütövlükdə ölkədaxili iqtisadi rayonlardan biri kimi qeyd olunmuşdur. Lakin o, özünün çoxsahəli strukturu ilə fərqlənir. Bu, muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid edilmiş coğrafi məkanda yerləşməsi və bununla əlaqədar burada yerli tələbatı müvafiq istehsal sahələri yaratmaq hesabına təmin etmək zərurəti ilə izah olunur. Son 80 ildə muxtar respublikada yeni istehsal sahələri yaradılmış, zəngin təbii ehtiyatlar aşkara çıxarılaraq istismara cəlb olunmuş, sənaye müasir texnika və texnologiya ilə təchiz edilmişdir. Naxçıvan MR inkişafda olan çoxsahəli sənaye və aqrar-sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı xüsusi yer tutur. Elektronika, metal emalı, yüngül, tikinti materialları sənayesi var. Kənd təsərrüfatı, əsasən, üzümçülük, tütünçülük və bağçılıq sahəsində ixtisaslaşmışdır. Taxılçılıq və heyvandarlıq inkişaf etmişdir.

Son illərdə muxtar respublikada iqtisadi islahatlar həyata keçirilmiş, torpaq islahatı başa çatdırılmış, azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün az da olsa imkanlar yaradılmışdır.

Naxçıvan MR sənayesi tarixən Azərbaycan iqtisadiyyatında önəmli yerlərdən birini tutmuşdur. Hələ 1970–1980-ci illərdə muxtar respublikada istehsal olunan yüzlərlə məhsul növünün xeyli hissəsi xarici ölkələrə ixrac olunurdu. 1990–2000-ci illərdə muxtar respublikada aparılmış elmi ixtisaslaşma və ictimai əmək bölgüsü sayəsində emal və hasilat sənayesi formalaşmışdır. Naxçıvan MR-in xarici ölkələrlə, xüsusilə İran və Türkiyə, MDB ölkələri ilə ticarət-iqtisadi əlaqələri genişlənmişdir. Sənayenin ümumi məhsulunun həcmi 1924-cü ildəkinə nisbətən 1990-cı ildə 200 dəfədən çox, 2001-ci ildə isə 1995-ci illə müqayisədə 1,7 dəfə artmışdır. Bütünlükdə, regionun sənayesi yerli xammala əsaslanır və yüngül və yeyinti sənayesi müsissələri əksəriyyət təşkil edir.

Üzümçülüyün inkişafı, eyni zamanda şərabçılığın təşəkkül tapmasına şərait yaratmışdır. Badamlı-Vayxır-Naxçıvan mineral su kəmərinin çəkilməsi Naxçıvan MR-in mineral su istehsalını artırmışdır. Keyfiyyətinə və müalicəvi xüsusiyyətlərinə görə məşhur olan mineral sular Badamlı, Sirab, Vayxır, Darıdağ və Nəhəcir mineral su zavodlarında xüsusi şəkildə qablaşdırılaraq satışa çıxardılır.

Maşınqayırma, metal və ağac emalı, elektrotexnika müəsissələri muxtar respublikanın sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun təmin edilməsində əsaslı rol oynayır. Naxçıvan MR-in 4 hasilat və 14 emal sənaye müəsissəsi diyarda ümumi məhsulun 2/3 hissəsini istehsal edir.

Zəngin və çoxsaylı tikinti materiallarına məxsus muxtar respublikanın ərazisi, burada tikinti materialları, dəmir-beton, kərpic, travertin, mərmər və s. sənaye müəsissələrinin yaradılmasına və nadir tikinti məhsullarının dünya bazarına çıxarılmasına imkan vermişdir. Muxtar respublikada 91 tikinti-quraşdırma şirkəti fəaliyyət göstərir.

Muxtar respublikanın iqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Buranın iqlim-torpaq şəraiti kənd təsərrüfatının inkişaf etdirilməsinə əlverişli şərait yaradır. Bu inkişaf istifadəsiz qalmış yararlı torpaqların mənimsənilməsi, mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi və suvarmanın təkmilləşdirilməsindən asılıdır. Araz çayı üzərində hidrotexniki kompleksin, Arpaçay, Sirab su anbarlarının, Sədərək, Naxçıvan, Əlincəçay suvarma sistemlərinin işə salınması, Fərhad, Nehrəm su anbarlarının tikilməsi  və geniş miqyaslı meliorasiya işlərinin görülməsi sayəsində kənd təsərrüfatının suvarma imkanları və təchizatı yaxşı vəziyyətə gətirilmişdir.

Muxtar respublikanın düzənlik yerlərində, əsasən, ətlik-südlük və yunluq, dağlıq yerlərdən ətlik-yunluq heyvandarlıqla məşğul olunur. Balbas cinsli qoyunlar yetişdirilir. Muxtar respublikada quşçuluq, baramaçılıq və arıçılıqla da məşğul olunur.

Naxçıvan diyarının xarici iqtisadi, xüsusilə ticarət əlaqələri ta qədim zamanlardan təşəkkül tapmış, onun nadir məhsulları bir sıra xarici ölkələrin də tələbatını ödəmiş və diyar müəyyən səviyyədə ölkələr arası inteqrasiyaya qoşula bilmişdir. Bunu Naxçıvan ərazisindən qədim dünyanın bir sıra dövlətlərinə məxsus sikkələrin, maddi-mədəniyyət nümunələrinin tapılması da sübut edir.

Yüklərin əsas hissəsi avtomobil nəqliyyatı vasitəsilə daşınır. Yüksək manevretmə qabiliyyəti, həm bərk örtüklü, həm də torpaq yollarda məhsulların bir məntəqədən digərinə qısa müddətdə çatdırılması bu nəqliyyat növünün əhəmiyyətini artırır.

Naxçıvan MR-da avtomobil yollarının ümumi uzunluğu 1473 km olub, Azərbaycan Respublikası üzrə olan avtomobil yollarının 7,7%-ni təşkil edir. Bunun da 945 km-i bərk örtüklü yolların, 528 km-i torpaq yolların payına düşür (cədvəl 11.9).

İqtisadi-coğrafi rayonda ümumi istifadədə olan avtomobil yolları, km (2012)

[Azərbaycanın nəqliyyatı – 2012].

Təsərrüfatın inkişaf etməsi ilə əlaqədar MR-də daşınan yüklərin və sərnişinlərin sayı daim artır.  2000-2012-ci illərdə daşınan yüklərin miqdarı 3,8 dəfə sərnişinlərin sayı 2,8 dəfə artmışdır.

Əsasən dağlıq ərazilərdə yerləşən Ordubad və Şahbuz rayonları həmçinin Şərur və Babək rayonlarının payına daha çox avtomobil yolu düşür. Bərk örtüklü asfalt yollarda yük daşımaların maya dəyəri qrunt yollara nisbətən bir neçə dəfə ucuz başa gəlir.  Cədvəl  11.10

İqtisadi-coğrafi rayonda avtomobil nəqliyyatının əsas göstəriciləri  

Blokada vəziyyətində olması ilə əlaqədar Muxtar Respublikanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəmir yolu xətti işləmir. 

Naxçıvan MR–də dəmir yolu nəqliyyatı mühüm əhəmiyyət daşıyır. Araz çayı boyunca Bakı–İrəvan dəmir yolu keçir (Naxçıvan MR–də təqribən 190 km-dir). Həmin dəmir yolunun Culfa–İrəvan hissəsi 1906-cı ildə, Culfa–Mincivan (Zəngilan rayonu) hissəsi 1941-ci ildə istifadəyə verilmişdir. Culfadan Təbrizə qol (1916-cı ildə Rusiya hökuməti çəkmişdir) ayrılır. Qarabağ müharibəsi nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan və muxtar respublikanı Azərbaycanla bağlayan (Zəngəzurun Ermənistana verilməsindən sonra) dəmir yolu xətti 1992-ci il, 24 apreldə tamamilə kəsildi və həmin vaxtan Naxçıvan MR Azərbaycandan təcrid olunmuş şəkildə, blokada vəziyyətində yaşayır. 

Muxtar respublikanın yeganə əlaqələri təyyarə nəqliyyatı vasitəsiylə həyata keçirilir. 1993–1995-ci illərdə Naxçıvan Hava Limanı genişləndirilərək yenidən qurulmuş, sərnişin və ağır yüklü nəqliyyat təyyarələrinin qəbul olunmasına imkan yaranmışdır.

Naxçıvanda xalq arasında güc, çeviklik və bacarıq tələb edən milli idman oyunları qədimdən yaranmışdır. Güləş, at çapmaq, qılınc və gürz oynatmaq, nizə və ox atmaq, üzmək, qaçış və s. üzrə keçirilən yarışlarda əsas məqsəd gəncləri əməyə və hərbi işə hazırlamaq idi. Naxçıvanda pəhləvanların hazırlanmasında zorxanalar mühüm rol oynamışdı.

Naxçıvanda maarif və təhsil hələ orta əsrlərdən inkişaf etmiş, məktəb və mədrəsə təhsili geniş yayılmışdı. Elxanilər dövrünə aid bir fərmandan məlum olur ki, hələ XII əsrin sonlarında Naxçıvanda iki mədrəsə mövcud idi. Orta əsr mənbələrinə görə, XIII əsrin sonlarında Naxçıvanda 4 ali tipli mədrəsə, məscidlərin nəzdində mollaxana adlanan 60-a qədər ibtidai mədrəsə fəaliyyət göstərirdi. Dünyəvi fənlərin də təlim edildiyi Naxçıvan və Ordubad mədrəsələrindəYaxın Şərq ölkələrindən gəlmiş tələbələr də təhsil alırdı. Naxçıvan şəhərində ilk dünyəvi məktəb Ehsan xan Kəngərlinin XIX əsrin 30-cu illərinin sonlarında açdığı rus-tatar qəza məktəbidir. Həmin məktəb 1879-cu ildə üçsinifli şəhər məktəbinə çevirilmişdi.

XIX əsrin sonlarında bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da üsuli-cədid məktəbləri yaranmağa başladı. M. T. Sidqi Ordubadda Əxtər (1892), Qız məktəbi (1896) məktəbləri təsis etdi. 1920-ci ilədək Naxçıvanda 45 məktəb fəaliyyət göstərirdi. Sonrakı dövrlərdə Naxçıvanda təhsil daha da inkişaf etmiş, müxtəlif sahəli elm ocaqları yaradılmışdı.

Naxçıvan orta əsrlərdə Azərbaycan elminə, bütün Yaxın və Orta Şərqdə şöhrət qazanmış onlarla görkəmli alim, mütəfəkkir, filosof, hüquqşünas, tarixçi, filoloq, təbib və ilahiyyatçı bəxş etmişdir. Əbu Əbdüllah əl-Müfərric Nəşəvi, Əhməd ibn Hacəf Nəşəvi, Əkmələddin Naxçıvani, Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani, Fəxrəddin Naxçıvani, Baba Nemətullah Naxçıvani, Kəmaləddin Naxçıvani, Nəcməddin Naxçıvani, İzzəddin Naxçıvani, Həsən ibn Ömər Naxçıvani, Fəzlullah Nəimi və başqa naxçıvanlı alimlər dünya elm xəzinəsinə dəyərli töhfələr vermişlər.

XX əsrin 20–ci illərindən Azərbaycanda, o cümlədən də Naxçıvan MR-də müasir elmin əksər sahələri böyük inkişaf yoluna qədəm qoydu. “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin Naxçıvan şöbəsinin yaradılması diyarın zəngin təbii sərvətlərinin aşkara çıxarılmasında, tarix, elm və mədəni irsin öyrənilməsində əhəmiyyətli rol oynadı. AMEA-nın yaradılması (1945) muxtar respublikada da elmin inkişafına güclü təkan verdi. Muxtar respublikada elmi idarələr, o cümlədən Araz (Naxçıvan) Kompleks Zona Təcrübə Stansiyası, Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Stansiyası, AMEA – nın Naxçıvan Regional Elmi Mərkəzi, Elm və Texnika Mərkəzi, Şamaxı Astrofizika Rəsədxanasının Günəşi Müşahidə Stansiyası (Batabat rəsədxanası) yaradıldı. 1972-ci ildə təşkil olunmuş Naxçıvan Elm Mərkəzində fundamental elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır. Burada muxtar respublikanın təbii sərvətlərinin, tarix və mədəniyyət abidələrinin tədqiqi və öyrənilməsi sahəsində çoxlu işlər görülür. 1999-cu ildə yaradılmış Naxçıvan Elm və Texnika Mərkəzində muxtar respublikada yayılmış dərman bitkilərinin toplanması, öyrənilməsi, onlardan dərman preparatlarının hazırlanması işləri aparılmaqdadır.

Muxtar Respublikada təxminən 300-ə yaxın məscid mövcuddur. Onlardan 100-ə yaxını daimi fəaliyyətdədir. 1993-2003-cü illər ərzində burada 80-nə yaxın məscid inşa olunmuş və ya əsaslı bərpa edilmişdir. 2003-2013-cü illərdə tikilmiş və ya bərpa olunmuş məscidlərin sayı təxminən 15-dir.

Naxçıvan MR–də ilk mətbuat orqanı Muxtar Respublika Ali Məclisinin və Nazirlər Kabinetinin orqanı olan “Şərq qapısı” qəzetidir. 1921-ci ildən nəşr olunan qəzetin “Cavanlar həyatı” (1921 noyabr – dekabr) və “Füqəra səsi” (1922 yanvar – mart); 1980–1990-cı illərdə isə “Sovet Naxçıvanı” və “Sovetskaya Naxiçevan” adları ilə Azərbaycan və rus dillərində çıxmışdır. 1996-cı ildən Naxçıvan Şəhər İcra Hakimiyyətinin “Nuh Yurdu” adlı qəzeti nəşr edilir. 30-cu illərdən muxtar respublikada yaradılmış inzibati rayonlarda Rayon İcra Hakimiyyətlərinin orqanları olan “Şərurun səsi” (Şərur), “El Həyatı” (Ordubad), “Şərqin səhəri” (Babək), “Arazın səsi” (Culfa), “Oğuz səsi” (Şahbuz), “Oğuz Yurdu” (Sədərək) qəzetləri çıxır. 2004-cü ildə yaradılmış Kəngərli rayonunda isə Yeni Həyatqəzeti çıxır.

Naxçıvan MR – də radio verilişlərinə 1926-cı ildən, yerli radio verilişlərinə isə 1930-cu ildən başlanmışdır. 1963-cü ildə isə Naxçıvanda televiziya mərkəzi fəaliyyətə başlamışdır. Həmin il muxtar respublikanın Nazirlər Sovetinin qərarı ilə yerli radionun bazasında Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsi yaradılmışdır.Hal-hazırda Naxçıvan ərazisində 2 televiziya(Naxçıvan Televiziyası və Kanal 35) və 2 radiostansiya (Naxçıvanın səsi) fəaliyyət göstərir.

Naxçıvan diyarı qədim və zəngin ədəbi ənənələrə malikdir. Azərbaycan Şifahi Xalq Ədəbiyyatında Naxçıvan motivləri əhəmiyyətli yer tutur.  Kitabi Dədə Qorqudun boylarında Naxçıvan bölgəsi ilə səsləşən süjetlərə və toponimlərə rast gəlinir. Qorqudşünaslar dastandakı “Basatln təpəgözü öldürdüyü boy” və “Bəkil oğlu İmran” boylarında cərəyan edən hadisələrin, əsasən, Naxçıvanla bağlı olduğunu göstərmişlər. Naxçıvan süjetləri və toponimləri Koroğlu, Əsli və Kərəm və Qaçaq Nəbi dastanlarında da özünə yer almışdır.

Naxçıvan folklorunda Azərbaycan Şifahi Xalq Ədəbiyyatının bütün janrları təmsil olunmuşdur. Əsasən bu diyara xas olan janrlar (haxışta, gülümey, yallıbaşı mahnılar) və nümunələr də vardır. Diyarda xalq ədəbiyyatının mühüm qollarından olan aşıq sənəti də inkişaf etmişdir. Bu sahədə Şərur və Şahbuz rayonları fərqlənməkdədir. 

Hələ qədim zamanlarda bir çox görkəmli şairlər, o cümlədən, Qətran Təbrizi bir müddət Naxçıvanda yaşayıb yaratmışdır. Atabəy Məhəmməd Cahan Pəhləvanın sarayına yaxın olan, “təbiblər sulatnı” kimi şöhrət qazanmış Kəmaləddin Naxçıvani şair kimi də məşhur idi. Əbubəkr ibn Xosrovun Atabəylər sarayında xidməti dövründə yazdığı məşhur “Munisnamə” əsəri mühüm sosial-əxlaqi motivləri və humanizmi ilə seçilir. Orta əsrlərdə Əhməd ən – Nəşəvi, Nəcməddin Naxçıvani, Hinduşah Naxçıvani, Sadiq bəy Ordubadi, Baba Nemətullah Naxçıvani, Fəzlullah Nəimi və başqa mütəfəkkir Azərbaycan alimləri eyni zamanda bədii əsərləri ilə də Azərbaycan ədəbiyyatını zənginləşdirmişlər.

XIX əsrdə maarifçilik hərəkatının geniş yayılması bu bölgədə də ədəbiyyat və mədəniyyətin sürətli inkişafına təkan verdi. Heyran xanım və Qönçəbəyimin yaradıcılığında məhəbbət lirikası ilə yanaşı, zəmanədən şikayət, zülmə, sosial ədalətsizliyə qarşı etiraz motivləri də güclüdür. Bu dövrdə Naxçıvan ədəbi mühitində ciddi canlanma nəzərə çarpır. Ordubadda yaradılmış ”Əncüməni – şüəra” ədəbi məclisi (1838) klassik ədəbi ənənələrlə yanaşı, yeni maarifçi ədəbiyyatın da inkişafına müəyyən təsir göstərmişdir. Məclisin fəali üzvlərindən Qüdsi Vənəndi, Fəqir Ordubadi, Əhmədağa Şəmi və başqalarının yaradıcılığında klassik məhəbbət lirikasının ənənəvi mövzuları ilə yanaşı, maarifçilik ideyaları, tənqidi – realistik – stairik meyllər də əhəmiyyətli yer tutur. T. Sidqinin (1854 - 1903) ədəbi pedoqoji irsinin də Azərbaycanın maarifçi – realist ədəbiyyatına özünəməxsus yeri var.

XX əsrdə Naxçıvan diyarı Azərbaycanın ictimai, ədəbi-bədii fikrinə və mədəniyyətinə bir sıra böyük şəxsiyyətlər bəxş etmişdir. Dahi yazıçı, dramaturq və publisist, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin yaradıcılığı realis-demokratik Azərbaycan ədəbiyyatı tarixində müstəsna yer tutur. Ədib “Çay dəstgahı”, “Kişmiş oyunu”, “Danabaş kəndinin əhvalatları”, və II Kültəpə, Sədərək, Maxta, Ovçular təpəsi, Daşarx, Qızılburun, Şahtaxtı, Qarabağlar, Külüs, Kolanı və s.) müxtəlif əmək alətləri, məişət və bəzəkəşyaları aşkara çıxarılmışdır. Arazın sol sahilində yaşamış qədim tayfaların sosial həyat tərzi, dini –ideoloji dünyagörüşləri, inamları vəadət - ənənələri bu dövrün sənətkarlığında öz əksini tapmışdır. Naxçıvanın Tunc dövrü mədəniyyəti üçün səciyyəvi sayılan yüksək ustalıqla hazırlanmış bədii tərtibatlı boyalı gil qabları (bu dövrdə Naxçıvanda bir sıra xüsusiyyətləri ilə fərqlənən Boyalı Qablar mədəniyyəti təşəkkül tapmışdır), rəngarəng motivli bəzəklər, həmçinin tunc və gümüşdən nəfis zərgərlik məmulatı, qızıl bəzək əşyaları, müxtəlif  minerallardan hazırlanmış muncuqlar, metal, ağac, sümük, gil və daşdan zərif sənətkarlıq əsərləri, gil və daş heykəlciklər buna parlaq sübutdur.
 
Qədim sənətkarlığın mühüm sahəsi olan dulusçuluq Naxçıvan ərazisində e.ə. IV minillikdə yaranmışdır. Arxeoloji materiallar göstərir ki, Eneolit və Tunc dövrlərinə aid gil qablar dulus çarxlarında hazırlanmış və xüsusi kürələrdə bişirilmişdir. Dulus kürələrinin ən qədim qalıqları I Kültəpə yaşayış yerində aşkar olunmuşdur. Tunc dövrünə aid II Kültəpə yaşayış yerindən əl ilə, qismən də dulus çarxında hazırlanmış müxtəlif formalı sadə, həndəsi və nəbati naxışlar, insan, heyvan və quş təsvirləri ilə bəzədilmiş boyalı qab nümunələri məlumdur. Yüksək keyfiyyəti, rəngarəngliyi və çeşidli formaları ilə seçilən dulus qablarının bəzədilməsi, şüyrələnməsi, şirlənməsi xalq sənətinin mühüm sahələridir.

Naxçıvan eyni zamanda dünyanınən qədim metal işləmə ocaqlarından biridir. I Kültəpənin ən qədim mədəni təbəqəsindən müxtəlif mis – mərgümüş, nikel – mərgümüş qatışığı olan alətlər və bəzək nümunələri əldə edilmişdir. Ordubad rayonunun Plovdağ nekropolundan çoxlu tunc sancaqlar, Kültəpədən tunc dövrünə aid başı ilgəkli dörd sancaq, bıçaq parçası və sair tapılmışdır. Arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış materiallar Naxçıvanın qədim sakinlərinin sümükdən və daşdan əmək alətləri və bəzək hazırlamaq məharətinə malik olduqlarını göstərmişdir.

Toxuculuq peşəsinə aid daş, sümük və gil iy başlıqlarına, həmçinin, çox zərif parça qalıqlarına rast gəlinmişdir. Orta əsrlərdə misgərlik, zərgərlik, ipəkçilik, xalçaçılıq kimi sənətlər xüsusilə vüsət almış, yüksək sənətkarlıq və zövq ilə hazırlanmış müxtəlif məişət əşyaları və zərgərlik məmulatları şöhrət qazanmışdı. Bu sənətkarlıq məhsulları xarici bazarlara da ixrac edilirdi. Bədii metal ustası Osman ibn Salman Naxçıvaninin oyma naxışlarla bəzədilmiş bürünc dolçası (1190) Fransanın məşhur Luvr muzeyində sərgilənməkdədir.

Erkən orta əsrlərdən başlayaraq istehsal texnikası təkmilləşmiş, ipək istehsalında ayaqla hərəkətə gətirilən təkərli mancanaqlar (baramaaçan dəzgahlar), ipək karxanalarında mütəhərrik toxucu dəzgahları tətbiq olunmuşdur. Ordubad şəhəri Azərbaycanın ipək parça istehsal edən əsas mərkəzlərindən biri idi. Culfa, Ordubad və Naxçıvanda bez istehsalı (bəzzazlıq) sənəti də geniş yayılmışdı.

Azərbaycanın qədim xalçaçılıq ənənəsinin formalaşmasında Naxçıvanın da öz rolu vardır. Orta əsrlərdə Naxçıvanda xalçaçılıq sənəti daha da inkişaf etmiş, sonrakı dövrlərdə Naxçıvan əhalisinin məişət və iqtisadiyyatında mühüm yer tutmuşdur. Naxçıvan xalçaçılıq məktəbi Azərbaycan xalçaçılığının xüsusi bir qolunu təşkil edir. Naxçıvanda xalçaçılıq bu gün də yaşadılmaqdadır.

Naxçıvanda təsviri sənətin kökləri qədim Gəmiqaya rəsmlərinə (e.ə. VII-I minilliklər) gedib çıxır. Bu diyarın qədim sakinlərinin dünyagörüşünü, bədii – estetik təfəkkürünü əks etdirən həmin rəsmlərdə onların təsərrüfat həyatı və məişəti əbədiləşdirilmişdir. Ərazidən tapılmış maddi mədəniyyət nümunələri, xüsusilə Əlincəçay vadisindəki Zoğala yaşayış yerindən tapılmış sütun altlıqları, orijinal tunc qrifon fiqurları (VI – VII əsrlər), Cavanşirin tunc heykəli və s. sənət əsərləri Naxçıvanda təsviri sənətin qədim tarixindən xəbər verir.

Orta əsrlərdə bütün müsəlman şərqində olduğu kimi Naxçıvanda da xəttatlıq, kitabşünaslıq və miniatür sənəti inkişaf etmişdir. Naxçıvanın məşhur sənətkarlarından Nəşəvi Həddad ibn Asim (XI əsr), İzzəddin Əbülfəzl Dövlətşah əs – Sahibi (XII əsr), Ətiq Ordubadi, Mirzə Məhəmməd Ordubadi (XVI – XVII əsrlər) və başqaları bütün Yaxın Şərqdə məşhur olmuşdu. Görkəmli şair Usta Zeynal Nəqqaş (XIX əsr) həm də məşhur nəqqaş idi.

Naxçıvanda peşəkar rəssamlıq sənəti XX əsrin əvvəllərində yaranmışdır. Realist Azərbaycan rəssamlığının banisi Bəhruz Kəngərlinin əsərlərində dövrün kaloriti, öncül mövzuları əksini tapmışdır. Azərbaycan boyakarlığında mənzərə və portret janrlarının təşəkkülü onun adı ilə bağlıdır. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində doğma yurdundan didərgin düşmüş insanların portretlər silsiləsi (“Qaçqın qadın”, 1921-ci il, Azərbaycan Dövlət İncəsənət Muzeyi və sair əsərlər) təkcə rəssamın yaradıcılığında deyil, həm də Azərbaycan boyakarlığında əhəmiyyətli yer tutur.

Məşhur Azərbaycan və türk boyakarı İbrahim Səfi, xalq rəssamları Hüseyn Əliyev və Elmira Şahtaxtinskaya, əməkdar incəsənət xadimi Əyyub Hüseynov, əməkdar rəssam Cəmil Müfidzadə də Naxçıvan torpağının yetirməsidir. Əməkdar incəsənət xadimləri Şamil Qazıyev, Əyyub Fətəliyev, M. Qasımov isə əsasən teatr rəssamları kimi tanınmışdırlar. Ş. Qazıyevin “Çoban portreti” (1931) Tretyakov qalereyasında (Moskva) sərgilənməkdədir. Naxçıvan MR – də Azərbaycan Rəssamlar İttifaqının filialı fəaliyyət göstərir.

Naxçıvanda meydan teatrı və şəbeh tamaşaları formasında teatr sənəti hələ qədim dövrdən mövcud olmuşdur. Peşəkar teatrın isə 120 yaşı var. 1882-ci ildə tanınmış ziyalı E. Sultanovun təşəbbüsü ilə Naxçıvanda əsas üzvləri müəllimlərdən ibarət olan “Müsəlman şiə incəsənəti və dram cəmiyyəti”, “Ziyalı məclisi” yaradılmışdı. E. Sultanov 1884-cü ildə birpərdəli “Tatarka” (“Azərbaycan qızı”) pyesini yazmışdı. Cəmiyyət və məclis üzvlərinin təşəbbüsü ilə 12 avqust 1886-cı ildə mütərəqqi ziyalılardan Hacı Nəcəf Zeynalovun Naxçıvanın Zaviyə məhəlləsindəki evində M. F. Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyası oynanıldı. Bu tamaşa ilə Naxçıvan teatrının əsası qoyuldu.

Naxçıvan teatrının təşəkkülündə E. Sultanovla yanaşı C. Məmmədquluzadə, M. T. Sidqi, Q. Şərifov, Ə. Sultanov, M. C. Şürbi, sonralar isə B. Naxçıvani, R. Təhmasib, Ə. Qəmküsar, R. İsfəndiyarlı və başqalarının da rolu olmuşdur. Azərbaycan teatrının müqtədir ustadları H. Ərəblinskinin, M. Əliyevin, S. Ruhullanın tez – tez Naxçıvana gələrək, yerli aktyor və rejissorlarla birgə tamaşalar göstərməsi, Naxçıvan teatrının peşəkarlıq səviyyəinin artmasına və püxtələşməsinə güclü təsir göstərmişdir.

XX əsrin 20-ci illərindən Naxçıvan teatrı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə Naxçıvan aktyorları vahid truppada birləşdi. 1922-ci ildə Naxçıvan şəhərində Naxçıvan Dövlət Dram Teatrı yaradıldı. H. Cavid və C. Cabbarlının pyeslərinin tamaşaya qoyulması Naxçıvan teatrına yeni ab – hava gətirdi.

Azərbaycan hökumətinin 14 sentyabr 1989-cu il tarixli qərarı ilə uşaq və yeniyetmələrin milli – mənəvi - əxlaqi dəyərlər ruhunda tərbiyəsini gücləndirmək, dünyagörüşünü formalaşdırmaq məqsədi ilə Naxçıvan Dövlət Kukla Teatrı yaradılmışdır.

Naxçıvan diyarında ta qədimdən həm xalq musiqisi, həm də klassik musiqi (muğam) yanaşı şəkildə yayılmışdı. Musiqi mədəniyyətinin inkişafında xalq yaradıcılığının – xalq mahnı və rəqs havalarının, aşıq sənətinin mühüm rolu olmuşdur. Mövsüm və mərasimlərlə (üzərliksalma, xan bəzəmə, cangülüm, duvaqqapma və s.), əmək fəaliyyəti ilə bağlı nəğmələr (qodu – qodu, sayaçı sözləri, xırman nəğmələri) Naxçıvanın musiqi folklorunun qədim nümunələridir. Xalq mahnıları, habelə, toy mərasimi ilə bağlı haxıştalar, gülümeylər, rəqs havaları, xüsusilə xalq yaradıcılığının sintetik janrı, vokal və instrumental musiqini özündə birləşdirən yallı və yallıbaşı mahnılar (bu sahədə Şərur bölgəsi seçilir) geniş yayılmışdı.

Xalq yaradıcılığında özünəməxsus yeri olan aşıq sənəti, əsasən, Şərur və Şahbuz bölgələrində yayılmış və inkişaf etmişdir. Peşəkar klassik musiqi – muğam ifaçılığı, xanəndəlik isə əsasən, Ordubad və Naxçıvanda yayılmışdı. Məşhur çalğıçı Muradağa Naxçıvanlı Osmanlı sultanı IV Muradın saray musiqiçisi kimi fəaliyyət göstərmişdir.

XIX əsrin sonu – XX əsrin əvvəllərindən Naxçıvanda da müasir musiqi formalarına maraq artdı. Həmin dövrdə bu bölgədə dramatik və musiqili teatr yarandı, açıq konsertlər təşkil edilməyə başlanıldı. XX əsrin 20-ci illərindən başlayaraq Naxçıvan şəhərinin mərkəzi istirahət parkında nəfəsli alətlər orkestrı və Şərq üçlüyü konsertlər verirdi. Sonralar onları xalq çalğı alətləri ansamblı əvəz etdi.




#Article 21: Gürcüstan (1997 words)


Gürcüstan ( – Sakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir.  

Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır. XIX əsrin əvvəlində Rusiyaya birləşdilib. 1918-ci ildə müstəqillik əldə etsə də, qısa müddətdən sonra RSFSR tərəfindən işğal olundu.

Gürcülər özlərini kartveli (gürcü)(tək hal) və kartvelebi (gürcülər)(cəm hal), ölkələrini Sakartvelo (Gürcüstan / kartvel və ya gürcü diyarı), dillərini kartuli (gürcücə, kartvelcə) və ya kartuli ena (gürcü dili, kartvel dili) olaraq adlandırır. Kartvelebi adlanan qrup isə sadəcə gürcülərin əksəriyyətini deyil, Gürcüstanın digər kartveldilli millətlərini də (bunlara meqrelləri və svanları aid etmək olar) əhatə etməkdədir.

Qonşuları və bölgə xalqları tərəfindən gürcülər fərqli adlarla tanınırlar: azərbaycanlılar gürcü, gürcülər, Gürcüstan, türklər gürcü, gürcüler, Gürcistan, farslar qorci, qorciha, Qorcestan, ermənilər vratsi, vratsineri, Vrastan, ruslar qruzin, qruzinı, Qruziya ifadələrini istifadə edirlər. İngiliscə isə Georgian (corcian), Georgians (corcians) və Georgia (Corciya) adları istifadə edilirlər.

Fars dilindən qaynaqlanan gürcü sözünün mənşəyi haqqında iki fərqli yanaşma mövcuddur. Bunlardan birincisi qədim yunan və latın mənşəli, təsərrüfatla əlaqəsi olan mənasında işlənən georgos / georgicus sözündən əmələ gəldiyinə dair teoremdir. Bir başqa yanaşma isə qədim fars dövlətində gürcülərin Gurcan və ya Gurc olaraq adlandırıldığı və gürcü, georgian kimi adların farsca gorg (canavar) sözündən gəldiyi və bu sözdən yaranmış olmasıdır.

Uzaq keçmişdə bu ərazilərdə yunanlara və romalılara məlum olan iki dövlət mövcud idi: İberiya və Kolxida. Bu dövlətlər 337-ci ildə xristianlıq qəbul etdilər. Bizans və ərəb idarəsindən qurtarıb gürcü məlikləri XI əsrdə torpaqlarını birləşdirib müstəqil Gürcü şahlığını yaratdılar. XII əsrdə bu şahlıq qonşu əraziləri fəth edib güclü bir dövlətə dönür. XIV əsrdən bəri monqollar, iranlılar və osmanlılar ölkəyə hücum edib müstəqilliyinə dəfələrlə son qoyurdular. 1783-cü ildə gürcü Kartli-Kaxeti şahı İrakli II Rusiya ilə Georgievsk müqaviləsini imzaladı. Bu müqavilə əsasəm Rusiya Gürcüstana mühafizə tə'min etsə də, Qacarlar hələ də ölkəyə qarşı hücum etməyə davam edirdi. 1801-ci ildə Gürcüstan Rusiya tərəfindən zəbt edildi. 1810 Rusiya qərbi gürcü İmereti çarlığını da özünə tabe etdi. 1918-ci ilə 1921-ci illər arasında Gürcüstan müstəqil respublika idi. 1921-ci ildə rus ordusu Gürcüstana daxil olub, müstəqilliyi ləğv etdi və SSRİ-nin tərkibində Gürcüstan Sovet Sosialist Respublikası yaradıldı. 1922-1936-cı illərdə Gürcüstan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına daxil idi. 1991-ci ildən bəri Gürcüstana Respublikası müstəqil ölkədir.

Gürcüstanın iqlimi coğrafi bölgələr üzrə dəyişkəndir. Qafqaz dağlarının soyuq şimal küləklərini və ölkənin Qaradənizdən gələn nəmli və isti bir hava axınının təsirində qalması iqlimin yumşaq və yağışlı olmasına imkan yaradır.

Qara Dənizə yaxın Kolxida ovalığında isə astropikal iqlim özəllikləri görülür. Əsasən payız və qış aylarında yağan yağışlar qərbdən şərqə doğru getdikcə azalır. Kolxida ovalığında ildə orta hesabla 1600-2000 mm. olan yağış miqdarı Kartli və Kaxetiya yaylalarında 508 miliimetrə qədər azalır.

Yay və qış arasındakı istilik fərqi qərbdə çox dəyişkən quru iqliminin hökm sürdüyü şərqə daha çoxdur.

Gürcüsdan qədim döv
Gürcüstanın ən vacib faydalı qazıntı ehtiyatları marqans, mis, arsen, qurğuşun, sink filizi və digər metal filizi yataqları, həmçinin neft və daş kömürdür. Gürcüstanın əsas neft yataqları Kolxida düzənliyində və Kaxetiya regionunun cənub hissəsində, Azərbaycanla sərhəd ərazilərdə yerləşir. Neft yataqları 350-1500 metr dərinliklərdə yerləşir. Daş kömür ehtiyatları əsasən qərbi Gürcüstanda yerləşir. Onun ehtiyatları bir neçə yüz milyon tondur. Dəmir filizi ehtiyatı 150 milyon ton, marqans yataqları ehtiyatı 50 milyon ton həcmində dəyərləndirilir.

Təbii su ehtiyatları baxımından zəngin bir ölkə olan Gürcüstanda Böyük Qafqaz dağlarının buzlaqlarından qidalanan Bzibi, Kodori, İnquri, Tsxenitskali və Rioni çayları Qara dəniz hövzəsinə daxildirlər. Mənbəyi Türkiyədən başlayan Çorux çayı Batum yaxınlarında Qara dənizə, Kür isə Xəzər dənizinə tökülür. Kürün qolları olan Liaxvi, Çama, Tana, Tedzami, Araqvi, İori (Qabırrı) və Alazani (Qanıx)dan əkin sahələrinin sulanmasında əhəmiyyətli yer tutur.

Cavaxetiya vulkanik yaylasında olan irili xırdalı bir neçə göl yağış və yeraltı su mənbələrindən qidalanır; bu göllərdə bol miqdarda forel ve sazan balıqları var.

Gürcüstan səth şəkilləri baxımından üç bölgəyə ayrılır.

Qərbdən Şərqə doğru getdikcə yüksələn Böyük Qafqaz sıra dağları ölkəni Rusiya Federasiyasından ayırır. Ən yüksək zirvələri təşkil edən Şxara (5068 m), Kazbek (5047 m), Rustavi (4960 m), Tetnults (4852 m) və Uşba (4700 m) bu bölgədədir; cənubdakı Kiçik Qafqaz dağları daha alçaq olub yüksəklik Didi-Abuli doruğunda ancaq 3301 metrə qədər çıxır.

Şimal və cənubdakı dağlıq kütlələr arasında qalan çöküntü alanının qərb tərəfində Kolxida ovalığı, şərqdə Kartli və Kaxetiya yaylaları var.

Bol yağış alan Kolxida ovalığında astropikal bitki örtüyü görülür və burada bambuk, evkalipt, palma kimi ağacların da yetişməsinə uyğun şərait var. Qaradənizə yaxın bölgələrdə 1000-1200 metrə qədər gürgən və 2000 metrəyə qədər şam ağaclarından yaranan meşələr hakimdir: daha yüksəklərdə isə otlaqlar yerləşir.

Torpaqlarının üçdə biri meşələrə örtülü olan ölkədə şam, ladin, meşə, şabalıd, ağcaqayın, küknar, dişbudaq ve ihlamur boldur.

Meşələrin yüksək yerlərində və dağlarda dağ keçisi, karaca, çöl donuzu, ayı, vaşaq, tülkü və qurd kimi heyvanlar, çaylarında bol miqdarda balıq yaşayır.

Gürcüstan 2 muxtar respublikadan və 9 diyardan ibarətdir. Muxtar respublikalara Acarıstan və Abxaziya aiddir. Onların hər ikisi Sovet dövründə yaradılmış və müasır Gürcüstan Konstitutsiyası tərəfindən tanınırlar. Separatist Cənubi Osetiya isə administrativ olaraq Şida Kartli regionuna daxildir. Digər 9 region isə Quriya, İmeretiya, Kaxetiya, Yuxarı Kartli, Mtsxeta-Mtianeti, Raça-Leçxumi və Kvemo Svaneti, Sameqrelo-Zemo Svaneti, Samtsxe-Cavaxeti, Aşağı Kartli regionlarıdır. Sağdakı cədvəldə Gürcüstanın inzibatı dairələri və onların mərkəzi şəhərləri göstərilmişdir. Bu regionlar özləri də inzibati olaraq rayonlara bölünürlər. Ümumi olaraq Gürcüstanda 72 rayon mövcuddur.

Gürcüstan aqrar-sənaye ölkəsidir. 2004-cü ildən etibarən iqtisadiyyatı sabit artım tempi, kiçikhəcmli büdcə kəsiri (2006-cı ildə ÜDM-in 0,3%-i həcmində), valyuta ehtiyatlarının sürətlə artması, xarici dövlət borcunun idarəolunan səviyyəyə düşməsi və inflyasiya proseslərinin sürətlənməsi ilə xarakterizə olunur.

Gürcüstanın ÜDM istehsalı 1990-cı ildə 8,5 milyard dollar olduğu halda 2010-cu ildə 11,7 milyard dollara yüksəlib. Müqayisə üçün onu bildirək ki, 1990-cı ildə Ermənistanın ümumi daxili məhsul (ÜDM) istehsalı indiki (2010-cu il) qiymətlərlə 2,2 milyard dollar idisə, 2010-cu ildə 9,3 milyard dollar, Azərbaycanda isə 1990-cı ildə olan 6,5 milyardlıq ÜDM istehsalı 2010-cu ilin yekununda 54,3 milyard dollarlıq istehsala çatıb. 1990-cı ildə Gürcüstan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdi. 2010-cu ildə isə Gürcüstan Cənubi Qafqaz iqtisadiyyatının 15,5 faizini formalaşdırır. 2010-cu ildə Gürcüstanda adambaşına düşən ÜDM məbləği 2,6 min dollardır, 1990-cı ildə isə bu göstərici 2.400 dollar olub. Bu göstəricilər onu bildirir ki, ötən 20 il ərzində Gürcüstan iqtisadiyyatında artım çox cüzi olub. Proqnozlara görə 2015-ci ildə Gürcüstanın Ümumi Daxili Məhsulu 14,8 milyard dollar olacaq.

Sənayesi - Gürcüstan  SSR sənaye3si, 1982-ci ildə 1913-cü ilə nisbətən 119 dəfə artmışdır. Maşınqayırma, kimya sənayesi və elektroenergetika sürətlə inkişaf etdirilməsinə baxmayaraq, hələlik kənd təsərrüfatı xammalını emal edən sahələri üstünlük təşkil edir.

Yeyinti sənayesi məhsul istehsalına görə birinci yeri tutur. Onun tərkibində meyvə-tərəvəz konserv sənayesi həlledici rol oynayır. Çay fabrikləri Qərbi  Gürcüstanın çayçılıq rayonlarında yerləşir və Tbilisidə və SSRİ-nin bir sıra şəhərlərindəki çay şökmə və doldurma fabriklərinə xammal veriri. Şərabçılıq əsasən Alazan dairəsində (Kaxetiya) Pioni  çayının aşağı axarında (İmeretiya) və şərab doldurma isə Tbilisi şəhərində inkişaf etdirilir. O cümlədən şampan şərabı, meyvə-tərəvəz konservi müəssisələri tərəvəzçilik və bağçılıq rayonlarında yerləşir.

Yüngül sənaye- yun, ipək, pambıq, parça, dəri ayaqqabı istehsalı ilə təmsil olunmuşdur. İpəkçiliyin əsas mərkəzlərində ipək sarıma və ipək parça toxumu ( (Tbilisi və Kutaisi) fabrikləri yaradılmışdır. Tbilisdə mahmud parça və trikotaj-əyirmə, Qoridə pambıq-parça kombinatları da var.

Kimya sənayesi azot kübrələri, kimya əczaçılıq preparatları, kaprolaktam  və sintetik liflər istehsal edir. (Rustavidə)

Maşınqayırmanın  ixtisaslaşması Zaqafqaziya təsərrüfatının tələbatı ilə sıx bağlıdır. Tbilisi və Batumi şəhərlərində çay yığımı və emalı, şərab, konserv, ipək toxuculuğu sənayesi üçün maşın və avadanlıqlar istehsal olunur. Bundan əlavə Tbilisidə metalkəsən dəzgahlar, magistral elektrovozları, mürəkkəb və dəqiq elektron cihazları hazırlanır. Kutaisidə yük avtomobilləri, traktorlar, dağ-mədən, çayyığan kombayınlar və şaxta avadanlıqları istehsal olunur.

Rustavinin metallurgiya kombinatları çuqun, polad, prokat və boru istehsal edir. Çiaturidə çıxarılan manqan Zestafoni ferroərintilər zavodunda əridilir. Tbilisi yaxınlığında mis kolçedani və polimetal filizi çıxaran və emal edən Madneuli dağ-mədən kombinatı tikilmişdir.

SSRİ dağıldıqdan sonra digər respublikalar kimi Gürcüstan da müstəqil ordu quruculuğuna başladı. Lakin keçmiş Sovet İttifaqının digər regionlarından fərqli olaraq Gürcüstanda ordu quruculuğu bir qədər fərqli aparıldı. Gürcüstan müstəqilliyə müharibə ilə başladı. Cənubi Osetiya və Abxaziya Gürcüstanın başağrısına çevrildi. Məhz buna görə, Gürcüstanın ordu quruculuğunda problemlər yaşandı. Məhz 94-95-ci illərdən sonra Gürcüstanda ordu quruculuğuna start verildi.

Gürcüstan Silahlı Qüvvələri NATO ölkələri hesabına formalaşdırılıb. 2003-cü ildə Gürcüstanda baş verən Narıncı inqilabdan sonra hakimiyyətə gələn Mixail Saakaşvili ölkədə digər sahələrlə yanaşı orduda da ciddi islahatlara başladı. İlk növbədə ordunun Rusiya sistemindən NATO standartlarına keçidinə başlanıldı. Digər sahələrdən fərqli olaraq, Silahlı Qüvvələrin modernləşdirilməsi daha sürətlə aparıldı və demək olar ki, ölkə büdcəsinin çox hissəsi orduya yönəldildi. Məhz ölkənin xarici dövlətlərdən aldığı çoxsaylı kreditlər bu gün Gürcüstan üçün üçün nəhəng həcmdə borc yaratmışdır. Hazırda Gürcüstanın Silahlı Qüvvələri Quru Qoşunlarından, Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrindən, Hərbi Dəniz Qüvvələrindən, eləcə də Milli Qvardiyadan ibarətdir. Şəxsi heyətin ümumi sayı 25-30 minə nəfərə yaxındır. Səfərbərlik ehtiyatı 100 minə yaxındır. Amma prezident Mixail Saakaşvili bir neçə il əvvəl bəyan etmişdi ki, Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti 100 min nəfərə qədər olacaq. Ölkənin Quru Qoşunlarında 12,5 min hərbi qulluqçu (digər məlumata görə – 16,5 min nəfər) xidmət edir. 2007-ci ilin əvvəlinə olan məlumata görə, Quru Qoşunlarına aşağıdakılar daxildir: 

Gürcüstan Silahlı Quru Qoşunlarında 167 tank (30 ədəd T-55, 137 ədəd T-72), 40 ədəd BMP-1, 55 ədəd BMP-2, 11 ədəd BRDM-1, 37 ədəd BTR-70 və 33 ədəd BTR-80, 50 ədəd MTLB), 373 ədəd artilleriya sistemi (3 ədəd 152 mm-lik Qiaçint-B topları, 11 ədəd 152 mm-lik Msta-B qaubitsaları, 67 ədəd 122 mm-lik D-30 qautibsaları 62 – SAU (Pion, “Msta-S”, “Dana”, “Akasiya”, “Qvozdika”), 21 ədəd BM-21 Qrad RYAS (Reaktiv Yaylım Atəş Sistemi), 6 ədəd RM-70 RYAS, 2 ədəd Uraqan RYAS var. HHQ və HHM-də 2 min hərbi qulluqçu xidmət edir. Buraya daxildir: HHM əlahiddə diviziyası (Kutaisi), Marneuli və Kopitnaridə aviabazalar, Alekseyevka aerodromu. Aviasiya 10-12 ədəd Su-25 təyyarəsindən ibarətdir. Digər məlumatlara görə, gürcü ordusunda 16 ədəd Su-25T (SSRİ istehsalı) və 5 ədəd Su-25 Scorrion (İsrailin Elbit system şirkəti müasirləşdirib) var. Bundan başqa aviasiyada 2 ədəd MiQ-23, 4 ədəd – Yak-52, 4 ədəd L-29 “Delfin” təlim təyyarəsi, 6 ədəd An-2 desant təyyarəsi, 2 ədəd Yak-40, 4 ədəd MiQ-23 cəbhə qırıcısı, 4 ədəd L-159 ALCA var. Orduda Mi-24 və Mi-8 vertolyotları var. Aviasiyada əlahiddə eskadrilya var. HHM-ə 40 ədəd Strela-10 zenit raket kompleksi, Şilka, Neva, İqla və Strela daxildir. Ukrayna istehsalı RLS 36D6-M kompleksi var. HDQ-yə 3,1 min hərbi qulluqçu daxildir. Komanda qərargahı və əsas baza Potidə yerləşir. HDQ-yə eləcə də dəniz eskadrilyası, dəniz piyadası (Poti), sahil mühafizəsi bölməsi daxildir. HDQ-nin silah və texnikası aşağıdakılardan ibarətdir: “Dioskuriya” raket kateri (1971-ci il istehsalı, Fransa istehsalı). Gəmi 2003-cü ilin əvvəlində Yunanıstanda təmir olunub. Su tutumu 255 tondur; ”Tbilisi” raket kateri; ”Batumi” və “Akmeta” artilleriya katerləri; ”İveriya”, “Mestia”, “Kutaisi”, “Bofors”, “Tsxaltubo”, “Qali” keşikçi katerləri, “Qantiadi” patrul kateri. Bundan başqa kiçik desant katerləri və yardımçı gəmilər mövcuddur. Bir sıra katerlər SSRİ-nin sərhəd qoşunlarından qalıb. Hazırda onlar təmir olunub. İki “Point” tipli keşikçi kateri ABŞ Sahil Mühafizəsi tərəfindən verilib. Bundan başqa Gürcüstan Silahlı Qüvvələri öz arsenalına Türkiyə istehsalı olan “Ejder” və “Otokar Cobra” BTR-lərini daxil edib.

NATO standartlarına keçmiş gürcü ordusu 2008-ci il avqust hadisələri zamanı az qala məhv olmaq təhlükəsi altında qalmışdı. Həmin müharibə Gürcüstan ordusunda kifayət qədər nöqsanların olduğunu bir daha üzə çıxardı. Gürcüstan ordusu həm də xaricdə bir çox sülhməramlı və hərbi əməliyyatlarda iştirak edir. 2012-ci ilin əvvəlinə olan məlumata görə Əfqanıstanda 900 gürcü hərbçisi xidmət edir, 2012-ci ilin payızından onların sayının 1.600 nəfərə çatdırılıb. Ümumilikdə, 2014-cü ilin iyun ayına qədər Əfqanıstanda 30 gürcü hərbçisi öldürülüb, daha 435 əsgər isə yaralanıb.

Əhalisinin sayına görə Gürcüstanda ən böyük şəhər 1.1 milyon əhalisi olan paytaxt Tbilisidir. İkinci böyük şəhər isə İmeretiya regionunda yerləşən 188.000 əhalisi olan Kutaisidir. Lakin son illərdə Gürcüstanda şəhərlərin demək olar ki, hamısının əhalisi azalmaqdadır. Belə ki, 1989-cu ildə Tbilisi əhalisi 1.250.000 nəfər idi, həmçinin Kutaisinin əhalisi də həmin ildə 232.000 nəfər olsa da, 2009-cu ildə onun da əhalisi azalmışdır. Aşağıdakı cədvəldə Gürcüstanın 10 ən böyük şəhərlərinin əhalisi göstərilmişdir.

Gürcüstan Reyestr Xidmətinin məlumatına görə 2015-ci il üçün ölkədə ən populyar 10 soyad aşağıdakılardır nəfər əhalisinin 3.872.099 nəfərini və ya 88.58 %-ni xristianlar, 433.784 nəfərini və ya 9.92 %-ni müsəlmanlar, 3.541 nəfərini və ya 0.08 %-ni iudaistlər, 62.111 nəfərini və ya 1.42 %-ni isə digərləri təşkil edir.




#Article 22: İraq (2555 words)


İraq — Yaxın Şərqdə dövlət. 
İraq dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Hal-hazırda İraq Yaxın Şərqdə strateji mövqeyi, sahib olduğu neft ehtiyatları və əkinçiliyə əlverişli torpaqları ilə bölgənin geopolitik əhəmiyyətə malik ölkələrindən biridir. İraq Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük ikinci neft ehtiyatına malikdir.Ən böyük şəhəri paytaxt Bağdad olsa da , digər məşhur şəhərləri Mosul,Kərbala və Əl-Nəcəfdir.

İraq uzun illər Böyük Britaniya tərəfindən idarə edilmiş, Böyük Britaniyanın Yaxın Şərqdən tamamilə çəkilməsindən sonra bölgə üzərində əsas güc rolunu ABŞ oynamağa başlamışdır.

İraq sözünün ölkə ərazisində qədim dövrlərdə yerləşmiş Uruk şəhərinin adından götürüldüyü güman edilir. Bu barədə digər ehtimal isə İraq sözünün uzaq mənasını verdiyi və bu adın ölkə Osmanlı İmperiyası tərəfindən idarə olunduğu dövrlərdə mərkəzə olan uzaqlığına görə verilməsidir. Başqa bir ehtimal isə ərəbcə irak sözünün düzən mənasıdır.

Bəzi mütəxəssis qiymətləndirmələrinə əsasən İraq əhalisinin 65%-ini ərəblər , 17%-ini kürdlər, 13%-ini türkmanlar, 3%-ini assuriyalılar, 1%-ni farslar, 1%-ini isə digər xalqların nümayəndələri təşkil edir .

İraqın cəmi əhalisinin təxminən 60 %-ni şiə, 35 %-ni isə sünni müsəlmanlar , 3 %-ni xristianlar, 2 %-ni digər dinlərə etiqad edənlər təşkil edir. Sünnülüyün hənəfi və az sayda şafii məzhəbinə ölkənin müxtəlif rayonlarında yaşayan bədəvi ərəblər, şəhər əhalisinin bir hissəsi (ilk növbədə Bağdad və Bəsrə şəhərinin əhalisi), Yuxarı Mesopotamiyanın ərəbləri, eləcə də kürdlər, türklər, çərkəzlər, türkmələrin böyük hissəsi ibadət edir. İraqın mərkəzi və cənub hissəsində yaşayan əkinçi ərəblər, farslar, lurlar və türkmənlərin üçdə ikisi şiələrdir. Eyni zamanda az sayda əli-ilahi (kürdlər, türkmənlərin bir hissəsi), ismaililər, bəhailər də vardır. Xristianlar ölkənin iri şəhərlərində, eləcə də Mosulun kənd yerlərində məskunlaşıblar. Onlar əsasən assuriyalır, ermənilər və ərəblərin bir hissəsidir. Xristianların böyük qrupunu əsasən müxtəlif uniat kilsələrinin ardıcılları olan katoliklər təşkil edir. Onların əksəriyyəti xaldo-katoliklərdir. Bununla yanaşı siro-katoliklər (35 min nəfər) və erməni–qriqoryanlardır. Latın ənənəvi katoliklər azlıq (3,5 min nəfər) təşkil edir ki, bunlar da əsasən İraqda yaşayan əcnəbilərdir. Digər xristian təmsilçiləri nestorianlar (65 min nəfər), erməni-qriqoryanlar (23 min nəfər), yakobitlər (12 min nəfər), pravoslavlar, protestantlardır. İudaistlər müəyyən bir dövrdə əhəmiyyətli sayda olsalar da, ötən əsrin 50-ci illərində İsrailə köçmüşlər və bu gün onların İraqdakı sayı yalnız 450 nəfərdir. Ölkədə bir sıra qədim din və sektaların da ardıcılları vardır: yezidilər (70 min nəfər, Mosul, Kərkük və Sincar rayonunda yaşayan kürdlərin bir hissəsi), mandeylər (14 min nəfər, Ən-Nəsiriyyə rayonunda məskunlaşmışlar).

İran körfəzi ölkələri arasında İraq Səudiyyə Ərəbistanı və İrandan sonra 434,128 km² ilə ən böyük ərazisi olan ölkədir. Şimalda Türkiyə, qərbdə Suriya və İordaniya, şərqdə İran, cənubda Səudiyyə Ərəbistanı və Küveyt ilə həmsərhəddir. İraqın İran körfəzi ilə əlaqəsi dənizə olan qısa sahili vasitəsilədir: ölkə 924 km²-lik quru sularına malikdir. Beləliklə tipik bir quru dövləti olan İraqın, şimaldakı dağlıq ərazi xaricində hər tərəfdən təbii müdafiəsiz sərhədlərə malik olmasından əlavə dənizə çıxışı da qeyri-kafidir. İraqın qonşuları İran (1.458 km), Səudiyyə ərəbistanı (814 km), Suriya (605 km), Türkiyə (331 km), Küveyt (242 km) və İordaniya (181 km) ilə olan cəmi sərhəd uzunluğu 3631 km-dir.

İraq, Cənub-Qərbi Asiyada Dəclə və Fərat çaylarının orta və aşağı axınında yerləşmişdir. Əlverişli iqtisadi və siyasi-coğrafi mövqeyi olan ərazisindən beynəlxalq əhəmiyyətli quru və hava yolları keçir. İraq şimaldan cənuba təqribən 1000, qərbdən şərqə 700 km məsafədə uzanır. Quru sərhədlərinin uzunluğu 3300 km-dir. Ucqar cənub-şərqdə 50 km məsafədə İran körfəzinə çıxışı var.

Relyefinə görə İraq, əsasən düzən ölkədir. Ərazisinin çox hissəsini Cənub-Qərbi Asiyada ən böyük ovalıq sayılan Mesopotamiya ovalığı tutur. Ovalığın səthində çökəkliklər çox vaxt daşqın və yeraltı sularla dolur və müvəqqəti göllər əmələ gətirir. Cənuba doğru getdikcə ovalıq genişlənir və delta ilə qurtarır. Dəclə, Fərat çaylarının orta axarında yerləşən ərazinin səthi dərə-təpəlikdir. Qərbdə bu ərazi Suriya ərazisinə daxil olur. İran körfəzinə tədricən enən Mesopotamiya ovalığı Bağdaddan bir qədər şimalda Babilistan ovalığı ilə əvəz olunur. Ölkənin şimal və şimal-şərq hissəsi çətin keçilən dağlıq, qərb hissəsi isə səhra tipli relyefə malikdir. Fiziki-coğrafi xüsusiyyətlərinə görə İraqda dörd təbii rayon – Aşağı Mesopotamiya; Yuxarı Mesopotamiya; Şimali İraq dağlıq bölgəsi və Əl-Bədiyə adlanan səhra ayrılır. İraqın ən hündür yeri (3598 m) İranla həmsərhəd bölgələrdədir.

XXI əsrin başlanğıcında İraq mədən sənayesi inkişaf etmiş, orta səviyyəli sənaye-aqrar ölkə idi. 2001-ci ildə ölkənin Daxili Məcmui Məhsulunun dəyəri 60-65 mlrd. ABŞ dollarına yaxın idi. O vaxt ölkənin milli valyutası olan bir dinar təqribən 3 ABŞ dollarına bərabər tutulurdu. 2001-ci ildən sonra ölkə iqtisadiyyatı güclü dəyişikliklərə məruz qaldı. Müharibələr, kamekadzelərin törətdikləri partlayışlar və terror aktları, ölkəyə qarşı yönəldilmiş iqtisadi sanksiyalar, başqa qadağalar, maliyyə vəsaitlərinin həbs edilməsi və
xoşagəlməz başqa səbəblər iqtisadiyyata viranedici zərbə vurdu.

Hazırda İraq hökuməti iqtisadiyyatı bərpa etmək sahəsində aşağıdakı vəzifələri həyata keçirməyi planlaşdırır:

XIX əsrin sonlarına qədər zəngin neft ehtiyatı hesabına neft sənayesi ilə əlaqədar köməkçi təsərrüfat sahələri: yanacaq, elektroenergetika, neft-kimya, tikinti materialları istehsalı sənaye sahələri yaradılmışdır. Neftdən gələn böyük gəlirlər hesabına hərbi
infrastruktur və ən yeni silahların və hərbi sursatların alınması işi geniş vüsət almışdı.

İraqda qışlar soyuq və quraq, yaylar isə isti və buludsuz keçir. Ərazisinin çox hissəsinin səhra olması bu tip iqlim şəraitinin ortaya çıxmasına səbəb olur. İran və Türkiyə sərhədi boyunca uzanan şimaldakı dağlıq bölgələrə, qışda tez-tez qar yağır. Bəzən mərkəzi və cənubi İraqda sel baş verir. Ölkədə digər təbii fəlakətlərlə yanaşı toz və qum fırtınalarına da tez-tez rast gəlinir. İraqın əksərən geniş düzlüklərdən ibarət olan ərazi quruluşu var. İran sərhədində geniş bataqlıqlar da mövcuddur.

Ölkənin iqlimi şimalda və mərkəzdə subtropik kontinental Aralıq dənizi tipli, cənubda tropikdir. Həm dağlıq rayonlarda, həm də Mesopotamiya ovalığında yay qızmar, quru, qış isə yumşaq və rütubətli keçir. İyul ayının orta temperaturu Mosulda (ölkənin şimalında) 38, Bağdadda (mərkəzdə) 34, Bəsrədə (cənubda) 33 dərəcədir. Yayda cənubda havanın hərarətinin 50 dərəcəyədək qalxmasını tez-tez müşahidə etmək olar. Yanvar ayının orta temperaturu Mosulda müsbət 5-7, Bağdadda 9-10 dərəcə olur. Şimaldakı dağlıq rayonlarda temperaturun 15 dərəcəyədək azalması hallarına da rast gəlmək olar. İraqda tez-tez quru şimal və şimal-qərb küləkləri əsir. Həmin külək ildə 50 gün davam etdiyinə görə «xəms»in (xəms ərəbcə 50 deməkdir) adlanan külək əsdiyi vaxt hər yer bozarır. Hava sarı rəngə çalır. Küləklə gələn qum adamı göz açmağa qoymur. Bu küləyi şimal ölkələrində qar yağan zaman baş verən çovğunla müqayisə etmək olar. Ölkə üzrə illik yağıntıların orta miqdarı 300 mm-ə yaxındır. Şimala, xüsusilə, dağlıq rayonlara yağıntı (500 mm), cənuba isə az (100 mm) düşür. Ən az yağıntı (60 mm) Mesopotamiyanın cənub şərqinə düşür. Yuxarı Mesopotamiyada dekabr ayında başlayan və tədricən ölkənin şərqini əhatə edən leysan yağışlar əksər hallarda güclü daşqınlarla nəticələnir.

İslam ölkələrinin əksəriyyətindən fərqli olaraq İraq daxili sularla zəngindir. Yaxın Şərqin ən böyük çayları olan Dəclə (uz. 1718)
və Fəratın (2300 km) orta və aşağı axınları İraq ərazisindədir. Şimal-qərbdən cənub-şərq istiqamətində axan Dəclə və Fərat Əl-Qürnə
şəhəri yaxınlığında birləşərək Şətt-ül-Ərəb (mənası Ərəb çayı) adı altında İran körfəzinə tökülür. Fərat axını boyu heç bir qol qəbul etmir. Dəcləyə isə mənbəyi Kürdüstan və Zaqros dağlarında yerləşən Böyük Zab, Kiçik Zab, Diala çayları tökülür və İraq ərazisində onun ən böyük qolları sayılır. Dəclə və Fərat qolları ilə birlikdə Mesopotamiya ovalığına 70 kub metr həcmində su gətirir.

Tez-tez baş verən daşqınlar Dəclə və Fəratın aşağı axınında bataqlaşmış sahələr əmələ gətirmişdir. Hidrotexniki qurğuların tikintisi
çaylarda su sərfini xeyli nizama salmışdır. Misir üçün Nil, Pakistan üçün Hind çayının iqtisadi əhəmiyyəti nə qədər böyükdürsə, İraq üçün də Dəclə və Fərat bir o qədər əhəmiyyətlidir. Bu çaylar Mesopotamiya ovalığının məhsuldar torpaqlarını suvarmaqla yanaşı əhalinin içməli su ilə təmin olunmasında da böyük rol oynayır. Çayların nəqliyyat arteriyası kimi də əhəmiyyəti böyükdür. Şətt-ül-Ərəb çayında mövcud dərinlik (9 metr) dəniz gəmilərinin Bəsrə şəhərinə qədər qalxmasına imkan yaradır.

Ən qədim şərq mədəniyyətlərinin doğulduğu Mesopotamiya, 633-642-ci illər arasında Ərəb xilafəti torpaqlarına daxil edildi. Bölgə Əməvilər və Abbasilər xilafəti dövrlərində ən parlaq dövrəsini yaşamışdır. O zamanlar Bağdad dünyanın ən əhəmiyyətli mədəniyyət və ticarət mərkəzi idi. İraq 637-ci ildə müsəlmanlar tərəfindən fəth edilməsindən sonra Xəlifə Əli dövründə İslamın mərkəzi halına gətirilmiş və xilafətin paytaxtı Kufəyə köçürülmüşdür. Əli ilə Əməvilər arasındakı Siffin döyüşü də İraq sərhədləri daxilində baş vermişdir. Bu döyüşün ardında bölgə günümüzə qədər sürən fərqli təriqət və etnik qrupların mübarizələrinə səhnə olmuşdur. Əməvilər dövründən sonra Abbasilər bölgəyə hakim olmuş, daha sonra 1055-ci ildən etibarən bölgə Səlcuqlular'ın hakimiyyətinə girmişdir. İraq ərazisi1258-ci ildən etibarən isə Monqol istilası'na uğramış və iki əsr monqol idarəsində qalmışdır. Tarixi qaynaqlar Dəclə çayının günlərlə mürəkkəb rəngində axdığı və minlərlə dərilik kitabı İran körfəzinə daşıdığını yazırlar. Daha sonra bölgə Ağqoyunluların (1444-1467), 1499-1508-ci illər arasında isə Səfəvilərin hakimiyyətinə girmişdir. İndiki İraq ərazisi 1534-cü ildən 1917-ci ilə qədər, qısa müddətlik ististalar xaric olmaqla Osmanlı imperiyasının tərkibində qalmışdır.

Birinci dünya müharibəsi zamanı Osmanlı imperiyasının Yaxın Şərqdən çəkilməsinə səbəb olan bəzi yerli üsyanlar olmuşdur. Bu üsyanlarda ingilislərin təşviqi ilə Məkkə əmiri Şərif Hüseyindən də istifadə edilmişdir. Şərif Hüseyin və oğullarına Osmanlının yıxılmasından sonra qurulacaq olan Böyük Ərəb Dövlətinin krallığı vəd edilmişdi. Lakin bunun əvəzində 1916-cı ildə Böyük Britaniya və Fransa arasında əldə edilən Sayks-Pikot müqaviləsinə əsasən bölgə hegemon Avropa dövlətləri tərəfindən zəbt edildi. Bu razılaşmağa görə yeni- süni dövlətlər quruldu. Sayks-Pikot xətti deyilən bu sərhədlər, o dövrün şərtlərində dünyanın iki böyük imperialist gücü olan Böyük Britaniya və Fransanın Yaxın Şərqə baxışlarını əks etdirir. Fransız və ingilis zabitlər bölgənin etnik və dini şəraitini nəzərə almadan, yalnız öz mənafeləri istiqamətində, təkcə xəritə üzərində mövcud olan yeni ölkələr meydana gətirməklə bəzi etnik qrupları da parçaladılar. Bu razılaşma nəticəsində qurulan dövlətlərdən İraq, İordaniya və Fələstin Böyük Britaniya bölgəsini, Suriya və Livan isə Fransa bölgəsini təşkil etmişdir.
 
Yekun olaraq İraq, sahib olduğu coğrafi xüsusiyyətləri etibarilə müdaxiləyə açıq olması səbəbilə müxtəlif güclərin hakimiyyətinə girmiş, zəbtlərə uğramışdır. 1918-ci ildə İraq, Osmanlı dövlətindən tamamilə ayrılmış və 1920-ci ildə təşkil edilən San Remo konfransı ilə İngilis mandatına verilmişdir.

Müasir İraq 1920-ci ildə Osmanlı İmperiyasının Birinci dünya müharibəsində məğlub olması ilə ingilislərin ələ keçirdiyi Osmanlı vilayətləri olan Mosul, Bağdad və Bəsrəni yeni bir siyasi vahid olaraq birləşdirməsinin nəticəsində Dəclə-Fərat hövzəsinində qurulmuşdur.

İngilislər əvvəllər ölkəni birbaşa idarə etmək fikrində olsalar da xalqın sərt müxalifətilə qarşı-qarşıya qalmışlar. Ortaya çıxan üsyanlarda xüsusilə Şiə əhali əsas rol almışdır. Şiələrin əksəriyyətdə olduğu Nəcəf, bu dövrdə üsyanın mərkəzinə çevrilmişdir. Nəticədə ingilislər tərəfindən Məhəmməd Peyğəmbər'in nəslindən olan Kral Feysəl İraqın başına keçirilmişdir. Bu üsulla ingilislər həm İraqa tamamilə hakim olmaq, həm də Osmanlının ardından ortaya çıxan xəlifə boşluğunu bu şəkildə dolduraraq digər İslam ölkələrinə də təsir etməyi planlaşdırmışdır.

Kral Feysəl başa keçməsiylə birlikdə yaşanan ən əhəmiyyətli inkişaf Ərəb xalqçılığının teorisyeni Sati əl Hüsrinin İraqa gətirilməsidir. Onun qurduğu Ərəb birliyinə istiqamətli təhsil sistemi xüsusilə Şiə qrupların reaksiyasını yığmışdır. Kral Feysəl güclü və müstəqil bir İraq qura bilmənin yolunun güclü bir ordudan keçdiyini bilirdi. Bu səbəblə bu tip bir ordunun meydana gəlməsi üçün bütün gücü ilə çalışsa da İraqlı Kürdlər və Şiələrin mənfi rəftarıyla qarşılaşmış və əsgərə götürmələrdə daim problemlər yaranmışdır. Hər iki birlik də Sünni Ərəblərə əsgər olaraq xidmət etməyi rədd etmişlər.

Sonrakı illərdə Sünnilərlə Şiələr arasındakı inteqrasiya müddəti yaşanmış qarşılıqlı evliliklər və ticarət əlaqələri olmuşdur. 1928 gəlindiyində 88 nəfərlik İraq parlamentində 26 Şiə üzv vardı. 1930-cu ildə İraq hökuməti müstəqil bir dövlət olma yolunda İngiltərə ilə 25 illik bir razılaşma imzaladı və İraq 1932-ci ildə Millətlər Cəmiyetinə müstəqil bir dövlət olaraq qatıldı. 1933 Kral Farukun ölümünün ardından ölkədə dini və etnik qarşıdurmalar artdı.

İkinci dünya müharibəsi illərində hakim güclər arasında yaşanan mübarizə İraq üzərində də olmuşdur. Almanlar etdikləri inqilab ilə özlərinə yaxın bir hökuməti başa gətirsələr də, edilən əks-inqilab ilə İngilislər təkrar hakimiyyəti qurmuşlar. İkinci dünya müharibəsi illərində Türkiyə sərhədlərinə qədər gələn Almanların məqsədlərindən biri də Türkiyəni keçərək İraqdakı yandaşlarına yardım edib, buradakı İngilis hakimiyyətini qırmaq idi. Lakin daha sonra Alman ordularının Rusiyaya qayıtması, Türkiyənin işğalı və İraqa çatma planlarından imtina etməsinə səbəb oldu. İngilislər İraqı da Almaniyaya qarşı döyüşə girməyə təşviq etsə də İraq rəhbərliyi Türkiyəni nümunə götürərək eyni siyasətləri izləmiş və döyüşə girməmişdir.

İsrailin qurulması ilə Ərəb Türkiyə əlaqələri yeni bir dövrə girdi. ABŞın təsiri ilə Türkiyənin İsrail dövlətini tanıması Ərəb ölkələrində reaksiya ilə qarşılandı. Türkiyə bu reaksiyaları azaltmaq və yeni müttəfiqlər tapa bilmək üçün İraqla yaxınlaşmağa çalışdı və ABŞ və İngiltərənin aktiv iştiraklarıyla Bağdad Paktını imzalandı.

İkinci Dünya döyüşü sonrası Dünya üzərindəki güc tarazlıqlarında böyük dəyişmələr yaşandı. İngiltərə hakimiyyətini itirərkən ortaya çıxan boşluğu ABŞ və Sovetlər doldurmağa başladı. İraq isə bu dövrdə Sovetlər Birliyi yanında iştirak etdi.

İraqda yaşanan bu dəyişiklik Orta Şərqdəki bütün tarazlıqları alt-üst etdi. İraqdakı bu zərbədən təsirlənən Suriyada bənzər bir əsgəri zərbə yaşandı. Orta şərqin tamamilə Sovet Rusiyanın hakimiyyətinə girməməsi üçün ABŞ və İngiltərə hərəkətə keçdi. ABŞ Livana əsgəri müdaxilə edərkən, İngiltərə İordaniyadakı qarışıqlığı bəhanə edərək buranı işğal etdi.

Orta şərqin əhəmiyyətli bir hissəsinin Sovet təsiri altına girməsi ABŞ və müttəfiqlərini narahatlıqlandırdı. Xüsusilə son dövrdə açıqlanan sənədlər Türkiyənin İraq və Suriyada yaşanan zərbələrin ardından ABŞın nəşr/təzyiqiylə bu ölkələrə yönəlib bir işğal planı hazırladığı və daha sonra bəzi səbəblərdən ötəri bundan imtina etdiyini ortaya qoymaqda.

Baas Ərəb dilində yenidən diriliş mənasını verməkdədir. 1940-cı ildə Suriyada qurulan bu hərəkatın ilk nəzəriyyəçiləri Əkrəm Sinaqoqu ilə Mişel Əflaqdır (Eflak, Suriyalı bir Xristian və bu ideologiyanın əfsanəvi lideridir). Baas ideologiyası, məqsəd olaraq Orta Şərqdə tək bir Ərəb dövləti qurulmasını mənimsəmişdir. Partiyanın şüarı Birlik, azadlıq və sosializm idi. Partiya ideologiyası Partiya birliyinə və xarici nəşr/təzyiqlərə qarşı dayanmağa söykənirdi. Baas hərəkatı Suriyada ortaya çıxmışsa da, İraqda da tərəfdar tapmışdır. BƏƏS Partiyası Suriya və İraqda etdikləri inqilablarla iqtidarı ələ keçirmişdir. Səddam Hüseyn və Hafiz Əsəd Baas axınının son nümayəndələridir.

İran-İraq müharibəsi: 1979 ilində İranda yaşanan İslam İnqilabı oldu. 1975-da Kürd problemini həll etmək üçün İrana bəzi güzəştlər verən İraq 1979-da bu ölkədə yaşanan rejim dəyişikliyindən faydalanaraq İrana müharibə açdı. Hər iki ölkəyə də insani və iqtisadi olaraq böyük itkilər verdirən İran-İraq müharibəsi 1988-ci ildə imzalanan atəşkəs andlaşmasıyla sona çatdı.

İkinci dünya müharibəsindən sonra başlayan Soyuq müharibə bütün dünyanı iki düşərgəyə ayırmışdı. 1980-cı illər Sovetlərin həll edilmə müddətinə girməsinə və Soyuq Döyüşün nəticələnməsinə səhnə oldu. İki qütblü bir dünyadan tək qütblü bir dünyaya doğru fəaliyyət xəritəsi təkrar çəkilməyə başlanması, Orta Şərqə da əks olundu.

İraq 1990-cı ilin avqust ayından neft istehsal kvotalarını aşmaq və müzakirəli bölgələrdən neft çıxarmaqla günahlandırdığı qonşusu Küveytı işğal edərək 19. əli olaraq torpaqlarına qatdığını elan etdi. Səddam Hüseynin uzlaşmaz gücü qarşısında BMTə üzv müxtəlif ölkələr ABŞ liderliyində Səudiyyə Ərəbistana əsgərlərini yığmağa 
başladı. BM Təhlükəsizlik Şurası İraqa 15 yanvar 1991-nə kimi əsgərlərini Küveytdən çəkməsi üçün bir xəbərdarlıqda etdi. 17 yanvar 1991-ci ildə başlayan və Körfəz Döyüşü olaraq bilinən Çöl Fırtınası Hərəkatı sonunda 27 fevral 1991-ci ildə Küveyt qurtarıldı. 28 fevraldakı atəşkəsin ardından şimaldakı Kürdlər və cənubdakı Şiələr arasında başlayan qiyamlar İraq qüvvətlərin tərəfindən mərhəmətsizcə basdırıldı. Milyonun üzərində İraqlı Kürd Türkiyə və İrana sığındı. Bunun üzərinə müttəfiq qüvvətlər 36. paralelin şimalı və 32. paralelin cənubundakı bölgələri İraq uçuşlarına qadağan etdilər.

ABŞ rəhbərliyindəki müttəfiq qüvvələr 1993, 1996, 1998 və 2001 illərində İraqa qarşı hava hücumları təşkil etdi. Körfəz müharibəsindən sonra tətbiq edilən BM embarqosu 1996-cı ildə başlayan Qida Qarşılığı Neft proqramıyla yumşadıldı.

ABŞ və Birləşmiş Krallıq liderliyindəki koalisiya qüvvətləri İraqı kütləvi qırğın silahlarından təmizləmək ,Səddam Hüseynın terrora verdiyi dəstəyi kəsmək və İraq Xalqını azadlaşdırmaq bəhanəsiylə İraqdakı BƏƏS Rejiminə qarşı hücuma keçdi. 20 Mart 2003-də başlayan hava hücumu və onu izləyən quru harekatı sonunda 9 Aprel 2003-də paytaxt Bağdada girən koalisiya gücləri Səddam Hüseyn iqtidarını aşırtdı. 15 Apreldə İraq tamamilə koalisiya güclərinin yoxlamasına keçdi.
Bundan sonra bir müddət müəyyən bir müqavimət reallaşmadı.Dekabr 2003-də Səddam Hüseyn tutuldu. Sonrakı dövrlərdə işğalçı ABŞ güclərinə qarşı bir müqavimət başladı və indiki vaxtda da bəzən çox şiddətli olaraq(xüsusilə Fəllucədə) davam etməkdədir. Bunun yanında Şiələr ilə Sünnilər arasında dərin bir ayrışma ortaya çıxmış və sanki vətəndaş müharibəsini xatırladan, indiki vaxtda da davam edən şiddətli qarşıdurmalar yaşanmaqdadır. Terror təşkilatları tərəfindən də təşkil edilən hücumlarda çox sayda insan ölmüşdür. 2008 başlarında İşğalın başladığı Mart 2003dən bəri 4020 ətrafında ABŞ əsgəri ölərkən 1 milyondan çox İraqlının şiddət, qarşıdurma və müqavimət hadisələri nəticəsni öldüyü ifadə olunmuşdur. Ayrıca ABŞ-ın iraqlı məhbuslara etdiyi işgəncələr skandala gətirib çıxarmışdır. Bunun yanında kefi tətbiqlər nəticəsni öldürülən iraqlı vətəndaşlara rast gəlinmişdir.

İraq inzibati cəhətdən 18 mühafazaya, 102 qəzaya (ərəbcə قضاء) bölünür .




#Article 23: Suriya (371 words)


Suriya - (Ərəb: سوريا) ya da rəsmi adıyla Suriya Ərəb Respublikası, (Ərəbcə: الجمهورية العربية السورية, Əl-Cumhuriyyetü'l-Arabiyyetü's-Suriyye) Orta Şərqdə Livan, İsrail, İordaniya, İraq və Türkiyə ilə qonşu bir ölkədir. Aralıq dənizinə bir sahili var. Suriyanın paytaxtı və ən böyük şəhəri Dəməşqdir. Rəsmi məlumatlara görə Suriyanın ümumi əhalisi 2004-cü ildə 17 milyon 921 min idi. Mart 2011-ci ildə Yaxın Şərqdəki dalğalanmalardan ictimai mitinqlərlə başa çatdı. Hökumət 29 Mart 2011-ci ildə istefa etdi.  İctimaiyyətin islahat istəməsi və onlarla insanın ölümü nəticəsində Məhəmməd Naci əl-Otari baş nazir oldu. Hökumət formalaşana qədər Məhəmməd Nacan əl-Otari müvəqqəti olaraq Bəşər Əsəd tərəfindən baş nazir vəzifəsinə təyin edildi. Eyni gündə bir çox şəhərlərdə, xüsusilə də paytaxt Şam şəhərində on minlərlə nümayiş keçirildi. nəfərdir.

Suriyada təxminən 22 milyon əhali yaşayır. Suriyalılardan başqa livanlılar, fələstinlilər, iordaniyalılar, az sayda isə maltalılar bu ölkənin vətandaşlarıdır.

İqtisadiyyatın aparıcı sahələrini ələ keçirən Suriya hökuməti planlı inkişaf yolunda ilk addımlarını atmağa başladı. İlk beşillik planın (1961-1965) yerinə yetirilməsi üçün iqtisadiyyata 2,7 mlrd. Suriya funtu məbləğində kapital qoyulmuşdu. Bu plana görə ölkənin
ümumi sənaye artımı hər il 7 faizdən az olmamalı idi..

Rəsmi dil ərəb dilidir. Müasir ərəb dialektindən istifadə olunur. Ölkənin şimal qərbində kürd və türk dillərindən  istifadə olunur.

Suriyada əhalinin əksər hissəsini (90%-dən çox) müsəlmanlar təşkil edir, ölkədə xristianlar (7%) da vardır. İslam ardıcıllarının çoxu hənəfi və digər məzhəbli sünnilərdir (74%). Onlardan başqa əsasən Latakiyada yaşayan nusayritlər (12%), Əs-Suveydə yaşayan druzlar (3%) - hər iki vilayətdə sünnilər azdır – , Salamiyyədə rast gəlinən ismaililər (38 min), ortodoksal şiə-imamlar (15 min) da mövcuddur. Sünnülər əsasən ərəblərin böyük hissəsi və kürdlər, çərkəzlər, türkman və türklərdir. Şiələr isə ərəblərin bir hissəsi və farslardır.

Xristianlar arasında pravoslavlar (300 min nəfər) və katoliklər (205 min nəfər, yunan-katoliklər, siro-katoliklər, erməni-katoliklər, maronitlər, xaldo-katoliklər, latın ənənəli katoltiklər). Bunlardan başqa, erməni-qriqoryanlar (150 min nəfər), yakobitlər (125 min nəfər), nestorianlar (20 min nəfər), protestantlar (20 min nəfər, presvitreianlar, Yaxın Şərqdə erməni Yevanqelist kilsələri Birliyinin ardıcılları, anqlikanlar, yeddinci günün adventistləri və s.) da yaşayırlar. Xristianlıq əsasən ərəblər arasında yayılıb, eyni zamanda ermənilər və assuriyalılar arasında da mövcuddur. Digər dinlərin ardıcıllarından yezidlər (10 min nəfər, kürdlərin bir hissəsi) və iudaistlər (4,5 min nəfər) vardır.

Suriya inzibati cəhətdən 14 muhafazlığa , muhafazlıqlar 60 məntəqəyə , məntəqələr isə öz növbəsində 206 nahiyyəyə bölünür .

Suriya Ərəb Respublikasının muhafazlıqları :

 




#Article 24: Yunanıstan (823 words)


Yunanıstan (yunanca: Ελλάδα), rəsmi adı Helen Respublikası (yunanca: Ελληνική Δημοκρατία) — Avropada dövlət.  Yunan Respublikasıdır. Ölkə cənub-şərqi Avropada yerləşir və dünyada ən qədim sivilizasiyalardan biridir. Yunanıstan Afrikanın , Asiyanın və Avropanın kəsişmə nöqtəsində yerləşir. Avropanın birinci inkişaf etmiş sivilizasiyalarından biri idi. Yunanıstan şərqdən Şimali Makedoniya, Bolqarıstan, Türkiyə və Albaniya ilə həmsərhəddir. Onun sahilləri qərbdən İon dənizi ilə və şərqdə Egey dənizinin suları ilə yuyulur. Avropanın cənub-şərqində, Balkan yarımadasında yerləşir. Avropa Birliyi və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür. Qərbi Avropada 9-cu, dünyada 90-cı yer tutur. Ərazisinin təqribən 20 %-ni adalar (İon, Egey və Aralıq dənizindəki 1000-dən artıq) təşkil edir. Krit, Evbeya, Rodos, Lesbos, Xios ən iri adalardır. Egey dənizində yerləşən adaların əksəriyyəti Yunanıstana nisbətən Türkiyəyə daha yaxındır. Yunanıstanın əlverişli coğrafi və hərbi-stratrji mövqeyi vardır. O, Avropa ilə Asiyanın kəsiyində, Afrikanın yaxınlığında yerləşmiş Aralıq dənizi ölkəsidir.

Ölkə yunan dilində Hellas, Avropa dillərində Grek, Greece və s. şəklində, liada da isə axeylərin ölkəsi olaraq adlandırılır.

Albaniya, Şimali Makedoniya və Bolqarıstan ilə quru sərhədlərinin böyük hissəsi çətin keçilən dağlıq ərazilərdən, yalnız Türkiyə ilə sərhəddi bataqlaşmış Maritsa çayı vadisi boyunca yerləşmiş ovalıqdan keçir. Dünya Dövlətləri arasında Yunanıstan ən girintili-çıxıntılı sahil xəttinə malik ölkələrdən biridir.

Yunanıstan ərazisinin təqribən dörddə-üç hissəsini hündür olmayan (1200-1800 m) dağ massivləri tutur. Ən hündür dağ Olimpdir (2917 m)  Dağlar meşəsiz olsalar da, yeraltı sərvətlərlə zəngindir. Ölkədə müxtəlif resurslar: Afina ətrafında, Evbeya və Kiklada adalarında dəmir, Makedoniya əyalətində manqan, xrom, nikel, mis, boksit yataqları vardır. Yunanıstan qeyri filiz qazıntılarla da zəngindir. Lakin neft və təbii qat yataqları olmadığından maye yanacağı okan tələbatın 98 faizi idxal hesabıma ödənilir.

Dağlar ölkənin iqıiminə müəyyən mənada təsir gğstərir. Yunanıstanın yalnız düzənlik ərazilərində və dənizə yaxın olan ətəklərində yumşaq, rütubəıtli qışı və isti quru yayı ilə seçilən Aralıq dənizi subtropik iqlim hakimidir. Dağlara qalxdıqca hava soyuyur və illik yağıntının miqdarı artır.

Ölkədə qısa, iti axan dağ çayları üstünlük təşkil edir. Ən uzun çayı Alyakmon (uzunluğu 300 km), nisbətən iri və çoxsulu çayları Maritsa, Hestos, Strimon, Bardar və b.. Bu çaylar nəqliyyat baxımından yararsız olsalar da enerji və suvarma mənbəyi kimi əhəmiyyətləri böyükdür.

Ölkə ərazisinin  10-11 faizi meşələrlə örtülmüşdür. Ərazi həmişəyaşıl və yarpağı tökülən kolluqlar da geniş yer tutur.

Yunananıstan qədim tarixə malik ölkədir. Bu dövlətin ərazisində çox qədimlərdən müxtəlif etnik qruplar yaranmışdır. Qədim Krit-miken mədəniyyətinin (b.e.ə. III-II minillik) izləri Krit adasında,Peloponnes yarımadasında və Egey dənizindəki adalarda da aşkar edilmişdir.Sonrakı mərhələləri mütəxəssislər Yunan tarixinin homer dövrü müəllifi homer sayılan məşhur İliada və Odissey  etnik poemalarında təsvir edilir. Eramızdan əvvəl VIII-VI əsrlərdə Qədim Yunanıstanın sürətli inkişaf dövrü olmuş, onun ərazisində hakimiyyət uğrunda daima bir-biri ilə mübarizə aparan şəhər-dövlətlər yaranmışdır.

Günümüzdəki müasir Yunanıstan, 1821 ci ildə Osmanlı dövlətinin İngiltərə, Fransa və Rusiya qarşısında aldığı məğlubiyyətlər nəticəsində, bu imperiyaların qoruma bölgəsi olaraq, İstanbulun idarəsindən qoparılan Mora yarımadası və Afinadan ibarət kiçik bir bölgədə Yunan Krallığı adı altında quruldu. İlk Yunan kralı olaraq da Bavyeralı aristokrat ailədən gələn Otto adında bir Alman təyin edildi.

Daha sonrakı illərdə İstanbulun müharibələri uduzmaları nəticəsində döyüş qalibi imperiyaların təzyiqləri ilə Afinaya bu bölgələri verməyə məcbur qaldı:

Bizim eradan əvvəl III əsrdə ümumyunan birliyi, yerli dialektləri tədricən sıxışdırıb çıxaran ümumyunan dili yaranmışdır. Yunan dili əhali ellinlər,  onların yaşadıqları ərazi isə Ellada adlnırdı. Ellinlər Avropa xalqlarının elm, incəsənət və ədəbiyyatında silinməz izlər qoyan güclü sivilizasiya yarada bilmişlər. Bir çox elmlərin əsası onların dövründə qoyulduğundan, elmi terminlərin əksəriyyəti qədim yunan sözlərinin kökündən əmələ gəlmişdir. Qədim yunan fəlsəfəsi hələ bizim eradan əvvəl VII-VI əsrlərdə quldarlıq cəmiyyətinin inkişaf etdiyi və gücləndiyi dövrdə yaranmışdır. Sokrat, Platon, Aristotel(əflatun), heredotun bəşəriyyət qarşısında xidmətlri böyük olub.

Dübya elm və mədəniyyətinə böyük töhfələr verən Yunanıstanın İtaliya ilə yanaşı Avropa sivilizasiyasının beşiyi adlandırırlar. 1991-ci ildə Afinada qədim Ellada torpağında yaranan demokratiyanın 2500 illiyi münasibəti ilə böyük bayram keçirilmişdir.

Yunanıstanın iqtisadiyyatı dünya bazarı ilə sıx əlaqədardır. Ölkədən dağ-mədən (boksit, nikel, manqan), kənd təsərrüfatı (tütün, üzüm, zeytun yağı, sitrus meyvələri, qoz, pambıq və s.) yüngül və yeyinti sənaye məlumtları ixrac, maşın və avadanlıq neft və neft məhsulları, mineral xammal və şatışmayan ərzaq və s. idxal olunur. Yunanıstan Almaniya, İtaliya, ABŞ, Fransa və Səudiyyə Ərəbistanı ilə sıx ticarət əlaqələrinə malikdir. Ölkənin ticarət balansı mənfidir. Çatışmazlıq görünməz əməliyyatlardan (məsələn, dəniz daşımaları, xarici turizm, yunan mühacirlərinin  vətənlərinə göndərdikləri pul baratları, Avropa İttifaqının müxtəlif fondlarından köçürmələr və s.) əldə edilən gəlir hesabına  tənzimlənir. Pul vahidi- draxmadır.

Yunanıstan Milli Statistika Xidmətinin 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumatına əsasən Yunanıstan əhalisi 11.062.508 nəfərdir.

Yunanıstan bir millətli dövlətdir. Əhalinin 95 % yunanlardır. Sərhəd bölgələrində yunanlarla yanaşı türklər və albanlarda yaşayır. Yunanların əksəriyyərui provaslavlardır. Uzaq keçmişdə Venesiya respublikasının tərkibində olçuş Egey dənizi adalarının sakinləri isə katoliklərdir. Dövlət dili yunan dilidir. Əhalinin ölkə üzrə orta sıxlığı bir kv.km-də 81, sahil böıgələrində isə 120-130 nəfərdir. 1919-1922-ci illərdə yunan-türk müharibəsindən sonra yunan qaçqınlarının ölkənin şimalına axışması bu rayonda əhalinin saxlığını xeyli artırmışdır. Qərbi Avropanın digər ölkələrinə nisbətən Yunanıstanda əhalinin təbii artımı yüksəkdir (0,3-0,5 faiz).

Əhalinin 50 %-dən çoxu qeyri istehsal, 27 faizi sənaye, 17 faizi kənd təsərrüfatı sahələrində çalışır. İqtisadi cəhətdən fəal əhalinin 10 faizə qədəri işsizdir.

Etnik tərkib

Yunanıstan Olimpiya oyunlarının vətəni sayılır.İlk Olimpiya oyunları e.ə.776-cı ildə Yunanıstanda keçirilmişdir.

 




#Article 25: Bolqarıstan (551 words)


Bolqarıstan Respublikası () — Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür.

Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən Serbiya və Şimali Makedoniya, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir.

Əfsanəyə görə, Allah dünyadakı torpaqları xalqlar arasında bölüşdürən vaxt bolqarlardan savayı bütün xalqlar auksionda iştirak ediblər. Bolqarlar isə bu vaxt torpaqda eşələnirmişlər, – axşamacan zəmilərdə toxum səpirmişlər. Allah onların bu zəhmətkeşliyini görüb onlara cənnəti – indiki Bolqarıstan adlanan ərazini hədiyyə edib.

Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə (district) və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır.

Hal-hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır.

Bolqarıstan Milli Statistika İnstitutunun 31 dekabr 2011-ci ilə olan məlumatına əsasən ölkə əhalisi 7,327,224 nəfərdir .

Türk əsilli tayfaların Bolqarıstan Respublikasının ərazisində məskunlaşması tarixi təxminən III əsrin sonu IV əsrin əvvəllərində başlanmış və Osmanlı İmperiyasının Bolqarıstanın ərazisinin fəthinədək davam etmişdir .

Bolqar xalqının etnonimindən.

Bolqarıstan beş əsr ərzində Osmanlı imperiyasına daxil olub. Buna baxmayaraq, bütün bu dövr ərzində Bolqarıstanda pravoslav ənənələri güclü olub.

Birinci dünya müharibəsində Almaniya imperiyası tərəfində döyüşən Bolqarıstanın vəziyyəti müharibədəki məğlubiyyətdən sonra daha da pisləşdi. 1919-cu ilin əvvəli üçün ölkədəki 300 iri sənaye müəssisəsindən ancaq 74-ü işləyirdi. 1919-cu ilin avqustunda və 1920-ci ilin martında keçirilən seçkilərdə Bolqarıstan Xalq Əkinçilik İttifaqı (BXƏİ) və Bolqarıstan Kommunist partiyası (tesnyaklar) qələbə qazandılar. BXƏİ lideri A.Stanboliyskinin başçılığı ilə hökumət təşkil olundu. Hökumət bir sıra demokratik islahatlar keçirdi. 1922-ci ildə Bolqarıstanda Xalq Anlaşması və Hərbi cəmiyyət kimi faşist təşkilatları meydana gəldi. Onlar 1923-cü ilin iyununda dövlət çevrilişi edərək Stanboliyski hökumətini devirdilər. Onun özü faşistlər tərəfindən vəhşicəsinə öldürüldü. Ölkədə faşist diktaturası yaradıldı. 1931-ci ildə Xalq Məclisinə keçirilən seçkilərdə müxalifətdə olan burjua partiyalarının təşkil etdiyi Xalq bloku qələbə qazandı. Malinovun başçılığı ilə onların nümayəndələrindən ibarət koalisyon hökumət yaradıldı. Hökumətdə əsas rolu vaxtilə faşist çevrilişində iştirak etmiş Demokratik partiya oynayırdı. 1932-ci ildə faşist tipli yeni Nasional-Sosialist Hərəkat partiyası və Zveno təşkilatları meydana gəldi. 1934-cü ilin mayında K.Georgiyevin Zveno qrupu tərəfindən dövlət çevrilişi edildi. 1935-ci ildə təşkil olunmuş yeni dövlət çevrilişi nəticəsində İtaliya kralının qızı ilə evlənmiş çar Boris hakimiyyətə gəldi. Beləliklə, Bolqarıstanda monarxist faşist diktaturası bərqərar oldu. Faşist Almaniyasının və İtalyanın köməyi ilə ölkədə sürətli silahlanma başlandı. İkinci dünya müharibəsindən sonra, Bolqarıstan demək olar ki, yarım əsr Sovet İttifaqının əlaltısına çevrildi. Ölkənin 2004-cü il mart ayında NATO-ya daxil olması Qərb dünyasına inteqrasiya yolunda Bolqarıstanın ən böyük uğuru oldu.

Kommunizmin dağılmasından sonra Bolqarıstanın demokratiya və bazar iqtisadiyyatına keçidi asan olmadı. 90-cı illərin birinci yarısında siyasi qeyri-stabillik və tətillər davam etdi. Öz partiyalarının adını sosialist kimi dəyişdirən kommunistlər yenə də böyük təsirə malik idilər. 90-cı illərin ikinci yarısında isə ölkədə daha çox stabillik, iqtisadi islahatların həyata keçirilməsində inkişafın hiss edilməsi müşahidə olunub. 2001-2005-ci illər arasında baş nazir vəzifəsini keçmiş çar II Simeon tutanda, ölkə iqtisadiyyatını Avropa Birliyi meyarlarına uyğunlaşdırmaq məqsədilə aktiv bazar islahatları keçirdi. Nəticədə, Bolqarıstan inflyasiyanın və həmin vaxta qədər 20 faizə çatan işsizliyin azalması ilə iqtisadi inkişafa nail oldu. Buna baxmayaraq, əhalinin həyat səviyyəsi və gəliri hələ də aşağı olaraq qalır. 2004-cü ildə Bolqarıstan Avropa Birliyinə (AB) namizədlər arasına düşmədi. Amma artıq 2005-ci ilin aprel ayında ölkə birliyə daxil olmaq barədə müqavilə imzaladı və 2007-ci il yanvarın 1-dən Avropa Birliyinin tərkibinə daxil olması ilə əlaqədar razılıq əldə etdi.

İllik hərbi xərclər 356 mln. dol. (2002)

İxracat

Maşınqayırma məhsulları, ərzaq məhsulları, çaxır, tütün, yanacaq, xammal, ayaqqabı, dəmir.

İdxal

Enerji daşıyıcıları, avtomobilılər, xalq istehlakı malları.

Bolqar dili.

 




#Article 26: Rusiya (7072 words)


Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция) — Şimali Avrasiyada bir böyük ölkədir. Rəhbərlik şəkli federal yarı prezidentlik tipli respublikadır. Şimal-qərbdən cənub-şərqə Rusiya, Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti ilə), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan və Şimali Koreya ilə həmsərhəddir. Dəniz sərhədi olaraq isə Oxot Dənizindən Yaponiya ilə, Berinq Boğazından isə ABŞ ştatı olan Alyaska ilə də qonşudur. 17,075,400 km²-lik ərazisi ilə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Rusiya eyni zamanda 2014 ili etibarı ilə 144 milyon əhalisi ilə dünyanın ən sıx əhalili doqquzuncu ölkəsidir. Bütöv şimali Asiyanın və Şərqi Avropanın böyük bir qisminə uzanan Rusiya, doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif relyef və iqlimə malikdir.

Rusiyanın tarixi III və VIII əsrlər arasında Avropada tanınan bir qrup olaraq ortaya çıxan Şərq Slavyanları ilə başlayır. IX əsrdə Varyaqlar tərəfindən qurulan və idarə olunan Orta Əsr Kiyev Rus Dövləti ortaya çıxdı. 988-ci ildə Bizans İmperiyasından Pravoslav Xristianlığı qəbul edildi və sonrakı minillik üçün buraya Bizans və Slavyan mədəniyyətlərinin sintezi başladı. Daha sonra Kiyev Rus Dövləti bir sıra kiçik dövlətlər halına parçalandı və torpaqlarının əksəriyyəti Monqollar tərəfindən istila edilib Qızıl Orda Dövlətinin qolları halına gəldi. Qızıl Orda Dövlətindən müstəqilliyini elan edən Rus knyazlıqları yavaş-yavaş yenidən birləşib Moskva Knyazlığını qurmuş və Kiyev Rus Dövlətinin mədəni və siyasi irsinin ardıcılı olmuşdur. 18-ci əsrə gəldikdə, böyük ölçüdə fəth, ilhaq və kəşf yolu ilə Avropada Polşadan Şimali Amerikada Alyaskaya qədər uzanan tarixin ən böyük üçüncü imperiyası olan Rus İmperiya halına gəldi.

Rusiya adı Şərq Slavyanlarının əsasən yaşadığı bir Orta Əsr dövləti olan Kiyev Rus dövlətinin adından uydurulmuşdur. Ancaq, bu ad daha sonra tarixdə daha da intensivləşmişdir və ölkə sakinləri tərəfindən Русская Земля (Rus torpağı) adı ilə çağırılıb. Bu addan törəyən digər dövlətlərdən ayırd etmək üçün, müasir tarixdə Kiyev Rusiyası deyilir. Rus adı, Rus (Русь) dövlətinin banisi olan Varyaqların bir qrupu olan Rus xalqından gəlir.

Rus adının köhnə Latınca halı olan Rutenya, əksəriyyətlə Katolik Avropaya qonşu olan Rus bölgəsinin qərb və cənub bölgələrinə deyilmişdi. Ölkənin indiki adı olan Россия (Rusiya), Rus adının Yunanca halı olan və eyni zamanda Kiyev Rusiyasının Bizans İmperiyası tərəfindən söylənimi olan olan Ρωσία (Rosia) sözündən gəlir.

Slavyanlar Volqa və Oka çayları arasındakı ərazilərə hələ VIII–IX əsrlərdə gəlmişdilər. Onlar Volqa çayı ilə Rus düzənliyinin yuxarı və aşağı hissələrinə hərəkət edirdilər. Baltik dənizindən Volqa və Dnepr çay hövzələrinə gedən çay yollarında ən qədim rus şəhərləri Novqorod, Pskov, Smolensk salınmışdır. IX–XII əsrlərdə qədim rus tayfaları Vyatka, Kama, Şimali Dvina, Peçora çay hövzələrinə irəliləmişdilər. Bu dövrdə qədim rus şəhərlərinin, Moskvanın, Vladimir, Suzdal, Ryazan, Tver, Yaroslavl, Voloqdanın əsası qoyulmuşdur.

Rusiya Federasiyasının dövlət-ərazi inkişafı qədim rus dövləti olan Kiyev Rus dövlətindən başlamışdır. Bu dövlətin tərkibinə müasir Rusiyanın şimal-qərb və mərkəz torpaqları daxil idi. XIII–XIV əsrlərdə Moskva knyazlığı yaranmış və bu da yeni rus dövlətinin formalaşmasının özəyini təşkil etmişdir. XVI əsrin ərtalarında Rus dövlətinin tərkibinə Volqaboyunun xalqları məskunlaşan ərazilər qatılmış (Kazan və Həştərxan xanlıqları) və burada Simbirsk, Samara, Saratov, Kamışin, Sarıtsin (indiki Volqoqrad) kimi qala-şəhərlər salınmışdır.

XVI əsrdə rusların Şərqi Avropa düzənliyinin meşə-çöl hissəsinə hərəkəti güclənmiş və burada Tambov, Voronej kimi qala-şəhərlər tikilmişdir. Don çayının aşağı axarlarında kazak, Ağ dənizin sahillərində isə pomorların yaşayış məntəqələri yaradılmışdır. Şərqə hərəkət edərək ruslar artıq XVI əsrin axırlarında Ural dağlarını aşmış və Qərbi Sibir düzənliyində məskunlaşmışlar. Burada uzun müddət Sibirin paytaxtı sayılan Tobolsk şəhəri salınmışdır. XVII əsrdə Yenisey və Lena çayları sahilində rus qalaları tikilmiş və həmin əsrdə də ruslar Baykal gölünə çatmışlar. Təxminən yarım əsr vaxt lazım olmuşdur ki, ruslar Ural dağlarından sərt Şimali Asiyanı keçərək Sakit Okean sahillərinə çatsınlar. Rusların şərqə yürüşü XVII əsrdə Kamçatka yarımadasının ələ keçirmələri ilə başa çatmışdır. XVIII–XIX əsrlərdə ruslar Krımda, Mərkəzi Asiya, Qafqaz və Avropada yaşayan bir neçə xalqı özlərinə tabe etdirə bilmişdilər. Beləliklə böyük rus imperiyası yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra keçmiş Rusiya imperiyasının ərazisində bir neçə formal respublikalar yaranmışdı. 1922-ci ildə həmin respublikalar Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) çərçivəsində birləşmişlər.

IX əsrdə ilk Şərqi Slavyan dövlətlərinin qurulması, Baltik dənizi regionundan Varyaqların buraya gəlməsi, tacirlər, döyüşçülərin gəlməsi ilə üst-üstə düşmüşdür. Əvvəlcə bu gələnlər şərqi Baltikdən, Qara Dəniz və Xəzər Dənizinə doğru uzanan su yolları üzərindən gələn Skandinaviya mənşəli Vikinqlər idi. Nestor Kronqinə görə, Rurik adında Rus xalqından bir Varyaqlı, 862-ci ildə Novqorodun hökmdarı seçildi. 882-ci ildə əvvəlcədən Xəzərlərə xərac verən xələfi Oleq, cənubdan daxil olaraq Kiyevi işğal edib, Kiyev Rus dövlətini qurdu. Oleq, Rurikin oğlu İqor və İqorun oğlu I Svyatoslav sonradan bütün yerli Şərqi Slavyan tayfalarını Kiyev çarlığına bağlayıb, Xəzər xaqanlığını dağıtmış, Bizans və Farslara qarşı müxtəlif hərbi yürüşlər etmişdir.

XI və XII əsrlərdə, Qıpçaqlar və Peçeneqlər kimi köçəri Türk tayfaları tərəfindən mütəmadi keçirilən yürüşlər Slavyan əhalisinin böyük miqdarda köçməsinə, xüsusilə Zalesye kimi tanınan şimalda daha etibarlı sıx meşə regionlarına köçərək məskunlaşmasına səbəb olub.

Feodalizm və adəmi mərkəziyyətçilik dövrünə Kiyev Rus dövlətində hökm sürən Ruriklər Sülaləsi üzvləri arasındakı mübarizə öz damğasını vurdu. Kiyev Rus dövlətinin hakimiyyəti, şimal şərqində yerləşən Vladimir-Suzdal, şimal-qərbindəki Novqorod və cənub qərbindəki Qaliçnya-Volnya Knyazlığının xeyrinə azalmağa başladı.

Nəhayət, Reç Pospolita tərəfindən assimilyasiya edilən Qaliçnya-Volnya Knyazlığı, Monqolların hakimiyyətindəki Vladimir-Suzdal və Novqorod Respublikasının azad olmasına şərait yaratmışdır və müasir Rus milləti üçün təməl yaratmışdır. Pskov vilayəti ilə birlikdə Novqorod Monqol əsarətindən qurtuldu. Şahzadə Aleksandr Nevskinin liderliyində, Novqorodlular 1240-ci ildə Nəva Müharibəsində işğalçı İsveçliləri öz torpaqlarından qovdu və bununla yanaşı 1242-ci ildə Peipus Gölü Döyüşündə də Tevton Cəngavərlərinin Şimali Rusiyada koloniya yaratma təşəbüsslərinə uğurla mane olmağı bacarmışlar.

Böyük Moskva knyazlığı 1263-cü ildə yaranmışdır. XIV əsrin əvvəllərində Moskva knyazlığı təsərrüfat, sənət və ticarət sahəsində özünün yüksəliş dövrünü keçirirdi. Qərbi Avropa və Şərq ölkələri ilə ticarətdə uğurlar qazanan Moskva Qızıl Ordu xanlarından Böyük knyaz titulu almaq üçün Tver knyazlığı ilə mübarizəyə başladı. Moskva knyazı İvan Kalita hiylə yolu ilə öz rəqibini aradan qaldırıb, Qızıl Orda xanından yarlıq aldı. İvan Kalita böyük knyaz titulunu ələ keçirdikdən sonra Qızıl Orda xanları xeyli müddət rus torpaqlarına yürüşlər etmədilər.

Bu da rus torpaqlarının dirçəlməsinə, Moskvanın varlanıb başqa knyazlıqları özündən asılı vəziyyətə salmasına imkan yaratdı. Moskva knyazlığının güclənməsi birləşdirilmə üçün ilkin şərait yaratdı. Artıq Moskva və başqa knyazlıqlar Qızıl Ordu ilə hesablaşmır, xəracı vaxtlı-vaxtında ödəmir, bəzən isə tamamilə imtina edirdilər. Kulikovo döyüşündən sonra isə Moskva knyazı Qızıl Ordaya xərac verməkdən tamamilə imtina etdi. Moskva knyazı III İvanın dövründə rus torpaqlarının Moskva ətpafında birləşdirilməsi çox sürətlə davam edirdi.

O, Rostov və Yaroslavl knyazlıqlarının varlığına son qoydu. Böyük Novqorod boyarları isə hər vasitə ilə öz müstəqilliklərini qoruyu saxlamağa çalışırdılar. Onların Böyük Litva knyazından kömək istəməsi III İvanın Novqorod üzərinə yürüşünə səbəb oldu. 1471-ci ildə baş vermiş Şelon döyüşündə Moskva knyazı III İvan qalib gəldi. 1478-ci ildə Böyük Novqorod torpağı Moskva tərəfindən tamamilə işğal edildi. Moskva knyazlığı geniş işğallar yolu ilə öz ərazisini genişləndirmək siyasəti yeritməyə başladı.

Növbəti işğal hədəfi şimalda və Volqaboyunda yaşayan türk xalqları oldu. Öz müstəqilliyini və istiqlaliyyətini itirən həmin xalqlar ruslaşdırma və xristianlaşdırma siyasəti ilə üz-üzə qalmalı oldular. Moskva knyazlığı ətpafında birləşən rus knyazlıqları öz müstəqilliklərini tam itirdilər. Mərkəzləşmiş dövlət yarandı. Mərkəzi dövlətdə böyük knyaz və boyar duması idarə edirdi. Dumanın tərkibi keçmiş knyazlardan və onların varislərindən ibarət idi. Böyük knyaz 1497-ci ildə təhkimçilik hüququnun tətbiq edilməsi üçün fərman verdi. Fərmana görə kəndlinin öz ağasının torpağından ancaq ildə bir dəfə, Yuri gününə bir həftə qalmış, yaxud bir həftə sonra çıxıb getmək hüququ var idi. Beləliklə, ümumdövlət təhkimçlik sistemi yaradılmasının əsası qoyuldu.

Üçüncü Roma İmperiyası ideyalarının inkişafı ilə, Böyük Hersoq IV İvan rəsmən 1547-ci ildə Rusiyanın ilk Çarı olaraq tacı taxdı. Çar, yeni bir hüquqi qanun olan, 1550 Sudebnik qanununu çıxardı.

Qorxunc İvanın uzun səltənəti zamanı, parçalanan qədim Qızıl Orda Dövlətinin yerinə qurulan üç Tatar xanlığı olan Qazan, İdilliya Çayı boyu uzanan Həştərxan və Cənub Qərbi Sibirdəki Sibir Xanlıqlarını işğal edərək onsuz da böyük olan ölkə torpaqlarını iki dəfə artırmağı bacardı. Beləliklə, XVI əsrin sonunda Rusiya çoxmillətli, çox dinli və qitələrarası bir dövlət halına gəldi.

Ancaq Çar, Baltik sahillərinə və dəniz ticarətinə çatımı təmin etmək üçün Polşa, Litva və İsveç koalisiyasına qarşı aparılan uzun və uğursuz Livonya Müharibəsində zəiflədi. Eyni zamanda Qızıl Orda Dövlətinin qalan yeganə varisi olan Krım Xanlığı, Cənubi Rusiyaya basqınlar təşkil etdi. 1571-ci ildə Volqa Xanlıqlarını geri almaq səyləri içində olan Krım və Osmanlı müttəfiqləri, Moskvanı işğal etdi və Moskvanı talayıb ətrafındakı qəsəbələri atəşə verdilər. Ancaq sonrakı illərdə Osmanlı və Krım qoşunları Molodi Müharibəsində Ruslar tərəfindən məğlubiyyətə uğradıldı və Osmanlı-Krımı Rusiyanın daxilinə qədər genişləndirmək təhdidi sonsuza qədər ortadan qaldırıldı.

Rusiya İmperiyası 1721-ci ildə Şimal müharibəsinin sona çatmasından 1917-ci il Fevral inqilabınəticəsində hakimiyyətə gələn müvəqqəti hökumət tərəfindən Respublika qurulana qədər Avrasiya və Şimali Amerika boyunca mövcud olmuş imperiya.[1]

Dünya tarixində üçüncü böyük imperiya olmaqla, üç qitə boyunca uzanan Rus İmperiyası ərazi ölçüsünə görə yalnız Britaniya və Monqol İmperiyasından geri qalırdı. Rusiya imperiyasının yüksəlişi rəqib qonşularının — İsveç, Reç Pospolita, İran və Osmanlı imperiyalarının zəifləməsi sayəsində baş verdi. Bu, 1812–1814-cü illərdə Napoleonun Avropanı idarə etməklə qərbə və cənuba doğru genişlənmək istəyinin dəf edilməsində böyük rol oynadı.

Rusiya İmperiyasını 1721-ci ildən 1762-ci ilə qədər Romanovlar ailəsi, 1762-ci ildən sonra bu ailənin alman əsilli qolu Holşteyn-Qottorp ailəsi idarə edirdi. 19-cu əsrin əvvəllərində Rusiya İmperiyası şimaldan Şimal Buzlu okeandan cənubda Qara dənizə, qərbdən Baltik dənizindən şərqdə Sakit okeana və 1867-ci ilə qədər Amerikada Alyaskaya qədər uzanırdı. 1897-ci ildə əhalinin siyahıya alınması ilə qeydiyyata alınan 125.6 milyon nəfər ilə həmin dövrdə Böyük Tzin və Hindistandan sonra dünyada əhalisinin sayına görə üçüncü yerdə idi. Rusiya bütün imperiyalar kimi iqtisadiyyat, etnik və dini mənsubiyyət fərqliliklərini özündə birləşdirirdi. İmperiyada çoxsaylı üsyan və sui-qəsd cəhdləri həyata keçirən müxalif qüvvələr var idi. Onlar gizli polis tərəfindən yaxından izlənilir və minlərlə insan Sibirə sürgün edilirdilər.

İqtisadi cəhətdən, imperiyanın əsas bazasını kənd təsərrüfatı təşkil edirdi. Böyük əmlaklarda təhkimli kəndlilərin çalışması (1861-ci ildə azad olunanadək) ilə məhsuldarlıq göstəriciləri aşağı idi. Dəmir yolu və fabriklərdə xarici sərmayələrin qoyulması hesabına iqtisadiyyat yavaş-yavaş sənayeləşdirildi. Torpaqlar 10-cu əsrdən 17-ci əsrə qədər zadəganlar (boyarlar), sonralar isə imperator tərəfindən tərəfindən idarə olunurdu. Çar III İvan (1462–1505), daha sonra ortaya çıxacaq olan imperiyanın təməlini qoymuşdur. O, dövlətin ərazisini üç dəfə artırmış, Qızıl Ordanın ağalığına son qoymuş, Moskva Kremlini bərpa etdirmiş və Rusiya dövlətinin bünövrəsini qoymuşdur. Çar Böyük Pyotr (1682–1725) çoxsaylı müharibələr aparmış və onsuz da böyük olan imperiyanı daha da böyüdərək Avropanın əsas güclərindən birinə çevirmişdir. O, paytaxtı Moskvadan yeni şəhər modeli olan Sankt-Peterburqaköçürmüş və ənənəvi, orta əsrlərdən qalma bəzi ictimai və siyasi baxışları müasir, elmi, Avropayönümlü və rasionalist bir sistemlə əvəz edən mədəni inqilab həyata keçirmişdir.

Böyük Yekaterina (1762–1796-cı illərdə hakimiyyətdə olmuşdur) imperiyaya qızıl dövrdə başçılıq etmişdir. O, fəthlə, müstəmləkəçilik və diplomatiya ilə dövləti genişləndirmiş, Qərbi Avropa xətləri boyunca Böyük Pyotrun modernləşmə siyasətini davam etdirmişdir. Çar II Aleksandr (1855–1881) 1861-ci ildə bütün 23 milyon təhkimli kəndlilərin azad olunması da daxil olmaqla bir çox islahatlar həyata keçirmişdir. Onun Şərqi Avropada siyasəti pravoslav xristianları Osmanlı hökmranlığı altında qoruyurdu. 1914-cü ilə qədər davam edən bu əlaqə Rusiyanın Birinci Dünya müharibəsinə Fransa, Birləşmiş Krallıq və Serbiya tərəfdən qatılaraq Alman, Avstriya və Osmanlı imperiyalarına qarşı mübarizəyə başlamasına gətirib çıxardı.

Rusiya İmperiyası 1905-ci il inqilabına qədər mütləq bir monarxiya kimi idarə olundu və daha sonra de-yure konstitusiyalı monarxiyaya çevirildi. İmperiya, 1917-ci ilin Fevral İnqilabı və Birinci Dünya müharibəsində iştirakında kütləvi uğursuzluqları səbəbindən süqut etdi.

Rusiyanın genişlənməsi əsasən 17-ci əsrdə baş verdi. Belə ki, 17-ci əsrin ortalarında Sakit okeanın birinci dəfə Rus müstəmləkəçiliyi altına salınması, Rusiya - Polşa müharibəsi (1654 - 1667) nəticəsində Ukraynanın sol sahilinin birləşdirilməsi və Rusiyanın Serbiyanı işğalı ilə bu, pik həddə çatdı. Polşa 1790–1815 illər aralığında bölündü, torpaqlarının və əhalisinin çoxu Rusiyaya birləşdirildi. 19-cu əsrdə böyümə əsasən Asiyada və Sibirin cənubunda ərazilərin ilhaqı hesabına baş verirdi.[3]

XVII əsrdə ruslar öz dili ilə fərqlənən xalqların qarışığı idi. Bunlar əsasən böyük hind-avropa dil qrupunun slavyan ailəsinə məxsus idilər. Velikoruslar və moskovitlər Moskva ətrafında yaşayırdılar. Onlar şimal meşələrinə nüfuz edib, çoxlu fin və digər aborigen tayfaları assimilyasiya etmişdilər. Qara dəniz sahili həmin vaxtadək Türkiyənin himayəsində olan tatar xanlarının əlində idi. Tatarlarla ruslar arasındakı sərhəd torpaqlarında yarımmüstəqil kazaklar yaşayırdılar, onlar əsasən miqrasiya edən ruslardan əmələ gəlmişdilər.

XX əsrin əvvəllərində Rusiyada kapitalizmin inkişafı sürətlənmişdi. Lakin 1900–1903-cü illər dünya iqtisadi böhranı Rusiyadan da yan keçmədi. İctimai siyasi proseslərin dərinləşməsi ilə ilk siyası partiyalar yaranmağa başladı. Sonralar Rusiyanın tarixində əhəmiyyətli rol oynamış Sosialist İnqilabçılar Partiyası 1902-ci ildə yarandı. Həmçinin 1903-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyası (RSDFP) yaradıldı.

Birinci dünya müharibəsi bir çox dövlətlərin, həmçinin Rusiya İmperiyasının da zəifləməsi ilə nəticələndi. Nəticədə daxildə olan ziddiyyətlər daha da qabardı. Bütün bu proseslərin nəticəsi kimi Rusiyada 1917-ci ilin fevralında inqilab nəticəsində 1613-cü ildən hakimiyyətdə olan Romanovlar sülaləsi taxtdan məhrum edildi (1917-ci il martın 2-si).

Hakimiyyət Müvəqqəti hökumətə (Eser-menşeviklərə) keçdi. Lakin bolşeviklər bu cür hakimiyyət bölgüsündən razı qalmadılar. 25 oktyabrda (7 noyabr) baş vermiş növbəti inqilab nəticəsində Müvəqqəti Hökumət hakimiyyətdən getdi. Nəticədə hakimiyyət Vladimir İliç Lenin başda olmaqla kommunistlərin əlinə keçdi.

Hakimiyyətə gəlmiş bolşeviklər ilk addım olaraq özlərinə hərbi arxa yaratmağa başladılar. Nəticədə təcili olaraq Qırmızı Ordununquruculuğu başlandı, proletar milisi, hərbi-inqilabi tribunallar, əksinqilabi mübarizə üçün fövqəladə komissiya yaradıldı. Bolşeviklər öz ideoloji təbliğatını daha da genişləndirmək üçün yalnız öz mətbuat qurumlarının çıxmasına icazə verdilər.

Az sonra ölkədə vətəndaş müharibəsi başlandı. Qırmızılara qarşı Ağlar formalaşdılar. Şərqdə Admiral Kolçak Ağlara rəhbərlik etməyə başladı. O hətta Rusiyanın Ali hökmdarı elan edildi. Şimalda əksinqilabi qüvvələrə Miller, cənubda isə general Denikin rəhbərlik edirdi. Lakin bu müharibə tezliklə daxili müharibə kimi qalmayıb xaricdən hərbi müdaxiləyə məruz qaldı. ingilislərlə fransızlar Cənubi Qafqaza, Arxangelskə və Odessaya, almanlar Ukraynaya və Gürcüstana ordu yeritdilər. Lakin tezliklə qırmızı ordu üstünlüyü əlinə aldı və ardıcıl olaraq Kolçakı, Denikini, Vrangeli məğlub etdi. Sovetlərin bu qələbələri xarici qoşunları tezliklə öz ilkin mövqelərinə qayıtmağa məcbur etdi.

XX əsrin 20-ci illərinin ortalarından başlayaraq Yeni İqtisadi Siyasət (YİS) tətbiq olunmağa başladı. Onun ardınca sənayeləşmə və kollektivləşmə kimi tədbirlər görüldü. 1928–1932-ci illərdə ilk beşillik plan qəbul olundu. 1932–1933-cü illərdə ölkədə kütləvi aclıq baş verdi. Kommunist partiyası ölkənin bütün idarəetmə strukturlarını özünə tabe etməyə müvəffəq oldu. Ölkədə çox güclü mərkəzləşmiş, hərbi-totalitar rejim yaradıldı. 1934-cü ildən başlayaraq ölkədəki kütləvi represiyalar cəmiyyətin əksər təbəqələrindən yan keçmədi. Ölkədə QULAQ sistemi bütün gücü ilə fəaliyyət göstərirdi.

Regionlarda etnik münaqişələr Sovetlərin vəziyyətini gərginləşdirdi. Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başlanan separatçılıq hərəkatı Böyük dağılmanın başlanğıcı oldu. 1990-cı ilin martında Estoniya, Litva, may ayında isə Latviya müstəqilliklərini bərpa etmək haqqında qərar qəbul etdilər. Gürcüstanda suverenlik haqqında dekret qəbul olundu.

İyun ayında RSFSR dövlət suverenliyi barədə Bəyənnammə qəbul etdi. 1991-ci ilin iyununda Boris Yeltsin RSFSR-in prezidenti seçildi. 1991-ci ilin avqustunda Sovet İttifaqını qoruyub saxlamaq istəyən yüksək çinli məmurlar ölkədə Fövqəladə vəziyyət elan etdilər. Qorbaçovun səhhəti ağır olduğu üçün onun səlahiyyətləri Gennadi Yanayevə verildi. Yanayev Moskvaya hərbi qüvvə yeritdi, lakin bu cəhd uğursuz alındı. Avqust qiyamı puç oldu. Bu hadisədən sonra Kommunist partiyasının fəaliyyəti dayandırıldı.

Bankların sayı 2.000-ə, birjaların sayı 303-ə çatdı. Oktyabrın 1-dən bütün rusiyalılara özəlləşdirmə qəbzləri verilməyə başlandı. Bu şəraitdə istehsalın azalması, qiymətlərin yüksəlməsi baş verdi. 1992-ci ildə istehsal sənayedə 16,2%, kənd təsərrüfatında 4% azaldı. 1993-cü ildə 1990-cı ilə nisbətən milli gəlir 57%, sənaye istehsalı 63%, kapital qoyuluşu 43% aşağı düşdü. Cəmiyyətin varlılara və yoxsullara bölünməsi prosesi sürətləndi. İşsizlərin sayı 8 milyona çatdı. Qiymətlərin liberallaşdırılması nəticəsində 1993-cü ildə qiymətlər 100 dəfədən çox artdı, inflyasiya 20–25% təşkil edirdi. Siyasi sistemdə də dəyişikliklər baş verdi. Sovet Ittifaqı Kommunist Partiyasının fəaliyyəti dayandırıldı. Ölkədə çoxpartiyalılıq təşəkkül tapmağa başladı. Milli quruculuqda dəyişikliklər yarandı. 1993-cü ilin yayında qəbul olunmuş konstitusiyaya görə Rusiya Federasiyası tərkibinə 21 respublika, 6 diyar, 49 vilayət, 11 muxtar vilayət var idi. Bir sıra milli regionlar, o cümlədən Tatarıstan, Başqırdıstan, Yakutiya, Çeçenistan asanlıqla Federasiyadan çıxmaq xəttini götürdülər. 1992-ci il martın 31-də RF ilə Federasiya subyektləri arasında federativ müqavilələr imzalandı. Tatarıstan və Çeçenistan həmin müqaviləni imzalamaqdan imtina etdilər. Başqırdıstan müəyyən şərtlərə müqaviləni imzaladı.

Çeçenistanın Rusiya Federasiyasından çıxması və öz müstəqilliyini elan etməsi qiyam və terror kimi qiymətləndirildi və sonsuz fəlakətlərə, çeçen xalqının məhv edilməsi ilə müşayiət olunan müharibəyə səbəb oldu. 1993-cü il sentyabrın sonu, oktyabrın əvvəllərində ölkədə kəskin siyasi böhran yarandı. Əsas səbəb prezident və Ali Sovet arasında yaranan qarşıdurma idi. qarşıdurma 3–4 oktyabr hadisələrinə gətirib çıxardı. Oktyabrın 4-də axşam Ağ Ev hökumət qoşunları tərəfindən zəbt edildi. Ağ evin müdafiəçiləri — A.Rutskoy, Ruslan Xasbulatov, V.Barannikov, V.Acalov, A.Makaşov və başqaları həbs olundular. Bu hadisələr zamanı 140 nəfər həlak oldu. 1995-ci ilin dekabrında Dövlət Dumasına seçkilər keçirildi. 1996-cı ilin iyun-iyul aylarında keçirilən növbəti prezident seçkilərində Boris Yeltsin yenidən Rusiya Federasiyasının prezidenti seçildi. O, 1999-cu il dekabrın 31-də istefa verərək prezident vəzifəsini icra etməyi Vladimir Putinə həvalə etdi. 2000-ci il mayın əvvəllərində Vladimir Putin Rusiya Federasiyasının prezidenti seçildi.

Rusiya Federasiyasının Prezidenti Konstitusiyaya 31 dekabr 2008-ci ildə edilmiş düzəlişə əsasən ümumxalq səsverməsi yolu ilə altı il müddətinə seçilir. Yaşı 35-dən az olmayan və on ildən artıq ölkədə yaşayan hər bir vətəndaş Rusiya Federasiyasının Prezidenti seçilə bilər. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Prezident seçilə bilməz.

Dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanı sayılan Prezident Baş naziri və 30 üzvü olan Nazirlər Şurasını (Kabinet) seçmək və təyin etmək, qərar və sərəncamlar vermək, qanun layihələrinə veto qoymaq hüququna malikdir. Prezident Federal məclisə illik müraciətində ölkənin siyasi və iqtisadi inkişafı ilə bağlı hökumət proqramını bəyan edir.

Prezident müdafiə məsələləri ilə məşğul olan, habelə Milli bankın sədri, Baş prokuror və Ali Məhkəmənin üzvləri vəzifəsinə namizədləri təqdim edən Təhlükəsizlik Şurasını təyin edir və onun başında durur.

Rusiya Federasiyasının hazırkı, sayca 4-cü Prezidenti, 4 mart 2012-ci ildə keçirilmiş sonuncu Prezident seçkilərində 63,6% səs toplayaraq qalib gəlmiş Vladimir Vladimiroviç Putindir (7 may 2012-ci ildən etibarən V.Putin rəsmən vəzifəsinin icrasına başlamışdır).

Boris Yeltsin, yüksək gözləntilər dalğası ilə hakimiyyətə gəldi. 12 İyun 1991-ci ildə səslərin 57%-ni alaraq Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti seçildi və xalq tərəfindən seçilən ilk prezidenti oldu. Amma Yeltsin, 1990-cı illərdə Rusiyadakı bir sıra iqtisadi və siyasi böhrandan sonra çəkisini əsla geri almadı. Yeltsinin dövrü, geniş yayılmış korrupsiya, iqtisadi tənəzzül və nəhəng siyasi və sosial problemlər ilə gözə çarpırdı. Vəzifəsindən ayrıldığı zaman, Yeltsin iki faizlik razılıq reytinqinə malik idi.

Baş Nazirlik dövründən, Prezidentlik dövrünə qədər, Putin Rus xalqı arasında yüksək reytinqlər aldı. Səkkiz illik vəzifə müddəti boyunca Rusiya iqtisadi böhrandan azad oldu, ÜDM-ni altı dəfə artırdı, yoxsulluğun 50%-dən çox azaltdı və orta aylıq təqaüdü 80 dollardan 640 dollara çıxarıldı.

İkipalatalı Federasiya Şurası (166 yer), üzvlərinin bir hissəsi birmandatlı dairələrdən, digər hissəsi isə partiya siyahılarına əsasən 4 illik müddətə seçilən Dövlət Duması (450 deputat) tərəfindən həyata keçirilir. Seçicilər seçki dairəsindən keçən namizədlə yanaşı, həm də partiyaya səs verirlər. Ən aşağı yaş senzi — 21 yaş müəyyən edilən Dumanın deputatları seçildikləri andan hər-hansı ödənişli fəaliyyətlə məşğul ola və ya digər məsul hökumət vəzifələrini tuta bilməzlər.

Federasiya Şurasının tərkibinə hər regiondan və ya respublikadan təyin edilmiş iki nümayəndə daxildir. Federal Məclis və Prezident bir-birinə güclü təsir edə bilmir. Dövlət Duması — lehinə böyük əksəriyyətin səs verdiyi etimadsızlıq rəyi irəli sürməklə hökuməti buraxa bilər. Duma — Prezidentin hər-hansı məcburi qərar qəbul etməsinə qədər olan üç ay müddətində iki dəfə etimadsızlıq rəyi irəli sürmək hüququna malikdir. Prezident yeni hökumət yarada və ya Dumanı buraxaraq yeni seçkilər təyin edə bilər.

Yeni Baş nazirin və ya hökumətin təyin edilməsi üçün Dumanın mütləq razılığı olmalıdır. Bununla belə, Prezidentin təklif etdiyi namizədi Duma üç dəfə rədd etdiyi təqdirdə dövlət başçısı Dumanı buraxmaq və yeni seçkilər elan etmək hüququna malikdir.

Federal Məclis — hər iki palatanın səs verdiyi, Ali məhkəmənin və Konstitusiya Məhkəməsinin bu qərarla razılaşacağı təqdirdə Prezidentə impiçment irəli sürə bilər. Federal məclis həmçinin Dumanın qəbul etdiyi qanun layihəsinə veto qoya bilər. Prezident Dövlət Dumasını, formalaşdığı andan etibarən ilk 12 ay ərzində buraxmaq hüququna malik deyil.

Ölkədə icra hakimiyyəti mövcud Konstitusiyanın 114-cü maddəsinə əsasən Rusiya Federasiyası Hökuməti tərəfindən həyata keçirilir.

Dövlətin vahid maliyyə və pul siyasətinin həyata keçirilməsini təmin etmək, federal büdcəni hazırlayaraq Dövlət Dumasına təqdim və onun icrasına nəzarət etmək, mədəniyyət, elm, təhsil, səhiyyə, sosial təminat, ekologiya sahələrində dövlət siyasətini həyata keçirmək, ölkənin müdafiə və xarici siyasət strategiyasının, habelə Konstitusiya ilə müəyyən edilmiş digər funksiyaların yerinə yetirilməsini təmin etmək Rusiya Federasiyası Hökumətinin səlahiyyətlərinə daxildir.

Hökumətin qərarları ilə Rusiya Federasiyasının Konstitusiyası, federal qanunlar və Prezident fərmanları arasında ziddiyyət yarandıqda, bu qərarlar Rusiya Federasiyası Prezidentitərəfindən ləğv edilə bilər.

Rusiya Federasiyası, beynəlxalq hüquqda keçmiş Sovet İttifaqının davamçısı kimi qəbul edilir. Rusiya, SSRİ-nin beynəlxalq öhdəlikləri həyata keçirməyə davam edir və BMT Təhlükəsizlik Şurası, digər beynəlxalq təşkilatlara üzvlük, beynəlxalq müqavilələr çərçivəsindəki hüquq və öhdəliklər, mülkiyyət və borclarda SSRİ-nin daimi üzvlüyünü öz üzərinə götürmüşdür. Rusiyanın çox istiqamətli bir xarici siyasəti var. 2009-cu il etibarı ilə 191 ölkə ilə diplomatik əlaqəsi və 144 səfirliyi var. Xarici işlər naziri Prezident tərəfindən müəyyən edilir və Xarici İşlər Nazirliyi tərəfindən idarə edilir.

Xarici iqtisadi əlaqələr beynəlxalq ərazi əmək bölgüsünün təsiri altında yaranır. Ona görə xarici əlaqələri ölkənin inkişaf səviyyəsi, coğrafi mövqeyi, təbii sərvətlərinin istifadəsi, təbii şəraiti və s. kimi amillər təsir göstərirlər. RF çox geniş xarici əlaqələr coğrafiyasına malikdir. Ölkənin ixracatında aparıcı yeri enerji daşıyıcıları-neft, qaz, elektrik enerjisi və s. tutur. Hazırda (2006-cı ildə) həmin sahələrin ixracatda xüsusi çəkisi 69% təşkil edir. Rusiya Qazpromu Avropaya qaz ixrac edir. İxracatda ikinci yeri kimya məhsullarının ixracatı tutur. Daha sonra meşə materialları, avtomobillər, digər maşınlar tutur. Ən çox ixracatı Qərbi Avropa və MDB öklələri ilə aparır. RF idxalının aparıcı mövqeyi yenə də maşınqayırma ərzaq və istehlak malları tutur.

Rusiya, 17,075,400 km²-lik ərazisi ilə dünyanın ən böyük ölkəsidir. Rusiyada 23 UNESCO Dünya İrsi, 40 UNESCO-nun biosfer ehtiyatı, 41 Milli park, 101 qoruğu var. Rusiya, 41° Ş və 82 °C en dairələri ilə 19° Ş və 169° Q uzunluqları arasında yer alır.

Rusiyada taxta-şalban, neft, təbii qaz, kömür, filiz və digər mineral mənbələri daxil olmaqla geniş təbii sərvət ehtiyatlarına malikdir

Rusiyanın relyefi, başlıca olaraq cənubunda çöl və şimalında sıx meşə düzənliklərdən ibarətdir. Rusiya dünyadakı əkinə yararlı ərazinin 10%-nə malikdir. Dağ fasilələri cənub sərhədləri boyunca yerləşməkdə olub, Qafqaz və (5642 m ilə Rusiya və Avropanın yüksək nöqtəsi), Altay dağlarını əhat edir. Şərq tərəflərində Verxoyansk sıra dağları və Kamçatka yarımadasında isə bir çox aktiv vulkanlar yer almaqdadır. Ural Dağları, mineral resursları baxımından zəngin olub, Avropa ilə Asiyanın şimal-cənub dekabrını yaradır.

Rusiya, Şimal Buzlu və Sakit Okean, Baltik Dənizi, Azov Dənizi, Qara Dəniz və Xəzər Dənizi boyunca 37.000 km uzunluğunda bir sahil zolağına malikdir.

Ölkənin böyüklüyü və dənizdən uzaq bir çox regionun olması nəticəsində tundra və ucqar cənub-şərq bölgələri istisna olmaqla, rütubətli kontinental iqlim ölkənin hər yerində hakimdir. Cənubdakı dağlar, Hind Okeanından gələn isti hava kütlələrinin girişinə mane olur, ölkənin qərb və şimal bölgələri Şimal buzlu və Atlantik okeandan gələn hava kütlələrinə açıqdır.

Şimali Avropa Rusiyası və Sibirin əksəriyyəti yarı arktik iqlimə malikdir. Şimal-şərq Sibirin iç bölgələrdə çox şiddətli soyuqlar olur (əksəriyyətlə Saxa subyektində daha çox soyuq olur və −71.2 °C kimi rekord aşağı temperaturlar müşahidə edilir). Digər bölgələr isə daha mülayimdir. Arktik Okean sahillərində və Rus Arktik Adalarında isə qütb iqlimi hakimdir.

Ölkə ərazisi boyunca demək olar ki, yalnız iki mövsüm olan qış və yay var. Yaz və payız ayları çox qısa sürür. Yaz və qış ayları arasındakı temperatur fərqi olduqca yüksəkdir. Ən soyuq ay Yanvar olub ən isti ay isə İyul aydır.

Atlantik və Sakit Okeanın mülayim təsirinə malik olması səbəbindən, Avropa Rusiyasındakı bir çox sahədə, Qərbi Sibirin cənubunda və Uzaq Şərqi Rusiyanın cənubunda, Moskva və Sankt-Peterburq şəhərləri də daxil olmaqla rütubətli bir kontinental iqlim hökm sürür. (Köppenin Dfb, Dfa, Dwb, Dwa tipləri). Skandinaviya yarımadası və Sakit Okean arasındakı Şimali Avropa Rusiyasının çoxu və Sibir yarı arktik bir iqlimə malikdir. Şimal-şərq Sibirin daxili regionlarında son dərəcə şiddətli qış keçir.

Şimal Buzlu okean sahilindəki ərazi zolağı, həm də Arktik adalar qütb iqliminə malikdir (adaların bəzilərində ifrat qütb iqlimi (EF) və bəzi yerlərdə tundra iqlimi (ET)) hökm sürür. Qara dəniz sahilindəki kiçik bir hissə olan Soçi, rütubətli subtropik iqlimə malikdir (Köppenin Cfa tipi). Şərqi Sibir və Uzaq Şərqin bir çox bölgəsində qış yaza nisbətən quru ikən (Dwa, Dwb, Dwc, Dwd tipləri) ölkənin digər bölgələrində isə mövsümlər ərzində bərabər yağış baş verir. Ölkənin bir çox yerində qış yağışları adətən qar kimi düşür. Aşağı Volqa boyu və Xəzər Dənizi sahilindəki region həm də Sibirin cənubdakı bəzi sahələr yarı quraq iqlimə malikdir (BSK).

Rus torpaqlarının təxminən 65%-i permafrost (donmuş torpaq) olaraq vurğulanır.

Rusiyanın ərazisində günəş şüaları qeyri-bərabər paylanır. Günəş şüalarının Rusiyanın bölgələri üzrə paylanması aşağıdakı kimidir:

Rusiya iqtisadiyyatı keçid mərhələsində kəskin dəyişikliklərə məruz qalmışdır. İnkişaf səviyyəsi xeyli aşağı düşübdür. Təsərrüfatın sahə strukturunda əsas yeri xammal hasilatı tutur. Təsərrüfatın strukturu sənayeləşmə dövründə hasilat sahələri hesabına xeyli ağırlaşmışdır. Təsərrüfatın ərazi strukturu, sosial-iqtisadi, təbii şərait və ərazi əmək bölgüsünün təsiri nəticəsində əmələ gəlibdir. Ölkənin ümumdaxili məhsulunun 41%-ni istehsal sahələri — sənaye, kənd təsərrüfatı, tikinti, 50% xidmət sahələri — nəqliyyat, rabitə, ticarət və xidmət sahələri , yerdə qalan 9%-ni isə vergidən yığılan vəsaitlər təşkil edir. Xammalla sıx bağlı olan sahələrin əksəriyyəti hasilat yerlərində inkişaf edir. Onların sonrakı emal sahələri, xüsusilə emal sənayesi iri şəhərlərdə yerləşir. Əvvəllər iqtisadi cəhətdən güclü olan ölkələr sırasında durduğu halda hazırda xeyli geriləmişdir. Hazırda adambaşına düşən ÜDM həcminə görə nəinki inkişaf etmiş, hətta Meksika, Braziliya, Argentina və b. bir sıra digər ölkələrdən geri qalır. Rusiya üçün Avropaya inteqrasiyanın əhəmiyyəti böyükdür. Lakin 2008-ci ildə Gürcüstana müdaxiləsi, Ukrayna ilə qaz mübadiləsi və uzun müddət Avropaya verilən qazın kəsilməsi onun Avropa ilə inteqrasiyasına ziyan vurdu.

Ərazisinin böyüklüyü, təbii resursların zənginliyi Rusiyada çoxsahəli təsərrüfatın yaradılmasına səbəb olmuşdur. Lakin son illərdə iqtisadiyyatda köhnəlmiş metodların, elmi-texniki metodların ləng tətbiqi Rusiyanın iqtisadi inkişafında müəyyən maneələr yaratmışdır. Xüsusilə 1990–1997-ci illər ərzində dünyanın ÜDM-də Rusiyanın payı 3,7%-dən 1,7%-ə, sənaye istehsalında isə 4,6%-dən 1,8%-ə enmişdir. İslahat dövründə Rusiya ÜDM həcminə görə dünyada 8–9-cu yerdən 14–15-ci yerə, adambaşına düşən ÜDM-ə görə isə 43-cü yerdən 58-ci yerə düşmüşdür. İnkişafında belə çətinliklərə baxmayaraq, Rusiya hələ də dünyanın ən güclü ölkələri sırasında qalmaqdadır. Sənaye strukturunda isə maşınqayırma, yanacaq-energetika, meşə-kağız, kimya sənayesi üstünlük təşkil edir.

Ölkədə güclü qara metallurgiya sənayesi yaranmışdır. Onun başlıca bazaları Ural, Mərkəzi Rusiya və Sibirdir. Ölkənin ən iri metallurgiya kombinatları Maqnitoqorsk, Nijni-Tagil və s.-dir. Qara metallurgiyanın inkişafında Kursk-Maqnit Anomaliyası olduqca mühüm rol oynayır. Əlvan metallurgiya sənayesi Ural, Sibir, Uzaq Şərq və Şimal rayonunda güclü inkişaf etmişdir. Kimya sənayesi Rusiyanın bir çox rayonlarında yayılmışdır. Ən iri rayonları Mərkəz, Şimal-Qərb, Volqaboyu, Ural və Qərbi Sibirdir. Maşınqayırma sənayesi təsərrüfat üçün müxtəlif və mürəkkəb maşınlar istehsal edir. Güclü hərbi-sənaye kompleksi, raket texnologiyası yaradılmışdır.

Maşınqayırma zavodları Rusiyanın bir çox rayonlarında təmsil olunmuşdur. Meşə sənayesi Rusiyanın qədim və güclü inkişaf etmiş sahələrindəndir. Meşə tədarükü, emalı və kağız-sellüloz sənayesi Şimal, Ural, Sibir, Uzaq Şərq rayonlarında cəmlənmişdir. Qara və əlvan metallurgiya, meşə və kimya sənaye kompleksləri bir çox rayonlarda ekoloji vəziyyəti xeyli kəskinləşdirmişdir. Yüngül sənayenin başlıca rayonu Mərkəz və Şimal-Qərbdir. İri toxuculuq kombinatları İvanovo, Moskva və Yaroslavl şəhərlərində fəaliyyət göstərir.

Dünyanın ən böyük dövləti olan Rusiya dünya üzrə təsdiqlənmiş resursların 21 faizinə sahibdir. Təbii qaz istehsalında dünyada birinci, neft istehsalında isə ikinci yerdədir.Rusiya 80 milyard barel neftə sahibdir və bu dünya neftinin 4.6 faizini təşkil edir. Neft ehtiyatına görə dünyada 8-cidir. Neft istehsalına görə isə Səudiyyə Ərəbistanından sonra 2-cidir. Rusiyanın təsdiqlənmiş qaz ehtiyatı 47 trilyon m3-dir.Dünya qaz ehtiyatının 27 faizinə sahib olmaqla həm də ən yaxın rəqibi İranı 2 dəfə üstələyir.

Bu ehtiyatlar ölkə ərazisində qeyri bərabər paylanıb. Onun şərq rayonları Qərb rayonlarına nisbətən təbii sərvətlərlə çox zəngindir. Kömür, neftqaz ehtiyatları, filiz sərvətlərinin iri yataqları vardır. Ural da daxil olmaqla Qərb rayonlarının, xüsusilə Mərkəz və Volqaboyunun, Şərqində isə iri kömür hasilatı rayonlarında ekoloji vəziyyət ağırdır. Meşə, su, balıq, xəzdərili heyvanlar ilə zəngindir. Hidroenerji ehtiyatları onun şərq rayonlarda daha geniş yayılmışdır. RF yanacaq, filiz, qiymətli metallar, kimya, duzlar zəngindir. RF-nin təbii ehtiyatları çox zəif mənimsənilmişdir, sadəcə olaraq onları istifadəyə cəlb etmək üçün məaliyyə imkanları çatmır. Gələcəkdə RF təbii sərvətləri bütün dünya üçün böyük əhmiyyət kəsb edə bilər. Hal-hazırda Avropanı qazla təmin etməkdə vacib rol oynayır.

Ölkənin kənd təsərrüfatı özünün böyük torpaq ehiyatları və daxili tələbatı fonunda çox da yüksək inkişaf etməyibdir. İslahatlar zəif aparılır, texniki təminatı aşağı səviyyədədir. Hər il ölkəyə xaricdən çoxlu k/t məhsulları və hətta özündə yetişdirilən taxıl idxal edilir. Təbii şəraiti ölkənin geniş ərazisində k/t üçün o qədər də əlverişli deyildir Onun ümumi torpaq fondunun cəmi 13%-i k/t yararlı torpaqlar, 8%-i isə əkirlər. Burada heyvandarlıq sahəsi bitkiçiliyə nisbətən daha yaxşı inkişaf etmişdir.

Taxılçılıq əsas yer tutur. Meşə zonasında boz taxıl növləri — darı, çovdar, arpa, vələmir, qarabaşaq vəs.; meşə-çöl və çöl zonalarında buğda və qarğıdalı əkilir. Taxılçılıq yaz və payızda səpilən zonalara bölünür. Payızlıq qalın qar örtüyü olan Avropa hissəsində, yazlıq şərq rayonlarında yerləşir. Ölkənin bütün əkinçilik zonalarında yayılıb. Bu taxıl növlərinin müxtəlifliyi ilə bağlıdır. Taxılın məhsuldarlığı aşağıdır. İldə 94.0 mln. tona qədər taxıl toplanır. Taxıl rayonlarında məhsuldarlıq 22sen/ha.dır. (2011-cı il). Öz tələbatını ödəmir. Texniki bitkilərdən ən geniş yayılanı şəkər çuğunduru, günəbaxan, kətan lifi, soya, tənbəki və b. 2011-ci ildə kartof 12.7 mln t, şəkər çuğunduru 42.7 mln t, günəbaxan 9 mln t. Istehsal olunub. Şəkər çuğunduru və şəkər istehsalı Mərkəzi Qaratorpaq, Şimali Qafqaz və Altay diyarındadır. 2011-ci ildə 43.0 mln t. şəkər çuğunduru yığılmışdır.

Günəbaxan əkinləri əsaən Şimali Qafqazda və Voqaboyundadır. Daha çox rütubət sevən kətan bitkisi (parça və kəndir hazırlanır) əsasən Şimal-Qərb, Şimal və Volqa-Vyatka rayonlarında yerləşir. 9 mln ton məhsul yığlıb. Soya bitkisi Uzaq Şərqin Cənub rayonlarında becərilir. Kartof və tərəvəz əkinlərinin coğrafiyası daha genişdir. Kartof əkinləri RF-nin Avropa hissəsində, tərəvəz Şimali Qafqaz, Mərkəz və Mərkəzi Qaratorpaqda və iri şəhərlərin ətraflarında becərilir.

RF iş adamları Azərbaycanın Samux rayonunda istixanalarda tərəvəz yetişdirmək üçün istehsallar yardılıblar. Bağçılıq RF Avropa hissəsinin Mərkəz və Cənub rayonlarında, Volqaboyunda və b. inkişaf etmişdir. Heyvandarlıq ölkənin k/t məhsullarının 60%-dən çoxunu verir. 2012-ci ilin əvvəllərində iri buynuzlu heyvanların sayı 20 mln, qoyun-keçi 23 mln. baş olub Ən geniş yayılan iri- buynuzlu mal-qara və donuzçuluqdur. Meşə və meşə çöl zonalarında südlük-ətlik, cənub çöl zonalarında ətlik-südlük istiqaməti əsas yer tutur.

Donuzçuluq Mərkəz Qaratorpaq, Şimali Qafqazın Rostov, Krasnodar və Stavrapol ərazilərində və iri şəhərlərin ətraflarında cəmləşmişdir. Qoyunçuluq Şimali Qafqaz, Altay, Şərqi Sibirdə, maralçılıq şimal rayonlarında inkişaf etmişdir. Eyni zamanda Altayda buynuzundan dərman hazırlanan xallı maralçılıq inkişaf etdirilir. Rusiyada xəz-dəri heyvandarlığı şimal və Sibir istiqaməylərində yerləşir. Ölkədə Qara, Xəzər, Baltik dənizinin sahilləri, Şimali Qafqazda olan mineral bulaqlar mühüm kurort-rekreasiya rayonlarıdır. Dağlarda alpinizmin inkişafı üçün əlverişli şərait vardır. Moskva, Sankt-Peterburq, Novqorod və digər qədim şəhərlərdə olan abidələr əsas turizm obyektləridir.

Rusiyanın geniş ərazisi, təbii resurslarının və əhalisinin qeyri-bərabər yerləşdiyi bir şəraitdə nəqliyyatın əhəmiyyəti xüsusilə böyükdür. Ölkədə bütün nəqliyyat növləri, dəmiryol, avtomobil, su (çay və dəniz), hava və boru-kəmər nəqliyyatı inkişaf etmişdir. Rusiyanın dəmiryol nəqliyyat şəbəkəsi əsasən XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərinə qədərki dövrdə formalaşmışdır. Bu zaman onun Avropa hissəsində Moskvanı Peterburqla birləşdirən ilk dəmir yolu çəkilir. Sonralar Moskvanı ölkənin daxili rayonları və dəniz portları ilə birləşdirən yollar salınır. Nəhayət, XX əsrin əvvəllərində ölkənin Avropa hissəsini Sakit Okean sahili ilə birləşdirən Transsibir magistralının (Çelyabinsk-İrkutsk-Vladivostok) tikintisi başa çatdırılır. 1917-ci ildən sonrakı Rusiyanın Avropa hissəsinin Şimalında və Şərq rayonlarında bir çox dəmir yolları, o cümlədən Sibiri Mərkəzi Asiya ilə birləşdirən Türküstan-Sibir dəmir yolu çəkilir.

Uzunluğu 3 min km-dən çox olan Baykal-Amur Magistralının (BAM) tikintisi son illərdə başa çatmışdır. Son illərdə avtomobil və boru kəməri nəqliyyat növlərinin əhəmiyyəti xeyli artmışdır. Volqa çayının imkanlarını genişləndirmək məqsədilə Rusiya ərazisində Volqa-Don, Moskva kanalı, Volqa-Baltik dənizçilik kanalı salınmışdır. Bundan başqa gəmiçilik Şimali Dvina, Ob, Yenisey, Lena və Amur çaylarında da inkişaf etmişdir. Qara dəniz və Baltik dənizi, Şimal Buzlu Okeanı və Sakit Okean sahillərində iri port şəhərləri yaradılmışdır. Hazırda Rusiya, dünyada ikinci yerdə duraraq, 62 min km magistral neft və 150 min km qaz boru kəmərlərini əhatə edən boru kəmər nəqliyyatkommunikasiya şəbəkəsinə malikdir. Həmin kəmərlərlə ildə 300 mln tondan artıq neft, 530 mlrd kub metrdən artıq qaz nəql edilir.

Rusiyada əsas turizm marşrutları qədim şəhərlərdir. Qədim tarix, iqlim müxtəlifliyi, bir çox tarixi və təbii abidələr, dünya miqyaslı İdman və mədəni tədbirlər sayəsində Rusiya dünyada ən populyar turizm istiqamətlərindən biridir — 2013-cü ildə Rusiyaya 28,4 milyon turist gəlmişdir ki, bu da dünyada ən çox ziyarət edilən ölkələr siyahısında 9-cu, Avropada isə 7-ci göstəricidir. Rusiyada həm daxili, həm də xarici turizm artır (Rosturizmin rəsmi məlumatlarına görə, 2014-cü ildən 2015-ci ilə qədər xarici turist axını 5,5% artıb).

Moskva Kremli, Moskvanın mərkəzində yer alan 1495-ci ildə inşası tamamlanan xüsusi kompleks. Kompleks Rusiya prezidentinin rəsmi iqamətgah yeridir. Adı şəhər içində bir qala mənasına gəlir. SSRİ dövründə baş katiblər, baş nazirlər, prezidentlər, nazirlər və komissarlar kimi yüksək səviyyəli yüksək rütbəli vəzifəliləri qəbul etməkdə istifadə olunurdu. 1990-cı ildə Qırmızı Meydan ilə birlikdə Dünya İrsi olaraq elan edilmişdir.

Peterhof sarayı, Fin körfəzinin cənub sahilində yerləşən saray-park ansamblıdır. Ansambl Sankt-Peterburq şəhərinin Petrodvorets rayonundakı federal əhəmiyyətli Peterhof şəhərinin şəhərdaxili ərazisində yerləşir (1944-cü ildən — 1997-ci ilə kimi — Petrodvorets). Onun yaxınlığından keçən Peterhof yolu ansamblın şərəfinə adlandırılmışdı. Həmin yolun bir hissəsi Peterhof Dövlət Muzey-Qoruğunun tabeliyindədir.

Peterhof özündə iki əsr boyu formalaşmış bir neçə saray-park ansambllarını birləşdirir. Aşağı park, Yuxarı bağ və İngilis parkı — XVIII əsrdə inkişaf etmiş ansambllardı; Aleksandriya, Kolonist parkı, Çəmən parkı, Aleksandrov parkı, Sergiyevka və Daça XIX əsrdə yaradılmış park-kompleksləridir

Böyük Vətən müharibəsi illərində alman qoşunları tərəfindən işğal olunan Peterhofun bütün parkları çox ciddi zədələnmişdi. Xüsusilə Yuxarı bağ və Aşağı Park, həmçinin fəvvarələrin su ötürücü sistemləri dağıntıya məruz qalmışdı. 1944-cü ildə başlamış bərpa işləri günümüzə kimi davam edir.

Vasili Blajennı kilsəsi, Moskvanın mərkəzində, Qırmızı meydanda yerləşən pravoslav kilsəsidir. Böyük İvan Zəng Qülləsi inşa edilənə kimi Moskvanın ən hündür tikilisi olan kilsə, həm də dünyanın ən məşhur memarlıq abidələrindən biridir.

Kilsənin özü səma Yerusəlimini simvollaşdırır, ancaq günbəzləri bəzəyən naxışlar və xüsusilə də buradakı rənglərin mənası bu günə kimi həll edilməmiş tapmaca olar qalır. Hələ keçmiş yüzillikdə yazıçı Çayev fərz edirdi ki, kilsə günbəzlərinin rənglərini müqəddəs qəhrəman xoşbəxt Andrey Yurodivinin (Konstantinopollunun) yuxusuyla izah etmək olar — kilsə əfsanələrinə görə, pravoslav dünyasında qeyd olunan Tanrı Anası örtüyünün bayramı məhz bu şəxslə bağlı idi. Onun gözünə səma Yerusəlimi göründü və orada çoxlu bağlar var idi, onları yüksək, zirvələri titrəyən ağaclar bəzəyirdi… Ağacların bəziləri çiçəkləyirdi, digərləri qızılvari yarpaqlara malik idilər, yeridə qalan başqa ağaclar isə, təsvirəgəlməz gözəlliyi olan müxtəlif meyvələrlə bəzədilmişdi.

Kafedralın hündürlüyü 65 metrdir. Kafedral kiçik kilsələrdən ibarətdir, onların taxtları Kazan üçün həlledici döyüş günlərinə düşmüş bayramların şərəfinə müqəddəsləşdirilmişdir: Müqəddəs Üçlük, Möcüzəyaradan Müqəddəs Nikolayın şərəfinə (daha dəqiq onun Vyatka-Vilikoretskdə yerləşən ikonasının şərəfinə), Rəbbin Yerusəlimə girişi, Məzlum Adrian və Natalyanın şərəfinə (başlanğıcda müqəddəslər Kiprian və İustinanın şərəfinə; 2 oktyabr tarixində qeyd olunurdu), Mərhəmətli müqəddəs İoannın şərəfinə (XVIII əsrə qədər müqəddəs Pavel, Aleksandr və Konstantinopollu İoannın şərəfinə; 6 noyabr tarixində qeyd olunurdu), Aleksandr Svirskinin şərəfinə (17 aprel və 30 avqust tarixlərində qeyd olunurdu), Xutınlı Varlaamın şərəfinə (6 noyabrda və Petrov postunun 1-ci cümə günü qeyd olunurdu), Maarifçi Qriqorinin şərəfinə (30 sentyabr tarixində qeyd olunurdu). Bu səkkiz kilsə (dördü xaçvari düzülmüş, dördü isə onların arasında yerləşən) soğanvari günbəzlə tamamlanmaqla mərkəzdə yerləşən və Tanrı anasının şəfaətinə həsr edilmiş əsas doqquzuncu kilsənin ətrafında formalaşdırılmışdır. Bu doqquz kilsə vahid girişə (ilkin planda açıq idi), qalereya və daxili keçidlərə malikdir.

Kazan Kremli, Kazan şəhərinin ən qədim hissəsi, şəhərin tarixini əks etdirən memarlıq, tarixi və arxeoloji abidələr kompleksi.

Kremlin ərazisində üç müxtəlif dövrlərə aid yaşayış yerləri mövcüd olub. Birinci yaşayış yeri XII–XIII əsrlərə, ikincisi XIV–XV əsrlərə, üçüncüsü isə XV–XVI əsrlər siddir. Həmçinin Kreml ağ daşdan salınmış qaladan, tarixi-memmrlıq və mədəni əhəmiyyətli bir sıra məbəd və binadan ibarətdir.

Tatarıstan Respublikasının Prezidentinin igamətgahı də məhz Kazan Kremlində yerləşir.

Kremlin ərazisi onun yerləşdiyi təpənin formasını təkrarlıyan düzbucaq şəklindədir və şimal-qərbdən, Kazanka çayından, cənub-şərq, 1 May meydanına qədər uzanır. Volqa və Kazanka çaylarını sol sahilində yerləşir.

Qırmızı meydan — Rusiyanın Moskva şəhərində yerləşən meydan. Keçmiş kral qalası və hazırda Rusiya Prezidentinin rəsmi yaşayış yeri olan Kreml, eləcə də Vasili Blajennı kilsəsi, Spasskaya qülləsi bu meydanda yerləşir.

Meydan XV əsrdə inşa olunub. Vladimir Leninin mavzoleyi də bu meydanda yerləşir. Təxminən 73 min m² sahəsi olan meydanda tarixən çox sayda nümayişlər, paradlar, mitinqlər keçirilmişdir. Burada eləcə də edamlar olmuşdur. İkinci Dünya Müharibəsində qalib gələn SSRİ qoşunları meydanda zəfər paradı keçirmişlər. 1987-ci il mayın 28-də Matias Rast adlı həvəskar bir alman pilotu Cessna tipli təyyarəsiylə meydana enmişdir. Rast təyyarəsiylə Almaniyadan əvvəlcə İslandiyaya, oradan Norveç və Finlandiyaya uçmuş, Finlandiyadan isə hava sərhəddini keçərək təyyarəsini Qırmızı meydanda yerə endirmişdir. Bu vaxt heç bir radar onu tutmamışdır. O bu addımını dünyada sülh naminə etdiyinə söyləsə də 437 gün Moskvada həbsdə saxlanılmışdır. Qırmızı meydan Kreml ilə birlikdə 1990-cı ildə YUNESCO tərəfindən Dünya Mirası siyahısına salınmışdır. Hazırda meydanda konsertlər təşkil olunur, dini və tarixi bayramlar qeyd edilir.

Ölkə əhalisi, Sovet İttifaqının dağılmasından sonra süquta keçmiş olsa da, 2010-cu il sayımına görə 141.927.297 nəfərdir. 1991-ci ildə Rusiya əhalisi bütün zamanların ən yüksək səviyyəsi olan 148.689.000 nəfərə çatmışdı, amma 1990-cı illər boyu davam edən miqrasiya, ölüm nisbətin çox sürətli artması kimi səbəblər ilə ölkə əhalisi 20 illik müddətdə azalmışdır.

Ölkədə 2009-cu ildə, son 15 il ərzində ilk dəfə 10.500 nəfərlik bir əhali artımı olmuşdur. Sözügedən artım, 279.906 nəfərin Rusiyaya köçməsi ilə yaranmışdır ki, bu rəqəmin 93%-i Keçmiş Sovet ölkələrindən olmuşdur. Rus xalqının miqrasiyası isə 2000-ci ildə 359.000 ikən 2009 ilində 32.000-ə enmişdir. Hazırda 116 milyon Rus ölkə sərhədlərində yaşayarkən, ölkə xaricində, xüsusən keçmiş sovet ölkələrində 20 milyona yaxın rus yaşadığı təxmin edilir.

Rusiyada doğum nisbəti, Avropa ölkələrinin ortalamasından yüksəkdir. Rusiya doğum nisbəti 2008-ci ildə hər min nəfərdə 12.4 doğuş olarkən, Avropa Birliyi hesablaması isə hər min nəfərdə 9.90 nəfərdir. Ölüm nisbəti isə Avropa İttifaqı ilə müqayisədə çox yüksək qalır. Avropa Birliyi orta hesabla ölüm nisbəti mində 10,28 ikən, Rusiyada 2009 rəqəmlərinə görə ölüm nisbəti mində 14,2-ə çatmışdır. Hökumət bu vəziyyəti əngəlləmək üçün 2007-ci ildə, aylıq uşaq yardımını ikiyə çıxararaq 55 Dollar etmiş, tək səfərlik ödəməni isə ikinci uşaqdan sonra hər uşağa 9.200 ABŞ Dollarına yüksəldib.

Rossiyane (Россияне), milliyyətindən (etnik) asılı olmayaraq Rusiya vətəndaşları üçün istifadə edilən bir sözdür.

Rusiyada 160 etnik qrup tərəfindən 100-dən çox dil danışılır. 2002-ci il siyahıyaalmaya əsasən Rus dili 142,6 milyon adam tərəfindən danışılır. İkinci ən çox danışılan dil 5,3 milyonla Tatarca və üçüncü ən çox danışılan dil 1,8 milyonla Ukrayncadır. Rus dili ölkənin yeganə rəsmi dilidir, ancaq respublikalar və ya digər muxtar bölgələrdə Rus dili ilə yanaşı digər dil və ya dillər də vardır. Məsələn, Rusiya ərazisində yerləşən Dağıstan Respublikasında rəsmi dillər Azərbaycanca və Ruscadır.

Coğrafi olaraq rus dili, Avrasiyanın ən geniş yayılmış dilidir və ən çox danışılan Slavyan dilidir. Rus dili, Hind-Avropa dil ailəsinin Slavyan dilləri qoluna aiddir və Belarusca və Ukraynca ilə birlikdə ən əhəmiyyətli üç Şərq Slavyan dilindən biridir. Qədim Şərq Slavyancasına dair yazılı nümunələr 10-ci əsrdən təsdiqlənmişdir. Günümüzdə, dünyadakı elmi nəşrlərin dörddə birindən çoxu rus dilində yayımlanır. XX əsrdə siyasi baxımdan əhəmiyyətli bir dil olan Rus Dilində, Birləşmiş Millətlərin altı rəsmi dilindən biridir.

Rusiyada ali təhsilin kifayət qədər uzun müddətli tarixi var. Rusiyanın bir çox universitetlərində çoxlu nəsil görkəmli alimlər yetişdirən elmi məktəblər quraşdırılıb. Rusiya ali məktəbi sanballı təhsil proqram xarakteri ilə fərqlənir, bu gün universitetlərin bir çox fakültələri mütəxəssislər hazırlayan sistemlə yanaşı çox yayılmış ikisəviyyəli magistr hazırlığını təklif edir. Dərs ili sentyabrda başlayır və iyunda sona çatır. Təhsil proqramları:

Rusiya Federasiyası ərazisinin böyüklüyünə görə dünyada birinci yeri tutur. Ərazisinin 1/4-i Avropanın, 3/4-ü isə Asiyanın payına düşür. Avropa hissəsinə Şərqi Avropa düzənliyinin böyük hissəsi, Böyük Qafqaz dağlarının şimal yamacları və Ural, Asiya hissəsinə isə Sibir və Uzaq Şərq daxildir. Ərazisinin 3/4-ü düzənlik, 42%-i meşələrlə örtülü və 40%-i kənd təsərrüfatına yararlıdır. Ölkənin şimal sahilləri Şimal Buzlu okeanının, şərq sahilləri Sakit okeanın, şimal-qərb və cənub-qərb sahilləri isə Atlantik okeanının dənizləri ilə əhat

Rusiyanın ərazisinin 25%-i, əhalisinin, sənaye və kənd təsərrüfatı məhsullarının 80%-i Avropa hissəsinin payına düşür.
Mərkəzi Rusiyanın ən iri şəhərləri Moskva, Sankt-Peterburq, Nijni-Novqoroddur. Tərkibində 3 muxtar respublika yerləşir:

Şimal Buzlu okeanının qərb sahillərini əhatə edir.İri və rəngarəng təbii resurs potensialına malikdir.Meşə sənayesi rayonun ənənəvi sahələrindəndir.Rayonun tərkibində 2 muxtar respublika var:

Şimali Qafqaz nəzərdə tutulur.İri ASK rayonudur. Taxılçılıq, şəkər çuğunduru, günəbaxan əkinləri, üzüm və meyvə bağları, südlük-ətlik heyvandarlıq və zərifyunlu qoyunçuluq inkişaf etmişdir.Rayon ərazisində 7 muxtar respublika var:

Volqaboyu və Ural iqtisadi rayonlarını əhatə edir.Ölkənin Avropa və Asiya hissəsini birləşdirən yollar buradan keçir.

Kiyev Rus dövlətinin xrtistianlaşmasından bu yana bir neçə il Rus memarlığı başlıca olaraq Bizans memarlıq nümunəsindən təsirlənmişdir. XV əsrin sonlarında Aristotel Fioravanti və digər İtaliyalı memarlar İntibah dövrü üslublarını Rusiyaya gətirdi. O dövrdə Vasili Blajennı kilsəsinin zirvəsi kimi XVI əsrin bənzərsiz çadır damlı kilsələri inkişaf etmişdir. XVII əsrdə odlu tərzi bəzəmə Moskva və Yaroslavlda inkişaf etmişdir və yavaş-yavaş 1690-cı illərdə Narışkin Barokko üslubunun önünü açmışdır. Daha sonra I Pyotr islahatları ilə Rusiyada memarlıq əsasən Qərbi Avropaya oxşamağa başladı.

XVIII əsrdə Rus Maarifçilik Dövründə, Rus ədəbiyyatının inkişafı Mixail Lomonosov və Denis Fonvizinin əsərlərini artırmış və erkən XIX əsrdə müasir yerli ənənə bütün zamanların ən böyük yazıçılarından bəzilərini ortaya çıxarmışdır. Rus Şairliyi Qızıl Çağı olaraq da bilinən bu dövr, müasir Rus ədəbi dilinin banisi qəbul edilir və tez-tez Rus Şekspiri olaraq tərif edilən Aleksandr Puşkin ilə başlayır. XIX əsr, Mixail Lermontov və Nikolay Nekrasovun şeirləri, Aleksandr Ostrovski və Anton Çexovun dramları və Nikolay Qoqol və İvan Turgenevin nəsrləri ilə davam etmişdir. Xüsusən, Lev Tolstoy və Fyodor Dostoyevski kimi bir çox önəmli ədəbiyyat tənqidçiləri bütün zamanların ən böyük roman yazarları kimi səciyyələndiriblər.

Rus və Sovet kinosu, Sergey Eyzenşteynin Potyomkin Zirehi kimi dünyaca məşhur filmlərə imza atmışdır. Eyzenşteyn dünyanın ilk kino məktəbi olan Dövlət Kinematoqrafiya Universitetində film tənzimləmə montaj nəzəriyyəsini inkişaf etdirən rejissor və nəzəriyyəçi Lev Kuleşovun tələbəsi idi. Dziga Vertovun insan gözü kimi olan ən realist film çəkilişi üçün istifadə edilən kamera olan kino-glaz (film-göz) nəzəriyyəsi, sənədli film istehsalı və kino realizmi inkişafı üzərində böyük bir təsiri oldu. Daha sonra sosialist realizm siyasəti yaradıcılığı bir az məhdudiyyət də bu tərz bir çox Sovet filminin bədii cəhətdən uğurlu olduğu Çapayev, Leyləklər Uçarkən və Əsgər Nəğməsi kimi filmlərdən görünür.

Rusiya, çoxsaylı idman növlərində uğurlu olmuş bir ölkədir. Sovet İttifaqı və Rusiyanın ümumi medal sayı baxımından, həm Yay Olimpiya Oyunları və Qış Olimpiya Oyunlarında qızıl medal sayına görə bütün ölkələr arasında ikinci sırada yer alır. 1980 Yay Olimpiya Oyunları Moskvada, 2014 Qış Olimpiya Oyunları isə Soçidə həyata keçirilmişdir.

Sovet gimnastlar, meydança və sahə atletləri, ştanqçılar, güləşçilər, boksçular, qılıncoynadanlar, atıcılar, xizəkli yürüşçülər dünyanın ən yaxşıları sırasındadır. Futbol, basketbol və voleybol Rusiyanın ən populyar idman növlərindəndir. Eyni zamanda Rusiya 2018 FİFA Dünya Kubokuna ev sahibliyi edəcəkdir. Buz xokkeyində Sovet İttifaqı və Rusiya demək olar ki, bütün olimpiyadalarda, dünya çempionatlarında qızıl medal qazanmağı bacarmışdır.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulmuşdur. Rusiyanın Bakıdakı Səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 110-a qədər dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir.

Ölkələrimiz arasında siyasi əməkdaşlıq son illər nəzərəçarpacaq dərəcədə canlanıb. Azərbaycan Respublikasına Rusiya Prezidenti V.V.Putinin 9–10 yanvar 2001-ci il tarixli rəsmi və 21–22 fevral 2006-cı il tarixli işgüzar səfərləri, habelə Rusiya Prezidenti D.A.Medvedevin 3–4 iyul 2008-ci il tarixli rəsmi və 29 iyun 2009-cu il tarixli işgüzar səfərləri Rusiya-Azərbaycan münasibətlərinin inkişafının sürətlənməsinə güclü təkan verib. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərə dair konkret məsələlərin dövlət səviyyəsində həllini tənzimləyən işçi mexanizm İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır. 2008-ci ilin iyunun 16-da energetika naziri S.İ.Şmatko Komissiyanın Rusiya tərəfdən həmsədri təyin edilib. Azərbaycan tərəfdən isə Komissiyanın həmsədri baş nazirin birinci müavini Y.E.Eyyubovdur.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Eldar Qəhrəmanov olmuşdur. 4 mart 2016-cı il tarixindən Əli Hüseynli işçi qrupunun rəhbəridir.

RF Dövlət Dumasında isə AR Parlamenti ilə əlaqələr üzrə deputatlar qrupunun əlaqələndiricisi Millətlər məsələləri üzrə komitənin sədri Q.Səfərəliyevdir.

Rusiya ilə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində əlaqələr artan xətt üzrə inkişaf edir. 2005-ci ildə Rusiyada Azərbaycan ili, 2006-cı ildə isə Azərbaycanda Rusiya ili çərçivəsində ümumilikdə 110 tədbir keçirilib. 2006-cı ilin dekabrında 2007–2009-cu illər üçün humanitar sahədə əməkdaşlıq üzrə Dövlətlərarası proqram qəbul olunub.

Azərbaycanın ali məktəblərində rus dilində 15 mindən artıq tələbə təhsil alır. Respublikada rus dilində 50-dən artıq məcmuə nəşr olunur və 12 informasiya agentliyi xəbər yayır.

 




#Article 27: İngilis dili (285 words)


İngilis dili () — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır (2007).

BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir.

Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir. Leksikanın 70% götürülmə sözlərdir. Əlifbası VII əsrdən latın qrafikası əsasındadır. Orta əsrlərin əvvələrində əlavə hərflər də istifadə edilirdi. Sonradan onlar sıradan çıxdılar. Orfoqrafiyada ənənəvi yazılış formasıdır.

Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir.

İngilis əlifbasında 26 hərf var.

İngilis dilinin xarakterik cəhətlərindən biri onun qısa sözlərdən ibarət olmasıdır. Uzun sözlər dildə olsa da, onlara az rast gəlinir. Qısa sözlər ingilis dilinə alman tayfalarının dilindən, uzun sözlər isə fransız dilindən və latın dilindən keçib. Qısa sözlər danışıqda və jarqonda, uzun sözlər isə elmdə və publisistikada işlədilir.

İngilis dili inkişafına görə üç mərhələyə bölünür: qədim ingilis dili (450—1066), orta dövr ingilis dili (1066—1500), yeni dövr ingilis dili (1500-ci ildən indiki dövrə qədər).

İngilis dilinin çox sayda dialektləri vardır. Dialektlər İngiltərədə daha çoxdur. ABŞ-da dialektlər olsa da, ədəbi dil kimi orta-atlantik dialekt işlənir.

 




#Article 28: Kompüter şəbəkəsi (1155 words)


Kompüter şəbəkəsi — rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir.

Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır:

Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır:

Kompüter şəbəkələri aşağıdakı təsnifat əlamətlərinə malikdirlər:

Şəbəkənin topologiyaya görə təsnifatı

Şəbəkənin topologiyası kompüterlərin əlaqə kanalları vasitəsi ilə birləşdirilməsinin məntiqi sxemidir.

Tam əlaqəli və qeyri-tam əlaqəli topologiyalar mövcuddur.

Ən çox yayılmış şəbəkə topologiyaları:

Tam əlaqəli topologiya. Şəbəkənin hər bir kompüteri qalan digər kompüterlərlə bilavasitə birləşir. Sadəliyinə baxmayaraq, bu topologiya böyük və qeyri-effektivdir. Çünki hər bir kompüter şəbəkənin qalan digər kompüterləri ilə birləşmək üçün çoxlu sayda kommunukasiya portuna malik olmalıdır. 
 
Halqavari topologiya. Bütün kompüterlər ardıcıl bir halqada birləşirlər və serverin funksiyaları şəbəkənin bütün kompüterləri arasında paylanır. Bilavasitə informasiya mübadiləsi ancaq iki qonşu kompüter arasında baş verir.

Halqavari topologiyanın üstülükləri aşağıdakılardır:

 
Bu topologiyanın çatışmazlıqları:

Ulduzvari topologiya hər bir kompüterin ayrı xətlə bilavasitə ümumi mərkəzi qovşağın (konsentratorun, təkrarlayıcının və ya habın) ayrı-ayrı portuna qoşulan zaman yaranır. Bu qovşağın funksiyasına hər hansı bir kompüter tərəfindən göndərilən informasiyanın bir və ya digər bütün kompüterlərə ötürülməsi daxildir. Həmçinin mərkəzi qovşaq qismində mərkəzi kompüter (server) istifadə oluna bilər. Server məlumatların ötürülmə marşrutunu təmin edir, periferiya qurğularını qoşur və bütün şəbəkə üçün verilənlərin mərkəzləşdirilmiş saxlancı rolunu oynayır.  
Bu topologiyanın üstünlükləri:

Çatışmazlıqları:

Ağacvari topologiya. Şəbəkədə bir neçə konsentrator istifadə olunur və kompüterlər bir biri ilə iyerarxiya üzrə ulduzvari şəkildə birləşir (şək. 6). Bu şəbəkəyə qoşulmiş istənilən kompüter server ola bilər. Hal-hazırda həm lokal, həm də qlobal şəbəkələrdə ən geniş yayılmış şəbəkə topologiyasıdır.

Ümumi şin topologiyası. Mərkəzi element qismində passiv koaksial kabel iştrak edir və kompüterlər bu kabelə qoşulur (şək. 7). Onun sonlarında terminator qoşulmalıdır. Ötürülən informasiya kabel vasitəsilə yayılır və bu kabelə qoşulmuş bütün kompüterlər üçün əlçatandır. Ümumi şin topologiyalı şəbəkənin ən geniş yayılmış növü Ethernet şəbəkəsidir (informasiyanı ötürmə sürəti 10-100 Mbit/san). 
Ümumi şin topologiyasının üstünlükləri:

Ümumi şin topologiyasının çatışmazlıqları:

Kompüterlərin qarşılıqlı əlaqəsinin təşkilinə görə şəbəkələr bölünür:

Eyniranqlı şəbəkələrdə bütün kompüterlər eyni prioritetə malikdirlər. Hər bir kompüterdə Microsoft Windows əməliyyat sisteminin istənilən versiyası qurulur. Hər bir istifadəçi öz kompüterinin resurslarına digər istifadəçilərin girişinə icazənin verilməsi qərarını özü qəbul edir. Bu şəbəkənin ən sadə variantıdır. Eyniranqlı şəbəkənin qurulması üçün kompüterlərin kabel vasitəsilə birləşdirilməsi və əməliyyat sisteminin (məsələn, Windows XP Professional) qurulması kifayətdir.

Ayrılmış serverli şəbəkələrə

Ayrılmış serverli şəbəkədə serverin və işçi stansiyaların resursları serverdən mərkəzləşdirilmiş şəkildə idarə olunur. Belə şəbəkələrin yaradılması üçün hər hansı bir kompüterdə server əməliyyat sistemi, məsələn, Windows Server 2003 qurulmalı və tənzimlənməlidir. Bu serverdə istifadəçilərin qeydiyyatı üçün baza yaradılır və resursların və istifadəçilərin kateqoriyaları müəyyən edilir. Kliyent kompüterində əməliyyat sistemi (məsələn, Windows XP Professional) qurulur. Şəbəkəyə qoşulan zaman hər bir istifadəşi serverdə qeydiyyatdan keçir və bundan sonra ümumi şəbəkə resursuna giriş əldə edir.
Çox zaman ayrılmış server yalnız müəyyən bir funksiyanı (rolu) yerinə yetirir, məsələn:
Fayl-serveri faylların saxlanmasına xidmət edir;

Ötürmə mühitinə görə şəbəkələr naqilli və naqilsiz şəbəkələrə bölünürlər.

Naqilsiz şəbəkələr-kabel sisteminin çəkilməsi məqsədəuyğun olmayan, çətin və ya mümkün olmayan yerlərdə istifadə olunur. Bu zaman şəbəkə informasiyanın ötürülməsi qismində radio-dalğaları istifadə edən adapterlərin köməyi ilə reallaşdırılır.

İnformasiyanın ötürülmə sürətinə görə şəbəkələr aşağısürətli (10 Mbit/san qədər), ortasürətli (100 Mbit/san qədər) və yüksəksürətli (100 Mbit/san çox) şəbəkələrə bölünür.

Ölçüsünə görə şəbəkələr qlobal, lokal, və şəhər (regional) şəbəkələrə bölünür:

Qlobal kompüter şəbəkələri
Qlobal kompüter şəbəkələri — bir-birlərindən çoğrafi uzaq (Yer kürəsinin istənilən hissəsindəki) kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur. Qlobal kompüter şəbəkələri əsasən klient-server texnologiyası əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatı əsasən iki hissədən ibarət olur: Klient və Server.

Qlobal şəbəkədə informasiyanın saxlanılmasından asılı olaraq informasiyanın işlənməsi mərkəzləşmiş və paylanmış şəkildə həyata keçirilir. Məsələn, RinNet  şəbəkəsində informasiya ehtiyatı Rusiyanın  mərkəzi rayonlarının tədris müəssisələrinin serverlərində paylanmış şəkildə yerləşmişdir və informasiyanın işlənməsi paylanmış şəkildə həyata keçirilir.

Ən böyük qlobal kompüter şəbəkəsi internet kompüter-informasiya şəbəkəsidir. İnternet özündə milyonlarla kompüteri birləşdirən, kompüter şəbəkələrinin ümumdünya toplusudur.

Lokal kompüter şəbəkələri

Lokal kompüter şəbəkələri — bir müəssisə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və periferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompüterlər kompakt şəkildə yerləşdirilir. Lokal şəbəkədə əlaqə əsasən kabel və qismən lazer, infraqırmızı və radio şüalanma vasitəsilə həyata keçirilir və informasiya mübadiləsinin sürəti istifadə olunan rabitə vasitələrinin texniki göstəricilərilə müəyyən olunur. Lokal şəbəkələr ən geniş yayılmış şəbəkə növüdür.

Korporativ şəbəkə

Korporativ şəbəkə - lokal şəbəkəyə aid olub, hər hansı təşkilat daxilindəki kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Nəzərə almaq lazımdır ki, təşkilata aid binalar müxtəlif şəhərlərdə yerləşə bilərlər.

Şəhər (regional) şəbəkəsi
Şəhər (regional) şəbəkəsi (MAN - Metropolitan Area Network) - böyük şəhərin informasiya tələbatını təmin edən şəbəkədir. Şəhər şəbəkəsi rəqəmsal verilənlərin, səsin ötürülməsini dəstəkləyə və kabel televiziyasına malik ola bilər.
 
Xüsusiyyətlər

Kompüter şəbəkəsi elektrik mühəndisliyi, elektronika mühəndisliyi, telekommunikasiya, kompüter elmləri, informasiya texnologiyaları və ya kompüter mühəndisliyi şöbəsi hesab edilə bilər, çünki müvafiq fənlərin nəzəri və praktiki tətbiqinə əsaslanır.

Kompüter şəbəkəsi istifadəçilərə müxtəlif vasitələrlə effektiv və asanlıqla ünsiyyət qurmağa imkan verən kişilərarası ünsiyyəti asanlaşdırır: e-poçt, anlık mesajlaşma, onlayn chat, telefon, video telefon zəngləri və video konferans. Şəbəkə şəbəkə və hesablama resurslarının paylaşılmasına imkan verir. İstifadəçilər paylaşılan şəbəkə printerində sənəd yazmağı və paylaşılan saxlama cihazının istifadəsi kimi ağda olan qurğularla təmin olunan resurslardan istifadə edə və istifadə edə bilərlər. Şəbəkə, səlahiyyətli istifadəçilərə ağdakı digər kompüterlərdə saxlanılan məlumatlara giriş imkanı verən faylları, məlumatları və digər məlumat növlərinin paylaşılmasına imkan verir. Distributed computing vəzifələri yerinə yetirmək üçün ağda hesablama resurslarından istifadə edir.

Şəbəkə ilə əlaqəli qurğularda kompüter virusları və ya kompüter qurdları yerləşdirmək və ya bu qurğular şəbəkəyə daxil olmağın qarşısını almaq üçün təhlükəsizlik hackerları tərəfindən kompüter şəbəkəsi istifadə edilə bilər.

Kommutasiya dedikdə, bir neçə alternativ marşrutlara malik olan şəbəkələrdə, iki qovşaq arasında informasiya mübadiləsinin həyata keçirilməsi üçün verilənlərin ötürülməsi istiqamətinin seçilməsi və təşkili texnologiyası başa düşülür.
Kommutasiyanın üç müxtəlif sxemi mövcuddur:

Kanalların kommutasiyası verilənlərin iki qovşaq arasında birbaşa ötürülməsi üçün ayrı-ayrı kanal hissələrinin ardıcıl birləşdirilməsi nəticəsində fiziki kanalın yaradılmasını nəzərdə tutur. Müxtəlif kanallar öz aralarında xüsusi aparatların - kommutatorların vasitəsi ilə birləşirlər.

Paketlərin kommutasiyası zamanı şəbəkə istifadəçilərinin göndərdiyi bütün məlumatlar ilkin qovşaqda nisbətən kiçik hissələrə paketlərə bölünür. Adətən paketlər dəyişən uzunluğa (46 – 1500 bayt) malik ola bilər. Şəbəkədə paketlər müstəqil informasiya blokları kimi ötürülür. Şəbəkə kommutatorları sonuncu qovşaqlardan paketləri qəbul edir və ünvan məlumatlarının əsasında lazımi ünvana göndərir.

Məlumatların kommutasiyası dedikdə vahid verilənlər blokunun kompüter şəbəkəsində hər bir tranzit kompüterin diskində müvəqqəti buferləşdirilməsi ilə ötürülməsi kimi başa düşülur. Paketdən fərqli olaraq məlumat ixtiyari uzunluğa malik olur və onun ölçüsü texnoloji nöqteyi-nəzərdən deyil, məhz məlumatı təşkil edən informasiyanın məzmunu ilə (mətn sənədi, fayl, elektron məktub) müəyyən olunur. Tranzit kompüterlər öz aralarında həm paket kommutasiyalı, həm də kanal kommutasiyalı şəbəkələrin köməyi ilə birləşə bilərlər.

Protokol — Şəbəkə vasitəsi ilə ötürülən informasiyanın standartlaşdırılması üçün şəbəkə protokolları işlənmişdir. Protokol kompüter şəbəkəsində verilənlərin ötürülməsi üçün qaydalar və razılaşma toplusudur. Müəyyən protokol əsasında yaradılmış paket müəyyən formata malikdir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:

Kompüter şəbəkələrində aşağıdakı protokollardan istifadə edilir:




#Article 29: Azərbaycan Sovet Sosialist Respublikası (859 words)


Azərbaycan Sovet Sosialist Respublikası (, ) — Cənubi Qafqazın şərq hissəsində dövlət qurumu (1920-22, 1936-91), SSRİ tərkibində mövcud olmuşdur. Azərbaycan SSR 1920-ci il aprelin 28-də əsasən qeyri millətlərdən ibarət olan Bakı bolşeviklərinin üsyanı və Azərbaycan Demokratik Respublikasının bolşevik Rusiyası tərəfindən işğalından sonra yaranmışdır. Formal şəkildə müstəqil olan Azərbaycan SSR Moskvanın tam nəzarəti altında idi. Az müddət ərzində Azərbaycan Kommunist Partiyasından (AKP) savayı, bütün partiyalar qadağan edildi. Bu partiyaların liderləri və sıravi üzvlərinə, eləcə də Azərbaycan Demokratik Respublikası rəhbərlərinə qarşı terror başlandı.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyəti qurulur. Azərbaycanda hakimiyyət Azərbaycan SSR İnqilab Komitəsinə və Azərbaycan SSR Xalq Komissarları Sovetinə (XKS) keçdi. Müvəqqəti İnqilab Komitəsi və XKS-nin tərkibinə ancaq azərbaycanlılar daxil idilər. Xalq Komissarları Sovetinə N.Nərimanov başçılıq edirdi. Ç.İldırım - xalq hərbi-dəniz işləri komissarı; H.H.Sultanov - xalq daxili işlər komissarı; Ə.H.Qarayev - xalq əmək və ədliyyə komissarı;  Q.M.Musabəyov - xalq əkinçilik, ticarət, sənaye və ərzaq komissarı; M.D.Hüseynov - xalq maliyyə komissarı; D.X.Bünyadzadə - xalq maarif və dövlət nəzarəti komissarı; C.Vəzirov - xalq poçt, teleqraf və yollar komissarı; A.Ə.Əlimov - xalq səhiyyə və himayə komissarı seçildi. Real hakimiyyət daha çox hələ 1920 -ci ilin fevralında yaradılmış Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının - AK(b)P-nin əlində idi.

Azərbaycan iqtisadiyyatının daha əhatəli və böyük yüksəlişi XX əsrdə 70 ildən artıq bir dövrü əhatə edən Azərbaycan Sovet Sosialist Respublikası zamanına  təsadüf edir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatının əksər sahələri əvvəlki dövrlərlə müqayisədə sürətlə və kompleks inkişaf etmiş, güclü sənaye potensialı yaranmışdı. Azərbaycan İkinci dünya müharibəsinə qədər Sovet İttifaqının əsas neft bazası idi. Abşeronda neft və onunla əlaqədar sənaye sahələrinə çoxlu əsaslı vəsait qoyulurdu və bu sahələrin sürətlə inkişafı hesabına Azərbaycanda sənaye nisbətən sürətlə inkişaf edirdi. İkinci dünya müharibəsi nə qədər olan dövrdə Azərbaycanda xalq təsərrüfatına bütün kapital qoyuluşunun 65%-i sənayenin inkişafı üçün yönəldilirdi. Sonrakı beşilliklərin heç birində xalq təsərrüfatına kapital qoyuluşunda sənayenin payı bu qədər yüksək olmamışdı. Həm də bu dövrdə sənayeyə kapital qoyuluşunun 80%-ə qədəri, o cümlədən birinci beşillik dövründə 86,4 %-i neft və onunla əlaqədar olan sahələrin payına düşürdü. Bütün bunlar İkinci dünya müharibəsinə qədər ən çox neft və onunla əlaqədar sahələrin hesabına Azərbaycanda sənayenin sürətlə inkişafını təmin edirdi. 1941-ci ildə Azərbaycan neft sənayesində ən çox neft – 23,5 milyon ton çıxarırdı.

İkinci dünya müharibəsi illərində müharibənin tələbatını ödəmək məqsədilə neft və onunla əlaqədar sahələrin inkişafı ön plana çəkildi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini istehsalının yeni texnologiyası hazırlandı. Azərbaycanda yüksəkoktanlı benzin istehsalına başlandı. Azərbaycanda neft hasilatı SSRİ-də çıxarılan neftin 71,4 faizini təşkil edirdi. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları verirdilər. Müharibə zamanı hər beş təyyarə, tank və avtomaşından dördü Bakı mədənlərində çıxarılan, onun neft emalı zavodlarında istehsal olunan yanacaqla işləyirdi. Müharibə illərində cəbhənin neft tələbatının 70, yüksək oktanlı benzin və sürtgü yağına olan ehtiyacının 100 faizini Bakı ödəyirdi.  1942-ci ildə Bakının sənaye müəssisələrində 130 növ müxtəlif silah, hərbi sursat istehsal edilirdi. 

Bu illərdə Sumqayıt, Mingəçevir, Əli-Bayramlı  (indiki Şirvan), Daşkəsən kimi yeni sənaye şəhərləri yaranmış, Naxçıvan, Xankəndi, Quba, Qazax, Salyan, Neftçala və başqa şəhərlərdə sənayenin gələcək daha güclü inkişafı üçün təməl qoyulmuşdu. Ümumi sənaye məhsulu istehsalında Bakı şəhərinin xüsusi çəkisi 1913-cü ildəki 91,4%-dən 72,8%-ə düşmüşdü.

Neft sənayesi neft maşınqayırması, cihaz və alətqayırma, qara metallurgiya, ilk növbədə neftçıxarma üçün borular istehsalı, elektroenergetika və s. yaranması əsasında respublikada çox güclü sənaye kompleksinin meydana gəlməsini təmin etdi.

Cənubi Qafqazı Azərbaycan türklərindən təmizləmək siyasətini yürüdən Sovet hökuməti digər tərəfdən də ermənilərin Qafqaza qayıtmasına 1931-ci ildə qərar vermişdi. Sovet hakimiyyəti Azərbaycanı ruslaşdırır və milli kadrları mühüm vəzifələrə yaxın buraxmırdı. 1931-ci ildə Bakı Sovetinin məsul işçilərinin 45 faizi ruslar, 17 faizi ermənilər, 16 faizi isə türklərdir (azərbaycanlılardır). Yenə həmin ildə Azərbaycanda mövcud olan 12 ali məktəbdən ancaq birində – yeni Pedaqoji İnstitutda tədris türkcə, qalanında isə rusca aparılırdı. 

Sonrakı dövrdə də Azərbaycanda güclü ruslaşdırma siyasəti aparıldı. Xüsusən, dövlət idarələrində yazışmalar, sənədləşmələr rus dilində olurdu. Hətta ruslarla ailə quranların ön vəzifələrə çəkilməsi daha asan olurdu. Erməni millətindən olanlar isə (xüsusən qadınlar) mütləq idarə rəhbərinin katibəsi, köməkçisi funksiyasını daşıyırdı. Bu “ruslaşdırma siyasəti”ni ilk dəyişdirmək istəyənlərdən biri 1954-1959-cu illərdə Azərbaycana başçılıq etmiş İ. Mustafayev oldu. Onun Azərbaycan idarəçilik sistemində ana dilini müdafiə etməsi sonradan vəzifədən uzaqlaşdırılması ilə nəticələndi.

Sovet dövründə Azərbaycan ədəbiyyatı yaradıcılıq azadlığını təhlükə hesab edən bir sistemlə idarə edilirdi. Azərbaycan yazıçıları və intellektuallarının fəaliyyətinə nəzarət edilir və onlar təqibə məruz qalırdı. Bu dövrdə bir çox Azərbaycan yazıçısı Stalin repressiyasına məruz qaldı. 1927-ci ildə Azərbaycan Proletar Yazıçıları Assosiasiyası yaradıldı, 1932-ci ildə isə ləğv edildi. Həmin il Azərbaycan Yazıçılar Birliyi yaradıldı. Sovet dövrü Azərbaycanının yazıçılarına Rəsul Rza, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı daxildir. Bu dövrdə Səməd Vurğunun yığcam və diskrit üslubu Azərbaycan ədəbiyyatının müasir formasının formalaşmasına səbəb oldu, onu arxaizmlərdən təmizlədi. XX əsrin sonlarına yaxın Bəxtiyar Vahabzadə 70 şeir məcmuəsi və 20 poeması ilə şöhrət qazandı. Onun Gülüstan poeması Rusiya və İran arasında bölünən Azərbaycan xalqı və onun birləşmək arzusuna həsr edilib.

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov sovet dövründə məşhur Koroğlu operasını yazmışdır. Bu opera nəinki Azərbaycanda, həmçinin İslam aləmində yazılan ilk opera idi. 40-cı illərdə Xosrov və Şirin (Niyazi), Vətən (Cövdət Hacıyev) və Qara Qarayev), Nizami (Əfrasiyab Bədəlbəyli) və s. operalar yazıldı. 1972-ci ildə Şəfiqə Axundova Gəlin qayası operasını yazaraq Azərbaycanda ilk opera yazan qadın bəstəkar oldu.




#Article 30: Qaqra (481 words)


Qaqra (, , ) — Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qaqra bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qaqra rayonu) və Qara dənizin sahilində yerləşən kurort şəhər.

Şəhərin əhalisi 1989-cu ildə 26,636 nəfər idi, ancaq Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklər sonra azalmışdır.

Qaqra eyniadlı rayonun inzibati mərkəzidir. Şəhər Abxaziyanın qərbində yerləşir və Psou çayı vasitəsilə Rusiyanın Krasnodar diyarı ilə sərhəddir.

Gürcü alimlərinə əsasən, Qaqra adı svan dilində qoz mənasını verən Qakra sözündən gəlir. Sovet idman turizmi ustası Bondarevə əsasən, şəhərin adı yerli Qaqaa qəbiləsindən gəlir. Professor V. Kcarçiyaya əsasən, Qaqra abxaz dilində ‘sahilin sahibi’ deməkdir (Qaqra tarixi xəritələrdə Kakara və ya Kakkari olaraq adlandırılmışdır).

Yaşayış məntəqəsi ilk dəfə bir yunan koloniyası və qəsəbə olaraq Triqlif adıyla Kolxida krallığı daxilində salınmışdır. Qəsəbədə həm yunanlar, həm də kolxidalılar yaşayırdı. Eradan əvvəl I əsrdə Kolxida Pont krallığının hakimiyyəti altına girmişdir. Pont hökuməti şəhərin adını Nitika olaraq dəyişmişdir. Çox vaxt keçməmiş ərazi Roma tərəfindən işğal olundu. Qəsəbənin coğrafi mövqeyi romalıların oranı möhkəmləndirməsinə gəlib çıxardı. Qəsəbə tez-tez Qotlar və digər tayfalar tərəfindən hücüma məruz qalırdı. Roma şəhərinin fəthindən sonra, dövlətin varisi olan Bizans İmperiyası qəsəbənin və bütün Kolxidanın sahibi oldu. Qəsəbə orta əsrlərdə böyük ticari bir yaşayış məntəqəsi olmuşdur. Qaqra adı ilk dəfə italyan Pyetro Viskontinin hal-hazırda Venesiyadakı Müqəddəs Mark muzeyində yerləşən və 1308-ci ildə hazırladığı Qafqaz xəritəsində görünmüşdür.

XVI əsrdə Qaqra və Qərbi Gürcüstanın qalan hissəsi Osmanlı İmperiyası tərəfindən işğal olunmuşdu. Qərbli tacirlər qəsəbədən uzaqlaşdırılmış və uzun müddət davam edən bir tənəzzül dövrünə girmişdir. Qəsəbə əhalisinin əksəriyyəti dağlara qaçmışdır. XVIII əsrdə qəsəbə kiçik bir kəndə çevrilmişdi. Qəsəbənin tənəzzül dövrü Rusiya İmperiyası Qafqazı işğal etməsindən sonra bitmişdir. Qəsəbədə yeni bir hərbi xəstəxana tikilmişdir. Qəsəbənin əhalisi isə hələ də kiçik idi. Qəsəbədə 336 kişi və 280 qadın (ümumi olaraq 610 nəfər) yaşayırdı. Qəsəbə Rusiya-Osmanlı müharibəsi böyük ziyan görmüşdür.

Müharibə bitdikdən sonra, qəsəbə Oldenburqlu Pyotr Aleksandroviç tərəfindən kəşf edilmişdir. Regionun potensialını görən Pyotr burada birinci səviyyəli bir kurort, özü üçün isə bir saray tikdirmişdir. Qəsəbəyə tropik ağaclar, tutuquşuları və meymunları olan bir park salınmışdır. Qəsəbə üzərində aparılan bahalı işlərə baxmayaraq, kurort ilk vaxtlarda çox da uğurlu olmamışdır, halbuki daha sonra çoxlu sayda xarici turist cəlb etmişdir.

Bolşevik rəhbəri Vladimir Lenin 1919-cu ildə qəsəbədə fəhlə kurortu yaradan bir fərman imzalamışdır. Qəsəbə sovet vətəndaşları üçün məşhur bir bayram kurortu olmuşdur. İkinci dünya müharibəsi zamanı qəsəbə böyük bir hərbi xəstəxana və reabilitasiya mərkəzi olmuşdur. Müharibə bitdikdən sonra qəsəbədə hökumət tərəfindən idarə edilən sanatoriyalar tikilmişdir.

Abxaziya müharibəsindən əvvəl şəhərin əhalisi 26,900 nəfər idi.. 2003-cü ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 10,717 nəfər idi. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 12,34 nəfər idi. Onların 6,531-i abxaz (52,8%), 2,355-i rus (19,0 %), 2,046-ı erməni (16,6%), 328-i gürcü (2,7%), 119-u yunan (1,0 %), 766-ı isə digər millətlərin nümayəndələri (6,1 %) idi.. 2012-ci ildə şəhərin əhalisi 12,248 nəfər idi. 2013-cü ildə şəhərin əhalisi 12,213 nəfər idi. 2014-cü ildə şəhərin əhalisi 12,213 nəfər idi. 2015-ci ildə şəhərin əhalisi 12,115 nəfər idi.




#Article 31: Təhsil (143 words)


Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən  təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir.

Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. 

Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.

Təhsil geniş anlayışdır.Təhsil tərbiyə işinə xidmət etməklə, müxtəlif istiqamətlərdə bilikalma və ixtisasa yiyələnmə prosesini həyata keçirir. Təhsil bilik, bacarıq və vərdişlərə yiyələnməyin məzmununu, həcmini, səviyyəsini, müddətini və tipini müəyyən edir.

 




#Article 32: Bakı (5882 words)


Bakı — Azərbaycan Respublikasının paytaxtıdır; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2130 km², əhalisi, 2018-ci ilin əvvəlinə 2,262,600 nəfərdir (şəhərətrafı zona əhalisi daxil olmaqla 3.000.000 nəfərdən çox). Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Əmircan və s. yerlərdə e. ə. III-I-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır. Bakının salındığı tarix dəqiq məlum deyildir.

Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşüb. 2015-ci ildə Bakı Lonely Planet nəşrinin səyahət edilməli ən maraqlı məkanların reytinqində 7-ci sırada, New York Times qəzetinin 2015-ci ildə səfər etmək üçün dünyanın ən yaxşı yerləri reytinqində isə 51-ci yerdə qərarlaşıb. 2016-cı ildə TripAdvisor səyahət məsləhətçisi saytının topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri 5-ci yerdə qərarlaşıb.

Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır.

Bakı toponiminin qədimliyi haqqında ilk məlumata İvan Meşaninovun 1927-ci ildə Bakıda nəşr olunmuş Yegipet i Kavkaz adlı məqaləsində rast gəlmək olar. Fərziyyəyə görə, e.ə. III minilliyin sonlarına aid edilən Ölülər kitabı Misir mifologiyası toplusunda əksini tapmış Bakhav toponiminin Qafqazda formalaşmasıdır. Sözün kökü olan Baka — Günəşin doğulduğu yer və ya Səhər şəfəqi kimi iddia edilir. Bu toponim Böyük Qafqazın şərqində yerləşən Bakı ilə eyniləşdirilir.

Bəzi mənbələrə görə, Bakı adına isə ilk dəfə V–VIII əsr mənbələrində Baqavan və ya Baquan, Atşi Baqavan və ya Atşi Baqvan, yəni Atəşi Baquan kimi rast gəlinib. Baqa sözün kökü, an və van isə məkan bildirir. Toponim eramızın VII yüzilində bu ərazidə yaşamış bakan tayfası ilə əlaqələndilir, bəzilərinin fikrincə isə Bakuyə sözündən götürülüb.

Bakının adlarından biri də fars dilindən yaranan Badi Kubə sözünün birləşməsindən yaranması ehtimal olunur. Söz farsca bad (külək, yel) və kubidan (vurmaq, zərbə yetirmək) sözləriylə açıqlanır. Fars dilindən tərcümədə Küləklər şəhəri mənası verən bu sözün məhz Bakının əsl tarixinin olmasını bir çox tarixçilər iddia edir..Bəzi tarixçilər Qədim fars dili etimologiyasında Bagydad sözünün Paytaxt Bakı ilə əlaqədar olduğunu söyləsə də, ərəb tarixçilər bunun Bakı ilə heç bir əlaqəsi olmadığını və bu sözün İraqın paytaxtı Bağdad olduğunu söyləyirlər.

Professor Sara Aşurbəyli Bakının ən qədim adının Xunsar olduğunu yazır. Bu yazılışda olan toponimin tərtibi onun 3 min ildən artıq bir dövr ərzində mövcud olduğunu göstərir. Xunsarın mənası günə sarı kimi açıqlanır.

Qafqazşünas Kerop Patkanov iddia edir ki, şəhərin adı lak sözü baki-dən (təpə deməkdir) əmələ gəlir. Maraqlısı odur ki, təpə mənasında qədim türkcədə də baqu sözü mövcuddur. Bu fikri coğrafiya elmləri doktoru Budaq Budaqov da iddia etmişdir.

Bakı şəhərinin ilk rəmzi hər iki tərəfində atəşi simvolizə edən günəş təsvirinin ortasında həkk olunan buğa şəkli olmuşdur. Buğa təsviri əvvəllcə bayır qala divarının qiriş qapısı üzərinə həkk olunubmuş. Bayır qala divarları 1886-cı ildə dağıdılmış və onun darvazası iç qala divarında — Şah Abbas darvazasında yenidən inşa olunmuşdur. Bakının qədim simvolu olan buğa təsviri hazırda İçərişəhərin Qoşa Qala qapılarının hər birinin üzərində həkk olunmuşdur. Buğanın sağ və sol tərəfi şir təsvirləri ilə əhatələnmişdir. Bəzi tədqiqatçılar şir təsvirlərinin Səfəvilərin hakimiyyətini simvolizə etdiyi qənaətindədirlər.

Bakı şəhərinin ilk rəsmi gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. 4 hissədən ibarət qalxanvari lövhənin 1-ci qızılı sahəsində pələng, ikinci qızılı sahəsində yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdur. Lövhənin bu iki sahəsinin təsviri Rusiyanın Kaspi vilayətinin gerbindən götürülmüşdür. Gerbin göy rəng fonunda olan 3-cü sahəsində yüklü dəvə təsvir olunmuşdur. Bu, şəhər sakinlərinin yük daşımaqla məşğul olmalarını simvolizə edir. Gerbin göy rəng fonunda olan 4-cü sahəsində yerə sancılmış lövbər təsvir olunmuşdur ki, bu da Bakının yaxşı reydə malik liman şəhəri olmasından xəbər verir.

Bakı şəhərinin ikinci gerbi 16 mart 1883-cü ildə təsdiq olunmuşdur. Gerbin qara rəngli qalxanvari lövhəsində üç qızılı rəngli alov təsvir olunmuşdur. Qalxan quberniya və şəhər gerblərində işlənən qırmızı rəngli Aleksandr lenti (Knyaz Aleksandr Nevskinin adına təsis edilən ordenin taxıldığı lent) ilə sarınmış iki qızılı sünbüllə əhatə olunmuşdur və şəhərlərin gerblərində istifadə edilən üç bürclü qala təsviri ilə bitir.

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Əmircan və s. yerlərdə e. ə. III-I-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır. Bakının salındığı tarix dəqiq məlum deyildir.

Erkən orta əsrlərdə Bakının iqtisadiyyatının əsasını neft və duz istehsalı, Bakı və Abşeron bölgəsində becərilən boyaqotu və zəfəran təşkil edirdi. Onların həm quru karvan yolları, həm də dənizlə uzaq Şərq ölkələrinə ixracı feodal şəhərinin inkişafının mühüm amili idi. Şirvanın tərkibinə daxil olan Abşeron təbii və təsərrüfat xüsusiyyətləri sayəsində ondan fərqlənən əlahiddə coğrafi, iqtisadi və siyasi vahid idi. Abşeronun iqtisadi və siyasi mərkəzi olan Bakı şəhəri təsərrüfat baxımından onun kəndləri ilə bağlı olub şirvanşahdan vassal asılılığında olan pərakəndə feodal torpaqlarının vahid dairəsini təşkil edirdi.

X əsrin sonunda və XI əsrdə Abbasilər xilafətinin tənəzzülü ilə əlaqədar bir sıra vilayətlərin və ölkələrin hakimləri, o cümlədən Şirvanşahlar müstəqil hakimiyyət sürməyə başladılar. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı. Beynəlxalq ticarət yolları ayırıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi.

Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu — XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü yaşıyırdı. 1191-ci ildə Şamaxıda güclü zəlzələ baş verdikdən sonra şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü.

XII əsrin sonu — XIII əsrin əvvəli Bakı şəhərinin feodal inikşaf dövrü idi. Şirvanşahlar şəhərdə bir sıra binalar tikdirərək onu möhkəmləndirdilər. XII əsrin birinci yarısında Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu. Şəhərin müdafiə sisteminə Qız Qalası da daxil idi. 1232–1235-ci illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.

XIII əsrin 30-cu illərində monqollar Azərbaycana hücum edərək bir çox şəhərləri işğal etdilər. İşğalçıların gəldiyi böyük yoldan kənarda yerləşən Bakı, başqa şəhərlərə nisbətən az zərər çəkmişdi. Hərçənd, monqollar şəhəri alarkən Qız qalasının yuxarı hissəsi dağıdılmışdı. Monqol istilası və ölkənin viran edilməsi şəhərin iqtisadiyyatını dağıtdı, Abşeronun və Bakının neft təsərrüfatını müvəqqəti olaraq pozdu. XIII əsrin sonunda, XIV–XV əsrlərdə Bakı Xəzər dənizində başlıca liman və Şirvanşahlar dövləti Dərbəndilər sülaləsinin paytaxtı olduqdan, nəinki Azərbaycanın, eləcə də bütün Yaxın Şərqin mühüm şəhərlərindən birinə çevrildi. Bakı beynəlxalq tranzit ipək ticarətində və Şərqlə Qərb arasında digər malların ticarətində fəal iştirak edirdi. Bu, feodal şəhərinin tərəqqi dövrü idi.

XVI əsrin sonlarında — XVII əsrin əvvəllərindəki türk işğalından sonra Bakı yenidən Səfəvilər dövlətinin tərkibinə daxil oldu. Mərkəzi hakimiyyətin güclənməsi XVII əsrin 40-cı illərindən etibarən ölkənin məhsuldar qüvvələrinin inkişafını sarsıdan feodal ara çəkişmələrinin və dağıdıcı müharibələrin kəsilməsi Bakınının şəhər həyatının inkişafına əlverişli təsir göstərdi. Şəhərə çoxlu əcnəbi tacirlər və səyyahlar gəlirlər. Onlar şəhərin təsərrüfat həyatının canlanmasını, sənətkarlıq istehsalının artmasını, ölkədən kənara aparılan neft və duz hasilatını qeyd edirlər. Şəhərin sosial həyatında tacirlərin rolu artır. Şəhərin və ölkənin bütün daxili və xarici ticarəti onların əlində cəmlənmişdi. Bakı Xəzər dənizində mühüm liman idi. Buradan tranzit yolu ilə, Avropaya, Rusiyaya və digər ölkələrə başlıca olaraq, Şamaxı ipəyi və başqa sənətkarlıq məmulatları daşınırdı. Bakının feodal inkişafı XVII əsrin sonlarınadək davam etmişdir. Bundan sonra nəinki təkcə Azərbaycanda, eləcə də, bütün Ön Asiya ölkələrində mövcud olan şəhər həyatının tənəzzülü müşahidə edilir.

Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi-strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaratdı. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakıya daxil oldu. Lakin Rusiya və İran arasında bağlanan Gəncə müqaviləsinə (1735) görə Bakı yenidən Nadir şahın hakimiyyəti altına keçdi.

XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. 1796-cı ilin yazında rus qoşunları Azərbaycana yürüş etdi. İyunun 13-də Bakı alındı. II Yekaterinanın ölümündən sonra çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi. 1806-cı ilin əvvəlində general Pavel Sisianovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general Sisianov öldürüldü. Bakı xanlığı 1806-cı il oktyabrın 6-da çarizm tərəfindən işğal olunduqdan sonra Bakıda kapitalist münasibətlərin inkişaf dövrü başlanır. 1807-ci ildə Bakıda 500 ev, 3000 nəfər əhali var idi. 1810-cu ildə Bakının İçərişəhərində ilk dəfə nümunəvi mənzil tikintisi rayonu meydana gəldi. İçərişəhərdə iki və üçmərtəbəli yaşayışevləri tikildi, həm də Azərbaycanın ənənəvi feodal şəhərlərindən fərqli olaraq yaşayış evlərininəsas fəsadları pəncərələrlə birlikdə küçəyə baxırdı. 1813-cü ildə bağlanmış Gülüstan müqaviləsi ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.

Şəhərin yüksəliş dövrü isə əsasən Azərbaycanda neft sənayesinin inkişafı ilə bağlıdır. Belə ki, 1848-ci ildə dünyada ilk neft quyusu məhz Bakı şəhərində qazılmış, 1863-cü ildə Suraxanıda ağ neft zavodu tikilmiş və istismara verilmiş, 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə olaraq ərazidə neft-qaz çıxarılmasına başlanmışdır.

Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Bakı şəhərində nəqliyyat əlaqələri də formalaşmağa başlamışdır. 1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam veriləndə Qara Şəhər ərazisində 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikildi. 1878-ci ildə Nobel qardaşları tərəfindən Rusiya İmperiyasında ilk olaraq Balaxanıdan Qara Şəhərə qədər neft kəməri çəkilmişdir.

XX əsrin əvvəllərində Rusiyadan fəhlə hərəkatının ən mühüm hadisəsi Bakı proletariatının əzəməti Dekabr tətili olmuşdur. Tətil 1904-cü il dekabrın 13-də Kaspi-Qara dəniz neft sənayesi cəmiyyətinin zavodunda başladı və qısa müddətdə şəhərin bütün mədən-zavod rayonlarına yayıldı, ümumşəhər tətilinə çevrildi. Tətildə iştirak edən fəhlələrin sayı 50 min nəfərə çatırdı. Tətilin uzanması Bakı sahibkarlarının ciblərinə ziyan vurmaqlabərabər bütün Rusiya sənayesini iflic vəziyyətə salmışdı. Tətilin uzanmasından narahat olan maliyyə naziri həyəcan təbili çalırdı. Maliyyə nazirinin tələbilə baş nazir Vitte Bakı qubernatorunu general qubernatorla əvəz etdi və ona göndərdiyiəmrdə nəyin bahasına olursa-olsun tətili dayandırmağı və Bakı neft mədənlərində, habelə neftayırma zavodlarında işi bərpa etməyi tələb edirdi. Bakıda hərbi vəziyyət elan edildi. Şimali Qafqaz dəmir yolu stansiyalardan başlayaraq Bakıya qədər bütün dəmir yolu hərbiləşdirildi. Bu yol ilə Bakıya qoşun yeridilməsinə başlandı. Bakıda bütün nümayişlər qadağan olundu.

Bakı proletariatının Dekabr tətili Rusiyanın mərkəzi vilayətlərində geniş əks səda verdi. Rusiya İmperiyasının başqa şəşərlərində fəhlələr Bakı hadisələrinə dair inqilabi vərəqələr buraxdılar. Həmin vərəqələrdə Bakı proletariatının Dekabr tətilində qələbəsinin bütün Rusiya fəhlə sinfi üçün böyük əhəmiyyəti olduğu qeyd edilirdi.

Azərbaycan Milli Şurasının 1918-ci ildə qəbul etdiyi Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı haqqında maddə yox idi. Azərbaycan Sovet Sosialist Respublikasının 1921-ci ildə qəbul edilən Konstitusiyasına da paytaxt haqqında maddə daxil edilməmişdi. Azərbaycan SSR-in 1937-ci il və 1978-ci il konstitusiyalarında isə Bakı şəhərinin respublikanın paytaxtı olması təsbit edilmişdi.

İkinci dünya müharibəsi Azərbaycandan uzaq şimali-qərb regionlarında başlansa da, Adolf Hitler neftlə zənging olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. 1941-ci ildə Azərbaycanda 23,5 mln ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.

Müharibə şəraiti ortaya yeni-yeni çətinliklər atırdı. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Abşeron yarımadasında yeni yataqlar işə salınmadı. Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi. Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi. Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını yer anbarlarına və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar. Sonra onları Xəzər dənizi ilə nəql edirdilər. Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır. Faşistlərin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi.

SSRİ Nazirlər Soveti tərəfindən 1951-ci ildə Bakı su kəmərinin ikinci növbəsinin tikilməsi barədə, 1959-cu ildə isə Bakı və onun rayonlarının qazla fasiləsiz təchiz edilməsi, bütün yaşayış massivlərinin 1960-cı ilə qədər tam qazlaşdırılması haqqında qərar qəbul edilmişdi. 1957-ci ildə şəhərə su verilməsi xeyli artdı. Ancaq əhalinin su ilə təchizatı hələ də kifayət deyildi.

Bakıda Azərbaycan televiziya mərkəzi öz fəaliyyətini 1956-cı il fevralın 14-də ilk yoxlama verilişi ilə başladı, sonralar televiziya mərkəzinin verilişləri Bakıdan 200 km-ə qədər məsafədə müntəzəm olaraq qəbul edilməyə başlandı. 1966-cı ildə Bakı-Şuşa, 1969-cu ildə Şuşa-Naxçıvan radiorele xətti istifadəyə verildi. 1970-ci ildə radiorele xətti ilə Bakı televiziya stansiyası ilk dəfə Moskvadan rəngli televiziya proqramını göstərmək imkanı əldə etdi. 1976-cı ildə Bakının telefon rabitəsinin 90 min telefon nömrəsini özündə birləşdirən 36 telefon stansiyası vardı. Mənzil telefon aparatının sayı 1970-ci ildə 30,8 min, 1980-ci ildə 230,9 min idi.

Bakı Xəzər dənizinin qərbində, Abşeron yarımadasının cənubunda 40, 23' en 49, 51' uzunluq meredianlarının kəsişdiyi nöqtədə yerləşir. Abşeron yarımadasının cənubunda sahil ətrafı su akvatoriyasında Bakı arxipelaqı yerləşir. Arxipelaqa Kiçik Zirə, Böyük Zirə, Daş Zirə, Xərə Zirə, Zənbil, Gil adası, Qara Su, Qutan adası, Səngi Muğan, Adsız ada, İqnat daşı, Kür daşı, Çigil, Karvansaray adası, M, Daş adalar qövsü, Xanlar adası və Baburi adası daxildir.

Bakının yerləşdiyi Abşeron yarımadası yüksək orta illik temperatura və az yağıntıya malik ərazidir. Bakıda havanın orta illik temperaturu 14,4 dərəcə təşkil edir. Aydın, az buludlu günlərin sayına görə Abşeron Qafqazda birinci, yağıntının miqdarına görə isə sonuncu yeri tutur.

Bakının iqlimi yarı quraq və subtropikdir (Keppenin iqlimlər təsnifatına görə: BSk). Mayın əvvəlindən başlayıb sentyabr ayının ortalarına kimi davam edən uzun yay quru və isti keçir. Ən isti vaxtlarda — iyul və avqust aylarında gündəlik orta temperatur 26 dərəcə təşkil edir. Payızda yayın istisi səngiyir və yerini quru, mülayim, xoş hava əvəz edir. Bakıda qış mülayim keçir, belə ki, yanvar ayında orta temperatur 3–5 dərəcə olur. Qış adətən qar və şaxtasız keçən az günəşli günlərdən ibarətdir. Buna baxmayaraq güclü şimal küləyi, bəzən hətta havada kiçik damlalarla müşahidə olunur və bu küləklər Bakının ən vacib elementidir.

Bakıda 3 pravoslav, 1 katolik, 1 lüteran kilsəsi, 1 erməni həvari kilsəsi və 2 sinaqoq var. Bakının tanınmış kilsələrindən və sinaqoqlarından Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı, Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi, Mixail Arxangel kilsəsi, Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (katolik), Xilaskar kilsəsi (kilsə 1934-cü ildə bağlandı və hal-hazırda Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı), Müqəddəs Qriqori kilsəsi (kilsə 1990-cı ildə bağlandı və hal-hazırda Prezident Kitabxanasının depozitar fond saxlancı), Dağ yəhudilərinin sinaqoqu və Aşkenazi yəhudilərinin sinaqoqunu qeyd etmək olar. İbadət evləri ilə yanaşı, şəhərdə xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, protestant icmalarının Bibliya kursları, yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə kursları və s. fəaliyyət göstərir.

Bakı və ona yaxın ərazilərdə, Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinə aid Bakı dialekti (Bakı ləhcəsi) mövcüddur. Dialektin fərqləndirici xüsusiyyətlərinə çav kökünün çoçi formasında sifət kimi, ço/çov formasinda fel kimi işləndirilməsi daxildir.

Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir.

Dumanın iclasları rus dilində aparılırdlı. Buna görə rus dilində danışa bilməyən qlasnılar iclaslarda çox zaman mürgü vururdular. Bakı Şəhər Dumasının tanınmış üzvlərindən Həbib bəy Mahmudbəyov, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Əjdər bəy Aşurbəyov, Ağabala Quliyev, Məmmədhəsən Hacınski, Həsən bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Pepinov, Məşədi Əzizbəyov və Həsən bəy Zərdabini qeyd etmək olar.

Bakı Şəhər İcra Hakimiyyətinin binası İstiqlaliyyət küçəsinin mərkəzində yerləşir. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Binanın fasadının bəzəyi üçün İtaliyadan qırmızı dekorativ kərpic və rəngli mərmər gətirilmişdir. Fasadın mərkəzini Bakı şəhərinin gerbi bəzəyir.

Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. XVI əsrin əvvələrində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir. 1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir. 1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı və həkimi İoann Lerkx Bakıya gəlmiş və Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu neftin hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir.

Bakıda Akkord STİK, Azercell, Azərsu, Azərsun Holding, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları, Azpetrol, Bakcell, Caspian Telecom, Nar Mobile, Paşa Holding və Synergy Group kimi iri Azərbaycan şirkətlərinin baş qərargahları yerləşir.

Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2015-ci ildə Bakının mərkəzindəki Nizami küçəsi dünyanın ən bahalı küçələri siyahısına daxil olub. Dövlət Statistika Komitəsinin 2014-cü ildə yaydığı məlumata əsasən, Azərbaycanda 30 beşulduzlu otel var və onların əksəriyyəti Bakıda yerləşir. Şəhərin tanınmış otellərindən JW Marriott Absheron, İnturist otel, Hilton Baku, Kempinski Hotel-Badamdar, Four Seasons Hotel Baku, Fairmont Baku, Bulvar Hotel və Jumeirah Bilgah Beach Hotel-i qeyd etmək olar.

Bakının populyar turist məkanlarından Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər, Bakı bulvarı, Dövlət Bayrağı Meydanı, Fəvvarələr meydanı, Atəşgah, Şəhidlər Xiyabanı və Bakı teleqülləsini qeyd etmək olar.

Bakıda 20-dən çox ticarət mərkəzi var. Onlardan Park Bulvar, 28 Mall, Metropark, Nargiz Shopping Center, Ganjlik Mall və Xaqani Ticarət Mərkəzini qeyd etmək olar.

Bakı ərazisində müxtəlif çimərliklər fəaliyyət göstərir. Onlardan Amburan və Şıxov çimərliyini qeyd etmək olar.

Paytaxtda ekoloji şəraiti gərginləşdirən səbəblərdən biri də şəhər nəqliyyatında xarici ölkələrdən gətirilmiş dizel mühərrikli köhnə avtomobillərin sayının artmasıdır.

Ekoloji gərginliyi artıran səbəblərdən biri də sənaye müəssisələrinin yaşayış massivlərinin yaxınlığında yerləşməsidir. Məsələn, sanitar normalarına görə kükürdlü neft emal edən zavodlarla yaşayış massivləri arasında ən azı 1000 metrlik sanitar-mühafizə zonaları olmalıdır. H.Əliyev adına Neftayırma zavodu ilə 8-ci kilometr yaşayış massivi arasındakı bu məsafə jəmi 500 metr təşkil edir. Əsasən kükürdlü neftləri emal edən bu zavoddan 1000 metr məsafədə atmosferdə olan kükürdlü birləşmələrin miqdarı qəbul edilmiş həddən 13 dəfə çoxdur. SSRİ dağılan ərəfədə şəhərin bütün neftayırma zavodlarından, neft kəmərlərindən və neft anbarlarından ətraf mühitə atılan neftin və emal edilmiş neft məhsullarının miqdarı 300 min ton/il təşkil etmişdir.

Şəhər ərazisində 21,5 min hektar sahədə landşaft və torpaq örtüyü tamamilə pozulmuşdur. Bunun 15 666 min hektarı (73%) neftlə çirklənmiş ərazilər, 1090 hektarı daş karxanaları, 845 hektarı zibilxanalar, 2775 hektarı qrunt sularının səviyyəsinin qalxması nəticəsində su basmış və bataqlıqlaşmış torpaqlar və yerdə qalanı boru kəmərləri, müxtəlif kommunikasiyalar və neft-mədən yolları ilə pozulmuş torpaqlardan ibarətdir. Şəhərdə 845 hektar sahə tutan 12 zibilxana qeydə alınsa da, sənaye və məişət tullantıları hara gəldi atılır. Bakı qəsəbələrinin ətrafında onlarla zibilxanalar yaranmışdır. Vaxtında tədbir görülməzsə, yarımada bütövlükdə zibilxanaya çevrilə bilər.

Bakı şəhəri tabeliyində olan ərazidə 90 daş karxanası fəaliyyət göstərir. Bunlardan 9-u dövlət müəssisəsi, 81-i kiçik müəssisədir. Mövcud və fəaliyyətini dayandırmış bütün karxanalar hesabına 1090 hektar sahədə torpaq örtüyü məhv edilmiş və təbii landşaft tamamilə pozulmuşdur.

Əvvəlki Kirov rayonu adlanan Binəqədi rayonu, 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə Binəqədi rayonu adlandırılmışdır.

Rayon ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunan, Binəqədi qəsəbəsi ərazisində yerləşən, 1915-ci ildə inşa edilmiş hamam, 1908-ci ildə inşa edilmiş, məscid və minarə, Xocəsən qəsəbəsi ərazisində yerləşən XVIII əsrə aid ovdan, IX–XVII əsrlərə aid yaşayış yeri, XVII əsrə aid karvansaray, Biləcəri qəsəbəsi ərazisində yerləşən 1658-ci ildə inşa edilmiş məscid, arxeoloji abidələr sırasına daxil edilmiş Binəqədi qəsəbəsi ərazisində yerləşən neft mədənləri ərazisində Tunc dövrü Nekropolu, neft mədənləri ərazisində XV–XVIII əsrə aid yaşayış yeri, eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin 16 mart, 1982-ci il tarixli, 167 saylı Qərarına əsasən Dövlət Qoruğu elan edilmiş Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığı və Keyrəki palçıq vulkanı mövcuddur. Bundan əlavə, rayon ərazisində son illər və eyni zamanda, əvvəllər yaradılmış, lakin dövlət tərəfindən qorunan abidələr sırasına daxil edilməmiş mədəniyyət abidələrindən Binəqədi qəsəbəsində mövcud olan ilk neft quyusu da mövcuddur.

Binəqədi rayonunda yerləşən mühüm məkanlardan Bakı Tennis Akademiyasını qeyd etmək olar.

Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan rayonu 1980-cı ilin noyabr ayında yaradılmışdır. Bakının qədim yaşayış məntəqələrindən sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir. Nizami rayonu Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri ilə yanaşı, Koroğlu, Qara Qarayev, Neftçilər və Xalqlar Dostluğu metro stansiyaları Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə malikdir. Rayonda 22 orta ümumtəhsil məktəbi, 9 xəstəxana və 13 poliklinika fəaliyyət göstərir.

Nərimanov rayonunun yaradılmasının əsası 1941-ci ildə qoyulmuşdur. 1941-ci ilin yanvar ayında Keşlə rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi yaradılmış, 1957-ci ilin avqust ayında isə Keşlə rayonunun adı dəyişdirilərək Nərimanov rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi adlandırılmışdır. 1959-cu ilin dekabr ayında Dzerjinski rayonu ləğv edilmiş və onun ərazisi 1960-cı ilin yanvar ayından Nərimanov rayonuna daxil edilmişdir. 27 avqust 1957-ci ildən 6 oktyabr 1977-ci ilədək Nərimanov rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 7 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanına əsasən Nərimanov rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində Nərimanov Rayon İcra Hakimiyyəti yaradılmış və bu adla 20 noyabr 1991-ci ildən fəaliyyət göstərir.

Nərimanov rayonu ərazisində qəsəbə, kənd və digər inzibati ərazi dairələri mövcud deyildir. Rayon ərazisində 22 iri sənaye müəssisəsi, 6 Elmi Tədqiqat və Layihə İnstitutu, 10 bank və onların filialları, 9 rabitə müəssisəsi, 4 mehmanxana fəaliyyət göstərir. Rayonda 8 ali məktəb, 22 orta məktəb, 3 lisey, 34 uşaq bağçası, 27 səhiyyə müəssisəsi, 9 xəstəxana, 4 tarixi abidə yerləşir. Nərimanov rayonunda yerləşən mühüm məkanlardan Heydər Əliyev Mərkəzi, Bakı Zooloji Parkı və Tofiq Bəhramov adına Respublika Stadionunu qeyd etmək olar.

Nəsimi rayonu 1969-cu il iyunun 13-də yaradılmışdır. Nəsimi rayonu ərazisində qəsəbə, kənd və digər inzibati ərazi dairələri mövcud deyildir. Rayon ərazisində 8 ali məktəb, 33 orta məktəb, 4 orta ixtisas və peşə məktəbi, 8 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 musiqi məktəbi, 47 körpələr evi-uşaq bağçası, 11 xəstəxana, 11 poliklinika, 13 memarliq abidəsi yerləşir. Rayonda 12 istirahət parkı, 1 mədəniyyət evi, 3 kinoteatr, 6 kitabxana fəaliyyət göstərir.

Nəsimi rayonunda yerləşən mühüm məkanlardan Heydər Əliyev Sarayı, Bakı Dəmir Yolu Vağzalı, Bakı Dövlət Sirki və Bakı Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etmək olar. Bakı metropoliteninin 28 May, Memar Əcəmi, Cəfər Cabbarlı və 20 Yanvar stansiyaları da rayon ərazisində yerləşir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli qərarı ilə Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin inzibati ərazi dairələrindən ibarət Pirallahı rayonu yaradıldı. 3 fevral 2014-cü il tarixli Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Gürgən qəsəbəsi inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.

Rayonda 4 mədəniyyət evi, 1 musiqi məktəbi, 2 kitabxana, 1 muzey, 1 uşaq yaradıcılıq mərkəzi və 4 istirahət parkı vardır.

Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü ilin mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956–63-cü illərdə Qaradağ rayonu, 1963–66-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır.

Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Rayonun ikinci böyük şəhərtipli qəsəbəsi Sahil qəsəbəsidir.

Sabunçu rayonunun əsası 1920-ci ildə qoyulmuşdur. 1958-ci ildə rayonun adı Lenin rayonu olaraq dəyişdirildi. 29 aprel 1992-ci ildən Lenin rayonunun adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır. Sabunçu rayonu 10 inzibati qəsəbədən ibarətdir. Rayonda 47 məktəb, 3 internat və 24 səhiyyə müəssisələri fəaliyyət göstərir. Həmçinin rayonun ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 85 sənaye, 51 tikinti, 16 nəqliyyat, 6 kənd təsərrüfatı və 359 ticarət obyekti və sair fəaliyyət göstərir.

Suraxanı rayonu 3 noyabr 1934-cü ildə yaradılıb. Rayon 18 aprel 1990-cı ilədək Orconikidze rayonu adlanırdı. Rayonda neft sənayesinə aid müxtəlif müəssisələr fəaliyyət göstərir. Suraxanı rayonunda yerləşən mühüm məkanlardan Atəşgah məbədini qeyd etmək olar.

Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloji tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın I Güştasp adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s. tapılmışdır. Kitabələrdə Quran ayələri, 1234–35-ci il tarixi, müxtəlif şəhərlərin, sənətkarların və Şirvanşahların adları yazılmışdır.

Xalq arasında Sualtı şəhər, Bayıl daşları, Şəhri-i Yunan, Karvansara, Bayıl qəsri və s. adlanan Səbail təqribən XIII əsrin əvvəllərində tikilmiş, XIV əsrin əvvəllərində isə tektonik dəyişikliklər nəticəsində Xəzərin suları altında qalmışdır. Sonralar suyun səviyyəsi tədricən aşağı enmiş və 1723-cü ildə abidə yenidən görünməyə başlamışdır. Ehtimal olunur ki, Səbail müdafiə qalası və gömrükxana, bəzi alimlərin fikrincə isə ibadətxana olmuşdur.

Səbail rayonunun ərazisində antik dövrə və orta əsrlərə aid abidələr mövcuddur. Rayonda yerləşən abidələdən İçəri şəhər, Şirvanşahlar saray kompleksi və Qız qalasını qeyd etmək olar. Bakı şəhərinin və eləcə də respublikanın əsas mədəniyyət mərkəzləri, o cümlədən 7 teatr, filarmoniya, 5 kitabxana, 16 muzey, 4 mədəniyyət evi, 3 musiqi məktəbi, 47 mehmanxana Səbail rayonunda fəaliyyət göstərir. Ərazidə müxtəlif elm, incəsənət korifeyləri, müharibə və ədəbi qəhrəmanların şərəfinə ucaldılmış heykəl və büstlər, 4 park və 18 istirahət bağı vardır.

Səbail rayonu Bakı şəhərinin ən qədim rayonu olaraq, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə Bayıl — Bibi-Heybət, 1931-ci ildən Stalin, 1960-cı ildən isə 26 Bakı Komissarları adını daşımış və 29 aprel 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 112 saylı qərarına əsasən Səbail rayonu adlandırılmışdır. Bakı məntəqələrindən biri Badamdar və qədim tarixi olan Bibiheybət qəsəbələri Səbail rayonunun inzibati ərazisindədir. Rayonda 3 bələdiyyə — Səbail, Badamdar və Bibiheybət bələdiyyələri fəaliyyət göstərir.

Xətai rayonu 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə rayon Xətai adlanır. Xətai rayonu Bakı şəhərinin Nizami, Nərimanov, Suraxanı, Nəsimi rayonları ilə həmsərhəddir. Şəhər əhəmiyyətli Nobel, Babək prospektləri, Zığ şossesinin bir hissəsi, Afiyəddin Cəlilov küçəsi, müasir yolötürücü komplekslərlə yanaşı Bakı metropoliteninin Şah İsmayıl Xətai, Əhmədli, Həzi Aslanov stansiyaları da rayon ərazisində yerləşir.

Xətai rayon ərazisində bir sıra Respublika əhəmiyyətli təşkilatların inzibati binaları da yerləşir. Bunlardan Azərbaycan Respublikası Ali Məhkəməsi, AFFA, Cəmşid Naxçıvanski adına hərbi lisey və Bakı şəhər Baş Polis İdarəsini qeyd etmək olar.

Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonunun ərazisi qədim yaşayış məskənlərindən hesab olunur. Dövrümüzə gəlib çatan qayaüstü rəsmlər, yaşı eramızdan əvvəl hesablanan kurqanlar, qəbirstanlıqlar, tarixi-memarlıq abidələri, qalalar, tikililər, türbə və məscidlər ərazinin qədim mədəniyyətə malik olduğunu təsdiq edir. Təkcə Qala Dövlət Tarix-Etnoqrafya Qoruğunun ərazisində 234-ə yaxın həyət, məscid və hamam vardır. Xəzər rayonu neft rayonu kimi də tanınır.

Yasamal rayonunda yerləşən mühüm məkanlardan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Cəlil Məmmədquluzadənin ev-muzeyi, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi və Azərbaycanfilm kinostudiyasını qeyd etmək olar.

Ərəb xilafətinin yüksəlişi dövründə Bakıda Azərbaycan memarlığının ən dəyərli örnəklərini yaratmışdır.
Orta əsr memarlıq nümunələrindən Nardaran qalası, Ramana qalası, Məhəmməd məscidi, Şah məscidi, Hacı Qayıb hamamı və Atəşgahı qeyd etmək olar. 2000-ci ildə Bakının Səbail rayonunda yerləşən İçəri şəhər, Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.

XIX əsrin sonunda Azərbaycanda neft sənayesinin inkişafı ölkə memarlığına təsir etmişdir. Bakının sürətli iqtisadi inkişafı zəngin sənayeçilərin böyük təbəqəsinin yaranması ilə müşayiət olundu, onların arasında Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi mesanatlar Bakıda çox sayda ictimai binalar, məktəblər və xəstəxanaların yaranmasına səbəb olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin memarlıq nümunələrindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Bakı Şəhər İcra Hakimiyyətinin binası, İsmailiyyə Sarayı və Səadət Sarayıni qeyd etmək olar. 1890-cı illərdə Mərdəkanda tikilmiş Bakı sənayeçisi Murtuza Muxtarovun villası Bakı varlılarının şəhərkənarı bağ tikintilərinin başlanğıcını qoydu.

Bakının yeni kapitalist şəhəri hissəsinin formalaşmasında Azərbaycan memarı Qasım bəy Hacıbababəyovun böyük rolu olmuşdur. O, İçərişəhərdən kənardakı tikintilərin əsas hissələrindən birini təşkil edən Parapet adlı mərkəzi meydanın tikintisini həyata keçirmişdir.

Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin salınması ilə bağlıdır. Abşeronda fəhlə qəsəbələrinin tikilməsi həmin dövrdə gənc sovet memarlığının ilk nümunələri idi. Keçmiş SSRİ-də ilk baş planlardan olan Böyük Bakının baş planı yeni tikiləcək rayonları da əhatə edirdi. Mənzil probleminin həlli ilə bağlı tədbirlərlə yanaşı, Abşeron yarmadasında nəqiliyyat rabitəsi də təkmilləşdirildi. 1926-cı ildə Bakının neft rayonlarını şəhərlərlə bağlayan elektrik dəmir yolu çəkildi. Keçmiş SSRİ-də ilk elektrik dəmir yolu olan bu xətt yol boyu inşa ediləcək tikililər kompleksinin memarlıq həlli ilə bağlı idi. Həmin dövrdə tikilmiş Sabunçu vağzalının binası bu binaların ən maraqlı nümunələrindəndir. İlk yaşayış massivlərindən olan Məmmədyarov qəsəbəsinin salınması ümumittifaq əhəmiyyətli tədbirlərdən biri idi.

Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış şəhərcik olan Neft Daşlarının layihələndirilməsi və tikintisi müharibədən sonrakı dövr memarlığın da özəl yer tutur. Neft Daşları 1949-cu ildə Xəzərdə zəngin neft yatağının tapılması ilə bağlı yaranmışdır. Bakının mərkəzi hissəsinin yenidən qurulması 1950-ci illərdə Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyəti kimi davam edirdi. 1960-cı illərin sonu — 80-ci illərdə Bakıda bir sıra iri ictimai bina və qurğular tikilmişdir. Bunlardan Bakı Dövlət Sirki, Respublika Sarayı, Bakı, Qarabağ, Azərbaycan, Moskva, Abşeron mehmanxanaları, Bakı Dəmir Yolu Vağzalı, Gülüstan Sarayı və s. binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir.

Bakının XXI əsr memarlıq nümunələrindən SOCAR Tower, Heydər Əliyev Mərkəzi, Park Bulvar, JW Marriott Absheron, SOFAZ Tower, Beynəlxalq Muğam Mərkəzi və Alov qüllələrini qeyd etmək olar.

Bakının ən məşhur və böyük parkı — Bakı bulvarıdır. Dənizkənarı bulvar Bakı şəhər Dumasının 1909-cu ildə qəbul etdiyi qərara əsasən salınıb. Bulvarın yaradılması həmin vaxt Bakı Dumasında çalışan məşhur mühəndis Məmmədhəsən Hacınskinin adı ilə bağlıdır. 1920-ci illərin başlanğıcından Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görülməyə başlandı. 1930-cu illərin əvvəllərində yeni Bakı bulvarının salınması Bakının mərkəzi hissəsinin ümumi memarlıq-plan quruluşunun yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərdi. Bu dövrdə Bakının memarlıq inkişafı 1924–1927-ci illərin baş planında nəzərdə tutulmuş bir sıra iri ictimai binaların tikintisinin başa çatdırılması və yaşıllaşdırılma işlərinin genişləndirilməsi ilə səciyyələnir. 1970-ci illərdə bulvar şərq və qərb istiqamətlərində genişləndirilərək uzunluğu 3,7 kilometrə çatdırıldı. 1998-ci ildən Bakı bulvarı milli park statusunu daşıyır. Bulvarda müxtəlif əyləncə, ticarət, mədəniyyət və idman mərkəzləri fəaliyyət göstərir. Bulvarın tanınmış obyektlərindən Beynəlxalq Muğam Mərkəzi, Bakı İdman Sarayı Bakı Kristal Zalı, Şeytan çarxı, Kiçik Venesiya şəhərciyi və Daş salnamə muzeyini qeyd etmək olar.

Hal-hazırda Bakının müxtəlif yerlərində yerləşən parkların hər birinin öz infrastrukturu, çoxsaylı kafe, restoran, attraksion və uşaq meydançaları var. Bakının ən mühüm parklarından Zabitlər parkı, Filarmoniya bağı, Xaqani bağı, Dağüstü Park, Dədə Qorqud parkı və Mərkəzi Nəbatat Bağını qeyd etmək olar.

XIX əsrin sonlarında Bakı ziyalılarının musiqi əyləncəsinin əsas forması evlərdə təşkil olunan musiqi axşamları çərçivəsindən kənara çıxmış həvəskar musiqi idi. Musiqi həvəskarları yerli musiqiçilərin, hərbi kapelmeysterlərin, musiqi müəllimlərinin iştirakı ilə kütləvi konsertlər (çox vaxt xeyriyyəçilik məqsədi ilə) təşkil edirdilər.

Bakılıların eşitdiyi ilk opera Aleksey Verstovkinin 1889-cu ilin mayında D.Aqryonov-Slavyanskinin kapellasının konsert ifasında təqdim etdiyi Askoldun məzarı operası olmuşdur. Həmin il dekabrın 5-də qastrola gəlmiş Tiflis opera truppasının ifasında Bakıda ilk peşəkar opera tamaşası göstərildi. Açılışda Aleksandr Darqomıjskinin Su pərisi tamaşaya qoyulmuşdu. Truppada İoakim Tartakov, Varvara Zarudnaya, Tatyana Lyubatoviç kimi məşhur müğənnilər oxuyurdu. 1894-cü il mayın 16-da Peterburq truppasının ifasında Bakıda ilk peşəkar balet tamaşası göstərildi. Açılışında A.Adanın Dəniz qulduru baletinin tamaşası göstərilmişdi. Mayın 16-dan 20-dək göstərilən beş tamaşanın arasında Adolf Adanın Jizel və Leo Delibin Koppeliya baletləri də vardı.

Bakı musiqiçiləri öz qüvvələrini birləşdirmək üçün 1895-ci ildə teatr və musiqi şöbələri, həvəskar orkestr yaratdılar. Bu orkestr F.Parizekin başçılığı altında 1897-ci ildə Bakıda ilk simfonik konsert mövsümünü açdı.

Bakıda bir çox musiqi janrları, o cümlədən, meyxana, 1960-cı illərdə Caz-muğam, 1980-cı illərin ortalarında rus şansonundan yaranan Bakı şansonu yaradılıb. Şəhərin mühüm musiqi səhnələrindən Bakı Kristal Zalı, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzini qeyd etmək olar.

Bakıda 20-dən artıq muzeyi və incəsənət qalereyası fəaliyyət göstərir. Şəhərin tanınmış muzeylərindən Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Xalça Muzeyi, Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, Bakı Müasir İncəsənət Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyini, ev-muzeylərindən isə Bülbülün ev-muzeyi, Cəfər Cabbarlının ev-muzeyi, Nəriman Nərimanovun xatirə muzeyi, Niyazinin ev-muzeyi, Vaqif Mustafazadənin ev-muzeyi, Tahir Salahovun ev–muzeyi, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi və Cəlil Məmmədquluzadənin ev-muzeyini qeyd etmək olar.

Bakıda 26 kinozalı olan səkkiz dövlət və özəl kinoteatr var. Şəhərin tanınmış kinoteatrlarından Nizami Kino Mərkəzini, kinoteatrlar şəbəkələrindən isə Park Cinema və CinemaPlus-ı qeyd etmək olar. Bakıda çəkilən məşhur kinolardan Arşın mal alan, Amfibiya adam, Dünya kifayət deyil, Ad günü, Bir cənub şəhərində, Brilyant əl, Gün keçdi, Qorxma, mən səninləyəm, Neft və milyonlar səltənətində, Axırıncı aşırım, Əli və Nino, Dolu və digərlərini qeyd etmək olar.

Bakıda ilk rəsmi ictimai kitabxana 1896-cı ildə yaranıb. Şəhərin tanınmış kinoteatrlarından Azərbaycan Milli Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və AMEA Mərkəzi Elmi Kitabxanasını qeyd etmək olar. Şəhərdə həm də Azərbaycanın ən böyük kitab mağazalar şəbəkəsi olan Əli və Nino yerləşir.

Bakıda 15-dən artıq muzeyi və incəsənət qalereyası fəaliyyət göstərir. Şəhərin tanınmış teatrlarından Azərbaycan Dövlət Yuğ Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Bakı Bələdiyyə Teatrı, Bakı Uşaq Teatrı, Azərbaycan Dövlət Pantomim Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Üns teatrı və Azərbaycan Dövlət Mahnı Teatrını qeyd etmək olar.

Bakı futbol klublarından Neftçi, İnter Bakı, Səbail və Zirəni qeyd etmək olar. Qarabağ münaqişəsinə görə Bakıda həm də Qarabağ futbol klubu müvəqqəti olaraq oyunlarını keçirir. Şəhərdə Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Dalğa Arena, Bayıl Arena, Bakcell Arena və İnter Arena stadionları yerləşir.

Bakıda həm də Araz-Naxçıvan MFK, Olimpik, Neftçi Bakı, Ekol Bakı və Yasamal futzal klubları əsaslanıb.

Bakıda müxtəlif idman mərkəzləri mövcuddur. Şəhərin tanınmış idman meydanlarından Heydər Əliyev adına İdman Arenasını və Bakı İdman Sarayını qeyd etmək olar. 2000-ci ildən sonra Bakıda Baku Cup, Futbol üzrə 17 yaşadək Avropa Çempionatı 2016, FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012, 2010 Güləş üzrə Avropa Çempionatı, Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, 2018 Cüdo üzrə Dünya Çempionatı kimi beynəlxalq idman yarışları keçirilib. 2016-cı ildə Bakıda 42-ci Şahmat Olimpiadası, 2017-ci ildə isə 2017 İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Hal-hazırda Bakıda Tour d'Azerbaidjan velosiped yarışları və Formula-1 çempionatının Azərbaycan Qran Prisi keçirilir.

Bakının ictimai nəqliyyatının koordinasiyasını və inkişafı Bakı Nəqliyyat Agentliyi tərəfindən idarə olunur. 2017-ci ilin 25 may tarixindən etibarən Bakıda bütün marşrut xətlərindəki avtobuslarda Bakı Kart sistemi xidmət göstərir.

Bakı konkası ilk dəfə 7 (19) aprel 1889-cu ildə hərəkətə gətirilir. 1923-cü ilin oktyabrın 1-də Bakıda elektrik tramvay xəttinin çəkilməsi başlanıb və 1924-cü il fevralın əvvəlində bu xətt istismara verilib. 1941-ci ilin dekabrında trolleybus xətti salındı, 1960-cı ildən tramvay parkının nəzdində Bakı funikulyoru fəaliyyətə başladı. 2002-ci ildə Bakıda tramvay nəqliyyatı, 2004-cü ildə isə trolleybus nəqliyyatı ləğv olunub.

Bakının dəmiryolu nəqliyyatı Azərbaycan Dəmir Yolları tərəfindən idarə olunur. Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. 1945-ci il iyulun 6-da SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə müstəqil Azərbaycan dəmir yolu yaradılmışdır. Yollar nazirinin 1945-ci il 28 iyul tarixli 674 saylı əmri ilə Azərbaycan dəmir yolu 1945-ci ilin oktyabın 1-dən təşkil edilmişdir. 1953-cü ilin may ayının 14-də Azərbaycan və Zaqafqaziya dəmir yolları Zaqafqaziya dəmir yolu adı altında birləşdirilmiş, mərkəzi idarəsi Tbilisiyə köçürülmüşdür.

Bakı-Tbilisi-Qars dəmiryolu xəttində tikinti işlərinin 2018-ci ildə yekunlaşacağı gözlənilir.

XIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verib. Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də Qafqaz və Merkuri Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. 1881-ci ildə BakıDA ilk dənizçilik sinifləri təşkil edilib. 1902-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təsis edildi. 1962-ci ildə Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin layihəsi əsasında Bakı — Türkmənbaşı gəmi-bərə keçidi işə salınıb.

Hal-hazırda Heydər Əliyev adına beynəlxalq hava limanı (GYD) Bakının yeganə beynəlxalq hava xidmətidir və Qafqazda ən böyük beynəlxalq hava limanıdır.

Şəhərin tanınmış sakinlərdən pianoçu Vaqif Mustafazadə, müğənni Müslüm Maqomayev, violençel ifaçısı Mstislav Rostropoviç, rəssam Tahir Salahov, şair Mikayıl Müşfiq, aktrisa Hökümə Qurbanova, prezident İlham Əliyev, kəşfiyyatçı Mehdi Hüseynzadə, heykəltəraş Tokay Məmmədov,nobel mükafatı laureatı Lev Landau, alim Lütfi Zadə, futbolçu Anatoli Banişevski, mesenat Hacı Zeynalabdin Tağıyev, şahmatçı Harri Kasparov, kinorejissor, Oskar mükafatçısı Vladimir Menşov, filosof Maks Blek, ballerina Qəmər Almaszadəni və digərlərini qeyd etmək olar.

Bakı 1978-ci ildən etibarən Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasının üzvüdür.




#Article 33: Türk dili (262 words)


Türk dili və ya Türkcə () — Türkiyənin, Kipr Respublikasının və ŞKTR-nin rəsmi dili. Elmdə Altay dilləri qrupunun türk dilləri qoluna aid edilir. Alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi (Anadolu türkcəsi) adı işlədilir. Azərbaycan dili, türkmən və qaqauz dillərinə çox yaxındır. Bu dillər ümumi türk dilinin oğuz qrupuna aiddir. Təqribən 438 söz və şəkilçilərdə fərq vardır.

Türk dilİraq, Suriya, Almaniya, Bolqarıstandada və Yunanıstanda azlıqların dili qəbul edilirBolqarıstan və Yunanıstanda ə türkcə televiziya kanalları fəaliyyət göstəri Ümumiyyətlə, türk dilinin (Anadolu türkcəsi) yayılma arealı Osmanlı imperiyasının idarə etdiyi ərazilər ilə üst-üstə düşür. r.

Türk dilində ingilis, alman, fransız, ərəb və s. kimi dillərdən fərqli olaraq varlıqlar cinsiyyətinə görə fərqləndirilmir. Cümlə quruluşu əksər hallarda belədir: mübtəda cümlənin əvvəlində, xəbər sonunda işlənir. Təyin təyin etdiyi sözün əvvəlində işlənir.

Hal-hazırda 1928-ci ildəki hərf inqilabından sonra latın hərflərindən istifadə olunur.

Türkcə ya da Türk dili qərbdə balkanlardan başlayıb şərqdə Xəzər dənizi sahəsinə qədər danışılan Türki dilləri dil ailəsinə aid daim güncəllənən dildir. Türki dillər Osmanlı Türkçəsinin davamını təşkil edir. Başda Türkiyə olmaqla qədim Osmanlı İmperatorluğu coğrafiyasında danışılan Türkcə, dünyada ən çox danışılan 22-ci dildir. Türkcənin daim güncəllənən olması hər hansı bir yenilik üzərindən istənilən qədər yeni sözlər yarada bilmək imkanını verir. Türkiyə Türkcəsi bu yönündən dolayı digər Türk dillərilə ortaq ya da ayrı olan onlarca söz mövcuddur.

Türk dili ilə bağlı bir neçə təsdiqini tapmayan iddealar var. Bunlar aşağıdakılardır:

Beş Dialektlər vardır

Şərqi Anadolu Qərbi Anadolu Şimalqərbi Anadolu olmaq üzrə üçe ayrılıb

Şərqi Rumeli Qərbi Rumeli olmaq üzrə ikiye ayrılıb

Çç

Ğğ

Iı

İi

Öö

Şş

Üü

Azərbaycan dilində olan ə hərfi Türk dilində e hərfi içində gizlədilir.




#Article 34: İran (1929 words)


İran (fars. ایران) və ya rəsmi adı ilə İran İslam Respublikası (fars. جمهوری اسلامی ایران) — Qərbi Asiyada dövlət. İran şimal-qərbdən Azərbaycan və Ermənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Tehran, ümumi sahəsi 1,648,195 kvadrat kilometr, əhalisinin sayı 83 milyon nəfərdən çoxdur. İran ərazi böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında on yeddinci, əhalisinin sayı görə isə dünyanın on səkkizinci ölkəsidir. Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırmışdır. Tehran ölkənin paytaxtı olmaqla yanaşı, həmçinin İranın aparıcı iqtisadi və mədəni mərkəzi hesab olunur. İran Konstitusiyasının XII maddəsinə əsasən  rəsmi dini İslam dinidir.

İran dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir. Hələ eramızdan əvvəl dördüncü minillikdə bu ərazidə Elam krallığı mövcud olmuşdur. Bu dövlət eramızdan əvvəl 7-ci əsrdə Madaylar tərəfindən işğal olunmuşdur. Eramızdan əvvəl 6-cı əsrdə isə Əhəmənilər İmperiyasının banisi olan II Kirin hakimiyyəti illərində bu imperiyanın ərazisi Şərqi Avropadan (yəni indiki Türkiyə əraziləri daxil olmaqla Bolqarıstan, Albaniya, Ukrayna, Krım, şimali və cənubi Qafqazdan) Hind çayına qədər uzanırdı ki, bu da həmin imperiyanı tarixin ən böyük dövlətlərindən birinə çevirmişdi. Eramızdan əvvəl dördüncü əsrdə İran ərazisinin Makedoniyalı İsgəndər tərəfindən işğal olunması nəticəsində burada Ellinizm mədəniyyəti kök saldı. Parfiya dövlətinin yaranması ilə İran üsyanı özünün kulminasiya nöqtəsinə çatdı. Həmin dövlətin ardıcılı hesab olunan Sasanilər İmperiyası isə eramızın üçüncü əsrindən etibarən dörd əsr boyunca dünyanın aparıcı gücü hesab edilirdi.

Yeddinci əsrdə imperiya ərazisinin ərəblər tərəfindən işğal olunmasından sonra İranda mövcud olan yerli Zərdüştilik və Manixeizm dinləri İslam dini ilə əvəzləndi. İran İslamın qızıl çağına mühüm töhfələr vermişdir. Bu töhfələr xüsusilə incəsənət və elm sahələrində özünü büruzə verdi. İki əsrdən sonra İranın müxtəlif müsəlman xanədanlıqlarına bölünməsinin ardınca, ərazi türklər və monqollar tərəfindən işğala məruz qaldı. 15-ci əsrdə Səfəvilər dövlətinin yüksəlişə keçməsi ilə vahid dövlətin yaradılması prosesi yenidən başladı. Səfəvilərin şiəlik təriqətini əsas götürməsi ilə İran və İslam tarixində dönüş nöqtəsi qeydə alındı. Nadir Şahın hakimiyyəti illərində İran dövrün ən güclü dövlətlərindən biri hesab olunsa da, 19-cu əsrdən etibarən Qacarilərin  Rusiya İmperiyası ilə aralarında baş verən ardıcıl münaqişələr ciddi ərazi itkiləri ilə nəticələndi. İran Qafqazı və İğdır, Qars və s əraziləri Gülüstan və daha sonra Türkmənçay müqavilələrində Rusiyaya verməli oldu. 1905-1911-ci illəri əhatə edən Məşrutə inqilabı ölkənin konstitusiyalı monarxiyaya çevrilməsi ilə nəticələndi. 1953-cü ildə Böyük Britaniya və ABŞ-ın təhriki ilə baş tutmuş İran çevrilişi ölkədə Qərb əleyhinə narazılığın artması ilə nəticələndi. Xarici təsir və siyasi repressiya əleyhinə narazılıqlar 1979-cu ildə İran İslam İnqilabının başlanmasına səbəb oldu və nəticədə, ölkə İslam respublikasına çevrildi. Beləliklə, Ali lider tərəfindən rəhbərlik olunan teokratik hökumətin əsası qoyuldu. 1980-ci illər ərzində təqribən 8 il müddətinə davam etmiş İraq-İran müharibəsi hər iki tərəf üçün ciddi itkilərin baş verməsi ilə((2000-ci illərdən bəri İranın mübahisəli nüvə proqramı narahatlıqların artmasına səbəb olmuş və ölkə əleyhinə beynəlxalq sanksiyaların tətbiq olunması ilə nəticələnmişdir. 14 iyul 2015-ci ildə Altılıq ölkələri ilə İran arasında hərtərəfli fəaliyyət proqramı əsasında razılaşma əldə olunmuşdur.  Bu razılaşmaya əsasən İrana qarşı tətbiq olunan sanksiyaların yumşaldılması qarşılığında İran hökuməti zənginləşdirilmiş uran istehsalını azaltmalı idi.

Suveren dövlət olan İran BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və OPEK kimi qurumların üzvüdür. Əsas regional güclərdən biri hesab olunan İran dünyanın ən böyük təbii qaz ehtiyatlarına və təsdiqlənmiş dördüncü ən böyük neft ehtiyatlarına sahib ölkədir. Bu səbəblərdən də İran hal-hazırda beynəlxalq enerji təhlükəsizliyi və dünya iqtisadiyyatına nəzərə çarpacaq təsir göstərir.

Zəngin mədəni irsə sahib olan İran UNESCO-nun Ümumdünya irsi siyahısında 22 mədəni mirasa sahibdir. Bu, Asiyada üçüncü, dünya üzrə isə səkkizinci ən yaxşı göstəricidir. İran müxtəlif etnik və linqvistik qrupların yaşadığı ölkədir. Ölkə ərazisində yaşayan ən böyük etnik qruplar farslar, azərbaycanlılar, kürdlər, talışlar, giləklər, mazanilər və lurlardır.

İran ərazisinin məskunlaşması Alt paleolit dövrünə aid edilir. E.ə. III minilliyin əvvəllərində İranın cənubi-qərbində ilk sinifli cəmiyyətlər meydana gəlmiş, əvəlcə ayr-ayrı şəhər-dövlətləri yaranmış, sonralar Elam və e.ə. III minilliyin II yarısında Lullubilərin erkən quldarlıq dövlətləri mövcud olmuşdur. E.ə. təqribən 2200-cü ildə Kutilər Sumer və Akkadı müvəqqəti zəbt etmiş Kassilər isə XVIII-XVI əsrlərdə Babilistanı ələ keçirərək e.ə. XIII əsrin sonuna kimi burada hökmranlıq etmişlər. E.ə. II minilliyin sonudan İran ərazisinə hind-iran dillərində danışan Hind-Avropa tayfalarının İran qrupundan olan ari (müasir İranın adı buradandır; qədim İran dilində Arianam-arilər ölkəsi və ya padşahlığı deməkdir) tayfaları gələrək qərbi və mərkəzi rayonlarda məskunlaşdılar. İndiki İranın Xuzistan və Luristan ərazisini əhatə edən vilayətlərlə yanaşı e.ə. VII əsrə qədər İranın əsas əkinçilik rayonlarında sinifli cəmiyyətlər meydana gəlmişdir. 
E.ə təqribən 673-672–ci illdə Assuriya (Aşşur) əleyhinə bağlanmış üsyan nəticəsində İran yaylasının şimal qərbində Midiya dövləti yarandı. E.ə 616-605-ci illərdə Midiya Babilistanla ittifaqda Assuriya, Manna, Urartunu və İran yaylasının çox hissəsini işğal etmişdir.

Midiyanın tabeliyində olan pars (parsa, pars, müasir fars sözü buradandır) padşahlığı ilə müharibə (e.ə 553-550) nəticəsində hakimiyyət Əhəmənilər (Haxamanişlər) sülaləsinin əlinə keçdi. VI əsrin sonunda II Kir (Kuş) və onun varislərinin işğalları nəticəsində Əhəmənilər dövlətinin sərhədi Hind çayından Egey dənizinə və Qafqaz dağlarından Nil çayına qədər genişləndi. Əhəmənilər dövləti I Daranın hakimiyyəti dövründə (e.ə 521-485) daha da qüvvətləndi. Ticarət yolları üzərində hökmranlıq qərb ilə şərq arasında gedən mübarizə Əhmənilər dövlətini Yunanıstanla uzun sürən müharibələrə sövq etmişdir. E.ə 330-cu ildə Makedoniyalı İsgəndər İranı işğal etdi.

E.ə 312-ci ildə İran Selevkilər dövlətinin tərkibinə qatıldı (İsgəndərin ölümündən sonra müstəqillik qazanan Atropatena dövləti yalnız e.ə III 20-ci illərinin sonlarında Selevki hökmdarı III Antioxun hakimiyyətini tanımışdır) E.ə III əsrin ortalarında indiki İran və Türkmənistan sərhəddində yaranmış Əşkanilər padşahlığı e.ə. II əsrin ortalarında bütün İranı hakimiyyət altına almışdır. Əşkanilərdən asılı olan fars hökmdarı I Ərdəşir 224-cü ildə Parfiyanın axırıncı padşahı II Artabanı məğlub edərək Sasanilər dövlətinin əsasını qoymuşdur. Sasanilər dövründə (III-VII əsrlər) İranda feodal münasibətlər yaranmağa başladı. Sasanilər İranda möhkəmləndikdən sonra Cənubi Ərəbistan, Suriya, Fələstin, Misir, Atropatena, Albaniya (Qafqaz), Ermənistan və İberiyanı ələ keçirdi. Sasani hökmdarları hələ Əhəmənilər dövründə yeridilən xətti- dövlət aparatında və orduda farslara üstünlük verilməsi, onların vergilərdən azad edilməsi siyasətini daha da gücləndirmiş, Zərdüştlüyü dövlət dini elan etmişlər.

Cənubi-Qafqaz (Zaqafqaziya) xalqlarının Sasani əsarətinə qarşı 450-451, 457, 481-484 illərdə qüdrətli üsyanları baş verdi. Sasanilər dövlətində sinifi ziddiyyətlərin kəskinləşməsi və feodal separatizminin güclənməsi həmçinin Bizansla aparılmış uzun sürən müharibələr VII əsrdə Ərəblərin İranı işğal etməsini asanlaşdırdı; İslam dini və Ərəb dili yayılmağa başladı.

İranda ərəb hökmranlığı VII əsrin 80-ci illərinə kəndli üsyanlarına səbəb oldu. 747-ci ildə Mərvdə əbu-Müslimin başçılığı ilə Əməvilər Xilafətinə qarşı xalq hərəkatı bütün İranı bürüdü. Abbasilər hökmranlığı dövründə Mak Sumbatın (755), Ustad Sisin (767) və Azərbaycanda Babəkin başçılığı ilə xalq üsyanları baş verdi. Şüubiyyə hərəkatı geniş vüsət alırdı. Bütün bunlar xilafətin süqutunu sürətləndirirdi. IX-X əsrlərdə İranda yalnız formal sürətdə xilafətdən asılı olan əmirliklər var idi. 900-cü ildə Xorasan və İranın şərq hissəsi Samanilər dövlətini tərkibinə daxil oldu (999-a qədər). İranın qərbində və İraqda Büveyhilər dövləti (935-1055), Azərbaycan ərazisində isə IX əsrin sonu – XI əsrdə Sacilər, Səlarilər, Rəvvadilər, Şəddadilər və Şirvanşahlar dövlətləri yarandı.. Ən böyük şəhər Tehrandır. Tehranın əhalisi 1926-2006-cı illərdə 210 min nəfərdən 7,1 milyona çatmışdır. 1960-cı illərin əvvəllərindən başlayaraq urbanizasiya prosesi daha da sürətlənmişdir.

Əksər əhalinin etnik mənşəyi yerli midiyalılara və e.ə.VIII – VI əsrdə Dağlıq Tacikistandan və Əfqanıstandan İrana miqrasiya etmiş ari tayfalarına çatır (Seyid Əhməd Kəsrəvi Təbrizi , İqrar Əliyev və digər alimlərin fikrinə əsasən). Buna baxmayaraq Ərəb Xilafətinin bu regionlardan çəkilməsindən sonra bu ərazilərə gəlmiş türk-monqol tayfaları mərkəzi, qərbi və bir neçə şimali regionlarda əhalinin etnik mənşəyinə təsir etmişdir. Hal-hazırda buna baxmayaraq İranda yaşayan əhalinin nümayəndələrində: farslarda, kürdlərdə, lurlarda, bəxtiyarilərdə, mazandaranlılarda , gilanlılarda və talışlarda ari-iran etnik mənşəyi dominionluq təşkil edir. Şimalda yaşayan xalqlarda ( Xəzərsahili istisna olmaqla ) türk cizgiləri özünü kəskin biruzə verir.

Ethnologue report for İran – a görə ümumilikdə ölkə ərazisində 69-a yaxın dildə danışan etnik qrup var : farslar , Azərbaycan türkləri , kürdlər , ləklər , gilanlılar , mazandaranlılar , türkmənlər , ərəblər , bəluclar , qaşqaylar , qaraçılar , Xorasan türkləri , talışlar, həzaralar , aymaqlar , lurlar , bəxtiyarilər , tatlar , gürcülər , ermənilər , puştunlar, assuriyalılar , taciklər , yəhudilər , qazaxlar , xələclər və sairə .

Ölkə əhalisinin 98% müsəlmandır. Əhalinin 90%-i şiə təriqətinə məxsusdur. Şiələrdən 85% imamilərdir (İsnə Əşəriyyə), qalanları başqa şiə təriqətlərinə mənsubdurlar- İsmaillilər və Zeydilik. Ölkə əhalisinin 9%- sünnüdür (əksərən kürdlər). Xristianlardan Qriqoryan (ermənilər), Nestorian (assurlar), Roma-katolik həmçinin anqlikan və başqa protestant kilsələrinin nümayəndələri mövcuddur. Ölkədə həmçinin bəhailiyə, iudaizmə və zərdüştlüyə mənsub insanlarda mövcuddur.
Fars dili — İran İslam Respublikasının rəsmi dilidir. Fars dili Hind- Avropa dil ailəsinə mənsubdur. MKİ–nin məlumatlarına əsasən İran dilləri qrupuna aid dillərdə əhalinin 58% danışır. Əhalinin 26%-dən çoxu türk dilləri ailəsinə mənsub dillərdə danışır.

İran İslam Respublikası inzibati cəhətdən 31 ostana bölünmüşdür.

Buşəhr, Cənubi Xorasan, Çahar-Mahal və Bəxtiyari, Əlburz, Ərdəbil, Fars, Gilan, Gülüstan, Həmədan, Hörmüzqan, Xuzistan, İlam, İsfahan, Kirman, Kirmanşah, Kohgiluyə və Boyar-Əhməd, Kürdüstan, Qərbi Azərbaycan, Qəzvin, Qum, Luristan, Mazandaran, Mərkəzi, Rəzəvi Xorasan, Simnan, Sistan və Bəlucistan, Şərqi Azərbaycan, Tehran, Yəzd, Zəncan.

Əhalisinə görə İran şəhərlərinin siyahısı

(2011-ci il siyahısına görə)

İran neft sənayesi yüksək inkişaf etmiş aqrar-sənaye ölkəsidir. Sənayenin inkişafı üçün ölkədə bir sıra imkanların olmasına baxmayaraq, onun artım sürəti sənaye məhsullarına olan tələbatı tam ödəyə bilmir. Neft-qaz sənayesi İran iqtisadiyyatının başlıca sahəsidir və dövlətin gəlirlərinin 90%-i verir. Bu sahə İran Milli Neft Şirkətinə məxsusdur. Ölkə ərazisində neft emalı və neft-kimya müəsisələri fəaliyyət göstərir. Təbii sərvətlərdən neft, qaz, kömür, mis, dəmir, manqanlı və sink-qurğuşun filizləri istehlak edilir. Ölkənin cənubu, cənub-qərbi və şimal-qərbi neft və qazla zəngindir. Ən böyük neft emalı zavodları Abadan və Tehran sənaye rayonlarıdır. Ölkədə həmçinin maşınqayırma və metalişləmə, qida və tekstil sənayesi inkişaf etmişdir. Metallurgiya yerli xammala əsaslanır. İsfahan şəhərində tam dövriyyəli qara metallurgiya müəssisəsi fəaliyyət göstərir. Əlvan metallurgiya zavodlarında əsasən mis və alüminium istehsal edilir. Maşınqayırma sənayesinin inkişafında Almaniya və Böyük Britaniyaya məxsus şirkətlərin fəaliyyəti böyükdür. Xalçaların kustar üsulla istehsalı geniş yayılmışdır. Təbriz, İsfahan, Məşhəd şəhərlərində toxunan xalçalar, Şiraz, Tehran, İsfahanda hazırlanan bəzək əşyaları dünya bazarında yüksək qiymətləndirilir. Əsasən xam neft və neft məhsulları, metal filizləri, kənd-təsərrüfatı məhsullarının ixracı üstünlük təşkil edir. Ölkəyə xaricdən ağır maşınqayırma və kimya sənayesi, maşın, dəmir, polad, tekstil malları, kağız idxal olunur. Əsas ticarət əməkdaşlarına Türkiyə, BƏƏ, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya daxildir.

İranda ABŞ-ın tətbiq etdiyi ölkəni neft gəlirlərinin yarısından məhrum edən sanksiyaların təsiri altında 2019-cu ildə inflyasiya tempi kəskin artıb. 2019-cu ilin aprel ayında bu ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 51.4 faiz artıb. Hələ neft ixracının tam qadağan olunmasına qədər İranın neft ixracı kəskin azalmışdı. Belə ki, 2019-cu ilin aprel ayında İran gündə 1 milyon barreldən də az neft sata bilib. Bir il əvvəl isə gündə 2.3 milyon barrel neft satırdı. Hesablamalara görə ABŞ-ın sanksiyalarının təsiri nəticəsində İran iqtisadiyyatı bir ildə azı 10 milyard dollar gəlirdən məhrum olub.

Ölkədə şimal-qərbdən cənub-şərq istiqamətində illik yağıntıların miqdarının azalması müşahidə edilir. Kənd təsərrüfatının inkişafı üçün ən əlverişli şərait Xəzərsahili bölgələrdə, və Azərbaycan ostanlarındadır. İran ərazisinin təxminən 2/3 hissəsini tutan Dəşti-Kəbir və Dəşti-Lüt kənd təsərrüfatına tamamilə yararsızdır. Kənd təsərrüfatı məhsullarının böyük hissəsini bitkiçilik verir. Dənli bitkilərin əkinləri üstünlük təşkil edir. Buğda və arpa əkinlərinə ölkənin bütün əyalətlərində rast gəlindiyi halda, çəltik əsasən Gilan və Mazandaran ostanlarında yetişdirilir. Texniki bitkilərdən şəkər çuğunduru ölkənin bütün bölgələrində, çay, tütün, pambıq Xəzərsahili bölgələrdə yetişdirilir. İran dünya bazarına müxtəlif boyaq bitkiləri, həna və zəfəran çıxarır. Bağçılıq və üzümçülük qədim zamanlardan inkişaf etdirilir.

Heyvandarlıq davar saxlanması üzrə ixtisaslaşmışdır. Qoyunçuluq Şərqi və Qərbi Azərbaycan, Xorasan, İsfahan, Fars, Mazandaran ostanlarında yayılmışdır.

İran bütün dünyada təbii qaz ehtiyatının 16%-nə malikdir. Əsas qaz yataqları Fars körfəzi şelfində həmçinin ölkənin şimali-şərqində yerləşir.

İran konstitutsiyasına əsasən milli neft hasil edən müəssisə aksiyalarının xarici kompaniyalara satılması və ya onlara neft hasil etməyə icazə verilməsi qadağandır. Neft yataqlarının kəşfini İran Milli Neft Kompaniyası aparır (İMNK). 1990-cı illərin sonlarından başlayaraq neft sektoruna xarici investorlar gəlmişdir (Fransa-Total və Elf Aquitaine, Malayziya-Petronas, İtaliya- Eni həmçinin Çin Milli Neft Kompaniyası). Onlar kompensasiya edilmiş kontraktlar əsasında hasil edilmiş neftin bir hissəsini əldə edirlər, müddət bitdikdən sonra isə yataqları İMNK-nın nəzarətinə verirlər.




#Article 35: Almaniya (5035 words)


Almaniya ( ) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası () — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikasıdır. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ dan sonra dünyada ən çox köç edilən ölkədir.

Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir. Paytaxtı və ən böyük metropolisi Berlin olsa da, ölkənin əsas maliyyə mərkəzi və ən məşğul hava limanı Frankfurtdur. Almaniyanın digər böyük şəhərlərinə Hamburq, Münxen, Köln, Ştuttqart, Düsseldorf, Leypsiq, Drezden, Bremen, Hannover və Nürnberq aiddir.

Müasir Almaniyanın şimal hissələri antik dövrlərdən etibarən qədim germanlar tərəfindən məskunlaşılmışdır. Miladi tarixlə 100-cü ildən əvvəl həmin region orada məskunlaşan tayfaların adı ilə Germaniya olaraq adlandırılmışdır. Xalqların böyük köçü ərzində german tayfaları cənub istiqamətində də yayılmışdırlar. 10-cu əsrin başlanğıcından etibarən alman əraziləri Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olmuşdur. 16-cı əsr ərzində Şimali Almaniya regionları protestant reformasiyasının mərkəzi rolunu oynamışdır. Müqəddəs Roma İmperiyasının dağılmasından sonra, 1815-ci ildə Almaniya ittifaqı formalaşmışdır. Almaniyada 1848-1849-cu illər inqilabı Frankfurt Parlamentində mühüm demokratik hüquqların təsis edilməsi ilə nəticələnmişdir.

Bugün suveren dövlət olan Almaniya kansler tərəfindən rəhbərlik olunan federal, parlamentli respublikadır. Güclü iqtisadiyyata sahib olan Almaniya dünya ölkələri arasında nominal ÜDM göstəricilərinə görə dördüncü, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə beşinci yerdədir. Bəzi sənaye və texnoloji sektorlarda qlobal lider olan Almaniya dünya üzrə malların həm ixracına, həm də idxalına görə üçüncüdür. İnkişaf etmiş ölkə kimi yüksək həyat standartlarına, sosial təhlükəsizlik və universal səhiyyə sisteminə, təbiətin mühafizəsi və pulsuz ali təhsil sisteminə sahibdir.

Almaniya Federativ Respublikası 1957-ci ildə yaradılmış Avropa İqtisadi Birliyi və 1993-cü ildə əsası qoyulmuş Avropa İttifaqı kimi təşkilatların qurucu üzvlərindən biridir. Şengen zonasına daxil olan bu ölkə 1999-cu ildə yaradılmış Avrozonanın həmtəsisçisidir. Bundan başqa, Almaniya BMT, NATO, G7, G20, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təşkilatların da üzvüdür. Zəngin mədəni tarixi ilə məşhur olan bu ölkə təsirli və uğurlu rəssamların, filosofların, musiqiçilərin, idmançıların, sahibkarların, alimlərin, mühəndislərin və ixtiraçıların ev sahibi olmağa indi də davam edir. Ümumdünya irsi siyahısına daxil olan mədəni abidələri ilə zəngin olan Almaniya dünyanın əsas turizm məkanlarından biri hesab olunur.

Almaniya sözü müxtəlif dillərdə müxtəlif cür səslənir. Məsələn, ingilis dilində Germany, alman dilində Deutschland, fransız dilində Allemagne, polyak dilində Niemcy kimi. Germanlar tayfası etnonimindəndir. Alman dilində Deutschland adlanır. Müasir ad  adından törənmişdir. Deutsch sözü ( sözündən törənmişdir) ilk anlamda xalqa aid olan mənasını verir və ilk dövrlərdə dilə aid işlənirdi. Land ölkə deməkdir. Ölkə adının müasir yazılış forması XV əsrdən işlənir.

Mauer-1 çənə sümüyünün kəşfi nəticəsində Almaniyada ilk insanların ən azı 600,000 il əvvəl yaşamağa başladığı müəyyən olunmuşdur. Dünyanın ən qədim ov silahı da 1994 və 1998-ci illər aralığında Şöningen şəhərindəki kömür mədənində kəşf olunmuşdur. Həmin mədəndən uzunluğu 1.82 ilə 2.25 metr arasında dəyişən ümumilikdə səkkiz ədəd 380,000 il yaşı olan taxtadan hazırlanmış nizələr tapılmışdır. Almaniyada yerləşən Neandertal vadisi Neandertal insanı adlanan yeni insan növünə aid fosillərin ilk dəfə kəşf olunduğu yerdir. Buradan tapılmış Neandertal-1 fosillərinin 40,000 yaşında olduğu bilinir. Bənzər şəkildə, müasir insanlara aid dəlillər Ulm şəhəri yaxınlığında, Şvabiya Alpları adlanan ərazidə yerləşən mağaralarda aşkar olunmuşdur. Həmçinin, 42,000 yaşlı quş sümüyü, indiyə qədər tapılmış ən qədim musiqi aləti hesab olunan, mamont dişindən hazırlanmış fleyta, indiyə qədər kəşf olunmuş ən qədim incəsənət fiquru olan Aslan-adam heykəli və 35,000 il yaşı olan, ən qədim insan təsvirindən ibarət olan incəsənət fiquru Hol-Fels Venerası da Almaniya ərazisindəki mağaralarda aşkar olunmuşdur. Saksoniya-Anhalt vilayətinin Nebra yaşayış məntəqəsi yaxınlığında kəşf olunmuş Nebra səma diski Avropa tunc dövrü ərzində tuncdan hazırlanmış əl işidir. Həmin əl işi UNESCO-nun Dünya mirası proqramına daxil edilmişdir.

Qədim germanların Tunc dövründə və ya Dəmir dövrünün əvvəlində ortaya çıxdığı güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə Skandinaviyanın cənubu və Almaniyanın şimalından gələn qəbilələr cənuba, şərqə və qərbə yayılaraq keltlər, qalliyalılar, slavyanlar, baltlar və İrandilli xalqlar ilə əlaqəyə girdilər. Oktavian Avqustun rəhbərliyi altında Roma İmperiyası qoşunları Germaniyanı işğal etməyə başlamışdır. Miladi tarixlə 9-cu ildə Publius Varın rəhbərlik etdiyi üç Roma legionu Armininin rəhbərlik etdiyi german tayfalarından biri olan xerusk tayfası ilə döyüşdə məğlubiyyətə uğradı. Tasit Kornelinin yazdığı əsərə görə german tayfaları təqribən 100-cü ildə müasir Almaniyanın yerləşdiyi ərazidə məskunlaşdı. Buna baxmayaraq, Roma İmperiyası ilə german tayfaları arasında baş vermiş müharibələr nəticəsində Avstriya, Baden-Vürtemberq, Bavariya və Hessen əyalətinin cənubu işğal olundu və Roma vilayətlərinə birləşdirildi.

Köln müharibəsindən Otuzillik müharibənin başa çatmasına qədər olan müddət ərzində baş verən dini münaqişələr alman ərazilərini viran hala salmışdı. Həmin müharibələr nəticəsində alman dövlətləri öz əhalisinin təqribən 30 faizini, bəzi yerlərdə isə 80 faizindən çoxunu itirdi. 1648-ci ildə imzalanan Vestfaliya sülhü bu din müharibələrini bitirdi. Həmin sülh müqaviləsi nəticəsində imperiya bir neçə müstəqil dövlətə parçalandı. 1740-cı ildən sonra, Avstriyada hökm sürən Habsburqlar sülaləsi və Prussiya dövləti alman əyalətlərini öz tərəflərinə çəkib ölkəyə tamamilə hökm etməyə başladılar.

Napoleonun hakimiyyətdən düşməsinin ardınca, 1814-cü ildə toplanmış Vyana konqresi zamanı 39 suveren dövlətdən ibarət Almaniya İttifaqının əsası qoyuldu. İttifaqın daimi prezidenti olaraq Avstriya imperatorunu təyin etməsi konqresin Prussiyanın alman dövlətləri arasında artan nüfuzunu qəbul etməməsindəki uğursuzluğu göstərirdi ki, bu da Hohenzollern və Habsburqlar sülalələrinin hakimiyyət uğrunda uzunmüddətli çəkişmələrinin yaranmasına səbəb olmuşdu. Vyana konqresinə cavab olaraq Avropanın bir çox ölkələrində narazılıqlar baş verdi. Xüsusilə də Almaniyada elm və fəlsəfə sahələrində müşahidə olunan inkişaf və liberalizm hərəkatı xalqların öz hüquqlarını axtarmasında əsas faktor oldu. Alman gömrük ittifaqının yaradılması müxtəlif alman dövlətləri arasında iqtisadi vəhdətin yaranmasına səbəb oldu.

Bu dövrdə alman xalqının əksər hissəsi Böyük Fransa inqilabı və millətçilik hərəkatından təsirləndi. 1832-ci ilin may ayında təşkil edilmiş Hambax festivalı alman xalqı arasında birlik, azadlıq və demokratiya meyillərini gücləndirən əsas hərəkat oldu. Avropada baş vermiş 1848-ci il üsyanları nəticəsində Fransada respublika elan olundu. Bu hərəkatın uğurla başa çatması ilə birlikdə alman intellektuallar və xalq da Almaniyada inqilab başlatdılar. Başlanğıcda hökmdarlar tələb edilən liberal haqları təsdiqlədi. Prussiya kralı IV Fridrix Vilhelmə bir neçə haqqı alınmış şəkildə krallıq təklif olunsa da, bunu qəbul etmədi. Ölümündən sonra onun yerinə hakimiyyətə I Vilhelm gəldi.

Kral I Vilhelm 1862-ci ildə Otto fon Bismarkı Prussiyanın baş naziri vəzifəsinə təyin etdi. Bismark 1864-cü ildə baş vermiş Danimarka ilə müharibə nəticəsində bəzi əraziləri ələ keçirdi. Prussiya qoşunları 1866-cı ildə Avstriya ilə müharibədə də qalib gələrək Şimali Alman İttifaqını yaratdı və Avstriyanı bu ittifaqa daxil etmədi. Fransa-Prussiya müharibəsində fransızları məğlub etdikdən sonra, 1871-ci ildə Versal sarayında toplaşan alman şahzadələri Avstriya və İsveçrənin almandilli əraziləri istisna olmaqla, Almaniyanın bütün parçalanmış hissələrini vahid dövlətdə birləşdirərək Almaniya İmperiyasının əsasını qoydular. Ölkənin qurucusu Prussiya Krallığı idi. İmperiyaya Hohentsollern sülaləsi başçılıq edirdi və ölkənin paytaxtı Berlin seçilmişdi.

İmperiyanın qurulması dövründə hakimiyyətdə olan I Vilhelm xarici siyasətdə Almaniyanı digər böyük dövlətlər kimi güclü vəziyyətə gətirmək üçün çalışmışdır. Fransadan diplomatik olaraq uzaq durmağa çalışılmış və müharibədən çəkinilmişdir. II Vilhelmin hakimiyyəti dövründə isə Almaniya digər Avropa ölkələri kimi imperialist siyasət xətti tutmuş və bəzən müstəmləkələri məsələsində qonşu dövlətlərlə mübarizəyə girmişdir. 1879-cu ildə Almaniya ilə Avstriya-Macarıstan imperiyaları Rusiyanın mümkün müdaxiləsinə qarşı bir-birlərinə kömək etmək məqsədilə İkili ittifaq yaratmışdır. Oxşar şəkildə, Birləşmiş Krallıq, Fransa və Rusiya da Rusiyanın Balkanlardakı maraqlarına qarşı Avstriya müdaxiləsi, həmçinin Almaniyanın Fransaya müdaxilə etməsi ehtimalına qarşı ittifaq yaratmışdır.

Almaniyanın imperialist siyasətinin ölkə xaricinə çıxması nəticəsində dövlət digər Avropa gücləri kimi Afrikanın bölüşdürülməsində iştirak etmişdir. 1884-cü ildə keçirilmiş Berlin konfransı zamanı Afrika ərazisi Avropanın böyük gücləri arasında bölünmüşdür. Həmin bölüşdürülmə nəticəsində Almaniyanın payına Alman Şərqi Afrikası, Alman Cənub-Qərbi Afrikası, Toqo və Kamerun düşdü. Sonradan, Almaniya öz müstəmləkə imperiyasının sahəsini genişləndirərək Sakit Okeanda yerləşən Alman Yeni Qvineyası, Alman Mikroneziyası, Alman Samoası və Çin ərazisi hesab olunan Tszyao-Çjou körfəzini öz ərazilərinə daxil etdi. 1904 və 1907-ci illər aralığında Cənub-Qərbi Afrikanın (müasir Namibiya) alman müstəmləkə hökuməti müstəmləkə idarəçiliyinə qarşı üsyana qalxan yerli Herero və Namaka xalqlarına qarşı cəza tədbiri olaraq qətliam həyata keçirmişdir ki, bu da sonradan İyirminci əsrin ilk soyqırımı kimi tarixə keçmişdir. Ümumilikdə, təqribən yüz min insan, hereroların 80 faizi, namakaların isə 50 faizi qətlə yetirilmişdir.

Uğurla başa çatan 1918-ci ilin noyabr inqilabının ardınca respublika elan olundu. 9 noyabr 1918-ci ildə qurulduğu elan olunan dövlət öz adını milli məclisin yeni konstitusiyanı formalaşdırmaq üçün toplaşdığı Veymar şəhərindən alırdı. Bu hadisədən əvvəl Roza Lüksemburq və Karl Libknext 1918-ci ildə Almaniya Kommunist Partiyasını təsis etmişdilər. Bundan başqa, Alman Fəhlə Partiyası isə 5 yanvar 1919-cu ildə quruldu. Bu partiya daha sonra, 24 fevral 1920-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasına çevrildi. Bu vacib partiyalardan əlavə bir çox başqa partiyalar da mövcud idi.

Mühüm sənaye mərkəzlərində qanlı küçə döyüşlərinin baş verdiyi səs-küylü dövr, Rur bölgəsinin Belçika və Fransa qoşunları tərəfindən işğal edilməsi, 1922-1923-cü illərdə baş verən hiperinflyasiya və Almaniyadakı iqtisadi böhranı yatırmaq üçün təklif olunan Daues planı, həmçinin 1924-cü ildə yeni valyutanın yaradılması ölkədə bədii inovasiya və liberal mədəni həyatın inkişaf dövrü hesab olunur. Tarixçilər 1924 və 1929-cu illər aralığındakı periodu qismən stabilləşmə dövrü kimi təsəvvür edirlər. Qlobal miqyaslı Böyük böhran Almaniyanı 1929-cu ildə vurdu. 1930-cu ildə keçirilən federal seçkilərdən sonra, prezident Paul fon Hindenburq tərəfindən kansler Henrix Brüninq hökumətinə parlament icazəsi olmadan hərəkət etmə imkanı verildi. Brüninq hökuməti sərt maliyyə siyasəti həyata keçirdi ki, bu da 1932-ci ilə qədər ölkədəki işsizliyin təqribən 30 faizədək yüksəlməsinə səbəb oldu.

Adolf Hitler tərəfindən rəhbərlik olunan Nasional Sosialist Alman Fəhlə Partiyası 1932-ci ildə keçirilmiş xüsusi federal seçkilərdə qalib gəldi. Bir neçə uğursuz kabinetdən sonra, prezident Hindenburq 30 yanvar 1933-cü il tarixində Adolf Hitleri Almaniya kansleri elan etdi. Reyxstaq binasında baş verən yanğın hadisəsindən sonra, əsas mülki hüquqların ləğv olunması barədə fərman imzalandı və bir neçə həftə ərzində Daxauda ilk nasist həbs düşərgəsi açıldı. 1933-cü ildə qəbul olunmuş qanun nəticəsində Hitler qeyri-məhdud hakimiyyət əldə etdi. Bundan qısa müddət sonra onun rəhbərlik etdiyi hökumət totalitar dövlət formalaşdırdı, milli referendumun nəticələrinə əsasən ölkə Millətlər Liqasını tərk etdi və Almaniyanın yenidən silahlanması prosesi başladıldı.

Büdcə kəsirini bağlamaq və iqtisadiyyatı yeniləmək məqsədilə əsas diqqət hökumət tərəfindən maliyyələşdirilən ictimai işlərə yönəldildi. 1934-cü ildə cəmi 1.7 milyon alman (əhalinin təqribən 2 faizi) ictimai iş layihələrində fəaliyyət göstərərək həm gəlir qazanır, həm də sosial mənfəət əldə edirdi. Bu cür layihələrdən ən məşhuru isə yüksək sürətli avtomobil yolları ilə bağlı idi. Növbəti beş il ərzində bu cür iqtisadi layihələr sayəsində işsizlik azaldı və həm saatlıq, həm də həftəlik ortalama əmək haqqılarda artım baş verdi.

Rejim 1935-ci ildə Versal sülh müqaviləsindən çıxdı və yəhudiləri, həmçinin digər etnik azlıqları hədəf alan Nürnberq qanunları qəbul olundu. Almaniya həmçinin 1935-ci ildə Saar bölgəsində nəzarəti yenidən ələ keçirdi, 1936-cı ildə Reynboyu vilayətinə daxil oldu, 1938-ci ildə Avstriya anneksiya olundu, Münhen sazişi ilə birlikdə Çexoslovakiyanın Sudet bölgəsi anneksiya olundu və 1939-cu ilin martında Münhen sazişinin müddəalarına zidd şəkildə Çexoslovakiyanın işğalı prosesi başladı.

Hitlerin bu hərəkətlərinə cavab olaraq, iki gün sonra, 3 sentyabrda Almaniyanın Böyük Britaniya tərəfindən hərbi əməliyyatların dərhal dayandırılması barədə göndərilən ultimatuma məhəl qoymaması nəticəsində Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-cı ilin payızında alman qoşunları Danimarka, Norveç, Niderland, Belçika, Lüksemburqu işğal etdi, həmçinin Fransanın əksər hissəsini işğal edərək fransız hökumətini atəşkəs imzalamağa məcbur etdi. Elə həmin il ingilislər alman hava hücumunun qarşısını almağa nail oldu. 1941-ci ildə alman qoşunları Yuqoslaviya, Yunanıstan və Sovet İttifaqı ərazilərinə daxil oldu. 1942-ci ilə qədər Almaniya və müttəfiqləri Avropa qitəsinin böyük hissəsini və Şimali Afrikanı ələ keçirə bilsə də, Sovet qoşunlarının Stalinqrad döyüşündə qalib gəlməsinin ardınca, müttəfiq qoşunlar Şimali Afrikanı geri qaytardı və 1943-cü ildə İtaliya ərazisinə daxil oldu. Alman qoşunları ardıcıl hərbi məğlubiyyətlərə məruz qaldı. 1944-cü ilin iyununda Antihitler koalisiyası qoşunları Overlord əməliyyatı ilə birlikdə Fransa ərazisinə daxil oldu. Bununla eyni zamanda, Şərq cəbhəsində Sovet qoşunları Şərqi Avropanın içərilərinə doğru irəliləməyə başladı. Alman qoşunlarının Arden meşələri istiqamətində sonuncu əks-hücum cəhdinə baxmayaraq, 1944-cü ilin sonlarına qədər müttəfiqlər Almaniyaya daxil ola bildi. Hitlerin ölümünün ardınca, Berlin döyüşü ərzində, 8 may 1945-ci ildə alman silahlı qüvvələrinin təslim olması nəticəsində Avropada İkinci dünya müharibəsi başa çatdı. İkinci dünya müharibəsinin başa çatmasından sonra, nasist rejimin keçmiş üzvləri törətdikləri müharibə cinayətlərinə görə Nürnberq prosesinə cəlb olundu.

Sonradan Holokost olaraq bilinən hadisələr zamanı alman hökuməti azlıqları təqib etmiş və Avropanın müxtəlif nöqtələrində yerləşən nasist həbs və ölüm düşərgələri şəbəkəsi vasitəsilə özlərindən aşağı səviyyədə gördükləri insanlara qarşı soyqırım həyata keçirmişdir. Nasistlər tərəfindən həyata keçirilmiş bu soyqırımlar nəticəsində 6 milyon yəhudi, 220,000 ilə 1,500,000 arasında qaraçı, 275,000 əlil, minlərlə Yehovanın Şahidləri, yüz minlərlə Almaniya əleyhinə fikirləri olan siyasi və dini şəxsiyyət də daxil olmaqla, ümumilikdə 17 milyon insan sistematik şəkildə qətlə yetirilmişdir. Alman qoşunları tərəfindən işğal olunmuş ərazilərdə aparılan nasist siyasəti nəticəsində 2.7 milyon polyak, 1.3 milyon ukraynalı, 1 milyon belorus və 3.5 milyon Sovet müharibə əsiri öldürülmüşdür. Bunlara əlavə olaraq, alman işğalı altındakı Avropa ərazilərindən toplanmış 12 milyon insan Almaniya sənayesində kölə kimi istifadə olunmuşdur. Müharibə nəticəsində Almaniya 5.3 milyon insan itirmişdir. Müharibənin başa çatmasından sonra təqribən 12 milyon etnik alman məcburi şəkildə Şərqi Avropadan çıxarılmışdır. Almaniya bu müharibə səbəbilə müharibədən əvvəlki ərazisinin dörddə bir hissəsini itirmişdir. Strateji bombardmanlar və quru döyüşləri bir çox şəhərin və mədəni abidələrin dağılmasına səbəb olmuşdur.

Nasist Almaniyasının təslim olmasından sonra, Antihitler koalisiyası Berlin və Almaniyanın qalan bütün ərazilərini dörd işğal zonasına böldü. Fransa, Birləşmiş Krallıq və ABŞ tərəfindən nəzarət olunan qərb sektoru adlanan ərazidə 23 may 1949-cu ildə Almaniya Federativ Respublikasının əsasının qoyulduğu halda, 7 oktyabr 1949-cu ildə Sovet işğal zonasında Almaniya Demokratik Respublikası yaradıldı. Bu ölkələr qeyri-rəsmi şəkildə müvafiq olaraq Qərbi Almaniya və Şərqi Almaniya adlanırdı. Şərqi Almaniya Şərqi Berlini öz paytaxtı elan etsə də, iki dövlət həll yolunu müvəqqəti status-kvo kimi qəbul edən Qərbi Almaniya isə Bonn şəhərini paytaxt seçdi.

Federal parlamentli respublika şəklində qurulan Qərbi Almaniya sosial bazar iqtisadiyyatı modelinə üstünlük verdi. Qərbi Almaniya 1948-ci ilin əvvəlində Marşal planı adlanan ABŞ tərəfindən Avropa ölkələrinə yönələn dəstəyin əsas alıcısına çevrildi və bundan öz sənayesini yenidən qurmaq üçün istifadə etdi. Konrad Adenauer 1949-cu ildə Almaniyanın ilk federal kansleri seçildi və 1963-cü ilədək bu vəzifədə qaldı. Onun və onun ardınca kansler seçilən Lüdviq Erhardın dövründə ölkə 1950-ci illərin başlanğıcından etibarən uzunmüddətli iqtisadi artım əldə etdi ki, bu da sonradan tarixə iqtisadi möcüzə kimi daxil oldu. Almaniya Federativ Respublikası 1955-ci ildə NATO-ya daxil oldu və 1957-ci ildə əsası qoyulan Avropa İqtisadi Birliyi adlı təşkilatın qurucu üzvlərindən biri oldu.

Şərqi Almaniya isə bir Şərq bloku dövləti kimi işğal qüvvələri və Varşava Müqaviləsi Təşkilatı vasitəsilə SSRİ-nin siyasi və hərbi nəzarəti altında idi. Şərqi Almaniyada demokratiya elan olunmasına baxmayaraq, bütün siyasi güc kommunistlər tərəfindən idarə olunan Almaniya Sosialist Birlik Partiyasının aparıcı üzvlərinin əlində cəmləşmişdi və geniş səlahiyyətləri olan xüsusi xidmət orqanı cəmiyyətin bir çox aspektlərinə nəzarət edirdi. Ölkədə Sovet tərzi planlı iqtisadiyyat yaradıldı və Şərqi Almaniya Qarşılıqlı İqtisadi Yardımlaşma Konseyinə üzv qəbul olundu. Ölkənin sosial proqramını anladan və bunun faydalarından bəhs edən kommunist təbliğatına baxmayaraq, bir çox vətəndaş qərbdəki siyasi azadlıq və iqtisadi rifaha heyranlıq hissi ilə yanaşırdı.

Şəkil:Berlin reichstag west panorama 2.jpg|thumb|upright=1.25|Almaniyanın yenidən birləşməsi 3 oktyabr 1990-cı ildə elan olundu. 1999-cu ildən etibarən Berlində yerləşən Reyxstaq binası alman parlamenti olan Bundestaqın iclas yeri hesab olunur.

Almaniyanın yenidən vahid dövlət halında birləşdirilməsindən sonra ölkə Qərbi Almaniyanın əvvəlcədən üzv olduğu təşkilatlardakı mövcudluğunu saxladı. 1994-cü ildə qəbul olunmuş Berlin-Bonn aktına əsasən Berlin şəhəri yenidən birləşmiş Almaniyanın paytaxtı seçildi, Bonn şəhəri isə federal şəhər statusu əldə etdi və bəzi nazirliklər burada saxlanıldı. Hökumətin yerdəyişməsi 1999-cu ildə tamamlandı. 1998-ci ildə keçirilmiş seçkilərin nəticələrinə görə Almaniya Sosial-Demokrat Partiyasının üzvü Gerhard Şröder Almaniyanın federal kansleri təyin olundu. Şröderin hökumət başçısı olduğu iki dövr ərzində həyata keçirilən islahatlar nəticəsində əmək bazarı daha çevik hala gəldi və işsizlik azaldı.

Yenidən birləşmədən əvvəl mövcud olan şərqi alman iqtisadiyyatının modernizasiyası və qərbə inteqrasiyası prosesinin uzunmüddətli olacağı və 2019-cu ilə qədər davam edəcəyi gözlənilirdi. Qərbdən şərqə illik transferin təqribi məbləği 80 milyard ABŞ dolları olaraq hesablanmışdır.

Yenidən birləşmədən sonra Almaniya Avropa İttifaqında daha aktiv rol oynamağa başlamışdır. 1992-ci ildə Almaniyanın Avropalı tərəfdaş ölkələrlə birlikdə Maastrixt sazişi imzalamasının ardınca, 1999-cu ildə Avrozona yaradıldı və 2007-ci ildə Lissabon müqaviləsi imzalandı. Almaniya Balkanlarda stabilliyi qorumaq məqsədilə öz sülhməramlılarını buraya göndərdi, həmçinin öz qoşunlarının bir hissəsini Taliban terror qruplaşması ilə mübarizə aparmaq üçün NATO-nun tərkib hissəsi kimi Əfqanıstana göndərdi. Qoşunların xarici ölkələrdəki münaqişə zonalarına göndərilməsi Almaniyanın öz qoşunlarını yalnız müdafiə məqsədilə istifadə etmək barədə olan yerli qanunları ilə ziddiyyət təşkil edirdi.

Qərbi və Mərkəzi Avropa regionlarında yerləşən Almaniya şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənub-şərqdən Avstriya, cənub-qərbdən İsveçrə, qərbdən Fransa, Lüksemburq və Belçika, şimal-qərbdən Niderlandla həmsərhəddir. Ölkə 47° və 55° şimal paralelləri, həmçinin 5° və 16° şərq meridianları arasında yerləşir. Mərkəzi Avropanın üçüncü ən böyük gölü olan Boden gölü Almaniya, İsveçrə və Avstriya dövlətlərinin sərhədində yerləşir. Almaniyanın ümumi sahəsi 357,021 km² təşkil edir ki, bunun da 349,223 km²-i quru sahədən, 7,798 km²-i isə su sahəsindən ibarətdir. Ölkə ərazisinin böyüklüyünə görə Avropada yeddinci, dünyada isə 64-cü yerdədir.

Yüksəklik aralığı cənubda Alp dağlarından başlayır və şimal-qərbdə Şimal dənizi, şimal-şərqdə Baltik dənizinə qədər müxtəliflik təşkil edir. Mərkəzi Almaniyadakı meşəlik ərazidəki yaylalarla şimaldakı alçaq səviyyədə yerləşən düzənliklərə çıxış Reyn, Dunay və Elba çayları vasitəsilə təmin olunur. Ölkə ərazisində rast gəlinən mühüm təbii resurslara dəmir filizi, kömür, potaş, linyit, uranium, mis, təbii qaz, duz, nikel və su daxildir.

Almaniyanın əksər hissəsində rütubətli qərb küləklərinin üstün olduğu mülayim iqlim üstünlük təşkil edir. Ölkə Qərbi Avropanın dəniz iqlimi və Şərqi Avropanın kontinental iqlimi arasında yerləşir. İqlim Qolfstrim cərəyanının şimal uzantısı hesab olunan Şimali Atlantika cərəyanının təsiri altındadır. Bu isti cərəyanların təsiri nəticəsində Şimal dənizinin sahilində yerləşən ərazilərdə dəniz iqlimi hakimdir. Almaniyada illik ortalama 789 mm atmosfer yağıntıları müşahidə olunur və davamlı quru mövsümlərə rast gəlinmir. Qış mövsümü sərin, yay isə ilıq olur. Yay aylarında temperatur 30 °C-dək yüksəlir.

Şərq bölgələrində iqlim nisbətən quru olur. Ölkənin mərkəzi və qərb bölgələrində isə dəniz iqlimi və kontinental iqlim müxtəliflik göstərir. Almaniyanın əksər hissələrində dəniz iqlimi və kontinental iqlimin hakim olmasına baxmayaraq, ucqar cənubda Alp dağlarında isə daha aşağı temperatur və daha artıq atmosfer yağıntıları müşahidə olunur.

Ölkə ərazisində indiyə qədər qeydə alınmış ən yüksək temperatur 40,3 °C (2015-ci ilin iyulunda, Kitzingen şəhəri) olduğu halda, ən aşağı temperatur isə −37.8 °C (1929-cu ilin fevralında, Pfaffenhofen-an-der-İlm şəhəri) qeydə alınmışdır.

Almaniya ərazisi iki ekoloji bölgəyə ayrılır: Avropa-Aralıq dənizi dağlıq qarışıq meşələri və Şimal-şərqi Atlantik şelf zonası. 2008-ci ilə olan məlumata əsasən Almaniya ərazisinin əsas hissəsi kənd təsərrüfatına yararlı torpaq (34%), meşələr (30.1%), daimi otlaqlar (13.4%) və 11,8%-i isə yaşayış məntəqələrindən ibarətdir.

Bitki və heyvan növləri Mərkəzi Avropanın qalan bölgələri ilə eynidir. Fıstıq, palıd və başqa başqa yarpaqdəyişən ağaclar meşələrin üçdə bir hissəsini təşkil edir. Ölkə boyunca həyata keçirilən yaşıllaşdırma tədbirləri nəticəsində iynəyarpaqlı ağacların sayında artım müşahidə olunur. Küknar və ağ şam yüksək dağlıq ərazilərdə, şam ağacı və qaraşam kimi ağaclar isə düzənlik ərazilərdə üstünlük təşkil edir. Çiçək, göbələk və mamırların müxtəlif növlərinə rast gəlinir. Almaniyada rast gəlinən vəhşi heyvanlara Mərkəzi Avropa qırmızı maralı, çöldonuzu, muflon, adi tülkü, porsuq, boz dovşan və az sayda qunduz daxildir. Mavi əkin güləvəri bir vaxtlar Almaniyanın milli simvolu hesab olunurdu.

Almaniya ərazisində 16 milli park yerləşir. Buna əlavə olaraq, ölkə ərazisində 15 biosfer rezervi və 98 təbiət parkı vardır. Almaniyada qeydiyyatdan keçmiş 400-dən çox zoologiya parkı mövcuddur. 1844-cü ildə açılmış Berlin zooparkı Almaniyanın ən köhnə zooparkı hesab olunur. Burada dünyanın müxtəlif yerlərində rast gəlinən heyvan növləri nümayiş olunur.

Almaniya ərazisində 16 əyalət və bunlara daxil olan 439 rayon vardır.

Almaniya iqtisadiyyatı Sosial yönümlü bazar iqtisadiyyatıdır. Ölkə iqtisadiyyatı üçün yüksək ixtisaslaşmış işçi qüvvəsi, inkişaf etmiş infastruktur, böyük həcmdə kapital ehtiyatı, korrupsiyanın çox aşağı səviyyəsi xarakterikdir. Lakin ölkədə son illər korrupsiyanın və rüşvətin artması meylləri sezilir. Həmçinin Almaniyada yüksək səviyyəli innovasiya mövcuddur.

Almaniyanın ÜDM-i 3.332 milyard dollara bərabərdir. Bu göstəriciyə görə Almaniya Avropada birinci, dünyada isə 4-cü yeri tutur. Bundan başqa Almaniya ixrac həcminə görə dünyada Çindən sonra ikinci yeri tutur. 2009-cu ildə Almaniyanın ümumi ixracatı 1.120 trilyon dollar olmuşdur ki, bu da Ümumi Daxili Məhsulun üçdə birini təşkil edir. Almaniya külək və günəş enerjisinə aid olan məhsulların istehsalına görə dünyada birinci yeri tutur. Hər il beynəlxalq ticarətə dair konfranslar Almaniyanın müxtəlif şəhərlərində, Hannover, Frankfurt və Berlində keçirilir. Ölkə ixracatının əsas hissəsini mühəndislik ixtisasına aid məhsullar tutur. Bunlar avtomobil və müxtəlif maşınlar, kimya və metal məhsullarıdır.

Almaniyada fəal işçi qüvvəsinin sayı 43.5 milyondur, işsizlik səviyyəsi isə 2010-cu il Oktyabr ayı məlumatlarına görə 6,7%-dir. İşçi qüvvəsinin 67%-i xidmət sahəsində, 29%-i sənayedə, təxminən 2%-i isə kənd təsərrüfatında təmsil olunub. Ölkədə adambaşına düşən ümumi daxili məhsul miqdarı 42.000 ABŞ dollarıdır. Lakin bunula belə 20 il əvvəl vahid dövlətdə birləşməsinə baxmayaraq, Şərqi Almaniya iqtisadi cəhətdən Qərbi Almaniyadan hələ də xeyli geridədir. Şərqi Almaniyada insanların gəliri qərbdəkindən 25% aşağıdır, işsizlik isə burada qərbə nisbətən 2 dəfə yüksəkdir. Almaniya hökumətinin planlarına görə Şərqi Almaniya ilə Qərbi Almaniya arasındakı iqtisadi göstəricilərə görə fərqlər 2019-cu ildə tam olaraq aradan qalxmalıdır.

Almaniya iqtisadiyyatı İkinci dünya müharibəsindən sonra sürətli inkişafda olmuşdur. Buna əsas təkan verən faktorlar Marşal planı, müharibədən sonra Almaniyada çoxlu sayda ucuz və yüksək ixtisaslaşmış işçi qüvvəsi, həmçinin vahid Avropa bazarının yaradılması olmuşdur. 1957-ci ildə qurulan Avropa Birliyinin ilk üzvləri Qərbi Almaniya, Belçika, Fransa, Luksemburq, İtaliya, və Niderland olmuşdur. Sürətlə inkişaf edən Qərbi Almaniyaya Türkiyədən, Yunanıstandan, İtaliyadan və Portuqaliyadan çoxlu sayda qastarbayterlər (qonaq işçilər) axın etməyə başladı. Lakin kommunizmin çökməsindən və Almaniyanın birləşməsindən sonrakı illərdə ölkə iqtisadiyyatının artım sürəti azaldı, 2000-ci illərdən sonra isə ümumiyyətlə inkişaf dayandı. Son illər dünyada baş verən iqtisadi böhran Almaniyadan da yan keçməyib, ölkə iqtisadiyyatı 2 il dalbadal, 2009 və 2010-cu illərdə azalmağa doğru gedib.

Aşağıdakı cədvəldə Almaniya iqtisadiyyatının son illərdəki artım tempi və ÜDM həcmi göstərilib:

Almaniya çox yüksək səviyyədə urbanizasiyalaşmış ölkə sayılır. Ölkə əhalisinin təxminən 90 faizə yaxını şəhərlərdə yaşayır. Almaniyada əhalisi 1 milyon nəfərdən çox olan dörd şəhər yerləşir. Bunlar Berlin, Hamburq, Münhen və Köln şəhərləridir.

Almaniyada rəsmi dil Alman dilidir. Bu dil Almaniyada ən geniş yayılmış dildir və demək olar ki, ölkədə yaşayan hər bir insan bu dili yüksək səviyyədə bilir. Həmçinin alman dili Avropa Birliyinin 23 rəsmi dilindən biridir, həmçinin 3 işçi dillərdən biridir. (digər iki işçi dili İngilis dili və Fransız dilidir) Yerli etnik azlıqların dili kimi danimarka dili, sorbiya dili, friziya dilləridir. Həmçinin son illərdə Almaniyaya köç etmiş miqrantların istifadə etdiyi dillər kimi Türk dili Polyak dili, Rus dili və Balkan yarımadasından olan xalqların dilləridir.

Bütün dünyada alman dili 100 milyon nəfər üçün əsas dil, təxminən 80 milyon nəfər üçün isə ikinci dildir. Alman dili Avropa Birliyində olan 90 milyon (18%) nəfər üçün ana dilidir. Almaniya əhalisinin 67% alman dilindən başqa daha bir dil, 27% isə alman dilindən başqa daha iki dil bilir. Ölkədə daha geniş yayılmış xarici dil ingilis dilidir. Xarici dil bilən almanların 51%-i ingilis dilini, 15%-i fransız dilini, 5%-i isə rus dilini bilir.

Xristianlıq Almaniyada Roma İmperiyası və Frank Krallığı dövründə yayılmağa başlayıb. İlk dövrlərdən Almaniya əhalisi Roma Katolik kilsəsinə sadiq olsa da, reformasiya hərəkatı başlanan zamandan etibarən Almaniya katolik kilsəsindən ayrılmağa başladı. 16-cı əsrdən etibarən daha çox alman protestanlığı qəbul etdi. Hal-hazırda da Almaniyadakı xristianların əksəriyyəti protestant olmaqdadır.

İslam barədə Almaniya tarixində çox az şey məlumdur. Almaniya torpağına ilk gələn müsəlmanlar 1683-cü ildə Vyana mühasirəsi zamanı əsir düşmüş türk əsgərləri olmuşdular. Daha sonra onların bir çoxu ya xristianlığı qəbul edərək Almaniyada qalmış, ya da öz vətəninə qayıtmışdılar. Daha sonra rus-osmanlı muharibələrində əsir düşmüş türk əsgərləri bir neçə dəfə Almaniyaya gətirilmişdilər. 1741-ci ildə etibarən Prussiya kralı Frederik II dövründə tatar, Bosniya və Albaniya müsəlmanlarından ibarət 1000 nəfər əsgər olan polk Prussiya ordusunda daimi xidmət edir. Həmin polk Ulan (türkcə oğlan) polku adlanırdı. 1798-ci ildə Almaniyada indiyə qədər mövcud olan ilk müsəlman qəbiristanlığı salınır. Almaniyada ilk məscid 1779-cü ildə tikilir. Lakin müsəlmanların sayı əsas olaraq İkinci dünya müharibəsindən sonra sürətlə artmağa başlayır. Hal-hazırda da müsəlmanlar ateistlərlə birgə sayı sürətlə artan qruplardandır.

Almaniya həmçinin yəhudilərin ənənəvi olaraq yaşadığı ölkələrdən olmuşdur. Almaniyanın birləşməsindən əvvəl, 1989-cu ildə burada 30.000 yəhudi yaşasa da, SSRİ-nin dağılmasının ardından bir çox yəhudinin bura köçməsi onların sayının çoxalmasına səbəb olmuşdur. 2004-cü ildə Almaniyada 200.000 yəhudi yaşayırdı. Bundan başqa ölkədə təxminən 250.000 buddist yaşayır ki, bunların da yarısı Asiya ölkələrindən bura gəlmiş immiqrantlardır.

İdman alman həyatının ayrılmaz hissəsidir. 27 milyon almaniyalı idman klublarının üzvüdür, 12 milyon almaniyalı isə idman ilə individual olaraq məşğul olur. Almaniyada 91.000-dən çox idman klubu fəaliyyət göstərir. Olimpiya oyunlarında qazanılmış medalların sayına görə Almaniya bütün dünyada 3-cü yeri tutur. Həmçinin Almaniya 2 dəfə Olimpiya oyunlarına evsahibliyi edib. Bunlar 1936-cı ildə Berlində və 1972-ci ildə Münhendə keçirilən Olimpiada Oyunları olub.

İdman oyunları içərisində Almaniyada ən geniş yayılan növü futboldur. Almaniya Futbol Assosasiyası özündə 26.000 futbol klubunu və 6.6 milyon üzvü özündə birləşdirən böyük bir qurumdur. Almaniya futbol liqası Bundesliqa dünyadakı peşəkar idman yarışları içərisində özünə ən çox tamaşaçı cəlb edən yarışlardan biri hesab olunur. Futbol üzrə Almaniya yığma komandası 4 dəfə Dünya və 3 dəfə Avropa çempionu olub. Digər yarışlardan hokkey, reqbi, tennis və motorlu yarışlar da Almaniyada geniş yayılıb. Formula-1də alman pilotu Mihael Şumaxer 7 dəfə dünya çempionu olub.

Almaniyada elm orta əsrlərdən bəri sürətlə inkişaf etməkdədir. Hal-hazırda da Almaniyada elmə yatırım çox yüksək səviyyədədir və bu məqam ölkə iqtisadiyyatının sürətlə inkişafına əsas təkan verən amillərdəndir. İndiyə kimi 103 alman Nobel mükafatına layiq görülmüşdür. Müasir dövrdə Almaniyada elmin inkişafına sənaye, universitetlər və dövlət tərəfindən böyük həcmdə yardımlar ayrılır.

Almaniyada yüksək səviyyəli və keyfiyyətli təhsil mövcuddur. Burada təhsil ilə əlaqədar işlərə mərkəzi hökumət deyil, federal əyalətlər cavabdehdir. Uşaq bağçalarına gediş könüllü olsa da, orta məktəbdə 9 illik təhsil ölkədəki bütün uşaqlar üçün məcburi xarakter daşıyır.
Bu gün Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə təhsil alır. Onların demək olar ki, yarısı, 48 faiz qadınlardır. Ümumilikdə 376 ali məktəb ali təhsil təklif edir və bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi və 69-u özəl ali məktəbdir. Ötən illərdə xarici tələbələrin sayı hiss olunacaq dərəcədə artmışdır.

Avropanın yalnız çox az dövlətləri Almaniya kimi çoxtərəfli təhsil imkanları təklif edir. 160-dan çox şəhərdə 376 ali məktəb gənclərə ali təhsil verir. Elmi cəhətdən güclü olan məktəblər yalnız Berlin və Hambuq kimi böyük şəhərlərdə deyil, Haydelberq kimi balaca şəhərlərdəki təhsil məktəbləri də bütün dünyada tanınır.

Bir fakultənin tələbələri nə qədər razıdırlar. Onların elmi təchizatı necədir. Müvafiq universitet və ali məktəb axtarışında tələbələrin çoxlu sualları vardır. Almaniyada onlar öz suallarına Ali məktəb İnkişafı Mərkəzinin (Centrums für Hochschulentwicklung-CHE) siyahılarında tapa bilərlər. AİM-in məlumatları almandilli universitetləri və ali peşə məktəbləri haqqında ən ətraflı və detallı məlumatlardır.

Buraya 35 fənn daxildir və bununla demək olar ki, abituriyentlərin 3/4-dən çoxunun köməyinə gəlir. Təhsilə, təchizata və tədqiqata dair faktlarla yanaşı, həmçinin 250000 tələbənin də təhsil şərtləri və fakultələrin ayrı-ayrı fənn professorları arasındaki çəkisi haqqında fikirləri ilə də tanış olmaq olar.

Ali peşə məktəbi, texniki ali məktəb, universitet, peşə akademiyası: Alman ali məktəb təhsil sistemi çoxtərəflidir və müxtəlif ali məktəb növlərindən ibarətdir. Bu ola bilər ki, ilk baxışda insanı çaşdırır, ancaq həm də o deməıkdir ki, müxtəliflik ən yaxşı təhsil seçiminə imkan yaradır. Təcrübəyə daha çox üstünlük verənlər peşə ali məktəbi, nəzəriyyəyə əsaslanan tədqiqata üstünlük verənlər isə universiteti seçirlər.

Bu gün Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə təhsil alır. Onların demək olar ki, yarısı, 48 faiz qadınlardır. Ümumilikdə 376 ali məktəb ali təhsil təklif edir və bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi və 69-u özəl ali məktəbdir. Ötən illərdə xarici tələbələrin sayı hiss olunacaq dərəcədə artmışdır.

Avropanın yalnız çox az dövlətləri Almaniya kimi çoxtərəfli təhsil imkanları təklif edir. 160-dan çox şəhərdə 376 ali məktəb gənclərə ali təhsil verir. Elmi cəhətdən güclü olan məktəblər yalnız Berlin və Hambuq kimi böyük şəhərlərdə deyil, Haydelberq kimi balaca şəhərlərdəki təhsil məktəbləri də bütün dünyada tanınır.

Almaniyada xarici siyasət orqanları bir sıra özünəməxsusluğa malikdirlər. Xarici siyasət sahəsində federal torpaqların səlahiyyətləri kifayət qədər məhduddur. Xarici əlaqələrin federal orqanları ikipalatalı parlament, prezident, federal kansler və hökumət, xarici işlər naziridir. İkipalatalı parlament bundestaq və bundesratdan ibarətdir.

Xarici əlaqələrin ali orqanı prezident olsa da, real hakimiyyət, demək olar ki, tamamilə icra edici hakimiyyətin — hökumət və onun başçısı kanslerin əlindədir. Hətta buna görə alman sistemini hərdən kansler diktaturası adlandırırlar.

Parlament qanunverici formalaşdırmaya ehtiyac duyan xarici əlaqələr məsələləri həll edir. Hər palatanın ayrıca xarici işlər üzrə komissiyası var. Bütövlükdə xarici əlaqələr sahəsi faktiki olaraq prezidentin, federal kanslerin, federal hökumətin və xarici işlər nazirliyinin əlində cəmləşib.

İcraedici hakimiyyətin hüquqlarının genişlənməsi Almaniyada uzun müddət federal kansler xətti ilə getmişdi.

Əsas əməliyyat halqası başda federal nazir olmaqla xarici işlər nazirliyidir. Bundan başqa xarici işlər nazirinin müavini qismində iki dövlət naziri işləyir ki, onlardan biri avropa işləri üzrə müavindir. Həmçinin iki baş (stats) katib fəaliyyət göstərməkdədir ki, onlardan biri nazirliyin direktorlar konfransı adlanan kollegiyasına rəhbərlik edir. Həmçinin XİN strukturuna Avropa və qərb şöbələri, Şərq şöbəsi, ticarət-siyasi və hüquqi şöbələr, kadrlar şöbəsi və mədəniyyət işləri üzrə idarə daxildir.
Almaniyanın xaricdəki missiyalarında bir qayda olaraq, siyasi şöbələrdən başqa geniş iqtisadi şöbələr, həmçinin informasiya və mədəniyyət üzrə şöbələr mövcuddur, maliyyə, sığorta, sosial məsələlər üzrə referentlər çalışır. Bütövlükdə alman diplomatik qurumunda 5600 yaxın adam işləyir (3200 nəfəri xaricdə).

Almaniyada seçkilərdə 18 yaşı tamam olmuş bütün Almaniya vətəndaşları iştirak edə bilərlər. Əsas siyasi partiyalar:

Almaniya Silahlı Qüvvələri () quru qoşunlarından, hərbi hava qüvvələrindən (Luftwaffe) və hərbi dəniz qüvvələrindən ibarətdir. Almaniyada hərbi xidmət 18 yaşından yuxarı olan bütün kişilər üçün məcburidir. Hərbi xidmət müddəti 6 aydan ibarətdir. Almaniyanın 2009-cu ildə hərbi xərcləri 45,6 mld. dollar olub. Hərbi xərclərin miqdarına görə dünyada 7-ci yeri tutur. Hərbi xərclər Almaniya Ümumi Daxili Məhsulunun 1,3%-ni təşkil edir ki, bu da aşağı göstərici hesab olunur. Hal-hazırda Almaniya ordusunda 200.500 peşəkar hərbçi, 50.000 nəfər 6 ay müddətinə orduda xidmət edən 18-25 yaş arası çağırışçı və 2.500 nəfər aktiv ehtiyat hərbçi xidmətdədir. 2001-ci ildə qadınların alman ordusunda xidmət etməsinə icazə verilmişdir, lakin onlar məcburi çağırışa məhkum deyillər. Hal-hazırda Almaniya ordusunda 14.500 qadın xidmət edir, indiyə kimi 2 qadın general rütbəsinə qədər yüksələ bilmişdir.

Alman ordusu Soyuq Müharibə dövründə Almaniyadan kənarda heç bir hərbi əməliyyatlarda iştirak etməmişdir. Buna baxmayaraq, keçirilən hərbi təlimlərdə əsgər itkiləri baş verirdi. Məsələn, 1957-ci ildə Bavariyada keçirilən hərbi təlimdə 15 desant əsgəri İller çayına eniş edərək orada boğulmuşdur. Lakin Soyuq Muharibədən sonrakı dövrdə Almaniya xarici ölkələrdə gedən muharibələrdə iştirak edir. Hal-hazırda alman ordusunun minlərlə əsgəri Əfqanıstanda gedən muharibədə iştirak edir. Bundan başqa alman ordusunun əsgərləri Kosovoda, Livanda, Bosniya və Herseqovinada sülhməramlı kontingentin tərkibinə daxildirlər. 1994-cü ildən bəri 70 alman əsgəri Almaniyadan kənarda aparılan hərbi əməliyyatlarda öldürülüb.

Bundan başqa Almaniya NATO-nun üzvüdür. Bir neçə NATO ölkəsinin qoşunları isə Almaniyada yerləşir. İkinci dünya müharibəsindən sonra Almaniyada xarici ölkələrin yüz minlərlə əsgəri yerləşirdi. Lakin Soyuq müharibənin bitməsindən sonra bu qoşunların bir çoxu ölkəni tərk etdi. Hal-hazırda Almaniyada 64.000 ABŞ və 20.000 nəfər Böyük Britaniya əsgəri var. Böyük Britaniya 2020-ci ilə kimi bütün əsgərlərini Almaniyadan çıxaracağını bəyan edib.

Yeni qəbul olunmuş qanuna əsasən 2011-ci ildən etibarən Almaniyada məcburi əsgərlik xidməti ləğv olunur. Hərbi xidmətini yerinə yetirmək istəməyənlər bu vəzifədən azad ediləcəklər. Beləliklə Almaniyada 57 ildir davam edən hərbi xidmətə çağırış sona çatdı. Məcburi əsgərliklə əlaqədar konstitusiya maddəsi olduğu kimi qalacaq, lakin ölkədə zəruri əsgərlik qəti surətdə tətbiq olunmayacaq. Yəni Almaniya nə vaxtsa hücuma məruz qalarsa məcburi xidmət birmənalı şəkildə yenidən tətbiq ediləcək. Ölkədə bundan sonra silahlı qüvvələrin əsas hissəsini müqavilə əsasında xidmət edən əsgərlər və muzdlular təşkil edəcək.




#Article 36: Zərdüşt (717 words)


Zərdüşt, Zaratuştra və ya Zoroastr (; ; ; ) — Zərdüştlük dininin yaradıcısı İranın və Azərbaycanın tarixi şəxsiyyəti. İndiki İranın şərqində b.e.ə. VI-V yüzilliklər aralığında yaşaması ehtimal edilir. Bəzi mənbələrdə Zərdüştün doğuldğu yer kimi Urmiya ellərini göstərərək atasının Atropatenalı (cənubi Azərbaycanlı) olması qeyd edilir (əl-Şahrəstani, X əsr İslam alimi). Orta əsrlərdə Arranın, müasir dövr Azərbaycan Respublikasının ərazisində olması böyük ehtimalla qeyd olunur.

Orta əsrlərdə Yaxın Şərqdə Zaratuştranı Zərdüşt adlandırırdılar.

Avesta-Qatlar bizə Zərdüştün möhtəşəm tarixi şəxsiyyət olması barədə məlumat verir. Avestanın qatlarında verilən moizə-nəğmələrdə Zərdüşt tək Tanrıya sitayiş edən qədim Ariya (Əryan) dinlərinin əsaslarını yenidən qaytarmağa çalşır, qanlı qurbanlara və xaum ayının həyata keçirilməsinə qarşı çıxır. Öz moizələrində Zərdüşt təbiətcə bir-biriniə zidd və daima mübarizə aparan iki qüvvə – Xeyir və Şəri Tanrının iki başlanğıc enerjisi kimi qələmə verir. İnsanlara Xeyrə tabe olub (xeyrli işlər görüb) Şərdən qaçmağı təbliğ edirdi. Zərdüşt Peyğəmbər bəşəriyyətin ümumi yaşam konsepsiyasını bircə cümlədə ifadə etmişdir – Doğru Düşüncə, Doğru Söz, Doğru İş! Bütün dinlərin mahiyyəti, insanlığın mənası, Allahı dərk etməyin yolu bu fikirdə ifadə olunub. Dahiyanədir!

Orta əsrlərdə yaranmış Zərdüştnamə adlı kitabda deyilir ki, uşaqlıqda Zərdüşt yaşıdlarından heç zaman ağlamaması və daim öz gülüşü ilə evlərini ilahi nura qərq etməsi ilə seçilirmiş. Erkən yaşlarından ruhanilərdən dərs alan Zərdüşt on beş yaşından kamil bir din xadimi kimi həqiqət axtarışı ilə dünyanı dolaşmağa başlayır.

Otuz yaşında Tanrıdan bilik alan Zərdüşt artıq yeni dinin yaradıcısı kimi peyğəmbərlik səviyyəsinə yüksəlir. Öz vətənində həmfikirlər tapmayan Zərdüşt yeni təlimini yaymaqdan ötrü şərqə tərəf üz tutur. O səhər müqəddəs çayı keçərkən səmavi ruhlardan Brahman onun qarşısında nazil olur və Zərdüştü Tanrının – Ahura Məzdanın yanına qaldırır. Dərgahda Zərdüşt ilahidən vəhy alır. Buradan cəhənnəmə düşən Zərdüşt onu öz dinindən döndərmək istəyən şər ruhu Anhra Manyu (Əhrimən) ilə görüşür. Əhrimən istəyinə çata bilmir və Zərdüşt göylərdən enərək öz təlimini Avesta adlı müqəddəs kitabda ifadə edir. İlhamını göylərdən alan Zərdüşt ağ libasa bürünüb əlinə müqəddəs od və sərv ağacından əsa alaraq şah Viştaspın (bəzi müəlliflərə görə Midiya hökmdarı Astiaqın) sarayına yollanır və onu öz dininə gətirir.

Şər ruhlar onu burada da təqib edirlər, lakin hər dəfə Zərdüşt müqəddəs kitabdan – Avestadan dualar oxumaqla onları qova bilir. Zərdüştün təlimi təkallahlılığı irəli sürür və dünyada iki əbədi başlanğıc – Xeyirlə Şər arasında daimi mübarizənin getdiyini və bunların Uca Tanrının enerjiləri olduğunu təbliğ edirdi. Bu təlimə görə insan ömrünün mənası Əhrimənlə mübarizədə Ahura Məzdaya xidmət etməkdir. Son nəticədə insan şərə qələbə çalmalı və şəri yer üzündən biryolluq silməlidir.

Zərdüşt Peyğəmbər öz Müqəddəs Missiyasını – dünyanın ən qədim biliklər sistemini, əbədi dinini və ruhi elmləri, tarixin hansı zamanındasa itirilmiş mədəniyyəti bütün insanlara yenidən qaytarmağa çalışır, Tanrı və yaradılış haqqda biliyin bərpasına can atırdı. Bu bilik ona Şəxsən Tanrının Özü tərəfindən verilmişdi və o bunu etməyə borclu idi. Bu qədim və mohtəşəm ideologiya ən ali prinsipə əsaslanırdı – Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl. Tanrıya sonsuz məhəbbətlə xidmət və bütün canlılara hörmət. Budur elm və budur din (Rabindranat Taqor).

Qonşu hakimlər Viştaspın ata-baba dinindən dönməsindən narazı qalaraq, onun üzərinə hücuma keçirlər. Viştasp qələbə çalır və Zərdüştün təlimi onun ölkəsində möhkəmlənir. Viştasp Baktriyada atəşgahlar tikdirir. Öz ömrünün son illərini burada yaşayan Zərdüşt ya şər sehrbazlarının, yaxud da düşmən əskərlərinin əli ilə 77 yaşında öldürülür. Abdulla Fazili qeyd edir ki, şübhəsiz adı bu kitabədə çəkilən Gəştasibi Zərdüştün himayədarı hesab etmək mümkün deyil. Ona görə ki, bütün dövrlərdə Gəştasib adlı şəxslər olmuşdur. Müasir dövrdə Zərdüşt dininə (daha doğrusu atəşpərəstliyə) inananların əqidəsinə görə Zərdüşt e.ə. 660-589-cu illər arasında yaşamışdır. Bu ehtimal həmçinin pəhləvi mənbələrində az fərqlə təsdiq edilir..

Ardavirafnamənin I fəslində deyilir ki, ...müqəddəs və pak din olan bu dinin banisi Zərdüşt öz ideologiyasını əhali arasında yayıb təbliğ etmişdir. Məzdəizm 300 il müqəddəs və toxunulmaz qala bilmişdir. Nəhayət şər rəmzi olan Əhrimənin köməyi ilə Makedoniyalı İskəndər Əhəmənilər imperiyasına hücum edib oranı dağıtmışdır. 

Zad Sparam əsərində deyilir: Zərdüşt dininin yarandığı gündən 300 il sonra pərs taxt-tacı əldən getmişdir.  Şübhəsiz ki, burada da Makedoniyalı İskəndərin Əhəmənilər imperiyasına yürüşü nəzərdə tutulur.

Bəndhüş adlı başqa bir mənbədə deyilir: Kəyan sülaləsinin (Əhəmənilər) hakimiyyət başına keçməsindən İskəndərin vəfatına qədər olan müddət 329 ildir. Buna görə də Zərdüşt e.ə. 595 – ci ildə peyğəmbər olmasını elan etmişdir. Bəhdhüşə görə İskəndər on dörd il hökmdarlıq etmişdir. 

Ərəb müəllifi Məsudi deyir: ...maqların rəvayətinə görə onların peyğəmbəri olan Zərdüşt ibn Spitmanın dövründən İskəndərə qədər olan müddət 258 ildir. 

Əbu Reyhan Biruni də Zərdüşt ilə İskəndər arasında olan müddəti 250 il hesab edir.




#Article 37: Arxeologiya (111 words)


Arxeologiya — Yunan sözləri olan αrxayos(qədim) və loqos(söz, elm) sözlərindən əmələ gələn düzəltmə sözdür. Arxeologiya qədim maddi mədəniyyət nümunələrini öyrənən elm olub, tarix fənninə kömək edir.

İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas
vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir.
Arxeoloji abidələr və qədim əşyalar əsas arxeoloji mənbələr olub tarixi proseslərin araşdırılmasında mühüm rol oynayır və tarixin digər tədqiqat obyektlərindən, o cümlədən yazılı mənbələrdən öz spesifikliyi ilə fərqlənir.

Arxeoloji mənbələr. Arxeoloji mənbələr öz xarakterinə və daşıdığı informasiyanın növünə uyğun olaraq xüsusi qrupa aid edilir və aşağıdakı növlərə bölünür: 

Arxeoloji abidələrə qədim yaşayış məskənləri, qəbirlər,qayaüstü rəsmlər- petroqliflər aid edilir.




#Article 38: Lənkəran rayonu (962 words)


Lənkəran rayonu — Azərbaycan Respublikasında inzibati — ərazi vahidi. İnzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır . Rayonun ərazisi 153.940 hektardır . Onun 66700 hektarını quru sahə təşkil edir . Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır . Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir .

XVIII əsrdə Talış xanlığı yaradıldı. Qara xanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürüldü. Şəhər genişlənməyə başladı. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişləndi. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı kimi qalmış və Azərbaycanın İranla, Orta Asiya, Hindistan və Rusiya ilə ticarətində mühüm rol oynamışdır. Şəhərdə yaşayış binaları ilə əhatə olunmuş 9 bazar var idi. 1795-ci ildə İran şahı aba Məhəmməd şah Qacarın ordusu Lənkəranı qarət edəndən sonra cənuba çəkildi. 1813-cü il yanvarın 1-dək Talış xanlığı Rusiya tərəfindən işğal edilmişdir. Sonradan Gülüstan müqaviləsinə əsasən Talış xanlığı Rusiyaya birləşdirildi. Lənkəran rayonu 1930-cu ildə təşkil edilmişdir.Lənkəran rayonu populyar turist marşrutlarının mərkəzində yerləşir. Onun bir hissəsi Xəzər dənizinin sahili boyunca yerləşmişdir. Bu sahil xəttinin əsas xüsusiyyətlərindən biri də qeyri-adi müalicəvi xassələrə malik olan qara qumdur. Rayonun Haftoni zonası öz tarixi obyektləri və Lənkəran müalicə zonası ilə məşhurdur və burada istirahət edənlərin Haftoni meşələrində yerləşən müalicəvi qaynaqlardan İstisu suyunun əsasında dolğun müalicə kursu keçmək imkanı var. Nərimanabad zonası Sara yarımadasının ərazisində yerləşmişdir. Onu bir tərəfdən Xəzərin suları yuyur, digər tərəfdən isə Qızılağac qoruğunun meşəlik zonası örtür. 1956-cı ilədək bura xüsusiləşdirilmiş ada olmuşdur, lakin sonradan materikdə onunla Liman şəhəri arasında Saranın statusunu əhəmiyyətli dərəcədə dəyişmiş torpaq bənd qurulmuşdur. Bu gün bu yerlər sıx şəkildə meşə ilə örtülmüş və ekoturizm həvəskarlarınınböyük marağına səbəb olmuşdur.

Lənkəran Azərbaycanın cox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tünc dövründən, yəni eramızdan əvvəl III–II minilliklərdə insanların yaşadığını təsdiq etmişdir. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirmişdir.

Lənkəranda tarixi görməli yerlər çoxdur və onların arasında Lənkəran qalası, dəqiq desək, onun salamat qalmış fraqmentləri xüsusi diqqət cəlb edir. Qala XVIII əsrdə inşa edilmiş və Talış xanlığında vacib müdafiə istehkamlarından biri kimi tanınmışdır. Onun divarları öz iri formaları və möhkəm çıxıntı sıraları ilə böyük təəssürat oyadır. Qala, orta əsrlər üçün ənənəvi olan, lazım gəldikdə isə, su ilə doldurulan xəndəklə əhatə olunmuşdur. Tikilinin əsas obyektləri hücum edənlərin nişan alınaraq atəşə tutulduğu şimal və cənub qüllələridir. Qala ərazisində həmçinin şəhər bazarı olmuşdur və onun yerində yüz illər öncə bütün regionda zəvvarlar üçün ən çox ziyarət olunan yerlərdən biri olmuş iki məscid ucaldılmışdır.

Azərbaycanın ən gözəl guşələrindən biri olan Lənkəran respublikanın cənub-şərqində əlverişli fiziki coğrafi şəraitdə yerləşir. Lənkəran Azərbaycan Respublikası daxilində mövcud olan beş təbii coğrafi vilayətdən biridir. Lənkəranın ərazisi 38o24–39o24 şimal və 47o58 şərq coğrafi en dairəsində yerləşir, şimaldan Kür-Araz ovalığı, şərq və cənub-şərqdə Xəzər dənizi ilə hüdudlanmışdır. İnzibati baxımdan Lənkəran Astara, Masallı, Lerik inzibati rayonları ilə əhatə olunmuşdur. Relyefinə görə ərazisi əsasən düzənlik və müəyyən qədər dağlıq hissədən ibarət olmaqla cənuba doğru getdikcə ensizləşir. Hündür dağətəyi sahədə 200 metr hündürdə, Xəzər dənizi sahilində okean səviyyəsindən 28 metr aşağıda yerləşir.

Lənkəran
Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür. Lənkəran rayonun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək, akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şumşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən əsas meşə ağacı enliyarpaqlı palıddır. Bu ağac nadir ağacların üçüncü nəslinə mənsubdur. Onun hündürlüyü 40–45 metr olur. Daha bir nadir bitki növü olan dəmirağacının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, bu ağacın yarpaqları qış fəslində tökülmür, onlar quruyaraq ağaclarda qalırlar. Meşələrdə çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Lənkəranın dəniz sahillərində gözəl qumlu çimərliklər salınmışdır.
Rayonda çaylar şəbəkəsi kifayət qədər sıxdır. Rayon mərkəzindən 10–25 km radiusda Lənkəran, Veravul, Boladi və Qumbaşı çayları axır. Əsasən yağış suları hesabına dolan çayların çoxu xəzər dənizinə tökülür. Bahar və payız fəsillərində bu çaylar coşub, daşır. Çayların suyundan suvarma məqsədilə istifadə etmək üçün burada Xanbulançay dəryaçası tikimişdir.

Lənkəran torpağı isti su bulaqları ilə zəngindir. Lənkəran şəhərindən 12 km qərbdə Talış dağlarının ətəklərində, İbadi meşəsinin yaxınlığında Meşə bulağı, Lənkəran-Masallı şossesinin 13-cü kilometrində Havzova bulağı, Lənkəran-Lerik şossesinin 15-ci kilometrində İbadi və Sumax dağlarının ətəyində İbadi bulağı var. Rəvayətə görə ağır xəstəliyə tutulmuş İbadulla adlı bir şəxs bu yerdə məskan salmış və şəfa tapmışdır.

Lənkəran rayonunun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları. Bu qoruqlarda qırqovul, qu quşu, kəklik, ağ qartal və digər quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar.

İri yaşayış məntəqələri — Rayonda 2 şəhər, 8 şəhər tipli qəsəbə, 83 kənd vardır.

İlkin hesablamalara görə 2017-ci il aprel ayının əvvəlinə Lənkəran rayonunun əhalisinin sayı 225549 nəfər olmuş və cari ilin üç ayı ərzində 340 nəfər və yaxud 0,2 faiz artmışdır. Əhalinin 39,0 faizi şəhər yerlərində, 61,0 faizi isə kənd yerlərində yaşayır. Rayon əhalisinin ümumi sayından 50,2 faizi kişi, 49,8 faizi qadınlardır.

Əhalinin ümumi sayından 23,3 faizi 0–14 yaşda olan uşaq və yeniyetmələrdən,69,0 faizi əmək qabiliyyətli yaşda, 7,7 faizi isə əmək qabiliyyətli yaşdan yuxarı olanlardır.

Lənkəran rayonu üzrə demoqrafik göstəricilər aşağıdakı kimi olmuşdur:

Cari ilin yanvar-mart ayları ərzində rayonda 252 nikah və 52 boşanma halları qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,0-dan 4,5-ə qədər, boşanmaların sayı 1,1-dən 0,9-a qədər azalmışdır. 2017-ci ilin birinci rübündə pasport xidmətləri tərəfindən 44 nəfər rayona gələn və 30 nəfər rayondan gedən qeydə alınmışdır. Miqrasiya saldosu müsbət 14 nəfər təşkil etmişdir.

Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən 2009-cu ildə həyata keçirilmiş siyahıya almasına əsasən:

Əhalinin 66%-i talış, 31%-i azərbaycanlı, 1%-i rus, 2% digərləridir.

Qeyd etmək lazımdır ki, ərazidə yaşayan ruslar XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən köçürülmüşdür.




#Article 39: Məhəmməd Tağı Zehtabi (627 words)


Məhəmmədtağı Zehtabi — pedaqoq, ədəbiyyatşünas, tarixçi, milli mədəni fəal.

Məhəmmədtağı Zehtabi 1923-cü ilin oktyabrında Təbriz yaxınlığındakı Şəbistər qəsəbəsinin Çay küçəsində anadan olmuşdur. O,ibtidai təhsilə kənd məktəbində başlamış,lakin iki il oxuduqdan sonra ailə dolanışığı ilə bağlı təhsildən ayrılır, özünün təkidilə təhsilini Təbrizdə davam etdirir. Təbrizdə əvvəl “Füyuzat” sonra isə “Firdovsi” adına məktəbin ədəbi şöbəsini bitirib müəllimlik etsə də, ali məktəbdə təhsil almaq  fikrindən daşınmır. M. Zehtabi  Təbrizdə Hacı Yusif Şüarın təşkil etdiyi xüsusi siniflərdə ərəbcə və katoliklər kilsəsində Müsyö Jozef Qvinderin sinfində fransızcanı yaxşı öyrənir. Ana dili ilə yanaşı fars, ərəb, fransız, sonralar mühacirət dövründə isə rus dilini öyrənib. 1940-cı illərdə  M.Zehtabi Azərbaycan Demokratik  Firqəsinin mətbu orqanı olan və Mirzə Əli Şəbüstərinin redaktorluğu ilə ana dilində nəşr olunan “Azərbaycan” qəzetində məqalə və şeirləri ilə çıхış edir.

 

Təhsili davam etdirmək və İrandakı rejimin siyasi təqiblərindən yaхa qurtarmaq üçün M.Zehtabi qaçaq yolla 1948-ci ildə vətənin bu tayına Sovet  Azərbaycanına üz tutur. Sərhəddi pozduğuna görə uzaq Sibirə sürgün olunur. 3 il Sibirdə  sürgün həyatı yaşamalı olur. Yazdığı Şahın zəncirində şeirində Sibirdəki həyatını qələmə alıb. Stalinin ölümündən sonra bəraət alır və Sibirdən Tacikistanın paytaхtı Düşənbə şəhərinə göndərilir. Ali məktəbdə təhsil almaq ümidilə sovet ölkəsində yenidən axşam məktəbinə gedib onu bitirir. Bir ildən sonra Bakıda təhsil almaq arzusu ilə Azərbaycana gəlir. Sonralar bu barədə yazırdı: 

Bakı Universitetini qurtarmağa yarım il qalanda həmin universitetin şərqşünaslıq fakultəsində ərəb dili və ədəbiyyatını tədris etməyə başlayır. Təhsilini başa vurduqdan sonra isə 15 il müddətində şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatını tədris edir. “Əbu  Nəvvasın həyatı və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alır. Onun dərs dediyi tanınmış elm və siyasət adamlarından biri də Meydan Hərəkatının lideri Əbülfəz Elçibəydir.

Sonralar doğulub boya-başa çatdığı Təbrizə yenidən qovuşduqda Təbriz Universitetində Azərbaycan türkcəsini eləcə də ərəb dilini tədris edir. Zehtabi Berlində nəşr etdirdiyi “İran türklərinin sərfi” kitabını tədris etməkdən ruhlanaraq və Universitetində tədris zamanı yüzlərlə gənc oğlan və qızların dili öyrənib mənimsəməyə can atdıqlarını bu sahədə mənbə və ədəbiyyatın qıtlığını nəzərə alıb “Müasir Azərbaycan ədəbi dilinin leksikologiyası”, Ana dilimizi öyrənək adlı kitablarını yazır. 

M. Zehtabi jurnalistika və tərcümə sahəsində  də qələmini sınayır. Berlində “Ərk” dərgisini, Bağdadda isə 5 müxtəlif dildə “Birlik yolu” adlı qəzetini nəşr etməyə nail olur.  Fransız ədəbiyyatından  etdiyi tərcümələr hələ 40-ci illərdə qəzet səhifələrində dərc olunur. Sənət dostu Əliağa Vahidlə birlikdə klassik ədəbiyyatdan tərcümələr edir. 

Quzey Azərbaycanın azadlığa çıxması güneydə də yeni ümidlər yaradır. Professorlar Məhəmmədtağı Zehtabi və Həsən Dəmirçinin rəhbərliyi ilə fəallar hər il Babək qalasına toplanmağa başlayırlar. Fəallar Babəkin müstəmləkəçiliyə, işğala qarşı mübarizə aparmasını, onun dönməzliyini özlərinə simvol seçiblər. Hər il bu qurultay təkrarlandıqca iştirakçıların sayı artır və bu artıq bir xalq hərəkatına çevrilir. Burada şeirlər söyləyib musiqilər ifa edirlər. Rəqslər edib tamaşalar göstərirlər.

Alim dilçiliklə yanaşı türk ədəbiyyatı ilə də məşğul olur. “İslamaqədərki İran türklərinin dili və ədəbiyyatı”, ”Əruzun türk folklorundakı izləri” adları altında çap edilmiş silsilə yazıları ümumtürk ədəbiyyatına daxil olan dəyərli yazılardandır. Türkologiya,tarix,dilçilik,ədəbiyyat və folklora aid dəyərli əsərlərin müəllifi kimi tanınmış M.Zehtabi bədii yaradıcılıqla da məşğul olmuşdur. ”Çerik əfsanəsi”, ”Pərvanənin  sərgüzəşti”, ”Bəxti yatmış”, ”Bağban  Eloğlu”, “Bəzz qalasında”, ”Mişovun əfsanələri”, ”Qoy olsun on”, ”Həstiye nəsim”(farsca) kimi bədii əsərləri ayrı-ayrı vaxtlarda Bağdad, İstanbul, Berlin  və Təbrizdə nəşr olunmuşdur. ”Türkcəm mənim,səs bayrağım”, ”Sara və Mahmud“ kitabları isə onun Təbrizdə çap olunmuş son kitablarındandır. Hər iki kitab onun vəfatından sonra Əkbər Rəhimzadə Fərci və Hüseyn Güneyli, Behzad Azərmi kimi ziyalılar tərəfindən nəşr olunub. 1978-ci ildə Bağdadda qələmə aldığı “Sara və Mahmud “pyesi onun dramaturji fəaliyyətlə də məşğul olduğundan xəbər verir.

Milli hökumət süquta uğradıldıqdan sonra Zehtabi özünün məşhur Sən osan, mən də buyam şeiri:

Sibirdəki sürgün həyatını təsvir etdiyi Şahın zəncirində şeiri:

Məhəmmədtağı Zehtabi 1998-ci ildə Təbriz yaxınlığındakı Şəbistər şəhərində evində ölmüş halda tapılır. Bəzi güneyli qruplar onun ölümünün təbii olmadığı və qətlə yetirildiyini irəli sürürlər. Mərhum Zehtabinin adı İslam Respublikasına müxalif qrupların yayımladığı şübhəli ölümlər və siyasi qətllər siyahısında da dərc edilib.




#Article 40: Cənubi Azərbaycan (8449 words)


Cənubi Azərbaycan (azərb. گونئی آذربایجان) və ya sadəcə Azərbaycan (azərb. آذربایجان) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (azərb. ایران آذربایجانی) — İranın şimal-qərbində, İraq, Türkiyə, Naxçıvan Muxtar Respublikası, Ermənistan və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən bir bölgə. İran Azərbaycanı rəsmi şəkildə dörd inzibati ərazi vahidinə bölünmüşdür  Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanları. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır.

Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Qərbdə Türkiyə və cənub-qərbdə isə İraqla həmsərhəddir. Göstərilən sərhədlər çərçivəsində Cənubi Azərbaycan ərazisinin şərqdən qərbə eni 375 km-dir. Əlverişli coğrafi mövgeyə malikdir. İstər şimal-cənub istərsə şərq-qərb istiqamətində keçən dəmir və avtomobil yollarının üzərində yerləşir. Cənubi Azərbaycanın ərazisi təqribi olaraq 286,6 min km²(?) olaraq qiymətləndirilir. Qərb sərhədlərindən Zaqroz dağ silsiləsi su ayrıcı funksiyası rolunu oynayır. Urmiya, Zəncan və Təbriz şəhərləri əsas inzibati mərkəz rolunu oynayır. 1992-ci ildə Şərqi Azərbaycan ostanlığı iki ostanlığa bölünmüşdür. Bu bölgüyə baxmayaraq yenə də Zəncan ostanı ərazisində türklərin sayı üstünlük təşkil edir. .

Cənubi Azərbaycan əsasən dağlıq ölkədir. Yüksəkliyi 200 metrə qədər olan düzənliklər yalnız onun şimal-şərqində (Muğan düzünün cənub-qərbində) yerləşir. Qalan ərazilər isə dağ silsilələrindən və onların arasında yerləşən geniş dağ çökəkliklərindən, qalxanvari vulkan massivlərindən ibarətdir. Cənubi Azərbaycanın qərb sərhədləri boyunca uzanan Kürdüstan dağları mürəkkəb geoloji və tektonik quruluşa malikdir. Burada qədim kristalik və metomorfik süxurlar geniş yayılmışdır. Dağlar tektonik qırılmalarla ayrı-ayrı massivlərə parçalanmışdır. Onların hündürlüyü 3500-3600 metrə çatır. Şərqdəki Talış və Boqrov dağ silsilələri əsasən Paleogenin və Mezazoyun çökmə və vulkanik süxurlardan ibarətdir. Bu dağların hündürlüyü 2500-3800 m-ə qədərdir. Daxili hissənin şimal tərəfində (Marağa-Miyanə xəttinin şimalı) dağlar əsasən enlik istiqamətinə uzanmaqla, qısa silsilələrdən ibarətdir. Ərazidə vulkan məşhəlli dağlarda az deyil. Bunlardan diqqəti cəlb edən Ərdəbil yaylası üzərində ucalan, zirvəsi həmişə qar və buzla örtülü olan Savalan dağı (4821 m) və Təbrizdən cənubda yerləşən Səhənd (3722 m) dağlarıdır. Ölkənin cənub hissəsindəki dağların istiqaməti şimal-qərbdən cənub-şərqədir. Onların quruluşunda Mezazoyun və Kaynazoyun vulkanik, metamorfik süxurları əsas rol oynayır. Burada mütləq yüksəkliyi 2700-3300 metrə çatan Zəncan, Rüştan, Qəfədan və s dağlar vardır. Cənubi Azərbaycanın relyefində dağarası çökəkliklər xüsusi yer tutur. Ərazinin şimal-qərbində Arazyanı (Arazbasar), şimal-şərqində Cənubi Muğan düzənlikləri yerləşir. Qərbdə Urmiya, mərkəzi hissədə Ərdəbil və Miyanə çökəklikləri vardır. Qızılüzən və Zəncan çayları boyunca uzanan dağarası düzənliklər isə cənubda relyefin böyük formalarındandır. Dağarası çökək və yaylaların əksəriyyəti Kaynazoyun dəniz, göl və dördüncü dövrün kontinental çöküntü laylarından (gil, qum, çınqıl və s.) təşkil olunub. Əhali əsasən bu geniş dağarası çökəklərdə və dağ çaylarının dərələrində məskunlaşmışdır. Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin əksəriyyətində relyefin bu formaları ilə bağlıdır. Cənubi Azərbaycanın ən böyük şəhərlərindən olan Təbriz, Ərdəbil, Zəncan, Xoy, Miyanə və s. dağ arası çökəkliklərdə yerləşir.

Cənubi Azərbaycan subtropik qurşağın kontinental bölgəsində yerləşir. Onun hər tərəfi dağlarla əhatələndiyindən hava kütlələri daxili hissələrə gəlib çata bilmir. Bu səbəbdən ərazidə quru kontinental iqlim hakimdir. Dağarası çökəkliklərdə Xəzər dənizi və qərb istiqamətdən gələn rütübətli hava kütlələrinin qarşısında ucalan kənar dağ silsilələrinin yamaclaında 800-1000 mm-dən artıq (1700 m-ə qədər) yağıntı düşür. Daxili çökəkliklərdə yağıntının miqdarı 200-400 mm arasında dəyişir. Daxili dağların qərb və şimal yamaclarında illik yağıntı 500-600 mm təşkil edir. Yağıntının ən çox düşdüyü dövr dekabr və aprel ayları ərzində düşür. Dağarası çökəkliklərdə yanvar ayının orta temperaturu −20, −30°C arasında olur. Yayda isə temperatur 38-45°C-yə qədər qızır.

Cənubi Azərbaycanda çay şəbəkəsi o qədərdə inkişaf etməmişdir. Çayların çoxu az suludur. Çayların çoxu (kiçik çayları) quruyur. Çayları əsasən ya daxili hövzəyə (Urmiya gölünə) ya da Araz və Qızılüzən hövzəsinə aiddir. Bu iki iri çayda öz növbəsində Xəzər dənizinə tökülür. Araz çayının ən iri sağ qolları Cənubi Azərbaycan ərazisindən axan Qoturçay, Qarasu və Qırmızıçay çalarıdır. Qarasu çayı bütün şərq hissənin (Savalan dağı və Ərdəbil çökəkliyi) sularını yığır. Cənubi Azərbaycanın cənubundan axan və ümumən ölkənin (Cənubi Azərbaycan) ən gursulu çayıdır. Quraq iqlim səbəbindən çaylar suvarma, sənaye və içməli suya olan təlabatın ödənilməsində geniş istifadə edilir. Bəzən ifrat şəkildə su anbarlarının inşası çayları tamamən qurudur. Cənubi Azərbaycanın ən böyük gölü Urmiya gölüdür. Gölün səviyəsi təətdütlüdür. Yağışlar zamanı suyunun səviyyəsi artır. Əvvəllər hətta ətraf düzənlilləri basırdı. Gölün sahəsi əvvəllər 5,8 min km² təşkil edirdi. Göl dəniz səviyəsindən 1275 m yüksəklikdə yerləşirdi. Dərinlik 16 metr təşkil etsədə hazırda azdır. Vaxtı ilə gəmiçilikdə istifadə edilirdi. Suyun duzluğu 220-280 % yüksək olur. Digər iri gölü Ağ-göldür. Göl Arazqırağı düzənlikdə yerləşir. Savalan dağının vulkan kraterində gözəl vulkan məşəlli göl vardır. Qış ayları göl donur.

Yabanı bitkilər aləmi baxımından elə də zəngin deyil. Geniş ərazilərdə yarımsəhra, quruçöl, dağ çöl və dağ çəmən bitkiləri yayılmışdır. Meşələrə kiçik talalar şəklində (əsasən qərb sərhəd dağlarında) rast gəlinir. Arid seyrək kollar dağ yamaclarında xüsusi ilə cənub-qərbdə və Zəncan dağlarının şimal yamaclarında yayılmışdır. Dağarası çökəkliklərdə yovşan-efemerli (birillik) yarımsəhralar, müxtəlif otlu çöllər və quru çöllər geniş yer tutur.

Cənubi Azərbaycan əhalisinin sayı baxımından dünyada azərbaycanlıların ən kompakt yaşadığı bölgə sayılır.
 Necəki biz izah edirdik, Türkmanlar ölkəsi nə İran dövlətinin əyaləti deyil, nə də onun şəhərlərindən biri deyil, buna görə biz onun haqqında əyalət kimi danışmırdıq. Lakin onlar başqa İran xanədanı xalqları arasında çox böyük əhəmiyətə malikdirlər, çünki onlar ən igid xalqdırlar və yetərincə çoxsaylıdırlar.
Cənubi Azərbaycan İranın inzibati bölgüsündə əsasən aşağıdakı ostanlardan ibarətdir:

Həmədan şəhəridir.

Cənub Azərbaycan əhalisi əsasən azərbaycanlılardan ibarətdir.

Əsas nəqliyyat sahələri avtomobil, dəmiryol və boru nəqliyyatı geniş yayılmışdır. Bununla belə avtomobil nəqliyyatı aparıcıdır. Dəmir yolu Çulfa-Təbriz-Tehran istiqamətlidir. Digər ərazilərdə bu nəqliyyatın inkişaf etdirilməsi ya əlverişsiz şəraitdən ya da maliyyənin çoxluğu səbəbindən inkişaf etdirilməmişdir. Bu xətt 1916-cı ildə Rusiya imperiyası tərəfindən həyata keçirilmişdir. Hal-hazırda bu dəmir yolu Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən və Mehri ərazisindən keçən dəmir yolun ermənilər tərəfindən söküləsindən peresoektivsizdir. İran hazırda Ermənistan ərazisindən keçməklə Qara dənizə çıxmaq məqsədi ilə Çulfadan Mehri istiqamətində dəmir yolu tipintisini planlaşdırır. Əsas avtomagistralları isə Çulfa-Təbriz-Tehran və Astara-Ərdəbil-Təbriz yollarıdır. Boru nəqliyyatı son zamanlar inkişaf etmişdir. Buradan Naxçıvana qaz verilişi həyata keçirilirdi. Son zamanlar isə Türkiyə və Ermənistan istiqmətində boru kəmərlərinin çəkilişi planlaşdırılır.

ATA Hava Yolları Təbrizdə fəaliyyət göstərən hava yolları şirkətidir. Şirkət Yaxın Şərqə, o cümlədən Avropaya müntəzəm uçuşlar həyata keçirir.

Cənubi Azərbaycanın sərnişin və yükdaşıma xidmətli hava limanları:

İlk Təbriz dəmiryolu stansiyası 1917-ci ildə istifadəyə verilmişdir. Hazırki tikinti ikinci Pəhləvi hökmranlığı dövründə memar Heydər Ğayçamlı tərəfindən inşa olunmuşdur. İlk qatar vaqonları Rusiyadan gətirilmişdir.

Dəmiryolu stansiyası Azərbaycan Respublikası ərazisində yerləşən Culfa rayonunun Cənubi Azərbaycana düşən payından başlanır.

Təbriz Metropoliteni 2001-ci ildən istifadəyə verilmişdir. 4-ü əsas olmaqla 5 xətti mövcuddur. El-Gölü və Lalə stansiyaların birləşdirən ana xəttin ümumi uzunluğu 75 kilometrdir.

Cənubi Azərbaycanda əsasən Təbriz yaxınlığında alüminium, gümüş, qurğuşum, daş kömür, Qaradağda dəmir filizi, Zəncanda mis və mobilden yataqları vardır. Ərazilər müxtəlif tikinti materalları ilə zəngindir. Savalan ətrafında və bir sıra başqa yerlərdə müalicə əməmiyyətli mineral isti sular var.

İqtisadiyyatı əsasən kənd təsərrüfatının müxtəlif sahələri, ilkin emal sahələri və bir qədərdə maşınqayırma sahələrindən ibarətdir. İri şəhərlər arasında müəyyən fərqlər vardır. Sənaye sahələri də məhz bu şəhərlərdə cəmləşmişdir. Təbriz bu baxımdan seçilir. Şəhərdə maşınqayırma, neft emalı, yüngül, yeyinti, metal emalı, şüşə istehsalı və d. sənaye sahələri vardır. Şəhərdə radioquraşdırma zavodu fəaliyyət göstərir. Burada Rumıniyanın köməyi ilə maşınqayırma zavodları tikilmişdir.

Ağır sənaye 1960-cı illərin ortaları yaradılmışdır. Maşınqayırma, mühərrikqayırma, poladtökmə və dəmirpresləmə mövcuddur. Burada kənd təsərrüfatı texnikalarının istehsalı həyata keçirilir.
Urmiya isə şəkər, yağ, xalça və dəri məmulatları istehsalı ilə seçilir. Yeyinti sənayesinin müasir tipli müəssisələri vardır. Kustar sənətkalığın nümunələrinə rast gəlinir.

Kənd təsərrüfatının əsas sahələri əkinçilik və heyvandarlıqdır. Əkinçilik süni suvarmaya əsaslanır. Dənli və paxlalı bitkilərdən buğda, arpa, çəltik, novud və s. əkilir. Texniki bitkilərdən isə şəkər çuğunduru, kətan, tütün, pambıq, yağlı bitkilərdən günəbaxan, soya və s. yetişdirilir. Bağçılıq, üzümçülük, subtropik meyvəçilik inkişaf etmişdir. Badam, kişmiş ixracat əhəmiyyətlidir. Əhali bostançılıq və tərəvəzçiliklədə məşğul olur.
Düzən ərazilərdə camış, dəvə, dağlarda qoyun, arı, at və barama yetişdirilir.

İranın qida idxalı sənayesinin 50%-dən çoxu Cənubi Azərbaycanın payına düşür. Təbrizdə əsas qida manufakturaları Şirin Əsəl, Aydın, Şəniz, Ənatə, Bərəkət və Çiçək müəsissələridir. Təbrizdən kənarda da Xürrəmdarə kimi önəmli sənaye istehsalat müəsissələri mövcuddur.

Miladdan 4-min il öncədən başlayaraq, Orta Asiyadan Dərbənd və Daryal keçidlərilə yaxın şərqə el axınları olmuş və bu axınlar Azərbaycan, Zaqros(زاگرس) Dağ şərqi və qərbi ətəkləri və ümumiyyətlə İranın qərb ərazisindən keçərkən,onların bəlli el, tayfa və qollarından, əsas toplumlarından ayrılaraq, bu yerlərin müxtəlif yerlərində yurd salaraq qalmışlar.

Şumer, ilam axınları kimi tarixə məlum önəmli el axınlarından əlavə, çox ehtimal başqa axınlar və xüsusilə kiçik el, qəbilə və obalarda həmin yol ilə orta asiyadan gəlib, həmin yaxın şərq məntəqələrində yurd salıb qalmış, soydaşları yerli əhaliyə qarışaraq, xalqlar şəklində mədəniyyət və hakimiyyət qurmuşlar.

Həmin yaxın şərq məntəqəsinin şimaldan mərkəzində yerləşən Azərbaycan, Həmədan (همدان),Qum(قم),Qəzvin(قزوين),Zəncan(زنجان),Təxti Süleyman (تخت سليمان) araları yerləridə bu müxtəlif iltisaqi dilli ellər, soylar və qəbilələrin yurd salaraq qaldığı yerlər olmuşdur.

Bu gələn köçərilər etnik baxımından yaxın olmuş yerli əhali ilə qarışıb Kuti, Lulubi, Hurri,Manna,Matiyin,Kassilər,urartu,Saspir,Kaspilər,Alban,Məskut,salk,İşğur… toplumları və kütlələrini yaratmışlar ki, onların bəzi si zaman keçib Artdıqca, yaşadıqları ərazidə bəlli mədəniyyət və hakimiyyət qurmuşlar.

Bilavasitə Azərbaycan ərazisi və oranın cənub və cənub şərqində yerləşən Həmədan torpaqlarında M.ö 3-min illikdə formalaşan və tarixdə tanınmış ilk xalqlar Kuti və Lulubilər olmuşlar.
qutti və lullubi xalqları şimaldan kaspilər,şimal qərbdən hurrilər və mannalar, cənub və cənub qərbdə kassilər və onların vasitəsi ilə və bilavasitə ilamlarla əlaqədə olmuş və onların, habelə Şumer və Akkadlarin qurduğu mədəniyyətlə tanış olaraq onlardan etgilənmişlər.

Kuti-Lulubilər bu gün İran türklərinin yaşadığı bitişik ərazinin ən cənub bölgəsində, həmədan-əsədabad, qum, qəzvin, zəncan ,marağa, təxti sülyman arasındaki ərazidə və azərbaycanda yaşamışlar.demək, göstərdiyimiz bu ərazini əhalisinin bu gun Türk olması olduqca qədim tarixə malikdir, daha doğrusu bu yerlərin sakinləri tarixə məlum ilk çağlardan iltisaqi dilli- əski türk, olmuş, həmdə azərbaycan və həmədan ərazisində ilk mədəniyyət qurmuşlar.

Bu mədəniyyət hind-avropalı xalqların məntəqəmizə gəlməsindən təqribən 1500-2000 il öncə olmuşdur.

Sasanilər sülaləsinin hakimiyyət dövründə rəsmi və qeyri-rəsmi dövlət dili iran kökənli pəhləvi dili idi. O dönəmlər bölgədə yaşayan qədim türkdilli xalqların yazı mədəniyyəti inkişaf etməmişdi. Bu səbəbdən qədim türkçə variantları əsasən şifahi formada inkişaf edirdi.

Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı.

Ərəblərin Sasanilər imperiyasının Xəzər sahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, yalnız 642-ci ildə baş verən fəthindən sonra Həmədana hücumla mümkün oldu. Tarixçi ət-Təbəri bildirir ki, o gündən iranlıların birliyi pozuldu. Hər vilayətin əhalisi düşmənlə yalnız öz vilayəti hüdudlarında döyüşürdü. Əl-Bəlazurinin verdiyi məlumata görə, Nahəvənd döyüşündən bilavasitə sonra ərəblər Həmədan-Rey yolu üstündə yerləşən, Qum və Kaşanı tutdular. Bu qələbələrdən sonra qədim Midiya ərazisində möhkəmlənən ərəblər şimala doğru istiqamət götürdülər.

Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə həmin ölkənin ərazisində başlamış ən geniş xalq hərəkatı Xürrəmilər hərəkatıdır. Xürrəmilərin ilk məlum çıxışı 162/778-ci ilə aid edilir.

Üsyanın başında Əbd əl-Qəhhar adlı birisinin durduğu haqqında xəbər verən ət-Təbəridən fərqli olaraq Nizamülmülk üsyan başçısının Əbu Müslimin oğlu Əbu əl-Qərra olduğunu, üsyançıların [Ə]bu Müslim sağdır. Məmləkəti tutaq! şüarı ilə çıxış etdiklərini dəqiqləşdirir. Nizamülmülk üsyançıları qırmızı geyinmişlər əvəzinə, xürrəmdinilərlə birləşmiş qırmızı bayraq (sorxələm) batinilər adlandırır.

Xürrəmilərin yeni çıxışını ət-Təbəri 192/808-809-cu ilə aid edir. Nizamülmülk üsyanın Harun ər-Rəşidin Xorasanda olduğu vaxta təsadüf etdiyini qeyd edir. Bu dəfə İsfahan, Rey, Həmədan və b. yerləri əhatə edən üsyan, ət-Təbərinin məlumatına görə, Azərbaycanda başlanmış, hər yerdən gələn yüz mindən artıq adam üsyana qoşulmuşdu. Lakin Abbasi üsuli-idarəsinə qarşı yönəldilmiş bu çıxış da uğursuzluqla nəticələnmiş, saysız adam öldürülmüş, çoxlu əsir tutularaq, Harunun Karmisindəki qərargahına gətirilmiş, onların bir hissəsi məhv edilmiş, qalanları isə Bağdad bazarında satılmışdılar.

Bu hadisədən sonra xürrəmilərin Xilafətə qarşı çıxışları ara verdi. Mənbələrdən məlum olur ki, xürrəmilərin rəhbərləri olan Cavidan və Əbu İmran bu zaman ədavətə başlamış, aralarındakı münasibətləri aydınlaşdırmaqla məşğul olmuşdular. Başçılar arasında günü-gündən artan bu çəkişmə onları, habelə onların ardıcıllarını Xilafətə qarşı mübarizədən yayındırırdı. 816-cı ilə qədər xürrəmilər mərkəzi hakimiyyəti yalnız adda-budda çıxışlarla narahat edirdilər.

Babək xürrəmilərə rəhbərliyi qəbul etdikdən sonra onların mübarizəsi tamamilə Xilafətə qarşı çevrildi. Bəzi mənbələrin verdiyi məlumata görə, Babək bir vaxt islamı qəbul edibmiş və onun müsəlman adı Həsən imiş.

Xürrəmilərin əksəriyyəti Azərbaycanın və qonşu vilayətlərin kəndlilərindən ibarət idi. Cavidanın rəhbərlik etdiyi xürrəmilər 816-cı ilədək Xilafəti yalnız hərdənbir narahat edirdilərsə, Cavidanın ölümündən sonra Xilafət üçün dəhşətli bir qüvvə oldular. Babək Xilafətə qarşı üsyan qaldırmaq vaxtını yaxşı seçdi. O, Əmin və Məmun qardaşlarının Xilafət taxtı üstündəki daxili mübarizələrindən istifadə etdi, çünki bu zaman ərəblərin yuxarı təbəqələrinin diqqəti Bağdaddan uzaqdakı şimal vilayətlərindən yayınmışdı. Dinəvərinin verdiyi məlumata görə, Babək (Xilafətdə) arası kəsilməyən qarışıqlıq və çətinliklər dövründə püxtələşmişdi. iki ərəb tarixçisi — Bağdadi və Məsudi onun haqqında eyni fikri ifadə edir:

Əbu Dulaf qeyd edir ki, Bəzzdə əl-xürrəmiyyə adı ilə məşhur olan əlmühəmmirə bayraqları təntənəli surətdə təqdis edildi. Babək buradan çıxmışdır.

Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə iyirmi ildən artıq Babəkin başçılıq etdiyi xürrəmilərin Azərbaycandakı mərkəzi və ya paytaxtı qala şəhəri olan Bəzz idi. Ət-Təbəri deyir ki, Bəzz Babəkin vilayəti və şəhəri idi.

Əl-Məsudi yazır:

Məsudinin əsərində deyilir ki, Babəkin ölkəsi Bəzzeyn — Azərbaycan, Arran və Beyləqandadır, Bəzzeyndə Arranda, Babəkin ölkəsində olan dağdır.

Yaquta Həməvi yazır:

Babək Bəzzdə xürrəmilər icmasının rəhbərliyini qəbul edən zaman, onun tərəfdarlarının sayı nisbətən çox deyildi. Bir mənbədə bildirilir ki, Babək onlara qılınc və xəncər payladı və əmr etdi ki, öz kəndlərinə gedib çıxış üçün onun xəbərdarlıq işarəsini gözləsinlər. Xəbərdarlıq işarəsi veriləndə, Babəkin ardıcılları kəndlərdə ərəblərin və onların ətrafındakı adamların üstünə atıldılar və hamısını qırdılar. Bundan sonra Babək öz adamlarını Bəzzdən uzaq mahallara göndərdi, orada da bütün ərəblər və onların yerli əhalidən olan tərəfdarları məhv edildi. İbn ən-Nədim yazır ki, Babəkdən əvvəl xürrəmilərin dini etiqadında qətl, əzab və müharibə yox idi, xürrəmilər bütün bunların nə olduğunu bilmirdilər.

Xəlifə Məmun 833-cü il 7 avqustda öldü, öz qardaşı Mötəsimi (Əbu İshaq Məhəmməd ibn Harun ər-Rəşidi) taxta vəliəhd təyin edərək, ona vəsiyyətnamə qoydu. Bu vəsiyyətnamənin başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca diqqət vermək sərəncamı idi:

Yeni xəlifə taxta çıxan kimi birinci növbədə öz sələfinin vəsiyyətinə əməl etməyi qərara aldı. O, xürrəmilərə qarşı müharibəyə ciddi hazırlıq görməyə başladı, zira, görürdü ki, Azərbaycanın və digər əyalətlərin xalq kütlələrinin bu təhlükəli hərəkatı qarşısında daha da zəiflik göstərilsə, Xilafətin öz varlığı üçün ciddi nəticələr doğura bilər. O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Buna görə xürrəmilərə qarşı onun qoşunlarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi.

Ət-Təbərinin verdiyi məlumata görə, 833-cü ildə Cibalda, Həmədan, İsfahan, Masabzan və Mehricanqazaq şəhərlərində olan çoxlu əhali xürrəmilərin dinini qəbul etdi. Onlar toplandılar və Həmədan tərəfdə düşərgə qurdular. Mötəsim onlara qarşı qoşun göndərdi; onun göndərdiyi axırıncı ordu İshaq ibn İbrahim ibn Müsəbin komandası altında idi ki, onu da (Mötəsim), həmin ilin şəvvalında (oktyabrın 20-si — noyabrın 17-si) Cibala hakim təyin etmişdi. O, zilqədə [ayında] (noyabrın 18-i — dekabrın 17-si) onlara getdi. Onun [xürrəmilər] üzərində çaldığı qələbə haqqındakı məlumat [Bağdadda] tərviyə günündə [833-cü il 25 dekabr] oxundu. O, Həmədan rayonunda [onlardan] 60 min adam qırdı, qalanları Rum ərazisinə qaçdılar.

M.Siriyets, məğlub edilən xürrəmilərin qalan hissəsinin Bizans ərazisinə qaçdığı haqqında belə deyir: Həmin (833) ildə Babək tərəfdarlarının böyük bir hissəsi ərəblərin müharibəsindən cana gələrək baş komandan Nəsr ilə birlikdə Rum padşahı Feofili axtarmağa getdi və xristianlığı qəbul etdi.

İbn əl İbri həmin variantı daha qısa şəkildə verir; onun (Babəkin) sərkərdəsi Nəsr öz həmqəbilələrindən bir çoxu ilə Feofilin yanına qaçdılar və xristian oldular.

Xəlifə Mötəsim Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu 835-ci il 3 iyunda xürrəmilərə qarşı müharibə edən bütün qoşunların baş komandanı təyin etdi. Xəlifə bu müharibə üçün vəsait əsirgəmirdi. Afşin ata minəndə yəni xürrəmilərlə vuruşmağa girəndə — gündə 10 min dirhəm, hərbi əməliyyat olmayanda isə 5 min dirhəm pul alırdı.

 

Afşin Babəklə mübaribənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olduğu kimi gizli danışıqlar aparırdı və məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Lakin Afşinin Babəklə birlikdə qəsd düzəltməkdə iştirakı yalnız Məzyərin və Afşinin özünün mühakiməsində aşkara çıxdı. Belə bir qəsdin mövcud olduğunu ərəb mənbələri də təsdiq edir. Əbu Mənsur əl-Bağdadi bildirir ki, Afşin Babək ilə gizli qəsd düzəltmişdi. Mötəsim Afşini Babəkə qarşı müharibəyə göndərəndə belə düşünürdü ki, o müsəlmanlara səmimi münasibət bəsləyir. Gizlində isə o [Afşin] Babəklə əlbir idi və ona qarşı müharibəni uzadırdı və müsəlman qoşunlarında çatışmazlıq olduğunu ona hiss etdirirdi, o da [Babək də] düşmən qoşununun çoxunu məhv edirdi. Yalnız xürrəmilərlə müharibə qurtardıqdan sonra xəlifə, Afşinin satqınlığını və Babəklə müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyini öyrəndi.

Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində Afşin, Babək və Məzyər arasında gedən gizli danışıq və yazışmalar bir nəticə vermədi, odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu. Cəfər əl-Xəyyat, Əbu Səid və Buxaraxudatın sərkərdəliyi altındakı türk qoşunları və könüllülər qalanı mühasirə etdilər. Şəhər üçün uzun sürən vuruşma başlandı, bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri hiss ediləcək tələfat verməyə məcbur edirdilər. Ərəblər mancanaqları Bəzzin hasarlarına yaxınlaşdırdılar, işçi korpusu isə hasarları sökərək daşları çıxarmağa başladı. Xürrəmilərin bütün qəhrəmanlığı və igidliyinə baxmayaraq, ərəblərin üstün qüvvələrinin mühasirəsinə qalanın davam gətirə bilməyəcəyi Babəkə aydın olanda, o, Afşinlə şəxsi danışığa girdi. Bu danışıqlar zamanı Afşin Babəkə aman təklif etdi, lakin o bir gün də gözləməyi xahiş edəndə Afşin elə dedi: Sən istəyirsən öz şəhərini möhkəmlədəsən. Əgər amanda qalmaq istəyirsənsə, çayı keç lakin o uzaqlaşdı.

Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq, Afşin bir müddətdən sonra onun yanına adam göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı bir adam göndərsin. Babəkin elçisinə o dedi: Babəkə (bunları) söylə: hər başlanğıcın bir axırı var. İnsanın başı soğan gövdəsi deyil ki, yenidən cücərə bilsin. Mənim adamlarımın çoxu qırılmışdır, on nəfərdən biri də qalmamışdır. Sənin vəziyyətin də yəqin belədir. Gəl sülh bağlayaq. Sənin əlində olan mülk səndə qalsın, sən burada qal, mən qayıdıb gedim, xəlifədən sənin üçün bir mülk daha alıb fərman göndərim.

Afşin şəhərə neftsatanlar dəstəsini gətirdi və bunların köməyi ilə şəhər 837-ci il 26 avqustda ərəb qoşunu tərəfindən alındı. Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri üç gün ərzində yandırsınlar. Bircə ev, bircə qala salamat qalmadı — o, hər birini yandırdı və ya dağıtdı. Babəkin oğulları və onların ailə üzvləri şəhərdə tutuldular. Nizam əl-MüIkün verdiyi məlumata görə, Bəzz alınarkən 80 mindən artıq xürrəmi öldürülmüşdü.

Bu məğlubiyyətdən sonra 837-ci ildə Babək Sünik hakimi Səhl ibn Sunbatın mülkündə tutularaq Samirə şəhərinə gətirilir və 838-ci ildə həmin şəhərdə edam edilir.

Ərəblərin Azərbaycana tərəf yollarının üstündəki ilk vilayət Rey idi. Bu şəhəri tutmaq üçün ərəblər Həmədan-Rey vilayətləri ayrıcındakı Dəstəbə sərhəd nahiyəsini işğal etdilər, onun qalalarında isə hərbi qarnizonlar yerləşdirdilər. Məhz bu qarnizonlardakı ərəb əsgərləri Azərbaycana və İranın Xəzəryanı vilayətlərinə ediləcək yürüşlərə hazırlıq görürdülər.

Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad komandanlıq edirdi. O, Bacrəvan, Mayməd, Nariz, Şiz, Məyanic və digər yerlərin əhalisindən Ərdəbildə böyük qoşun toplayıb ərəblərlə vuruşmağa girişdi. Vuruşma bir neçə gün davam etdi və ərəblərin qələbəsi ilə sona çatdı..

Nihavənd döyüşündən düz bir il sonra, yəni 643-cü ildə, Reyin işğalı hələ tam başa çatmamış, xəlifə Ömərin (634-644) əmri ilə Bukayr ibn Abdullah və Utba ibn Farkadın başçılıq etdikləri qoşun dəstələri Azərbaycan sərhədlərini keçdilər. Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında İsfəndiyarın hələ yaxşı möhkəmlənə bilməmiş dəstələri onları qarşıladı. Mənbələrin məlumatına görə, bu, Bukayrın Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquşması idi. Bir neçə gün davam edən qanlı döyüş ərəblərin qələbəsilə başa çatır. İsfəndiyar özü isə əsir düşür.

Rey yanındakı döyüşlərin ərəblər üçün müvəffəqiyyətlə başa çatdırılması, xəlifənin Bukayra kömək göndərmək haqqında əvvəlki əmrinin yerinə yetirilməsinə imkan yaradır. Sərkərdə Simak köməyə göndərilir. Çox keçmədən İsfəndiyarın qardaşı Bəhramın başçılığı altında təşkil olunmuş yeni qoşun Utba ibn Farkadın dəstəsinə hücum edir. Ərəblər bu dəfə də qələbə qazanırlar. Bəhram qaçır. Hələ də Bukayrın yanında əsirlikdə qalan Azərbaycan mərzbanı İsfəndiyar isə bu hadisədən sonra ərəblərlə sülh müqaviləsi imzalamalı olur. Bu müqaviləyə görə Azərbaycan əhalisi imkanları daxilində can vergisi-cizyə ödəməli idi; qadınlar və uşaqlar, həmçinin yaşamaq üçün vəsaiti olmayan xroniki xəstələr, dünya malından heç nəyi olmayan zahidlər bu vergidən azad olunurdular.

Yeni hakimiyyət Azərbaycanın bütün əhalisinə, onun düzlərində, dağlarında, ucqar və sərhəd yerlərində yaşayanlarına, onların əmlakına, dini icmalarına, qanunlarına, qaydalarına aman verməyi öz üzərinə götürürdü.

Bəlazuri isə yazır ki, hicri 18-ci ildə Xuzeyfə ibn əl-Yəmən Azərbaycanı dinc yol ilə istila edib, Azərbaycan əhalisi adından hərəkət edən Azərbaycan mərzbanı ilə müqavilə bağlamışdır. Bu müqaviləyə görə mərzban 800 min dirhəm verməyi öhdəsinə götürdü ərəblər isə öz tərəfindən öhdələrinə almışdılar ki, heç kəsi öldürməsinlər, əsir almasınlar, atəşgədələri dağıtmasınlar və Balasacan, Savalan və Satrudan kürdlərini təqib etməsinlər. Şiz əhalisinin öz bayramlarında rəqs etməsinə və (keçmişdə) icra etdikləri hər işi açıq görmələrinə mane olmasınlar. Bundan sonra xəlifə Ömər, Xuzeyfə ibn əl-Yəməni vəzifəsindən götürdü və Utbə ibn Farkadı Azərbaycana canişin təyin etdi. Lakin ərəb qoşunları Azərbaycandan gedəndən sonra ölkənin əhalisi hicri 24 (644-645)-cü ildə üsyan qaldırıb, müsəlmanların onlarla bağladıqları sülh şərtlərinə əməl etməkdən boyun qaçırdılar.

Əməvilər xilafətinin çöküşündən sonra hakimiyyətə gələn Abbasilər sülaləsi dövründə yeni qanunlar qüvvəyə mindi. Bir neçə adda yeni vergilərin tərtib olunması, işğalçılıq fəaliyyətini geniş vüsət alması yerli xalqın müqavimət əzmini qırırdı. Bu dövrdə Azərbaycan sakinləri də xeyli zülm çəkmişlər.
Torpaqların mühüm hissəsi formal olaraq dövlətin mülkiyəti hesab olunurdu. Bunun əsasında xəzinə əkinçilərdən torpaqdan və, dövlətin suvarma sistemindən yararlanma haqqı kimi vergi yığırdı.
Dövlətin torpağının bir hissəsi iqta kimi hərbi xidmətinin təminatı kimi feodallara verilirdi.
Tədricən renta iqtası, torpaq iqtasına çevrildi, və, erkən həm də sonrakı dövrlərdə şərti torpaq mülkiyəti olaraq ömürlük benefisidən irsi lenə çevrildi.
Xüsusi ilə torpağı, feodala məhsulun 50% və daha çox qədərini ödəmək şərti ilə, icarəyə götürən kəndlilərin vəziyəti ağır idi.

Ərəblərin regionda mövqeyinin zəifləməsindən istifadə edən oğuz soylu türk tayfaları tezliklə bölgəyə uğurlu hərbi yürüşlər edərək əraziləri işğal etmişlər. Səlcuqlar əvvəlcə, Xorasanda məskunlaşdılar. 1038–ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq dövləti yarandı. Səlcuqların Azərbaycanda olduğu müddətdə qədimdən ərazidə yaşayan Azəri xalqalarının öz etnik mənsubiyyətini daşıyan türk qardaşlarıyla qaynayıb-qarışması prossesi sürətləndi.

Güney Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.

Təbriz və Xoy xanlıqları Dunbuli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747-1752) dururdu. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. 0, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.

Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747-1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747-1786) yaratmışdır.

Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.

XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığı olmuşdur. Lənkəran, Qaradağ, Qarabağ, Sərab və Gilan xanlıqları ilə həmsərhəd olan xanlığın mərkəzi Ərdəbil idi. Xanlığın əsasənı Şahsevən tayfasından olan Bədir xan qoymuş və dövləti siyasi cəhətcə möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarından ibarət divanxana idarə edirdi. Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndlərdə kətxudalar tərəfindən aparılırdı. Xanlığın 3 min nəfərlik daimi qoşunu var idi. Bədir xanın oğlu Nəzərəli xan Şahsevənın dövründə (1747-1783) zəndlər və qacarlarla münasibət kəskinləşmişdi. Nəzərəli xan Şahsevən nikah diplomatiyası vasitəsilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmişdi. Talış xanlığı ilə də mehriban qonşuluq münasibətində idi.

Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək Ərdəbili və Meşkini tutdu. Bu hadisə Fətəli xanın düşmənlərinin, xüsusilə, Rusiyanın narazılığına səbəb oldu. Ona görə də Fətəli xan Ərdəbili tərk etməli oldu.

Nəzərəli xandan sonra hakimiyyətə gələn Nəsir xanın (1783-1808) dövründə, 1797-ci ildən etibarən xanlıq müstəqilliyini itirərək Qacarlardan asılı vəziyyətə düşmüşdü. Xanlığın fəaliyyətinə 1820-ci ildə Qacarlar sülaləsi tərəfindən son qoyulmuşdu.

Xanları

Marağa torpaqlarını I Şah Abbasın ora köçürdüyü Qarabağın cavanşir elinin qolu olan müqəddəm tayfası idarə edirdi. XVIII yüzilin əvvəllərində Marağa əyalətini osmanlılar tuta bilmiş, lakin Nadirin köməyilə vəkil Həsənəli bəy əyaləti azad etmişdi. Tayfa başçısı Əbdürrəzaq ora hakim təyin olundu. O isə Nadirin siyasətindən ehtiyat edərək Bağdada qaçdığından xanlıq yenidən vəkil Həsənəli bəyə həvalə olundu. Onun oğlu Əliqulu xanın dövründə Nadirin ölümündən sonra xanlıq müstəqilləşdi.
Marağa xanlığı XIX yüzilin 20-ci illərində ləğv olundu.

Xanları

Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxur Səd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi.

Xanlığın banisi Bayat tayfasından Əhməd Sultan idi. O, xanlığın idarəsi və möhkəmləndirilməsi üçün bəzi tədbirlər gördü. Vaxtilə Nadir Şahın Xorasandakı sərkərdələrindən biri idi. Nadir şahın öldürülməsindən sonra onun arvadlarından biri ilə evlənir. Onun və oğlu Hüseyn xanın haqqında məlumat azdır. Xanlığın içində anklav olaraq Ayrımlı tayfasının 30 kənddən ibarət olan öz Avacıq xanlığı da var idi. Xanın ölümündən sonra torpaqlar oğlanları Həsən və Hüseyn xan arasında bölündü. Həsən xan İrəvanlı Məhəmməd xan Qacardan asılılığa düşdü. Hüseyn xanın Mahmudi və Əbaqiyyə mahalları Osmanlılar tərəfindən tutuldu, lakin bu mahalları tezliklə geri ala bildi. Əli xanın dövründə xanlıq möhkəmlənməyə nail oldu. Hüseyn xanın oğlu Əli xan hamının qibtə etdiyi bir xan olaraq tanınırdı. Əli xan daha sonra İslam dinindən çıxaraq Babın təlimini qəbul etmişdi. Bu xətt Hacı İsmayıl xanın zamanında da davam etdirildi. Teymur Paşa xan 1877-1878-ci illərdə xanlığı gücləndirdi. O, rus generalı Alxazovun Naxçıvan dəstələrilə birgə Təbriz üçün təhlükə yaradan Şeyx Übeydullanın dəstəsini məğlubiyyətə uğratdı. Ona yerli xalq Azərbaycan Padşahı ləqəbi vermişdi. Xanlığın son nümayəndəsi Murtuzaqulu xan isə 1922-ci ildə devrildi.

Xanları

Əhalisi
Xanlığın əhalisi Azərbaycan türkləri və kürdlərdən ibarət idi. Əhalinin 900 ailəsi Əhl-Haqq (Yərsanizm) dininə etiqad edirdi. Xalq arasında sünnilər qaraqoyunlu, şiələr isə ağqoyunlu adlanırdı. 1200 erməninin də yaşadığı qeyd olunur. Xanın əsas güvəndiyi qulluqçuları ermənilərdən idi.

Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu.

Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu. Bu ittifaq məqsədinə nail ola bilməmişdi. Qaradağ xanı Qarabağ xanlığına, Kərim xan Zəndə (1761), sonra isə Ağa Məhəmməd Qacara (1791) tabe olmuşdu.

Qaradağ xanı Abbasqulu xan XIX yüzilin əvvəllərində P.Sisianova məktub yazaraq Rusiyaya sadiq qalacağını bildirmiş, lakin 1804-1813-cü illər rus-İran müharibəsində Rusiyaya qarşı çıxmışdı.

Xanları

Sərab xanlığı — İran ərazisində xanlıq. (XVIII əsrin 40-cı illəri — XIX əsrin əvvəlləri). Ərazisi Ərdəbil, Qaradağ, Marağa xanlıqları və Təbrizla hüdudlanırdı. Mərkəzi Sərab şəhəri.

Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) tərəfındən qoyulmuşdur. Nadir şahın ölümündən sonra paytaxtdakı qarışıqlıqdan istifadə edən Əli xan özünü həmtayfaları arasında xan elan etdi. O, Məhəmmədhəsən xan Qacarla mübarizədə öz müstəqilliyini qoruyub saxlasa da, Kərim xanın nominal hakimiyyətini qəbul etməyə məcbur olmuşdu.

Əli xanın ölümündən sonra hakimiyyətə Sadıq xan Şəqaqi gəlsi. Sadıq xanın hakimiyyəti dövründə Sərab xanlığı yenidən müstəqilliyə nail olmuş, öz sərhədlərini genişləndirməyə cəhd göstənnişdi.

Sadıq xan xanlığın idarə sistemini nizama saldı, müdafiəsini təşkil etdi. İran tərəfdən təhlükəni nəzərə alaraq xan titulu verdiyi qardaşı Əli bəyi Zəncana hakim təyin etdi. Sadıq xan Təbrizi ələ keçirdi. Lakin Urmiya, Qarabağ və başqa xanlıqlardan kömək alan Nəcəfqulu xan Dünbuli Sadıq xanı geri çəkilməyə məcbur etdi. Sərab xanlığının ərazisi Qacarlar dövlətinin tərkibinə qatıldı.

Xanları

Ən görkəmli xanlarından biri Əmiraslan xan Qırxlı-Avşar olmuşdur. Onun hakimiyyəti dövründə Təbriz xanlığı Ərdəbili, Xalxalı, Azərbaycanın cənub torpaqlarının bir hissəsini tutmaqla sərhədlərini xeyli genişləndirdi. Lakin çox keçmədi ki, Təbriz xanlığı Fateh-Əli xan Əfşar tərəfindən ələ keçirildi və Təbriz onun ölkəsinin paytaxtına çevrildi. Təbriz xanlığının idarə edilməsi Nəcəf-Qulu xana tapşırılır. Fateh-Əli xanın ölümündən sonra Təbriz xanlığı yenidən müstəqillik əldə edir.

Xanlığın əsasını Nadir şah Əfşar'ın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoymuşdu.O,hətta Nadir şahın sərkərdəsi olan Azad xan'ı da öz tərəfinə çəkə bilmişdi. Bundan sonra,o,mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı.İlk olaraq Təbrizə hücum etdi,Təbriz asılı hala salındı.Və Təbriz paytaxt oldu.Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur oldu.Bundan sonra isə Qaradağ,Marağa və Sərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı.O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi.İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi.II İrakli Qazax və Borçalı azərbaycanlılarından topladığı ordunu Mir Mehdi xana köməyə göndərdi.Azad xan geri oturduldu.Beləliklə,Fətəli xan Əfşar Maku və Ərdəbil xanlıqları istisna olmaqla,bütün İran Azərbaycanı xanlıqlarına öz hakimiyyətini yaya bilmişdi.

Urmiya xanlığının hökmdarı Fətəli xan Əfşar Nadir şah Əfşarın ən yaxın adamlarından biri idi və Əfşarlar tayfasına mənsub idi. Fətəli xan Əfşar Cənubi Qafqazın tutulması və İranda ali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətnamələr göndərildi. İrəvan xanlığına hücum uğursuz olduqda hücum istiqaməti Gürcüstana yönəldi. Çar II İrakli məğlub edildi.

Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi (1752). İranın şimalında möhkəmlənən Məhəmmədhəsən xan Qacarla mübarizə çə­tin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərək Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. Bununla kifayətlənməyərək Təbrizi, sonra isə Urmiyanı tutdu (1757). Yalnız Məhəmmədhəsən xanın öldürülməsilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağa hücum etdi və onu asılı vəziyyətə saldı (1759).

Məhəmmədhəsən xandan sonra İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyanı 1763-cü ildə 9 ay mühasirədə saxlayır. Nəhayət Urmiya xanlığını tutan Kərim xan Zənd Fətəli xan Əfşarı Şiraz qonaqlığında edam etdirir.

Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı. Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra İmamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Əfşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq, İran taxtına çıxan Fətəli şaha tabe oldu.

Xanlığın yaradıcısı Əmirgunə xandır. Əmirgunə xan Əmirli-Avşar Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Əmirgünə xan Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfini tutub Fətəli xanı satdı. Kərim xan onu Şiraza fəxri qonaqlığa aparıb ali şuraya daxil etdi.

Kərim xanın vəfatından sonra Əmirgünə xan Taroma qayıdıb özünün xanlığını elan etmişdi. İranı birləşdirməyə başlayan Ağaməhəmməd xanı tanımaq istəmirdi. İlk növbədə Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşara müraciət etdi. Məhəmmədqulu xan ona etina etmədi.

Əmirgunə xan 1782-ci ildə başqa xanlarla birləşib Mazandarana hücum etdi. Savaşda yaralanıb qaçdı.

General-poruçik Aleksandr Suvorov 28 iyul 1780-сi ildə Həştərxandan Q. A. Potyomkinə məruzəsində yazırdı:

Xoy xanlığının əsasını dünbuli tayfa başçıları qoymuşdu. Dünbuli Əhməd xan XVIII yüzilin 60-cı illərində Təbrizdə də möhkəmlənmişdi. O, İrəvan, Naxçıvan və Qaradağ xanlığını da özünə tabe etmişdi. Qarabağ xanlığı ilə müttəfiqlik hakimiyyətinin möhkəmlənməsinə müsbət təsir göstərdi.

mübarizə aparmasının vacib olduğu bildirilirdi.

Xoy xanlığı ilə Kərim xan Zəndin zərbələrindən sonra dirçəlməyə başlayan Urmiya xanlığı arasında ziddiyyət var idi. Xanlıqlar arasındakı döyüşdə Urmiya xanlığı məğlub oldu. Bu Xoy xanlığının nüfuzunu xeyli artırdı. Kərim xan Zənd Xoy xanlığının güclənməsindən narahat olub, Əhməd xanı sarsıtmaq üçün tədbirlər görməyə başladı. Bu məqsədlə onun qardaşı Şahbaz xanın oğlanlarını əmilərinə qarşı mübarizəyə hazırlayırdı. Kərim xan Zəndin səpdiyi düşmənçilik toxumu onun ölümündən sonra belə özünü göstərdi. Şahbaz xanın oğlanları Əhməd xana qəsd edib, onu öldürdülər. Qəsdçilər hakimiyyəti ələ keçirməyə nail ola bilmədilər. Cəfərqulu xan Xoylu xilas ola bildi, onları cəzalandırdı və qardaşı Hüseynqulu xanı azad edərək hakimiyyətə gətirdi.

Xoy xanlığı yaranmış vəziyyətdə əvvəlki mövqeyini itirdi. İrəvan xanlığı müstəqillik əldə etdi. İrəvan və Qaradağ xanlığı yalnız Qarabağdan asılı oldu. Təbriz də əldən çıxdı. Xanlıqlar arasında yeni çəkişmələr başlandı.

Xoy xanlığı Qacarlardan asılı vəziyyətə düşdü, sonra xanlığa son qoyuldu.

Xanları

İnzibati quruluşu

Zəncan xanlığın banisi Zülfüqar xan Əmirli-Avşar idi. Avşar elinin Əmirli oymağının Zəncan ətrafında çəkisi ağır idi. Kitabi-məcməül-sultaniyyənin 370-ci səhifəsində yazılır: Əmirli-Avşar elindən bir tayfa adıdır ki, Xəmsənin (Zəncanın) ətrafında sakindirlər.

Zülfüqar xan Əmirli-Avşar (Zəndiyyə dönəmində) Zəncanın valisi və Kərim xan Zəndin siyasi rəqibi idi. Bugünkü Zülfüqarilərin ulu babası olub və Zəncanın Səbzə meydanında yerləşən imarət onunkudur. Gülşəni-murad, Rüstəmüttəvarix və başqa kitablarda da onun haqqında məlumatlar verilib. Kitabların bir neçə yerində onun iqtidarı və qüdrətinə görə, Alicah Zülfüqar xan, Sultan Zülfüqar xan Əmirli-Avşar, Xaqan ünvanları ilə xatırlanıb. Zülfüqarilərin daxil olduğu əmirlilərin olduqları yer, Qoltuq qalası Zəncanın cənub yörəsində yerləşirdi.
 
Zülfüqar xan Kərim xan Zəndin ölümündən sonra qoşun çəkib Qəzvini tutdu. Şahlıq iddiasında idi. Əlimurad xanın hücumundan sonra Qəzvini buraxıb Zəncana qayıtdı.
Zülfüqar xan Ağaməhəmməd xan Qovanlı-Qacarın qardaşı Cəfərqulu xanla vuruşub məğlub olmuşdu.
Zülfüqar xan məğlub olub Xalxala qaçmışdı. Xalxalın hakimi onu tutub Əlimurad xana verdi.

Əlimurad xan 1780-ci ildə Zülfüqar xanı öldürdü.

Zülfüqar xanın törəməsi Zülfiqari soyadını daşıyır.

Zülfüqar xandan sonra, 1780-ci ildə Zəncanın hakimi Əli xan Avşar oldu. Onun soyu Zayirli adlanırdı. Zayirli soyu Zəncanın ətrafında məskunlaşıblar. Gülşəni-murad kitabında bu barədə yazır ki, Əli xan Zayirli-Avşar Xəmsə və Zəncan əyalətinin hakimi və Zülfüqar xanın qohumu idi.

Zəncan hakimi Əli xan bir müddət idi ki, Əlimurad xandan üz döndərmişdi, sevincək halda onlarla birləşdi. Onları ağırlayıb məsləhət gördü ki, əvvəl evin içi, sonra çölü. Bildirdi ki, gəlin Azərbaycanı iç düşmənlərdən təmizləyək, sonra Əlimurad xanın üstünə gedərik. Bu məsləhəti Imamqulu xan Qasımlı-Avşar qəbul edib Irağa getməkdən əl çəkdi. Birləşdiyi Əli xanın sərkərdələrindən olan Vəli bəyi qoşunla Azərbaycana göndərdi. Dost bildiyi Azərbaycan xanlarına məktub yazıb onlara qoşulmağı təklif etdi. Xalxalın hakimi Fərəculla xan Miyanədə ona qoşuldu.Sərab hakimi Əli xan Şəqaqi böyük oğlu Sadıq sultana qoşun götürüb onlara qoşulmasını tapşırdı. Onlar Təbrizin bir ağaclığında toplanıb oturaq etdilər. Qış həmin il soyuq gəldiyindən şəhəri mühasirə etməyə tablamayıb Urmiyaya yollandılar.

Əli xan Avşar Qarabağ hakimi Ibrahimxəlil xan Cavanşirlə yazışırdı. 1787-ci ildə Qarabağ xanı Əli xana yazırdı ki, Ağaməhəmməd xanın Azərbaycana girməsi böyük təhlükədir və buna görə də o, Məhəmmədhəsən xanın oğlunu şimala doğru hərəkətinə mane olmalıdır. Bunun üçün lazım gələrsə, ona qoşunla və pulla kömək etməyə hazırdır.

Ibrahimxəlil xan Cavanşirin məktubu Təbriz xanı tərəfindən ələ keçirildi. Ağaməhəmməd xana göndərildi. Ağaməhəmməd xan Qovanlı-Qacar 50 min qoşunla Zəncana gəldi. Əli xan Zayirli bir məktub vasitəsilə Avşar elinin butün oymaqlarını Tehrana dəvət etdi. Ta Tehranda Avşarlar sülaləsinin şahlığını elan etsin.

Bir neçə dəfəlik yüngül qarşılaşmada Əli xan Zayirli-Avşar Ağaməhəmməd xan Qacarın ordusunun nizamını pozmuşdu. Ağaməhəmməd xan da qalib gələndən sonra onu Zəncanın hakimliyindən və qoşun sərkərdəliyindən azad etdi.

Əli xan Qacar xanına qarşı mübarizədən əl çəkmirdi. 1788-ci ildə (hicri qəməri 1201-ci ildə) Ağaməhəmməd xan Əli xan Avşarı Isfəhan şəhərinə aparıb gözlərini çıxartdırdı. Onun bütün vəzifələrini Abdulla xan Usanlı-Avşara verdi.

Əli xan Zayirli-Avşardan sonra Zəncanın valisi Abdulla xan Usanlı-Avşar oldu. 1797-ci ildə Ağaməhəmməd şah Qovanlı-Qacar onu hakim kimi tanımışdı. Abdulla xan Xəmsəyə yetişəndən sonra şahlıq həvəsinə düşmüşdü. Yar-yoldaşlarından, dost-tanışlarından qoşun toplayıb taxt-tac iddiası edirdi. Sonra iddiasından əl çəkib Zəncanı idarə etməyə başladı.

Abdulla xan Usanlı 1797-ci ildə Qacar şahları tərəfindən Xəmsə əyalətinin valisi olmuşdu. Fətəli şah Qovanlı-Qacara xidmət etmişdi.

Abdulla xan Hüseynqulu xan Qovanlı-Qacarın oğlu Süleyman xanın qiyamına qarışdığı üçün Fətəli şah tərəfindən kor edildi.

Abdulla xandan sonra Zəncana Əmənulla xan Avşar başçılıq etməyə başladı.

Əmənulla xan Qacar dövlətinin adlı-sanlı sərkərdələrindən idi. 1806-cı ildə Fətəli şah Qovanlı-Qacar İbrahimxəlil xan Cavanşirin oğlu, İrana tabe olan Mehri mahalının başçısı Əbülfət xanı (Əbülfət xan Tuti) qızışdırıb 5 min nəfərlik qoşunla Qarabağa göndərdi. Əbülfət xanın yeznəsi Fərəculla xan Sarıxanbəyli-Şahsevəni də ona yardımçı təyin etdi. Iranın adlı-sanlı sərkərdələri, o cümlədən Qəzvinli sərdar Hüseynqulu xan Qacar, Damğanlı Ismayıl xan, Xəmsəli (Zəncanlı) Əmənulla xan Avşar və başqaları Əbülfət xanın başçılığı altında idi.

Xanları

Bölgə əhalisi ölkənin təhsil və digər sistemlərində olduğu kimi quruculuq və idarəetmə sistemində də önəmli rol oynayırlar. Mərkəzi İran Ağsaqqallar Şurasındakı 86 təmsilçidən 11-ni azərbaycanlılar təşkil edir.

İslam Məşvərət Şurasının 290 üzvündən 44-ü cənubludur. Həmin təmsilçilərin 40-ı, eyni zamanda Türk Bölgələr Fraksiyasına da üzvdür.

Mötəbər idman hadisələri

Bölgənin əsas idman klubları

Sasanilər dövründə Adurbadaqanın ərazisi əsasən türkdilli tayfalarla məskun idi. Əhalinin bir hissəsi İran dilləri qrupunun dialektlərində danışsa da, həmin dil qrupundan olan hakim pəhləvi dili geniş xalq kütlələrinin danışıq dili ola bilməmiş, yalnız kargüzarlıqda işlədilmiş, hakim təbəqənin dili olmuşdu.

Azərbaycan türkləri İranda say etibarilə farslardan sonra ikinci yeri tuturlar. XIX əsrin sonlarında İranda Azərbaycan Türklərinin sayı 2 milyona yaxın idi. Onlardan 1 milyonu kənd əhalisi, 0,5 milyon şəhər əhalisi, 0,5 milyonu isə yarımköçərilərdən ibarət idi. XX əsrin ortalarında İrandakı azərbaycan türklərinin sayı 16-18 milyon (32-36%) olmuş və bunlardan 7-9 milyonu Cənubi Azərbaycanda məskunlaşmışdır. 90-cı illərin əvvəllərində aparılmış hesablamalara görə, İranda, 40.000.000 azərbaycan türkləri yaşayır. Onların böyük bir qismi (təxminən 20 mln.) Cənubi Azərbaycanda, qalanı isə İranın digər ərazilərində məskunlaşmışdr.

Şahlıq rejimi zamanı (1925-1978) dövlət siyasətinin əsas tərkib hissəsini millətçilik təşkil edirdi. İran hakim dairələrinin göstərişi ilə mədəniyyətin elm ədəbiyyat və incəsənət kimi sahələri də yeni nəslin fars şovinizmi ruhunda tərbiyəsi və hazırlanması işinə xidmət edirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara (xüsusilə azərbaycanlılara) öz ana dillərində əsərlər yazıb-yaratmağa imkan verilmirdi. XV–XVII əsrlərin Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ olduğunu görərik.

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Heris, Sərab, Əhmədabad, Əhər, Salmas, Qaradağ, o cümlədən, Qərəcə, Miriş, Görevan, Sennə və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.

Öz kompozisiya tələbatına süjetlərin təfsirinə, parçanın koloritinə və texnologiyasına görə Cənubi Azərbaycan xalçaları XVI əsrdə Təbriz məktəbinin yüksək tərəqqisi dövründə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrinin inkişafına dəlalət edir. Bu xalçalarda klassik dövrün miniatür rəngkarlığının təsiri hələ də duyulur.Lakin əvvəlki üsullardan uzaqlaşma nəzərə çarpır. Süjetlər sanki ayrı-ayrı fraqmentlərə parçalanır və bu fraqmentlər ümumi dekorun daha çox formal ünsürlərinə çüvrilir,artıq rəvayət xarakterli və hadisələrin mənasını açıb göstərən motivlər kimi başa düşülmür. Bir qayda olaraq ovçuların fiqurları,ov motivləri naxışlarla əvəz olunur.

İlk XVI əsrin ən erkən nümunəsindən başlayaraq, ta keçən əsrin ortalarında toxunmuş məmulatadək Dörd fəsil tipli Təbriz xalçaları ilin dörd fəslinə dair mövzuların açib göstərilməsinin vahid ideya-bədii zəmininə malikdir və bu mövzular dəqiq bədii formalarla işlənir.Kompozisiyasına görə orta sahə ənənəyə uyğun olaraq dörd hissəyə bölünür və onlardan hər biri ilin bir fəslinin rəmzidir.Dörd fəslin mövzusu kökləri əkinçiliyə və mistik kultlara gedib çixan rəmzləri zodiak bürclərini və Şərqin mifoloji obrazlarını təcəssüm etdirir.

Xalçalardan medalton və medalyonlar boyunca Azərbaycan memarlığının abidələrinin təsviri,tarixi və din xadimlərinin obrazlarının verilməsi təqlidçilik xarakteri daşımır.Ənənəvi Şərq mədəniyyətinə əsaslanan müstəqil xarakterə malikdir.Dörd dəqiq hissəyə bölgü Şərqin dünya şöhrətli bağ-bağçaları üçün səciyyəvidir. Bu xalçalar haqqında XII əsr mənbələrində məlumat verilir.Əmək istilaçıları 637-ci ildə Ktesifonda Sasanilərin iqamətgahını ələ keçirərkən Xosrovun Baharı adlə xalçanı qənimət kimi götürmüş və onu misilsiz bir sərvət kimi qiymətləndirmişlər.Xalçanın fonunda şəlaləli irmaqlar, arxlı güllü-çiçəkli bağ təsvir olunmuşdur.

XVI əsrə aid edilən və hazırda Məşhəd muzeyində saxlanılan Təbriz xalçasına nəzarət yetirək. Burada ən əvvəl xalçanın orta hissəsində dörd hissədə fəsillərin rəmzləri:qar,gördurşağı,yağış təsvirləri,mərkəzdə medalyon nəzərə çarpır. Medalyonda çox güman Təhmasib şahın babası İmam Rzanın məqbərəsinin minarələri bir sıra dini abidələr və motivlər əks olunmuşdur.Bu prinsip sonralar tarixi və ictimai şəraitə uyğun olaraq dəyişmişdir.

Təbriz xalçalarının ənənəvi əlamətlərindən biri xalçalardan Azərbaycan memarlığının Göy Məscid,Ucaytu Sultaniyyə kimi abidələrin təsvir olunmasıdır. Çox vaxt xalça rəsmlərində Əhəmənilər sülaləsi dövrünün əfsanəvi saray kompleksini Təxti-Cəmşidin xarabalıqları,habelə din xadimlərinin klassik şərq ədəbiyyatı dahilərinin portretləri verilirdi.

Cənubi Azərbaycanda xalçaçılığın dünya miqyaslı ən məşhur və iri mərkəzi Təbriz şəhəridir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır.

Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr klassik və ya qızıl dövrünün 200-ə qədər şah əsərləri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir.

Təbriz məktəbini 2 yarımqrupa bölmək olar: Təbriz və Ərdəbil.

Təbriz xalçaçılıq məktəbinin Bağ-behişt xalçası, Bağ-meşə xalçası, Balıq xalçası, Buta xalçası, Dərviş xalçası, Kətəbəli xalçası, Gördəst xalçası, Göllü-guşəli xalçası, Güldanlı xalçası, Leyli və Məcnun xalçası, Məşahir xalçası, Mun xalçası, Namazlıq xalçaları, Nəcaqlı xalçası, Sərvistan xalçası, Sərdari xalçası, Səhənd xalçası, Silsiləvi ləçək xalçası, Fərhad və Şirin xalçası, Xəyyam xalçası, Xətai xalçası, Həddad xalçası, Çərxi-gül xalçası, Ceyranlı xalçası və s. klassik kompozisiyaları da məşhurdur.

Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən Geris və ya Gəpəz qəsəbəsinin adları ilə bağlıdır. Geris xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan Ləçəkturunc kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Gerisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.

Bu xalçalar adlarını Təbriz və Ərdəbilin arasında yerləşən Səraba şəhərindən götürüb. Sərabi xalçalarınını bir neçə növü mövcuddur.

Bitki ornamentləri demək olar ki, punktir xətlərlə toxunub, bu da müəyyən mənada Qarabağ xalçalarını xatırladır.

Təbriz məktəbinin Ərdəbil qrupuna daxil olan bu xalçaların adları Ərdəbil şəhərindən cənubda yerləşən Mir və Mirşi qəsəbələrinin adları ilə bağlıdır. Xalçanını orta sahəsinin kompozisiyasını buta təşkil edir. Şaquli və üfiqi yerləşən bu butalar quruluş və formasına görə Şirvan tipinə daxil olan Mərəzə və Hilə buta xalçalarını xatırladır. Mir xalçalarındakı ayrı-ayrı buta kompozisiyaları böyük sadəliyi ilə fərqlənir.
Bu tip butaları həmçinin Təbrizdə, Kerman və Hindistanda istehsal olunan tirmə parçalarda görmək olar. Xalçanının orta haşiyəsi və orijinal köbəsi əvvəllər əyri xətli bitki elementlərindən ibarət idisə, lakin toxuculuq texnikasının inkişafı ilə yeni formalar aldılar.

Bu xalçalar öz adlarını istehsal olunduqları yerin adına görə deyil, kompozisiyasına görə adlanırlar. İranda bu xalçalar Dəraxti, Əfqanıstanda Baqqi, Azərbaycanda isə ağacalı kimi məşhurdurlar. ağacalı kimi tanınan xalçaların orta sahəsi, əsas etibarilə, bir və ya bir neçə ağac və kollardan ibarətdir, nadir hallarda isə ağac qruplarından ibarət olur. ağacların müxtəlif növləri olur. Qədim dövrlərdə əfsanəvi hadisələr, məhəbbət səhnələri, mifoloji, bəzən isə dini fantastik süjetlər bu kompozisiyaların əsas süjetini təşkil edirdi. Məlumdur ki, Orta Asiyada, Yaxın Şərqdə, həmçinin Azərbaycanda da zeytun, çinar, əncir ağacları, üzüm müqəddəs sayılırdı. Ağlayan söyüd məhəbbətin rəmzi, palıd — Güc və ərlik təcəssümü, nar ağacı isə var-dövlət, uğurun simvolu hesab olunurdu.

Bu xalçaların adlarını Səfəvilər dövlətinin beşinji hökmdarı I Şah Abbasın adı ilə bağlıdı. Şah Abbas Səfəvilər dövlətinin paytaxtını Azərbaycandan İranın daxili rayonu olan İsfahan şəhərinə köçürüb. Bununla əlaqədar olaraq Azərbaycanın bir çox usta və sənətkarları İsfahana köçməyə məjbur olublar. Qum — Şah Abbası xalçası Şah Abbası gülləri adlı orijinal formalı elementləri ilə səciyyələnir. Onlar əsas etibarilə fantastik güllər, həmçinin əncir yarpaqlarından ibarətdir. Üfiqi şəkildə assimetrik yerləşən elementlər bu xalçaların xarakterik xüsusiyyətlərindən hesab edilir.

Bədii və texniki cəhətdən yüksək səviyyəyə çatmış Təbriz xalçaçılıq məktəbinin ənənəvi xüsusiyyətləri vaxt ötdükcə Azərbaycandan kənarda da tanınmağa başladı.

Bu dövrün süjet-mövzulu xalçaları Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin dəyərli abidələrindəndir, onun öyrənilməsi üçün zəngin faktiki material rolunu oynayır.

Süjetli xalçalar bütün mümkün mövzular əsasında toxunurdu, bu mövzular arasında əsasən ovçu, heyvan, illyustrasiyalı ədəbi Süjetli, dini mövzuya həsr olunmuş mövzular daha çox sevilən idi.

Sücet-mövzulu xalçaların yaranmasında bəzi rəssamlar birbaşa iştirak edirdilər. Məsələn, Sultan Məhəmməd XVI əsr Təbriz məktəbinin ən məşhur miniatür rəssamı idi. Ənənəvi mövzulardan biri — Ömər Xəyyamın sevgilisiylə olan təsviridir. Miniatür rəssamlığın xüsusi dili və böyük realistik ruhu ilə xalçanın kompozisiyası Xəyyam poeziyasının ruhunu və mahiyyətini çatdırır. Burada məhəbbət mövzusuna aid müdrik sözlər və aforizmlərdən ibarət olan Firdovsinin, Sədinin, Həccə, Şeyx Attarın ikimisralı və dördmisralı beyt və rübailərdən ibarət poetik əsərləri göstərilib. Təbrizdə Dörd fəsil ənənəvi təsvirli xalçalar istehsal olunurdu (İlin dörd fəsli). Bu xalçalarda mövzu dəyişməz olaraq qalırdı, kompozisiya isə rəssasmın zövqü və baxışlarına uyğun dəyişirdi. Kompozisiyasına görə orta sahə hər biri ilin bir fəslini simvolizə edən ənənəvi dörd yerə ayrılır.

Türk dilində tamaşa və göstərilər qadağan edildikdən sonra S.Səbahi 10 ilə yaxın müddətdə (1949-1959) 40-dan çox bədii əsəri, o cümlədən C.Cabbarlının, M.F.Axundzadənin, H.Cavidin, Ü.Hacıbəylinin əsərlərini fars dilində tamaşaya qoyur. 30 ilə yaxın müddətdə səhnədə fars dilində əsərləri ifa edən azərbaycanlı aktyorlar peşəkar sənətçi kimi də bütün ölkə tamaşaçılarının rəğbətini qazanmış və 1978-79-cu illər inqilabından dərhal sonra türk dilində tamaşaların yüksək səviyyədə səhnəyə gətirilməsi üzərində çalışmışlar. Nəticədə bu gün İranın bir sıra iri şəhərlərində, eləcə də Güney Azərbaycanın teatr salonlarında azərbaycanlı aktyorlar tərəfindən türk dilində dram əsərləri səhnəyə gətirilmişdir. Bir sıra komik əsərlərdə baş rolda çıxış edən azərbaycanlı Haşım Çavuşi bütün İranda tanınır. Azərbaycanlı teatr aktyoru sırasında Səid Xeyirxah, Yaqub Xeyrulla və onlarca başqalarının adını çəkmək olar. 1994-cü ildə gənc azərbaycanlı recissor Hüseyn Lələ türkcədə Alın yazısı adlı tamaşa və sonra dahi sənətkar M.Şəhriyarın Heydərbabaya salam poeması əsasında eyni adlı musiqili-ədəbi kompozisiya yaradaraq Tehranın Vəhdət adlı ən böyük konsert və teatr salonunda səhnəyə çıxarmışdır. Sonuncu səhnə əsərinə Tehranda minlərcə tamaşaçı baxmış və sonralar bu əsər həmin recissorun səyi nəticəsində Bakı teatr salonlarında səhnəyə çıxarılmışdır.

Azərbaycan türkcəsindəki radio verilişlərinin proqramına, əsasən bu tayda bəstələnmiş və orada yayılmış bir sıra xalq mahnıları və havaları məhəlli nəğmə adı altında daxil edilirdi. Bu yolla Azərbaycan musiqisi xalq arasında yayılır və qorunurdu. Tanınmış bəstəkar Əli Səliminin bəstələdiyi mahnılar 90-cı illərədək bu tayda da (Şimali Azərbaycanda) anonim qalmışdı. 1979-cu ildən bu tərəfə Azərbaycan musiqisində bir sıra irəliləyişlər baş vermişdir. Daim sənətkar kimi formalaşmış bəstəkar Əli Səliminin bu illərdə Fantaziya, Elim, günüm, şövkətim, Ceyran sevgilim və s. filmlər üçün bəstələdiyi musiqi əsərləri nəinki İranda, eləcə də bütün dünyada məşhurlaşdı. Onun Aman, ayrılıq, Sizə salam gətirmişəm mahnıları bütün dünya azərbaycanlıları arasında çox məşhurdur. Orta musiqi təhilini Bakıda alan Ə.Səlimi sonralar Tehran radiosunda işləmiş, Təbrizdə orkestr rəhbəri və musiqişünas olmuşdur. O, 1988-ci ildə İslam Mədəniyyəti və İrşad Nazirliyi tərəfindən İranın ən yaxşı bəstəkarı kimi tanınmış, qızıl lövhəyə və medala layiq görülmüşdür.

Güneyli Həsən Ənami Bülbül adına Uluslararası Musiqi Festivalının qaliblərindən biri olub. O, 1999-cu ildə Bakı Musiqi Akademiyasının III kurs tələbəsi ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Sevil operasında baş rolda çıxış edib. Vətənpərvər muğənni Araz Elsəs, Almaniyada yaşayan və gözəl səsi olan Yaqub Zurufçu azərbaycanlılar arasında çox populyardır. Avropa və Amerikanın bir çox şəhərlərində muhacirət həyatı yaşayan çoxlu cənublu sənətçilər vardır. Onların arasında Ə.Bekkalam, İ.Əhrari bu gün dünyanın sayılan rəssamlardandır.

XIX əsrin I yarısında bütün Azərbaycan ədəbiyyatında olduğu kimi, onun cənub qolunda da aşıq şeiri və lirik poeziya əsas yeri tuturdu. Nəbati, Heyran xanım, Ə.Qaracadaği, M.Aciz, M.Dilsuz, H.M.Şükuhi, H.R.Sərraf, M.Ə.Ləli, M.Hidəci və başqaları lirik şeirin gözəl nümunələrini yaratmışdır. Ə.Raci və bir çox başqa şairlər lirik şeirlərlə yanaşı, dini mövzulu əsərlər də yazmışlar. M.Xəlxalinin əsərlərində ictimai qüsurlar tənqid edilirdi. XIX əsrin II yarısında maarifçi ədəbiyyat yarandı. Bu dövrdə M.F.Axundzadənin bilavasitə təsiri ilə dram əsərləri yarandı. M.F.Axundzadənin davamçıları Z.Marağayi və M.Ə.Talıbovun əsərləri (həmçinin Türkiyədəki Tənzimat inqilabı, Rusiyadakı inqilab, Təbrizdəki xalq hərəkatları) 1905-ci illər inqilabının ideoloci və siyasi cəhətdən hazırlanmasında mühüm rol oynadı.

XX əsrin 20-ci illərində bütün İran ədəbiyyatında yeniləşmə başlandı. İranda yeni şerin təməli Təcəddüd (Ş.Ə.Xiyabaninin rəhbərliyi ilə) qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmayi kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur. Bununla ədəbiyyatın həm forma, həm də məzmununda təcəddüd yaranmış, sərbəst şerin əsası qoyulmuşdur.

M.Siqqətülislam, Ə.Səfərov, S.Səlmasi, Ş.M.Xiyabani və başqaları realist demokratik Azərbaycan ədəbiyyatını inkişaf etdirmişlər. Sabir ədəbi məktəbinin görkəmli davamçısı M.Möcüzün, B.Abbaszadənin satirik şeirlərində ictimai eybəcərliklər kəskin tənqid olunurdu. Güney Azərbaycan tarixində Məşrutiə hərəkatı milli istiqlaliyyətin, mübarizə tarixinin başlanğıcıdır. Ş.M.Xiyabani hərəkatı onun başlanmasına təkan verdi. Demokratik ədəbiyyatın yaranması S.C.Pişəvərinin rəhbərlik etdiyi dövrə düşdü. Beləliklə, 1905-1911-ci illərdə Məşrutə ədəbiyyatı, 1917-1920-ci illərdə Təcəddüd (yeniləşmə) ədəbiyyatı, 1945-1946-cı illəridə demokratik ədəbiyyat meydana gəldi. 1978-1979-ci illərin inqilabı ilə Güney Azərbaycanda təzə ab-hava yaranmağa başlasa da o, uzun çəkmədi.

Şah rejiminin farslaşdırma siyasətinə baxmayaraq, ana dilində ədəbiyyat 1950-1970-ci illərdə inkişafdan qalmamışdır (Səhənd, Əli Kərimi, Əli Təbrizi, Həbib Sahir, Səbahi, Səməd Behrəngi, Savalan, Sönməz, Coşqun, Yəhya Şeyda, Piruz Dilənçi və b.). Azərbaycan folklorunun toplanması və nəşri sahəsində müəyyən tədqiqi işlər aparılmışdır (S.Behrəngi, M.Fərzanə, S.Cavid, A.Təbrizi, M.Tərbiyət, M.Təbrizi, H.Məmmədzadə, Q.Kəndli, Q.Biqdeli, M.Müsaddıq, M.Mənafi, C.Müciri, Məhəmmədsədiq Hüseyn Məhəmmədzadə (Hüseyn Düzgün) və başqaları).

Hazırda İranın muzey, məscid və şəxsi kolleksiyalarında Azərbaycan xalqının əsrlər boyu yaratdığı minlərlə nadir sənətkarlıq nümunələri mühafizə olunur. Xüsusilə Tehranın Arxeologiya Muzeyindəki eksponatlar-Təbrizdən bir az aralı Urmiya gölü ətrafında yerləşən Həsənli, Qaratəpə, Zaviyə və s. təpələrdən yaxın vaxtlarda tapılmış abidələr, əşyalar Azərbaycanın qədim tarix və mədəniyyətini işıqlandıra bilən qiymətli sənət əsərləridir. Pəhləvi recimi dövründə Cənubi Azərbaycanın mühüm muzeyləri Təbriz, Urmiya, Xoy və Miyandoabda idi. İslam inqilabından sonra bir sıra adlar kimi Güney Azərbaycandakı muzeylərin də adları dəyişdirildi və bir neçə yeni muzeylər yaradıldı. Belə ki, 1962-ci ildə Təbrizdə təsis edilmiş Şərqi Azərbaycan Muzeyi indi Azərbaycan Muzeyi adlanır və bu muzeydə 2.300-ə yaxın nadir tarixi eksponat, milli geyim, təsviri və tətbiqi incəsənət, o cümlədən Əhəd Hüseyni tərəfindən hazırlanmış heykəltaraşlıq nümunələri saxlanılır. Muzeydə Məşrutə inqilabına aid ayrıca bir salon fəaliyyət göstərir. Bundan başqa, Təbrizdə Zoologiya muzeyi də fəaliyyət göstərir. Təbrizdəki Darülfünun Şərqdə ilk universitetlərdən olmuşdur.

Azərbaycanlılar Azərbaycan türkcəsində danışmaqdadırlar.1888-ci ildə M.H.Rüşdiyyə Təbrizdə yeni tipli məktəb təşkil etmiş, Cənubi Azərbaycanda ilk dəfə olaraq əlifbanı yeni-sövti üsul ilə türk dili əsasında tədris etməyə başlamış, ana dilində çoxlu dərsliklər yazmışdır. 1926-cı ildən məktəblərdə türk dilində tədris qadağan edilmişdir. Hakim dairələr Təbriz Universitetində Azərbaycanın tarixi, etnoqrafiyası, sosial-siyası vəziyyəti və s. ilə əlaqəli məsələlərin öyrənilməsinə maneçilik törətmişdir. II dünya müharibəsindən bugünə kimi bütün İran maarif və mədəniyyəti sahəsindəki diqqətəlayiq və yaddaqalan ən mühüm və demokratik işlər Azərbaycan Milli hökumətinə məxsusdur. Belə ki, bu dövrdə onlarca universitet və institut yaradılmışdır. Türk dilində 50-yə yaxın müxtəlif adda qəzet və jurnal, dərslik, bədii-ədəbiyyat nəşr edilmiş, kino-teatrlar tikilmiş, radio stansiyası və radio xəbərləri komitəsi yaradılmış, milli qəhrəmanlara: Səttar xana, Bağır xana, Xiyabaniyə heykəllər ucadılmışdır. Təbriz Universiteti kitabxanası, Milli Kitabxana və Tərbiyət kitabxanası Cənubi Azərbaycanın ən böyük kitabxanalarıdır.

Cənubi Azərbaycanda ilk radio stansiyasının əsası 1946-cı ildə Azərbaycan Milli hökuməti tərəfindən qoyulmuşdur. 1980-ci illərdə radio şəbəkələrində türk dilində verilişlərin sayı xeyli azalmışdır. Yalnız Təbriz, Urmiya və Ərdəbil radio şəbəkələrindən qısa verilişlər verilir. Onlarda da, xüsusilə Təbriz radiosunda səsləndirilən cümlələr ədəbi dilimizdən çox uzaq olub, yarı türk, yarı fars horrasından ibarətdir. Cənubi Azərbaycanda ilk televiziya stansiyası 1972-ci ildə yaradılıb. Verilişlər ciddi nəzarətlə yalnız farsca aparılır. İnqilabdan bugünə kimi keçən müddət də Güney Azərbaycanın radio və televiziya sistemində edilmiş bütün texnoloji yeniləşmə və keyfiyyət dəyişikliklərinə baxmayaraq verilişlərin məzmununda əsaslı dəyişikliklər baş verməmişdir.

Güney Azərbaycan əhalisinin böyük əksəriyyətini özlərini 12 imamın davamçıları sayan Şiələr təşkil edir. Bölgədə bu təriqətin əsası Şah İsmayıl Xətainin başçılıq etdiyi Qızılbaş hərəkatı tərəfindən qoyulmuşdur. Bununla yanaşı Ərdəbil ostanının Heşəcin şəhristanı ətrafında, habelə Biləsuvar yaxınlığındakı bir sıra kəndlərdə yaşayan az sayılı Sünni təriqətli əhali də yaşayır. Onlar, əsasən, Şafi və Hənəfi məzhəbinə mənsubdurlar.

Bölgədə az sayıda xristian və yəhudi inancına sahib xalqlarla yanaşı, İbrahimi dinlərdən öncəki ənənəvi inanclara sahib xalqlar da mövcuddur.

Güney Azərbaycanda mətbuatın əsası ötən əsrdə qoyulmuşdur. Milli hökumətin devrilməsindən 1978-1979-cu illər inqilabına kimi Güney Azərbaycanda ana dilinin mətbuatda işlədilməsi yasaq edilmişdi. Belə ki, göstərilən dövrün müxtəlif illərində Azərbaycanda fars, ingilis və fransız dillərində müxtəlif ideya-siyasi istiqamətli 20-dən artıq qəzet və curnal çap olunsa da türk dilində heç bir mətbuat orqanı mövcud olmamışdır. 1978-1979-cu illər inqilabı ərəfəsində İranda demokratik, o cümlədən türkcə mətbuatın nəşrinə imkan yarandı. İnqilabdan keçən sonrakı illərdə Tehranda, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Astara, Miyana, Zəncan, Əhər, Xoy, Maku, Şəbüstər, Muğan, və bu kimi şəhərlərində Odlar yurdu, Çənlibel, Araz, Molla Nəsrəddin, Azərbaycan, Vətən uğrunda, Oxtay, Səttar xan bayrağı, İrəli, Muştuluq, Bahari-Azərbaycan, Ayəndeyi-Azərbaycan kimi qəzetlər və Koroğlu, Birlik, Azadlıq, Qardaşlıq, Varlıq, Dədə Qorqud, İnqilab yolunda, Azərbaycan səsi, Günəş, Ülkər, Yeni yol kimi curnallar çap edilərək yayıldı. Bu mətbuait orqanlarında İran, o cümlədən Azərbaycan cəmiyyətinin sosial-iqtisadi problemlərinə, onların çətinlik və ehtiyaclarını əks etdirən yazılara çox yer verilirdi. Bununla yanaşı, türkcə mətbuat səhifələrində Azərbaycan xalqının tarixi, onun mədəniyyəti, dili və ədəbiyyatının işıqlandırılması və populyarlaşdırılması da əhəmiyyətli yer tuturdu.

İranın yeni hakim dairələrinin İran İslam Respblikası rəhbərliyinin qeyri-fars xalqların milli demokratik hərəkatlarına mənfi münasibəti 1980-1981-ci illərdə türkcə mətbuat orqanlarının, demək olar ki, əksəriyyətinin nəşrinin dayandırılması üçün başlıca səbəblərdən biri oldu. Bütün bu proseslərdə ana dildində öz çapını davam etdirə bilən yeganə curnal Tehrandadır. Cavad Heyətin redaktorluğu ilə çıxan Varlıq curnalı idi. Onunla yanaşı Fəcri-Azərbaycan, Ümidi-Zəncan, Ərk, Ərdəbil, Əhrar, Keyhan və bu kimi qəzet və curnallar da nəşr olunmağa başladı. Qeyd edilməlidir ki, həmin nəşrlər iki dildə — fars və türk dillərində çap olunur.

Cənubi Azərbaycanda azərbaycan dilində danışılır. Azərbaycan cümhuriyyəti öz müstəqilliyini qazandıqdan sonra güneydə azərbaycan dilinin inkişafı daha da sürətlənib. Bunun əsas səbəbi sovetlər birliyinin dağılmasından sonra güneylə quzeyin yaxınlaşmasıdır.

Cənubi Azərbaycanın etnik tərkibi TürklərdənQismən burada farslar, kürdlər, tatlar, talışlar və ermənilər də yaşayırlar.




#Article 41: Azərbaycan dili (3551 words)


Azərbaycan dili) rəsmi dövlət dilidir. Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir.

Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur.

Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:

Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.

Azərbaycan Respublikasının dövlət dili, onun əhalisinin əsas ünsiyyət vasitəsidir:

Azərbaycan dili eləcə də İran İslam Respublikasında yaşayan 30 milyon azərbaycanlının ana dilidir. Bu dildən vaxtilə İraqa köçmüş 200 minə yaxın insan da ana dili kimi istifadə edir. Onlar özlərini kərkük və ya türkman adlandırır və əksəriyyəti Kərkük vilayətində yaşayır.

ABŞ-da, xüsusən Qərbi Avropa ölkələrində (daha çox Almaniya, Danimarka, Hollandiya, Norveç, Fransa) xeyli azərbaycanlı yaşayır. Çoxu İrandan işləmək üçün gedənlərdir. Türkiyədə də azərbaycanlılar çoxdur. Onlar 1920 ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan və İkinci dünya müharibəsindən sonra gedənlər və onların nəsilləridir. 20-ci əsrin 90-cı illərindən başlayaraq Rusiyaya gedən və indi orada qalıb yaşayan azərbaycanlılar daha çoxdur. Beləliklə, dünyada hazırda Azərbaycan dilində danışan 50 mln.-dan çox adam yaşayır.

Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dili qrupunun oğuz yarımqrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə türk dilləri arealının cənub-qərb qolunu təşkil edir.  dillərin yaranması ağacın qol-budağa ayrılmasına  bənzəyir. Məsələn, qədim ulu türk dili bu dillərə ayrılır: oğuz dili, qıpçaq dili, qarluq dili və s. Sonra isə bu dillər də öz  növbəsində ayrı-ayrı dillərə ayrılır.

Oğuz dilindən türkmən dili, qaqauz dili, Azərbaycan dili və Türkiyə türkcəsi yaranır. Qıpçaq dilindən qazax qırğız, tatar, başqırd, qumuq və s.  dillər yaranır. Qarluq dilindən özbək, uyğur, salur və s. dillər yaranır.

Dil şaxələrinə dil  qrupları da deyilir. Azərbaycan dili, Türkiyə türkcəsi, türkmən dili, qaqauz dili oğuz qrupunu təşkil edir. Ayrılma zamanı eyni budaqdan olan dillərin lüğət tərkibi, fonetik və qrammatik quruluşları bir-birinə yaxın olur. Bunun üçün də eyni dil qrupuna mənsub insanlar bir-birilərini daha yaxşı anlayır.

Bugünkü Azərbaycan dilinin fonetik sistemi, lügət fondu və qrammatik quruluşu artıq birinci minillikdə təşəkkül tapmışdı. Bu isə Azərbaycan xalqının varlığından, mövcud olmasından xəbər verir.

Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir.  bölgüdə sözlərin morfoloji quruluşu əsas götürülür.

Buna  görə də dünya dilləri bir neçə qrupa bölünür. Bəzi dillər vardır ki, onlarda, ümumiyyətlə, şəkilçi olmur, sözün  kökü dəyişmir. Belə dillərə kök dillər (amorf dillər) deyilir. Vyetnam və Çin dilləri amorf dillər qrupuna aiddir. Bəzi dillər də vardır ki, onlarda sözün kökü həm içəridən dəyişir, həm də şəkilçi sözün  müxtəlif yerlərində, yəni əvvəlində,axırında işlənir. Sözün müxtəlif  yerlərində işlənməsinə görə şəkilçinin bir neçə növü metdana çıxır: prefiks (ön şəkilçi), infiks (ortada gələn şəkilçi),  suffiks (son şəkilçi).  Şəkilçi sözün müxtəlif yerlərində yerlərində gəldiyi üçün söz dəyişir, fleksiyaya uğrayır. Ərəb dilindəki sözlərin çoxu fleksiyaya uğrayır. Məsələn, nəzər – nazir- mənzərə; nəsr -nasir – mənsur; hökm- hakim-məhkəmə-məhkum- mühakimə və s. Bu sözlər fleksiyaya uğramışdır, yəni daxildən dəyişilmişdir. Belə dillərə flektiv dillər deyilir.

Bütün türk dillərində, eləcə də Azərbaycan dilində sözün kökü həmişə dəyişməz olaraq qalır. Sözün kökü həmişə müstəqil mənalı olur. Dilmizdəki şəkilçilər – istər sözdüzəldici olsun, istər sözdəyişdirici söz kökündən sonra gəlir. Belə dillər isə iltisaqi (aqlütinativ) dillər adlanır. «Aqlütinasiya» yapışma deməkdir, buradan da göründüyü kimi, yəni şəkilçi sözə yapışır.

Təbiidir ki, iltisaqilik prinsipinə uyğun gələn, onun tələblərini yerinə yetirən türk mənşəli sözlərdir. Dilimizdə alınma sözlərin də çoxluq təşkil etməsi danılmazdır. Sözlər dilimizə ya ərəb və fars dillərindən, ya da rus və avropa dillərindən keçmişdir. Həmin sözlər alınma olduqları üçün bəzən iltisaqilik prinsipindən kənara çıxır. Məsələn, sözün əvvəlinə şəkilçi artırılır: ərəb- fars mənşəli sözlər – naməlum,  laməkan, baməzə; Rus -Avropa mənşəli sözlər – anormal. 

Bəzi sözlər vardır ki, şəkilçini ayırdıqda kök məna vermir. Məsələn, Rus-Avropa mənşəli sözlərdə-bioloji, frazeologiya sözlərində – loji, logiya şəkilçidir, bunları kökdən ayırdıqda kök məna vermir. Ərəb -fars mənşəli  sözlərdə mənəvi, lüğəvi sözlərində – vi şəkilçidir, ancaq mənə və lüğə sözləri dilmizdə yoxdur.

Lakin öz dilimizə məxsus olan nadinc və nakişi sözlərindəki – na ön şəkilçisi  türk mənşəli olan dinc  və kişi sözlərindəki- na ön şəkilçisi türk mənşəli olan dinc və kişi sözlərinə  artırılmışdır.

Və yaxud da dilimizdə olan alçaq, alçal sözlərində –q-l, kiçik,  kiçil sözlərindəki -k,-l şəkilçidir. Lakin bunları kökdən ayırsaq, kök məna verməyəcək, müstəqil kök olmayacaq. Ona görə də belə sözlər sadə sözlər  hesab olunur, bunlarda hələ morfoloji sabitlik yaranmayıb.

Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çoxdur. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə 13 əsrdən başlayır.

Azərbaycan ədəbi dilinin 800 ilə yaxın inkişaf tarixi iki böyük dövrə — əski və yeni dövrlərə bölünür. Əski dövr 13-17 əsrləri, yeni dövr isə 17-ci əsrdən sonrakı mərhələni əhatə edir.

Azərbaycan ədəbi dilinin işlənildiyi areal öz miqyası ilə fərqlənir.Cəlairlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil rolunu oynamışdır. Həmin dövrün ədəbi dili yeni dövr Azərbaycan dilindən öz ekstralinqvistik (dilxarici) və linqvistik (dildaxili) xüsusiyyətləri ilə də seçilir.

Əski dövr Azərbaycan dilinin leksik tərkibi ərəb və fars sözlərinin çoxluğu ilə fərqlənir. O dövrün dil üslubları, xüsusən aparıcı janr olan poeziya ədəbi dilə külli miqdarda alınma sözlərin gəlməsinə səbəb olmuşdu. İkinci dövrdə isə realist şeir məktəbinin, realizm ədəbi metodunun yaranması və formalaşması alınma sözləri ədəbi dildən sıxışdırıb çıxardı.

Digər tərəfdən, əski Azərbaycan ədəbi dilinin Osmanlı dili ilə müştərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliyini tamamilə itirmişdi. Bu, türk ədəbi dilləri sahəsində ayrılma (diferensiasiya) hadisəsinin tam başa çatmasının nəticəsi idi.

Dövrlər arasındakı fərqlər fonetik səviyyədə də güclüdür. Belə ki, yeni dövr Azərbaycan ədəbi dili eyni zamanda fonem tərkibinin sabitləşməsi ilə də səciyyələnir. Birinci dövrə xas olan o//a sait, h//q//x samit müvaziliyi artıq birincilərin (o və h) qələbəsi ilə nəticələnir.

Oxşar vəziyyət qrammatika sahəsində də özünü göstərir. İsmin birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin -yi,-yı, -yu,-yü//-ni,-nı,-nu,-nü müvaziliyi ikinci dövrdə artıq aradan çıxır. Felin -isər qəti gələcək zaman şəkilçisi öz vəzifəsini tamamilə -acaq//-əcək şəkilçisinə verir.

Əski dövr Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelinə uyğun olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq [eşq təriqinin (yolunun) tərki], daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Digər sintaktik fərq kimi, birinci dövrdə, əsasən, budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə daha çox feli sifət tərkiblərinin işləndiyini görmək olar.

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir. Əski dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir: 1) ədəbi dilin təşəkkül mərhələsi (13-14 əsrlər); 2) klassik şeir dili mərhələsi (15-17 əsrlər).

Azərbaycan dilinin bu dövrü üç mərhələni əhatə edir: 1) ədəbi dilin xəlqiləşməsi mərhələsi (18-ci əsr); 2) milli dilin yaranması və inkişafı mərhələsi (19-20 əsrin 1-ci rübü); 3) müasir mərhələ (20-ci əsrin 1-ci rübündən sonra).

Azərbaycan dili böyük inkişaf yoluna özünün ikinci inkişaf mərhələsində (milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində) çıxmışdır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılmağa, qəzet və jurnallar nəşr olunmağa başlamış, bəzi rəsmi sənədlər tərtib edilmiş, elmi araşdırmalar aparılmışdır. O dövrdə Azərbaycana gələn əcnəbilər, o cümlədən ruslar və almanlar da ona maraq göstərmiş, bəziləri bu dili öyrənməyə çalışmışlar (rus şairləri M.Y. Lermontov, A.A.Bestujev-Marlinski, alman şərqşünası F.Bodenştedt). Orta əsrlərdə əski Azərbaycan dilinə aid sərf-nəhv (qrammatika) kitabları və lüğətlər olsa da, elmi əsərlər və dərsliklər 19 əsrdən etibarən yazılmağa başlamışdır. Mirzə Kazım bəyin rusca yazdığı “Türk-tatar dilinin ümumi qrammatikası” (1839) əsəri məşhurdur. M.Vəzirovun, L.Budaqovun, Q.Makarovun, N.Nərimanovun, M.D.Məmmədovun, S.M.Qənizadənin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun ikicildlik lüğəti də (“Sravnitelğnıy slovarğ tureüko-tatarskix əzıkov”, 1869-1871) var. M.Əfşarın Azərbaycan dilinə aid “Fənni-sərfi-türki” (“Türk dilinin qrammatikası”, 1869) adlı dəyərli əsəri isə azərbaycancadır.

Ədəbi dili xalq dili ilə eyniləşdirmək meyli. Bu, özünün bariz əksini “Molla Nəsrəddin” jurnalının yazılarında, C.Məmmədquluzadə, Ə.Haqverdiyev kimi yazıçıların əsərlərində tapmışdır;
Daha çox Osmanlı (türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu, “Füyuzat” və “Həyat” kimi bir çox jurnal və qəzetlərin, Ə.Hüseynzadə kimi maarifpərvər yazıçıların dilində özünü göstərir. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi;
Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Heç bir dialekt təsirini qəbul etməyən bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 30-cu illərədək davam etdi.
Yeni dövr Azərbaycan ədəbi dilinin müasir mərhələsində mühüm hadisələrdən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu alması oldu.

Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi Azərbaycan Xalq Cümhuriyyəti (1918-20) hökumətinin diqqət mərkəzində olmuşdur. 1918-ci il 27 iyun tarixli qərarı ilə Cümhuriyyət hökuməti o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Hökumət qeyri millətlərdən olan Azərbaycan vətəndaşlarının dövlət dilini öyrənmələri üçün tədbirlər görür, bu məqsədlə kurslar təşkil edirdi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan (1920) sonra da dil siyasəti mühüm əhəmiyyət kəsb etmişdir. Şimali Azərbaycanın 1991 ilə kimi SSRİ-nin tərkibində olmasına baxmayaraq, Azərbaycan dilinin orta məktəblərdə tədrisinin əsryarımlıq, universitet və institutlarda tədrisinin isə 88 illik tarixi var.

Azərbaycan dili, onun tarixi, dialektləri geniş surətdə tədqiq edilmiş, bu sahədə Azərbaycan dilində yüzlərlə əsər çap edilmişdir. Qədim yunan ədəbiyyatı və fəlsəfəsindən tutmuş bu günədək mövcud olan bədii və elmi əsərlərin Azərbaycan dilinə tərcümə edilməsi ilə yaaşı, riyaziyyat, fizika, kimya, təbabət və s.-yə aid dərsliklər də başqa dillərdən Azərbaycan dilinə çevrilmişdir. Hazırda Azərbaycan dilində orijinal dərsliklərin nəşri başa çatmışdır.

Azərbaycan dili dövlət dili kimi Azərbaycan SSR Konstitusiyasında (1978) təsbit olunmuşdur.

Müstəqil Azərbaycan Respublikasının ümumxalq referendumunda qəbul edilmiş (1995) yeni Konstitusiyasında dövlət dilinin məhz Azərbaycan dili kimi yer alması Heydər Əliyevin adı ilə bağlıdır.

Müasir Azərbaycan dilinin özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu vardır. Əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, ö) və arxa sıra (ı, u, a, o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz (i saiti ilə başlayan işıq, ildırım kimi bir neçə söz istisnadır); eyni zamanda dilortası samitlərin (g, k) arxa sıra, dilarxası samitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkün deyil (alınma sözlər istisnadır). Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Uzun saitlərə və samitinə aid ayrıca hərflər yoxdur. Azərbaycan dilində 9 qısa (i, ü, e, ö, ə, a, o, u, ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u:) sait vardır. Uzun saitlər çox az hallarda, yalnız alınma sözlərdə işlənir. Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişir: . Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.

Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir. İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 zamanı (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir. Fellər subyekt, obyekt və hərəkətə münasibətinə görə 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlımüştərək, icbar) işlənir.

Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin təyin etdiyi sözdən qabaqda gəlir.

Sözdüzəltmədə, əsasən, morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança, otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, günəmuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir. Müasir Azərbaycan əlifbası latın qrafikasına əsaslanır.

İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii və elmi üslub. Ədəbi dilin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir. Ölkənin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına səbəb olmuşdur. Bu proses ədəbi dilin bütün üslublarında aydın müşahidə edilir.

Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir: 1) şərq qrupu (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu (Gəncə, Qazax, Qarabağ dialektləri və ayrım şivəsi); 3) şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu (Naxçıvan, Ordubad dialektləri).

Azərbaycanda yaşayan azsaylı xalqların dilləri İran dilləri və iber-Qafqaz dilləri qruplarına daxil olan dillərdəndir. Onlardan biri İran dillərinin şimalqərb yarımqrupuna daxil olan talış dili, digəri isə həmin qrupun cənub-qərb yarımqrupuna mənsub olan tat dilidir. Azərbaycan kürdlərinin dili də İran dilləri qrupuna aiddir. Azərbaycanda fəaliyyət sahəsi yalnız bir-iki yaşayış məntəqəsi ilə, hətta bir kəndlə məhdudlaşan buduq, xınalıq, qrız, udi, ingiloy kimi dillər də var. Onların hamısı iber-Qafqaz dilləri qruplarına daxildir.

Azərbaycanda yaşayan azsaylı xalqların hamısının dilləri tədqiq olunmuş və öyrənilmişdir.

Eyni zamanda yazı dili də olan Azərbaycan dili yazı dili ənənəsinə sahib olma baxımından Türk dili ilə paraleldir. Türkmən dili və qaqauz dilinin nisbətən daha gec yazı dili kimi formalaşmasına baxmayaraq Azərbaycan dili köklü bir yazı dili ənənəsinə malikdir.

Azərbaycan dilinin və xalqının təşəkkülü III–VII əsrlərdə baş vermiş, VII–VIII əsrlərdə başa çatmışdır. Bu zaman Azərbaycanda gedən dini mübarizə artıq sona yetmişdir. XI əsrdə Azərbaycan dili Qafqazda və qonşu ölkələrdə geniş inkişaf tapır. Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxildir. Yerli əhalinin əsas dili olan Azərbaycan dili XI əsrin ortalarında oğuz tayfaları dilinin güclü təsiri altında tam şəkildə formalaşmışdır. XII əsrdə ədəbi Azərbaycan dili təşəkkül tapdı. Şairlər fars və ərəb dilləri ilə yanaşı bu dildə də əsərlər yazırdılar. N.Cəfərov Azərbaycan türkcəsinin milliləşməsi tarixi əsərində XI-XII əsrlərdən başlayaraq Azərbaycanda meydana çıxan möhtəşəm türk dövlətlərində rəsmi dil kimi ərəb, fars dilləri ilə yanaşı türkdən də istifadə olunduğunu göstərir.

Səfəvilər dövlətində Azərbaycan türkcəsi sarayda və orduda hakim dil olmaqla imperiyanın ilk rəsmi dövlət və saray dili idi. Rus alimi V.V.Bartold 1912-ci ildə yazırdı: …xanədanın təşəkkül etdiyi yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı.

Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII (13-cü) əsrdən XVIII (18-ci) əsrə qədər olan dövrü, yeni adlandırıla bilən ikinci dövr isə XVIII (18-ci) əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.

Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq (eşq təriqinin (yolunun) tərki), daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Digər sintaktik fərq kimi, birinci dövrdə budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr daha çox işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə bu tipdən olanların əvəzinə daha çox feli sifət tərkiblərinin işləndiyini görürük.

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir.
Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:

Əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilmişdir. Azərbaycan dili uzun müddət türki, türk dili, Azərbaycan türkcəsi, bəzən isə tatar dili, Qafqaz tatarlarının dili (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılmışdır

XX əsrin əvvəllərində ilk olaraq, Türk dillərini təsnifatlaşdıran tarixçi alimlərdən biri Armin Vamberi olmuşdur. Belə ki , onun 1908-ci ildə müəllifi olduğu Dünya tarixçilərinin Dünya tarixi adlı Londonda nəşr olunmuş çoxcildlik ensiklopediyanın 24-cü cildində Azərbaycan dili türk dillərinin 3 qrupundan qərb qrupuna aid edilir və dialekt deyil , müstəqil dil kimi göstərilir.

Dövlət dilinə həsr edilmiş bütün iclaslarda demokratik şərait yaradıldığından müxtəlif fikirlər özünü göstərir:

Prezident Heydər Əliyevin çıxışından: Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türkdilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var… Axı nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, Tatarıstan türküyəm

Yenə həmin iclasda dövlət başçısı qeyd edir: … taleyimiz belə gətirib ki, məsələn bizə tatar deyiblər. Amma biz tatar deyilik axı. Neçə illər bizə tatar deyiblər. Elə Həsən bəy Zərdabi də özünə tatar deyibdir, o birisilər də özlərinə tatar deyiblәr Bu Bakıda, Azərbaycanda bir belə azərbaycanlı ziyalı olduğu halda məktəblər açılmışdı — russko-tatarskaya şkola… Mən bununla sa­dəcə demək istəyirəm ki, bizim taleyimiz belə olubdur. Rusiyada bizə tatar deyiblər. Rusiyanın burada qubernatorları bizə tatar deyiblər. Ondan sonra 1918-ci ildən 1936-cı ilə qədər türk deyilib. 60 ildir biz Azərbaycan dili, azərbaycanlı deyirik. İndi bəs nə edək? Bunlara cavab olmalıdır ki, bir qərar qəbul edək.

Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Həmin müzakirələr göstərdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz türk dili adlandırılmasının əleyhinədirlər. Buna səbəb isə:

Fonetik xüsusiyyətinə görə ə foneminin bütün pozisiyalarda işlənmə tezliyi ilə fərqlənir.

Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, ö) və arxa sıra (ı, u, a, o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz (işıq, ildırım kimi i saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Azərbaycan dilinin fonem tərkibində 9 qısa (i, ü, e, ö, ə, a, o, u, ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u:) sait var.

Dilimizdə [ı],[ü]saitlərindən başqa, bütün saitlər uzun tələffüz olunur. Uzun tələffüz olunan saitlərin iştirak etdiyi sözlər, əsasən, ərəb mənşəli sözlərdir.Uzun tələffüz olunan səslərdən sonra [:] işarəsi qoyulur.

Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma /ɑlˈmɑ/ (meyvə)- alma /ˈɑlmɑ/ (almaq).

Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.

Danışıq dili yazılış dilindən bəzi hallarda fərqlənə bilər, məsələn:

Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.

İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir.

Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.

Feillər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.
 
Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət cümlədə ismə aid olub onu müxtəlif cəhətdən təyin edir:qara kəmər, şirin söhbət, dəhşətli insan, ağacdakı quş. Necə? nə cür? hansı? suallarından birinə cavab verir. Sifətin 3 müqayisə dərəcəsi var.

Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər cümlə üzvü sonda, təyin təyin etdiyi sözdən qabaqda gəlir.

Azərbaycan dilində sözyaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança, otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, itburnu və s.) üsullardan istifadə edilir.

Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan türkçəsinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanıb. Səlcuq və osmanlı türkləri X (10-cu) əsrdən başlayaraq ərəb qrafikalı əlifbanı əsas tutmuş və bu əlifba ilə çoxlu dəyərli əsərlər yaratmışlar. Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən XX (20) əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub və bu əlifbayla Azərbaycan tarixinin, ədəbiyyatının qiymətli əsərləri qələmə alınıb.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.

Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.

Cənubi Azərbaycanda işlənən ərəb alifbası fars dilindən və Osmanlı türkcəsindən təsirlənib. Bu əlifba ərəb dilinə uyğun olsa da, Türk dil ailəsinə mənsub olan Azərbaycan dilinə səslərin çoxluğuna görə asas formada əlverişli deyil. Bu əlifbanın bərpası uğrunda müasir əsrimizdə bir neçə addım atılsada bu çalışmalar xalq içində yayılmayıbdır. Cənubi Azərbaycanda əhali fars dilində təhsil almağa məcbur olduqları üçün ərəb və fars sözlərilə orijinal diktə ilə tanışdırlar.

Hazırda İranda Azərbaycan türkəsi üçün işlədilən ərəb əlifbası ilə bağlı vəziyyət çox qarışıqdır. Cənubi Azərbaycan ziyalılarının latın əlifbasının daha münasib olduğunu qəbul etmələrinə baxmayaraq bu əlifbanın tətbiqinə dövlət tərəfindən qadağa və məhdudiyyətlər qoyulub. İranda Azərbaycan türkcəsində kitab və qəzetlər yalnız ərəb əlifbası ilə işıq üzü görür.

Ərəb əlifbasını bərpa etmə təşəbüslərinin biri Türk Dil Ortoqrafiya Seminarı tərəfindən həyata keçirilib. Bu seminar Doktor Cavad Heyətin başçılığıyla 2001-ci ilin oktyabrında Tehranda keçirilmişdir. Ərəb əlifbasında yazılan Azərbaycan türkcəsinin imlasında (yazılmasında) birlik yaratmaq Seminarın baş hədəfi seçilmişdir. Türk Dili Yazı Quralları ترک دیلی یازی قورالاری adlı qərarlar seminarın sonunda qəbul olunmuşdur.

Ərəb əlifbasında bəzi hərflərin forması kəlmə arasında harada gəlməsindən asılıdır. Bu hərflər kəlmə başında, sonunda və ortasındə dəyişir.

Aşağıdakı cədvəl, Ərəb əlifbası tərtibi ilə düzülüb və Latın əlifbasında yaxın olan qarşılıqları göstərir.




#Article 42: Əli Xamenei (1762 words)


Əli Xamenei (; Seyyid Əli Hüseyni Xamenei; ) — On iki imam şiəsi, mərceyi-təqlid və 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı Ali Rəhbəridir. 1981-1989-cu illərdə İran prezidenti idi. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, eyni zamanda ötən əsr Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideridir.

Rəsmi veb saytındaki məlumatlara görə, Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə üç il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilmişdi. Şahı devirən İslam inqilabından  sonra, 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrildi. Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələr qurdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi. Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi oldu. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə —  Hüseynəli Müntəziri ilə —  fikir ayrılığı vardı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq yox idi. Mütəxəssislər Məclisi 4 iyun 1989-cu ildə 49 yaşındaki Xameneini növbəti Ali Rəhbər seçdi. Əkbər Haşimi Rəfsəncaninin dediyinə görə, Xamenei ölmədən əvvəl Xomeyninin varisi seçdiyi adam idi. Xamenei 14 aprel 1979-cu ildən bəri Astan Quds Razavinin xidmətçilərinin rəhbəridir.

Ali rəhbər olaraq Xamenei İslam Respublikasında ən güclü siyasi səlahiyyətlidir. O, İran dövlətinin başçısı, İran silahlı qüvvələrinin baş komandanıdır. Əli Xamenei, həmçinin fərmanlar imzalama və iqtisadiyyat, ətraf mühit, xarici siyasət, təhsil, milli layihələşdirmə kimi bir çox sahələrdə hökumətin əsas siyasətlərinə dair son qərarı vermə səlahiyyətinə sahibdir. Kərim Səcədpurun sözlərinə görə, Xamenei hökumətin icraedici, qanunverici və məhkəmə qollarına, həmçinin hərbə və mediaya birbaşa və ya dolayı nəzarət edir. Mütəxəssislər Məclisinə, Prezidentliyə və Məclisə (Parlament) bütün namizədlər, üzvlərinin İranın Ali Rəhbəri tərəfindən birbaşa və ya dolayı yolla seçilən Qəyyumlar Şurası tərəfindən yoxlanılır. Xamenei tərəfindən əmr edildikdən sonra Qəyyumlar Şurasının müəyyən insanlara qoyulan qadağanı ləğv etdiyi hallar da olmuşdur.

Xameneinin hakimiyyəti dövründə 1994-cü il Qəzvin etirazları, 1999-cu il İranlı tələbə etirazları, 2009-cu il İranda prezident seçkiləri etirazları, 2011-12-ci il İran etirazları, 2017-18-ci il İran etirazları və 2018–2019-cu il İran etirazları kimi bir sıra böyük etirazlar olmuşdu. İranda jurnalistlər, bloggerlər və digər şəxslər Ali Rəhbər Xamenei və eyni zamanda dini təhqir etmək ittihamları ilə mühakimə olunub, həbslə, döyülmə ilə cəzalandırılırlar, onlardan bəziləri həbsdə vəfat etmişdi. İranın nüvə proqramı ilə əlaqəli olaraq, Xamenei 2003-cü ildə hər cür kütləvi qırğın silahının istehsalını, yığılmasını və istifadəsini qadağan edən fətva verdi.

Əli Xamenei 17 iyul 1939-cu ildə (H.Ş. 24.04.1318; H.Q. 28.02.1358) İranın Məşhəd şəhərində atası Höccətül-İslam vəl-müslimin Seyyid Cavad Xameneinin evində anadan olmuşdur. Mənbələr onun etnik Azərbaycanlı olmasıyla bağlı həmfikirdir.

Əli Xameneinin öz dediyinə görə uşaqlığı yoxsul keçmişdir: Atamın məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi.

Əli Xamenei doğulduğu ev haqqında isə belə demişdir: Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60-70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gələrkən (atam ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün adətən, evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər evimizin kənarında kiçik bir yer alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu

Ayətullah Xamenei uşaq yaşlarından sırf İslami tərbiyə ilə böyümüşdür. Dörd yaşında olarkən böyük qardaşı Seyid Məhəmməd ilə birlikdə Quran və əlifbanı öyrənmişdir. Sonra hər iki qardaş yeni təsis edilmiş “Darut-təlime diyanəti” adlı dini mədrəsəyə qəbul olmuş və ibtidai təhsil dövrünü bu mədrəsədə başa vurmuşlar.

Ayətullah Xamenei orta məktəbdə oxuduğu vaxtlardan “Camiul-muqəddəmat” kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: “Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir”.

O, ərəb dilini atasının nəzarəti altında “Süleyman xan” və “Nəvvab” mədrəsələrinin müəllimləri yanında “Camiul-muqəddəmat”, “Siyuti”, “Muğni” və s. kitablardan öyrənmişdir. “Kitabu məalim”i də həmin vaxtlarda oxumuşdur. Sonra “Şərayiul-İslam” və “Şərhe Lumə”ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, “Rəsail” və “Məkasib”i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir. Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəcüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurmuşdur. Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini “Mənzumeye Səbzevari”dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənmişdir.

Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlamışdı.

Ayətullah Xamenei 1337-1343-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnmişdir. 1343-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olur. O, bu barədə belə deyir: “Məşhədə qayıtdım, Allah-Taala müvəffəqiyyətimi daha da artırdı. Çünki Məşhədə qayıtmaqla boynumda olan vəzifəni yerinə yetirmiş oldum. Mənim fikrimcə, həyatda qazandığım hər bir uğur ata-anama etdiyim xidmətin bəhrəsidir.

Ayətullah Xamenei iki yol arasında qalmışdı: Qumda qalıb təhsil almaq və ya Məşhədə dönüb, “mirvari suyu”ndan görmə qabiliyyətini itirmiş atasına xidmət etmək. Amma o, Məşhədə qayıtmaqla doğru yolu seçmiş oldu. Bəzi ustadlar və tanışlar onun hövzəni yarıda qoyub tərk etməsinə təəssüf edirdilər. Çünki qalsa idi, gələcək üçün daha çox şey əldə edəcəyini güman edirdilər. Amma onun nə qədər düzgün yol seçdiyini zaman göstərdi. Belə ki, Allah-Taala ona ətrafdakıların güman etdiyindən daha uğurlu həyat nəsib etdi. Allah rizası və ata-anasına xidmət üçün təhsilini yarıda qoyub, Qumdan Məşhədə gələn 25 yaşlı bu istedadlı gənc oğlanın 25 il sonra müsəlmanların rəhbərlik məqamına çatacağına kim inanardı?!

O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1347-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1343-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin, xəstə atasına da yetişirdi.

Ayətullah Xamenei Ayətullah əl üzma Şəhrudi və Ayətullah əl üzma Burucərdidən içtihad təsdiqnaməsi almışdır.

Seyyid Əli Xamenei Məşhəd şəhərinə qayıtdığı ilk günlərdən ali səviyyədə fiqh və üsul dərsləri (Rəsail, Məkasib və Kifayə) verməyə başladı və ümumi camaat üçün də təfsir dərsləri təşkil etdi. Dini elm tələbələri üçün 1968-ci ildən verdiyi təfsir dərsləri 1977-ci ildə İranşəhrə sürgün olunana qədər davam etmişdir. Bundan başqa Həzrət Ayətullah prezidentlik dövründə təfsir dərslərinə davam etmişdir.

Ayətullah Seyyid Əli Xameneinin ictihad və mərcəliyini təsdiq edən alimlərin siyahısı:

Ayətullah Xamenei özünün dediyi kimi İmam Xomeyninin siyasətçi və inqilabçı şagirdlərindən idi. Siyasət və mübarizlik ruhunu ilk dəfə Şəhid Seyid Müctəba Nəvvab Səfəvidən almışdır. 1331-ci ildə Nəvvab Səfəvi bir qrup İslam fədakarları ilə Məşhəd şəhərinə gəlib, “Süleyman xan” mədrəsəsində “İslam dirçəlişi və dini dövlət”, “Şah və ingilislərin İran millətinə etdiyi fırıldaqlar” mövzularında etdiyi həyəcandolu məruzələri ilə onun kimi gənclərə mübarizlik hisslərini aşılamışdı. O zamanlar Ayətullah Xamenei “Süleyman xan” mədrəsəsinin cavan tələbələrindən idi. O, Şəhid Nəvvabı belə xatırlayır: “Həmin vaxtlar İslami inqilab fikrini bizdə Nəvvab yaratmışdır və heç şübhə yoxdur ki, ilk inqilab alovunu da bizim qəlbimizdə elə mərhum Nəvvab yandırdı”.

Ayətullah Xamenei 1341-ci ildə Qum şəhərində məskunlaşmışdı. Bu dövrlərdə İmam Xomeyni Muhəmməd Rza Şah Pəhləvinin qeyri-islami və amerikapərəst siyasətinə qarşı etiraza başlamışdı. Ayətullah Xamenei 16 il İmam Xomeyni ilə çiyin-çiyinə mübarizə meydanlarında iştirak edir, işgəncə, sürgün və zindanda olduğu vaxtlarda da mübarizədən yorulmur, bu yolda başına gələcək heç bir təhlükədən qorxmurdu. İlk dəfə o, 1383-cü ilin məhərrəm ayında İmam Xomeyninin müraciətini, xüsusilə məhərrəm ayındakı təbliğat proqramını, şahın Amerika siyasətini, İranın acınacaqlı vəziyyətini ifşa etmək yollarını Ayətullah Milani və digər Xorasan alimlərinə çatdırmaq üçün ezam olundu. Bu müraciəti çatdırdıqdan sonra Bircənd şəhərinə yollandı və orada İmamın göstərişinə əsasən Amerika və şah rejimini ifşa etməklə məşğul oldu. Bu səbəbdən məhərrəm ayının 9-u (12 xordad, 1342-ci il) tutularaq bir gecəlik həbsxanada saxlanıldı. Lakin səhəri gün minbərə çıxmamaq və nəzarət altında qalmaq şərtiylə azadlığa buraxıldı. Qanlı 15 xordad hadisəsindən sonra yenidən həbs edilərək, Bircənddən Məşhəd şəhərinə gətirildi və 10 gün müddətində ən ağır şəraitdə işgəncə və əziyyətlərlə məruz qalaraq həbsxanada saxlanıldı.

Tehran və Məşhəddə Ayətullah Xameneinin keçdiyi təfsir, hədis və digər İslami dərslər cavan nəsil tərəfindən böyük həvəslə qarşılanırdı. Bu fəaliyyətlər SAVAK-ın (ölkənin təhlükəsizlik komitəsi) narahatlığına səbəb olduğundan onu daim təqib edirdilər. 1345-ci ildə Tehranda bir il müddətində məxfi yaşamasına baxmayaraq 1346-cı ildə tutularaq yenidən həbs olunur.

Azadlığa buraxıldıqdan sonra fəaliyyətini davam etdirib yığıncaqlar təşkil edirdi. 1349-cu ildə isə növbəti dəfə Pəhləvi SAVAK-ı tərəfindən həbs olunur.

Ayətullah Xamenei özünün beşinci dəfə həbs olunması haqqında belə yazır: “48-ci ildə İranda silahlı hərəkatın başlanacağı hiss olunurdu. Bu cərəyanların mənimlə əlaqədar olduğunu düşünüb mənə qarşı daha sərt mövqedə dayandılar. 50-ci ildə beşinci dəfə həbs olundum. SAVAK-ın zindandakı kobud davranışları açıq-aydın bunu göstərirdi ki, dövlət silahlı mübarizənin İslam təfəkkürünə bağlanmasından qorxur. Mənim Tehran və Məşhəddəki təbliğ və fikirlərimin bu cərəyanlardan uzaq olduğuna heç cür inanmırdılar.

Azadlığa buraxıldıqdan sonra elmi fəaliyyətim genişlənir, təfsir və məxfi keçdiyim ideoloji dərslər daha da artırdı”.

Cavan və inqilab ruhlu bu tələbələr sonradan İranın müxtəlif şəhərlərinə gedib həqiqəti camaata çatdırır, onların zehinlərində İslam inqilabı fikirlərini oyadırdılar. Bu cür fəaliyyət nəticəsində 1353-cü ilin dey ayında SAVAK Ayətullah Xameneinin Məşhəddəki evinə hücum edərək, onun bir sıra əlyazma və qeydlərini ələ keçirib, özünü isə həbs etdi. Bu həbs altıncı və ən ağır həbs idi. Ayətullah Xamenei 1354-cü ilin payızına qədər polis idarəsində, özü də birnəfərlik kamerada ən ağır şəraitdə saxlanıldı. O, bu müddət ərzində dözdüyü çətinlikləri belə izah edir: “Yalnız o əziyyəti görənlər mənim nələr çəkdiyimi dərk edə bilərlər”.

Ayətullah Xamenei azadlığa buraxıldıqdan sonra Məşhəd şəhərinə qayıdaraq yenidən həmin şövq və həvəslə əvvəlki fəaliyyətini davam etdirir, lakin ona sinif təşkil edib dərs deməyə imkan vermirdilər.

On beşillik gərgin mübarizə və mücadilədən sonra nəhayət, bir gün bütün bu əziyyətlər sona çatır və zülmkar Pəhləvi dövləti devrilərək İranda böyük İslam inqilabı qələbə çalır.

İslam inqilabı ərəfəsində İmam Xomeyninin Parisdən Tehrana gəlişindən bir qədər əvvəl Şəhid Mütəhhəri, Şəhid Behişti, Haşimi Rəfsəncani və b. böyük şəxsiyyətlərin iştirakı ilə “İslam İnqilabı Şurası” təşkil olunur. Ayətullah Xamenei də İmamın göstərişi ilə bu şuraya üzv seçilir. İmamın müraciəti Şəhid Mütəhhəri vasitəsilə Ayətullah Xameneiyə çatdırıldıqdan sonra o, Məşhəddən Tehrana yola düşür.

Seyyid Əli Hüseyni Xamenei 1981-ci ildə Əbuzər adına məsciddə çıxış edən zaman münafiqlər və düşmənlər tərəfindən ağır yaralandı. Bu hadisədən sonra İmam Xomeyni (r.ə) onun barəsində belə buyurdu: ...Mən əziz Xameneiyə təbrik deyirəm ki, müharibə meydanında hərbi geyimdə, arxa cəbhədə isə ruhani geyimdə bu məzlum millətə xidmətə edir. Allahdan sizin üçün sağlamlıq istəyirəm ki, islam və müsəlmanlarına xidmətinizi davam etdirəsiniz.

İslam inqilabının banisi İmam Xomeyninin 1989-cu ildə vəfatından sonra Xübrəqan məclisi (Xübrəqan-müctəhidlərdən ibarət alimlər məclisidir) tərəfindən Əli Xamenei islam inqilabının rəhbəri seçildi.




#Article 43: Bəxtiyar Vahabzadə (270 words)


Vahabzadə Bəxtiyar Mahmud oğlu və ya Zəkəriyya oğlu.

Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı Gülüstan poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə 1962-ci ildə şair millətçi damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra Sandıqdan səslər başlığı altında nəşr etdirmişdir.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah etmişdir.

Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.

Şarin ən məşhur əsərləri isə Allah və Vətəndir.

Türkiyənin Adana şəhərində Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Liseyi var.

Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.




#Article 44: Cabir Novruz (337 words)


Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) () — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq şairi (1999).

Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.

Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.

Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.

Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.

Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979), Azərbaycan Respublikasının xalq şairi (09.12.1999) fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.




#Article 45: Xəlil Rza Ulutürk (624 words)


Xəlil Rza Ulutürk () — azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən 
rliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının xalq şairi (1992). Ölümündən sonra İstiqlal ordeni ilə təltif olunub.
 

Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyanda anadan olmuşdur. 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. 1948-ci ildə “Abşeron” adlı ilk şeirini yazmışdır. 1949-1954-cü illərdə ADU-nun filologiya fakültəsinin jurnalistlika şöbəsində təhsil almışdır.

Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı. Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin safhğını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınımr, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. Bilik cəmiyyəti yolu ilə Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır:

Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırılır. Onu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-Özbək ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafık əsərlər üzərində çalışır. Buna baxmayaraq, Xəlil Rza yenə də şübhəli şəxs kimi təqib olunur, onun imkanlarını məhdudlaşdırır, təhlükəli ictimai mübarizə yolundan çəkindirməyə çalışırlar.Xəlil Rza Ulutürkün atası Rza Ulutürkdür.

Azərbaycanın Milli Qəhrəmanı Qarabağ müharibəsi şəhidi Təbriz Xəlilbəylinin atasıdır.

Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım siyasəti Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıq fikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.

Xəlil Rza 1990-cı il yanvarın 29-dək — 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini Xəlil Xəlilov, Xəlil Xəlilbəyli, Xəlil Odsevər, Xəlil Rza təxəllüsləri ilə çap etdirmişdi. Xəlil Rza Ulutürk təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair ömrünün son illərində, dörd il beş ay, 22 gün — 1994-cü il iyun ayının iyirmi ikisinədək, dünyasını dəyişən günədək yazdığı şerlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra, onun ömür-gün yoldaşı, vəfadar Firəngiz xanım XX əsrin axırlarından bu günədək Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini sahmana salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini — işıq üzü görməyən küll halında qalmış əsərlərini nəşr etdirməklə onunla nəfəs alır, onu yaşadır, onu ölməzliyə, əbədiyyətə qovuşdurur.

Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğul olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.

Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi.

Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) İstiqlal ordeni ilə təltif edildi.

Xəlil Rza seçilmiş əsərləri iki cilddə ,,Şərq-Qərb,, 2005 
Xəlil Rza Seçmələr ,,Bakı Kitab Klubu,, 2015




#Article 46: Fikrət Qoca (278 words)


Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca; ) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi (1998), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı.

Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, Azərbaycan gəncləri qəzetində, Azərbaycan jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən Qobustan incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara (Ünvansız məktublar), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral (Amilkar Kabral), Filippinin milli qəhrəmanı Xose Risal (Xose Risal), vyetnamlı gənc Li Vi Tom (Li Vi Tom) və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı Oddan keçənlər, İnsan səviyyəsi, Adi həqiqətlər və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. Ölüm ayrılıq deyil (1990), Hələlik, — qiyamətədək (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Şeirlərinə musiqi bəstələnmişdir (Anacan dostum evlənir, Könlüm, Günay, Gəl ey səhər, Çiçək tapa bilmədim, Gecə yaman uzundur, Payız gəldi və s.).

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən Təkərlər geri fırlanır, Yaralı çiçəklər və Rəssam düşünür poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə Humay mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının Şöhrət ordeni ilə təltif olunmuşdur (1995).




#Article 47: Elçin Əfəndiyev (337 words)


Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; ) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), İstiqlal ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018).

Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım… İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə Azərbaycan gəncləri qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, Azərbaycan bədii nəsri ədəbi tənqiddə mövzusunda namizədlik, Ədəbiyyatda tarix və müasirlik problemi mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Min gecədən biri adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur;

Elçin ABŞ-da, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexoslovakiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxıstanda, İranda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib.

Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Hazırda Azərbaycan Respublikası Baş Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti — Vətən Cəmiyyətinin sədri vəzifələrində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.

Elçinin Cəhənnəm sakinləri pyesinin motivləri əsasında Londondakı St. James teatrında Gecə yarısı () musiqili tamaşası hazırlanmışdır.




#Article 48: Əzizə Cəfərzadə (1984 words)


Cəfərzadə Əzizə Məmməd qızı () — yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Ədəbi fəaliyyətə 16 yaşında başlamış və  Əzrayıl adlı ilk hekayəsini 1937-ci ildə Ədəbiyyat qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında  yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir. Onun bu qəbildən yazdığı əsərləri aşağıdakılardır:

Yazıçının Sahibsiz ev (1966), Əllərini mənə ver (1970), Sənsən ümidim (1984), Xəyalım mənim (2002) kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan götürülmüşdür.

Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarişlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirmişdir ki, bunlara Fatma xanım Kəminə (1971), Könül çırpıntıları (1972), Azərbaycanın aşıq və şair qadınları (1974, 1991), Azərbaycanın şair və aşıq qadınları (II nəşr 2003), Şirvanın üç şairi (1971), Mücrüm Kərim Vardani. Sünbülstan (1978), Abdulla Padarlı. Seçilmiş əsərləri (1979), Hər budaqdan bir yarpaq (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu kitablar vasitəsi ilə o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir.

O, Natavan adli kinossenari, çoxlu sayda radio-televiziya pyesləri xatirat və saysız hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi, Bayatı düşüncələrim, Xızır Nəbi, Novruz və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə  bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur. Bu ölkələrin kitabxanalarından tarixi əsərlərlə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır. Bunlardan birində 1965-1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya səfərinin gündəlikləri Qızıl sahilə səyahət (1968) xatiratını yazmasıdir.

Əzizə xanım bir sıra xarici müəlliflərin o cümlədən S.Smirnovun Brest qalası, Ş.Rəşidovun Güclü dalğa, A. Lixanovun Mənim generalım, Ə.Kabaklənin Əjdaha daşı, S.Çokumun Bizim diyar və sair əsərləri Azərbaycan dilinə tərcümə etmiş, bir çox kitabın redaktoru olmuşdur. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və sair tərcümə edilib xaricdə nəşr edilmişdir. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, televiziyada Klassik irsimizdən, Aşıq Pəri və sair çoxsayı proqramların müəllifi və aparıcısı olmuşdur. Bu verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bununla yanaşı o radioda Cənubi Azərbaycan üçün verilən proqramların və Ana radio jurnalının uzun illər daimi iştirakçısı olmuşdur.

Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, Xalqlar dostluğu ordeni və müstəqil Azərbaycanın ali mükafatı – Şöhrət ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü idi. Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkmişdir. Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o 2001-ci ildə Azərbaycan Anası və Xalq Yazıçısı kimi yüksək adlara layiq görülmüşdür. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir.

Əsl ismət timsalı olan Sürəyya xanımın gözəl qızı Nisəbəyimin yad ellərə düşməkdənsə övladı ilə birlikdə od içində yanması xalqın sonsuz qəzəbindən xəbər verir.

Romanda təsvir olunan hadisələr, əsasən, qədim Şamaxıda cərəyan edir. XVIII əsrdə artıq böyük ticarət mərkəzi olan Şamaxı həm də elm, mədəniyyət və memarlıq sahəsində böyük müvəffəqiyyət qazanmışdır. Sonralar Nadir şahın Şirvana hücumu Şamaxını bərbad vəziyyətə salmışdır. Bir müddət istiqlaliyyət qazana bilməyən Şirvan Türkiyə soltanlığının əlinə keçmiş, beləliklə, Zaqafqaziyada İran və Türkiyəyə qarşı münasibətinin kəskinləşməsi Rusiyaya tərəf meylin yaranmasına səbəb olmuşdur. Belə ziddiyyətli bir dövrdə Şirvanda yaşayıb-yaradan Nişat Şirvani, Zülali, Ağa Məsih Şirvani, Raci Şirvanlı, Rəşid və digər şairlər özlərini bu mübarizələrə həsr etmiş, hamısı vətəndən didərgin düşmüşdür.

Əsərin süjet xətti dediyimiz tarixi hadisələrə uyğun inkişaf etsə də, bəzi tarixi şəxsiyyətlərin adları olduğu kimi saxlanılsa da, müəllifin hadisələrə qabarıq münasibəti aydın nəzərə çarpır.

Əslində belə romanda bu iki cəhət gözlənilmiş, biri digərini tamamlamışdır. Xüsusən, Nişat Şirvaninin qəzəllərinin təsiri, Maro əhvalatı, onların məhəbbətlərinə inamı daha da gücləndirmişdir. Əsərdə təsvir edilən Əsgər bəy və Şəbnəm yazıçı tərəfindən çox xarakterik təsvir edilmişdir. Feodalizmin nümayəndələri olan bu bacı-qardaşın xarakterləri psixoloji vəziyyətləri ilə qarşılaşdırılmışdır. Belə halda oxucu Şəbnəmə qarşı rəğbət hissi ilə yanaşır.

Müəllif Əsgər bəyin də ziddiyyətli xarakterini çox böyük ustalıqla qələmə almışdır. Zahirdə Türkiyə soltanının Şamaxıdakı hakimi Ehsan bəyin ən yaxın adamı olan Əsgər bəy daxilən müstəqil hakimiyyətə can atır. Nişatın qardaşları Qələmşah və Ələmşahın rəhbərliyi ilə baş verən el üsyanına qoşulur və son halda üsyana xəyanət edir. Onun xarakterindəki bu ziddiyyətlər yazıçı tərəfindən məharətlə işlənmişdir.

Mövti-cismani ilə sanma mənim ölməyimi,

Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

Yazıçı romanı əvvəlcə “Məhəbbət günahdırmı?” adlandırmağı düşünsə də,ancaq əsərin nəşri  zamanı dəyişməyi münasib bilmişdir. Bu şübhəsiz ki, romanın ictimai məzmunu ilə əlaqədardır.

Seyid Əzimin ailə qurması və həyat yoldaşı Ceyrana olna münasibəti mehribanlığı və şəfqəti də əsərdə geniş təsvir olunmuşdur. Seyid Əzimin dünayaya göz açan uşaqlarına verdiyi adlarda insanlar arasında etiraz yaradır. Uşaqlara Aişə, Ömər adlarının qoyulmasını avam camaat qəbul etmək istəmir. Seyid övladlarına bu adlar qoyula bilməz deyirlər. Bütün bunlar yazıçının mühitin xüsusiyyətlərini, cizgilərini vermək üçün istifadə etdiyi xırda detallardır.

Seyid Əzim Şirvaninin maarif və məktəb yolunda apardığı mübarizələr əsərin əsasını təşkil edir. Xalqın övladlarının savadsız və cahil qalmasına şair dözə bilmir. Uşaqlar mollaxanalarda, mədrəsələrdə illərlə çərəkəni öyrənir və Quranı oxumağı öyrənirlər və bundan savayı heç nə bilmirlər. Bu Seyid Əzimi narahat edir çünki o, uşaqlar sadəcə cahil olaraq yetişirlər. Onlar Quranı oxumağı öyrənsələrdə mahiyyətini dərk etmirlər. İnsanlar kordurlar bu mühitdə sadəcə mollaların dediklərinə inanırlar. Bunun mahiyyətini dərk etmirlər, sözdə dindar müsəlman olsalarda dinlərindən belə xəbərləri yoxdur və mollalar tərəfindən aldadılırlar. Bütün bunlar Əzimin ürəyini parçalayır o xalqını belə avam görmək istəmir. İnsanları mədəni savadlı, həm dünyəvi elmlərə yiyələnmiş həm də dininin mahiyətini dərk etmiş görmək istəyir. Bir para mollalar var ki, onlar xalqın hər zaman avam olmasını istəyirlər. Avam insanları oyatmağa çalışanları isə qəbul etmirlər. Seyid Əzimin də yaratdığı məktəb bu şəkildə fitnəkar mollaların, dindən xəbəri olmayan möminlərin hədəfinə çevrilir. Qapaqlılar, Məşədi Alışlar və Qurbanqulular onu əzmək  üçün əllərindən gələni edirlər. Bu kütlə heç cür maarifi, məktəbi, mədəniyyəti, irəliyə atılmış heç bir addımı qəbul etmək istəmirlər. Dar çərçivənin Qapaqlıları cahil kütlənin söz keçirəni olmaqda davam etmək istəyirlər. Seyid Əzimə qarşı avam camaatın isə münasibəti bir tərəfli deyil. Onu bir tərəfdən seyid, peyğəmbər övladı bilirlər, haqqında eşidilənlər və danışdıqlarını eşidən də isə ziddiyyətlər içində qalırlar. Bütün bunlara baxmayaraq, Seyid Əzim çalışır. Bilir ki, bu gün olmasa da bir gün mütləq onun da xalqı tərəqqi edəcək. İstedadlar musiqi şeir, sənət torpağı olan Şamaxı bir gün sənətkarlara da öz qucağını açacaq. Uşaqlar dünyadan xəbərli savadlı olacaqlar. Buna inanaraq Seyid Əzim bir an belə mübarizəsindən qalmır. O, uşaqları ac qaldıqda belə yenə də yalnız özünü düşünmür, qapıya gələnləri əliboş yola salmır. Əlində olanını yarı bölür.

Əsərin sonlarında artıq görürük ki, Seyid Əzim qocalmışdır. Xalqın dərdi Seyid Əzimi qocaltmışdır. Şəhərə yeni təyin olunan axundun gəlişini fürsət bilən Qapaqlılar, Məşədi Alışlar hücuma keçirlər hərəsi bir yandan Seyid Əzimin şeirini deyərək onun kafirliyini isbatlamağa çalışır. Onlar şeirləri əzbər bilirlər. Bütün bunlar qoca şairə pis təsir edir. Şair bir müddət xəstə yatdıqdan sonra dünyasını dəyişir amma köçən çairin cismidir, ruhu hər zaman xalqı ilədir. Seyid Əzimin səsi aləmdə hələ də yaşayır.

Əzizə Cəfərzadənin “Bakı-1501” romanı Şah İsmayıl mövzusunda yazılmış ilk tarixi romandır.Bundan sonra Fərman Kərimzadə “Xudafərin körpüsü”(1987), Əlisa Nicatın “Qızılbaşlar” romanları (1982) Səfəvilərin hakimiyyəti və o dövrdə baş verən tarix hadisələr eləcə də Şah İsmayıl Xətai şəxsiyyəti sərkərdəliyi ön plana çıxıb. Əzizə Cəfərzadə “Bakı-1501” romanı Şah İsmayılın bütün həyatı deyil, əsasən, 1501-ci ilə qədər olan tarixi hadisələr izlənir. Əslində, Şah İsmayıl Xətai mövzusuna dönüşün əsasını Əzizə Cəfərzadə bu əsəri ilə qoyduğunu demək olar. Yazıçı bu əsərində Şah İsmayılın Şirvanşah Fərrux Yassar ilə apardığı mübarizə və Bakını ələ keçirməsihadisəsi üzərində dayanır. Bu tarixi roman çoxfəsilli olmamış cəmi üç fəsildə (Bakı-1501, Qanlı-qadalı illər,hökmdarın şair ürəyi) verilmişdir. Romanın baş qəhrəmanının Şah İsmayıl Xətai olması yazıçıya həmin dövrün hadisələrinə nəzər salmağa imkan verir. Romanda Şah İsmayıl həm bir şah, həm şair, həm də bir səyyah kimi təsvir edilir. Yazıçı Şah İsmayıl obrazını, həm vətəninin mövcud vəziyətini təsvir edir, həm də onu xalqının, vətəninin gələcəyini düşünən sərkərdə və bir şah olaraq təsvir edir. Burada Şah İsmayılın uşaqlığı, taxta çıxması, şair kimi fəaliyyəti təsvir olunmuşdur. Bu romanda Əzizə Cəfərzadə birtərəflilik göstərmir, obrazı təsvir edərkən onun üstün xüsusiyyətləri ilə yanaşı qüsurlarını da göstərir. Həmçinin Şah İsmayılın milli şüurunu, vətənpərvərlik duyğularını da göstərmişdir. Romanda Şah İsmayıl Azərbaycan hökmdarı, Azərbaycan dövlətinin yaradıcısı kimi səciyələndirilir. Romana nəzər saldıqda görürük ki, burada Şah İsmayılın uşaqlığı xatırlanır və uşaqlıq dövründə belə Şah İsmayıl təmkinli, geniş dünyagörüşlü,açıq fikirli, gözüaçıq bir uşaqdır. Uşaqlığından o hökmdar kimi yetişdirilmiş və ona hökmdar şeyx kimi münasibərt göstərilmişdir. Onun yaçı ona olan münasibətə zərrə qədər də təsir göstərə bilmir. Şah İsmayıl   səfərə çıxması və Kürü necə mərdliklə keçməsi, qoşunu öz arxası ilə aparması şeirlərinin qoşunda ruh yüksəkliyi yaratması romanda geniş əksini tapmışdır.

Romanda Şah İsmayıl obrazı ilə yanaşı hakim Mirzəli, Bəhram qazi, Bibixanım-Sultanım, Aytəkin, Rəhim bəy, İbrahim və başqa surətlərdə yaradılmışdır. Əsərdə yazıçı oxucuya belə müraciət edir: “Əziz oxucu, bu böyük mübarizə meydanında sən Bibixanım Sultanım, Aytəkin, İbrahim və o vaxtlar şeyx oğlu şah kimi tanınan Şah İsmayıl Xətai ilə görüşürsən. Bu görüşdə Bibixanım-Sultanım, Aytəkin və İbrahim hərəsi öz anlayışınca şiəlik təriqətinin başçısı,on dörd ildə on dörd əyalət fəth etmiş sərkərdə, hökmdar və ən incə məhəbbət qəzəlləri qoşmuş, “Dəhnamə”  müəllifi şair Xətaini dərk etməyə çalışacaq”.

Romanın epiloqunda Şah İsmayıl şəxsiyyətinin və mübarizəsinin simvolu kimi dil, qeyrət, və vətən sevgisi göstərilmişdir. Roman bu cümlə ilə bitir. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, vətənimiz-can sizin can onlar əmanəti. Onu da qeyd edək ki, Şah İsmayılın dilindən deyilən bu sözlər Əzizə Cəfərzadənin məzar daşına da yazılmışdır “Sizə vəsiyyətim: dilimizi, qeyrətimizi, Vətənimizi qoruyun”.

Fərman Kərimzadə “Xudafərin körpüsü” romanını yazarkən ilk dəfə idi ki, belə bir mövzu haqqında düşünürdü. Burada Şah İsmayılın uşaqlılq illərini, hakimiyyət başına keçməzdən əvvəlki dövrü təsvir etməklə onun mühitinə nəzər salır. Mövcud ictimai-siyasi mühiti canlandırmağa çalışır. Yazıçı buna nail olur.Burada Şah İsmayıl obrazı tarixi həqiqətə uyöun olaraq işlənib. O bir sərkərdə dövlət adamı olmaqla yanaşı. Həm də bir xalq, el adamıdır.O düşüncə, arzu və istəklərilə yalnız özünü deyil, bütün Azərbaycan xalqını təmsil edir.Ona görə də yazıçı onu daim xalqla birgə təsvir edir. Şah İsmayılın apardığı mübarizə şəxsi mübarizə deyil, xalqın mübarizəsidir.

Əlisa Nicatın “Qızılbaşlar” romanında isə Şah İsmayılın ayrı-ayrı döyüş səhnələrindən danışılır və onun vətən, xalq yolunda atdığı addımlardan bəhs edilir.Onun əsas qayəsi Azərbaycanda ağalıq edən yadları burdan çıxarmaq, Azərbaycan torpağında hökmdarın bir azərbaycanlı olmasını təmin etməkdən ibarət olmuşdur. Yazıçı Şah İsmayılı xalqın məhəbbətini, rəğbətini qazanan Azərbaycanın vahidliyini düşünən və bunu həyata keçirən bir qəhrəman sərkərdədir. Bəzən onun vətən haqqında düşüncələri roman qəhrəmanlığından çıxaraq, dramaturgiya qəhrəmanlığına çevrilir (Vətən! Vətən! Vətən, sən nə qədər əziz və gözəlsən. And içirəm nə qədər ki, sağam sənin qızıl torpaqların tapdaq altında qalmayacaq...) Şah İsmayıl obrazı bir neçə yazıçı tərəfindən yaradılmasına baxmayaraq onun mükəmməl obrazının yaradılmasını demək çətindir. Dövr ziddiyyətli və çətin olduğu kimi ona yanaşmalarda müxtəlif və ziddiyyətlidir.

Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur. Anası isə çox mülayim, mehriban bir qadındır. Eyni zamanda Süheyla, Altıntelli, Ömür bəy, vəliəhd Erkin və başqalarının obrazları yaradılmışdır. Əsərdə 1821-1827-ci illərdə ”Riyazüs-səyahə”, 1826-cı ildə “Hədayiqüs-səyahə”, 1832-ci ildə isə “Bustanüs-səyahə”,”Kəşfül-maarif” kimi əsərlərini yazması haqqında da məlumat yer almışdır. Biz görürük ki, yazıçı əsəri yazarkən də bu əsərlərdən istifadə etmiş, Şirvaninin öz əsərlərindəki məlumatlara istinad edərək gözəl bir əsər meydana gətirmişdir.




#Article 49: Mingəçevir (1169 words)


Mingəçevir — Azərbaycanın əhali sayı etibarı ilə dördüncü böyük şəhəridir. 4 fevral 1954-cü ildə respublika tabeli şəhər kateqoriyasına keçmişdir.
Kür çayının sahillərində yerləşir. Mingəçevir şəhəri şərq, cənub və qərb tərəfdən Yevlax rayonu, şimaldan isə Mingəçevir Su anbarı ilə həmsərhəddir.

Mərhum akademik Ziya Bünyadov Mingəçevir adını 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə bağlayır.

Ehtimallardan biri də toponimin Min,gəl,çevril olmasıdır. rayon gözəl olsa da, burada yaşamaq qorxulu idi. Gur və sərt axan Kür çayı tez-tez məcrasından çıxaraq böyük tələfatlar törədirdi. (Qayığa min gəl, amma burada yaşama, çevril get). Professor T.Hacıyev Azərbaycanın qədim dövləti Midiyanın Mannanın xarabalıqları üzərində, məhz onun əsasında yarandığını qeyd edir. T.Hacıyevin fikrincə albanların mik tayfası qədim mak (manq-manna) tayfa birliyinin davamıdır. Mik sözü mak sözünün fonetik variantıdır və bu sözün əsli ehtimal ki, minq şəklində olmuşdur. Ona görə də T.Hacıyev manna sözünün mənbələrdə göstərilən minni variantını mingi (minqe) şəklində görməyi doğru sayır və Mingəçevir adının minki və savir tayfa adlarının birləşməsindən yarandığını bildirir. Minkisavir  Minkicavir  Mingəçevir. Savirlər tarixən Qafqazda yaşamış və Azərbaycan xalqının soykökündə iştirak etmiş qədim türk tayfasıdır. Tanınmış alim Əjdər Fərzəli Qorqud bu yerlərin qədim yaşayış məskəni Sevit torpağı  Mingəsi adını daşıdığını bildirir. Mingə qədim türk qəbiləsinin adı olub

Ehtimal edilir ki, Sevit Mingə   adı zaman keçdikdə Mingə Sevit, nəhayət, bu günkü Mingəçevir şəklinə düşmüşdür.

Mingəçevir ərazisi yaşayış məntəqəsi kimi çox-çox qədimdir. 5 min il bundan əvvəl Mingəçevirdə kiçik rayon kimi qaynar həyat mövcud olmuşdur. Yerli əhali əkinçilik, sənətkarlıq, balıqçılıq, atçılıq və s. sahələrlə məşğul olaraq özlərinin maddi və mənəvi aləmini yaratmışlar. Sonra gələn minilliklərdə, xüsusilə antik dövrdə də ulularımız özlərinin alban tarixi və mədəniyyətini, ədəbiyyatını yaratmışlar. Bu baxımdan Mingəçevirdə tapılan maddi-mədəniyyət qalıqlarından alban yazıları və kitabə (Mingəçevir – Sudağılan epitafiyası) böyük əhəmiyyət daşıyır. Bu ərazidə yaşayış hələ e.ə.III minillikdə mövcud olmuşdur. Arxeoloji qazıntılar sübut edir ki, burda yaşayan insanlar böyük rayon mədəniyyətinə malik olublar. Tapılan yunan, Roma və arşap pulları sübut edir ki, burda ticarət inkişaf edibmiş. Türk səyyahı Övliya Çələbinin Səyahət əsərində Mingəçevirin Kür çayının sağ sahilindəki hissəsində olan yaşayışdan və burda olan toxuculuqdan, hamamxanalardan və s. yazmışdır. Burada aparılan arxeoloji qazıntılar zamanı çox maraqlı qədim  əşyalar tapılmışdır. Məsələn, Azərbaycanda tapılmış ən qədim sırğa Mingəçevirdən, Tunc dövrünə aid edilən 5 № -li kurqandan tapılmışdır. İlk dəfə burada 1871-ci ildə alman həvəskar arxeoloqu F.S.Bayer tərəfindən səthi tədqiqat işləri aparılmış, o, Mingəçeviri dirəklər üzərində qurulmuş rayon kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmamışdır. Yalnız 1935-ci ildə professor Y.A.Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir.

Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi İkinci dünya müharibəsindən sonra burada Su-elektrik stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi alim S.M.Qazıyevin rəhbərliyi altında Boz dağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış və daha 2 yaşayış yeri və 4 böyük qəbristanlıq aşkar edilmişdir ki, bu da cənubi Qafqazda ən iri arxeloji kompleksdir. Arxeloji qazıntılar zamanı eneolit dövründən başlayaraq (b.e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri özündə ardıcıl əks etdirən 20 mindən artıq, (bəzi mənbələrdə 40 min) maddi-mədəniyyət nümunələri tapılmışdır. Bunların arasında torpaq, kurqan, katakomba və küp qəbirləri, istehsal vasitələri, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri, ticarət mübadiləsi yolu ilə uzaq ölkələrdən gətirilmiş məmulatlar və s. olmuşdur.

Mingəçevir rayon kimi orta əsrlərdə daha da inkişaf etmişdir. XVII əsr türk səyyahı Övliya Çələbi Səyəhatnaməsində Mingəçevir haqqında məlumat verərkən, onu Kür çayının sağ sahilində Boz dağın yaxınlığında yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkir və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğundan xəbər verir. Mingəçevir Alban dövlətinin inkişaf etdiyi dövrlərdə ən mədəni bir mərkəz kimi tanınmışdır. Alban hökmdarı Arsvahanın və yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə Alban əlifbası tərtib edildikdən, ölkədə məktəblər açıldıqdan sonra Mingəçevir daha da inkişaf etmişdir. Qədim Mingəçevir İpək yolunun aparıcı qollarından biri olmaqla minilliklər boyu Kür çayı vasitəsilə qayıqlarla Gürcüstana, oradan Rioni çayı ilə Qara dəniz sahil rayonlərinə müxtəlif çeşidli mallar daşınmışdır. Eləcə də, yaxın Şərq ölkələrinə, Azərbaycanın qədim rayonlərinə mühüm karvan ticarət yolu buradan keçmişdir.

Arxeloji qazıntılar zamanı bəzəkli şüşə məmulatları, qızıl və gümüşdən qablar, bəzək əşyaları, bir sıra qədim Şərq ölkələrinin sikkələrinin tapılması Mingəçevirin ticarət, sənətkarlıq, mədəni əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. Böyük ticarət yolu üzərində yerləşən Mingəçevir Kür çayında ən münasib keçid kimi XVIII-XIX əsrlərdə, hətta XX əsrin əvvəllərində öz əhəmiyyətini itirməmişdir. Qədim Mingəçevirlə bağlı faktlara Plutarxın, Strabonun, Ptolomeyin və başqa tanınmış tarixçi, coğrafiyaşünasların əsərlərində də rast gəlmək olur.

Mingəçevir İkinci dünya müharibəsindən sonra yaradılan gənc sənaye rayonudir. rayonun tikintisində 20.000-ə yaxın insan, həmçinin İkinci dünya müharibəsi dövründə əsir düşmüş 10.000 alman əsiri də çalışmışdı. rayonun böyüməsi və inkişafı da burada qurulan elektroenergetika, maşınqayırma, neft-kimya, kimya, habelə yüngül və yeyinti məhsulları sənaye obyektlərinin tikintisi ilə bağlıdır.

Mingəçevir rayonu Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə rayon statusu almışdır. Bakıdan 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə rayonundə 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən rayon respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı rayonun şimal-qərbində 3 km məsafədə yerləşir. Su anbarının həcmi 15,7 milyard kub metr, uzunlugu 70 km, maksimal eni 18 km, su örtüyünün sahəsi 605 km², orta dərinliyi 27 metr (maksimal dərinliyi 83 metr), səviyyə dəyişkənliyi 5-7 metrdir. Su anbarının qarşısını kəsən bəndin uzunluğu 1550 metrdir.
 

Mingəçevir rayonunin iqlimi mülayim istidir. Orta temperatur yanvar ayında müsbət 2-3 dərəcə, iyul ayında 27-30 dərəcədir. İllik yağıntı 300–310 mm.

Mingəçevir rayonunin ərazisi 130 km², yerli əhalisi 105.671 nəfər, məcburi köçkün 20.740 nəfərdir. 2018-cu ilin siyahıya alınmasına görə əhalinin 50,5% kişi, 49,5 % qadındır. Yerli əhalinin 98,05 faizi azərbaycanlı, 1,95 faizi 15-ə yaxın millətin nümayəndələridir.

Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir. Ölkənin 60 faizdən çox elektrik enerjisini istehsal edən Azərbaycan İstilik Elektrik stansiyası və SES silsiləsi ilə yanaşı rayonda elektrotexnika müəssisələri Azərkabel və İzolit ASC-lər, kimya və neft-kimya müəssisələri Şüşə-lifi, Texniki-rezin və Regenerat ASC-lər, maşınqayırma müəssisələri Azyolneftmaş və Maşın-təmir ASC-lər, yüngül sənaye müəssisələri Toxucu ASC və Nur tikiş fabriki, yeyinti sənayesi müəssisələri Ət kombinatı və çörəkbişirmə müəssisələri və dıgər sənaye məhsulları istehsalı sahələri yerləşir.

Mingəçevir SES-dən 18 kilometr aşağıda Varvara SES-i yerləşir. Həmin SES vasitəsi ilə 2 milyard kubmetrə yaxın suyun saxlanılmasına imkan var.

Bundan başqa Mingəçevirdə Cənibi Qafqazın ən böyük  istilik elektrik stansiyası fəaliyyət göstərir. Stansiyanın tikintisinə 1974-cü ildə başlanmış, 1981-ci ildə stansiyanın 1№-li enerji bloku istismara verilmişdir. 2 №-li enerji bloku 1982-ci ildə, 3 №-li enerji bloku 1983-cü ildə, 4 №-li enerji bloku 1984-cü ildə, 5 №-li enerji bloku 1985-ci ildə, 6 №–li enerji bloku 1986-cı ildə, 7 №–li enerji bloku 1989-cu ildə, 8 №–li enerji bloku 1990-cı ildə istismara verilmişdir. Hər enerji blokunun gücü 300 meqavat olmaqla stansiyanın ümumi gücü 2400 meqavatdır. Hazırda stansiyada 2362 nəfər işçi çalışır. İstehsal edilən enerji 5 ədəd 330 kilovoltluq və 1 ədəd 500 kilovoltluq hava xətləri ilə ötürülür.

Mingəçevir şəhərində Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm kolleci və Tibb kolleci fəaliyyət göstərir. Həmçinin Mingəçevirdə milli qəhrəman Ruslan Muradov adına Texniki Humanitar Lisey və Mingəçevir şəhər Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey də fəaliyyət göstərir.




#Article 50: Mustafa Kamal Atatürk (2566 words)


Mustafa Kamal Atatürk (; 1934-cü ildən 1935-ci ilə dək Kemal Atatürk; 1935-ci ildən sonra Kamâl Atatürk; ) — osmanlı-türk paşa, marşal, islahatçı, siyasətçi və dövlət xadimi. Ölkəsində monarxiyanı ləğv edərək respublikanı qurdu və 1923-cü ildən 1938-ci ildəki vəfatına qədər prezident vəzifəsini icra etdi.

Birinci Dünya Müharibəsi əsnasında osmanlı ordusunda xidmət edən Atatürk; Çanaqqala Cəbhəsinde polkovnikliyə, Sina-Fələstin Cəbhəsinde isə İldırım Orduları (7-ci Ordu) generallığına təyin edilmişdir. Döyüşün sonunda Osmanlı İmperiyasının məğlubiyyətini taxıban Türkiyə İstiqlaliyyət Müharibəsindəki Türk Milli Hərəkatına öndərlik etmişdir. Qurtuluş döyüşü müddətində Ankara Hökumətini qurmuş, hərbi hərəkətləriylə Antanta dövlətləri tərəfindən göndərilən hərbi gücləri məğlubiyyətə uğratmış və türk millətini zəfərə aparmışdır. Atatürk daha sonra köhnə Osmanlı İmperiyasını müasir və sekulyar bir millət dövlətinə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlar başlatmışdır. Liderliyi altında minlərlə yeni məktəb inşa edildi. İbtidai pulsuz və zəruri hala gətirildi. Qadınlara qeyri bərabərlik və siyasi hüquqlar verildi. Kəndlilərin kürəyinə yüklənən ağır vergilər azaldıldı. Türk orduları baş komandiri olaraq Sakarya meydan müharibəsindəki müvəffəqiyyətinə görə 19 sentyabr 1921-ci il tarixində Qazi adını almış və marşallığa yüksəlmişdir. Xalq Firqəsini qurmuş və ilk ümumi başçısı olmuşdur. 1938-ci ildəki vəfatına qədər arxa arxaya 4 dəfə prezident seçilən Atatürk, bu vəzifəni ən uzun müddət icra edən prezident olmuşdur.

Atatürk tarixdə oynadığı əhəmiyyətli roldan ötəri bir çox yazar və tarixçi tərəfindən araşdırılmış və haqqında 379 əsər yazılmışdır. Bu yönü ilə haqqında ən çox əsər yazılan ilk 100 adam arasında iştirak etməkdədir. Ayrıca dünyada ilk dəfə və tək nümunə olmaq üzrə, Birləşmiş Millətlərin UNESCO təşkilatı tərəfindən, özünün 100-cü doğum ili olması səbəbiylə və bütün ölkələrin yekdilliklə 1981-ci ilin Atatürk ili olaraq qəbul edilmişdir. Jurnallarının noyabr 1981 sayında da, Atatürk və Türkiyə mövzusu ələ alınmışdır.

Təhsil çağına gələn Mustafanın hansı məktəbə gedəcəyi mövzusunda anası ilə atası arasında anlaşılmazlıq çıxmışdı. Anası Mustafanın Hafiz Mehmet Əfəndinin məhəllə məktəbinə getməsini istəyir, atası isə o zamankı yeni üsullarla təhsil edən dünyəvi Məktəbi Şəmsi İbtidainde (Şəmsi Əfəndi Məktəbi) oxumasını istəyirdi. Ən sonunda əvvəl məhəllə məktəbinə başlayan Mustafa, bir neçə gün sonra Şəmsi Əfəndi Məktəbinə keçdi. Atatürk, məktəb seçkisindəki bu qərarı üçün həyatı boyunca atasına minnətdarlıq eşitmişdir. 1888-ci ildə atasını itirdi. Bir müddət Rapla fermasında anasının ögey qardaşı Hüseynin yanında qalıb yüngül ferma işləriylə məşğul olduqdan sonra -eğitimsiz qalacağından narahat edən anasının isteğiyle- Salonikiyə dönüb məktəbini bitirdi. Bu vaxt Zibeydə Xanım, Salonikidə gömrük məmuru olan Ragıp Bəy ilə evləndi.

Mustafa, dünyəvi bir məktəb olan və bürokrat yetişdirən Saloniki Mülküyə Rüşdiyyəsinə qəbul oldu. Ancaq mühitindəki əsgəri tələbələr məktəb formalarından da təsirlənərək, anasının qarşı çıxmasına baxmayaraq, 1893-ci ildə Saloniki Əsgəri Rüşdiyyəsinə daxil olur. Bu məktəbdə riyaziyyat müəllimi Kapitan Üsküplü Mustafa Səbri Bəy, ona mənası mükəmməllik, yetkinlik olan Kamal adını qoydu. Fransız dili müəllimi Kapitan Nakiyüddin Bəy (Yücekök), azadlıq düşüncəsi ilə gənc Mustafa Kamalın düşüncə quruluşunu təsir göstərdi. Mustafa Kamal Qülləli Əsgəri İdadisinə girməyi fikirləşsə də ona böyük qardaşlıq edən Salonikili zabit Həsən bəyin tövsiyəsinə qulaq asaraq Manastır Əsgəri İdadisinə qəbul olur.

Qərargah Kapitan Mustafa Kamal, məzun olduqdan sonra mərkəzi Şamda olan 5-ci Orduya staj məqsədiylə göndərildi. Bu stajından piyada, süvari və topçu siniflərində vəzifə aldı. 1905-1907 illəri arasında Şamda Lütfi Müfit Bəy (Özdeş) 5-ci Ordu əmrində vəzifə etdi. İlk stajı 5-ci Orduya bağlı 30-cu Süvari Alayında reallaşdı. Bu dövrdə aşağı rütbəli şagird bir qərargah zabit olaraq Suriyanın müxtəlif bölgələrindəki üsyanlarla maraqlanan Mustafa Kamal, kiçik döyüş (partizan döyüşü) üzərinə təcrübə qazandı. Üsyanlarla məşğul olduğu dörd aydan sonra Şama qayıtdı. 1906-cı ilin oktyabr ayında Mayor Lütfi bəy, Dr. Mahmud bəy, Lütfi Müfit (Özdeş) Bəy və hərbi təbib Mustafa Cantəkin ilə Vətən və Azadlıq adlı bir cəmiyyəti qurduqdan sonra ordudan icazəsiz Salonikiyə getdi. Saloniki Mərkəz Komandir müavini Kapitan Cəmil Bəyin (Uybadın) köməyi ilə quruya çıxdı və orada cəmiyyətinin şöbəsini açdı. Bir müddət sonra axtarıldığını öyrəndi və ona böyük qardaşlıq edən Polkovnik Həsən Bəy, Yafoya dönüb oranın komandiri Əhməd Bəyə Misir sərhədində Birüssebiye göndərildiyini bildirməsini təklif etdi. Əhməd bəy də Mustafa Kamalı Birüssebiye təyin etdi və bir müddət sonra topçu staj üçün təkrar Şama göndərildi. 20 iyun 1907-ci ildə (kıdemli yüzbaşı) oldu və 13 oktyabr 1907-ci ildə 3-cü Orduya qərargah olaraq təyin edildi ancaq Salonikiyə çatdığında Vətən və Azadlıq Cəmiyyətinin şöbəsinin İttihad və Tərəqqi Cəmiyyətinə ilhaq edildiyini öyrəndi. Buna görə özü də 1908-ci ilin fevral ayında İttihad və Tərəqqi Cəmiyyətinə üzv oldu (İstifadəçi nömrəsi: 322). 22 iyun 1908-ci ildə Rumeli Şərq Bölgəsi Dəmiryolları müfəttişliyinə təyin edildi.

Stuart Klaynın Türk Havaçılıq Xronologiyası kitabına görə, Mustafa Kamal, 1910-ci ildə Fransada təşkil edilən Picardie Manevrlərinə qatıldı. Burada yeni istehsal olunan təyyarələrin sınaq uçuşuları edilirdi. Əli Rza Paşa, bu uçuşlardan birinə qatılmaq istəyən Mustafa Kamalı önlədi. Və dərhal sonra uçuş edən o təyyarə dönüş əsnasında yerə çaxıldı. Bəzi qaynaqlar tərəfindən, bu hekayəyə əsaslanaraq Atatürkün təyyarəyə minməkdən qorxduğu iddia edilsə də kitabın yazıçısı Kline, Atatürkün hadisədən sonra 3 dəfə təyyarəyə mindiyini bəhs edir.

Mustafa Kamal, qayıtmasının ardından 27 sentyabr 1911-ci ildə İstanbulda Baş qərargah Qərargahında vəzifə aldı.

İtalyanların Trablus-qərbə hücumuyla 19 sentyabr 1911-ci ildə başlayan Trablus-qərb döyüşündə, 27 noyabr 1911-ci ildə Mayor olan Mustafa Kamal, Mayor Ənvər bəy, Fuad (Bulca), Nuri (Conker) və Mayor Fəthi (Okyar) kimi digər İttihadçı zabitlərlə birlikdə 18 dekabr 1911-ci ildə hərəkət etdi. Mustafa Kamal ilə qrupu, Misirdə Qahirə və İsgəndəriyyə üzərindən Bingaziye getdi. 19 oktyabrda İskəndəriyədən yola çıxdıqdan bir müddət sonra bir xəstəlik keçirdi. 22 dekabrda Tobruk yaxınlığında zəfər qazandı. Dernedeki 16-17 yanvar 1912 hücumunda gözündən yaralanıb bir ay xəstəxanada müalicə gördü və 6 martda Dərnə Komandirliyinə gətirildi. Eyni ilin sentyabrında başlayan sülh danışıqlarına baxmayaraq qarşıdurmalar davam edərkən, Karadağın 8 oktyabrda Osmanlı Dövlətinə döyüş elan etməsi və Balkan müharibələrin başlaması səbəbiylə sülhə razı olunmasıyla Mustafa Kamal və digər zabitlər İstanbula geri döndülər.

Balkan Savaşları başladığında Trablus-qərbdə vəzifə edən Dərnə Komandiri Mustafa Kamal və Mayor Nuri bəy, bu döyüşlərdə vəzifə almaq istədilər. Mustafa Kamal, dövrün Osmanlı Hərbiyə Nəzarəti Ənvər bəyin də icazəsi ilə 24 Oktyabr 1912-ci ildə Trablus-qərbdən ayrılmışdır. 24 noyabr 1912-ci ildə qərargahı Bolayırda olan Bahri-sefit boğazı (Aralıq dənizi boğazı) qüvayi-mürəttəbəsi hərəkat şöbəsi müdirliyinə təyin edildi. Osmanlı ordusu burada general Stilian Georgiev Kovachev əmrindəki Bolqar 4-cü Ordusuna məğlub oldu. İyun 1913-cü ildə başlayan İkinci Balkan müharibəsində əmri altındakı birliklərlə Dimetoka və Ədirnəyə girdi.

Əsgəri ataşe vəzifəsi yanvar 1915-ci ildə sona çatdı. Bu sırada 28 iyul 1914-cü ildə I Dünya müharibəsi başladı, Osmanlı Dövləti də 29 oktyabr 1914-cü ildə döyüşə girdi. 20 yanvar 1915-ci ildə Mustafa Kamal 3-cü Kolordu əmrində Tekfurdağda qurulacaq olan 19-cu Firqa Komandirliyinə təyin edildi.

Mustafa Kamal və yoldaşları Havzadakı işlərini tamamladıqdan sonra 12 iyun 1919-cu ildə Amasiyaya keçdi. 22 iyun 1919-cu ildə Rauf bəy (Orbay), Kazım Qarabəkir Paşa, Refet Bəy (Belə) və Ali Fuad Paşa (Cebesoy) ilə birlikdə Amasya bəyanaməsini nəşr etdi. Təmimnamə hazırlandıqdan sonra Ərzurumda olan 15-ci Kolordu Komandiri Kazım Karabekirə göndərilərək təsdiqi alındı. Daha sonra bütün mülki amir və hərbi komandirlərə teleqrafla çatdırıldı. Amasya bəyanaməsi İstanbulda olan işğal güclərinin reaksiyasını çəkmişdir və ingilislər Mustafa Kamalı İstanbula geri gətirmək üçün İstanbul hökuməti üzərindəki təzyiqlərini artırmışdır. Bu sırada Daxili İşlər naziri olan Əli Kamal bəy bir təmimnamə yayımlayarak Mustafa Kamalın yaxşı bir əsgər olduğunu ancaq ingilis təzyiqi nəticəsində vəzifəsindən alındığını ifadə etmişdir. Amasya bəyanaməsində vətənin bütövlüyü və millətin müstəqilliyinin təhlükədə olduğu, İstanbul Hökümətinin üzərinə götürdüyü məsuliyyəti yerinə yetirmək, bu vəziyyətin milləti yox olmuş kimi göstərdiyi izah edilmişdir. Təlimatnamədə Millətin istiqlalını yenə millətin əzm və qərarının qurtaracağını elan edilmişdir. Anadolunun hər baxımdan etibarlı bir yeri olan Sivasda bir konqres toplanacağı ifadə edilmişdir. Bu konqresə qatılmaq üçün hər ildən 3 nümayəndənin seçilərək göndərilməsi və nümayəndələrin Səyahətlərini gizli tutmaları istənmişdir. Şərq illəri üçün də Ərzurumda bir konqresin toplanacağı, daha sonra Ərzurum Konqresi üzvlərinin də Sivasa qatılmaq üzrə hərəkət edəcəyi ifadə edilmişdir.

Kazım Qarabəkir Paşa tərəfindən Ərzurumda toplanan Şərq İlleri Müdafaa-i Hüquq Konqresinə (Ərzurum Konqresi) qatıldı. Konqres üzvlərinin təkidi osmanlı ordusundan istefa etdi və Konqres başçılığına seçildi. 14 günlük bu konqresdə milli sərhədlər içində vətənin bölünməz bir bütün olduğu, vətəni qorumağı və müstəqilliyi təmin İstanbul hökuməti sağlayamazsa, müvəqqəti bir hökumət qurulacağı, xristian azlıqlara siyasi hakimiyyət və ictimai tarazlığı pozacaq imtiyaz verilemeyeceği, mandat və himayənin qəbul edilə bilməyəcəyi qərarlaşdırılmışdır. 

Birinci İnönü zəfərindən sonra Antanta dövlətləri Sevr Andlaşmasında türklərin faydasına bir dəyişiklik edilməsini görüşmək üçün Londonda bir konfrans toplanmasına qərar vermişlər. 21 fevral-11 mart 1921 tarixləri arasında edilən konfransda, türklər faydasına bir nəticə çıxmamış, mübarizə davam etmişdir. Yunanıstan, London Konfransı bitmədən, Anadoluda yeni bir hücum etmək üzrə hazırlıqlara başlamışdır. 23 mart 1921 günü səhər erkən saatlarda, 3-cü Yunan korpusunun Qərb Cəbhəsində, 1-ci Yunan korpusunun da Cənub Cəbhəsində irəli hərəkətə keçməsiylə Müharibələr başlamışdır. 23 mart-1 aprel 1921 arasında meydana gələn İkinci İnönü Müharibəsi təkrar türk qüvvələrinin zəfəriylə sona çatmışdır. Bu zəfərdən sonra fransızlar Zonguldakdan, italyanlar da Cənubi Anadoludan əsgərlərini çəkməyə başlamışdır.

İnönü Döyüşlərində müdafiə taktikası tətbiq edən türk ordusu, Aslıhanlar-Dumlupınar çarpışmalarında isə hələ hücum gücünə çata bilmədiyini göstərmişdi. Bu vəziyyətdən faydalanmağa qərar verən yunan ordusu İnönü, Eskişehir, Tiryək və Kütahya arasındakı xəttdə iştirak edən türk mövqelərini yüklənərək buraları işğal etmək və Ankaraya qədər irəliləmək istəyirdi. Möhkəmlətmə birliklərlə yaxşıca güclənən yunan ordusu 10 iyul 1921-ci ildə etibarən hücuma keçdi və 20 iyula qədər etdikləri hücumlarla türk ordusunu geri çəkilməyə məcbur etdi. Mustafa Kamal Paşa türk ordusunun Sakarya çayının şərqinə qədər çəkilməsini əmr etdi. Beləcə vaxt kazanılacaktı. Bu döyüşlər sonunda Eskişehir, Kütahya, Afyon kimi böyük strateji bölgələr əldən çıxdı. TBMM-mənəvi pozuqluğu yaşandı və sərt müzakirələr meydana gəldi. Ancaq yunan ordusu böyük atəş və silah üstünlüyünə baxmayaraq, türk ordusunu yox edə bilməmişdi. Türk ordusu, etibarlı bir şəkildə Sakarya şərqinə çəkilmişdi.

Kütahya-Eskişehir Müharibəsi sonrasında Böyük Millət Məclisi içində iqtidara yəni Mustafa Kamal Paşaya qarşı reaksiyalar artmağa başladı. Bu müxalifəti yöneltenler ordunun başına keçməsi üçün Mustafa Kamal Paşaya təzyiq etməyə başladı. Gerçək niyyətləri isə Onu Ankaradan uzaqlaşdırmaq və Ənvər Paşanın iqtidarını təmin etmək idi. Mustafa Kamal Paşa, 4 avqust 1921 günü Böyük Millət Məclisində etdiyi danışmaqla baş komandir olmağı qəbul etdiyini ancaq baş komandirliyin faydalı ola bilməsi üçün Məclisin ordu ilə əlaqədar səlahiyyətlərini üç ay müddətində özündə yığacaq bir qanun çıxardılması lazım olduğunu açıqladı. Paşanın baş komandirliyini istəyənlərin bu şəkildə xəyalları suya salınmış oldu. 5 avqust 1921 günü səs birliyi ilə çıxardılan qanun ilə Mustafa Kamal Paşa, TBMM Orduları Baş komandirliyinə gətirildi.

Mustafa Kamal Paşa, baş komandirliyə keçməsinin dərhal ardından nəşr edilən Tekalifi-milliyə Əmrləri ilə xalqı ordunun təchiz edilməsi üçün səfərbərliyə çağırdı. 12 avqustda Polatlıda təftiş edərkən atdan düşdü və qabırğa sümüyü qırıldı. 23 avqust-13 sentyabr 1921 tarixlərində edilən Sakarya meydan döyüşünde yunan ordusunun hücum gücü tükəndi. Türk ordusu ani bir hücumla yunan ordusunu Sakarya çayının şərqindən çıxarmağı bacardı. Bu zəfərdən sonra 19 sentyabr 1921-ci ildə Böyük Millət Məclisi Baş komandir Mustafa Kamal Paşanı yekdilliklə Marşal rütbəsinə qaldırdı etdirdi və Qazi titulu verdi.

Türk ordusu 2 sentyabrda Uşakı geri aldı. Burada yunan ordusu baş komandiri General Nikolaos Trikupis əsir edildi. 9 sentyabrda türk süvariləri İzmirə girdi. 18 sentyabr 1922-ci ildə qədər edilən Takip harekatıyla bütün Qərbi Anadoludakı yunan birlikləri sərhəd xaricinə çıxarıldı. Türk ordusunun qazandığı bu müvəffəqiyyət, Mudanya Atəşkəs sazişinə gedən müddəti başlatdı.

Karşıyakada Mustafa Kamalın qalması üçün yaxınları yunanların əlində əsir olan bir ata-oğul evlərini hazırlamışdır. Bu evdə daha əvvəl yunan kralı Konstantin də qalmış, evə nərdivanlarda ayaqları altına sərilən türk bayrağını tapdalayaraq girmişdir. Bu dəfə ata-oğul pilləkəndə yunan bayrağını sərmişdir. Mustafa Kamal Paşa evə girəcək ikən Lütf ədin, bu qarşılıqla bu ləkəni silin! deyilmişdir. Mustafa Kamal Paşa da O, keçmişsə səhv etmiş; bir millətin qüruru olan bayraq tapdalanmaz, mən onun səhvini təkrar etməm. Bayrağı qaldırın yerdən. deyərək bayrağı kaldırtmıştır.

İzmir qurtarıldıqdan sonra əsl problem, İstanbul və Boğazlar Bölgəsində sürməkdə olan müttəfiq qüvvələr işğalının sona erdirilmesidir. Türk qüvvələri dərhal Çanaqqalaya yönələrək buraların Frakiya daxil boşaldılmasını taleb ederler. İngiltərə buna əlavə donanma (ki içlərində zamanın ən müasir 2 ədəd təyyarə gəmisi var) və quru qoşunları göndərərək cavab verir.

Mudanya Atəşkəs sazişindən sonra sülh danışıqlarının aparılması üçün tərəfsiz bir ölkə olan İsveçrənin Lozanna şəhəri seçilmişdir. Türkiyəni İsmət İnönü təmsil etmişdir. Konfrans 20 noyabr 1922 günü toplanmış və anlaşılmazlıq nəticəsində 4 fevral 1923-cü ildə danışıqlar kəsilmişdir. 23 aprel 1923-cü ildə danışıqlar təkrar başlamış və 24 iyul 1923-cü ildə Lozanna müqaviləsi imzalanmışdır. Lozanna Andlaşmasında 20 oktyabr 1921-ci ildə fransızlarla edilən Ankara Antlaşmasındaki cənub sərhədi eynilə qorunmuşdur. İraq sərhədi çizilememiş və 9 ay ərzində həll edilməsi qərarlaşdırılmışdır. Meriç çayı yunanlarla olan sərhəd qəbul edilmişdir. Karaağaç və ətrafı döyüş təzminatı olaraq Türkiyəyə verilmişdir. Ege dənizindəki Bozcaada və İmroz Türkiyəyə verilmiş, Yunanların əlində qalan Anadoluya yaxın adaların silahsızlandırılmasına qərar verilmişdir. Kapitulyasiyalar tamamilə qaldırılmışdır. 1845-ci ildən Birinci Dünya Müharibəsinin sonuna qədər olan Osmanlı İmperiyasının borcları sərmayə üzərindən yenidən hesablanaraq azaldılmışdır. Öhdəliklər Osmanlıdan ayrılan dövlətlərə gəlirlərinə mütənasib olaraq bölüştürülmüştür. Türkiyənin borcları türk pulu və ya fransız frankı üzərindən ödəmə təklifi qəbul edilmişdir. Lozanna Boğazlar Müqaviləsi ilə Boğazlardan sərbəst keçid təmin edilmiş, Boğazlar Komissiyası qurulmuş, Boğazlar və ətrafıdır askersiz hala gətirilməsi təmin edilmişdir. İstanbulda yaşayan rumlarla Qərbi Frakiyada yaşayan türklər xaric Türkiyədəki bütün rumlarla Yunanıstandakı bütün türklərin yer dəyişdirməsi təsdiq edilmişdir. Beləcə Qurtuluş Döyüşü, 24 iyul 1923-cü ildə imzalanan Lozan Müqaviləsi nəticələnmişdir. Bu andlaşma ilə Sevr müqaviləsi qüvvədən qalxmış, Türkiyə Respublikası Lozanna müqaviləsi təməlləri üzərinə qurulmuşdur.

Zəfərdən sonra Atatürk; müasir, mütərəqqi və sekulyar bir millət yaratmaq üçün siyasi, iqtisadi və mədəni sahələrdə sekulyarist və millətçi islahatlara başladı. Xaricilərə verilən iqtisadi imtiyazlar ləğv edildi və istehsal vasitələri və dəmir yolları milliləşdirildi. 3 mart 1924-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən qanunla xilafət ləğv edildi. Eyni tarixde Təhsil birliyi qanunu ilə təhsil Türkiyə hökumətinin nəzarətinə keçdi. Sekulyar və elmi təhsil vacib idi. Minlərlə yeni məktəb tikildi. İbtidai təhsil pulsuz və məcburi olmuşdur. Xarici məktəblər dövlət nəzarəti altına alındı. Kəndlilərin ödəməli olduğu ağır vergilər azaldıldı. Kişilər üçün çiləmə və paltarda dəyişiklik edildi. Təqvimə, vaxta və ölçülərə dəyişiklik edildi. Məclis tərəfindən çıxarıldı və sekulyar türk qanunu mədənisi qüvvəyə mindi. Bir çox qərb ölkələrindən əvvəl qadınların vətəndaş və siyasi hüquqları tanınıb. Çoxarvadlılıq qadağandır. Qadının şəhadəti və miras hüququ kişilərin ifadəsinə bərabər tutuldu. Bənzər şəkildə, dünyanın çoxu ölkəsindən əvvəl olaraq Türkiyədə qadınların ilkin yerli seçkilərdə (1930), sonra ümumi seçkilərdə (1934) seçmə və seçilmə haqqı tanındı. Gül Esin, 1933-cü ildə muhtar seçilən ilk Türk qadını oldu. 1935 seçkilərində ise ilk dəfə 17 Türk qadın müavin, parlamentə seçildi. Sekulyar qanunlar cəza və borc hüququnda qəbul edildi. Sənaye təşviq qanunu qəbul edildi. Torpaq islahatı üçün səy göstərildi. Ərəb hərflərinə əsaslanan osmanlı əlifbasının əvəzinə latın hərflərinə əsaslanan yeni türk əlifbası qəbul edildi. Xalqın savadlı olması üçün təhsil səfərbərliyi başladı. Universitet islahatı reallaşdı. İlk beşillik sənaye planı qüvvəyə mindi. Sinif və statusu fərqləndirən ləqəb və adlar çıxarıldı və soyadları tətbiq edildi. (Soyad qanununa uyğun olaraq 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala Atatürk soyadı verilmişdir.) Homojen və vahid bir millətin yaradılması üçün türkləşdirmə siyasəti həyata keçirildi. Qeyri-türk azlıqları kütləvi şəkildə türk dilində danışmağa məcbur edildi, qeyri-türk toponomiya və azlıqların soyadları türk dilinə tərcümə edildi.

Atatürk Cümhuriyyət Xalq Partiyasını Xalq Firqəsi adı ilə qurdu və ilk sədr oldu. Çox sayda dövlət qurumu onun tərəfindən və ya onun dəstəyi ilə quruldu. Türkiyənin ilk yerli təyyarəsi, onun dövründə Vecihi Hürquş tərəfindən istehsal olunub.

Atatürk 1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən prezident seçilmişdir. 14 iyun 1926-cı ildə sui-qəsd cəhdi uğursuz oldu. 15-20 oktyabr 1927-ci ildə İstiqlaliyyət Müharibəsindən və respublika qurulmasından bəhs edən böyük nitqini, 29 oktyabr 1933-cü ildə 10-cu il nitqini söyləmişdir.

Yüksək bir biliyə və ədəbə sahib olan Atatürk fransız və alman dillərini bilirdi. Bir yavəri zəngin bir kitabxana yaradan Atatürkü boş vaxtlarında tarixə aid kitablar atmayan biri kimi izah edir. Başqa məsələlərlə məşğul olmaq əvəzinə kifayət qədər tarixi kitablar oxuduğuna qəzəblənən bir siyasətçi, Samsuna bir kitab oxumaqla getdiniz? deyir. Atatürk cavab verir: Uşaq ikən kasıb idim. İki qəpik alanda kitabdan bir qəpik də verirdim. Əgər bu belə olmasaydı, etdiyim hər şeyi edə bilməzdim.

Aşağıdakı həndəsi terminləri türkcəyə məhz Atatürk əlavə etmişdir:açı, alan, artı, üçgen, dörtgen, beşgen, boyut, bölü, çap, çarpı,toplam, çember, iç ters açı, dış ters açı, dikey, düşey, düzey, eğik, eksi, eşit, eşkenar, ikizkenar, kesit, konum, köşegen, oran, orantı, paralelkenar, taban, teğet, uzam, uzay, varsayı, yamuk, yatay və s.




#Article 51: Avropa (4642 words)


Avropa — tamamilə Şimal yarımkürəsində və əsasən Şərq yarımkürəsində yerləşən bir qitədir. Avrasiyanın qərb hissəsini əhatə edir və şimalda Şimal Buzlu okean , qərbdə Atlantik okean , cənubdan  Aralıq dənizi və şərqdə Asiya ilə həmsərhəddir. Avropa, ümumiyyətlə, Ural və Qafqaz dağlarının, Ural çayının, Xəzərin və Qara dənizlərin və Türk Boğazlarının su yollarının Asan bölgədən ayrıldığı hesab olunur. Bu sərhədin çox hissəsi quruda olsa da, böyük fiziki ölçüsü və tarixi və ənənəsinin ağırlığına görə ümumiyyətlə Avropaya tam bir qitə statusu verilir.

Avropa təqribən 10.180.000 kvadrat kilometr (3.930.000 kv m) və ya Yer səthinin 2% -ni (torpaq sahəsinin 6.8%) əhatə edir və bu, altıncı ən böyük qitədir. Siyasi baxımdan, Avropa qitənin 39% -ni əhatə edən və əhalisinin 15% -ni təşkil edən ən böyük və ən çox məskunlaşdığı əlli suveren dövlətə bölünür. 2018-ci ildə Avropanın ümumi əhalisi təxminən 741 milyon (dünya əhalisinin təxminən 11%) idi. Avropa iqlimi Asiya və Şimali Amerikadakı iqlimin şiddətli olduğu enliklərdə belə qitənin çox hissəsində qışı və yayı isti keçən Atlantik cərəyanlarından təsirlənir. Dənizdən başqa mövsümi fərqlər sahilə yaxın olduğundan daha çox nəzərə çarpır.

Avropa, xüsusən də qədim Yunanıstan və qədim Roma Qərb sivilizasiyasının doğma yurdu idi. Eramızın 476-cı ildə Qərbi Roma İmperiyasının süqutu və sonrakı miqrasiya dövrü qədim tarixin sonunu və orta əsrlərin başlanğıcını qeyd etdi. İntibah humanizmi, kəşfiyyatı, incəsənəti və elmi müasir dövrə yol açdı. Kəşf Əsrindən bəri Avropa qlobal işlərdə üstünlük təşkil etmişdir. 16-cı və 20-ci əsrlər arasında Avropa gücləri müxtəlif dövrlərdə Amerika, demək olar ki, Afrika və Okeaniya və Asiyanın böyük hissəsini idarə etdilər.

Maarifçilik əsri, sonrakı Fransa inqilabı və Napoleon müharibələri 17-ci əsrin sonundan 19-cu əsrin birinci yarısına qədər qitəni mədəni, siyasi və iqtisadi cəhətdən formalaşdırdı. 18-ci əsrin sonlarında Böyük Britaniyada başlayan Sənaye İnqilabı Qərbi Avropada və nəticədə daha geniş dünyada köklü iqtisadi, mədəni və sosial dəyişikliyə səbəb oldu. Sovet İttifaqı və ABŞ-ın nüfuzunun artması ilə 20-ci əsrin ortalarında Qərbi Avropanın dünya işlərində hökmranlığının azalmasına öz töhvəsini verən hər iki dünya müharibəsi Avropada baş verdi.  Soyuq müharibə illərində, Avropa Qərbdəki NATO ilə Şərqdəki Varşava Paktı arasında 1989-cu il inqilablarına və Berlin Divarının yıxılmasına qədər Dəmir pərdə boyunca bölündü.

Avropanın ucqar nöqtələri şimalda Nordkin burnu, cənubda Mərakeş burnu, qərbdə Roka burnu, şərqdə isə Ural dağlarının şimal qurtaracağı hesab olunur. Ekvator xəttindən xeyli şimalda yerləşir. Lakin şimal qütb sahəsinə az bir hissəsi daxildir. Antarktidadan başqa yeganə qitədir ki, tropik sahəyə daxil deyildir. Qərb hissəsindən başlanğıc meridianı keçir, bu meridian London meqapolisinə daxil olan Qrinviç şəhərindən keçdiyi üçün onu çox vaxt Qrinviç meridianı adlandırırlar. Digər materiklərə görə Avropanın mövqeyi tarixən əlverişliliyi ilə seçilmişdir. Avropa hələ qədim dövrlərdən cənubda Aralıq dənizi vasitəsilə Cənub-Qərbi Asiya və Şimali Afrika ilə əlaqə saxlamışdır. Qərbdə isə Şimali Amerika və başqa materiklərə gedən dəniz yolları üzərində yerləşib. Avropa Atlantik okeanı və Şimal Buzlu okeanı suları ilə əhatə olunub. Sahil xətləri çoxlu parçalanmaya məruz qalmış, girintili-çıxıntılı olması ilə seçilmişdir. Onun sahillərində çoxlu buxta və körfəzlər var. Bu da qabarma və çəkilmələrin təsiri ilə dənizçiliyin inkişaf etməsinə, çoxlu dəniz limanlarının yaranmasına şərait yaratmışdır. Dənizdən xeyli kənarda, Temza çayı sahilində yerləşən London bu səbəbdən mühüm liman şəhərinə çevrilmişdir. Sahil xətlərinin çox parçalanması bir sıra ada və yarımadaların da yaranmasına səbəb olub. Qitə ərazisinin 25%-ni ada və yarımadalar tutur. Avropanın daxili hissələri dənizlərdən çox aralı deyildir. Qərbdə daxili hissələrin dənizlərdən məsafəsi 600 km, şərqdə isə 1600 km təşkil edir. Avropa dövlətlərinin əksəriyyətinin dənizə çıxışı olduğuna görə, dəniz dövlətləri hesab olunurlar.

Şimaldan Avropa sahillərini Şimal Buzlu okeanının Norveç, Barens və Ağ dənizin suları yuyur. Barens və Ağ dənizləri arasında Kola yarımadası yerləşib. Şimaldakı Yeni Torpaq, Frans-İosif Torpağı və Svalbard adaları da Avropaya aiddir. Atlantik okeanı və onun dənizləri Avropanı qərb və cənubdan əhatə etmişdir. Şimal, Baltik, Aralıq, Qara və Azov dənizi sahillərdə bir sıra körfəz və buxtalar yaratmışdır. Bunlardan Biskay, Fin, Botnik, Riqa və başqa körfəzləri göstərmək olar. Baltik və Norveç dənizləri arasında Avropanın ən böyük yarımadası olan Skandinaviya yarımadası yerləşir. Avropanın digər iri yarımadalarından Pireney, Apennin, Balkan, Krım qeyd olunmalıdır. Avropanın böyük adalarından isə Böyük Britaniya, İrlandiya, İslandiya, Korsika, Siciliya və Sardiniya göstərilə bilər. Aralıq dənizi Avropa sahillərində ən böyük və ən dərin dənizdir. Bu dəniz həmişə istidir (13 °C) və onun ətraf ərazilərin təbiətinə təsiri böyükdür. Buna səbəb isə dayaz və ensiz Cəbəllütariq boğazından nisbətən soyuq okean sularının bu dənizə daxil ola bilməməsidir. Şimali Atlantika isti cərəyanının təsiri ilə Norveç və Barens dənizləri qışda donmur. Bu, gəmiçiliyin daimi inkişafı üçün əlverişli imkan yaradır. Daha cənubda yerləşən Ağ və Baltik dənizləri isə qışda buz bağlayır.

Avropa qitəsi özünəməxsus əlverişli coğrafi mövqeyə malik bir ərazidir. Bu əlverişlilik onun ekvatora və qütb sahəsinə, digər materiklərə, okeanlara görə bir qədər münasib yerləşməsi, sahil xətlərinin əlverişli olması ilə izah oluna bilər. Tarixən Avropa ərazisində insanlar daha çox məskunlaşmış, təsərrüfat cəhətdən yüksək inkişaf səviyyəsinə çatmışlar. Əlverişli coğrafi mövqe, tarixi inkişafın nəticələri bu gün Avropanı dünyanın siyasi, ictimai və iqtisadi həyatında həlledici rol oynamasına gətirib çıxaran amillərdən olub.

Fiziki xəritədə Avropanın şərq və qərb hissələrinin relyefində olan fərqləri asanlıqla müşahidə etmək olar. Bunun əsas səbəbini ərazinin müxtəlif hissələri arasındakı geoloji inkişaf tarixinin xüsusiyyətləndə axtarmaq lazımdır. Ona görə ki, qitənin şərqində qədim platforma, qərbində isə müxtəlif yaşlı geosinklinal strukturlar və cavan platformalar üstünlük təşkil edir. Burada ən qədim və sahəsinə görə ən böyük tektonik struktur Şərqi Avropa platformasıdır. Platformanın qədim bünövrəsi Baltik və Ukrayna kristallik qalxanları şəklində səthə çıxmışdır. Qərb hissədə Şərqi Avropa platforması Atlantik okeanından Sakit okeana qədər uzanan Alp-Himalay geosinklinalı və cavan platforma ilə əhatə olunmuşdur. Platformalar nisbətən sabit sahələridir, onlar düzənlik və orta hündürlüklü dağlara uyğun gəlir. Geosinklinallar isə yerin daha fəal, hərəkətdə olan sahələridir və Avropanın cənubunda Alp dağları qurşağı ilə təmsil olunub.

Avropanın relyefinin formalaşmasında Dördüncü dövrdə baş vermiş materik buzlaşmalarının təsiri böyük olub. Həmin dövrdə yeni tektonik hərəkətlərin təsiri ilə səthin xeyli qalxması və iqlimin soyuqlaşması baş verir. Bu da çox böyük ərazilərin buzlaqlar altında qalmasına gətirib çıxarır. Mütəxəssislər belə hesab edir ki, Dördüncü dövrdə Avropa ərazisində dörd böyük buzlaşma dövrü olub. Ən böyük buzlaşma dövründə buzlağın cənub sərhədi 50° şimal enliklərinə qədər gəlib çatmışdı. Skandinaviya və Britaniya ərazilərindən başlayan buzlaqlar 6 milyon km²-ə qədər ərazi tuturdu. Cənubda, Alp dağlarında isə dağ buzlaşmaları inkişaf etmişdi. Dördüncü dövr buzlaşmalarının izləri Avropanın relyefində aydın görünür. Müasir relyefdə buzlaq relyefinin bəzi formaları (moren tirələri və təpələri) müşahidə olunur. Çoxlu iri və xırda göl çökəklikləri əmələ gəlmiş, sahil xətlərinin girintili-çıxıntılığı artmışdır. Relyefin dəyişilməsinə səbəb olan tektonik hərəkətlər müasir dövrdə də davam etməkdədir. Buna misal olaraq Skandinaviyanın cənub hissələrinin tədricən qalxmasını, Baltik dənizinin cənub sahillərinin isə enməsini göstərmək olar. Avropa ərazisində çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar var. Fəaliyyətdə olan vulkanlar Aralıq dənizi sahillərində və Atlantik okeanındakı adalarda yerləşir. Apennin yarımadasının qərbində Vezuvi, Siciliya adasında Etna vulkanları mövcuddur. İslandiya adasında Hekla vulkanı, isti bulaqlar-qeyzerlər fəaldırlar. Avropanın cənub hissəsi fəal zəlzələ zonasına daxildir. Burada çox böyük dağıdıcı gücə malik olan zəlzələlər baş verir. Bu da relyefin formalaşmasının və inkişafının davam etdiyini göstərən amillərdəndir.

Avropanın şərq hissəsində çox böyük sahəni qədim platforma bünövrəsi üzərində yerləşmiş Şərqi Avropa düzənliyi əhatə edir. Bu düzənliyin səthi bir sıra yüksəklik və ovalıqlardan ibarətdir. Şərqi Avropa düzənliyinin qərbə davamını Baltik dənizinin cənub sahilləri boyu yerləşən Orta Avropa düzənliyi təşkil edir. Skandinaviya yarımadasının şimalını eyniadlı dağlar, cənub və şərq sahələrini isə eyniadlı dağlar tutmuşdur. Britaniya və İrlandiya adaları da daxil olmaqla bu ərazilər Kaledon dövründə əmələ gəlmiş dağ və düzənliklərdən ibarətdir. Avropanın mərkəzi hissəsində orta hündürlüklü Vogez, Şvartsvald, Mərkəzi Massiv, Sudet dağları yerləşir. Cənub hissəni isə meridian istiqamətində yerləşən cavan dağ sistemləri (Alp, Karpat, Balkan, Pireney, Apennin dağları) və düzənliklər tutur. Alp dağlarındakı Monblan zirvəsi (4810 m) Avropanın ən yüksək nöqtəsi hesab olunur.

Avropa qitəsi inkişaf etmiş çay şəbəkəsinə malikdir. Çayların ərazi üzrə paylanması qitənin iqlim şəraitindən, relyefin xarakterindən, geoloji quruluşundan bilavasitə asılıdır. Çayların qidalanmasında yağış, qar, buzlaq suları böyük rol oynayır. Hövzələrinə görə çaylar üç yerə bölünür. Avropa çaylarının çox hissəsi Atlantik okeanı hövzəsinə daxildir. Digər çaylar isə Şimal Buzlu okeanı hövzəsinə və axarsız Xəzər dənizi hövzəsinə aid edilir.

Şimal Buzlu okeanına axan çaylar əsasən qar və yağış suları ilə qidalanır, ilboyu bolsulu olurlar. Qışda onlar uzun müddət buz bağlayır, yazda isə daşırlar. Çayların çoxu qısadır, gəmiçilik üçün az yararlıdır. Lakin onların böyük hidroenerji ehtiyatları var. Şimal Buzlu okeanına axan çaylar içərisində böyüklüyünə görə Peçora və Şimali Dvina çaylarını qeyd etmək olar. Şərqi Avropa ərazisindən axan çaylar axarsız hövzə olan Xəzər dənizinə və Atlantik okeanı hövzəsinə aid olan Baltik, Qara və Azov dənizlərinə tökülür. Bunlardan Volqa, Dnepr, Don, Ural, Dauqava (Qərbi Dvina), Neman çaylarını göstərmək olar. Onlar öz başlanğıclarını Şərqi Avropa düzənliklərindəki yüksəkliklərdən götürürlər. Relyefin az meylli olması axının zəif və sakit olmasına, çaylarda geniş vadilərin olmasına gətirib çıxarıb.

Bu çaylar üçün qış dövründə bir neçə ay buz bağlaması, yazda daşması və yayda bir qədər dayazlaşması xarakterikdir. Bunların arasında Volqa uzunluğuna görə Avropanın ən böyük çayıdır. Onun uzunluğu 3690 kilometrdir. Qərbi Avropa ərazisindən axan çaylar öz başlanğıclarını orta və hündür dağlardan, yüksəkliklərdən götürür. Bu səbəbdən yuxarı axarda çaylar daha sürətli, düzənliklərdə isə sakit axırlar. Okeandan gələn rütubətli hava kütlələrinin təsiri ilə çox yağıntı aldıqlarından çaylar bolsuludurlar və gəmiçilik üçün daha əlverişlidirlər. Onların çoxu qış aylarında buz bağlamır. Bu ərazidən axan çayların hamısı Atlantik okeanı hövzəsinə aiddir. Onlardan Dunay, Reyn, Visla, Oder, Elba, Sena çaylarını qeyd etmək olar. Bunlar arasında Dunay Avropada ikinci ən böyük çaydır. Uzunluğu 2850 kilometrdir. Dunay səkkiz dövlətin ərazisindən keçir və onların çoxu üçün bu çay dənizə yeganə çıxış yoludur. Cənubi Avropa ərazisində Aralıq dənizinə tökülən çaylardan Roma, Po, Taho, Qvadiananı göstərmək olar. Buradakı çayların əksəriyyəti qısa, tipik dağ çayıdır, gəmiçilik üçün bir o qədər də yararlı deyildir. Lakin iqlim şəraitilə əlaqədar çayların suvarma işlərində əhəmiyyəti böyükdür.

Avropada çoxlu göllər var və onlar qeyri-bərabər yerləşib. Qitənin şimalında göllər daha çoxdur. Onlar buzlaq mənşəlidirlər. Skandinaviya, Finlandiya və Kareliyada irili-xırdalı minlərlə göl var (Venern, Vettern, Sayma, İnari). Burada ən böyük göl Ladoqadır. Bolsulu Neva çayı onu Baltik dənizi ilə, Svir çayı isə yaxınlıqdakı Oneqa gölü ilə birləşdirir. Ağ dəniz-Baltik kanalı bu göllərdən Şimal Buzlu okeanına, Volqa-Baltik kanalı isə Xəzər və Qara dənizlərinə getməyə imkan verir. Cənubda, Alp dağlarında da çoxlu xırda göllər var (Cenevrə, Boden, Balaton). Şərqi Avropa düzənliyinin cənub-şərqində duzlu Elton və Baskunçak göllərini də qeyd etmək olar.

Avropa ərazisində çoxlu buzlaq sahələri də var. İslandiya, Svalbard, Novaya Zemlya adalarında, həmçinin Alp dağlarının yüksək zirvələrində buzlaqlar çoxdur. Dağ buzlaqları bir çox çayların qidalanmasında mənbə rolunu oynayır. Bataqlıqlar da bu ərazidə geniş yer tutub. Kareliya, Finlandiya və Belarusda bataqlıqlar daha çox yayılmışdır. Rusiya, Ukrayna və Belarus ərazisində yerləşən Polesye bataqlığı geniş ərazi tutur.

Daxili suların böyük təsərrüfat əhəmiyyəti var. Lakin bununla belə Avropada çay və göllərin, digər su hövzələrinin həddindən artıq çirklənməsi müşahidə edilir. Bu sənaye sahələrinin inkişafı ilə əlaqədardır. Buna görə də Avropa dövlətlərində daxili su hövzələrinin mühafizə edilməsi problemi birinci dərəcəli vəzifə kimi qarşıda durur.

Avropanın ərazisi enlik istiqamətində, yəni şimaldan cənuba doğru böyük məsafədə yerləşib. Onun cənub hissələri günəşdən daha çox istilik alır, cənubdan şimala doğru istilik miqdarı azalır. Avropa ərazisində iqlim şəraiti qərbdən şərqə doğru dəyişir. Bu hal qitənin okeana yaxın olması, hakim küləklərin və okean cərəyanlarının təsiri nəticəsində əmələ gəlmişdir. Şimali Atlantika cərəyanının Avropa sahillərinə gətirdiyi nisbətən isti suların təsiri ilə iqlimdə müəyyən yumşalmalar hiss olunur. Bu hal xüsusilə özünü Skandinaviya, Kola yarımadası və İslandiya adasının iqlimində göstərir. Atlantik okeanı üzərində formalaşan nəhəng isti və rütubətli hava kütlələri də Avropanın iqliminə böyük təsir göstərir. Avropanın ərazisi okeandan gələn qərb küləklərinin təsiri altında olur. Bu hava axınları isə İslandiya alçaq və Azor yüksək təzyiq sahələrinin təsiri altında formalaşır. Qışda Atlantik okeanı üzərindən əsən cənub-qərb küləkləri (Azor antisiklonu) özü ilə birlikdə çoxlu yağıntı gətirir və havanı yumşaldır. Yayda isə şimal-qərb küləkləri (İslandiya siklonu) bol yağıntı və sərinlik gətirir. Avropanın şimal hissələri daha çox Arktika hava kütlələrinin, Cənubi Avropa isə tropik hava kütlələrinin təsiri altında olur. Avropanın relyefi də iqlimin formalaşmasında öz təsirini göstərir. Avropada okeandan gələn dəniz mənşəli hava kütlələrinin qarşısını ala biləcək hündür dağ sistemlərinin olmaması Atlantik və Şimal Buzlu okeanlarının iqlimə təsirini daha da gücləndirir. Hündür dağlar qitənin cənub hissəsindədir. Onlar enlik istiqamətində yerləşdiklərindən okeandan gələn hava kütlələrinin qarşısında maneə rolunu oynaya bilmirlər. Hamar, düzən mərkəzi və şərq hissələr istiliyin, rütubətin daxili hissələrə keçməsi üçün bir növ dəhliz rolunu oynayır.

Yuxarıda göstərilən amillərin təsiri ilə, Avropa ərazisində temperatur və rütubətin paylanmasında böyük fərqlər özünü göstərir. Yanvar ayının orta temperaturunu göstərən izotermlər daha çox meridian istiqamətində dəyişir və bu yalnız cənub hissədə enlik istiqamətində gedir. Atlantik okeanı və Aralıq dənizi sahillərindən +8 °C, +4 °C-lik yanvar izotermi keçir. Skandinaviya yarımadasının okean sahillərində 0 °C-lik izoterm daxili hissələrə doğru daha aşağı temperaturlarla (-8 °C, -10 °C) əvəz olunur. Şərqi Avropa düzənliyindən Ural dağlarına doğru kontinentallıq artır və daha aşağı temperatur qeydə alınır. İyul izotermləri enlik istiqamətində gedir, yalnız daxili hissələrdə bir qədər şimal-şərqə doğru əyilir. Orta iyul temperaturu ucqar şimalda +8 °C, Aralıq dənizi sahillərində +24 °C, +28 °C, Xəzər sahili ovalıqda +24 °C, Orta və Şərqi Avropada +16 °C, +20 °C-dir. Dağlıq ərazilərdə izotermlərin gedişində kəsilmələr baş verir.

Atmosfer yağıntılarının paylanması istər hava kütlələrinin, istərsə də relyef şəraitinin təsirindən daha çox asılıdır. Atlantik okeanı sahillərindən şərqə getdikcə yağıntıların illik miqdarı və onun ərazidə paylanması xeyli dəyişir. Daha çox yağıntı dəniz hava kütlələrinin yolu üzərində yerləşən sahilboyu və dağətəyi ərazilərə düşür (1000–2000 mm). Lakin daxili hissələrə doğru getdikcə okeandan gələn hava kütlələri transformasiyaya uğrayır, yəni öz rütubətini itirir və kontinetallaşır. Orta Avropa düzənliklərinin qərb hissəsinə 800–1000 mm, mərkəzinə 600 mm, qitənin şimal hissələrinə 400–500 mm, Xəzəryanı ovalığına isə 250 mm yağıntı düşür. Dağlarda yağıntıların miqdarı 1000 mm-dən artıqdır. Yağıntıların fəsillər üzrə paylanmasında da fərqlər var. Qərbdə, Atlantik okeanı sahillərində dəniz iqliminin təsiri ilə yağıntıların çox hissəsi payız və qış aylarında düşür. Şərqi Avropada yağıntıların çox hissəsi yay, Aralıq dənizi sahillərində isə qış aylarında düşür.

 Avropanın xəritəsi:

göy = transkontinental dövlətlər – Bir hissəsi Avropa, digər hissəsi isə Asiya qitəsində yerləşən ölkələr

yaşıl = Asiyada yerləşən, amma tarixi və siyasi baxımdan Avropa sayılan ölkələr

Avropanın əhəmiyyəti və mövqeyi əhalisi və fiziki coğrafiyasından deyil, sahib olduğu insan resurları və onun xüsusiyyətlərindən irəli gəlir. Yaxşı hazırlıqlı insanlardan ibarət əhali, elm və texnologiyada göstərmiş olduğu irəliləmələr sayəsində, iqtisadi istiqamətdən də inkişaf etmiş və yüksək bir həyat standartına çatmışdır. Təbii qaynaqları az olan Avropa, bu inkişafını tamamilə insan qaynağının yüksək xüsusiyyətlərinə və müstəmləkəçilik sisteminin nemətlərinə borcludur. İndiki vaxtda dünyanın ən böyük güc mərkəzi olan ABŞ-ın xalqı da çox böyük nisbətdə Avropa mənşəlidir. Ayrıca elmi və texnoloji inkişafların bir çoxu avropalılar tərəfindən reallaşdırılmışdır. Avropa ölkələrinin hər istiqamətdən birləşməsini məqsəd qoyan və bu yolda əhəmiyyətli mərhələlər reallaşdıran Avropa Birliyi, Avropanın yer üzündəki gücünü və əhəmiyyətini daha da artırmaqdadır. Avropa Bayrağı, Avropa Birliyi tərəfindən də istifadə edilir

Soyuq müharibənin sonu, 1990-cı ilə qədər Avropada bir-birindən fərqli siyasi – iqtisadi sistemlər mövcud idi. Bunlardan biri, indi də mövcud olan plürialist demokratik sistem və sərbəst bazar iqtisadiyyatını tətbiq edən Qərb Bloku, digəri isə kommunist ideologiyalı tək partiyalı sosialist sistemi (bax Varşava Müqaviləsi) idi. Ancaq sosialist sisteminin lideri olan SSRİ-nin iqtisadi və siyasi sisteminin zəifləməsi ilə blok çökdü. Köhnə sosialist bloku ölkələri, iqtisadi və siyasi sistem olaraq Qərb blokuna yaxınlaşma yolunda ciddi addım atmağa başladılar. Çoxpartiyalı demokratik sistemə və sərbəst bazar iqtisadiyyatına keçid həmin ölkələrin iqtisadiyyatına ciddi təsir etməyə başladı. Üzvlük və inteqrasiya ilə bağlı Avropa Birliyinə edilən müraciətlər müsbət qarşılandı və onlarla AB arasında ciddi inteqrasiya prosesi başlandı. Həmin ölkələrin böyük bir hissəsi Qərbi Avropanın hərbi təşkilatı olan NATO-ya daxil olmuş və beynəlxalq təhlükəsizliyin təminatında iştirak etməyə başladılar. Bununla da Avropada 1990-cu ilin əvvəlindəki hərbi, iqtisadi və siyasi qütbləşmə ideoloji əhəmiyyətini itirmişdir.

Vyana sistemi XIX əsrin ortalarında, 1870-ci illərin əvvəllərində dağılmağa başladı. Avropada bir-birinə düşmən olan iki hərbi-siyasi blok formalaşmağa başladı. Nəhayət, 1907-ci ildə formalaşdılar. Onların qarşıdurması nəticədə Birinci Dünya Müharibəsinin başlamasına gətirib çıxardı. Dövrün xarici siyasət tarixində ən çox olan əsas faktlar, İtaliya və Almaniya birləşməsi ilə bağlı diplomatik və hərbi hadisələr idi. Birinci məsələ italiyalıların özləri ilə yanaşı, Fransa birbaşa maraqlandı və İtaliyaya ikiqat yardım göstərdi. İtaliya 1815-ci ildən bəri Venesiya Krallığı olan Lombarda adlanan iki vilayətdən məhrum olan Avstriya idi. Digər bir məsələdə Almaniya, Avstriya və Prussiya birləşdirən orta və kiçik dövlətlərdən başqa, bu əraziləri itirmiş Danimarkadan şlezviq və Holşteyn və Prussiya qazanmasına qarşı çıxan Fransanı yenidən götürərək maraqlandı. On iki il ərzində dörd müharibə baş verdi:

Bu müharibə dövrü nisbətən qısa müddət ərzində Vyana Konqresi ilə dünya müharibəsinin başlaması arasında Qərbdə təxminən bir yüz illik beynəlxalq sülh dövrünü kəsdi. Avropanın şərq yarısında, 1856-cı ildə başlayan Rusiya ilə Türkiyə arasındakı sülh prosesi yalnız 1877/1878-ci illərdə qırıldı, lakin keçmişin sonunda və bu əsrin əvvəllərində Balkan yarımadasında yerli kiçik dövlətlər arasında müharibələr baş verdi və Avropanın qalan hissəsinə yayıldı. Vyana konqresindən 1914-1918-ci illərə qədər müharibənin başlanğıcına qədər keçən əsr əvvəlki əsrlərə nisbətən misilsiz uzun bir sülh zamanıdır, həm böyük, həm də kiçik dövlətlərin silahlanması XIX əsrin ikinci yarısında olduğu kimi bu cür böyük nisbətlərə çatmamışdır. XIX əsrin ikinci yarısında militarist siyasətə başlayan ikinci imperiyanın bərpası militarizmin inkişafının təməlini qoydu. Tarix və tarixin İtaliya və Almaniya birləşməsinə gətirdiyi sualları nəzərə alaraq, kiçik Sardunya krallığının intensiv silahlanmağa başladığı, eləcə də Türkiyənin, Fransa və İngiltərənin Rusiyaya qarşı müharibəsində iştirak etdiyinə baxmayaraq illər keçdi. 60-cı illərin əvvəllərində Prussiya öz hərbi gücünü gücləndirdi və özünü hegemoniya altında Almaniyanı birləşdirmək tapşırığı qarşısına məqsəd qoydu. Bu, hökümətlə silahlar üzərində böyük məbləğlər sərf etmək istəməyən Deputatlar Palatası arasında daxili bir qarşıdurma yaratdı. 1859-1871-ci illərdəki müharibələr yalnız militarizmin inkişafına kömək etdi. 

Krım müharibəsi 1853-cü ildə başlamışdır. Britaniya, Fransa və Osmanlının Rusiyaya qarşı apardığı müharibə üçlüyün qələbəsilə başa çatır. 1856-cı ildə imzalanan Paris müqaviləsilə cənubi Bessarabiya və Dunayın mənsəbi Osmanlıya keçir, Qara Dəniz neytral hövzə elan olunur.  1877/1878-ci illər müharibəsi Rusiya güclü millətçilik dalğasının qalxdığı Balkan dövlətlərinin tərəfindən Osmanlı ilə müharibəyə girişir. Plevna yaxınlığında Osman paşanın ordusu təslim olandan sonra rusların Konstantinopola yolu açılır. Bu boğazları ələ keçirmək üçün real şans idi amma Avropa dövlətlərinin təpkisindən qorxan Rusiya buna getmir. Müharibəyə nöqtə qoyan Berlin müqaviləsilə cənubi Bessarabiya, Qars, Ərdəhan, Batum Rusiyaya keçir; Serbiya, Çernoqoriya və Rumıniyanın ərazisi böyüdülür, Bosniya və Herseqovina isə Avstriya-Macarıstan imperiyasına birləşdirilir. 1871-ci ilin yanvarın 18-də Versal Sarayında Almaniya İmperiyasının qurulduğu elan olunur. İlk kansler Otto fon Bismark olur. Beləliklə bütün alman dövlətləri (Avstriya istisna olmaqla) vahid dövlətdə birləşdilər. İmperiyanın paytaxtı Berlin şəhəri elan olunur. Getdikcə güclənən Alman İmperiyası artıq 1884-cü ildən etibarən müstəmləkə işğalına başladı. Imperator I Vilhelmin (1871-1888) dövründə Almaniya özünə müttəfiqlər axtararaq Fransanı izolyasiya etmək siyasətini yeritməyə başladı. Lakin ondan sonra hakimiyyətə gələn II Vilhelm (1888-1918) daha çox imperialist siyasət yürütməyə başladı, bu isə Almaniyanın özünə çoxlu sayda düşmənlər qazanmasına gətirib çıxardı. Ölkənin əvvəllər qazandığı müttəfiqlər itirildi, Fransa isə Antanta dövlətləri və Rusiya ilə yaxınlaşmağa başladı. Almaniya özünə etnik cəhətdən yaxın olan Avstriya-Macarıstan İmperiyası ilə olan müttəfiqliyi istisna olmaqla təcrid olunmuş vəziyyətə düşdü. Alman imperializmi Avropanın sərhədlərini aşdı və Almaniya Afrikada müstəmləkələr əldə etmək uğrunda digər Avropa dövlətləri ilə yarışmağa başladı. 1884-cü ildə Otto fon Bismarkın təşkilatçılığı ilə keçirilən Berlin konfransında Avropanın hegemon dövlətləri tərəfindən Afrika qitəsinin işğalı və müstəmləkəyə çevrilməsi geniş müzakirə olundu. Almaniya Şərqi və Cənub-Qərbi Afrikada, Toqo və Kamerunda bir sıra əraziləri ələ keçirərək öz müstəmləkəsinə çevirdi. Afrikanın bölüşdürülməsi uğrundə mübarizə Avropa dövlətləri arasında gərginlik yaradırdı və bu Birinci dünya müharibəsinin əsas səbəblərindən biri oldu. 28 İyun 1914-cü ildə Avstriya-Macarıstan ordusunun baş komandanı, vəliəhd Frans Ferdinand serbiyalı terrorçu tərəfindən öldürüldü. Bunun nəticəsi olaraq Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi və bu Birinci dünya müharibəsinin başlanğıcı oldu. Bu müharibədə Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstan bir cəbhədə iştirak edirdi. Müharibə bu dövlətlərin məğlubiyyəti ilə nəticələndi. Dünya tarixində o vaxta qədər baş vermiş ən qanlı müharibədə 2 milyondan çox alman əsgəri öldürüldü. 1918-ci ildə Almaniyada monarxiya devrildi, ölkədə respublika hakimiyyəti quruldu. Yeni hökumət tələm-tələsik təslimçi sülh müqaviləsini imzaladı. 1919-cu ilin İyun ayında imzalanan və Versal müqaviləsi adlanan bu razılaşmaya əsasən Almaniya böyük torpaqlar itirdi, həmçinin ölkə çox böyük təzminat ödəməyə məhkum edildi. Almaniya həmin təzminatı tam olaraq yalnız 2010-cu ildə ödəyib bitirdi. Razılaşma Almaniyada Müharibənin alçaldılmış formada davamı kimi adlandırıldı. Versal müqaviləsindəki ağır şərtlər Almaniyada milliyətçiliyin artmasına və sonradan İkinci dünya müharibəsinə gətirib çıxardı. Prussiyanın hakim dairələri Fransanı talan etmək, onun Elzas və Lotaringiya kimi zəngin ərazilərini ələ keçirmək məqsədilə müharibəni davam etdirirdilər. 1871-ci il yanvarın 18-də Versalda Almaniya imperiya elan edildi. Fevralda Fransa ilə sülh müqaviləsi imzalandı. Müqaviləyə görə, Almaniya Elzas və Lotaringiyanı ələ keçirdi. Fransa beş milyard frank təzminat verməli, həm də ödənişin başa çatmasına qədər əzazisinin xeyli hissəsi alman qoşunlarının nəzarəti altında qalmalı idi. 1871-ci ilin martında baş vermiş üsyan nəticəsində Fransa tarixində çox faciəli rol oynamış Paris kommunası hakimiyyəti meydana çıxmışdı (1871-26 mart-28 may). Fransa hakim dairələri müharibədə itirdiklərinin əvəzini müstəmləkələri genişləndirməklə doldurmağa cəht edir və Almaniyaya qarşı qisasçılıq siyasəti yeridirdilər. Dünyanın bölüşdürülməsində Almaniyanın əsas rəqibi İngiltərə olduğundan, Fransa İngiltərə ilə yaxınlaşmağa və Afrikada İngiltərəyə güzəştə getməyə məcbur olmuşdu. Bununla da o, İngiltərənin şəxsində Almaniyaya qarşı müttəfiq əldə etmişdi.Fransanın iqtisadiyyatında başlanan əvvəlki inkişaf meylləri XX əsrin əvvəllərində də davam etməkdə idi. Ölkədə yeni sənaye sahələri- avtomobil, kimya, gəmiqayırma sənayesi inkişaf edir, elektrik enerjisi istehsalı artırdı. Avtomobil istehsalı və aviasiyanın inkişafına görə Fransa Avropada birinci yerdə idi. Fransa iqtisadiyyatında inhisarlar həlledici rol oynayırdı. İstehsalın təmərküzləşməsi səviyyəsinə görə də Fransa ABŞ, Almaniya və İngiltərədən geri qalırdı. Fransada sənaye və kənd təsərrüfatı ləng inkişaf etsə də, bank kapitalı sürətlə artırdı. 1866-cı ildə Londonda keçirilən izdihamlı nümayiş nəticəsində fəhlələr sərbəst toplaşmaq hüququ əldə etdilər. 1867-ci ildə parlament islahatı keçirildi. Şəhərdə öz evi olan və ya ayrıca mənzil kirayə edən bütün kişilər səsvermə hüququ əldə etdilər. Kənddə isə ildə 12 funt-sterlinqdən az olmayaraq icarə haqqı ödəyə bilən icarədarlara da bu hüquq verildi. Beləliklə, xırda burjiaziyadan əlavə, fəhlələrin yuxarı təbəqələri də səs hüququ aldılar. Böyük Btitaniyanın müstəmləkə işğalları davam edirdi. Avstraliya kəşf edildikdən sonra burada bir sıra ingilis məskənləri salınmışdı. 1851-ci ildə Avstraliyada qızıl mədənləri kəşf edildi. Bütün ölkələrdən, xüsusən İngiltərədən qızıl hərisləri bu qitəyə axışırdı. 1867-ci ildə hökumət Kanadaya dominion (ingiliscə-özünüidarə hüququ alan ölkə) hüququ verməyə məcbur oldu. Kanada vətəndaşları Böyük Britaniyanın təbəqəsi sayılırdılar. Parlametin qəbul etdiyi qanunlar ingilis general-qubernatoru tərəfindən təsdiq olunmalı idi. Kanada xarici dövlətlərlə diplomatik əlaqə yarada bilməzdi. Kanada özünüidarə hüququ alsa da, istiqlaliyyət qazana bilmədi. XX əsrin əvvəllərində İngiltərənin siyasi quruluşu əvvəldə olduğu kimi, parlamentli monarxiya olaraq qalırdı. Siyasi həyatda iki partiya-Liberallar və Mühafizəkarlar partiyaları hökmranlıq edirdilər. Hər iki partiyanın özəyini iri burjiaziya təşkil edirdi. XX əsrin əvvəllərində Mühafizəkarlar partiyası sıralarındakı ixtilaflardan istifadə edən liberallar seçkilərdə qalib gəldilər. Liberalların təşkil etdikləri hökümətlərdə böyük nüfuza malik olan D.Lloyd Corc mühüm rol oynayırdı.

Vyana sistemi XIX əsrin ortalarında, 1870-ci illərin əvvəllərində dağılmağa başladı. Avropada bir-birinə düşmən olan iki hərbi-siyasi blok formalaşmağa başladı. Nəhayət, 1907-ci ildə formalaşdılar. Onların qarşıdurması nəticədə Birinci Dünya Müharibəsinin başlamasına gətirib çıxardı. Dövrün xarici siyasət tarixində ən çox olan əsas faktlar, İtaliya və Almaniya birləşməsi ilə bağlı diplomatik və hərbi hadisələr idi. Birinci məsələ italiyalıların özləri ilə yanaşı, Fransa birbaşa maraqlandı və İtaliyaya ikiqat yardım göstərdi. İtaliya 1815-ci ildən bəri Venesiya Krallığı olan Lombarda adlanan iki vilayətdən məhrum olan Avstriya idi. Digər bir məsələdə Almaniya, Avstriya və Prussiya birləşdirən orta və kiçik dövlətlərdən başqa, bu əraziləri itirmiş Danimarkadan şlezviq və Holşteyn və Prussiya qazanmasına qarşı çıxan Fransanı yenidən götürərək maraqlandı. On iki il ərzində dörd müharibə baş verdi. Bu müharibə dövrü nisbətən qısa müddət ərzində Vyana Konqresi ilə dünya müharibəsinin başlaması arasında Qərbdə təxminən bir yüz illik beynəlxalq sülh dövrünü kəsdi. Avropanın şərq yarısında, 1856-cı ildə başlayan Rusiya ilə Türkiyə arasındakı sülh prosesi yalnız 1877/1878-ci illərdə qırıldı, lakin keçmişin sonunda və bu əsrin əvvəllərində Balkan yarımadasında yerli kiçik dövlətlər arasında müharibələr baş verdi və Avropanın qalan hissəsinə yayıldı. Vyana konqresindən 1914-1918-ci illərə qədər müharibənin başlanğıcına qədər keçən əsr əvvəlki əsrlərə nisbətən misilsiz uzun bir sülh zamanıdır, həm böyük, həm də kiçik dövlətlərin silahlanması XIX əsrin ikinci yarısında olduğu kimi bu cür böyük nisbətlərə çatmamışdır. XIX əsrin ikinci yarısında militarist siyasətə başlayan ikinci imperiyanın bərpası militarizmin inkişafının təməlini qoydu. Tarix və tarixin İtaliya və Almaniya birləşməsinə gətirdiyi sualları nəzərə alaraq, kiçik Sardunya krallığının intensiv silahlanmağa başladığı, eləcə də Türkiyənin, Fransa və İngiltərənin Rusiyaya qarşı müharibəsində iştirak etdiyinə baxmayaraq illər keçdi. 60-cı illərin əvvəllərində Prussiya öz hərbi gücünü gücləndirdi və özünü hegemoniya altında Almaniyanı birləşdirmək tapşırığı qarşısına məqsəd qoydu. Bu, hökumətlə Silahlar üzərində böyük məbləğlər sərf etmək istəməyən Deputatlar Palatası arasında daxili bir qarşıdurma yaratdı. 1859-1871-ci illərdəki müharibələr yalnız militarizmin inkişafına kömək etdi.

Birləşmiş İtaliya və xüsusilə Almaniyanı ehtimal olunan hücumlardan, digər dövlətlərdən, təcavüzkar dizaynların təsbit edildiyi yeni imperiyanın tərəflərindən mümkün hücumlardan qoruya bilməsi üçün satınalmalarını qorumaq lazım idi. Bütün bunlar silahlı dünyanın atmosferini yaratmışdır, bunun üçün beynəlxalq alyansların yaradıldığı qorunması üçün, öz növbəsində öz rəqiblərindən daha yaxşı silahlı olmaq lazım olduğunu düşünürdü.[3:səh 163.]  Dövrün sonunda, dəniz silahları, xüsusilə Avropa maraqlarına rəqabət qeyri-Avropa, müstəmləkəçi və dünya maraqları arasında rəqabətə yayıldığı zaman torpaq silahlarına (militarizm marinizmə mürəkkəbləşmişdi) qatıldı. Bu vəziyyət həmçinin, Avropa qüvvələrinin dünya imperializasiyasının xarici siyasətdə başlamış digər səbəblərdən ötəri Avropanın güclünü tamamilə dəyişdirən, Avstriyanın Prussiya və İtaliya müttəfiqləri ilə birlikdə 1866-cı ildə müharibə etdiyi böyük rol oynayaraq xüsusi diqqətə layiqdir və Rusiya, eləcə də ellilərin, Fransa və İngiltərənin müxalifləri ilə müttəfiqdir. 

Əfsanələrdən birinə görə, Avropa Finike kralı Agenar ilə Telepassanın qızının adıdır. Öküz şəklinə girən Zevs tərəfindən İdaya qaçırılmışdır. Zevsdən Minos, Sarppedon və Radamant adlı üç övladı olub. Adı bir yarımadaya verilmişdir.

Həmişə böyük krallıq və imperatorluqlara beşik olmuş bu yarımada, sənaye inqilabından sonra digər qitələrə nisbətən daha sürətlə bütün sahələrdə daha çox inkişaf etmişdir.

Sahəsinin kiçik olmasına baxmayaraq Avropa ərazisi qədim dövrlərdən insanlar tərəfindən daha çox məskunlaşıb. Əhalisinin sayına görə yalnız Asiya qitəsindən geri qalır. Avropada 710 milyon nəfər əhali yaşayır ki, bu da Yer kürəsi əhalisinin 18% təşkil edir. Avropa dünyada insanların ən sıx məskunlaşdığı ərazilərdən biridir. Bu, bir sıra təbii, siyasi və iqtisadi amillərlə bağlıdır. Lakin əhali hər yerdə eyni dərəcədə sıx məskunlaşmamışdır. Atlantik okeanı sahillərində, mühüm sənaye rayonlarında (Rur, Sileziya, Donbas), iri şəhər və paytaxtlarda, çay və nəqliyyat yolları boyunca əhali daha sıx yerləşib. 60 dərəcə şimal enliklərindən şimalda olan soyuq ərazilərdə daha az əhali məskunlaşıb. Alp və Balkan dağlarının hündür sahələrində, Xəzəryanı ovalıqda əhali nisbətən daha seyrəkdir. Avropa əhalisi üçün digər mühüm xüsusiyyət şəhər əhalisinin daha çox olmasıdır.

Avropa xalqları dünya mədəniyyətinə, elm və texnikanın inkişafına mühüm töhfələr vermiş, bir çox ərazilərə təsir göstərib. Müasir Avropa millətləri uzun sürən tarixi inkişafın, müxtəlif etnik və antropoloji qrupların qarşılıqlı əlaqəsi nəticəsində yaranıb. Avropalılar avropoid irqinə aiddir. Burada german, roman, türk, slavyan və başqa dil qruplarına aid xalqlar yaşayır. German xalqlarına almanlar, hollandlar, ingilislər, isveçlilər, norveçlilər, islandlar aiddir. Bu xalqlar Avropanın şimal-qərb və mərkəzi hissələrində məskunlaşıblar. Roman dil qrupuna aid olan xalqlar latın dili əsasında formalaşmış dildə danışırlar. Bu qrupa italyanlar, fransızlar, portuqaliyalılar, ispanlar, rumınlar və başqa xalqlar aiddir. Roman dil qrupuna aid olan xalqlar Avropanın qərb, cənub və cənub-qərbi hissələrində məskunlaşıblar. Avropada türk dili qrupuna aid olan xalqlar da yaşayır, onlara tatarlar, türklər, başqırdlar, çuvaşlar, qaqauzlar aiddir. Türkdilli xalqlar əsasən Avropanın şərqi və cənubunda yaşayır. Avropada həmçinin digər dil qruplarına aid olan çoxlu xalqlar yaşayır, bunlara latışlar, litvalılar, estonlar, basklar, finlər, macarlar, yunanlar, albanlar və digər xalqları misal göstərə bilərik.

Avropa xalqlarının sitayiş etdiyi hakim din xristianlıqdır. Xristian dininin 3 əsas qolu var. Bunlar katolik, protestant və pravoslavlardır. Roma şəhərindəki Vatikan kilsəsində bütün katoliklərin mərkəzi kilsəsi yerləşir. Bu kilsəyə Roma papası başçılıq edir. Vatikanın və onun başçısı Roma papasının tarixən dünyanın siyasi və iqtisadi həyatına təsiri böyük olub. Lakin son illərdə Avropada bir çox xristianlar öz dinlərini tərk edərək ateizmə keçməyə başlayıblar. Avropada islam dininə etiqad edən müsəlmanlar da çoxdur. İslam dini vaxtilə Ərəb və Osmanlı imperiyalarının Avropaya zəfər yürüşləri nəticəsində yayılmışdır.

Avropa ərazisi yanacaq, filiz və qeyri-filiz mənşəli faydalı qazıntılarla zəngindir. Yanacaq faydalı qazıntıları çökmə mənşəlidir. Onların yataqları qədim bünövrənin çökəkliklərində, dağlararası əyilmə zonalarında yerləşib. Dünyanın bir sıra mühüm kömür hövzələri Avropa ərazisindədir (Donetsk, Peçora, Rur, Saar, Yuxarı Sileziya). Neftin əsas yataqları Volqaboyunda, Karpatda, Orta Dunay ovalığında, Balkan yarımadasında və Şimal dənizindədir. Faydalı qazıntılar içərisində dəmir filizi yataqları xüsusilə böyük əhəmiyyətə malikdir. Rusiyadakı Kursk maqnit anomaliyası (KMA) dünyanın ən böyük dəmir filizi yataqlarından biridir. Şərqi Avropa düzənliyi, Skandinaviya yarımadası, Alp dağları, orta hündürlüklü qədim dağlar sahəsində də bir sıra dəmir filizi yataqları var. Avropada həmçinin boksit, mis, sink, qurğuşun, kobalt, molibden, volfram, xrom, civə, uran kimi əlvan və qiymətli metal filizlərinə də rast gəlinir. Qeyri-filiz yataqları içərisində neft, təbii qaz, daş kömürdən başqa çöküntü mənşəli müxtəlif duzlar olan kalium, daşduz yataqları qeyd oluna bilər. Həmçinin qiymətli tikinti materiallarının bol olmasını (mərmər, qranit, kvars) da göstərmək lazımdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Avropa ərazisi bir çox faydalı qazıntılarla tam təmin olunmayıb. Əksər faydalı qazıntılar da onun müasir tələbatını tam ödəyə bilmir. Odur ki, Avropa dövlətlərinin çoxu digər materiklərdən bura bir sıra faydalı qazıntılar gətirirlər.

 




#Article 52: Rumıniya (404 words)


Rumıniya, Romıniya və ya Romaniya () — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı romanus (romalı deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 

Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir. 2002-ci ildə Rumıniyanın qərbindəki bir mağarada kəşf edilən (Sümüklü Mağara ) bu qalıqların 42.000 il əvvələ aid olduğu təxmin edilməkdədir. Rumıniya torpaqlarında qurulan ilk dövlət Trakiyalıların qurduğu Daçiya Krallığıdır. Bu dövlət 101-107 illər arasında Roma İmperatoru Trayanın orduları tərəfindən işğal edilərək Roma İmperiyası bir əyaləti halına gəldilər. Roma imperiyasının çökməsindən sonra bu torpaqlar Qotlar, Hunlar, Avarlar, Slavyanların zəbtinə uğradı. 9-11-ci əsrlər arasında Birinci Bolqar Dövlətinin bir parçası halına gəldi. Bu dövrü Macar, Peçenek, Kuman və Tatar işğalları izlədi. Rumınlar ilk dəfə 14-cü əsrdə özlərinə aid dövlət qurmağı bacardılar. Bu dövlətlər 1310-cu ildə I Basarab tərəfindən qurulmuş Valaxiya Bəyliyi və 1352-ci ildə Dragoş tərəfindən qurulmuş Moldova dövlətidir. 

Günümüzdəki Rumıniyanın bir parçası olan Erdel isə 10-16-cı əsrlər arasında Macarıstan Krallığının bir parçası idi. 15-ci və 16-cı əsrlərdə bu üç ölkə Osmanlı Dövlətinin himayəsi altına girdilər. Osmanlı dövründə Valaxiya və Moldova vassal dövlətlər idi. Osmanlılara vergi verər, döyüşlərdə əsgər köməyi edərdilər. Bəyliklərin voyvodaları Rumın əsillilər arasından Osmanlı padşahı tərəfindən təyin edilərdi. Ayrıca bu bəyliklər İstanbulun yemək ehtiyacını qarşılamaqda əhəmiyyətli bir rol oynayardılar. Ancaq Osmanlılar Rumıniyanı heç bir zaman bütünlüklə ilhaq etmədilər. Buxarest və Yassı kimi böyük Rumıniya şəhərlərində tez-tez Osmanlı vətəndaşlarına rast gəlinirdisə də sayları az idi. Bu şəhərlər heç bir zaman Sofiya, Belqrad, Saloniki və ya Skopye kimi Osmanlı xarakteri qazanmadı. XVIII əsrə qədər Valaxiya və Moldovanın voyvodaları rumınların arasından seçilərdi. XVIII əsrdə isə Fənərli Rumlar arasından seçildilər. Bu vəziyyət 1826-cı ildə Yunanıstanın müstəqilliyini qazanmasına qədər davam etdi.

İkinci dünya müharibəsi illərində Rumıniya Almaniyanın satileti idi və ölkədə Antonesku diktaturası hökm sürürdü. Ölkə 1944-cü ilin avqustunda faşistlərdən azad edildi. Birinci hökumətin başçısı kral Mixay oldu. Müharibə nəticəsində Rumıniyada 170 min nəfər öldü, itkin düşdü və yaralandı. 1945-ci il 4 yanvarda xalq kütlələrinin təzyiqi altında kral hökuməti yenidən təşkil etdi. Hökumətin başçısı general P.Redesku təyin edildi. 1946-cı il 11 iyulda Rumıniyada seçki qanunu qəbul olundu. Qadınlara və hərbi qulluqçulara seçki hüququ verildi. 1946-cı il 20 dekabrda parlament bankların milliləşdirilməsi haqqında qanun qəbul etdi, Pul islahatı keçirildi. 1947-ci ilin iyulunda Milli-saranist partiyasının fəaliyyəti qadağan edildi.




#Article 53: Portuqaliya (132 words)


Portuqaliya () ya da Portəgiz, rəsmi olaraq Portuqaliya Respublikası () — Avropanın qərbində dövlət, İspaniya ilə həmsərhəddir. Avropa ölkəsidir. Portuqaliya roman əsilli dövlətdir və portuqal dili roman dillərinə daxildir.

Portuqaliya Respublikası Cənubi Avropada Piriney yarmadasının qərbində yerləşir, sahəsi 92,391 km²-dır. Ölkə qərbdən Atlantik okeanı şərqdən isə İspaniya ilə həmsərhəddir. Portuqaliya ərazisindən axan ən uzun çay Taxo çayıdır ki, məhz paytaxt Lissabon bu çayın sahilində yerləşir. Portuqaliya yerləşdiyi bölgəyə xas olan subtropik iqlimə malikdir. Ən yüksək nöqtəsi Azor adaları qrupuna daxil olan Piku adasında olan Ponta-du Piku (2351 m) dağıdır.

Əhalisi bu əraziyə Qərbi Roma imperiyasının parçalanması dövründə (V-VII əsrlər) köçmüş alman tayfalarından olan Vesqotların davamçılarıdır. Piriney yarmadasının Ərəb Xilafəti tərəfindən işğalından sonra əraziyə xeyli yadellilər (ərəblər, bərbərlər,yəhudilər) köçmüşdür. 1143-cü ildə bu ərazilərin Xilafətin tərkibindən çıxması ilə yadellilər qovulmuş güclü katolik dövləti yaradılmışdır.




#Article 54: Macarıstan (1139 words)


Macarıstan () — Mərkəzi Avropada dövlət. Ortadunay düzənliyində yerləşən bu ölkə şimaldan Slovakiya, şimal-şərqdən Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya, cənubdan Serbiya, cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir. Təqribən 10 milyon nəfər əhalisi ilə Avropa İttifaqının üzvü olan orta ölçülü dövlətdir. Ölkənin rəsmi dili Ural dilləri ailəsinə aid olan macar dilidir. Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeştdir. Digər böyük şəhərlərə Debreçen, Seqed, Mişkolç, Peç və Dyor daxildir.

Müasir Macarıstan ərazisi uzun əsrlər boyunca müxtəlif xalqlar tərəfindən məskunlaşmış ərazi hesab olunur. Belə ki, bu ərazidə müxtəlif vaxtlarda keltlər, qədim romalılar, qədim germanlar, hunlar, slavyanlar və avarlar məskunlaşmışdır. Eramızın doqquzuncu əsrində macar knyazı Arpad öz qoşunları ilə Karpat düzənliyini işğal etdi və nəticədə həmin ərazidə macar dövlətinin əsası qoyuldu. 12-ci əsrə qədər regional güc olaraq öz mövqeyini qoruyan Macarıstan 15-ci əsrdə özünün mədəni və siyasi yüksəliş dövrünü yaşadı. 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində Macarıstanın bir hissəsi Osmanlı İmperiyası tərəfindən işğal olundu. Macarıstan 18-ci əsrin əvvəllərində Habsburqlar sülaləsinin idarəçiliyi altına keçsə də, sonradan Avstriya ilə birləşərək Avropanın əsas gücü hesab olunan Avstriya-Macarıstan İmperiyasını formalaşdırmışdır.

Birinci dünya müharibəsi başa çatdıqdan sonra Avstriya-Macarıstan İmperiyası da digər məğlub dövlətlər kimi parçalandı. 4 iyun 1920-ci ildə imzalanmış Trianon sülh müqaviləsi nəticəsində Macarıstanın indiki sərhədləri müəyyənləşdirildi. Beləliklə, bu sülh müqaviləsi ilə birlikdə ölkə ərazisinin 71%-ni, əhalisinin 58%-ni itirdi və etnik macarların 32%-i buranı tərk etdi. İkinci dünya müharibəsi zamanı Berlin-Roma-Tokio oxuna qoşulan Macarıstan çox böyük itkilər verdi, ölkədə dağıntılar baş verdi. Müharibədən sonra Macarıstan Sovet İttifaqının peyk dövlətinə çevrildi və nəticədə, ölkə ərazisində 40 ilə yaxın davam edən sosialist hakimiyyətinin əsası qoyuldu. Ölkə 1956-cı ildə baş vermiş Macar inqilabı sayəsində beynəlxalq diqqəti özünə cəlb etməyi bacardı. 1989-cu ildə Avstriya ilə sərhədin açılması hadisəsi Şərq blokunun dağılması prosesinə təkan verdi. Macarıstan 23 oktyabr 1989-cu ildə demokratik parlamentli respublika elan olundu.

Macarıstan 2004-cü ildə Avropa İttifaqına üzv olmuş və 2007-ci ildən etibarən Şengen zonasına daxil olmuşdur. Macarıstan hal-hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və başqa bir çox təşkilatın üzvüdür. Zəngin mədəni tarixə sahib olan Macarıstanda incəsənət, musiqi, ədəbiyyat, idman, elm və texnologiya sahələri yaxşı inkişaf etmişdir. Macarıstan Avropanın 11-ci ən çox turist qəbul edən ölkəsi hesab olunur. 2015-ci il ərzində buraya müxtəlif ölkələrdən 14.3 milyon nəfər turist səyahət etmişdir. Macarıstan dünyada ən böyük termal su mağarasına və ikinci ən böyük termal gölə ev sahibliyi edir. Mərkəzi Avropa regionunda yerləşən ən böyük göl olan Balaton gölü də buradadır.

Macarıstan 1918-ci ilə qədər Avstriya-Macarıstan İmperiyasının tərkibində idi. O, əsasən aqrar ölkə idi. 1918-ci il noyabrın 16-da Macarıstan respublika elan olundu. Habsburqlar ın 400 illik hakimiyyətinə son qoyuldu. Kommunistlərlə sosial-demokratların birləşmiş qüvvələri 1919-cu il martın 21-də inqilab edərək Macarıstan Sovet Respublikasının (MSR) yarandığını elan etdilər. Lakin həmin ilin avqustun 1-də MSR süqut etdi. Sovet hökuməti devrildikdən sonra ölkədə naiblik (regent) sistemi yaradıldı. Naib vəzifəsini kontr-admiral Mikloş Xorti tutdu. O, Trianon sülh müqaviləsini tanıdığını bildirdi. Bu sülhə əsasən Macarıstan öz ərazisinin 2/3-ni, əhalisinin isə 1/3-ni və dənizə çıxış yolunu itirdi. Lakin sonralar Macarıstanda qraf Betlenin hökuməti dövründə Slovakiya, Cənubi Karpat Ukraynası və Transilvaniya torpaqlarında macar hökmranlığı yenidən bərpa olundu. 1929-1933 illər dünya iqtisadi böhranı Macarıstan iqtisadiyyatına ağır təsir göstərdi. 1930-1932-ci illərdə taxıl yığımı 5,5 milyon sentner azaldı. Sənaye istehsalı 1929-cu ilə nisbətən 23,1% aşağı düşdü. İqtisadi böhran daxili vəziyyəti də gərginləşdirdi. 1932-ci ilin payızından etibarən Macarıstanın Almaniyaya meyli gücləndi. Macarıstanda hakimiyyətdə olan Xorti hökuməti Almaniya və İtaliya ilə sıx əməkdaşlıq etməyə başladı. Macarıstan 1939-cu ildə Antikomintern və 1940-cı ildə Berlin paktına qoşuldu.

İkinci dünya müharibəsindəki məğlubiyyət nəticəsində 1944-cü ildə Macarıstan Sovet ordusunun işğalına məruz qaldı. Nəticədə Macarıstan kommunist hakimiyyəti quruldu. Sovet modelli rejimə qarşı 1956-cı il oktyabrın 23-də Macarıstanda kütləvi nümayişlər başladı. Onlar partiyanın siyasi xəttinin dəyişdirilməsi, İmre Nad başda olmaqla yeni hökumət yaradılması, Macarıstanla SSRİ arasında bərabərhüquqlu münasibətlərin bərqərar olması tələblərini irəli sürürdülər. Hadisələr sürətlə inkişaf edir. Oktyabrın 29-da İmre Nad hökumət başçısı seçildi. Macarıstan Zəhmətkeşlər partiyasının (MZP) buraxılması, birpartiyalı sistemin ləğv edilməsi, əvvəllər mövcud olan siyasi partiyaların fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edildi. Oktyabrın 30-da SSRİ hökuməti hərəkata qarşı bəyanat yaydı. Macarıstanda başlanmış etiraz hərəkatı əksinqilabi qiyam kimi dəyərləndirildi. Buna cavab olaraq İmre Nad noyabrın 1-də Macarıstanın Varşava Müqaviləsi Təşkilatından çıxdığını elan etdi. Noyabrın 4-də Sovet ordusu Budapeşt şəhərinə daxil oldu. Dörd gün davam edən döyüşlərdən sonra İmre Nad hökuməti devrildi. Yanoş Kadarın başçılıq etdiyi MZP Macarıstan Sosialist Fəhlə Partiyası adı altında yenidən təşkil olundu. İmre Nad dövlətə xəyanətdə ittiham olunaraq edam edildi. 1989-cu ildə Macarıstan Ali məhkəməsi İmre Nada və onunla birlikdə mühakimə edilmiş şəxslərə bəraət verdi. 23 oktyabr Macarıstanda milli bayram, sovet işğal rejiminə qarşı milli üsyan günü kimi qiymətləndirildi. 80-ci illərin ortalarında Macarıstan iqtisadiyyatı ağır vəziyyətə düşdü. Xarici borcların artması vəziyyəti daha da gərginləşdirdi. 1988-ci ilin mayında Macarıstan Sosialist Fəhlə Partiyası konfransında Y.Kadar Karoyu Qrosla əvəz edildi. Lakin Macarıstanda vəziyyət sabitləşmədi. 1989-cu ildə çoxpartiyalı parlament sisteminə əsaslanan quruluşa keçmək qərara alındı. 1990-cı il parlament seçkilərində Macarıstan Demokratik Forumu qələbə çaldı. Onun lideri Yojef Antall Xırda Kənd Sahibkarlar partiyası ilə birlikdə koalisiya hökuməti təşkil etdi. 1990-cı ilin avqustunda keçirilmiş parlament seçkilərində Azad Demokratlar İttifaqının lideri Arpad Gents prezident seçildi. Macar hökumətinin sürətlə özəlləşdirmə siyasəti yeritməsi nəticəsində ölkədə azad rəqabətə əsaslanan sahibkarlıq sistemi formalaşdı. Ölkədə sənaye və ərzaq malları qıtlığı aradan qalxdı. Lakin əhalinin yoxsulluğu 1990-cı illərdə hələ də yüksək olaraq qalmağa davam etdi.

Macarıstanın relyefi daha çox düzənlik xarakterə malikdir. Orta Dunay ovalığı geniş bir sahəni əhatə edir. Şimalda dağlar az bir sahəni tutur. Faydalı qazıntı ehtiyatları azdır. Əsas təbii sərvəti boksit yataqlarıdır. Az miqdarda daş kömür, neft, təbii qaz, mis və uran ehtiyatlarına malikdir.

İqlimi mülayim kontinentaldır. Belə əlverişli iqlimin olması və həmçinin geniş düzənlik sahələr və məhsuldar torpaqlar burada kənd təsərrüfatının inkişafı üçün əlverişli imkan yaradır. Təbii bitki örtüyü insanlar tərəfindən çox dəyişdirilmişdir. Ərazinin 16%-ni meşələr təşkil edir. Dunay, onun qolu olan Tisa və başqa çaylardan suvarma və nəqliyyat məqsədilə geniş istifadə edilir. Mənzərəli Balaton gölü və başqa təbii imkanlar hesabına turizmin inkişafına nail olunmuşdur.

ÜDM görə adambaşına düşən orta illik gəlir 13.487 ABŞ dolları. (2015)

Ixracat əsaslı iqtisadiyyata sahib olan Macarıstan, beynəlxalq iqtisadi konjonktürün yaratdığı risklərə açıqdır. Xarici ticarətinin böyük bir hissəsini AB ölkələri ilə edir. Əsas məhsul qruplarına görə xarici ticarət əlaqələrində maşınlar, elektron əşyalar və nəqliyyat vasitələri ölkənin idxal və ixracatında əsas sektorlar olaraq ön plandadır. Idxalatın təxminən 50%-ni, ixracatın isə 60%-ni bu üç sektor təşkil edir.

Macarlar — 89,9%, qaraçılar — 4%, almanlar, yəhudilər, slovaklar, xorvatlar, serblər, rumınlar.

Macarıstanda təhsil — keçmiş Şərq Blokundakı təhsil sisteminin getdikcə Avropa Birliyinə inteqrasiyası şəklində formalaşıb və hazırda Avropa Birliyi standartlarına əsasən fəaliyyət göstərir.

Azərbaycanlılar Macarıstanda təhsil üçün daha çox 1990-cı illərdə maraqlanmağa başlayıblar və artıq 90-cı illərin ortalarından hər il bir neçə tələbə Mərkəzi Avropa Universitetində təhsil alıb. Daha sonralar azərbaycanlılar digər ali məktəblərdə də təhsil almağa başlayıblar və hazırda Macarıstanda 10-dan çox ali məktəbdə azərbaycanlı tələbələr təhsil almaqdadırlar. Macarıstan-Azərbaycan Gənclər Birliyi Macarıstanda təhsili Azərbaycanda təbliğ etməkdədir və bu layihə Study in Hungary adlanır. Bir çox universitet məzunları Macarıstanda qalaraq işləməklə Macarıstan azərbaycanlılarına çevrilmişlər.




#Article 55: Norveç (1660 words)


Norveç (; ; şimal saam Norgga gonagasriika; cənub saam Nøørjen gånkarijhke; lule saam Vuona gånågisrijkka) və ya Norveç Krallığı – Şimali Avropada ,Skandinaviya yarımadasının qərb hissəsində və ona yaxın adalarda yerləşən dövlət. Ölkənin adı qədim skandinav dillərində Norðrvegr — şimala yol deməkdir.

Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır.

Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır. Bu saziş Yan Mayen adasına şamil edilmir. Cənubi Atlantik Okeanında yerləşən Buve və I Pyotr adaları da Norveçin tabeliyindədir. Bununla belə bu adalar krallığa məxsus deyildir. Norveçin Antraktidadakı Şahzadə Mod Torpaqlarına da ərazi iddiları vardır. Həmin adada Norveçin Troll tədqiqat stansiyası yerləşir.

Norveç 2001-ci ildən etibarən hər il insan inkişafı göstəricisinə görə birinci yeri tutur. Rəy sorğularına görə ölkə həmçinin dünyanın ən sakit və sülhsevər ölkəsi hesab edilmişdir.

VIII-XI əsrlər arasında Norveçdə Vikinqlər olaraq bilinən bir dövlət höküm sürmüşdür. Davakar bir xalq olaraq tanınan Vikinqlər cənubda Britaniya, İrlandiya,İslandiya, Qrenlandiya ve hətta Şimali Amerikaya qədər çataraq koloniyalar qurdular. 1000-ci illərdə Xristian missionerlər Norveçdə Xristiyanlığı yaymağa başladılar. Norveç kralı I. Haakon Xristiyanlığı qəbul etdi. 1030 -cu ildə Danimarkalılar Norveçi ələ keçirdilər. Norveç Danimarka kralı Knudun qurduğu Şimal Dənizi İmperatorluğunun'nun bir parçası halına gəldi.

Norveç Birinci dünya müharibəsində bitərəf qaldı. İkinci dünya müharibəsində də bitərəf qalma niyyətində olmasına rəğmən 9 Aprel 1940 tarixində Nasist Almaniyası tərəfindən işğal edildi. 9 May 1945-ci il tarixində Almaniyanın təslim olmasına qədər Norveç işğal altında qaldı. 1949-cu ildə Norveç NATO'ya daxil oldu. 1960'ların sonlarında Norveç sularında kəşfedilən neft və qaz Norveçə böyük bir rifah qazandırdı. 1972 və 1994'də edilən referendumlarda Norveç xalqı Avropa Birliyi'nə daxil olmamasına qərar verdi. Norveç Avropa Birliyi ilə olan əlaqələrini iştirakçısı olduğu EFTA qurumu vasitəsiylə sürdürməkdədir. Günümüzdə Norveç Birləşmiş Millətlər Təşkilatının məlumatına görə yaşama standartları baxımından dünyanın ən irəlidə olan ölkələrindən biridir.

Şimali Avropada yerləşmiş Norveç Skandinaviya yarımadasının şimal və qərb hissəsini tutur. Şpitsbergen arxipelaqı, Yan-Meyen və ölkəyə yaxın yerləşmiş digər adalarda Norveçə məxsusdur. Şərqdə, İsveç (sərhəddin uzunluğu 1619 km), şi-mal-şərqdə Finlandiya (729 km) və Rusiya (167 km) ilə həmsərhəddir. Qərbdə Atlantik okeanına, şimalda Barens, cənubda isə şimal dənizlərinə çıxışı var.

Norveç, sahilləri çox girintili-çıxıntılı olan ölkələrdən biridir. Bir çox bölgələrdə əzəmətli sıldırım qayalar sahil boyu şaquli dovarlar kimi uzanır və ya dərin oyuqlar yaradaraq, sanki dəniz üzərində asılı vəziyyətdə qalırlar. Bu oyuqlar sahil dalğalarının qayalara çırpılması nəticəsində yaranır. Bu cür qayalıq sahillərin önündən yalnız kiçik gəmilər və ya qayıqlar keçə bilər.

Dəniz sahilinə yaxın ərazilərdə çoxsaylı sahil adaları, sualtı qayalar və adsız ki-çik adalar səthə çıxır. Gəmişilik üçün yararsız olan Norveç çaylarından fərqli olaraq, fyordlar ölkənin əlverişli su yolları sayılır.

Norveç dənizinin fyordları, dəniz tərfdən çoxsaylı adalarla əhatə olunduğundan, fırtına, külək və dəniz cərəyanları dalğalarından yaxşı qorunur. Fırtına zamanı fyord-lar həmçinin gəmilər üçün yaxşıd aldanacaq rolu oynayır. Norveç ərazisinin 70 faizini təşkil edən orta yüksəklikli Skandinaviya dağları cə-nub-qərbdən şimal-şərqə doğru bütün ölkə boyu uzanır. Ölkənin ən yüksək zirvəsi Qalhöpiggen dağıdır (2469m). Norveçdə çoxlu göllər və iti axan astanalı və şəlaləli dağ çayları vardır. Şəlalələr Norveç çaylarına qeyri-adi gözəllik verir.Əsas çaylar Lo-gen, Beqna və Qlommadır.

Sahilə doğru gələn mülayim dəniz cərəyanı və daim əsən mülayim qərb və cə-nub dəniz küləkləri, Norveç iqliminə böyük təsir göstərir. Norveç sahillərində dəniz donmur, fyordlar isə ilboyu naviqasiya üçün açıqdır. Şimal en dairəsi istiqamətində uzanmasına baxmayaraq, Şimali Avropanın ən isti ölkəsidir. Osloda və şimla sahillər-də yanvarın orta temperaturu mənfi 2-dən mənfi 4 dərəcəyədək olur. Yay fəsli isti keçmir. Ölkənin ancaq cənub-qərbində iyulun orta temperaturu müsbət 12, Oslo ətra-fında 17, bəzən 25, hətta 30 dərəcəyə çatır.

Stavangerdən Namsusa qədər olan sahil ərazidə isə ümumiyyətlə orta aylıq tem-peratur il boyu mənfi olmur. Amma ölkənin bir sıra daxili rayonlarında iqlim olduqca sərtdir. Elə rayonlar var ki, qış yeddi ay davam edir, bəzi günlərdə temperatur mənfi 50 dərəcəyə enir.

Norveçin iri şəhərlə-ri Kristiansann, Berken, Oslo, Tronheym isə əsas portlarıdır. Əhalinin böyük əksəriy-yəti – norveçlilərdir. Ölkədə digər etnik qruplardan – saamilar danimarkalılar, isveçlilər finlər yaşayır. Orta ömür müddəti: kişilər üçün 74, qadınlar üçün 81 ildir.

Norveçlilər 79%, digər xalqlar 21%

Ənənəvi xalq rəqsləri, mahnıları və hekayələri olduqca məşhurdur. Ölkə sənət sahəsində əhəmiyyətli insanlar yetişdirmişdir. Bunlardan rəssam Edvard Munch, bestekar Edvard Grieg, heykəltəraş Qustav Vigeland və oyun yazıçısı Henrik İbseni misal göstərmək olar.

Norveçdə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə məxsusdur. Ölkədə 7 universitet, universitet səviyyəsində 7 ixtisaslaşmış institut, 24 dövlət kollec universiteti, iki dövlət incəsənət institutu və 2 özəl kollec universiteti, 31 özəl institut (onlardan 22-si dövlət tərəfindən müəyyən maliyyə yardımı alır) fəaliyyət göstərir. Ali məktəblərdə oxuyan təxminən 195000 tələbədən 24500-ü özəl kollec və ya kollec universitetlərdə təhsil alır.

Norveçin ən qədim və nüfuzlu ali təhsil müəssisəsi Oslo Universitetidir. Bu tədris ocağı 1811-ci ildə fəaliyyətə başlayıb. 1939-cu ildən Oslo Universiteti adlandırılıb. 1946-cı ilə qədər ölkədə yeganə universitet olub.

Universitetdə hüquq, tibb, humanitar, riyaziyyat, ilahiyyat, təbiət elmləri, sosial elmlər, təhsil və digər ixtisaslar üzrə 30000-ə yaxın tələbə təhsil alır. Dünyada aparıcı universitetlərdən biri olan bu ali məktəb xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış Quacquarelli Symonds (QS) şirkətinin 2010-cu ildə tərtib etdiyi dünya universitetlərinin reytinq siyahısında 100-cü pillədə qərarlaşıb. Universitet məzunlarından bir çoxu müxtəlif illərdə Nobel mükafatına layiq görülüb.

Son illər Norveç ali təhsilində aparılan islahatlar müsbət nəticələr verir. İslahatlar sayəsində Boloniya prosesinə uyğun olaraq dərəcə strukturu, qiymətləndirmə sistemi və keyfiyyətin təminatı sistemi müəyyənləşdirilib. Ali təhsilin dərəcə strukturuna əsasən 3 illik bakalavriatura, 2 illik magistratura və 3 illik doktorantura (fəlsəfə doktoru) müddəti müəyyən edilib. Avropa Kredit Transfer Sisteminə əsasən qiymətləndirmə hərflər vasitəsi ilə aparılır (A-əla, E-keçid, F-qeyri-kafi).

Özəl institutlar üçün akkreditasiya könüllü xarakter daşıyır. Son illər akkreditasiyadan keçmiş bəzi kollec universitetlər universitet olmaq şansı qazanıblar.

Ali təhsil müəssisələri arasındakı fərq əsasən onların akkreditasiya hüquqları ilə əlaqədardır. Məsələn, kollec universitetləri magistr və fəlsəfə doktoru dərəcələri vermək məqsədi ilə akkreditasiya üçün müraciət etməli olduqları halda, universitetlərin qarşısında belə bir şərt qoyulmur. Burada həmçinin bir sıra özəl ali məktəblərin də magistr və fəlsəfə doktoru dərəcələri vermək hüququ əldə etmək üçün akkreditasiyadan keçməsi ilə bağlı tələblər mövcuddur. Bu müəssisələr Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən akkreditə olunmuş tədris proqramları təqdim edirlər.

Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ali və peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin təmin olunması prosesini müxtəlif üsullar vasitəsilə həyata keçirir:

Yaşlılar üçün həyatboyu təhsil imkanlarının yaradılması Norveçdə təhsil siyasətinin əsas prioritetlərindəndir. Başlıca məqsəd yaşlı nəsil nümayəndələrinin öz peşələrinə uyğun olaraq bacarıqlarını möhkəmləndirməsinə əlverişli şərait yaratmaqdan ibarətdir.

Hər il təxminən 15000 tələbə yaşlıların təhsili proqramları çərçivəsində dövlət universitetlərində və kollec universitetlərdə təhsil alır. 70000 nəfər isə əlavə təlim kurslarında təhsilini davam etdirir.

Yaşlıların təhsilinin daha yaxşı təşkili məqsədilə hökumət tərəfindən təsirli tədbirlər həyata keçirilir. Hökumət yaşlıların təhsili ilə məşğul olan qurumları maliyyələşdirir və onların fəaliyyətini stimullaşdırır. Ölkədə yaşlıların təhsili ilə məşğul olan təxminən 20 cəmiyyət dövlət dotasiyası alır. Bu baxımdan, yaşlıların oxu, yazı, riyazi və kompüter bacarıqlarının təkmilləşdirilməsi üzrə yüksək keyfiyyətli kursların təşkili məsələsi daha aktualdır. Odur ki, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin yaşlıların təhsilinin təşkilinə cəlb olunmasına xüsusi önəm verilir.

Distant (məsafədən) təhsil Norveçdə geniş yayılıb və əsasən qiyabi kurslardan ibarətdir. Lakin hazırda tədricən distant təhsil daha çox İnternetə əsaslanır. Hər il təxminən 20000 nəfər distant təhsil müəssisələrini bitirir.

Məktəbəqədər təhsil müəssisələrində dərs demək üçün kollec universitetlərində üçillik təhsil almaq tələb olunur. İbtidai məktəblərdə dərs demək üçün kolleclərdə ümumi fənn müəllimi (4 illik təhsil) və ya fənn müəllimi (3 illik) ixtisaslarına yiyələnmək lazımdır.

Tibb, hüquq, iqtisadiyyat, mühəndislik elmləri üzrə universitet proqramı 4, 5 və ya 6 ildir. Bu ixtisaslara yiyələnmiş mütəxəssislər daha nüfuzlu kadr kimi işə qəbul olunur və yüksək maaş alırlar. Əcnəbilərin bu ixtisaslara qəbulu baxımından müəyyən məhdudiyyətlər mövcuddur.

Norveç mətbəxində qızartma som balığı, karides və morina balığı əhəmiyyətli yer tutar. Norveçdə insanlar nahar edərkən adətən süfrələrinədə şirin keçi pendiri və rinqa balığı turşusu olur. Norveçdə spirtli içkilər qadağan olunduğu üçün onu bəzən tapmaq çətin olur.

Norveçin iqtisadiyyyatı XX əsrin 50-60 cı illərindən yüksək sürtələ inkişaf etməyə başladı .Ölkədə hidrostansiyaların, gəmiqayırmanın inkişafı üçün böyük kapital qoyuldu. 

Zəngin təbii ehtiyatlara malik olan Norveç iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etmiş sənaye ölkəsidir. Sənayenin mühüm sahələri: neft və təbii qaz çıxarılması, yeyinti, sellüloz-kağız, metallurgiya, kimya, ağac emalı və gəmiqayırmadır. Norveç dünya bazarına böyük həcmdə balıq və balıq məhsulları çıxara dövlətlər sırasındadır. Kənd təsərrüfatında əsas bölmə heyvandarlıqdır. Ölkəyə lazım olan ərzaq məhsullarının yarıdan çoxu idxal edilir.

İl ərzində Norveç əhalisinin təxminən yarısı səyahətdə olur. Norveçin beynəlxalq turizm əlaqələri fəal inkişaf edir.1999-cu ildə 1mln.-dan artıq Norveç vətəndaşı xarci səfərlərdə işitrak etmişdir. Onlar səfər etdikləri ölkələrdə 4.7 mlrd. ABŞ dolları həc-mində pul xərcləmişlər. Həmin ildə Norveçə 4.5 mln.-a yaxın əcnəbi turist gəmişdir. Norveçdə xarici turizmin mövsümülüyü özünü açıq şəkildə biruzə verir.

Turistlərin yarıdan çoxu ölkəyə iyul, iyun və avqust aylarında gəlirlər. 1999-cu ildə ölkə turizm fəaliyyətindən təqribən 2.3 mlrd. ABŞ dolları həcmində gəlir əldə etmişdir. Baxma-yaraq ki, Norveçdə turistlərin gecələməsi üçün 190 min yer möv-cuddur. 
Son vaxtlar ölkə tərəfindən turizm regionlarına dair güclü reklam kompaniyası həyata keçirilir. Turistlər tərfindən səyahətlər üçün seçilən region Norveç fyordları-dır. Gələn turistlərin 76%-i bura öz tutur. Bundan əlavə ölkədə safari turizmi, xüsusən balıqçılıq geniş yayılıb.

Norveç dağlar fyordlar və buzlaqlardan meydana gəlmiş, əl dəyilməmiş gözəlliyə sahib bir ölkədir. Norveçdə turistlərin avtomobillə qatarla etdikləri səyahətlərdə qar-şılaşdıqları təbii mənzərələr onları valeh edir.

Ölkənin cənubunda əkinçilik sahələri, möhtəşəm meşələr və çimərliklər geniş yer tutur. Norveçdə turistlər Svalbad adalarında fok, morj, və qütb ayılarının buzlar üzərin-dəki günəş duşuna şahid ola bilərlər.

Norveçin qayalı sahilləri, mənzərəli fyordları, Şimalın toxunulmamış təbiəti, ta-rixi-memarlıq abidələri əcnəbi turistləri cəlb edir. Norveçdə turistlərin toplaşdıqları əsas mərkəzlər – Oslo və ətrafı, Myosa göllər zonası, Bergen və ölkənin cənub-qərb sahilləri, Tronheym və Norveç dəniz sahilləri, fyordlar və ölkənin şimal bölgələridir.

Norveç dağ-xizək idman növünün vətəni sayılır. Burada qış kurortlarının yaranma tarixi Avropa kurortlarının yaranma tarixi ilə üst-üstə düşür. Ümumiyyətlə iqliminə görə buranın kurortları qitədə ən uzunmüddətli kurortlardır. Ölkənin ən tanınmış kurortu Yaylo kurortudur. Burada qış idman növləri üçün yaxşı inkişaf etmiş baza var. Burada ilk yarışlar 1935-ci ildə keçirilib, qar bütün il boyu olur.

Norveç arxitekturası bənzərsiz gözəllikdə kilsələri ilə seçilir. Norveç mədəni ənənələrinə bağlı bir ölkədir. Burada toy, bayram və festivallarda ənənəvi paltarlar geyinmiş insanlara daha çox rast gəlinir.

Norveç dili (rəsmi dövlət dili)

 




#Article 56: Latviya (170 words)


Latviya (), köhnə mənbələrdə Letoniya () ya da rəsmi adıyla Latviya Respublikası (, ) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 kv. km.-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir. Pul vahidi - avro. Latviyanın dövlət müstəqilliyi 18  noyabr 1918 ci ildə elan edilmişdir. 1940-1991-ci illərdə SSRİ-nin tərkibində olmuşdur. Azərbaycan Latviyanın müstəqilliyini 30 avqust 1991-ci ildə tanımışdır. Latviya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Latviyada səfirliyi 2005-ci ildə açılmışdır.

Latviyanın rəsmi dili ölkədə ən çox danışılan latış dilidir. Ölkədə ikinci ən çox danışılan dil rus dilidir. Bundan əlavə, ölkənin bəzi regionlarda livon (əsasən Kurzemedə) və latqal (əsasən Latqaliyadə) dillərindən istifadə edilir.

Latviyada ən böyük din Xristianlıqdır, amma əhalinin sadəcə 7%-i müntəzəm şəkildə dini yığıncaqlarda iştirak edir.

Ərazisi 100 diyar və 9 Respublika şəhərlərdən ibarətdir.




#Article 57: Lixtenşteyn (161 words)


Lixtenşteyn (alm. Liechtenstein) və ya rəsmi adı ilə Lixtenşteyn Knyazlığı (alm. Fürstentum Liechtenstein) — Mərkəzi Avropanın cənub-qərbində mikrodövlət. Lixtenşteyn Alp dağlarında, Reyn çayının sağ sahilində yerləşir. Şimal və şərqdə Avstriya, cənub və qərbdə İsveçrə ilə həmsərhəddir. Paytaxtı Vadus şəhəri, ümumi sahəsi 160 kvadrat kilometrdir. Lixtenşteyn knyaz tərəfindən idarə olunan konstitusiyalı monarxiya dövlətidir. Dövlət dili alman dili, danışıq dili isə alman dilinin dialektlərindən biri olan aleman ləhcəsidir. Lixtenşteynin dənizə birbaşa çıxışı yoxdur və Özbəkistanla birlikdə dənizə çıxışı olmayan ölkələrlə əhatə olunmuş nadir dövlətlərdəndir. 

Lixtenşteynlilərin əcdadları qədim retlər və german tayfaları olan alemanlar olublar. Son illər isə əhali əsasən mühacirlər – avstriyalılar və alman əsilli isveçrəlilərin hesabına formalaşır.

Lixtenşteyn dövləti 23 yanvar 1719-cu ildə meydana gəlmişdir. 1918-ci ilə qədər Avstriya-Macarıstanla sıx əlaqədə olmuş və onun Forarlberq əyaləti ilə ümumi gömrük dairəsi təşkil etmişdir. 1921-ci ildə müstəqil dövlət elan olunaraq, İsveçrənin siyasi protektoratı altına keçmişdir.

Dini etiqadlarına görə əhalinin 92%-i katolik, 8%-i isə protestantdır.

Paytaxtı Vadus şəhəri. İki tarixi vilayəti var, Oberland və Unterland.




#Article 58: Lüksemburq (380 words)


Lüksemburq (lüksemb. Lëtzebuerg; fr. Luxembourg; alm. Luxemburg) və ya rəsmi adı ilə Böyük Lüksemburq Hersoqluğu (lüksemb. Groussherzogtum Lëtzebuerg; fr. Grand-Duché de Luxembourg​; alm. Großherzogtum Luxemburg) — Qərbi Avropada dövlət. Lüksemburq ərazisi kiçik və dənizə çıxışı olmayan ölkədir. Şimal və qərbdə Belçika, cənubda Fransa, şərqdə isə Almaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Lüksemburq şəhəri, ümumi sahəsi 2,586.4 kvadrat kilometrdir. Lüksemburq şəhəri Brüssel və Strasburqla yanaşı Avropa İttifaqının üç paytaxtından biridir. Belə ki, Avropa İttifaqının ən yüksək ədliyyə hakimiyyəti olan Avropa Ədalət Məhkəməsi bu şəhərdə yerləşir. Hersoqluğun milləti, mədəniyyəti və dilləri qonşu ölkələrlə sıx əlaqədədir və buna görə də Lüksemburq mədəniyyətini fransız və alman mədəniyyətlərinin qarışığı adlandırmaq olar. Ölkənin üç rəsmi dili var — lüksemburq, fransız və alman dilləri. Bu dövlət həmçinin Polad Hersoqluğu kimi də tanınır.

Lüksemburqun tarixi 963-cü ildən qraf Siegfriedin Lütteburg qalasını qurdurması ilə başlayır. XV əsrdə 4 müqəddəs Roma Cermen İmperatoru Lüksemburqdan seçilmişdir. Bunlardan I. Karl, Lüksemburqu 1354-ci ildə qraflıqa çevirmişdir. 1443-cu ikdə Bourgogne Xanədanının əlinə keçən və əsrlər tərəfindən xarici ölkələrin suverenliyində yaşayan qraflıq Bourgogne Xanədanından Marienin Avstriya imperatoru I. Maximillian ilə evlənməsi nəticəsi Habsburglara keçmişdir.
Habsburgların bölünməsi ilə Lüksemburq ailənin İspan qoluna keçdi. 1684-cu ildə Fransa kralı XVI Luis tərəfindən ələ kecirildi. 1697-cu ildə Habsburgların geri allınmışdır. Ölkə 1794-cu ildəyenə Fransız işğalına məruz qalmışdır 1815-ci ilə qədər Fransız suverenliyi altında qalan ölkə Viyana Konqresində müstəqil bir Böyük qraflıq olaraq Hollandiyaya keçmişdir. 1830-cu qiyamından sonra Belçikanın bir parçası halına gəlmişdir.

Fransız İmperatoru III. Napoléon'un ələ keçərmə cəhdinin müvəffəqiyyətsizliyə uğramasından sonra 1827-ci ildə müstəqilliyə qovuşan Lüksemburq Böyük Qraflıqın böyük dövlətlərin himayəsi altına alınmış və 1868 də üstündə bir çox dəyişikliklər edilməsinə baxmayaraq indiki vaxtda da eyni etibarlı olan konstitusiya istifadə edilməkdədir. O tarixdən etibarən bitərəflik siyasəti tətbiqinə qarşı hər iki dünya döyüşündə də Alman işğalında qalan Lüksemburq, 1947-ci il Qağayında Belçika və Hollandiya ilə iqtisad və gömrük birliyi Benelüksü meydana gətirmiş, 1949 da NATO, 1957-ci ildə Avropa İqtisadi Birliyinə üzv olmuşdur.
Paytaxtı Lüksemburq, 2007 Avropa mədəniyyət paytaxtı seçildi. Ayrıca adam başına düşən illik milli gəlirdə dünyada ilk sıradadır (81.000$ 2006 təxmini). Digər ölkələrə nəzərən zəngin bir cəmiyyət olması, ölkə torpaqlarının kiçik olması və nüvə bir ölkə olaraq yaşaması ilə doğru mütənasibdir.
Bunların xaricində, Lüksemburq, dünyada hələ də müstəqil olaraq varlığını davam etdirən və Qraflıq sistemiylə idarə olunan tək dövlətdir.

Kantonlara bölünən 3 dairə, kantonlar kommunalara bölünür.




#Article 59: İslandiya (1454 words)


İslandiya ( ), buzlar ölkəsi) — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv. km-dir.

İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir.

İslandiyanın paytaxtı Reykyavik şəhəridir. 120.000 min nəfər əhalisi olan şəhər İslandiyanın ən böyük şəhəri hesab olunur. Şəhərdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. İslandiya əhalisinin 98%-ni İslandlar təşkil edir. Onlar 10 əsrdir ciddi dəyişikliklərə məruz qalmayan İsland dilində danışırlar. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava dəşiykəndir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır.

İslandiya adası qitədən çox uzaqlarda böyük sualtı plato üzərində yerləşən qalxanvari adadır. Səthində lava yaylaları, vulkan konusları və massivləri geniş yer tutur. Şimal və şimal-şərq sahilləri fyordlarla parçalanmışdır. Başlıca relyef əmələ gətirən amil cavan vulkanizm və buzlaq fəaliyyəti olmuşdur. İslandiyanı əhatə edən şelf sahəsinin konturuna bənzəyir. Quruda olan böyük relyef formalarının su altında davam etməsi şelfin dörüncü dövrdə aşağı endiyini göstərir.

İslandiyanın çox hissəsi vulkanik yaylalardan ibarətdir. Ən böyük yaylalardan Vatna-Yokul, Xovs-Yokul (1700 m), Mirdals-Yokul (1600 m), Lanq-Yokul, Erayva-Yokul və s. buzlaqlarla örtülmüşdür (“Yokul” islandca buzlaq deməkdir). İslandiya adasının ən hündür zirvəsi olan Xvannadalsnukur dağı (2119 m) Erayva-Yokul yaylasındadır. Adanın vulkanik yaylalarında isti bulaqlar geniş yayılmışdır. Qeyzerlər İslandiyada neftə və daş kömürə olan eytiyacı tamamilə ödəyir. Hazırda binaların qızdırılması qeyzerlərin hesabına aparılır. İslandiyada isti şitilliklərdə tərəvəzçilik qeyzerlərin hesabına son vaxtlarda xeyli genişləndirilmişdir. Adada ovalıq və düzənlik sahələr ancaq ərazinin 7%-ni təşkil edir. Ovalıqlar sahilboyu sahələrdə, ensiz zolaq şəklində yerləşmişdir. Ən böyük ovalıqlar adanın cənub-qərb və cənub-şərq sahillərindədir. Şimal-qərb və şimal sahilləri daha çox parçalanmışdır. Bu sahədə İsa-fyord, Dira-fyord, Breydi-fyord, Xunafloun, Faksafloun və s. körfəzlər yerləşir.

İslandiyada müasir buzlaqların sahəsi 12 min kv. km-dir. Əsasən buzlaqları Skandinaviya tipli olub, qərb sahildə dəniz səviyyəsindən 400 m, soyuq və quru iqlimə malik olan şimal və şərq sahillərdə isə 1600 m hündürlükdə yerləşir. İslandiyanın ən böyük buzlağı Vatna-Yokulun sahəsi 8500 kv. km-dir. Buzlaq sahələrində baş verən vulkan püskürmələrindən yaranan dəhşətli daşqınlardan əhali böyük zərər çəkir.

Adanın iqliminə coğrafi mövqeyindən başqa, hər tərəfdən okeanla əhatə olunması, sahillərini yuyan ilıq və soyuq axınlar da böyük təsir göstərir. İslandiya alçaq təzyiq sahəsində yerləşir. İslandiya minimumu ilə əlaqədar olan siklonlar adanın ilıq İrminger axınının təsir göstərdiyi cənub və cənub-qərb sahillərində daha çox qeyd edilir. İlıq və soyuq axınların birləşdiyi şimal-şərq sahillər üçün tez-tez dəyişkən havalar, duman və fırtınalı küləklər səciyyəvidir. İlıq İrminger axınının təsiri nəticəsində adanın cənub və cənub-qərb sahillərində qış mülayim və rütubətli keçir. Yanvar ayında havanın orta temperaturu bu sahələrdə +2-3°, şimal və şimal-şərq sahilləri isə -5° ilə -15° arasında dəyişilir. İyul ayının orta temperaturu muvafiq surətdə +12° ilə +7° arasında dəyişilir. İqlimi nisbətən mülayim keçən cənub və cənub-qərb sahillərdə yağıntının orta illik miqdarı 1000–3000 mm, şimal və şərq sahillərdə isə 300–500 mm-dir. Bir qayda olaraq İslandiyada sahil zonasından daxilə doğru temperaturun aşağı düşməsi və yağıntıların azalması qeyd edilir ki, bu da adanın oroqrafik xüsusiyyəti ilə əlaqədardır. Buzlaqlardan qidalanan çoxlu xırda çayları çoxsulu və astanalıdır. Ən böyük çayları olan Toursau (210 km) və Xvitau (180 km) astanalı və şəlaləli olduğu üçün gəmiçiliyə yaramırlar.

İslandiya qədim tarixə sahib ölkə hesab edilir. IX və X əsrlərdə, əsasən Norveçlilər tərəfindən məskunlaşmalar başlamışdır. İslandların Xristianlıq dinini qəbul etməsi 1000-ci ildə baş vermişdir. 1262-ci il uniyasına əsasən İslandiya Norveçdən tam aslı vəziyyətə düşür. İslandiyada parlament vəzifəsini yerinə yetirən aypinq qanunvericilik funksiyalarının əksəriyyətindən məhrum edilir. 1380-cı ildə İslandiya, Norveç və Danimarka arasında üçtərəfli uniya imzalanır.

XVII əsr İslandiya üçün uğurlu olmamışdır. Bu dövrdə adada durmadan vulkan püskürmələri yaşanırdı, digər tərəfdən aclıq, susuzluq və soyuq hava şəraiti adada yaşan islandların bir qurupunun ölməsinə və bir qisminin də Danimarkaya köçməsinə səbəb olmuşdur. 1843-cü ildə dünyanın ilk parlamenti olan aypinq yenidən formalaşdırılır. İkinci dünya müharibəsi illərində təhlükəsizlik adı ilə İngiltərə tərəfindən ada işğal edilir. 1941-ci ildə adanın idarə edilməsi Amerika Birləşmiş Ştatlarına keçir və İslandiya ilə olan münasibətlərini dondurduğunu elan edir. 1944-cü ilin 17 iyun tarixində İslandiya rəsmən müstəqil dövlət olduğunu elan etdi. İslandiyanın ilk müstəqilliyini tanıyan dövlət Amerika Birləşmiş Ştatları olmuşdur. İslandiya 1949-cu ildə NATO-ya üzv olmuşdur.

İslandiyada rəsmi dövlət dili islandcadır, ancaq ölkənin hər yerində ingiliscə danışırlar. İslandiya prezident üsuli-darəli ölkədir. İslandiyada cəmi 319 min 756 nəfər yaşayır. Əhalinin 95 faizini islandlar təşkil edirlər. Bundan əlavə, ölkədə islandlara qohum olan danimarkalılar, norveçlilər və digər millətlərin də nümayəndələri yaşayırlar. Avropa və digər dünya xalqları ilə müqayisədə İslandiyada soyaddan, ümumiyyətlə, istifadə edilmir. Burada insanlara ancaq adları ilə müraciət edirlər.

İslandiya adası həm də vulkanların püskürməsi nəticəsində əmələ gələn və özünəməxsus ekzotik təbiətə malik olan bir ölkədir. Vulkanların sayına görə ölkə dünyada birinci yeri tutur. İslandiyada vulkanların əmələ gətirdiyi təpələr qışda sanki brilyant dona bürünür və nəticədə olduqca ecazkar bir mənzərə əmələ gəlir. Ölkədə vulkanlar yer səthinə çox yaxın məsafədə yerləşir. Bu da, öz növbəsində, torpağın səthinə yaxın hissədə yer altında qaynar göllərin əmələ gəlməsinə səbəb olub. Bəzi yerlərdə qaynar sular fontan vuraraq yer səthinə çıxır. Qaynar qeyzerlər ilboyu İslandiyadakı şəhərləri istiliklə təmin etməyə imkan verir.

Sərt iqlimi olan İslandiyada bəzən adama elə gəlir ki, odla buz arasında mübarizə gedir və bu, özünəməxsus, təkraredilməz gözəlliyə malik olan bir mənzərə əmələ gətirir.Amerikalı məşhur səyyah Con Ross Braun 1865-ci ildə İslandiyanı ziyarət etmiş və gördüyü mənzərə onda xoşagəlməz izlər buraxmışdı. O, Amerikaya qayıtdıqdan sonra İslandiya haqqında belə yazmışdı:

Bu ölkə sivilizasiyadan ayrı düşüb. Onun paytaxtı Reykyavik insanın ödünü ağzına gətirə biləcək qədər iylənmiş və qurudulmuş balıq iyi verir

Amma onun o vaxt ağlına gəlməzdi ki, bundan 135 il sonra YUNESKO Reykyaviki dünyanın mədəniyyət paytaxtı elan edəcək. Günümüzdəki Reykyavik təmiz küçələrdən, rəngarəng üç-beş mərtəbəli evlərdən ibarətdir. Binaların birinci mərtəbəsi, adətən, gecə klublarından və ya kiçik mehmanxanalardan ibarətdir. Reykyavikdə təmtəraqlı binalara rast gəlmək mümkün deyil. Hətta ölkə parlamenti belə, 1881-ci ildə inşa edilən iki mərtəbəli və diqqəti cəlb etməyən daş binada yerləşib. İslandiyada gəzərkən özünü tamam başqa bir planetdə hiss edirsən. Buna da səbəb hər yerdə vulkanların əmələ gətirdiyi kraterlər və küldür. İslandiyada mənzərə tez-tez dəyişir. İnsan kraterlərin yaratdığı yad planet təsirindən asanlıqla çıxıb, ekzotik mənzərələrlə rastlaşa bilər. İslandiyanı fərqləndirən bir xüsusiyyət də oranın şəlalər ölkəsi olması ilə əlaqədardır. Hər bir şəlalələr də özünəməxsus gözəlliyə malikdir və insanlarda qəribə bir hiss əmələ gətirir. Qullofs şəlaləsi istər yerli əhalinin, istərsə də buraya turist kimi gələnlərin ən çox sevdiyi yerlərdəndir. Detifoss şəlaləsi isə Avropanın Niaqarası kimi məşhurdur.

İslandiyada hava tez-tez dəyişir. Burada günəş və yağış ara vermədən bir-birini əvəz edir. Nəticədə hara baxırsan ətrafda göyqurşağı mənzərəsi ilə rastlaşırsan. Ona görə də İslandiyanı məhəbbətlə min göyqurşağı ölkəsi adlandırırlar.

İslandiya adasında tundra və dağlıq tundra bitkiləri geniş yayılmışdır Ərazinin buzdan azad olan vulkanik yaylalarında şibyə və mamır üstünlük təşkil edir. Adanın cənub və cənub-qərbində 2–3 m hündürlüyündə, İslandiyada meşə adlandırılan iynəyarpaqlı tozağacı, söyüd, ardıc və üvəz (quşarmudu) kolluqları geniş yayılmışdır. Cənub sahillər üçün torfluqlar, ovalıqlar üçün çəmən bitkiləri (ərazinin 6%-ni tutur) səciyyəvidir. Adanın heyvanlar aləmi çox kasıbdır. Burada Avropadan gətirilmiş şimal maralına, boz tülküyə və İslandiya siçanına rast gəlmək olar. Sahil zonalarında çoxlu quş bazarları və balıq vətəgələri mövcuddur.

İslandiyanın rəngarəng təbii mənzərəsinə özünəməxsusluq verən bir amil də hər tərəfdə atların və qoyunların otlamasıdır. Bəzən qoyunlar küçələrə çıxaraq sürücüləri qorxudurlar. İslandiyaya qoyunlar min il bundan əvvəl vikinqlər tərəfindən gətirilib. Onlar tədricən adanın sərt və tez-tez dəyişən şıltaq iqliminə uyğunlaşıblar. İslandiyada qoyunlar haqqında Qoyunlar bizi həm yedirdir, həm də geyindirir,-deyirlər. Bu, həqiqətən də belədir. İslandiya qoyunlarının yunu nəm keçirmir və çox möhkəmdir.
Bu da yüksək keyfiyyətli paltar, şərf və əlcəklərin hazırlanmasında mühüm rol oynayır. İslandiyanın istənilən mağazasında qoyun yunundan toxunmuş rəngarəng geyimlərə, əl çantalarına rast gəlmək mümkündür. Turistlərin də adadan ölkələrinə apardıqları ən çox yundan hazırlanan geyimlərdir.

Atlara gəlincə, islandlar onlardan daha çox turist gəzintilərində, idman yarışlarında istifadə edirlər. Bundan əlavə, maşınlar gedə bilməyən ərazilərə də getmək üçün atlar əvəzedilməz minik vasitəsidir. Ona görə də elə bir islandiyalı fermer tapa biməzsən ki, onun azı 5-6 atı olmasın.

Əlverişsiz iqlim qurşağında yerləşməsinə baxmayaraq, İslandiya turistlərin sevimli yerlərindəndir. Turistləri cəlb edən İslandiyanın oksigen anbarı olmasıdır. Reykyavikdəki İncəsənət muzeyi turistlərin diqqətini daim özünə cəlb edir. Bu muzeyi hər il 200 mindən çox turist ziyarət edir. Muzeydə incəsənətin bütün növlərini özündə əks etdirən sənət inciləri nümayiş etdirilir.

İslandiyada milli adət-ənənələrə söykənən bayramlar olduqca təmtəraqlı keçirilir. Məsələn, islandların sevə-sevə qeyd etdikləri bayramlardan biri Trettaundaundur. Yanvar ayının 6-da qeyd edilen bu bayram Şaxta babanın dağlara gedişinə həsr edilir. Aprel ayının ilk günlərində isə islandlar Sumardaqurinin Firtsi bayramını qeyd edirlər. Bu bayram yayın ilk günü hesab edilir. Çünki məhz aprelin əvvəllərində İslandiyada qütb gecələri başa çatır. Bundan əlavə, Reykyavikdə ildə iki dəfə Folklor festivalı keçirilir.

İslandların mətbəxi çox bəsitdir. Mətbəx əsasən qurudulmuş və təzə balıq ətindən hazırlanan məhsullardan, həmçinin süddən ibarətdir. Balıqdan hazırlanan yeməklər islandların ənənəvi milli yeməyi hesab edilir.




#Article 60: İrlandiya (453 words)


İrlandiya Respublikası – Avropada dövlət. 2006 – cı ildə aparılmış siyahıya almaya əsasən əhalisi 4 239 848 nəfər, Ərazisi 70 208,67 km² .

İrlandiya Respublikası Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin 70 min km 2-ə bərabər olan ərazisi 4 əyalətə, 26 qraflığa bölünür. Onu zümrüd ölkəsi də adlandırırlar.

Burada həmişə yağışlı, dumanlı və küləkli hava şəraiti müşahidə olunur. Qışı yumşaq, yayı isə soyuq və buludlu keçir. Ən soyuq aylar yanvar, fevral, ən isti aylar isə iyul və avqustdur. İl ərzində temperatur heç vaxt +1 dərəcədən aşağı düşmədiyi kimi +20-dən də yuxarı qalxmır.

Əhalinin 60%-i şəhərlərdə yaşayır. Buraya hər il 2 milyon turist gəlir. İrlandiyanın simvolu üçyarpaqlı yoncadır. Qar nadir hallarda yağır, yağsa da tez əriyir. Hətta, irlandlar öz aralarında zarafat edib belə deyirlər: Yay qışdan yalnız yağışa görə fərqlənir. Yayda isti, qışda isə soyuq yağışlar yağır.

Ölkənin zəngin və maraqlı tarixi var. Buraya gəlsəniz, nəhəng qəsr və qalalar, qeyri-adi muzey və konsert zallarına baş çəkməyi unutmayın. İrlandiyada ən çox diqqətəlayiq olan onun təpəcikləri və məhsuldar otlaqları olan təbiətidir. İrlandiya keçmişlə bağlı əfsanələri sevən insanlar üçün ideal yerdir. Çünki burada yerləşən qəsrlərə yalnız baxmaq yox, eləcə də nömrə sifariş edərək, özünüzü lap qədim zamanlarda hiss edə bilərsiniz. Demək olar ki, hər qraflıqda qəsr yerləşir: Kelduill, Bellintobir, Kerraykfirqus, Kpokxen. Orta əsr feodal qəsr və malikanələrinin sayına görə ola bilsin ki, İrlandiya Avropa ölkələri arasında birinci yer tutur. Təkcə, Kler qarflığında onların sayı 200-ə barəbərdir.

Ölkənin Ebbi adlanan milli teatrına, Dövlət konsert salonuna, Çester Bitə məxsus olan və Dublin qəsrində yerləşən kitabxanaya da baş çəksəniz yaxşı olar.

İrlandiyadan xatirə kimi müxtəlif suvenirlər əldə etmək olar. Bunları hər yerdə tapmaq mümkündür. Lakin hər şəhərin özünəməxsus ənənəsinin də olduğunu unutmaq olmaz. Uoterfordda büllur fabriki, Fermanaqda büllür əşyaların satıldığı mərkəz yerləşir. Bellikdə yerli sənətkarların hazıladığı əl işlərindən almaq olar. Linqsburqda məşhur irlandiya kətanı, yun və tviddən istehsal olunan əşyaları əldə etmək mümkündür.

Ümumiyyətlə, mağazalar saat 9.00-dan 18.00-ə kimi, supermarketlər isə 12.00-dən 18.00-ə kimi işləyir. Kiçik dükanlar səhər saat 7.00-dan 23.00-ə kimi fəaliyyət göstərir.

 
Son zamanlar 2 min il bundan əvvəl buraya gəlmiş keltlərə məxsus musiqi populyarlaşmağa başlayıb. Onun inkişafının zirvəsi isə XX əsrin 60-70-ci illərinə təsadüf edir.

At irlandların ən sevimli heyvanıdır. Həmişəki kimi burada at minmək dəbdədir. Bunun tarixi qaynaqları olduğu kimi təbii şəraitlə də əlaqəsi var. Ölkədə at yarışları da keçirilir. İrlandiya atları dəfələrlə beynəlxalq müsabiqələrdə qalib gəliblər.
Turistlər üçün 380 qolf meydançası var. Müasir rəqslər kimi, ril və ciqa da məşhurdur.

İrlandlarda şotlandlardan fərqli olaraq, kişilərin geydikləri ətəklər (kilt) birrəngli, çox vaxt narıncı, köynəkləri isə yaxasız olur. Qadınlar ağır və haşiyəli şallar örtür, toxunma kəmərlər taxırlar. Paltarlarda ən çox istifadə olunan rəng yaşıldır.

İrlandiyanın rəmzi üçyarpaqlı yoncadır.Hətta bəzən İrlandiya bayrağının üzərində üçyarpaqlı yoncadır.

 




#Article 61: İspaniya (1700 words)


İspaniya (isp. España) - rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir.

İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda Seuta və Mərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir.

İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.

İspaniyada universitetləri Centro adlandırırlar. İspaniya qanununa görə ancaq bu məktəblər ali təhsil verə bilər. Bu mənada İspaniya mühafizəkar ölkə kimi qeyd olunur. İspan universitetləri 3 kateqoriyaya bölünür: dövlət (43-dən çox), özəl (3) və bütün dünya üçün bir dənə nadir ali məktəb növü və ya kilsə himayəsində olan – dini (ruhani) ali məktəb.

İspan ali məktəbləri ənənəvi tarix və coğrafiya, latın dili, fəlsəfə, fizika tədrisində əsas sayılırlar. Yeni tanınmış istiqamətlərdən biomexanika, informasiya texnologiyaları, ekologiya istifadə edilir. İspan təhsilinin əsas cəhətlərindən biri – mədəniyyətin öyrənilməsidir.
  
Universitetlər inzibati 4 tip tədris şöbəsinə bölünür:

Universitetlərdə xüsusilə nüfuzu olan fakültələr də var ki, bu da ali mühəndis məktəbləridir. Bu məktəblər memar, mühəndis və texnoloq hazırlayır. Burada proqram daha məzmunludur və ali mühəndis məktəbləri universitet ənənələrinə və müasir peşəkar hazırlama reallağına uyğunlaşır. Bu məktəblərə qəbul olanlar ən ciddi seçimdən keçirlər. Statistikaya görə mühəndislik məktəbində təhsil alan birinci kursların üçdə bir hissəsi ikinci ilə qalır və yalnız bütün daxil olanların dörddə bir hissəsi diplom alır.

İspan universitetlərində akademik il 2 semestrə ayrılır. Birinci semestr sentyabrın ortalarından dekabrın 20-nə kimi davam edir. İkinci semestr isə 9-16 fevralda başlayır və 22-29 mayda bitir. Bütün universitetlərdə təhsil 5-6 il davam edir. Təhsil ispan dilindədir.
Təhsil proqramları
Bakalavr dərəcəsi. İspaniyada təhsilin birinci pilləsini bitirən universitet tələbələrinin yiyələndiyi bakalavr dərəcəsi 3 əsas dərəcəyə bərabərdir:

Magistr dərəcəsi. İspaniyada təhsilin ikinci dövrünü bitirərkən ixtisasa uyğun magistr dərəcəsi verilir. Təhsilin istiqamətindən asılı olaraq aşağıdakılar ola bilər:

Doktor dərəcəsi. İspaniyada o, əksəriyyət inkişaf etmiş ölkələrdə olduğu kimi – doktor dərəcəsi (Doktor) adlanır. Onu ali təhsilin üçüncü pilləsinə qalxandan sonra almaq olar.

İspaniyanın ali məktəblərinə daxil olarkən ümumi tələblər

Magistrlər üçün ali təhsil haqında diplom, doktorlar üçün isə magistr diplomu və ali təhsil haqqında diplomun verilməsi vacibdir.

İspaniyanın toplam əhalisi təxminən 47 milyondur. İspanlar müxtəlif tarixi vilayətlərin və etnik qrupların əsasında formalaşmış vahid dövlətdir. İspaniyada əhalinin 74.5%-i ispanlar, 18%-i katalonlar, 6% qalisiyalılar, 1.5%-i basklardırlar. Burada yaşayan xalqların əksəriyyəti Hind-Avropa dil ailəsinin Roman qrupuna aiddirlər. İspaniyada milli problem katalonlar, qalisiyalılar və baskların bəzi inzibati, maliyyə və hüquqi üstünlüklərdən məhrum edilərək zorla Madriddədki mərkəzi hökumətə tabe etdirilməsi ilə başlanmışdır. Diktator Frankonon 40 illik hakimiyyəti ərzində onların az da olas milli hislərini göstərməkləri qadağan idi. Katalon və Bask bayraqlarını asmaq, milli dildə danışmaq, hətta milli rəqsləri ifa etmək qadağan idi. Lakin Frankonun rejimindən sonra İspaniyada bu problemin həlli üçün mühüm addımlar atılmışdır. 1978-ci ildə ölkənin yeni konstitusiyası qəbul edilmişdir ki, burada milli məsələlərə böyük diqqət verilmişdir. Bu Konstitusiyada region və millətlərin muxtariyyət hüququ tanınırdı. Nəticədə 1983-cü ildə İspaniyada 17 muxtar rayon yaradılmışdır ki, onların da içərisində Kataloniya, Basklar ölkəsi, Qalisiya da vardır. Bu bir çox cəhətdən milli münasibətlərdəki gərginliyi azaltmışdır. Lakin Kataloniya və Basklar ölkəsində gərginlik hələ də qalır. Kataloniya İspaniyanın iqtisadi cəhətdən ən inkişaf etmiş hissəsidir, əhali öz milli dilini saxlamışdır, bəzi partiyaları geniş muxtariyyətə razı olsalar da, digərləri İspaniyadan tam ayrılmaq istəyirlər. Lakin İspaniyanın milli cəhətdən əsas ağrılı hissəsi 2.5 mln nəfər əhaliyə, 17.5 min km2 əraziyə malik olan Basklar Ölkəsidir. Bu ərazi XIX əsrin sonlarına qədər müstəqil olmuşdur. Burada da bir çox partiyalar daha geniş müxtariyyət tələb edirlər,  ayrılmaq istəyənlər isə  bunu parlament mübarizəsi metodu ilə istəyirlər. Lakin kəskin millətçi və separatistlər Euskadi adında  (basklar özlərini euskad adlandırırlar) öz dövlətlərinin yaratmaq istəyirlər. Bu dövlətə isə nəinki İspaniyanın şimal əyalətlərindəki əraziləri, hətta Fransa ilə sərhəddəki əraziləri də qatmaq istəyirlər ki, həmin ərazilər hələ orta əsrlərdə Basklar Ölkəsindən ayrılmışdır. Bask seperatçılarının əsas silahlı qüvvələri ETA adlı (Euskadi və azadlıq) təşkilat çıxış edir. Bu təşkilat hələ Frankonun hakimiyyəti vaxtında yaranmışdır və Basklar Ölkəsinin ən radikal milli partiyasının hərbiləşdirilmiş qoludur. Bu təşkilat terrorist mübarizəsi aparır və dəfələrlə belə mübarizəni dayandırmağı elan etsə də, sonralar onu həyata keçirmək üçün bəhanə tapmışdır. Nəticədə Basklar Ölkəsi bütün Qərbi Avropanın ən “qaynar nöqtə”lərindəndir

İri şəhərlərdə əhali

İspaniyanın rəsmi dili ispan dilidir lakin bəzi regionlarda yerli dillər də rəsmi dil sayılır. Bunların arasında kataloniya, bask (euskera), valensiya və qalliya dilləri var.

İspaniyada pul vahidi avrodur. Ölkəyə valyuta gətirilməsi məhdud deyildir. 10000 ABŞ dollarından çox valyuta gətirdikdə onu gömrük deklarasiyasına daxil etməlisiniz. Valyuta ixracı – max. 3,5 min $. Kredit kartları, avroçeklər, turistik və poçt çekləri demək olar ki, hər yerdə qəbul olunur. Banklar müştərilərə adi günlərdə saat 08:15- 14:00 kimi, şənbə günündə 13:00 kimi xidmət göstərirlər. Bazar günü isə istirahət günüdür. Xarici valyutanı bank şöbələrində və mübadilə məntəqələrində, həmçinin aeroportda dəyişdirmək olar ( bank komissiyası nisbətən yüksəkdir)

İspaniyada rəsmi turist mövsümü mayın 2-də açılır.

Kosta Blankonun ispan dilindən hərfi mənası ağ sahil deməkdir. Bu İspaniyanın ən əsas kurortlarından biridir. Bütün dünya turistləri arasında Kosta Blankonun populyarlığı hər şeydən əvvəl əlverişli iqlim şəraiti ilə izah olunur; statistikaya görə, Kosta Blankoda ilin 305 günü günəşli olur. İlin ən soyuq ayı olan yanvarda temoperatur demək olar ki, heç vaxt +10 C-dən aşağı düşmür. Eyni zamanda buranın yayı isti amma qızmar deyil. Turistik mövsümün ən qızğın çağında havanın temperaturu +26 C, suyun temperaturu isə +24 c-ə qədər yüksəlir. Kosta Blanko hər şeydən əvvəl öz ultra müasir otelləri ilə fərqlənir. Burada dünyanın ən hündür 40 binasının siyahısına daxil olan məşhur Gran Hotel Bali oteli yerləşir. 
Bu gün Kosta Blanko İspaniyanın şərq hissəsindəki rəngbərəng mozaikanın bir daşıdır.

Kosta Bravo və ya çılpaq sahil İspaniyanın Aralıq dənizinin şimal hissəsində yerləşir. Buna görə də burada çimərlik mövsümü digər kurortlara nisbətən qısadır – iyunun əvvəlindən oktyabra qədər. Kosta Bravonun sahil xəttini mənəzərəli buxtalar və qumlu çimərliklər təşkil edir. Çimərliklər bir qayda olaraq qızılı qumla örtülmüşdür. Kosta Bravoda su idman növləri, xüsusilə də dayvinq geniş yayılmışdır. Sualtı mağaraların çoxluğu dayvinq həvəskarlarını bura cəlb edir.
Gecə həyatını və şən istirahəti sevənlərə isə, Kosta Bravonun inzibati və turistik mərkəzi olan Lyoret De Mar şəhərciyində məskunlaşmağı mələhət görürük. Kosta zövqə uyğun kurortlar deməkdir.

Kosta Dorada – qızıl sahil öz adını təsadüfi qazanmamışdır; sonsuz çimərliklərin narın qumu Aralıq dənizi sularında qızıl mədənləri kimi parlayır. Amma həqiqətən də Kosta Doradanı turistlər qızıla çeviriblər. Xəritəyə baxın; Aralıq dənizi sahili şimaldan və qərbdən əvvəlcə Pireney dağları ilə sonra katalon dağları ilə külək və siklonlardan qorunur. Bu dağlar həm landşafta gözəllik verir, həm də gözəl sabit iqlim yaradırlar. Burada martdan oktyabra kimi hava yaxşı olur, ilboyu bura istirahəti sevənlər gəlirlər və məhz bna görə də Qızıl sahilə dollar, peset, frank,marka, manat yağışı yağır.
Kosta Doradada ən populyar kurort Saloudur (Barselonadan 100 km cənubda). Rayonun coğrafi yeri, gözəl peyzaj və əla iqlimi hələ ötən əsrin əvvəllərindən bura turistləri cəlb edirdi. Bu gün şəhər böyüyür və çiçəklənir; Çimərliklərin ətrafında nəhəng palmalar və şam ağaclar bitir, Mirimar və Xayme prospektlərinin kəsişdiyi yerdə yerləşən işıq-musiqi fontanı isə gözəlliyi ilə turistləri heyran edir. Turistlərə serfinq, su xizəyi kimi idman növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır.

Balear arxipelaqına daxil olan Mayorka adası hər şeydən əvvəl ispan kralı və onun ailəsinin ənənəvi istirahət yeridir. Hər ilin avqust ayında kral ailəsi burada istirahət edir – bu, da zənnimizcə ən yaxşı rəydir. Ona görə də Mayorkanın gözəlliklərini və üstünlüklərini saymaqdan vaz keçirik. Kralın Mayorkaya səfəri münasibətilə keçirilən tədbirlərdən ən əhəmiyyətlisi Kral Kuboku uğrunda yelkənli reqata yarışlarıdır. Yerli sakinlər xüsusi mayorka dialketində danışırlar ki, bu da kastil ( ispan) və katalon dillərinin qarışığıdır. Bununla bərabər xidmət personalının əksəriyyəti avropa dillərində – ingilis , fransız və ya alman dillərində kifayət qədər yaxşı danışır. Burada böyük akvaparklar, marinelend, rıtsar turniri, kazino, diskotekalar yerləşir. 
Bu gün Mayorka ekoloji cəhətdən Aralıq dənizinin ən təmiz kurortlarından biridir. Adanın 40-dan çox təbii zonası dövlət tərəfindən mühafizə olunur. 

Tenerife – Kanar arxipelaqının ən böyük və ən məşhur adasıdır. Bu ada sakinlərdən çox romantik və cəlbedici ad almışdır – əbədi bahar adası. Amma qeyd edək ki ,Tenerife əbədi bahar adasındansa, daha çox əbədi yay adasında bənzəyir. Adanın şimalında ilboyu hava isti və rütubətlidir, cənubda isə – quru və günəşlidir. Qəribədir ki, İspaniyanın ən hündür nöqtəsi məhz bu adada yerləşir. Bu Teyde sönmüş vulkanıdır, onun hündürlüyü 3718 m çatır. Adada turistik mövsüm il boyu davam edir.

Aventura portu – bütün Avropada yeganə özünəməxsus tematik parkdır. O kosta Daurada sahillərindəki isti çimərliklər yaxınlığında yerləşir . Sizin qarşınızda 5 əfsanəvi dünya açılır. Siz ötən əsrdən qalmış Aralıq dənizi torpağının füsunkarlığını, müstəmləkə Meksika və dağılmış Mayanın ətir və rənglərini, Polineziya ekzotikasını, sirrli çin imperiyası və Vəhşi Qərbi kəşf etmiş olacaqsınız. 
Çin conkasının bortuna, polineziya katamaranına və ya Aralıq dənizi şxununa minib 5 ölkənin sahillərini yuyan böyük göldə səyahətə çıxa bilərsiniz.

Benidorm Kosta Blanko sahillərinin ən iri turistik mərkəzi, İspaniyanın məşhur kurortlarından biridir. Şəhər Valensiya avtonom dairəsinin Alikante əyalətində, Benidorm körfəzi sahilində yerləşir. Öz əlverişli iqlim şəraitinə görə Benidormda il boyu istirahət etmək olar. Yayın isti vaxtında inkişaf etmiş infrastruktura malik bu dəniz kurortu Avropanın müxtəlif hissələrindən gələn gənclər üçün daha cazibədardır. Benidormun gecə həyatına gəldikdə isə, əminliklə demək olar ki, İspaniyanın heç bir başqa şəhərində o belə gözəl və firavan deyil. Gecə Benidormu – arası kəsilməyən musiqi, əyləncə və valehedici şənlik deməkdir.

Qədim katalon şəhəri və Kosta del Qarraf sahillərinin ən məşhur kurortu olan Sitces Barselonadan cənubda yerləşir. Barselonanın və İspaniyanın digər şəıhərlərindən olan bir çox varlı katalonlar və ispanlar öz yay villaları və iqamətgahları üçün məhz Sitcesi seçmişlər.
Sitces muzeylər şəhəri kimi də tanınır. Bunlardan ən məşhurları modernlə tarix arasındakı nöqtədə dayanan Maricel, Santyaqo Rusinyol və El Qreko kimi məşhur rəssamların və onların kolleksiyalarının görüş yeri olan Cau Ferrat muzeyini göstərmək olar. Bundan başqa buranın mədəni tədbirlər və festivallar təqvimi də çox zəngindir. Şəhərdə hər il geniş tamaşaçı kütləsi toplayan səs-küylü karnavallar, köhnə avtomobillərin rallisi, güllərin küçə sərgiləri, həmçinin fantastik və qorxulu filmlərin beynəlxalq festivalı keçirilir.

Barselonadan cənubda, Tarraqon şəhəri yaxınlığında Kosta Daurada sahillərinin turistik mərkəzi olan Salou kurortu yerləşir. Sahil xətti boyunca uzanan kurort rayonları şimalda La Pined coğrafi burunu ilə, cənubda – Cambrils kəndi ilə qurtarır. Əla çimərliklərdən ibarət geniş zolaqlar və sahilyanı ərazilərdə yerləşən çoxlu sayda barlar, restoran, kafe və mağazalar diqqəti cəlb edir. Salou regionun ən yaxşı qastronomiya və ticarət mərkəzlərindən biri hesab olunur. Şəhərdə həm ispan, həm də xarici istehsalçıların təklif etdikləri mallar satılan geniş mağazalar şəbəkəsi vardır. Saloudan bir neçə km aralıda məşhur ispan Disneylendi – Port Aventura yerləşir.




#Article 62: İtaliya (2344 words)


İtaliya (), rəsmi olaraq İtaliya Respublikası () — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir.

Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar. İtaliklərin bir qolu olan latınlar eramızdan əvvəl 8-ci əsrdə Roma çarlığının əsasını qoydu, hansı ki, sonradan Respublika və Xalq hökuməti əsasında idarə olunan respublika elan olundu. Roma Respublikası isə ilk növbədə Apennin yarımadasında yerləşən qonşu xalqları işğal etməyə başladı və sonradan Avropa, Şimali Afrika, Asiya bölgələrini də ələ keçirməyə müvəffəq oldu. Eramızdan əvvəl 1-ci əsrdən etibarən artıq Roma İmperiyası adlanan bu dövlət Aralıq dənizi hövzəsində dominant qüvvə oldu, həmçinin regionun aparıcı mədəni, siyasi, dini mərkəzinə çevrildi. Bütün bu müddət ərzində imperiya nə qədər böyüsə də, İtaliya bu böyük dövlətin metropoliyası olaraq qaldı.

Erkən Orta əsrlər dövründə, Qərbi Roma İmperiyasının süqutundan sonra, İtaliya ərazisi barbar hücumlarına məruz qaldı. Buna baxmayaraq, 11-ci əsrdən etibarən İtaliyanın şimali və mərkəzi regionlarında müxtəlif şəhər dövlətləri, dəniz respublikaları meydana gəldi ki, bu da ölkə ərazisində ticarət, kommersiya, bank sahələrində əməkdaşlıqla və öz növbəsində müasir kapitalizmə keçidlə nəticələndi. Bununla belə, Mərkəzi İtaliyanın əsas hissəsi teokratik Papa dövlətinin tabeçiliyində idi, Cənubi İtaliya bölgəsində isə 19-cu əsrə qədər feodal münasibətləri davam etdi. Avropaya yeni nəfəs verən İntibah dövrü də İtaliyada başladı və sonradan bütün Avropaya yayıldı. Həmin dövrdə Avropa xalqlarının yenidən humanizm, elm, coğrafi kəşflər, incəsənət kimi mühüm sahələrə marağı artdı. İtalyan mədəniyyəti dirçəldi, məşhur alimlər, rəssamlar, polimatlar meydana çıxdı. Orta əsrlər dövründə italiyalı tədqiqatçılar Uzaq Şərq və Yeni dünyaya aparan yeni marşrutlar kəşf etdi. Buna baxmayaraq, Aralıq dənizini kənarda qoyan yeni ticarət marşrutlarının açılması nəticəsində İtaliyanın ticari və siyasi gücünə ciddi zərər dəydi. İtaliya şəhər dövlətləri arasında əsrlər boyunca davam edən toqquşmalar və rəqabət onları zəiflətdi, İtaliyanı vahid dövlət halında birləşməyə imkan vermədi. Həmin şəhər dövlətlər isə müxtəlif Avropa qüvvələrinin işğalına məruz qaldı.

Bugün İtaliya mədəni və iqtisadi cəhətdən dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri hesab olunur, ÜDM reytinqinə görə dünyada səkkizinci, Avropa İttifaqı ölkələri arasında üçüncü pillədədir, həmçinin mərkəzi bankında olan qızıl ehtiyatının həcminə görə dünya ölkələri arasında üçüncü yerdə qərarlaşmışdır. İnsanların orta ömür müddəti, yaşam keyfiyyəti, səhiyyə və təhsil sahələrində qabaqcıl mövqedədir. Ölkə regional və qlobal səviyyədə iqtisadi, hərbi, mədəni və diplomatik sahələrdə məsələlərin həllində önəmli rol oynayır və böyük güc hesab edilən ölkələrdən biridir. Ölkə Avropa İttifaqı da daxil olmaqla, BMT, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Ümumdünya Ticarət Təşkilatı, Böyük yeddilər, G20, Avropa Şurası, Şengen zonası və bir çox başqa beynəlxalq təşkilatların qurucu və ya aparıcı üzvüdür. Ölkə uzun müddət incəsənət, musiqi, ədəbiyyat, fəlsəfə, elm və texnologiya, həmçinin dəb sahələrində qlobal mərkəz rolu oynamışdır. Öz mədəni zənginliyi ilə fərqlənən İtaliya Ümumdünya irsi siyahısında olan mədəni abidələrinin sayına görə də (55) ilk pillədədir və xarici turistlər tərəfindən ən çox ziyarət olunan beşinci ölkədir.

Roma İmperiyası (lat. Imperium Romanum) — e.ə. 27 — e. 476-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutan dövlət. Bu tarixi mərhələ qədim Roma dövlətində imperator Avqustun hakimiyyətini və ondan sonrakı dövrü əhatə edir. İmperiya dövründən əvvəl 500 il ərzində mövcud olmuş Roma Respublikası bir neçə vətəndaş müharibəsi nəticəsində zəifləmişdir. O dövrdə Qədim Romada baş vermiş bəzi hadisələr — Yuli Sezarın ömürlük diktator (e.ə. 44) təyin edilməsi, Oktavianın Aktium döyüşündə qələbəsi (2 sentyabr e.ə.31) və Roma Senatının onu şərəfli Avqust adı ilə təltif etməsi (16 yanvar e.ə.27) artıq Roma Respublikasının avtokratik imperiyaya keçidi ilə əlamətdardır.
Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə — 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur.

Venesiya Respublikası tarixi: Qədim dövrdə Adriatik dənizinin Şimal-Qərb sahillərində indiki İtaliyanın şimalında Romalılara yaxın olan Venet tayfası yaşayırdı. 697-ci ildə sakinlər Paulo Luçio Anafestonu ömürlük Başçı seçdilər. Daha sonra Anafestonun vəzifəsi Doj adı daşıyırdı. Hökumət əvvəlcə Qerakleyada daha sonra 742-ci ildə Malamokko şəhərinə köçürülmüşdür daha sonra 810-cu ildə səhralı Rialtoya köçdü (daha sonra burada Venesiya yarandı). 806-cı ildə Venesiya şəhərləri müvəqqəti olaraq Böyük Karlın imperiyasına daxil olmuşdur. Amma artıq 812-ci ildə Venesiya Dalmasiya daxil olmaqla Bizans İmperiyasına qaytarılmışdır.
Venesiya respublikası Bizans və Frank imperiyaları aralarında sərfəli və təhlükəsiz mövqeyindən istifadə edərək qısa bir müddətdə qüdrətli ticarətçi dövlətə çevrilmişdir. Venesiya flotu dəniz döyüşlərində Normanları və Sarasinləri məğlubiyyətə uğradırdılar daha sonra aşağı İtaliya deyilən yerdə Slavyanlar üzərində qalibiyyət qazanmışdılar.

XIX əsrin I yarısında İtaliyada siyasi pərakəndəlik, hökmdarların qeyri-məhdud hakimiyyəti, katolik kilsəsinin zülmü sosial-iqtisadi inkişafı ləngidirdi. İtaliyanın Lombardiya və Venesiya əyalətlərində Avstriyanın hökmranlığı, Romada papanın dünyəvi hakimiyyətinin qalması ölkənin birləşməsi yolunda ciddi maneə idi. İtaliya iqtisadi cəhətdən qabaqcıl Avropa ölkələrindən geri qalırdı.

Ölkənin iqtisadi cəhətdən ən inkişaf etmiş hissələri Sardiniya krallığına məxsus Pyemont və Avstriya hakimiyyəti altında olan Lombardiya idi. XIX əsrin 30-40-cı illərində bu vilayətlərdə sənaye çevrilişi başlanmışdı. İtaliyada ilk dəmir yolları çəkilirdi.

İtaliyada məhsul qıtlığı və sənaye böhranı 1846-1848-ci illərdə əhalinin vəziyyətini daha da ağırlaşdırmışdı. Burjuaziya və liberal zadəganlar içərisində müxalifətçilik əhvali-ruhiyyəsi artırdı.

Sardiniya kralı Avstriya ilə əlaqələri kəsərək Milana qoşun göndərdi. Lakin Avstriya ordusu əks-hücuma keçib Sardiniya qoşunlarını məğlub etdi və Milanda üsyanı yatırtdı.

Milanla eyni vaxtda Venesiyada da üsyan qalib gəldi. Venesiya müstəqil respublika elan edildi. Lakin Venesiyada da inqilab Avstriya qoşunları tərəfindən qan içində boğuldu.

XIX əsrin ortalarında İtaliyanın birləşdirilməsi uğrunda mübarizədə iki cərəyan formalaşmışdı. Cüzeppe Haribaldinin başçılıq etdiyi və xalqın əksər hissəsini təmsil edən inqilabi-demokratik cərəyan İtalyanı inqilab yolu ilə demokratik respublika halında birləşdirməyə üstünlük verirdi. Liberal mülkədarlar və burjuaziyanın təmsil olunduğu mötədil cərəyanın nümayəndələri isə ölkəni Sardiniya krallığı ətrafında konstitusiyalı monarxiya halında birləşdirməyə çalışırdılar. O dövrdə Sardiniya konstitusiyası olan yeganə dövlət idi. Mötədil cərəyana İtaliyanın görkəmli dövlət və siyasi xadimi Kamillo Kavur başçılıq edirdi.

İtaliyanın Sardiniya krallığı ətrafında birləşdirməyə çalışan kral müəyyən ərazilərin Fransaya verilməsi şərtilə Avstriyaya qarşı müharibədə III Napoleondan yardım ala bildi.

Firulliya,21)Boloniya.

İtaliyada ali təhsil sistemi əsasən universitetlərdən ibatərdir. Digər tip məktəblər də mövcuddur ki, bu incəsənət akademiyaları, konservatoriyalar və 2 pizan institutudur.

Bu məktəblərdə təhsil elmi-tədqiqat işlərinin aparılmasına istiqamətlənmişdir.

İtaliyada 47 dövlət universiteti və dövlət lisenziyası olan 9 müstəqil universitet vardır. Bu universitetlərdə 1.5 milyona yaxın tələbə təhsil alır və 60.000-dən çox professor dərs deyir. Yalnız Romada 5 universitet var və ən böyük Roma Sapienza Universitetində 200 minə yaxın tələbə təhsil alır.

İtaliyada dərs ili 2 semestrə bölünür. 1-ci semestr oktyabrın ilk günlərində, 2-ci semestr isə martın ilk günlərində başlayır.

Təhsil və elm sahəsində beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirən İtaliya bir çox ölkələrlə ali təhsil, tələbə və müəllim mübadiləsi, həmçinin birgə tədqiqatlar istiqaməti üzrə fəal əməkdaşlıq edir.

İtaliya dünyada rəqabətədavamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır. Ölkədə 95 universitet fəaliyyət göstərir. Bu ali məktəblərin 70 faizi dövlət universitetləridir. Universitetlərin nəzdində 12 ixtisaslaşmış institut fəaliyyət göstərir.

Ölkə universitetlərində kənd təsərrüfatı, arxitektura, iqtisadiyyat, əczaçılıq, hüquq, mühəndislik, humanitar fənlər, müasir dillər, təhsil, biotəbabət, tibb, baytarlıq, təbiət elmləri, fizika, riyaziyyat, siyasi elmlər üzrə bakalavr, magistr və doktor dərəcəli mütəxəssislər hazırlanır. Universitetlərdə tədris prosesi ilə yanaşı, tədqiqat işləri də həyata keçirilir. Ölkə universitetlərində təxminən 1,25 milyon tələbə təhsil alır.

İtaliyanın ən qədim ali məktəbi olan Boloniya Universitetinin təşəkkül tarixi XI əsrə təsadüf edir. Bu təhsil ocağı 1088-ci ildə təsis olunub. Universitetdə müxtəlif ixtisaslar üzrə 23 fakültə fəaliyyət göstərir. Bu ali məktəbin İtaliyanın İmola, Ravenna, Forli, Sezena, Rimini və Argentinanın Buenos-Ayres şəhərində filial mərkəzləri vardır.

Digər ən qədim ali məktəblərdən hesab olunan Padua Universiteti 1222-ci ildə, Naples Universiteti isə 1224-cü ildə təsis olunublar. Turin, Roma, Florensiya, Ferrara, Moderna universitetləri də İtaliyanın ən nüfuzlu ali məktəblərindən hesab olunur. Milanın Bokkoni Universiteti Vol Strit jurnalının apardığı reytinq sıralamasına görə dünyada fəaliyyət göstərən 20 ən yaxşı biznes ali məktəbi sırasına daxil olub.

Milan Universiteti tədqiqat işləri və tədris fəaliyyətinə görə beynəlxalq aləmdə ciddi şöhrət qazanıb. Bu universitet Avropa Tədqiqat Universitetləri Liqasının üzvüdür.

Bakalavr. Anqlosakson sistemində Bakalavr səviyyəsinə uyğun ilk diplomu laurea (C.L.) almaq üçün 3 il oxumaq tələb olunur. Filoloqlar bu dərəcəni 4 ildən sonra, kimyaçılar və memarlar 5 ildən sonra, həkimlər isə 6 ildən sonra ala bilərlər.

Magistratura. Magistraturaya uyğun olan növbəti dərəcə — Diploma universitario (C.D.U.) adlanır. Kurs 2 il davam edir. Həmçinin iki illik Scuole dirette a fini speciali ixtisaslaşma kursu var ki, bunun nəticəsində C.D.U.-ya oxşayan dərəcə almaq olar.

Doktorantura. Universitet məzunu təhsil aldığı ixtisasa görə 3 illik təcrübədən sonra doktoranturaya daxil ola bilər. Bunun üçün qəbul testindən keçmək lazımdır.

Universitetin birinci pilləsinə daxil olan xarici tələbələr qəbul imtahanı vermirlər. Buna baxmayaraq, hər bir italyan universitetinin dil üzrə xüsusi testlə imtahan həyata keçirir. Belə testlər adətən qrammatik suallardan, mətnin tərcüməsindən və müəllimlə söhbətdən ibarət olur.

İtalyan universitetlərinə daxil olmaq üçün aşğıdakılar lazımdır: — orta təhsilin olması + bakalavra daxil olanlar üçün 1 və ya 2 il ali məktəblərdə təhsil almaq;- italyan dilinə sərbəst yiyələnmək haqqında testdən keçmək (başlanğıcdan irəliləyənə kimi 9 ballı şkalaya görə 6 səviyyə ); CILS — italyanca vahid imtahan. İmtahana qəbul olma vaxtı — iyun və dekabrdır. www.exams.ru/it/cils.html — saytdan imtahan haqqında məlumat əldə etmək olar;- göstərilən ixtisaslar üzrə universitetə qəbul olmaq üçün sentyabrın əvvəlində uyğun olan tibb, stomatologiya, əczaçılıq, memarlıq, hüquqşünaslıq, mühəndislik ixtisasları üzrə qəbul imtahanı vermək lazımdır;- sənədlərin verilməsi üçün yalnız bir italyan ali məktəbi seçmək olar. Qəbul imtahanının uğurla verildiyi halda 5 noyabrdan gec olmayaraq gəlmə sənədlərin qeydiyyat prosesi dayandırılır.

RAİ (Radio Televisione Italiana) — İtaliyanın hökumətə bağlı milli kanalıdır. Ayrıca iki böyük müstəqil televiziya kanalı (Mediaset (sahibi Silvio Berluskoni) və Sky Italia) ilə rəqabət edən İtaliyanın ən böyük televiziya kanalıdır.

İtaliya əhalisi təxminən 59 milyondur. Etnik qruplar; italyanlar — 94%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar. Orta uzunömürlülük (2018-ci il üçün); kişilərdə — 82.5 yaş, qadınlarda — 85 yaş.

Ölkənin 90%-ni katoliklər, 10%-ni isə protestant, yəhudi və müsəlmanlar təşkil edir.

İqlimi subtropik və mülayim Aralıq dənizi iqlimidir. İqlimin müxtəlifliyi coğrafi uzunluqla izah edilir. Italiyanın şimalında, Padan ovalığında subtropikdən mülayimə keçid iqlimi hökm sürür — isti yay (iyul +22C + 24 °C) və soyuq qış (yanvar, təxminən 0). Italiyanın ada hissəsində iqlim Aralıq dənizi iqlim tipidir, ilin 2/3 hissəsi orada açıq mavi səma, isti və quru yay (iyulda +26C), qış idə isti və mülayim hava (yanvarda +8C +10C) müşahidə olunur. Alp dağlarını çıxmaq şərtilə qar nadir hallarda yağır. Alp dağlarında 1500 m.-dən hündür ərazilər ilin 200 günü qar ilə örtülüdür.
Yarımadanın cənubunda martdan oktyabra kimi quru, isti Saxara küləyi- sirokko əsir. Bu dövrdə temperatur +35 °C kimi yüksəlir.

İtaliya öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin böyük yeddiliyini qapayır. Adambaşına ÜDM göstəricisi İtaliyada 32956 (BVF) dollardır (nominal). Avropada iqtisadi cəhətdən dördüncü, dünyada isə 7-ci ən böyük ölkə İtaliyadır. Dünyada ilk 10 ən böyük məhsul ixracatçısından biri də İtaliyadır. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 3-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya, Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır.

İtaliya 300 min kvadrat kilometr ərazidə yerləşən iri döv­lətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fransadan, İspaniya dan və Almaniyadan geri qalır. İtaliya əhalisinin sayı 58 milyon nəfərdir. Onların 94%-i ital­yanlardır. Əslən İtaliyadan olanların 20 milyondan çoxu xa­ricdə yaşayır (əsasən ABŞ-da, Fransada, AFR-də və Argentinada). İtaliya faydalı qazıntı sarıdan kasıb dövlətlər sırasındadır. Ona görə də ölkə yanacaq idxalından, sənaye və kənd təsərrüfatı xammalının, meşə mate­rial­larının idxalından kifayət qədər güclü asılılıqda qalır, emaledici sənaye isə əsasən idxal olunan xammalla işləyir. İta­liyanın iqtisadi-coğrafi vəziyyəti — Aralıq dənizi hövzəsinin mərkəzi (Avropanın cənubu, Apennin yarımadası və ona bitişik olan adalar, bu adaların iriləri — Siciliya və Sardiniya) — hələ qədimdən Avropa ölkələri ilə, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələri ilə xarici iqtisadi əla­qə­lərin inkişafına şərait yaradırdı. Bundan başqa, Şimal və Cənub arasında tarixən təşəkkül tapmış regional müxtəlifliklə şərtlənən italyan modelinin spe­si­fikliyi ölkənin xarici əlaqələrinin inkişaf etdirilməsini və möh­kəm­ləndirilməsini diktə edir.

İkinci dünya müharibəsindən sonra İtaliya iqti­sadiyyatı çox möhkəmləndi. Ölkə dünya bazarında bərqərar oldu və kök saldı. Kapitalın yığılma sürətinə görə İtaliya yalnız Yaponiyadan geri qalırdı. Müharibədən sonrakı dövr­də İtaliya ÜDM-in orta illik artım sürətinə və əmək məhzu­l­darlığına görə Qərbi Avropanın aparıcı ölkələri arasında ikinci (AFR-dən sonra), bütün Qərb dünyasında dördüncü idi. Bununla yanaşı, tarixi, siyasi və sosial xarakterli bir sıra səbəblər iqtisadi inkişaf prosesini sən­gidirdi. Ona görə də iqtisadiyyatın inkişaf dinamikası isteh­salın yüksək inkişaf sürəti və iqtisadi enişlərin, staq­na­siyaların növbələnməsi ilə xarakterizə olunurdu. XX əs­rin axırıncı onilliyində və XXI əsrin əvvəlində ölkə üçün ÜDM-in kifayət qədər stabil inkişaf templəri xarakterikdir.

Meyvə, tərəvəz, üzüm, kartof, şəkər çuğunduru, soya, buğda, zeytun, mal əti, süd məhsulları, balıq.

Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma — Petr, Milan — Amvrosiy, Turin — İoann və s.

İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də.

İtaliya Respublikasının xarici işlər nazirliyinə nazir başçılıq edir. Ona bilavasitə tərkibində hüquqi şöbə və parlamentlə əməkdaşlıq üzrə şöbə olan katiblik, həmçinin daxili nəzarət xidməti tabedir. XİN vəzifə pilləsində
növbəti şəxs XİN ali məmurlarından ibarət xarici işlər üzrə Şura ilə sıx işləyən dövlət katib yardımçısıdır. Ardıcılıqla sonra baş katib və ona yardım edən baş katibin müavini gəlir. Nazirliyin strukturu üç departamentdən ibarətdir: xarici siyasi fəaliyyətinin koordinasiya departamenti, xarici siyasi təhlil və planlaşdırılma departamenti; əməliyyat işi departamenti. Öz növbəsində, departamentlər idarələrə bölünürlər. Xarici siyasi koordinasiya departamentinə Avropa idarəsi, Amerika idarəsi, aralıq dənizi və Yaxın Şərq ölkələri idarəsi, Asiya, Okeaniya, Sakit okean və Antarktida idarəsi daxildir.
Xarici siyasi təhlil və planlaşdırılma departamentinə aşağıdakı idarələr daxildir: avropa inteqrasiya idarəsi; çoxtərəfli siyasi münasibətlər və insan hüquqları idarəsi; çoxtərəfli iqtisadi və maliyyə əməkdaşlığı idarəsi; mədəniyyət sahəsində əməkdaşlıq idarəsi; konsulluq idarəsi; əməkdaşlığın inkişafı üzrə idarə; kadrlar idarəsi; inzibati idarə.

Üçüncü departamentə İtaliya Respublikasının dövlət protokolu xidmətləri, nazirlik və xaricdəki diplomatik nümayəndəliklər üzrə müfəttişlik, informasiya və mətbuat idarəsi, müqavilə-hüquq idarəsi, sənədləşmə və arxivlər idarəsi, informasiya texnologiyları idarəsi və Diplomatiya institutu daxildir.




#Article 63: İsveç (1305 words)


İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) - Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir.

İsveçin uzun müddətli müstəqillik ənənələri var, ölkə öz müstəqilliyini hələ orta əsrlərdə əldə etmişdir. XVII əsrdə İsveç öz torpaqlarını genişləndirərək imperiya halına gətirmişdir. Lakin sonradan XVIII və XIX əsrlərdə İsveç öz ərazilərinin çox hissəsini itirmiş, ölkənin şərq torpaqlarının demək olar hamısı Rusiya tərəfindən işğal olunmuşdur. İsveçin daxil olduğu sonuncu müharibə 1814-cü ildə baş verib, həmin tarixdən bəri İsveç bütün müharibələrdə neytral mövqe tutmaqdadır.

Orta əsrlərdə indiki İsveç ərazisində vikinqlərin güclü dövləti mövcud idi. Vikinqlər VIII əsrdən başlayaraq üç əsr müddətində İsveçdə hakim qüvvə olmuşlar. Onların hakimiyyəti XI əsrdə xristianlıqın yayılması ilə başa çatmışdır. Müasir İsveç dövləti 1397-ci ildə yaradılmış Kalmar Birliyinin XVI əsrdə dağılmasından sonra yaranmışdır. İsveçin müstəqil krallıq kimi formalaşmasında kral Qustav Vusanın əhəmiyyətli rolu olmuşdur. Qustav Vasa 1523-cü ildə hakimiyyətə gəldikdən sonra Roma Katolik Kilsəsi ilə əlaqəni kəsmiş və kilsədə reformasiyaya başlamışdır. 1527-ci ildə kilsəyə məxsus torpaqlar ondan alındı. 1538 və 1558-ci illərdə vergi sistemində dəyişikliklər edildi. Ölkənin xarici ticarətini əldə saxlayan monopolist qüvvələr ölkədən qovuldu. Kral Qustavın dövründə İsveç dünyada ilk müasir ordu quruculuğuna başlayan ölkə oldu. İsveç Vasa sülaləsinə malik hökmdarlar tərəfindən 1523-1654-cü illərdə idarə olunurdu. Kral Qustav müasir İsveçin qurucusu hesab olunur. 

XVII əsrdə İsveç Avropada superdövlət olaraq yüksəlməyə başladı. Bundan əvvəl İsveç şimalda yerləşən, seyrək əhaliyə malik kasıb bir ölkə idi. İsveç imperiyası kral Qustav II Adolfun dövründə yüksəlməyə başladı, o Rusiya və Reç Pospolita ilə 30 illik müharibə nəticəsində böyük ərazilər işğal etdi. Həmçinin bu müharibə nəticəsində İsveç Müqəddəs Roma imperiyasına daxil olan dövlətlərin yarısını işğal etdi. Kral Qustav II Adolf Müqəddəs Roma imperiyasını tamamilə işğal edərək onun yeni imperatoru olmaq istəyirdi. Lakin o buna nail ola bilmədi, 1632-ci ildə imperator Lützen döyüşündə öldürüldü. Bu müharibə nəticəsində Almaniyaya böyük ziyan dəydi, İsveç qoşunları Almaniyanın üçdə birini tamamilə xaraba qoydu. Müharibədən sonrakı dövrdə İsveç imperiyası Danimarkanı, Finlandiyanı, Baltikyanı ölkələri, Şimali Almaniyanın bəzi ərazilərini ələ keçirdi. 1720-ci ildə İsveçin əhalisi (işğal olunmuş əraziləri saymadan) 1.4 milyon nəfər idi, əhalinin böyük əksəriyyətinin məşğuliyyəti isə əkinçilik olaraq qalmışdı.

İsveçin əsas şəhərləri Stokholm, Göteborq və Malmödür.

İsveç Şimali Avropada, Baltik dənizi ilə Botnik körfəzi arasında yerləşir. Çox uzun (təxminən 8000 km) sahil zolağına malikdir. Qərbdə İsveçi Norveçdən ayıran Skandinav Dağları yerləşir. 449,964 km2 əraziyə malik olan İsveç, dünya sıralamasına görə 55-ci, Avropada isə 4-cü yeri tutur. Ərazisinin 65%-i meşələrdən ibarətdir. Ərazisinin 9%-i çay və göllərdən ibarətdir.

İsveç Skandinaviya yarımadasının 5/8 hissəsini tutur. Şimal-qərbi dağlıqdır. Kjölen dağları və Skandinaviya Alplarının şərq yamacları bu hissədədir. Kjölen dağında İsveçin ən yüksək təpəsi olan Kebneka (2123 m) yerləşir. Şimal bölgəsində çoxlu çaylar vardır. Bu çaylar cənubda Bothnia körfəzində tökülür. Əsas çayları Klark, Une, Angerman, Dal, İndals, Pite, Lüle, Kalij, Torn və Skellettedir. Kjölen dağlarının yüksək yamaclarında yüzlərlə kiçik buzlaq düzənlikləri vardır. Böyük göllər hissəsini bir çox göl meydana gətirmişdir. Bu göllərdən ən böyüyü 5545 km²-lik Vanern gölüdür. Digər əhəmiyyətli gölləri isə Vattern, Jalmar və Malardır. Qumlu sahil olan Czania istisna olmaqla, İsveç sahilləri qayalıq və kiçik adalarla doludur. Baltik dənizində olan Scania, Gotland və Oland adaları düz torpaqlardan meydana gəlmişdir.

İsveç şimalda - Sibirlə eyni en dairəsində yerləşməsinə baxmayaraq mülayim iqlimə sahibdir. Qışda havanın temperaturu bəzən -50 dərəcəyə qədər düşür. İsveçin iqlimi 3 tipə ayrıla bilər. İsveçin cənub ərazilərində okean iqlimi, mərkəzi hissələrində quru kontinental iqlim və şimalda olan subarktik iqlim mövcuddur. 

İsveç mədən qaynaqları baxımından zəngin bir ölkədir. Xüsusilə dəmir filizi başlıca yer tutur. Mis və sink baxımından zəngin olan İsveçdə qızıl, gümüş, volfram, nikel və kömür yataqları var.

İsveç ixrac yönümlü, kapitalizm ilə sosializmin qarışmasından ibarət, yaxşı təşkil olunmuş xarici və daxili kommunikasiyaları olan iqtisadiyyata malikdir. İqtisadiyyatının əsasını təşkil edən resurslar meşələr, hidroelektrik stansiyaları və dəmir filizidir. Əsas məhsulları maşınlar, tibbi ləvazimatlar, ağac məhsulları və telekommuniksiyalardır. Hər iki dünya müharibəsində neytral mövqedə durması onun iqtisadiyyatını dağılmaqdan xilas etmiş və inkişafının davamlı olmasını təmin etmişdir. İsveç dünyada ən yüksək həyat şəraitinə malik ölkələrdən biridir, bununla bərabər ölkədə çox yüksək vergilər mövcuddur. Vergilərin yüksəkliyinə görə İsveç dünyada Danimarkadan sonra ikinci yeri tutur. 2009-cu il məlumatlarına görə Ümumi Daxili Məhsulu 333 milyard dollar olmuşdur, bunun 76%-i xidmət sahələrinin, 23%-i sənayenin, 1 faizi isə kənd təsərrüfatı məhsullarının payına düşür. Ölkədə əmək qabiliyyətli insanların sayı 4.9 milyon nəfərdir, onların üçdə biri ali məktəb təhsili almış şəxslərdir. İsveçin pul vahidi İsveç Kronudur, 2003-cü ildə avronun əsas pul vahidi kimi qəbul olunmasına dair keçirilən referenduma gələnlərin əksəriyyəti bunun əleyhinə səs verdilər. İsveçin əsas xarici ticarət partnyorları Almaniya, Böyük Britaniya, Danimarka, ABŞ və Norveçdir. İşsizlik İsveçdə həmişə aşağı olmuşdur, bu göstərici uzun müddət 4-5% arasında dəyişirdi. Lakin son illər dünyada baş verən iqtisadi tənəzzülə görə 2009-cu ildə işsizlik ölkədə 9%-ə qədər qalxıb, 15-25 yaş arasında olan gənclərdə isə bu göstərici hətta 30%-dir.

İsveçin enerji istehsalı özəl şirkətlərin əlindədir. İstehsal olunan elektrikin 44%-i Su Elektrik Stansiyalarının, 47%-i isə Atom Elektrik Stansiyalarının payına düşür. Bununla yanaşı bioyanacaq, torf kimi yanacaqdan alınan enerji 9%, külək enerjisindən alınan elektrik enerjisinin payı isə 1% olub. Bioyanacaqdan ancaq istixanalarda yaşayış sahələrini qızdırmaq üçün istifadə olunur. Bundan başqa İsveç 2025-ci ilə kimi neft və neft məhsullarından istifadəni tamamilə dayandırmaq qərarını verib.  

İsveçdə rəsmi dil İsveç dilidir, bu dil Danimarka və Norveç dilinə çox yaxındır. Rəsmi dil İsveç dili olsa da, fransız, alman və fin dili də işlədilir. Finlər İsveçdə rəsmi olaraq tanınmış milli azlıqdır, həmçinin Fin dili etnik azlıqların dili kimi rəsmi olaraq tanınıb. Bundan başqa isveçlilərin böyük əksəriyyəti ingilis dilini başa düşür və həmin dildə danışa bilir. Və qloballaşmanın təsiri ilə daha çox ingiliscə danışılır.

XI əsrə qədər isveçlilər bütpərəst sayılırdılar. İsveç bütpərəstlərinin mərkəzi Uppsala şəhərində yerləşən məbəd idi. XI əsrdə ölkə xristianlğı qəbul etdi, bütün digər dinlər isə qadağan olundu. Bu qadağa XIX əsrin sonuna qədər qüvvədə qaldı. XVI əsrdə isə ölkədə reformasiya dalğası başlandı. Roma-Katolik Kilsəsi ləğv olundu, dövlət və din bir-birindən ayrıldılar. Lakin ölkədə din azadlığı yalnız 1951-ci ildə yarandı. Həmin tarixə qədər isə İsveçdə hər hansı insanın xristianlıqdan çıxması qəti olaraq qadağan idi. 2000-ci ildə isə rəsmi olaraq dövlət dindən ayrıldı. 2009-cu il statistikasına görə İsveç əhalisinin 71.3%-i xristianlğın Lüteran məzhəbinə məxsus idilər, bu rəqəm son 20 ildə hər il davamlı olaraq 1% azalmaqdadır.

İsveçdə ən sürətlə yayılan din isə İslam dinidir. Son illər çoxlu sayda müsəlman immiqrantın ölkəyə axın etməsi və onlar arasında təbii artımın yerli isveçlilərə nəzərən daha yüksək olması bunun əsas səbəbləridir. 2009-cu ildə İsveçdə müsəlman əhalinin sayı 500.000 nəfər çatmışdır ki, bu da ümumi əhalinin 5%-nə bərabərdir. Müsəlman əhalinin ən sıx toplandığı şəhərlər Stokholm və Malmödur. Tək Malmö şəhərinin əhalisinin 25%-ni müsəlmanlar təşkil edir. Son illər İsveçdə müsəlmanların sayının artması ilə əlaqədar olaraq müsəlmanlara və İslama qarşı irqçi hücumların sayı kəskin şəkildə artmışdır.

İsveçdə həmçinin 300 ilə yaxın bir müddətdə yəhudi diasporası mövcud olmuşdur. Hal-hazırda onların bir çoxu İsrailə köçsə də, İsveçdə qalanların sayı təxminən 20.000 nəfərdir. Bundan başqa azsaylı buddist, hinduist və siqh diasporaları mövcuddur.

İsveç Silahlı Qüvvələri (Försvarsmakten) İsveç Müdafiə Nazirliynə tabe olan və hərbi əməliyyatların keçirilməsinə cavabdeh olan dövlət qurumudur. Əsas öhdəlikləri ölkə daxilində və xaricində hərbi qüvvələrin hazırlanması və yerləşdirilməsidir. Silahlı qüvvələr üç yerə ayrılırlar. Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Donanması. Soyuq Müharibə dövründə İsveçin daimi hərbçilərinin sayı 45.000 nəfər olsa da, hal-hazırda bu rəqəm 15.000 nəfərə enib. Soyuq Müharibə illərində yüksək döyüş hazırlığında olan İsveç Ordusu, müharibə başlayacağı təqdirdə 1 milyon nəfərlik ordu yığmağa hazır vəziyyətdə idi. Hal-hazırda isə bu rəqəm 60.000 nəfərə endirilib. Həmçinin 1 İyul 2010-cu ildən qüvvəyə minən qanuna görə İsveç Ordusu tamamilə könüllü əsgərlərdən ibarət olacaq. Həmçinin Soyuq Müharibənin bitməsi ilə ordudakı xidmət edən kişi əsgərlərin faiz nisbəti azalıb, qadın əsgərlərin sayı isə artıb.

Beynəlxalq aləmdə İsveçin tanınan şirkətləri arasında bunları sadalamaq mümkündür: Volvo, Saab, Atlas Copco, Ikea, Absolut, Scania.

İsveç musiqi sahəsində də inkişaf etmişdir.  ABBA, Roxette, The Cardigans, Opeth qrupları beynəlxalq arenada tanınmışlar.




#Article 64: İsveçrə (1643 words)


İsveçrə (, , , ) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (, , , ) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir. İsveçrə ümumi ərazisi 41,285 kvadrat kilometr təşkil edən, coğrafi cəhətdən Alp dağları, İsveçrə platosu və Yura dağları arasında yerləşən ölkədir. Alp dağları ölkənin böyük hissəsini əhatə edir. Əhalinin sayı təqribən 8 milyon nəfərə çatır ki, bunun da əksər hissəsi İsveçrə platosunda yaşayır. Ölkənin ən böyük şəhərləri hesab edilən Sürix və Cenevrə də həmin platoda yerləşmişdir.

Qədim İsveçrə Konfederasiyasının əsasının qoyulması orta əsrlər dövrünə təsadüf edir. Avstriya qraflığı və Burqundiya hersoqluğuna qarşı həyata keçirilən ardıcıl hərbi uğurlar nəticəsində həmin konfederasiyanın əsası qoyulmuşdur. 1648-ci ildə imzalanmış Vestfaliya sülhü nəticəsində İsveçrənin Müqəddəs Roma İmperiyasından ayrılaraq müstəqillik əldə etməsi formal olaraq tanınmışdır. İsveçrə Konfederasiyasının uzun bir silahlı tərəfsizlik tarixi vardır. Bu ölkə 1815-ci ildən bu yana heç bir müharibədə iştirak etməmiş və yalnızca 2002-ci ildə BMT-yə üzv olmuşdur. Buna baxmayaraq, İsveçrə hal-hazırda aktiv xarici siyasət yürüdür və tez-tez dünya miqyasında sülh yaratma missiyalarında iştirak edir. Bu ölkə eyni zamanda Qırmızı Xaçın yaradıldığı ölkədir və BMT-nin ikinci böyük mərkəzi olan Cenevrə ofisi də daxil olmaqla bir çox beynəlxalq təşkilata ev sahibliyi edir. Avropa səviyyəsində Avropa Sərbəst Ticarət Birliyinin qurucu üzvlərindəndir və Şengen zonasına daxildir. Buna baxmayaraq, Avropa İttifaqı, Avropa iqtisadi zonası və ya Avrozonanın tərkib hissəsi deyil.

İsveçrə dörd mühüm linqvistik və mədəni regiondan ibarətdir: alman, fransız, italyan və roman. Əhalinin əksər hissəsi alman dillidir. İsveçrə Konfederasiyasının qurulması tarixi ənənəvi olaraq 1 avqust 1291-ci il olaraq qəbul edilir və hər il bu tarix İsveçrə Milli Günü olaraq qeyd edilir.

İsveçrə dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri hesab olunur. Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən İsveçrə adambaşına düşən zənginlik səviyyəsinə görə ilk yerdə, adambaşına düşən ÜDM həcminə görə isə səkkizinci yerdədir.

Fransa ilə digər ölkələr arasında döyüş çıxdıqdan sonra İsveçrə, Avstriya və Rusiya kimi başqa qüvvətlər tərəfindən də işğal edilmişdi. İsveçrəlilər, mərkəzi hökuməti dəstəkləyən Respublikaçılar və kantonların avtonomluğunun təkrar verilməsini istəyən Federalistler arasında ikiyə bölünmüşdü. Napolyon Bonapart, hər iki tərəfin qabaqda gələn siyasətçilərini 1803-cü ildə Parisdə bir yerə gətirdi. Bu yığıncağın nəticəsində İsveçrənin avtonomluğunu böyük nisbətdə geri verən və 19. kantondan ibarət olan bir Konfederasiyası quran Vasitəçilik Qanunu çıxmışdır. 1815-ci ildə Viyana Konqresi ilə İsveçrənin müstəqilliyi və tərəfsizliyi bütün Avropa gücləri tərəfindən tanınmışdır. Bu tarixdə, Valais, Neuchatel və Cenevre kantonlarının federasiyaya qatılmasıyla birlikdə İsveçrə tarixdəki ən son genişləməyi reallaşdırmışdır.

Vətəndaş müharibəsidən sonra İsveçrə referendum tətbiqinə keçdi və 1849-cu ildə federal konstitusiya qəbul edildi. Bu konstitusiya ilə mərkəzi nüfuz qurulur və kantonlar yerli mövzularda öz özlərini idarə edə bilirdilər. Əhali artımı, Sənaye İnqilabı və tək pul vahidi istifadə edilməsi səbəbiylə 1872-ci ildə bu konstitusiya əhəmiyyətli nisbətdə düzəldilmişdir. Bu konstitusiyayla müdafiə etmə, ticarət və qanuni mövzularda federal məsuliyyət də təşkil edilmişdi.

İki palatalı İsveçrə parlamenti Federal Məclis, Federal Şuradan ayrı olaraq təməl iqtidar mərkəzindən ibarətdir. Federal Məclisi meydana gətirən Əyalətlər Şurası və Milli Şura qanun çıxarmaq da daxil olmaq üzrə hər baxımdan bərabər gücə malikdir.

Əyalətlər şurasının 46 üzvü (hər kantondan iki və yarım kantondan bir olmaq üzrə) bir başa hər kantonda seçilir. Milli Şuranın 200 üzvü isə nisbi təmsil əsaslarına söykənərək seçilər. Hər iki məclisə seçilənlərin vəzifə müddəti 4 ildir. Referendumlar yoluyla hər vətandaş federal hökumət tərəfindən qəbul edilmiş qanunların etibarlılığını sorğulaya bilər və federal konstitusiyaya düzəltmə edilməsini istəyə bilər. Bu haqqlar İsveçrəni doğrudan demokratiya tətbiq olunan bir ölkə olmasını göstərir.

İcra etmə və dövlət başçılığı vəzifəsi yeddi üzvdən ibarət olan Federal Şurada toplanmışdır. Hər nə qədər konstitusiyaya görə Məclis Şura üzvlərini seçsə və nəzarət etsə də, qanunuma müddətini istiqamətləndirmə və federal qanunları tətbiq mövzusunda Federal Şura yavaş yavaş qabaqda gələn bir rola qovuşmuşdur. Xüsusi təmsil vəzifələrini icra etmək üzrə şurası meydana gətirən yeddi adam içindən bir adam bir illiyinə İsveçrə Konfederasiya Başçısı olaraq seçilər.

Federal Yüksək Məhkəmənin vəzifəsi kanton məhkəmələrindən gələn şikayətlərə və federal rəhbərliyin administrativ qərarlara baxmaqdır. Yüksək Məhkəmə hakimləri, altı illik vəzifə müddəti üçün Federal Məclis tərəfindən seçilir.

İsveçrədə üç əsas vilayət vardir : İsveçrə Alpları, İsveçrə platosu, və Jura Dağları. Alplar, ölkəni orta və cənubundan qət edən yüksək sıra dağlarıdır. İsveçrə Alplarının yüksək dorukları arasında (ən yüksək zirvəsi 4.634 metrlik Dufour Zirvəsidir) bəzilərində buzlaq olan saysız vadi yer alır. Buradan mənbəyini götürən Reyn, Rhône, Inn, Aare və Ticino kimi Avropanın başlıca çayları Cenevre Gölü, Sürix Gölü, Neuchatel Gölü və Konstanz Gölü kimi göllərə tökülür.

Ölkənin daha sıx əhaliyə sahib olan şimal hissəsi daha düzənlik də olsa şimal-qərbdə olan daha kiçik Jura Dağları kimi dağlıq da ola bilər. İsveçrənin iqlimi ümumiyyətlə mülayim olsa da, yüksək dağlardakı çətinlikli şərtlərdən İsveçrənin cənub ucundakı isti Aralıq dənizi iqliminə qədər bölgədən bölgəyə dəyişiklik göstərir.

Yüksək dağlarla ayrılan bir çox vadinin varlığı səbəbiylə İsveçrənin ekosistemleri çox həssasdır və az qala hər vadidə özünə xas ekologiyalar meydana gəlmişdir. Dağlıq bölgələrdə də digər yüksəkliklərdə tapılmayan zəngin bir bitki örtüyü vardır.

 

Əhalinin yaş strukturu:

Əhalinin orta yaşı

orta: 40,7

kişilər: 39,6

qadınlar: 41,7

İsveçrədə ölkə miqyasında bir dövlət dini olmasa da, Cenevre və Neuchatel kantonlarının xaricindəki bütün kantonlarda vergiləndirmə yoluyla Roman Katolik, Köhnə Katolik, ya da İsveçrə İslahat Kilsələri dəstəklənir.

İsveçrədə ən məşhur din 44 % ilə Roma Katolik Kilsəsidir. Ardından 38,5 % ilə protestantlıq gəlir. İmmiqrantlar ilə birlikdə 4,3% -lik bir müsəlman əhali ilə 1,8%-lik bir ortodoks əhali də yerləşmişdir. Fərqli dillərdə danışan əhaliyə sahib olan İsveçrənin sabitlikli və bitərəf bir ölkə olması, bu ölkənin bir konsensus, ya da ahəng dövləti olaraq təyin olunmasına gətirib çıxarmışdır.

Tarixi olaraq ölkə katoliklər və protestantlar arasında təxminən bərabər olaraq dağılmışdır. Hətta Appenzell kimi bəzi kantonlar rəsmi olaraq katolik və protestant hissələrə ayrılmışdır və bir çox kəndin girişində üstün olan din, bu kənd katolikdir və ya protestantdır adlı plakatlar asılmışdır. Ancaq bəzi ümumi modellər də var. Böyük şəhərlərarasında paytaxt Bern, bankçılıq mərkəzi Sürix və Bazeldə protestantlıq daha uütün olsa da Lüzern kimi digər şəhərlər əksəriyyətlə katolikdir. Cenevrə ilk Calvincilik mərkəzi olaraq tanınmışdır və dünyadakı fransızların əksəriyyətinin katolik olmasına baxmayaraq Fransız İsveçrəsinin əksəriyyəti protestantdır. Digər tərəfdən İsveçrənin quruluşunda olan Almanca danışılan Schwyz, Uri, və Unterwalden kantonlarıyla İtalyanca danışılan Ticino kantonu ümumiyyətlə katolikdir.

İsveçrənin mədəniyyəti qonşuları tərəfində çox təsirləndisə də illər boyunca əhəmiyyətli regional fərqliliklər göstərən özünə xas bir mədəniyyət meydana gəlmişdir. Xüsusi olaraq Fransızca danışılan bölgələrə Fransaya, Almanca danışılan bölgələr Almaniyaya və İtalyanca danışılan bölgələr də İtaliyaya, ölkələrindəki digər bölgələrdən daha yaxındır. İsveçrədəki qüvvətli bölgəçilik səbəbiylə homogen bir İsveçrə mədəniyyətindən danışmaq mümkündür.

Mədəni olaraq aktiv olan bir çox İsveçrəli, ölkələrindəki məhdud imkanlar səbəbiylə xaricə çıxmağı seçmişdir. Eyni zamanda İsveçrənin tərəfsizliyi və aşağı vergi nisbətləri də bütün dünyadan bir çox yaradıcı insanı bu ölkəyə çəkmişdir. Döyüş zamanlarında siyasi sığınma ənənəsi bir çox sənətçinin bu ölkəyə gəlməsində köməkçi olarkən indiki vaxtda bunu aşağı vergi nisbətləri təmin etməkdədir.

İsveçrə homoseksualların həm dini, həm də dövlət nikahına icazə verilən ilk dövlətdir. İsveçrə hökuməti homoseksualların rəsmi nikahına 1 may 2009-cu ildə icazə vermişdi. Bunun ardınca, kilsə də homoseksualların yolunu açaraq, 22 oktyabr 2009-cu il tarixli qərarı ilə dövlətin qərarını dəstəkləmişdir. Müqəddəs Sinodun 250 üzvünün 70 faizi qərarın lehinə səs verib. Qərar 1 noyabr 2009-cu il tarixdən qüvvəyə minəcək. May ayında parlamentdəki müzakirələri təqdir edən Kilsə, qərar vermək hüququnu sinoda həvalə etmişdi. İsveçrədə kilsə dövlətdən 2000-ci ildə ayrılıb.

İsveçrədə ibtidai və orta məktəblər dövlət və özəl məktəblərə ayrılırlar.

Burada 120-ə yaxın kollec var. Kolleclər peşəkar təhsil verirlər.

İsveçrədə universitetlər əsasən dövlət universitetləridirlər. 7 kanton (inzibati ərazi bölgüsü) universitet – Bazel, Bern, Friburq, Cenevrə, Lozan, Nevşateli, Sürix və Sant-Qallendə, 2 kanton universitet statuslu ali məktəb isə Lüsern və Luqanoda yerləşir. Bu şəhərlərdə iki politexnik məktəbləri də var.
Ən böyük ali məktəb 20 min tələbənin təhsil aldığı Sürix universitetidir. Burada xarici tələbələr 15-20% təşkil edir. Təhsil müddəti 4-6 ildir. İsveçrənin alman-dilli bölgələrindəki universitetlərdə tədris alman dilində, fransızdilli bölgədə isə fransız dilindədir. Lakin Friburq Universiteti istisnalıq təşkil edir. Belə ki, burada ikidilli tədris var. Fransız dilli universitetə daxil olmaq  (yalnız orta məktəbi bitirmək haqqında şəhadətnamənin olması və xaricilər üçün təşkil olunmuş imtahanı vermək kifayət edir) alman dilli universitetə (rus ali məktəblərində ən az iki illik təhsil tələb edilir) daxil olmaqdan nisbətən asandır.

İsveçrənin dil məktəbləri bir neçə xarici dil: fransız, alman, italyan və ingilis dil kursları təklif edirlər. Montredəki CL Study Centre kimi bəzi məktəblərdə paralel olaraq iki dil öyrənmək mümkündür.

İsveçrənin ali məktəb və universitetlərində tələbələrin sayı günbəgün artır. Buna görə də qəbul olmaq hər bir xarici vətəndaşa nəsib olmur. Burada tibbin hər sahəsini və farmakologiyanı oxumaq isə tamamilə qeyri-mümkündür. Səbəb boş yerin olmamasıdır.

İsveçrədə 12 universitet və ali məktəb 10 kanton universitet, 2 federal politexnik məktəb – Ecole Federale Polytechnique (EPFL) və bir neçə bu tip ali məktəb fəaliyyət göstərir. Bazel, Bern, Sant-Qalen, Sürix, həmçinin Sürixin Federal Politexnik Universiteti və Lusernin ali məktəbi Universitare Hochschule Luzern İsveçrənin alman bölgəsində yerləşirlər.

Cenevrə, Lozanna və Friburq (bəzi fənlərdə təhsil alman dilində aparılır) Neuchatel və Ecole Politechnique Federale de Lausanne İsveçrənin fransız bölgəsində yerləşirlər.

İtalyan Universiteti Luqano ölkənin italyan bölgəsində yerləşir.

Bir tədris ili 2 semestrə bölünür: qış semestri – oktyabrın son həftəsindən fevralın ortalarına qədər; yay semestri, universitetdən asılı olaraq martın/aprelin ortalarından iyun/iyulun ortalarına qədər.

Birinci akademik imtahana qədər təhsil müddəti 4-5 ildir. Tibb təhsilinə gəldikdə isə bu 6 il davam edir.

Təhsili bitirdikdə akademik sənədlər – lisenziya, diplom, doktorluq dərəcəsi verilir. Lisenziya və diplom (Bu sənədlər İsveçrədə verilir) ABŞ-da verilən Master degree ilə eynilik təşkil edir. Doktorluq dərəcəsinə qədər təhsilin davam etdirilməsi üçün universitetlərin çoxu namizəddə lisenziyanın olmasını tələb edir.  Qeyd olunan universitetlərdən başqa, anqlo-saks modelində özəl universitetlər də fəaliyyət göstərir ki, bu ali məktəb ocaqlarında verilən imtahanlar və təhsil hələ də dövlət tərəfindən tanınmır. Bunun üçün də, universitetlər barədə ətraflı məlumat toplayaraq doğru seçim etmək lazımdır.

Orta məktəb haqqında Federal attestatın və ya xarici sənədin – müvafiq Universitet və ya Ali Məktəb tərəfindən tanınması vacibdir.

Mütləq müvafiq Universitetin və ya Ali Məktəbin tanıdığı orta təhsil haqqında federal attestat və ya xarici sənəd olmalıdır. Bu müvafiq universiteti müəyyən etmək üçün siz sənədi qiymətləndirən həmin seçdiyiniz Ali Məktəbə müraciət etməlisiniz.




#Article 65: Xorvatiya (495 words)


Xorvatiya () - Mərkəzi Avropanın cənubunda, qismən Balkan yarımadasının qərbində yerləşən, keçmiş Yuqoslaviyanın tərkibinə daxil olan, 1991-ci ildə müstəqillik qazanan dövlət. Rəsmi adı - Xorvatiya Respublikası (xorvatca Republika Hrvatska). İdarəçilik forması - parlamentli respublikadır. Paytaxtı və ən iri şəhəri Zaqreb şəhəridir. Xorvatiya şimal-qərbdə Sloveniya, şimal-şərqdə  Macarıstan və Serbiya, cənubda Bosniya və Herseqovina, cənub-şərqdə Monteneqro ilə həmsərhəddir. Ölkənin qərbində Adriatik dənizinin sahilində yerləşir. Xorvatiya 1992-ci ildən BMT-nin, Avropa Şurasının, ATƏT-in, 2009-cu ildən NATO-nun və 1 iyul 2013-cü ildən Avropa Birliyinin üzvüdür.

Xorvatlar digər cənub slavyanları kimi Balkan yarımadasına VII əsrdə gəldilər və IX əsrdə xristianlığı qəbul etdilər. 1091-ci ildə Xorvat kralı II Stepanın ölümündən sonra Xorvatiya torpaqları Macarıstan kralı I Latslo tərəfindən işğal edildi. Bu tarixdən etibarən Macarıstanla olan birlik 800 il davam etdi. Bu birlik dövründə öz parlamenti olan Xorvatiyada idarəetməni batır titulu daşıyan kralın yerli nümayəndəsi həyata keçirirdi. Varna (1444) və ikinci Kosovo (1448) döyüşləri nəticəsində Osmanlı dövləti Xorvatiyanın cənub hissəsini hakimiyyəti altına aldı. Mohaç döyüşündə (1526) Macarıstan kralı Lajos məğlub oldu və Xorvat torpaqlarının böyük hissəsi Osmanlı hakimiyyəti altına keçdi. XVI əsrin sonlarına qədər Xorvatiya sancaq bəyləri tərəfindən idarə edildi. 1583-cü ildə əyalət statusu alaraq bəylərbəylərinin idarəsinə verildi.

Vyana döyüşündən sonra Osmanlı dövlətinin Avropada geriləməsindən faydalanan Avstriya Xorvatiya torpaqlarını işğal etdi (1697). Osmanlıların bölgəni tərk etmələrindən sonra Xorvat torpaqları xüsusilə Xorvat olmayan əsilzadələrə verildi. XVIII əsrin sonlarına doğru Avstriyanın mütləqiyyətçi idarəsi Macar və Xorvat əsilzadələrini bir-birinə yaxınlaşdırdı. Xorvat parlamenti 1790-cı ildə Macar parlamentinin xeyrinə bəzi səlahiyyətlərindən imtina etdi. I Napoleon 1805-ci ildə Xorvat və Sloven torpaqlarını İlliriya əyalətinə qatdı, lakin 1813-cü ildə bu torpaqları itirdi. 1822-ci ildə köhnə sərhədlərinə qovuşan Xorvatiya Macarıstan ilə əlaqələrini yenidən qurdu. Bölgə 1849-cu ildə Avstriya torpaqlarına qatıldı. Xorvatiya 1868-ci ildə muxtar statuslu Macar torpağı elan edilərək Xorvat-Sloven Krallığı adını aldı.

Birinci dünya müharibəsindən sonra, 29 oktyabr 1918-ci ildə Xorvat parlamenti Avstriya və Macarıstan ilə olan əlaqələrini qopararaq müstəqilliyini və Serb, Xorvat, Sloven Krallığına qoşulduğunu elan etdi. Bu krallıq daha sonra Yuqoslaviya adını aldı.

İkinci dünya müharibəsi əsnasında Yuqoslaviyanın Almaniya tərəfindən işğal edilməsindən bir müddət sonra, 10 aprel 1941-ci ildə Zaqrebdə müstəqil Xorvatiya dövlətinin qurulduğu elan edildi və İtaliyayla Almaniya tərəfindən dərhal tanındı. Bu dövlət Sloveniya, Bosniya və Herseqovina və Dalmatiya əyalətinin bir hissəsini özündə birləşdirirdi. 1945-ci ildə Zaqreb partizanların əlinə keçdi. Müharibədən sonra Xorvatiya Yuqoslaviyaya birləşdi.

Əhalisi təxminən 4 808 000 nəfər olan Xorvatiyanın sahəsi 56 538 km²-dir. Əhali sıxlığı 85 nəfər/km²-dir. Ölkə əhalisinin 75%-ni xorvatlar, 12%-ni isə serblər təşkil edir. Xalqın təxminən 77%-i katolikdir. Əhalinin 51%-i şəhərlərdə yaşayır. Paytaxt Zaqrebdən sonra əsas şəhərləri Rijeka, Fiume, Zadar, Sibenik və Dubrovnikdir. Ən nüfuzlu ali təhsil müəssisəsi Zaqreb Universitetidir.

Ölkə ərazisi 20 jupaniyə (əyalət) bölünür.

Xorvatiyanın iqtisadiyyatı əkinçilik və sənayeyə söykənir. İqtisadiyyatı İkinci dünya müharibəsinin əvvəlinə qədər əkinçilik və maldarlığa əsaslansa da, müharibədən sonra sənaye sürətlə inkişaf etdi. Ölkənin müxtəlif yerlərində çıxarılan neft emal olunur. Zaqreb əhəmiyyətli sənaye mərkəzidir. Varazdin və Karlovakda toxuma, Petrinija və Koprivnicada qida, Sisakda dəmir-polad, Kutinada kimya sənayeləri inkişaf etmişdir. Gəmi nəqliyyatı və turizm əhəmiyyətli gəlir qaynaqlarındandır. 1991-ci ildən başlayan vətəndaş müharibəsi turizmə böyük zərbə vurmuşdur.




#Article 66: Fransa (6747 words)


Fransa Respublikası (),  yaxud qısaca Fransa, köhnə mənbələrdə Frəngistan — Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir.

Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük üçüncü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərdən sayılır.

Başqa bir iddiaya görə isə frank sözü qədim German dilində azad mənasına gələn frey sözündən yaranıb.Frank kəliməsi müasir Fransızcada franc şəklində hələ də yaşamaqdadır və 2000-ci ildə avro Fransanın rəsmi pul vahidi olana qədər, Fransada istifadə olunana pulu adlandırmaq üçün istifadə olunub.

Təxmini olaraq Fransa əhalisi 67 milyondur,əhalinin boyuk hissəsi şəhərlərdə məskunlaşmışdır.Fransa əhali sayına görə dünyada 20-ci,Avropada isə,3-cü yerdədir.Fransa Avropa İttifaqı əhali sayına görə Almanyadan sonra 2-ci yerdədir.

Fransa Eladuya Fransa - vicdan azadlığının konstitusiyada əksini tapdığı dünyəvi bir ölkədir. 2007-ci ilin yanvarında aparılan bir anket statistikalarının nəticələrinə görə Fransızların 51%-i Katolik, 31%-i ateist, 10%-i başqa dinlərə, 4%-i müsəlman , 3%-i protestan, 1%-i iudey, 1%-i də buddist olduğunu söyləmişdir.

Avropa ölkələrində statistik araşdırmalar Avrobarometre adlı qurumun apardığı daha dəqiq bir nəticəyə görə, Fransız xalqının 34%-i bir tanrının varlığına inandığını, 27%-i müqəddəs varlığa inandığını, 33%-i isə hərhansı bir tanrının varlığına inanmadığını söyləmişdir.
Fransada yaşayan müsləmanların sayı barəsindəki fərziyyələr olduqca dəyişkəndir. 1999-cu ildə aparılan əhalinin statistika məlumatlarına görə Fransada yaşayan və müsəlman olan insanların sayı 3,7 milyon olaraq hesablanmışdır. (O dövrkü əhalinin 6,3%-i) Ancaq 2003-cü ildə Fransa Daxili İşlər Nazirliyinin nəşr etdiyi ölkədəki taxmini müsəlman sayı 5-6 milyon olaraq açıqlanmışdır.Müsəlman əhalinin əksəriyyəti Ərəb, Məğrib,zənci mənşəlilər və Türklər təşkil etməkdədir. (Əhalinin 8%-i və yaxud 10%-i) Fransada yaşayan yəhudilərin ümumi sayı isə 600 mindir və Avropadakı ən böyük yəhudi diasporasıdır.
Fransadakı dünyəvilik faktı 1905-ci ildən bu yana Fransız hökumətinin hərhansı bir dini tanımasına əngəl olmaqdadır. Bunun yerinə Fransız hökuməti yalnız dini qurum, dərnək və təşkilatlanmaları tanyır və mövcud qanunlar daxilində bu qurumların siyasətə müdaxilə etməsinə mane olur.
Scientology, Tanrı'nın Övladı, Moon təriqəti və Günəş Məbədi kimi dini axımlar Fransada təriqət olaraq görülür və digər dinlər ilə eyni bərabər statusa sahib deyillərdir. Təriqətlər isə Fransada xoş qarşılanmayan qurumlardır.

Fransa həm coğrafi, həm də təbii şəraitinin müxtəlifliyinə görə fərqlənir. Fransanın geniş dəniz sərhədləri və Avropanın ən iri nəqliyyat magistralı Reyn çayının onun ərazisində axması, ölkənin iqtisadi əlaqələrinin inkişafında olduqca əlverişli şərait yaratmışdır. Faydalı qazıntılarla, xüsusilə yanacaq resursları ilə kasad olmasına baxmayaraq (uran istisna olmaqla), Fransa zəngin hidroenerji sərvətlərinə (Alp və Prineydə), məhsuldar torpaqlara, mülayim və subtropik iqlimə malikdir.

Keçmiş müstəmləkə imperiyası olmuş, bir vaxtlar iqtisadi gücünə görə dünyada Böyük Britaniyadan sonra II yeri tutan Fransa indi bir sıra göstəricilərinə görə, xüsusilə sənaye istehsalının ümumi həcminə görə, ABŞ, Yaponiya və Almaniyadan xeyli geridə qalır.

Fransanın təsərrüfatının ərazi strukturu əsasən XIX əsrdə sənaye çevrilişindən sonra formalaşmışdır. Bu dövrdə əlverişli coğrafi mövqeyinə görə və mineral ehtiyatlarına (xüsusilə dəmir filiz və kömür) malik olan şimal və şərq rayonları daha sürətlə inkişaf etmişdir. Nəticədə ölkənin sənayesi getdikcə daha çox bu rayonlarda təmərküzləşmişdir. İndi də Fransanın 60%-dən çoxu və sənaye məhsulları istehsalının 75%-ə qədəri Havr-Marsel xəttindən şərqdə yerləşir. Ən iri sənaye mərkəzləri Paris, Marsel, Havr, Dünkerk, Lill, Strasburq, Lion, Bordo, Nant, Tuluzadır.

Paris ölkənin paytaxtı olmaqla yanaşı, həm də onun ən mühüm iqtisadi mərkəzidir. Fransanın sənaye məhsullarının 30%-i Paris şəhərində təmərküzləşmişdir. Burada emaledici sənayenin (avtomobilqayırma, təyyarəqayırma, kimya sənayesi və s) 100-ə qədər iri müəssisəsi, başlıca olaraq ən müassir elmtutumlu sahələr yerləşir.

İstehsalın ənənəvi yerləşdirmə xüsusiyyətləri ilə yanaşı yeni amillər meydana gəlmişdir. Sənayenin yeni sahələrinin (neft-kimya, neft emalı) sürətli inkişafı, eləcə də köhnə sahələrin (qarametallurgiya və s.) idxal xammala keçməsi dənizsahili rayonların təsərrüfat potensialının güclənməsinə səbəb olmuşdur.

Fransanın təsərrüfatında aqrar bölmənin İngiltərə və Almaniyaya nisbətən mühüm əhəmiyyəti var. Kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ət, süd məhsulları istehsalına, buğda, şəkər çuğunduru yığımına görə Fransa Qərbi Avropada 1-ci yeri, üzüm yığımına və şərab istehsalına görə isə dünyada ilk yerlərdən birini tutur. Fransa kənd təsərrüfatı məhsullarının iri istehsalçısı olmaqla yanaşı, həm də onun iri ixracatçısıdır.Fransa regionları   Cənubi Avropa ölkələrinə daxildir.

Lütesiyanın (Parisin qədim adı) əsası  e.ə. III əsrin ortalarında Kelt mənşəli parisi tayfaları tərəfindən indiki Site adasında qoyulmuşdur. Məhz şəhərin müasir adı parisilərin adından götürülmüşdür. Lütesiya haqqında ilkin yazılı məlumata e.ə. 53-cü ildə Yuli Sezarın Qall müharibəsi haqqında 6-cı kitabında rast gəlinir.

e.ə. 53-cü ildə romalılar birinci müvvəffəqiyyətsiz cəhtdən sonra ikinci dəfə şəhərə yaxınlaşmaq istərkən, sakinlər Lutesiya şəhərinə oda vuraraq körpüləri məhv etmişlər. Romalılar adanı lütesiyalılara saxlayaraq Sena çayının sol sahilində yeni şəhər salmışlar. Roma imperiyası zamanında şəhər bir o qədər də əhəmiyyətə malik olmamışdır.

Avropada bir əsrlik kəskin dini qarşıdurma dövrünə yekun vurmuş olmuşdur. Beynəlxalq münasibətlərdə dini amillərin rolu kəskin surətdə azalmışdır. Otuzillik müharibənin nəticələri göstərmişdi ki, mərkəzləşdirilmiş milli dövlətlərin (Fransa, İngiltərə, Hollandiya, İsveç) siyasi perspektiv gələcəyi dalıa inamlıdır. Vestfal sülhü Avropada xarici - siyasi vəziyyəti kökündən dəyişdirirdi. Qüvvələr balansı dəyişdirilirdi. Avropa beynəlxalq münasibətlər sistemi, onun hüquqi əsası və gələcək istiqaməti müəyyənləşmiş olurdu.XVII əsrin II yarısı fransız mütləqiyyətinin apardığı və ona uğur gəyirməyən 4 müharibə ilə səciyyələnir. Bütövlükdə yüzillikdə Avropanın siyasi xəritəsində yeni burjua respublikalarının yaranmasını şərtləndirən Hollandiya və İngiltərə burjua inqilabları baş vermiş və bunun nəticəsində Avropanın siyasi həyatı dəyişmişdi.Burada da Hollandiya daha fəal rol oynayırdı. XVII əsrin ikinci yarısı ilə XVIII əsrin əvvəllərinə Fransanın hərbi-siyasi genişlənmə planı dörd müharibəyə səbəb olmuşdur.

Bu vaxt XIV Lüdovik öz ordusunu İspaniyaya göndərmişdir. O, öz nəvəsi adından özü İspaniyanı və müstəmləkələri idarə etmək fikrində idi. Bu isə bir çox Avropa dövlətlərini qıcıqlandırmışdır. Odur ki, geniş ittifaq yaratmalı olmuşlar. XIV Lüdovikin dördüncü müharibəsi başlamışdı. Bu müharibə İspan vərəsəliyi uğrunda gedən müharibə idi. Bu müharibə 1701-1713-cü illəri əhatə edirdi. Müharibədə, demək olar ki, bütün Qərbi Avropa iştirak edirdi. Həmin vaxtlar - 1700-1721-ci illərdə Şimal müharibəsi də gedirdi (Şimali və Cənubi Avropa arasında gedirdi). İspaniya vərəsəliyi uğrunda müharibə Almaniya, Fransa, İtaliya və İspaniya arasında gedirdi. Fransa məğlub olmuş və sülh istəmişdir. Beləliklə, 1713-1715-ci illərdə Utrextdə sülh konqresi keçirilmişdir. Konqresdə Fransa, İngiltərə, Hollandiya, Savoyya, Portuqaliya, Venesiya, Papa vilayətləri, İspaniya və digər dövlətlər iştirak etmişlər. Müharibənin bitməsi barədə olan bu Utrext sülh müqaviləsində İspaniyanın vərəsəliyi barədə bir neçə müqavilənin şərtləri də yad edilmişdir.

Romalıların hökmranlığı 508-ci ildə franklıların gəlişindən sonra süqut etdi.
Filipp II Avqustun hakimiyyəti illərində şəhərin müdahiəsi möhkımləndirilmiş: 1190-cı ildə sağ sahil, 1210-cu ildə sol sahil boyu qala divarları, şəhərinh qərb hissəsidə isə Luvr qəsiri tikilmişdir.

XI əsrdən başlayaraq Paris Avropanın mədəni-maarif və dini mərkəzinə cevrilməyə başlayır. XIII əsrdən etibarən sol sahil boyu soralar Strabon universitetinin yaranmasında mühüm rol oynamış coxlu kolleclər acılır.

XIV əsrdə Böyük bulvar deyilən yerdə, sol sahil boyu yeni qala divarları tikilir.

Yalnız iki həftə içində Voban Lill'i müvafiq bir mühasirə altına aldı və 1668-ci ilin əvvəlində Şahzadə Condenin ordusu İspanlara məxsus Franş-Komte işğal etdi. Ancaq Fransanın güclənməsi, dəniz qüvvələrini qorxutdu - İngiltərəyə, Hollandiyaya və İsveçə, anti-Fransız alyansını bağladı.Koalisiya ilə müharibə təhlükəsi altında olan XIV Lüdovik, 2 May 1668-ci ildə Aran sülh müqaviləsini imzalamağa məcbur edildi. Buna görə Flandersin cənubunda, Lille də daxil olmaqla, bir sıra strateji əhəmiyyətli qalalar qorunub saxlanıla bilərdi.Sülhün bitməsindən bir gün keçdikdən sonra yeni bir müharibəyə hazırlıq başlandı. Hollandiyanı bu dəfə Hollandiyanı Fransa qoşulmaqdan önlədirən əsas düşmən olaraq seçilmişdi. Uzun danışıqların nəticəsi olaraq,XIV Lüdovik diplomatları İngiltərənin, İsveçin və Bavyeranın dəstəyini ala bildi. 1672-ci ilin martında ingilislər Hollandiyaya müharibə elan etdilər, apreldə isə Fransızlar eyni şeyi etdi. Hollandiyalı müharibə başladı.İyun ayında Hollandiyalı müharibə əsnasında Fransız ordusu, cənubdan İspaniya Hollandiyasını yaxaladı, Reynə zorladı və Hollandiyanı işğal etdi.

Yalnız 22 gündə, Fransızlar qırx şəhərləri ələ keçirdilər və artıq Hollandiyaya gəldikləri zaman, Hollandiyalılar, daşqınların açılması və geniş əraziləri dəniz suyuyla daşqınlarkən, bu şəhəri etibarlı bir ada çevirdi.İşğalçılara qarşı hər gün dayandığına Narıncı Şahzadəsi rəhbərlik edirdi, dövlət çevrilişinin nəticəsi olaraq respublika içərisində bütün gücləri sıxışdırdı. Hərbi əməliyyatlara əlavə olaraq, Fransaya qarşı bir koalisiya yaratmaq üçün fəal diplomatik danışıqlar apardı. Onun səyləri meyvə gətirdi: İspaniya, Alman imperatoru və bir sıra alman hökumətləri XIV Lüdovikə qarşı müharibəyə girdi. 1673-cü ilin sonunda Fransız əsgərləri Hollandiyanı tərk etmək məcburiyyətində qaldılar.

İyun ayında 1675-ci ildə Turenn küçə nüvəsi tərəfindən öldürüldü. Ölümündən sonra Alsace ordusunun əmrini alan Şahzadə Conde düşməni düşməni dayandıra, sonra işindən təqaüdə çıxaraq qala üçün təqaüdə çıxdı. Ancaq gələcəkdə döyüşlər fransızlar üçün yaxşı bir şəkildə formalaşdı. İspaniyadakı bir sıra şəhərləri işğal etdilər və gənc Fransız donanması İspan və Hollandiyalı heyətlərdə Aralıq dənizində zəfər qazandı.1678-ci ildə Nimvehen  dünyasına görə Fransaya Franche-Comte və İspaniyadakı bir sıra şəhərləri dəvət etdi. Bu müqavilə XIV Lüdovikin xarici siyasətinin ən böyük nailiyyətlərindən idi və o vaxtdan ona Böyük deyildi.

XIV Lüdovikin zamanında kral iqamətgahı Versala köçürülür. Buna baxmayaraq Parisin artan iqtisadi potensialı və əhalisi onu siyasi mərkəz olaraq daha da aktuallaşdırır. 1844-cü ildə indiki dairəvi yol boyu sayca üçüncü qala divari tikilərək şəhərətrafı 16 girişli qala divarlarının uzunluğu 36 km-ə çatdırılır.

XIX əsrdə 21 beynəlxalq sərginin beşi Parisdə keçirilir ki, bu da şəhərin mədəni siyasi həyatına çox müsbət təsirini göstərir.

Almanlar tərəfindən Parisin işğalı, fəhlələrdən, xırda sənətkarlardan və burjuaziyadan ibarət Paris Kommunası Fransa imperiyasını süquta yetirir.

Böyük Fransa inqilabı (1789-1799) - Fransa və Avropa siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biri. O dövr Fransasında, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanan siyası-sosial qiyam.

İnqilab qanlı iğtişaşlar, minlərlə insanın təqib və edamıyla müşahidə olunumuş, hətta beynəlxalq səviyyədə ciddi narahatlıq doğurmuşdur. İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur.

Direktoriya, Fransa Direktoriyası (fr. Directoire exécutif, französisch Le Directoire; 26 oktyabr 1795-24 dekabr 1799) Fransa inqilabından sonra Milli Konvent tərəfindən 1795-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən idarəetmə forması, beş nəfərdən ibarət (fr. membres du Directoire) icraedici orqan (Fransa Respublikası Konstitusiyası 1795, bənd 132). Direktoriya üzvülüyünə namizəd Beşyüzlər Şurası tərəfindən irəli sürülür və Ansionlar Şurası tərəfindən 5 il müddətinə təkrar seçilməmək şərti ilə seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 132, 133, 137 və 138) Direktoriya üzvü 40 yaşından yuxarı, Direktoriya üzvülərindən qohumu olmamaq şərti ilə, Qanunverici Korpusun üzvüləri və nazirlərdən seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 135, 136, 139). Hər bir Direktoriya üzvü İcraedici Direktoriyanın prezidenti (fr. président du Directoire) olub (Fransa Respublikası Konstitusiyası 1795, bənd 141), eyni zamanda İcraedici Direktoriyanın katibi (fr. secrétaire du Directoire) seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 143). Direktoriya iclaslarını Qanunverici Korpusda keçirir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 171). Direktoriya iclasının yetərsayı üçün 3 üzvünün iştirakı vacibdir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 142).

İkinci dünya müharibəsində şəhər faşist Almaniyası tərəfindən işğal edilir və işğal 1944-cü ilə kimi davam edir.

Setif və Gelma qətliamı — 8 may 1945-ci ildə Əlcəzairin Setif, Guelma və Kherrata şəhərlərində Fransa ordusunun mülki əhaliyə qarşı törətmiş olduğu qətliam. Fransa hökumətinin verdiyi rəsmi məlumatda öldürülmüş əlcəzairlilərin sayı 1200, yaralıların sayı 1500 göstərilsə də digər mənbələrdə öldürülmüş əlcəzairlilərin sayının 6000 ilə 45 000 arasında olduğu bildirilir.

Napoleon Bonapart (it. Napoleone Buonaparte, fr. Napoléon Bonaparte; 15 avqust 1769 – 5 may 1821) — Fransa imperatoru, bacarıqlı sərkərdə. I Napoleon həyatı boyu aşağıdakı vəzifələri daşıyıb : Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu (9 noyabr 1799 — 20 mart 1804), fransızların imperatoru (18 may 1804 — 11 aprel 1814, 12 mart 1815 — 22 iyun 1815), İtaliya Respublikasının Prezidenti (26 yanvar 1802 — 17 mart 1805), İtaliya kralı (17 mart 1805 — 11 aprel 1814), Reyn İttifaqının protektoru (12 iyul 1806 — 19 oktyabr 1813), İsveçrə Konfederasiyasının mediatoru (19 fevral 1803 — 19 oktyabr 1813), Berqin Böyük Hersoqu (1808—1809).

III Napoleon tam adı Şarl Lui Napoleon Bonapart (fr. Charles Louis Napoléon Bonaparte; 20 aprel 1808, Paris – 9 yanvar 1873 Chislehurst, London) — II Respublika prezidenti, fransızların ilk prezidenti və II Fransa Impeiyasının III. İmperatoru I Napoleonun qardaşı oğlu olmuşdur.

Bir sıra çevriliş cəhdindən sonra dinc yolla 1848-ci ildə II Respublika prezidenti kimi hakimiyyətə gəlmiş, 1851-ci ildə qanuni hakimiyyəti ləğv edib avtoritar polis rejimi yaradaraq bir ildən sonra özünü III İmperator elan edir. On illik qəddar bonapartizm ideyaları altında idarəçilikdən sonra 1860-cı ildə demokratik reformalar apararaq Fransanın iqtisadi, sənaye potensiyalının güclü inkişafına səbəb olmuşdur. 1870-ci ildə liberal konstitusiya qəbul edildikdən sonra, hakimiyyət yenidən qanuni parlamentə qayıdır. Fransa – Prussiya müharibəsində almanlara əsir düşən III Napoleon Fransanın sonuncu monarxı sayılır.

Şarl de Qoll (fr. Charles André Joseph Marie de Gaulle; 22 noyabr 1890 – 9 noyabr 1970) – fransız generalı və siyasətçisi. İkinci dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etmişdir. 1944-46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətə başçılıq etmişdir. 1958-ci ildə Əlcəzair müharibəsi zamanı o, yeni hökumətin yaradılması üçün tapşırıq alır. Qoll bu ərəfədə konstitusiya islahatını həyata keçirir və Beşinci respublikanın əsasını qoyur. Qoll elə həmin il yeni respublikanın prezidenti seçilir. O, 1959-69-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynamışdır. Onun qoyub getdiyi Qollizm ideologiyası bu gün də Fransa siyasətində böyük rol oynayır.

Fransanın görməli yerləri çoxdur. Bura memarlıq tikililəri, küçə və meydanlar, körpülər və s. aiddir. Bunlardan üçü – Napoleonun sərəncmı ilə 1806-1836-cı illərdə memar Jan-Fransua Şalqrin tərəfindən tikilmiş Zəfər tağı, 1887–1889-cu illər arasında Qustav Eyfelin layihəsi əsasında inşa edilmiş Eyfel qülləsi və XII əsrdə Site adasında tikilmiş Notr-Dam de Pari kilsəsi Parisin simvoluna çevrilmişdir

Əhali və şəhərlər. 66 630 602 nəfər əhalisi olan Fransa əhalisinə görə 21-ci ,Avropa Birliyi içində Almaniyadan sonra 2-ci ölkədir.Dünya əhalisinin 0.88%-ni təşkil edir. Ölkənin böyük şəhərləri Paris, Marsilya,Lyon, Lille, Toulouse, Nice ve Nantesdir.Ölkə əhalisinin 84%-i şəhərlərdə yaşayır.

Fransa əhalisinin əksəriyyətini fransızlar təşkil etdiyindəm o,təkmillətli dövlət sayılır. Fransız milləti qədim aborigen tayfaları qalların(keltlər),Roma işğalçılarının,german tayfalarının qarışması nəticəsində formalaşmışdır.Fransız,həm də Fransa toponimlərinin mənşəyi V əsrdə ölkənin şimal hisssəsini zəbt edən german tayfalarından olan frankların adından götürülmüşdür. Əhalisinin 90%-i fransızlardır.Orta ömür müddəti 82.3 ildir(qadınlar 85.4,kişilər üçün 79.2).

Fransada qadınların sayı 34,336,315 ,kişilərin sayı 32,291,287  nəfərdir. Ölkədə təbii artım 2015-ci il üçün  0.4%-dir.Əhali tərkibində yaşlı əhalinin payı getdikcə artır.

Fransızlar Avropanın roman xalqlarına aid edilir.Fransız milləti qədim aborigen tayfaları qalların(keltlər),Roma işğalçılarının,german tayfalarının qarışması nəticəsində formalaşmışdır.Fransız,həm də Fransa toponimlərinin mənşəyi V əsrdə ölkənin şimal hisssəsini zəbt edən german tayfalarından olan frankların adından götürülmüşdür.

Daha çox inkişaf etmiş qall-roman mədəniyyətinin təsiri ilə german dilli franklar yerli əhali ilə qaynayıb-qarışır,öz dilləri və adət-ənənələrini tədricən itirirlər.843-cü ildə romanlaşmış franklar güclü krallıq yaradır və onu Fransa adlandırırlar.Ona görə də Fransanın əhalisinin formalaşmasında onun şimalı və cənubunda müxtəlif etnik komponentlər iştirak etmiş və romanlaşma dərəcəsi də bu bölgələrdə eyni olmamışdır.

Etnik qruplar əsasən ətraf bölgələrdə yaşayır. Fransanın etnik tərkibi rəngarəngdir,dünyanın hər yerinden 100den çox etnik qrup var,ancaq buna baxmayaraq ölkədə tək dil fransız dilidir.

Oksitan-10.2%

Alsak-2.1%

Flamand-0.2%

Lotaring-0.4%

Breton-0.8%

Katalon-0.4%

Korsikalilar-0.3%

Bask-0.1%

Alman-2.5%

Bunlar dil və mədəniyyətləri ilə fərqlənən bretanlı(1.5mln nəfər),elzaslı(1mln-dan çox),flamandlı,korsikalı,basklar və katalonlardır.Bretanlılar kelt dil qrupuna aid olub Bretan yarımadasının qərb əyalətlərində;alman dilinin yerli ləhcəsində danışan elzaslılarElzas və Lotaringiyada;holland dilinə yaxın dildə danışan korsikalılar Korsika adasında yaşayırlar.Katalonlar və basklar Pireneyin ətəklərində məskunlaşmışlar.Etnik qruplar fransız dilində təhsil alır və fəaliyyətlərində bu dildən geniş istifadə edirlər.

Fransada  əhalinin 85%-i  “ağ” irqə,3.3%-i “qara” irqə,10%-i Şimali Amerika ,1.7%-i Asyalılara  mənsubdur.

Avropanın digər iri dövlətləri ilə müqayisədə Fransada əhali sürətlə artır.Bunun bir cəhəti dövlətin doğumu artırmaq istiqamətində apardığı demoqrafik siyasət.digəri isə immiqrasiyadır. Fransada 5mln.immiqrant yaşayır.Bunlar Şimali Afrika ölkələri,Fransanın keçmiş mütəmləkələrindən gələnlər,həmçinin portuqaliyalılar,italyan və türklərdirFransa əhalisinin ümumu sayı 66.8mln nəfərdir.Ölkədə təbii artım 2015-ci il üçün  0.4%-dir.Orta ömür müddəti 79 ildir(qadınlar 83,kişilər üçün 76).Fransada əhalinin həyat səviyyəsi təqribən Almaniya və Böyük Britaniyada olduğu kimidir.ÜDM-un 30%-dən çoxu sosial sektora sərf olunur.

Ən mühüm  sosial problem işsizlikdir.2010-cu ilin oktyabr ayında hökumətin təqaüd yaşının uzadılması(62yaş) haqda sərəncamının kütləvi etirazlara səbəb olması da işsizliyin aradan qaldırılmasında maneə kimi izah olunur.Ölkədə kilsənin təsiri İtaliya və İspaniyada olduğu kimi o qədər də güclü deyildir.Fransa əhalisinin 90%-i katoliklərdir.

Fransada orta sıxlıq hər kv.km-də 110 nəfərdir.Ən sıx əhali Pireney,Alpın cənub yamaclarında,Mərkəzi massivdə cəmlənmişdir.Ölkənin ən iri şəhərləri _Paris,Liyon,Marsel,Lill,Tuluza,Nitsa,Strasburq burada yerləşir.Əhalisinin3/4-ü şəhərlərdə yaşayır.Aqlomerasiyaların sayı 50-ni ötmüşdür.Şəhər əhalisinin 60%-i aqlomerisyalarda yaşayır.

Fransada təhsil pulsuzdur. Ölkənin müasir təhsil sisteminin əsası 1880-1890-cı illərdə qoyulub və 6 yaşından 16 yaşınadək uşaqlar üçün icbari xarakter daşıyır. Dövlət, eləcə də özəl təhsil müəssisələri mövcud olan Fransada məktəblilərin təxminən 20 faizi özəl orta təhsil müəssisələrində oxuyur.

Həm dövlət, həm də özəl təhsil müəssisələri üçün bütün məktəb proqramlarını dövlət təsdiq edir. Həmçinin müsabiqə və imtahanların keçirilməsi də dövlət tərəfindən təmin olunur. Bakalavriat dərəcəsi səviyyəsinədək diplomların verilməsi hüququ yalnız dövlətə məxsusdur.

Fransanın təhsil sistemi aşağıdakı struktura malikdir:

Müxtəlif pillələrdə təhsilin  təşkili və məzmunu, 30 ildən artıqdır ki, həyata keçirilən islahatlarla müşayiət olunur. Aparılan islahatlar təhsilin demokratikləşdirilməsini və onun inkişaf etməkdə olan cəmiyyətin ehtiyaclarına yönəldilməsini təmin edir. Fransada son illərin əsas təhsil islahatları aşağıdakılardan ibarətdir: 

Paris Şimali Fransa ovalığının mərkəzində,Sena çayının sahilində yerləşir.Paris dünyanın ən gözəl şəhərlərindən biridir.Turist qəbuluna görə dünyada birincidir.(76.8mln.nəfər,2010-cu il)

Parisin ürəyi sayıln Site adası(Sena çayı sahilində yerləşir) şəhərin qədim hissəsidir.Digər sözlə,bura açıq səma altında qədim abidələr muzeyidir.

Fransanın görkəmli şəxsiyyətlərinin,o cümlədən Volterin,Russonun,Hüqonun,məzarları yerləşən möhtəşəm Panteon,naməlum əsgərin məzarı önündə əbədi məşəl yanan  Zəfər tağı,Milli teatr_Qrand Operanın binası,Ədalət məhkəməsi sarayı,Müqəddəs Maqdalena kilsəsi,Bonapart Napaleonun məzarı olan Əlillər məbədi və bir çox başqa tikililər Parisə təkrarolunmaz görününş verir.Eyfel qülləsi Parisin rəmzi hesab olunur.İki min il yaşı olan şəhərin mənzərəsini seyr etmək üçün hər il 3 milyonadək turist hündürlüyü 300 metr olan bu qülləyə qalxır.

Fransanın böyük bir hissəsi Qərbi Avropada yerəlşir.Onun materik hissəsi şimal-şərqdə Belçika,Lüksemburq ve Almaniya,şərqdə-Isveçrə,cənub-şərqdə-Monako və Italiya,cənub-qərbdə-Ispanya və Andorra ilə sərhəddir.Fransanın sahili 4 su hövzəsi ilə yuyulur(La-Manş,Atlantik okeanı,Şimal dənizi və Araliq dənizi).Ölkənin qərb və şimal sahilləri Atlantik dənizi ilə(Biskay körfəzi və La-Manş boğazı),cənub sahili isə -Araliq dənizi(Lion körfəzi və Liquriy dənizi) ilə yuyulur.Dəniz sərhədlərinin uzunluğu 5500 kilometrdir.

Fransa Qərbi Avropa ərazisində  yerləşən ən böyük ölkədir.Fransa demək olar ki, Avropa İttifaqınin ərazisinin beşdə birini tutur.Həmçinin Aralıq dənizində yerləşən Korsika adası ve iyirmiden çox asılı ərazilərdə bu dovlətin tərkibinə daxildir.Ölkənin ümumi sahəsi 547.030 kvadrat kilometr.

Coğrafi mövqе. Аvrоpаnın qərbində yеrləşir; Fransanın

ərаzisi 551,6 min kv. km,əhalisi 65.8 mln nəfərdir.

Tərkibinə Aralıq dənizindəki Korsika adası və bir sırа kiçik sahil adaları daxildir. Fransa ilə qonşuluqda Almaniya, ltaliya, Belçika,İsveçrə ,İspaniya kimi inkişaf etmiş ölkələr və оnlаrın ən mühüm sanaye

rаyоnlаrı yеrləşir. Ölkənin qərb sərhəddinin xeyli hissəsi təbii sədlər boyunca keçir.Pireney dağları Fransanı İspaniyadan ayırır,cənub-şərqdə İtalya və İsveçrə ilə sərhəddi Alp və Yura dağları boyuncadır.Fransa-Almaniya sərhəddinin xeyli hissəsi Reyn çayı boyuncadır.Yalnız şimalda Fransa-Belçika sərhəddi ovalıqdan  keçir.Ölkənin ümumi sərhədlərinin 2/3-si dəniz sərhədlərinin(3120 km) payına düşür.Fransanın sərhədlərində mikrodövlətlər yerləşir.Bunlar Mavi sahil bölgəsində Monako,Pireney dağları ilə sərhəddə isə Andorradır.

Ölkənin coğrafi mövqeyinin xüsusiyyətlərinə Atlantik okeanı ilə Aralıq dənizi arasında  yerləşməsi;iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdə qonşu olması;Afrikanın qərb ölkələrinə yaxınlığı ;Belçika və İsveçrənin  fransız dilli əhalisinin yaşadığı bölgələrdə  həmsərhəd olması ;sualtı La-Manş tuneli vasitəsilə Böyük Britaniya ilə rahat qonşuluq əlaqələrinin olması və s. aiddir.

Ölkə ərazisində 3 təbii-coğrafi bölgə ayrılır. Ölkənin сənub - şərq və  сənub - qərb sərhəddi boyunса

уüksək Alp və Рirеnеу, orta hündürlüklü Yura dağları uzanır.

Ölkənin mərkəz və şərq bölgəsində çox parçalanmış orta hündürlüklü dağlar  və yüksəkliklər yerləşir.

Fransa Alplarının hündürlüyü 4000m-dən yüksəkdir.İtaliya ilə sərhəddində Monblan dağı(4807m) nəinki Fransada,həm də Avropada ən yüksək zirvədir.Alp dağlarının ezackar təbiəti(kars mağaraları,dağ gölləri,şəlalələr),infrastruktur tikililəri(tunellər,dağ-xizək obyektləri və s.) turizm-rekreasiya cəhətdən xüsusilə əhəmiyyətlidir.

Fransa mineral sərvətlərin müxtəlifliyinə görə seçilən dövlətdir.Qərbi Avropada dəmir filizi,boksit,kalium və daşduz,uran filizi ehtiyatına görə qabaqcıl yerlərdən birini tutur.

Fransa ərazisinin  əksər hissəsində mülayim-isti və rütubətli dəniz iqlimi hakimdir.Okean sahilindən şərqə doğru getdikcə iqlimin kontinentallığı artır.Buna baxmayaraq,dağlar  istisna olmaqla ölkənin əksər hissəsində  qış temperaturu müsbətdir.Dağlıq ərazilərin iqlimi isə sərtdir.

Fransada çay çoxdur.Ən mühüm şayları Luara, Rona,Sena və Haronnadır.Ölkənin şinal-şərq sərhəddində Reyn,Mazel,Şeld çaylarından qonşu dövlətlər müştərək istifadə edirlər.Fransa çaylarının hidroenerji  ehtiyatı çoxdur.Enerji ehtiyatının yarısı Rona və onun qollarının payına düşür.Hidroenerji ehtiyatına görə Qərbi Avropada  Norveç və Balkan ölkələrindən geri qalır.Ölkədə göl azdır.Göllərdən ən mühümü Cenevrədir.Bu gölün xeyli hissəsi İsveçrə ərazisindədir.

Ölkənin torpaq bitki örtüyü  müxtəlifliyi ilə seçilir.Ovalıqlarda boz-meşə,şimal-qərbdə podzollaşmış boz torpaqlar yayılmışdır.Dağlıq ərazilərdə  dağ-meşə boz torpaqları üstünlük təşkil edir.Torpaqlar təbii məhsuldarlığını itirmişdir.Cənubi Fransada meşələrin qırılması,heyvanların otarılması torpaq eroziyasına səbəb olmuşdur.Fransada ətraf mühit insan fəaliyyəti nəticəsində tamamilə dəyişilmişdir və ölkənin hər yerində mədəni landşaft üstünlük təşkil edir.Təbii meşə massivləri yalnız Vogez,Yura,Şimali Alplarda qalmışdır.Ölkədə meşəsalma işləri genişləndirilir.Aralıq dənizi sahili bölgələrində zeytun,subtropik meyvə ağacları,üzümlüklər,bəzək ağacları geniş yayılmışdır

Fransanın ərazisində qədim dövrlərdə müxtəlif tayfalar(kelt,qall,iber,hun,liqu,german,franklar) məskunlaşmış və onlar bir sıra şəhərlər salmışlar(Marsel,Nitsa və s.).843-cü ildə yaranmış Frank krallığında uzun müddət feodal çəkişmələri mövcud idi.XV əsrin ikinci yarısından mərkəzləşmiş dövlətin yaranması başa çatır.Fransada mütləqiyyət üsul-idarəsi möhkəmlənir.Kral idarəolunma hakimiyyətinin sisteminə XVIII əsrin axırında baş verən Böyük Fransa inqilabı son qoyur.1792-ci ildə Fransada ilk dəfə respublika təsis edilir(1-ci respublika)1799-cu ildə hərbi çevrilişdən sonra ölkədə Napoleon Bonapartın hərbi diktatura rejimi (əvvəlcə konsulluq,1804-cü ildən isə imperiya formasında)yaranır.Napoleonun məğlubiyyətindən sonra ölkədə 1814-cü ildən 1848-ci ilədək konsitusiyalı monarxiya üsul-idarəsi bərqərar olur.1848-ci il fevral inqilabı respublika quruluşunu yenidən bərpa edir(2-ci respublika),lakin 1852-ci ildə respublika üsul-idarəsini III Napoleonun imperiyası əvəz edir.1870-ci il sentyabr inqilabı 3-cü respublikanın yaranmasına səbəb olur(1870-1940).1871-ci ilin mart ayında Parisdə baş verən inqilab nəticəsində Paris kommunası adlanan hakimiyyət sistemi yaradılır.Cəmi 72 gün fəaliyyət göstərən Paris kommunası hökumət tərəfindən amansız təqiblərə məruz qalır.

XIX əsrin sonunda Fransa müstəmlək sisteminin yaradılması başa çatır.O,Böyük Britaniyadan sonra dünyanın ən iri müstəmləkəçi dövlətinə çevrilir.Fransa Antantanın tərkibində I dünya müharibəsində iştirak edir.1919-cu il Versal sülh müqaviləsi fransızların xeyrinə həll edilir(Almaniyanın zəbt etdiyi Elzas və Lotaringiyanın şimal-şərq hissəsi Fransaya qaytarılır və s.)

Fransanın avropa hissəsində mülayim dəniz iqlimi,şərqdə mülayim-kontinental,cənubda isə subtropik iqlim muşahidə edilir.Yay kifayət qədər isti və quru olur- iyulda orta hava tempiraturu + 23-25 dərəcəyə çatır,qış aylarında isə hava yagışlı keçir,orta tempiratur isə + 7-8 °C olur.

Yağıntıntilarin əsas hissəsi yanvar-aprel aylarında düşür və onların ümumi sayı 600–1000 mm arasında dəyişir.

Fransanın müasir təhsil sistemi sonuncu 200 ildə təşəkkül tapmış və dünyada ən qabaqcıl təhsil sistemlərindən birinə çevrilmişdir. Onun başlıca xüsusiyyəti dövlət təhsil müəssisələrinə sahib olmasıdır. Fransada təhsil almaq xaricilər də daxil olmaqla, hamı üçün pulsuzdur.(Düzdür, universitetlərdə tələbələrdən nominal ödəmə alınır). Daha bir xüsusiyyəti isə təhsilin əyalətlərdə də paytaxtda olduğu kimi keyfiyyətli olmasıdır.

Sonuncu məlumatlara görə, Fransada şagird və tələbələrin sayı 15 mln. yüksəlib və bu da ölkədəki əhalinin 4/1 təşkil edir. Ölkədə 7 min kollec və 2600 lisey var. Hər il dövlət büdcəsindən təhsilə 21 faiz vəsait ayrılır.

Fransadakı təhsil sistemi çox aydın ifadə edilən milli xüsusiyyətlərə malikdir. Bu ölkədə silklərə bölünmə, diplom və təhsil alma dərəcələrinin xüsusi sistemləri var. Dövlət təhsil müəssisələrində verilən diplomlara qarşı xüsusi yanaşma olur: belə ki, onlar digər özəl məktəb və universitetlərə nisbətən daha yüksək qiymətləndirilir.

Fransız dilinin xarici dil kimi tədris olunması üçün ixtisaslaşmış məktəb və kurslar Fransada çoxdur. Danışıq təcrübəsini təkmilləşdirmək üçün ölkənin demək olar ki, bütün iri şəhərlərində qısamüddətli kurslar tapmaq olar.

Dərsləri Fransızlar keçirlər. Təlimə kommunikativ (əlaqə, ünsiyyət) üsul salınmışdır. Əsasən, dərslər formalaşmağa söykənir, danışıq dilində təcrübənin mükəmməlləşdirilməsi və inkişafına, əsas diqqət isə qrammatika və tələffüzə sərf edilir. Uşaqlar üçün uyğunlaşdırılan xüsusi işlənmiş proqramlar vardır. Qəbuletmə zamanı tələbələr bilik səviyyələrinin təyin olunması üçün testlərdən keçirlər.

Dilin öyrənilməsi adətən, fransız mədəniyyəti və adət – ənənələrinin bir sıra elementləri ilə əlaqələndirilir. Dərslərin xaricində, məktəblər Fransanın tarixinə, adətlərinə və müasir dövrünə həsr edilmiş mövzular üzərində müzakirələr və müxtəlif ekskursiyalar təşkil edirlər. Bir qayda olaraq, hər bir təhsil müəssisəsində sərbəst iş üçün xüsusi mərkəz , kitabxana, internetə qoşulan kompüterlər, audio və video kurslarla işləmək üçün avadanlıqlar vardır.

Kolleclər orta ixtisas təhsili sahəsidir. Fransada belələri mövcud deyildir. Burada kollecləri 2-ci dərəcəli orta məktəblər adlandırırlar. 2-3 il təhsil müddətində hansısa bir iş peşəsi almaq olar. Bir qayda olaraq, təhsil alanlar buraxılış imtahanından sonra sənaye və yaxud müxtəlif xidmət sahələrinə işləməyə gedirlər.

Başqa çıxış yolu da var: kolleci bitirdikdən sonra əmək peşəsi təlimi mərkəzlərindən birinə daxil ola bilər və öz ixtisasına uyğun olaraq işləyə bilməsi üçün sertifikat ala bilər.

Fransada orta və yüksək təhsil arasında elə bir ciddi sərhəd yoxdur. Birinci ikinci üçün pilləkən rolunu daşıyır.

Fransanın ən nüfuzlu təhsil müəssisələri Parisdə yerləşir. Sarbonna universitetinin əsası 1257-ci ildə xeyriyyə məqsədilə onlarla kasıb tələbənin təhsil ala bilməsi üçün Robert Sarbon tərəfindən yaradılmış kolleclə qoyulmuşdur. XIV əsrdən etibarən universitet adlanaraq, Parisin və Fransanın ən iri və nüfuzlu təhsil müəssisəsinə çevrilmişdir. 1968-ci il islahatından sonra universitet 13 müstəqil ali təhsil müəssisəsinə bölünmüşdür.

Fransanın ali təhsil sistemi bu gün yüksəlmə dövrünü yaşayır. Əgər 1980-ci ildə tələbələrin sayı 1.2 mln idisə, 2001-ci ildə bu göstərici 2 mln-ya çatdı və artmağa da davam edir. Fransa torpağında ali təhsil alan hər 10 tələbədən biri əcnəbidir.

Fransada təhsil sürətli və çevikdir. Universitet təhsili 3 hissəyə ayrılır. Tələbələr hər birini bitirdikdə diplom alırlar.

Birinci hissə iki il üçün hesablanıb və ümumi (DEUG) və ya elmi-texniki (DEUST) universitet təhsili diplomunu almaq üçün imtahanla tamamlanır. Çoxları məhz bu pillədə dayanırlar, çünki, belə sənəd yaxşı iş tapmaq üçün şərait yaradır.

İkinci hissə də 2-3 illik təhsildən ibarətdir. Birinci ili bitirdikdən sonra lisenziyalı diplom verilir, növbəti isə magistr diplomunu almaqla bitir.

Nəhayət, 3-cü hissə seçilmiş peşənin daha dərindən öyrənilməsini təklif edir və sərbəst elmi işlə müşayiət olunur, hansı ki, bu işə iddialı olanlar proqrama daxil olmasına qədər bu mövzunun dürüst və qısaca ifadə olunmasına borcludurlar. Bu mərhələni müvəffəqiyyətlə keçənlərə xüsusi ali təhsil və ya əsaslı təhsil diplomu verilir.

Fransada təxminən 80 universitet və 300-ə yaxın məktəb vardır. Fransız ali məktəbləri öz ölçülərinə görə fərqlənirlər, lakin bütövlükdə yerləşdiyi yerdən asılı olmayaraq, yüksək keyfiyyətli təhsil vəd edirlər. Böyük əyalətlərdəki şəhərlərdə – Lill, Ren, Tuluza, Eks-an-Provay-sa, Bordo, Qrenoblyada, Lion bir qayda olaraq, kiçik xüsusiyyətləri ilə fərqlənirlər. Burada 2-ci və 3-cü hissənin tələbələri daha çoxdur. Nəhayət, fransız tələbələrinin 4/1-nin toplaşdığı Parisin ətrafında demək olar ki, nə lazımdı hər şeyi tapmaq olar. İstər fakültə, istər proqram, istərsə də ixtisaslaşdırma olsun.

Fransada universitetlərin rəsmi reytinqi mövcud deyildir, lakin yekunlaşmış nəticələr haqqında danışmaq olar. Necə ki, Fransanın alman dili öyrədən ən yaxşı fakültəsi Strasburq Universitetindədir, məsələn, Monpelye Universitetində təbiət elmləri və tibb fakültələri daha yaxşı təşkil olunmuşdur. Ən ali ticarət məktəbi, ali iqtisadi və ticarət elmləri məktəbi, Parisin ali ticarət məktəbi və başqalarını flaqmanlar aralarında biznes – təhsili adlandırırlar.

Prinsip etibarilə, universitetlər və ali məktəblər arasında fərq mövcud deyildir. Yalnız yaranmış tarixi tiplərdən söhbət gedə bilər.

Ali təhsil məzununun diplomu nüfuzuna görə, bəzən universitet diplomundan daha yüksək qiymətləndirilir. Bunlardan 1-cilər fransız inqilabından əvvəl yaranmışdı: Dağ məktəbi 1783-cü ildə. Bir il sonra körpü və yolların çəkilməsi üçün tikilmiş krallıq məktəbi. Bir qayda olaraq, böyük biznesə və siyasətə gedən yol məhz onlardan keçir. Ekol Normal, Ali Təsərrüfat məktəbi, Ali Ticarət məktəbi, Texniki məktəb, mühəndis vətəndaşlar üçün Mərkəzi məktəb, Hərbi ümumqoşun məktəbi daha çox məşhurdurlar. Doğrudur, əcnəbinin buraya daxil olması çox çətindir, belə ki, hər iş ayrı-ayrılıqda, lazımınca araşdırılır, çox vaxt rədd edilir. Ən yaxşı şans BAC attestatına sahib olanlardadır, ancaq onlara da 1-2 il xüsusi məşğələ siniflərində çalışmaq, amansız konkursda səbirli olmaq lazım gələcəkdir.
Fransız ali məktəblərinə daxil olmağın bir neçə yolu var. Birincisi, rəsmi nöqteyi-nəzərdən BAC-bakalavr attestatı əldə etmək üçün ən sadə yoldur. Bu sənəd universitetə 100 faizlik buraxılışdır, lakin, heyf ki, onu yalnız fransız liseyini bitirdikdən sonra imtahan verərək və yaxşı nəticə əldə edərək almaq olar. Buna görə, onun bütün sadəliklərinə baxmayaraq, elə də yüngül adlandırmaq olmaz.

Başqa variantlar da var. Fransanın hansı ali məktəbində təhsil almaq istədiyini bilən şəxs ən yaxşısı, həmin ali məktəbin komissiyasına məktub göndərərək, niyə bu təhsil sahəsində oxumaq istədiyinin səbəbini yazmağı və bir az da özü haqqında danışmağı sınasın. Şans müsbət cavab almaq istəyən elə insanlarda baş qaldırır ki, onlar oxuduqları ali məktəbləri qurban verə bilərlər və yenidən 1-ci kursa, lakin fransızca davam etməlidirlər.

Əgər sizin namizədliyiniz Fransada bəyənilsə, onlar sizə fransız dilində DALF testə cavab vermək üçün dəvət göndərəcəklər. Bundan əlavə, sizi DALF almanız üçün imtahana buraxsınlar deyə, ilk iş olaraq, çox da çətin olmayan daha bir imtahan verməlisiniz və fransız dilini DELF öyrəndiyinizə görə diplom almalısınız.

Universitetlərin bir çoxunda əcnəbilər üçün hazırlıq kursları fəaliyyət göstərir. Əsasən, fransız dilinə yiyələnməyə daha çox yer verilir. Kim ki, kursun sonunda imtahanları verə bilir, o həmin ali məktəbin tələbəsi olur.

Son illərdə bəzi ali təhsil müəssisələrində, xüsusilə özəllərdə ingilis dilində magistr proqramları yaradılıb. Onlar əcnəbilərə istiqamətləndirilmiş və 1-2 illik təhsil ehtimal olunur. Bura daxil olmaq üçün dinlədiyin kurslar və aldığın qiymətlər barədə diplom və akademik arayış , bundan başqa, TOEFL (550-700) və ya İELTS (6.0-7.0 bal) testinin nəticələrini vermək lazımdır. Bəzən ingilis dilində imtahanları məktəb özü təşkil edir. Belə proqramlarda təhsil almaq ödənişlidir.

Fransa tarixdə idarəetmə formasına və siyasi quruluşuna görə xüsusi yerə sahibdir. Tarixə nəzər salsaq, görərik ki, Fransa və Avropa siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biri Böyük Fransa İnqilabıdır.

İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir, azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur.

Bu sosial-siyasi qiyam mütləq monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanmışdır. Bu gün Fransada bu prinsiplər dövlət idarəçiliyində, siyasi quruluşda hakim mövqedədir.

Dünyadakı bir çox ölkəyə hüquq sistemi və idarəetmə formasına görə Fransa nümunə ölkələrdən biri hesab olunur.

Fransanın nümunə bir ölkə olaraq təhlilini 2 aspektdən ələ almışdır: Fransanın siyasi quruluşu,hakimiyyət orqanları və  idarəetmə quruluşu: mərkəzi və yerli idarəetmələr.

Fransa dövləti prezidentli respublika  rejimi ilə idarə olunan bir ölkədir. Hal-hazırda Fransa 5-ci Respublika dövrünü yaşayır. Respublikanın əsas xüsusiyyəti Fransız İnqilabının içində mövcud olan insan haqqları,demokratik dəyərlərə bağlı, dövlət və milləti ilə birlikdə bölünməz, sosial bir hüquq dövləti üzərində qurulmuşdur.

Fransa torpaqlarında yaşayan  və  vətəndaşlıq almış hər kəs  Fransız hesab olunur. Bütün fransız vətəndaşları konstitusiya  və  qanunlar qarşısında  dil, din, irq baxımından  ayrıseçkilik  olmadan bərabər hüquqlara sahibdir.

Fransanın qanunverici orqanı 1958-ci il Konstitusiyasının   24 və 58-ci maddələrində  qeyd olunmuş ətraflı  və  aydın prinsiplər əsasında  qurulmuşdur. Ali qanunverici orqan  ikipalatalı parlamentdən ibarətdir: Milli Məclis və Senat. Senatda yerli özünüidarəetmələr, Milli məclisdə isə xalq təmsil olunur.

Bir çox ölkələrdən fərqli olaraq Fransada deputatın müavini də olur. Deputat seçilmiş şəxs vəfat etdikdə və bir sıra digər hallarda müavin deputat mandatı əldə edir.

Senat departamentləri təmsil edən orqan olub 321 üzvdən ibarətdir. Departamentlərin təmsilçilik norması onların əhalisinin sayından asılıdır. Senator seçilmək üçün 35 yaşa çatmaq tələb olunur. Senatorların səlahiyyət müddəti 9 ildir. Hər 3 ildən bir Senatın tərkibinin üçdən bir hissəsi yenidən seçilir.

Digər ölkələrin parlamentləri kimi Fransa parlamenti də qanunvericilik, iqtisadiyyat, nəzarət, xarici siyasət, məhkəmə və başqa sahələrdə səlahiyyətlərə malikdir.

Qanunvericilik sahəsində Fransa parlamenti aşağıdakı qanunları qəbul edə bilər:

Fransada icraedici hakimiyyət mərkəzi idarəetmə qurumları və əyalət təşkilatlarından meydana gəlmişdir.İcraedici orqanın əsas ünsürləri aşağıdakılardır:

Fransada prezident həm dövlət başçısı , həm də icraedici orqanın başçısıdır. Digər Avropa ölkələri ilə müqayisədə olduqca geniş vəzifə və ssəlahiyyətlərə malik olan president həm də məhkəmə hakimiyyətinin müstəqilliyinin gerçək zəmanəti statusuna malikdir.Xüsusilə  xarici siyasət və milli müdafiə   sahələrində  yeganə səlahiyyətli  bir  hakimiyyətinin olması ilə bərabər,başnaziri təyin etmək, hökumətin çağırılması ilə vəzifəsinə son vermək,hökumətə başçılıq etmək,baş nazir və ya hər iki parlamentin təklifi ilə bəzi qanun layihələrini  xalq səsverməsinə təqdim etmək, milli birlik  və müharibə vəziyyəti haqqında parlamentləri iclasa çağırmaq və ya fövqəladə hal elan etmək,Konstitusiya şurası  üzvlərindən üçünü  təyin etmək,qanunlara yenidən baxılmasını istəmək  mövzularında imza səlahiyyətinə malikdir.

Birbaşa xalq tərəfindən 7 illiyə seçilən prezident, vəzifə müddəti bittikdən sonra yenidən seçilə bilər.Yenidən seçilə bilmə haqqı prezidentə həm də onun hər hansı bir siyasi partiyaya üzv ola bilməsinə və hər hansı bir siyasi düşüncəni təmsil edə bilməsinə  yol açır.Prezidentliyə  nazmizəd ola bilmək üçün parlament nümayəndəsi,bələdiyyə başçısı,əyalət məclisi üzvü vəya bölgə məclisi üzvü olmaq,minimum 30 ili təmsil edən və ən az 500 vətəndaşın ictimaiyyətə açıq və yazılı şəkildə  namizəd göstərməsi zəruridir.

Baş nazirin səlahiyyətləri konstitusiyanın 20 və 21-ci maddələrinə əsasən, ölkədaxili tənzimləmələr etmək, hökumət işlərini idarə və koordinasiya etmək,qanunvericiliyi tətbiq etmək, müəyyən səviyyələrdə təyinatlar etməkdən ibarətdir.Bununla yanaşı birbaşa baş nazirə tabe olan əhəmiyyətli qurumlar da vardır.

Ənənəvi oaraq Danıştay üzvləri arasından təuin olunan və birbaşa  baş nazirə tabe olan siyasət və idarəetmə arasında əlaqə qurumudur.Parlamentlə hökumət arasındakı əlaqələrdə çox əhəmiyyətli rola sahibdir.İdari baxımdan birbaşa baş nazirə bağlı icraedici, maliyyə və idarəedici vahidlərinin rəhbəridir. Nazirlər kabineti iclaslarının gündəmlərini hazırlamaq,rəsmi hesabatlar tutmaq və dərc etmək,nazirliklər arası konfransların və digər qurumların iclaslarında iştirak etmək, baş nazirin milli qəzet, kadrların idarəsi,yüksek inzibati araşdırmalar mərkəzi və digər komissiya və komitələrlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı işlər də baş katibin vəzifələrindəndir.

Fransa konstitusiyasında Nazirlər Kabinetinin strukturu və faliyyəti barədə heç bir  konstitusya tənzimləməsi yoxdur.Sadəcə iki istisna vardır ki, bunlardan biri fövqəladə vəziyyət elan olunmasıdır.Nazirlər Kabineti fövqəladə hal elanını parlamentin təsdiqləməsi üçün  15 gün ərzində  təqdim etməlidir.İkinci istisna isə Nazirlər Kabinetinin Konstitusiya Şurasına parlamentin səlahiyyət dairəsindən   kənara çıxaraq öz səlahiyyətlərini qəsb etməsi etirazıdır

Fransada mərkəzi idarəetmə bölgə,əyalət və mahal adlanan üç vahiddən ibarətdir.Bölgələr və əyalətlər eyni zamanda həm  mərkəzi, həm də yerli idarəetmənin təşkilatlandığı idari vahidləridir.Nazirlər kabineti tərəfindən təyin olunan vali bölgə və əyalətlərdə mərkəzi hökuməti təmsil edir.Mahallar da məmurlar tərəfindən idarə olunur.

Fransada bölgə iqtisadi, sosial, mədəni və coğrafi ,həmçinin etnik və dini baxımdan sıx əlaqələrin mövcud olduğu məkanlara verilən addır.1990-cı ildən bəri Fransada 26 bölgə mövcuddur.

Əyalət iyerarxik quruluşda bölgələrdən sonra gələn vahidlərdir.Əyalət valisi də Nazirlər Kabineti tərəfindən təyin olunur.Fransada bu gün 100 əyalət idarəetməsi vardır.Əyalət valiləri bölgə valisinin əmrinə tabe olaraq mərkəz tərəfindən verilən vəzifələri qanunauyğun şəkildə yerinə yetirirlər.

Mahalların başçısı Daxili İşlər Naziri tərəfindən təyin olunan məmurlardır(prefet).Mərkəz tərəfindən verilən əmrləri yerinə yetirməklə məsuldurlar.

Xarici siyasətinin idarəedilməsinin Fransa sistemi bəzi fərqli xüsusiyyətlərə və ənənələrə malikdir.

Parlament iki palatadan ibarətdir: Milli məclis və senat. Milli məclis bilavasitə, senat bilvasitə səsvermə yolu ilə seçilir. Senatda ərazi vahidləri və xaricdə yaşayan fransızlar təmsil olunur. Fransızların ifadəsinə görə, parlament haqqında bölmə konstitusiyanın «künc-bucağında» yerləşir. Lakin müharibənin elan edilməsi kimi mühüm məsələnin həlli məhz parlamentin səlahiyyətlərində təsbit edilib. Həmçinin Milli Məclis hökumətə inam yaxud inamsızlıq (o cümlədən
xarici siyasət sahəsində) nümayiş etdirmək hüququna malikdir. Bəzi beynəlxalq müqavilələr yalnız parlament tərəfindən təsdiqlənə bilər.
Əsas funksiyalar – səfir təyin etmək və xarici səfirləri akreditə etmək, sazişlərin bağlanması haqda danışıqları aparmaq və həmin sazişləri ratifikasiya etmək, Milli təhlükəsizliyi təmin etmək və hərbi qüvvələrin başçısı olmaq, prezidentin əlində cəmləşib.
Baş nazirin rolu Böyük Britaniyaya nisbətən xeyli aşağıdır. Bununla yanaşı, baş nazir hökumətə başçılıq edir və deməli, gündəlik olaraq xarici siyasət məsələləri ilə də məşğul olur.
Həmçinin konstitusiya şurası mövcuddur. Şura 9 illik səlahiyyətlərə malik olan 9 üzvdən ibarətdir və xarici siyasi fəaliyyətə nəzarət edir. Ölkənin bütün keçmiş prezidentləri ömürlük bu şuranın üzvləridirlər.
Xarici siyasətin əsas halqası tarixçəsi 1628-ci ilə gedib çıxan XİN. 1853-cü ildən nazirlik məşhur Ke d’Orse bulvarında yerləşir. Ona nazir başçılıq edir, nazir yanında dəftərxana fəaliyyət göstərir. Həmçinin avropa və frankofon işləri üzrə iki nazir müavini də var.
Xarici əlaqələr orqanlarına Frankofon cəmiyyətinin mərkəzi orqanları da aiddir.

Xarici nümayəndəliklərdə adətən siyasi, ticari-siyasi, konsul, protokol, həmçinin mətbuat, mədəniyyət şöbələri yaradılır.

Fransa partiyaları:

Fransa Sosialist Partiyası - FSP, Lider: F.Olland

Fransa Kommunist Partiyası - FKP, Lider: J.Byuffe

Fransa Uğurunda Hərəkat - FUH, Lider: F.Deviye

Milli Cəbhə, Lider: J.J.Penn

Fransa yüksək inkişaf etmiş dövlətdir.İqtisadi potensialına görə Avropada Almaniyadan sonra 3-cü yerdədir.Fransa iqtisadiyyatının ənənəvi xüsusiyyəti burada təsərrüfatın mühüm sahələrinə nəzarət edən ümumilli proqramlaşdırmanı fəal tətbiq edən iri dövlət sektorunun olmasıdır.Ölkədə iqtisadi inkişafın planlaşdırılması ümumavropa miqyasında strateji səciyyə daşıyır.

Fransada emal sənayesi 5 ana bölgədə sıxlaşıb.Paris və çevrəsinə çox çeşidi sənaye sahələri ,Lyon çevrəsi və Saint Etienne-de kimya sənayesi,tarixi kömürə və toxumacılığa əsaslanan Nord-Pas-de-Calais bölgəsində alüminium,polad və motorlu nəqliyyat vasitələri,Tuluza və çevrəsində kosmos və havaçılıq sənayesi məskunlaşmışdır.

Fransa iqtisadiyyatında öz aralarında və xarici kapitalla sıx əlaqədar olan onlarla sənaye korporasiyaları və banklar fəaliyyət göstərir .Bunlar Elf-Akiten(neft sənayesi),Pejo-Sitroen və Renault(avtomobil sənayesi),Tomsonvə Alkatel(elektronika),Peşine-Yujin-Külman(alüminium sənayesi),Ron-Pulenk və Mişlen(kimya sənayesi),L`Oreal,Ywes Rocher(kosmetika),Karfurr(ərzaq məhsulları ticarəti),banklar Kredi Leonne,Pariba və başqalarıdır.İqtisadiyyatın bəzi sahələrində(kənd təsərrüfatı,yüngül,yeyinti,ticarət və s.) kiçik sahibkarlıq mövcuddur.İstehsalın mərkəzləşmə səviyyəsinə görə AFR və Böyük Britaniyadan geri qalsa da,iqtisadiyyatında dövlət sektorunun əhəmiyyətinə görə irəlidədir.Sənaye sahələrinin 1/4-i dövlətə məxsus müəssisələri təşkil edir.Ölkə sənayedən sonrakı inkişaf mərhələindədir.Sənaye,kənd təsərrüfatında çalışanların sayı azalır.Əmək qabiliyyətli əhalinin yarıdan çoxu xidmət sahələrində çalışır.Xidmətin bir çox növlərinə görə (maliyyə,nəqliyyat,turizm,elmi və texniki əməkdaşlıq) dünyada lider dövlətlərdəndir.Fransa iri hərbi qüvvəyə və atom silahına malikdir.

Əmək qabiliyyətli əhalinin təqribən 25%-i bu sahədə çalışır.Ən mühüm sahələri energetika,maşınqayırma və kimyadır.Hasilat sənayesində daş kömür,dəmir filizi,boksit çıxarılması xeyli azalmışdır.Mərkəzi massivdə uran,cənub-qərbdə təbii qaz çıxarılır.Fransa mineral xammal idxalçısına çevrilmişdir.Ona görə də energetika sənayesində AES-lərin rolu getdikcə artır.AES-lər yerli xammal və Afrika ölkələrindən idxal olunan uran filizi əsasında fəaliyyət göstərir.Mərkəzi  massivdə hər il 2-3 min ton uran filizi çıxarılır.Elektrik enerjii istehsalında AES-lərin payı  80%-dən  çoxdur.Bu göstəriciyə görə dünyada birincidir.Uran filizindən istifadə zaanı tullantıların bir hissəsi Almaniyada anbarlara yığılır.2010-cu ilin noyabr ayında Almaniyada əhslinin etiraz nümayişi də buna qarşı yönəlmişdirElektrik enerjisi istehsalında SES-lərin rolu da vardır.2015-ci ildə Fransa  avropa ölkələri arasında elektrik enerjisi istehsalına görə Norveç və İsveçdən sonra 3-cü oldu.Energetikanın inkişafı planlarında enerji daşıyıcılarının idxalının azaldılması və alternativ vasitələrdən(günəş,külək,dəniz qabaraları enerjisi) istifadə olunması göstərilir.

Emaledici sənayedə metal və enerji tutumlu sahələrin payı azalmış ,maşınqayırma və kimyanın mövqeyi artmışdır.Qara metallurgiya idxal olunan xammala(zavodları Dünkerk,Fosdadır),əlvan metallurgiya həm yerli ,həm də idxal olunan xammala,ucuz elektrik enerjisinə  əsaslanır.Əlvan metallurgiya müəssisələri Saboye dağlıq rayonunda ,Mərkəzi Massivdə ,Pireneydə SES-lərin yaxınlığında fəaliyyət göstərir.

Maşınqayırma kompleksinin strukturunda  avtomobilqayırma və  nəqliyyat vasitələri istehsalı 1-ci yerdədir.Fransa dünya bazarında avtomobil ,avia-kosmik avadanlıq və gəmilər istehsalına görə rəqabət aparır.Ölkənin Reno,Pejo avtomobil şirkətləri;Aerospasyal,Avon Marsel Dasso Breqe aviakosmik şirkəti dünya miqyasında ən iri istehsalçılardır.Ölkədə elektrotexnika sənayesi yüksək inkişaf etmişdir.Bu sahədə elektrik kabelləri,elektrik stansiyaları(o,cümlədən atom) üçün avadanlıq,elektron hesablama maşınları və s. istehsal olunur.Maşınqayırmanın mühüm mərkəzləri  Paris,Lion bölgələri daxilində,həm də ölkənin şimalında (gəmiqayırma istisna olmaqla) yerləşir.Maşınqayırma məhsullarının 40%-i ixrac olunur.Aviaraket sənayesinin inkişafına görə Avropada liderdir.Sərnişin və hərbi təyyarə,helikopter,raket istehsal edir.Arean fransız raketlərindən bir sıra dövlətlər peyk buraxılmasnda istifadə edir.Ölkəyə məxsus  Kuru kosmodromu Fransa Qvianasında yerləşir(Latın Amerikası).Ölkənin aviasiya müəssisələri Paris,Tuluza şəhərlərindədir və bunlar dövlətə məxsusdur.Aviasiya sənayesinin digər mərkəzləri Bordo,Rurj,Marinyandadır.

Sənауе istehsalının strukturunda maşınqayırmadan sоnrа 2-ci уеrdə kimya sənayesidir. Kimya sanayesi minеrаl gübrə, sintetik kauçuk və plastik  kütlə, zərif  kimya (раrfümeriya, əczaçılıq, kosmetika) üzra ixtisaslaşmışdır. Rezin sənayesi (avtomobil təkərləri istehsalı) inkişaf etmişdir.Kimya sənауе müəssisələri Paris, Lion Ьölgələri və ölkənin сənubundadır.

Sənaye istehsalının strukturunda 3-cü yerdə yüngül sənayedir.Yüngül sənayenin mühüm sahəsi toxuculuqdur.Fransa parça və paltar istehsalına görə dünyada məşhurdur.Bu sahədə yun və pambıqdan daha çox istifadə olunur.Toxuculuq sənayesinin mərkəzləri ölkənin şimalında(yun ,kətan,cut fabrikləri) ,Elzasda və Vogez dağları ətəklərində(pambıq parça),Lionda(təbii və süni ipək parça) cəmlənmişdir.Tikiş sənayesinin mühüm mərkəzi Parisdir.O,moda mərkəzi kimi dünyada məşhurdur və bu sahədə liderliyini saxlayır.

İstehsal məhsullarının həcmi və müxtəlifliyinə görə ölkədə yeyinti sənayesi xüsusi əhəmiyyət kəsb edir. Bu sаhədə şərabçılıq, şirniyyat və рendir, kоnsеrv və şirələr istehsalı xüsusilə seçilir. Yeyinti sənауеsinin müəssisələri ölkənin əksər şəhərlərində уауılmışdır.

Frаnsа аqrоsənауе kompleksinin inkişafına görə dünyada араrıсı mövqе tutur. Ölkənin kənd təsərrufatındа сəmi 1 mln əhаliçalışır. О, ət, süd, taxıl, şəkər çuğunduru istehsalına görə Qərbi Avropada 1-ci, pendir istehsalına görə dünyada 2-ci, üzüm yetişdirilməsinə görə Avropada 2-ci (ltaliyadan sоnrа) уеrdədir. Fransanın Aralıq dənizi sаhilləri meyvəçiliyin müхtəlifliуinə görə seçilir (şaftalı, ərik, badam, zeytun, sitrus mеуvələri). Aqrar bölmələrdаə kiçik və orta təsərrüfаtlаrdа iri əmtəəlik müəssisеlər hakim mövqе tutur. Frаnsа kənd təsərrüfаt məhsulları istehalına görə dünyada 3-cü (АВŞ və Каnаdаdаn sonra), Qərbi Аvrораdа l-ci уеrdədir.

Kənd təsərrüfаtı məhsullarınn yarıdan çoxu hеyvandarlığın payına düşür. Əsаsən iri buynuzlu mаl-qаrа bəslənilir və о, mаl-qаrаnın sayına görə Qərbi Avropada l-ci уеrdədir. İri buynuzlu mаl-qаrа ölkənin təbii оtlаqlаr оlаn şimal-qərbində, həmçinin Мərkəzi Massivdə saxlanılır. Heyvandarlıq intensiv inkişaf etdirilir, əsаsən südlük-ətlik istiqаmətindədir. Bu sаhədə kərə yağı, mаl əti, pendir, süd istehsalı inkişaf etmişdir.

Bitkiçilikdə taxıl əkinləri (хüsusilə buğda), üzümçülük,tərəvəzçilik və bağçılıq aparıcı yer tutur.Taxıl bitkiləri(buğda ,qarğıdalı,arpa)əsasən Şimali Fransa,Akvitan ovalığında becərilir.Bu sahədə orta məhsuldarlıq hər hektara 70sentnerdir.Qarğıdalı cənub-qərbdə;arpa,çovdar Mərkəzi Massivdə;çəltik Rona çayı deltasında əkilir.Texniki bitkilərdən kartof və şəkər çuğunduru əkinləri də geniş ərazi tutur.(Şimali Fransa ovalığında).Üzüçülük üzrə ixtisaslaşan rayon Langedokdur(üzüm bağlarının 40%-i).Üzüm həmçinin Haronna,Dordoni,Şaranti çayları vadisində də becərilir.Keyfiyyətli üzüm şərabı istehsalına görə Fransa dünyada 1-ci yerdədir.Şampan,Konyak,Kaqor içki markaları dünyada məşhurdur.Bordo,Şampan,Elzas,Burqundiya bölgələri,Luara çayı vadisində əla markalı şərab istehsal olunur.Tərəvəzçilik və meyvəçilik üzrə bir çox kiçik bölgələr ixtisaslaşmışdır.Bu sahənin məhsulları iri şəhərləri (ilk növbədə Parisi)təmin edir.Ölkənin şimal-qərbində alma,armud,ərik bağları ,Aralıq dənizi sahillərində gavalı,sitrus meyvə bağları yayılmışdır.

Fransa yüksək  inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Ölkədə nəqliyyat şəbəkəsi radial konfiqurasiyaya malikdir.Belə ki,əsas dəmir yolları,avtomobil magistralları,daxili su yolları,hava xəttləri paytaxt Parisdən başlayır.Sərnişin və yük daşımalarda əsas rolu avtomobil nəqliyyat oynayır.Fransa Avropada inkişaf etmiş dəmir yolu şəbəkəsinə malikdir.

Ölkənin ən mühüm mərkəzləri arasındakı əlaqə yüksək sürətli və elektrikləşdirilmiş dəmir yolları vasitəsilə əlaqə saxlanır .Yüksək sürətli  magistralların tətbiqi sahəsinə görə Fransa Avropa ölkələri arasında liderdir.O,bir sıra ölkələrdə o cümlədən ABŞ-da yüksək sürətli magistrallar layihəsində iştirak edir.Paris-Lion-Marsel;Paris-Tur-Bordo;Paris-Lemoj-Tuluza mühüm dəmir yol magistrallarıdır.Yük daşımalarında boru kəmərləri və daxili su nəqliyyatından geniş istifadə olunur.Neft və neft məhsulları əsasən Marsel-Lion-Strasburq,Havr-Paris kəmərləri ilə daşınır.Yük daşımalarında Sena çayından  istifadə olunur.Paris,Strasburq,Ruan mühüm çay limanlarıdır.

Xarici iqtisаdi əlаqаlərində dəniz naqliyyatı mühüm rol oynayır. Ən mühüm dəniz limаnlаrı Marsel, Наvr, Dünkerk, Nant, Bordo,Ruandır.Yük dövriyyəsinin həcminə görə Marsel Qərbi Avropada 3-cü yerdədir.O,Fransanı Hind və Sakit okeanla əlaqələndirir.Havr və Ruan Parisin dəniz avanportudur.Dünkürk portu Şimal sənaye bölgəsinin dəniz qapısıdır. Nəqliyyat əlаqələrində La-Маnş boğzından 1994-cü ildə çəkilmiş sualtı tunеldən geniş istifаdə оlunur. Hava nəqliyyatı ilə dаşımаlаrı dövlətə məхsus Еуr-Frаns, Еуr-lntеrn şirkətləri vаsitəsilə həyata keçirilir.

Frаnsа dünyada turist qəbulunа görə liderdir (76,8 mln. nafər). Turizmdən əldə olunan gəlir 46,3 mlrd. dоllаr təşkil edir. Ölkəуə turistləri сəlb еdən Раrisin zəngin tаriхi-mədəni аbidələri, Disneylend əуlənсə  parkı, Aralıq dənizi və Atlantik оkеanının  çimərlikləri,istirаhət mərkəzləri və s.-dir.

Frаnsаnın xarici ticarəti genişdir. Təsərrüfаt əlаqələrinin müxtəlif istiqamatləri üzrə ölkə beуnəlхаlq аləmdə mövqеуinə görə liderdir. Xarici tiсаrətin həcmi və sanaye məhsullаrı iхrасınа görə Frаnsа dünyada 4-cü уеrdədir (АВŞ, AFR, Yaponiyadan sоnrа). Fransa Bеуnəlхаlq investisiya əlaqələrində fəаl iştirak еdir. Xarici kapital qоуululuşunun həсminə görə dünyada 3-cü уеrdədir. Frаnsа iqtisadiyyatına qoyulan xarici investisiyanın həсmi dəəhəmiууətli dərəсədədir.

Ölkə ixracatının tərkibi müxtəlifdir. Dünya bаzаrındа nəqliууаt maşınqayırması (avtomobil, təууаrə, helikopter, lokomotiv), silah, АЕS-lər üçün avadanlıq, kosmik texnika, elektrotexnika və kimya məhsullаrı, polad, alüminium, раrçа, paltar ixracına görə Frаnsаnın mövqeyi yüksəkdir. Кənd təsərüfatı  və ərzаq məhsulları  ixracının dəуərinə görə АВŞ-dаn gеri qalır (şərаb, taxıl, süd məhsullаrı, şəkər və s.), spirtli içkilər ixracına görə isə liderdir. Frаnsа elektrik enerjisi də iхrас еdir idxalatında mаşın və avadanlıqdan başqa yanacaq (xüsusilə neft) və sənауе xammalı mühüm rol оуnауır. Qəhvə, kakao, çау və digər kənd təsərrüfаtı məhsullаrı idxal edir. Fransanın ən mühüm tiсаrət tərəfdаşlаrı Aİ ölkələri (АFR, Italiya, Вöуük Britaniya, Benilüks dövlətləri), АВŞ, Yaponiya, Çindir,Frаnsа Afrika ölkələri, Yaxın və Оrtа şərq, Latın Amerikası ölkələrilə da tiсаrət əlаqələri sахlауır. Frаnsа və Аzərbаусаn Respublikası аrаsındа da tiсаrət əlаqələri gеnişlənir.




#Article 67: Finlandiya (1580 words)


Finlandiya (, İsveç dilində: Finland) — Avropanın şimalında Baltik dənizi sahilində dövlət. Rəsmi adı Finlandiya Respublikasıdır (fincə: Suomen Tasavalta, İsveç dilində: Republiken Finland). Rusiya, Norveç və İsveç ilə həmsərhəddir. Sahəsi 338 min km²2, əhalisi 5.3 mln nəfərdir. Paytaxtı Helsinki şəhəridir. Finlandiya inzibati cəhətdən 12 lyaniyaya bölünür.

İsveç dilində Finland - finlər ölkəsi deməkdir.

Finlandiyalılar təxminən bölgəyə 2000 il əvvəl çatmağa başlayan Baltik bölgəsindən gələn mühacirlər ilə buz çağından sonra bölgəyə köçən əsl yerlilərin qarışığından gəlir. Dil baxımından isə, estonlar və macarlar ilə birlikdə finlər də fin-uqor dil ailəsinə mənsubdur.

Finlandiya 1155-ci ildə İsveç Krallığına daxil edilmişdir. İsveç hakimiyyəti altında olduğu 1809-cu ilə qədər sürən dövrdə qərb tərzində mühakimə, cəmiyyət idarəsi, siyasi sistem və ictimai xidmətlər sahələrində quruluşların təməlləri atılmışdır. Dünyəvi quruluşların yanında Katolik Kilsəsi və XVI əsrdəki islahatların XVIII əsrin sonunda, İsveç hakimiyyəti zəiflədikcə müstəqil Finlandiya fikri ortaya çıxmışdır. 1809-cu ildə Finlandiya, Rusiya İmperiyasına aid Avtonom Çar Dukalığı olmuşdur. Finlandiya öz hüquq sistemini, inkişaf edən milli iqtisadiyyatını və ordu sistemlərini qorumuşdur. 1865-ci il tarixindən Finlandiya öz pul vahidi olan Markkanı çıxarmışdır. Parlamentar bir hökumət sistemi ilə hüququn üstünlüyünə söykənən bir hökumət inkişaf etdirmişdir. Beləcə Müstəqil Finlandiya yolunda əhəmiyyətli bir addım atılmışdır.

Oktyabr İnqilabı ilə Finlandiya müstəqilliyini elan etmək üçün 6 dekabr 1917-ci il tarixində imkan əldə etmişdir. Sovet Rusiya Hökuməti 31 dekabrda Fin müstəqilliyini tanımışdır. Qonşu dövlətlər və qərb xalqları tərəfindən də tanınma müəyyən müddətdə reallaşmışdır. Fransız sisteminə bənzəyən Finlandiya Konstitusiyası, 17 İyul 1919 tarixində qəbul edilmişdir.

SSRİ-nin Finlandiyaya 1939-cu ildə təşkil etdiyi hücumun ardından, bitərəf Finlandiya bir anda İkinci dünya müharibəsinin istəmədən iştirakcısına cevirilmişdir. Finlandiya 1939-1940 və 1941-1944-cü illəri arasında Sovetlər Birliyi və 1944-1945-ci illəri arasında Almaniya ilə döyüşmüşdür. Müharibənin sonunda Finlandiya torpaqlarının 10%-i ilə 100,000 insan itirmişdir. Bununla da vaxtı ilə  dörd milyon əhalisi olan ölkə çox ağır itkilər vermişdir.

Finlandiya bütün bu çətinliklərin öhdəsindən gəlmişdir. Qitədən İkinci dünya müharibəsinə qatılan bütün Avropa ölkələrindən yalnız Finlandiya xarici birliklər tərəfindən işğal edilməmişdir və ən əhəmiyyətlisi Fin demokratiyasına toxunulmamışdır.

Əhalinin 93,4%-ni finlər, 5,7%-ni isveçlilər, 0,12%-ni qaraçılar, 0,4%-ni ruslar, 0,2%-ni saamlar təşkil edir.

Finlandiyada iki rəsmi dövlət dili mövcuddur, fin və isveç dilləri. XIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək Finlandiya İsveçin əsarəti altında olmuşdur və bu dövr ərzində Finlandiyanın dövlət və ədəbi dili isveç dili olmuşdur. Fin dili isə yalnız məişət səviyyəsində istifadə olunurdu. Yalnız 1865-ci ildə fin dili rəsmi dilə çevrilmişdir. Fin dilinin iki böyük dialekti mövcuddur: şərq və qərb dialektləri. Ölkədə yaşayan saamların böyük hissəsi öz ana dilində danışırlar. Hətta saam dilində məktəblər də fəaliyyət göstərir.

Əhalinin 90%-ni lüteranlar, 1%-ni pravoslavlar təşkil edir.

Finlandiya ali təhsil müəssisələri universitetlərə və politexnik təhsil ocaqlarına bölünür. Ali məktəblərə qəbul zamanı tələbələrin seçimi əsasında milli və qəbul imtahanlarından istifadə edilir.

Universitetlərdə əsas diqqət elmi tədqiqatlara ayrılır və tələbələrə hərtərəfli nəzəri biliklər verilir. Politexnik profilli təhsil müəssisələrində isə, əsasən, praktiki bacarıqlar xüsusi əhəmiyyət kəsb edir. Belə ali məktəblər bəzi hallarda tədqiqat məsələlərini gündəmə gətirsə də, əsasən sənayenin inkişaf layihələri ilə məşğul olur. Politexnik profilli təhsil müəssisələri, əsasən bələdiyyələr, bəzi hallarda isə özəl qurumlar tərəfindən idarə olunur.

Finlandiyanın bütün universitetlərində bakalavr dərəcəsi üzrə təhsil müddəti təxminən 3-4 ildir. Proqramdan asılı olaraq, bu pillədə ali təhsil tamamlana bilər. Ancaq bəzi hallarda bu pillə magistratura pilləsi üçün aralıq mərhələ hesab edilir.

Politexnik təhsilin tamamlanma müddəti isə 3,5-4,5 il arasında dəyişir. Politexnik təhsil üzrə dərəcə Finlandiyanın təhsil sistemində hüquqi baxımdan aşağı səviyyəli universitet dərəcəsi hesab edilmir. Finlandiyadan kənarda isə politexnik dərəcələr nisbətən aşağı səviyyəli universitet dərəcəsi kimi qəbul olunur.

Politexnik təhsil müəssisələrini bitirən bakalavrlar universitetlərdə magistratura dərəcəsi üzrə proqramlarda təhsillərini davam etdirə bilərlər. Universitetlərdə magistratura proqramının müddəti iki il, politexnik ali məktəblərində isə bir ildir. Boloniya prosesinin tələbləri nəticəsində politexnik müəssisələri bitirənlərdən tələb olunan əlavə təhsilin həcmi tədricən azaldılır. Bununla da politexnik müəssisələri bitirənlərdən bəzi hallarda heç bir əlavə təhsil almaq tələb olunmur.

Politexnik təhsil müəssisələrini bitirənlər öz sahələri üzrə üçillik iş təcrübələrini tamamladıqdan sonra onlara müvafiq ixtisas üzrə magistratura dərəcəsi almaq hüququ verilir. Bu dərəcə yalnız ixtisasyönümlü səciyyə daşıyır.  Politexnik profilli magistratura dərəcəsinin müddəti iki ildir və müntəzəm işdən ayrılmamaqla bu dərəcə üzrə təhsil almaq olar. Bakalavr pilləsindən fərqli olaraq, politexnik profilli magistratura dərəcəsi müvafiq sahə üzrə akademik magistratura dərəcəsinə bərabər tutulur.

Finlandiyada doktorluq dərəcəsinə yalnız universitetlərdə yiyələnmək mümkündür. Politexnik ixtisaslı magistratura dərəcəsi isə tələbələrə doktorantura pilləsi üzrə təhsil almaq hüququ vermir.

Bütün bu ekvivalentlik yalnız dövlət sektorunda işə qəbul  zamanı nəzərə alınır.

Universitet və politexnik profilli ali təhsil müəssisələrində tələbələrin dərsə davamiyyəti könüllüdür. Finlandiya ali təhsil müəssisələrində tələbələrdən heç bir təhsil haqqı tələb olunmur. Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn tələbələr üçünsə pullu ali təhsil tətbiq olunur.

Universitetlərdə təhsil alan hər kəsin tələbə ittifaqına üzvlüyü məcburidir. Politexnik ali təhsil müəssisələrində isə tələbə ittifaqına üzvlük könüllüdür.

Finlandiyada tələbələrə bir sıra maliyyə yardımları da verilir. Belə yardımlar tələbənin təhsilində davamlı geriləmələr və müvəffəqiyyətsizlik olduqda ləğv edilə bilər. Yardımın miqdarı, adətən, o qədər də çox olmur. Buna görə də tələbələrin əksər hissəsi özlərini maliyyələşdirmək üçün işləyirlər. Finlandiyada tələbələr həmçinin dövlət təminatlı tələbə borclarından da yararlana bilərlər.

Xaricdə təhsil üçün də müvafiq tələbə yardımlarının mövcudluğu beynəlxalq tələbə mübadiləsinin yüksəldilməsini təmin edir. Tələbələrin xaricdə təhsili üzrə maliyyə yardımı yalnız Finlandiya hökumətinin maliyyələşdirdiyi prioritet təhsil sahələrinə verilir.

Finlandiya ali məktəblərində oxuyan əcnəbi tələbələrin təhsili, adətən onları göndərən ölkə tərəfindən maliyyələşdirilir. Təhsil almaq məqsədi ilə gələn əcnəbilərin bu ölkədə daimi yaşayış hüququ varsa, onların təhsili Finlandiyanın tələbələrə maliyyə yardımı proqramı çərçivəsində maliyyələşdirilə bilər.

Qurudan Norveç, İsveç və Rusiya dövlətləri ilə həmsərhıddir. Baltik dənizinin Botnik və Fin körfəzlərı ilə okeana çıxış yolu vardır. Relyefdə düzənlik sahələrin çox olması onun təsərrüfat əhəmiyyətini artırır. Dördüncü dövr buzlaşmalarının izlərı relyefdə daha yaxşı əks olunmuşdur. Bir çox faydal qazıntılarla, dəmir, mis, əlvan metal filizləri, tikinti materialları, qrafit, aratit ilə zəngindir. Ölkə ərazisinin çox hissəsi (əsasən cənubu) düzənliklərdir. Çoxlu gölləri olan mərkəzi hissə cənub və cənub-şərqdən Salpausselkya tirəsi, şimal və şimal qərbdən Suomenselkya yüksəkliyi, şərqdən Qərbi Kareliya yüksəkliyi ilə əhatələnmişdir. Ölkənın şimalını və şərqini hündür 400–600 m-ə çatan yüksəkliklər (Manselkya və s.), şimal-qərbini Skandinaviya yaylası (mak. hündür. 1365 m. Xaltiatunturi dağ.) tutur.

Kiçik ailə fermalarının, əkinçiliyin təməlini təşkil etdiyi Finlandiya uzun bir zamandan bəri məhsular baxımdan özünü bəsləyən bir dövlətdir. Ayrıca bölgədə ət, süd və süd məhsulları, yumurta kimi məhsulların böyük bir ixracatçısı vəziyyətindədir. Buğda və çovdar, ölkənin istehsal mövsümünün 200 günün üzərində olduğu cənub-qərb seqmentinin ana məhsullarıdır. Bunları yenə böyük miqdarlarda yetişən yulaf, arpa, kartof və çovdar təqib edər. İstehsal mövsümünün 150 günün altına düşdüyü şimal bölgələrindəki əkinçilik ərazisi isə, geniş otlaqlardan meydana gəlir. Bu otlaqlarda xüsusilə süd istehsalı üçün iki milyon ətrafında kiçik və yenə iki milyon ətrafında da büyükbaş heyvan bəslənməkdədir. Ölkənin hər yerində görülən və cəmi yüzölçüm içərisində əhəmiyyətli bir yer örtən göllərdə də geniş ölçüdə balıqçılıq edilər.

Meşələr də Finlandiyənin təbii qaynaqları arasında böyük əhəmiyyətə sahibdirlər. Bunların 46 % şam, 36% 16 % huş, geri qalan 2% də digər növ ağaclar təşkil edər. Dövlət, şimaldakı meşələrin hamısına, digər bölgələrdə də bir qisiminə malikdir. Meşələrin 60 % ının xüsusi sektora, 40% ının dövlətə aid olmasına baxmayaraq, xüsusi sektor çıxardıqlarının 16% ını dövlətə buraxmaq məcburiyyətindədir. Cəmi sahənin 65% ini meşələrin təşkil etdiyi Finlandiyada ildə təxminən 40 milyon kub metr taxta-şalban işlənməkdədir

Bunlar:1)Helsinki,2)Saamland,3)Turku,4)Laplandiya,5)Uqorland,6)Botnika.

Finlandiya daxili sularla çox zəngindir. Ən yaxşı inkişaf etmiş çay şəbəkəsinə şimalda rast gəlinir. Bunlara Kemi-Yoki, Tornio-Yoki və s. misal ola bilər. Cənubda çaylar qısa olub, göllər arasında axın təşkil edir. Finlandiyanı mingöl ölkəsi də adlandırırlar. Burada 60 minə yaxın göl vardır. Göllər ərazinin 12%-ni tutur. Gölləri tektonik və buzlaq mənşəlidir. Böyük göl çalaları tektonik çatlara və çökəkliklərə uyğun gəlir. Göl çalalarının forması və sahil xətlərinin çox girintili-çıxıntılı olması burada relyefin cavanlığı ilə izah edilir. Ən böyük gölləri Sayma (sahəsi 1800 kv. km), Pyayyanne (1065 kv. km), İnari (1000 kv. km), Venern (550 kv. km), Vettern (1900 kv. km), Melaren, Yelmaren və s.-dir.

Meşə Finlandiyanın ən əsas təbii sərvətlərindən biridir. Ərazinin 70%-i meşələrlə örtülüdür. Avropa tayqası meşələri geniş yayılmışdır. İynəyarpaqlı və qarışıq meşələr şam, küknar, qızılagac, ağcaqayın və fısdıq ağacları ilə zəngindir. Finlandiyanın cənubunda enliyarpaqlı ağaclar geniş yer tutur. Meşələr Finlandiyanın orta və cənub hissələrini əhatə edir. Ərazinin iqlimi daha sərt olan şimal sahələrdə tundra və meşə-tundra bitkiləri yayılmışdır. Meşə-tundra bitkiləri içərisində alçaq boylu tozağacı və ardıc kolları əsas yer tutur. Finlandiya ərazisində podzol və bataqlıq torpaqları geniş yayılmışdır. Heyvanlar aləmində meşə heyvanları üstünlük təşkil edir. Bir sıra yırtıcı heyvan növləri (ayı, canavar, tülkü və s.) insan tərəfindən məhv edilmişdir.

Finlandiyada yay qısa və mülayim keçir. İyul ayının orta temperaturu cənubda 17°, şimalda 11°-dir. Buludlu günlərin miqdarı il ərzində 65-70%-dir. Payız və yay ayları daha çox buludlu keçir. Ərazidə yağıntıların miqdarı da temperatura müvafiq olaraq dəyişir. Cənub və qərb sahillərdə yağıntının illik miqdarı 750 mm olduğu halda, şimalda 400 mm-dir. Finlandiya ərazisinə düşən yağıntının miqdarı buxarlanmadan çox olduğu üçün, ərazidə bataqlıqlar yayılmışdır. Cənub və cənub-qərb sahillərdə ərazinin 45%-i, şimalda isə 15-20%-i bataqlıqlarla örtülüdür.

Quru yolu nəqiliyyatı ölkədaxili nəqliyyatda ilk sırada yerləşir. Bunu sıra ilə dəniz, dəmiryolu və hava yolu nəqliyyatı təqib edər. 1960-ci illərdə quru yolu nəqliyyatına verilən ağırlıq üzərinə, Finlandiya indiki vaxtda bu baxımdan olduqca inkişaf etmiş bir ölkədir. Xarici ticarət və yolçu əlaqələrinin 90% ı dəniz yoluyla təmin edilər. Qış boyunca çalışan buzkıranlar, cənub-qərbdəki əhəmiyyətli limanları daim açıq saxlayırlar. Ölkə içindəki göl, çay və kanallarda da nəqliyyat edilməklə birlikdə, bunun nəqliyyat içərisində əhəmiyyətli bir yeri yoxdur. Finlandiya dəmiryollarındakı rels arası açıqlığı Rusiya Federasiyası dəmiryollarıyla eyni, lakin Türkiyədə də istifadə edilən standart dünya ölçüsündən fərqlidir. Buna görə Rusiya istisna olmaqla digər qonşularıyla dəmiryolu əlaqəsi yoxdur. 1924-cü ildən beynalxalq hava yollarının əhəmiyyətli bir əlaqə yeri olan Finlandiyada nizamlı iç xətt səfərləri davamlı çalışmaqdadır.

İdarə olunma forması respublikadır.

Ali qanunverici orqan - Eduskunta (birpalatalı parlament)

Ali icraçı orqan - hökumət

Baş nazir - Matti Vanxanen (2003)

İllik hərbi xərclər 1,8 mld dollar (1998) təşkil edir.

 




#Article 68: Niderland (736 words)


Niderland () — Qərbi Avropada dövlət. Şimal dənizinin sahilində yerləşir (sahilin uzunluğu – 451 km). Almaniya və Belçika ilə həmsərhəddir (sərhəddin uzunluğu – 1027 km).

Paytaxtı – Amsterdam, hökumətin iqamətgahı – Haaqa şəhəridir.

Digər iri şəhərləri Rotterdam – dünyanın ən iri limanı, Utrext – ölkənin dəmir yolu sisteminin mərkəzi və Eyndhovendir.

Niderland xüsusi statusa malik olan Aruba adası və Niderland Antil adaları ilə birlikdə Niderland Krallığını təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş Niderland Krallığının Statusu (Statuut voor het Koninkrijk der Nederlanden) adlı sənədlə tənzimlənir.

Bəzən Niderland Hollandiya adlandırılır. Bu adın ölkə üçün istifadə edilməsi düzgün deyil, ölkənin 12 inzibati bölgəsindən ikisi Hollandiya adlanır: Şimali və Cənubi Hollandiya.

Hollandiya adı əslində yalnız ölkənin şimal-qərb qisimindən Birləşmiş Hollandiya Krallığının ən əhəmiyyətli əyaləti olan Hollandiya Əyalətindən gəlməkdədir. qısaca Hollandiya olaraq adlandırılmaqdadır. 19.yüzilliyin ikinci yarısından etibarən bu əyalət iki əyalətə bölünmüş vəziyyətdədir: Şimal Hollandiya (Paytaxt: Haarlem) və Cənub Hollandiya (Paytaxt: Den Haag). Hollandiya tərəfindəndə Hollandiya ifadəsi yalnız bu iki əyalət üçün istifadə edilər. Bunun xaricində Hollandiya daha çox, insanların özlərini təyin etdikləri lağlağı bir addır. 
Hollandiyanın xaricindəki ölkələrdə Hollandiyalılar ümumiyyətlə Hollandiyalı olaraq adlandırılarlar və Hollandiya turizim sənayesi və digər sənayelər də ölkələrini Hollandiya olaraq satışa çıxarmaqdadırlar (həm İngiliscədə, həm də Almancada). Hollandiya əyalətindən gəlməyən Hollandiyalılar, adı verən bölgə olan Hollandiyanın ölkənin geri qalan hissələrində hər kəs tərəfindən sevilmədiyi üçün, Nederland üçün Hollandiya adına və Nederlander üçün Hollandiyalı adına müəyyən bir antipatiya bəsləməkdədirlər.
İngiliscə Dutch adı, duutsc kimi Orta Hollandiya formalarından ortaya çıxmışdır. duutcs və dietsc kimi Orta Hollandiya formaları xalq arasında danışılan ləhcələrin adlarıdır və bu ləhcələrin, rəhbərliyin, elmin və kilsənin dili olan Latıncadan ayırd edilməsinə yaramışlar. Dutch və duutsc formaları Almanca bir söz olan deutsch ilə əlaqəlidir, eyni mənşədən gəlir. 2019-cu ildə Niderland hökuməti Hollandiya adından tamamilə imtina edilməsi barədə qərar qəbul edib. Qərar 2019-cu ilin sonuna kimi qüvvəyə minəcək.

Niderland inqilabı gedişində Utrext Birliyinə bağlı Şimal Hollandiya əyalətləri (Cənub Hollandiya, Zeeland, Utrext, Gelderland, Overijssel, Groningen və Friesland) 26 İyul 1581-ci ildə İspaniya kralı II Filipdən müstəqilliklərini elan etdilər.

Sürətlə inkişaf edən Hollandiya artıq 1600-cü ildə 10.000 gəmiyə malik idi və bütün XVII əsrdə onlar Şimali Avropa donanmasının böyük hissəsini təşkil edirdilər. Onlar İspaniya, Fransa, İngiltərə və Baltik dənizi arasında mal daşıyanlar idilər. Fransa limanları arasındakı yük daşımalarının çoxu hollandların əlində idi. Onlar şərab almaq üçün Bordoda məskən salmışdılar, üzümçülərə borc pul verirdilər və tezliklə Fransanın özündə çoxlu üzüm plantasiylarına sahib oldular. Hollandlar Şpitsbergen ətrafındakı suları tədqiq etmişdilər və demək olar ki, Arktika balina ovunu öz inhisarına almışdılar. Holland gəmiləri Cənubi Amerika yolu ilə Sakit okeana daxil olmuşdular, burada Buynuz körfəzini keçib onu holland dilində Hoorn adlandırmışdılar. 1602-ci ildə Ost-İndiya şirkətini yaradaraq onların tacirləri Hindistanda və uzaq şərqdə getdikcə daha artıq qaydada portuqaliyalıların yerini tutdular. 1619-cu ildə hollandlar Yava adasında Hollandiyanın latın adı olan Bataviya şəhərini saldılar. Ədviyyat adalarında tapdıqları ingilisləri əzab verərək öldürdükdən sonra hollandlar İndoneziyada qaldılar və buranı tədricən öz müstəmləkələrinə çevirdilər. 1600-cü ildən bir az sonra hollandlar Yaponiyaya gəlib çıxdılar. Lakin xristian nüfuzunun siyasi nəticələrindən qorxan yaponlar 1641-ci ildə hollandlardan başqa digər bütün avropalıları Yaponiyadan qovdular, hollandlara isə məhdud fəaliyyət üçün Naqasaki yaxınlığındakı adada qalmalarına icazə verdilər. Hollandiya iki əsrdən artıq bir müddət ərzində Avropanın Yaponiya ilə yeganə əlaqə həlqəsi olaraq qaldılar.

Mövqe: Qərb Avropa, Şimal Dənizi sahilində, Belçika və Almaniya arasında yerləşir.
Coğrafi mövqesi: 52 30 Şimal paraleli, 5 45 Şərq meridianı.
Xəritədəki mövqesi: Avropa.
Sahə: 41,526 km²
cəmi: 1,027 km.
sərhəd qonşuları: Belçika 450 km, Almaniya 577 km.
Sahil sulları 451 km.
İqlimi: Ilıman; dəniz iqlimi, yazlar sərin və qışlar ılıman keçər.
Ərazi quruluşu: Əksəriyyətlə sahil bölgəsində alçaq düzənliklər və düzlüklər, cənub-şərqdə təpəliklər iştirak edər.
Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Prins Alexanderpolder -7 m; ən yüksək nöqtəsi: Vaalserberg 322 m.
Təbii qaynaqları: Təbii qaz, neft, işlənə bilər ərazi.
Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar: %21.96.
daimi əkinlər: %0.77.
digər: %77.27 (2005 məlumatları).
Sulanan ərazi: 5,650 km² (2005 məlumatları).
Təbii fəlakətlər: Su basqınları.

Əhali: 16 491 461 (iyul 2006 məlumatları).
Əhalinin artım tempi: 0,49% (2006 məlumatları).
İmmiqrantların nisbəti: 2,72 immiqrant/1 000 nəfər əhali (2006 təxmini).
Körpə ölüm nisbəti: 4,96 ölüm/1 000 doğulan körpə (2006 təxmini).
Orta həyat müddəti: Cəmi əhali: 78,96 il.
kişilərdə: 76,39 il.
qadınlarda: 81,67 il (2006 məlumatları).
Uşaqların orta sayı: 1,66 uşaq/1 qadın (2006 təxmini).
HIV/AIDS – xəstəliklərinə tutulan yetkin sayı: 0,2% (2001 məlumatları).
HIV/AIDS – xəstəliklərindən ölənlərin sayı: 100 (2003 məlumatları).
Demonim: Niderlandlı.
Əhalinin etnik dağılımı: 91% Hollandiyalı, 9% Türk, Faslı və digər.
Din: Katoliklər 27%, Protestantlar 15,7%, Müsəlmanlar 5,7%, digər 2,3%, ateistlər 48,2%.
Dil: Niderland dili.




#Article 69: Danimarka (376 words)


Danimarka () — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaq­dadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bə­lədiy­yələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Fre­de­riksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir.

Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir.

Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir. Paytaxt Kopenhagen Zellandiya və Amağer adalarında yerləşir. Bu adalar ölkənin nisbətən böyük adalarıdır (Qrenlandiya istisna olmaqla). Bu ada rəsmi olaraq Danimarkanın mülküdür. Ölkə ərazisi düzənliklərdən ibarətdir. Yalnız Bornholm adaları qayalı relyefə malikdir. Düzənlik relyefin səbəbi qədim Buz dövrüdür. Ən yüksək nöqtəsi Eyer Bavnxoy (173 m) yüksəkliyidir. Ölkə 17 amtoma (vilayət) bölünmüşdür. Kopenhagen və Ferederiksberq müstəqil inzibati ərazi vahidləridir. Ərazisindən 158 km uzunluğu olan Qudeno çayı keçir.

Danimarkanın əhalisini 5.415.978 nəfər təşkil edir. Əhalinin 96%-ni danimarkalılar, 2%-ni almanlar, farerlər, isveçlər, qalanlarını isə Qrenlandiyada yaşayan eksimoslar təşkil edir. Əhalinin 97%-i protestanlığın lüteran qrupuna daxildir..

X əsrdə Vahid Danimarka Krallığı yaradılır. 1397-ci ildə Kalmar uniyası bağlanır. 1538-ci ildə Lüteranlıq əsas din kimi möhkəmlənir. 1849-cu ildə Danimarka konstitusiyalı monarxiya elan olunur. 1940-cı ildə İkinci dünya müharibəsinin gedişində Faşist Almaniyası tərəfindən işğal olunur. 1945-ci il işğaldan azad edilir.

Danimarkanın ümumi ərazisi 42,931 km2-dır. Danimarka 56° şimal enliyində və 10º şərq uzunluğunda yerləşir. Danimarka, İsveçin cənub-qərbində, Norveçin cənubunda və Almaniyanın şimalında yerləşir. Danimarka həm Baltik həm də Şimal dənizi ilə 7,500 kilometrlik sahil xətti vasitəsilə sərhəddir. Danimarkanın tək quru sərhədi, Almaniyanın Şlezviq-Holşteyn vilayətindədir. Bu sərhədin uzunluğu 68 kilometrdir. Danimarka, Baltik dənizini Şimal dənizi ilə birləşdirən Skagerrak və Kattegat boğazlarına nəzarət edir. Ölkənin ərazisində yerləşən ən köhnə torpaqlar Mezozoy dövründən qalmışdır. O dövrlərdə, Cənubi Skandinaviya masifini əhatə edən geniş bir dəniz var idi. Bu səbəbdən Danimarka, Skandinaviya ölkələrindən geoloji olaraq fərqli bir ölkədir. Danimarkanın çayları qısadır. Onlardan ən uzunu Quden çayıdır (149 kilometr). Buna görə Danimarka çaylarında su elektrik stansiyası qurmaq olmaz. Danimarka relyefinin əksəriyyəti düz ərazidən ibarət olduğuna görə, çoxlu sayda göl yaranmışdır. Kiçik Kəmər boğazı, Yutlandiya yarımadasının Fyon adasından ayırır. Boğazın cənub-şərqində, Lanqeland Adası yerləşir. Danimarkadakı Böyük Kəmərin şərqində, paytaxt Kopenhageni ehtiva edən Zelandiya adası yerləşir. Yutlandiya yarımadasının şimalında bir neçə dərin boğazlar mövcuddur. Bunların ən uzunu Limford və Mariyager Fyord boğazlarıdır. Danimarkanın şərq sahilində, Baltik dənizində ölkəyə aid olan 443 ada yerləşir.




#Article 70: Estoniya (555 words)


Estoniya (rəsmi adı Estoniya Respublikası) - Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır.

Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür. Estoniya 29 mart 2004-cü il tarixindən NATO, 1 may 2004-cü il tarixindən isə Avropa İttifaqının üzvüdür. Keçmiş SSRİ respublikaları arasında Estoniya ən yüksək adambaşına düşən Ümumi Daxili Məhsula malik ölkədir, BMT Estoniyanı artıq bir neçə il əvvəldən yüksək səviyyəli İnsan inkişafı indeksinə malik olduğuna görə İnkişaf etmiş ölkələr qrupuna daxil edib.

Müasir Estoniya ərazisində insanlar eramızdan 8500 il əvvəldən məskunblaşmağa başlayıblar. Estonların əsas dini bütpərəstlik olub. Lakin 11-ci əsrdən etibarən Qərbi Avropa dövlətləri şimalda yaşayan xalqları xristianlaşdırmaq məqsədilə onlara qarşı xaç yürüşləri təşkil etməyə başlayıblar. Bu müharibələr tarixə Şimali xaç yürüşləri adı ilə keçib. Xaç yürüşlərindən əvvəl avropalılar həmin xalqları sülh yolu ilə xristianlaşdırmağa çalışıblar, lakin bunun bir nəticə vermədiyini görəndə onlara qarşı müharibəyə başlayıblar. Xaçlılar 1208-ci ildə Estoniyaya qarşı ilk yürüşə çıxdılar. 1227-ci ildə Estoniya alman və Danimarka qoşunları tərəfindən işğal olundu. 1228-ci ildən 1560-cı illərə kimi Estoniya Tevton ordeninin tərkibində olmuşdur. Rusiya və Livoniya Konfederasiyası arasında baş vermiş Livoniya müharibəsi (1558–1583) nəticəsində dağıldı. Bu müharibə Estoniya üçün çox böyük fəlakətlərə səbəb oldu. Bu müharibədən əvvəl Estoniyanın əhalisi 250-300.000 nəfər idisə, 17-ci əsrin 20-ci illərində əhalinin sayı 120-140.000 nəfər olmuşdu.

Rəsmi olaraq 1517-ci ildə almaniyalı keşiş Martin Lüterin yazdığı 95 tezisin elan olunması ilə Avropada başlanmış Reformasiya hərəkatının Estoniyanın da daxil olduğu Baltikyanı ərazilərə çox böyük təsiri oldu. Buna uyğun olaraq həmin ölkələrdə din, təhsil, dil, siyasət böyük ölçüdə dəyişikliklərə uğradı. Kilsə ayinlərində yerli dildən istifadə olunmağa başlandı (reformasiyadan əvvəl bunun üçün latın dilindən istifadə olunurdu). Livoniya müharibəsi nəticəsində Estoniya tamamilə İsveç imperiyasının tərkibinə daxil oldu. 1631-ci ildə İsveç kralı Qustav II Adolf feodallardan kəndlilərə daha böyük hüquqlar verilməsini əmr etdi. 1632-ci ildə Estoniyada ilk dəfə olaraq çap mətbəəsi və Dorpat şəhərində (1918-ci ildən sonra Tartu adlanıb) universitet açıldı. İsveçin hakimiyyəti altında olduğu dövr Estoniyada tərəqqi dövrü hesab olunur. Əhalinin sayı 1657-ci ilə qədər sürətlə artdı. Həmin ildə baş vermiş epidemiya bu artımı dayandırdı. 1695-1697-ci illərdə Estoniyada baş vermiş fəlakətli aclıq illərində əhalinin 20%-i, təxminən 70.000 nəfər qırıldı.

Ali qanunverici orqan – Riyqikoqu (birpalatalı parlament)

Ali icraçı orqan – hökumət (baş nazir Andrus Ansip(2005))

   

Estoniya 15-ayrı idarəetmə vahidinə bölünmüşdür. Bu bölgələr iqtisadi və coğrafi strukturlarına görə bir-birindən ayrılmışdır.

Bu bölgələr, (maakonnad), əyalət deyil də, ayrı rəhbərlik vahidləri olaraq qiymətləndirilməlidirlər.

Estoniyanın Latviya ilə sərhədi 267 km, Rusiya ilə sərhədinin uzunluğu isə 290 kilometrdir. Estoniyanın cari ərazisi 1920-ci ildə Tartu müqaviləsi nəticəsində müstəqil Estoniyaya məxsus olan ərazidən 2.300 km² daha azdır. Həmin ərazilər İkinci dünya müharibəsindən sonra Stalin tərəfindən Rusiyaya birləşdirilib. Bu səbəbdən, hal-hazırda Estoniya ilə Rusiya arasında sərhəd mübahisələri mövcuddur.

 
Əhalinin 65%-ni estonlar, 28,1%-ni ruslar təşkil edir.

Estoniya dünyada e-hökumətə görə son illər ən qabaqcıl yerlərdən birini tutmaqdadır. Bu ölkədə mobil və internet texnologiyaları o dərəcədə inkişaf edib ki, nəinki ödəmələr, hətta seçki sistemi də elektron versiyadadır. Bu ölkədə e-seçki sistemi uğurla həyata keçirilir, mobil telefonla səs vermə mümkündür, həmçinin seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün kölgə səsverməsi həyata keçirilir.

 




#Article 71: Çexiya (2582 words)


Çexiya (çex. Česko) və ya rəsmi adı ilə Çex Respublikası () — Mərkəzi Avropada dövlət. Çexiya dənizə çıxışı olmayan ölkədir. Şimal və şimal-şərqdə Polşa, qərb və şimal-qərbdə Almaniya, cənubda Avstriya, şərq və cəbub-şərqdə Slovakiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Praqa şəhəri, ümumi sahəsi 78,866 kvadrat kilometrdir. Ölkə tarixi 2 vilayətdən — Bohemiya və Moraviyadan ibarətdir. Tarixi bölgə olan Sileziya torpaqlarının da bir hissəsi Çexiyanın ərazisinə düşür. Çexiya 1 may 2004-cü ildən Avropa İttifaqının üzvüdür və Şengen zonasına daxildir.

Çex Respublikasının əhalisinin sayı 2010-cu ilin martın 31-nə olan məlumata əsasən 10 509 377 nəfərdir. Paytaxt Praqa — 1 212 097 nəfərvə Brno — 719 555 nəfərəhali ilə Çexiya Respublikasının ən böyük şəhərləridir.

Mərkəzi Avropada dövlət. Çexiya, Moraviya və qismən Sileziya tarixi əyalətlərindən ibarətdir. Şimalında və şimal-şərqində Polşa, cənub-şərqində Slovakiya, cənubda Avstriya, cənub-qərbində və şimal-qərbində Almaniya ilə həmsərhəddir. Sahəsi 78,9 min km2. Əhalisi 10,5 mln. (2011). Paytaxtı Praqa şəhəridir. Rəsmi dil çex dili, pul vahidi Çexiya kronasıdır. İnzibati cəhətdən 13 dairəyə və paytaxt dairəsinə bölünür. Çexiya BMT-nin (1993), NATO-nun (1999), AB-nin (2004), AŞ-nin (1993), ATƏT-in (1993), BYİB-in (1993), İƏİT-nin (1995), ÜTT-nin (1995) üzvüdür.

Bohemiya bölgəsində yaşayan keltlər ölkənin tarixində məlum olan ilk yerli əhalisidir. V əsrdə şərqdən slavyan qəbilələri gələrək Elba çayının vadisində yerləşmişlər. Altı əsr ərzində müntəzəm olaraq slavyan, alman və macarların işğallarına məruz qalmışdır. XIV əsrdə qurulan Alman İmperiyası uzun illər ölkəyə hakim olmuş, XVII əsrin əvvəllərində Avstriya-Macarıstan İmperiyasına məğlub olaraq bu torpaqları itirmişdir. Avstriya, Bohemiya və Moraviyaya, Macarıstan isə Slovakiyaya hökm etməkdə idi. Birinci dünya müharibəsi nəticəsində Avstriya-Macarıstan İmperiyasının yıxılması ilə 1918-ci ilin oktyabrında Çexoslovak Respublikası adıyla müstəqilliklərini elan etdilər. Ölkədəki etnik qruplardan almanların qiyamları və Almaniyanın təzyiqi ilə Bohemya bölgəsi almanlara verildi (1938). Bir il sonra Hitlerin əmri ilə alman ordusu Çexoslovakiyanı işğal etdi.

İkinci dünya müharibəsi nəticəsində 1945-ci ildə ölkə bu səfər də Rusiya tərəfindən işğal edildi. Çexoslovakiyanın şərqdəki Rütenya əyalətini öz torpaqlarına qatan Rusiya, təzyiq nəticəsində Çək Kommunist Partiyasını iqtidara keçirərək sosialist bir rejim qurdurdu. Yeni rəhbərlik öz anlayışı gərəyi azadlıqları məhdudlaşdırdı. Azadlıq tərəfdarı olan kəsləri həbsxana və ağıl xəstəxanalarına dolduraraq ölkəni Rusiyanın peyki vəziyyətinə gətirdi. 1955-ci ildə Varşava Müqaviləsi Təşkilatı na daxil oldu. 1960 dan sonra əkinçilik kollektivləşdirildi. Nəqliyyat, ticarət və ağır sənaye dövlətləşdirildi. Mədəniyyət və dini inanclara təzyiq altına alındı. 1968-ci ildə Stalin tərəfdarlarının yerinə keçən Aleksandr Dubçek və Ludvik Svoboda ölkədə liberal bir siyasət izləyərək iqtisadiyyatda xaricə açılma istiqamətində müxtəlif islahatlar etdilər. Mətbuat və nəşr quruluşlarına azadlıq verildi. Kommunizmin diktatorluq rejimindən xilas olub insanca yaşamaq üçün səy sərf edən liderlər Rusiya idarəçiləri tərəfindən şiddətlə tənqid edildi. Çexoslovakiyadakı bu liberal islahatlar nəticəsində bir peykini itirmə qorxusu eşidən Rusiya ölkəni işğal etdi. Ölkələrə müstəqillik şüarları öyrədən Rusiya özünün etdiyi işğala qarşı gələn xalqı insafsızca tankların palitraları altında əzdi və ölkə idarəçilərini şiddətlə cəzalandırdı. Yüz minlərlə Çexoslovakiyalı, Rus zülmünə dözə bilməyərək Avstriya və Almaniyaya qaçdı.1989 da bütün şərq bloku ölkələrində olduğu kimi, Çexoslovakiyada da yumşalma siyasəti başladı. Çox partiyalı sistemə keçildi və 1990 da ilk sərbəst seçki kecirildi. Kommunistlər qazana bilmədilər. Milliyyətçi Partiyalar iqtidar oldular. 1992 İyununda Çexoslovakiyanı meydana gətirən Çex və Slovak respublikalarında ayrı-ayrı edilən seçkilərdən sonra iki respublikanın bir-birindən ayrılması gündəmə gəldi. Edilən görüşmələr nəticəsində 25 noyabr 1992 günü edilən andlaşma ilə 31 dekabr 1992 tarixində iki respublika bir-birindən ayrıldı.

Çexiyanın əsasını qoyan Çex və onun qızı Libuşenin nəslinin birbaşa davamçısı — çex hökmdarlarından biri, XIII əsrin sonlarında hökmdarlıq edən IV Karldır. Onun dövrünü Çexiyanın intibah dövrü hesab etmək olar. Karlın hökmdarlığı ərəfəsində müqəddəs Vita məbədi, Karlov körpüsü, saysız-hesabsız saraylar, qəsrlər tikilib. Məhz bu ərəfədə Çexiyada Avropanın ən yaşlı universitetlərindən biri açılır. Çexiya tarixində təbliğatçı və islahatçı Yan Qusun əməyi danılmazdır. O, katolik kilsəsinin ədalətsiz mövqeyini, kasıblara qarşı münasibətini açıq-aşkar göstərmişdir. Bu mövqeyinə görə, onu tonqalda yandırmışdılar.

İkinci dünya müharibəsinin başa çatmasından sonra Sosialist blokuna qatılan Çexoslovakiya 1968-ci ildə Sovet qoşunlarının Praqa baharı adı ilə tarixə düşən, sosializmdən uzaqlaşma meyllərinin qarşısını hərbi müdaxilə yolu ilə almasından sonra 1990-cı ilə qədər kommunist rejimi ilə idarə olunmuşdur. Çexiya və Slovakiya olmaqla iki federasiya subyektinin birləşməsindən yaranan Çexoslovakiya 350 üzvlü Federal Məclis tərəfindən idarə olunurdu. Federal Məclis bütün ölkədən seçilən 200 deputatlı Xalq Məclisindən və hər federasiya subyektindən 75 üzv olmaqla 150 deputatlı Millət Məclisindən ibarət idi. Dövlət başçısı, baş nazir və nazirlər Federal Məclis tərəfindən öz üzvləri arasından seçilirdi. 1989-cu ildə Şərqi Avropanın sosialist bloku ölkələrində baş qaldıran demokratikləşmə və çoxpartiyalı sistemə keçid, Çexiyada da müşahidə olundu. 1990-cı ildə ilk çoxpartiyalı seçkilər keçirildi. 1992-ci ilin iyununda Çexoslovakiyanı təşkil edən Çexiya və Slovakiya Respublikalarında ayrı-ayrı seçki keçirildi. Çexiyadakı seçkilərdə qalib gələn Vatslav Klaus baş nazir oldu. Bu seçkilərdən sonra aparılan danışıqlardan sonra 31 dekabr 1992-ci ildə iki respublika bir-birindən ayrıldı.

Çexiya parlament respublikasıdır. Dövlət başçısı prezidentdir, parlament tərəfindən 5 il müddətinə seçilir. O, Konstitusiya Məhkəməsi hakimlərini təklif etmək, parlamentin Deputatlar palatasını buraxmaq, qanunlara veto qoymaq səlahiyyətlərinə malikdir. Prezident həmçinin baş naziri və onun təqdimatı ilə hökumətin digər üzvlərini təyin edir. Qanunverici hakimiyyəti ikipalatalı parlament təmsil edir. Əsas qanunverici orqan olan Deputatlar palatası proporsional seçki sistemi üzrə 4 il müddətinə seçilən 200 deputatdan, Senat majoritar seçki dairələrindən 6 il müddətinə seçilən 81 nümayəndədən (nümayəndələrin üçdə biri hər iki ildən bir yenidən seçilir) ibarətdir. Deputatlar palatasının qəbul etdiyi qanun layihəsini Senatın rədd etmək hüququ var. İcraedici hakimiyyəti Baş nazirin başçılıq etdiyi hökumət həyata keçirir. O, parlament qarşısında hesabat verir. Deputatlar palatasında hökumətə etimad məsələsi qoyula bilər. Çexiyada çoxpartiyalı sistem mövcuddur. Əsas siyasi partiyalar: Vətəndaş demokratik partiyası, Çexiya sosial-demokrat partiyası, Çexiya və Moraviyanın kommunist partiyası, Xristian-demokratik ittifaqı — Çexoslovakiya xalq partiyası.

Dənizdən uzaq Mərkəzi Avropa ölkəsi olan Çexiya, digər Mərkəzi Avropa ölkələrində olduğu kimi qışı sərt keçən quru iqlimə malikdir. Yayı sərin keçən ölkədə, illik orta temperatur ildən ilə fərqlənir. Qışda ölkədə hava hər zaman sıfır dərəcədən aşağı olur. İllik orta yağıntı bölgələrə görə 1000-1500 mm arasında dəyişir. Yüksəkliyi çox olmayan düzənlik bölgələrdə yağıntı miqdarı 1000 mm ətrafında olur, yüksək dağlıq ərazilərdə dağların yağış buludlarını tutması və sıxlaşdırıcılıq vəzifəsi görməsi, illik yağıntı miqdarının orta hesabla 1500 mm ətrafında olmasını təmin edir. Yağıntılar qışda ümumiyyətlə qar şəklində olur.

Çexiyanın 30%-i meşələrlə əhatələnmişdir. Xüsusilə Bohemya dağları və Karpatların yüksək bölgələrində iynəyarpaqlı meşə bölgələri, yüksəkliyi çox olmayan yerlərdə qayın, palıd və gürgen meşələri üstünlük təşkil edir. Meşəlik bölgələrdə yaşayan vəhşi heyvanlar — çöl donuzu, çöl pişiyi və dağ keçisidir. Yeraltı ehtiyatları məhduddur. Avropanın ən çox uran çıxaran ölkəsi olan Çexiyada kömür, stibium, maqnezit, civə, qrafit, kaolin və az miqdarda neft də çıxarılır. Çıxarılan uranın miqdarı, bu maddənin strateji əhəmiyyəti baxımından açıqlanmır.

Çexiya sənayeyə arxalanan iqtisadiyyata malikdir. Sosializm idarəetmə üsulu zamanı torpaqlar dövlətinkiləşdirilərək kollektiv əkinçiliyə keçildi. Bu səmərəliliyi aşağı saldı və ölkə əvvəlkindən daha çox ərzaq məhsulu idxal etmək məcburiyyətində qaldı. Ən əhəmiyyətli əkinçilik məhsulları buğda, arpa, yulaf, çovdar, qarğıdalı, çuğundur, kartof və balqabaqdır. Heyvandarlıq geniş təşəkkül tapmışdır. Ən çox ev heyvanlarının yetişdirildiyi ölkədə böyük baş heyvanların sayı kiçik baş heyvanların sayından çoxdur. Meşələrdən əldə edilən məhsullar ehtiyacı ödəməklə yanaşı, ixrac da edilir. Yeraltı ehtiyatları ölkənin ehtiyacını ödəmədiyi üçün bu malları idxal etmək məcburiyyətindədir. Dəmir kondensatının əhəmiyyətli qisimini idxal etməsinə baxmayaraq dünyada polad istehsalında ilk on ölkə içinə girə bilməkdədir. Şərq bloku ölkələrin maşın, kimyəvi maddə, silah, tekstil məhsulu ehtiyaclarının böyük bir qismini Çex Respublikası qarşılamaqdadır.

Çex Respublikası əhalisinin 95%-ini çexlər, təqribən 2%-ini slovaklar təşkil edir. İmmiqrantlar (ukraynalılar, vyetnamlılar, ruslar, almanlar, qaraçılar, macarlar) ölkə əhalisinin təqr. 4%-ini təşkil edir. Çex dilində danışan çexlər qərbi slavyan xalqlarına aiddirlər. Çex dili Çexiya, Orta Moraviya və Şərqi Moraviya dialektlərinə bölünür. Dindarların əksəriyyəti xristiandır. Əhalinin orta sıxlığı 1 km2-də 130 nəfərdir. Çexiya yüksək urbanizasiyalı ölkədir: şəhər əhalisi təqr. 71%-dir; kənd əhalisinin sayı azalmaqdadır. Ən iri şəhəri və yeganə meqapolis Praqadır (1 mln. 188 min nəfər). Digər iri şəhərləri Brno, Ostrava, Plzen və Olo- moutsdur. 1994-2005-ci illərdə əhalinin təbii azalması baş versə də, 2006-cı ildən başlayaraq ölüm səviyyəsinin azalması, doğum səviyyəsinin və miqrant axınının artması nəticəsində ortaillik artım müsbət olmuşdur. Fertillik göstəricisi 1 qadına 1,2 uşaqdır. Son illər Çexiya uşaq ölümünün az olduğu ölkələr sırasına daxildir (1000 nəfər diri doğulan uşağa 4 nəfərdən az). Əmək qabiliyyətli əhalinin (15-65 yaş) xüsusi çəkisi təqr. 71,2%-dir. 15 yaşadək olanların xüsusi çəkisi 14,4%, yaşlıların isə (65 yaşdan yuxarı) xüsusi çəkisi 14,5%-dir. Çexiyada əhalinin orta yaş həddi 39,3 ildir (qadınlarda 41,1; kişilərdə 37,5). Gözlənilən orta ömür müddəti kişilərdə 72,9, qadınlarda 79,7 ildir. İqtisadi cəhətdən fəal olan əhali 51,5%-dir. İşsizlik səviyyəsi 7,3%-dir (2006).

Çexiyada xəstəxana çarpayılarının sayı əhalinin hər 1000 nəfərinə görə 8,7-dir. Səhiyyəyə qoyulan xərc ÜDM-in 7,9%-ini təşkil edir (2010). Ambulatoriya sektoru özəlləşdirilmiş, stasionar sektor dövlətə məxsusdur. Bütün əhali tibbi sığortaya malikdir. Səhiyyə sistemi üçün yüksək tibbi xidmət səciyyəvidir. Çexiya çox inkişaf etmiş kurort müalicəsi sisteminə malikdir. Ölkədə bir neçə balneoloji kurort (Karlovi-Vari, Mariansike Lazne, Frantişkovı Lazne və s.) fəaliyyət göstərir.

Futbol üzrə Çexiya yığma komandası 1996-cı ildə keçirilən Avropa çempionatının gümüş mükafatçısı, hokkey üzrə Çexiya yığma komandası isə 6 dəfə dünya çempionu olmuşdur. Olimpiya Oyunlarının onnövçülük yarışlarında R.Zmelik (1992, Barselona), R. Şebrle (2004, Afina) qızıl, T. Dvorjak bürünc (1996, Atlanta), avarçəkmənin maneələri dəfetmə yarışlarında L. Pollert (1992, Barselona), Ş. Xilgertova (1996, Atlanta; 2000, Sidney) qızıl, ikiyerli kanoedə avarçəkmədə M. Jiras və T. Mader (2000, Sidney), Y.Volf və O.Stenanek (2004, Afina) bürünc medal qazanmışlar. M. Navratilova və İ. Lendl böyük tennisdə uğurlar əldə etmişlər. 2000–2012-ci illərdə Çexiya idmançıları Olimpiya Oyunlarında 10 qızıl, 12 gümüş, 10 bürünc medal qazanmışlar.

Çexiyada 6–16 yaşlı uşaqlar üçün təhsil icbari və pulsuzdur. Məktəb təhsili sistemi 4 pillədən ibarətdir: məktəbəqədər təhsil (2–5 yaş); ibtidai məktəb (6–15 yaş, icbari); orta məktəb, gimnaziya, kollej və un-t kollecləri. Məktəb təhsili 9 yaşdan 2 mərhələdə – ibtidai (1–5 siniflər) və orta təhsil (6–9 siniflər) həyata keçirilir. Çexiyanın ali təhsil sistemi ictimai, dövlət (polis və hərbi təhsil) və özəl universitetlərdən ibarətdir. Qədim universitetləri: Karl universiteti (1348, Praqa), Palats universiteti (1249-cu ildə kollec kimi yaradılmışdır, 1573-ci ildən universitet), Çexiya texniki universiteti (1717, Praqa), Masarik universiteti (1919,Brno), Mendel universiteti (1919, Brno) və s., 1989-cu ildən universitetlər yerləşdikləri regionun adı ilə adlandırılır. Qərbi Bohemiya universiteti (1990), Cənubi Çexiya universiteti (1990, Çeske-Budeevits), Liberets texniki universiteti (1994) və s. Dövlət ali təhsil müəssisələrində təhsil 26 yaşadək məhdudiyyətsiz və pulsuzdur. Tələbələrə 26 yaşadək tibbi sığorta ödənilir. Çexiya Elmlər Akademiyası [1993, Praqa; Çexiya Kral Elmi Cəmiyyəti (1790), Çexiya ədəbiyyat və incəsənət Elmlər Akademiyası, (1890), Çexoslovakiya Elmlər Akademiyasının (1952) əsasında yaradılmışdır]. Elmlər Akademiyasının nəzdində 51 institut: Astronomiya, Riyaziyyat, Geologiya, Kimya prosesləri, Etimologiya, İqtisadiyyat, Arxeologiya, Etnologiya, Slavyan və s. institutlar var.

Çexiya sənaye ölkəsidir. ÜDM-in həcmi təqribən 285,6 mlrd. dollar (alıcılıq qabiliyyəti pariteti üzrə; 2013), adambaşına – 26,3 min dollar; real ÜDM artımı təqribən 0,9% (2013); insan inkişafı indeksi 0,873 (2013; dünyanın 186 ölkəsi arasında 28-ci yer) təşkil edir. ÜDM-in strukturu (2012): xidmət sferası – 60,3%, sənaye – 37,4%, k.t. – 2,4%. Aparıcı sahələr: yanacaq-energetika, maşınqayırma (energetika və digər sənaye avadanlıqları, elektrotexnika məmulatları, avtomobil istehsalı), kimya (plastik kütlə, sintetik kauçuk, gübrə), yüngül (toxuculuq, trikotaj, ayaqqabı-dəri) və yeyinti (şəkər, pivə, ət, qənnadı) sənayesidir. Qonur və daş kömür (Ostrava-Karvin, Şimali Çexiya və Sokolov kömür hövzələri), dəmir və uran filizi hasil edilir. İldə 87,57 mlrd. kVt·saat elektrik enerjisi istehsal olunur (2012). Əsas sənaye mərkəzləri Praqa, Plzen, Ostrava və Brnodur. Ölkə ərazisinin 43%-i k.t.-nda istifadə olunur, otlaq və çəmənliklər 11%, meşələr 33% təşkil edir. Ətlik-südlük heyvandarlıq, donuzçuluq və quşçuluq inkişaf etmişdir. Şəkər çuğunduru, taxıl, arpa, kartof, mayaotu, tərəvəz, müxtəlif meyvələr becərilir. D.y.-larının uzunluğu (min km) – 9,4, avtomobil yollarının uzunluğu – 130,6 (o cümlədən 730 km-i bərk örtüklüdür); avtoparklar: minik avtomobilləri 3,1 mln., yük maşınları və avtobuslar 0,2 mln. təşkil edir; 128 aeroport var (2013). Maşın və avadanlıqlar, kimyəvi preparatlar, yüngül və şüşə-keramika sənayesi məmulatları, yeyinti məhsulları ixrac edilir. Əsas xarici ticarət tərəfdaşları: Almaniya, Slovakiya, Avstriya, Rusiya, Polşa və Çindir.

Çexiyada Paleolit dövrünə aid heykəltəraşlıq, Neolit dövrünə aid keramika nümunələri, protoslavyan, Halştat mədəniyyəti və Laten mədəniyyəti abidələri mühafizə olunmuşdur. Katolikliyin qəbulundan sonra Bizans, Karolinq nümunələrinə yaxın daş kilsələr inşa edilmişdir. 11,13-cü əsrlərdə roman üslubu təşəkkül tapmışdır [Praqa Qradındakı Müq. Vit (11-ci əsr) və Müq. Yirji (12-ci əsr) bazilikaları]. Divarların qalınlığı, konstruksiyaların möhtəşəmliyi, qüllələrin hündürlüyü kimi xüsusiyyətlər roman üslubuna xasdır. 12-ci əsrdə roman üslubu çiçəklənmə dövrünü keçirmişdir. Bu mərhələdə Müq. İrji məbədinin yenidən tikilməsi, Treşbiçdə bazilikanın, Rovnda Müq. Yakub kilsəsinin inşası başa çatdı. 13-cü əsrin ortaları — 15-ci əsrin 1-ci yarısında qotika üslubu inkişaf etmişdi. Bu dövrdə inşa edilmiş memarlıq nümunələrinin içərisində xüsusilə Karlşteyn qəsri (1348-57) məşhurdur. Xaçşəkilli qüllələrin, şəbəkəli ala-qapıların, həmçinin karkas konstruksiyaların inşasında qotik üslubdan istifadə olunmuşdu. Çexiyada Habsburqlar sülaləsinin hökmranlığı bərqərər olduqdan sonra (1526) memarlıqda renessans üslubu geniş yayılmışdı (Praqada Belveder, Şvartsenberq sarayları və s.). 17-ci əsrin 2-ci yarısından memarlıqda yeni üslub — təmtəraqlılığa, əzəmətliyə meyilli barokko üslubu yarandı. Bu dövr Çexiya memarlığı çoxsayda bəzək və dekorativ elementləri ilə fərqlənirdi (Praqadakı Qalib olan Müq. Məryəm kostyolu). Praqa şəhərinin memarlığında 2 üslub — qotika və barokko üstünlük təşkil etmişdir. Məhz bu üslublar ilə Çexiyada çoxsaylı məşhur memarlıq abidələri yaranmışdır. 18-ci əsrin sonu — 19-cu əsrin əvvəllərində (bu dövr Çexiya İntibahı da adlanır) milli azadlıq hərəkatının inkişafı ilə əlaqədar incəsənət də milli özünütəsdiq mübarizəsinə qoşuldu. 19-cu əsrin ortalarından memarlıqda milli romantika istiqaməti meydana gəldi. 19-cu əsrin sonu — 20-ci əsrin əvvəllərində modern üslubu rasionalizm təmayülləri ilə əvəz edildi. 1920-30-cu illər memarlığında milli funksionlizm məktəbi təşəkkül tapmışdı [Y. Qoçar, K. Qonzik, Y. Qavliçek; Vitkov dağında “Azadlıq” milli abidəsinin inşası (1929-cu ildən, memar Y. Zazvorka)]. Çexiya faşist əsarətindən azad edildikdən (1945) sonra incəsənətin inkişafı üçün yeni perspektivlər açıldı. Praqa, Qotvaldov, Olomouts və s. şəhərlərdə yeni yaşayış rayonları salındı. 1970-ci illərdən binaların plastik ifadəliliyi və fərdi simasının öyrənilməsi sahəsində axtarışlar aparılmışdır. 11,13-cü əsrlər təsviri sənətinə Almaniya və Bizans incəsənətinin təsiri olmuşdur. Ciddi obrazlardan (Strakonitsidən olan Madonna, 14-cü əsrin ortaları) lirizmə, zərifliyə meyil (Mixel Madonnası, 14-cü əsrin 2-ci yarısı) rəngkarlıqda özünü göstərirdi. Barokko dövrü (17-18 əsrlər) Çexiya təsviri sənətinə realist və demokratik təmayüllər xas idi. Praqada “Vətənpərvər incəsənət dostları cəmiyyəti” (1796) və Rəssamlıq Akademiyasının təşkili (1799) təsviri sənətin inkişafına mühüm təsir göstərdi. Natürmort, portret, həmçinin dini mövzularda olan əsərlərlə təmsil olunan Çexiya təsviri sənəti milli, tarixi, klassisizm, romantizm və vətənpərvərlik ideyaları ilə ifadə olunurdu (L. Kol, A. Maxek, K. Postl, A. Manes və b.). 18-ci əsrin ortalarında rokoko və klassisizm əlamətləri meydana gəldi. 19-cu əsrin sonlarında rəssam M.Aleşin başçılıq etdiyi rəssamlar qrupu incəsənətin inkişafında əhəmiyyətli rol oynadı. Y.V. Mıslbek dövrün görkəmli heykəltəraşı idi. 1920-30-cu illərin təsviri sənətində realist və demokratik meyillər möhkəmləndi. 1920-30-cu illər təsviri sənətində realist-demokratik meyillər möhkəmləndi. Çexiya faşist əsarətindən azad edildikdən (1945) sonra incəsənətin inkişafı üçün yeni perspektivlər açıldı. Praqa, Qotvaldov, Olomouts və s. şəhərlərdə yeni yaşayış rayonları salındı. Bu illərdə V. Makovski, K. Liditski, K. Pokornı, Y. Vaqner və b. heykəltəraşlar Qələbə, Praqa üsyanı qəhrəmanları, sovet döyüşçüləri, Çexiya mədəniyyəti xadimləri şərəfinə abidələr yaratmışlar. 1970-ci illərdən binaların plastik ifadəliliyi və fərdi simasının öyrənilməsi sahəsində axtarışlar aparılmışdır. Bu illərin heykəltəraş, rəssam və qrafiklərinin yaradıcılığında tarixi inqilibi motivlər üstünlük təşkil edirdi (Y. Maleyovsk, M. Aksman, A. Zabransk, Y. Yuroj və b.). Çexiyada monumental dekorativ-tətbiqi sənət, bədii şüşə, parça, teatr-dekorasiya sənəti yüksək səviyyədə inkişaf edir. Təqribən 1984-cü ildə Çexiyada postmodern yaradıcılıq konsepsiyası yayılmağa başladı (F. Skala, Y. David, M. Qabriel, Y. Rona və b.). Rəssamlardan K. Nepraşa, E. Kmentova, Y. Andle, Y. Naçeradski 20-ci əsrin 80-90-cı illərində fiqurlu plastika sahəsində işləmişlər. M. Knijak heppe- ninq bədii yaradıcılıq üslubunun nümayəndəsidir (hazırda Praqadakı Milli qalereyanın direktorudur). T. Piştek hiperrealizmin nümayəndəsidir. P. Nikl 2005-ci ildə Yaponiyanın Aixi ş.-ndə EKSPO sərgisində Çexiya sərgi kompozisiyasını təşkil etmişdir.

Çexiya inkişaf etmiş avtomobil və dəmir yolu şəbəkəsinə malikdir. Dəmiryollarının dörddə birində elektrikli qatarlar çalışmaqdadır. Praqa və ölkənin digər böyük şəhərləri hava nəqliyyatı ilə bir-birinə bağlıdır.

Çexiyada pivə çəkmə sənəti geniş yayılıb. Çexlərdə pivə nəsilləri birləşdirən dəyər kimi qiymətləndirilir. Pivənin məşhur Budvar növü bir çox vitaminlərlə zəngindir. Bu pivənin suyu 300 metr dərinliyi olan artezian quyusundan çıxardılır. Çex pivəsinin dadından həzz almaq istəyirsiniszə xüsusi barlara gedin.

Xanımlar üçün ən sevimli və dəyərli hədiyyə kimi tanınan çex suvenirləri dünyada məşhurdur. Mozer firmasının suvenir — büllur qabları adından söz etdirməyi bacarır. Çexiyada məşhur olan daha bir aksessuar — duzlara hopdurulan güldür. Belə gül uzunmüddətli qalır.

 




#Article 72: Bosniya və Herseqovina (524 words)


Bosniya və Herseqovina (, ) — Balkan yarımadasına yerləşən konfederativ dövlət.

Ölkə bir bütünü meydana gətirən üç etnik qrupa ev sahibliyi etməkdədir: Boşnaklar, Serblər və Xorvatlar. İngiliscədə və daha bir çox dildə etnik şəxsiyyət göz qarşısında tutulmadan bütün Bosniya-Hersoqovina xalqına Bosniyalı deyilir. Ancaq Türkcədə tarixdən gələn yaxınlıqdan ötəri Bosniyalı deyildiyi anda Boşnaklar yəni Bosniyalı Müsəlmanlar termini nəzərdə tutular. Ayrıca ölkədə Bosniyalı və ya Hersoqovinalı olmaq da ayrı etnik şəxsiyyəti vurğulamaq üçün istifadə edilər. Bosniyalıyam demək Müsəlmanam deməkdir. Hersoqovinalı demək Xorvatam deməkdir. Ölkə rəhbərlik baxımından iki eyni dövlətçiliyə bölünmüş vəziyyətdədir. Bunlar, Bosniya-Hersoqovina Federasiyası və Serb Respublikasıdır.

Ölkəni, şimal, qərb və cənubdan Xorvatiya, şərqdən Serbiya, yenə cənubdan Monteneqro çevirməkdə, Adriatik dənizinə isə Nəm şəhərinin tapıldığı yerdə yalnız 20 km-lik (limanı olmayan) bir sahili vardır. Ölkənin coğrafiyası mərkəz və cənubda dağlıq, şimal-qərbdə təpəlik, şimal-şərqdə düzlük bir xarakter sərgiləyir. Dövlətin paytaxtı və ən böyük şəhəri Saraybosna, bir çox yüksək dağla ətraflanmışdır. Bu coğrafi xüsusiyyətindən ötəri şəhər qış turizminə əlverişlidir və 1984 Qış Olimpiadalarına ev sahibliyi etmişdir.

Ölkənin əksəriyyətini örtən Bosniya bölgəsində ılıman yer iqlim görülər, bu bölgədə yayları isti, qışları qar yağmurlu və soyuqdur. Ölkənin cənub sahillərindəki daha kiçik Hersoqovina bölgəsində isə tipik Aralıq dənizi iqlimi görülər. Bosniya-Hersoqovina təbii qaynaqlar baxımından da zəngin bir ölkədir.

Bosna çayının və macar dilində herseq (Boyevoda deməkdir) sözündən yaranmışdır.

Aralıq dənizi sahilindəki digər şəhərlər kimi Bosniyada tarix səhnəsindəki yerini Roma İmperatorluğu içərisində götürmüşdür. Roma İmperatorluğunun çöküşündən sonra Bosniyanın rəhbərliyi 1200-cü illərdə müstəqilliyini əldə edənə qədər müxtəlif rollara əl dəyişdirmişdir. Müstəqilliyini 260 ildən çox bir müddət qoruyan Bosniya Krallığı bu müddət boyunca macarlar və serblərə qarşı torpaqlarını müdafiə etmək məcburiyyətində qalmışdır.

Bosniyadakı döyüş 1992-ci ilin yazında başladı. Bosniyanın şimalını hədəf alan hücumların məqsədi bu bölgələrdən Boşnak və Xorvatları uzaqlaşdıraraq Serb dövlətini qurmaq idi. Serblərin bu hücumları bölgədəki digər etnik qruplar üçün tam bir fəlakətə çevrildi.

Döyüşün ilk aylarında şərqdəki xeyli çox Boşnak şəhəri serblərin hücumları nəticəs(n)i asanca düşdü. Ancaq şəhəri çevirən təpələrində köməyiylə Srebrenizka hücumlara qarşı özünü müvəffəqiyyətlə müdafiə etdi.

Bosna-Hersoqovinada yerli iqlim hakimdir. Hava istilikləri, ən isti aylar olan İyul və Avqustda 30 dərəcəyə qədər çıxarkən, ən soyuq günlər isə, Dekabr və Yanvar aylarında yaşanmaqda və istilik -20 dərəcəyə qədər düşməkdədir. Ümumiyyətlə 4 mövsüm bol yağış alan/sahə ölkədə ən yağışlı ay İyun (110–115 mm), ən quraq ay isə Dekabrdır (40–70 mm). Ölkənin cənub-qərb seqmentində və Neretva Vadisində Aralıq dənizi iqlimi görülər. Bu bölgələrdə meyvə-tərəvəz bağçaları, üzüm bağları vardır. Heyvandarlıq isə, ölkənin bütünündə edilməkdədir.

Başlıca çayları Una, Sənə, Drina, Sova, Bosniya və Mostar Körpüsünün altından axan Neretvadır.

Başlıca təbii qaynaqları kömür, dəmir, boksit, manqan, meşələr, mis, xrom, sink, güllə, duz, barit, asbest, kaolin və gipsdir.

Ölkədəki əlavəs(n)ilə bilər torpaqların nisbəti %14, otlaq və meraların nisbəti %20, meşə və ağaclıq sahələrin nisbəti %39, digər torpaqların nisbəti də %27'dir. Sulana bilən ərazi 20 km2
dir.

Dövlət ayrı fəaliyyət göstərən Bosniya və Herseqovina Federasiyası,Serb Respublikası və Brçko dairəsindən ibarətdir.

Bosniya və Herseqovina Federasiyası 10 kantondan ibarətdir

Serb Respublikası 7 bölgə və 63 bələdiyyədən ibarətdir.

Ali qanunverici orqan – Milli palata; Xalq palatası.

Siyasi partiyalar: 

Brçko dairəsi eyni zamanda həm Bosniya və Herseqovina federasiyasının həm də Serb Respublikasının tərkib hissəsidir.

Boşnak dili, Serb dili, Xorvat dili

Müsəlmanlar – 40%                       
Pravoslavlar – 31%                 
Katoliklər və Protestantlar – 19%




#Article 73: Albaniya (922 words)


Albaniya () ya da Arnaudluq, rəsmi adı Albaniya Respublikası (Hiss-Kəpənəklər) — Balkan yarımadasının cənub-qərbində, Adriatik dənizinin sahillərində yerləşən ölkə. Qonşuları şimalda Monteneqro, şimal-şərqində Kosova, şərqində Serbiya və Makedoniya Respublikası və cənub-şərqdə Yunanıstandır. Ölkənin qərbdə Adriatik dənizinə, cənub-qərbdə İon dənizinə çıxışı vardır. Sahəsi 28,7 min kv.metrdir. Sahəsinə görə dünya ölkələri arasında 139-cü yerdə durur. Albaniya NATO-nun (2009), Qaradəniz İqtisadi Əməkdaşlıq və İslam Konfransı Təşkilatına üzvdür.

Albanlar öz ölkələrini Şipri, yəni Qartallar diyarı, yerli sakinləri isə Şiptar adlandırırlar. Albaniya özü isə illiriya sözü olub olba - kənd deməkdir.

Bir neçə dəfə Bizans İmperatorluğu və Bolqarlar arasında əl dəyişdirən ölkə, 1272-ci ildə I Carlo tərəfindən işğal edildi. Osmanlılar 1514-1517-ci ildə Albaniyası Venedikliler deyil qəti olaraq götürdülər. İskəndər Bəy deyilən Yorgi Kostriota 1443-1468-ci illərdə Osmanlı hakimiyyətinə qarşı baş verən üsyanı idarə etmişdir. Albaniyada islamlaşma müddəti XVI əsrin ortalarına qədər sürmüşdür.

Albanlar 28 noyabr 1912-ci ildə Avlonya (Vlora)da müstəqilliklərini elan etmişlər. İsmayıl Kamal Vlora ilk hökumətin başçısı olmuşdur. Serblərin şimal Albaniya torpaqlarında irəliləməsi Avstriya-Macarıstan imperatorluğunu, Yunanıstanın Vlora daxil cənub Albaniyası işğal etmək istəməsi də İtaliyanı narahat etmişdir. Qarşıdurmanın Avropanın bütününü içinə götürəcək bir döyüşə çevrilməsini önləmək istəyən İngilislərin çağırışıyla, Londonda Balkan ölkələrinin də qatıldığı bir yığıncaq təşkil edilmişdir. Nəticədə dekabr 1912-ci ildə Albaniyanın müstəqilliyi tanınmışdır. Ancaq, Albanların əksəriyyəti meydana gətirdiyi Kosova, Serbiyaya buraxılmışdır. Yunanıstan sərhədi isə 1913-cü ildə beynəlxalq bir komissiya tərəfindən təyin olunmuşdur. İyun 1924-cü ildə çıxan qiyam ilə ölkəni tərk etmək məcburiyyətində qalan Baş nazir Zogo 6 ay sonra Yuqoslaviyanın dəstəyi ilə geri dönərək, bir diktə rejimi qurmuş, əvvəl Respublika başçısı (1925-1928) sonra isə, Kral (1928-1939) olmuşdur.

Əkinçiliyin kollektivizasyonu 1959-ci ildə az qala tamamlanmışdır. 1965-1970-ci illəri isə İdeoloji İnqilab ilə keçmişdir. Sırasıyla Yuqoslaviya (1948), Sovetlər Birliyi (1961) və Çinlə (1978) bağlarını qoparan Albaniya xarici dünyadan hamısıyla təcrid bir ölkə halına gəlmiş, Ənvər Hoca ölümündən sonra yerinə Ramız Əliyə keçmişdir. (1985)

Çox partiyalı nizama keçmə hazırlıqları 1990-cı ildə sürətlənmiş və 7 Aprel 1991-ci ildə edilən ilk seçkiləri qazanan Əmək Partiyası Hökuməti, İyunda partlayan ümumi tətil sonunda istefa vermək məcburiyyətində qalmışdır. Əmək Partiyası daha sonra adını Sosialist Partiyaya çevirmişdir. Bir koalisiya hökuməti quruldusa da uzun ömürlü olmamış, mart 1992-ci ildə edilən ümumi seçkiləri Sali Berişa rəhbərliyindəki Demokratik Partiya qazanmışdır.

Aprel 1992-ci ildə Ramız Əliyə istefa vermiş və yerinə 9 Aprel 1992də Dövlət Başçısı seçilən Berişa gəlmişdir.

Bu vəzifəsi 24 İyul 2002-ci ildə seçkisində Alfred Moisiu götürmüşdür.

Albaniya 28,750 kvadrat kilometr sahəyə sahib bir ölkədir. Qonşuları şimalda 287 kilometr ilə Serbiya və Monteneqro, şimal və şərqdə 151 kilometr ilə Makedoniya Respublikası, cənub və cənub-şərqdə 282 kilometr ilə Yunanıstan dır. Adriatik dənizi və İon dənizi nə sahili olan ölkənin 362 kilometr sahili vardır. İtaliya dan 100 kilometrlik Otranto Boğazı ilə ayrılar.

Onun ümumi ərazisinin 70% -dən çoxunu dağlıq hissə təşkil edir.  2000 m-dən çox yüksəkliklərə malik çoxlu sayda zirvəsi var. Ən hündür nöqtəsi Korab dağıdır (2753 m). Ölkənin sahilətrafı ərazisi Aralıq dənizi iqlimi şərqə tərəf getdikcə kontinental iqlimlə əvəz olunur. Orta temperatur Yanvar ayında -8-9 °C, iyul ayında isə +24-25 °C təşkil edir.

Albaniyanın ən böyük çayı olan Drin ölkənin şimal əraziləri ilə axır. Bundan başqa Albaniyanın Mati, Şkumbini, Vyosa və Semani kimi çayları da var. Balkan yarımadasının üç ən böyük gölü hissəvi olaraq Albaniyada yerləşir. Üçdə bir hissəsi Albaniyanın ərazisinə düşən və ölkənin ərazisinə düşən hissəsinin sahil xətti boyu uzunluğu 57 km. olan Skadar gölü şimalda – Monteneqro ilə sərhəddə yerləşir. Albaniya ilə Makedoniyanın arasında bölünmüş Oxrid gölü 289 m. dərinliyə malikdir. Zəngin flora və faunası olduğu üçün göl YUNESKO tərəfindən qorunur. Prespa gölü ölkənin cənubunda yerləşir və üç ölkəyə: Albaniya, Makedoniya Respublikası və Yunanıstana məxsusdur.

Ölkənin florasında 3000-dən çox bitki növü var. Sahil ətrafı ərazilər cəngəllik və kolluqlarla örtülmüşdür. Albaniyanın üçdə bir hissəsi (əsasən dağlıq əraziləri) meşəliklərlə zəngindir. Meşələrində Qonur ayılar, canavarlar, çaqqallar, vaşaq və meşə pişikləri, çöl donuzları, cüyür və marallar var. Sahilətrafı rayonlarda çoxlu miqdarda su quşları var.

Albaniyanı dörd əsas bölgəyə bölmək olar: Şimali silsilə, Mərkəzi silsilə, Cənubi silsilə və Qərbi ovalıqlar. Topoqrafik xüsusiyyətlər malik zonalları Dinar Alpları, Seranian, Korab, Pindus və Skanderbeg dağlarıdır. Ən yüksək zirvəsi Makedoniya Respublikası ilə sərhəddə yerləşən, dəniz səviyyəsindən 2,764 metr yüksəklikdə olan Korab dağıdır. Bu zirvə Avropada bir neçə ölkənin ən yüksək zirvəsi olan iki zirvədən biridir. Avropadakı ən məşhur dağ zirvələri siyahısında 18-ci sıradadır.

Bərat, Blyora, Girokastra, Dibra, Durres, Korça, Kukes, Leja, Tirana, Fiyeri, Şkoder, Elbasan.

ÜDM həcmi 2005-ci ildə 6,9 milyard avro təşkil edib. Bu isə əhalinin hər nəfərinə 1,9 min avro deməkdir. Albaniya, sənayecə inkişaf etməmiş, aqrar ölkədir.

İqtisadiyyatdakı üstünlüklər: neft yataqlarının və təbii qazın olması, xarici dövlətlərə pul köçürmələri, iqtisadiyyatın özəlləşmədən sonra inkişaf etməsi.

İqtisadiyyatda zəif tərəflər: infastrukturun daxili inkişafına görə, xarici investorların ölkəyə cəlb edilə bilməməsi.

Albaniya, Avropanın ən kasıb ölkələrindən biridir. Ölkənin yolları çox acınacaqlı vəziyyətdədir. Əksər yaşayış evlərinin əsaslı təmirə ehtiyacı var. Əsas xarici iqtisadi partnyorları, İtaliya, Yunanıstan, Almaniya, Türkiyə, Makedoniya Respublikasıdır. Xarici ticarətin 90%-i Avropa Birliyi ölkələrinin payına düşür.

Dövlət dili olan alban dili, Hind-Avropa dil ailəsində xüsusi bir qrup təşkil edir. Alban dilində latın, yeni və qədim yunan, roman, cənubi slavyan və türk dillərindən çoxlu sayda keçmə sözlər vardır. Alban dilinin 2 dialekti mövcuddur. Bunlar qeq və tosk dialektləridirlər. Müasir ədəbi alban dili XIX əsrin sonunda hər iki dialektin əsasında formalaşmışdır. Amma tosk dialekti daha geniş formada yayılmış və 1945-ci ildən etibarən rəsmi dil elan edilmişdir.

Tiranadakı Tirana Dövlət Universiteti 1957-ci ildən fəaliyyətə başlamışdır. Burada həmçinin kənd təsərrüfatı, ikiillik pedaqoji institutları, politexnik, kənd təsərrüfatı texnikumları,tibbi və pedaqoji məktəblər, ali dram və tətbiqi incəsənət məktəbi yerləşir.

Albaniya Silahlı Qüvvələri 1912-ci ildə Albaniyanın müstəqillik əldə etməsindən sonra yaradılmışdır. 1988-ci ildə 65 min nəfər olan aktiv hərbi qüvvələrin sayı 2009-cu ildə 14.500 nəfərə endirilmiş, məcburi hərbi xidmət isə 2010-cu ildə ləğv olunmuşdur.




#Article 74: Belçika (1282 words)


Belçika (, ), köhnə mənbələrdə Belcik ( [Beljik], Köhnə Azərbaycanca: بلجيك) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür.

Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.

Belçikaya ilk yerləşənlər Belgelər olub, 5. əsrə qədər Roma İmperiyası idarəsi altında idilər. Beşinci əsrdə isə Franklar ın zəbtinə məruz qaldılar. Daha sonra ölkə Charles (Şarlken)in Qərb imperatorluğuna daxil oldu. 1477-ci ildən sonra, Şarlkenin qardaş oğlu Maximilianın əlinə keçdi. Bundan sonra 300 il qədər Belçika xaricilər tərəfindən idarə edildi. 1713-cu ildə Avstriya İmperatorluğunun əlinə keçdi və Avstriya Hollandiyası deyə xatırlandı. Fransa 1813-cü ildə Belçikanı işğal etdi. 1815 də Napoleon məğlub olunca, Belçika Hollandiyalıların idarəsinə girdi. 1830-cu ildə Belçikalılar birləşərək Fransa və İngiltərənin zəmanəti altında müstəqil bir dövlət qurdular. 4 iyun 1831 tarixində bir krallıq halına gələn Belçika, Afrikada müstəmləkəçilik arzularınıda realaşdıra bilmişdir. Müstəmləkələrindən ən son Konqo, 3 iyun 1960 da müstəqilliyini qazandı. Belçika, Birinci və İkinci Dünya Müharibələrinə qatılmış və hər iki döyüşdə də Almaniya tərəfindən işğal edilmiş, Almaniyanın məğlub olması üzərinə işğaldan xilas olmuşdur. BMT və NATO üzvüdür.

Belçika coğrafi baxımdan üç bölgəyə ayrılır. Qərbdə Aşağı Belçika, Orta Vadi və cənub-şərqdə Arden platosudur. Aşağı Belçika, düz bir ərazi olub, Hollandiya və Şimal dənizi tərəfindən təxminən 64 km əhatələnmişdir. Aşağı Belçikadakı Qərbi Flandriya əyalətinin 500 km-lik sahil bölgəsi polder adlı quru əraziləri ilə əhatələnmişdir ki, bu da sahil ərazilərin okean səviyyəsinin yüksəlməsinə qarşı qorunmasına yardımçı olur. Şimaldakı Kampenland və şərq hissələri qumlu və əkinçiliyə əlverişli olmayan torpaqlara malikdir. Ancaq əhəmiyyətli kömür yataqları burada yerləşir. Antrasit kömürü Belçikanın başlıca gəlir qaynağıdır. Kaolin, dəmir və əhəng daşı da çıxarılır.

Əhalinin böyük bir qismi Orta Belçikada yaşayır və bura yumşaq dalğalı vadilərlə bölünmüşdür. Bu bölgə son dərəcə münbit bir ərazi olub, son zamanlara qədər Belçikanın başlıca kömür qaynağı idi. Şelda çayı Belçikanın şimal-qərbində yerləşir. Ölkənin mərkəzi, təbii geniş kanallara sahib deyil.

Arden yaylası, mərkəz vadiyə Sambre və Maas çayları ilə bağlanır. Ən yüksək yeri Botranj olub, hündürlüyü 694 metrdir. Belçikanın orta yüksəkliyi 160 metrdir. Ölkənin 18%-i meşələrlə örtülmüşdür və taxta-şalbanı çox məşhurdur.

Axar suları: Belçika sərhədində iki axar su qolu vardır. Şelda çayının iki yüz kilometrlik hissəsi Belçika sərhədindən axır. Çayın Almaniya sərhədinə yaxın hissəsində liman şəhəri Antverpen yerləşir. Digəri isə Maas çayıdır. 183 kilometrlik hissəsi Belçika torpaqlarından keçir.

Belçika əhalisinin 97,3%-i şəhərlərdə yaşayır, ölkədəki ən böyük şəhərlər:

Belçikada yaşayan insanlar etnik baxımdan iki qrupa ayrılır. Ölkənin şimalında yaşayan Flamandlar, cənubunda yaşayan Vallonlardır. Əhalinin böyük bir əksəriyyəti Brüsseldə yaşıyır. Flamandlar german, vallonlar isə roman mənşəlidirlər. Avropada əhalinin ən az artdığı ölkələrdən biridir. Əhali sıxlığı ən yüksək olan Avropa ölkələrindəndir. Kvadrat kilometrə 323,7 nəfər düşür. Belçikalılar sadə həyatı sevirlər. Xalq ümumiyyətlə festival, velosiped yarışı, idman və kino kimi əyləncələrə düşkündür. Avropada həyat standartı ən yüksək ölkələrdəndir. Ailədə dini bağlar çox qüvvətlidir.

Əhalisinin böyük əksəriyyəti katolikdir. Bir qismi isə protestant kilsəsinə ibadət edir. Vətəndaşlarının əksəriyyəti şəhərlərdə yaşayır.
Əhalinin 67%-ni katoliklər, 27%-ni dinsiz, 6%-ni müsəlmanlar təşkil edir.

Belçikada təhsil çox inkişaf etmişdir. Gənclərin təhsilində kilsənin böyük bir yeri vardır. 14 yaşına qədər təhsil məcburudur. Kilsənin və Yəhudilərin idarəsində olan məktəblər məşhurdur. Məktəblərdə ümumiyyətlə Flamandca və Fransızca birlikdə öyrədilər. Müxtəlif sahələrdə və bir çox şəhərdə universitetlər qurulmuşdur.
Belçika Krallığında ali təhsil

Belçikada ali təhsilin Boloniya prosesinin prinsiplərinə uyğunlaşdırılması məqsədilə aparılan islahatlar bu sahədə ciddi dəyişikliklərə səbəb olub. Ölkənin 2003-cü ildə qəbul olunmuş Ali Təhsil Aktına əsasən ali təhsilin dərəcələri müəyyənləşdirilib. 2004-2005-ci tədris ilindən etibarən ali təhsildə bakalavriat, magistratura və doktorantura pillələri tətbiq edilməyə başlayıb.

Bakalavr dərəcəsinə yiyələnmək üçün 180 Avropa Kredit Transferi (AKT) əldə etmək tələb olunur. Magistr dərəcəsi üçün isə ən azından 60 AKT qazanmaq lazımdır. Bu tələbləri ödəyən məzunların diplomları Avropa ali təhsil məkanının 46 ölkəsində tanınır.

Ali təhsilin kifayət qədər inkişaf etdiyi Belçikanın ən böyük ali məktəbi Levren Universiteti hesab olunur. Bu universitet 14 fakültədən ibarətdir. Təhsil müəssisəsində humanitar fənlər, təbiət elmləri, texnologiya, bio-elm və tibb ixtisasları üzrə mütəxəssislər hazırlanır. Tədris proqramlarının holland və ingilis dillərində aparıldığı universitetdə 26000-dən çox tələbə təhsil alır. Onların 2300 nəfəri dünyanın 100 müxtəlif ölkəsindən olan əcnəbi tələbələrdir. Zəngin maddi-texniki bazası olan ali məktəbin dünya şöhrətli kitabxanasında dörd milyondan çox kitab və 15000-ə yaxın dövri nəşr var.

Belçikada universitetlərlə yanaşı, universitet kolleci də fəaliyyət göstərir. Universitet və universitet kollecində eyni ixtisaslar üzrə tədris proqramları fərqlidir. Yalnız universitetlərdə doktorluq dərəcəsi verilir. Universitet kollecində  isə müəyyən peşə istiqaməti üzrə bakalavr proqramı təklif edilir.

Universitetlər və universitet kollecləri bir-biri ilə yaxından əməkdaşlıq edirlər. Bu əməkdaşlıq elmi tədqiqat sahəsində  daha çox özünü büruzə verir.

Ölkənin ali təhsil müəssisələrinin fəaliyyəti əsasən hökumət tərəfindən tənzimlənir və onların inkişafı üçün lazım olan tədbirlər həyata keçirilir. Odur ki, ali təhsil müəssisələri daha çox təşkilati müstəqilliyə malikdirlər. Bu müstəqillik  maliyyə məsələlərində də özünü göstərir.

Belçika idmanın müxtəlif budaqlarında özünü göstərən bir ölkədir. Atletizm, futbol, velosiped, basketbol ən müvəffəqiyyətli idmanlarıdır. Bu vaxt güləş ən çox maraq görən idmanlar arasındadır.

Avropanın güclü dövlətləri tərəfindən, 1830-cu ildə, tampon bölgə olaraq qurulan, İngiltərədə yaşayan bir Alman şahzadənin krallığına verilən və Konqo müstəmləkəsiylə zənginləşərək, ehtiyaclarının böyük qisimini aradan qaldıran Belçika, Hollandiya tərəfindən danışan Flamanlar və Fransızca danışan Valonlardan meydana gəlir. Əhalinin 58%-ni flamanlar, 31%-ni vallonlar, 11%-ni fransızlar və almanlar təşkil edir.

Ölkədə almanca danışan kiçik bir xalq qrupu da var. 90%-i fransızca danışan Brüsselin cüt dilli bölgə hesab olunur. Flamandlar flamandca, Vallonlar fransızca danışır. Bəzi bölgələrdə almanca da danışılır.

Belçikalılar, 1980-ci illərin başında, model olmaq iddiasıyla yönəldikləri federal sistemlə yerli parlament və rəhbərliklərin səlahiyyətlərini genişlətdilər. Valonya, Flandr və Brüssel bölgələrində fərqli hökumətlər qurularkən, ayrılıqçılıq (seperatisme) ölkə konstitusiyasının təməl qanunları arasında iştirak etdi. Bu vəziyyət, Valonlar, Flamanlar və Brüssellilər arasındakı qopuqluğu artırarkən, mənfəət qarşıdurmalarını da sürətləndirdi.
Siyasi partiyaları da Flaman və Valon olaraq bölünən ölkədə, ayrı-ayrı qurulmuş olan liberal, mühafizəkar və ya sosialist Flaman partiyalar ilə Valon partiyaların, ideoloji meylləri eyni göründüyü halda, tamamilə fərqli görüşlər içində qarşıdurmaları da sürət qazandı. Siyasətçilər, təşkilatlar və vətəndaşlar arasında dialoq gedərək qopdu, cəmiyyətlər arası mənfəət döyüşləri artdı. Belçikalı sözü, gedərək yerini Flaman, Valon və Brüsselliyə buraxdı.
Siyasətçilər, regional problemləri aşmaq və öz seçicilərinin tələblərini cavablamaq üçün dövlət büdcəsini kiçildib, regional büdcələrə ağırlıq verdilər. Federal təşkilatlar dövlətin ortaq malları, dəyərləri, mənfəətləri üçün qərar ala bilməz vəziyyətə gəldilər. Dəmiryollarını, vergi sistemini və sosial sığortaları da regionallaşdırmaq hədəfi ön plana çıxdı.

Belçika mətbuatı və siyasi alimləri, Valon və Flamand siyasətçilərin uzlaşmazlığından qaynaqlanan, 5 aydır davam edən böhranın süni olduğunu, bu böhranın, ictimaiyyəti, ölkənin bölünməsi gərəyinə razısalma məqsədiylə yaradıldığını müdafiə edir.

Hökumət qurmaqla vəzifələndirilən, Flamand seqmentinin güclü adlarından Xristian Demokrat Partiya (CDV) üzvü Yves Leterme, Valon partiyalarıyla koalisiya axtarışlarında müvəffəqiyyətli ola bilmədi. Müzakirələri tez-tez təxirə salan və şəxsən dövrəyə girən Belçika Kralı II. Albertin təmasları da konkret nəticələndirər gətirmədi.

Mütəxəssislər, müstəqillik elanına hazır olan Flamandların, Belçikanın sonunu gətirmənin məsuliyyətini tək başına boynuna götürmək istəmədiklərini, Valonları da bu məsuliyyəti paylaşmağa itələdiklərini ifadə edir. Belçikanın xəritədən silinməsi ehtimalının gedərək artması, gələcəyi məchul bir hal alan Kral ailəsini də narahat edir.

Siyasi partiyaların, ictimai və iqtisadi işləri icra edəcək keçici bir koalisiya hökuməti qurması, ölkənin bölünməsi və paylaşılması müzakirələrinin ayrı bir platformada davam etdirilməsi təklifi ön plana çıxır. Belçikanın köhnə baş nazirlərindən, bu günki Dövlət Naziri Mark Eyskens, siyasi böhran üzündən ölkə iqtisadiyyatının ağır zərbə yediyini, illik inflyasiyanın yüzdə 1,5-dən yüzdə 5-ə atıla biləcəyini söylədi.

Belçika şəbəkə kimi hörülmüş bir quru və dəmiryoluna malikdir Avropa qitəsinin ilk dəmiryolu Belçikada döşənilmişdir. Dəmiryollarının hamısı elektriklidir və bütün qonşularıyla əlaqəlidir. Brüsseldə tutumu böyük bir hava limanı qurulmuşdur. Dünya ölkələriylə əlaqə Brüsseldən təmin edilər.
Belçika, çölə, kimyəvi maddələr, maşın növləri, qida maddəsi, meyvə, çiçək satar; çöldən neft, xammal və kimya sənayesində istifadə edilən xammallar satın alar. İxracatının 40% ını sənaye məhsulları təşkil edir.




#Article 75: Avstriya (1605 words)


Avstriya (), rəsmi adı Avstriya Respublikası () – Mərkəzi Avropada bir dövlət. Dövlətin adı qədim alman dilindən tərcümədə  Ostarrichi —  şərqi ölkə  deməkdir.

Şimaldan Çexiya (362 km sərhəd uzunluğu), şərqdən Slovakiya (91 km) və Macarıstan (366 km), cənubdan Sloveniya (330 km) və İtaliya (430 km), qərbdən İsveçrə (164 km), Lixtenşteyn (35 km) və Almaniya (784 km) ilə həmsərhəddir.

Paytaxtı Vyana şəhəridir. Ölkə 9 federal torpaqdan və ya vilayətdən (Aşağı Avstriya, Burqenland, Forarlberq, Karintiya, Ştiriya, Tirol, Yuxarı Avstriya, Vyana və Zaltsburq) ibarətdir.

Dövlət bayrağındakı qırmızı rəng Avstriya Respublikasının azadlığı və müstəqilliyi üçün tökülən qan, ağ rəng isə qərbdən şərqə axan Dunay çayının rəngidir.Avstriya bayrağı dünyanın ən qədim dövlət simvollarından biridir.

Rəsmi siyahıyaalmalara əsasən Avstriya əhalisi:

Avstriya Konstitusiyasına görə alman dili Avstriya Respublikasının dövlət dilidir. 2001-ci il siyahıyaalınmasına əsasən alman dili Avstriya Respublikası vətəndaşlarının 95,48%-inin ana dilidir. Söz tərkibi və tələffüzünə, eləcə də qrammatik quruluşuna görə, Avstriya almancası Almaniyada Bavariya vilayətində və İsveçrədə istifadə edilən almanca ilə oxşardır. 1951-ci ildə Avstriya Federal Təhsil Nazirliyinin təşəbbüsü ilə buraxılan Avstriya Lüğətində Avstriya almancasının əsas söz ehtiyatı öz əksini tapıb.

Milli azlıqlar: ölkədə yaşayan etnik qruplardan 6-sı - Burqenland xorvatları, slovenlər, çexlər, slovaklar, macarlar və qaraçılar avtoxton etnik qruplar olaraq rəsmən tanınmış milli azlıqlardır. Burqenland vilayətində alman dili ilə yanaşı xorvat və macar dilləri, Karintiya vilayətində isə alman dili ilə yanaşı sloven dili də rəsmi statusa malikdir, belə ki xorvat və macar dillərinin Burqenland vilayətində, sloven dilinin isə Karitinya vilayətində məktəblərdə tədris olunma və dövlət idarələrində sənədləşmədə istifadə olunma hüququ vardır.

Avstriyada fəaliyyət göstərən 23 cəmiyyət və 11  özəl ali məktəblərdə təhsil almaq üçün bütün şərait yaradılıb. Bu ali təhsil ocaqları çox geniş spektrda təhsil almaq imkanı verir. Qeyd edək ki, 2001-ci ildə Avstriyada ali məktəblərdə ləğv olunan pulsuz təhsil 2009-cu ildən Avropa İttifaqı və bir sıra digər ölkələrin vətəndaşları üçün (Azərbaycan da daxil olmaqla) yenidən bərpa olundu.

Avstriyanın paytaxtı Vyanada 13 universitet fəaliyyət göstərir.

Avstriyada ali təhsil müəssisələri sırasına universitet, incəsənət universitetləri, kolleclər (bu təhsil müəssisələrində müəllimlər və sosial işçilər kimi mütəxəssislər hazırlanır) və digər ali məktəblər daxildir. Ali məktəblərdə tələbələrə ümumi nəzəri biliklər verilir. Praktiki təcrübə və bacarıqlar əmək fəaliyyəti dövründə əldə edilir.

Avstriyada bütün universitetlər dövlət tərəfindən maliyyələşdirilir. Universitet əməkdaşları və müəllimlər dövlət qulluqçusu hesab olunurlar. Universitetlər federal büdcədən maliyyələşir.

Müəyyən olunmuş vaxt ərzində ali təhsil proqramlarını mənimsəyən Avstriya və Avropa ölkələrinin vətəndaşları üçün ali təhsil ödənişsizdir. Universitetlərdə verilən bakalavr, magistr və doktor dərəcələri ABŞ, Kanada və digər Avropa ölkələrindəki müvafiq dərəcələrə uyğundur.

Hazırda Avstriyada 22 ali təhsil müəssisəsi, 18 tətbiqi elmlər universiteti, 11 özəl universitet fəaliyyət göstərir. 1365-ci ildə təsis olunmuş Vyana Universiteti Avropada qədim tarixi ənənələrə malik olan ikinci ən böyük universitet hesab olunur. Ali təhsil müəssisələrində dərs ili 8-12 semestrdən ibarət olur. Qış semestri oktyabrın 1-dən, yay semestri isə martın 1-dən başlayır. Hər bir semestrin sonunda imtahan verilir. Son kursda tələbələrdən diplom işi yazmaq tələb olunur.

Akkreditasiya Şurası tam müstəqil qərarvermə hüququna malikdir. Bu qurum özəl universitetlərin, akademik proqramların, akkreditasiyadan keçmiş özəl universitetlərin yenidən akkreditasiyası və onların fəaliyyətinə nəzarət məsələlərini həyata keçirir.

Ən məşhur ali təhsil müəssisələrinin sırasına Vyana Universiteti, Vyana Tibb Universiteti, Təbii Resurslar və Tətbiqi Həyat Elmləri Universiteti, Vyana İqtisadiyyat və Biznes Administrasiyası Universiteti,  Vyana  Tətbiqi  İncəsənət Akademiyası, Vyana Musiqi Universiteti daxildir.

Avstriya ali məktəblərində kifayət qədər əcnəbi tələbələr təhsil alır. Ölkə universitetlərində oxumaq istəyən əcnəbilərdən alman dilini yüksək səviyyədə bilmək, orta məktəbi bitirmək haqqında sertifikat və sağlamlıq haqqında arayış tələb olunur.

Avstriya universitetləri digər inkişaf etmiş ölkələrdə olduğu kimi, ən yüksək səviyyəli elmi-tədqiqat qurumları hesab olunur. 2004-cü ildən universitetlərin hamısı elmi-tədqiqat işlərində və təhsil fəaliyyətlərində muxtar status qazanıb, tam müstəqil hüquqi qurum kimi fəaliyyət göstərirlər.

Avstriya Qərbdə Konstans gölündən şərqdə Neusiedl gölünə qədər uzanır. Ən şərq nöqtəsindən ən qərb nöqtəsinin uzaqlığı 570 kilometr, ən şimal nöqtəsindən ən cənub nöqtəsinin uzaqlığı təxminən 300 kilometrdir.
Şərq Alplar üzərində qurulmuş olan ölkənin aşağı yuxarı dörddə üçü dağlıq ərazidir. Şimalda ölkəni qərbdən şərqə qət edən Tuna Çayının ölkədəki uzunluğu 350 kilometrdir. Bu qisimlər ən alçaq yerlərdir. Alplar Avstriyada ölkəni qərbdən şərqə doğru üç sıra halında örtmüşlər. Ölkənin ən yüksək dağı 3798 m ilə Gross Glocknerdir.
Göllər baxımından çox zəngin olmasına baxmayaraq bu göllər çox kiçikdir. Ən böyük gölü Neusiedl Gölüdür ki, sahə 320 km² dir. Bunun bir qisimi də Macarıstana aiddir.

Avstriyanın böyük hissəsi, yer və okean təsirləri göstərən, orta-Avropa keçiş iqliminin təsiri altındadır. Sıx yağmur və Qərb küləyi iqlimi təsir edən əhəmiyyətli faktorlardır. Alp bölgəsinin özünə aid bir iqlim xüsusiyyəti vardır. Bu bölgədə yazlar sərin, qışlar bol qar yağmurludur. Burada illik yağmur 3000 mm səviyyəsinə çatır.
Ölkənin şimal və qərbini təsiri altına alan okean təsiri səbəbiylə bu bölgələrdə yağmurlar daha aşağı (illik 2000 mm) və il içində istilik fərqliləşmələri daha stabildir. Qışlar bu bölgələrdə nisbi olaraq yumşaq və yazlar da isti keçir. Salzburgda ortalama istilik Yanvar ayında -2 °C İyulda 18 °C'dir.
Ölkənin şərqində yer iqlim suverendir. Bu bölgədə qışlar çox sərt və yağışlı keçər. Yağmurlar ümumiyyətlə qarlı şəklində olub, alçaq yerlərdə yağış halında olar. Hava istiliyi qışda ümumiyyətlə 0 °C'ın altında olur. Bu zamanda da daymi hava açıq və aydın olduğundan qış idmanlarına əlverişlidir. Ortalama istilik Yanvar ayında -4 °C, İyul ayında 18 °C'dir. Bu bölgədə illik yağmur nisbəti 600 mm ətrafındadır.

Tuna çayı qış aylarında donduğundan, nəqliyyatın axsamaması üçün buz qırma işləri davamlı edilər. Yüksəklərdə fırtınalar bəzən çox şiddətli olar. Quru iqlimi xüsusiyyətindən ötəri yaz ayları isti keçir. İstilik ortalaması 20 °C'ın üzərindədir. Bu mövsümdə az miqdarda da olsa yağmur yağır.

Ölkənin cəmi sahəsinin yarıya yaxını meşəlikdir. Şimal Alpların ön bölgəsini daha çox palıd və qayın ağaclarının hakim olduğu meşələr əhatə edir. Waldviertel və Hausruck bölgələriylə mərkəzi Alpların şərq qisimi qayın, palıd, akçaağaç, ladin ağırlıqlıdır.

Avstriyanın ən əhəmiyyətli ətraf problemi sənaye, turizmin gətirib çıxardığı sıx trafik və ətraf ölkələrin ətraf çirkliliyinin böyük iştirak etdiyi turşu yağışıdır. Meşəlik sahənin dörddə biri bu problemdən təsirlənməkdədir və kimi bölgələrdə ağac sayında sürətli bir azalma müşahidə edilməkdədir. Sıx əkinçilik, elektrik enerjisi əldə etmək üzrə edilən anbarlar və meşələrin azalmasıyla ortaya çıxan ozon qatının deşilməsi ölkənin digər əhəmiyyətli ətraf problemləridir.

Avstriyanın heyvanlar dünyası Orta Avropanın müxtəlifliyini göstərər. Dağlıq bölgələrin tipik növləri dağ keçiləri və dağ siçanlarıdır. Meşələrdə ayrıca cüyür, və çöl donuzları da yaşayır.

Ölkədə 1997-ci ildən bəri qoruma altında olan iki cins ayı növləri yaşamaqdadır. Ölkənin şərqində tarla siçanı və tarla sincabına rast gəlinər.

Ölkənin cəmi sahəsinin 24 %-i təbii qoruma altındadır. Avstriyada üç təbii park, yüzlərlə də qoruma sahəsi və vətəqələr mövcuddur.

Avstriya konstitusiyasına görə ölkə demokratik federal bir respublikadır. Burgenland, , Aşağı Avstriya, Yuxarı Avstriya, Salzburg, Steiermark, Tirol, Vorarlberq və Vyana olmaq üzrə doqquz əyalətdən meydana gəlməkdədir.

Çox köhnə tarixlərdən bəri insanların yaşadığı bu ölkə, əsrlərlə Romalıların işğalında  olmuşdur. Almaniya ilə birgə olan Avstriyaya 803 ildə Şarlman tərəfindən Şərq Marklığı adı verildi. Bununla da o  German İmperiyasının bir hissəsi kimi  quruldu.

Daha sonra hakimiyyətə  keçən Habsburg Qraflıqı ölkənin ərazisini genişləndirdi. XV əsrdə Avropanın və xristianların ən güclü dövləti olan Avstriya, Osmanlılara qarşı arxası kəsilməyən hücumlara liderlik etmişdir. XVİ əsrdən  başlayaraq  Osmanlı dövləti müxtəlif səfərlər ilə 1529-cu ildə Macarıstanı,  daha sonra isə 1540-ci ildə Avstriyanı məğlub etdi, İmperator I. Ferdinand , Macarıstanın Osmanlı dövlətinə verilməsi  və  30 min duka qızılı vergi vermək şərtləri ilə bir andlaşma imzaladı. Bununla da  Avstriyanın hücumları sona çatdı.

Osmanlı-Müqəddəs İttifaq döyüşləri nəticəsində Osmanlı dövləti ndən ayrılan Macarıstan ilə birləşən Avstriya  Avstriya-Macarıstan İmperiyasını qurdu.Avstriya Birinci dünya müharibəsində parçalanan Avstriya-Macarıstan İmperiyasından ayrılaraq müstəqil dövlət qurdu.Muharibədən sonra  Almaniya ilə birləşmək istəməsinə baxmayaraq, qalib dövlətlər buna razılıq  vermədilər.

Avstriya Respublikası İkinci dünya müharibəsi ərəfəsində  Hitler tərəfindən 1938-ci ildə  də Almaniyaya birləşdirildi. Muharibədən sonra  Almaniyanın məğlub olması ilə Avstriya  Amerika Birləşmiş Ştatları, SSRİ, Böyük Britaniya və Fransa tərəfindən işğal edildi. 1955-ci ildə bu dövlətlərlə bağlanan sülh müqaviləsi nəticəsində dövlət birləşdirildi və müttəfiq dövlətlərin qoşunları oradan çıxarıldı.

Dövlət Başçısı, Federal Respublika başçısı sifəti daşıyar. Konstitusiya, altı illik bir dövrə üçün dövlət başçısının xalq tərəfindən seçilməsini şərt qaçmışdır. Federal Respublika başçısı xarici məsələlərdə dövləti təmsil edir. Razılaşma və qanunları imzalar Başçı eyni zamanda məclisi toplayır ləğv edər və tətilə göndərə bilər.

Avstriyanın bu andakı baş naziri (Almanca: Bundeskanzler) Avstriya İctimai Demokratik Partiyası (SPÖ) üzvü Werner Faymanndir.

Hökumət başçısı isə Şansölye olaraq da bilinən Federal Baş nazirdir.

Parlament iki kameralıdır: Bundesrat (Əyalətlər Məclisi), əyalət parlamentləri tərəfindən seçilən 62 millət vəkilindən; Nationalrat (Milli Məclis) isə doğrudan seçilən 183 üzvdən meydana gəlməkdədir. Nationalrat namizədlərinin ən az 19 yaşını doldurma şərti vardır. Bundesratda hansı əyalətin neçə parlamentarla təmsil ediləcəyi, əyalətin əhalisinə bağlı olaraq təyin olunar. Bu məclis yalnız məsləhətçi funksiyasına sahib olmasına qarşı, kimi qanunların çıxmasını gecikdirə bilər.

Avstriyada səs vermə yaşı 16-dan başlayır.

Avstriya iqtisadiyyatı sənaye, turizm və əkinçilik sahələrinə əsaslanır. Əkinçiliyə əlverişli torpaqları azdır. Bol məhsul ala bilmək üçün müasir əkinçilik İkinci Dünya Müharibəsindən sonra sürətlə inkişaf etmişdir. Ölkənin alçaq bölgələrində olan çəmənlik sahələrdə heyvandarlıq inkişaf edib.

İqtisadiyyatının əsasını təşkil edən sənaye sahasində çuqun və xam polad, alüminium istehsalı ön sıralardadır. Digər sənaye məhsulları kağız, kimyəvi maddə və plastikadır.

Avstriya dünyanın qabaqcıl təbii magnezit istehsalçısıdır. Schwechatdəki böyük neftayırma zavodu ölkənin ümumi neft və neft məhsulları istehlakının dörddə üçünü təşkil edir.

Geniş meşələrindən əldə edilən taxta-şalbanın yalnız bir hissəsi ölkədə emal olunur. Emal olunmamış taxta-şalban ölkənin əsas ixrac məhsulları sırasındadır.

Əsas ixrac məhsullarını maşınlar, elektron vasitələr, mədən məhsulları, kağız, elektrik enerjisi, qida maddələri təşkil edir.

Avstriya hazırda iqtisadi cəhətdən Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. O, İkinci dünya müharibəsi illərində öz gözəl tarixi memarlıq abidələrini dağılmaqdan qoruyub saxlaya bildi. Gözəl saraylar, mehmanxanalar, yollar hələ müharibədən əvvəl tikilmişdi. Onlar daima ölkənin tükənməz turizm resursları hesab olunur. Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur.

Avstriya mətbəxi tez-tez Vyana mətbəxinə bənzədilsə də, Avstriya-Macarıstan imperiyasının ümumi tarixinə əsasən, Avstriyanın ənənəvi mətbəx mədəniyyəti yerli cəhətlərinə görə özünəməxsusluğu ilə fərqlənir. Avstriya mətbəxində Macarıstan, Bohemiya, Bavariya və İtaliya mətbəx mədəniyyətlərinin nümunələri geniş yayılmışdır. Digər ölkələrin yeməklərindən alınmış hazırlanma üsulları yerli ənənələrə uyğunlaşdırılmışdır. Avstriya mətbəxi bütün dünyada bişmə çörək və şirniyyatları ilə tanınır. Vyana şnitseli isə dünya şöhrəti qazanmışdır.




#Article 76: Malta (396 words)


 
Malta (malt. Malta; ing. Malta) və ya rəsmi adı ilə Malta Respublikası (malt. Repubblika ta' Malta; ing. Republic of Malta) — Cənubi Avropada ada-dövlət. Malta Aralıq dənizində Malta arxipelaqında yerləşən mikrodövətdir. İtaliyadan 80 km cənubda, Tunisdən 284 km şərqdə, Liviyadan 333 km şimalda yerləşir. Paytaxtı Valletta şəhəri, ümumi sahəsi 316 kvadrat kilometrdir. Malta üç adadan ibarətdir: Malta (246 km²), Qozo (67 km²) və Komino (3.5 km²). Ölkə 2004-cü ildən Avropa Birliyinin üzvüdür.

Maltada ilk yaşayan insan əlamətləri 1, Neolit ​​Dövrə əsaslanır. Yeni Daş Dövrü insanlarının yaranma kanıtlarına Maltanı cənubunda, Birzebbuga'nın yaxınındakı Ghar Dalam mağarasında rast gəlinməkdədir. Arxeoloqlar bu bölgədə əvvəlki dövrlərdən qalma maral, hipopotam və bəstəboy fillərin qalıqlarını da kəşf etmişlər. Bu qalıqlar, Maltanı günümüz Avropa və Afrika kıtalarına bağlı olduğu dövrlərə aiddir. Threads edən koloniyalar, böyük ehtimalla Sicilədən gəldikləri təxmin edilən, məbəd inşa edən irqlər (birliklər) gətirmişlər. O dövr yaşamış olan Maltalılar, minlərlə ildən sonra belə bu gün hələ ayaqda qala bilmək bacarmış, həyat tərzləri və mədəniyyət səviyyələri haqqında bizi heyrətə salan strukturlar buraxmışlar.

Araşdırmaçılar Ggantija'da (Gozo) olan məbədlərin yer üzünün ən qədim, tək başına ayaqda dayana bilən abidələri olaraq xarakterizə etməkdədir. Bərpa işləri səbəbiylə müvəqqəti olaraq bağlı olan Paola'daki Hypogeum, tarix əvvəli dövr mühəndisliyinin fövqəladə müvəffəqiyyətinin bir göstəricisi olaraq, qayalardan oyulmuş otaqlar və labirint geçişleriyle növünün tək yeraltı məbədidir. Digər məbədlər Mnajdra, Hagar Qim, Tarxien görülməyə dəyər bir çox yer kimi Maltanı Müqəddəs Ada olması nəzəriyyəsini təsdiqləyir.
Malta 1800-cü ildən başlayaraq Böyük Britaniyanın müsəmləkəsi olmuş,1964-cü ilin sentyabrın 21-də müstəqillik qazanmışdır.

Malta adaları, yumşaq keçən qışları və isti yaz mövsümüylə sağlam bir iqlimə malikdir. Soyuq küləklər, qar, don və sis Maltada bilinməyən terminlərdir. Apreldə sonra seyrək olmaqla birlikdə yazın demək olar ki, heç rast gəlinməyən yağışlar ən çox Sentyabr ilə Aprel ayları arasında görülər.

İstilik qış aylarında (Noyabr - Aprel) orta 14.3 ° C, yaz aylarında (May-Oktyabr) isə ortalama olaraq 32.6 ° C ətrafındadır. Malta adaları, isti yaz günləri və gecələrində dənizdən əsən sərin meltemlerle, İyul ayı ortalarından Sentyabr ayı ortalarına qədər davam edən istiliyin yüksək olduğu dövrlərdə belə, nadir olaraq həddindən artıq istilərə məruz qalır.

Tarlaların əksəriyyəti kiçik və az eğimlidir. Lakin yağış əskikliyi və tərs ərazi şərtlərinə baxmayaraq kənd təsərrüfatı inkişaf etmişdir.

Maltada heç dağ ya da axar su yoxdur və adanın xarakteristika xüsusiyyətini teraslanmış sahələri və bir sıra alçaq təpələri təşkil edir. 137 kilometr uzunluğundakı sahillərində isə gözəl qumsallara sahib bir çox yerləri və limanları vardır. Adanı Siciliya adasında Malta boğazı ayırır.




#Article 77: Slovakiya (900 words)


Slovakiya () rəsmi adı — Slovakiya Respublikası () — Mərkəzi Avropada yerləşən dövlət. Əhalisi — 5.443.120 nəfərdir (dekabr 2017), ərazisi — 48.845 km². Əhaliyə görə dünyada 112-ci, ərazisinə görə 127-ci yeri tutur.

Paytaxtı — Bratislavadır. Dövlət dili — Slovak dilidir.

Unitar dövlət, parlament respublikası. 2020-ci ilin aprel ayından etibarən Zuzan Çaputov başçılıq edir, İqor Matoviç isə baş nazirdir. 8 diyara bölünür.

Avropanın mərkəzində yerləşir. Quru yolu olmayan kontinental dövlətdir. Çex Respublikası, Avstriya, Polşa, Macarıstan, Ukrayna ilə quru tərəfdən sərhəddir.

Dindarların əksəriyyəti (əhalinin təxminən 70% -i) katolikliyi qəbul edirlər.

Slovakiya NATO və AB-nin üzvüdür. Dinamik inkişaf edən iqtisadiyyatı olan bir sənaye ölkəsidir. 2011-ci ildə ÜDM-nin həcmi 127.111 milyard ABŞ dolları (adambaşına təxminən 23 384 dollar) təşkil etmişdir. Pul vahidi — avrodur.

Ölkənin müstəqilliyi 1 yanvar 1993-cü ildə elan edildi. Tarix boyu ölkə ərazisi VII əsrdə Samo dövlətindən XX əsrdə Çexoslovakiyaya qədər bir çox güc və dövlət birləşmələrinin bir hissəsi idi. İkinci Dünya Müharibəsi zamanı Üçüncü Reyxdən asılı bir Slovakiya dövləti var idi, 1945-ci ildə yenidən Çexoslovakiyanın tərkibinə daxil oldu.

Slovaklar 4-cü əsrdən etibarən Kiçik Karpatlara və Pannoniya Düzənliyinə yerləşirlər. Doqquzuncu əsrdə slovaklar, Böyük Moraviya hakimiyyətinə girdilər. Bu sırada xristianlığı qəbul etdilər. Böyük Moraviya Krallığının yıxılmasının ardından slovak torpaqları Macar Krallığının hakimiyyətinə girdi. 1526-cı ildə Macar taxtını ələ keçərən Habsburqlar, Slovak torpaqlarına 1918 ilinə qədər hakim oldular. Bu vaxt Mohaç Zəfərinin ardından Slovak torpaqlarına Osmanlı türkləri müxtəlif zamanlarda axınlar təşkil etdi.

XVIII əsrin sonlarında inkişafa başlayan Slovak milliyyətçiliyi, 1848-49-cu illərdə Macar inqilabından sonra, Macar olmayan xalqların tərəfini tutan Habsburq Krallığından kömək gördüsə də 1867-ci ildə Avstriya-Macarıstan andlaşmasından sonra Macar hökuməti Slovakyanı yenidən hakimiyyəti altına aldı. Bu dövrdə Macar hökumətinin izlədiyi macarlaşdırma siyasəti üzündən bir çox Slovak başda ABŞ olmaq üzrə xarici ölkələrə köç etdi. Birinci Dünya Müharibəsindən sonra Macarıstandan ayrılan Slovaklar, Çexlərlə birlikdə 1918-ci ildə yeni Çexoslovakiya dövlətini qurdular. Lakin çexlərin tətbiq etdiyi qatı mərkəziyyətçi rejim üzündən slovaklar arasında muxtariyyət istəyi sürətlə yayıldı. Almaniyaya, Çexoslovakiyanın Sudet bölgəsinə hakim olma səlahiyyətini verən Münhen Andlaşmasının qüvvəyə girməsindən qısa bir müddət əvvəl slovaklar, Slovakiyanı Çekoslovakya içində muxtar ərazi kimi elan etdilər (1938).

İkinci Dünya Müharibəsinin əsnasında Alman ordularının Çexoslovakiyanın paytaxtı Praqanı işğal etmələri üzərinə Slovak Milli Məclisinin aldığı qərarla Slovakiya kağız üzərində də olsa müstəqil hala gəldi. Rus və Çexoslovak ordularının ölkə torpaqlarını Alman işğalından qurtarmaq üçün hərəkətə keçdiyi sırada slovaklar iki xalqın tam bərabər olacağı yenidən qurulacaq olan Çexoslovakiya dövlətinə qatılma mövzusunda Çexlərlə razılaşdılar. Kommunistlərin iqtidara gəldiyi Fevral 1948-ci ildən sonra ölkədə Çexlərin yoxlamasında, qatı bir mərkəziyyətçilik təkrar tətbiq olunmağa başlandı. 11 İyul 1960-cı ildə qüvvəyə girən konstitusiyayla Slovaklar Çexlərlə eyni haqlara sahib oldular. 1969-cu ilin başında Çexoslovakiya Sosialist Respublikasının qanunuma orqanı olan Federal Məclisdə Çex Sosialist Respublikasıyla bərabər şəkildə təmsil edilən Slovak Sosialist Respublikası quruldu.

Slovakiya iqtisadiyyatı sənaye, əkinçilik və heyvandarlığa söykənir. Əkinçilik düzənliklərdə və axar su vadilərində edilər. Dağlıq olan ölkə torpaqlarının ancaq üçdə bir qismi əkinçiliyə əlverişlidir. Başlıca əkinçilik məhsulları buğda, arpa, misir, çovdar, kartof, yulaf, tütün, tərəvəz və meyvədir. Əldə edilən əkinçilik məhsulları istehlakın 92% ini qarşılamaqdadır. Hayvandarlıq inkişaf etmiş olub mal, qoyun və donuz qidaçılığı geniş şəkildə yayılmışdır.

Sənayedə, kimya və maşın sənayesi inkişaf etmişdir. Dağlıq bölgələrdə olan mədənlər çıxardılaraq işlənir. Kömür və neft yataqları tapılmamasına baxmayaraq sənayenin təməl enerji ehtiyacı çaylar üzərindəki hidroelektrik stansiyalarından qarşılanar. Jaslovske Bohunicedə bir Atom elektrik stansiyası vardır. Ağır sənaye quruluşları Bratislava və Koşitse şəhərlərində toplanmışdır. Torpaqlarından keçən təbii qaz və neft boru xətlərinin gəliri ölkənin bu ehtiyaclarını qarşılayır. Maşın sənaye sahəsində dəstə dəzgahları, çay gəmiləri, yük maşını ehtiyat hissələri, televiziyalar, radiolar, paltaryuyan maşınlar, soyuducular istehsal edilir. Kimya sahəsində isə azotlu gübrə və petrokimya kombinaları əhəmiyyətli yer tutar.

Dağların meşələrlə əhatə olduğu ölkədə meşəbəyiliyin iqtisadiyyatda əhəmiyyətli bir yeri vardır. Meşələrdən taxta-şalban və kağız sənayeninin ehtiyacı ödənilir. Slovak Respublikasının iqtisadi sistem dəyişikliyi daha inkişaf etmiş vəziyyətdə olan Çex Respublikasından ayrılması nəticəsində qardaş ölkədən mal və pul axınının əhəmiyyətli ölçüdə azalması ölkə iqtisadiyyatını aşılması çətin bir darboğaza soxmuşdur.
Turizm, ölkənin əhəmiyyətli gəlir qaynaqlarından biridir. Dadara Dağlarındakı qış idmanları və alpinistlik mərkəzləri ölkənin dörd bir tərəfinə dağılmış olan qablıca və mineral bulaqlar, qoruma altına alınmış tarixi şəhərlər ölkəyə çox sayda turist gəlir.

Slovak Respublikası inkişaf etmiş quru və dəmiryolu şəbəkəsinə malikdir. Bratislava, Lucunec, Zənginə, Zloven, Poprad və Koşitse şəhərlərində aeroport vardır.

Slovakiya 2004-cü ildə Avropa Birliyinə qəbul olunmuşdur. Hal-hazırda Slovakiya iqtisadiyyatı Avropada ən sürətlə inkişaf edən iqtisadiyyatlardandır. 2009-cu il Yanvarın 1-dən etibarən Slovakiyada pul vahidi kimi rəsmi olaraq avro dövriyyəyə buraxılmışdır.

Əhalisi 5.310.000 olub, əhali sıxlığına görə dünyada 108-cidir. Rəsmi dili Slovak dilidir. Xristian olan xalqın böyük qisimi katolikdir. Ölkə əhalisinin 87%-ni slovaklar təşkil edir və əsasən cənub bölgədə yaşayırlar. Əhalinin digər qismi macar, çex, ukraynalı, rus və qaraçı azlıqlardan meydana gəlir. 6-15 yaş arasında təhsilin məcburi və pulsuz olduğu ölkədə oxuma-yazma nisbəti 99%-dir.

Ölkənin əsas çəhəri Bratislava, əhali sıxlığının ən yüksək olduğu yerdir. Köhnə Macarıstan Krallığının mərkəzi olan Bratislava hazırda da ölkənin mədəniyyət mərkəzi olmasının yanında üç ölkənin (Slovakiya, Macaristan və Avstriya) sərhədinə yaxın bir bölgədə axan Tuna Çayının sahilində nəqliyyat mərkəzi sayılır.

Ölkə torpaqlarının böyük qisimini əhatə edən dağlar meşələrlə örtülüdür. Yüksək bölgələrdəki iynə yarpaqlı ağaclardan meydana gələn meşələr düzlüklərə enildikcə yerini qayın, palıd və gürgen ağaclarından meydana gələn meşələrə buraxar. Meşəlik bölgələrdə, çöl keçisi, çöl donuzu və çöl pişiyi yaşayır.

Ölkə torpaqlarını kələ-kötürlükləndirən dağlar zəngin mədən yataqlarına malikdir. Ehtiyat cəhətdən zəngin olan mədənlər dəmir filizi, mis, maqnezium, qurğuşun və sinkdir. Ayrıca civə, asbest, qalay, bacit, siderit, perlit, gümüş və qızıl yataqları da işlədilməkdədir. Düzlüklərdə az da olsa neft və təbii qaz çıxarılar. Sənayenin təməl ehtiyacı olan elektriki Vah, Orava, Harnad və Slana çayları üzərində tikilən edən hidroelektrik stansiyaları qarşılayır.




#Article 78: Serbiya (260 words)


Serbiya () ya da Serbstan, rəsmi adı Serbiya Respublikası () — cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində və qismən Pannon ovalığında yerləşən, dənizə çıxışı olmayan dövlət. Serbiya şimalda Macarıstan, şərqdə Bolqarıstan və Rumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir. Serbiyanın paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır.

Balkan yarımadasına köçdükdən sonra serblər burada orta əsrlərdə bir neçə dövlət qurdular. 1217-ci ildə Serbiya krallığı Roma və Konstantinopol tərəfindən müstəqil dövlət kimi tanındı. 1346-cı ildə dövlət Serbiya imperiyası adlanmağa başladı. 16-cı əsrin ortalarında bütün Serbiya ərazisi Osmanlı imperiyası tərəfindən ələ keçirildi. Zaman-zaman Serbiyanın bir hissəsi Habsburqların nəzarəti altına düşürdü. XIX əsrin əvvəlində baş vermiş Serbiya İnqilabı nəticəsində Serbiya konstitusiyalı monarxiyaya sahib müstəqil dövlətə çevrildi və Balkan yarımadasında feodalizmi qadağan edən ilk dövlət oldu. Birinci dünya müharibəsində çox ağır itkilər verdikdən sonra Serbiya Voyvodina və Xorvatiya ilə birləşərək cənub slavyanlarının birliyi olan Yuqoslaviyanı qurur. Yuqoslaviya Monteneqronun 2006-cı ildə ondan ayrılmasına qədər müxtəlif formalarda mövcud olur. 2008-ci ildə Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edir. Müasir dövrdə Serbiya hərbi olaraq bitərəf ölkədir, Avropa Birliyinə görmək üçün danışıqlar aparır.

Serbiyanın ərazisi 88.361 kvadrat km-dir (Kosova daxil olmaqla) və bu göstəriciyə görə dünyada 113-cü yeri tutur. Sərhədlərinin ümumi uzunluğu 2027 kilometrdir (115 km Albaniya ilə, 302 km Bosniya və Herseqovina, 318 km Bolqarıstan, 241 km Xorvatiya, 151 km Macarıstan, 221 km Makedoniya Respublikası, 203 km Monteneqro və 476 km Rumıniya ilə). Serbiyanın şimal hissəsi Palloniya düzənliyindən ibarətdir. Ölkənin cənub hissəsi isə dağlıq ərazilərdir.

 

Serbiya iqtisadiyyatının strukturunda kənd təsərrüfatı 11,2 faiz, sənaye 18,7 faiz, xidmət sahəsi 70 faiz (2011).

 




#Article 79: Sloveniya (322 words)


Sloveniya (sloven. Slovenija) və ya rəsmi adı ilə Sloveniya Respublikası (sloven. Republika Slovenija) – Şərqi Avropada dövlət. Sloveniya Balkan yarımadasının Alp dağlarına yaxın hissəsində yerləşir. Qərbdə İtaliya, şimalda Avstriya, şimal-şərqdə Macarıstan, cənub və şərqdə isə Xorvatiya ilə həmsərhəddir. Sloveniyanın həmçinin cənub-qərbdə Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Lyublyana şəhəri, ümumi sahəsi 20,273 kvadrat kilometr, dövlət dili sloven dilidir￼￼. 

Sloveniya inzibati cəhətdən 212 bələdiyyəni birləşdirən 12 regiondan ibarətdir. Ölkə 25 iyun 1991-ci ildə keçmiş Yuqoslaviyadan müstəqilliyini əldə etmişdir. Sloveniya 29 mart 2004-cü ildə NATO-ya, 1 may 2004-cü ildə isə Avropa İttifaqına üzv olmuşdur. Dinamik inkişaf edən iqtisadiyyata malik sənaye ölkəsidir.

Slovenyanın böyük hissəsini Slovenya Alpları ilə qablı olub şərqində Macarıstan düzənliklərinin uzadılmaları yer alır. Ölkənin ən yüksək zirvəsi - Triqlav dağıdır ( 2 864 m). Slovenyanın ən əhəmiyyətli axar suları Avstriya Alplarından gələn Sova və Dravadır. Ölkənin orta hissəsi və şərqindəki düzənliklər bu axar sular tərəfindən sulanır.

Adriatik dənizi sahilindəki dar bir lentdə Aralıq dənizi İqlimi görülər. İç seqmentlərdə isə iqlim Yer iqlimdir. Xüsusilə şimaldakı dağlıq sahələrdə qışlar çox soyuq və qar yağmurlu keçər. İstilik və yağmur şərtlərinin uyğun olması səbəbi ilə ölkə torpaqlarının %57'si meşələrlə örtülüdür.

Slovenyanın ən əhəmiyyətli yeraltı qaynaqları Linyit, Dəmir, Sink və Civədir. Sənaye çox inkişaf etmişdir. Mebel, dəmir-Polad, Kağız, Tekstil və Kimya başlıca sənaye mənbəələridir. Ölkənin dənizə açılan tək qapısı Qopar şəhərinin limanıdır. Sloveyanın xarici ticarətində ən əhəmiyyətli yeri Almaniya, Xorvatiya, İtaliya, Fransa və Avstriya-dır.

Ərazisinin 38,9 faizi kənd təsərrüfatına yararlı torpaqlardır, onun 29,9 faizi əkin altındadır. Kənd təsərrüfatının əsas sahəsi ətlik-südlük heyvandarlıqdan ibarətdir. Becərilən sahələrin 40 faizi qarğıdalı bitkisi altındadır. ÜDM istehsalı 58,6 milyard ABŞ dolları təşkil edir, hər nəfərə 29,3 ABŞ dolları düşür. Kənd təsərrüfatı dünya kənd təsərrüfatının 0,39 faizini təşkil edir. Kənd təsərrüfatında 1,0 milyard ABŞ dolları məhsul istehsal edilir, əhalinin hər nəfərinə 493 ABŞ dolları düşür.2012-ci ildə ölkədə 14,76 milyard kWt-saat elektrik enerji istehsal olundu.

Sloveniya Respublikasında Dövlət bayrmaları və bayram günləri haqqında qanunla aşağıdakı bayram və bayram günləri nəzərdə tutulur:




#Article 80: Ukrayna (1100 words)


Ukrayna — Şərqdə və qismən Mərkəzi Avropada, Şərqi Avropa Düzənliyinin cənub-qərb hissəsində, Ukrayna Sovet Sosialist Respublikasının [5] [6] varisi, Ukrayna Xalq Respublikası, Rus Krallığı və Kiyev Rus. Sahəsi 603,628 km-dir. Ərazi baxımından ən böyük ölkə, ərazisi tamamilə Avropadır. [7] Şimaldan Belarusiya, qərbdən Polşa, Slovakiya və Macarıstan, cənub-qərbdən Rumıniya və Moldova, şərqdən və şimal-şərqdən Rusiya ilə həmsərhəddir. Cənub və cənub-şərqdə Qara və Azov dənizləri tərəfindən yuyulur.

Müasir Ukraynanın ərazisində Paleolit ​​dövründən başlayaraq, bir çox arxeoloji mədəniyyətin məşhur yaşayış məskənləri mövcuddur — Mousterian, Grebenykivsky, Kukretsky, Trypillya, Srednestogovsky, Yamna, döyüş baltaları, Chornoliska və s. Qədim zamanlarda Ukrayna ərazisində skiflərin, qədim yunan müstəmləkəçilərinin, qotların dövlət birləşmələri mövcud idi, lakin Ukrayna Slavyan dövlətçiliyinin və mədəniyyətinin başlanğıc nöqtəsi Kiyev Rusı IX–XIII əsrlərdən hesab olunur [8]. Monqol istilasından sonra onun üçüncü və üçüncü əsrlərdə Rusiya Krallığı oldu. Qonşu Litva və Polşa tərəfindən 16-cı əsrdən federal birliyə birləşdirilmiş bir şəkildə uduldu.

Ən yeni Ukrayna millətinin meydana gəlməsi 1648–1657-ci illərdə Polşa-Litva Birliyinə qarşı Bohdan Khmelnytsky'nin başçılıq etdiyi azadlıq müharibəsi dövründə gücləndi [8] [9]. Müharibənin nəticəsi Dneprdə kazak dövlətinin yaranması idi. Qarşıdurma səbəbindən 1667-ci ildən sonra Polşa-Litva Birliyi və Muskoviya arasında bölündü. 18-ci əsrdə Ukrayna torpaqlarının əksəriyyəti Rusiya imperiyasına qoşulduqdan sonra yerli muxtariyyət tədricən imperiya hökuməti tərəfindən ləğv edildi.

Ukrayna unitar dövlətdir. 24 bölgədən, Krım Muxtar Respublikasından və xüsusi statuslu iki şəhərdən ibarətdir: Kiyev — paytaxt və ən böyük şəhər və Sevastopol. Ukrayna parlament-prezident respublikasıdır. Dövlət hakimiyyətinin ən yüksək orqanı Ukraynanın Verxovna Radasıdır, dövlət başçısı isə Ukrayna Prezidentidir.

Ukrayna əhaliyə görə Avropada səkkizinci yeri tutur. 2001-ci ildə aparılmış son siyahıyaalmaya görə, Ukraynada 48,4 milyondan çox insan yaşayır. Onların 77,8% -i ukraynalılar, 17,3% -i ruslardır. Şəhər əhalisinin xüsusi çəkisi 67,2% -dir. Ukraynada rəsmi dil Ukraynadır. Əsrlər boyu ruslaşma səbəbi ilə rus dilinin şərq və cənub bölgələrində geniş yayılmışdır. [11] Əhalinin əksəriyyəti Bizans ayininin xristianlarına — Pravoslav və Yunan Katoliklərinə aiddir. Digər məzhəblər arasında: Roma Katolikliyi, Protestantizm, İslam.

Ukrayna xammal üstünlük təşkil edən bir sənaye və kənd təsərrüfatı ölkəsidir. Bəzi kənd təsərrüfatı məhsulları və qida, Avropanın taxıl sahəsi nin aparıcı ixracatçılarından biridir. Ölkənin iqtisadi kompleksi dağ-mədən (kömür, neft və qaz, dəmir və manqan filizləri), bəzi sənaye sahələri, qara və əlvan metallurgiya, Ukrayna güclü elektrik istehsalçısıdır. Kosmik tədqiqat üçün buraxılış vasitələri, peyklər və avadanlıqların istehsalı qurulub. Ukrayna əhəmiyyətli silah istehsalçısıdır — tanklar, hərbi nəqliyyat təyyarələri, zenit raket sistemləri, optik avadanlıqlar.

Ukrayna Birləşmiş Millətlər Təşkilatının (12) təsisçisi və qırxdan çox beynəlxalq təşkilatın, o cümlədən ATƏT-in (1992), BVF-nin (1992), İBRD (1992), ÜTT (2008) və Avropa Şurasının (1995) üzvüdür.

Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir.

Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb. Klub futbolu da heç də zəif deyil, Donetsk şəhərinin Şaxtyor Donetsk klubu 2009-cu il UEFA Kubokunun qalibidir. Ukrayna futbolunun dünyaya bəxş etdiyi ən böyük ulduz Andrey Şevçenkodur. Avropanın tanınmış klublarında oynamış Şevçenko bir çox titulların sahibidir. Hazırda Ukrayna milli komandasının baş məşqçisidir.

XVIII əsrin sonlarında İvan Kotlyarevskinin Eneida poeması Ukrayna ədəbi dilinin və ədəbiyyatının başlanğıcı hesab olunur. XIX əsrin ortalarında parlayan Taras Şevçenko yaradıcılığı ilə Ukrayna ədəbiyyatında böyük bir mərhələ oldu və poeziya ilə bərabər nəsr və dramaturgiyanın da inkişafına təkan verdi. XX əsrin əvvəllərində Ukrayna ədəbiyyatı Avropa modernizminin təsirinə məruz qalır. Bu dövrün parlaq nümayəndəsi Lesya Ukrainka yaradıcılığa dünya ədəbiyyatının obrazlarını gətirdi.

Bütövlükdə keçmiş SSRİ-də olduğu kimi, Ukraynada da Oktyabr inqilabından sonra ədəbi proses xüsusi dramatizmi və mürəkkəbliyi ilə yadda qaldı. Sosializm realizmi janrı yazıçıları sərt çərçivəyə salmasına baxmayaraq, Ukrayna yazıçıları bu gün də aktuallığını itirməyən əsərlər yaratdılar. Pavlo Tıçina, Maksim Rılski, Vladimir Sosyura, Aleksandr Dovjenko və Oles Qonçarın əsərləri belələrindəndir.

Müasir Ukrayna ədəbiyyatı deyəndə isə ilk növbədə yeni düşüncə nümayəndələri olan Yuri Andruxoviç, Aleksandr İrvanes, Oksana Zabujko, Nikolay Ryabçuk, Sergey Jadan, Vasili Şklyar və başqaları yada düşür.

Bütövlükdə müasir Ukraynanın təhsili Sovet dövründəki təhsildən xeyli fərqlənir. Sovet sistemində bağça, orta məktəb, texnikum və ali məktəb olduğu halda Ukraynada dəyişiklik edilərək, məktəbəqədər təhsil, orta məktəb və ali məktəb olan yeni sistem yaradıldı. Bununla da Ukrayna təhsili Avropa təhsilinə bir qədər də yaxınlaşdı. Təhsilin inkişaf etməsinin əsas səbəblərindən biri özəl məktəblərin yaradılmasıdır. Belə məktəblərin yaradılması ölkənin gələcəyinin güclü bünövrəsi oldu.

Ukrayna Qara və Azov dənizlərin sahilində yerləşir. O, şimal-şərqdə Rusiya, şimalda Belarus, qərbdə Polşa, Slovakiya və Macarıstan, cənub-qərbdə Rumıniya, Moldaviya və tanınmamış Dnestryanı ilə sərhədləri var. Ərazisində Krım Muxtar Respublikası, 24 vilayət və 2 xüsusi statuslu şəhər yerləşir.

Ukrayna şəhərlərinin siyahısı

Ukrayna adı əski slavyan dilində sərhəd ölkəsi mənasını verir. Paytaxt şəhəri olan Kiyev 9-cu yüzilliyə qədər Xəzər xaqanlığının bir parçası idi.

I Dünya Müharibəsindən sonra 1919-cu ildə Ukrayna Sovet Sosialist Respubilikası quruldu.

Ukrayna – Mərkəzi-Şərqi Avropada yerləşən aqrar-sənaye ölkəsidir. Sərhədlərinin uzunluğu 7590 kilometr, ərazisi 603,7 min kvadrat kilometr, əhalisi isə 2001-ci il hesablamalarına görə təxminən 50 milyon nəfərdir. Paytaxtı Kiyev şəhəri, dövlət dili ukraynca, milli valyutası qrivnadır. 2014-cü ildə Ukraynaya aid olan Krım Muxtar Respublikası Rusiya Federasiyası tərəfindən anneksiyaya uğrayaraq Rusiyanın tərkib Krım Respublikası çevrilmişdir. Ölkənin cənub-şərqində Rsuiya tərəfində dəstəklənən separatçı və qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası Ukrayna Respublikasına qarşı terror-vətəndaş müharibəsi aparırlar.

Təsərrüfatı mürəkkəb sahə və ərazi quruluşuna malikdir. Yanacaq-energetika kompleksi kömür, yerli neft-qaz və ən çox kənardan aldığı neft-qaz yanacağına əsaslanır. Donbas iri daş kömür
rayonudur. Çoxlu istilik elektirik stansiyaları və bir neçə AES-ləri vardır. Çernobıl AES-də baş verən qəza ölkə iqtisadiyyatına çox böyük zərər vurmuşdur. Metallurgiya kompleksi yerli dəmir filizləri və kömür əsasında inkişaf edir. İri mərkəzləri Donbas (kömür hasilatı), Azov sahili (nəqliyyata yaxınlıq) və Dnepryanı (filiz mərkəzi). Maşınqayırma metal tutumlu və əmək tutumlu sahələrlə təmsil olunub. Ağır maşınqayırma Donbasda, Xarkovda, dəqiq maşınqayırma Ukraynanın qərb və cənub mərkəzlərində, şəkər çuğunduru yığan maşınlar Ternopolda, traktorlar Xarkovda, avtomobillər Lvovda, Zaporojyedə, Lutskda yerləşir. Gəmiqayırma Xerson və Nikolayevdədir. Kimya sənayesi inkişaf etmişdir. Güclü yeyinti sənayesinə malikdir, yerli k/t məhsullarını emal edən-unüyütmə, şəkər, bitki yağı, ət-süd və meyvə konservləri və s. istehsal olunur. Bu müəssisələr k/t rayonlarında yerləşirlər. Tikinti materialları sənayesi yüksək səviyyədə inkişaf etdirilir, zəngin xammala əsaslanır.

Kənd təsərrüfatı həm bitkiçilik və həm də heyvandarlıq sahələri yaxşı inkişaf etdirilmişdir. Əkin yerlərinin yarısından çoxunu dənli bitkilər tutur. Buğda əkinləri geniş yayılıb. 2006-cı ildə ölkədə 32 mln ton taxıl istehsal olunmuşdur. Şəkər çuğunduru becərilməsinə və şəkər tozu istehsalına görə dünyada qabaqcıl yerlərdə durur-22 mln. t. şəkər çuğunduru, 2,6 mln.t. şəkər tozu istehsal edir (2006-cı il). Əsas əkinləri meşə-çöl və qismən də çöl zonalarında yerləşir. Heyvandarlıq əsasən südlük-ətlik istiqamətdə və donuzçuluq, quşçuluq, qoyunçuluq və b. inkişaf etdirilir. Zakarpatye və cənub rayonları meyvəçlik və üzümçülük yerləşir. Nəqliyyatın bütün sahələri inkişaf etmişdir. Odessa, Xerson, Mariopul kimi limanları vardır.

Ukrayna unitar parlament-prezident respublikasıdır.

Əsas hakimiyyət orqanları:
Prezident: Vladimir Zelenski
Parlamentin spikeri: Andrey Parubiy
Hökumət: Ukrayna nazirlər kabineti,
Ali qanunverici orqan: Ukrayna Ali Radası




#Article 81: Şah İsmayıl Xətai (5825 words)


Şah İsmayıl Səfəvi (I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; 17 iyul 1487, Ərdəbil, Ağqoyunlu – 23 may 1524, Sərab, Səfəvilər dövləti) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı; şair.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün  İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.

Bədii əsərlərini Xətai təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazmışdır.

I Şah İsmayılın altıncı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252–1334). Bir sıra Səfəvi mənbələri Səfəvi əcdadlarının tarixçəsini Şeyx Səfiəddinin yeddinci əcdadı olan və XI əsrdə yaşadığı güman edilən Firuzşah Zərrinkülaha bağlayırlar və onun yeddinci şiə imamı Musa əl-Kazımın nəslindən gəldiyini bildirirlər. Lakin araşdırmalar nəticəsində belə bir fikir irəli sürülmüşdür ki, Firuzşahı İmam Musa əl-Kazım vasitəsilə peyğəmbər və imamlar nəslinə bağlamaq cəhdi Səfəvilər sülaləsinin hakimiyyətə gəldiyindən sonra hökmranlıqlarının legitimliyini əsaslandırmaq məqsədini güdürdü.  Tarixşünaslıqda Səfəvi əcdadlarını qeyri-türk entoslarla əlaqələndirmək üçün müəyyən cəhdlər edilmiş, Firuzşahın Cənubi Ərəbistandan (Yəməndən), Kürdüstandan  və hətta Fars vilayətindən köçərək, Azərbaycanın Ərdəbil nahiyəsinə gəldiyi   barədə iddialar ortaya atılmışdır. Lakin tədqiqatlar dərinləşdikcə bir sıra yerli və əcnəbi alimlər Səfəvi əcdadlarının türk mənşəli olduqlarını təkzibedilməz dəlillərlə təsbit etmişlər.

Səfəvi sülaləsinin kökü Azərbaycan ailələrindən olduğu, Şeyx Səfinin özünün də lap gəncliyindən, hətta fars vilayətlərində də olduğu sıralarda Türk Piri, Türk oğlu kimi tanındığı orta çağların bir çox qaynaqlarında təkrar təkrar yazılmışdır.

V.V.Bartold Səfəvilər sülaləsinin türkmənşəli olduğunu qeyd edərək yazırdı ki,

Şah İsmayıl Səfəvi 1487-ci il iyulun 17-də nüfuzlu azərbaycanlı ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdur. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi. Şah İsmayılın iyirmi beşinci babası Əbülqasım Həmzənin, on beşinci babası Qızılbörk Firuzun qəbirləri Ərdəbil yaxınlığındakı Şeyx-Kəhrəlan kəndində indi də durur. Yerli əhali bu qəbirlərə ziyarətgah kimi baxır.

Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olundu və 5 il burada saxlanıldı. Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Sultan Rüstəm Səfəvilərdən istifadə etmək məqsədi ilə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı. Şeyx Heydərin böyük oğlu Sultan Əli atasının işini davam etdirir və həlak olmazdan əvvəl qardaşı İsmayılı təriqət şeyxi vəzifəsinə varis təyin edildi. Sultan Əlinin və Sultan Rüstəm birləşmiş qüvvələri 1493-cü ildə Baysunquru məğlub etdilər. Geri çəkilmək istəyən Sultan Baysunqur döyüşdə öldürüldü. Sultan Rüstəm əsas rəqibini məğlub etdikdən sonra Səfəvilərə qarşı siyasətini dəyişdi. Ərdəbil yaxınlığı Şəməsi döyüşündə Şeyx Sultan Əli məğlub edildi və öldürüldü. Şeyxin ölümündən sonra sufilər İsmayıl və qardaşı İbrahimə Ərdəbildə gizlənməyə görə kömək etdilər. Onların ardınca Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını almış Eybə Sultanın dəstələri şəhərə daxil oldular. İsmayıl anası Aləmşah bəyimin onu ilk vaxtlar onları gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Qazi Əhməd Kakuli adlı səfəvi müridlərindən birinin evinə köçdü və üç gün ərzində orada qaldı. Yeddi yaşlı oğlan Xancan adlı qadının himayəsinə verildi. Qızılbaşlar şeyx İsmayılı və qardaşı İbrahimi Ərdəbildə gizlətdikdən sonra Rəştə, daha sonra isə Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına gətirdilər. O, tanınmış alim Şəmsəddin Lahicini ərəb və fars dillərini öyrətmək, quranı oxumaq üçün İsmayılın və qardaşının tərbiyəçisi təyin etdi.

İsmayıl Çuxursədi keçdikdən sonra Doqquz Ulam adlı yerə gəldi.  Burada Kiçik Asiya qızılbaşları dəstəsinə başçılıq edən Qaraca İlyas ona qoşuldu. İsmayıl daha sonra öz dəstəsi ilə Kiçik Asiyaya doğru hərəkət etdi və ustaclı tayfasının yaşadığı Mingöl yaylağına gəldi. O, Tərcan ərazisindəki Kağızmandan və Sarıqaya yaylağından keçərək Ərzincana çatdı. Şeyx İsmayıl Azərbaycandan Kiçik Asiyaya keçənə qədər şamlı, rumlu, ustaclı, zülqədər, qacar, təkəli, əfşar, varsaq tayfalarından, Qaradağ sufilərindən ibarət 7000 qazi toplanmışdı.

Ərzincanda, qızılbaş ağsaqqalarının müşavirəsində hərbi yürüşün istiqaməti məsələsi müzakirə olunmuşdu. Bəziləri qüvvələrinin kifayət qədər olmamasını əsaslandırıb, qarşıdan gələn qışı Ərzincanda keçirməyi və əlavə qüvvələr gəlməsini gözləməyi, yaz gəldikdə isə (1501-ci il) Azərbaycana, Əlvəndə qarşı yürüşə başlamağı, digərləri qarşıdan gələn qışda Gürcüstanda cihad həyata keçirməyi, üçüncülər isə, Çuxursəd ərazisinə yola düşməyi və orada qışlamağı təklif edirdilər. Lakin bu təkliflərdən heç biri qəbul olunmadı. Qərara alındı ki, İsmayıl Şirvanşah Fərrux Yasara qarşı yönəldilsin.

İsmayıl əmirlərinin Gürcüstana və indiki Ermənistana bir neçə basqınından sonra 1500-cü ildə I Fərrux Yasara qarşı yeddi min qızılbaşla hücuma keçdi. Abidin bəy Davaçı Şamlı, Hüseyn bəy Lələ Şamlı, Məhəmməd bəy Ustaclı, Əhməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Qılınc bəy Qaramanlı, Qaraca İlyas Bayburtlu, İlyas bəy Xunuslu, Sultanşah bəy Əfşar, Dana bəy Əfşar, Xəlil bəy Möhddar, Hüseyn bəy Süfrəçi Əfşar, Piri bəy Pərvanəçi Əfşar, Lələ Məhəmməd Təkəli, Bəkir bəy Cagirli, Piri bəy Qacar, Salman bəy Həzin Zülqədərli döyüşən qızılbaşlar arasında idi. Şah İsmayıla Şirvan əhli olan bir nəfərdən xəbər çatır ki, Fərrux Yasar İsmayıla da atasının aqibətinin üz tutacağını bildirmişdir. İsmayıl Gilana yollandı və əhalidən öyrəndi ki, Şirvanşah onun yaxınlaşdığını eşidib, müharibəyə hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilmiş Qəbələ qalasına getmişdir. Bu səbəbdən, İsmayıl Şamaxını tutmaq qərarına gəldi. O, əhalinin şəhərdən qaçmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək məqsədi ilə adamlarından Qulu bəyi Şamaxıya göndərdi. Lakin İsmayıl Şamaxıya daxil olanda öyrəndi ki, bütün əhali şəhəri tərk edərək dağlarda gizlənmişdir. Bir neçə gün Şamaxıda dayanan İsmayıl Şirvanşahın öz qoşunları ilə Buğurt qalası yaxınlığındakı meşədə düşərgə saldığını öyrəndi. Qızılbaşların Şamaxını tutması xəbərini alan Fərrux Yasar, Gülüstan qalasına çəkilməyi qərara almışdı. Qəbələyə hücum etmək fikrində olan İsmayıl, Şirvanşahın Gülüstan qalasına üz tutduğunu öyrəndi. Şirvanşah qalaya yetişə bilmədi, İsmayıl Cabanı adlanan yerdə Şirvanşahı sıxışdırdı. 1500-cü ilin payızında burada Şirvanlar və Şirvanşahlar üçün qanlı döyüş baş verdi. İsmayıl 7 minlik süvarinin başında 20 min süvarisi və hərbi nizamla düzülmüş 6 min piyadası olan Şirvanşahı təqib etmişdir. Bütün qoşunları məğlub olub qaçdıqda, sərkərdələri isə döyüş meydanında həlak olduqdan sonra tək qalan Şirvanşah atla Buğurt qalasına qaçmağa başladı. Onun şirvanşah olduğunu bilməyən bir dəstə qızılbaş, atlını təqib edərək Gülüstan qalasından bir qədər aralıda ona çatdılar. Fərrux Yasar, Hüseyn bəy Lələnin cilovdarı adlandırdığı Şahgəldi ağa adlı qızılbaş tərəfindən vurulub atdan salındı. O, Şirvanşahın başını kəsərək İsmayıla gətirdi. Əsir Şirvanlılar Fərrux Yasarın meyitini tanıyıb, onu dəfn etdilər. Münəccimbaşı Fərrux Yasarın ölümünü Bəziləri deyir ki, o, əsir alınmış və sonra əlləri bağlı öldürülmüşdür. bu cür təsvir etmişdir. İsmayıl atasının və babasının intiqamını almaq üçün əsir götürdüyü bütün Şirvanlıları qətlə yetirdi. Şirvanın çiçəklənən şəhər və qalaları İsmayıl tərəfindən işğal olundu.

Döyüşdə ələ keçirilmiş qənimətlər qızılbaşlar tərəfindən ələ keçirilib, bölüşdürüldü. İsmayıl üç gün döyüş meydanında qaldı, sonra isə Şamaxıya qayıtdı və şəhər əyanları tərəfindən ehtiramla qarşılandı. Fərrux Yasarın oğlanlarından biri, döyüşdən sağ çıxmış Şeyxşah İbrahim Xəzər sahilindəki Şəhrinov şəhərinə gələrək atasının qoşunundan sağ qalanları toplamağa başladı. Lakin Xadim bəy Xüləfanın yürüşündən xəbər tutaraq, gəmilərə oturub Gilana üzdü. Şeyxşahın ardınca gəlmiş İsmayıl bir neçə gündən sonra Şəhrinovu tərk edib, 1500-1501-ci ilin qışını keçirmək üçün Muğandakı Mahmudabada yola düşdü. Burada İsmayıla bildirirlər ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət etməkdən və xərac verməkdən imtina edir. Belə olduqda İsmayıl, Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu Bakını tutmaq üçün göndərdi.

Bakı o vaxtlar alınmaz qala sayılırdı. Şəhər üçqat divarla, bir tərəfdən dənizlə, quruda isə dərin və geniş xəndəklə əhatə olunmuşdu. Şəhərə yaxınlaşan qızılbaş döyüşçüləri onun Makedoniyalı İsgəndər səddini xatırladan qala divarına heyran qalırdılar. İsmayıla bu qalanı tutmaq çox vacib sayılırdı. Çünki Bakı o vaxtlar Şirvanın iri şəhərlərindən biri və Xəzər dənizində ən yaxşı tranzit ticarət mərkəzi idi. Qədimdən Şirvanşah xanədanına sədaqətli olan mühasirəyə alınmış bakılılar istehkamlarının alınmazlığına, böyük silah və ərzaq ehtiyatlarına güvənərək ehtiyatla vuruşurdular.

Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı və əmirlərinin Gürcüstana bir neçə basqınından sonra İsmayıl Anadoluda topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edildi və şirvanşah öldürüldü.

İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil oldu. Burada onu seyidlər, qazılar, rəislər və şəhər əyanları qarşıladı. Şamaxıya girən İsmayıl şəhərdə yalnız bircə gün qaldı. Burada öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II Şeyx İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasındadır və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplamışdır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya göndərdi, duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə qaçdı. Müqavimətə rast gəlməyən Hülafə bəy, Şəhrinouda düşərgə saldı. Ertəsi gün İsmayıl özü buraya gəldi. İsmayıl Şəhrinounu tutduqdan sonra Mahmudabada qışlağa getdi. Burada ona məlum oldu ki, Bakı şəhərinin əhalisi qalalarının möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina edir və müqavimət göstərirlər. İsmayıl uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharında Bakını aldı.

Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Lakin tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir, Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandı. Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini  məşvərətə yığaraq onlardan soruşur: Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa Gülüstan qalasını? Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar.

İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Şərur döyüşündə Əlvənd Mirzənin 30 minlik ordusu İsmayıl 7 minlik qoşunu tərəfindən darmadağın edilir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir.

İsmayıl bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Digər məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır.

I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş  Şah İsmayılın qələbəsi ilə nəticələndi və Ağqoyunlu dövləti süqut etdi.

Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.

Özbək Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən ona göndərdiyi Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm məktubana cavab olaraq Şah İsmayıl öz qoşunlarını Xorasana yeridir. Şeybani xan Mərv qalasında gizlənir, lakin İsmayıl aldadıcı manevr edərək, onu qaladan bayıra çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasındakı Mərv döyüşü şah İsmayılın tam qələbəsi ilə başa çatır.  Bütün gün ərzində davam edən bu ağır döyüşdə məğlub olan Şeybani xan qaçmaq istədikdə Şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri tərəfindən qətlə yetirilir. Şeybani xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib, qədəh düzəldirlər. Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlx şəhərlərini tutur. Bütün Şabran, Xorasan vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı,İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.

Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi. Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır, bölgəni geniş xalq üsyanları bürüyür. Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır. Bütün bunlar Səvəfi ideologiyasının təkcə şərqi Anadoluda deyil, mərkəzi Anadoluda böyük təsirə malik olduğunu göstərir.

Beləliklə siyasi səbəbdən yaranan Səfəvi-Osmanlı qarşıdurması gələcəkdə uzun sürəcək və din pərdəsi arxasında aparılan müharibələrin səbəbi idi. İlk dəfə Çaldıran döyüşündən əvvəl Qızılbaşların kafir kimi öldürülməsinə fətva alan I Səlimin başlatdığı bu dini müharibə gələcəkdə onun oğlu I Süleymanın dövründə Osmanlı şeyxül-islamı Müfti Əl-Həmzə tərəfindən verilən fətva  ilə qızılbaşların öldürülüb malları ilə birgə arvad və uşaqlara sahib olmalarını halal edən dövlət ideologiyasına çeviriləcək.

Səfəvilər dövlətinə münasibətdə “dinc, yanaşı yaşama” prinsipinə sadiq qalaraq, əsasən sülh siyasəti yürüdən Sultan II Bəyaziddən fərqli olaraq onun oğlu 1512-ci ildə hakimiyyətə keçən Sultan I Səlim Yavuz (1512–1520) Səfəvilərə qarşı müharibə yolunu tutdu. Sultan Səlim Şah İsmayıl üzərinə qəti hərəkətə keçməzdən öncə Səfəvi dövlətinə qarşı bir sıra siyasi, mədəni, iqtisadi və əsgəri tədbirlər gördü.   Sünni üləması qızılbaşlara qarşı hərb açılmasının cihaddan da mühüm və əqdəm olduğu barədə fitva vermişdi.

Səfəvi dövlətinə qarşı 19 mart 1514-cü ildə “şərq yürüşünə” başlayan Sultan Səlim hələ yolda olarkən Şah İsmayıla farsca üç təhqiramiz məktub yazmışdı. Bunlardan yalnız üçüncüsünə türkçə cavab verən şah məsələni sülh yolu ilə həll etməyə cəhd etmişdi, lakin uğursuz.

Bundan başqa Osmanlıların daha bir üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Şah İsmayıl şəxsi igidlik və cəsurluq nümunələri göstərib, özünün qeyri-adi gücü və döyüş bacarığı ilə məşhur olan Turəli bəy Malqoçoğlunu təkbətək döyüşdə şəxsən məhv etmişdir. Şah İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı iki yerə paralanır. İsmayılın qılıncı Əli bəyin sinəsinə qədər işləyir. Döyüşün qızğın çağında İsmayıl azsaylı dəstəsi ilə düşmənin artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib yıxılır. Şah İsmayıla çox bənzəyən Sultanəli Mirzə Əfşar: Şah mənəm, deyə qışqırmaqla onu əsir düşməkdən xilas edir və beləliklə yaralanan  şah ata qalxaraq döyüş meydanından qaça bilir. I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, 6 gündən sonra Şah İsmayıl tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, Təbrizi tərk edir.

Tarixdə belə bir hadisə olub. Şah İsmayıl Çaldıran döyüşündə topları bir-birinə bağlayan zəncirləri kəsərkən bir anda onun qüvvətli zərbəsi topun lüləsinə tuş gəlir və top iki yerə bölünür. Çaldıran döyüşündən uzun müddət sonra Sultan Səlim Şah İsmayıldan həmin qılıncı ona göndərməsini istəyir. Şah həmin qılıncı Sultana göndərir. Sultan Səlim neçə dəfə cəhd göstərsə də topu kəsə bilmir. O Şaha məktubunda deyir : Sən məni aldadırsan , bu həmin qılınc deyil.. Şah İsmayıl cavab məktubunda ona belə cavab verir : Qılınc həmin qılıncdı, qol o qol deyil..

Məktublarında göründüyü kimi Şah İsmayılın savadı hər yerdə özünü göstərir. O Çaldıran döyüşündə Sultan Səlimə məğlub olmasına baxmayaraq,  məktublarında daima onu dərrakəsi ilə məğlub edib. Şah İsmayılın göndərdiyi məktublara Sultan aciz qalır cavab yaza bilmirdi. Sultan Səlim Şahın heç bir məktubuna cavab yazmayıb. Bu da Şah İsmayılın dövrünə görə çox savadlı və ağıllı bir şəxsiyyət olduğunu sübut edir.

Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət və sənətkarlıqının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.

Tarixçilərin bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz ərləri ilə birlikdə vuruşan xeyli qadın meyidi tapılmışdı.

Sonrakı illərdə Şah İsmayıl Şəki hökmdarlığını, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. Hakimiyyətinin son illərində şah İsmayılla Şirvanşah Şeyxşah arasında dostluq və qohumluq münasibətləri yaranır. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Şah İsmayılın toyu 1523-cü il 5 noyabrda Təbriz yaxınlığında olur.

Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymadı və ovun başlamasını əmr etdi. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıtdı. Lakin yolda ağır xəstələnir və Ərdəbildən  tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər. Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəmdə” yazır: “… Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də mail idi”.

Şah İsmayıl Səfəvi 36 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi.

İsmayıl Səfəvi 13 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoydu. Onun tərəfdarlarının çıxışı 1500-cü ildə baş verdi. Ağqoyunlu və Şirvanşah qoşunları ilə müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil oldu, özünü Azərbaycanın hökmdarı elan etdi.  Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət – Səfəvilər dövləti və ya Qızılbaşlar dövləti yaradıldı. Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır. Bu fəaliyyət cəsarətli işlərlə, çoxsaylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu.

Səfəvi dövlətinin yaranmasında əsas amil dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi və buradakı insanların “Qızılbaşlığ”a sadiq olmaları idi.

Şah İsmayılın ortaya çıxması və Qızılbaş dövlətini yaratması ilə Anadolu türkmanları öz soylarından, inancından bir öndərə sahib olmuş və onu bir xilaskar hesab edərək ona sıx bağlanmışlar. Dünya tarixində bir liderə bu dərəcə bağlılıq örnəyi yoxdur.

Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası Şah İsmayılın rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizmlərini, hakimiyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər.

İlk mənbələrdə Səfəvilər dövlətinin banisinə aid edilən çoxsaylı mülahizələr onun türklərlə və Azərbaycanla ayrılmaz əlaqəsini birbaşa göstərir. Şübhəsiz, belə faktlardan ən məşhuru və inandırıcısı İsmayıl Səfəvinin Şirvandakı Gülüstan qalası mühasirəyə alınan vaxt dediyi sözlərdir. İsmayıl atası Şeyx Heydərin qatili, Şirvanşah Fərrux Yasar üzərində qələbədən sonra öz düşməninin qüvvələrini tamamilə darmadağın etmək üçün onların sığındığı Gülüstan qalasını mühasirəyə almışdı. İsgəndər bəy Münşi yazır ki, İsmayıl Şirvanın ən əlçatmaz istehkamlarından biri olan Gülüstan qalasının mühasirəsi uzandığı üçün böyük əmirləri yanına çağırıb dedi: “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?”. Müqəddəs Səfəvi xanədanının etiqad sahibləri... Azərbaycan taxtı” cavabını verdilər.

Həmin tarixi məqsədi həyata keçirmək üçün İsmayıl 1501-ci ildə Ağqoyunlu Əlvənd üzərində qələbədən sonra Təbrizə daxil olaraq özünü şah elan etdi. Şeyx Heydərin çata bilmədiyi məqsədə oğlu İsmayıl nail oldu, Azərbaycan torpağının böyük bir qismi vahid Qızılbaş dövlətində birləşdirildi.

Şah İsmayıl zəfərdən-zəfərə gedirdi və ta Çaldıran döyüşünə qədər məğlubiyyət nə olduğunu bilmədi. O, müzəffər, xoşbəxt iqballı, gəncliyinə baxmayaraq siyasi müdrikliyə malik bir şah idi. Şah İsmayıl yalnız alimənsəblərlə deyil, rəiyyətlə rəftarında da mülayim və ədalətli idi.

Xalqımızın görkəmli dövlət xadimi Şah İsmayıl ana dilinə hörmət edir və bu dildə yazan şairləri, ozonları sevir, onları himayə edirdi. Elə buna görə də, dilinə, vətəninə bağlı el şairləri, aşıqları da onu sevir və onun doğma dilinə, xalqına bağlılığını əsərlərində tərənnüm edirdilər. Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan “Dəhnamə” (“On məktub”) poemasının müəllifi deyildi. O, həm də dövlət fərmanları imzalayır və beləliklə, Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmiş olurdu. Aldığı tərbiyəyə və maraqlarına görə İsmayıl qızılbaş tayfaları və köçəri əyanları ilə sıx bağlı idi. O, yaxşı təhsil görmüşdü, şair və alimlərə himayədarlıq edirdi.

Şah İsmayıl Səfəvinin öz xalqı qarşısında xidmətləri həm də ondan ibarətdir ki, o, Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır, onun hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Elm, sənət xiridarı olan Şah İsmayılın sarayında yaradıcılıq üçün əlverişli şəraitdə, diqqət, qayğı, hörmətlə əhatə olunmuş mühitdə bir çox rəssam, istedadlı heykəltəraş, xəttat, musiqiçi yaşayırdı.

Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır. Qüdrətli imperiya yaradan Şah İsmayıl həm də Qərbi Avropada Papalıq, İspaniya, Portuqaliya, Venesiya, Genuya və s. ilə səmərəli qarşılıqlı münasibətlərin möhkəm bünövrəsini qurmuşdu.

Səfəvilər dövləti yarandığı gündən qısa müddət ərzində bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilmişdi. Şah İsmayılın yaratdığı Azərbaycan dövlətçiliyi Azərbaycan türklərinin dünyagörüşünün təkamülünə kömək etdi. Şah İsmayıl Səfəvi Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə (Azərbaycan dilinin dövlət müəssisələri və hərbi işdə tətbiqi də daxil olmaqla) üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdı.

Şah İsmayıl qızılbaşlığın vahid ideologiyasını yaratdı. Bu ideologiya bütün Azərbaycan türklərini o vaxt üçün öz ətrafında uğurla birləşdirdi və onlara nəhəng ərazidə siyasi dominant statusunu əldə saxlamağa imkan verdi.

Azərbaycan xalqının Şah İsmayılla təkcə böyük dövlət xadimi kimi deyil, həm də cəsur, istedadlı sərkərdə, yüksək mənəvi keyfiyyətləri hətta o vaxtlar Azərbaycana gələn Qərb diplo¬matlarında da heyranlıq doğuran şəxsiyyət kimi fəxr etməyə tam haqqı vardır. Biz onun sərkərdə istedadı sayəsində yaranmış tarixi dövlətin varisləriyik, elə bir dövlətin ki, sonralar ərazisində bır sıra dövlətlər yaranmışdır və indi də mövcuddur.

Şah İsmayılın 3 əsas həyat yoldaşı, ( ümumilikdə 5), 6 oğlu və 8 qızı olmuşdur.

Şah İsmayıl hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan həm öz ölkəsinin əhalisi və alimləri, həm də qonşu ölkələrin alimləri istifadə edirdilər.

Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əskərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əskərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq.

Şah İsmayıl həm də gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlamışdı.

Rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.

O, Azərbaycan türkcəsini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün bölük işlər görmüşdür.

Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də Şah İsmayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir ki, Çaldıran döyüşündən sonra Şah İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri Sultan Səlimə çatır. Maraqlanan sultan şah İsmayıla ismarış göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur. Lakin sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və İsmayılı günahlandırır ki, guya o, həqiqi qılıncı göndərməyibmiş. Şah İsmayıl məcburiyyət qarşısında yazdığı məktubda məsələnin nə yerdə olduğunu anladığına işarə edir və yazır ki, qılınc həmin qılıncdır, vuran əl isə həminki olmayıb.

Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S.Mümtaz, H.Araslı, M.Quluzadə, Ə.Məmmədov, O.Əfəndiyev, Paşa Kərimov, M.Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir. Belə ki, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin xətt nümunələrinin rəngli surətlərini əldə edib. Burada Şah İsmayıl Həzrət Əlinin kəlamlarını gözəl xətlə qızılı və mavi mürəkkəblə köçürüb.

Qeyd edək ki, müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin əvvəllər yalnız bir səhifəsinin surəti ölkəmizdə idi. İndi isə Münxenin Baviyera Dövlət Kitabxanasında saxlanan əsərin 27 vərəqinin hamısının surəti Azərbaycana gətirilib. Nümunələrin üzərindəki qeyddən görünür ki, mətn Şah İsmayıl Xətai tərəfindən 1514-cü ildə köçürülüb.

Xətt nümunələrinin altında ərəbcə mətnin fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən köçürülüb. Bu xətt nümunəsinin Çaldıran döyüşündən əvvəl yazıldığı ehtimal olunur. Osmanlı imperatoru birinci Sultan Səlim Təbrizi işğal etdiyi zaman bu əlyazmanı da ələ keçirərək İstanbula aparıb. Əsər sonradan Avropaya aparılıb.

Xatırladaq ki, Şah İsmayıl Xətainin gözəl xətt nümunəsinin “Kəlimati-Mürtəzəviyyə” adı altında Münxenin Baviyera Dövlət Kitabxanasında saxlandığı barədə ilk məlumatı türkiyəli alim İsmayıl Hikmət Ertaylan İstanbulda 1965-ci ildə çap etdirdiyi “Divani-türkiyi-Zəfər” kitabında verib.

İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına getmiş, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olmuşdur. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya, hər şeydən əvvəl, mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu poeziya qəbul etmir. Dünyagörüşü etibarilə panteist olan şair Mənsur Həllac və İmadəddin Nəsimi kimi ənəlhəq (mənəm allah) şüarına, ideyasına tərəfdar çıxıb özünü vəhdət gülzarının bülbülü adlandırır:
Çün Xətaidir bu gün gülzari-vəhdət bülbülü,
Dəxi ol zaği-siyəh gülzarə gəlməsün.
Bütün kainatı ilahi, mütləq varlıqla bir sayan, yaradıcı ilə yaradanı, insanla allahı eyniləşdirən və bu eyniliyi vəhdət gülzarı, özünü isə bu vəhdət və birlik gülzarının bülbülü, şairi adlandıran Xətai özünü mütləq həqiqət (həqqi-mütləq) deyə vəsf edir:

Ənəlhəq sirri uş könlümdə gizli
Ki, həqqi-mütləqəm, həq söylərəm mən.

Böyük mütəfəkkir şair Nəsimi kimi Xətai də görünən hər şeydə, o cümlədən insanın simasında ilahi varlığı görməyə çağırır:
Yəqin bil əhli-iqrarın yanında
Yerü gög cümlə həqdir, olma gümrah…
Ta səni gördü Xətai valehi şeydayidir,
hansı gözdür həq üzün görcək ki, bidar olmadı?

Şairin sufi olması onun poeziyasına da güclü təsir göstərmiş, ona daha cəsarətli humanist ruh vermişdir. Lakin bu cəsarət Xətainin yaradıcılığını sırf təriqət poeziyasına çevirməmişdir. O, bütün məqamlarda real həyat və real insan haqqında düşünmüş, real insana müraciətlə yazıb yaratmış, real insandan və onun hisslərindən, qayğılarından söhbət açmışdır.

Onun şeirlərində xeyir və şər anlayışları ilə bağlı fikirlər də vardır. Bu məsələdə Xətai Azərbaycan ədəbiyyatının dühası Nizami Gəncəvi ilə həmfikirdir. O da belə hesab edir ki, insan yaxşı-yaman nə iş tutsa, onun bəhrəsini görəcək, pis əməl sahibi öz əməlləri üçün xəcalət çəkəcəkdir. Ancaq xeyir işlər, əməllər arxasınca gedənlər hər cür xəcalət, peşmanlıq hisslərindən uzaq olacaqlar.

Xətainin şerlərində insan, lirik qəhrəman məğrur, azad fikirli, öz qüdrətinə inanan bir varlıq kimi tərənnüm olunur, onun ölməzliyi, əbədiliyi, ən ağıllı bir şəxs olması, düşmənlərin canına vəlvələ salmağa qadir olduğu dönə-dönə nəzərə çatdırılır.

Hələ XII əsrdə Nizami Gəncəvi sufizmə rəğbətlə yanaşmış, sufiləri ürəkdən xəbərdar olan adamlar kimi təqdim etmişdir. Şairin Sirlər xəzinəsi əsərində müxtəlif xarakterlərə malik sufi surətləri yaradılmışdır. Xətai də sufiləri halal və haram yola gedənlər adı ilə iki yerə ayırır. O, ən yüksək insani keyfiyyətləri əsl sufilər arasında axtarır, öz müridlərini əsl sufi kimi hərəkət etməyə, sufi – insan adını uca tutmağa çağırır:

Sufi isən, alıb-satma,
Halalına haram qatma,
Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə.

Şairin nəzərində həqiqi sufi əsl insandır. Onda alıb-satmaq, harama meyl etmək, əyri yola getmək kimi hərəkətlər, sifətlər ola bilməz. Əgər hər hansı bir sufi bu sifətlərə malik deyildirsə, o sufilikdən də, insanlıqdan da uzaq bir adamdır. Xətai belə sufiləri rədd edir.

Xətainin poeziyasında ehkamçılığa, mövhumatçılığa, insan mənəviyyatını buxovlayan zəncirlərə qarşı güclü bir etiraz vardır. Xətai şeirinin əsas obyekti insan, əsas qayəsi insana məhəbbətdir. Xətai dövründə islam dininin insan idealı ilə humanist ziyalıların insan idealı bir deyildir. Dindar insan hər cür istək və arzularını buxovlayıb cənnət xəyalı ilə yaşayırdısa, humanist ziyalıların ideal insanı əsl cənnəti bu dünyada axtarır və tapırdı. İnsansız dünyanı və cənnəti barsız bağa bənzədir, insansız cənnəti istəmirdi:

Neylərəm ol cənnəti, içində dildar olmasa?!
Qoy onu viranə qalsın – bağçada bar olmasa.

Şair insanı yer üzünün ən qiymətli gövhəri saydığından insansız olan, insana zidd olan, insanın sədaqətinə mane, buxov, əngəl olan hər şeyi rədd edir.

Xətainin şeirlərində gah real insani sevgi tərənnüm olunur, gah da məhəbbətdən geniş fəlsəfi bir kateqoriya kimi söhbət açılır. Hər iki halda məhəbbətin tərənnümü onun humanizmi, fikir sərbəstliyi ilə bağlıdır.

Üzün gördüm sənin, ey yari-məhru,
Könüllər afəti, ya üzmüdür bu?

Dodağın həsrətindən xəstə haləm,
Axıtdı gözlərim yaşı be hər su.

Həbəşdir kim, müsafir Rumə düşmüş
Üzün səfhindəki ol xali-hindu.

Gözündən ahu tək dağlara düşdüm,
Nə sehr etdi mənə ol iki cadu?

Xətai dər üzün xurşidə nisbət,
Sözü rövşən dedim üzünə qarşu.

İnsan gözəlliyi bu şerdə romantik bir dillə, heyranlıqla qələmə alınmışdır. Buradakı bədii suallar, bənzətmələr aşiqin qəlbindəki təlatümləri, həyəcanları təbii, səmimi şəkildə oxucuya çatdırır.

Xətainin məhəbbət poeziyası güclü kədərdən, qəmdən bir qayda olaraq uzaqdır. Xətai yaradıcılığını tədqiq edənlərin fikrincə bu isə onun daha çox cəmiyyətdə tutduğu ali mövqe ilə əlaqədardır. Çünki, şah heç zaman maddi və ya digər sərvətlərdən əskiklik görməmişdir ki, şikayətlənsin.

Şairin təbiət təsvirinə həsr edilmiş şerlərində şux, şad əhvəli-ruhiyyə hökm sürür:

Bahar oldu ki, aləm gülşən oldu,
Gözün aç, gör cahan nə rövşən oldu.

Bəzəndi hər bir ağac bir gül ilə,
Ağaclar cümlə gül pirahən oldu.

Açıldı yazlar, bitdi çiçiklər,
Gül ilə şol bənövşə susən oldu.

İrişdi vədəsi badi-baharın,
Behər su gül hezaran-xərmən oldu.

Xətainin aşiqanə qəzəllərində sevgi duyğuları bir çox hallarda o qədər səmimi, təbii verilir ki, boyalarının, ifadələrinin əlvanlığı və sadəliyi ilə insanı heyran edir, tilsimləyir. Qızıl gül, bağü bustanım, nə dersən? misrası ilə başlanan məşhur qəzəli yada salaq. Bu qəzəldəki hər beyt, hər parça saf, həssas bir qəlbdən qopan sevgi harayı kimi səslənir:

Qızıl gül, bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,
Kəsildi külli-fərmanım, nə dersən?

Əridi iliyim, qaldı sümüyüm,
Bu təni tərk edər canım, nə dersən?

Əgər yatsam min il torpaq içində
Dürüstdür əhdü peymanım, nə dersən?

Xətai can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?

Real insanın, real insani hisslərin, arzuların, düşüncələrin romantik şəkildə tərənnümü, həm də Xətaiyə məxsus bir tərzdə tərənnümü XVI əsrin birinci rübü üçün qiymətli yeni bir hadisə idi. Nəsiminin, Kişvərinin, Həbibinin, Hamidinin poeziyasından qidalanan bu şerlərdə yeni, orijinal, ancaq Xətaiyə məxsus cəhətlər də çoxdur.

Xətainin çoxcəhətli poeziyasında epik əsərlər də mühüm yer tutur. Onun Nəsihətnamə məsnəvisi və Dəhnamə poeması epik şerin qiymətli nümunələridir. Nəsihətnamə adından da göründüyü kimi, nəsihətamiz, fəlsəfi poemadır. Burada ardıcıl nəql edilən hadisə yoxdur. Nəsihətnamə sufizmin panteist müddəalarını şərh edən fəlsəfi bir əsər olmaqla bərabər insan haqqında qabaqcıl humanist düşüncələri də əks etdirir.

Dəhnamə on məktub deməkdir. Zahirən əsər on məktubdan ibarət olsa da, poemanın məzmununu məktublar yox, daha çox həmin məktublarla əlaqədar hadisələr təşkil edir.

Xətai mövzunun imkanlarından bacarıqla istifadə edib rəngarəng təbiət lövhələri, insan duyğularının təbii, səmimi ifadəsi üçün müxtəlif boyalar tapıb işlədir. Sıx-sıx lakin yerli-yerində verilmiş qəzəllər poemadakı lirizmi daha da gücləndirir. Şairin yaratdığı təbiət təsvirlərindən biri poemanın başlanğıc hissəsində verilmişdir. Bu təsvirlər o qədər dəqiqdir ki, rəssamlar onun əsasında heç bir çətinlik çəkmədən çoxlu lövhələr yarada bilərlər.

Azərbaycan ədəbiyyatşünaslığında Bahariyyə adlı janra bir qayda olaraq Xətainin həmin təsviri ən səciyyəvi nümunə kimi göstərilir. Ədəbiyyatımızda çoxlu təbiət təsviri yaradılmasına baxmayaraq Xətainin yaratdığı həmin təsvir bu tipli təsvirlər içərisində müstəsna yer tutur:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdi vü laləzar gəldi.

Quşlar hamısı fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.

Sərvin yenə dutdu damənin su,
Su üstə oxudu faxtə ku-ku.

Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.

Durna uçuban həvayə düşdü,
Laçın aluban ovayə düşdü…

Bu təsvirdə təbiət insandan təcrid olunmur. Şən, şad bir qəlbin təbiətdən aldığı həzz, sevinc addımbaşı özünü hiss etdirir. Şair quşların fəğanə düşməsini deyən kimi insan həyatı barədə araya tez bir söz atır, Eşq odu yenə bu canə düşdü deyərək təbiətlə insan həyatını vəhdətdə götürdüyünü nəzərə çatdırır.

Təbiətdə gül açıb quşlar nəğmə oxuyanda insan qəlbində də sevgi duyğularının oyandığını söyləyir.

Təbiət təsvirləri ilə yanaşı poemada Aşiqin mənəvi iztirablarını əks etdirən qəzəllər də əsərin bədii təsir gücünü artırmağa xidmət edir.

Epik əsərdə lirik janrlardan, o cümlədən qəzəllərdən istifadəyə Füzulidən, hətta Həqiridən əvvəl Xətai poemasında rast gəlirik. Xətai bu poemanı hakimiyyət uğrunda mübarizələrinin ən gərgin çağlarında, 1506-cı ildə, iyirmi yaşında olanda yazmışdır. O, həyatının bu gənc çağlarında təkcə Azərbaycan Səfəvi dövlətinin əsasını qoymaqla məşğul olmamış, həm də epik şerimizə Dəhnamə kimi orijinal keyfiyyətlərə məxsus bir əsər bəxş etmişdir.

Xətai ədəbi irsinin mühüm bir hissəsini heca vəznində xalq şeri formalarında yazılmış əsərlər təşkil edir. Heca vəznli şerimizin tarixi Xətai ilə başlayır. Düzdür, bu forma xalq arasında Xətaidən əvvəl də olmuşdur, lakin onu yazılı ədəbiyyata gətirən Xətaidir. Hökmdar şair fikirlərini daha çox xalq şeri ənənələri əsasında tərbiyələnən, nisbətən az savadlı, və ya tam savadsız olan geniş kütlələrə, müridlərə, qızılbaş əsgərlərə çatdırmaq üçün doğma janrların daha əlverişli olduğunu duymuş, onların sevdiyi, başa düşdüyü formalardan istifadə etməyi özünə borc bilmişdir.

Bu şerlərdə xalq ruhuna və zövqünə yaxınlıq xüsusi yer tutur. Xətainin siyasi, əxlaqi, estetik baxışları bu şerlərdə son dərəcə aydın və sadə bir tərzdə ifadə olunur. Ümumiyyətlə, Xətai şeirinə xas bir keyfiyyət olan sadəlik və aydınlıq onun heca vəznli şerlərində daha qabarıq şəkildə nəzərə çarpır. Xətainin heca vəznində yazdığı qoşma, gəraylı, varsağı, bayatı, nəfəs və ilahilər indi də öyrənmək, ibrət almaq üçün nümunə olmaq dərəcəsindədir. Şair oxucularını diqqətli, ehtiyatlı olmağa, əqidə, məslək yolunda sədaqətlə yürüməyə çağırır:

Dərindir bizim dəryamız, boylanmaz,
Min bir kəlam desəm, biri anlanmaz.
Kişi iqrarsız yollara bağlanmaz,
Yolları qoynunda yürüyüb gedər.

Bu parçalarda oxucunu, dinləyicini doğruçu və cəsarətli olmağa, orda-burda qeybətlə, dedi-qodu ilə məşğul olmaqdan əl çəkməyə çağırır, həqiqət yolundan azmış insanlara qarşı dərin nifrətini bildirir.

Bədii söz haqqında danışmaq, ona münasibətini bildirmək orta əsrlərdə yaşamış sənətkarlarımızın yaradıcılığında pozulmaz bir ənənə kimi yayılmışdır.

Nizaminin, Füzulinin, Saib Təbrizinin, Qövsi Təbrizinin, Vaqifin və başqa Azərbaycan sənətkarlarının söz haqqındakı şerləri, fikirləri bu həqiqəti bir daha təsdiq etməkdədir. Xətainin Bir söz rədifli gəraylısı Füzulinin Söz rədifli qəzəli kimi yadda qalan qiymətli sənət əsərlərindən biridir:

Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz.
Pir nəfəsin dinləyənin
Yüzünü edər ağ bir söz.

Söz vardır kəsdirər başı,
Söz vardır kəsər savaşı,
Söz vardır ağulu aşı
Bal ilən edər yağ bir söz.

Xalq şerinin bayatı şəkli də Xətainin məhəbbətlə, məharətlə müraciət etdiyi formalardandır. Şair bayatılarının axıcılığına, yığcamlığına, atalar sözləri və xalq məsəlləri kimi aforistik məna daşımasına xüsusi diqqət yetirmişdir:

Xətai, işin düşər,
Gəlib-gedişin düşər.
Dişləmə çiy loğmanı,
Yerinə dişin düşər.

Xətainin istər heca, istərsə də əruz vəznində yazdığı əsərlər klassik yazılı ədəbiyyatımızın ən qiymətli nümunələrindən sayılır. Şairin irsi sonrakı dövrlərin ədəbiyyatı üzərində dərin izlər buraxmışdır. Füzuli kimi dahi sənətkar Xətainin bir sıra şerlərinə cavab yazmış, ilk böyük əsəri olan Bəngü Badəni ona ithaf etmişdir. Görkəmli el sənətkarı, hökmdar şairin müasiri Aşıq Qurbani onu Mürşidi-kamilim, şeyx oğlu şahim deyə tərənnüm etmişdir. Şah İsmayıl Xətainin əsərləri istər əlyazmaları, istərsə də şifahi şəkildə geniş yayılmış, məclislərdə musiqi havalarının müşaiəti ilə ifa olunmuşdur. Onun həyat nə mübarizəsi ilə bağlı məşhur Şah İsmayıl dastanı yaranmışdır.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə  direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları  şeirləri aşkar etmişdir. Xətainin Ankara Milli Kitabxanasındakı Əlyazma məcmuəsindən tapılmış Şah Xətai başlığı ilə gedən əsərləri qəzəl və qoşma janrlarında yazılmışdır. Onun bəzi mətbu şeirləri ilə bu əlyazmadakı şeirlər arasında fərqlər vardır. Şairin əsərlərinin gələcək nəşrlərində bu fərqlər nəzərə alınmalıdır. I Şah Təhmasib aşkar edilmiş ana dilindəki qəzəlində Osmanlı imperatoru Sultan Süleyman qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir. Maraqlıdır ki, həmin məcmuədə Sultan Süleymanın da bu şeirə nəzirə olaraq yazdığı cavabı verilmişdir. Beləliklə, Şah İsmayıl Səfəvi və I Sultan Səlim arasında olan mükaliməni onların övladları I Təhmasib və Sultan Süleyman Qanuni ana dilində müşairə formasında davam etdirmişlər.

Bu dastan əsasında Müslüm Maqomayev eyni adlı opera bəstələmişdir. Yazıçı Ə. Cəfərzadənin Bakı-1501, F. Kərimzadənin Xudafərin körpüsü, Ə. Nicatın Qızılbaşlar romanları və bir sıra bədii əsərlər son illərdə Şah İsmayıl Səfəvinin həyatı və şəxsiyyətinə olan güclü marağın ifadəsi kimi meydana çıxmışdır.




#Article 82: Belarus (447 words)


Belarus Respublikası () — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və Latviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır. XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç Pospolita və Rusiya İmperiyası kimi dövlətlər hökmranlıq etmişdir.

Belarusda əhali danışıq dili olaraq rus dilində danışmağa üstünlük verirlər.Belarusun kəndlərində əsasən Belarus dilində danışılır.

Belarusların əcdadları Şərqi Slavyanlardır. 6 və 8-ci əsrlər arasında şərqi slavyanlar Belarus bölgəsinə yerləşdilər və daha əvvəl burada yaşayan Fin-Ogur köklü bəzi tayfaları tərəfindən sıxışdırıldılar. IX əsrin sonunda bölgədə İsveç köklü varyaqlar tərəfindən Polotsk və Turov krallıqları quruldusa da X əsrin sonunda bu krallıqlar Kiyev Knyazlığına birləşdirildilər. X əsrdə bu bölgə Bizans İmparatorluğu tərəfindən xristianlaşdırılan Kiyev Knyazı I Vladimir tərəfindən 988-ci ildən başlayaraq xristianlaşdırıldı.

Belarusun heç bir dənizə çıxışı yoxdur və əsasən düzən ərazilərdən ibarətdir.

Ölkə şərq tərəfdən Rusiya,cənubdan Ukrayna,qərbdən Polşayla, şimal və şimal-qərbdən Litva,

Latviyayla həmsərhəddir.

Ölkə prezidenti Aleksandr Lukaşenko 1994-cü il 20 İyul tarixindən ölkəni idarə edir.

Belarusun digər ölkələrlə siyasi əlaqələri çox qarışıqdır.Belə ki,ölkə 1991-ci ildə müstəqillik qazanmasından sonra qərb dövlətləri ilə soyuq əlaqələrə malikdir.Buna səbəb Qərb dövlətlərinin Belarus prezidenti Aeksandr Lukaşenkonun onların fikrincə qeyri demokratik ölkəni idarəetməsidir.Xüsusən 2010-сu il Belarusda prezident seçkilərindən sonra bu əlaqələr daha da pisləşmişdir.

İllik hərbi xərcləri 176,1 mln. ABŞ dollarıdır.

Belarus güclü iqtisadi sistemə malik olmayan dövlət kimi tanınır. Belarus dünyada daha çox aqrar dövlət kimi tanınır. Ölkədə maldarlıq, əkinçilik, bitkiçilik və aqrar texnika istehsalı çox inkişaf edib. Belə ki, Belarus öz daxili yem tələbatını artıqlamasıyla ödəyir və qonşu dövlətlərə kütləvi halda süd, süd məhsulları, tərəvəz ixrac edir. Belarus 1990-сı illərdə və 2011-ci ildə defoltla üzləşmişdir.

Təsərrüfatın ixtisaslaşmasına və strukturuna əmək ehtiyatlarının bolluğu, Rusiyadan daha ucuz yanacaq və metal idxalı və yerli təbii ehtiyatları müsbət təsir göstərir. Maşınqayırmanın ixtisaslaşmış sahələri-hesablama maşınları, cihazqayırma, məişət maşınqayırması-soyuducular, paltaryuyan maşınlar, k/t maşınları və yük avtomobilləridir (Minsk, Jodino, Mogilyov). Kimya sənayesi əsas istiqaməti-süni kauçuk, şin, plastik kütlələr (Mogilev, Qrodno, Polotsk), Kalium gübrələri (Soliqorsk), meşə emalı və kağız istehsalıdır (Bobruysk, Borisovo, Vitebsk və b.). Yüngül sənayedə əsas yeri kətan parça, ayaqqabı istehsalı və b. tutur. Yeyinti sənayesi əsas sahələrdəndir, yerli xammallarla təmin olunub.Aparıcı sahələri yağ, süd-pendir, ət məhsulları istehsalı, kartofkraxmal istehsalı və b. Yanacaq-energetikanı yerli torf, Rusiyadan aldığı neft-qaz təşkil edir.

Kənd təsərrüfatında əsas yeri heyvandarlıq tutur, südlük-ətlik istiqaməti və donuzçuluq əsas yer tutur. Əkinçilikdə yem istehsalının xüsusi çəkisi böyükdür. Şimal-şərqində kətan becərilir. Taxılçılıqda əsas yeri çovdar əkinləri tutur. Kartofçuluq Belorusiyanın əsas sahəsi hesab olunur. Mərkəz hissəsində geniş yayılıb. Sıx nəqliyyat şəbəkəsinə malikdir.

Belarus Respublikasının dövlət dilləri belarus və rus dilləridir.

Əhalinin 80%-ni pravoslavlar, 15%-ni katoliklər təşkil edir.




#Article 83: Anqola (2551 words)


Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət.

Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsədə, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir.

Anqolanın qədim tarixi çox az öyrənilmişdir. Avropalılar Anqolaya gələrkən (1482-ci ildə portuqal dənizçisi Dioqu Kanın ekspedisiyası) burada erkən dövlətlər – Konqo, Ndonqo, Lunda və Bengela mövcud idi (17-ci əsrdə Matamba və Kasanje dövlətləri yarandı). Ndonqoda hakimiyyətdə olan Nqola sülaləsinin adı sonradan bütün ölkəyə şamil edildi. 16-cı əsrdə portuqallar Anqola sahillərində möhkəmləndirilmiş məntəqələrin, o cümlədən San-Paulu-di-Luanda məntəqəsinin əsasını qoydular. Elə bu vaxtdan Anqolanın işğalına başlanıldı. Anqolalılar 17-ci əsrə qədər işğalçılara müqavimət göstərdilər. Portuqallar Anqolanın işğal olunmuş ərazilərindən zənciləri Braziliyaya və s. ölkələrə zorla köçürürdülər. Anqola qul alverinin ən mühüm bazalarından birinə çevrildi. Üç əsr ərzində ölkədən 5 mln. nəfər çıxarıldı. Qulların daşınması 1836-cı ildə qadağan olundu. Lakin Anqolada köləlik 1878-ci ilədək qalmaqda idi. 1885–94-cü illərdə Portuqaliya, Belçika, Almaniya və B.Britaniya arasında müqavilə bağlandı. Bu müqavilə ilə Anqolanın müasir sərhədləri müəyyən edildi. Anqolanın bütün ərazisinin Portuqaliya tərəfindən işğalı 20-ci əsrin 20-ci illərinin əvvəlində başa çatdırıldı. 1951-ci ildə Anqola Portuqaliyanın «dənizaşırı əyaləti» elan edildi. Anqolada fasiləsiz davam edən milli-azadlıq hərəkatı İkinci dünya müharibəsindən sonra yeni vüsət aldı. 1961-ci ildə müstəmləkəçilik əleyhinə anqolalıların silahlı mübarizəsi başladı. Mübarizə Anqolanın qələbəsi ilə nəticələndi. 1975-ci il yanvarın 15-də Portuqaliya ilə Alvor razılaşmaları (Anqolanın müstəqil elan edilməsini nəzərdə tutan razılaşmalar) imzalandı. 1975-ci il noyabrın 11-də müstəqil Anqola Xalq Respublikası elan edildi. Anqola Netto ölkənin prezidenti seçildi. 1975-1996-cı illər ölkə tarixinə Vətəndaş müharibəsi kimi düşmüşdür. 1976-cı ilin sonlarında Anqolanın ordusu Kubanın hərbi yardımı ilə Zair və CAR-ın işğalçı ordusunu ölkədən qovdu. 1977-ci ildə Milli Birlik Hökuməti formalaşmışdır. 70-ci illərin sonu–80-ci illərin əvvəllərində CAR-ın dəstəyi ilə müxalifət qoşunları Anqola ərazisinin böyük hissəsini yenidən işğal etdi. 1992-ci ildən ölkə Anqola Respublikası adlanmağa başladı. Yenidən başlanan vətəndaş müharibəsi gedişində müxalifət lideri J.Savimbi öldürüldü (2002). Bundan sonra müharibənin dayandırılması haqqında razılaşma imzalandı.

Anqola unitar dövlətdir. Anqolanın Konstitusiyası 1975-ci ilin 11 noyabr tarixində qəbul edilib (düzəlişlərlə qüvvədədir). Ölkənin idarəetmə forması - qarışıq respublikadır. Dövlət başçısı və icra hakimiyyəti ümumi və birbaşa səsvermə yolu ilə 5 il müddətinə seçilmiş prezidentdir. Prezidentin bütün ərazi inzibati vahidlərə nəzarət etmək hüququ vardır. Onun səlahiyyətlərinə dövlətin müdafiəsi və hakimiyyət qolları arasında münasibətləri əlaqələndirmək aiddir. Prezident silahlı qüvvələrin ali baş komandandır. Qanunvericilik hakimiyyətinin ali orqanı ümumi və birbaşa səsvermə ilə 4 il müddətinə seçilmiş birpalatalı Milli Məclisdir. Anqola Milli Məclisi 220 deputatdan ibarətdir. 130 deputat bütün ölkə üzrə proporsional sistem, 90 deputat isə majoritar sistem üzrə seçilir. Daimi komissiya sessiyalararası dövrdə onun funksiyalarını yerinə yetirən Yığıncaq orqanıdır. Hökumətə prezident, baş nazir və nazirlər daxildir. Hökumət Milli Məclis qarşısında məsuliyyət daşıyır. Anqolada çoxpartiyalı sistem mövcuddur. Partiyalar sırasında Anqolanın azadlığı uğrunda
Xalq hərəkatı (MPLA; 1956-cı ildə yaradılmışdır), Anqolanın tam azadlığı uğrunda Milli İttifaq (UNİTA; 1966-cı ildə əsası qoyulmuşdur) və s. partiyalar var.

Anqola əhalisinin əsas hissəsi bantu xalqları – ovimbundular (25%), ambundular (23%), konqolar (13%), luenalar (8%), çokvelər (5%), kvanyamalar (4%), nyanekalar (4%), luçazilər
(2%), ovambolar (2%), mbvelalar (2%), nyembalar (2%), şimal lundalar (1%), mbundalar (1%), gererolar (103 min), həmçinin bantu dilində danışan piqmeylərdən (tva; 0,1%) ibarətdir (2000). Koysan xalqları (kvadilər, xukvelər, kunqların müxtəlif qrupları) Anqola əhalisinin 0,5 % təşkil edir. Avroafrikalılar adlanan mulatlar (1%; portuqal dilində və ya onun kreollaşdırılmış variantında danışırlar) ayrıca qrup sayılırlar. Anqolada 0,09 %-dən az portuqallar yaşayır.

Silahlı qüvvələr quru qoşunları (QQ), hərbi hava qüvvələri (HHQ) və hərbi dəniz qüvvələrindən (HDQ) ibarətdir (2004). Ali baş komandan prezidentdir. QQ-nın (11 300 nəfərdən artıq) tank, motopiyada, piyada, artilleriya, zenit və s. hissələri var. HHQdə 5 aviasiya bazası və hava hücumundan müdafiə (HHM) polku mövcuddur. HDQ-nə desant gəmi divizionu (1 gəmi), patrul gəmi divizionu (4 kater) və 4 dəniz piyada rotası daxildir. Anqolanın 18-23 yaşlı vətəndaşları (kişilər və qadınlar) 3 illik hərbi xidmətdə olurlar.

Ölkə sərhədlərinin uzunluğu 5.198 km-dir. Sərhədin 2.511 km-i Konqo Demokratik Respublikası (bu sərhədin 225 km-lik hissəsi Cabinda bölgəsindən keçir.), 1,376 km-i Namibiya, 1.110 km-i Zambiya və 201 km-i isə Konqo Respublikasının payına düşür.
Anqola Respublikasının ərazisi 1.246.700 km²-dir. Dünyada ölkələr üzrə ərazisinə görə 23-cü yerdədir.

Anqola ərazisinin çox hissəsi ensiz (50–160 km) sahilboyu düzənlikdən sıldırım yamacla yüksələn yastı dağlıqdır (hünd. 1000–1500 m). Qərbə doğru yüksəklik artır (1500–2000 m); burada bəzi yerlərdə əlahiddə dağlar ucalır.

Bu ərazinin əsasını təşkil edən Bie (hünd. 2620 m-ədək) dağlıq sahələri Anqolanın mərkəzinə doğru irəliləmişdir.

Ölkənin ən yüksək nöqtəsi Moco dağıdır (2.619 m). Ölkənin cənub bölgəsi isə daha alçaq bir mövqedədir. Anqolanın şərq hissəsində isə Zambezi çayının qolları axır.

Yastı dağlıq tədricən şimal (Konqo çökəkliyinə doğru), cənub-şərq (Kalahari çökəkliyinə doğru) istiqamətlərdə alçalır.

Ölkənin ixracı idxalını üstələyir. Əsas ixrac maddələri xam neft, almaz, neft məhsulları, təbii qaz, qəhvə, sizal, pambıq, balıq, ağac oduncağıdır. 2003-cü ildə ixracın 47,7%-i ABŞ-ın, 23,4%-i Çinin, 8%-i Tayvanın, 7,4%-i Fransanın payına düşmüşdür. İdxalın əsas maddələri maşınlar və elektrik avandanlıqları, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, dərman, ərzaq, toxuculuq məmulatı, silahlardır. Başlıca ticarət tərəfdaşları Portuqaliya, CAR, ABŞ, Niderland, Fransa, Braziliya və B. Britaniyadır.

Anqola təhsil sisteminə uşaq bağçaları (3–4 yaşlı uşaqlar üçün), hazırlıq sinifləri (5 yaşlı uşaqlar üçün), ümumtəhsil və peşə məktəbləri, ali məktəblər daxildir. İbtidai təhsil (1–4 siniflər) məcburi və pulsuzdur. Anqolada 8 illik orta təhsil verən ümumtəhsil məktəblərinin bazası əsasında ixtisaslı işçilər hazırlayan (1 ildən 4 ilədək) təhsil müəssisələri fəaliyyət göstərir. Anqolada baş verən siyasi və iqtisadi çətinliklərlə bağlı 1980-ci illərdə tam orta təhsildən əsas həlledici iki illik sikl götürülmüş, onun həyata keçirilməsi və abituriyent kontingentinin formalaşdırılması ali məktəblərin xüsusi hazırlıq kursları və fakültələrinə həvalə edilmişdi. Ölkədə ali təhsil verən Anqola Neto ad. Anqola Dövlət Universiteti (1963; Luanda) və 3 özəl universitet fəaliyyət göstərir. 8 elmi tədqiqat institutu (hamısı Luandada) – Geofizika və Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu (1879), Geoloji Xidmət İnstitutu (1914), Sənədləşdirmə və Tarixi Tədqiqatlar Milli Mərkəzi (1933), Tibbi Tədqiqatlar İnsstitutu (1955), Baytarlıq İnstitutu (1965), Pambıqçılıq Mərkəzi (1970), Afrika dillərini və Xarici Dilləri Öyrənmə İnstitutu (1978), Sosial və Pedaqoji Tədqiqatlar İnstitutu (1980) var.

Anqolada əhalinin hər 100 min nəfərinə 8 həkim (hər 12500 nəfərə 1 həkim), 115 orta tibb işçisi, 4 mama düşür. 2001-ci ildə səhiyyəyə qoyulan xərc ÜDM-in 3,6%-ini təşkil etmişdir.

Anqola xalqlarının zəngin şifahi ədəbiyyatı var. İctimai-siyasi xadim Kordeyru da Matta və yazıçı Kaştru Soromenyu xalq ədəbiyyatını toplayıb tədqiq etmişlər. Anqolada yazılı ədəbiyyat 19-cu əsrin ortalarında yaranmış, lirika (J. da Silva Mayya Ferreyra, J.D. Kordeyru da Matta) və məişət romanları (P.F.Ma şa du, A.Troni, A. di Asis Junior) Anqola ədəbiyyatının əsasını təşkil etmişdir. 1940–70-ci illər Antoqa ədəbiyyatında müstəmləkə əleyhinə mübarizə mövzusu (A.Neto, M.Antoniu, A.Lara, J.L.Vieyra, M.F. di Kaştru Soromenyu, A.Jasintu və b.) əsas yer tuturdu. 1990-cı illərdən sonra Anqola ədəbiyyatında tarixi roman geniş yayılmış (M.Pakavira, E.Abranşiş), dramaturgiya inkişaf etmiş (Pepetelanın pyesləri), siyasi və inqilabi meyillərdən uzaq bədii əsərlər yaranmışdır (Pepetela, J.E. Aqualuza). Müasir yazılı ədəbiyyat, əsasən, portuqal dilindədir.

Ölkənin şimal ərazisində qədim qayaüstü heyvan təsvirləri saxlanılmışdır. Anqolanın kəndləri dairəvi plan üzrə salınmışdır; kəndlərin mərkəzində yığıncaq üçün bina, onun ətrafında yaşayış evləri, daha sonra təsərrüfat tikililəri olmuşdur. San-Miqel (1576) və Bengela (1617) qalaları avropalıların Anqolaya gəlişindən sonra tikilmişdir. 20-ci əsrin əvvəllərində Anqolada Avropa memarlıq üslubunda binalar inşa edilmişdir. Anqola toxuma sənəti (ot, çubuq və samandan) hələ qədimdən mövcud olmuşdur. Toxunulan əşyalar dəqiq, həndəsi ornament ilə bəzədilmişdir. Qədim və orta əsrlərdə ağac üzərində oyma inkişaf etmiş, mürəkkəb kompozisiyalı əsərlər (heykəltəraşlıqda) yaranmışdır. Bədii oyma üsulu ilə stilizə edilmiş insan və heyvan heykəlcikləri düzəldilmiş, mebellər üzərində mürəkkəb dekorativ kompozisiyalar həkk olunmuşdur. Peşəkar təsviri sənətin inkişaf dövrü 1970-ci illərə təsadüf edir.

Dağlıq Biyedə tapılmış dəmir idiofonlar (8 əsrədək) Anqola arxaik mədəniyyətinin nümunələridir. Lunda, Ndonqo dövlətlərinin orta əsrlər mədəniyyətini təntənəli orkestrlər təmsil edirdi; 1491-ci ildə Konqonun kralı Portuqaliyanın diplomatik heyətini qarşılayan zaman fil sümüyündən hazırlanmış trubalardan (kərənay) istifadə olunmuşdur. 1490-cı illərdən Anqolaya portuqaliyalılar vasitəsilə Avropa nəfəs alətləri gətirilməyə başladı. Xristianlığın yayılması ilə əlaqədar kilsələrdə xor ifasından, zəngdən, şax-şaxlı kiçik zınqırovlardan da istifadə edirdilər. Bakunqo və ambundu xalqlarının hərbi musiqisinin təsviri 1578-ci ilə, şimal-qərb Anqolada ksilofonda ifa etmə ənənəsi isə 1648-ci ilə təsadüf edir. 17-ci əsrdə idiofonların müxtəlif növləri, o cümlədən marimba, birüzlü baraban (nqaba), zənglər (lonqa), buynuz (epuqu), musiqili yay (nsambi) qeydə alınıb. Şəhər musiqi mədəniyyəti Portuqaliya və Braziliyanın təsiri altında formalaşmışdır. Şəhər musiqisinin spesifik formaları: Birinci dünya müharibəsindən sonra “hərbi musiqi” ansamblı kalukuta (Cənub-Şərqi Anqola); 1920-ci illərdən lamellafon musiqisi likembe (Şimal-Şərqi Anqola) meydana gəlmişdir. 20-ci əsrdə Luandanın ambundu-portuqal rəqs mədəniyyətində (kaduka, semba, rebita rəqsləri) musiqi əsas rol oynayır. 1957-ci ildə “Nqola ritmuş” ansamblı yaradılır [Latın Amerikası rəqslərini (rumba, merenge, samba) ifa edir, gitara və ənənəvi idiofonlardan istifadə olunur]. Ansamblın rəhbəri Liseu Vieyra Diaş 1982-ci ildən rəsmi olaraq müasir Anqola musiqisinin lideri kimi tanınır. 1960-cı illərin ortalarında siyası məzmunlu mahnılar yayılır. 1960–80-ci illərdə “Kisanje”, “İllya” ansamblları, solistlərdən M. Tete, P. Kaştru, bəstəkarlardan F. Mukenqa, J.M. Maşadu, F. da Siş daha məşhur idilər. 1975-ci ildən sonra müğənni və gitaraçı Massano məşhurlaşır; həmin illərdən qonşu ölkələrlə mədəni əlaqələr inkişaf edir. Anqolada sayca üstünlük təşkil edən ovimbunduların ənənəvi musiqisi ilk dəfə 1913-cü ildə, çokve və luvale xalqlarının musiqisi isə 1950-ci illərdə lentə alınıb. 1956-cı ildə Luandada Musiqi və Rəqs Məktəbi yaradılıb.

 
Anqola Olimpiya Komitəsi 1980-ci ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış və həmin ildən Anqola idmançıları Olimpiya oyunlarında iştirak edir. Anqolada daha çox inkişaf etmiş idman növləri yüngül atletika və futboldur. Anqolanın futbol klubları “Primeyru di Aqoştu” və “İnter Klub” Afrika Kuboklar kubokunun final mərhələsində çıxış etmişlər (1998,

  

Ölkə dəmiryolunun uzunluğu 2,8 min km; sıxlığı 22,5 km/10000 km2

). Ölkə daxilində hava nəqliyyat üstünlük təşkil edir. 244 aeroportdan 32-sinin enmə-qalxma zolağı bərkörtüklüdür. Beynəlxalq aeroport Luandadadır. Çay gəmiçiliyi böyük əhəmiyyət daşımır. Dəniz kabotaj gəmiçiliyi inkişaf etmişdir. Ən böyük dəniz limanları: Lobitu (dərin sulu), Kabinda və Luanda (neft ixracı limanı), Namibe, Portu-Amboindir. Ticarət donanması ümumi tonnaji 42,9 min ton dedveyt olan 7 gəmidən ibarətdir. Boru kəmərlərinin uzunluğu 179 km-dir (1997).

Anqolanın ərazisi Afrika platforması hüdudlarında yerləşir. Burada Arxeozoy və Alt Proterozoy süxurlarından təşkil olunmuş kristallik özül Kasai, Anqola, Banqveulu qalxanlarını və Kvanza çıxıntısını əmələ gətirir. Üst Kembriyə qədər ki çöküntülər ölkənin şimal-qərbində Qərbi Konqo qırışıqlıq qurşağını, şərqində və cənubunda Kibarid-Katangid və Damarid qırışıqlıq sistemlərinin fraqmentlərini formalaşdırır. Platforma örtüyünü təşkil edən süxurlar qədim buzlaşma izlərinin olduğu Üst Kembriyəqədər və Üst Paleozoy–Trias yaşlıdır. Tabaşir yaşlı kontinental çöküntülər və Kaynozoyun qumlu layları geniş yayılmışdır. İri neft, dəmir filizi, almaz, gips, fosforit, boksit, daşduz, uran, mis, qızıl, manqan, titan, vanadium, litium və s. faydalı qazıntı yataqları var.

Anqola materikdəki coğrafi mövqeyi (okean sahilində yerləşməsi və s.) geoloji-geomorfoloji quruluşunun mürəkkəbliyi ilə əlaqədar təbiətinin xeyli zənginliyi ilə səciyyələnir.

Ölkənin iqlimi daxili rayonların əksər hissəsində ekvatorial-musson, sahilboyunda tropik-passat və quraqdır. Ən isti ayın (sentyabr və ya oktyabr) orta temperaturu yamacların yuxarı hissələrində 17oC, aşağı hissələrində 28oC, ən sərin ayda (iyul və ya avqust) uyğun olaraq 13oC və 23oC-dir. İllik yağıntı şimalında 1000–1500 mm-dən, cənubda 600–800 mm-ədəkdir. Sahilboyu düzənliklərdə soyuq Bengela cərəyanı havanın temperaturunu iyulda (ən soyuq ay) 16–20oC-yədək, martda (ən isti ay) 24–26oC-yədək aşağı salır. Burada yağıntıların miqdarı şimalında 250– 500 mm-dən cənubda 50–100 mm-ədəkdir.

Anqolanın şimal-şərqində çaylar Konqo hövzəsinə (Kasai çayı və onun sol qolu Kvanqo), qərbində isə Atlantika okeanı hövzəsinə (Kvanza, Kunene) aiddir. Ölkənin şərqində və cənub-qərbində Kvando qolu ilə Zambezi (yuxarı axını) və Kubanqo çayları axır. Quraq mövsümlərdə çayların suyu xeyli azalır və ya onlar quruyurlar (xüsusilə cənubda və cənub-qərbində). Onların demək olar ki, hamısı astanalıdır və gəmiçiliyə yaramır, lakin böyük hidroenerji ehtiyatına malikdirlər.

Anqola inkişaf etmiş hasilat sənayesi olan aqrar ölkədir. Sənaye potensialı Afrika miqyasında əhəmiyyətə malikdir. Ümumi daxili məhsulun (ÜDM) mütləq həcmi 20,4 mlrd. dollar təşkil edir, əhalinin hər bir nəfərinə ÜDM-dən 1900 dollar düşür (2003). ÜDM-in 67%-i sənayeyə, 25%-i xidmət sahələrinə, 8%-i kənd təsərrüfatına məxsusdur. Anqolada sosial-iqtisadi yeniləşmə baş verir. Sənaye sahələrinin əksəriyyəti milliləşdirilir, kənd təsərrüfatı assosiasiyaları və kooperativləri, iri plantasiyalarda dövlət təsərrüfatları yaradılır. Demək olar, fasiləsiz davam edən müharibələr iqtisadiyyata neqativ təsir göstərmişdir. Nisbətən inkişaf etmiş iqtisadi rayonları: qəhvə plantasiyaları ilə zəngin Şimal rayonu, neft yataqlarına malik Kabinda və iri almaz yataqları olan Şimal-Şərq rayonu. Ən iri iqtisadi mərkəzləri: Luanda (əsas inzibati, sənaye və maliyyə mərkəzi; iri liman); Lobitu (sənaye mərkəzi və ən iri dəniz limanı; Beyra–Lobitu transafrika dəmiryol magistralının terminalı); Namibe və Bengela (balıq ovu və balıq emalı mərkəzləri); Uambo, Malanje, Lubanqo və Kvito (ölkənin daxili rayonlarının inzibati, kənd təsərrüfatı və nəqliyyat mərkəzləri). Kənd təsərrüfatı torpaqları 0,57 mln. km2

Anqolanın torpaqları qırmızı, qırmızı-qəhvəyi, qara və qırmızı-qonurdur; ucqar c.-u səhralardır. Anqola ərazisinin demək olar ki, 40%-i meşələr və seyrək meşələrlə örtülüdür. Şimal-şərqindəki tropik meşələrdə ebonit və s. qiymətli ağac növləri vardır. Şimalı və sahilyanı yaylanın mərkəzi hissəsinin bitkisi hündür otlu savannalardan, cənub hissəsi seyrək savanna meşələrindən, şimal hissəsinin qərb yamacları həmişəyaşıl tropik meşələrdən ibarətdir. Anqolada fil, şir, leopard, zebra, müxtəlif antilop növləri, meymunlar, çoxlu sayda sürünənlər, həşəratlar və s. yaşayır. Sahil suları balıqlarla zəngindir. Anqolada 13 qorunan təbiət ərazisi (ümumi sahəsi 8,2 mln ha), o cümlədən Kameya, İona, Mupa, Kisama, Kanqandala milli parkları var.

Anqola iqtisadiyyatının əsasını hasilat sənayesi təşkil edir. Anqola neft hasilatına görə (2001-ci ildə 37 mln. ton; ÜDM-in 45%-i) Afrikada Nigeriya, Liviya, Misir və Əlcəzairdən sonra 5-ci yerdədir. Son illərdə 20-dən çox neft yatağı istismara verilmişdir. 100-ə yaxın neft quyusu istismar edilir. Neftin, təqribən 90%-i Kabinda əyalətində, onun da 65%-i dənizdə hasil edilir. Ölkənin neft Qanununa (1978) əsasən neft sənayesi dövlətin “Sonanqol” şirkətinin inhisarındadır. Qanunun qəbulundan sonra yeni yataqların işlənməsi xarici (amerikan, ingilis, fransız və s.) kapitalın köməyi ilə aparılır. “Şevron” (“Chevron”), “Ekson” (“Exxon”), “Şell” (“Shell”), “Petrofina”, “Teksako” (“Texaco”), “Britiş petroleum” kimi məşhur şirkətlərin fəal iştirakı nəticəsində Kabinda sahillərinin kontinental şelf rayonu mənimsənilir. Əsas neft terminalları: Luanda, Malonqo (Kabinda), Palanka və s. Ölkə üzrə bütün ixrac dəyərinin 80–90%-ini neft ixracından gələn gəlir təşkil edir. Valyuta daxilolmalarının neftdən sonra ikinci mənbəyi almazdır. Anqola dünyada almaz hasilatına görə 6-cı və hasil edilmiş almazların ümumi dəyərinə görə 3-cü yerdədir. Ölkədə, əsasən yüksək keyfiyyətli zərgərlik daşları çıxarılır. 2000-ci ildə çıxarılmış 5,17 mln. kar almazın 4,4 mln. kar-ı zərgərlik almazı olmuşdur. Anqola ərazisində bütün almaz hasilatı və ticarətinə nəzarət edən dövlət müəssisəsi – “Endiama” 1981-ci ildə yaradılmışdır. Almazın çox hissəsi Şimali Luanda əyalətindəki Katoka yatağından (dünyada ən iri yataqlardan biri) çıxarılır. Almaz hasilatının yarıdan çoxu (1998-ci ildə 55%-i) qeyri-qanuni yolla əldə olunur. Anqolada dəmir filizi, az miqdarda mis, nəcib və radioaktiv (uran) metallar çıxarılır. Dəmir filizi Kasala-Kitunqu (şm. Kvanzanın əyaləti) mədənlərindən hasil edilir. Perspektiv fosforit yataqlarının ən iriləri Zayri, Kindonakaşi əyalətlərində, həmçinin Kabinda əyalətindədir. Bunlardan başqa, qranit, mərmər, kvars yataqlarının işlənməsi davam etdirilir. Anqolanın enerji ehtiyatları: neft, qaz və hidroenerji sərvətlərinin ehtiyatına görə Afrikanın ən zəngin ölkələrindən biridir (cəmi 65%-i istifadə olunur). Elektrik stansiyalarının müəyyən edilmiş gücü 430 MVt-a bərabərdir. Elektrik enerjisinin yarıdan çoxu (60%-i) SES-lərdə istehsal olunur. Ölkənin elektrik şəbəkəsi 3 böyük: Şimal, Cənub və Mərkəz elektrosistemlərinə bölünmüşdür. Elektrikötürücü xətlərinin 40%-dən azı iş vəziyyətindədir. Çünki yüksəldici yarımstansiyaların çoxu yaxınlarda baş vermiş hərbi fəaliyyət nəticəsində ya dağılmışdır, ya da tam gücü ilə işləmir. Emal sənayesi müəyyən mərkəzlərdə: Luanda (50%-dən çox), Lobitu, Bengela, Uambo, Namibe şəhərləri r-nlarında cəmlənmişdir. Luandada illik gücü 1,6 mln. ton olan neft emalı zavodu işləyir və ölkənin neft məhsullarına daxili tələbatını tam ödəyir. Toxuculuq məhsulları, kibrit, sabun və yuyucu vasitələr, kimyəvi gübrə, dərman, avtomobil şinləri, penoplast, sement istehsal edən müəssisələr fəaliyyətdədir. Qara metallurgiya və metal emalı sahəsində bir sıra kiçik zavodlar, idxal edilmiş detal və qovşaqlardan “Volvo”, “Fiat”, “Folksvagen” avtomobillərinin, Yaponiya motosikl və velosipedlərinin yığılması üzrə bir neçə sex işləyir. Yeyinti sənayesinin əsas istiqaməti un, palma yağı, şəkər, içkilər, balıq konservi, balıq unu və s. istehsalıdır.




#Article 84: Cənubi Afrika Respublikası (2077 words)


Cənubi Afrika(, ) - Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir.CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir.

Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir.

CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur. Bu siyasət uzun və qanlı mübarizəyə gətirib çıxarıb ki, burada aparıcı rolu qara fəallar - Stiv Biko, Desmond Tutu və Nelson Mandela oynayıb. Daha sonra onlara bir çox ağdərililər, eləcə də hind mənşəli Cənubi Afrikalılar qoşuldular. Aparteidin iflasında beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlər də müəyyən rol oynayıb. Nəticədə, siyasi sistemin dəyişməsi nisbətən dinc şəkildə baş verdi: CAR Afrika qitəsində yeganə ölkədir ki, burada bir dəfə də olsun dövlət çevrilişi həyata keçirilməyib.

Yeni CAR-ı bəzən göy qurşağı ölkəsi adlandırırlar, çünki bu ölkədə hər millətdən insana rast gəlmək mümkündür.

Həmçinin, CAR nüvə silahı olan, lakin könüllü olaraq ondan imtina edən ilk dövlətdir.

Cənubi Afrika Respublikasında 11 rəsmi dil qəbul olduğundan, ölkənin 11 rəsmi adı var:

Belə geniş çeşiddə adların olmasına baxmayaraq, bəzi Cənubi Afrikalılar rəsmi adlardan çəkinirlər və ölkəni Azaniya adlandırmağa üstünlük verirlər — bunlar əsasən, Avropa müstəmləkə irsindən uzaqlaşmağa çalışan neqroidlərdir.

Iskamto Creole (oğrular dili) ölkənin şərqində Qautenq vilayətində yerləşən qaradərili şəhər gəncləri arasında geniş yayılmış dildir, rəsmi tanınmır və məktəblərdə tədris edilməsi və danışılması qadağandır.

Cənubi Afrika Respublikasının ərazisi 22°Cənub enliyindən cənubada, tropik və subtropik qurşaqlarda yerləşir. Sahilləri, əsasən, dağlıqdır; az miqdarda əlverişli körfəz və buxtaları var. Sahil xəttinin uzunluğu 2798 km-dir.

CAR 1 221 038 km² sahəsinə malikdir və bu göstərici üzrə dünyada 24-cü yeri tutur. Cənubi Afrikanın ən yüksək nöqtəsi Dragon dağlarında Njesuchi dağıdır.

CAR-da müxtəlif iqlim zonaları, Namib quru çölündən Şərqdə, Mozambik sərhədində və Hind okeanının sahillərində subtropiklərə qədər təmsil olunur. Şərqdə, ərazi sürətlə yüksəlir, Dragonian dağları meydana gəlir və veld adlanan böyük bir daxili yayla hərəkət edir.

Cənubi Afrika Respublikası ərazisinin böyük hissəsi Kembriyəqədər yaşlı Afrika platformasının cənub kənarı hüdudlarındadır; yalnız Kap dağları Hersin qırışıqlığı vilayətinə aiddir. Transvaal massivi, Arxey, Orta və Son Proterozoyun mütəhərrik qurşaqları, Karru və Kalaxari sineklizləri platformanın əsas strukturlarıdır. Massivdə qranit-qneyslərdən, qranulitlərdən, yaşıldaş vulkanik çökmə qatlardan ibarət platforma bünövrəsini Üst Arxey – Orta Proterozoyun platforma çexolu (terrigen və karbonatlı çöküntülər, qızıllı konqlomeratlar, riolitlər, andezitlər, bazaltlar və onların tufları) örtür. Platformanın sonrakı inkişaf mərhələlərində Buşveld lopoliti (qabbrolar, noritlər, peridotitlər, anortozitlər, qranitlər), karbonatitlər, siyenitlər, kimberlitlər və Mezozoyun qələvi qranitləri ilə yarılmış Transvaal sineklizi yaranır

Keys qurşağının qərbində qırışıqlığa məruz qalmış Proterozoy yaşlı terrigen, vulkanik və karbonat süxurlar zolağı izlənilir. Bu rayonda metamorfizmə uğramış çexol (Vend–Kembri) Keys qurşağında peqmatitlərin əmələ gəlməsi və qərbdə qranit intruziyalarının soxulması ilə formalaşmışdır. Fanerozoyun çökmə çexolunu Paleozoy-Mezozoyun terrigen və kömürlü çöküntüləri, Erkən Yura yaşlı bazaltlar (Karru sineklizi və bir sıra qrabenlər, şərqdə Mozambik çökəyi), Kaynozoyun qumları (Kalaxari sineklizi) təşkil edir. Cənubda Ordovik – Alt Karbonun miogeosinklinal çöküntülərindən ibarət Kap qırışıqlıq qurşağı Karru sineklizinə qovuşur. CAR faydalı qazıntı yataqları ilə zəngindir. Uran, manqan, xrom, qurğuşun, sink, qızıl, platin və almazın iri yataqları Buşveld kompleksi və Üst Arxeyin Vitvatersrand sistemi ilə əlaqədardır. Daş kömür, dəmir filizi, nikel, titan, vanadium, mis, gümüş, qalay, volfram, kobalt, beril, litium, sürmə, torium, zirkon, flüorit, barit, apatit, vermikulit, korund, talk, qrafit, mika, asbest və s. yataqları da mövcuddur.

Ölkə ərazisinin çox hissəsini plato və yastıdağlıqlar tutur: şm.-ş.-də şiş zirvəli kristallik silsilələrlə (Soutpansberge, Vaterberq, Vitvatersrand), həmçinin yastızirvəli qalıq massivlərlə müşayiət olunan Veld platoları seriyası, Vaal çayının sağsahilboyunda Kuruman, Langeberq və s. qalıq dağlar ilə Kap platosu, cənubda Yuxarı Karru qıraq platoları, qərbdə Kiçik Namakvalend yastıdağlığı (orta hündürlük 1200 m), Oranj çayından şm.-da 900–1000 m yüksəklikdə quru çay dərələri ilə kəsilmiş Kalaxari düzənlikləri yerləşir. Plato və yastıdağlıqların ş.-də sahilboyu düzənliyə, c.-da Böyük Karru çökəkliyinə düşən dik yamacları – Böyük Çıxıntı ölkə ərazisi relyefinin ən səciyyəvi elementidir. Çıxıntının arxasında Kap dağları yüksəlir. Mühüm landşaft səddi olan Böyük Çıxıntı ölkənin daxili rayonları ilə əlaqəni çətinləşdirir.

İqlimi, əsasən, tropik, 30°Cənub enliyindən cənubda isə subtropikdir. Daxili rayonların iqlimini Hind okeanından gələn rütubətli küləklərin qarşısını kəsən Böyük Çıxıntı formalaşdırır. Sahilboyu ovalıqlarda və Böyük Çıxıntının küləktutan yamaclarında il ərzində 1000–2000 mm, daxili rayonlarda və cənub -qərbdə 150 mm-ədək yağıntı düşür. Yastıdağlıqda yay aylarının orta temperaturu 18–27 °C, qış aylarınkı 7–10 °C-dir. Cənub-qərbdə və Veld platosunda 6 ay müddətində şaxtalar olur; quraqlıq səciyyəvidir. Subtropiklərdə yay aylarının orta temperaturu təqribən 21 °C, qış aylarınkı 13 °C-dən az, yağıntının illik miqdarı 700 mm-dir. Atlantika okeanı sahilində səhra iqlimi hakimdir; temperatur yayda 18–24 °C, qışda 11–15 °C, yağıntı 100 mm-dək olur.

Ölkədə, əsasən, qırmızı, qırmızı-qonur, qara və boz-qəhvəyi torpaqlar yayılmışdır. Qırmızı-qonur torpaqlar səhra-çöl sahələri, qırmızı torpaqlar isə quru çöllər üçün səciyyəvidir. Quru savannaların“qara torf” adlandırılan dəmirli qara torpaqları məhsuldarlığı ilə seçilir. Yüksəkliklərdə çox vaxt qələviləşmiş qırmızı torpaqlara rast gəlinir. Sahilboyu rayonların torpaqları müxtəlifliyi ilə fərqlənir. Cənub-qərb sahilboyu münbit qonur torpaqlar sahəsidir. Yamacların düzgün şumlanmaması, mal-qaranın otarılması torpağın strukturunun pozulmasına və eroziyaya uğramasına səbəb olur. Quru iqlim süni suvarma problemi yaradır. Torpaqların cəmi 15%-i kənd təsərrüfatına yararlıdır.

Ölkənin bitki aləmi zəngin və rəngarəngdir. İki floristik vilayətə (Kap və Paleotropik) aid olan təqribən 15 min bitki növü vardır. Savanna, yarımsəhra və səhra zonalarının bitkiləri üstünlük təşkil edir. Daha rütubətli rayonlarda müxtəlif palmalar, baobablar, podokarpuslar, qiymətli ağac cinsləri və taxıl otları bitir; Aşağı Velddə park-savanna, yaxud savanna-mopane, Buşvelddə akasiya-südləyən savannası yerləşir. Yarımsəhra və səhra zonaları qərb sahilboyu düzənliyi, Yuxarı, Böyük və Kiçik Karrunu və Kalaxarinin ən quraq hissəsini tutur. Şimal-qərb rayonlarında sukkulentlər, yaxud “daş bitkilər” bitir; Namibiya ilə sərhəddə, qumlu torpaqlarda taxıllar üstünlük təşkil edir. Böyük Veldi otlu çöllər (qrasveld) tutur.

Qrasveld ərazisinin 60%-dən çoxu taxıllarla örtülmüşdür, Rütubətli şərq rayonlarında hündür temeda (1m-ədək), quraq rayonlarda alçaq temeda (hünd. 0,5 m-ədək) yayılmışdır; burada həmçinin daşdayan və topalın müxtəlif növləri vardır. Ölkə ərazisinin təqr. 6,7%-ni meşələr tutur. Şərq sahilboyunda tipik savannalar, 30 °C.e.-ndən c.-da kiçik sahələrdə müxtəlif lianalar və epifitlərlə qarışıq fikuslardan, Kap şümşad ağacı, Kap qırmızı ağacı və Kap ebenasından ibarət subtropik və sərtyarpaqlı həmişəyaşıl kolluqlar, meşələr, dağ yamaclarının bəzi yerlərində subtropik musson meşələri yayılmışdır.

Heyvanlar aləmi yırtıcılardan (vəhşi pişiklər, kaftarlar, panterlər, hepardlar, şirlər), çoxsaylı dırnaqlılardan, fillərdən ibarətdir. Bir neçə viver, iriqulaq it, gəmiricilərin bir neçə cinsi, qızılı göstəbəklər, 15 quş cinsi endemikdir. Ölkədə təqribən 40 minədək cücü və 200 növ ilan, təqribən 150 termit növmüxtəlifliyi məlumdur; şimal -şərqdə sese milçəyi və malyariya ağcaqanadlarının yayılma ocaqları var. Heyvanlar aləmi qoruqlarda və milli parklarda yaxşı mühafizə edilmişdir. Krüger, Kalaxari–Gemsbok və s. milli parkları, çoxsaylı qoruqlar, faunistik rezervatlar vardır.

Etnik müxtlifliyə sahib olan Cənubi Afrika Respublikasının tarixi keçmişi ümumilikdə 5 mərhələyə ayılır:

Bu tarixin, xüsusi ilə müstəmləkə və müstəmlədədən sonrakı mərhələləri mədəniyyət fəaliyyətləri, Avropalıların və yerli xalqaların arasındakı şiddətli torpaq anlaşılmazlıqları,təzyiqlər,digər irq və siyasi gərginliklərlə xarakterikdir.

XIX əsrdə almaz və qızıl keşfləri bölgənin sərvətinə dərindən təsir göstərmiş,dünya səhnəsinə çıxartmışdır və sadəcə kənd təsərüfatı əsaslı iqtisadiyyatdan sənayeləşməyə keçid baş vermişdir..Kəşflər,eyni zamanda Cənubi Afrika mədənçilik sənayesi üzərindəki nəzarət əldə etmək üçün əsasən Boer köçkünləri və İngiltərə imperatorluğu arasında açıq müharibəylə nəticələnən yerli münaqişələrə səbəb oldu. Anqlo-Boer və ya Cənubi Afrika müharibəsində Boerlərin məğlubiyyətindən sonra, Cənubi Afrika birliyi 1909-cu il Cənubi Afrika konstitusiyasına əsaslanaraq İngiltərə imperatorluğunun müstəmləkəsi olaraq quruldu. İngilis kolonyaları: Keyp koloinyası, Natal kolonyiası, Transvaal koloniyası və Orang koloniyası Birlik qanunalarının qüvvəyə minməsindən sonra 1934-cü ildə Britaniya İmperatorluğu tərkibində özü-özünü idarə edən bir dövlət oldu.

Bu müstəqillik 1960 referendumunda qərəra alınmış və 31 may 1961 ci il tarixində reallaşmış ölkənin Cənubi Afrika Respublikası adı altında vahid müstəqil bir dövlət kimi formlaşması ilə sona çatdı. Cənubi Afrika siyasəti 1948-1994 cü ildə Afrika miliyyətçiləri tərəfindən idarə edilirdi.İrqi ayrı seçkiliyi və ya rəsmi olaraq “aparteid” olaraq adlandırılan ağ irq qanunu,”ayrılıq”mənasına gələn Afrika sözü olub,1948-ci ildə ortaya çıxdı və Cənubi Afrikanın bir respublika halında biləşməsindən sonra rəsmi bir ayrı seçkilik qanunu halına gəldi.1960 da qüvvəyə minən konstitusiya 27 aprel 1994-cü ildə,silahlı mübarizə və irq ayrı seçkiliyinə qarşı beynəlxalq müxalifətin ardınca, SSRİ-nin əsas olaraq Afrika Milli Konqresinə əsgər və siyasi dəstək təmin etməsiylə,qələbə çaldı.Ölkənin bütün irqlərinin səs verə biləcəyi ilk demoktraik səs vermədən bəri, Afrika Milli Konqresi, Cənubi Afrika Komunist Partiyası və Cənubi Afrika Həmkarlar konnfederasiyası ilə birlikdə ittifaq içərisində Cənubi Afrika siyasətinə hakim oldu.

CAR-ın qanunvericiliyi, bu gün ayrılan üç hüquq ailəsinin elementlərini özündə cəmləşdirib: Romano-Alman, anqlo-sakson və ənənəvi. Ümumiyyətlə, Müasir Cənubi Afrikada Romano-Almaniya hüququ üstünlük təşkil edir, yəni bütün hüquqi qərarlar üzərində qanunun aliliyi, hüququn özəl və ictimai qərarlara aydın şəkildə bölünməsi müşahidə olunur. Ölkədə 1996-cı ildə qəbul olunmuş Konstitusiya var. O, bütün beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını qoruyur və təmin edir. Amma sağ CAR heç də həmişə humanist və tolerant. Uzun müddət orada aparteidadı almış qara əhaliyə qarşı ayrı-seçkilik gücləndi. Aparteidin siyasi əsasının aşağı düşməsi və 1990-cı illərdə uzun sürən qanun yaradıcılığı prosesləri nəticəsində CAR-ın hüquqi sisteminə tamamilə yenidən baxıldı və irqi əlamətə görə hər cür ayrı-seçkilik aradan qaldırıldı. 1994-cü ildə ölkədə Konstitusiya Məhkəməsi yaradılmışdır.

Cənubi Afrika Respublikası cəza hüququnun İngilis nümunəsinə uyğun fəaliyyət göstərdiyi azsaylı ölkələrdən biridir. Məhkəmə sistemi aşağıdakı instansiyalardan ibarətdir:

Ali Apellyasiya Məhkəməsi Cənubi Afrika Respublikasının Cinayət İşləri üzrə əsas məhkəmə instansiyasıdır. Ölkənin məhkəmə paytaxtı olan Blumfonteyn şəhərində yerləşir . Aparteid rejimində qara əhali üçün ayrı-ayrı yerli məhkəmələr mövcud idi. Eyni zamanda, ümumi məhkəmə sistemində hakimlərin böyük əksəriyyəti ağ idi. Siyasi rejimin əleyhdarları üçün xüsusilə amansız cəza tədbirləri nəzərdə tutulmuşdu. Məhkəmə və istintaq olmadan 5 gün müddətinə insanları saxlamağa icazə verildi. Aparteidin düşməsindən sonra bir çox normalar yenidən nəzərdən keçirildi. 1994-cü ildə daxili təhlükəsizlik aktı ləğv edilmiş, 1995-ci ildə ölüm hökmü verilmiş, 1997-ci ildə isə hüquqi cəza almışdır. 90-cı illərdə hüquqi sistemin yenidən nəzərdən keçirilməsi zamanı ölkədə homoseksual nikahlar qanuniləşdirilib ki, bu da onu Afrikada yeganə ölkəyə çevirir.

CAR hal-hazırda unitar dövlətdir. Ölkənin ərazisi 9 əyalətlərə bölünür (İnzibati mərkəzləri ilə):

Bundan başqa, 1951-ci ildən 1994-cü ilə qədər CAR-da bantustanlar - müəyyən millətlərin yaşaması üçün ayrılmış muxtariyyət mövcud idi. Bantustanlardan kənarda qara əhalinin hüquqları əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdı.

Pretoriya rəsmi olaraq Cənubi Afrikanın əsas paytaxtı sayılır, çünki ölkənin hökumət binası orada yerləşir. Hakimiyyətin digər iki qolu digər iki şəhərdə yerləşir: Keyptaunda parlament, Blomfonteyndə Ali Məhkəmə. Onlar da paytaxt hesab olunur. Bu onunla bağlıdır ki, Cənubi Afrika əvvəlcə konfederativ dövlət idi, bununla əlaqədar olaraq, Cənubi Afrika İttifaqının hökumət orqanları onun tərkibinə daxil olmuş dövlətlərin paytaxtlarına bərabər paylanmışdılar.

Aparteidin sonu sülh yolu ilə bitdi – CAR hökuməti hakimiyyəti güzəştə getməyə razılıq verdi. Yeni rəhbərlik isə milli barışıq siyasəti elan etdi. Amma münaqişə illəri ölkəyə hələ uzun müddət baha oturacaq – ölkədə tez-tez qanunsuzluqlar törədilir, sosial əlaqələr pozulub, əhalinin böyük hissəsinin ibtidai təhsili də yoxdur. CAR-ın qarşısında həll edilməli bir sıra problemlər var. Bütün bunlara baxmayaraq, rejimin dəyişməsindən sonra burada üç dəfə ümummilli və bir neçə dəfə yerli seçkiləri keçirilib. Respublikada yavaş-yavaş demokratiya mədəniyyəti möhkəmlənir və xalq, az da olsa, onun gələcəyini müəyyənləşdirən qərarların seçiminə təsir edə bilir.

Afrika qitəsində CAR iqtisadi cəhətcə ən inkişaf etmiş ölkə sayılır. Bu ölkə Afrikanın digər ölkələrini Ümumi Daxili Məhsulun həcminə görə geridə qoyur, iqtisadiyyatın həm maliyyə, həm də sənaye sektoru güclüdür. CAR faydalı qazıntıların aparıcı ixracatçısıdır. Buna baxmayaraq, valyuta gəlirlərinin əsas mənbəyi turizmdəndir. Bir çox afrikalılar əvvəlki kimi yoxsuldur, işsizlik isə yüksək səviyyədə qalmaqdadır.Cənubi Afrikavə İst-Londonda tərəvəz, meyvə, balıq konservləri istehsal olunur), toxuculuq (Yohannesburq, Durban, Keyptaun və s.) müəssisələri fəaliyyət göstərir. Əsas sənaye rayonları ölkənin şərqində və şimal.-şərqindədir.  

Dəmir yollarının uzunluğu 20,2 km-dir (2008). Avtomobil yollarının uzunluğu 364,1 km-dir, 62,995 km-i bərk örtüklüdür (2002). Portları: Durban, Keyptaun, Riçards-Bey, Saldanya, Port- Elizabet, İst-London.

Cənubi Afrika respublikasında artıq çoxdandır ki, torpağın kimə məxsus olması barədə məsələ ölkənin gündəmində durur. Kənd təsərrüfatı torpaqlarının böyük hissəsinə indi əvvəlki kimi ağ irqin nümayəndələri sahibdirlər. İndiyə qədər ağ fermerlərin torpaqları yalnız qarşılıqlı razılıq əsasında pul verilərək azad edilib, amma son zamanlar hakimiyyət nümayəndələri tez-tez torpaqların yenidən müəyyənləşdirilməsinin məcburi yolla tezləşdirilməsi haqqında danışırlar. Hökumət 2014-cü ilə qədər kənd təsərrüfatı sahələrinin qaradərili əhalinin mülkiyyətində olan payını 30 faizə çatdırmaq istəyir.

Kənd təsərrüfatı məhsullarının böyük hissəsi avropalılara məxsus fermer təsərrüfatlarından daxil olur. Ölkə ərazisinin 10,8%-ini becərilən sahələr, 66,7%-ini çəmən və otlaqlar, 6,7%-ini meşələr tutur. Əsas k.t. bitkiləri: qarğıdalı, buğda, şəkər qamışı. Meyvəçilik (şaftalı, ərik, alma və s.) və üzümçülük inkişaf etmişdir. Sitrus meyvələri, həmçinin banan, ananas, tütün becərilir. Heyvandarlıq, xüsusən qoyunçuluq mühüm əhəmiyyət kəsb edir. Qara mal və davar yetişdirilir (Afrikada aparıcı yerlərdən birini tutur); quşçuluq inkişaf etmişdir.

Mineral və kənd təsərrüfatı xam malı, mədənçıxarma sənayesi yarımfabrikatları, kimya və k.t. məhsulları ixrac olunur. Əsas xarici ticarət tərəfdaşları: Çin, Almaniya, ABŞ, Yaponiya, Hindistan.

CAR HİV və QİÇS xəstələrinin sayına görə dünyada ikinci yerdə durur. Ölkədə hər yeddi vətəndaşdan birində QİÇS xəstəliyi qeydə alınıb. İndi milli səhiyyə sistemi pulsuz antiretrovirus preparatları yayılaraq, xəstəliyin sayının azaldılmasına çalışılır.




#Article 85: Çad (505 words)


Çad rəsmi olaraq Çad Respublikası, Mərkəzi Afrikada bir dövlət. Paytaxtı Ncamena şəhəridir. Dənizə çıxışı yoxdur. Qərbdə Niger, Nigeriya və Kamerun, cənubda Mərkəzi Afrika Respublikası, şərqdə Sudan və şimalda Liviya ilə həmsərhəddir.

Çad Mərkəzi Afrikada, Liviyanın cənubunda yerləşir. Böyük hissəsi Saxara səhrasından ibarət olan ölkənin 6 həmsərhəddi var: Kamerun 1,094 km, Mərkəzi Afrika Respublikası 1,197 km, Liviya 1,055 km, Niger 1,175 km, Nigeriya 87 km, Sudan 1,360 km-dir. Çadın ən böyük şəhərləri paytaxt Ncamena, Sarh, Mundu və Abeşedir. Ölkə ərazisində cənubda tropik, şimalda səhra iqlimi hakimdir. Mərkəzdə geniş, quru ovalıqlar, şimalda səhra, şimal-qərbdə dağlar, cənubda düzənliklər yerləşir. Ölkənin ən yüksək zirvəsi dəniz səviyyəsindən 3415 m yüksəklikdə yerləşən Tibesti massivinin Emi-Kusi zirvəsidir. Neft, Uran, Natrium, Kaolin, balıq (Çad gölü) başlıca təbii sərvətlərdəndir. Ölkədə şimalda isti, quru və tozlu küləklərin hökm sürməsi; dövri quraqlıqlar; əkin sahələrinin çəyirtkə hücumlarına məruz qalması; susuzluq təbii fəlakətlərdəndir. Dövrümüzdə Çad da daxil olmaqla bir sıra (xüsusilə Liviya, Əlcəzair, Misir, Sudan) Afrika ölkələrində yeni yeraltı su qaynaqlarının tapılmasına maraq artmışdır.

Çad 22 regiona bölünür.

Əhalinin etnik yayılması: Müsəlmanlar (Ərəb, Toubou, Hadjerai, Fulbe, Kotoko, Kanembou, Baquirmi, Boulala, Zaqhava və Maba); Müsəlman olmayanlar (Sara, Nqambaye, Mbaye, Qoulaye, Moundanq, Moussei, Massa); yerli olmayanlar 150,000 (1,000 Fransız). Ölkədə ən çox əhali (687000 nəfər) yaşayan şəhər paytaxt Ncamenadır.

Din: Müsəlman 55 %, Xristian 35 %, animizm 7 % digər (yerli) inanclar 3 %.

Dillər: Fransızca (rəsmi), Ərəbcə (rəsmi), Sara ve Sanqo (şimalda), həmçinin, 100-dən çox dil və ləhcə istifadə olunmaqdadır.

Çad Afrikada aclığın geniş yayıldığı ölkələrdəndir və dünyanın ən kasıb 5 ölkəsindən biridir. Coğrafi uzaqlığı, quraqlıqlar, infrastruktur sisteminin yoxluğu və siyasi qarışıqlıq quru ilə çevrili olan Çadın iqtisadi inkişafında mənfi faktorlardandır. Ölkədə neft, boksit, uran, qızıl, qalay, tantal, mis və.s təbii sərvətlər var. Əhalinin təxminən 85 %-i əkinçilik və heyvandarlıqla məşğuldur. Ölkədə çoxlu miqdarda darı yetişdirilir. Fıstıq, xurma və düyü mühüm məhsullar arasındadır. Pambıq, ixracatın 80 %-ini, fıstıq isə geri qalan hissəsini təşkil edir.

Hayvandarlıq çöl və steplərdə ən mühüm fəaliyyətdir. Ölkədə təxminən 4 milyon inək, 4 milyon qoyun və keçi, 500 000 eşşək və at, 250 000 dəvə saxlanılır. Göl və çaylardan il ərzində ortalama olaraq 100 000 ton balıq tutulur.

İstehsal sənayesində; dəri, tekstil, şəkər, radio, velosiped və ayaqqabı əsas yer tutur. Çadın ən çox ticarət elədiyi ölkə Fransa və ABŞ-dır. Fransa, Çadın pambığını bazar qiymətindən baha qiymətə alır. Çadın əsas idxal etdiyi mallar motorlu vasitələr, maşınqayırma və neft məhsullarıdır.

Çadda təhsil sistemi oxşar Afrika ölkələri kimi çox zəifdir. Əhalinin müəyyən hissələri uşaqlarını məktəbə göndərsələr də, daha sonra ailənin maddi vəziyyəti, kənd təsərrüfatı işlərində uşaq əməyindən istifadə kimi oxşar səbəblərə görə uşaqlar təhsillərini yarımçıq qoyurlar. Təhsil sistemi Fransanın təhsil sistemin
bənzəyir. Ölkədə kişilərin 43 %-i, qadınların isə 13 %-i oxumağı-yazmağı bacarır.

Rəqsləri - Bahiya, Bayyan, Ndasson, Ndon mbessi (mərasim rəqsləri), Dara (əyləncəli rəqs), Sai, Basaka (bayram rəqsləri), Klyaq (ritual dəfn mərasimi rəqsi), Mdomlanq (ovçular rəqsi) və s.

 

Mənbə: encyclopaedia.biga.ru

Çadda nəqliyyat xidmətləri çox məhduddur. Ölkədə avtomobil yollarının yalnız 1 %-i asfaltlanmışdır. Ölkədə dəmiryolu yoxdur. Böyük təyyarələrin enməsinə uyğun Ncamena hava limanından başqa 40-a qədər kiçik hava limanları vardır. Çad üçün hava nəqliyyatı iqtisadi cəhətdən əhəmiyyətli rol oynayır.




#Article 86: Kot-d'İvuar (548 words)


Kot-d'İvuar ( Ölkə adı  Fil Dişi Sahili  ya da Fil Dişi Sahili Respublikası olaraq da istifadə edilə bilər)(Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını ( şimaldan saat istiqamətində ) Mali, Burkina-Faso, Qana, Liberiya və Qvineyadır. Bundan başqa ölkənin cənubunda Atlantik okeanı yerləşir. Ölkənin paytaxtı Yamusukrodur.

Ölkənin yerləşdiyi bölgələrdə sahib olduğu çox sayda fil səbəbiylə xvı əsrdə Portuqaliyalılar tərəfindən fil dişi əldə edə bilmək və ticarətini reallaşdırmaq adına fil ovlanmış və bir çox fil ovçular tərəfindən öldürülmüşdür. Bu hadisə səbəbi ilə ölkənin adı Fransızca  Fil Dişi Sahili  mənasını verən  Côte d' Ivoire  olaraq müəyən olunmuş, fil dişi uzun illər ölkənin ən əhəmiyyətli ixracat qaynaqlarından birini təşkil etmişdir. Ancaq ölkə adının hər bir dildə fərqli versiyalarda deyilməsi (Fil Dişi Sahili, Elfenbeinküste, Ivory Coast, Costa de Marfil və s.) və beynəlxalq sahələrdə qarışıqlıqlara səbəb olması ilə əlaqədar 1985-ci ildə dövrün dövlət başçısı Feliks Houphouët - Boigny aldığı qərar ilə ölkə adının bundan sonra yalnız Fransız halı ilə istifadə ediləcəyini və digər dillərə də çevrilməyəcəyini ifadə etmişdir.

Ölkənin cəmdə sahib olduğu 3.458 km sərhədin 545 km-i Burkina Faso, 720 km-i Qana, 816 km-i Qvineya, 778 km-i Liberiya və 599 km-i Mali ilə olduğu halda, ölkənin həm də Qvineya Körfəzinin qərbində Atlantik okeanına 515 km-lik sahil çıxışı var.

Ölkənin səth şəkilləri ümumi etibarilə yastı bir görünüşə sahib olmaqla birlikdə ölkənin səthi əksəriyyətlə yayla və düzənliklərdən ibarətdir. Ölkənin yalnız qərb hissələri dəniz səviyyəsindən orta hesabla 1.000 m daha yüksəkdə yerləşir. Ölkənin ən yüksək nöqtəsi Qvineya sərhədinin yaxınlığında yerləşən 1.752 m yüksəkliyə sahib olan Nimba Dağıdır. Ölkənin şimal bölgəsinin bir hissəsi Yuxarı Qvineya Yaylaları olaraq adlandırılan bölgədə yerləşir. Bundan başqa qalan bölgələrdə orta yüksəklik 200 m-dən 350 m arasında dəyişir.

Fil dişi Sahilində son olaraq 2014-ci ildə həyata keçirilən rəsmi əhalinin siyahiyaalınma nəticələrinə görə 22.671.331 əhali müəyyən edilmişdir. Bu son rəsmi siyahiyaalınma nəticəsi olub, 2015 təxmini sayma nəticələrinə görə ölkədə 23.295.302 əhali yaşadığı təxmin edilmişdir.

Fil Dişi Sahili gənc bir əhaliyə sahib olub, 2015 təxmini məlumatlarına görə əhalinin 58,89%-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız 3,34%-i 65 yaş və yuxarıdır.

 0-14 yaş :   37.94% ( kişi 4,456,646 / qadın 4,381,907 ) 15 -24 Yaş :   20.95% ( kişi 2,459,156 / qadın 2,420,284 ) 25 -54 Yaş :   33.53% ( kişi 3,997,615 / qadın 3,812,563 ) 55 -64 Yaş :   4.25% ( kişi 495,177 / qadın 493,854 ) 65 Yaş və üzəri :   3.34% ( kişi 375,276 / qadın 402,824 )

Ölkənin tək rəsmi dili Fransızcadır. Bu dilidən başqa ölkə daxilində 77 fərqli dil danışılmaqdadır. Bu dillər arasında baule və diula ən geniş istifadə edilən dillərdir. Bundan başqa yerli etnik əsaslı Senufoca, Yacoubaca, Anyice, Attiece, Kulangoca, Tagwanaca və Lobice kimi fərqli dillərdən də istifadə edilir. Rəsmi dilidən başqa açıq ara danışıq dili Dioulacadır. Ölkə əhalisinin 61%-i bu dili bilir və danışır. Xüsusilə ölkənin şimal hissəsində geniş yayılan dil, eyni zamanda ticarət dili olaraq da istifadə edilir. Ancaq ölkənin Fransa koloniyası olmasından sonra ölkədə rəsmi olaraq istifadə dil Fransızcadır.

Ölkə daxilində İslam ən geniş yayılmış din mövqeyində olub, əhalinin 40,2%-i bu dinə inanır. Ölkənin ən geniş yayılmış ikinci din isə 38,7% ilə Xristianlıq dinidir. Bunun içərisində katolik məzhəbinə mənsub xristianların nisbəti 19.3%, protestant məzhəbinə mənsubları 19,3% səviyyəsindədir. Bu iki dindən başqa 2011-2012 məlumatlarına görə yerli Afrika dinlərinə inananlarıdan başqa hər hansı bir dinə mənsub olmadığını bəyan edən kiçik bir qrupda mövcuddur.




#Article 87: Kamerun (642 words)


Kamerun (, ), rəsmi olaraq Kamerun Respublikası (, ) — Mərkəzi Afrikanın qərbində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Nigeriya, Çad, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Qabon, Ekvatorial Qvineya və 402  km-lik sahil xətti ilə Atlantik okeanı təşkil edir. Ölkənin paytaxtı Yaundedir.

Kamerun sahib olduğu 475.442  km²-lik sahəsi ilə qitədə orta ölçülü ölkələrdən biridir. Ölkənin  sahib olduğu ümumi 4.591  km-lik quru sərhədindən 797  km-i Mərkəzi Afrika Respublikası, 1.094  km-i Çad, 523  km-i Konqo Respublikası, 189  km-i Ekvatorial Qvineya, 298  km-i Qabon, 1.690  km-i Nigeriya ilə olduğu halda, ölkənin Atlantik Okeanına da 402  km-lik sahil xətti var.
Ölkənin daxili hissələrində geniş yayılmış alçaq yaylalar ölkənin şimalına doğru irəlilədikcə Adamaua platosu və Mandara sıradağlarının təsiriylə yüksəlməkdədir. Bu yüksəkliklər ən uc şimalda Kamerunun da kiçik bir hissəsinə sahib olduğu Çad gölünün yerləşməsi səbəbi ilə alçalır. Ölkənin qərb və şimal-qərb hissələrində Kamerun xətti olaraq adlandırılan fay xəttinin də yerləşdiyi bölgə üzərində vulkanik sıradağlar yerləşir. Xüsusilə sahil hissəsində aktiv olan vulkanik dağların yerləşdiyi qərb Afrikanın ən yüksək dağı sayılan 4.095 m hündürlüyü ilə Kamerun Dağıda bu bölgədə yerləşir. Yüksəklikləri 3.011 m qədər çatan Oku vulkanik dağlıq sahələri içərisində isə Nyos gölü və Manoun gölü yerləşir. Ölkənin digər əhəmiyyətli yükseltileri arasında Bakossi, Manengouba və Kupe kimi müqəddəs olaraq da qəbul edilən dağlar yerləşdir. Bakossi və Manengouba dağları isə endemik bitki və heyvan növlərinin olduğu ancaq təbiətinin məhv olmaq qorxusu altında olan bölgələrdəndir. Ölkənin cənub hissəsində yerləş yaylalar da isə tropik yağış meşələri yerləşir ki, bu sahələr sahilə  yaxınlaşdıqca yerini geniş düzənliklərə verir.

Kamerunda son olaraq 2005-ci ildə həyata keçirilən rəsmi sayma nəticələrinə görə 17,463,836 nəfər əhali olduğu müəyyən edilmişdir. 2005-ci ildən sonra bir daha rəsmi siyahiya alma aparılmayıb, 2014-cü ilin təxmini sayma nəticələrinə görə 23,130,708 nəfər əhali oluduğu müəyyən edilmişdir. Ölkə içərisindəki əhali sıxlığı 35,7 adam/km² səviyyəsindədir. Ölkə əhalisinin böyük bir hissəsi şimal və qərbdəki yaşıl çəmənliklərin hakim olduğu bölgələrdə, liman şəhəri Douala və sahil hissəsi ilə birlikdə paytaxt Yaoundedə yaşamaqdadır. Ölkənin orta və cənub-şərq hissələrində isə əhali sıxlığı aşağı səviyyədədir.

Kamerun gənc bir əhaliyə sahib olub, 2013-cü ilin təxmini məlumatlarına görə 62,5%-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız 3,5%-i 65 yaş və yuxarıdır.

Şəhərdə yaşayanların nisbəti 2011-ci ilin məlumatlarına görə 52,1% olan ölkədə, əhalinin illik artım nisbəti 2014-cü ilin təxmini məlumatlarına görə 2,6% səviyyəsindədir.

Rəsmi dil fransız və ingilis dilləridir.

Əhalinin əksəriyyəti Xristiandır. Onlardan 40%-i katolik, 30% isə protestant məzhəbindəndirlər. Müsəlmanlar əhalinin 18%-ni təşkil edir və əsasən şimalda, xristianlar isə qərb və cənub əyalətlərdə yaşayırlar. 6% heç bir dinə sitayiş etmir. Qalan 6% isə yerli sahəvi dindən olan insanlardır.

Konstitusiyaya edilmiş 2008-ci il düzəlişinə  əsasən Kamerun Respublikasının Prezidenti birbaşa seçkilərlə sadə səs çoxluğu sistemi üzrə, qeyri-məhdud sayda 7 il müddətinə seçilir. Dövlət başçısı statusuna malik olan və ölkədə çox geniş səlahiyyətlərə malik olan Prezident, eyni zamanda Silahlı Qüvvələrin ali baş komandanıdır. Kamerun Prezidenti, Baş nazir də daxil olmaqla bütün səviyyələrdə dövlətin vəzifəli şəxslərini, məhkəmə korpusunun bütün hakimlərini, əyalət qubernatorlarını təyin edir, ölkəni daxildə va xaricdə təmsil edir, habelə Kamerun Respublikasının adından apardığı ikitərəfli və çoxtərəfli danışıqlar müstəvisində beynəlxalq saziş və müqavilələri imzalayır. 6 noyabr 1982-ci ildə etibarən ölkə Prezidenti Paul Biyadır .

Birpalatalı, 180 yerlik Milli Məclisdir. Parlamentə nümayəndələr proporsional nümayəndəlik sistemi üzrə 49 seçki dairəsindən 5 illik müddətə seçilirlər.Milli Məclis deputatların böyük səs çoxluğu ilə qanunları qabul edir, illik dövlət büdcəsini müzakirə və təsdiq edir, beynalxalq müqavilələri ratifikasiya edir, bəzi təyinatları va istisnasız olaraq ali qanunvericilik hakimiyyətinin digər funksiyalarını həyata keçirir. 

Hökumətə (Nazirlər Kabineti) Prezidentin təyin etdiyi Baş nazir rəhbərlik edir. Ölkənin daxili və xarici siyasət kursunu müəyyənləşdirən Nazirlər Kabineti öz fəaliyyətini tam olaraq dövlət başçısının iradəsinə uyğun şəkildə həyata keçirir. Kamerun Xal Demokratik Hərakat Partiyasının təmsilçisi Filemon Yanq 30 iyun 2009-cu ildən etibarən Kamerunun 12-ci Baş naziridir. Məhkəmə hakimiyyəti: Ədliyyə Nazirliyinin tabeliyindədir. Üzvləri Kamerun Parlamenti tərəfindən seçilən 9 hakimdən ibarət Ali Məhkəmə yalnız Prezidentin razılığı ilə qanunların Konstitusiyaya uyğunluğunu araşdırıb müəyyən edə bilər. Ali Məhkəmə ilə yanaşı ölkədə digər ixtisaslaşmış və yerli məhkəmələr də  fəaliyyət göstərir.




#Article 88: Konqo Respublikası (616 words)


Konqo Respublikası — Qərbi Afrikada dövlət. Konqo - Brazzaville olaraq da adlandırılan və 1969 - 1991-ci illərdə Konqo Xalq Respublikası olaraq mövcudluğunu qoruyan ölkənin sərhəd qonşuları (şimaldan saat istiqamətində) Kamerun, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Anqola ərazisi olan ancaq ölkənin əsas hissəsindən ayrı olan Cabinda bölgəsi, Qabon və Atlantik okeanıdır. Paytaxtı Brazzavil şəhəridir.

Konqo hövzəsinin ən şimal-qərb bölgəsində yerləşən ölkədə Konqo çayı və Ubangi çayı ölkənin şərq və cənub-şərq bölgələrində sərhəd təşkil edir. Paytaxt Brazzaville, Konqo çayının bir göl kimi genişlənməsi Malebo Hovuzu üzərində yerləşir, çayın digər sahilində isə qonşu ölkə Demokratik Konqo Respublikasının paytaxtı Kinşasa yerləşir. Bu vəziyyətləri ilə Brazzaville və Kinşasa dünya bir-birinə ən yaxın paytaxtlar statusu daşıyır.

Ekvator üzərində qitənin orta qərb hissəsində yerləşən ölkə bitki örtüyü və çöl həyatı baxımından zəngin müxtəlifliyə və təbii sahələrə malikdir. Ölkənin cəmi sahib olduğu 5.504  km-lik quru sərhəddən 201  km-i Anqola (Cabinda bölgəsi), 523  km-i Kamerun, 467  km-i Mərkəzi Afrika Respublikası, 2.410  km-i Demokratik Konqo Respublikası, 1.903  km-i Gabon ilə olduğu halda, ölkənin  Atlantik Okeanına da 169  km-lik çıxışı var.

Kongoluların 98% -i özünü Bantu etnik qrupuna mənsub oluqlarını bildirlər. Əhalinin 40%-i Bantu qrupunun bir qolu olan Baskongo və Vil Konqo etnik qruplarına mənsub olub, 25%-i Bateke, 12%-i Mbosçi , 11%-i Quyu və 6%-i Bavili etnik qrupuna daxildir. Ölkənin şimal-şərqindəki meşəlik və bataqlıq sahələrində yaşayan pigme isə əhalinin yalnız 1%-ini təşkil edir. Ölkədə az sayda Avropalı da yaşayır.

Konqo Respublikasında Fransanın müstəmləkəsi olması səbəbi ilə müstəqillikdən sonra müstəmləkə dövlətinin  miras  olaraq buraxdığı Fransız dili ölkənin rəsmi dili olmuşdur. Fransız xaricində Konqo Respublikası konstitusiyasında Lingala və Kituba dilləri ölkə içərisində milli ünsiyyət dilləri olaraq ifadə edilmişdir. Lingala dili ölkənin şimal bölgələrində yaşayana əhalinin yarısı tərəfindən danışılan bir dildir, Kituba dili isə ölkənin cənub bölgələrində yaşayan əhalinin böyük bir əksəriyyəti tərəfindən danışılır. Bu dillər xaricində kiçik xalq birlikləri tərəfindən danışılan ənənəvi KiKongo, Mbosi, Koyo və Teke dilləri mövcuddur.

Ölkə daxilində əhalinin 50% -i Xristian dininə mənsubdur. Fransa müstəmləkəsi olduğu dövrlərdə həyata keçirilən sıx missionerlik fəaliyyətləri nəticəsində yerli dinlərdən Xristian dininə keçən Kongoluların bir çoxu da katolik məzhəbinə bağlı olaraq dinini yaşamaqdadır. Ölkə əhalisinin xristian dininə mənsub icmaların 40% -i katolik məzhəbinə , 10% -i protestant , 2% -i isə XIX əsrdə Almaniyada meydana çıxan xristianlığın bir forması olan Yeni Apostol kilsəsinə mənsubdur. İslam Konqo Respublikasında geniş yayılmayıb, ölkə əhalisinin yalnız 2% -i islami dəyərlərə uyğun həyatını yaşayırlar. Ölkə əhalisinin 48% -lik hissəsi isə Animizm və digər Afrika yerli dinlərinə inanır.

Ölkə ərazisində olan zəngin yeraltı mədənləri və neft yataqları olmasına baxmayaraq, ölkə daxilində yüksək işsizlik nisbəti yaşanır, idarəetmə, inzibati və nəqliyyat şəbəkəsi sahələrində böyük nöqsanlar müşahidə edilməkdədir. Bu cür zənginliklərə baxmayaraq ölkənin xarici borcu yüksək səviyyədə olub, bir çox qida maddəsi ölkə xaricindən idxal edilir.

Kənd təsərrüfatı fəaliyyəti yox deyiləcək qədər az olan ölkədə, əkilən bir çox məhsul şəxsi istehlak üçündür. Şəxsi istehlak üçün ümumiyyətlə manyok, yam, qarğıdalı, fındıq və plantains əkilir. Ölkədə neftdən başqa qəhvə, kakao və şəkər qamışı kimi kənd təsərrüfatı məhsulları da da az da olsa ixrac edə bilmək üçün becərilir.

Bir çox yeraltı sərvətlərə sahib olan ölkədə yüksək miqdarda kalium, dəmir və mis yataqları, qızıl, fosfat, maqnezium və boksit var. Ölkənin ixrac və idxal məlumatları bu şəkildədir:

 İxracat : 
$ 12.14 milyard ( 2012 təxmini )

 İxrac məhsulları : 
Neft , qəhvə , kakao , şəkər qamışı

 İxracat edilən ölkələr : 
Çin Xalq Respublikası 38.9% , Amerika Birləşmiş Ştatları 12.9% , Fransa 9.5% , Avstraliya 8.8% , Hollandiya 6.8% , İspaniya 5.3% , Hindistan 5.3% (2012)

 İdxalat : 
$ 5.835 milyard ( 2012 təxmini )

 İdxalat məhsulları : 
Sənaye avadanlıqları, tikinti materialları, qida maddələri

 İdxal edilən ölkələr : 
Fransa 19.2% , Çin Xalq Respublikası 13.3% , Braziliya 9.0% , Amerika Birləşmiş Ştatları 6.1% , Hindistan 5.7% , İtaliya 4.8% , Belçika 4.3% (2012)




#Article 89: Konqo Demokratik Respublikası (773 words)


Konqo Demokratik Respublikası (), 1971—1997-ci illərdə — Zair, 1960-1964-cü illərdə Konqo Respublikası —  mərkəzi Afrikada dövlət. Paytaxtı Kinşasa şəhəridir.

Kongo Demokratik  Respublikasi  bu gün varlığını davam etdirdiyi torpaqların ilk yerlilərini indiki vaxtda yalnız çox kiçik bir sahədə həyatlarını davam etdirən Pigmey qəbilələri meydana gətirməkdə idi. Əsrlər boyunca burada yaşayan Bantu xalqları zaman içərisində əkinçilikdən, ovçuluğa qədər bir çox sahədə vacib olan birliklər yaradaraq həmin dövrdə  bölgədə bir çox dövlət quruluşunu meydana gətirmişlər. Bu dövlətlər içərisində xüsusilə XIV əsrdə qurulan və Afrikada bu günə qədər qurulan ən güclü dövlət strukturlarında birini meydana gətirən Konqo Krallığı olmuşdur.

XV əsrdə bölgəyə ilk gələn avropalılar olan portuqallar, Konqo çayının Atlas Okeanına töküldüyü yerdə yeni kəşflər etmiş, 1491-ci ildə isə ilk dəfə Konqo Krallığı ilə diplomatik əlaqə qurmuşlar. Bu dövrdə həyata keçirilən və inkişaf etdirilən diplomatik əlaqələr Konqo kralının dinini Xristian katoliki olaraq dəyişdirməsi ilə nəticələnmişdi. Amerikadakı koloniyalara qul göndərən ölkələrdən biri olan  Konqo Krallığı bu səbəblə yaşayış səviyyəsini yüksəldərək  Afrika sahillərində yeni liman şəhərləri qurmuşlar.

XVI əsrdə padşahlıqda başlayan çöküş, 17-сi əsrdə xüsusilə Portuqaliya hakimiyyətinin bölgədə itməsi ilə birlikdə zirvəyə çatmış, kölə tacirlərinin və Portuqaliyadan sonra  bölgəyə hakim olmağa çalışan Hollandiya və Böyük Britaniyanın  ölkəni istismar etmək cəhdləri nəticəsində dövlət tamamilə ortadan qaldırılmışdır. XVIII əsrin əvvəllərində  Konqo bölgəsində  bir çox ölkə də eyni şəkildə ortadan qaldırılmış, 1866-ci ildə isə son portuqaliyalılar bölgədən ayrılmışdır. [5]

Böyük Britaniya tərəfindən bu təklifin rədd olunmasını fürsət bilən Belçika Kralı II Leopold uzun bir müddətdir koloniya imperatorluğu qurma xəyallarını reallaşdırma arzusunda idi. O, 1885-ci ildə Konqo bölgəsinin gələcəyi ilə əlaqədar olaraq həyata keçirilən Berlin Konfransında Konqonun özünə xüsusi mülkü olaraq istifadəsinə verilməsinə təsdiq alaraq  tarixində ilk və tək olacaq şəkildə beynəlxalq hüquqa zidd bir şəkildə bir bölgənin bir şəxsin xüsusi mülkü olaraq elan edilməsini təmin etmişdir. Koloniya tarixində koloniyalaşdırılan bütün bölgələr bir ölkə tərəfindən idarə edilsə də Konqo bölgəsi yaşayan bütün insanları ilə birlikdə bir şəxsin xüsusi idarəsinə buraxılmış, bölgənin əhalisi iqtisadi mənfəət naminə, xüsusilə kauçuk əldə edilməsində zülmkar üsullarla işlədilmiş,  uyğun hərəkət etməyənləri isə ağır cəzalara məhkum edilərək öldürülmüşdür. Yaşanan bu hadisələr bütün dünyada xaosa  səbəb olmuş, II.Léopolda gələn  reaksiyalar nəticəsində 1908-ci ildə Konqonun idarəsini 'normal' koloniya olaraq Belçika dövlətinə buraxmaq məcburiyyətində qalmışdır.

Hər nə qədər bölgənin idarəsi bir ölkənin rəhbərliyinə buraxılmış olsa da, yerli əhalinin yaşadığı çətinliklər  böyük nisbətdə bir yaxşılaşma reallaşmamış, bölgə talanmağa davam edilmiş, Konqolular avtoritar koloniya sahibi Belçika dövləti tərəfindən mərhəmətsiz üsullar ilə istifadə edilməyə davam edilmişdir. Konqo dünya səviyyəsində inkişaf edən koloniyaların müstəqillik tələblərinə uyğun hərəkət edərək müstəqillik mübarizəsini gücləndirmiş və ölkənin gələcəyinin Konqolular tərəfindən təyin edilməsi lazım olduğu ifadə edilmişdir. Paytaxt Léopoldvillada reallaşdırılan ilk qarşıdurmalar və digər dövlətlərin təzyiqləri nəticəsində Belçika 1959-ci ildə ani bir şəkildə bölgədən çəkilərək bölgədə kompleks bir quruluşu geridə buraxmışdır.

Afrika qitəsinin ikinci ən böyük sahəsinə sahib olan  Konqo Demokratik Respublikası sahib olduğu 2,344,458 km²-lik sahə ilə bir zamanlar müstəmləkəsi mövqeyində olduğu Belçikadan  77 qat dəfə daha böyükdür. Ekvator xətti üzərində, qitənin mərkəz hissəsində yerləşən ölkə bitki örtüyü və çöl həyat baxımından zəngin müxtəlifliyə və təbii sahələrə malikdir. Ölkənin  malik olduğu 10.730 km-lik quru sərhədindən 2.511 km-i  Angola, 233 km-i Burundi, 1.577 km-i Mərkəzi Afrika Respublikası, 2.410 km-i Konqo Respublikası, 217 km-si Ruanda, 628 km-i Cənubi Sudan, 459 km-i Tanzaniya, 765 km-i Uqanda, 1.930 km-i Zambiya ilədir. Ölkənin həmçinin Atlantik okeanında 40 km-lik sahil xətti də var.

Konqo torpaqlarının  60%-ni Konqo çayı hövzəsinin tropik meşələri əhatə edir. Ölkənin ən yüksək zirvəsi 5.109 m hündürlüyü ilə Ruenzori Sıra Dağlarındakı Stanli dağının uc nöqtəsi olan və Marqarita zirvəsi olaraq adlandırılan zirvədir. Ölkənin ən böyük və ən uzun çayı olan Konqo çayı 4374 km-lik uzunluğa malikdir və  Atlantik Okeanına tökülmədən əvvəl Angola və Konqo Respublikası ilə sərhəd xəttini meydana gətirir. Konqo çay, Afrika qitəsində Nil çayından sonra ən uzun ikinci çayı  olub, hər il 39.160 m³ / s  daşıdığı su baxımından Afrikanın ən , dünyanın isə ikinci ən bolsulu  çayıdır. Konqo çayı ölkənin cənub hissəsində Mitumba Dağlarından qidalanaraq şimal istiqamətində 1.000 km axmaqda olub, burada da daxili delta meydana gətirərək qərb-cənub-qərb istiqamətində dönüş edir. Bu dönüş nəticəsində çay Konqo Demokratik Respublikası ilə Konqo Respublikası arasındakı sərhədi da meydana gətirərək irəliləməkdə və son olaraq Atlantik Okeanına tökülməkdədir. Konqo çayı ilə birləşərək yoluna davam edən bir çox çay var. Bu çaylar içərisində illik 9.873 m³/s su daşıma tutumuna sahib olan Angolanın  Kassa çayı ən böyüyüdür. Ölkənin şimal hissəsində axan və böyük hissəsi Orta Afrika Respublikası və Konqo Respublikası ilə sərhədi meydana gətirən digər çay isə Ubanqi çayıdır. Ölkənin sahib olduğu 40 km-lik  sahil xətti çox əhəmiyyətlidir və  bu sahil xətti ilə Atlantik Okeanında zəngin neft yataqlarına sahibdir. Ölkənin şərqində  Turkana gölü, Edvard gölü, Kivu gölü və Tanqanika gölü kimi əhəmiyyətli göllər yerləşir.

Konqo əhalisi son siyahıya almada 68 milyon nəfərdən çox olmuşdur.

Fransız dilidir.

Konqo frankıdır.




#Article 90: Liberiya (415 words)


Liberiya — Qərbi Afrikada dövlət.
Liberiya, rəsmi olaraq Liberiya Respublikası; Qərbi Afrika sahillərində yerləşir, şimal-qərbdən Sierra Leone, şimaldan Qvineya, Şərqdən Kot-d’İvuarla həmsərhətdir. Mənası azadların toprağı deməkdir. Liberiya əvvəllər qul kimi Afrikadan aparılmış Amerikalıların nəsilləri tərəfindən qurulmuşdur.Ən böyük vəpaytaxt şəhəri Monroviyadır.Rəsmi dili ingilis dilidir.

Olduqca mürəkkəb səthi əraziyə malik olan Liberyanın təxminən 560 km olan qumlu və alçaq sahil xətti boyunca kiçik göllər, bataqlıqlar və bəzən qayalıqlar uzanır. Genişliyi 23–40 km arasında dəyişən sahil zolağında  yüngül kələ-kötür təpələr birdən-birə yüksələrək yeri dar bir meşə qurşağına buraxır. Orta hündürlüyü 180–300 m olan bu qurşağı meşə örtüyünün seyrekleştiği bir plato əvəz edir. Vadilərlə yarılmış bu platonun yüksəkliyi 450–650 m arasında dəyişir. Vadilərlə yarılmış bu platonun yüksəkliyi 450–650 m arasında dəyişir. Liberyanın şimal bölgəsi dağlıqdır. 1350 metrə qədər yüksələn təpələr var. Bu bölgənin ən yüksək nöqtəsi olan Nimba Dağları, Qvineya sərhədində olan Guest House (Qonaq Evi) Təpəsində 1.381 m-ə çatır.

Dağlıq bölgədən başlayan Mano və Moro çayları cənub-qərb istiqamətində axaraq Atlantik okeanına tökülür. Fil Dişi Sahili sərhədini təşkil edən Cavalla çayının bir hissəsi nəqliyyata əlverişlidir. O biri əhəmiyyətli axar sular Lofa, St.Paul, St.John və Cestosdur. St. Paul çayı üzərində, paytaxtın 27  km şimal-şərqindəki şəlalələrdə qurulan anbar əhəmiyyətli bir hidroenerji qaynağıdır.

Ölkə torpaqlarının yeraltı sərvətlərini təşkil edən qranit, şist və sumaq daşı tərkibli qayalıq laylar var. Sahil boyunca qum yataqları uzanır.

İqlim xüsusilə sahildə il ərzində isti və nəmlidir. Yağış mövsümü maydan oktyabra, quraq mövsüm isə noyabrda aprelə qədər uzanır. Dekabr ayında səhradan sahilə doğru əsən və zərərli tozlu və quru çöl küləkləri da iqlimi təsir edir. İllik ortalama istilik 18 °C ilə 29 °C arasındadır. Qışda orta istilik 24 °C, yayda isə 33 °C-dir. Sahil xəttində 5.080 mm-ə çatan illik yağıntı miqdarı, daxili hissələrə doğru azalarak 1.780 mm-ə qədər enir.

Afrikanın müstəmləkə idarəçiliyi görməmiş tək ölkəsi ve qitənin ən qədim respublikasıdır. Liberiya yaxın vaxtlarda iki vətəndaş müharibəsi görüb: Liberiya vətəndaş müharibəsi (1989–1996) ve İkinci Liberiya vətəndaş müharibəsi (1999–2003). İkinci vətəndaş müharibəsi yüzminlərlə insanın köçməsinə və iqtisadiyyatinin çökməsinə səbəb olmuşdur.

Liberiya hökuməti Amerika Birləşmiş Ştatları hökumət sistemini əsas tutaraq qurulmuş unitar konstitusiyalı bir respublikadır və demokratiya ilə idarə olunur. Hakimiyyət bölgüsü prinsipi var. Qanunvericilik prezident başçılığında, icra Liberiya Məclisi və məhkəmə Ali məhkəmə tərəfindən həyata keçirilir.

Prezident dövlət başçısı və eyni zamanda başkomandandır.

Liberiyada böyük həçmdə əkinçilik və dəmir filizi ixracatına əsaslanan, inkişaf yolunda olan bazar iqtisadiyyatı qüvvədədir. Yaxın dövrdə açıq qapı siyasətinin və xarici sərmayəyə yaradılan rahat şəraitin təsiri ilə yüksək iqtisadi artım sürəti, 1980-ci illərin əvvəllərində artan idxal neft xərcinin və dünya səviyyəsindəki durğunluğu təsiri ilə nisbətən zəifləmişdir.




#Article 91: Mali (215 words)


Mali — rəsmi şəkildə Mali Respublikası. Qərbi Afrikada dövlət, dənizə çıxışı yoxdur. Qərbdə Seneqal, şimalda Mavritaniya və Əlcəzair, şərqdə Niger, cənub-qərbdə Burkina-Faso, cənubda Kot-d'İvuar və Qvineya ilə həmsərhəddir.

Müasir Mali dövlətinin ərazisi bir neçə min il əvvəl zənci irqinə mənsub xalqlar tərəfindən məskunlaşdırılmışdır. Onlar ovçuluq, balıqçılıq, heyvandarlıqla məşğul olurdular. E.ə. III minillikdə hazırda səhra və yarımsəhraya çevrilmiş ərazilərdə yaşayan əhali əkinçiliklə məşğul olmağa başlamışlar. Mali mədəniyyətinə aid ən qədim abidələr neolit dövrünə aiddir. 
III əsrdən sonrakı dövrlərdə müasir Mali ərazisində bir-birini əvəz edən 3 imperiya mövcud olmuşdur: Qana İmperatorluğu (III-XI əsrlərdə), Mali İmperatorluğu (XIII-XV əsrlərdə), Sonqay (dövlət) (XV-XVI əsrlərdə)
 

Mali gənc əhaliyə sahibdir və 2017-ci ilə aid məlumatlara görə 67,01 % əhali 0-24 yaş aralığındadır. Ölkənin yalnız 3.03 %-i 65 yaş və daha böyükdür.

Dünyanın çiy kərpicdən tikilmiş ən böyük məscidi Malidə yerləşir. Tikintisi 1907-ci ildə başa çatan Cənnə məscidi dünyanın çiy kərpicdən tikilən ən böyük məscididir. Malidə Bani çayının sahilində yerləşən məscid memarlıq abidəsi kimi, Sahel-Sudenez memarlığının ən böyük müvəffəqiyyətindən biri sayılır. Məscid Cənnə şəhərinin, ümumilikdə isə ölkənin rəmzi kimi inşa edilib. Ümumiyyətlə, bu bölgədə ilk məscid XIII əsrdə inşa edilib. Məscid mali xalqı üçün böyük əhəmiyyət daşımaqla yanaşı, Afrikanın dəyərli simvolu sayılır. Hər il yağış mövsümündən sonra 4 min könüllü çox böyük bir hissəsi suyun təsiri ilə dağılan Cənnə məscidini yenidən inşa edir.




#Article 92: Qana (307 words)


Qana, rəsmi adı Qana Respublikası — Qərbi Afrikada  dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur.

Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir.  Paytaxtı Akkra şəhəridir.

Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, şəltik əkin sahələri də üstünlük təşkil edir. Ən isti aylarda (mart) orta temperatur 27°S, ən soyuq ayda (avqust) 23°S.-dir.

Qana Respublikası qızıl, almaz, dəmir filizi, manqan, xromit və neft-qaz. meşə materialları, balıq, hidpoenerji resursları ilə zəngindir. Ölkənin əsas ixrac məhsulları qızıl, almaz, alüminium, boksit, marqan filizi, kakao, meşə materialları və balıq məhsullarıdır.

Əhalinin illik artım 1,9% , orta illik ömür: kişilərdə 59 yaş, qadınlarda 62 yaş təşkil edir.

Qana əhalisinin 72%-i Qvineya dil yarımqrupuna daxildir. Əhalinin etnik tərkibinin 43%-ni akan, 15,2%-ni mole-daqbon, 11,7%-ni eve, 7,3%-ni adanqme, 4%-ni quan, 3,6%-ni qurma, 2,6%-ni qrusi və s. xalqlar və etnik qruplar təşkil edir (2000-ci il siyahıyaalınmasına əsasən). Akan etnosları Qvineya dil yarımqrupunun 65%-ni, bütün ölkə etnik qruplarının isə 43%-ni təşkil edir. Akan etnosuna çvi (tvi), fanti (meşə zonasında), akvapim (dəniz sahilində), aşanti, dençira, baule və s. xalqlar daxildir. Akanların dili dörd ədəbi dil formalarına bölünür: çvi (tvi), fanti, Akvapim və akim.

Qana gənc əhaliyə sahib olub, 2016-cı ilin təxmini məlumatlarına görə əhalinin 56,86 %-i 0-24 yaş aralığındadır. Qana əhalisi digər Afrika ölkələrindən fərqli olaraq orta hədd səviyyəsinə görə daha çox yəni 4,19 %-ni 65 yaş və yuxarı yaş həddinə sahib olan əhali təşkil edir.

Qananın ilk baş naziri və ilk prezidenti Kvame Nkruma idi.




#Article 93: Mozambik (1260 words)


Mozambik — Afrikada dövlət.

Bir çox qaynaqda Mozambik (Moçambique-okunuşu: musambiki) adının bir Ərəb sultanı olan Muça Alebique (Musa Alibiki)dan gəldiyi ayrıca tədavüldəki pul vahidi olan metikal adının da bir ağırlıq formas(n)ı olan مطقال miṭqāl'den gəldiyi söylənilməkdədir.

Mövqe: cənub-Şərq Afrikada Hind okeanının qərbində, Tanzaniyanın şimalında, Malavi və Zambiyanın şimal batısında,Zimbabvenin şərqində, Swaziland və Cənubi Afrikanın şimal şərqindədir.

Coğrafi mövqes(n)i: 18-15 Cənub dərəcəsi, 35 00 Şərq meridianı

Xəritədəki mövqes(n)i: Afrika

Sahə: 801,590 km²

Sərhədləri: cəmi: 4,571 km

Sərhəd qonşuları: Malavi 1,569 km, Cənub Afrika 491 km, Svaziland 105 km, Tanzaniya 756 km, Zambiya 419 km, Zimbabve 1,231 km

Sahil şeridi: 2,470 km

İqlimi: tropikdən subtropikale keçiş iqlimi.

Ərazi quruluşu: Sahil düzənlikləri, mərkəzdə yüksək ərazilər, şimal-qərbdə yüksək platolar, qərbdə dağlar iştirak edər.

Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Hind Okeanı 0 m ən yüksək nöqtəsi: Monte Binga 2,436 m

Təbii qaynaqları: Kömür, titanyum, təbii qaz, hidro enerji, tantal, grafit, gümüş, boksit.

Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar: %4 daimi əkinlər: %0 otlaqlar: %56 meşəlik ərazi: %18 digər: %22 (1993 məlumatları)

Sulanan ərazi: 1,200 km² (2000 məlumatları)

Təbii fəlakətlər: Quraqlıqlar, su basqınları, yox edici siklonlar

Ölkənin əhəmiyyətli şəhərləri; Beira, Quelimane, Nampula, Xaixai, Chimoi, Inhanbane, Pemba və Tetedir. Hind Okeanı boyunca uzun və incə uzanan ölkənin sahil uzunluğu 2515 kmdir. Bu sahilləri limanların yanında turistik sahillərə malikdir. Qonşuları : Tanzaniya, Malavi, Zambiya, Zimbabve, Cənub Afrika və Svazilanddır. Bu ölkələrə gələn mallar ümumiyyətlə Mozambik limanlarından keçərək içəri girməkdədir.

İqlimi okeandan ötəri nəmli və isti tropik bir iqlimdir. Şimaldakı Chimoi bölgəsi rakımdan ötəri daha ılıman bir iqlimə malikdir.

IX və X əsrlərdə Ərəb və İranlı dənizçilər tərəfindən bilinməkdə idi. Avropalıların bura gəlişləri 1498-ci ildə Vasco da Qəmənin Hind səyahəti əsnasında olmuşdur. Avrapadan ilk gələnlər portuqaliyalılardır. Sahil bölgəsindən iç sahillərə giriş XVI əsrin sonlarında olmuşdur. Portuqaliyalılar başlıca rəqibləri Hollandiyalıları və Asiyalı Ərəbləri çətin də olsa bölgədən uzaqlaşdırmışlar. Sonra, XIX əsrdə Angola ilə buranı birləşdirmək istəmiş, amma İngilis müdaxiləsiylə qarşılaşmışlar. II Dünya Müharibəsini izləyən dövrdə müstəqillik uğrunda mübarizə aparmışdır. Portuqaliya rəhbərliyinə qarşı verilən döyüş nəticəsində və Portuqaliyada 1974-cü ildə reallaşan Qərənfil İnqilabıyla birlikdə FRELIMO təşkilatı öndərliyində müstəqilliyini qazanmışdır.

Su və Enerji 

Ölkədə 60 çay vardır. Bu çayların debisi yüksəkdir. Zambezi 8 ölkədən keçən və dünyadakı əhəmiyyətli çaylardan biridir. Dünyanın ən böyük anbarlarından biri olan Cahora Bass da Zambezi Çayı üzərindədir. Ölkənin 13%-ni çay və göllər təşkil edir.

Ölkədə elektrik enerjisi çətinliyi yoxdur. Ancaq iç seqmentlərə qeyri-kafi infrastrukturdan ötəri tam çatmamışdır.

Roman Katolik Kilsəsinin qurduğu başlıca 20 başpsikoposluk bölgəsi mövcuddur (Beira, Chimoio, Gurue, Inhambane, Lichinga, Nampula, Pemba, Qeulimane, Tete və Xai-Xai; ayrıca Maputo və Nampula Başpsikoposluğun ana rəhbərlik bölgəsidir).

Müsəlmanlar xüsusilə, şimal bölgələrində məskundur. Müxtəlif təriqət və camaatlar olaraq mütəşəkkil olmuşlar (xüsusilə Qədr/qadiri və Şadhili qolları olaraq). Bunun yanında bəzi digər böyük islami təşkilatlar bunlardır: İslahatçı olan Mozambik İslam Şuras(n)ı (Conselho Islamico da Moçambique) və Sufilik yanlısı Mozambik İslam konqresi və Müsəlman Komitəsi (Comunidade Muçulmana). (Congresso Islamico da Moçambique).Aynı zamanda İsmayılılar, Şiələr və hind-Pakistan mənşəli islami təşkilatlarda əhəmiyyətli təşkilatlardandır. 

Əhali: 19,371,057 (İyul 2001 məlumatları),
Əhali artım nisbəti: %1.3 (2001 məlumatları),
Mühacir nisbəti: 0 mühacir/1,000 əhali (2001 təxmini),
Körpə ölüm nisbəti: 139.2 ölüm/1,000 doğan körpə (2001 təxmini),
Ortalama həyat sürəsi: Cəmi əhali: 36.45 il, kişilərdə: 37.25 il, qadınlarda: 35.62 il (2001 məlumatları),
Ortalama uşaq sayı: 4.82 uşaq/1 qadın (2001 təxmini),
HIV/AIDS – xəstəliklərinə tutulan yetkin sayı: %13.22 (1999 məlumatları),
HIV/AIDS – xəstəliyi olan insan sayı: 1.2 milyon(1999 məlumatları),
HIV/AIDS – xəstəliklərindən ölənlərin sayı: 98,000 (1999 məlumatları),
Xalq: Mozambikli,
Əhalinin etnik dağılımı: Yerli qəbilə qrupları %99.66 (Shangaan, Chokwe, Manyika, Səna, Makua və digərləri), Avropalılar %0.06, avropa-Afrikalı qarışığı %0.2, Hindlilər %0.08,
Dillər: Portuqalca (rəsmi), təxminən 26 yerli dil və ləhcələr (Xangana, Ronga,Macua,Cisene vs. )Güney Afrika və qonşu ölkələrin rəsmi dillərinin İngiliscə olması və o dövlətlərlə olan ticari və ictimai əlaqələr səbəbiylə İngiliscə etibarlı bir dildir.
Oxucu yazar nisbəti: 15 yaş və üzəri üçün məlumatlar, cəmi əhalidə: %42.3, kişilər: %58.4, qadınlar: %27 (1998 məlumatları)

Oxuma-yazma nisbəti olduqca aşağı olan ölkədə yeni yeni məktəblər açılmaqdadır. Paytaxt Maputoda xüsusi məktəb olaraq Cənub Afrika, Portuqaliya, Amerika, Filipin, Fransız, İtalyan və Aga Khan məktəbləri kimi 65 ətrafında xüsusi məktəb vardır. Türk iş adamları və təhsil könüllüləri tərəfindən açılan Uluslararasi Söyüd Kolleci (Willow International School) da ölkənin təhsilinə qatqı təmin etməkdədir. 2003-cü ildə təhsilə başlayan Willow, 2008-ci ildə ikinci binasıyla ibtidai təhsil və orta təhsil olmaq uzere iki məktəb binasında xidmət etməkdədir. Təhsil dili İngiliscə olan bu məktəb, Portuqalca və Türkcə təhsiliylə də ölkənin üç dildə təhsil verən tək məktəbidir. Amerika, Rumıniya və Polşadakı proyekt olimpiadalarında al/götürdüyü medallarla, ölkə diametrində hər il təşkil edilən Kompüter Olimpiadalarında ilk üç dərəcəni əldə etmişdir. 
İkisi dövlət universiteti olmaq üzrə (Universidade Eduardo Mondlane (UEM) Universidade pedagogica cəmi 7 universitet və peşə yüksək məktəbi var. Ölkənin ən böyük universiteti olan Universidade Eduardo Mondlane (UEM) Mühəndislik, Tibb, Hüquq, Təhsil, İqtisadiyyat, Uluslararasi Əlaqələr kimi hissələrdə təhsil etməkdədir. Universidade Pedagogica isə daha çox pedaqoji sahələrində təhsil etməkdədir.

Mozambik, turizm baxımından potensialı yüksək olan bir ölkədir. Ölkənin şimal cənub istiqamətində uzanan Hind okeanı sahilindəki təxminən 2500 kilometr uzunluğundakı sahil şeridi hər istiqamətiylə turistlər üçün fürsətlər təqdim etməkdədir. Təmiz dənizi və beynəlxalq sahədə ün etmiş dalış nöqtələri dəniz turizmi sevənləri bu ölkəyə çəkməkdədir. Paytaxt 'Maputoda' 5 ulduzlu otel sayı dörddür. 4 ulduzlu otellər də vardır. Med-cezirin ən gözəl izlənilə bilən yerlərdən biri Maputoda 'Costa Do Sol' (Günəş Kürəyi) mövqesindədir.

Dəmiryolları: 3,131 km (1994) Karayolları: 30,400 km (1996) Kanallar: 3,750 km Boru xəttləri: Xam neft 306 km; neft məhsulları 289 km Limanları: Beira, Inhambane, Maputo, Nacala, Pemba, Quelimane Aeroportlar: 168 (2000 məlumatları)

Beira Limanı: Beira limanı mövqes(n)i etibarilə hinterlandında olan ölkələrin ixracat və idxalatında əhəmiyyətli bir yer tutmaqdadır. Bu liman xüsusilə dənizə sahili olmayan və qitənin iç bölgələrində qalan Zimbabwe, Zambiya, Malawi, Botswana və Zaire kimi ölkələrə edilən nəqliyyatda əhəmiyyətli bir yer tutmaqdadır. Limanın illik tutumu 7,5 milyon tondur.

Bu iki əhəmiyyətli limanın xaricində Nacala, Quelimane və Pemba da nisbətən daha kiçik limanlar var.

Viza Əməliyyatları; Mozambikə Azərbaycandan gəlişdə quru və hava sərhədində viza alınamalıdir. Ancaq Cənub Afrika yoluyla Avtobus vasitəsiylə gəlmək istenildiyinde Johannesburgda olan Mozambik konsulluğundan viza almanıq lazımdır. Səyahət şirkətləri vizasız yolçu qəbul etməməkdədir. 25 dollar 30 gündəlik viza ödənişi alınmaqdadır. Ölkə içində iç xəttlərdən uçaraq istənən yerlərə ulaşılabilir.Johennesburga Maputodan hər gün səhər, günorta və axşam 3-4 təyyarə gediş-çevril səfər etməkdədir.

ACP (Afrika – Karib – Pasifik Ölkələri), AfDB (Afrika İnkişaf Bankı), C, CCC (Gömrük Əməkdaşlıq Şuras(n)ı), ECA (Birləşmiş Millətlər Afrika İqtisadi Komissiyası), FAO (Əkinçilik və Qida Təşkilatı), G-77, IBRD (Beynəlxalq Abadlıq və İnkişaf Bankı), ICAO (Beynəlxalq Vətəndaş Havaçılıq Təşkilatı), ICFTU (Beynəlxalq Sərbəst Ticarət Birlikləri Konfederastonu), ICRM (Beynəlxalq Kızılhaç və Qızıl aypara Hərəkəti), IDA (Beynəlxalq İnkişaf Birliyi), IDB (İslam İnkişaf Bankı), IFAD (Beynəlxalq Əkinçilik İnkişaf Fondu), IFC (Beynəlxalq Maliyyə Təşkilatı), IFRCS (Beynəlxalq Kızılhaç və Qızıl aypara Birlikləri Federasiyası), IHO (Beynəlxalq Hidrografi Təşkilatı), ILO (Beynəlxalq İş Təşkilatı), IMF (Beynəlxalq Pul Fondu), IMO (Beynəlxalq Dənizçilik Təşkilatı), Inmarsat (Beynəlxalq Dənizçilik Peyk Təşkilatı), Intelsat (Beynəlxalq Telekommunikasiya və Peyk Təşkilatı), Interpol (Beynəlxalq Polis Təşkilatı), IOC (Beynəlxalq Olimpiada Komitəsi), IOM (Beynəlxalq İmmiqrant Təşkilatı), ISO (Beynəlxalq Standartlar Təşkilatı), ITU (Beynəlxalq Xəbərləşmə Birliyi), AD, OAU (Afrika Birliyi Təşkilatı), OIC (İslam Konfransı Təşkilatı), OPCW (Kimyəvi Silahları Qadağan etmə Təşkilatı), SADC, UN (Birləşmiş Millətlər), UNCTAD (Birləşmiş Millətlər Ticarət və İnkişaf Konfransı), UNESCO (təhsil elm və Mədəniyyət Təşkilatı), UNHCR (BM Mühacirlər Yüksək Komissarlığı), UNIDO (Sənaye İnkişaf Təşkilatı), UNTAET (BM Şərq Timor Keçiş Rəhbərliyi), UPU (Dünya Məktub Birliyi), WFTU (Dünya İşçi Peşələri Federasiyası), WHO (Dünya Sağlamlıq Təşkilatı), WIPO (Dünya Fikri Mülkiyyət Təşkilatı), WMO (Dünya Meteorologiya Təşkilatı), WToO (Dünya Turizm Təşkilatı), WTrO (Dünya Ticarət Təşkilatı)
Ünsiyyət Məlumatları

İstifadə edilən telefon xəttləri: 65,354 (2000)
Telefon kodu: 258
Radio nəşr stansiyaları: AM 13, FM 16, qısa dalğa 12 (2000)
Radiolar: 730,000 (1997)
Televiziya verilişi edən stansiyalar: 1 (2000)
Televiziyalar: 67,600 (2000)
İnternet qısaltması: .mz
İnternet xidmət təmin ediciləri: 8 (2000)
İnternet istifadəçiləri: 6,250 (2000)




#Article 94: Mərkəzi Afrika Respublikası (195 words)


Mərkəzi Afrika Respublikası () yerli dillərin birində (Ködörösêse tî Bêafrîka) — Mərkəzi Afrikada dövlət. 6 ölkə - Kamerun, Çad, Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Konqo Respublikası ilə həmsərhəddir. Dənizə çıxışı yoxdur. Paytaxtı Banqi şəhəridir.

Ölkə dənizə yüksəkliyi 600 metr olan bir platonun üzərindədir. Xüsusilə ölkənin şimal bölgələrinin yerləşdiyi 216.000  km²-lik bir sahədə Çad hövzəsi içərisində yerləşir. Ölkənin şimal-şərq bölgəsində yerləşən Bongo sıradağlarında ən yüksək nöqtə 1.330 m olduğu halda, Kamerun sərhədinə yaxınlığında olan Yade sıradağlarıda ölkənin 1.420 m-lik ən yüksək nöqtəsi olaraqan Ngaoui Dağı var. Ən alçaq yeri isə 335 metr ilə Ubangi çayıdır.

Ölkənin ümumilikdə sahib olduğu 5.203 km sərhədin 797 km-i Kamerun, 1.197 km-i Çad, 1.577 km-i Demokratik Konqo Respublikası, 467 km-i Konqo Respublikası, 483 km-i Sudan və 682 km-i isə Cənubi Sudan ilədir.

Ölkənin tropik yağışlı meşələrinin və quru çöllərinin olduğu bölgələrdə demək olar ki heç kim yaşamır. Əhalinin böyük əksəriyyəti su sahələrin, çayların sahillərində yaşayırlar.

Mərkəzi Afrika Respublikası gənc əhaliyə sahib olub, 2016-cı ilin təxmini məlumatlarına görə 60,25%-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız 3,47%-i 65 yaş və daha yaşlıdır.

Şəhərdə yaşayanların nisbəti 2015-ci ilin məlumatlarına görə 40% olan ölkədə, əhalinin illik artım nisbəti 2016-cı ilin təxmini məlumatlarına görə 2,12% səviyyəsindədir.




#Article 95: Misir (1059 words)


Misir (), rəsmi adı Misir Ərəb Respublikası () — Afrikanın şimal-şərqində və Sinay yarımadasında yerləşən ölkə. Paytaxtı Qahirə şəhəridir. Ölkənin əsas yaşayış məntəqələri Nil çayı boyunca yerləşir. Misir Aralıq dənizi sahilində yerləşir. Ölkənin şimal sahili Aralıq dənizi ilə, şimal-şərqdən Qəzza zolağı və İsrail, şərqdən Qırmızı dəniz, cənubdan Sudan, qərbdən isə Liviya dövləti ilə əhatə olunub.

Misir dünyanın ən qədim dövlətlərindən biri hesab olunur. Bu dövlətin tarixi e.ə. 10-cu minilliyə qədər gedib çıxır. Xristianlığın ilk mərkəzlərindən biri hesab olunur. Misirin islamlaşması isə 7-ci əsrdə ərəblərin bura yürüş etməsi ilə bağlıdır.

Misir hazırda Şimali Afrika, Yaxın Şərq və Müsəlman dünyasında əsas güclərdən hesab olunur. Misir BMT, Qoşulmama hərəkatı, Ərəb Dövlətləri Liqası və İƏT kimi böyük təşkilatların üzvüdür.

Birinci dünya müharibəsindən sonra İngiltərənin protektoratlığı olan Misirdə milli-azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. İstiqlaliyyət uğrunda mübarizəyə rəhbərlik etmək üçün burjua ictimai xadimlərindən bir qrupu başda Səəd Zəqlul olmaqla 1918-ci ilin sonlarında Misir Nümayəndələri partiyasını (Vəfdi Misri) yaratdılar. Bu öz nəticəsini tezliklə göstərdi. 1919-cu ilin mart-aprel aylarında və 1921-ci ilin sonlarında Misirin müxtəlif sosial təbəqələrini və ərazisinin böyük bir hissəsini əhatə edən güclü üsyanlar baş verdi. Bu üsyanlar amansızlıqla yatırılsa da, müstəmləkəçilərə onlara hakimiyyətinin dayaqsız və etibarsız olduğu nümyiş etdirildi. Nəticədə Böyük Britaniya 1922-ci il 28 fevralda ölkədə öz qoşunlarını və komissarını saxlamaq şərtilə Misirin istiqlaliyyətini tanımağa məcbur oldu. 1923-cü ildə Misir başda kral Fuad olmaqla konstitusiyalı monarxiya elan edildi. Ölkə parlamentinə seçkilər keçirildi. Kralın və parlamentin qarşısında məsuliyyət daşıyan nazirlər kabineti yaradıldı. Vəfd Misri partiyasının lideri Səəd Zəqlul baş nazir təyin olundu. Nazirlər kabinetinin və gənc Misir burjuaziyasının təzyiqi nəticəsində İngiltərə mühüm iqtisadi güzəştlərə getməyə, ölkə sənayesini və ticarətini xarici rəqabətdən müdafiə etməyə yönəldilmiş yeni gömrük tarifi həyata keçirməyə məcbur oldu.

Bu müqaviləyə əsasən İngiltərə ali komissarı səfirlə əvəz olundu və formal olaraq ingilis işğalına son qoyuldu. Bu güzəştlər zahiri səciyyə daşıyırdı. Əslində bu müqaviləyə görə Süveyş kanalı zonası, Qahirə və İsgəndəriyyə şəhərləri İngiltərə qoşunlarının yerləşdiyi ərazi kimi təsdiq olunur, Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Misirin təyyarə limanlarından istifadə etməsi və onun ərazisi üzərindən uçmaq hüququ saxlanılır və və Misir ordusu üzərində ingilis hərbi nümayəndələrinin nəzarəti qoyulurdu. Müharibə baş verərdisə, yaxud müharibə təhlükəsi yaranardısa, ingilislər Misirdən bir döyüş meydanı kimi istifadə edə bilərdiilər. Beləliklə, 1936-cı il müqaviləsi dəyişilmiş şəkildə olsa da, İngiltərənin Misir üzərində ağalığını möhkəmləndirirdi.

Misir İkinci dünya müharibəsindən sonrakı illərdə də rəsmən müstəqil dövlət hesab olunsa da, faktiki olaraq Böyük Britaniyadan asılı vəziyyətdə qalmaqda idi. O, Britaniyanın toxuculuq sənayesi üçün pambıq plantasiyası rolunu oynayırdı. Həm də Britaniya Süveyş kanalından və onun zonasında yerləşdirilmiş hərbi bazalardan Misir və digər ərəb ölkələri üzərində ağalıq üçün istifadə edirdi. Misir xalqı ingilis müstəmləkə əsasrəti ilə barışmaq istəmir, ingilis qoşunlarının Süveyş kanalı zonasından çıxarılması və ölkənin həqiqi müstəqilliyinin bərpa edilməsi uğrunda qətiyyətli mübarizə aparırdı. 1952-ci il iyulun 22-dən 23-nə keçən gecə Qahirə qarnizonu hissələrinin üsyanları başlandı. Üsyana Camal Əbdül Nasirin liderlik etdiyi Azad zabitlər təşkilatı rəhbərlik edirdi. İyul inqilabı nəticəsində kral Faruq hakimiyyətdən əl çəkməyə və ölkəni tərk etməyə məcbur oldu.

Dövlət bölməsi iqtisadiyyatda səmərəsiz rol oynayırdı. Şişmiş bürokratiya büdcə gəlirlərinin çox hissəsini udurdu. Nasirin vəfatından sonra (1970) prezident olmuş Ənvər Sadat yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışaraq liberal siyasət yürütməyə başladı. Bu siyasət xarici inhisarların Misir iqtisadiyyatına geniş nüfuz etməsinə səbəb oldu. Misir Yaxın Şərqdə separatçılıq siyasəti yeritməyə başladı. Kemp-Devid sazişi (1978) Misirin ərəb dünyasında təcrid olunmasına gətirib çıxartdı. Nəticədə onun ərəb dövlətləri cəmiyyətinə üzv olması dayandırıldı. Misir ərəb dövlətlərinin çoxu tərəfindən siyasi və iqtisadi boykota məruz qaldı. Ölkə daxilinda Sadatın siyasətindən narazılıq Misir prezidentinə sui-qasd edilməsi ilə nəticələndi. 1981-ci ilin oktyabrında hərbi parad zamanı o ölümcül yaralandı.

O vaxta qədər vitse-prezident vəzifəsini tutan Hüsnü Mübarək ölkənin prezidenti oldu. H.Mübarək hökuməti milli iqtisadiyyatın möhkəmləndirilməsinə və dövlət bölməsinin inkişafına böyük diqqət yetirərək tarazlaşdırılmış siyasət aparmağa başladı. Ölkədə xüsusi bölməni və xarici investisiya qoyuluşunu stimullaşdıran bir sıra qanunlar qəbul olundu. Daxili təhlükəsizliyi və sabitliyi təmin etmək səyi Mübarəkin siyasətində mühüm yer tuturdu. Ekstremist müsəlman təşkilatların fəaliyyəti üzerində nəzarət qoyuldu. Dövlətin dünyəvi xarakteri gücləndirildi. Demokratiyanın inkişafına kömək edən tədbirlər həyata keçirildi. Leqal müxalifət partiyalarının sərbəst fəaliyyətinə imkan yaradıldı. Xarici siyasət sahəsində Misir bir sıra ərəb ölkələri ilə dostluq əlaqələrini bərpa etdi. İsrail sülh yoluyla Sinay yarımadasını Misirə qaytardı, lakin bu ölkə ilə münasibətlərin normallaşdırılması Kemp-Devid razılaşmalarından irəli getmədi. Misir eyni zamanda Fələstin ərəblərinin də qanuni hüquqlarını müdafiə edir.

Misir Afrika qitəsinin şimal-şərq hissəsində yerləşir. Ölkənin şimalı Aralıq dənizinin suları ilə əhatə olunur. Orada Sinay yarımadası vasitəsi ilə ölkənin Yaxın Şərqə çıxışı vardır. Burada Qədim zamanlarda yalnız Nil çayı hövzəsinin ətrafı Misir ölkəsi sayılırdı. Bu çayın mövcud olmasına görə orada ən qədim zamanlarda əkinçilik və heyvandarlıq üçün əlverişli imkanlar yaranmışdır və bu region, Mesopotamiya ilə birlikdə, bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Nil çayının və oradakı ərazilərin Aralıq dənizinə yaxınlaşan hissəsi üçbucaq şəkilli olduğuna və eyni adlı yunan hərfinə bənzədiyinə görə oraya “Delta” deyilir. ‘Delta’da yerləşən vilayətlər bu çaydan, bir çox məcralarla axdığına görə, həm də xarici basqınlardan qorunmaq üçün istifadə edirdilər. Misir, üç qitəni — Asiya, Afrika və Avropanı birləşdirən yolların kəsişdiyi mərkəz, ən qədim dünya sivilizasiyası ölkələrindən biridir. Ölkə Afrikanın şimal-şərqində və Asiyanın cənub-qərbində yerləşir. Şərqdən İsrail, cənubdan Sudan, qərbdən Liviya dövlətləri ilə həmsərhəddir. Şimaldan Aralıq dənizi, şərqdən — Qırmızı dəniz əhatə edir. Ölkənin sahəsi 1.001.450 km²-dir

Misirdə şəhər əhalisinin sayı getdikcə artmağa davam edir. Ərəb Soyuq müharibəsi dövründə əhali xaricə köç etməyə üstünlük vermişdir. Xüsusilə, 1971-ci ildə prezident Ənvər Sədatın dövründə emmiqrasiya liberallaşmış, 1973-cü il neft böhranı zamanı pik həddə çatmışdır. Hazırda 2.7 milyon misirli xaricdə yaşayır. Miqrantların təqribən 70%-i ərəb ölkələrində (Səudiyyə Ərəbistanında 923,000 nəfər, Liviyada 332,600 nəfər, İordaniyada 226,850 nəfər, Küveytdə 190,550 nəfər), qalan 30%-i isə Avropa və Şimali Amerikada (ABŞ-da 318,000 nəfər, Kanadada 110,000 nəfər, İtaliyada 90,000 nəfər) yaşayır.

Qədim Yaxın Şərqdə yaşayan əhali arasında yalnız misirlilər əvvəl harada yaşayırdılarsa, yenə də orda qalıblar. Misir əhalisi tarix boyunca dillərini 1 dəfə, dinlərini isə 2 dəfə dəyişmişdir.

Aralıq dənizi boyunca ensiz sahil xəttinin iqlimi — subtropik, qalan ərazidə tropik səhra iqlimidir. Burada hava son dərəcə qurudur, ilboyu azbuludlu olur, çox az-az yağış yağır. Misir üçün temperaturun kəskin dəyişməsi xarakterikdir. Asuanda noyabrda hava gündüz 41 °C-dək qıza, gecə isə 3 °C-dək soyuya bilər. Yanvarda orta temperatur şimaldan cənuba 14 °C-dən 17 °C-dək, iyulda 26 °C-dən 33 °C-dək dəyişir.

Pul vahidi — Misir funtudur. Funt 100 piastra bölünür. Yerli pulun aşağıdakı dəyərləri var: 100, 20, 10, 5, 1 Misir funtu banknotları; 50, 25 piastr banknotları; 20, 10, 5 xırda pulları. Valyutanın dəyişdirilməsi yerli bankların vasitəsilə həyata keçirilir. Kredit kartları iri mehmanxanaların çoxunda qəbul edilir. Bir Amerika dolları təqribən 3,5 Misir funtuna dəyişilir.




#Article 96: Niger (441 words)


Niger — rəsmi surətdə -Niger Respublikası - Qərbi Afrikada dövlət. Ölkə ərazisindən axan Niger çayının adı ilə adlanır. Niger tuareqlərin danışdıqları tamaşek dilində Böyük çay və ya Çaylar çayı deməkdir. Ölkə ərazisinin 80 %-i Saxara səhrasında yerləşir. Nigerin paytaxtı Niamey şəhəridir. 
 
Niger 7 ölkə ilə həmsərhəddir - Əlcəzair, Liviya, Çad, Nigeriya, Benin, Burkina Faso və Mali ilə.

Müasir Saxara səhrasının ərazisində əlverişli rütubətli iqlim şəraiti olduğu dövrdə Nigerin sakinləri indikindən xeyli fərqlənirdi. E.ə. 8-6-cı minilliklərdə Higerdə Kiffiy mədəniyyəti mövcud olmuşdur. Kiffiy mədəniyyətinin nümayəndələri hündürboylu və möhkəm bədən quruluşuna malik idilər. E.ə. 5-3-cü minilliklərdə Kiffiy mədəniyyətini Teneriy mədəniyyəti əvəz etdi. Bu mədəniyyətin nümayəndələri artıq digər bir irqə- Avropoid irqinin Aralıq dənizi bölgəsinə xas olan xüsusiyyətlərə malik idilər. Saxara səhrasında yenidən quraqlıq baş verdiyi dövrdə Teneriy mədəniyyəti məhv oldu və onun nümayəndələri digər əlverişli yaşayış ərazilərinə köçdülər.

VII əsrdən Niger çayı vadisindəki ərazilər Sonqay knyazlığının tərkibinə daxil oldu. XV əsrin sonlarında bu knyazlıq güclənərək imperiyaya çevrildi. Lakin 1591-ci ildə Sonqay dövlətinin ərazisi Mərakeş sultanının ordusu tərəfindən işğal olundu. Bununla yanaşı müasir Nigerin ərazisində yerləşən cənub regionlar öz müstəqilliyini saxlamağa nail oldular. Bu ərazidə  hakim Lulanilər sülaləsindən olan Askiya Nuxanın başçılığı ilə Dendi knyazlığı yaradıldı. Bu dövlətin Mərakeşlə sərhədləri indiki Mali və Niger sərhədinə uyğun idi. Sonralar Dendi knyazlığı Askiya nəslindən olanların idarə etdikləri bir neçə kicik knyazlıqlara parçalandı. XVIII əsrdə Nigerin ərazisinin xeyli hissəsi hələ VII əsrdən müasir Nigerin şimalında məskunlaşmış köçəri Tuareq tayfasının hakimiyyəti altına düşdü. Onlar burada Aqades sultanlığının əsasını qoydular və Niamey ticarət bazasını yaratdılar. Tuareqlər mərkəzləşdirilmiş dövlətə malik deyildilər, həyatları təhlükə qarşısında qalanda onlar azad konfederasiya halında birləşirdilər.

İndiki Nigerin cənubunda oturaq həyat tərzinə malik əkinçi xalqlar məskunlaşmışlar. Niger çayının vadisi Dendi və Doso knyazlıqları arasında bölüşdürülmüşdü. Nigerin şərqində xausalarin yaratdıqları Maradi və Damaqara şəhər-dövlətləri mövcud idi. XIX əsrin əvvəllərində Afriada islam bayrağı altında baş vermiş fulanilərin cihadı hərəkatı nəticəsində Sokoto xilafəti yaradıldıqdan sonra xausaların yaratdıqları şəhər-dövlətlərin əhalisi işğal olunmuş cənub şəhərlərindən qaçanların hesabına xeyli artdı.

Niger ərazisinə gələn ilk avropalı 1805-1806-cı illərdə Niger çayını tətqiq edən şotlandiyalı Munqo Park olmuşdur. Henrix Bart və Eduard Fogel 1853-1855-ci illərdə Niger çayından Çad gölünə qədər ərazini tətqiq etmək üçün ekspedisiya təşkil etmişlər. Onlar Sey, Sokoto, Zinder, Qure və Bornu ərazilərinə də səyahət etmişlər. 1870-ci ildə Qustav Naxtiqal Saxara səhrasından keçərək Kane-Bornoya səyahəti zamanı Bilmu və Nqiqmi ərazilərində də olmuşdur. 1884-cü ildə keçirilən Berlin konfransının qərarına əsasən Niger Fransanın nüfuz dairəsinə daxil edilmişdir.
 

Əhalinin sayı - 15,3 mln. (2009-cu il iyul ayına olan məlumat).

İllik artım — 3,7 % (2009);

Doğum — 51,6 hər 1000 nəfərə;

Ölüm — 14,8 hər 1000 nəfərə;

Emiqrasiya — 0,6 hər 1000 nəfərə;

Orta yaş — 52;

Uşaq ölümü — 117 hər 1000 nəfərə (dünya üzrə dördüncü).




#Article 97: Nigeriya (1558 words)


Nigeriya Federativ Respublikası (qısaca Nigeriya) – Qərbi Afrikada, Qvineya körfəzi sahilində yerləşən, qərbdə Benin, şimalda Niger, şimal-şərqdə Çad və şərqdə Kamerunla həmsərhəd olan ölkə. Paytaxtı Abuca, ən böyük şəhəri Laqosdur.

Ölkənin ərazisi 923.768 km² – dir . Nigeriya, cənub-qərbi Afrika sahilində, 3°57’ və 13°54’ şimal paralelləri 2°39’ ve 14°38’ şərq meridianları arasında yerləşir. Şərqində Kamerun , Şimal qərbində Çad, şimalında Niger və qərbində Benin dövlətləri ilə sərhədlənir. Cənubundan Qana körfəzi vasitəsi ilə Atlantik okeanına çıxışı var.

Nigeriya, əsas olaraq dörd coğrafi bölgəyə ayrılır: Sahildəki mangrovlı (Afrika da bataqlıqlarda yetişən bir cins ağac) bataqlıq bölgəsi, tropik meşə bölgəsi, Savanna bölgəsi və şimalındakı yarım çöl bölgə

Təqribən 100 km qədər iç bölgəyə girən sahil bölgəsi,  36.000 km² lik geniş bir deltaya və mangrov ağacları ilə dolu bataqlıqlara sahipdir. Bölgədə yüzlərcə çay və qolları mövcuddur. Lagosdan Kamerun sərhəddinə qədər olan xəttboyu , ekvatorial meşəlik əraziylə örtülüdür.

Nigeriyanın ikinci meşəlik bölgəsi, Savanna bölgəsidir. Ölkəni başdan-başa (təqribən 320 kilometrdən çox bir məsafədə) qət edən Niger çayının qərb bölgəsi, dağlıq bir ərazidir. Bu yüksək dağlar arasında Adamawa Dağları təxminən 80 km uzunluğundadır. Ölkənin ən yüksək yeri, yene bu dağlar üzərindəki Dimlanq Təpəsi olmaqdadır, təqribən 2042 metrdir. Ölkənin cənub-şərqini isə Kamerun Dağlarının qərb yamacları örtər və bütün cənub-şərq sərhəddi boyunca uzanır. Bu dağlar, ortalama 1500 m yüksəkliyinde olub, bəzi yerləri 2000 metrəyə qədər yüksələr. Şimali Nigeriya isə nisbətən yarıçöl olub Büyük Səhra Çölünün cənuba doğru bir davamı şəklindədir.

Din:[4] İslam: %43,6, Protestanlıq: %40,8 (Pentakostalizm: %18, Anglikanizm: %12,3), Katoliklər: %9,3, Animizm: %5,9, .

Xristianlar şimala nəzərən daha əlverişli və meşəliklərin sıx olduğu cənubda yaşayırlar. Nigeriya da müsəlman əhalinin paylaşımı bu cürdür: Hausalar %80, Yorubalar %4, Fulaniler %9, Kanurların isə tamamı Müsəlmandır. Nigeriyalı Müsəlmanların əksəriyyəti Maliki və Hanəfi məzhəbinə mənsubdur. Ən az Müsəlman Lagosdadır. Xristianların isə beşdə üçü protestan, digər  beşdə ikilik hissə katolikdir. Nigeriyada az sayıda yəhudi də vardır.

Nigeriya torpaqlarında ilk yaşayanların, e.ə 700-cü ilə təsadüf etdiyi güman edilir ; lakin bunların kimlər olduğu haqqında dəqiq bir fikir yoxdur. Nigeriyanın tarixini, Ərəbcə yazılmış qaynaqlara əsaslanaraq, şimal bölgələrində IX əsrin əvvəllərində qurulmuş, Konem-Boru və qərb bölgələrində də yeddi Hausa şəhər dövlətləri ile başlatmaq mümkündür. XII əsrdən etibarən qurulmağa başlanmış Yoruba veIfe krallıqları, 14-cü əsrdən etibarən İslamın yayılmağa başlaması nəticəsi ilə aradan qalxmışdır . İslamın yayılması ilə, mövcud şəhər dövlətləri və bir çox qəbilə müsəlmanlığa keçmişdir. Buna əsasən şimali Nigeriya tamamən islamlaşmış və geri qalan bölgələr də İslamiyyətin nüfuzu altına keçmişdir.Nigeriyaya ilk olaraq XV əsrdə Avropa müstəmləkəçiliyini gətirənlər, Portuqal və İngilis əsir tacir dənizçilərir olmuşdur. Avropalılar Nigeriyanı əsasən qul ticarət mərkəzi olaraq istifadə etməklə Atlantik qul ticarətini başlatmışlardır. 350 il qədər davam edən qul ticarəti ilə 20 milyona yaxın Nigeriyalının qul kimi satıldığı güman edilməkdədir.

İngiltərə XIX əsrin əvvəllərindən etibarən, Nigeriyanın daxili işlərinə qarışmağa başlamış ve ilk olaraq Lagos, 1861-ci ildə bir İngilis müstəmləkəsi halına gəlmişdir. 1885-ci ildə Qana körfəzi ətrafı, İngiltərənin himayəsinə keçmişdir. Bundan sonra İngiltərə, Nigeriyanı iki himayə bölgəsinə ayıraraq tək idarəçi altında birləşdirmişdir. Birinci dünya müharibəsindən sonra başlayan milliyətcilik hərəkətləri, Nigeriyalılar arasında yadellilərə qarşı üsyan etmək və müstəqilliyi əldə etmək düşüncəsinə gətirib çıxartdı.

Nigeriya, tropik iqlimin təsirində, yüksək istiliklərin qeydə alındığı bir ölkədir.İllik ortalama yağış miqdarı, bölgədən bölgəyə görə müxtəlifdir. Sahildən başlayaraq iç bölgələrə doğru uzanan yaşıllıq və meşəlik bölgələr, ildə ortalama olaraq 1000 ilə 1500 mm ətrafında yağış alır. Lagos ətrafında bir neçə kilometr genişliyində olan ekvatorial meşəlik ərazi, şərq sərhəddinə doğru 160 kilometrlərə qədər genişlənər. Bu bölgə və Niger Çayı deltası, ən cənubi yüzlərcə şirin və duzlu sularla bəslənmiş, sərt və yumşaq taxtalı, qiymətli ağac növləri ilə zəngindir. Sahil bölgəsinin rütubət miqdarı təqribi % 75 ətrafında olub, ən çox yağışı may və iyun aylarında alar. Ortalama istilik isə 29-30 °C ətrafındadır.

Savanna bölgəsi isə ildə ortalama olaraq, ən çox avqust ayında olmaq üzərə, 1000 mm yağış alar. Jos Yaylasında bu rəqəm, 1500 millimetrəyi keçməkdədir. İstilik isə 28-33 °C arasında olub, mart-aprel aylarında 37 °C’yə qədər yüksələbilməkdədir. Şimal bölgələrdə çöl iqlimi mövcuddur. Qış aylarında Böyük Səhradan Cənuba doğru güclü əsən küləklər,bərabərində toz ve qum gətirirlər.

Nigeriya torpaqları, sahildən etibarən şimal sərhəddinə Nigerə qədər, meşələrlə örtülüdür. Sahil bölgəsindəki ekvatorial meşələr, şimaldakı meşələrə nəzərən daha sıx və genişdir. Kamerun sərhəddinə doğru bu genişlik, 160 kilometrə qədər çatmaqdadır. Uzun otların və qarışıq cinsli ağacların mövcud olduğu savanna bölgəsindəki meşələr isə  550 km genişliyinə çatır. Bu meşələrdə ümumiyyətlə sərt və yumuşaq taxtalı ağac növləri vardır. Şərqi Nigeriyada isə, daha çox palma ağacları yer alır. Dünyanın ən uzun çaylarından biri olan Niger çayı boyunca və ən cənub nöqtədə yer alan delta bölgəsindəki meşələr daha çox boz rəngli palmalar, baobob, akasya və salxım ağacları ilə doludur.

Nigerdən başlayan Niger Çayı, 4180 km uzunluğunda olub, ölkənin həyat qaynağıdır. Lakoja bölgəsindəki ikinci böyük çay olan Benue ilə birləşər və cənubda delta bölgəsine qədər 280 km yol qət edər. Delta bölgəsində isə yüzlərcə irili-kiçikli çaylar mövcuddur. Niger çayı üzerində olan Kainiji Su Anbarı ilə elektrik əldə edilir.

Yağışlar səbəbiylə torpaq qızılı rəng almışdır.Nəticə etibarı ilə, sərt örtük halındaki bu qızıl gilli torpaqlar əlverişsizdir. Çad Gölü ətrafında isə torpaq qara rəngli olub, əkinçilik üçün yararsızdır .Cənub meşələrindəki torpaqlarda humus azdır. Buna baxmayaraq cənubdaki bitki çeşidi və yoğunluğu şimaldan daha çoxdur.

Nigeriya meşələrində çox növdə yırtıcı heyvanlar vardır. Aslan , leopar əsasən ən çox olanlarındandır. Bundan başqa meymun, ceyran, şimala doğru fil, zürafə və gərgədan da sıx rast gəlinən heyvanlarıdandır.

Dünyanın nüfuz baxımından doqquzuncu ölkəsi olan Nigeriya, təqribi olaraq 140.000.000 nüfuzuyla Afrikanın ən izdihamlı ölkəsidir.Bu ölkə Pakistan və İndoneziyadan sonra dünyanın ən çox əhalili müsəlman ölkəsidir. Nüfuz artımının ən yüksək olduğu ölkələrdən biridir.

Xalqın böyük bir hissəsini yerli qəbilələr təşkil edir. Ayrıca olaraq Avropalı ağdərililər də  mövcuddur. Nüfuz, bir-birindən bir çox baxımdan fərqli, yüzlərcə  qruplardan ibarətdir. Bunların ən güclü və geniş olanı Housa-Fulani qəbilələridir. On dördüncü əsrdə Müsəlman olan bu insanlar idarəni əllərində tutmaqdadırlar. Ayrıca olaraq cənub-qərbdə Yoruba, cənub-şərqdə İbo qəbilələri də güclüdürlər. Bundan başqa Tıv, Iraw, İbibio, Efik veIfe qəbilələri, sayca çox olan digər qəbilələrdən biridir.

Şimalda mövcud olan və ölkə yönətimində başrolu oynayan Hausa-Fulani qəbilələri əsasən ticarət və əkinçiliklə məşğuldurlar. Ölkə idarəsində və həyat tərzlərində, İslam qaydalarına bağlıdırlar. Nigeriya nüfuzunun yarıdan çoxu Müsəlmandır. ölkədə, ümumilikdə Avropalı olan bir miqdar Xristian vardır. Bəzi qəbilələr isə hələdə bütpərəsdir. Müsəlman Nigeriyalıların mədəniyyət səviyyələri olduqca yüksəkdir. Ölkə üzrə oxuma-yazma % 50’dir. Nigeriyada toplamda 13 universitet mövcuddur. Nigeriyada, yüzlərcə növdə qəbilə qruplarının, həmçinin yüzlərcə növ dili vardır. Bugün üçün Afro-Asiyatiq və Niger-Kongo ailələrindən gəlmə 300dən çox yerli dil aşkar edilmişdir. Ölkə, uzun illər İngiltərə zülmü və sömürgəsi altında qaldığı üçün, rəsmi dairələr və məktəblərdə İngiliscə istifadə olunmuş və ölkənin rəsmi dili halına gəlmişdir. Bundan başqa Ərəbcə də danışılmaqdadır. Yerli dillərin ən yayqın və sosial həyatda təsirli olanları Hausa,Yoruba və İbo dilləridir.
Qəbilələr arasında adət, ənənə, dil, din və yaşam baxımından bir çox fərqlilik varsa da,iqtisadi həyatda nüfuzun əksəriyyəti əkinçilik və ticarətdə birləşir. Bir çox kənd və klanların yönətim ünsürünün təməlini, böyük ölçüdə genişlemiş və poliqamiya növdə ailələr meydana gətirməkdədir. Bu ailələr siyasi, soisal və iqtisadi sistemlər etibari ilə, ailəyə xas bir təşkilat ilə, qida istehsalatında ən güclü olma niyyətindədirlər. Fəqət bu ailələr heçbir zaman Avropadaki imtiyazlı zümrələr halında deyildirlər və ailə rəisleri və ya klan başçıları bir Avropa diktatoru şəklində hərəkət etməzlər.

Bugün üçün Nigeriya, Afrika ölkələrinə nəzərən rifaq səviyyəsi yüksək olan bir ölkədir. Mövcud neft yataqlarından əldə edilən gəlirlər, ölkədəki iç qarışıqlıqları önlədiyi kimi ölkə insanlarına geniş iş imkanları da yaratmışdır. Nigeriyanın əsas şəhəri Abujadır. Önəmli ticari limanı Lagosdur. Olduqca müasir binalarla doludur. Millətlərarası bir hava limanına sahibdir. ölkənin ən böyük və inkişaf etmiş şəhəri Ibadandır. Əsas sənaye mərkəzi olub, Afrikanın açıq bazar bölgəsidir. Digər əsas şəhərləri isə Sokoto çayının şərqindəki Sokoto şəhəri, Kaduna çayı üzərində Kaduna şəhəri, Kano, Zaria, Port Harcourt, Jos Benin Nsukka, Oyo Yolo və Mubidir.

Nigeriya federativ müstəqil bir respublikadır. Federaiv hökumət mərkəzindən başqa 19 əyalət bölgəsinə ayrılır. Dövlət başçısı seçimlə hakimiyyətə gəlir. Parlament iki məclisdən ibarətdir. Ayrıca hər əyalətin bir hökuməti və əyalət başçısı olur. Əyalət başçılarının ölke idarəsindəki önəmi çox böyükdür. Konstitusiyaya görə dövlət başçısı, əyalətlərin üçdə ikisinin dəstəyini almaq məcburiyyətindədir. Millət Məclisi 449 oturacaqdan meydana gəlməkdədir. Senator isə 95 üzvlükdür.

Nigeriya müstəqilliyindən bu yana hərbi çevilişlərin ən çox edildiyi ölkələrdən olub günümüzdə hərbi rejim tərəfindən idarə edilməkdədir. 1992-ci il seçimler keçirildi. Xalq hökumətinə keçid olaraq 27 Avqust 1993-cü il tarixi müəyyən edildi.

İqtisadiyyat daha çok əkinçiliyə əsaslanır. Yer fındığı, pambıq, palma ağacları, tərəvəz və meyvə ,növləri kakao, kauçuk ,taxıl məhsulları, xurma və fındıq yağı, taxta-şalban və kolacevizi bol miqdarda istehsal edilir. Kakao və kauçuk istehsalatında dünyanın altıncı ölkəsidir. Ölkə torpaaqlarının % 25i əkinə yararlıdır.

Mövcud çay sularından, su stansiyaları qurmaq surətiylə, elektrik energiyası istehsal edilməkdədir. Bunlardan ən böyüyü Kainiji su anbarıdır.

İxracatının % 95ini xam benzin təşkil edir. Müxtəlif qida maddələri və avtomobil parça hissələri, digər önəmli ixrac məhsullarıdır. Qida maddələri ixracatının böyük bir bölümünü kakao meydana gətirir. Ayrıca tütün, palma məhsulları, yer fındığı, pambıq və soya digər ixrac məhsullarını təşgil edir.

Nigeriya, taxta-şalban, kauçuk və heyvan dərilərindən də böyük gəlirlər əldə etməkdədir. İxracatını daha çox İngiltərə, Almaniya və Yaponiyaya edər. ABŞ, Almaniya ve Hollandiyadan isə müxtəlif avadanlıq, dərman və elektronik məhsullar, idxal etməkdədir.

Adam başına düşən milli gəlir 370 dollardır. İş gücünün % 60=ı əkinçilik, % 20-si ticarətlə əlaqədardir. Təbii qaz və neft-kimya sənayesi ilə yanaşı, meşəçilik, balıqçılıq, toxuculuq, sement ve siqaret sənayeləridə də mühüm yer tutur. OPEC üzvü olan Nigeriya, böyük bir dəmir-polad sənayesinə və geniş bir inşaat sahəsinə sahibdir.

Nəqliyyatın inkişaf etdiyi ölkədə yollar əsasən şimal-cənub istiqaməti üzrədir. Uzunluğu təqribi 124.000 kilometrə çatan quruyolunun  50%-i asfalt örtülüdür. Dəmiryolu nəqliyyatı inkişaf etmiş olmaqla cəmi uzunluğu 3805 kilometrdir. Lagos və Kano hava limanları ən işlək millətlərarası hava limanlarıdır.

 




#Article 98: Syerra-Leone (341 words)


Syerra-Leone — Afrika qitəsinin qərbində, Atlantik okeanı sahillərində yerləşən dövlət. Ölkə şimaldan və şərqdən Qvineya ilə, cənub-şərqdən isə Liberiya ilə həmsərhəddir. Paytaxtı Fritaun şəhəridir.

Qonşusu Liberiya kimi azad edilmiş Afrikalı qullar tərəfindən qurulub (1791-ci ildə Fritaunu qurdular). Syerra-Leone 1961-ci ildə ingilis müstəmləkə əsarətindən çıxaraq müstəqilliyini e'lan etmiş, 10 il sonra krallıq üsul-idarə sistemindən imtina edərək, respublikaya çevirilmişdir. 

Almaz mə'dənləri baxımından olduqca zəngindir, buna baxmayaraq qərbli müstəmləkəçilərin təhrik etdiyi və göz yumduğu vətəndaş müharibəsi nəticəsində bir xeyli yoxsullaşmışdır.

Sərhədlərinin ümumi uzunluğu 958 km olub, sərhəd qonşuları isə Qvineya (652 km), Liberiya (306 km), sahil xəttinin uzunluğu 402 km-dir.

Təbii sərvətləri almaz, titan, boksit, dəmir, qızıl, xromdur.

Tropik iqlimə sahibdir və ən alçaq nöqtəsi isə Atlantik okeanı 0 m-dir, ən yüksək nöqtəsi Loma Mansa (Bintimani dağında) 1.948 m -dir. Şərq Sierra Leone platasında yüksək səpələnmiş dağlar yerləşir.

Ölkənin mərkəzi meşələr, kol və əkinçilik olan düzənlik bölgədir ki, bu da Syerra-Leonenin ərazisinin təxminən 43%-ni tutur. Ölkənin şimal hissəsi Qvineya meşə-savanna mozaika ekoregionunun hissəsi kimi Dünya Vəhşi Təbiət Fondu tərəfindən təsnif edilmişdir, cənub hissəsini isə yağıntılı meşə düzənlik və əkinçilik təşkil edir.

Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar 31%, meşəlik ərazi 28% və digərləri 33%-dir. Suvarılan ərazi 290 km²-dir.

Orta ömür həddi kişilərdə 42,69 il, qadınlarda 48,61 il (2001 mə'lumatları) olub,1 qadına düşən orta uşaq sayı 6.01 uşaq (2001 təxmini) təşkil edir.

Ölkə əhalisinin 78%-i islam, 21%-i xristian, 1%-i isə digər dinlərə sitayiş edir.

İnflyasiya nisbəti (istehlakçı qiymətlərində) 15% -dir (2000 mə'lumatları). İş gücü 1981 mə'lumatlarına görə 1.369 milyondur. Sənaye, mə'dənçilik (almaz, dəmir, boksit) kiçik ölçülü sənaye müəssisələri (içki, toxuculuq, siqaret, ayaqqabı), qəhvə, kakao, kokos və neft e'mali zavodlarından ibarətdir.

Əsas ixracat məhsulları almaz,pivə,siqaret,ayaqqabı və gön dəridir.

Kənd təsərrüfatı məhsulları düyü, qəhvə, palma toxumu, yer fıstığıdır. Ayrıca iqtisadi gəlir gətirən başda balıqçılıq olmaqla ev heyvandarlığı, mal-qoyun-donuz da yetişdirilir.

İllik 65 milyon $ (2000 mə'lumatları) ixrac edir və ixrac məhsulları almaz, kakao, qəhvə, balıqdır. Idxal isə illik 145 milyon $ (2000 mə'lumatları). Qida maddələri, maşın və avadanlıq, yanacaq və yağlar, kimyəvi maddələr idxal edir. İdxal nisbətləri aşağıdakı şəkildədir:
İngiltərə 34%, ABŞ 8%, İtaliya 7%, Nigeriya 5% (1999)




#Article 99: Seneqal (254 words)


Seneqal — Afrikanın qərbində dövlət. Seneqal Afrikaın qərbində Seneqal çayının cənubunda yerləşir. Ölkə şimaldan Mavritaniya, şərqdən Mali, cənubdan Qvineya və Qvineya Bisau ilə həmsərhəddir. Bundan başqa ölkənin daxilində doğru uzanan Qambiya dövləti ilə sərhədi var. Şərq sahilərini isə Atlantik Okeanının suları yuyur.

 .  

Seneqalın Atlantik Okeanı ilə sahil xəttinin uzunluğu 531 km-dir. Sərhəd xəttinin uzunluğu  Qambiya ilə 740 km, Mavritaniya ilə 813 km, Mali ilə 419 km, Qvineya ilə 330 km və Qvineya Bisau ilə 338 km təşkil edir.

Senegal ən yüksək zirvəsi (Adsız) - 581 m.
Ərazisinin çox hissəsinin landşaftı düzdür, yalnız cənub hissəsində yüksəklir. 
İqlim Subtropikdir. Orta temperatur yanvar təxminən 23 °C, iyul ayında isə 28 °C -dir.

Əhalisi - 15,1 milyon nəfərdir (yanvar 2014 hesabatına görə).
Şəhər əhalisi - 42% (2008-ci il hesabına görə).
İllik artım tempi - 2.7% (məhsuldarlıq səviyyəsi - qadın başına 4,8 doğum).

Orta yaşam həddi - 59 il (57 - kişilər və 61 - qadınlar).

Qeyri-immun çatışmazlığı virusu (HİV) - 1% (2007-ci il hesabatına görə).

Etnik qruplar: 20 etnik qrup, onlardan ən böyüyü volof (43%), Fulani (24%) və serer (15%) var. Ağlar (əsasən Fransız dili) - 1%.

Təhsil səviyyəsi  - 51% kişi, 29% -ni qadınlar (2002 görə).

Rəsmi dili - əhalinin 20% danışdığı Frasız dilidir. Milli dil kimi Ərəbcə (Hasaniye), Balanta-ganzha və başqa dillərdən istifadə edilir.

Din - Müsəlmanlar 94%, Xrisyianlar 5%, yerli inanclar 1% təşkil edir. Xristianların böyük əksəriyyəti - katolikdir, bundan başqa baptistlər, adventistlər, pentikostallar var.

Seneqalın təxminən 12 milyon əhalisi var və əhalinin təqribi 60 %-ni cavan insanlar təşkil edir.
Əhalinin 95 %-i müsəlmandır.




#Article 100: Sudan (474 words)


Sudan — Afrikada dövlət.

Sudan 7  ölkə ilə həmsərhəddir – Cənubi Sudan, Misir, Liviya, Çad, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya.

Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib. 1983-cü ildə ölkədə baş verən vətəndaş müharibəsi Sudanı iki hissəyə – müsəlmanlardan ibarət şimal və xristianlardan ibarət cənub hissəsinə böldü. Bölgəyə böyük maraq göstərən ABŞ əvvəlcə Xartumdakı hökumətə, yəni nəzarətləri altında olan ərazilərdə şəriət qanunlarını tətbiq edən müsəlmanlara dəstək verdi ki, bu da mübarizəni daha da şiddətləndirdi. 22 ilə qədər, yəni 2005-ci ilədək davam edən müharibə İkinci vətəndaş müharibəsi adını aldı. Bu illər ərzində aclıqdan, xəstəlikdən, işgəncələrdən və döyüş əməliyyatlarında 2 milyondan çox insan həlak oldu, 4 milyondan artıq insan isə qaçqın düşdü. Sudanda baş vermiş bu hadisələr ölkəni böhrana sürükləyirdi.

Yalnız 2005-ci ildə cənubla şimal silahlı qarşıdurmaya son qoymaq haqqında razılığa gəldi. Keçid dövrü haqqında razılıq əldə edildi. Sülh prosesi kifayət qədər uzun çəkdi. 2011-ci ildə keçirilmiş referendumundan sonra Cənubi Sudan müstəqillik əldə etdi. ABŞ isə hər iki tərəfə dəstək, o cümlədən hərbi dəstəyini davam etdirir. Çünki neft cənubi Sudanda hasil olunur, lakin neft kəmərləri və terminalları şimali Sudanın ərazisində yerləşir ki, bu da hər iki ölkənin hökumətlərini ABŞ-ın iqtisadi və hərbi yardımından asılı vəziyyətə salmışdır.

Ölkənin ərazisi 2.505.810 km² – dir. Ərazisinin böyük hissəsi Şimali Afrikada yerləşir. Nil çayı ölkəni iki hissəyə ayırır, həmçinin Nil çayının qolları olan Ağ Nil və Mavi Nil ölkə ərazisində qovuşur. Ərazisi Nil çayı sahilləri istisna olmaqla əsasən səhralardan ibarətdir. Sudan şimal şərqdən Qırmızı dənizlə sərhəddir.

Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik federativ respublikadır. Milli bayram günüolan müstəqillik günü (1956) 01 yanvar tarixində qeyd olunur.2005-ci ildən etibarən ölkədə keçid Konstitusiyası qüvvədədir.

Mövcud Konstitusiyaya əsasən dövlət vəhökumət başçısı, habelə silahlı qüvvələrin ali baş komandanı sayılan Sudan Prezidenti ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilir.Çox geniş səlahiyyətlərə malik olan prezidentə dövlətin idarə edilməsində vitse-prezident (09 iyul 2011-ci ildən etibarən Sudan Respublikasının vitse-prezidenti Əli Osman Məhəmməd Tahadır) bilavasitə köməklik göstərir. Vitse-prezident və hökumət üzvləri, habelə silahlı qüvvələrin ali hərbi zabit heyəti və digər yüksək vəzifəli məmurlar dövlət başçısı tərəfindən təyin edilirlər. Bundan əlavə, Prezident ölkədə müharibə hazırlığı və fövqəladə vəziyyət elan etmək, məhkəmənin qərarı ilə ölüm hökmünün icrasını təsdiq və cəzadan azad etmək səlahiyyətlərinə malikdir. Sudanın hazırkı prezidenti 16 oktyabr 1993-cü ildən etibarən Ömər Həsən Əl-Bəşirdir (2010-cu il 11-15 aprel tarixlərində keçirilmiş son Prezident seçkilərində 68,24% səs toplayaraq yenidən dövlət başçısı seçilmişdir).

Nümayəndələri dolayısı ilə ştatların qanunverici orqanları tərəfindən 6 illik müddətə seçilən 50 üzvlük Ştatlar Şurasından və tərkibində hökumət
üzvlərinin, keçmiş qiyamçıların, müxalifətçilərin yer aldığı 450 yerlik Milli Assambleyadan ibarət iki palatalı Parlamentölkədə qanunvericilik hakimiyyətini həyata keçirilir.Qanunların hazırlanması və qəbulu ilə yanaşı, illik dövlət büdcəsinin təsdiqi, beynəlxalq müqavilələrin ratifikasiyası, Konstitusiyaya düzəlişlər edilməsi və icra hakimiyyətinin fəaliyyətinə nəzarət olunması Parlamentin səlahiyyətlərinə daxildir.

Mövcud Konstitusiyaya uyğun olaraq, hakimləri ölkə Prezidenti tərəfindən təyin edilən və onun qarşısında məsuliyyət daşıyan Ali Məhkəmə və Xüsusi İnqilab məhkəmələri, habelə aşağı instansiya məhkəmələri tərəfindən həyata keçirilir.




#Article 101: Somali (639 words)


Somali (somali:  Soomaaliya; ), rəsmi adı Somali Federativ Respublikası - Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır.  Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür.

E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar. Burada öz hakimiyyətinin möhkəmləndirmək üçün Misir hakimləri yerli əyanların uşaqlarını öz saraylarında tərbiyə edirdilər.

Avropa və Asiyanı birləşdirən qədim İpək yolu Somali, Misir, İran, Hindistan və Yava adalarından keçərək Çinə qədər uzanırdı. E.ə. III əsrdə Ptolemeylər sülaləsinə sadiq qalan yunanlar və misirlilər Somalinin şimalında öz məskənlərini yaratdılar. Həmin dövrdə Somalinin əsas sakinləri köçəri maldar tayfaları olsa da, Ədən körfəzinin sahillərində yerli knyazlaar tərəfindən idarə olunan limanlar mövcud idi. I-II əsrlərdə Somalinin şimal sahillərində yaşayan əhali Avalit, Malao, Opona limanları vasitəsilə  Roma imperiyası, Cənubi Ərəbistan, Hindistanla ticarət edirdilər. Somalidən ən çox fil dişi, qul, sənətkarlıq və ərzaq məhsulları daşınırdı.

IV-V əsrlərdə müasir Efiopiya ərazisində mövcud olmuş Aksum çarlığının çiçəkləndiyi bir dövrdə Somalinin şimal hissəsi onların hakimiyyəti altına düşdü, bu ərazidə mühüm əhəmiyyətə malik Zeyla limanı (müasir Cibütinin şərqində) meydana gəldi. Somalinin şimalında Aksum çarlığının təsirinin zəifləməsi nəticəsində qədim Bərbər dövləti və Xavi tayfa ittifaqı yarandı. Onların tərkibinə yarımköçəri əkinçi maldar və köçəri tayfalar daxil idi.

XII-XIII əsrlərdəSomali ərazisində islam dini yayılsa da, bu din yerli dini ayinləri tamamilə sıxışdırıb aradan çıxara bilmədi. XII-XVI əsrlərdə müasir Somali ərazisində vaxtaşırı bir sıra sultanlıqlar yaransa da, onların heç biri uzunömürlü olmadı. XIV-XV əsrlərdə Somalidə müsəlman sultanlıqları iıə xristian Efiopiya imperiyası arasında fasiləsiz müharibələr baş vermişdi. Somali toponiminə ilk dəfə məhz bu dövrdə Efiopiya hökmdarı Yisxakanın qələbəsinə həsr olunan amxar mahnısında rast gəlinmişdir.

Ara müharibələri nəticəsində Somali şəhərlərinin əhalisi kəskin surətdə azaldı. Bir sıra şəhərlər isə tamamilə boş qaldı. XVII əsrdə Zeyla limanı Türkiyənin hakimiyyəti altına keçdi. XVII əsrin ortalarında Oman sultanlığı Somalinin şərqindəki sahil şəhərlərini özünə tabe etdi. Oman sultanları öz iqamətgahlarını Zanzibara köçürdükdən və Oman sultanlığı Asiya və Afrika hissələrinə bölündükdən sonra Somalinin şərq sahilboyu əraziləri Zanzibarın, şimal hissəsi isə Türkiyənin tabeliyinə keçdi. Bu bölünmədən sonra Somalinin daxili əyalətlərində daxili ticarət yollarını və Zanzibarın və Türkiyənin hakimiyyətini qəbul etməyən, çay vadilərində və dağətəyi ərazilərdə məhsuldar torpaqları öz nəzarətlərində saxlayan çoxlu yerli sultanlıqlar (Raxanveyn, Micurtini, Qeledi, Tunni və sair) yarandı.

XIX əsrdə Somalidə sultanlıqlarla cənub əyalətlərinin əhalisinin müdafiə etdiyi tayfalar arasında ara müharibələri kəskinləşdi. Əsrin əvvəllərində Somalidə qonşularına vaxtaşırı cihad elan edən müxtəlif müsəlman təriqət və cərəyanları geniş yayıldı. 1819-cu ildə Qeledi, Tunni,Baraue sultanlıqlarına qarşı vuruşan Bandera teokratik dövlətinin əsası qoyuldu. XIX əsrin ortalarında Bandera dövləti qonşuları tərəfindən darmadağın edildi.

XIX əsrin ortalarında Zanzibar Somali şəhərləri üzərində öz nəzarətini gücləndirməyə (1843-cü ildə Moqadişo və 1862-ci ildə Merku şəhərləri ələ keçirildi) çalışsa da, bu sahədə nəzərəçarpan nəticələr qazana bilmədi. 1869-cu ildən Misir Somalinin liman şəhərlərini ələ keçirməyə başladı, lakin 1885-ci ildə yerli hakimlərin müqavimətini qıra bilməyən misirlilər Somalini tərk etməyə məcbur oldular.
 

Ərazisinin çox hissəsi şimal yarımkürəsindədir. Afrika materikinin Ras-Hafun adlanan ucqar şərq nöqtəsi buradadır. Şimaldan Ədən körfəzi, şərqdən və cənub-şərqdən Hind okeanının suları ilə əhatə olunmuşdur. Qərbdən Efiopiya və Keniya, şimal-şərqdən Cibuti Respublikası ilə həmsərhədddir.

İqlimi cənubda ekvatorial musson, şimalda tropik səhra və yarımsəhra tiplidir. Cənub-şərq sahilləri istisna olmaqla iqlimi quru və istidir. Qış mövsümündə burada Ərəbistandan gələn quru hava kütləsi hakim olur. Efiopiya yaylası isə rütubətli cənub-qərb küləklərinin qarşısını kəsir,  Hind okeanından əsən küləklər isə sahilboyunu əhatə edir. Ölkənin cənubundan şimalına və qərbindən şərqinə doğru yağğıntıların miqdarı 500–600 mm-dən 100 mm-ə qədər azalır. Yağıntıların illər üzrə paylanmasında böyük fərqlərin olması da ölkənin iqlimində səciyyəvi haldır. Ölkədə baş verən quraqlıqda bu özünü bir daha biruzə verir. Ölkənin şimalında təsərrüfata ziyan vuran “xafif” adlanan güclü küləklər əsir. Mövcud iqlim şəraiti yalnız ölkənin cənub-qərb və şimalında dəmyə əkinçiliyinin inkişaf etdirilməsinə imkan verir.




#Article 102: Uqanda (370 words)


Uqanda Respublikası (, ) — Şərqi Afrikada dənizə çıxışı olmayan ölkə. Millətlər Birliyinə daxildir.

Uqanda eyni vaxta Afrikanın mirvarisi adlanırdı. Ölkə şərqdə Keniya, şimaldan Cənubi Sudan, qərbdən Konqo, cənubdan isə Tanzaniya ilə həmsərhəddir. Cənub-Şərdən  Viktoriya gölü  ilə əhatələnir.İnzibati cəhətdən 4 vilayətə bölünür. Paytaxtı Kampala şəhəridir.

Uqanda respublikadır. Millətlər birliyinə daxildir. Konstitusiyası 1967-ci ildə qəbul olunmuşdur. 1987-ci ilin iyulun  27-də baş vermiş hərbi dövlət  çevrilişi nəticəsində  Konstutisiyanin  qüvvəsi dayandırılmış, paytaxtda fövqəladə hal elan olunmuşdur. Ölkəni əsasən hərbiçilərdən ibarət hərbi Şura idarə edir.

Səthi,əsasən ayrı-ayrı  dağlar olan  zəif dalğalı platodur(hünd. 1100–1500 m). Faydalı qazıntıları :mis , qalay, kobalt, volfram və s.

İqlimi ərazisinin çox hissəsində ekvatorial-mussondur.  Orta alyıq tempraturu 18-25 dərəcədir.  İllik yağıntı 750–1500 mm-dir.

Çaylarə ərazisindən keçən Nil hövzəsi aiddir. Əsasən qırmızı ferralit torbaqlar yayılmışdır. Bitkiləri çox yerdə yüksəkotlu savannalardan ibarətdir. Heyvanları: Fil, kərgədan, begemot, antilop,  zürafə, aslan, meymun və s.  Çoxlu quş, sürünən (timsah, ilan) həşərat var. Milli Parklar(Ruvenzori , Kabareqa) yaradılmışdır.

Əhalinin 97%-dən çoxu Afrika xalqlarıdır. Avropa və Asiyadan köçüb gələn də var. Rəsmi dilləri (1973 ildən) Svahili Və ingilis dilləridir. Əhalinin tərq. 65%-i xristian,5-6%-i müsəlman,  qalanları isə ənənəvi din etqatları saxlayır. İşləyən əhalinin 154,3 min nəfəri xidmət sahəsində, 61,2 min nəfəri balıqçılıqla, 58,9 min nəfər sənayedə, 44,4 min nəfəri isə tikintidə çalışır. Orta sıxlıq 1 km²-ə 57 nəfərdir. Şəhər əhalisi  7,8 %-dir.  Mühüm şəhərləri: Kampala  Cinca, Mbale, Entebbe və s.

Ümumi ərazisi  Aşağı Paleolitdən məskunlaşmışdır. 13-14-cü əsrlərdə yaşayan Kitara-Bunyoro dövləti 16-cı əsrdə Buqanda, Ankole, Karaqve və s. feodal dövlətlərə  parçalandı. 19-cu əsrin ortalarında, əraziyə ərəblər köçüb gəlmişlər.19-cu əsrin 2-ci yarısında B.Britaniya, Almaniya və Fransanın ekspansiya  obyektinə çevrilmişdir. 1890-cı ildən başlayaraq ərazisində olan dövlətlər B.Britaniyanın protektoratı altına keçməyə başladı.XX əsrin 23-30-cu illərində milli azadliq hərəkatı genişlənmişdi. İkinci Dünya müharibəsindən sonra  istiqlaliyyət uğrunda  mübarizəyə  Milli Konqress(1952-ci ildə yaradılmışdır), sonra isə Uqanda Xalq Konqresi (UXK 1960-cı ildə yaradılmışdır) başçılıq etmişdir. 1962-ci ilin oktyabrında Uqanda müstəqil federativ  dövlət elan edildi. A. M. Obote prezident seçildi. 1962-ci ildə BMT-yə qabul olundu. 1962-ildən SSRİ ilə diplomatik  əlaqələr saxladı. 1967-ci ilin sentyabrın 8-də  respublika elan edildi.1971-ci ildə hərbi çevriliş nəticəsində parlament buraxıldı. Ölkədə general İdi Əminin diktator rejimi quruldu.1979-cu ilin aprelində muxalifətçi qüvvələri birləşdirən Uqanda Milli Azadlıq Cəbhəsi  Tanzaniya ordusunun köməyi ilə hakimiyyəti ələ aldı. 1980-cı ilin dekabrında parlament seçkiləri nəticəsində A.M Obote yenidən prezident seçildi.




#Article 103: Zimbabve (166 words)


Zimbabve — Afrikada dövlət. Paytaxtı Harare şəhəridir.

Zimbabve Afrikanın cənubunda yerləşən bir ölkədir. Zimbabve Mozambik, Zambiya, Botsvana və CAR-la həmsərhəddir.Zimbabve ərazisinin çox hissəsini Matabele və Maşona yaylaları tutur.Şərqdə yerləşən Inyanqani zirvə (2592 m) yüksəlir .Şimalda Zambiya ilə sərhəd boyu Zambezi çayı axır. Orta axarında böyük Kariba su anbarı qurulmuşdu IV əsrdə Banbu qəbilələri ərazini ələ keçirirlər. XV əsrdə bugünkü Fort Viktoriya şəhəri (hazırda Masvinqo şəhəri) yaxınlığında Zimbabve və ya Böyük Zimbabve olaraq tanınan yerdə bir din və ticarət mərkəzi quruldu. XV əsrdə Mutota və Matope idarəçiləri şərqdə Hind okeanına və qərbdə Kalaxari səhrasına qədər uzanan bir krallıq qurdular. Sonradan bu krallığa Portuqaliya Monomotapa krallığı adını verdi.

IV əsrdə Banbu qəbilələri ərazini ələ keçirirlər. XV əsrdə bugünkü Fort Viktoriya şəhəri (hazırda Masvinqo şəhəri) yaxınlığında Zimbabve və ya Böyük Zimbabve olaraq tanınan yerdə bir din və ticarət mərkəzi quruldu. XV əsrdə Mutota və Matope idarəçiləri şərqdə Hind okeanına və qərbdə Kalaxari səhrasına qədər uzanan bir krallıq qurdular. Sonradan bu krallığa Portuqaliya Monomotapa krallığı adını verdi.

 

Coğrafiya Ensiklopediyası.2-ci kitab




#Article 104: Afrika (3611 words)


Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür.

Afrika adı latın dilində olan afrikus, yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış afrigiyeah adından götürülmüşdür.

Avrasiyadan sonra ən böyük materikdir.Ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir.

Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub. Ucqar nöqtələri: şimalda – Əl-Əbiyyad və ya Ben Sekka burnu, cənubda – İynə burnu, şərqdə – Ras-Xəfun, qərbdə – Almadi. Yeganə materikdir ki, bütün ucqar nöqtələri müxtəlif yarımkürələrdə yerləşir. Materik qədim Qondvananın qalığıdır. Sahil xətləri az parçalanıb. Bir böyük yarımadası (Somali), 1 böyük körfəzi (Qvineya) vardır. Ən böyük adası Madaqaskardır, bundan başqa Seyşel, Əmirlik, Zənzibar, Kanar, Komor, Yaşılburun, Yüksəliş, Müqəddəs Yelena adaları da buraya aiddir.

Materikin şimal hissəsi qədim sivilizasiyanın mərkəzlərindən olduğuna görə əvvəldən öyrənilmişdir. Afrika qitəsi insan cəmiyyətinin beşiyi hesab edilir. Burada ən qədim insanların qalıqları tapılıb.

Onun cənub hissəsinin öyrənilməsində İngilis tədqiqatçısı Livinqstonun xüsusi rolu vardır. O, quru ilə Atlantik okeanın sahilindən Hind okeanın sahilinə qədər keçmiş ilk Avropalıdır. Livinqston Konqo və Zambezi çaylarının hövzələrini öyrənmiş, Livinqston və Viktoriya şəlalələrini kəşf etmiş, Tanqanika və Nyasa göllərini tədqiq etmişdir. Rus tədqiqatçısı Yunker ilk dəfə Nil çayının mənsəbindən mənbəyinə qədər gəlmişdir. O, düzgün olaraq göstərmişdir ki, Nilin il boyu bol sulu axmasının səbəbi onun mənbəyinin bol yağıntılı ekvatorial və subekvatorial qurşaqlarda yerləşməsidir. Ingilis tədqiqatçısı Park Seneqal və Niger çaylarının hövzələrini, Bart isə Aralıq dənizindən Çad gölünə qədər Böyük Səhranı öyrənmişdir. Rus alimi Vavilov şimali Afrikanın bitki örtüyünü tədqiq etmişdir.

Afrika relyefinə görə hündürlüyü 1000 m-ə qədər olan şimal və qərb, hündürlüyü 1000 m-dən artıq olan cənub və şərq hissələrə ayrılır. Materikin əsas relyef formalarına denudasion düzənliklər (Böyük Səhra, Liviya və Nubiya səhraları, Kalaxari səhrası, Namib səhrası), yaylalar (Tibesti, Ahaqqar, Darfur, Efiopiya, Şərqi Afrika) geniş yayılmışdır. Materikin şimal-qərbində cavan Alp qırışıqlığına aid Atlas dağları, cənubunda isə qədim Əjdaha və Kap dağları yerləşir. Burada fəaliyyətdə olan Kilimancaro, Kenya, Kamerun vulkanları vardır. Afrikanın ən hündür nöqtəsi Kilimancaro zirvəsi (5895 m), ən alçaq nötəsi Afar çökəkliyindəki Assal gölünün səthidir (-154 m). Misir ərazisində okean səviyyəsindən 132 m aşağıda yerləşən Kattara çökəkliyi də var.

Quruda yer qabığının ən uzun çatı olan Şərqi Afrika Sınma Zolağı Qırmızı dəniz sahilindən Zambezi çayının mənsəbinə qədər uzanır. Buna görə də Qırmızı dəniz sahili və bu sınma zolağı seysmik cəhətdən fəal ərazidir. Materikin şimal və qərb hissəsində çökmə süxurlar geniş yayıldığına görə burada neft və təbii qaz ehtiyatları vardır. Ən böyük neft ehtiyatları şimali Afrikada (Misir, Əlcəzair, Liviya) və Qvineya körfəzinin sahilindədir (Qabon, Nigeriya). Cənub və şərq hissədə maqmatik və metamorfik süxurlar geniş yayıldığına görə burada filiz faydalı qazıntılar çoxdur. Dünyanın mis qurşağı mərkəzi Afrikada Zair və Zambiya ərazisindədir. Burada zəngin sink, qalay, uran, boksit yataqları da vardır. Cənubi Afrikada almaz, qızıl, daş-kömür ehtiyatları azdır

XIX əsrin 70-ci illərinə qədər Avropadan gələn mühacirlər Afrika qitəsinin cənub hissəsində – Kap müstəmləkəsində və qonşu Bur respubilkalarında, Əlcəzairin şimal rayonlarında ən yaxşı torpaqları tutmuşdular. O zaman Afrika ərazisinin 11 faizə qədəri kapitalist dövlətlərinə mənsub idi. Onların silahlı ekspedisiyaları sahilboyu raoynlara arxalanaraq, qitənin içərilərinə soxulur, əhalini talan edir və sağlam kişiləri tutub qul kimi ən çox Latın Amerikasına göndərirdilər. On milyonlarla çox qüvvətli və gənc adamların itirilməsi Afrika xalqlarını gücdən saldı, onların müstəmləkəçilərə qarşı müqavimətini zəiflətdi. XIX əsrin axırıncı 20 ili ərzində müstəmləkəçilər qitə ərazisinin daha 80 faizini işğal edərək, onun bölüşdürülməsini əsasən başa çatdırdılar. Müstəmləkəçilər hər yerdə son dərəcə şiddətli, qızğın müqavimətə rast gəlirdilər. Afrikalıların başlıca qüvvəsini sınanmış döyüşçülər təşkil edirdilər. Yalnız bir para tayfa başçıları avropalılara xidmət göstərməyə başladı. Müqavimətin əsas forması silahlı mübarizə idi. Əhali torpaqları işğal edilməsinə, zorla xristianlaşdırmaya, xarici ticarətçilərə, təzminatların və vergilərin ödənilməsinə, əmək mükəlləfiyyətinə qarşı müqavimət göstərirdilər. XX əsrin əvvəlinədək Afrika ərazisinin 34 faizini işğal etmiş olan Fransız müstəmləkəçilərinə qarşı şiddətli mübarizə aparılırdı. Tunis əhalisi Fransa protektoratının elan edilməsinə qarşı üsyanla cavab verdi. Müstəmləkəçilərin qoşunları üsyançıların pis silahlanmasından və zəif təşkil olunmasından, habelə feodal əyanlarının xəyanətindən istifadə edərək onu yatırdılar. 80-ci illərdə Qərbi Afrika xalqları fransız qoşunlarına qarşı çıxışa başladılar. Bu çıxışlara fransızların Sudan Bonapartı adlandırdıqları istedadlı sərkərdə Samori Ture başçılıq edirdi. Samorinin rəhbərliyi altında afrikalılar 18 il silahlı mübarizə apardılar. Fransız qoşunlarının silahlanma cəhətdən üstünlüyü və amansızlığı 1898-ci ildə Samorini təslim olmağa məcbur etdi. Fransa Maqadaskarı özünün protektoratı elan etdikdə bu ölkənin əhalisi qəsbkarlara tabe olmaq istəmədi. Qanlı cəza tədbirlərinə, xalqların bir-birinin üzərinə salışdırılmasına və yerli əyanların pula ələ alınmasına baxmayaraq, 90-cı illərdə müqavimət kütləvi şəkil almışdı. Ayrı-ayrı raoynlarda üsyanlar qalxır, partizan müharibəsi aparılırdı.

Afrika xalqları XX əsrin əvvəlinədək qitə ərazisinin 30 faizindən çoxunu işğal etmiş olan ingilis müstəmləkəçilərinə qarşı da qətiyyətlə müqavimət göstərirdilər. 70-ci illərdə ingilis qoşunları Limpopo çayından cənubda yaşayan zuluların böyük və yaxşı təlim keçmiş qoşunu ilə toqquşdu. Döyüşçülərdən bir hissəsinin odlu silahı var idi, lakin zülular əlbəyaxa vuruşmada xüsusilə güclü idilər. 1879-cu ilin əvvəlindəki ilk böyük döyüşdə
zulular ingilislərə qalib gəldilər: onlar qarğıdalı tarlalarında və otluqlarda gizlənərək, yarğanlardan istfadə edərək düşmən düşərgəsinə lap yaxınlaşdılar və döyüş harayı ilə onun üzərinə atıldılar. Müstəmləkəçilərə qarşı vuruşmalarda zulular dəfələrlə müvəffəqiyyət qazandılar. Lakin 1879-cu ilin yayındakı həlledici döyüşdə ingilislər hücuma keçən zuluları tüfənglərdən və toplardan qızğın atəş açaraq böyük tələfata uğratdılar və onları
əlbəyaxa vuruşma üçün yaxına buraxmadılar. Geri çəkilən zulular ingilis süvarilərinni zərbəsi altına düşdülər və qılıncdan keçirildilər. İngiltərə hökuməti zuluların ərazisini kəsb etdi. 1881-ci ildə Misirdə xaricilərə verilmiş imtiyazlara qarşı Misir misirlilər üçündür! şüarı altında üsyan oldu. Bu üsyana Misir ordusunun zabitləri – müstəqil milli siyasət tərəfdardarı rəhbərlik edirdilər. Onların lideri Əhməd Ərəbi idi. Misirlilər ölkəyə soxulan ingilis qoşunlarına qarşı müdafiə təşkil etdilər. Lakin qüvvələr olduqca qeyri-bərabər idi. Misir qoşunları məğlubiyyətə uğradı. Bundan sonra Misir əslində İngiltərənin müstəmləkəsinə çevrildi. Ölkəni ingilis konsulu idarə etməyə başladı. Misir üzərində nəzarət qoyduqdan sonra ingilislərin öz qoşunlarını yeritdikləri Şərqi Sudanda bütün xalq işğalçılara qarşı müqəddəs müharibəyə qalxdı. Bu hərəkatın başında özünü Mehdi, yəni Allahın elçisi elan edən Məhəmməd-Əhməd durdu. O, müstəqil Mehdiçilər dövləti yaratdı. İşğalçılar ölkəni tərk etdilər. Yalnız 90-cı illərin axırında ingilislər bura yenidən soxulmaq qərarına gəldilər. İngilis qoşunları silah cəhətdən xeyli üstün idi. Xartum yaxınlığındakı həlledici döyüşdə (1898-ci il) köhnə tüfənglərlə və soyuq silahla silahlanmış olan mehdiçilər qoşununu pulemyot atəşi və karteçlə qırdılar. Onların 40 min nəfərindən 11 min nəfəri öldürülmüş və 10 min nəfəri yaralanmışdı. İngilislər 430 nəfər itirmişdilər. Kütləvi mütəşəkkil müqavimət qırıldı, lakin ölkənin cənubunda mübarizə uzun illər sakitləşmədi. Şərqi Sudanda əhalinin çox hissəsi həlak olmuşdu. 1880-ci ildə orada 8 milyon adam yaşayırdı, 1903-cü ildə isə cəmi 1 milyon 870 min nəfər qalmışdı. Rəsmən Şərqi Sudan İngiltərə və Misirin birgə idarəsi altına verildi. Əslində isə orada ingilislər ağalıq edirdilər.

Konqo çayı mənsəbinin sağ sahilində kiçik bir ərazini Fransanın işğal etdiyi dövrdə onun aşağı və orta axını boyu Belçika kralı II Leopoldun yaratdığı Beynəlxalq Konqo cəmiyyəti fəaliyyət göstərirdi. Bu təşkilatın birləşdirdiyi müstəmləkəçilər ölkə ərazisinin içərilərinə soxulur, orada əhalini istismar etmək üçün dayaq məntəqələri yaradırdılar. 80-ci illərdə onlar Azad Konqo dövləti yaratdılar, burada hakimiyyəti Belçika kralı təmsil edirdi. Konqo hövzəsinin xalqları müstəmləkəçilərin dəstələri və dayaq məntəqələri üzərinə hücumlar edirdilər, çox vaxt ciddi vuruşmalar baş verirdi. Limpopo və Punqve çayları arasında (Mozambik ərazisi) Vatua dövləti uzun müddət Portuqaliya müstəmləkəçilərinə ciddi müqavimət göstərdi. Yalnız XIX əsrin axırında onun qoşunları darmadağın olundu. Lakin bundan sonra da Mozambik xalqlarının portuqaliyalılara qarşı silahlı müqaviməti hələ 20 ilə yaxın davam etdi. Anqola tayfaları da portuqaliyalılara qarşı dəfələrlə üsyana qalxdılar. Lakin o dövrdəki mübarizədə yalnız Efiopiya qələbə çaldı. 80-ci illərdə Qırmızı dəniz sahilboyu ərazilərinin bir hissəsini zəbt etmiş olan İtaliya bu ölkənin üzərinə hücum etdi. Bütün xalq işğalçılara qarşı mübarizəyə qalxdı. Efiopiya hökuməti İtaliyanın güclənməsini istəməyən Fransadan silah ala bildi. Efiopiya qoşunları italyanları bir sıra məğlubiyyətlərə uğratdılar. Həlledici vuruşma 1896-cı ildə Auda şəhəri yaxınlığında baş verdi. Efiopiya qoşunları imperator II Menelikin rəhbərliyi altında hücuma keçdi və bir-birinin ardınca işğalçıların üç dəstəsini darmadağın etdi. 11 min nəfər, o cümlədən iki general və zabitlərin çox hissəsini itirən italyanlar vahimə içərisində qaçmağa başladılar. İtaliya Efiopiyanın istiqlaliyyətini tanımağa məcbur oldu. Ölkənin istiqlaliyyətinin möhkəmlənməsi onun ticarətinin canlanmasına, yol çəkilişinə imkan yaratdı. Lakin hakimiyyət mülkədar torpaq sahibliyinin möhkəmlənməsinə kömək edən imperatorun əlində cəmləşmişdi. Efiopiya hələ də geridə qalmaqda davam edirdi. Ölkənin kapitalist dövlətlərinin nüfuz dairələrinə bölünməsi qorxusu var idi. XIX əsrin axırında Afrika xalqlarının işğalçılara qarşı mübarizəsi Efiopiyadan başqa heç yerdə məqsədinə nail olmadı. Bu onunla izah olunur ki, Afrika öklələri müasir sənayeyə, silahlara və təşkilata malik deyildilər. Həm də lazımi birlik və həmrəylik yox idi. Müstəmləkəçilər xeyli güclü idilər və dövlətlər arasındakı, tayfalar arasındakı, xalq kütlələri ilə əyanlar arasındakı çəkişmələrdən istifadə edirdilər.

XX əsrin əvvəlində Afrikada Milli-azadlıq hərəkatı gücləndi. Getdikcə güclənən soyğunçuluqdan və rəhmsiz istismardan son dərəcə ümidsiz vəziyyətə düşən Afrika xalqları XX əsrin əvvəlində müstəmləkə əsarətindən azad olmağa dəfələrlə cəhd göstərmiş, silahlı mübarizəyə qalxmışdılar. Böyük və kiçik üsyanlar deməkn olar ki, ara vermirdi. Bunlardan ən böyüyü Herero və nama tayfalarının Cənub-Qərbi Afrikada (Namibiyada) alman müstəmləkəçilərinə qarşı üsyanı idi. 1904-cü ildə bütün Herero tayfaları alman müstəmləkəçilərinə qarşı mübarizəyə qalxdılar. Bir neçə alman dəstəsi məhv edildi. Lakin
Almaniyadan kömək gəldi. Pulemyotlar və Kruppun topları mübarizənin nəticəsini həll etdi. Hererolar əzildi. Onlardan sağ qalanları şimala qaçdı. Yolda xeyli adam həlak oldu. Hereroların sayı beş dəfə azalaraq 15–16 min nəfərə endi. Kayzer II Vilhelmə deyəndə ki, alman əsgərlərinin hərəkətləri xristian mənəviyyatına uyğun deyildir, o belə cavab vermişdi: Xristian ehkamları bütpərəstlərə və vəhşi qəbilələrə aid deyildir. Hereroların darmadağın edilməsindən sonra nama tayfaları üsyana qalxdılar. Onların çıxışlarına Hendrik Vitboy başçılıq edirdi. O, namaları birləşdirə və onları azadlıq üsyanına qaldıra bildi. Vitboy tam bir il- həlak olana qədər döyüşlərə bacarıqla rəhbərlik etdi. Onun ölümündən sonra namalar silahlı mübarizəni iki il də davam etdirdilər. Lakin burada da alman texnikasının üstünlüyü özünü göstərdi. Almaniya baş qərargahının rəisi Fon Şliffen hələ üsyanın əvvəlində bildirmişdi ki, Hentotların (almanlar namaları belə adlandırırdılar) kökünü kəsmək lazımdır. Bunun nəticəsində 200 min namanın ən çoxu 60 min nəfəri sağ qaldı. 1905-ci ilin avqustunda Almaniya Şərqi Afrikasının (Tanqanika) cənubunda və mərkəzi hissəsində başlayan üsyan bir ildən çox davam etdi. Alman qoşunları 120 min afrikalını məhv edərək bu üsyanı yatırtdılar. Yüz illər boyu bu ərazidə yaşayan böyük tayfalar tamamilə məhv edildi. 1907-ci ildə Fransanın və İspaniyanın Mərakeşdəki işğalçı qoşunlarına qarşı xalq üsyanı baş verdi. Bütün dağlılar və Rabat rayonunun tayfaları silahlı mübarizəyə qoşuldular. 1912-ci ildə ölkənin pytaxtı Fəsdə iri silahlı çıxış başladı və bir rayondan digərinə keçərək fasilələrlə iyirmi ilə qədər davam edən ümumxalq üsyanına çevrildi.

Əhalisi 3 irqə mənsubdur. Afrikanın ən ucaboylu xalqı (180–220 sm) savannada yaşayan tutsin və ximilərdir. Ekvatorial meşələrdə isə ən qısa boylu (142 sm) xalq piqmeylər yaşayır. Afrikada Nilin sahilinə əhali daha sıx, Böyük Səhrada isə ən az məskunlaşmışdır. XX əsrin əvvəllərində Afrikada cəmi 2 müstəqil ölkə (Liberiya və Efiopiya) var idi. 1960-cı ildə 17 Afrika ölkəsi müstəqillik qazandığı üçün həmin il Afrika ili adlanır. Uzun müddət siyasi və iqtisadi asılılıq Afrika ölkələrinin iqtisadi inkişafını ləngitmişdir. Afrika ölkələrinin çoxunda milli dil olmadığından dövlət dili- ingilis, ispan və s.-dir. Afrikanın yeganə İnkişaf etmiş ölkəsi CAR-dır. Afrikanın əhalisi 720 milyon nəfərdən çoxdur. Şimal tərəfdə Avropoid irqinə aid olan ərəblər və bərbərlər, 10° şimal eni boyunca neqroid irqinə aid olan zəncilər, Madaqaskar adasında isə monqoloid irqinə aid olan malaqasilər yaşayır. Afrikanın digər yerli xalqlarına bantular, ximilər, tutsilər, piqmeylər, nilotlar, buşmenlər, qotentotlar aiddir. İkinci dünya müharibəsi ərəfəsində burda Efiopiya, Misir, Liberiya, CAR olmaqla 4 müstəqil ölkə var idi. Hazırda materikdə 57 müstəqil dövlət vardır. Sonuncu olaraq 2012-ci ildə Sudanın tərkibindən Cənubi Sudan dövləti ayrılmışdır. Afrikada dövlətlər yaranarkən əhalinin milli etnik tərkibi nəzərə alınmadığına görə burada dövlət sərhədləri çox vaxt paralel və meridianlara uyğun gəlir.

Afrika müxtəlif faydalı qazıntlarla çox zəngindir. Faydalı qazıntıların müxtəlif mənşəli qrupları materikin ayrı-ayrı tektonik sahələri ilə əlaqədardır. Arxey və ptoterozoy qırışıqlığı zonası metal faydalı qazıntılarla, qiymətli daş-qaş yataqları ilə daha zəngindir. Burada ən çox maqmatik, metamorfik mənşəli faydalı qazıntı yataqları vardır. Qədim qalxanların aşınma qabığı ilə ilkin mineralların aşınmasından yaranan faydalı qazıntı yataqları, həmin sahələrdə çayların fəaliyyəti ilə əmələ gələn səpinti yataqları yayılmışdır. Postmaqmatik yataqların əksəriyyəti kristallik əsasla əlaqədar olub, onun səthə çıxdığı yerlərdə rast gəlinir. Faydalı qazıntıların çökmə yataqları platformanın çöküntü süxur örtüyü ilə əlaqədardır və əsasən sineklizlərdə əmələ gəlmişdir.

Qara metalın əsas yataqları (dəmir, manqan, titan, xrom) Şimali Qvineya yüksəkliklərində, Syerra-Leonedə, Aşağı Voltada, Cənubi Afrikada və Atlas dağlarındadır. Başqa sahələrdə də dəmir filiz yataqları məlumdur. (Konqo hövzəsinin kənar qalxmalarında, Misirdə, Böyük Səhranin qərbində, Şərqi Afrikada). Əlvan metalların böyük yataqları yenə qədim qırışıqlıq əsasın çıxıntıları ilə əlaqədar olmaqla, Katanqada (kobalt, mis, sink, qurğuşun), Şərqi Konqoda (sink), Şimali Qvineya və Atlas dağlarındadır. Nadir metal yataqları Cənubi Afrikada Kalaxari sineklizini cənubdan və şərqdən əhatə edən kristallik əsasın qalxanlarında (litium, berillium, sürmə, uran), Katanqada (uran), Anqolada (uran) və s.sahələrdə məlumdur. Əlvan metalların əhəmiyyətli yataqları Cənubi Afrikada (maqmatik mənşəli qızıl, platin), Şərqi Afrikada (postmaqmatik mənşəli qızıl) və Şimali Qvineyada aşkar edilmişdir. Qiymətli daşlardan almazın ən böyük yataqları Cənubi Afrika, Katanqa və Şimali Qvineyadadır. Qeyri-metal fatdalı qazıntılardan asbestin böyük yataqları Cənubi Afrikada (kianit, qrafit), Şərqi Afrikada, Atlas dağlarındadır (fosforitlər).

Daş kömürün ən böyük yataqları Cənubi Afrikadadır (paleozoy çöküntülərində). Bundan əlavə Rodeziyada, Tanqanika və Nyasa gölləri ətrafında və Atlas dağlarında çoxlu kömür yataqları vardır. Neft yataqları əsasən üçüncü dövrün və mezozoyun dəniz çöküntüləri il əlaqədardır. Ən böyük yataqlar Şimali Afrikada ikinci dünya müharibəsindən sonra açılmışdır. Hazırda Liviyada, Misirdə, Əlcəzairdə, Tunisdə, Niger, Oqove və Kvanze çayları mənsəbində neftin çox böyük yataqları məlumdur. Bunlardan bir çoxu istismar edilir (Misirdə, Əlcəzairdə və Liviyada). Yanar qaz yataqları Əlcəzairdə kəşf edilmişdir.

Ərzaq və kənd təsərrüfatı təşkilatının məlumatına görə Afrikada 200 mln. hektar torpaq becərilir, 900 mln. hektar isə daimi otlaq kimi istifadə edilir. Becərilən torpaqların xüsusi çəkisi çox aşağıdır.

Afrika və xüsusilə tropik Afrika dünyanın ən aqrar ərazisi hesab edilir. 2000-ci ilin məlumatına görə bu bölmə təqribən 20% təşkil edir.Həmin ərazinin aktiv əhalisinin 68%-i kənd təsərrüfatı ilə məşğuldur.Bəzi ölkələrdə isə – Mozambik, Həbəşistan, Tanzaniya, Çad, Keniya, Qambiya, MAR və Qvineyada bu gösərici 80%, Burundi, Malavi, Ruanda, Nigeriya, Burkina-Faso, Uqanda, Malidə 90% təşkil etmişdir.Onu da qeyd etməliyik ki, rəsmi statistika bir qayda olaraq ÜDM-in hesablanmasında natural təsərrüfatı nəzərə almır. Hətta belə olduqda da 2000-ci ildə kənd təsərrüfatının xüsusi çəkisi KDR-da 58%, Həbəşistanda 55%, Tanzaniyada 47%, Burundidə 53%, Malavidə 42%, MAR-da 54%, Syerra-Leonedə 50%, Qvineya-Bisauda 54%, Uqandada 44% olmuşdur.

Kənd təsərrüfatı istehsalının artım sürəti çox aşağıdır-80-cı illərdə 1,9%, 2000-ci illərdə 1,5% təşkil etmişdir.Bu isə əhalinin artım sürətindən xeyli aşağıdır.Ona görə də burada ərzaq çatışmazlığı problemi daha aydın gözə çarpır. BMT-nin məlumatına görə həmin ərazidə yaxın 15 ildə taxıl çatışmazlığı 50 mln. tondan artıq olacaqdır.

Afrikanın kənd təsərrüfatı patriarxal icma, feodal və xırda əmtəə təsərrüfatına əsaslanır.İstifadə edilən torpaq sahəsinin 90%-ə qədəri əl alətləri ilə becərilir.Əkinçilik primitiv aqrotexniki metodlara əsaslanır.Demək olar ki, suvarılan sahə yoxdur.Hazırda becərilən torpaqların cəmisi 5%-i irriqasiya sistemindən istifadə edir.Beləliklə kənd təsərrüfatı demək olar ki, təbiətdən asılı vəziyyətdə qalır.Kimyəvi gübrələrdən çox zəif istifadə edilir.Bu isə məhsuldarlığın az olması ilə şərtlənir.Məsələn, son illərin məlumatına görə Afrikada orta hesabla hər hektara 11 kq gübrə verildiyi halda, Latın Amerikasında bu göstərici 67 kq, Asiyada 129 kq olmuşdur.

Əkinçiliyin bəzi sahələrində xarici mülkiyyət – xarici kapital mövcud olduğu üçün ixracat üçün məhsul istehsalı nəzərdə tutulur. Belə sahələrdə nisbətən az–çox inkişaf müşahidə olunur.Bunlar texniki lif, kauçuk, yun, dəri, pambıq, texniki yağlar, kopra və sairədən ibarətdir. Emal sənayesi həddindən artıq geridə qaldığına görə bu məhsullar xammal kimi ixrac edilirlər. Az-çox Zimbabve, Nigeriya, Keniya və bəzi digər ölkələrdə yerli xammal toxuculuq və ayaqqabı sənayesində istifadə edilir. Bunlardan əlavə kakao-paxlalılar, kofe, tropik meyvələr, bitki yağları, şəkər-xammal və digər bir çox məhsullar da ixrac bölməsinə daxildirlər.

Afrika ölkələri müstəqillik əldə etdikdən sonra sənayenin inkişafı o qədər də nəzərə çarpmırdı. Nisbətən iri və orta müəssisələr az-çox dağ-mədən sənayesində yarana bilirdi.Onlar da xarici kapitala məxsus olduğu üçün, milli iqtisadiyyatın inkişafına o qədər də zəmin yarada bilmirdi.

Ümumi şəkildə bu regionun sənayesi aşağıdakı cəhətləri özündə əks etdirir:

Afrikada və eləcə də tropik Afrikada faydalı qazıntıların çox olması hasilat sənayesinin böyük rol oynamasına üstünlük vermişdir.Bu isə onların dünya bazarında xammal üzrə ixtisaslaşdırılmasını genişləndirmişdir.

XX əsrin 60-cı illərinin əvvəllərinə bu regionda Zambiya, KDR və Zimbabve güclü mineral xammal istehsalçısı kimi məlum idilərsə, 70-ci ilin axırlarına onların sırasına daha 8 ölkə; Anqola, Qvineya, Liberiya, Mavritaniya, Niger, Nigeriya, Esvatini, Syerra-Leone qoşulmuşlar.

Bütünlükdə bu ərazi üzrə ÜDM-in 34%-i (2000 il) sənayenin payına düşür.Bunun da yarısı hasilat sənayesinin hesabına formalaşır. Aydındır ki, bu sahədə ayrı-ayrı ölkələr arasında kəskin fərq vardır. Belə ki, həmin göstərici Nigeriya, Anqola, Botsvana və Qabonda 90% təşkil etmiş, Toqo, Qana, Qvineya-Bisau, Mavritniya, Namibiya, Qvineyada isə 50–85%-ə bərabər olmuşdur.

Mineral ehtiyatlardan neft, təbii qaz, boksidlər, almaz, fosfotlar, çoxlu filiz növləri (dəmir, uran, marqans, xrom, mis, kobalt, qurğuşun, sink və s.) hasil edilir.

Emal sənayesinin xüsusi çəkisi (ÜDM-də) 1980-cı ildə 12%, 2000-ci ildə isə 15% olmuşdur. Bu dünya üzrə emal sənayesinin 1%-ni təşkil edir.Bəzi ölkələrdə isə bu göstərici yüksəkdir, belə ki, Zambiya və Zimbabvedə ÜDM-in 30%-i, Mavrikiyada-23%-i emal sənayesinin payına düşür.

Lesoto, Malavi, Çad, Burkina-Faso, Keniya, Mavritaniya, Seneqal, Kamerun, Kot-d`İvuarda həmin göstərici 10–20% arasındadır.Bu regionda yüngül sənayenin inkişafına daha çox üstünlük verilir.

Ağır sənaye sahələrindən kimya sənayesi aparıcı rola malikdir.Maşınqayırma müəssisələrinin əksəriyyəti (avtomobil, traktor, elektrotexnika məmulatları istehsalı və s.) texniki təmir üzrə fəaliyyət göstərirlər.

Eləcə də Zimbabve, Zambiya və Nigeriyada maşınqayırma müəssisələri də mövcuddur.Bunlarla yanaşı Şimali Afrikada – Misir, Mərakeş və Tunisdə emal sənayesi xeyli inkişaf etdirilmişdir. Əlcəzairdə neft-qaz kompleksi, kimya sənayesi tərəqqi tapmışdır.Bu ölkələrdə dövlət bölməsinin xüsusi çəkisi artıqdır

Afrika göllərinin çoxu Şərqi Afrika yaylasındadır. Məsələn, Tanqanika, Nyasa, Rudolf, Kivu, Albert, Eduard və s. Onlar tektonik çat zonasında yerləşdiyindən uzunsov və dərindirlər. Bu göllər dağlarla əhatələnmişdir. Dünyanın ən uzun şirin gölü olan Tanqanika Afrikanın ən dərin gölü olub qraben üzərində yerləşir. O, dünyada dərinliyinə görə ancaq Baykaldan geri qalır. Afrikanın ən böyük gölü olan Viktoriya dünyada 2-ci böyük şirin göldür. O, platformanın əyilmə zonasında yerləşdiyindən dayazdır. Böyük Səhranın cənubunda yerləşən Çad gölü dayazdır. (4–7 m) və yağıntı ilə qidalanır. Relikt mənşəlidir. Onun sahəsi yağıntı olduqda 2 dəfə artır. Vəziyyət

Yağıntı çox olduğundan Afrikanın ən sıx çay şəbəkəsi ekvatorial və subekvatorial iqlim qurşaqlarındadır. Səhralarda çaylar çox azdır. Onlar əsasən güclü yağışdan sonra yaranır. Afrika çaylarının hamısı yağış suları ilə qidalanır. Çünki bütün çaylar mənbəyini ekvatorial və subekvatorial qurşaq daxilindən götürürlər. Çayların üzərində astana və şəlalələr olduğundan gəmiçilik üçün yararsız olsa da bu çayların böyük hidroenerji ehtiyatları var. Astana və şəlalələrin mövcudluğu Afrikanın geoloji quruluşu və relyefi ilə əlaqədardır. Afrika çayları 3 hövzəyə aiddirlər:

Dünyanın və Afrikanın ən uzun çayı olan Nil (6671 km) mənbəyini Şərqi Afrika yaylasından axan Kaqera çayından götürülür. Onun mənbəyini Stenli kəşf edib. Viktoriya gölündən keçdikdən sonra o, Ağ Nil adlanır. Xartum şəhəri yaxınlığında ən böyük qolu olan Mavi Nillə qovuşaraq Nil adı ilə Aralıq dənizinə tökülür. O, burada böyük delta yaradır. Nilin yuxarı axarı ekvatorial və subekvatorial iqlim qurşaqlarında yerləşdiyindən bol yağış suları ilə qidalanır. Bu səbəbdən Böyük Səhradan keçsə də heç vaxt qurumur. Nilin yuxarı axarında çoxlu şəlalə və astanalar var. Aşağı axında Asuan və Nasir su anbarları tikildiyindən Nilin axını tənzimlənir və bu daşqınların qarşısını alır. Afrikanın ən bol sulu və uzunluğuna görə ikinci çayı Konqo (Zair) çayıdır. (4320 km). Hövzəsinin sahəsinə və bol sululuğuna görə o dünyada Amazondan geri qalır. Hövzəsi ekvatora yaxın yerləşdiyindən o, ilboyu bol suludur və 2 yerdən ekvatoru kəsir. Konqo üzərində Stenli, Livinqston və s şəlalələri var. Bu çay delta yaratmır və Atlantik okeanına tökülür. Uzunluğuna və hövzəsinin sahəsinə görə Afrikanın 3-ü böyük çayı Nigerdir (4160 km). Zambezi Afrikanın Hind okeanına tökülən ən böyük çayıdır. Dünyanın nə nəhəng şəlalələrindən olan və Livinqston tərəfindən kəşf edilən Viktoriya şəlaləsi bu çayın üzərindədir.

Ekvator xətti Afrikanın təqribən mərkəzindən şimal və cənub tropikləri onun üzərindən keçdiyinə görə ərazinin çox hissəsi isti qurşağa düşür və buna görə də o, ən isti materikdir. Materikin çox böyük hissəsində günəş ildə 2 dəfə zenitdə olur. Materikin ucqar şimal və cənub nöqtələrində belə ən soyuq ayın orta temperaturu 10°-12°-dir. Materikin iqliminə onun sahillərindən keçən soyuq Somali, Kanar, Bengel cərəyanları, isti Madaqaskar, Mozambik, İynəburnu, Anqola, Qvineya cərəyanları da təsir göstərir.

Yağıntılar qeyri-bərabər paylanıb, ekvatorial qurşağa ildə 2000–3000 mm və daha çox yağıntı düşür. Yeganə materikdir ki, burada olan iqlim qurşaqları həm şimalda həm də cənubda yerləşməklə təkrarlanır.

Materikdə bir ekvatorial, iki subekvatorial, iki tropik, iki subtropik iqlim qurşağı vardır. Materikin çayları onu əhatə edən 2 okean hövzəsinə və materikin sahəsinin 1/3-ni əhatə edən daxili axarlı hövzəyə aiddir. Ən böyük çaylar – Nil, Seneqal, Niger, Konqo, Narıncı çayları Atlantik okeanı hövzəsinə aiddir. Zambezi və Limpopo çayları (Limpopo cənub tropik xəttini 2 dəfə kəsir) Hind okeanı hövzəsinə aiddir. Daxili axarlı hövzə Böyük Səhranı əhatə edir ki, orada Çad gölü və ona tökülən Şari çayı vardır. Materikin əsas gölləri – Tanqanika, Nyasa, Rudolf və s. Şərqi Afrika Sınma Zolağının qrabenlərində yerləşən uzunsov, şirinsulu göllərdir. Materikin ən böyük gölü olan Viktoriya platformanın əyilmə zonasında yerləşdiyinə görə sahəcə böyükdür. Afrikadakı iqlim qurşaqları:

Afrikanın böyük hissəsində İbtidai İcma XIV–XV əsrlərə qədər dağılmamışdır. Bu dövrlərdə Afrikanın şimal torpaqları Avropanın müstəmləkəsinə çevrilir. Avropalılar Afrikada feodalizmin əsasını qoyur. Bir qədər sonra isə Afrikada ilk kapitalist dövlətlər yaranır. Hal-hazırda Afrikada 53 demokratik dövlət var. Afrikanın cənub ucqarında yerləşən CAR istisna olmaqla digər bütün dövlətlər güclü iqtisadi və siyasi potensiala malik deyillər. Materikin ərazisi isti və havanın quraq olduğundan su qıtlığı müşahidə edilir. Bir çox kasıb Afrika ölkələrində içməli su qıtlığı minlərlə insanın, əsasən də uşaqların ölümünə gətirib çıxarır. Ölümlərə səbəb təkcə susuzluq deyil, istifadə olunan sudur. Belə ki maliyyə vəziyyətinin pis olduğu ölkələrdə su təmizlənmir və istifadəyə bir-başa verilir. Su təmizləyən qurğular olsa belə baxımsızlıqdan istismara uğrayır. Kirli su kütləvi epidemiyalara gətirib çıxarır. Səhiyyənin güclü olmaması da kütləvi ölümlərə gətirib çıxarır.

Afrikanın iqtisadiyyatı əsasən faydalı qazıntıların çıxarılması üzrə qurulub. Avropadan gələn varlı mülkədarlar burada asanlıqla işçi qüvvəsi tapır. Afrikadan çıxarılan qazıntılar arasında qızıl da var. Afrikalıların çoxu mədənlərdə günəmuzd işləyənlərdən ibarətdir. Xidməti sahələrin olmaması, aqrar fəaliyyət üçün yararsız torpaqlar, sənayenin inkişaf etməməsi işsizliyə gətirib çıxarır. Təhsil isə Afrikada demək olar ki yoxdur. Təhsilsiz əhali isə məcburdur ki işçi qüvvəsi kimi öz torpaqlarında işləsin.




#Article 105: Cənubi Koreya (541 words)


Cənubi Koreya və ya rəsmi adı ilə Koreya Respublikası (kor. 대한민국/大韓民國 Daehan Minquk) — Şərqi Asiyada dövlət. Koreya Respublikası Koreya yarımadasının cənub hissəsində yerləşir. Ölkə qurudan yalnız şimalda KXDR ilə, sudan isə Çin və Yaponiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Seul şəhəri, ümumi sahəsi 100,363 kvadrat kilometrdir.

￼

Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında – icraedici, məhkəmə və qanunverici hakimiyyətləri – bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var.

Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə Böyük 20-lər (G20) qrupunun üzvüdür.

İkinci dünya müharibəsinin ardınca Sovet və ABŞ-ın hərbi qüvvələrinin işğalından sonra Şimali Koreya və Cənubi Koreya bölündü. Cənubi Koreya ikinci bir demokratik dövlət olaraq 1948-ci ildə quruldu.

Şimali və Cənubi Koreyada əsas idman növlərindən biri taekvondodur. Başqa Şərq döyüş növlərindən fərqli olaraq burada ayaqla endirilən zərbələr həddindən artıq yer tutur. Faizlə götürsək, taekvondodakı zərbələrin 80 faizi ayaqla endirilir.

Cənubi Koreya yüksək inkişaf etmiş sənaye və iqtisadiyyata malikdir. Dünyada gəmiqayırma, polad emalı, avtomobil, elektron və elektrotexnika istehsalına görə əsas yerlərdən birini tutur. Dünyada ən sürətli internet Cənubi Koreyadadır.

Məktəb 6-12 yaş arasında məcburi və ödənişsizdir. Ölkədə oxucu-yazar nisbəti 92%-dir. Cənubi Koreyada 197 universitet və 222 ali məktəb var.
Сənubi Koreyada təhsil sistemi 12 illikdir. Universitetlərin 80% özəldir. Təhsil haqqları ixtisas və universitetdən asılı olaraq, bakalavr pilləsində 1 illik 2-7 min USD, magistr pilləsində isə 8400 USD təşkil edir.

Əhali həmçinin beynəlxalq miqrasiya nəticəsində formalaşır. İkinci dünya müharibəsi və Koreya yarımadasının bölünməsindən sonra, təqribən 4 milyon nəfər sərhədi keçərək Şimali Koreyadan Cənubi Koreya ərazisinə daxil olmuşdur. Əhalinin sayı 1955-ci ildə 21.5 milyon nəfər hesablanmış, 2010-cu ildə isə iki qat artaraq 50 milyona çatmışdır.

Dünyada etnik və dil baxımından ən çox homogen quruluşa sahib ölkələrdən biri Koreya Respublikasıdır. Əhalinin az bir hissəsi çinlilərdir. Koreyalılar Mançuryada yüzillər boyu yaşamışlar. Keçmişdəki siyasi, iqtisadi və ictimai sabitsizliklər bir çox koreyalını ABŞ və Kanadaya köçməyə məcbur etmişdir. Kaliforniyada çox sayda koreyalı yaşamaqdadır. Koreyalı amerikalıların sayı bir milyondan çoxdur. Hazırda Koreya Respublikasından gedənlərin və ölkəyə gələnlərin sayı bir-birinə bərabərdir. Əhalinin artım nisbəti 1950-ci illərdə 3%-dən daha çox ikən bu nisbət 2005-ci ildə 0,38%-a qədər geriləmişdir. 1960-cı ildən etibarən sürətli bir şəhərləşmə və çöl sahələrdən şəhərlərə doğru bir köç dalğası başlanmışdır. İndi əhalinin 85%-i şəhərlərdə yaşayır. Bu birdən meydana gələn əhali artımı Koreya Respublikasından gedənlərlə tarazlanmışdır. Koreya Respublikasının iqtisadiyyatı 1990-cı ildən sonra daha da inkşaf etmişdir. Koreya Respublikasında təxminən 378 000 xarici işçi var. Bu işçi qüvvəsinin böyük bir qismi Cənubi Asiya ölkələrindən gəlmələrdir. Onlar Hindistan, Şri-Lanka, Myanmar, Filippin, Rusiya və Nigeriyadan gəlmişlər.

Ən böyük şəhər paytaxt Seuldur. Koreya Çin ilə Yaponiya arasında bir körpü olmasına baxmayaraq, özlərinə xas bir mədəniyyət inkişaf etmişdir. Əhalinin kəndlərdə yaşayan az bir hissəsi əsrlər əvvəlki kimi geyinir və yaşayırlar. Şəhərlərdə yaşayanlar isə müasir texnologiyalara sahibdirlər və müasir həyat tərzi sürürlər.

Ölkə əhalisinin istifadə etdiyi və rəsmi dövlət dili Koreya dilidir.Koreya dili dünyanın ən məntiqli dillərindən biri hesab olunmaqdadır.

Samitlər:

ㄱ-g/k,
ㄴ-n,
ㄷ-d/t,
ㄹ-r/l,
ㅁ-m,
ㅂ-b/p,
ㅅ-s/t(bəzən),
ㅇ-ng/səssizdir,
ㅈ-c/j,
ㅊ-ç,
ㅋ-k,
ㅌ-t,
ㅍ-p,
ㅎ-h,

Saitlər:

아-a 
야-ya 
어-eo(o)
여-yeo(yo)
우-u
유-yu
오-o
요-yo
이-i
으-ı
에-e
예-ye
애-ae(e)
얘-yae(ye)

Qoşa Samitlər:

Bu hərflər ㄱ,ㄷ,ㅂ,ㅅ,ㅈ hərflərinin qoşa formalarıdır.Bu hərfləri qalın tələffüz edirik.
ㄲ-gg
ㄸ-dd
ㅃ-bb
ㅆ-ss
ㅉ-jj




#Article 106: Çin Xalq Respublikası (3401 words)


Çin Xalq Respublikası (ÇXR) yaxud Çin, köhnə mənbələrdə Xita (Köhnə Azərbaycanca: خطا) — Şərqi Asiyada yerləşən tək partiyalı unitar dövlətdir. Çin Kommunist Partiyası tərəfindən idarə olunan ölkə 22 əyalət, beş muxtar bölgə, dörd birbaşa idarə olunan bələdiyyə (Pekin, Tyantszin, Şanxay və Çuntsin) həmçinin Honkonq və Makao xüsusi inzibati bölgələrindən ibarətdir.

Çin Xalq Respublikası sahəsinin böyüklüyünə görə dünyanın 3-cü ölkəsidir. Əlverişli və geosiyasi mövqeyə malik olmaqla Mərkəzi və Şərqi Asiyada yerləşir. Çin Xalq Respublikası şimal-şərqdən və şimal-qərbdən 3645 km məsafədə RF ilə, şimal-şərqdən 1416 km məsafədə Şimali Koreya ilə
şimal-qərbdən-1533 km məsafədə Qazaxıstanla, qərbdən-523 km məsafədə Pakistanla, 414 km-Tacikstanla, 76 km-Əfqanıstanla, cənub-qərbdən 3380 km məsaəfədə Hindistanla, 2185 km məsafədə Myanma ilə, 1281 km məsaəfədə Vyetnamla, 1236 km məsafədə Nepalla, 470 km məəsafədə Butanla, 423 km məsafədə Laosla, şimaldan 4673 km Monqolustanla, cənub -şərqdən Aominla (Makao) 34 km məsafədə sərhədə malikdir.

Şimali Çin ovalığı ərazisindən keçən Sarı çay hövzəsi insanlar tərəfindən ilk dəfə məskunlaşmış yerlərdən biri hesab olunur. Eramızdan əvvəl 21-ci əsrdən etibarən minilliklər boyunca Çin yarım əfsanəvi Sya sülaləsi və digər irsi monarxiyalar və xanədanlıqlar tərəfindən idarə olunmuşdur. Eramızdan əvvəl 3-cü əsrdə Tsin sülaləsi digər xanədanlıqlara qalib gələrək vahid Çin imperiyasının əsasını qoymuşdur. Onların ardınca hakimiyyətə gələn və eramızdan əvvəl 206-cı ildən eramızın 220-ci ilinə qədər ölkəni idarə edən Han sülaləsinin zamanında kağız və kompas kəşf olunmuş, kənd təsərrüfatı və tibb sahələrində irəliləyiş qeydə alınmışdır. Tan sülaləsinin hakimiyyəti dövründə (618-907) isə barıt və çap etmənin kəşf olunması nəticəsində Dörd böyük ixtira tamamlandı. Tan mədəniyyəti Böyük İpək yolu sayəsində Mesopotamiya və Afrika buynuzuna qədər geniş ərazilərə yayılmışdır. 1912-ci ildə baş vermiş Tsinxai inqilabı nəticəsində xanədanlıq hakimiyyətinə son qoyuldu və Tzin sülaləsi hakimiyyətdən düşdü. Çin vətəndaş müharibəsi 1949-cu ildə ölkənin parçalanması ilə nəticələndi. Ölkənin qitə hissəsində Çin Kommunist Partiyasının rəhbərliyi ilə Çin Xalq Respublikasının qurulduğu bir vaxtda Tayvan adasında Homindan partiyasının rəhbərliyi altında Çin Respublikasının yaradıldığı elan olundu. Hal-hazırda da Çin Xalq Respublikası və beynəlxalq ictimaiyyət tərəfindən məhdud səviyyədə tanınmış Çin Respublikası arasındakı münaqişə davam edir.

Geniş torpaqlarında zəngin təbii sərvətlərə sahibdir. Çinin ərazisi təxminən 9.6 milyon km2 və ya dünya ərazisinin 6.5%-nə bərabərdir. Çin torpaqlarının şimaldan cənuba uzunluğu təqribən 5500 kilometrdir və Mohe qəsəbəsinin şimalındakı Heilong çayının mərkəzindən (53030`) Nanşa adalarının ən cənubundakı Zengmu resifinə qədər (40) uzanır. Şimaldakı Heilongjiang bölgəsi qarlarla örtülüykən Cənubi Çin dənizindəki adalar tropik yay istisi ilə qovrulur.

Çinin ətrafı şərqdə və cənubda Bohai, Huanqhai (Sarı Dəniz), Şərqi Çin və Cənubi Çin dənizləri ilə əhatə olunur. Bohai dənizi Çinin qitə dənizidir. Qalan dənizlər isə Sakit okean hövzəsində Çinin dəniz sərhədlərinin uzunluğu 32.000 km-dir.

Cənubdan Sakit Okeanın Cənubi Çin və Şərqdən Sarı və Şərqi Çin dənizlərinin suları ilə əhatələnmişdir. Okeanda yerləşən 5000-dən artıq adalar da  Çinə aiddir. Onun sərhədinin ümumi uzunluğu isə 14 500 km-dən az deyildir. Çin dünyasının 15-ə qədər dövləti və ərazisi ilə sərhədə malikdir. Ölkənin  ərazisi şərqdən-qərbə 5700 km, şimaldan cənuba doğru 3600 km məsafə uzanmışdır. Çin Xalq Respublikası ərazisinin nəhəng ölçüyə malik olması, böyük refionda mərəkəzi nöqteyi, dünya Okeanına açıqlığı geosiyası vəziyyətinin əlverişli olmasına dəlalət edir.

Çin birbaşa mərkəzi hökümətin idarəsi altında olan 23 əyalətə, 5 muxtar bölgəyə (Daxili Monqolustan, Munaya-Xuy, Sintsizyan-Uyğur, Tibet, Quansi-Çjuan) və 4 bələdiyyəyə bölünmüşdür. Bu inzibati vahidlər 30 muxtar vilayət, 640 şəhər və 1716 rayon səviyyəsində inzibati vahiddən təşkil olunmuşdur. Rayon inzibati vahidləri 30000-dən çox qəsəbə və 17000-dən çox nahiyədən ibarətdir.

Dünyadakı ən qədim mədəniyyətlərdən biri olan Çin təqribən 4000 illik yazılı tarixə sahibdir. Yunan əyalətindəki Yuanmouda çalışan antropoloqlar, Çində kəşfedilmiş ən qədim insanabənzər canlı olan və bu bölgədə təqribən 1.7 milyon il əvvəl yaşamış olan Yuanmou adamının qalıqlarını tapmışdılar. 400000 və ya 500000 il əvvəl müasir Pekinin cənub qərbindəki Zhoukoudianda yaşamış olan Pekin Adamı, insanın əsas xüsusiyyətlərinə sahib idi.

Çin ərazisindəki quldarlıq quruluşu eramızdan əvvəl 21ci yüzillikdə Şia (Xia) sülaləsinin qurulması ilə başlanır. Sonrakı Şanq (Shang) (e.ə 16 - 11-ci yüzilliklər) və Qərbi Cou (Zhou) (e.ə 11ci yüzillik - e.ə 770-ci il) dövründə quldarlıq sistemi daha da gücləndi. Bundan sonra quldarlıq quruluşu İlkbahar və Sonbahar dövrü sonra da Vuruşan Padşahlıqlar dövründə (vəya Şərqi Cou dövrü, e.ə 770 - e.ə 221) tədriclə feodalizm quruluşu ilə əvəz olunmağa başladı. Eramızdan əvvəl 221-ci ildə Çin xanədanının ilk imperatoru Çin Şi Huanq (Qin Shi Huang - Tsin Şi Xuandi) Vuruşan Padşahlıqlar dövründəki müstəqil dövlətləri vahid Çin süaləsi ətrafında birləşdirdi. Bu Çin tarixindəki ilk çox etnik qruplu, mərkəzi feodal dövlət idi. 1840-cı ilindəki Tiryək müharibələri zamanı Çin artıq 2000 illik feodal dövlət idi.

Feodal münasibətlərinin inkişafı Çində yenidən vahid dövlətin yaranmasına səbəb oldu. Sərkərdə Yan Szyan Suy sülaləsinin əsasını (581—618) qoydu. Çanan şəhəri ölkənin paytaxtı oldu. İmperiya yenidən bərpa edildi. Çində dövlət feodalizmi mövcud idi. İmperator xidmət əvəzinə sərkərdələrə və məmurlara şərti torpaq sahələri paylayırdı. Həmin torpaqların sahibləri tədricən feodala çevrilirdilər. Çində o zaman iri feodallar «Güclü ailələr» adlanırdı. Onların əksəriyyəti kəndli torpaqlarını tutur, kəndliləri özlərindən asılı vəziyyətə salırdılar. Asılı vəziyyətə düşmüş kəndlilər töycü şəklində vergilər ödəyirdilər. 8-ci əsrdən etibarən feodallar dövlət torpaqlarını da zəbt etməyə başladılar.

Çində təsərrüfat inkişaf etmişdi. İmperatorun qərarı ilə Yantsızı və Xuanxe çaylarını, habelə dəniz sahillərini bu çaylarla birləşdirən Böyük Kanal çəkildi. Suyun sahilə çıxarılmasını təmin edən xüsusi qurğu ixtira edildi. İpəktoxuma dəzgahı təkmilləşdirildi.

Çində ənənəvi olan çəltik, çay, şəkər qamışı, çini qablar, ipək istehsalı inkişaf edirdi. Çin Hind okeanı sahili ölkələri ilə dəniz vasitəsilə ticarət əlaqələri saxlayırdı.

Min sülaləsinin hakimiyyətinin ilk dövrlərində monqol feodallarından alınmış torpaqlar kəndlilərə paylandı. Kəndlilər üç il müddətinə bütün vergi və mükəlləfiyyətlərdən azad edildi.

Tacir və sənətkarlardan alınan vergilərin miqdarı azaldıldı. Bütün bu tədbirlər 15-ci əsrdə Çində təsərrüfatın inkişafına səbəb oldu.

XX əsrin əvvəllərində Çin yarımfeodal ölkə olaraq qalırdı. Əhalinin çoxu mülkədarlardan asılı olan torpaqsız və aztorpaqlı kəndlilər idi. Kəndlilər, sənətkarlar, fəhlələr və milli burjuaziyanın ən cəsarətli hissəsi olan qabaqcıl ziyalılar Çindəki mütləqiyyət quruluşu əleyhinə çıxış edirdilər. 1905-ci ildə “Birləşmiş ittifaq” adlı gizli təşkilat yarandı. Bu təşkilata rəhbərlik edən Sun Yatsen 1906-cı ildə “Üç xalq prinsipi” adlanan müddəalarını irəli sürdü: millətçilik, demokratizm, xalq rifahı. Millətçilik prinsipi tezisində Mancur sülaləsinin təzyiqinə qarşı mübarizədə Çin xalqının birliyi ideyası öz əksini tapmışdı. Demokratizm prinsipinin məzmununu Çin demokratik respublikasının yaradılması təşkil edirdi. Sun Yatsen kəndlilərin istifadəsinə verilmək üçün torpaqların milliləşdirilməsinə çalışırdı. “Xalq rifahı” prinsipi də bunu ifadə edirdi. Sun Yatsenin prinsipləri xırda milli burjuaziya tərəfindən tamamilə qəbul edilirdi. Nəticədə 1906-cı ildən başlayaraq Çində kəndlilərin, qabaqcıl ziyalıların və milli burjuaziyanın çıxışlarının yeni dalğası başlandı. 1911-ci ilin oktyabrında Uçan şəhərindəki qabiliyyətli üsyan inqilabın başlanğıcı oldu. Üsyançılar şəhəri tutdular. Bütün Xubey əyaləti respublika elan edildi. 1911-ci ilin sonlarına yaxın Çinin bütün cənubi və mərkəzi əyalətləri artıq məncur əsarətindən azad edilmiş və üsyançıların hakimiyyəti altına keçmişdi. Antimonarxiya ruhlu bütün əyalətlərin nümayəndələrinin Nankində toplanmış konfransında Sun Yatsen respublikanın müvəqqəti prezidenti seçildi və 1912-ci il 1 yanvarda öz vəzifəsinin icrasına başladı. Liberal-mülkədarlar irticaçı general Yuan Şikayla sövdələşirdilər. 1912-ci ilin fevralında xüsusi fərmanla Tsin monarxiyası ləğv edildi. 1912-ci il 1 apreldə liberalların təzyiqi ilə üzləşən Sun Yatsen istefa verdi və irticaçı burjuaziyanın köməyi ilə Yuan Şikay respublikanın prezidenti seçildi. 1912-ci ilin avqustunda “Birləşmiş ittifaq” təşkilatı ilə bir sıra liberal təşkilatlar Homindan partiyasında (Milli partiyada) birləşdilər. Partiyanın sədrliyinə Sun Yatsen seçildi. 1913-cü ilin yayında ölkənin cənubunda mürtəce hökumətin siyasətinə qarşı “ikinci inqilab” adlandırılan üsyanlar baş verdi. Lakin xarici qoşunlar inqilabçıları darmadağın etməkdə Yuan Şikaya kömək etdilər. “İkinci inqilab” da məğlub oldu. 1911-1913-cü illərin Çin inqilabı qarşısında duran vəzifələrdən yalnız birini – monarxiyanı devirmək vəzifəsini yerinə yetirdi.

(1919-1949) Rusiyadakı Oktyabr inqilabından sonra marksizm ideologiyası Çinə yayıldı.  Oktyabr inqilabının təsiri altında 1919-cu ildə məşhur 4 May Hərəkatı başladı. 1921-ci ildə ölkədəki bütün inqilabi qrupları təmsil edən Mao Tszedun, Donq Bivu, Çen Tançui, He Şuhenq, Vanq Cinmey, Denq Enminq və Li Da Şanxayda Birinci Milli Konqresi təşkil edərək Çin Kommunist Partiyasını qurdular.

Artıq 2 min ildir ki, Çin dünyanın ən çox əhaliyə malik ölkəsidir. İndi planetin əhalisinin hər beşdən biri Çin vətəndaşıdır. Çin Xalq Respublikasının əhalisi XX əsrin 60-70-ci illərində əhalinin təbii artımı həqiqətən partlayış xarakteri almışdı. Nəticədə əhalinin yaş tərkibi cavanlaşmış, əmək qabiliyyətlilərin sayı yarım milyard nəfəri ötmüş və onların sosial tələbatının təmin edilməsində ciddi problemlər yaranmışdır. Buna görə də ölkədə əhalinin təbii artımını məhdudlaşdıran fəal demoqrafik siyasət yürüdülür. Ölkənin əhalisinin 90%-dən çoxu çinlilərdir. Lakin buna baxmayaraq onu çoxmillətli ölkələr sırasına aid edirlər. Bunun da üç başlıca səbəbi vardır. Əvvəla azlıq təşkil edən etnik qrupların sayı 50-dən çoxdur (çjuanlar, monqollar, uyğurlar, tibetlilər və başqaları). Həm də onlar dörd dil ailəsi qrupuna mənsubdurlar. İkincisi, onların sayı 100 milyon nəfərdən çoxdur. Üçüncüsü isə milli azlıq təşkil edənlər ölkə ərazisinin yarıdan çoxunda (xüsusilə muxtar rayonlarda) məskunlaşmışlar. Ölkə üzrə əhalinin olduqca qeyri-bərabər yerləşməsi böyük təsərrüfat çətinlikləri törədir. Şərqdə, xüsusilə Böyük Çin düzənliyinin cənubunda əhalinin sıxlığı 1 km²-də 600 nəfərdən artıq olduğu halda, Tibet Muxtar rayonunda bu göstərici 1-2 nəfərə bərabərdir (ölkə üzrə əhalinin orta sıxlığı 1 km²-də 130 nəfərdir). Çində urbanizasiyanın səviyyəsi örta dünya göstəricisindən təxminən iki dəfə aşağıdır. Lakin dünyanın heç bir ölkəsində Çində olduğu qədər şəhərli (500 milyon nəfər) və milyonçu şəhər (40-dan çox) yoxdur. Şəhərlərin 90%-dən çoxu ölkənin şərq hissəsində yerləşir. Ən iri şəhərləri Şanxay, Pekin, Tyantszin və Şenyandır. 2010-cu ildə aparılmış siyahıya 2011-ci ilin aprel ayında elan olunmuş ilkin yekunlarına əsasən Çin XR-nın əhalisi 1,339,724,852 nəfərdir.

Çində 11 türk əsilli etnik qrup yaşamaqdadır : uyğurlar, qazaxlar, qırğızlar, salarlar, yuğurlar, abdallar, özbəklər, tatarlar, tuvalar, İli türkləri və Fuyu qırğızları. 2000-ci ildə aparılmış siyahıyaalmanın elan olunmuş rəsmi nəticələrinə əsasən Çində 8.399.393 nəfər uyğur, 1.250.458 nəfər qazax, 160.823 nəfər qırğız, 104.503 nəfər salar, 13.719 nəfər yuğur, 212.370 nəfər özbək və 40.890 nəfər tatar olmaqla 19.946.156 nəfər türk kökənli əhali yaşayır. Ölkədəki uyğur, qazax və qırğızların əksəriyyəti, həmçinin tuvalar Sintszyan-Uyğur Muxtar Rayonunda məskunlaşmışdırlar.

Çin, din baxımından böyük rəngarəngliyə malik ölkədir və 100 milyondan artıq insan fərqli dinlərə inanmaqdadır. Başlıca dinlər arasında Buddizm, İslam, Katoliklik, Protestantlıq, Çinin yerli dini olan Taoizmlə bərabər, Şamanizm, Şərqi ortodoks xristianlığı və Naşi(Naxi) xalqının Donqba dini vardır.

Azsaylı dinləri Xristianlıq (3-4% / 40-54 milyon), İslam (2-3% / 30 milyon), Hinduizm, Dongbaizm, Bon və bəzi digər kiçik təriqət və qruplardır.

Buddizm 1-ci əsrdən etibarən Çində ən böyük din olaraq qalmağı bacarmışdır. Buddizmin ölkədə bu qədər çox yayılmasına baxmayaraq, Çin əhalisinin əksəriyyəti heç bir dinə inanmır. Çində yaşayan ümumi buddistlərin sayı isə 102 milyon nəfərdən çoxdur. Çin Xalq Respublikası əhalisinin 30%-i isə yerli dinlər və Daosizmə inanır. Əhalinin 18%-i buddist, 4%-i xristian, 2%-i isə müsəlmandır. Əhalinin 42%-i isə özünü aqnostik və ya ateist olaraq adlandırır.

Han xalqının dili olan Çincə Sino-Tibet vəya Han-Tibet dil ailəsinə mənsubdur. Çində ən çox istifadə olunan dildir və dünyada ən çox danışılan dillərdən biridir. Yazılı Çincə 6000 il əvvəl meydana gəlmişdir. Bu gün istifadə edilən Çin ideoqramları və loqoqramları 3000 il əvvəldən sümük və tisbağa qınına daha sonra da bürünc üzərinə yazılan işarələrdən əmələ gəlmişdir.

Çində əhali 292 dildə danışır. Çin-Tibet dil ailəsinə aid olan Mandarin dili ölkə əhalisinin 70%-nin danışdığı dildir.

Sosializm quruculuğu illərində (1949-cu ildən bəri) Çin Xalq Respublikası çətin və ziddiyyətli tarixi yol keçmişdir. Ayrı-ayrı dövrlərdə əldə edilən iqtisadi nailiyyətlər böhran ilə əvəz olunmuş və nəticədə əhalinin həyat səviyyəsi çox ləng yüksəlmişdir. Yalnız 70-ci illərin axırlarında ölkə böhran vəziyyətindən çıxmışdır. Ölkədə sosializm quruculuğunun təkmilləşdirilməsi məqsədilə aşağıdakı dörd modernizasiya proqramı irəli sürülmüş və həyata keçirilmişdir.

Bu proqram Çini mərhələlər üzrə XXI əsrin ortalarınadək yüksək inkişaf etmiş sosializm dövlətinə çevirmək məqsədini güdür. Son illə dünya təsərrüfatında Çinin rolu xeyli artmışdır. 80-ci illərin əvvəllərindən başlayaraq Çin iqtisadiyyatının artım sürətinə görə dünyanın ən böyük dövlətləri arasında birinci yeri tutur. 1979-2000-ci illər ərzində ölkənin ümumi milli məhsulunun orta artım göstəricisi 8% olmuşdur. İndi Çin Asiyanın iqtisadi tərəqqisinin lokomotivlərindən birinə çevrilmişdir. Onun iqtisadiyyatının belə sürətli inkişafına ölkənin ictimai həyatında aparılan əsaslı mütərəqqi dəyişikliklər, iqtisadiyyatın bütün sahələrində həyata keçirilən islahatlar (xarici kapitalın axınına şərait yaradılması, azad iqtisadi bölgələrin yaradılması və s.), ayrı-ayrı iqtisadi sahələrdə daha çox maddi nemətlər bolluğu yarada bilən istehsal münasibətlərindən (dövlət, kooperativ və xüsusiyyətçilik) istifadə olunması təsir etmişdir. Belə sürətli inkişaf əhalinin həyat səviyyəsini bir qədər yaxşılaşdırmışdır. Son illər ölkədə Yerin süni peyklərinin buraxılışı üçün raket-kosmik sənayesi sürətlə inkişaf edir. Çin 2008-ci ildə ilk dəfə öz kosmonavtını açıq kosmosa göndərməklə Rusiya və ABŞ-dan sonra bu göstəricini əldə edən üçüncü dövlət olmuşdur. Çin daş kömür hasilatına, sement, polad, alüminium, velosiped, tikiş və paltaryuyan maşınlar, pambıq parça istehsalına görə dünyada birinci yeri tutur. İndi Çin əhalinin ərzaq məhsullarına olan tələbatını təmin edir, bu da belə çoxsaylı dövlət üçün böyük nailiyyətdir.

Kənd təsərrüfatı üçün təbii şərait ilk əvvəl ölkənin relyef və iqlim xüsusiyyətlərilə müəyyən edilir. Təbii şəraitə görə ölkənin qərbi və şərqi arasında olduqca böyük fərqlər var. Çinin dənizkənarı hissəsi, şimal-şərqindəki ovalıqlar, təpəli düzənliklər və maili alçaq dağ yamacları mülayim iqlim kənd təsərrüfatı üçün daha əlverişlidir. Qərbin dağlıq relyefi (Tyanşan, Himalay, Kunlun, Tibet), yarımsəhra və səhraları (Təklə-Məkan), kəskin kontinental iqlimi, yağıntının azlığı kənd təsərrüfatının (xüsusilə əkinçiliyin) inkişafını xeyli çətinləşdirir. Çin ərazisinin 90%-dən çoxu Şimal yarımkürəsinin mülayim qurşağında və yalnız ucqar cənubu subtropik qurşaqda yerləşir. Şərq hissəsində musson iqlimdir. Buna görə də əkinçilik bir çox ərazilərdə süni suvarma tələb edir. Kənd təsərrüfatı Çin iqtisadiyyatının mühüm sahəsidir. Bu sahə nəinki 1 milyarddan artıq əhalini ərzaq məhsulları ilə, yeyinti və yüngül sənaye sahələrinin xammal ilə təmin edir, hətta bəzi məhsullarını ixrac da edə bilir. 80-ci illərdən başlayaraq kənd təsərrüfatında Xalq kommunası adlanan tipdən ailə icarədarlığı sisteminə keçid bu sahədə məhsul istehsalının xeyli artmasına səbəb olmuşdur. Kənd təsərrüfatının başlıca sahəsi əkinçilikdir. Taxıl bitkiləri ümumi əkin sahələrinin 4/5 hissəsini tutur. Çinlilərin qidasında mühüm rol oynayan çəltik başlıca olaraq ölkənin cənubunda və Yanszı vadisində yetişdirilir. Çində çəltik samanından yem kimi heyvandarlıq və quşçuluqda, kağız, həsir, ip və s. hazırlanmasında istifadə olunur. Su ilə örtülmüş çəltik sahələrində balıq yetişdirilir. Buğda Çin düzənliyində, Xuanxe hövzəsində, pambıq Xuanxe hövzəsində, çay ölkənin cənub-şərqində və cənubunda becərilir. Təbii şəraiti imkan verən hər yerdə kartof, batat, tərəvəz, meyvə və tütün becərilir. Kənd təsərrüfatı məhsullarının 60%-i ölkənin şərqində istehsal edilir.

Kənd təsərrüfatında heyvandarlıq ikinci dərəcəli rol oynayır. Lakin mal-qaranın sayına görə Çin dünyada birinci yeri tutur. Şərqdə saxlanılan qaramalın 2/3 hissəsindən iş heyvanı kimi istifadə olunur. Ət məhsullarının 80%-dən çoxunu donuzçuluq verir. Daxili Monqolustan, Sintszyan-Uyğur muxtar rayonlarında köçəri və yarımköçəri ekstensiv otlaq heyvandarlıq üstünlük təşkil edir. Yanszı çayı hövzəsində, həm də şimal-şərqdə və Şandun yarımadasında baramaçılıq inkişaf etmişdir.

Ərazi relyefinin 85%-i dəniz səviyyəsindən 500 metr, xeyli hissəsi isə 1000 metr hündürlükdə yerləşr. Səth quruluşunun meyilliyi qərbdən şərqə doğru tədrici olaraq alşalır. Təbii  şəraitin aparıcı elementi  olan relyefin 2/3 hissəsini dağlıq və 12 %-i düzənlik sahələr təşkil edir. Cənub-qərb orta hündürlüyü 4500 m-dən az olmayan(dünyada ən hündür), sahəsi 2,3 min. kv. km təşkil edən Şinxay-Tiğet yaylası yerləşir. Qərbdən enlik istiqamətində bir sıra dağ silsilələri şərqə doğru istiqamət almışdır. Şimalsan isə Monqol Altayının tipləri əraziyə daxil olur. Cənubdan Nepal sərhədində məşhur hiçalayın dümyada ən hündür zirvəsi hesab edilən Comolunqma-8842 m yerləşir. Himalayla yanaşı Çinin şimal sərhədində biri-birinə paralel uzanan Tyanşan, Atıntağa, Kunhun və bir sıra digər dağlar ərazinin səth quruluşunu daha da mürəkkəbləşdirir.  Göstərilən dağlar arasında Cunqari, Tarim və başqa düzənliklər ölkədə kənd təsərrüfatının inkişafına xidmət edir. Tyanşanın şərq hissəsində-154 m dəniz səviyyəsindən alşaqlıqda Turfan  depresiyası mövcuddur. Ölkənin şərqində düzənliklər çoxda  hündür olmayan yaylalar, orta hündürlüyə malik olan dağlar relyefə mürəkkəblik gətirirlər. Çin dünyada təbii sərvətlərlə zəngin olan dövlət kimi tanınır. Kömür, qara və əlvan  nadir metal filizləri , mədən kimyası və qeyri filiz ehtiyatlarına görə dünya əhəmiyyəti kəsb edir. Kömür ehtiyatları ölkənin hər yerində aşkarlansa da  başlıca yataqlar Şimal və Şimal-Şərq rayonlarındandır. Filiz ehtiyatlarına görə Çin fərqlənir. 13,0 mlrd.ton dəmir filizi ehtiyatının olması Çini dünyada 3-cü yerdə saxlayır.

Meşə örtüyü dağlıq ərazilədə üstülük təşkil etməklə 162 mln. ha-dan artıq deyildir. Əhəmiyyətli ağac növləri mövcuddur.Yansızı şayı hövzəsindən cənubdan, habelə Siçuan vadisində qırmıəzı torpaqlar geniş əraziyə malik olmaqla çəltik becərilməsində istifadə olunur. Şimali və Şimal-Qərbi Çində yayılan şabalıdı torpaqlar payızlıq buğda,, lobya, kartof becərilməsi üçün yararlıdır. Ərazi torpaqları eroziyaya çox məruz qalmışdır. 

Yanacaq-energetika kompleksi  əsasını yerli  ehtiyatların mövcudluğu təçkil edir. Yanacaq-energetika balansında kömür-75%, neft-17%, qaz-20%, elektrik enerjisi-6% yer tutur. Ən ucuz və keyfiyyətli yanacaq növü təbii qazdır. Müasir Çində dənizin şelf zonasında da qaz yataqları aşkarlanmışdır.

YEK-də elektroenergetika xüsusi yer tutur. Çünki elektrik enerjisi hasilatında dünyanın 2-cisi hüsab edilən Çində hər ikl -1,4 trln kvtsaata qədər məhsul əldə edilir.  Mövcud elektrik stansiyalarının gücü 200mln. kvt-i keçmişdir. Onun İES, SES, AES, GeoİES, GES,QES,KES növləri istehlaka xidmət edirlər. Atom enerjisindən istifadə etmək Çinə son illərədə nəsib olmuşdur.

Çində qara melallurgiya kəmiyyət və keyfiyyətinə görə  seçilir. Çində qara metallurgiya 1500-dən artıq tam və natamam dövriyyəli müəssisələrdə fəaliyyət göstərir. İkinci qara melallurgiya bazası Şimali Çində yerləşməklə Pekin, Tyantsin, Tanşan iri zavodları ilə tanınır. Üçüncü qara metallurgiya bazası Şimali Çinin Daxili Monqolustan Muxtar rayonunda yerləşən Baotoda fəaliyyətdə olan iri metallurgiya zavodu sayılır.

Əlvan metallurgiyanın inkişaf etdirilməsi üçün əlverişli yerli təbii imkanar mövcuddur. Boksit,polimetal filizləri, tələbat çində aliminum, mis, qalay, qurğuşun, volfram kimi əlvan metalları istehsalını gündən-günə daha da artırır. Əlvan metallurgiyanın başlıca müəsissələri Şimali-Şərqi Çində, Mərkəzi Çində, Şanxayda fəaliyyət göstərir.

Maşınqayırma və metalemalı çoxçeşidliyi ilə seçilir. Məhsulların içərisində ağır sənaye avadanlıqları və toxuculuq sənayesinə gərək olan maşınlar üstünlük təşkil edir. Şimali Çində ağır maşınqayırmanın dağ-mədən avadanlıqları, Şimali-Şərqi Çindıə ağır maşınqayırmanın bir başqa növü (xarbində, Senyanda) istehsalı müəssisləri vardır. Ən böyük dəzgahqayırma müəssisələri Şimali-Şərqi, Çinin Çenyan, Dalyan şəhərlərində, eləcə də Yansızı çayının mənbələrinə yaxın - Şanxay, Mankin, Usi şəhərlərində, habelə Pekində mövcuddur.

Kimya sənayesi yerli xammallara əsaslanır. Onun mineral kübrə, polimerlər, kimyəvi lif, etilen, plastik kütlə, sintetik və təbii kauçuk, əczaçlıq məhsulları kimi sahələri vardır. Mineral gübrə istehsalına görə o dünyada 1-ci (28 mln.) kimyəvi lif buraxılışına görə 2-ci yeri tutur.

Meşə sənayesinin daha da inkişaf etdirilməsi üçün hələ fedalizm    dövründən onun ehtiyatı istifadə olunmaqdadır. Burada tut ağaclarının olması ölkədə ipəkçiliyin inkişafına hələ qədimdən təsir etməkdədir. Cubtropik ağac növü olan fındıq, kamfora, boya, BAMbuk, tis və başqa ağaş növləri meşələrin tərkibini daha da  zənginləşdirir. Ölkənin əsasən cənum şərqində yayəlan tut bağlarından ildə 5-6 dəəfə yarpaq toplanaraq barama qurdlarının yeminə göndərilir.   

Yüngel sənayenin toxuma, trikotaj, gön-dəri ayaqqabı sahələri də əsasən istehlak rayonlarında fəaliyyətdədir. Dünyada ayaqqabının -40% Çin verir. İldə dünyala 4,0 mlrd cüt ayaqqabı əhalinin istehlakına verilir. Çin Qərbi Avropa bazarının idman və ev ayaqqablarına olan tələbatının 25% ödəyir. Yun parça toxumasındada Çinin özünün xüsusi  yeri vardır.
                                                                   

Çin ərazisinin böyük hissəsini tutan dağlıq relyef, səhra və dağ-meşə rayonları quru yol nəqliyyatı üçün o qədər də əlverişli deyildir. Əsasən enlik istiqamətində axan çaylarının əksəriyyətinin aşağı hissələri, gölləri, Böyük kanal (uzunluğu 1700 km), həm də Çini əhatə edən dənizlər demək olar ki, bütün il boyu gəmiçilik üçün yararlıdır. Nəqliyyatın daha sıx şəbəkəsi ölkənin şərq hissəsindədir. Yük və sərnişin daşınmasının təxminən yarısı dəmir yollarının payına düşür. Lakin yükdaşımada onun payı tədricən azalır, dəniz, avtomobil, boru kəməri, hava nəqliyyatının payı isə artır. Dünya əhəmiyyətli ən iri portu Şanxay portudur. Qərb rayonlarında yük heyvanlarından geniş istifadə olunur.

Çin ordusunun zəif tərəfi onun köhnəliyindədir, yəni ordudakı əsas texnikalar Sovet ordusunun XX əsrin 50-60-cı illərin texnikalarının əsasında hazırlanıb (tankların 70%, hərbi təyyarələrin isə 80% dən çoxu), buna görə də müasir tələblərə cavab vermir. Buna baxmayaraq son zamanlar Çin sürətlə öz ordusunun, maddi-texniki bazasının keyfiyyətini artırmaqdadır. Misal olaraq Rusiyadan alınan müasir tankları göstərmək olar. Bundan əlavə, Avropa və Rusiya texnologiyaları əsasında öz daxili silah istehsalını həyata keçirir (məs: T-96 tankları, J-10 qırıcı təyyarələri). Çin bütün leqal və qeyri-leqal yollarla Qərbdən və Rusiyadan ən müasir texnologiyaları əldə edir. Bəzi ekspertlər bildirir ki, 2002-ci ildən bəri Çin öz texnologiyalarını sürətlə inkşaf edirməkdədir, hətta bəzi göstəricilərinə görə Rusiyanı qabaqlayır. Çinin hərbi büdcəsi son 20 il ərzində ardıcıl olaraq hər il artıb və nəticədə hazırda bu ölkə müdafiə büdcəsinin həcminə görə dünyada ABŞ-dan sonra 2-ci yerə çıxıb. ÇXR hərbi qüdrətini artırmaqda davam edir. Belə ki, ölkənin hərbi büdcəsi cari 2012-ci ildə 11,2 faiz artaraq 106,4 milyard dollara çatıb. Rəsmi Pekin hamını əmin edir ki, qlobal hərbi liderliyə can atmır və hərbi büdcənin artırılması ÇXAO-nun qarşısında dayanan cari məsələləri həll etmək istəyilə bağlıdır. Çinin hərbi sənayəsi, hərbi təyyarədaşıyan gəmi, stels texnologiyalı gözə görünməz hərbi təyyarələrin, kosmik orbitdəki peykləri vurub sala bilən raketlərin istehsalı kimi istiqamətləri də əhatə edir. Çinin artan hərbi qüdrətini balanslaşdırmaq üçün, ABŞ ötən 2011-ci ildə regionda hərbi mövcudluğunun genişlənməsinə çalışıb. Vaşinqton hər il hərbi məqsədlər üçün $740 mlrd vəsait xərcləyir. Region boyu yerləşdirilmiş ABŞ hərbi bazalarında minlərlə qoşun saxlanmaqdadır. Rəsmi Pekin Vaşinqtonun regionda artan hərbi nüfuzundan narahatdır. Çin hesab edir ki, ABŞ Çini mühasirəyə almaq istəyir. Pekinin Vyetnam, Fillipin və Yaponiya ilə uzun müddətdir ki davam edən ərazi çəkişmələri var. Bundan əlavə Çin Tayvanı öz ərazisi hesab edir və bu ölkə ilə sərhəddə Tayvana istiqamətləndirilmiş yüzlərlə raket yerləşdirib.

Pentaqona görə Çin ordusu 21-ci əsrin ən böyük təhlükəsidir.

Çin formal çoxpartiyalı sistemə malik sosialist dövlətidir. Ən güclü partiya olan Çin kommunist partiyasından əlavə 8 partiya da mövcuddur. Bunlar demokratik partiyalar qrupunu təşkil edir və aşağıdakılardır.

Çinin siyasi sisteminin qapalı olması iqtisadi sisteminin də qismən qapalı olmasına səbəb olur. Belə ki, Çin xarici malların və xidmətlərin ölkəyə idxalına ciddi nəzarət edir. Çin bunu bütün sferalarda, hətta internet saytların və xidmətlərin ölkə ərazisində istifadəsinə də tətbiq edir. Bu məsələ Google və Mərkəzi Avropa Universitetinin təşkil etdiyi Azadlıqda İnternet 2010 tədbirində (20-22 sentyabr, Budapeşt, Macarıstan) geniş müzakirə olunub.




#Article 107: Əfqanıstan (750 words)


Əfqanıstan (, ) və ya rəsmi adı ilə Əfqanıstan İslam Respublikası (, ) — Cənubi Asiyada dövlət. Əfqanıstan Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq sıx etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kabil şəhəri, ümumi sahəsi 652,230 kvadrat kilometrdir. Əfqanıstan dənizə çıxışı olmayan ölkədir. Ərazisinin əksər hissəsi qışı çox soyuq keçən Hinduquş dağları ilə əhatə olunmuşdur. Ölkənin şimalı məhsuldar düzənliklərdən, cənub-qərbi isə yayı çox isti olan səhra landşaftından ibarətdir.

Müasir Əfqanıstan ərazisindəki ilk insan məskənləri Orta paleolit dövrünə təsadüf edir. Böyük ipək yolu boyunca ölkənin strateji mövqeyi Orta Şərq və Asiyanın digər bölgələri arasında mədəni əlaqələrin yaranmasında mühüm rol oynamışdır. Bu ərazi tarix boyunca müxtəlif xalqlara ev sahibliyi etmiş və bir çox hərbi yürüşlərə məruz qalmışdır. Bütün bu işğal cəhdlərinə baxmayaraq, ölkə işğalçılara qarşı daima mübarizə aparmış və buna görə də alınmaz və imperiyaların məzarlığı kimi ləqəblər qazanmışdır. Əfqanıstan ərazisi tarix boyunca Kuşan İmperiyası, Ağ hunlar, Samanilər, Səfərilər sülaləsi, Qəznəvilər dövləti, Qurilər, Xələclər sülaləsi, Böyük Moğol İmperiyası, Hotakilər, Durranilər və digər böyük imperiyaların tərkib hissəsi olmuşdur.

Müasir Əfqanıstan dövlətinin siyasi tarixi 18-ci əsrdə mövcud olmuş Hotaki və Durrani sülalələri ilə başlayır. 19-cu əsrin sonlarında Əfqanıstan həmin dövrdə hökmranlıq etmiş Britaniya Hindistanı və Rusiya İmperiyası arasındakı Böyük oyunda bufer ölkə rolunu oynamışdır. 1893-cü ildə Britaniya Hindistanı ilə sərhəddə yaradılan Durand xətti əfqan hökuməti tərəfindən tanınmadı və 1947-ci ildə Pakistanın müstəqillik əldə etməsindən sonra bu ölkə ilə əlaqələrin gərginləşməsinin əsas səbəblərindən biri hesab olunur. 1919-cu ildə baş vermiş Üçüncü ingilis-əfqan müharibəsinin ardınca ölkə xarici təsirdən azad oldu və Əmənullah xanın rəhbərliyi altında monarxiya quruldu. Onun ardınca isə hakimiyyətə Məhəmməd Zahir şah gəldi və o da 40 ilə yaxın ölkəyə rəhbərlik etdi. 1970-ci illərin sonunda Əfqanıstanda bir neçə dəfə dövlət çevrilişi baş verdi. Əvvəlcə ölkədə sosialist dövlət quruldu, ardınca isə Əfqanıstan Sovet İttifaqının protektoratına çevrildi. Bu hadisələr 1980-ci illərdə üsyançılara qarşı Sovet-Əfqan müharibəsinin baş verməsi ilə nəticələndi. 1996-cı ildən etibarən Əfqanıstan ərazisinin çox hissəsi Taliban qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə ölkənin çox hissəsi beş ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejim tərəfindən idarə olundu. 2001-ci ildə NATO-nun rəhbərliyi altında koalisiya qoşunlarının Əfqanıstana daxil olması ilə Taliban qruplaşmasının üzvləri hakimiyyətdən düşdü və yeni demokratik hökumət quruldu.

Əfqanıstan hal-hazırda prezident tərəfindən idarə olunan unitar İslam respublikasıdır. Əhalisinin sayı 35 milyon nəfərə çatır ki, bunun da əksər hissəsini etnik puştunlar, taciklər, həzaralar və özbəklər təşkil edir. Əfqanıstan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qrup 77, İqtisadi Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzvüdür. Əfqanıstan iqtisadiyyatı dünya ölkələri arasında 108-ci yerdədir. Beynəlxalq Valyuta Fondunun 2016-cı ildə verdiyi məlumata görə Əfqanıstan adambaşına düşən ÜDM həcminə görə 186 ölkə arasında 167-ci yerdədir.

Paytaxt Kabul ölkənin ən böyük şəhəridir, digər əhəmiyyətli şəhərlər qərbdə Herat, cənubda Qəndəhar və şimalda Məzari-Şərifdir. Yerli və milli səviyyədə inteqrasiyanın zəif olduğu Əfqanıstanda coğrafi maneələrdən əlavə ictimai həyatda da bir sıra əhəmiyyətli problemlər qalmaqdadır. Əhalinin savadlılıq dərəcəsi təxminən 36% — dir, adam başına düşən ümumdaxili gəlir baxımından da dünyanın ən yoxsul ölkələri arasındadır. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2011-ci ilin əvvəlinə ölkə əhalisinin sayının 24.485.6 min nəfər olduğu ehtimal edilir .

Əfqanıstanda yeganə siyahıya alma 1979-cu ildə 5 iyun-5 iyul tarixində aparılmış və bu zaman ölkə əhalisi 15,551,358 nəfər (oturaq əhali — 13,086,630 nəfər , köçəri əhali — 2,464,728 nəfər) olmuşdur .

Əfqanıstan çoxmillətli ölkədir. Bununla bərabər heç bir etnik qrup əksəriyyəti və ya çoxluğu (yarıdan çox) təşkil etmir, ölkədə yalnız qarşılıqlı nisbətdə üstünlüyə sahib beş böyük etnik qrup vardır (puştunlar, taciklər, özbəklər, həzaralar və türkmənlər) və onların hər birinin sayı 1 milyondan artıqdır. 

Əfqanıstan ərazisində islam VII əsrin sonu, VIII əsrin əvvəllərində yayılmağa başlamışdır. Hal-hazırda ölkə əhalisinin əksəriyyəti müsəlmanlardır. Əfqanıstanda müsəlman əhalinin 80–90%-ni təşkil edən sünniliyin hənəfi məzhəbi daha çox yayılmışdır. Sünnilər əsasən əfqanların böyük bir hissəsi, taciklər, özbəklər, türkmənlər, bəluclar, çaray-makların böyük hissəsi (cəmşidilər, xazarai-kalayiau, firuzkuxlar, taymanlar), nuristanlar(sonuncular hələ 19-cu əsrdə yerli qəbilələrin inanclarına tapınırdılar və onlar qonşu müsəlmanlar tərəfindən kafir adlanırdılar, islam onların arasında təzyiqlə yayılıb).

Əfqanıstada bir sıra sünni cərəyanlarıi fəaliyyət göstərir — qədiriyyə, nəqşbədiyə, qələndəriyyə. Əhalinin çox az hissəsi (0,5 %) əhmədiyyə təriqətinə münsubdur. Ölkədə əhəmiyyətli sayda şiələr var. Bunlar xəzər-bərbərlər, eləcə də teymurlar, qızılbaşlar və əfqan-dzadzlar, Sistada nisbətən qarışmış əfqan-fars qrupu və farslardır. Şiələrə həm də Kabul, Herat, Qəznə ərazisində də rast gəlmək olar. Bədəxşan xalqı və tacikləri bir hissəsi ismailiyə təriqətinə ibadət edirlər (ismaililər ölkə əhalisinin təqribən 3 %-ni təşkil edirlər). Bundan başqa, Əfqanıstanda induistlər (20min nəfər), eləcə də siqxlər, zərdüştilər və iudaistlər (0,2 min nəfər) yaşayır.




#Article 108: Filippin (448 words)


Filippin Respublikası - Asiyada dövlət . 2007-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 88,574,614 nəfərdir .

Filippin dövləti Asiyanın cənub-şərqində, Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir. Filippin dövlətinə mənsub olan 7100-dən çox adanın ən iriləri  Luson, Mindahao, Samar, Panay, Palavan, Neqros, Mindoro, Sebu, Leyte adası və Boxol adalarıdır. 860 adada məskunlaşma vardır. Filippin arxipilaqının şimaldan cənuba doğru uzunluğu 2000 km, qərbdən şərqə doğru 900 km.-dir. Arxipelaqın qərb sahillərini Cənubi Çin dənizinin, şərqdə Filippin dənizinin, cənubda Sulavesi dənizinin suları yuyur, şimalda Filippin arxipelaqını Tayvan adasından Başi boğazı ayırır. Filippin adalarının ən şimal nöqtəsi Batanes adası, ən cənub nöqtəsi Sibutu adası, ən qərb nöqtəsi Balabak adası, ən şərq nöqtəsi Mindanao adası dır. Sahil xətlərinin uzunluğu 36,3 min kv. km.-dir. Adaların ümumi sahəsi 299,7 min kv. km.-dir.
 
Paytaxtı Manila şəhəridir. Şimalda Tayvan, cənubda Malayziya və İndoneziya, şərqdə Sakit okean, qərbdə isə Cənubi Çin dənizi ilə həmsərhəddir. Sahəsi 300 min kvadrat kilometrdir. Əhalisi 81 milyon nəfərdir. Onların çoxu filippinlilərdir. Əhalinin 43%-i şəhərlərdə yaşayır. Rəsmi dili Filippin dili dir. İspan dili və ingilis dili də istifadə olunur. İqlimi subekvatorial və tropikdir. İyundan sentyabradək yağışlar yağır. Orta illik temperatur yay və qışda +27 dərəcədir. Ən iri adaları 75%-i yayla və dağ massivlərindən ibarət olan ərazi 74 əyalətə bölünüb. Filippinlər Respublikası aktiv seysmoloji zonada yerləşir. Fəaliyyətdə olan və sönmüş vulkanların sayı 50-ə yaxındır. Çayları itiaxandır. Pul vahidi pesodur.
Mindanao adasında Müsəlman Mindanao Muxtar Bölgəsi fəaliyyət göstərir.

V əsrdən başlayaraq müasir Filippinin ərazisində müxtəlif xalqların və mədəniyyətlərin qovuşmasından yaranmış sivilizasiya formalaşmışdır. Adaların neqritlərdən və aetlətdən ibarət yerli əhalisi tarixəqədər dövrdə adaların geniş ərazilərinə yayılsalar da, nəhayət, sıx meşələrə çəkildilər. Sonralar, adalarda Tayvan vasitəsilə Cənubi Çindən gələn və avroneziya dillərində tayfalar məskunlaşdılar. VIII əsrdə bu ərazilərdə Çin tacirləri daha tez-tez görünürdülər. VV_XVII əsrlərdə hind-malay dəniz krallığına daxil olan Filippinə 1521-ci ildə gələn Fernando Magellan yerli tayfalarla toqquşmalardan birində öldürülmüşdür.

XIV əsrdə Filippin ərazisinə ərəblər gəldilər. Filppinin şimalındakı adalara (indiki Manila ərazisinə) ilk Avropalılar gələnədək Cənub-şərqi Asiyada yerləşən Şrivicay krallığına xərac ödəyən, eyni zamanda müstəqil daxili idarəetmə səlahiyyətlərinə malik racə tərəfindən idarə olunurdu.

Sebu Filippininlər böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın paytaxtıdır. Əsası 1565-ci ildə qoyulub. Onun kəşfi 1521-ci ldə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır. Dünya qoruğu hesab olunan Palavan adasına da baş çəkməyiniz məsləhətdir. Burada uzunluğu səkkiz kilometr olan yeraltı çay vasitəsilə birləşən mağaralar çox diqqət çəkir. Adanın mərkəzində timsah ferması fəaliyyət göstərir. Zamboanqo şəhəri Filippinlər arxipelaqında ən romantik və maraqlı məkanlardan biri hesab olunur. Maniladan 250 km şimalda, yumşaq iqlimi və təmiz havası ilə seçilən dağ kurortu Bagio yerləşir. Bu şəhər dəniz səviyyəsindən 1525 m yüksəklikdədir və ölkənin yay paytaxtı sayılır. Borakaysa dünyanın ən gözəl adalarından biridir. O, eni 50 m, uzunluğu 4 km olan Ağ çimərliyi ilə məşhurdur.




#Article 109: Qırğızıstan (921 words)


Qırğızıstan (qırğız. Кыргызстан; rus. Киргизия) və ya rəsmi adı ilə Qırğız Respublikası (qırğız. Кыргыз Республикасы; rus. Кыргызская Республика) – Mərkəzi Asiyada dövlət. Qırğızıstanın dənizə çıxışı yoxdur və ərazisinin əksər hissəsi Tyan-Şan, Talas, Qırğız, Türküstan dağları ilə əhatə olunmuşdur. Şimalda Qazaxıstan, qərb və cənub-qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan, şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bişkek şəhəri, ümumi sahəsi 199,951 kvadrat kilometrdir. Qırğızıstan 31 avqust 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir.

Dənizə çıxışı olmayan Qırğızıstanın qonşuları şimalda Qazaxıstan, qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan və cənub-şərqdə Çin Xalq Respublikasıdır. Tanrı dağları ölkənin 80%-ini əhatə etdiyi üçün ölkəni bəzən Mərkəzi Asiyaın İsveçrəsi adlandırırlar. Tanrı dağlarının şimal-qərbində yerləşən və ölkənin ən böyük gölü olan İsıkgöl gölü Titikakadan sonra dünyanın ən hündür dağ gölüdür.

Qırğızıstan Respubliikası Mərkəzi Asiyada, okeanlardan uzaq, materik daxilində yüksək dağlıq regionda – Tyanşan, Talas, Qırğız, Türküstan dağlarında yerləşir. Ən uca zirvələri Qələbə piki (7439 metr) və Xan-Tenqridir (6995 metr).
Dağlar arasında geniş İssıkkul, Narın, Talas vadiləri və Fərqanə çökəkliyinin Qırğızıstana aid olan cənub və şərq dağətəyi sahələri yerləşir. Ərazinin 95%-I 1000 metrdən yüksəkdə yerləşir.
Qırğızıstan dağlarının geoloji quruluşunda, əsasən, Paleozoy erasının müxtəlif mənşəli süxurları iştirak edir. Dağəmələgəlmə prosesi davam edir. Kaynozoy çöküntüləri isə yalnız dağarası çökəkliklərdə və dağətəyində yayılmışdır.
Qırğızıstanda əlvan metallar – mis, molibden, dəmir filizi, qızıl, civə, qurğuşun yataqları, dağarası çökəkliklərdə isə neft və kömür ehtiyatları mövcuddur.

Qırğızıstan ərazisi subtropik və mülayim iqlim qurşağında yerləşir. Orta və yüksək dağlıqda sərt iqlim, dağarası çökəkliklərdə bir qədər mülayim iqlim hakimdir. Ən isti ayın orta temperaturu dağarası çökəkliklərdə (məsələn, İssıkkul çökəkliyində) 16-22 °C, qarlı və buzlu zirvələrdə 0 °C-dən aşağıdır. Yanvar ayında dağətəyi və düzənlik sahələrdə orta aylıq temperatur -1 °C olduğu halda, dağlıq ərazilərdə 15 °C -27 °C olur. Yağıntılar düzənlik və qapalı çökəkliklərdə 100 mm-dən 300 mm-ə qədər, dağlarda isə 900–100 mm-dək artır.

Qırğızıstan çayları Aral, Tarım, İssıkkul və Balxaş hövzələrinə aiddir. Çayların əksəriyyəti yayda daşır. Orta dağlığın çayları yeraltı, yağış və qar sularından qidalanır, əsasən yazda, və qismən yayda daşır. Çaylar böyük enerji mənbəyidir. Çu, Narın, Çatkal, Aksay çayları daha böyükdür. Onların üzərində su anbarları və su elektrik stansiyaları tikilmişdir. Məsələn Narın çayı üzərində Toktoqul SES-i inşa olunmuşdur. Respublikada 2 mindən artıq dağ gölü var. Bunlardan ən böyükləri İssıkkul, Songöl və Çatırgöldür.

Torpaq və bitki örtüyü yüksəkliyə görə və yamacların səmtindən asılı olaraq kəskin dəyişir. Dağətəyi qapalı çökəkliklərdə və dağların qərb yamaclarında, əsasən, boz və boz-qonur torpaqlar, səhra və yarımsəhra bitkiləri inkişaf etmişdir. Çox yağıntı alan yüksəkliklərdə küknar, qoz meşələri, Türküstan, Alatau, Talas dağlarında meşə-kollar yayılmışdır. Yüksək dağ vadilərində hündürlükdən asılı olaraq dağ-çöl, dağ-çəmən, dağ-tundra bitkiləri geniş yer tutur və heyvandarlığın inkişafında böyük rol oynayır.
Uca dağ massivləri daimi qar və buzlarla örtülüdür. Buzlaqların ümumi sahəsi 6578 km²-dən artıqdır. Xan-Tenqri massivindəki buzlaq daha nəhəngdir.

Qırğızların etnik tarixi hun, sak və usun qəbilələri ilə bağlıdır. Bu qədim türk qəbilələri e.ə VII əsrdə köçəri tayfa ittifaqları yaratmışdılar. Sonrakı əsrlərdə Qırğızıstan ərazisi müxtəlif yadelli dövlətlərin əsarəti altına düşmüşdür. Ölkə XIX əsrdə Rusiyanın tərkibinə daxil edilmişdir. Qırğızıstan 1991-ci ildən müstəqilliyini elan etmiş parlamentli respublikadır. Ölkənin başçısı prezidentdir.

Qırğızıstan çoxmillətli ölkədir. Burada ruslar, özbəklər, ukraynalılar, tatarlar, qazaxlar, taciklər, uyğurlar, almanlar və 1930-1940-cı ilərdə buraya sürgün olunan azərbaycanlılar yaşayır.

Ölkənin relyefii əhalinin məskunlaşmasına və ərazinin təsərrüfat baxımından mənimsənilməsinə güclü təsir etmişdir. Əhalinin 80%-dən çoxu dağətəyi düzənliklərdə və çay vadilərində cəmləşmişdir. Təbii artım yüksəkdir – hər 1000 nəfərdə 16 nəfər. Orta sıxlıq 1 km²- 27 nəfərdir. Əhalisi çox sıx olan ərazilər Çu, Fərqanə və Talas vadiləridir.

Əmək ehtiyatlarının sürətlə artması əhalinin işlə təmin edilməsini çətinləşdirir. Bu, xüsusilə, qadın əməyindən istifadə olunmasında özünü qabarıq göstərir. Şəhər əhalisinin demək olar ki, 40%-i Qırğızıstanın paytaxtı Bişkek şəhərində yaşayır. Qırğızlar cəm halda ölkə sərhədlərindən kənarda da yaşayırlar.

Bişkek şəhəri dəmir və avtomobil yolları ilə Mərkəzi Asiyanın digər respublikaları ilə əlaqələnir. Şəhər ölkənin böyük elm və mədəniyyət mərkəzidir. Burada Elmlər Akademiyası, ali məktəblər, teatrlar, muzeylər və s. var.

Qırğızıstan iqtisadiyyatına görə aqrar-sənaye ölkəsidir. Ölkə müstəqillik qazandıqdan sonra dövlət əmlakının özəlləşdirilməsi prosesi hələ də davam edir. Müstəqilliyin ilk illərində təsərrüfatın bütün sahələrində tənəzzül baş vermişdir. Elektroenergetika, yüngül, yeyinti sənayeləri, o cümlədən əlvan metallurgiya və maşınqayırma sənayesi ixtisaslaşmış sahələrdir.

Elektrik enerjisi ölkənin cənubunda Narın çayı üzərindəki SES-lər kaskadında cəmlənmişdir.

Əlvan metallurgiya sənayenin mühüm sahəsidir. Civə, sürmə, qalay, qurğuşun-sink filizləri çıxarılır. Tikinti materialları, yüngül (pambıqtəmizləmə, dəri-ayaqqabı, toxuculuq) və yeyinti (ət, süd, dənüyütmə) sənayesi var.

Aqrar-sənaye kompleksi Qırğızıstan üçün həmişə önəmli olmuşdur. Digər sahələrin inkişafında olan gerilik kənd təsərrüfatında, xüsusilə heyvandarlıqda hiss olunmaqdadır.

Əkin sahələri cəmi 1.4 milyon hektardır. Buna baxmayaraq, Qırğızıstanda ildə on minlərlə ton pambıq, taxıl, tütün, üzüm, kartof, tərəvəz yığılır. Qırğızıstan taxıla olan tələbatını ödəyir. Çu və Fərqanə vadilərində bağçılıq və üzümçülük inkişaf etmişdir.

Qırğızıstanda kənd təsərrüfatı heyvandarlığa əsaslanır. Buna səbəb təbii yem bazasının geniş olmasıdır. Heyvandarlığın aparıcı sahələri zərifyunlu qoyunçuluq və atçılıqdır. İldə 15 min tondan (dünyada üçüncü yer) çox yun istehsal edilir. Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 88%-i özəl müəssisələrin payına düşür.

Ölkə ərazisi dəmir yolu nəqliyyatı ilə tam təmin olunmasa da, xarici iqtisadi əlaqələr, əsasən, dəmir yolu vasitəsi ilə həyata keçirilir.
Əsas avtomobil yolları Bişkek-Oş, Bişkek-Balıqçı, Bişkek-Narın respublikanın ən mühüm sənaye və kənd təsərrüfatı rayonlarını birləşdirir.

Təyyarə uçuşları 50-dən çox dövlətə reysləri olan Kırqızstan aba jolloru aviaşirkəti tərəfindən həyata keçirilir.

Mərkəzi Asiyanın füsunkar təbiət abidəsi olan İssıkkul gölü beynəlxalq əhəmiyyətli turizm, müalicə və istirahət mərkəzidir. Gölü dünya turizm mərkəzlərindən birinə çevirmək üçün dövlət proqramı hazırlanmışdır.

Qırğızıstan Mərkəzi Asiyada Ümumdünya Ticarət Təşkilatına daxil olan yeganə ölkədir. Ölkədə istehsal olunan əlvan metalların 40%-dən çoxu ixrac olunur. Qazaxıstan, Tacikistan, Özbəkistan, ABŞ, Türkiyə, AFR, Çin, Rusiya, İsveçrə ilə ticarət əlaqələri var.

Qırğızıstan bir sıra beynəlxalq və regional təşkilatların – BMT, MDB, Avrasiya İqtisadi Birliyi, Mərkəzi Asiya Əməkdaşlığı və s.-nin üzvüdür.




#Article 110: Hindistan (3764 words)


	

	

Hindistan (, ) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind भारत गणराज्य, ing. Republic of India) - Cənubi Asiyada dövlət. Hindistan qurudan 6 ölkə  – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma ilə, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263[] kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə ikinci yeri tutur.   

Hindistan adı qədim fars dilində İndus adından əmələ gəlmişdir. Bu ad keçmişdən Hind çayı və ətrafı üçün istifadə olunan ad olmuşdur. Qədim yunanlar isə hindliləri İndoi olaraq adlandırmışdır. Hindistan adı Hindistan konstitusiyasında və Hindistandakı bir çox yerli dildə Bharat olaraq adlandırılır. Bharat adı hindlilərin əfsanəvi kralları olan Kral Bharata adından yaranmışdır. Fars dilində bir söz olan Hindistan əvvəlcə Şimali Hindistan üçün istifadə olunsa da, sonradan bütün Hindistan üçün istifadə olunmağa başlanmışdır.

Hindistan ərazisindəki ilk dövlət  bizim eradan əvvəl e.ə. I minilliyin birinci yarısında yaranmışdır. Qədim və orta əsrlərdə Hindistanın elm, ədəbiyyat, incəsənət sahəsindəki nailiyyətləri, müxtəlif dini və fəlsəfi sistemləri Şərqin bir çox sivilizasiyalarına müsbət təsir göstərmişdir. XVI əsrin əvvəllərindən Avropa müstəmləkəçiləri tərəfindən tədricən Hindistan müstəmləkəyə çevrilmiş və iki yüz il Böyük Britaniyanın tabeliyində olmuşdur. 1857-1859-cu illərdən milli-azadlıq hərəkatları, 1918-1922; 1928-1933-cü illərdə itaətsizlik, 1946-cı ildə hərbi dənizçilərin üsyanı nəticəsində 1947-ci ildə Hindistan dominion statusu almış, 1950-ci ildə isə respublika elan edilmişdir.

Tarixən müstəmləkəçilikdə olması ölkənin sosial-iqtisadi inkişafina güclü təsir etmiş, uzun müddət köhnə, ənənəvi sosial-iqtisadi quruluşun qalmasına səbəb olmuşdur. Ölkə Britaniyanın xammal əlavəsinə çevrilmişdir. İqtisadiyyatda Britaniya kapitalı əsas rol oynamışdı. Natural təsərrüfat üstünlük təşkil edirdi. Təsərrüfatın müasir quruluşu ilə işçilərin 5%-i məşğul olurdu ki, onlar da milli gəlirlərin ancaq 10-15%-ni istehsal edə bilirdilər.

İkinci dünya müharibəsinin sonlarına yaxın Böyük Britaniyanın müstəmləkəsi olan Hindistanda milli-azadlıq hərəkatı genişləndi. Böyük Britaniya Hindistana dominion hüququ verməyə məcbur oldu. Həmin ilin avqustunda Cəvahirləl Nehru başda olmaqla Müvəqqəti hökumət təşkil olundu. Lakin bu tam azadlıq deyildi. Xalqın mübarizəsi davam edirdi. Bu mübarizə nəticəsində 1947-ci ildə Hindistanda ingilis ağalığına son qoyuldu. Həmin ilin avqustun 15-də Hindistan ərazisində dini əlamətlər əsas götürülməklə iki müstəqil dövlət, hindusların çoxluq təşkil etdiyi Hindistan və əhalisi əsasən müsəlmanlardan ibarət olan Pakistan dövlətləri quruldu. Elə ilk illərdən bu dövlətlərin bir-birinə qarşı ərazi iddiaları meydana çıxdı. Qərb dövlətləri bu iki böyük dövlətləri bir-birinə qarşı müharibəyə sürükləyərək onların hər ikisini inkişafdan saxlayırdı. Hindistan bu iddialarında SSRİ-nin, Pakistan Qərbin köməyinə arxalanırdı. Kəşmir regionuna sahiblik üzərində 1948-ci ildə Birinci Hindistan-Pakistan müharibəsi baş verdi. BMT Təhlükəsizlik Şurasının vasitəçilik missiyasının fəaliyyəti sayəsində barışıq əldə olundu. Şimali-qərbi Kəşmir və ya Kəşmirin üçdə bir hissəsi (Azad Kəşmir) Pakistanın, qalan ərazisi isə Hindistanın nəzarəti altına düşdü. 1965-ci ildə Kəşmir Müəssislər Məclisinin qəbul etdiyi konstitusiya Kəşmiri Hindistan ittifaqının tərkib hissəsi elan etdi. Bu, İkinci Hindistan-Pakistan müharibəsinə səbəb oldu. Bu dəfə Çinin mübarizəyə qarışacağından ehtiyatlanan SSRİ-nin fəal vasitəçiliyi ilə müharibə 1966-cı ildə dayandırıldı və Daşkənd bəyannaməsi imzalandı. Kəşmir məsələsi 1987, 1988, 1997-ci illərdə də iki dövlət arasında qanlı hərbi toqquşmalara səbəb oldu. Pakistan Kəşmir məsələsinin beynəlxalq səviyyədə həll olunmasına çalışır, onu Hindistanın tərkib hissəsi kimi tanımır. Burada BMT-nin nəzarəti altında referendum keçirilməsi tələb edilir, lakin Hindistan buna razılıq vermir. Hindistan ərazisi ilə həmsərhəd olan Qərbi Pakistandan ayrılan Şərqi Pakistanda 1971-ci ildə geniş muxtariyyət uğrunda mübarizə başlanarkən Hindistan qoşunlarını Şərqi Pakistan ərazisinə yeritdi və burada müstəqil Banqladeş dövlətinin yaranmasına kömək etdi.

Hindistanın təyin geoloji prosesləri yetmiş beş milyon il əvvəl başlandı, nə vaxt Hindistan subkontinenti, onda (sonra) cənubi supercontinent Qondvanasının hissəsi, northeastwards dreyfini, əlli milyon il davam etmək, başladı, o vaxtkı unformed Hind okeanından. Avrasiya Lövhə (Boşqab) ilə subkontinentin sonrakı toqquşması və onun (bunun) altında subdiksiya, Himalaya başlanğıc verdi, planetin ən yüksək dağları – hansı indi şimalda və şimal-şərqdə Hindistan yanaşır (həmsərhəddir). Əvvəlki dəniz dibində dərhal meydana çıxma Himalayının cənubu, lövhə (boşqab) hərəkəti (hərəkatı) tədricən malik olmaq geniş təknə, yaratdı, hansı ki indi çay məhdud çöküntü ilə, doldur(ul)muş oldu İndo Gangetic Düzənliyini formalaşdırır. Bu düzənliyin qərbinə və ondan (budan) Aravalli Diapazonu ilə kəsin, Tar Səhrası uzanır. Orijinal (ilkin) Hindistan lövhə (boşqab) indisi yarımada sakini Hindistanı, ən köhnə (yaşlı) və geoloji əksər möhkəm kimi sağ qalır və Satpura və Vindhya kimi uzaq şimal kimi uzanmaq mərkəzi Hindistanda yerləşir. Bu paralel diapazonlar şərqdə Jharkhand-da kömür ilə zəngin Chota Nagpur Plateauya qərbdə Qucaratda Ərəb dənizi sahilindən qüvvədə olur (qaçır). Onların cənublarına, saxlanma (qalan) yarımada sakini landmass-ına, Dəkkən yaylası, uyğun olaraq sol və sağda sahilboyu diapazonlar, Qərbi Qatlar və Şərqi Qat ilə dövrələnilir; plato Hindistanda, bir milyarddan çox yaşında bəzilərində ən köhnə qaya formalaşmalarını özündə saxlayır. Belə dəbdə (üsulda) təşkil etmiş (edilmiş), Hindistan şimali en dairəsi şərqi uzunluq dairələri, 68°7' və 97°25' 6°44-ün' və 35°30-un' aralarında bərabərləşin şimalına uzanır.

Hindistanın sahili 7 517 kilometr uzunluğundadır; budan məsafə, 5 423 kilometr (kilometrlik) (3 370 hərbi kəşfiyyat) yarımada sakini Hindistanına və Andaman-a, Nicobar-a və Hindistan hərbi-dəniz hidroqrafik diaqramlarına Müvafiq olaraq Lakşadvip Islands.[13-ına] və 2 094 kilometrə (kilometrliyə) (1 301 hərbi kəşfiyyat) mənsubdurlar, materik sahili növbətidən ibarətdir: 43% qumlu sahil (çimərlik), sıldırım qayalar, 46% çay keçidi və ya bataqlıq coast.[13], daxil olmaqla 11% qayalı sahil

Əsas Himalay mənşə çayları – hansı ki zəruri olaraq Hindistandan axan Qanqı və Brahmaputranı özündə saxlayır (daxil edir), hər ikisi, hansı ki Benqal körfəzinə axır. Qanqın vacib bac verənləri (qolları) Yamunanı və Kosi-ni özündə saxlayır (daxil edir) – kimin ki çox aşağı qradiyenti hər il fəlakətli daşqınları doğurdur. Əsas yarımada sakini çayları – kimin ki daha sıldırım (sərt) qradiyentləri daşqından onların sularının qabağını alır – Qodavarini, Mahanadini, Kaveri və Krişna -, özündə saxlayır (daxil edir) Kaveri və Krişna; və Narmada və Tapti – hansı ki Ərəb dənizinə axır. Hindistanın tanınmış sahilboyu xüsusiyyətləri arasında qərbi Hindistanda və allüvial Sundarbans deltasında bataqlıq Kaç Rannıdır – hansı Hindistan Banqladeş ilə bölür. Hindistan iki arxipelaqa malikdir: Lakşadvip, Hindistanın cənub-qərb sahilindən mərcan atollları; və Andaman və Nikobar adaları, Andaman dənizində vulkanik zəncir.
Hindistanın iqlimi inadla Himalayın və Tar Səhrasının təsiri altındadır, hər ikisi, hansı ki mussonları sürür. Himalay oxşar en dairələrində çox yerləşdiyi yerlərdən daha isti görünməkdən, Hindistan subkontinentinin böyük hissəsini saxlamaqdan soyuq Mərkəzi Asiya katabatic küləklərinin qabağını alır. Tar Səhrası cənub-qərbi yay musson küləklərini rütubət yüklə(il)mişi cəlb edən kritik (həlledici) rolu oynayır (ifa edir) – hansı ki, İyunun və Oktyabrın aralarında, Hindistanın daha rainfall.Fou əsas iqlim qruplaşmalarının əksəriyyətini (çoxluğunu) təmin edir, Hindistanda üstünlük təşkil et: tropik yaş, tropik quru, subtropik rütubətli və dağlıq.

Hindistan Respublikası inzibati cəhətdən 28 ştat və 8 ittifaq ərazisindən ibarətdir.

Ştatlar:

Andhra Pradeş, Arunaçal Pradeş, Assam, Bihar, Çhattisqarh, Qoa, Haryana, Qucarat, Himaçal Pradeş, Carkhand, Karnataka, Kerala  Madhya Pradeş  Maxaraştra, Manipur, Meqhalaya, Mizoram, Naqaland, Orissa, Pəncab, Racastan, Sikkim, Tamilnad, Tripura, Uttarakhand, Uttar Pradeş, Qərbi Benqal.

İttifaq əraziləri:

Andaman və Nikobar adaları, Cammu və Kəşmir, Çandiqarh, Dadra və Naqar Haveli və Daman və Diu, Dehli, Ladax, Lakşadvip, Puduçeri.

İkinci dünya müharibəsinin əvvəllərində Hindistan hər nəfər hesabilə Britaniyadan 42 dəfə, Yaponiyadan isə 7 dəfə az çuqun istehsal edirdi. Sənaye birtərəfli aparılırdı. Yüngül sənaye daha üstün idi. Maşınqayirma yox idi,kənd təsərrüfatı tənəzzülə uğramışdı. Savadlıların xüsusi çəkisi 18%,orta ömür müddəti 32 il təşkil edirdi. 1947-ci ildə ölkə iki hissəyə bölünmüşdür-Hindistan və Pakistan. Hindistan siyasi müstəqillik əldə etdikdən sonra ölkənin iqtisadiyyatını sənaye əsasları üzərində qurmağa imkan yaranmışdır. Lakin 1957,1972,1985-ci illərdə istehsalın artmasında ləngimələr mövcud olmuşdur.

İqtisadiyyatın ləng artımı bir çox hallarda milli kapitalın zəifliyi ilə izah edilir. İqtisadiyyatın sahəvi quruluşu. 2005-ci ildə Hindistanın Ümumi daxili məhsulu 772,0 mlrd. Hər nəfərə düşən məhsul isə 700 dollara bərabər olmuşdur (müqayisə üçün qeyd etməliyik ki.bu göstəricilər 1995-ci ildə müvafiq olaraq 340 mlrd. Dollar və 387 dollar təşkil etmişdir). ÜDM-un ortaillik artım sürəti ilk 35-40 ildə 3,5%-dən artıq olmamışdır. Lakin son illərdə bu göstərici artaraq 1999-2000-ci illərdə 6,2%,2003-2005-ci illərdə isə 8,4% təşkil etmişdir. Ümumi daxili məhsulun 25%-i kənd təsərrüfatının, 27%-i sənayenin, 47%-i xidmət sahələrinin payına düşür. Cəmi işçilərin isə 67%-i kənd təsərrüfatında çalışırlar. Hindistan aqrar-sənaye ölkəsi hesab olunur.

Kənd təsərrüfatı nisbətən sabit və dinamik inkişaf edir. Kənd təsərrüfatının əsasını əkinçilik təşkil edir. Kənd təsərrüfatında  əldə olunan gəlirin 75%-i bitkiçiliyin payına düşür. Becərilən torpaq sahəsi 141 mln. hektardır. Bunun da 15 mln. hektarı ildə 2 dəfə əkilir. 84 mln. hektar süni suvarma ilə becərilir. Hindistan çay, yer fındığı, şəkər qamışı istehsalına görə birinci, düyü və pambıq istehsalına görə ikinci, tütün istehsalına görə üçüncü yeri tutur. 2003-cü ildə əsas kənd təsərrüfatı məhsulları istehsalı-taxıl 225 mln. ton (o cümlədən buğda 76 mln. ton, düyü 132 mln. ton),çay 770 mln. ton, qəhvə 200 min ton, pambıq 2,1 mln. ton, şəkər qamışı 272 mln. ton, tütün 660 min ton, kartof 21 mln. ton olmuşdur. Yer fındığı və küncüt istehsalına görə dünya ölkələri üzrə məhsulun 30%-nə malikdir. Kətan toxumu və gənəgərçək yağı istehsalına görə birinci yeri tutur. Ədviyyat məhsulları istehsalı çox yayılmışdır – bibər, darçın, raps, zəncəfil, sarıkök, hil və s. Bütün tərəvəz və meyvə növləri vardır. İribuynuzlu mal-qaranın sayına görə də Hindistan dünyada birinci yeri tutur. Dünya üzrə cəmi camışların 57%-i, inəklərin 16%-i Hindistanın payin düşür. 75 mln. ton süd istehsal edir. Ərazisinin 19,3%-i meşəlikdir. Hindistan dənizdən tutulan balığa görə 6-cı, içməli sudan tutulan balığa görə 2-ci yeri tutur. Cəmi tututlan balığın həcmi-5,3 mln. tondur. Bu sahə məşğulluğun artmasında və xarici ticarətdə böyük rol oynayır. 400 min ton dəniz məhs ulu ixrac edir.

Hasilat sənayesi baxımından Hindistan iqtisadiyyatın inkişafı üçün kifayət qədər mineral ehtiyatlara malikdir. Belə ki, dünya dəmir filizi ehtiyatının 25%-ə qədəri, marqans filizi çıxarılmasının 15%-i, slyudanın 60%-i bu ölkənin payına düşür. 2003-cü ildə ölkədə 315 mln. ton kömür, 33 mln. ton neft, 448 mlrd. Kvt. Saat elektrik enerjisi istehsal edilmişdir. Kömür ehtiyatı 148 mlrd. ton qiymətləndirilir. 7,3 mln. ton dəmir filizi, 6,8 mln.ton boksidlər, 3,1 mln. ton mis filizi,1,7 mln. ton marqans filizi, 2,4 min ton qızıl, 53 min ton gümüş, 40,6 min karat almaz,63 min ton qurğuşun istehsal edilir. Bu sahələrin cəmi məhsulu 10,3 mlrd. dollara bərabərdir. Ölkə üzrə cəmi ixracın 16%-i bu sahənin payına düşür.

Ümumi daxili məhsulun 18%-i emal sənayesini payına düşür. Parça sənayesi daha böyük üstünlüyə malikdir. 90 mln. nəfər adam işləyir. İstehsalın 19%-i xırda əl işlərinə əsaslanır. İxracdan olan gəlirin 30-33%-i toxuculuq sənayesi məhsullarındandır. Hind kəndiri istehsalına görə dünyada birinci, bu sahədən olan hazır məmulatlar ixracına görə ikinci yeri tutur. Ölkədə 144 mln. ton gübrə istehsal edilir. Tələbatı 70% ödəyir. Əczaçılıq sənayesi çox yüksək səviyyədə inkişaf edib. Bu sahədə 250 min böyük müəssisə işləyir. Hazırda cəmi sənayenin 17,2%-i parça sənayesinin, 16,5%-i neft və kömür sənayesinin, 14%-i yeyinti sənayesinin, 7%-i sellüoz-kağız sənayesinin, 5%-i elektrotexnika sənayesinin payına düşür. 1950-2005-ci illərdə sənaye istehsalı 15 dəfə artmışdır. Ümumi daxili məhsulda emal sənayesinin xüsusi çəkisi 1950-ci ildəki 11,4%-dən 20%-ə çatmışdır. Emal sənayesi məhsulunun ümumi həcmində ağır sənaye 32%-dən 64%-dək artmışdır. İstehsalın quruluşunda dəyişiklik yaranmışdır. Uzun müddət üçün nəzərdə tutulan istehlak şeylərinin xüsusi çəkisi artmışdır. Emal sənayesinin sahəvi quruluşunda da dəyişiklik yaranmışdır. Ərzaq malları, pambıq parça, hind kəndiri və toxuculuq məmulatları istehsalının xüsusi çəkisi 1,5-2 dəfə azalmışdır. 1950-ci illərdə sənaye məhsullarının 60%-i yeyinti və toxuculuq mallarından ibarət olduğu halda, 2005-ci ildə bu 25%-dən az olmuşdur. Neft məhsullarının və maşınqayırmanın xüsusi çəkisi 2-3 dəfə artmışdır.

Ölkədə sənayeləşmənin inkişafı çox sahəli təsərrüfat kompleksinin yaranmasına imkan verir. Milli təsərrüfatın öz-özünə inkişaf edən bərqərar ola bilən bir sistemə çevrilməsi özünü göstərir. Müəyyən mənada iqtisadiyyatda ikili bazar mövcuddur. Bir tərəfdən əhalinin çox hisssəsi üçün zəruri istehlak şeylərinə olan tədiyyə qabiliyyətli tələbdə tələbdə durğunluq yaranır, digər tərəfdən isə uzun müddətə istifadə edilən istehlak şeylərinə olan tədiyyə qabiliyyətli tələb artır. Bütünlüklə milli iqtisadiyyatın inkişaf etdirilməsində xüsusi bölmənin daha böyük rolu vardır. Belə ki, ÜDM-un 75%-i xüsusi bölmədə formalaşır. Kənd təsərrüfatı, yüngül maşınqayırma, yüngül yeyinti və tibb sənayesi, inşaat, ticarət, avtomaşın nəqliyyatı və digər sahələrdə xüsusi bölmə daha geniş yayılmışdır.

ÜDM-un təqribən 25%-i dövlət bölməsində yaradılır. Ölkənin müdafiə sənayesində, energetika, dəmiryolu, aviasiya, nəqliyyat, rabitə, metallurgiya və s. Kimi baza sahələrində dövlət bölməsinin xüsusi çəkisi artıqdır.

Bir çox sahələrdə dövlət bölməsinin xüsusi çəkisi daha çoxdur. Bunlardan neft çıxarılması və emalı, kömür, mis, qurğuşun, sink istehsalı, polad əridilməsinin 60%-dən çoxu, ağır maşınqayırma məhsulları, gəmiqayırma, təyyarə və dəzgahqayırma və s. göstərmək olar. 200-dən çox elmi-tədqiqat 
institutu və labaratoriya dövlət bölməsində mərkəzləşdirilib. ETTKİ-nə ayrılan xərclər 0,73% təşkil edir. Hazırda Hindistan yüksək elektron texnologiyasına və kosmik sənayesinə malik olan ölkələr sırasına daxildir. Hindistan dünya bazarına telekommunikasiya və meterologiya, rabitə vasitələri göndərir. Müvəfəqiyyətlə özünün milli atom enerjisi üzrə inkişaf proqramını həyata keçirir.

Hindistanda elektron sənayesi və informasiya texnologiyası sahəsində 250 min nəfər adam işləyir. Bu sahənin məhsulunun həcmi 13 mlrd. dollar, ixrac isə 8 mlrd. dollara bərabərdir. Bu göstəricilərə görə Hindistan 2-ci yeri tutur.

Hindistanda avtomobil sənayesi ildə 642 min müxtəlif növdə avtomobil buraxır. Qara metallurgiyada 7 böyük zavod tam gücü ilə işləyir. İldə 10,1 mln. ton polad istehsal edilir.

Hindistanda nəqliyyat sistemi də geniş vüsət tapmışdır. Belə ki, dəmir yolunun ümumi uzunluğu 107 min km-rə bərabərdir. Bunun da 29%-i elektrikləşdirilmişdir. Hindistan İEOÖ-də ən böyük ticarət donanmasına malikdir. Donanmada 490 dəniz gəmisi var. Ölkədə 11 böyük və 139 kiçik liman fəaliyyət göstərir. Hindistan dünyada qabaqcıl avtomobil yolları şəbəkəsinə malikdir. Hindistanda poçt şəbəkəsi sistemi də yüksək səviyyədədir. Cəmisi 154 min poçt şəbəkəsi fəaliyyət göstərir.

Hindistanın iqtisadi inkişafı ayrı-ayrı dövrlərdə müəyyən xüsusiyyətləri ilə bir-birindən fərqlənir. Belə ki, Hindistanın müstəqillik əldə etdiyi ilk 10 illik sabitləşmə dövrü adlanır. Bu mərhələdə ölkədə təsərrüfat mexanizminin əsasları formalaşırdı. Müstəqillik əldə edilməsilə qeyri-iqtisadi məcburiyyət və ticarət vasitəsilə ayrı-ayrı sahələrə qoyulan kapital vasitəsilə Britaniyanın siyasi nüfuz dairəsinin genişlənməsinə son qoyulmuşdur. Bu mərhələdə mərkəzləşdirilmiş planlaşdırılma ilə bazar əlaqələrinin genişləndirilməsi siyasəti əsas götürülmüşdür. Milli iqtisadiyyatın inkişafının ilkin şərtlərindən biri kimi sənayeyə qoyulmuş iri kapitala maraq yaratmaq, idxalda himayədarlıq siyasəti və valyuta nəzarəti həyata keçirmək nəzərdə tutulurdu.

İkinci dövr 1950-ci illərin ortalarından 1960-cı illərin ortalarınadək olan vaxtı əhatə edir. Bu dövr itensiv sənayeləşdirilmə dövrü kimi səciyyələnir. Burada mövcud istehsal münasibətlərinin yenidənqurulması, sərbəst bazar münasibətlərinin yenidənqurulması, sərbəst bazar münasibətlərinin və xarici kapitalın məhdudlaşdırılması sahəsində müəyyən tədbirlər sistemi nəzərdə tutulurdu. İdealoji cəhətdən bütün bunlar Sosialist cəmiyyəti qurulması şüarı altında həyata keçirilirdi.

Dövlət mülkiyyəti yaradılması aşağıdakı istiqamətlərdə həyata keçirilirdi; müstəmləkəçilərin hakim dairəsində olan mülkiyyətin milli dövlətin ixtiyarına keçməsi; milli kapitala məxsus olan bəzi xüsusi şirkətlərin milliləşdirilməsi; dövlət vəsaiti hesabına yeni müəssələr yaradılması.

Sənayeləşdirilmə idxalın əvəzlənməsi formasında həyata keçirilirdi. Öz gücünə arxalanmaq, özü özünü təmin etmək kursunun əsas götürülməsinə, xarici borcların rolunun azaldılması və yerli məhsulların çeşidinin genişləndirilməsinə üstünlük verilirdi. Həmin dövrdə metallurgiya, maşınqayırma və kimya sənayesinin xüsusi çəkisi xeyli artmışdır. Sənaye sahələrinə ayrılan xalis kapital qoyuluşu 50-ci illərdəki 26,4%-dən 1960-cı illərdə 41,1%-ə çatmışdır.

Ağır sənayenin inkişafı kursunun həyata keçirilməsində bir çox vətənpərvər qüvvələr müstəqilliyin möhkəmlənməsi xatirinə şəhər burjuaziyasına köməklik göstərirdilər.

Sahibkarlıq fəaliyyəti sahəsində dövlətin rolu xeyli artmışdır. Bütün bunların nəticəsində çoxsahəli kompleks yaradılması üçün zəmin formalaşmışdır. Eyni zamanda sənaye ilə kənd təsərrüfatı arasında qeyri-mütənasiblik də artırdı.

Üçüncü mərhələ 60-cı illərin ortalarından başlamışdır. Bu mərhələ ağır sənaye ilə kənd təsərrüfatı və xırda istehsal arasındakı qeyri mütənasibliyin ləğv edilməsi də problem kimi qarşıda qoyulmuşdu. Həmin illərdə yaşıl inqilab strategiyasını başlanğıcı qoyulmuşdur. Yoxsul kəndə-kənd təsərrüfatına, xırda istehsala köməklik edilməsi barədə proqram qəbul edilmişdir. Bu mərhələdəki iqtisadi siyasətdə əsas mərhələlərdən biri də 1969-cu ildə bankların milliləşdirilməsi oldu. Beləliklə, sənayenin və xırda sahibkarlığın müdafiə edilməsi siyasəti və dövlət köməkliyi sahibkarlıq bölməsində sabitliyin təmin edilməsinə səbəb olmuşdur.
 Hindistanın əsas sahələri isə bunlardır;

Hindistan dünyanın ən çoxmillətli dövlətidir. Hindli anlayışı müxtəlif dildə danışan bir neçə yüz xalq və tayfaların (hindu, benqal, pəncab və s.) birliyi kimi başa düşülməlidir. Ölkədə elə bir dil yoxdur ki, əhalinin böyük əksəriyyəti bu dildə danışsın. Dövlət dili ölkədə ən çox saylı hinduların dilidir. İkinci dövlət dili kimi ingilis dilindən istifadə olunur. Bununla yanaşı hər bir ştatda yerli xalqların dilində yerli hökumətlərin qərarları, qəzetlər, jurnallar dərc edilir. Hindistanda 1881-ci ildən başlayaraq hər on ildən bir əhali siyahıya alınır. Əsrin əvvəllərindən (1901-ci ildə 238 milyon nəfər) 2000-ci ilədək ölkənin əhalisi 4,3 dəfə artmışdır. Bu da təbii artımın yüksək olmasını sübut edir (indi illik artım 1,8-1,9%-dir). Əhalinin sürətlə artması iqtisadiyyatda əlavə çətinliklər yaradır. Buna görə Hindistan ailə planlaşdırılması siyasətini həyata keçirən ilk dövlətlərdən biridir. Lakin demoqrafların hesablamalarına görə əhalinin sabitləşməsi yalnız XXI əsrin ortalarında ola bilər. Əhali ölkə ərazisi üzrə olduqca qeyri-bərabər yerləşmişdir. Dənizsahili ərazilər, məhsuldar ovalıqlar (xüsusilə Hind-Qanq ovalığı), çayların vadiləri və deltaları daha çox məskunlaşmışdır. İndi ölkənin daxili hissələri (Dəkkən yaylası) sürətlə mənimsənilir. Ölkənin şimalında ucqar dağlıq ərazilər seyrək məskunlaşmışdır, hətta insan yaşamayan ərazilər də var. 300 milyon nəfərlə şəhər əhalisinin sayına görə Hindistan Çindən sonra dünyada ikinci yeri tutmasına baxmayaraq, şəhər əhalisinin ümumi əhaliyə nisbətinə görə (30%) Hindistan zəif urbanizasiyalaşmış ölkələr sırasına aiddir. Bununla yanaşı ölkədə urbanizasiya prosesi sürətlidir. İri və milyonçu şəhərlərin sayı sürətlə artır. Hindistanın ən iri şəhərləri ölkə ərazisi üzrə dördbucaq şəklində yerləşən Kəlkətə, Bombey (Mumbay), Dehli, Çennay (Mədrəsə), Əhmədabad və Heydərabaddır. Kəlkətə Hindistanın ən iri şəhəridir. Şəhərin əhalisi 15 milyon nəfərdən artıqdır. Bu şəhər təxminən 150 il Ost-Hind ingilis şirkətinin inzibati mərkəzi olmuşdur. Hind və müsəlman memarlıq üslubu ilə tikilmiş və 1911-ci ildən ölkənin paytaxtı olan Dehli dünyanın ən qədim şəhərlərindən biridir. Hindistanın böyük şəhərlərində kəskin iqtisadi, sosial və ekoloji problemlər mövcuddur. Küçələrdə dilənçilər, sərgərdan musiqiçilər, ilan ovsunçuları, ev-eşiksiz adamlar çoxdur. Etnik müxtəlifliklərlə əlaqədar şəhərlərdə milli məhəllələr formalaşır, milli və dini ədavət bəzən qırğına səbəb olur. Bir sıra sənaye şəhərlərində (xüsusilə Bombey) atmosfer həddindən artıq çox çirklənmişdir. Hindistanda kənd məskunlaşma formaları üstünlük təşkil edir. Əhalinin 70%-i kəndlərdə yaşayır. Suvarılan əkinçilik rayonlarında kəndlər xüsusilə sıx yerləşib. Kənd evləri olduqca müxtəlifliyi ilə fərqlənir. Burada daşdan, taxtadan, gildən tikilmiş evlərə, palma yarpaqları ilə örtülmüş komalara rast gəlmək olar.

Hindistanda ən geniş yayılmış dil hindi dilidir və ölkənin rəsmi dillərindən biri sayılır. Biznes və inzibati işlərdə geniş yayılmış ingilis dili  yardımçı dil statusundadır; Hindistan Konstitusiyasına görə ölkənin 21 rəsmi dili var. Hindistanda dillərin 1652 dialekti vardır.

Hindistanda əhalinin 83 faizi induistlərdir. İnduizm respublikanın bütün ştatlarında, cammu, Kaşmir və yeni yaranmış Naqalend istisna olmaqla hakim din hesab olunur. İnduizmin iki əsas istiqaməti vardır: vişnuizm və şivaizm. Hal-hazırda Vişna Allahının kultu daha geniş yayılıb. Lakin bir sıra hind xalqları arasında (tamilər, assamslar) şivai əsas götürülür. Bəzi yerlərdə, məsələn, nəsilin ana xətti ilə davam etdirildiyi malayalar arasında şaktizm inkişaf edib. Ortodoksal induistlərlə yanaşı ölkədə reformator induistlərin də ardıcılları vardır.

Hindistanın müsəlman əhalisi 11 faiz təşkil edir. Müsəlmanların əksəriyyəti isə sünnülüyün hənəfi məzhəbinə etiqad edir. Malabar sahilində şafiilik yayılıb, Uttar-Pradeş və Qərbi Benqaliyada sünnülük özünün vahhabi tendensiyası ilə müşahidə olunur. Burada Əhmədiyyə təriqətinin ardıcıllarına da rast gəlmək mümkündür. Şiələr isə əsasən şəhərlərdə yaşayırlar. Onlar arasında ismaililər də vardır, amma onlar say etibarilə ortodoksal şiələrdən azdırlar. Hind ismaililəri nizarilər (xoca) və mustarilərə (boxra) bölünürlər. Hindistanda az sayda bəhailərdə yaşayırlar.

Hindistanda 3-cü böyük dini qrup xristianlardır (əhalinin 3 %). cənubi Hindistana ilk xraitianlar hələ birinci minilliyin I əsrində gəlmişlər. Hal-hazırda Hindistan xristianlarının yarıdan çoxu ölkənin cənubunda (əsasən Kerala ştatında və mədrəsə rayonunda) məskunlaşıb. Naqelend ştatında da xeyli sayda xristian yaşayır. Ölkə xristianlarını iki qrupa bölmək olar. Birinci qrupa Hindistanın qədim xristian əhalisinin sonrakı nəsilləri aiddir. Portuqaliyalıların ölkəyə müdaxiləsindən sonra xristianlara məcburi şəkildə katolikliyi qəbul etdirmişlər. Onları Roma ilə uniyaya daxil olmağa məcbur etmiş, bunun nəticəsində də Hindistanda Silomalabar kilsəsi yaradılmışdır. Müəyyən zaman keçdikdən sonra bir qrup Roma ilə münasibətləri pozaraq kilsədən uzaqlaşmış, lakin öz əvvəlki nesterian ənənələrinə qayıtmamışlar. Onlar yakobit (monofizit) ehkamlarını qəbul etmişlər. Beləliklə, hal-hazırda cənubi Hindistanda qədim xristian kilsələri mövcuddur: Siro –malabar kilsəsi (xaldo-katolik, 2178min nəfər), Siro-malankar kilsəsi (siro-katoliklər, 213 min nəfər), yakobit Malankar pravoslav kilsəsi (1,5 mln. nəfər), müqəddəs Foma Malabar kilsəsi (550 min nəfər), neonestorian Xaldey kilsəsi (5 min nəfər).

Xristianların ikinci qrupunun formalaşması avropalı missionerlərin fəaliyyəti ilə bağlıdır. Onlar əsasən XIX-XX əsrlərdə öz fəaliyyətlərini daha da aktivləşdirmişlər. Hal-hazırda məhz bu qrup xristianlar say etibarilə üstünlük təşkil edirlər. Roma katolik kilsəsi daha çox nüfuza malikdir (9704 min nəfər ardıcılları var). Katoliklər daha çox ölkənin cənubunda, eləcə də bəzi Qərb rayonlarında məskunlaşıblar. Protestant kilsələri (4,3 mln nəfər) içərisində daha çox ardıcılları olanlar cənubi Hindistan kilsəsi (700 min nəfər) və Şimali Hindistan kilsəsidir (1530 min nəfər). cənubi Hindistan kilsəsi 1947-ci ildə ölkənin cənub hissəsində yaşayan protestant təşkilatlar tərəfindən yaradılıb. Bundan başqa, Hindistanda baptistlər (2,1 mln. nəfər), lüteranlar (1,1mln. nəfər), mennonitlər, qurtuluş ordusu (227 min nəfər) ardıcılları da vardır.

İnduizmdən aralanmış siqxizm indiki zamanda Hindistanda müstəqil din kimi tanınır. Ölkə əhalisinin 2 faizini təşkil edir. Əsasən Pəncab əyalətində yaşayırlar.

Hindistanda həmçinin 3,8 milyon buddist yaşayır. Onların əksəriyyəti Maxaraştrda məskunlaşıblar. Hindistanda çox kiçik dini qrup halında zərdüştilər-farslar (İrandan VII- XII əsrlərdə islam tərəfdarlarının təzyiqindən qaçıb gələnlərin nəsilləri) da vardır. Farsların sayı 120 min nəfər, digər məlumatlara görə 200 min nəfərdir. Bütün Hindistan zərdüştilərinin yarıdan çoxu Bombeydə yaşayır. Hindistanda iudaistlər 8 min nəfərdirlər. Onların əksəriyyəti maxaraştra və keralda məskunlaşıblar.

Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi-mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərmişdir. Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri əhəmiyyət kəsb edən kəşf və nailiyyətləri olmuşdur. Sıfır anlayışı və onluq say sisteminin müəllifi hesab olunan hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin radiusunu və digər astronomik, elmi kəşflər etmişlər. Artıq hind sivilizasiyası dövründə (e.ə. III minillikdə) onlar şəhərlərin planlaşdırılması, monumental tikililərin qurulmasında uğurlar əldə etmiş, uzunluq ölçüsü və çəki sistemindən istifadə etmişlər.

Hindistanda ilk dövlətlərin təşəkkülü, formalaşması bir sıra imperiyaların – Mauri, Quptların hökmranlığı zamanı bəşəriyyət tarixində sivilizasiyanın inkişafı ilə müşahidə edilirdi. Məhz həmin dövrdə elm, incəsənət, din öz çiçəklənmə prosesini keçirmişdi. Bu ölkənin tərəqqisi dünya fatehlərinin — Makedoniyalı İskəndərdən tutmuş əfqan və türk xanlarının ciddi marağına səbəb olmuşdur. İslam hakimlərinin XI əsrdən başlayan Əfqanıstan və İrana olan hücumları bir əsrdən sonra hind racələrinin (ölkənin şimalında) məğlubiyyəti ilə nəticələndi ki, sonralar bu, cənubdan başqa, demək olar ki, bütün ölkənin müsəlmanların əsarətinə keçməsi ilə nəticələndi. Sözsüz ki, bu əsarət və müstəmləkəçilik hind mədəniyyət və incəsənətinə də öz güclü təsirini göstərdi. Qədim Hindistan mədəniyyəti (e.ə. IV minilliyin ortaları- b.e.-nın VI əsri) dünyanın ən unikal və nəhəng sənət məbədlərindən biri hesab edilir. Hindistanda dünyanın bütün dinləri – induizm, islam, xristianlıq, buddizm, zərdüştlük mövcud olmuşdur. Lakin Qədim Hindistanın öz dinləri də mövcud olmuşdu ki, bunlara çaynizm və sikhizm aiddir. Bunlar hind mədəniyyətinin rəngarəngliyinə ciddi təsir göstərmişdi. Hazırda Hindistanda əhalinin 80%-i induizmə etiqad edir ki, bu da ölkənin ən qədim dinlərindən biri hesab olunur. O ilk dəfə vedlərin dini kimi (vedizm) təzahür tapmışdır. Bu din, ilk müstəqil fəlsəfi sistem kimi e.ə. I minillikdə təşəkkül tapmışdı. Onun gələcəkdə dini istiqamətlərin müəyyənləşməsində böyük rolu oldu. Vedizm üçün politeizm (çoxallahlılıq) xarakterik idi. Onun əsas allahları günəş allahı Surya, səhər şəfəqi Uşas, dünyanın sahmançısı Varuna, od allahı Aqni, ildırım allahı İndra, külək allahı Vayu, qasırğa allahı Rudra və s. idi. Vedanın son dövrünə üç əsas allah – Brahma, Vişna, İşva aiddir. Sonralar bunlar trimurti vahid triadasına çevrildi. Bu dinin əsas etiqadlarından birinə qurbanvermə ayini aid edilir. Bu isə, sonralar kahinlərin (brahman) yaranmasına səbəb oldu. Kahinlər qurbankəsmə ritualını həyata keçirənlərdir. Beləliklə, induizmin dini əqidəsi vedizm və brahmanizm ehramlarının təkamülü nəticəsində inkişaf etmişdi. İnduizm özündə veda inanclarına geniş yer verərək müqəddəs heyvan, təbiət, əcdadların ruhuna sitayişə başlıca yer verirdi. İnduizm ruhun əbədiliyi və ölməzliyinə inanır. Ilkin dini təsəvvürlər Hindistanda sonralar yaranmış digər dini cərəyanların ehkamlarına da öz təsirini göstərmişdir.

Qədim Hindistan tarixi yazılı və arxeoloji mənbələr əsasında öyrənilir. Bu dövrün tarixini əks etdirən yazılı mənbələr çox məhduddur. Bu qədim ölkə və dövlətin tarixini öyrədən mənbələr Hindistanın həmin tarixi ərzində mədəniyyətinin bir neçə səviyyədə olmasını göstərir. Məsələn, qədim Hindistanda Harappa mədəniyyəti kimi böyük bir mədəni sivlizasiyanın olduğu sübuta yetirilir.

 




#Article 111: İndoneziya (1347 words)


İndoneziya  — Cənub-Şərqi Asiyada ən böyük dövlət. Rəsmi adı  İndoneziya Respublikası, bəzən İndoneziya Respublikası Unitar Dövləti (Negara Kesatuan Republik Indonesia) milli adı istifadə olunur.  Cənub-Şərqi Asiyada, Hind və Sakit okeanları arasında olan bir ölkədir. Dünyanın ən böyük ada ölkəsidir, on yeddi mindən çox adaya malikdir. Sahəsi 1.904.569 kvadrat kilometr (735.358 kvadrat mil), torpaq sahəsi ilə dünyada 14-cü, dəniz və quru ərazisi ilə birgə 7-ci sıradadır. 261 milyondan çox əhalisi olan bu ölkə dünyanın ən çox  əhalisi olan dördüncü ölkəsi və ən çox müsəlman əhalisi olan  ölkədir.  Dünyanın ən sıx məskunlaşmış adası olan Yavada  ölkə əhalisinin yarıdan çoxu yaşayır.

Bu suveren dövlət seçilmiş qanunverici orqanı olan prezident və konstitusiyalı bir respublikadır. Onun 34 əyaləti var, onlardan beşinin xüsusi statusu var. Ölkənin paytaxtı Cakarta dünyada ikinci ən sıx məskunlaşmış şəhər ərazisidir. Ölkə quru sərhədlərini Papua-Yeni Qvineya, Şərqi Timor və Malayziyanın şərq hissəsi ilə bölüşür. Digər qonşu ölkələrə Sinqapur, Vyetnam, Filippin, Avstraliya, Palau, Hindistanın Andaman və Nikobar adaları daxildir. Çoxlu əhalisi və sıx məskunlaşdığı bölgələrə baxmayaraq, İndoneziya geniş səhralara malikdir, yüksək bioloji müxtəlifliyi dəstəkləyir.   Ölkədə neft və təbii qaz, kömür, qalay, mis, qızıl, nikel kimi zəngin təbii ehtiyatlar vardır, kənd təsərrüfatı əsasən düyü, xurma yağı, çay, qəhvə, kakao, dərman bitkiləri, ədviyyat və rezin istehsal edir. Çin, ABŞ, Yaponiya, Sinqapur və Hindistan İndoneziyanın əsas ticarət tərəfdaşlarıdır.

İndoneziya arxipelaqının tarixi öz təbii sərvətlərinə çəkilən xarici güclərin təsirinə məruz qalmışdır. Ən azı VII əsrdən etibarən Srivicaya və daha sonra Macapahit materik Çin və Hindistan yarımadasının subyektləri ilə əlaqəli olduğu dövrdən bəri ticarət üçün dəyərli bir bölgə olmuşdur. Yerli hökmdarlar erkən əsrlərdən tədricən xarici təsiri özündə cəmləşdirdilər və Hind və Buddist krallıqları çiçəkləndi. Müsəlman ticarətçilər və sufi alimləri İslamı gətirdilər, Avropa işğal gücləri xristianlığı gətirdilər və kəşf əsrində Maluku ədviyyat ticarətində inhisar etmək üçün bir-birlərinə qarşı mübarizə apardılar. Bəzən portuqal, fransız və ingilislər tərəfindən müdaxilə edilsə də, Hollandiya arxipelaqdakı 350 illik mövcudluğunun çoxuna görə Avropanın ən öndə gedən güclərindən idi. 20-ci əsrin əvvəllərində bir millət dövləti kimi İndoneziya anlayışı yarandı və müstəqillik hərəkatları formalaşmağa başladı. İkinci Dünya Müharibəsindən sonra Asiyanın müstəmləkə koloniyalarından çıxılan dövründə İndoneziya Hollandiya ilə silahlı və diplomatik qarşıdurmadan sonra 1949-cu ildə müstəqillik əldə etdi.

İndoneziya yüzlərlə fərqli yerli etnik və dil qruplarından ibarətdir, ən böyük və siyasi baxımdan dominant olan etnik qrupu yavalılardır. Müsəlman əksəriyyəti olan əhali arasında milli dil, etnik müxtəliflik, dini plüralizm və müstəmləkəçilik və ona qarşı üsyan tarixi ilə müəyyən edilən ortaq bir şəxsiyyət meydana gəldi. İndoneziyanın milli şüarı olan Bhinneka Tunggal Ika (Müxtəliflikdə Birlik sözün həqiqi mənasında hələ də birdir) ölkəni formalaşdıran müxtəlifliyi ifadə edir. İndoneziya iqtisadiyyatı nominal ÜDM-ə görə dünyada 16-cı, AQP-də ÜDM-ə görə 7-ci yerdədir. Ölkə bir çox çoxtərəfli təşkilatların üzvüdür, bunlar arasında BMT,  ÜTT, BVF, G20 və Qoşulmama Hərəkatının, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Şərqi Asiya Sammiti, Asiya İnfrastruktur İnvestisiya Bankı və İslam Əməkdaşlıq Təşkilatıdır.

İndoneziya adı Yunanca Hind adaları mənasını verən İndos  (Ἰνδός) və  nesos (νῆσος) sözündən yaranmışdır. Ad müstəqil İndoneziyanın yaranmasından çox əvvəl,yəni 18-ci əsrə aiddir.  1850-ci ildə bir ingilis etnoloq Corc Vindsor Erl Hind arxipelaqı və ya Malay arxipelaqı nın sakinləri üçün İnduneziyalılar və üstünlük verdikləri Malayzyanlar termlərini təklif etdi.  Eyni nəşrdə tələbələrindən biri Ceyms Riçardson Loqan  İndoneziyadan Hind arxipelağının sinonimi kimi istifadə etdi. Lakin, Niderland Ost-Hindinin nəşrlərində yazan holland akademiklər İndoneziyadan istifadə etmək istəmirdilər; Malay arxipelağına (Maleische Archipel); Niderland Ost-Hindinə (Nederlandsch Oost Indië':), ümumi olaraq İndiëyə; Şərq (de Oost); və ya İnsulindeyə üstünlük verirdilər.

İndoneziya ərazisində Aşağı, Yuxarı Paleolit və Mezolit dövrlərinə aid abidələr aşkar edilmişdir. II – V əsrdən başlayaraq İndoneziyada məhsuldar qüvvələr inkişaf etməyə Tarum, Kalinq, Malayya, Şirvicayya kimi erkən dövlətlər formalaşmağa başladı. XIII əsrdə arxipelaqın əksər hissəsini əhatə edən böyük imperiya möhkəmləndi, Yavadakı, Macapani dövləti ilə birləşdi, lakin XVI əsrdə İndoneziya müsəlman sülalələrinin başçılıq etdiyi kiçik dövlətlərə bölündü. Avropalılar isə İndoneziyanı XIX əsrin sonu- XX əsrin əvvəllərində, demək olar ki, işğal etdilər. 1941-1942-ci illərdə İndoneziyanı Yaponlar işğal etdi. 1945-ci il avqustun 17-də İndoneziya müstəqillik əldə etdi, unitar İndoneziya Respublikası elan olundu.

İndoneziya – dünyada ən böyük arxipelaqdır. Rəsmən statistikaya görə arxipelaq 17,804 adadan ibarətdir, onlardan 7,870 – adlı, 9,634 – adsız, 6000-də əhalisi var: 5 əsas və 30 kiçik arxipelaqlarda yerləşənlər adalar.İndoneziya 13 mindən çox adadan ibarətdir.

Papua adasında yerləşən, 4,884 metr hündürlüyü olan Pancak Caya zirvəsi ölkənin ən hündür yeri, Sumatra adasında yerləşən Toba gölü isə sahəsinə görə (1,145 kv.m) İndoneziyanın ən böyük gölüdür. Ən uzun çayı isə Kalimantan adasında olan Mahakam və Barito çaylarıdır.

İndoneziya tektonik cəhətdən fəal ərazidə yerləşdiyinə görə, ərazisində Krakatua və Tambora vulkanları da daxil olmaqla, 150-dən çox aktiv vulkan var.

İndoneziya aqrar ölkə idi, 1940-ci ildə aparılan hesablamalara görə əhalinin yalnız 6%-i savadlı idi. Yalnız 1961-ci ildən etibarən ibtidai təhsil məcburi oldu. 1977-ci ildə ölkədə 28 dövlət universiteti, 23 özəl universitet fəaliyyət göstərirdi. Məsələn, Cakarta şəhərində İndoneziya Universiteti, Cokyakartada Qaca – Mada Universitetləri, Banqdunda Pacacaran Universiteti, Texnoloji Universitetlər fəaliyyət göstərir. Ölkədə həmçinin böyük mədəniyyət və incəsənət mərkəzləri də mövcuddur: Boqorda təbiət elmləri kitabxanası, Cakartada Parlament kitabxanası, Mədəniyət muzeyi, Zoologiya muzeyi (Cakartada) və s.
 

İndoneziyada 100-dən çox gündəlik qəzet çıxır. İndoneziya dilində Merdeka, Sinar xarapan, Kompas, Anqkatan bersencata, Brita Buana, Suara Kaya, Pelita, ingilis dilində İndonezian observer (1950) və başqa adda qəzetlər nəşr edilir. Cakartada həmçinin dövlət radio və televiziya şirkətləri də fəaliyyət göstərir.

İndoneziya ərazisində VII əsrin sonu- VIII əsrin əvvəllərinə aid olan daş kitabələr, yazılı abidələr mövcuddur. Bu kitabələr, əsasən, Malayya və Yava dillərində yazılmışdır. Yava dilində ədəbiyyat da IX-XI əsrlərdə daha yüksək şəkildə inkişaf etmişdir. Ramyana (Hind şairi Bhattinin Ravana vadha eposu əsasında), Arcunanın toyu poemalarını misal gətirmək olar. Bu dövrdə İndoneziyada ədəbiyyatın inkişafına Hind ədəbiyyatı güclü təsir göstərmişdir. Lakin bununla belə mifologiyaya əsaslanan və tarixi inkişafı əks etdirən əsərlər də yazılmışdır. Məsələn, Tantu Pangelaran, Pararaton kimi mifologiyaya istinad edən nəsr əsərlərini, Prapançanın Naqarakertaqama poemasını göstərmək olar. Həmzah Fansuri, Nurəddin ər – Raniri, Əbd ür – Rauf və başqalarının tarixi, didaktik və islamın təbliğinə xidmət edən əsərləri meydana gəldi. Ədəbi dil inkişaf etməyə başladı. Bu işdə Abdullah bin Əbdülqadir Münşinin rolu daha böyük olmuşdur. Onun əsərləri o dövr üçün ədəbi dil nümunələrinə çevrilmişdir.

XVI – XVIII əsrlərdə yaşayıb yaratmış ədiblərin əsərlərində maarifçilik ideyaları da təbliğ edilirdi. Məhəmməd Musa, Viləm İsgəndər Mud və başqalarının yaradıcılığında bu daha qabarıq verilmişdir. Bu dövrdə həm də İndoneziya dili də dövlət dili kimi formalaşdı. XIX əsrin sonu XX əsrin əvvəllərində daha zəngin və ziddiyyətli əsərlər yazılmağa başladı. M.Rusei, Nur Sultan İsgəndər məişət romanları, S.T.Əlişahbana maarifçi romanlar, R.Əfəndi və M.Yəmin vətənpərvər ruhlu şerlər yazdılar. Əbd ül– Muis, Asmar Hadi və başqalarının yaradıcılığında müstəmləkəçiliyə qarşı mübarizə mövzusu əsas yer tuturdu. 30-cu illərin sonunda Armayn Pane, X.B.Yasin, X.Bandaharonun əsərlərində realist ideyalar daha üstünlük təşkil edirdi. İndoneziyada mütərəqqi ədəbiyyat ancaq o müstəqillik qazandıqdan sonra daha yüksək şəkildə inkişaf etməyə başladı.

İndoneziyada xalq musiqisi yüksək professionallıqla inkişaf etmişdi. Slendro (pentatonika növü) və peloq (tonları qeyri – bərabər olan 7 pərdəli lad) İndoneziya musiqisinin lad əsasını təşkil edir. İnkişaf etmiş heterofoniya və çoxsəslilik İndoneziya musiqisinin xarakterik cəhətlərindəndir. Orta əsrlərdə mövcud olan qamilan xalq çalğı alətləri orkestri İndoneziyanın klassik musiqisinin yüksək nümunəsidir.

Musiqi alətlərindən bonanq, qambanq, gendanq, müxtəlif sinclər (zərb alətləri), sulinq (nəfəs aləti) geniş yayılmışdır. İndoneziyanın professional musiqisinə XX əsrdə Avropanın dini musiqisinin (Qriqori xorları) müəyyən dərəcədə təsiri olmuşdur. Ölkədə respublika yarandıqdan sonra bir sıra həvəskar və professional musiqi kollektivləri, Cokyakarta, Cakarta radioları nəzdində kamera orkestrləri yaradılmışdır. Surakarta şəhərində konservatoriya və İndoneziyada klassik musiqi məktəbi açılmışdır. Həmin dövrdə Sucasmina, A.Pasaribu, Susbini kimi məşhur bəstəkarlar fəaliyyət göstərmişlər.

İndoneziya əhalisinin böyük əksəriyyəti (87,5 %) müsəlmanlardır. Müsəlmanlar əsasən sünniliyin şafii məzhəbinə etiqad edirlər. Şiələr Hindistan və Pakistandan gələnlərin bir hissəsidir. İslam indoneziyanın yerli xalqları arasında çox geniş yayılıbl. Xristianlar əhalinin 7 faizini təşkil edir. Protestantlar (6 mln. nəfər), katoliklər (3 mln. yaxın), eyni zamanda bir sıra müstəqil kilsələr mövcuddur: Xristian batak protestant kilsəsi (1 mln-dan artıq), Timor kilsəsi (650 min nəfər), Maluku protestant kilsəsi (275 min nəfər), minaxasların xristian evanqelist kilsəsi (500 min nəfər) və başqaları.
 
İndoneziyada induizm dini faktiki olaraq islam tərəfindən sıxışdırılmışdır. Burada əhalinin çox az hissəsi (2%) induizmə ibadət edir. Buddizm isə əvvəllər Sumatra adasında geniş yayılmışdı. Zaman keçdikcə islam dini daha üstün mövqeyə çıxır və buddistlərin sayı tədricən azalmağa başlayır. Ölkədəki çinlilər konfusialıq və daosizmə etiqad edirlər. Bununla yanaşı burada az sayda iudaistlər də vardır. Bir sıra rayonlarda əhali arasında qəbilə inancları qorunub saxlanılmaqdadır.

Hökumət

Ümumi




#Article 112: Qazaxıstan (3333 words)


Qazaxıstan (qazax. Қазақстан - Qazaqstan; rus. Казахстан) və ya rəsmi adı ilə Qazaxıstan Respublikası (qazax. Қазақстан Республикасы - Qazaqstan Respýblıkasy; rus. Республика Казахстан) — Mərkəzi Asiyada ərazisinə görə ən böyük dövlət. Qazaxıstan sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdə, dənizə çıxışı olmayan ölkələr arasında isə ilk pillədədir. Ümumi sahəsi 2,724,900 km² olan Qazaxıstan şimalda Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Rusiya, Azərbaycan, İran və Türkmənistanla su sərhədinə malikdir. Qazaxıstanın paytaxtı 1997-ci ildən bəri Nur-Sultan şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı ən böyük şəhər olan Almatı şəhəri olmuşdur. Qazaxıstan iqtisadi cəhətdən Mərkəzi Asiya regionunda dominant dövlət hesab olunur. Belə ki, regionun ÜDM-nin 60 faizi Qazaxıstana məxsusdur. Ölkənin əsas gəlir mənbəyini neft-qaz sənayesi təşkil edir. Ölkə həmçinin böyük mineral resurslara sahibdir.

Qazaxıstan rəsmi olaraq müxtəlif mədəniyyətlərə ev sahibliyi edən demokratik, dünyəvi, unitar, konstitusiyalı respublikadır. Ərazisi düzənlik, çöl, tayqa, kanyon, dağlar və səhralardan ibarətdir. 2020-ci il 1 avqusta olan məlumata əsasən əhalisinin sayı 18,8 milyon nəfərdən çoxdur.na görə dünyada ən aşağı göstəricilərdən birinə sahibdir. Hər kvadrat kilometrdə əhali sıxlığı 6 nəfərə bərabərdir.

Qazaxıstan ərazisi tarix boyunca köçəri türk xalqlarına ev sahibliyi etmişdir. 13-cü əsrdə bu ərazi Çingiz xanın rəhbərlik etdiyi Monqol İmperiyası tərəfindən işğal olunmuşdur. 16-cı əsrdən etibarən qazaxlar ayrıca qrup kimi ortaya çıxdıqdan sonra onların yaşadığı ərazilər üç cüzə bölündü. 18-ci əsrdə ruslar Qazaxıstan ərazisində məskunlaşmağa başladı və 19-cu əsrin ortalarından etibarən bu ərazi Rusiya İmperiyası tərəfindən idarə olunmağa başlandı. Rusiyada 1917-ci ildə baş tutmuş inqilab və onun ardınca baş vermiş Rusiya vətəndaş müharibəsi nəticəsində imperiyaya tabe olan digər bütün dövlətlər müstəqillik əldə etdi. Lakin bu müstəqillik uzun çəkmədi. 1920-ci ildə ölkə ərazisi yenə rusların işğalına məruz qaldı və Sovet hakimiyyəti bərqərar oldu. 1936-cı ildə Sovet İttifaqının tərkib hissəsi olan Qazaxıstan SSR-in əsası qoyuldu.

Qazaxıstan 1991-ci ildə Sovet İttifaqının dağılması zamanı ən son müstəqillik elan edən Sovet respublikalarından biri olmuşdur. Hazırkı prezident Qasım-Comərd Tokayev 2019-cu ildən bəri ölkəyə rəhbərlik edir. Qazaxıstan hal-hazırda öz iqtisadiyyatını, xüsusilə də karbohidrogen sənayesini inkişaf etdirməkdə davam edir.

Qazaxıstanda qazaxlar (əhalinin 63%-ni təşkil edir), ruslar, özbəklər, ukraynalılar, almanlar, tatarlar və uyğurlar da daxil olmaqla 131 müxtəlif etnik qrup yaşayır. Əhalinin təqribən 70%-i müsəlmanlardan, 26%-i isə xristianlardan ibarətdir. Ölkənin rəsmi dili qazax dili olsa da, inzibati işlər də daxil olmaqla, bütün səviyyələrdə rus dili də bərabər statusa sahibdir. Qazaxıstan hal-hazırda BMT, Dünya Ticarət Təşkilatı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi, KTMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və TÜRKSOY kimi təşkilatların üzvüdür.

Qazaxlar türklərin qıpçaq qolunun ən böyük xalqıdır. Qazax adına keçmişdən qazaxlarla əlaqə quran yazı mədəniyyətinə sahib məmləkətlərin yazılı qaynaqlarında rast gəlmək mümkündür. Bunlar; çin, rus, ərəb, fars, bizans, moğul və türk dillərində yazılan əsərlərdir. Bu əsərlərin dil xüsusiyyətlərinə görə qazax adı, Asa, Kasa, Hasa, Haysak, Kasok, Qasaq, Hasıq, Kazak, Kazsak və s. müxtəlif şəkillərlə yazılmışdır. Qazax adının nə zaman meydana çıxdığı tam olaraq bilinmir. Çünki qazax kəlməsinin etimologiyası tarixin dərinliklərinə gedir. Qazaxlar haqqında tarixçilər müxtəlif dəlillər gətirirlər. Məsələn; Akademik Marr: Qafqazda qazaxlar yaşayırlar, çex tarixçisi Grozniy: Qazaxlar eramızdan əvvəl Xəzər dənizinin şərq bölgəsində yaşayan hunların nəvələri və Qafqaz Kaspin sözlərinin qaz, qas kökündən törəmiş olduğu, qazax adının da bu kökdən qaynaqlandığını bildirir. Erməni tarixçisi Musa Hereni İran padşahı Velirittisin dövründə eramızdan əvvəl 197-126-cı illərdə qazaxların farslarla vuruşduğunu yazır.

Müasir Qazaxıstanın kökləri 1400-cü illərə qədər getməkdədir. 1400-cü illərdə müxtəlif türk tayfalarının birləşməsi ilə Mərkəzi Asiyada yeni bir boy yaranmışdır. Qızıl Orda dövləti dağıldıqdan sonra türk tayfaları Noqay xan ətrafında birləşərək Noqay Xanlığını qurdular. Bu xanlıq sonradan Qazax xanlığına çevrildi. Qazax xanlığı üç hissədən ibarət idi: Ulu juz, Kiçik juz və Orta juz. 1771-ci ildən etibarən onlar bir-birindən asılı olmayan siyasət yeritməyə başladılar. 1770-ci ilin sonlarında qazax juzları Rusiya və Çin arasında mübarizə meydanına çevrildi. Bu mübarizə rusların qələbəsi ilə başa çatdı. Bundan sonra ruslar işğal etdikləri qazaxların ölkəsində müstəmləkəçilik siyasəti yeritməyə başladılar. Bu torpaqların bütün imkanlarını mənimsədilər. Yerli qazaxları köçə məcbur etdilər. Qazaxların dilinə, dininə və yaşayışına müxtəlif qadağalar qoyulmuşdur.

Aclıq və siyasi səbəblərlə 1912-17 ci illər arasında rus hökumətinə qarşı etiraz başladı. 1917-ci ildə Rusiyada çarlığın devrilməsi ilə əlaqədar olaraq Mərkəzi Asiya bir müddət müstəqil oldu. 1917-20 ci illər arasında keçmiş qazax juzları birləşərək Alaş Orda dövlətini qurdular. Bu dövlət üç il yaşaya bildi. 1920-ci ildən sonra ruslar hakimiyyəti ələ keçirdilər və bu tarixdən sonra SSRİ dövrü başladı. Rus hökuməti qazaxların milli şüurunu itirməsi üçün müxtəlif yollara əl atdı. Stalinin vaxtında qazaxcadan ərəb və farsca sözlər çıxarılaraq bunların yerinə rusca kəlmələr qoyuldu. Günümüzdə də qazaxcada olan bəzi kəlmələr üçün rus sözləri işlədilir. Sovet hakimiyyəti altında olan dövrdə 1933-cü ildə süni aclıq, 1937-38-ci illərdə soyqırım, 1954-cü ildə 6 milyon 300 min hektar yerin zorla rus mühacirlərinə paylanması, 1960-cı illərə qədər rus köçləri yerləşdirmə planlarının həyata keçirilməsi, 1986-cı ildə məşhur Celtoksan hadisəsini söyləmək mümkündür.

İkinci Dünya müharibəsindən sonrakı illərdə Qazaxıstan SSR-nin xalq təsərrüfatının bərpasında fəal iştirak etmişdir. 50-60-cı illərdə Qazaxıstanda 900-dən çox iri sənaye müəssisəsi və sexi tikilib işə salındı. Ust-Kamenoqorsk titan-maqnezium kombinatının, Pavlodar alüminium və alüminium oksidi zavodunun, Şərqi Qazaxıstanda sink zavodunun, Turqay boksit mədənlərinin yaradılması, mövcud əlvan metallurgiya müəssisələrinin yenidən qurulması və genişləndirilməsi ölkədə əlvan metal istehsalında Qazaxıstanın rolunu daha da artırdı. Karaqanda metallurgiya kombinatı tikildikdən sonra Qazaxıstan qara metallurgiyanın da mühüm bazasına çevrildi. Turqay düzündəki nadir dəmir filizi yatağı əsasında ildə 26,5 milyon ton filiz verən Sokolovo-Sarbay filizsaflaşdırma kombinatı yaradıldı. Bu kombinat Cənubi Ural və Qazaxıstan qara metallurgiya sənayesinin əsas xammal bazasına çevrildi. Karaqanda və Ekibastuz kömür hövzələrində yeni şaxtalar tikildi. Respublikada sənaye məhsulu istehsalı 2,1 dəfə artdı.

SSRİ-də yenidənqurma başladıqdan və Qorbaçovun hakimiyyətə gəlişindən sonra Kunayev iqtisadiyyata pis rəhbərlik etdiyinə və korrupsiyaya görə vəzifəsindən uzaqlaşdırıldı. 1986-cı ilin dekabrında onun yerinə Ulyanovsk vilayət partiya komitəsinin rəhbəri Gennadi Kolbin (milliyətcə rus) təyin edildi. Bu təyinata etiraz əlaməti olaraq, minlərlə qazax tələbəsi Alma-Atada mitinq keçirdi. Məsələyə ordunun qarışması ilə minlərlə qazaxın qanı axıdıldı. 200 nəfərdən artıq insan həlak oldu. Bu ruslaşma və sovetləşmə siyasətinə qarşı ilk etiraz aksiyası idi və 1986-cı il sovet tarixinə millətlərarası toqquşma ili kimi daxil oldu. Hələ Qazaxıstan hadisələrindən bir neçə ay əvvəl mart-aprel aylarında Yakutiyada yakut tələbələri ilə rus gəncləri arasında qarşıdurma olmuşdu. G.Kolbin islahatlar aparmağı, qazax dilinin istifadəsini genişləndirəcəyini, hətta onun respublikada rəsmi dil kimi elan olunacağını söz verməklə vəziyyəti sakitləşdirməyə çalışdı. Yaranmış vəziyyətdən ehtiyat edən sovet rəhbərliyi 10 yanvar 1987-ci ildə Qazaxıstan KP MK-nin ikinci katibi vəzifəsinə milliyyətcə qazax olan Səidullah Kubaşovu gətirmək məcburiyyətində qaldı. Hadisələrin bir daha təkrarlanmaması üçün DTK vasitəsilə iştirakçılar təqib olunmağa, həbs edilməyə başlandı. Alma-Ata hadisələri Orta Asiyada milli məsələnin ciddi olduğunu və imperiyaya nifrətin gücləndiyini göstərdi. Qazaxıstanda müstəqil ictimai təşkilatlar meydana gəlməyə başladı. 1989-cu il iyunun 22-də Nursultan Nazarbayev Qazaxıstan KP MK-ın birinci katibi seçildi.

 

Qazaxıstanın xarici siyasət prioritetləri Rusiya, Çin, ABŞ, Avropa Birliyi, Orta Asiya dövlətləri. Həmçinin dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmişdir.

Qeyd: M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin analitik-informasiya mərkəzinin ekspert qrupunun rəhbəri Aleksey Vlasov düşünür ki, Gürcüstan-Osetiya münaqişəsi Qazaxıstanın 2010-cu ildə ATƏT-ə sədrliyi zamanı prioritetlər arasında olmayacaq. Bu gün Gürcüstana aid olan bu məsələlər siyasidir və burda iqtisadi məsələlərdən söhbət gedə bilməz. Anlamaq lazımdır ki, əgər Azərbaycanla Ermənistanın vəziyyətində türk-erməni sərhədlərinin açılması üçün hələdə iqtisadi səbəblər tapmaq olsa da bu Rusiya və ya Türkiyə biznesinin eləcə də erməni diasporunun maraqlarıdır. Gürcüstan ilə əlaqələr isə siyasidir. Burada iqtisadi məntiq işləməyəcək.

İSESKO şurası son iclasında 2015-ci ildə İslam mədəniyyəti şəhəri elan olunması ilə bağlı Almatının namizədliyini təsdiqləyib.

Ölkənin şərqində ən yüksək zirvəsi olan Xan-Tenqri massivi (6995m), qərbində isə ən çökək yeri olan Qaragiye (-132m) yerləşir. Qazaxıstan ərazisinin relyefi çox da mürəkkəb deyildir. Düzənliklər daha geniş sahəni tutur. Qərbdə Xəzəryanı ovalıq və Üstürt yaylası, şərqdə isə Qazaxıstan xırda təpəliyi diqqəti cəlb edir. Cənubda Turan ovalığının bir hissəsi Qazaxıstan ərazisinə daxil olur. Şimalda Torğay çökəkliyi Qazaxıstan ərazisi ilə Qərbi Sibir ovalığını birləşdirir. Ölkənin ən hündür yeri şərqdə Altay dağlarının Qazaxıstan ərazisinə daxil olduğu hissədir. Ən alçaq yer isə qərbdə Xəzər sahillərində yerləşən Karagiye çökəkliyidir (-32 metr). Qazaxıstan ərazisində bir sıra faydalı qazıntıların zəngin yataqları vardır. Bunlardan Qarağandı,Ekibastuz və Torğay daş kömür yataqlarını, Cezqazğan,Sayık,Bozşakul,Balxaş və Kounrad,Qazaxıstan xırda təpəliyi mis mədənlərini, Torğay,Kostanay vilayətindəki dəmir filizi yataqlarını xüsusi qeyd etmək olar. Qazaxıstan ərazisi çox zəngin alüminium yataqlarına, eləcə də qurğuşun, sink, gümüş, volfram, fosforit(Manğıstau,Karatau), nikel, qızıl və başqa nadir metal yataqlarına malikdir. Respublika ərazisinin qərb (Xəzərsahili) hissələrində zəngin neft(Tengiz,Torğay,Manğıstau) və qaz yataqları(Manğıstau,Qaracanbas,Özen) da vardır. Beləliklə, demək olar ki, Qazaxsıtan yanacağa və ən başlıca sənaye sahələri üçün lazım olan bütün xammal ehtiyatlarına malikdir.

Ölkə ərazisinin iqlimi kəskin kontinentaldır. Qışı çox soyuq keçir. Arktik hava kütlələrinin əraziyə maneəsiz daxil olması nəticəsində şimal və mərkəz hissələrdə şaxtalar daha güclü (şimalda -45 °C, mərkəzdə -35 °C) olur. Yay isə çox isti keçir. Orta iyul temperaturu şimalda +24 °C, cənubda +28 °C-dir. Bəzən istilər +44 °C-yə kimi çatır. Yağıntıların miqdarı azdır. Geniş düzənlik sahələrdə illik yağıntılar cəmi 200–400 mm-dir. Xəzər sahillərində və mərkəzin düzənlik hissələrində isə daha azdır (50–100 mm). Bu yerlərdə səhra və yarımsəhra landşaftları üstünlük təşkil edir. Yalnız dağların ətəklərində və yamaclarda (cənub-şərqdə) yağıntılar xeyli artır (400–1600 mm). Qazaxıstanın iqlimi kəskin kontinental olduğuna görə çay şəbəkəsi də zəifdir. Nisbətən iri çaylarından Sırdərya, Ural, Emba, İle, İrtış, Esil çayını göstərmək olar. Digər çaylarının əksəriyyəti yayda quruyur. Çaylar böyük suvarma əhəmiyyətinə malikdir. İri göllərindən Balxaş və Zaysan göllərini göstərmək olar. Aral və Xəzər dənizinin də bir hissəsi Qazaxıstan ərazisindədir. Qazaxıstan ərazisinin şimal və şimal-şərq hissələrində münbit torpaqları olan çöl zonası geniş sahəni əhatə edir. Qazaxıstanın ən böyük taxılçılıq rayonları da elə buradadır. Cənuba getdikcə yarımsəhralar və səhralar bir-birini əvəz edir. Süni suvarma şəraitində bu torpaqlarda da müxtəlif kənd təsərrüfatı bitkiləri (pambıq, üzüm, çəltik, alma, ərik, nar) becərmək olur.

Çaylar Şimal Buzlu (İşım, İrtış, Tobol) və daxili axarsız (Ural, Emba, Sırdərya, İli) hövzəyə daxildir. Belə ki, Ural və Emba çayları Xəzərə, Sırdərya Aral gölünə, İli çayı Balxaş gölünə tökülür. İli çayı üzərində Kapçaqay, İrtış üzərində Buxtarma, Sırdərya çayı üzərində Çardərə su anbarları vardır. Qazaxıstanın iqlimi kəskin kontinental olduğuna görə çay şəbəkəsi də zəifdir. Nisbətən iri çaylarından Sırdərya, Ural, Emba, İle, İrtış, Esil çayını göstərmək olar. Digər çaylarının əksəriyyəti yayda quruyur. Çaylar böyük suvarma əhəmiyyətinə malikdir. İri göllərindən Balxaş və Zaysan göllərini göstərmək olar. Aral və Xəzər dənizinin də bir hissəsi Qazaxıstan ərazisindədir. Qazaxıstan ərazisinin şimal və şimal-şərq hissələrində münbit torpaqları olan çöl zonası geniş sahəni əhatə edir. Qazaxıstanın ən böyük taxılçılıq rayonları da elə buradadır. Cənuba getdikcə yarımsəhralar və səhralar bir-birini əvəz edir. Süni suvarma şəraitində bu torpaqlarda da müxtəlif kənd təsərrüfatı bitkiləri (pambıq, üzüm, çəltik, alma, ərik, nar) becərmək olur.

Qazaxıstan Respublikası inzibati cəhətdən 14 vilayət, 4 vilayət statuslu şəhər, 170 rayon, 83 şəhər, 200 qəsəbə və 7743 kənddən ibarətdir.

Vilayətlər:

Aqmola, Aqtöbe, Almatı, Atırau, Cambul, Karağandı, Qərbi Qazaxıstan, Qızılorda, Qostanay, Mangistau, Pavlodar, Şərqi Qazaxıstan, Şimali Qazaxıstan, Türkistan.

Vilayət statuslu şəhərlər:

Almatı, Baykonur, Çimkənd, Nur-Sultan.

Təxminən ötən əsrin 60-cı illərinə kimi Qazaxıstan heyvandarlıq (xüsusilə qoyunçuluq) təsərrüfatı ilə fərqlənən bir ölkə idi. Lakin hazırda o, əlvan metallurgiya, kömürçıxarma, kimya, maşınqayırma, yüngül və yeyinti sənayesi olan bir ölkəyə çevrilmişdir. Astana, Kustanay, Çinkənd, Qaraqanda, Pavlodar kimi bir neçə şəhər sənayedə aparıcı rol oynayır. Yanacaq sənayesində Karağandı və Ekibastuz kömür hövzələrinin böyük əhəmiyyəti vardır. Kömürlə işləyən onlarla elektrik stansiyalarından ən böyüyü Ekibastuzda yerləşir. Ən böyük mis emalı zavodları Balxaş və Cezqazqan şəhərlərindədir. Ertis çayı üzərindəki Su Elektrik stansiyalarının enerjisi və zəngin polimetal yataqları əsasında Öskemende, Pavlodarda müxtəlif əlvan metallar və alüminium istehsal edən kombinatlar yaradılmışdır. Qara metallurgiya sənayesi də (çuqun, polad, prokat istehsalı) getdikcə inkişaf edir. Onun əsas müəssisələri Temirtau və Rudnı şəhərlərində yerləşir. Qazaxıstanın kimya sənayesində mineral gübrə istehsalı əsas yer tutur. Cambıl şəhərində nəhəng superfosfat zavodu tikilmişdir. Qazaxıstanda maşınqayırma sənayesi də inkişaf edir. Petropavl və Aqmolada kənd təsərrüfatı maşınları, Almatıda elektrotexniki maşın və avadanlıqlar istehsal olunur. Qazaxıstan həm də inkişaf etmiş yeyinti və yüngül sənayeyə malikdir. Semey, Petropavl, Almatı, Şımkənd (Çimkənd) yeyinti və yüngül sənayenin iri mərkəzləridir. Kənd təsərrüfatında buğda, qarğıdalı, pambıq və çəltik bitkiləri, həmçinin qoyunçuluq başlıca sahələrdir. Əkin sahələrinin 70%-dən çoxunda dənli bitkilər (əsasən yazlıq buğda, qarğıdalı, çəlyik, darı) əkilir. Buğda əkini sahələri əsasən Qazaxıstanın şimal hissəsində yerləşir. Qazaxıstan becərdiyi buğdanın böyük hissəsini xarici ölkələrə ixrac edir. Pambıq və çəltik isə cənubda (Cambıl və Şımkənd əyalətləri) suvarılan torpaqlardadır. Heyvandarlığın əsas təsərrüfat sahələri şimal, mərkəz və şərq rayonlarındadır. Ölkədə 35 milyon davar, 8 milyon qaramal saxlanılır. Heyvandarlıq məhsullarının da (ət-süd məhsulları, yun) böyük hissəsi xarici ölkələrə ixrac olunur.

Qazaxıstanda BP şirkətinin məlumatına görə 2009-cu ilin əvvəlində neftin sübut edilmiş ehtiyatlarının həcmi 39,6 milyard barrel və ya 6,5 milyard ton təşkil edir, bu da ümumi dünya ehtiyatlarının 3,2%-ni təşkil edir. Neftin proqnozlaşdırılan ehtiyatları yalnız Xəzər dənizinin Qazaxıstan sektoruna aid olan yerlərində 17 milyard tondan çox olduğu təxmin edilir. Mərkəzi Kəşfiyyat İdarəsinin statistikasına əsasən Qazaxıstan 2009-cu ildə 75 milyon ton neft hasil etmişdir. Qazaxıstan hökuməti 2011-ci ildə neft hasilatını 100 milyon tona, 2015-ci ildə isə 150 milyon tona qədər artırmağı planlaşdırır. Qazasıtan müstəqillik illərində Neftdən çox böyük gəlirlər əldə etmiş və bunun nəticəsində Qazaxıstan Asiyada ən yüksək həyat səviyyəsinə malik olan ölkələrdən birinə çevrilməkdədir. 2009-cu ilin əvvəlinə olan məlumata görə Qazaxıstanın aşkar edilmiş təbii qaz ehtiyatları 1,82 trilyon m³ (BP-nin hesablamalarına əsasən) təşkil edir ki, bu da dünya ehtiyatlarının 1,7%-nə bərabərdir. Qazaxıstanın Manğıstau (Manqışlaq) yarımadasında böyük neft və qaz sənayesi yaradılmışdır.

Kənd məskunlaşmasının dağınıq tipi səciyyəvidir. Qazaxıstanın aqrar strukturu özündə 4919 qeyri-dövlət müəssisəsini və 65 dövlət hüquqi şəxsi özündə birləşdirir. Qazaxıstan Respublikası 2006-cı ildə aqrar-sənaye kompleksinin 2006-2010-cu illərdə davamlı inkişaf kompaniyası qəbul edilmiş və 2006-2008-ci illərdə onun gerçəkləşdirilməsi üzrə proqram işlənib hazırlanmışdır. 2006-cı ildə kənd təsərrüfatında ümumi məhsulun həcmi milyard dollar təşkil etmişdir. Əkilən torpaqların ümumi həcmində dənli bitkilər üstünlük təşkil edir.

Rəsmi məlumatlara görə hal-hazırda Qazaxıstanda yüz min, qeyri-rəsmi məlumatlara görə üç yüz min azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, kiçik, orta biznes və digər sahələrdə çalışırlar. Eyni zamanda onlar Qazaxıstan Respublikasının ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlət orqanlarında təmsil olunurlar. 
Bununla yanaşı, həmvətənlərimiz Qazaxıstan Respublikasının qanunlarına uyğun olaraq özlərinin bir neçə milli-mədəniyyət təşkilatlarını yaratmışlar. Qazaxıstan Respublikasında Qazaxıstan Xalqı Assambleyası yaradılmış və Prezident N.Nazarbayev bu assambleyanın sədridir. 1990-ci illərdən etibarən Almatıda Turan, Aktöbe vilayətində Dostluq, Jambul vilayətində Azəri, Qərbi-Qazaxıstan vilayətində Birlik, Qarağandı vilayətində Namus, Kostanay vilayətində Heydər, Pavlodar vilayətində Vətən və s. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu cəmiyyətlər eyni zamanda Qazaxıstan Xalqı Assamleyasının üzvləridir. 
Paytaxt Astanada diasporanın çoxsaylı nümayəndələrini ətrafında birləşdirməyi bacarmış Xəzər milli-mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bununla yanaşı, 2003-cü ildə Astanada Dünya azərbaycanlılarının Mədəniyyət Mərkəzi ictimai təşkilatının nümayəndəliyi açılmışdır ki, bu da Qazaxıstandakı bütün Azərbaycan milli-mədəniyyət mərkəzlərini özündə birləşdirir. 
Son dövrlər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qazaxıstanın Taldıkorğan şəhərində Naxçıvan, Şu şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzi təsis edilmiş və Astana, Almatı, Taldıkorğan, Qarağandı şəhərlərində Azərbaycan dilində Bazar günü məktəbləri açılmışdır. 

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılmışdır. 

İbrahim Amanqaliyev Qazaxıstan Respublikasının Azərbaycanda ilk Səfiri olmuşdur.

 
İki ölkə arasında indiyədək siyasi münasibətlərdə demək olar ki, heç bir problem mövcud olmamışdır. Bu münasibətlər 1-2 mart 2004-cü il tarixlərində Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin dəvətilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Qazaxıstana və 24-25 may 2005-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin ölkəmizə rəsmi səfərlərindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycan tərəfi Qazaxıstanın Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yaradılması təşəbbüsünü tam dəstəkləmişdir.

Qazax dili (қазақ тілі, قازاق ٴتىلى, qazaq tili). Qazaxıstan Respublikasının rəsmi dövlət dili qazax dilidir. Qazax dili türk dillərinin qipçaq altqrupuna (tatar, başqırd, qaraçay-çərkəz, qumuq, qaraim, krım tatar, qaraqalpaq, qaraqaş, noqay) daxildir. Noqay, qaraqalpaq və qaraqaş dilləri ilə birlikdə qıpçaq-noqay qoluna aiddir.

Ölkə əhalisinin 70 %-ni müsəlmanlar, 26%-ni isə pravoslav xristiyanları (əsasən ruslar) təşkil edir.

Qazaxıstanda sakinlərin köçəri pastoral iqtisadiyyatına əsaslanan yaxşı bir mədəniyyət var. 7-12-ci əsrlərdə İslam Qazaxıstanla tanış olmuşdur. Quzu ilə yanaşı, bir çox digər ənənəvi yeməklər, Qazaxıstan mədəniyyətində simvolik dəyər saxlayır. Qazaxıstan mədəniyyəti əsasən türk köçəri həyat tərzindən təsirlənir.

Heyvandarlıq, qazaxların ənənəvi həyat tərzinə mərkəzi olduğundan, köçəri davranışlarının və gömrüklərin əksəriyyəti heyvətə bir şəkildə aiddir. Ənənəvi lə'nət və xeyir-dualar heyvanlar arasında xəstəlik və ya fecundity çağırdı və yaxşı davranış bir adam ilk növbədə onun həyatında insan aspektləri haqqında soruşmaq və ona salamlayarkən bir insanın mal-qara haqqında soruşmaq tələb etdi.

Ənənəvi Qazaxıstan məskəni, dovun müxtəlif kalınlıkları ilə əhatə edilmiş, söğüt ağacının çevik çərçivəsindən ibarət olan bir çadırdır. Açıq top, mərkəzi ocaqdan tüstüdən qaçmağa icazə verir; temperatur və süzgə açılışın ölçüsünü artıran və ya azaldıran bir qanadla idarə oluna bilər. Düzgün tikilmiş bir dülgər yaz aylarında soyudulur və qışda istilənir və sökülüb yaxud bir saatdan az müddətdə qurula bilər. Yurt içərisində mərasim əhəmiyyəti var; sağ tərəfi kişilər üçün və sol qadınlar üçün qorunur. Yurts həmçinin restoranlar və digər ictimai binalarda dekorativ motiv kimi istifadə olunur.

Hər il Qazaxıstan sənətkarları Sheber müsabiqəsində iştirak edirlər. Müsabiqə 2006-cı ildə Qazaxıstan sənətkarlarının məhsullarını daxili və beynəlxalq səviyyədə rəqabətə artırmaq üçün başlanan Qazaxıstanda sənətkarlıq və sənətkarlığın inkişafı proqramının bir hissəsidir. Bu proqram Qazaxıstanın Artisans Birliyi, Chevron, Orta Asiya Avrasiya Fondu, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi və Almatıda YUNESKO-nun Klaster Ofisidir.

Ənənəvi Qazaxıstan mətbəxi quzu və at ətini, həmçinin südlü süd məhsullarının müxtəlif növlərini əhatə edir. Yüzlərlə ildir ki, qazaxlar, bu heyvanları daşıma, geyim və ərzaq üçün güvənərək, yağlı quyuları, Baqtralı dəvə və atları qaldırdılar. Yemək üsulları və əsas maddələr ölkənin köçəri həyat tərzi ilə təsirlənmişdir. Məsələn, pişirmə texnikasının ən çoxu ərzaqın uzunmüddətli qorunmasına yönəldilir. Köklü bir həyat tərzində saxlanılması daha asandır, çünki davamlı olacağı üçün ətin qurulmasına və qurulmasına dair böyük bir təcrübə var və ekşi südün üstünlükləri var.

Son illərdə, Qazaxıstanın qəlbinə qərbli qərbli Qazaxı aşbazlarının axını, o cümlədən indi məşhur Raniya Əhməd, o cümlədən West London-in Michelin Star restoranlarında ilk təhsilini keçirmişdir. Bu, ənənəvi ləzzətli Qazaxıstan yeməklərini avropalı fast-food ilə betinjantablar kimi qarışdıraraq, gənc nəsillərlə çox populyarlığını sübut edən yeni bir cins növünə gətirib çıxardı.

Beşbarmak, qaynadılmış at və ya kuzu ətindən ibarət yemək, ən məşhur Kazak yeməyi. Beşbarma çörəyi, qaynadılmış bir makaron təbəqəsi ilə yeyilir və şorpa adlanan ət bişirilir və ənənəvi olaraq kese adına kazak qozalarında xidmət edilir. Digər məşhur ət yeməkləri kazy (yalnız zənginlik verə bilən at əti kolbasa), şuzhuk (at əti kolbasa), quyrdak (həmçinin yazılmış qudurdak, qovrulmuş at, qoyun və ya ürək qaraciyər, böyrəklər və digər orqanlar, doğranmış və soğan və bibər ilə) və zal kimi at ətləri (atın boynundan bişmiş qarğıdalı) və zhaya (atın hip və arka ayağından duzlanmış və büzülmüş ət) kimi müxtəlif zövqlərə malikdir. Pilav (palaver) ən çox yayılmış Qazaxıstan düyü yeməyi, tərəvəz (yerkökü, soğan və / və ya sarımsaq) və ət parçalarıdır. Milli içki içərisində kumys (fermented mare's milk) və çay vardır.

Qazaxıstanda nəqliyyat böyük əhəmiyyət daşıyır. Böyük ərazi, yaşayış məntəqələrinin bir-birindən uzaqda yerləşməsi, kənd təsərrüfatı və sənaye sahələrini arasında əlaqələrin təşkili Qazaxıstanda olduqca vacibdir.

Velosiped idmanı Qazaxıstanın ən uğurlu idman növüdür. Avropalı dövrdə rəqabət edən bir çox peşəkar bisikletçidən Qazaxıstan gəlir. Ən görkəmli Aleksandr Vinokourovdur. Onun nailiyyətlərinə iki Paris-Nice, 2003 Tour de France-da üçüncü, Amstel Gold Race daxildir. Vinokourov Qazaxıstan şirkətlərinin koalisiyası tərəfindən dəstəklənən Astanaya rəhbərlik edir. Bu komanda UCI ProTeam kimi qeydə alınır və Tour de France da daxil olmaqla yarışlarda yarışır.

Rugby birliyi Qazaxıstanın məşhur idmanıdır. 10.000-dən çox pərəstişkarı ardıcıl olaraq Qazaxıstan milli ragbi birliyi oyununu izləmək üçün dönür. Sri Lanka və Ərəb Körfəzi Rugby Komandası üzərində son illər böyük qazanma Qazaxıstan tərəfinə 2011 Rugby Dünya Kubokuna layiq olmağa namizəd ola biləcəyinə inanma səbəbini verdi. Qazaxıstan hələ Rugby Dünya Kuboku turnirinə qatılmağa haqq qazandı.

Qazaxıstanın Astana FK adlı futbol klubu var.

Ölkə prezidenti 5 il müddətinə seçilir. Prezident seçilmək üçün 40 yaş üzərində olmaq və qazax dilində bilmək vacib şərtdir.

Qazaxıstanda sayca 9-cu prezident seçkiləri 2019-cu il iyunun 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkənin ilk prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi Nur Otan Partiyasından namizədliyi irəli sürülmüş Kasım-Jomart Tokayev 70,96% səslə seçkilərdə qalib gəlib.

SSRİ dövründə Qazaxıstanda yerləşən hərbi hissələr Türküstan Hərbi Dairəsinə tabe olmuşdur. Ölkənin müstəqillik əldə etməsindən sonra yeni yaradılan birləşmələr də məhz bu hərbi hissələr əsasında formalaşmışdır. XX əsrin sonlarından etibarən Qazaxıstan Ordusu öz zirehli birləşmələrinin sayını artırmağa başlamışdır. 1990-cı ildə sayı 500 olan zirehli birləşmələr 2005-ci ildə 1613-ə çatdırılmışdır.

Hərbi Hava Qüvvələrinin əksər hissəsini Sovet istehsalı təyyarə və helikopterlər təşkil edir. Bu təyyarələrə MiQ-29, MiQ-31, Su-24 və Su-27 tipli döyüş təyyarələri daxildir. Ölkənin dəniz sularını isə Xəzər dənizində fəaliyyət göstərən kiçik donanma mühafizə edir.

Silahlı Qüvvələr həmçinin fərqli ölkələrdə bir sıra sülhməramlı əməliyyatlarda da iştirak etmişdir. ABŞ-ın İraqa hərbi müdaxiləsi zamanı Qazaxıstan İraqa 49 nəfər hərbi-mühəndis göndərmişdir. İkinci İraq müharibəsi zamanı qazax qoşunları bu ölkədə 4 milyon minanın zərərsizləşdirilməsində, 5 min nəfərdən çox koalisiya üzvü və mülki insanlara tibbi müayinənin göstərilməsində iştirak etmişdir.




#Article 113: Malayziya (707 words)


Malayziya () — Cənub-Şərqi Asiyada dövlət. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış, 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla (keçmiş Şimali Borneo) birləşmişdir. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılmışdır. Şimalda Tayland və Sinqapur, cənubda İndoneziya ilə qonşudur. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır. Paytaxtı Kuala Lumpur şəhəridir. Lakin, federal hökumət Putracaya şəhərində yerləşir. 30 milyon nəfər əhalisi olan Malayziya dünyada əhalisinin sayına görə 44-cü yerdədir. Avrasiya materikinin cənub nöqtəsi olan Tanjunq Piai də Malayziyadadır.

Müstəqillik əldə etdikdən sonra, Malayziya Asiyada ən yaxşı inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri hesab olunur. Hər il ortalama ÜDM artımı 6.5%-dir. Bugün, Malayziya bazar iqtisadiyyatına malik, yeni sənayeləşmiş ölkələr qrupuna daxildir. ÜDM göstəricisinə görə Malayziya dünya ölkələri arasında 29-cu yerdədir.

Müasir insanların indiki Malayziya ərazisində təxminən 40.000 il əvvəl məskunlaşdıqları təxmin edilir. Burada ilk məskunlaşan insanların neqritos etnik qrupuna aid olduqları ehtimal edilir. I əsrdə Çin və Hindistandan olan ticarətçilər və məskunlar Malayziyaya köçməyə başladılar. II və III əsrdə onlar burada bir neçə şəhər və limanın əsası qoydular. Onların burada məskunlaşması Malayziya xalqının Çin və Hindistan mədəniyyətinin təsiri altına düşməsi ilə nəticələndi, Hinduizm və Buddizm dinləri yerli xalq arasında yayılmağa başladı. Sanskrit dili və yazısı IV və V əsrlərdə burada peyda oldu. Malay yarımadasının şimalındakı ərazilərdə Lanqkasuka dövləti II əsrdə formalaşdı və XV əsrə qədər mövcudluğunu qorudu. XV əsrdə Malakkada İslam dini yayıldı və bütün yarımadanı əhatə etdi. Portuqaliyalılar 1511-ci ildə Malay yarımadasını ələ keçirdilər. Ancaq Hollandiyalılar ilə Portuqaliyalılar arasında Malayziya uğrunda davamlı bir mübarizə başladı. 1641-ci ildədə Portuqaliyalılar Malakkadan geri çəkildi. Hollandiyalılar burada 1795-ci ilə qədər hakim qüvvə oldular. Penanqda 1786-cı ildə və Sinqapurda 1824-cü ildə yerləşməyə başlayan İngilislər getdikcə ticari və siyasi fəaliyyətlərini artırdılar. Bu vaxt müxtəlif Malayziya ərazilərini işğal etməyə cəhd edən Taylanda qarşı mübarizə başlandı. Malayziyanı Hollandlar 1826-cı ildə təkrar işğal etdilər.

Malayziya 12 iyun 1993-cü ildə, Rio de Janeyro şəhərində Bioloji Müxtəlifliyin qorunmasına dair sənədi imzalamışdır. Ölkə böyük biomüxtəlifliyə sahibdir. Dünyada olan bütün heyvan növlərinin 20%-i Malayziyada yerləşir. Ölkə ərazisində təqribən 210 məməli heyvan növünə rast gəlinir. Malayziyanın yarımada hissəsində 620-dən çox quş növü aşkar edilmişdir. 150 ilan növü, 80 kərtənkələ növü də daxil olmaqla, ölkə ərazisində 250 növ sürünən qeydə alınıb. Malayziya həmçinin 150 qurbağa növü və minlərlə növ həşərata da ev sahibliyi edir. Malayziyanın iqtisadi zonası (su sahəsi ilə birlikdə) isə onun quru ərazisindən 1.5 dəfə böyükdür. Malayziya sularında 1200 balıq və 600 mərcan növü var. Qədim biomüxtəlifliyi olan Malayziya mağaraları isə ekoturizm həvəskarlarını həmişə özünə cəlb edir.

Malayziyada islamın sünni məzhəbi rəsmi din elan olunub. Müsəlmanlar əsasən malaylar və İndoneziyadan gələnlər, ərəblər, əfqanlar, çin-malay metislər, çinlilərin bir qrupudur. İslam dininə etiqad edənlər əhalinin 61.3%-ni təşkil edir. Digər dinlərdən əhalinin 19.8%-i buddizmə, 9.2%-i xristianlığa, 6.3%-i induizmə etiqad edir. Malayziyada yaşayan çinlilər buddizmin maxayana formasını, konfusiçilik və daosizmi qəbul edirlər. Xristianlar əsasən, Cənubi Asiyadan gələnlər, çinlilər və avropalılardır. Xristianlar həm katoliklər (335 min nəfər, Malayziya və Bruneydə), həm də protestantlarla (225 min nəfər) təmsil olunublar. Protestantlar arasında metodistlər (85 min nəfər) daha çoxdur. Bununla yanaşı anqlikanlar (40 min nəfərdən çox), lüteranlar (35 min nəfər), presviterianlar (20 min nəfər), baptistlər (8 min nəfər), yeddinci gün adventistləri (7 min nəfər) və digər xristian təriqətləri vardır. İnduizmə etiqad edənlərin 70%-i Cənubi Asiyadan gələnlərdir. Malayziyada siqxlər də yaşayırlar. Bunlar Cənubi Asiyadan gələnlərin 2%-ni təşkil edir. Şərqi Malayziyada yaşayan dyakların böyük əksəriyyəti və Qərbi Malayziyanın azsaylı xalqları ənənəvi kultlarını qouyub saxlayırlar.

Malayziya zəngin mədəniyyətə malik ölkədir. Malayziya mədəniyyəti qarışıqdır, yəni müxtəlif xalqlara məxsus xüsusiyyətləri burada tapmaq olar.

Malayların maraqlı və xeyirli mətbəxi var. Səhər yeməyi nasi lemak adlanır. Malaylar düyüdən, balıqdan, ətdən və s-dən geniş istifadə edirlər. Vəhşi heyvanların və quşların ətini, həşəratları və s. yemək qadağan edilib.

Malayların qadın geyimi baju kurunq adlanır. O, dizə qədər uzanan paltar-köynəkdir. Onu uzun ətəyin üstündən geyinirlər. Bəzən daha qısa köynək-baju kebaya da geyinirlər. Malaylar müsəlman olduqları üçün qadınlar başlarını yaylıqla örtürlər. 
Kişi geyimi isə baju melayu adlanır. Malaylar çox əlvan geyinməyi sevmirlər.

Dinlər, adlar, yeməklər və s müxtəlif olduğu kimi, Malayziyada dillər də müxtəlifdir. Ancaq yenə də aparıcı dil malay dilidir. Malayziyada ingilis, tamil, hind, çin və s dillərində danışılır.

Malayziya çoxmillətli ölkədir. Burada malaylar, indoneziyalılar, hindlilər, tamillər, yaponlar, çinlilər yaşayırlar. Malayziyalılar monqoloid irqinə mənsubdurlar. Dəriləri qarayanız,gözləri qıyıq olur.




#Article 114: Özbəkistan (2510 words)


Özbəkistan (özb. Oʻzbekiston) və ya rəsmi adı ilə Özbəkistan Respublikası () — Mərkəzi Asiyada dövlət. Özbəkistan Mərkəzi Asiyanın mərkəzi və şimal-qərb hissəsində yerləşir. Şimal və şimal-qərbdə Qazaxıstan, şimal-şərqdə Qırğızıstan, cənub və cənub-qərbdə Türkmənistan və Əfqanıstan, cənub-şərqdə isə Tacikistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Daşkənd şəhəri, ümumi sahəsi 448,978 kvadrat kilometrdir. Əhalisinin sayına görə isə Mərkəzi Asiyada birinci yeri tutur. Özbəkistanın dənizə birbaşa çıxışı yoxdur və Lixtenşteynlə birlikdə dənizə çıxışı olmayan ölkələrlə əhatə olunmuş nadir dövlətlərdəndir. Özbəkistanda həm də Asiyanın ən böyük qızıl mədəni yerləşir.
 

Özbəkistan böyük bir tarixi olan qədim ölkədir. Burada sanki zaman öz imzasını qoyub. Ən mühüm şəhərləri Daşkənd, Nukus, Fərqanə,  Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak,  Şəhrisəbzdir. Ölkədə müxtəlif tarixi abidə, məscid və muzeylər var. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şahi Zində məqbərəsi, Əmir Teymur və onun nəslinin uyuduğu Gur-Əmir mavzoleyi, Ağ-Saray, Registan meydanının adını çəkmək olar. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın arxitektura abidəsi var. Səmərqənddəki Bibixanım məscidi islam aləmində və Mərkəzi Asiyada yerləşən ən böyük məscidlərdən biridir. Qədim Xivə isə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə1990-da YUNESKO-nun Ümumdünya irsinə daxil edilib.

Özbəkistan dəmiryollarının sıxlığına görə Mərkəzi Asiyada birinci yerdədir.

Özbəkistan Respublikası Orta Asiyada, Əfqanıstanın quzeyində yerləşən müstəqil Türk dövlətidir. Altay dil qrupuna daxil olan müxtəlif Türk tayfalarının bu ərazidə (Amudərya və Sırdərya çayları arasında) məskunlaşması prosesi hələ qədim dövrlərdən başlanmışdır. E.ə 3-cü əsrdə bu əraziyə köç edən tayfalar arasında hunlar da olmuşdur. Hunlar daha sonra ərazilərini genişləndirərək cənuba və qərbə doğru hərəkət etmişlər. VIII əsrdə Ərəb xilafətinin Mavəraünnəhri (iki çay arasında Amudərya və Sırdərya çayları arasında yerləşən torpaq) işğal etməsindən sonra bu ərazi Xilafətin sosial və mədəni həyatında əsas rol oynayan regionlarından birinə çevrildi. Ərazidən keçən Böyük ipək yolu şərqlə-qərbi birləşdirir, cənubdan şimala, şimaldan cənuba gedən insanlar bu torpaqlardan keçməli olurdular. Bu bölgədə yerləşən Buxara, Səmərqənd və Kunya-Urgənc şəhərləri Hindistan, Çin, Misir, Bizans və slavyan ölkələrindən gələn karvan yollarının qovşağında yerləşirdilər. Xilafətin yaranması İslam dininin yayılması ilə nəticələndi. O dövrdən İslam bu regionda hökmran dinə çevrildi və buradakı mədəniyyətin əsasını təşkil etdi. 9-cu əsrin sonlarında region inkişaf etdi və paytaxtı Buxara olan Samani dövləti yarandı. Samanilər dövlətinin hökmran sülaləsi ərəb mənşəli olsada, dövlət Türk dövləti idi. Bu dövlət 10-cu əsrin sonlarına qədər yaşadı. 10-12-ci əsrlər ərzində Xorasan və Mavəraünnəhr ərazisində Qaraxanilər, Qəznəvilər, Səlcuqlar, Xarəzmşahlar (Türk sülalələrinin hökmran olduğu Türk dövlətləri) dövlətləri mövcud olmuşdur. Ərazinin daimi müharibələrə məruz qalmasına baxmayaraq bu dövrdə mədəniyyət və elm yüksək səviyyədə inkişaf etmişdir. Siyasi cəhətdən müstəqil və muxtar dövlətlərin yaranması regionda iqtisadi və mədəni inkişafın güclənməsinə geniş imkanlar açmışdır. Bu dövr tarixdə Şərqi İntibah Dövrü kimi tanınır. Çünki, bu dövr İslam və Türk aləminə, Mahmud Kaşğari (XI əsrdə Orta Asiyanın ilk Türkşünas-ensiklopediyaçı alimi, coğrafiyaşünas və səyyahı), Əl Biruni (böyük ensiklopediyaçı alim, tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, minerologiya və başqa elm sahələrinə aid 150-dən çox əsərin müəllifi), İbn Sina (müsəlman dünyasının ən büyük təbibi), Xoca Əhməd Yasəvi (riyaziyyatçı, coğrafiyaşünas alim) kimi ayrı-ayrı elm və sənət sahəsinə yeniliklər gətirmiş bir çox insanları bəxş etmişdir.

Bu dövrlərdə həmçinin İsmailiyyə, Sufizm kimi yeni İslami hərəkatlar da meydana çıxmışdır. Buxara, Səmərqənd, Mərv, Urgənc və Xivə İslam Dünyasının mərkəzi şəhərlərinə çevrilmişdir. Memarlıq və incəsənət sürətlə inkişaf edirdi. XI əsrin əvvəllərində Xarəzmşah Məmunun rəhbərliyi altında Xarəzmdə Şərq alimlərinin əsas elmi mərkəzi olan yeni araşdırma mərkəzi yaradılmışdır. Bu mərkəz sonradan Xarəzmşaha həsr olunmuş və Mərkəzi Asiyanın ilk Akademiyası adlanmışdır. Ərəb istilasından sonra ərazi ardıcıl olaraq müxtəli Türk dövlətlərinin – Çingiz Ulusunun, Qızıl Orda Dövlətinin və Teymurilər imperiyasının ərazisinə daxil olmuşdur. Bu sürətli inkişaf XIII əsrin əvvəllərində zəifləməyə başlamışdır. Burada olan bütün şəhərlər, suvarma sistemləri, mədəniyyət mərkəzləri dağılıb sıradan çıxmışdır. Lakin Əmir Teymurun və onun varislərinin hakimiyyəti dövründə ərazinin siyasi, iqtisadi və mədəni inkişafına səmərəli şərait yaranmışdır. Teymurun hakimiyyəti dövründə dövlət idatəetməsi onun əsas prinsiplərini əks etdirən Teymur Qanunnaməsi adlanan qanun əsasında həyata keçirilirdi. Teymurun ölümündən sonra onun varisləri daha cöx incəsənətin, elmin və mədəniyyətin inkişafına diqqət ayırmışdılar. Xüsusilə Uluq bəyin, Şahrux və Hüseyn Bəyqaranın dövrlərində mədəniyyətin inkişafı öz zirvəsinə çatdı. Mavəraünnəhr və Xorasan nəinki Şərqdə eləcə də bütün Avropada tanındı. Bu dövr Mərkəzi Asiyanın ikinci İntibah Dövrü idi. Böyük filosoflar Əlişir Nəvai, Uluqbəy, Xocazadə Rumi, Əli Quşçu, Mirşərif Gürcani, Xoca Əkrar, Litufi, Xondəmir, Babur və bir çox digər məşhurlar məhz bu dövrdə yaşamışlar. Əlişir Nəvai XV əsrdə yaşamış və şah əsərlər yaratmış, yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuş bir şəxsiyyətdir. O, həmçinin yaxşı bir dövlət xadimi, zamanın bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri kimi tanınmışdır. Ancaq onun əsas böyük xidməti Türklük və Türk dilçiliyi sahəsində olmuşdur. Teymurilərdən olan Uluqbəy Səmərqənddəki elmi mərkəzin tikilməsinə şəxsən məsul olmuş və bu mərkəz hal-hazırda Uluqbəy Akademiyası adlanır. Bu dövr həmçinin memarlıq abidələrinin yaranması, özbək şerinin sürətli inkişafı, miniatür sənətinin, əlyazmaların, astronomiyanın, riyaziyyatın, tarixin və tibbin geniş inkişafı dövrü kimi tanınır. Lakin XV əsrin sonu XVI əsrin əvvəllərində tez-tez baş verən daxili çəkişmələr Teymurilər dövlətinin məhvini labüd etdi. Lakin bu yalnız dövlətin məhvi idi. Belə ki, XVII əsrin əvvəllərində Teymur nəslindən olan Fərqanə hakimi Babur Hindistanı işğal etdi və yeni qurduğu dövləti Böyük Babur İmperiyası adlandırdı. İngilislər gələnə qədər Hindistanı məhz Teymurilər idarə etdi. XVII əsrdən etibarən Mavəraünnəhr dərin sosial və iqtisadi çöküşə məruz qaldı. XIX əsrdə Məhəmməd Rəhim xan Xarəzimdə tarixin və ədəbiyyatın inkişafına böyük diqqət vermişdir. Munis, Komil Xarəzimi, Ağai, Bəyani bu dövrün yetirmələrindəndir. XIX əsrin ikinci yarısında Türküstan həyatı çətin sosial, iqtisadi və siyasi hadisələrlə zəngindir. XIX əsrin sonlarında isə Özbəkistan ayrı-ayrı xanlıqlara parçalanmış şəkildə Rusiya imperiyası tərəfindən işğal edilmişdir. Ümumiyyətlə Mərkəzi Asiya torpaqlarının Rusiya imperiyası tərəfindən işğalı 3 mərhələdə həyata keçirilmişdir. Birinci mərhələ 1864-1865-ci illəri əhatə edir və bu dövrdə Kokand xanlığının çox hissəsi işğal edilmişdir. 1866-1873-cü illəri əhatə edən ikinci mərhələdə Buxara və Xivə xanlıqları tabe edilmişdir. 1869-1884-cü illərdə isə Türkmənistanın işğalı başa çatdırılmışdır. Bu ərazidə yaşayan Türklərə özbək adı ilk dəfə 1313-1342-ci illərdə Qızıl Orda dövəltinin hökmdarı olmuş Qiyasəddin Məhəmməd Özbək Xan tərəfindən verilmişdir. Özbək Türkləri İslamı məhz Qızıl Orda dövlətinin mövcud olduğu dövrdə qəbul etmişlər. Belə ki, müsəlman ölkələri ilə olan geniş iqtisadi və siyasi əlaqələr İslamın zadəganlar və xalq kütlələri arasında geniş yayılmasına əlverişli imkan yaratmışdır. Batı xanın qardaşı Bərkə xan müsəlmanlığı qəbul etsə də, İslam məhz Özbək xanın hakimiyyəti dövründə Qızıl Ordanın rəsmi dini elan olunmuşdur. Əmir Teymurun ölümündən sonra zəifləyən Teymur imperiyasının torpaqlarının Aral gölü və Seyhun çayının qüzeyindəki bölgələrində dağınıq yaşayan, sonralar Şeybanilər kimi tanınan özbəklər Əbül Hayır xanın rəhbərliyi altında birləşmişlər. Əbül Hayır xan 1428-ci ildə Turada (hazırkı Tobolsk) taxta çıxmış və 40 il hökmranlıq etmişdir. Əbül Hayır xan Çingiz xanın oğlu Cucinin beşinci oğlu və Batı xanın qardaşı olan Şeybanın sülaləsindən idi. Şeybani xanlığı (Özbək xanlığı) 1468-də Teymurilər tərəfinfən ləğv edilmiş və 1500-cü ildə Məhəmməd Şeybani xan tərəfindən (1451-1510) yenidən qurulmuşdur. Əbül Hayır qısa müddətdə qüvvətlənərək ətrafdakı digər boyları da hakimiyyəti altında birləşdirmiş, Ceyhun çayı sahilindəki Sığnak, Arkuk, Suzak və Özkənt şəhərlərini ələ keçirmiş, Sığnağı paytaxt elan etdimişdir. 1561-də isə xanlığın paytaxtı Buxaraya köçürülmüşdür. Kalmıklar üzərinə yürüşün məğlubiyyətlə nəticələnməsindən sonra Kanay və Canıbəy adlı başbuğlar bəzi tərəfdarları ilə birlikdə Cığatay xanının himayəsinə sığınmış və sonralar bölgədən ayrılan bu özbəklərə Qazax və ya Qırğız Qazaxları adı verilmişdir. 1599-cu ildə Şeybanilər xanlığı əslən Həştərxan xanlığından olan Can Xanın oğulları Din Məhəmməd, Baki Məhəmməd və Vali Məhəmməd tərfindən son qoyulmuş və ərazisi Həştərxan xanlığına (Canoğulları xanədanı) birləşdirilmişdir.

Şeybanilər dövlətinin süqutundan sonra onun yerləşdiyi ərazidə müxtəlif vaxtlarda üç əsas xanlıq – Buxara, Xivə və Kokand xanlıqları yarandı və bu xanlıqlar XIX əsrin əvvəllərinə qədər mövcud oldu. Buxara xanlığı 185 illik (1599-1785) mövcudiyyəti müddətində fəth siyasəti həyata keçirməyib, yalnız öz müstəqilliyini qorumaqla məşğul olmuşdur. Şəhər 1740–cı ildə Nadir şah Əfşar tərəfindən işğal olunmuşdur. Onun ölümündən sonra Buxara özbək əmiri Xudayar bəyin idarəçiliyi altına keçmiş və 1785-ci ilədək mövcud olmuşdur. Əsası Mangird sülaləsindən olan Şah Murad tərəfindən qoyulmuş və 1785-ci ildən Buxara əmirliyi adlanan dövlət 1920-ci ilədək mövcud olmuşdur. Mangirdlər sarayda atabəylik və vəzirlik vəzifəsini tuturdular.

Ökənin ərazisi 448.900 km²-dir, onun 426.800 km²-i quru, 22.000 km²-i isə su sahəsidir. Özbəkistan əsasən Turan ovalığında yerləşir. Amudərya və Sırdərya çayları arasındakı geniş Qızılqum səhrası ərazinin daha çox hissəsini tutur. Ümumiyyətlə, ərazisinin 70%-i səhra və yarımsəhralardan ibarətdir. Respublika ərazisinin qalan hissəsini dağarası vadilər (Fərqanə, Çirçik) və onları əhatə edən dağlar (Tyanşan, Pamir, Altay) əhatə edir. Öz mənbəyini dağlardakı buzlaqlardan götürən, hətta yayın istisində belə öz suyunu azaltmayan Amudərya və Sırdərya kimi çaylar onun təbiətində və təsərrüfatında mühüm rol oynayır. Çaylardan suvarma məqsədilə geniş istifadə olunur. Çay sularının çox hissəsinin suvarma üçün işlədilməsi, gübrələrdən geniş istifadə ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Aral gölündə baş verən fəlakət buna misal ola bilər. Aral gölü indi tamam yox olmaq təhlükəsi qarşısındadır. Bu, Özbəkistanda təbiəti mühafizə tədbirlərinin gücləndirilməsini, bu məsələyə daha ciddi və hərtərəfli yanaşmağı tələb edir.

Su anbarlarından Çarvax, Gurxan və Çimkurqanı göstərmək olar.

Özbəkistanda 100 növdən artıq mineral ehtiyat var. Orta Asiyanın digər ölkələrindən fərqli olaraq Özbəkistanın əsas yanacaq ehtiyatı zəifdir. Kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur. Təbii qaz əsas yanacaq-energetika sərvətidir. 2005-ci ildə ölkə ərazisində 130-dan çox qaz yatağı aşkar edilmişdir. Sənaye əhəmiyyətli ehtiyatının ümumi həcmi 3 trilyon kub metr hesablanmışdır. Qaz ehtiyatlarının 90%-i Buxara-Xivə bölgəsində cəmlənib.

Qızıl ehtiyatına görə dünyada 5-ci yeri tutur. 30-dan çox qızıl yatağında birlikdə təqribən 4000 ton qızıl ehtiyatı var. Qızıl hasilatının mərkəzi Muruntau rayonudur. Bundan başqa Daşkənd, Cizzəx və Nəməngan vilayətlərində qızıl yataqları yerləşir.

Özbəkistanda uran ehtiyatı da çoxdur. Radioaktiv metalların ehtiyatına görə dünyada 7-ci yeri tutur. Kəşf olunmuş ehtiyatı isə 55 min tondur. İnqiçki (Səmərqənd vilayəti) və Koytaşada (Cizzəx vilayəti) isə volfram yataqları ilə zəngindir.

Özbəkistan Respublikası inzibati cəhətdən 1 muxtar respublika, 12 vilayət və paytaxt Daşkənd şəhərindən ibarətdir.

Qaraqalpaqıstan Respublikası:

Qaraqalpaqıstan Özbəkistanın tərkibində muxtar respublikadır. Muxtar respublika kimi 14 oktyabr 1924-cü ildə yaradılmışdır. Qaraqalpaqıstan müxtəlif vaxtlarda Qazaxıstan və Rusiyanın tərkibində olmuşdur. 5 dekabr 1936-cı ildən isə Özbəkistanın tərkibinə qatılmışdır. Paytaxtı Nukus şəhəri, ümumi sahəsi 166,600 kvadrat kilometrdir.

Vilayətlər:

Buxara, Cizzəx, Daşkənd, Fərqanə, Əndican, Xarəzm, Qaşqadərya, Nəməngan, Nəvai, Səmərqənd, Sırdərya, Surxandərya.￼

Özbəkistan Mərkəzi Asiya respublikaları siyahısına daxildir. Ərazisinin böyük hissəsi Amurdərya və Sırdərya çayları arasında yerləşir. Ölkənin ümumi sahəsi rəsmi məlumatlara əsasən 448.9 min km² , 1 yanvar 2013-cü ilə olan məlumata əsasən daimi əhalisi isə 29.994.600 nəfərdir və onun 81.7 %-i özbəklərdən ibarətdir.

Özbəkistan Mərkəzi Asiyanın ən çox əhali yaşayan hissəsidir. Burada 29,6 milyon nəfər əhali yaşayır. Etnik tərkibinə görə əhalinin 82%-i özbəklərdir. Müstəqillik illərində Özbəkistanda iqtisadiyyat, mədəniyyət, idman və turizm sahəsində əhəmiyyətli inkişaf baş vermişdir. Özbəkistan hal-hazırda Koreyanın Daevo avto kompaniyası ilə birlikdə minik avtomobili, Türkiyənin SamKoc Avto şirkətləri ilə birlikdə kiçik avtobuslar və yük maşınları, Yaponiyanın İzusu Motor şirkəti ilə birlikdə avtobus və yük maşınları istehsal edir. Özbəkistanın milli pulu somdur. Özbəkistanda səhiyyəninin inkişafına geniş diqqət ayrılır. Əhalinin hər 295 nəfərinə 1 həkim (terapevt) düşür. Ümumilikdə ölkə ərazisində 3000 poliklinika fəaliyyət göstərir. Hal-hazırda ölkədə 60-dan çox özəl klinika var. Təxminən 3000 həkim özəl sektorda çalışır. Əhalinin orta uzun ömürlülüyü 72 ilə bərabərdir. Demoqrafik artım ildə hər 1000 nəfərə 23 nəfərdir.

Özbək mədəniyyəti Şərqin ən parlaq və orjinal nümunələrindən biridir. Onun misilsiz musiqisi, rəsmləri, təsviri sənəti, özünəməxsus mətbəxi, geyim mədəniyyəti və memarlığı var. Özbəklər özlərinin klassik və könül oxşayan xalq mahnıları ilə məşhurdur. Bu musiqilər müxtəlif janr və mövzularla xarakterizə olunur. Özbək klassik musiqisi şaşməqam adlanır. Bu muğam 16–cı əsrin sonlarında Buxarada formalaşmışdır. XX əsrin 50-ci illərindən başlayaraq burada klassik musiqilərin ifası radiolarda qadağan edilmiş, adları dəyişdirilərik feodal musiqisi adlandırılmışdır. Şaşməqam Azərbaycan və Uyğur muğamları ilə yaxındır. Bu ad tərcümədə altı muğam deməkdir və musiqinin strukturu ilə əlaqəlidir. Şaşməqam müxtəlif bölmələrdən ibarətdir. Koşk adlanan xalq musiqisi də Özbək xalqının milli-mənəvi dəyərlərindəndir. Bu mahnılar ev nəğmələri adlanır. Bu melodiya janrı komik rəqslərlə də müşahidə olunur. Mahnının mətnlərini Şərqin milli poemalarının hissələri təşkil edir. Lapar – dialoq (deyişmə) musiqidir və Özbəkistanın digər milli musiqi növüdür. Ölkənin bəzi yerlərində lapar Ulan adlanır və toy mərasimlərində istifadə olunur (burada o qadının və kişinin dialoqu kimi ifa edilir). Yallı rəqsinin Özbəkistanda iki növü tanınır. Klassik və xalq musiqisi ilə yanaşı Özbəkistanda populyar musiqi də inkişaf etməkdədir.

Özbəkistan ərazisi mədəni abidələrlə olduqca zəngindir. Xüsusilə şəhəri və bu şəhərləri bəzəyən tarixi və memarlıq abidələri özbək mədəniyyətinin ayrılmaz hissələridir. Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbz – bunlar  Özbəkistanın  ən mühüm şəhərlərindəndir. Səmərqənd şəhəri Zərəfşan çayı vadisində yerləşir və Özbəkistanın ikinci böyük şəhəridir. Onun yaşı Babil və Roma şəhərlərinin yaşı ilə müqayisə oluna bilər. Bəzi mənbələr onun yaşının 2500 il olduğunu göstərir. Bu şəhəri şairlər və tarixçilər Şərqin Roması, Göylər altında olan ən gözəl şəhər, Şərq İslamının mirvarisi adlandırmışlar. Bibi Xanım Məscidi, Reqistan meydanı, Qur-Əmir movzoleyi şəhərin ən möhtəşəm memarlıq abidələrindəndir. Movzeleydə Əmir Teymurdan və Məhəmməd Sultandan başqa, Uluqbəy, Miranşah, Şahrux xan və Əmir Teymurun mənəvi müəllimi Mir Səid Baraka da dəfn olunmuşlar. Uluq bəyin hakimiyyəti dövründə Əmir Teymurun qəbrinin üzəri tünd yaşıl rəngli hade (jade-metamorfik, bəzək daş) daşı ilə örtülmüşdür. Teymurun qəbrini iki dəfə açmağa cəhd olunmuşdur. Birinci dəfə bu cəhdi 1740-cı ildə Nadir şah Əfşar, ikinci dəfə isə 1941-ci ildə sovet arxeoloqları tərəfindən edilmişdir. Sonuncular tərəfindən qəbir dağıdılmışdır. Qeyd edək ki, Teymurun qəbri ilə yanaşı, Uluqbəyin də qəbri açılmışdır və onların skletləri 1942-ci  ilin noyabırında Stalinqrad döyüşləri başlayarkən təkrar həmin yerdə dəfn edilmişdir. Bibi Xanım məscidi təkcə Səmərqəndin və Özbəkistanın deyil bütün İslam Türküstanının tanınmış tarixi məscididir. Məscidin tikintisinə 1399-cu ildə Teymur Hindistan yürüşlərindən qayıtdıqdan sonra başlamış və 1404-cü ildə bitmişdir. Məscid-sarayın həyətində böyük mərmər Quran yerləşir. Səmərqəndin digər möcüzəsi olan Registan kompleksi şəhərin ürəyi sayılır. Burada üç mədrəsə Uluq Bəy mədrəsəsi (1417-1420), Şer-Dor Bəy mədrəsəsi (1619-1636), Tilya-Kori Bəy mədrəsəsi (1646-1660) yerləşir.

Ölkədə müxtəlif tarixi abidə, məscid və muzeylər var. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şaxi Zinda məqbərəsi, əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir movzoleyi, Ağ-Saray, Reqistan meydanının adını çəkmək olar. Təkcə Orta Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın arxitektura abidəsi var. Qədim Xivə isə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə 1990-cu ildə YUNESKO-nun Ümumdünya irsinə daxil edilib.

Özbəklərə məxsus əsas xüsusiyyətlərdən biri qonaqpərvərlikdir. Burada qonaq qarşılamaq süfrənin zənginliyi və ailədəki çatışmazlıqlardan öndə durur. Nahar və ya şam yeməyinə dəvətdən imtina etmək düzgün sayılmır, qonaq üçünsə ən əsası dəqiqlikdir. Qonaq gedərkən suvenir və uşaqlar üçün şirniyyat aparmaq arzuolunandır. Hörmətli qonaqları ev sahibləri həyətdə qarşılayıb hal-əhval tutduqdan sonra evə dəvət edirlər. Süfrəyə ilk öncə şirniyyat, sonra isə ağır yeməklər verilir. Ümumiyyətlə, özbəklərdə çayiçmə xüsusi mərasim hesab olunur. Onu kişilər dəmləyib piyalələrdə süfrəyə verirlər. Əgər qonaq ev sahibinin sevimlisidirsə, onun piyaləsinə çay az süzülür. Bu, qonaqla ev sahibi arasındakı qarşılıqlı hörmətlə izah olunur. Belə ki çayını içən adam yenidən ona çay süzülməsini xahiş edir və beləliklə bu hal bir neçə dəfə təkrarlanır. Çağrılmamış qonaqlara isə çayla dolu piyalə verilir.

Özbəkistan Respublikasının Konstitusiyası 1992-ci il dekabırın 8-i Özbəkistan Ali Şurasının XII sessiyasının XI çağırışında qəbul olundu. Konstitusiya preambuladan, 6 bölmə, 26 fəsil və 128 maddədən ibarətdir. Birinci bölmə Konstitusiyanın təməl prinsiplərini, ikinci bölmə insan və vətəndaşların əsas hüquq, azadlıq və vəzifələrinin təminatını, üçüncü bömə dövlətin iqtisasdi və sosial əsaslarını, dördüncü bölmə idarəetməni, ərazi və dövlət stukturunu müəyyən edir, sonuncu bölmə isə Konstitusiyaya düzəlişlərin qaydasını ifadə edir. Qeyd etmək lazımdır ki, Konstitusiyanın 128 maddəsindən 60-ı özbək xalqının və vətəndaşlarının hüquqi statusna həsr edilib. Konstitusiyanın qəbul edildiyi gün – 8 dekabr ölkədə Konstitutsiya günü kimi qeyd edilir.




#Article 115: Monqolustan (3865 words)


Monqolustan (monq. Монгол Улс) — Şərqi Asiyada dövlət. Monqolustanın ərazisi Xarici Monqolustanın tarixi ərazisi ilə təxminən eynidir və bu termin bəzən mövcud vəziyyətə istinad etmək üçün istifadə olunur. Şimalda Rusiya, cənubda Çinlə (Sincan-Uyğur Muxtar Rayonu, Qansu, Daxili Monqol Muxtar Rayonu) həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ulan-Bator şəhəri, ümumi sahəsi 1,566,000 kvadrat kilometrdir. Monqolustan Qazaxıstanla bir sərhədi bölüşmür, baxmayaraq ki, onları yalnız 37 kilometr (23 mil) ayırır.

Çingiz xanın vətəni olan, Orxon abidələrinin yerləşdiyi Monqolustanda mədən sənayesi, kənd təsərrüfatı və turizm sahələri ciddi potensiala malikdir, təbii zənginlikləri ilə seçilir. Şimaldan Rusiya, cənubdan Çinlə həmsərhəddir, 3 milyon nəfər əhalisi, 1,5 milyon km² ərazisi var. Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı üç milyon nəfərdir. Monqolustan, həmçinin dənizə çıxışı olmayan ölkələr arasında sahəsinə görə Qazaxıstandan sonra ikinci ən böyük ölkədir. Əhalinin təqribən yarısı paytaxt və ən böyük şəhər olan Ulan-Bator şəhərində yaşayır.

Dini baxımdan əhalinin əksəriyyəti buddistdir. Heç bir dinə etiqad etməyənlər ikinci ən böyük qrupdur. İslam dini etnik qazaxlar arasında geniş yayılmışdır. Ölkə əhalisinin əksər hissəsi etnik monqollardan ibarətdir, lakin qazaxlar və tuvalar da xüsusilə ölkənin qərbində etnik azlıq təşkil edirlər.

Monqolustan 1997-ci ildən etibarən Ümumdünya Ticarət Təşkilatının üzvüdür.

Ölkə əhalisinin 51,2 faizi şəhərlərdə yaşayır, əhalisinin 95 faizi oxuyub-yazmağı bacarır. Əhali ilə bağlı Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıdır. Sovetlər dönəmində Rusiyanın təsir dairəsində olan Monqolustanda kişilərinin böyük qismi spirtli içkilərə aludə olublar. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir. 45 milyon mal-qaranın olduğu Monqolustanda başlıq üçün də elə mal-qara verilir.

Monqolustan paytaxt – Ulan-Bator və 21 aymakdan ibarətdir.

II dünya müharibəsi və onun nəticələri Monqolustanın tarixində iki önəmli cəhətdən böyük əhəmiyyət kəsb edir. Bunlardan birincisi mövcud dövlət status-kvosunun saxlanılması və bu dövlətin dünya birliyi tərəfindən tanınması, ikincisi isə müharibədən sonra onun yenidən qeydsiz-şərtsiz Sovet nüfuz dairəsinə düşməsi və sözün həqiqi mənasında Sovet İttifaqının müstəmləkə əlavəsinə çevrilməsidir. Belə ki, Krım(Yalta) konfransında(fevral 1945-ci il) ABŞ, Böyük Britaniya və Sovet İttifaqının dövlət rəhbərləri qərara almışdılar ki, Sovetlərin Yaponiyaya qarşı hərbi əməliyyatlara başlamasının şərtləri sırasında MXR-in status-kvosunun saxlanılması da daxildir. Həm də buna Çinin razılığı da tələb olunurdu.

Qeyd etmək lazımdır ki, 1945-ci ilin avqustunda Sovet ordusunun Şərqi Baykal cəbhəsi hərbi qüvvələri çox çətinliklə Böyük Xinqan və Qobi səhrasından keçərkən onun sıralarında monqol süvari dəstələri də var idi. Onlar Şimal-Şərqi Çinin azad edilməsində Sovet ordusu ilə birlikdə iştirak etdilər. 1945-ci ilin 14 avqustunda artıq Çin hökuməti də elan etdi ki, o, Xarici Monqolustanın(yəni MXR-in) mövcud sərhədlər daxilində istiqlaliyyətini tanıyır və ilkin şərt olaraq monqol xalqı özünün istiqlala olan istəyini ümumi rəy sorğusu yolu ilə bildirməlidir. 1945-ci ilin 20 oktyabrında belə bir rəy sorğusu keçirildi və bu zaman monqol xalqı yekdilliklə mövcud dövlətin istiqlaliyyətinə səs verdi. Rəy sorğusunun nəticələri Çin hökuməti tərəfindən tanındı. Bununla da, Monqolustan Xalq Respublikası ərazisinə Çin dövləti tərəfindən olan iddiaya son qoyuldu, monqol dövlətinin mövcudluğuna olan təhlükə aradan qaldırıldı. Qeyd etmək istərdik ki, 1950-ci ilin 14 fevralında imzalanan Dostluq, ittifaq və qarşılıqlı yardım haqqında Sovet-Çin müqaviləsindədə tərəflər MXR-in tam müstəqilliyini bir daha qeyd edir və onunla ÇXR-in diplomatik əlaqələr qurmasının vacibliyini olduğunu söyləyirdilər.

Lakin bu müstəqillik müharibədən sonra Sovet İttifaqı və MXR arasında bağlanan bir sıra müqavilə və sazişlər nəticəsində öz əhəmiyyətini itirir, formal xarakter daşıyır və MXR siyasi-ideoloji, hərbi-iqtisadi və s. baxımından tam Sovet təsirinə məruz qalan bir ölkəyə çevrilirdi. 1946-cı ilin fevralında iki dövlət arasında Dostluq və qarşılıqlı yardım haqqında müqavilə imzalandı. Müqaviləyə görə tərəflər öhdəlik götürürdülər ki, onlardan birinə hücum olarsa o biri ona hər cür, o, cümlədən hərbi kömək göstərəcəkdir. Əslində bu, MXR-in Sovetlərin hərbi bazasına çevrilməsini hüquqi baxımdan əsaslandırmaqdan başqa bir şey deyildi. Sonrakı dövrlərdə bir sıra müqavilə və sazişlər imzalandı. Bunlardan 1957-ci il ticarət müqaviləsini, 1966-cı il elmi-texniki əməkdaşlıq haqqında sazişi və Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni göstərmək olar. Həmin müqavilələr MXR-in həyatının bütün sahələrinə Sovet nəzarətinin yaranmasını başa çatdırdı. MXR bütünlüklə Sovet İttifaqından asılı bir vəziyyətə düşdü.

Bununla yanaşı MXR-in beynəlxalq vəziyyətində müəyyən dəyişikliklər də baş verirdi. ÇXR yaranandan az sonra MXR ilə diplomatik əlaqələr qurdu. 1952-ci ildə onlar iqtisadi və mədəni əməkdaşlıq haqqında saziş bağladılar. 1960-cı ildə isə Dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı. Sonuncu sənəd iki dövlət arasındakı münasibətlərin daha geniş sahələrini əhatə edirdi.

Daxili vəziyyətə gəlincə, yuxarıda dediyimiz kimi, ölkə Sovet İttifaqından asılı idi. Həyatın bütün sahələrində Sovet təcrübəsi kor-koranə tətbiq olunurdu. Həm də bunun əsası MXR-in yaranması dövründə qoyulmuşdu. Şəxsiyyətə pərəstiş, siyasi və hərbi xadimlərə, təsərrüfat rəhbərlərinə, keçmiş inqilabçılara, elm və mədəniyyət nümayəndələrinə, təbiidir ki, buna qədər məmləkətin var- dövlət və nüfuz baxımından üzdə olan bütün insanlarına, bütünlüklə öz xalqına qarşı kütləvi repressiyalar normal həyat tərzinə çevrilmişdi. 30-40-cı illərdə məhz Stalin şəxsiyyətinə pərəstiş səviyyəsində Monqolustanda da Çoybalsan şəxsiyyətinə pərəstiş vardı. O, hakimiyyəti bütünlüklə öz əlində cəmləşdirmiş, avtoritar, totalitar və despotik bir rejim yaratmışdı. Kiçik bir narazılıq böyük qəddarlıqla və amansızlıqla qarşılanırdı.
 
Bunlara baxmayaraq monqol xalqı bu despotik rejimə qarşı çıxmaq üçün həmişə özündə güc tapmışdır. 1932-ci ilin yazında baş verən etiraz hərəkatında, demək olar ki, ölkə əhalisinin çox böyük hissəsi iştirak etmişdi. Hərəkatın əsas qüvvələri aratlar idilər. Onlara din xadimləri-lamalar başçılıq edirdi. Aratlar zorakılıqla artellərə və kommunalara cəlb edilməyə qarşı çıxır, mal-qaranın əllərindən alınmasına müqavimət göstərirdilər. Onlar kollektivləşmək istəmədiyinə görə həbs edilmiş bütün aratlar azad olunmasını tələb edirdilər. Üsyanı yatırmaq üçün nizami ordudan istifadə olundu, üsyançılar top və tank atəşləri ilə güllə-baran edildilər. Ələ keçənlərə ən amansız cəzalar verildi. Üsyan böyük bir qəddarlıqla yatırıldı.

Sovet təcrübəsinə uyğun olaraq qanlı divan və qəddarlıq hakim partiya liderlərinə qarşı da tətbiq olunurdu. Suxe-Batorun silahdaşları – baş ordu komandanı marşal Q.Demid, Kiçik Xalq Xuralının sədri D.Doqosan, baş nazir A.Amar, MXTP Mərkəzi Nəzarət Komissiyasının sədri Do Losol və onlarca digər partiya və dövlət xadimləri cismən məhv edildilər, çoxları həbslərə, katorqa və sürgünlərə atıldılar. MXİP-nin 1934-cü ildə keçirilmiş IX qurultayında seçilmiş Mərkəzi Komitə üzvlərinin üçdə ikisi, MK Rəyasət heyəti üzvlərinin beşdə dördü müxtəlif repressiv tədbirə məruz qaldı. Xalq inqilabı hərəkatında iştirak edən könüllü partizanların 15%-i, generalların isə 80%-i də repressiya həyatını yaşamalı oldu. Orduda repressiyalar hətta Xalxın-Göldə hərbi əməliyyatlar dövründə də aparılırdı. Bunun nəticəsi idi ki, monqol ordusu yüksək səviyyəli zabitlərdən məhrum oldu, daxildən zəiflədi, yeni və naşı komandirlərin fərsizliyi ucbatından döyüşlərdə çox böyük itkilər verdi.

Elm, ədəbiyyat və mədəniyyət xadimləri də ən amansız cəzalara məruz qaldılar.

Zorakı idarəçilik sistemi iqtisadiyyatdan da yan keçməmişdir.Təkcə bircə faktı söyləmək kifayətdir ki, bu zorakılığın nəticələri haqqında müəyyən təsəvvür yaransın. Belə ki, 1940-cı ildə MXİP-nin X qurultayında bilavasitə Stalinin göstərişi ilə qərara alınmışdır ki, ölkədə mövcud olan mal-qaranın sayı 26 mln. başdan 1953-cü ildə 200 mln başa qaldırılsın. Bu dövrdə mal-qaranın başı nəinki artmadı, hətta 1953-cü ildə 23 mln-a endi və 1940-cı ildəkindən 3 mln baş da az oldu.

Dövlət idarəçiliyi partiya idarəçiliyi ilə əvəz olunmuşdu. Ən yaxşı halda dövlət idarəçiliyinin hər üç qanadı: idarəedici, qanunverici və məhkəmə sistemi bütünlüklə və tamamilə hakim partiyanın-MXİP-nin göstəriş və qərarlarını yerinə yetirməklə məşğul idi.

Təkpartiyalıq siyasi həyatın xarakter cəhətinə çevrilmişdi və ölkə həyatının bütün sahələri onun diktəsi altında idi. Partiya isə faktik olaraq öz liderinin diktəsilə, lider isə Sov.İKP-nin diktəsi ilə idarə olunur və istiqamətləndirilirdi.

Belə bir vəziyyət 1984-cü ilin sonlarınadək davam etmişdir. Yəni volüntarizm istər Çoybalsanın (o, 1952-ci ildə ölmüşdür), istərsə də ondan sonra MXR hökumətinin başçısı və MXİP-nin baş katibi) o, bu vəzifəyə 1940-cı ildə seçilmişdir) vəzifələrini öz əlində cəmləşdirən Y.Sedenbalın idarəçilik üsulu idi. Bu da maraqlıdır ki, Y.Sedenbal MXİP MK-nın 1956-cı ilin aprelində və 1962-ci ilin yanvarında keçirilən plenumlarında Çoybalsanın şəxsiyyətinə pərəstişin tənqid və pislənməsinin təşkilatçısı olmuşdur. Nəhayət, ilk dəfə olaraq 1984-cü ilin dekabrında MXİP MK-nın V plenumunda partiya və dövlət rəhbərliyində hakim kəsilmiş bu volüntar idarəçilik üsulu açıq şəkildə tənqid olunmuşdur. Həm də bu o zaman idi ki, artıq Y.Sedenbalın partiya və hökumət rəhbərliyindən uzaqlaşdırılmasına(heç şübhəsiz ki, Moskva tərəfindən) hökm verilmişdi.

Ümumiyyətlə Sovet İttifaqından edilən sosializm idxalı monqol cəmiyyətində çox səthi dəyişikliklər yarada bilmişdi, istər sosial, istər də fərdi həyatda dərin iz buraxa bilməmişdi, xalqın çox böyük hissəsinin sosial və siyasi şüuruna güclü təsir göstərmək mümkünsüz olmuşdur. Əksinə, ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında və inkişafında ziddiyyətləri daha da gücləndirmişdi. Belə ki, ölkədə bir tərəfdən sosialist istehsal formaları yaradılırdı, o biri tərəfdən əsas istehsal sahələrində, xüsusilə heyvandarlıqda arxaik əmək alətləri və arxaik istehsal formaları qorunub saxlanılırdı, bir tərəfdən müasir elm, təhsil və tibb müəssisələri təsis edilirdi, o biri tərəfdən xalqın böyük çoxluğu öz qədim adətləri, ənənələri, düşüncələri və dini təsəvvürlərindən kənara çıxmırdı. Bir sözlə, Monqolustandakı sosializm quruculuğu cəmiyyətdə əsrlər boyunca yaranmış və formalaşmış təməlləri sarsıtdısa da, dağıda bilmədi. Bir qədər irəli gedərək qeyd etmək istərdik ki, soyuq müharibənin başa çatması və Sovet nəzarətinin azacıq zəifləməsi nəticəsində monqol cəmiyyəti kommunist ideologiyası və prinsiplərindən imtina edən ilk sosialist ölkələrindən biri oldu. Artıq 1988-ci ilin sonlarında MXİP MK plenumunda aşağıdakı fikirlər səslənirdi : Biz çox uzun zaman şagird olduq, öz müəllimlərimizə məhəbbətimizi izhar etməklə kifayətləndik. Köhnə qayda ilə yaşamaq olmaz! Başqasının təcrübəsini əzbərləmək isə mümkünsüzdür! Monqolustan Rəssamlar ittifaqının sədri N.Sultemin çıxışındakı aşağıdakı sözlər sanki monqol cəmiyyətinin sosializmə olan reaksiyasının əks-sədasıdır : Dostlar, siz bilirsiniz ki, mən Stalinin də və Çoybalsanın da, Brejnevin də və Sedenbalın da portretlərini çəkmişəm. 33 ildir ki, Rəssamlar İttifaqına başçılıq edirəm. Artıq bu kürsüyə dözə bilmirəm, həmkarlarım da mənə dözməkdə gücsüzdürlər. Mənim tövbəmi qəbul edin.. Məni azad edin!
Bütün neqativ cəhətlərlə yanaşı ölkədə müharibədən sonra bir sıra işlərin görüldüyünü qeyd etməmək olmaz. Bu baxımdan ilk növbədə iqtisadi sahədə əldə edilmiş müəyyən uğurları göstərmək lazımdır. Belə ki, müharibədən keçən sonrakı on illər ərzində heyvandarlıq məhsulları emalı sənayesində müəyyən irəliləyiş, dəri məmulatları istehsalı, ayaqqabı, yun emalı və s. üzrə sənaye sahələrinin yaradılması, tekstil fabrikaları, ərzaq məhsulları istehsal edən müəssisələrin inşası bu qəbildən olan nəticələrdir. Bunların sayəsində, demək olar ki, müasir iqtisadiyyatın müəyyən təməllərini yaratmaq mümkün oldu. Obyektiv olaraq bunu da deməliyik ki, ölkədə inşası nəzərdə tutulan bütün layihələr bir qayda olaraq Sovet İttifaqının texniki və maliyyə yardımı ilə həyata keçirilirdi. İqtisadiyyatın qurulması da Sovet təcrübəsi əsasında aparılırdı. MXİP qurultaylarında beşillik planlar qəbul edilir və bu beşilliklərin əsas vəzifələri müəyyənləşdirilirdi. Müharibədən sonra birinci beşillik partiyanın IX qurultayında qəbul olunmuşdu və o, 1948-1952-ci illəri əhatə edirdi. Onun əsas iqtisadi və siyasi vəzifələri daxili ehtiyatlardan maksimum istifadə edərək məhsuldar qüvvələri hərtərəfli inkişaf etdirmək, xalqın rifah halını yüksəltmək, fəhlə kütlələrin siyasi şüurunun və əmək fəallığının artmasına nail olmaqdan ibarət idi.
II beşillik plan (1953-1957-ci illər) 1954-cü ilin dekabrında partiyanın XII qurultayında, bunun ardınca 1958-ci ildə XIII qurultayda üç illik (1958-1960-cı illər) plan qəbul edildi. Bütün planlarda, sənayenin inkişaf etdirilməsi xüsusi vurğulanırdı. Təbiidir ki, bu məsələdə bir subyektivizm önəmli yer tuturdu. Bütün dünyaya sübut etmək ki, kapitalizmdən yan keçərək sosializm qurmaq olar və MXR bu baxımdan bir örnəkdir. Təəssüflər olsun ki, sənayeləşdirmə üçün ən ilkin şərtlərin: daxili maliyyə ehtiyatlarının, sənaye fəhlə və mütəxəssislərinin olmadığı şərtlər içərisində bu vəzifəni yerinə yetirmək mümkünsüz idi. Odur ki, istər maliyyə, istərsə də texniki yardımlar Sovet İttifaqından alınır, istərsə də bütün fəhlə və mütəxəssislər də oradan gətirilirdi. Elə buna görə idi ki, 30-cu illərdən başlayan sənayeləşdirmə kursu heç 60-cı illərin ortalarında da istənilən nəticələrə gətirə bilməmişdi. Əsas o sənaye sahələri yaradılırdı ki, o, əsasən Sovet İttifaqının iqtisadi və strateji maraqlarına uyğun gəlsin. Dağ-mədən sənayesinin genişləndirilməsi və modernləşdirilməsi, dəmir yollarının çəkilməsi,(Sovet sərhədlərindən Çin sərhədlərinə qədər uzanan 1100 km-lik Trans Monqolustan dəmir yolu kimi), digər kommunikasiya sisteminin yaradılması, kənd təsərrüfatı məhsullarının ilkin və təkrar emal sənayesi sahələrinin yaradılması bu qəbildən olan tədbirlər idi. Ümumiyyətlə MXR həmin dövrdə bütöv bir Sovet bazarı idi. Yeni sənaye müəssisələrinin inşasında o cəhətə xüsusi fikir verilirdi ki, onların köməyi ilə Sovet iqtisadiyyatının ehtiyac duyduğu xammal və məhsullar Monqolustanın təbii və iqtisadi imkanları hesabına əldə edilsin.

Mühüm diqqət verilən sahələrdən birisi də aratların kollektivləşdirilməsi idi ki, bunun nəticələri haqqında bir qədər əvvəl bəhs edilmişdi. Sadəcə onu əlavə etmək istərdik ki, bu zorakı kollektivləşdirmə illərlə formalaşan ənənəvi təsərrüfat strukturunu dağıtdı və heyvandarlıq güclü bir reqresə məruz qaldı.

Artıq 1960-cı ildə qəbul edilmiş MXR-in yeni konstitusiyası ölkəni fəhlə sinfi ilə kooperativləşmiş aratların və zəhmətkeş ziyalıların sosialist dövləti adlandırırdı. 1981-ci ilin iyununda MXİP-nin XIV qurultayında qəbul edilən III beşilliyin əsas vəzifəsi isə sənayecə inkişaf etmiş sosialist ölkələrinin nailiyyətlərinə, onların təcrübə və hərtərəfli yardımına istinad edərək məhsuldar qüvvələrin inkişafın sürətini və sosializmin maddi-texniki bazasının yaradılması tempini artırmaqla MXR-in iqtisadiyyat və mədəniyyətini inkişaf etmiş sosialist ölkələrinin səviyyəsinə çatdırmaq idi.
Elan edilmiş planların və vəzifələrin yerinə yetirilməsi haqqında şişirdilirmiş məlumatlar təbliğinin yararsızlığı nəhayət ki IV beşilliyin (1966-1970-ci illər) sonlarında dərk edilir. İlk dəfə olaraq bu barədə 1968-ci və 1970-ci illərdə keçirilmiş partiya plenumlarında qeyd edilir. İqtisadiyyatın idarə edilməsində iqtisadi metodların rolunun artmasından danışılır. Yenə də Sovet təcrübəsinə uyğun iqtisadi islahatlar keçirilməsinə cəhd göstərilir. 1976-1980-ci illəri əhatə edən VI beşillik planda məhz bu prinsiplər üzrə çalışılması nəzərdə tutulurdu.
MXR 1962-ci ildə sosialist dövlətlərinin İqtisadi Əməkdaşlıq Şurasına üzv qəbul olunmuşdur. Bu da ölkə iqtisadiyyatının Sovet İttifaqı başda olmaqla digər sosialist dövlətlərinin iqtisadiyyatı ilə birtərəfli bağlanması və onun zəif bir əlavəsinə çevrilməsinin başa çatması kimi qiymətləndirilə bilər. Birgə Sovet-monqol müəssisələri inşa edilməsi yolu ilə ölkə iqtisadiyyatı tamamilə Sovet mütəxəssislərinin nəzarəti altına keçmiş oldu. Belə müəssisələr sırasında 1960-1975-ci illərdə 150 obyekt daxil idi. MXR-də 60 min Sovet adamı çalışırdı.

Qeyd etmək lazımdır ki, bu əməkdaşlıq müsbət mənada müəyyən nəticələr vermişdi. Faydalı qazıntıların, o cümlədən Nalayxa və Darxan daş kömür, Erdenetdə mis-molibden filizi mədənlərinin istismarı inkişaf etmiş, sement, beton, kərpic, şüşə kimi inşaat materialları istehsalı yaradılmış, ağac məhsulları emalı və evtikmə kombinatları inşa edilmişdi. 1960-cı ildən 1985-ci ilədək olan iyirmi beş il ərzində iqtisadiyyatın əsas fondları 12,5 dəfə (qeyd etmək lazımdır ki, ilkin göstəriciləri olduqca kiçik idi), sənaye istehsalı 9 dəfədən çox, adambaşına düşən gəlir 1,6 artmışdır. Ölkədə ənənəvi köçəri maldarlıq təsərrüfatından çox sahəli iqtisadiyyata keçildi. Əkinçiliyə diqqət verildi, xam və istifadəsiz torpaqların yararlı hala salınması nəticəsində bir milyon hektar əkin sahəsi yaradıldı. Lakin bu, heç də həmişə düşünülmüş şəkildə aparılmamış və Sovet təcrübəsinin kor-koranə təkrarı heç də hər yerdə rasional nəticələrə gətirməmişdir. Əkinçilik təsərrüfatları yaradılarkən iqlim şəraitinə fikir verilməmiş, hektarlarla otlaqlar məhv edilmiş, mal-qara lazım olan yem və hərəkət imkanlarından məhrum edilmişdir. Nəticədə mal-qaranın sayı ildən-ilə azalmış və əhalini ərzaqla təmin etmək çətinliyi yaranmışdı. 1985-ci ilin iyulunda MXİP MK plenumunda kənd təsərrüfatının inkişafına dair məqsədyönlü proqram qəbul edilsə də artıq gec idi. Bu dövrdə yuxarıda bizim qeyd etdiyimiz iqtisadi inkişaf haqqında göstəricilərin ancaq zahiri effektdən başqa bir şey olmadığı tədricən dərk edilirdi, monqol mətbuatında Sovet-monqol əməkdaşlığının nöqsanlı cəhətlərindən bəhs edən fikirlər səslənirdi.

Təsərrüfatın idarə edilməsində bürokratizm və ştatların şişirdilməsi adi hala çevrilmişdi. Məsələn, təkcə 1989-cu ildə Ulan-Bator dəmir yolu birgə səhmdar müəssəsində çalışan 16 min işçidən 3 mini rəhbər vəzifədə çalışırdı. Müəssisənin fəaliyyət effekti isə çox böyük deyildi. Yük daşınmalarından əldə edilən gəlir olduqca aşağı idi. Kənd təsərrüfatı sahəsində dövlət təsərrüfat birliklərinin yaradılması prosesi heç də həmişə başa çatdırılmır və yarımçıq qalırdı. İnteqrasiya əlaqələri mexanizmi normal deyildi. Qiymət qoyma və hesablaşmalar sistemi qaydaya salınmamışdı. İdxal hər il ixrac məhsullarının dəyərinin üçdə biri qədər çox idi. Bütün bunlar iqtisadiyyatın səmərəliliyinə mənfi təsir göstərirdi.

Bunlarla yanaşı onu da deməliyik ki, hər hansı bir məsələnin həllində Sovet mütəxəssislərinin fikrinə əsaslanırdı. Bu da yerli kadrların inkişafını, müstəqil düşünmə və təşəbbüskarlığını boğurdu. Kadr işindəki ən böyük nöqsanlardan birisi də ali və orta ixtisas təhsilinin planlaşdırılmasına mexaniki yanaşma ilə bağlı olmuşdur. Ali və orta ixtisas müəssisələri 1971-ci ildən keçən üç beşillik ərzində 100 mindən çox kadr hazırlamışdı. Lakin onların çoxu humanitar sahələr üzrə idi. Mühəndis-texniki mütəxəssislər çatışmırdı. Ali məktəblər və orta ixtisas məktəbləri məzunları arasında nisbət, demək olar ki, bərabər idi. Halbuki, normal cəmiyyət üçün bu birin ikiyə və ya üçə nisbətində olmalıdır. Nəticədə, hər birinin hazırlanması üçün xeyli vəsait sərf edilmiş minlərlə mütəxəssis öz sahəsi üzrə çalışa bilmirdi, ya başqa bir iş tapır, ya da işsizə çevrilirdi. Ümumiyyətlə isə işsizlik Monqolustan üçün bir problemə çevrilmişdi. 1989-cu ildə əhalisi çox da böyük olmayan ölkədə 27 min işsiz var idisə, onların sayı sonrakı iki il ərzində 60 min nəfərə çatmışdı. Artıq 1988-ci ildə MXR-in ali partiya və dövlət adamları da iqtisadi siyasətdəki buraxdığı səhv və nöqsanları etiraf etmək zorunda qaldılar. Həmin ilin sentyabrında keçirilən partiya plenumunda iqtisadiyyatdakı nöqsan və çətinliklərin başlıca səbəbindən biri kimi rəhbərliyin inzibati-amirlik metodu ilə işləməsi qeyd edilirdi.

Həm də bu o dövr idi ki, Sovet İttifaqında yenidənqurma və demokratiya kursu götürülmüşdü, Şərqi Avropa ölkələrində dərin dəyişikliklər prosesi başlamışdı. Təbiidir ki, bunlar sosialist cəbhəsinin bir həlqəsi kimi MXR-dən də yan keçə bilməzdi. 1989-cu ilin sonu-1990-cı ilin əvvəlində Monqolustanda güclü bir siyasi canlanma özünü göstərdi. İlk olaraq hakim və yeganə partiya- MXİP-yə alternativ ictimai-siyasi təşkilatlar meydana gəldi. Bunlardan Monqolustan Demokratik İttifaqı(MDİ), Sosial-demokrat hərəkatı (SDH), Yeni mütərəqqi ittifaq (YMİ), Monqol tələbələri ittifaqını (MTİ) göstərmək olar. 1989-cu ilin dekabrında Monqolustan Demokratik İttifaqı razılaşdırılmış mitinq keçirməyə nail oldu. Mitinq iştirakçıları tələb edirdilər ki, idarəetmənin inzibati-amirlik metoduna son qoyulsun, dövlət idarəsi və ictimai təşkilatlarda bürokratizmə hədd qoyulsun, rəhbər vəzifələrdə çalışanların sayı ixtisar edilsin, MXR tarixində baş vermiş neqativ hadisələr və momentlərə qiymət verilsin və s. Mitinqdə çıxış edənlər yenidənqurma prosesinin zəif getməsinə narazılıqlarını bildirdilər. Mitinqin müraciəti MXİP MK-nın plenumuna təqdim edildi. Plenum xalqın artan narazılığını səngitmək üçün bir sıra qərarlar qəbul etdi. Orada partiyanın ideoloji işinin geri qaldığı, yenidənqurmanın ləng getməsi, əhalinin vəziyyətinin yaxşılaşdırılması sahəsində aparılan işlərin lazımı səviyyədə olmaması və s.qeyd olunurdu. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, bu nöqsanların qeyd edilməsi siyasi həyatın yeniləşməsi üçün kifayət deyildir. Artıq MDİ-nin 1990-cı ilin fevralında keçirilən qurultayında(burada 500 nəfərdən çox nümayəndə iştirak edirdi və onların da bir hissəsi MXİP və onun gənclər təşkilatlarının üzvləri idi) monqol xalqına müraciət qəbul edildi. Orada MXR Böyük Xalq Xuralının və MXİP MK-nın istefası tələb olunurdu. Qurultayda Monqolustan Demokratik Partiyası təsis edildi.

Qurultayın istefa tələbi martın əvvəlində yuxarıda adını çəkdiyimiz dörd təşkilatın hökumət evinə doğru təşkil etdiyi yürüş-mitinqdə yenə səsləndi. Dövlətin və hakim partiyanın ali rəhbərliyinə qarşı etirazlar müxtəlif formalar aldı, daha da genişləndi və qüvvətləndi. Xalqın artan qəzəbi və tələbi qarşısında MXİP-nin rəhbərliyi geri çəkilməli oldu. 1990-cı ilin 12-15 martında MXİP MK plenumunda baş katib J.Batmunx başda olmaqla bütün Siyasi Büro üzvləri və katiblər istefaya göndərildi, MK-nın qocalmış 14 üzvü onun tərkibindən azad edildi. Uzun illər ərzində MXİP-yə və hökumətə başçılıq edən Y.Sedenbal partiya üzvlüyündən çıxarıldı və almış olduğu bütün mükafatlardan məhrum edildi. Moskvada çıxan Problemı mira i sosializma jurnalında MXİP-i təmsil edən Q.Oçirbat MK-nın baş katibi seçildi. Ən mühüm qərarlardan biri də MXİP-nin dövlətdə rəhbər və istiqamətverici rolundan imtina edilməsi idi. Həmin plenumda və sonrakı plenumlarda uzun illər ərzində aparılmış siyasət təhlil edildi, buraxılmış səhvlər tənqid olundu. Nəticədə Monqolustan o vaxta qədər mövcud olmuş ideoloji ehkamlardan, idarəetmənin inzibati-amirlik metodundan imtina etmək zorunda qaldı, dövlət tərəfindən tənzim olunan bazar münasibətlərinə keçməyin zəruriliyini qəbul etdi. İndiyə qədər ölkədə mövcud olan rejim avtoritarizmin Stalin metodunun kopiyası kimi dəyərləndirildi. Demokratik müxalifətin artan gücü qarşısında öz acizliyini dərk etmək istəməyən hakimiyyətin demokratik qüvvələrin koalisiyası ilə danışıqlar aparması üçün Böyük Xalq Xuralı nəzdində Məsləhətləşmə Şurası yaradıldı. 1990-cı ilin iyulunda seçkilər keçirildi. Doğrudur, seçkilərdə MXİP səslərin 80%-ni ala bildi və qalib gəldi. Lakin ilk dəfə idi ki, Demokratik, Sosial-demokrat, Milli tərəqqi, Yaşıllar və Azad əmək partiyaları Böyük Xalq Xuralında təmsil olunmaq haqqı qazandılar.

Siyasi sahədə MXİP-in dövlət hakimiyyəti üzərində hegemonluğuna son qoyuldu, çoxpartiyalı sistemin formalaşması üçün hüquqi və təşkilati təməllər yarandı. Hakimiyyətin gələcəkdə bir partiyanın, kiçik bir qrupun və ya bir adamın əlində cəmlənməsinə imkan verən zəmin dağıdıldı, müxalifət partiyalarının fəaliyyətinə normal şərait təmin edildi, senzura ləğv edildi.

Mərkəzi və yerli hakimiyyət sistemində aparılan islahatlar nəticəsində qanunverici, icra və məhkəmə orqanlarının ayrılmasına və müstəqil fəaliyyət göstərilməsinə keçildi. Prezidentlik təsis olundu və parlamentin hüquqları artırıldı, Monqolustan parlamentli prezident respublikası oldu.
MXİP kommunizm ideyalarına sədaqətdən əl çəkdi, özünü milli-demokratik partiya elan etdi. Bazar iqtisadiyyatına əsaslanan sosial-demokratik cəmiyyət qurulmasını özünün başlıca məqsədi saydı. Yeri gəlmişkən demək lazımdır ki, bu partiya 1996-cı ilədək öz hakim mövqeyini qoruyub saxladı.
Xarici siyasət sahəsində Monqolustan böyük dövlətlərlə, ilk növbədə qonşu dövlətlərlə çoxsahəli əlaqələr yaratdı. Rusiya Federasiyası və Çin Xalq Respublikası ilə bərabər səviyyədə dostluq münasibətlərini saxlamaq niyyətində olduğunu bəyan edən Monqolustan Yaponiya, İngiltərə, ABŞ, Avstraliya, Almaniya, Türkiyə, İsveçrə və s. kimi ölkələrlə münasibətlərini xeyli dərəcədə fəallaşdırdı. Cənubi Koreya ilə diplomatik münasibətlər quruldu. Avropa İqtisadi Birliyi ilə rəsmi əlaqələrə girdi. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və s. ilə yaradılan əlaqələr Monqolustanın mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidini təmin etdi.

Konstitusiyaya görə ölkədə bütün mülkiyyət formaları, o cümlədən xüsusi mülkiyyət normal hüquqi status aldı. Hələ buna qədər 1991-ci ildə özəlləşdirmə haqqında qanun qəbul edilmişdi. Yenə 1991-ci ilin yanvarından qiymətlərin liberallaşdırılması kursuna keçildi və o, 1993-cü ilin sonlarına qədər olan müddətdə başa çatdırıldı.

Monqolustan demokratik islahatları həyata keçirmək məqsədilə 1991-1995-ci illər ərzində xarici dövlətlərdən və beynəlxalq maliyyə təşkilatlarından 1,2 mld dollar məbləğində güzəştli kredit və əvəzsiz kömək almışdır.

Qeyd etmək lazımdır ki, yeni iqtisadi sistemə keçid dövründə ölkə iqtisadiyyatı çox ciddi çətinliklərlə üzləşməli oldu. Lakin bütün bunlara baxmayaraq iqtisadiyyatın yenidən qurulmasında müəyyən uğurlar qazanıldı.

İqtisadiyyatın başlıca sahəsi olan kənd təsərrüfatında (maddi nemətlər istehsalı sahəsində çalışanların 40%-i aqrar sahənin payına düşür. Kənd təsərrüfatı üzrə ümumi məhsulun 70%-ni heyvandarlıq, 30%-ni taxılçılıq verir) 1991-1992-ci illərdə keçmiş dövlət kənd təsərrüfat birliklərinin yerində səhmdar şirkətlər yarandı. Onların sayı 400-ə yaxın idi. Ölkədə mal-qaranın özəlləşdirməsi əsasən başa çatdırıldı. Həmin dövrdə kiçik və böyük sənaye müəssisələrinin də özəlləşdirilməsi genişləndirildi. Artıq 1992-ci ilin sonralarında ölkədə ümumi sənaye məhsulunun 43%-i, tikinti-montaj işlərinin 46%-i özəl bölmənin payına düşürdü. Özəl bölmə mal dövriyyəsinin 70%-ni təmin edirdi.

Təhsil sistemində köklü dəyişikliklər aparılmışdır. İlk özəl tədris müəssisələri yaradılmış, universitet sistemi yenidən qurulmuşdur. 
Bank və maliyyə işinin tənzim edilməsi üçün 1991-ci ildə Banklar haqqında qanun, 1994-cü ildə isə Valyuta haqqında qanun, 1995-ci ildə Qiymətli kağızlar haqqında qanun qəbul edilmişdir. 1996-cı ildə dövlətə məxsus olan kommersiya bankları ləğv edilmiş, əvəzində dövlətə məxsus Əmanət bankı və Bərpa bankı təsis olunmuşdur.

İqtisadi sahədə daxili ümumi məhsulun artımına xüsusi diqqət verilirdi. Planda artım hər il üçün 5% həcmində nəzərdə tutulsa da, 1996-cı ildə bu rəqəm 3% olmuşdur.

Ümumiyyətlə 1996-cı il monqol xalqının siyasi seçim ili oldu. Həmin ildə Monqolustan Milli-Demokrat partiyasının və Monqolustan Sosial-Demokrat partiyasının təşkil etdiyi Demokratik İttifaqların koalisiyası parlament seçkilərini uddu. Bundan sonra demokratiya və islahatlar kursu daha da dərinləşdi. Monqolustan regionun bir sıra problemlərinin həlli istiqamətində pozitiv mövqe tutmağa başladı. Fəal xarici siyasət yeritməyə başladı. Ölkənin istiqlaliyyəti və suverenliyinin qorunması və möhkəmləndirilməsi, bütün dövlətlərlə dostluq münasibətlərini qoruyub saxlamaq, dünya birliyində öz mövqeyini möhkəmlətmək və bütün bunların siyasi, iqtisadi və s. maraqların qarşılıqlı olaraq nəzərə alınması zəminində aparılması Monqolustan xarici siyasətinin təməl prinsipləridir.

Monqolustan dünya birliyinin üzvü kimi regionda və beynəlxalq problemlərin həllində fəal və pozitiv rol oynamağa çalışır. Onun xarici siyasətində üç başlıca istiqaməti qeyd etmək olar. Bunlardan, birincisi, Rusiya Federasiyası, Çin Xalq Respublikası ilə dostluq münasibətlərini daha da möhkəmləndirmək, əvvəlki dövrlərdən fərqli olaraq bu ölkələrlə münasibətdə onlardan heç birinə üstünlük verməmək, onlarla balanslaşdırılmış əməkdaşlığa söykənərək dostluq münasibətlərini inkişaf etdirməkdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, Monqolustan ilə bu iki ölkə arasında ciddi problemlər saxlanılmaqdadır. Rusiya Federasiyasında buryat və monqolların yaşaması və yaşadığı ərazi problemi, ÇXR-də isə İç Monqolustan problemi tərəflərdən hər birinə digərinə qarşı iddia qaldırmaq şansı verir. Bu baxımdan 60-cı illərdə, xüsusilə Çində mədəni inqilab dövründə bir sıra çinli dövlət və siyasət adamlarının Monqolustanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən bəyanatlarını, Monqolustan ərazilərində Sovet qoşunlarının yerləşdirilməsi, bu ordu birləşmələrinin 1987-ci ildən başlayaraq oradan çıxarılması və prosesin 1992-ci ildə başa çatması və s.kimi faktları xatırlamaq istərdik.

İkinci istiqamət Qərbin və Şərqin yüksək inkişaf etmiş ölkələrilə əlaqələri genişləndirmək, onların siyasi və maliyyə dəstəyinə nail olmaqdır. Bu ölkələrdən ABŞ, Yaponiya, AFR, Koreya, Türkiyə, Avstriya və s.kimi ölkələr ön sırada gəlirlər.

Üçüncü istiqamət Asiyada öz mövqeyini möhkəmlətmək, regiondakı siyasi və iqtisadi inteqrasiya prosesində konstruktiv iştiraka cəhd göstərməkdir.

Dördüncü istiqamət BMT və onun ayrı-ayrı təşkilatları, Dünya bankı, Beynəlxalq pul-kredit fondu, Asiya İnkişaf Bankı və s.kimi beynəlxalq maliyyə və iqtisadi təşkilatlar ilə əməkdaşlığı genişləndirməkdir.

Siyasətin uğurlu nəticəsi kimi söyləmək lazımdır ki, Monqolustan məhz həmin dövlətlərin köməyi ilə ölkənin vəziyyətinin yaxşılaşdırılması haqqında ümumi milli proqram hazırlamışdır və bu planın həyata keçirilməsi 2000-ci ilə qədər olan müddəti nəzərdə tutur.




#Total Article count: 114
#Total Word count: 196965